Məhkəmə qərarları › İş №1(100)-129/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-129/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-129/2021 22.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçıları –Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X16 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə ASAN Vəkil Bürosunun vəkili X21 və “Kəngərli və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Dağ-Cəyir kəndində qeydiyyatda olan və Şəmkir şəhəri «Kraz yolu» adlanan yaşayış massivində yaşayan, 03 noyabr 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təsridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 noyabr 2019-cu il tarixdə, saat 13-dən saat 18 radələrinə kimi Şəmkir şəhərində yerləşən Morul şadlıq evində qızı X5 nişan mərasimi ilə əlaqədar təşkil olunmuş məclisdə iştirak etdikdən sonra həmin tarixdə saat 24 radələrində 09.04.1980-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu, Dağ Cəyir kəndində yerləşən evinə gələrək sonuncu ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra onun alkoqol sərxoşluğu vəziyyətində olmasını, həmçinin onun 13.10.2013-cü il təvəllüdlü oğlu X10 azyaşlı və 1951-ci il təvəllüdlü anası X12 yaşlı qadın olması ilə əlaqədar ona aktiv şəkildə müqavimət göstərə bilməyəcəklərini dərk edib Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu məqsədlə öz cinsi ehtirasını təmin etmək niyyətilə Zərərçəkmiş şəxs evin yataq otağındakı çarpayıda gecə paltarında yatmış halda olmasından istifadə etməklə onu qucağına alaraq evin digər otağında onun yatıb gecələməsi üçün hazırlanmış çarpayıya gətirib uzatmış, Zərərçəkmiş şəxs əynindəki paltarlarını çıxardıb özü də əynindəki şalvarını aşağı çəkmiş, bundan sonra sonuncunu qucaqlayıb üzündən və sinəsindən öpmüş, Zərərçəkmiş şəxs yuxudan ayılaraq Təqsirləndirilən şəxs iradını bildirdikdən sonra onun əlindən çıxmağa cəhd etmək istəyərkən çarpayıdan yerə sürüşüb düşmüş, Təqsirləndirilən şəxs döşəmənin üzərində onun üzərinə çıxıb uzanmaqla bədəninin ağırlığı ilə döşəməyə sıxıb saxlayaraq onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs qışqıraraq kömək çağırmış və müqavimət göstərmək istəyəndə Təqsirləndirilən şəxs əlləri ilə onun ağızını və qollarını tutub fiziki güc tətbiq etmiş, onu arxasıüstə döşəmənin üstünə uzadaraq üzərinə çıxmaqla zor tətbiq edərək ona boyunun hər iki yan səthinin, hər iki süd vəzinin yuxarı kvadratının, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, orta üçdə birinin ön səthinin, sol bazunun yuxarı üçdə birinin ön səthinin, orta üçdə birinin arxa səthinin, aşağı üçdə birinin ön səthinin, sol budun yuxarı üçdə birinin bayır səthinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla onun cinsiyyət orqanına daxil etməklə təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu Dağ- Cəyir kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə onun qohumluq münasibətləri vardır. Belə ki, Könül əmisi oğlu Elmanın baldızıdır. 23 noyabr 2019-cu il tarixdə qızı Günel Hüseynovanın nişan mərasimi olduğuna görə o, ailə üzvləri və qohum-əqrabası ilə birlikdə Şəmkir şəhərində yerləşən “Morul” şənlik evində olmuşdur. Ailəsinin dəvəti əsasında həmin məclisdə Könül, anası Atlas və bacısı Ülkər də iştirak etmişlər. Nişan mərasimi saat 13 radələrində başlayaraq həmin gün saat 18 radələrində başa çatmışdır. Bundan sonra o, musiqiçilər və şənlik evinin müdiri ilə görüşüb sonra qonaqları ilə birlikdə yaşadığı Şəmkir rayonu «Kraz yolu» adlanan yaşayış massivində yerləşən evinə qayıtmışdır. Həmin gecəni ailəsi ilə birlikdə öz evində olmuşdur. Onun şənlik evinə borcu olduğu üçün 24.11.2019-cu il tarixdə saat 08 radələrində atasının yaşadığı Şəmkir rayonu Dağ-Cəyir kəndində yerləşən evinə getmiş, həmin günü Könülün evində olmamışdır. Nişan mərasimindən sonra Zərərçəkmiş şəxs arvadı Hayva barəsində xoşa gəlməyən sözlər danışmağa başlamışdır. Könülün dediyinə görə arvadı Hayva guya ki əxlaqsız hərəkətlərlə məşğul olur, kimlərsə yaxın münasibət saxlayaraq ona xəyanət edir. Könül onun şərəf və ləyaqətini alçaltdığına görə 25.11.2019-cu il tarixdə, yəni nişan mərasimindən iki gün sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Könülə zəng vuraraq onu söyüb təhqir etmiş, arvadı Hayvanın barəsində düzgün olmayan, rüsvayedici sözlər danışdığına görə onu məhkəməyə verəcəyini söyləmişdir. Könül telefonda arvadı Hayvanın barəsində dediklərini inkar etmişdir. O, Könülə “dediyin sözlərin açıqlamasını izah etmirsənsə səni məhkəməyə verəcəm” demiş, ancaq əsəbi sakitləşəndən sonra düzgün etmədiyini düşünüb Könülə "xətrinə dəydimsə bağışla" məzmunlu mesaj göndərmişdir. 27.11.2019-cu il tarixdə Şəmkir rayon polis şöbəsinin Hakim adlı əməkdaşı ona zəng edərək polis şöbəsinə gəlməsini xahiş etmişdir. O, həmin gün Şəmkir RPŞ-ə gəlmiş və orada Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bilmişdir. Könülün dediyinə görə guya o, 2019-cu ilin noyabr ayının 23-dən 24-ə keçən gecə onun evinə gələrək onunla yemək yeyib spirtli içki qəbul etmiş və daha sonra onunla zorla cinsi əlaqədə olmuşdur. Könül qərəzli olaraq onun barəsində şikayət etmişdir. O, onunla heç vaxt cinsi əlaqədə olmamış, onu zorlamamışdır. 23 noyabr 2019-cu il tarixdə gecə saatlarında Şəmkir rayonu Dağ-Cəyir kəndində olmamış, Könül ilə görüşüb spirtli içki olan araq qəbul etməmişdir. Zərərçəkmiş şəxs kimlərinsə diktəsi ilə öyrədilib ona şər-böhtan atdığına, eləcə də onun şikayəti üzrə araşdırma qeyri-obyektiv aparıldığına görə, eləcə də təqsirsiz olduğunu sübut etmək üçün aidiyyatı qurumlara müraciət etmək qərarına gələrək istintaqdan qaçıb gizlənmişdir. 03.11.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə olarkən tutulmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş mobil telefonunun anten dairəsinin müəyyən olunması barədə məlumatla əlaqədar bildirmişdir ki, 23.11.2019-cu il tarixdə evində olan qonaqları Dağ-Cəyir kəndinə yola salarkən hava soyuq olduğundan qohumu Zöhrab Nağıyev səhvən ona məxsus pencəyi geyinmiş və istifadəsində olan mobil telefon da pencəyinin cibində qalmışdır. Ona qarşı irəli sürülmüş ittihamın heç bir əsası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər cinayət törətdiyinə görə 9 il azadlıqdan məhum etmə cəzası almış və cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, bundan başqa Rasim ilə qohumluq münasibətləri vardır. Belə ki, Rasimin əmisi oğlanları Elxan və Elman onun yeznələridir. 23 noyabr 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Rasimin qızı Günelin Şəmkir şəhərində yerləşən “Morul” şənlik evində təşkil olunmuş nişan məclisinə getmişdir. Nişanda o, Rasimin bacısı Rəqsanə ilə limonada spirtli içki olan araq qatıb qəbul etmişdir. Nişan məclisi saat 13 radələrində başlayaraq saat 18 radələrində başa çatmışdır. Bundan sonra o, anası Atlas və azyaşlı oğlu Əli ilə birlikdə yaşadıqları Şəmkir rayonu Dağ-Cəyir kəndinə qayıtmışlar. Həmin gün gecə saat 24 radələrində Rasim xəbərsiz onun evinə gələrək özü ilə 700 qramlıq araq gətirmişdir. Rasim arağı stolun üstünə qoyub ona “əmi qızı bunu nə ilə içək” demişdir. O, ona gecə vaxtı nə hazırlaya biləcəyini demişdir. Rasim kartof bişirməyini demişdir. O, kartofu doğrayıb sobanın üstünə atmışdır. Anası Atlas süfrə açıb stola turşu, pendir və çörək qoymuşdur. Sonra Rasimlə birgə oturub araq içmişlər. O, Rasim ilə təxminən 100-200 qram araq içdikdən sonra sərxoş olmuş, çünki nişanda da araq içmişdir. Rasim Şəmkir şəhərində yaşadığına və gecə vaxtı olduğuna görə anası Atlas qonaq otağında Rasimə yatması üçün yer açmışdır. Digər otaqda o, anası və oğlu Əli yer salıb yatmışlar. Təxminən 1 saat keçdikdən sonra hiss etmişdir ki, bədənində əl gəzir və kimsə onu qucaqlayıb öpür. O, ayılanda özünü Rasimin yatdığı otaqda çarpayıda görmüşdür. Əynində yalnız çəhrayımtıl rəngdə köynək qalmışdır. O, Rasimdən əlindən çıxıb qaçmaq istəyərkən sürüşüb yerə yıxılmış, Rasim onu tutub saxlayaraq bədəni ilə onu döşəməyə sıxmışdır. Rasim onu zorla qucaqlayıb üzünü və sinəsini öpməyə başlamış, əlləri ilə qollarını möhkəm tutub saxlamış, müqavimət göstərmək istəyəndə Rasim var gücü ilə öz bədəni ilə onu döşəməyə sıxıb saxlamışdır. Rasimin əynində ağ rəngli qolsuz mayka olmuş, boz rəngli alt paltarı isə dizindən aşağı düşmüşdür. O, Rasimin əlindən çıxmaq istəyərkən, Rasim aralarında olanları heç kimiə bildirməyəcəyini deyərək onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O, Rasimin təklifi ilə razılaşmayıb ona müqavimət göstərmək istəyəndə Rasim əlləri ilə ağzını tutaraq ona fiziki güc tətbiq etmiş, onu arxası üstə döşəmənin üstünə uzadaraq üzərinə çıxmaqla onun cinsi orqanlarına toxunmağa başlayıb əlləri ilə onun ağzını və qollarını tutaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına yeridib təbii yolla onunla zorla cinsi əlaqədə olmuş və cinsi aktı başa çatdırmışdır. Onun səsinə oyanmış oğlu Əli anası Atlası yuxudan oyatmışdır. Anası Atlas otağa daxil olub onu Rasimin əlindən almış və digər otağa aparmışdır. Buna baxmayaraq Rasim ayağından tutub sürütləyərək onu otağa salmışdır. O, Rasimlə dartışmış, anası Atlas səs etdikdən sonra Rasim onu buraxmış və çıxıb getmişdir. Həmin hadisə oğlu Əli və yaşlı anası Atlasın gözləri qarşısında baş vermişdir. Səhərisi gün o, nədənsə özünü pis hiss etmiş və zəhərləndiyini başa düşmüşdür. Bacısı Ülkərə zəng edərək zəhərləndiyini bildirmişdir. Ülkərin xahişinə əsasən kəndin tibb bacısı Kifayət xanım həmin gün evə gəlib ona iynə vurmuşdur. O, zəhərləndiyinə görə özündə olmadığı üçün zorlanması barədə hüquq-mühafizə orqanlarına vaxtında şikayət edə bilməmişdir. 25.11.2019-cu il tarixdə bacısı Ülkər onun zorlandığını bilmişdir. 26.11.2019-cu il tarixdə Ülkər onu Şəmkir şəhərinə aparmış və polisə şikayət etməsini demişdir. 27.11.2019-cu il tarixdə saat 18 radələrində DİN-nin “102” xidmətinə zəng vuraraq Təqsirləndirilən şəxs tərəfindən zorlanması barədə məlumat vermişdir. Ərizə ilə müraciət etməsinə qohumlarının, dostlarının və ya başqa şəxslərin təsiri olmamışdır. Hadisədən əvvəl əynində çəhrayı rəngli kofta, boz rəngli şalvar (lasin) və qırmızı-qara rəngli tursik olmuşdur. O, Rasimin arvadı X13 haqqında hər hansı xoşagəlməyən sözlər deməmişdir. Rasim cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadə verir. O, Təqsirləndirilən şəxs ilə əvvəllər hər-hansı formada cinsi əlaqədə olmamış, hadisə vaxtı Rasim onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. O, utandığına görə Rasim tərəfindən zorlanmasını əvvəlcə bacısı Xallıya bildirməmişdir. O, polisə müraciət etdikdən sonra bacısı Xallı və digər qohumları Təqsirləndirilən şəxs tərəfindən zorlanmasını bildirmişlər. Təqsirləndirilən şəxs tərəfindən zorlanması nəticəsində heç bir zöhrəvi və sair xəstəliyə tutulmamışdır. X6 istintaqa təqdim etdiyi 1 ədəd CD diskdəki səs yazısını dinləmişdir. Diksdə olan səs yazısı Rasimin qardaşı Ramin Məmmədrzayev və onun əmisi oğlu İlqar Yusibova məxsusdur. Səs yazmada gedən söhbət tamamilə yalan və uydurmadır. Belə ki, Təqsirləndirilən şəxs axtarışda olan zaman həmkəndlisi X24 axtarışda olduğunu, lakin Şəmkir RPŞ tərəfindən işinə baxılmadığını demişdir. O, savadsız olduğuna görə İlham Lələyev ona Təqsirləndirilən şəxs barəsində olan şikayət ərizələrin yazılmasına köməklik göstərmişdir. Bu məqsədlə xatırlamadığı tarixdə İlham, İlqar və o, Şəmkir rayonunda yerləşən “Qala” adlı kafedə görüşüb Rasimin məsələsini müzakirə etmişlər. Hesab edir ki, Rasimin qardaşı X31 təzyiq edərək istədiyi kimi onun səsini telefona yazdırmış və istintaqa təqdim etmişdir. Belə ki, sonradan İlqar Yusibov bacısı Ülkərə zəng edərək təzyiq altında danışdığını və prokurorluğa çağırılacağı halda düzgün ifadə verəcəyini bildirmişdir. X32 tutdurmaq üçün ona pul təklif etməmiş, aralarında elə məzmunda söhbət olmamışdır. Təqsirləndirilən şəxs şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonunun Dağ-Cəyir kəndində yaşayır.Kənddə onun çoxsaylı qohumları vardır. Onlardan biri də Nizami Məmmədrzayevdir. Əvvəllər aralarında hər-hansı bir narazılıq, mübahisə, ədavət və düşmənçilik olmamışdır. 23 noyabr 2019-cu il tarixdə Şəmkir şəhərində Morul şənlik evində Nizaminin oğlu Rasimin qızı Günelik nişan mərasimində iştirak etmiş, nişan mərasimində həmçinin Rasimin dəvəti əsasında qızları Könül, Ülkər, azyaşlı nəvəsi Əli və digər qohumları olmuşdur. Nişan məclisində qızı Könül Rasimin bacısı Rəqsanə ilə spirtli içki qəbul etmişdir. Bundan sonra Rasimin atası Nizami, anası Müşkünaz, qızı Könül və nəvəsi Əli ilə yaşadıqları Şəmkir rayonu Dağ-Cəyir kəndində yerləşən evə qayıtmışlar. Gecə təxminən saat 24 radələrində evinin qapısı döyülmüş, qapını Könül açmış, içəri Rasim daxil olmuş və qoltuğundan 700 qramlıq araq çıxartmışdır. Əvvəlcə butulkanın içərisində olan mayenin kerosin olduğunu zənn etmişdir. Rasim Könülə deyəndə ki, “istəkan gətir içək”, butulkada araq olduğunu başa düşmüşdür. Rasim Könüldən soruşmuşdur ki, nə hazırlaya bilərsən. Könül də gecənin bu vaxtı nə hazırlaya biləcəyini demişdir. O, süfrə açmış, stola pendir, çörək və turşu qoymuşdur. Sonra kartof doğrayıb sobanın üstünə qoymuşlar. Sonra Rasim və Könül yeyib içməyə başlamışlar. O, Rasimə bildirəndə ki, nə vaxt gedəcəksən Rasim onların evində qalacağını söyləmişdir. O, Rasimin yatması üçün qonaq otağında yer salmış, Könül, nəvəsi Əli və o, digər otaqda yatmışlar. O, tez bir zamanda yuxuya getmişdir. Birdən nəvəsi Əli onu yuxudan oyadaraq Rasimin Könülü öldürdüyünü demişdir. O, ayılanda Könülü öz çarpayısında olmadığını görərək lampanı yandırıb dərhal Rasimin yatdığı otağa daxil olmuş, otağa daxil olanda Rasimin döşəmənin üzərində Könülün üstünə uzanaraq ona əlqol atdığını, onunla zorla cinsi əlaqədə olduğunu görmüş, Könül isə onun altında çabalamış və Rasimə onu buraxmasını demişdir. Buna baxmayaraq Rasim Könüllə zorakılıqla cinsi əlaqədə olmağa davam etmişdir. Könül çılpaq olmuş, əynində bir dənə köynək qalmışdır. Rasimin əynində isə ağ rəngli mayka, alt paltarı isə dizindən aşağı düşmüşdür. O, Rasimə onun nə etdiyini deyib qızını buraxmasını tələb etmişdir. Sonra o, Könülü tutub onu digər otağa, yəni yatdığı otağa aparmışdır. Rasim isə bununla kifayətlənməyərək təkrar otağa daxil olub Könülü otağa aparmağa çalışmış, onu otağa aparmış və Könüllə zorla cinsi əlaqədə olmaq istəyən zaman Könül ona müqavimət göstərməyə başlamış və onlar dartışmışlar. O, yaşlı və köməksiz olduğuna görə fiziki cəhətdən güclü olan Rasimə mane ola bilməmiş, istifadəsində olan telefonu yalandan qulağına tutaraq Rasimə demişdir ki, “indi sənin anan Müşkünaza zəng edib deyəcəm ki qızıma sataşıbsan”. Bundan sonra Rasim fikirini dəyişərək Könülü buraxmış, əyninə paltar geyinib evdən çıxıb getmişdir. Qızı Könül ağlamış, özünə yer tapa bilməmişdir. 24 noyabr 2019-cu il tarixdə Könül nədənsə özünü pis hiss edərək ona zəhərləndiyini demiş, özündə olmadığı üçün kəndin həkim məntəqəsinin tibb bacısı Kifayət evə gəlib Könülə iynə vurub dərman vermişdir. Könül özünə gəldikdən sonra, yəni 27 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərək əmisi oğlu Təqsirləndirilən şəxs tərəfindən zorlandığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X20 ifadəsində şahid X12 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, 23.11.2019-cu il tarixdə anası Atlas, bacısı Könül və qızı ilə birlikdə Rasimin qızı Günelin nişan mərasimi ilə əlaqədar Şəmkir şəhəri “Morul” şənlik evində təşkil olunmuş məclisdə iştirak etmişdir. Nişanda bacısı Könül Rasimin bacısı Rəqsanə ilə spirtli içki olan araq içmişdir. Nişan mərasimi saat 13 radələrində başlayaraq saat 18 radələrində başa çatmışdır. Məclisdən sonra anası Atlas və bacısı Könül yaşadıqları Şəmkir rayonu Dağ- Cəyir kəndinə getmişlər. 24.11.2019-cu il tarixdə Könül ilə telefonla danışan zaman ona nədənsə zəhərləndiyini, özünü pis hiss etdiyini bildirmişdir. O, Könülün xahişinə əsasən Dağ-Cəyir kəndində tibb bacısı işləyən Kifayət xanımı Könülün yanına göndərmişdir. Kifayət Könülə tibbi yardımlar göstərərək, sistem vurdurmaq üçün Şəmkir şəhərinə getməsini tövsiyyə etmişdir. 25.11.2019-cu il tarixdə Kifayət xanım təkrar Könülün evinə gedərək ona tibbi yardım göstərmişdir. Həmin vaxt o, Könülə “nə olub sənə iki gündü ayılmırsan” demişdir. Bu vaxt Könülün azyaşlı oğlu Əli çığıraraq Rasimin anası Könülü “sürüdüyünü” demişdir. O, Könüldən nə baş verdiyini soruşduqda ona 2019-cu ilin noyabr ayının 23-dən 24-ə keçən gecə, yəni nişan mərasimindən sonra Rasimin gecə saat 24 radələrində onun evinə gəldiyini, yemək yeyib spirtli içki qəbul etdiklərini, gecə vaxtı azyaşlı oğlunun və qoca anasının gözləri qarşısında Rasim tərəfindən zorlandığını bildirmişdir. Könül utandığına görə zorlanması barədə ona məlumatı gec vermişdir. Könül həmçinin ondan xahiş etmişdir ki, zorlanması barədə böyük bacısı Xallıya heç nə deməsin. Lakin bacısı Xallı onların telefon söhbətini eşitdiyi üçün ondan nə baş verdiyini soruşduqda onu aldadaraq Rasimin gecə vaxtı Könülün qapısını döydüyünü, onun evinə gəldiyini desə də zorlanması barədə söz açmamışdır. Həmin vaxt Xallı demişdir ki, “Rasimin anasına və atasına deyək, Nizam əmidən ayıbdı, görək nə tədbir görürlər”, yəni Xallı Rasimin üzr istəməsini nəzərdə tutmuşdur. O, bacısı Xallıdan gizli Rasimə zəng edərək gecə vaxtı Könülün evinə gələrək onu zorladığına görə onu danlamışdır. Rasim də cavabında onu söyərək təhqir etmişdir. 26.11.2019-cu il tarixdə o, Şəmkir rayonu Dağ- Cəyir kəndinə gedərək Könülü yaşadığı Şəmkir şəhərinə gətirmişdir. O, Könülə zorlanması barədə dərhal polisə müraciət etməsini söyləmişdir. Sonra Könülə əvvəlcə DİN “102” xidmətinə zəng edərək məlumat verməsini demişdir. 27.11.2019-cu il tarixdə Könül “102”yə çıxaraq Rasim tərəfindən zorlanması barədə məlumat vermiş və ərizə ilə Şəmkir rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin vaxt bacısı Xallı da Könülün Rasim tərəfindən zorlanması xəbərini tutmuşdur. Könül nişandan sonra nədənsə zəhərləndiyinə görə polisə məlumat verə bilməmiş, yəni həmin vaxt Könülün başı özünə qarışmışdır. Könülü zəhərləndiyinə görə kəndin tibb bacısı Kifayət xanım iki gün ərzində ona iynələr vurmuşdur. Bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən zorlanması barədə ondan başqa, digər ailə üzvlərinin məlumatı olmamışdır. Könül “102”-yə çıxandan sonra bacısı Xallı da məsələni bilmişdir. Rasim bacısı Könül ilə qohumdurlar, gediş-gəlişləri olmuşdur. Rasimin bacısı Könül ilə yaxın münasibətdə olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində şahid X8 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 1989-cu ildən hazıradək rayonun Dağ-Cəyir kəndində tibb məntəqəsinin feldşeri işləyir. Tutduğu vəzifə ilə əlaqədar kənddə yaşayan sakinlərə ilkin tibbi yardımın göstərilməsi, müalicələrin yazılması və s. ibarətdir. Şəmkir rayonu Dağ-Cəyir kəndində uzun müddət yaşadığıma görə demək olar ki, kəndin bütün camaatını tanıyır, o cümlədən Zərərçəkmiş şəxs və onun ailəsini tanıyır. 24 noyabr 2019-cu il tarixdə Könülün Şəmkir şəhərində yaşayan bacısı Ülkər ona zəng edərək bacısı Könülün qidadan zəhərləndiyini, özünü pis hiss etdiyini, lazımi tibbi yardımlar göstərmək üçün onun evinə təcili getməsini xahiş etmişdir. O, Ülkərin xahişinə əsasən həmin gün saat 10-11 radələrində Könülün yaşadığı evinə getmişdir. Könülün evinə gələndə Könülün qusduğunu, özündə olmadığını, ağrıdığını və mədəsinin bulandığını görmüşdür. Könüldən nədən zəhərləndiyini soruşduqda ona 23 noyabr 2019cu ildə Rasimin qızı Günelin nişan mərasimi ilə bağlı təşkil olunmuş məclisdə yeməkdən zəhərləndiyini bildirmişdir. Könülün zəhərlənməsi ilə bağlı tərəfindən ona lazımi tibbi yardımlar olunmuş, venasına qlükoza və ağrıkəsici iynələr vurmuşdur. Həkim-feldşer kimi o, Könülün halına görə narahat olaraq ona mütləq şəkildə rayonun mərkəzinə gedib xəstəxana şəraitində sistem vurdurmasını tövsiyyə etmişdir. Könül isə maddi cəhətdən əziyyət çəkdiyini ona bildirərək pulu olan kimi gedəcəyini söyləmişdir. O, Könülə demişdir ki, “əgər maşın tutub rayona getməyə imkanın yoxdursa bacına sistem aldır özüm sənə sistemləri vuracam”. 25 noyabr 2019-cu il tarixdə isə Könülün Şəmkir şəhərinə getdiyini eşitdiyi üçün onun sonrakı halı ilə maraqlanmamışdır. Zərərçəkmiş şəxs evinə gəldiyi vaxt onun bədənində hər hansı xəsarət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, oğlu Sabirin kirvəsidir, Şəmkir şəhəri Kraz yolu yaşayış massivində yaşayır. Rasimlə əvvəllər aralarında borc pul üstündə narazılıq olmuş, lakin onunla ədavəti və düşmənçiliyi olmamışdır. 23.11.2019-cu il tarixdə Rasimin qızı Günelin nişan mərasimi münasibəti ilə əlaqədar Şəmkir şəhəri “Morul” şadlıq evində təşkil olunmuş məclisdə iştirak etmişdir. Şənlikdə xeyli miqdarda spirtli içki olan araq qəbul etdiyi üçün sərxoş olmuşdur. Məclisdən sonra o, digər qonaqlarla birlikdə Rasimin evinə gedib orada şənliyi davam etdirmişlər. Həmin gün saat 20-21 radələrində Rasimin evindən çıxıb yaşadığı evə qayıtmışdır. O, evdə olan zaman saat 21:53-də Rasim istifadəsində olan 050 326-97-57 saylı mobil nömrədən ona zəng etmiş, lakin sərxoş olduğuna görə həmin anda Rasimlə nə danışdığını xatırlamır. 24.11.2019-cu il tarixdə səhər saatlarında o, Rasimə zəng edərək onun nişan mərasimi ilə bağlı ziyan çəkib-çəkməmədiyini soruşmuşdur. Bundan bir neçə gün sonra Rasim ona zəng edərək bildirmişdir ki, onun barəsində polisdə şikayət var və ondan xahiş etmişdir ki, gedib polisə izahat versin ki, guya o, gecə yarısına qədər onun evində olmuşdur. O, Rasimə demişdir ki, onun evində yalnız saat 20-21 radələrinə kimi olmuş, buna görə ona “yalançı” şahid durmaqdan imtina etmiş və polisə gedib izahat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dağ-Cəyir kəndində yaşayır, özünə məxsus “VAZ 21011” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı abtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. 23 noyabr 2019cu il tarixdə Şəmkir şəhərində yerləşən “Morul” şənlik evində Rasimin qızı Günelin nişan mərasimi ilə bağlı təşkil olunmuş məclisdə iştirak etmişdir. Məclis qurtardıqdan sonra təxminən saat 18 radələrində yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında yaşadığı evdə olan zaman Rasim və ya Ramin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu qonaqları ilə birlikdə rayonun Dağ-Cəyir kəndinə aparmasını xahiş etmişdir. O, ağrıdığı üçün gələ bilməyəcəyini söyləmişdir. Bundan sonra aralarında telefon danışığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur. 2019-cu ilin noyabr ayının axırlarında kənddə gəzən söz-söhbətlərdən bilmişdir ki, Rasim 2019-cu ilin noyabr ayının 23-dən 24ə keçən gecə Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu Dağ-Cəyir kəndində yerləşən evinə gələrək, orada yeyib içib spirtli içki qəbul etdikdən sonra onu zorlamışdır. X6 istintaqa təqdim etdiyi 1 ədəd CD diskdəki danışıqları həqiqəti əks etdirmir. Belə ki, o, Ramin Məmmədrzayev tərəfindən məcbur edilərək onun diqtəsi ilə həmin sözləri demişdir. İki il əvvəl həmkəndlisi X26 ilə biznes qurmaq istəmiş, bu məqsədlə kənddə olan özünə məxsus 4 hektar torpaq sahəsini sataraq, əldə olunan pulu ortaq biznesə qoymuşdur. Sonradan işləri alınmadığı üçün İlhamla aralarında narazılıq yaranmışdır. Bunu bilən və Rasimi «təmizə çıxartmaq» istəyən Ramin ona təzyiq və hədə-qorxu gələrək Rasimin xeyrinə ifadə verməsini demişdir. Belə ki, Ramin şübhələnmişdir ki, X37 Nağıyeva ilə əlbir olub onu pulla ələ alaraq Rasimi nəyin bahasına olursa olsun tutdurmaq istəyir. Çünki kənddə gəzən söz-söhbətlərə görə İlhamın qardaşı İlqar homoseksualdır və Rasim onunla cinsi əlaqədə olmuş, daha sonra Rasim bunu kənddə “ağzından qaçırtmış”, İlham da bu barədə xəbər tutduqdan sonra Rasim ilə münasibətləri pozulmuşdur. Rasim İlhamın qardaşı ilə intim münasibətdə olduğundan və barəsində xoşagəlməyən söhbətlər etdiyindən İlhamın onunla münasibətləri pozulmuşdur. Bundan istifadə edən Ramin ona təzyiq edərək məcbur etmişdir ki, o desin ki guya İlham Lələyev pul müqabilində Zərərçəkmiş şəxs ilə qabaqcadan əlbir olaraq Təqsirləndirilən şəxs əsassız olaraq tutulması üçün ərizələrin yazılmasına köməklik etmiş və bunun qarşılığında Zərərçəkmiş şəxs 500 manat pul vermişdir. Xatırlamadığı tarixdə o, İlham və Könül ilə birlikdə Şəmkir rayonunda yerləşən “Qala” adlı yeməkxanada görüşüb yemək yemişlər. X37 Nağıyeva ilə əlbir olaraq onu pulla ələ almamış, Rasim barəsində şər-böhtar xarakterli ərizə yazmasını ondan xahiş etməmişdir. Ramin Məmmədrzayev onu məcbur etdiyi üçün o, telefon danışığı zamanı İlham Lələyevin guya ki Zərərçəkmiş şəxs pulla ələ alaraq Rasimin barəsində şikayət etməsini bildirmişdir. Diskdəki səs yazıları Ramin Məmmədrzayevin uydurmasıdır. Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayının 23-dən 24-ə keçən gecə Təqsirləndirilən şəxs tərəfindən zorlanmasını eşitmişdir. Bu hadisə barədə kənddə hamı danışır. Kənd sakinləri Rasimin ailəsi ilə düşmən olmamaq üçün ifadə verməkdən boyun qaçırırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndliləri kimi tanıyır. Təqsirləndirilən şəxslə uzun müddət dostluq münasibətlərində olmuş, sonradan Rasim müəyyən yerlərdə ruhi xəstə olan qardaşının barəsində xoşagəlməyən fikirlər söylədiyinə görə aralarında narazılıq yaranmışdır. Belə ki, Rasim qardaşının xəstə olmasından istifadə edərək müəyyən yerlərdə qardaşının kişilərə maraq göstərdiyini demiş, yəni onu homoseksual adlandırmışdır. Bu səbəbdən Rasim ilə münasibətləri pozulmuşdur. X6 istintaqa təqdim etdiyi 1 ədəd CD diskdəki səs yazısını dinləmişdir. Diskdəki səs yazısı həqiqətə uyğun deyil. Belə ki, xatırlamadığı tarixdə Şəmkir bazarında Zərərçəkmiş şəxs ilə təsadüfən görüşüb söhbət edən zamanı Könül ona Rasimin qaçıb gizləndiyini, Şəmkir RPŞ tərəfindən işinə baxılmadığını söyləmişdir. Ona məsləhət vermişdir ki, yuxarı instansiyalara müraciət etsin. Könül savadsız olduğuna görə ərizələri yazmaq üçün ondan köməklik istəmişdir. Ona Respublika Baş Prokurorluğu, Ombudsman və digər aidiyyatı qurumların ünvanlarını verib qeyd edilən yerlərə müraciət etməsini məsləhət görmüşdür. Həmin vaxtlarda o, Könül, onun azyaşlı oğlu Əli və İlqar Yusibov ilə görüşüb Şəmkir rayonunda yerləşən “Qala” adlı kafedə yemək yeyərkən aidiyyatı qurumların adlarını boş kağıza yazıb Könülə təqdim etmiş və ona izah etmişdir ki, qeyd edilən ünvanlara ərizələr yazsın. Könül savadsız olduğu üçün məqsədi ona kömək etmək olmuşdur. Rasim ilə arasında narazılıq olsa da o, Könül vasitəsi ilə onu tutdurmaq və ya cəzalandırmaq fikiri olmamış, bu məqsədlə Könülü ələ almamış, ona pul təklif etməmiş və verməmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05.12.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu Dağ-Cəyir kəndində yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 02.12.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan bir ədəd kofta, bir ədəd şalvar (lasin) və bir ədəd trusik götürülərək müvafiq qaydada qablaşdırılmışdır. “Diskə baxış keçirilməsi haqqında” 09.01.2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 326-97-57 saylı mobil nömrədən 25.11.2019cu il tarixdə saat 13:14:49-da Zərərçəkmiş şəxs istifadəsində olan 051 807-95-33 saylı mobil nömrəyə “Salam neterisen nolub göturmursen incimisen menden?” məzmunlu mesaj göndərilmişdir. Zərərçəkmiş şəxs istifadəsində olan 051807-95-33 mobil nömrəsinə gələn mesajların məzmunları təhlil olunarkən müəyyən edilmişdir ki, 02.12.2019-cu il tarixdə saat 13:14:04-da X11 istifadəsində olan 050 524-96-02 saylı mobil nömrədən Könülün istifadəsində olan 051 807-95-33 saylı mobil nömrəyə “Ay konul bagisla Rasimi allahda her bir qulunu bagislayandi” məzmunlu mesaj göndərilmişdir. 24.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050 326-97-57 saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan 051 807-95-33 saylı mobil nömrəyə 24.11.2019-cu il tarixdə saat 18:56:32-də zəng olunaraq 72 saniyə müddətində (ARAYANİN CELL İD-si Semkir r-nu., Dag Ceyir - ARANANİN CELL İD-si Semkir r-nu., Dag Ceyir) danışıq olmuşdur. "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli sms mətni və başqa əhəmiyyətli hallar müəyyən edilməmişdir. “Diskə baxış keçirilməsi haqqında” 27.05.2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 326-97-57 saylı mobil nömrədən X3 adına və faktiki istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə 23.11.2019-cu il tarixdə saat 19:37-də zəng olunaraq 105 saniyə müddətində (ARAYANİN CELL İD-si Shemkir seh, Sh.Qurbanov kucesi N 2A - ARANANİN CELL İD-si Semkir r-nu.,Dag Ceyir) danışıq olmuşdur.Telefon danışıqların təhlili göstərir ki, 23.11.2019-cu il tarixdə saat 21:53-də Təqsirləndirilən şəxs istifadəsində olan 050 326-97-57 saylı mobil nömrədən X14 adına olan 050 404-80-85 saylı mobil nömrəyə zəng olunaraq 32 saniyə müddətində (ARAYANİN CELL İD-si S Semkir r-nu., Dag Ceyir - ARANANİN CELL İD-si Shemkir rayonu Qaryagdi qesebesi ) danışıq olmuşdur. Mesajların məzmunu təhlil olunarkən müəyyən edilmişdir ki, 050 326-97-57 saylı mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs istifadəsində olan 050 989-58-57 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 326-97-57 saylı mobil nömrəyə “X43 X44 X45 X38 Yanina Galiram” məzmunlu mesaj göndərilmişdir. "xxxx" MMC-dən təqdim edilmiş diskə baxış zamanı iş üçün əhəmiyyətli sms mətni və başqa əhəmiyyətli hallar müəyyən edilməmişdir. “Üzləşdirmə haqqında” 04.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun 2019-cu ilin noyabr ayının 23-dən 24-ə keçən gecə ona qarşı fiziki zor tətbiq etməklə iradəsi ziddinə zorla təbii yolla cinsi əlaqədə olaraq onu zorladığını bildirmişdir. “Üzləşdirmə haqqında” 04.11.2020-ci il tarixli protokoldan görünür ki, şahid X22 Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşmə zamanı qeyd olunan şəxslər ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. “Üzləşdirmə haqqında” 28.11.2020-ci il tarixli protokollardan görünür ki, X11, X26 ilə Təqsirləndirilən şəxs ilə aralarında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşmə zamanı qeyd olunan şəxslər ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişlər. Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 17.11.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o, 23.11.2019-cu il tarixdə, gecə təxminən saat 24 radələrində Təqsirləndirilən şəxs əlində 700 qramlıq araq şüşəsi tutaraq onun yaşadığı evə gələrək onunla yeyib içdiyi yeri, gecə vaxtı olduğundan anası Atlasın digər otaqda Rasim üçün hazırladığı yeri, özü isə azyaşlı oğlu Əli və anası Atlasla digər otaqda yatdığını, təxminən 1 saat keçdikdən sonra ayılaraq öz yatağında deyil, Rasimlə birligə yataqda olduğunu gördüyünü, Rasimdən qaçmaq istəyərkən çarpayıdan sürüşüb yerə yıxıldığını, sonra Rasimin onu tutaraq bədəni ilə onu döşəməyə sıxdığını, Rasimin onu qucaqlayıb öpməklə əlləri ilə qollarını möhkəm tutub saxdığını, ona müqavimət göstərmək istəyəndə Rasimin daha da güclü bədəni ilə onu döşəməyə sıxdığını, onun əlindən çıxmaq istəyərkən Rasimin əlləri ilə ağzını tutaraq ona fiziki güc tətbiq etdiyini, onu arxası üstə döşəmənin üstünə uzadaraq üzərinə çıxdığını, əlləri ilə onun ağzını və qollarını tutaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına yeridib onunla təbii yolla zorla cinsi əlaqədə olduğu yeri, həmin vaxt oğlu Əli və anası Atlası çağırdığını, oğlu Əlinin nənəsi Atlası yuxudan oyatdığını, anası Atlasın otağa daxil olub Rasimin əlindən onu alıb digər otağa apardığını, buna baxmayaraq Rasimin onun ayağından tutub sürətləyərək təkrar otağa apardığını, Rasimlə dartışdığını, anası Atlas səs etdikdən sonra Rasimin onu buraxdığını və çıxıb getdiyini göstərərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 17 noyabr 2020-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 03.12.2019-cu il tarixli 1424 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boynunun hər iki yan səthinin, hər iki süd vəzinin yuxarı kvadratının, sağ bazunun yuxarı üçdə birinin bayır səthinin, orta üçdə birinin ön səthinin, sol bazunun yuxarı üçdə birinin ön səthinin, orta üçdə birinin arxa səthinin, aşağı üçdə birinin ön səthinin, sol budun yuxarı üçdə birinin bayır səthinin qançırları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 23 noyabr 2019-cu il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. Zərərçəkmiş şəxs arxa keçəcəyində cinsi əlaqələrin olmasına dəlalət edən xəsarət və dəyişiklik aşkar edilməmişdir. Zorlamada fiziki təsirləri şərtsiz sübut edən spesifik əlamətlər mövcud deyildir. Bununla belə, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər onunla zorla cinsi əlaqədə olmağa cəhd edərkən əmələ gələ bilərdilər. Məhkəmə-tibbi ekspertizasının 05.11.2020-ci il tarixli 1422 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 11.12.2020-ci il tarixli 587 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs anamnestik (özünün deməsinə görə) məlumatlarına əsasən, onda menstruasiya tsikli (aybaşı) periodik qaydada təxminən hər ayın 19-20 tarixlərində baş verir. Zərərçəkmiş şəxs anamnestik (özünün deməsinə görə) məlumatlarına əsasən, bəzi emosional gərginlik keçirdiyi hallarda onda menstruasiya tsikli (aybaşı) vaxtsız olaraq qanaxma şəklində baş verir. Bu məlumatın təsdiqini hal-hazırda məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. Lakin ədəbiyyatda olan məlumatlara əsasən və təcrübədən göründüyü kimi, qadınlarda (yəni stress, həyəcan, qorxu və s. keçirdiyi zaman) belə halların baş verməsi istisna olunmur. Maddi sübuların ekspertizasının 27.01.2020-ci il tarixli 641/2019-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın arxa sol nahiyəsində aşkar edilmiş iki ədəd cırılma zədələri aşkar olunmuşdur. Bu cırılmalar tumanın müvafiq nahiyyələrinə küt güvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus don, şalvar və tuman üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Maddi sübuların ekspertizasının 24.01.2020-ci il tarixli 976/2019-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta üzərində qan, ona məxsus lasin və trusik üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta və trusik üzərində spermatozoidlər, ona məxsus lasin üzərində isə spermaya şübhəli hər hansı bir ləkələr aşkar olunmamışdır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, lasin və trusik üzərində tər aşkar olunmamışdır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol kofta, lasin və trusik üzərində ağız suyuna hər hansı bir ləkələr və dəri toxumasına şübhəli hər hansı bir hissəciklər aşkar olunmamışdır. Qərarın təsviri hissəsində ləkələrin əmələ gəlmə müddəti barəsində olan suala hal hazırda dəqiq metodlar olmadığı üçün cavab vermək mümkün olmamışdır. Ambulator məhkəmə-psixoloji ekspertizasının 19.11.2020-ci il tarixli 288 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs onunla təbii yolla cinsi əlaqəyə girmənin mahiyyətini tam dərk etmişdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafını nəzərə alınmaqla onunla cinsi əlaqədə olan hər-hansı şəxsə müqavimət göstərmək imkanında olmuşdur. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 19.11.2020-ci il tarixli 635 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvvəqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Şəmkir rayon Dağ-Cəyir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28.12.2019-cu il tarixli 191 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhəri «Kraz yolu» yaşayış massivində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Şəmkir Rayon Poliklinikasının 25.12.2019-cu il tarixli 477 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin 28.02.2003-cü il tarixli, hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin 15.09.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 77-ci maddəsi ilə cəzasının çəkilməmiş 02 il 10 ay 02 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar qəbul edilmişdir. “Axtarış elan olunması haqqında” 07.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həmin tarixdə axtarış elan edilmişdir “Axtarışda olan şəxsin tutulması haqqında” 03.11.2020-ci il tarixli protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtaış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 21.12.2019-cu il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı evə sonuncunun iradəsi ziddinı daxil olmdığı müyyən edildiyindən, həmin xüsusatla bağlı hissədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir.Zərərçəkmiş şəxs məxsus paltarlar – 1 ədəd qısaqol, çəhrayı rəngli, qara rəngli qövsvari boğazlığı olan kofta, 1 ədəd qara boz rəngli xırda qrafik naxışları olan qadın lasin və 1 ədəd bənövşəyi-tünd qırmızı rəngli tursik, maddi sübut kimi tanınmış və Şəmkir rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılır. Eləcə də "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayının 23-dən 24-ə keçən gecə Zərərçəkmiş şəxs yaşadığı evdə olmadığını, onu zorlamadığını, Zərərçəkmiş şəxs şikayətinin şər-böhtan xarakterli olduğunu, başqa şəxslər tərəfindən qəsdən öyrədildiyini, onun həmkəndlisi X26 ilə əlbir olaraq pul müqabilində əsassız, qərəzli və şər-böhtan xarakterli şikayət etdiyini, Zərərçəkmiş şəxs zəhərlənməsinin təsdiq olunmadığını, iş üzrə verilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin saxta olduğunu, ittihamın əsassız olduğunu, bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərəçəkmiş şəxsin və şahidlərin ifadəsini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerdən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilib Şəmkir rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar – 1 ədəd qısaqol, çəhrayı rəngli, qara rəngli qövsvari boğazlığı olan kofta, 1 ədəd qara boz rəngli xırda qrafik naxışları olan qadın lasin və 1 ədəd bənövşəyi-tünd qırmızı rəngli tursik, Zərərçəkmiş şəxs qaytarılmalı imtina edildikdə isə məhv edilməlidir. "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 03 noyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Şəmkir rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus paltarlar – 1 ədəd qısaqol, çəhrayı rəngli, qara rəngli qövsvari boğazlığı olan kofta, 1 ədəd qara boz rəngli xırda qrafik naxışları olan qadın lasin və 1 ədəd bənövşəyi-tünd qırmızı rəngli tursik, Zərərçəkmiş şəxs qaytarılsın, imtina edildikdə isə məhv edilsin. "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarının əks olunduğu 02 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar