Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-129/2022 14.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X12 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.08.2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.06.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 15, mənzil 23-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 02 fevral 2021-ci il tarixdə, saat 02 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə, oradan da, qonaq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 dəst 35 manat dəyərində şirəli qazanı, 1 dəst 65 manat dəyərində şirəli qazanı, 1 ədədi 65 manat olmaqla ümumilikdə 130 manat dəyərində iki ədəd 2x2,1 metr ölçüdə yorğanı, 1 ədəd 50 manat dəyərində “Gold excell” markalı 1,60x2.20 metr ölçüdə pambıq adyalı, 1 ədəd 75 manat dəyərində 2,15x2,35 metr ölçüdə “Parima” markalı pambıq adyalı, 1 ədəd 130 manat dəyərində 2,70x1,80 metr xalçanı, 1 ədəd 30 manat dəyərində 2x2,1 metr ölçüdə yataq örtüyünü gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 515 (beş yüz on beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 09 may 2021-ci il tarixdə saat 03 radələrində Gəncə şəhəri, İsrafilbəyov küçəsi ev 79 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin darvazasının üzərindən qanunsuz olaraq həyətə, oradan da, qonaq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 ədəd 400 manat dəyərində “ERGO” markalı 82 sm dioqanallı LED televizoru, 1 ədəd 100 manat dəyərində “Toshiba” markalı notbuk kompüteri, 1 ədəd 50 manat dəyərində “Sonashi” markalı Sİ-5044C modelli ütünü, 1 ədəd 20 manat dəyərində “Sonashi” markalı Sfh-904 modelli kiçik ölçülü kondisoneri, 1 ədəd 170 manat dəyərində 2 qram çəkidə 5,85 əyarlı alyans qızıl üzüyü, 1 cüt 350 manat dəyərində 4 qram çəkidə 5,85 əyarlı alyans qızıl sırğanı, 1 dəsti 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində “Carlorina” markalı yataq dəstini, 1 ədəd 80 manat dəyərində 2,50x2,10 metr ölçülü ağ qara zolaqlı adyalı, 1 ədəd 40 manat dəyərində 1,65x3,25 metr ölçüdə “ZARRİN TAJ” markalı stol örtüyünü, 1 ədəd 50 manat dəyərində 1,80x3,20 metr ölçüdə “Bahadır” markalı stol örtüyünü, 1 ədəd 35 manat dəyərində 1,30x1,80 metr ölçüdə üzəri naxışlı stol örtüyünü, 1 ədəd 30 manat dəyərində 3x1,60 metr ölçüdə torlu stol örtüyünü, 1 ədədi 30 manat dəyərində “SKYSTYLE” markalı 42-44 ölçülü kişi köynəyini, 1 ədəd 30 manat dəyərində “Amato Cerruti” markalı 41 ölçülü kişi köynəyini, 1 ədəd 30 manat dəyərində “Cesars” markalı 44 ölçülü kişi köynəyini, 1 ədədi 1 manat olmaqla ümumilikdə 30 manat dəyərində 30 ədəd sintetik kişi corablarını, 1 ədəd 100 manat dəyərində “Sony” markalı videokameranı, 1 ədəd 30 manat dəyərində 2,30x2,20 metr ölçüdə yataq üzünü, 1 ədədi 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd 0,60x0,75 metr ölçüdə ağ rəngli balınc üzünü, 1 ədəd 10 manat dəyərində “Staleks pro” markalı mətbəx əlcəyini, 1 ədəd 15 manat dəyərində “Sonashi” markalı SHS-2017 modelli saç ütüsünü, 1 ədəd 45 manat dəyərində “DAEWOO” markalı video kaset aparatını, 1 dəst 28 manat dəyərində “Matilda” markalı qadın alt geyim dəstini, 1 ədədi 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 2 ədəd kişi qalstukunu, 1 ədədi 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd mis qazanı, 1 ədəd 350 manat dəyərində 8 litr tutumlu latun od savomarını gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 2803 (iki min səkkiz yüz üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 11 may 2021-ci il tarixdə saat 03 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə, oradan da, qonaq otağının pəncərəsinə fiziki təsir göstərib açaraq içəri daxil olub oradan sonuncuya məxsus 1 ədəd 500 manat dəyərində 6 qram çəkidə 5,85 əyarlı qızıl üzüyünü, 1 ədəd 40 manat dəyərində 4 qram çəkidə 925 əyarlı gümüş kişi üzüyünü, 1 ədəd 120 manat dəyərində “Eurolux” markalı 6,8 litr tutumlu elektirkli çaydanı, 1 ədəd 50 manat dəyərində “Star-xsuper98” markalı peyk tunerini, 1 ədəd 20 manat dəyərində 2x1,60 metr ölçüdə göy rəngli adyalı, 1 ədəd 100 manat dəyərində “Arshia” markalı AMG-246 modelli ətçəkən maşını, 1 kiloqramı 20 manat olmaqla ümumilikdə 140 manat dəyərində 7 kiloqram çəkidə əridilmiş kərə yağını, 30 manat qəpik pulları, 1 ədəd 400 manat dəyərində 4x2,5 metr ölçüdə gəvəni, 1 ədəd 45 manat dəyərində “İncity girls” markalı zolaqlı donu, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2 ədəd 2,70x5,80 metr ölçüdə pərdəni, 1 ədəd 20 manat dəyərində “VTF collection” markalı 0,47x0,40 metr ölçüdə yubkanı, 1 ədəd 40 manat dəyərində 42 ölçüdə “Tempest” markalı sarı rəngli donu, 1 dəst 90 manat dəyərində “Lafate” markalı qadın kostyumunu (yubka+pencək+mayka), 1 ədəd 120 manat dəyərində “LZ international” markalı süni dəri üzlüklü 50 ölçülü qara rəngli dəri gödəkcəni, 1 ədəd 100 manat dəyərində “HAO SHİDA” markalı süni dəri üzlüklü 3XL ölçülü qara rəngli dəri gödəkcəni, 1 ədədi 7 manat olmaqla ümumilikdə 21 manat dəyərində 3 ədəd 0,35x0,75 metr ölçüdə stəkan dəsmallarını, 1 dəst 50 manat dəyərində Giltex markalı yataq dəstinin üzünü (balınc, yorğan, döşək üzü), 1 ədəd 40 manat dəyərində 2,50x2,40 metr ölçüdə çarpayı üzlüyünü, 1 ədəd 12 manat dəyərində 1,70x0,60 metr ölçüdə qırmızı rəngli şalı, 1 ədəd 25 manat dəyərində 0,25 metr diametrli 0,10 mert hündürlüyündə “Aura” markalı sapılcanı, 1 ədəd 30 manat dəyərində 2x1,60 metr ölçüdə göy rəngli örtüyü, 1 ədəd 50 manat dəyərində “Svesso” markalı 40 ölçülü qara rəngli üzəri güllü donu, 1 ədədi 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 6 ədəd şəffaf rəngli şüşə şirə qədəhlərini və 1 dəst 100 manat dəyərində 6 ədəd qədəhdən və 1 ədəd şirə qabından ibarət olmaqla bənövşəyi rəngli qədəh dəstini gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 2273 (iki min iki yüz yetmiş üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa 12 may 2021-ci il tarixdə o, qardaşı Zaur Əsədova məxsus fərdi yaşayış evində sonuncunun doğum günü məclisində Zərərçəkmiş şəxs1 onun böyük qardaşı Füzuliyə oturmaq üçün yer verməməsi səbəbindən ona irad bildirməsindən sonra aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs1 əsəbiləşərək onun üz nahiyyəsinə sillə vurmuş, bu zaman masada olan digər şəxslər onları sakitləşdirmiş və onlar yenidən yeyibiçməyə davam etmiş, qardaşı Füzuli, əmisi oğlu Səyavuş getdikdən, digər qardaşı Zaur isə evin içərisinə keçdikdən sonra saat 23 radələrində Zərərçəkmiş şəxs1 öz evinə getmək üçün masadan qalxdıqda o, sonuncunu yola salmaq üçün birlikdə eyvandan pilləkənlə həyətə düşmüş, bu zaman Zərərçəkmiş şəxs1 onun tək qaldığını görüb böyük oğlunu onun yanına göndərə biləcəyini bildirdikdə, o, sonuncunun böyük oğlu barədə nalayiq ifadə işlətdiyinə görə aralarında şəxsi münasibəttlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 yenidən əsəbiləşərək onu sillə ilə vurmuş, o, sillənin təsirindən səndələyərək yerə yıxılmış və anidən ayağa qalxaraq qisas almaq niyyəti ilə üzərində olan istintaq zamanı müəyyən edilməyən bıçaqla sonuncunun sağ əlinin İ-İİ barmaqlar arası sahəsinin, burun nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığana yüngül zərər və bir ədəd qarın nahiyəsinin ön səthində yerləşən, daxilə nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş və hadisə yerindən qaçıb getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamla isə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin yanvar ayının sonlarında işsiz olduğuna görə maddi baxımdan sıxıntı çəkmiş, həmin vaxt iş tapa bilmədiyinə görə oğurluq edərək öz maddi tələbatını ödəmək qərarına gəlmiş, bu məqsədlə 1 fevral 2021-ci il tarixdən 2 fevral 2021-ci il tarixə keçən gecə o, yaşadığı evdən çıxaraq Məhsəti qəsəbəsində piyada gəzərək yaşayış olmayan ev axtarmışdır. Bu zaman təxminən saat 2 radələrində qarşısına bir ədəd ev çıxmış və həmin evin işıqları keçmiş, darvazasının qarşısında isə xırda daşlar tökülmüşdür. Əvvəlcə evin ətrafını gəzərək evdə heç kəsin olmadığına əmin olmuş, bundan sonra ətrafda heç kəsin olmadığını, onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra darvazının yanına tökülmüş daşların üzərinə çıxıb hasara qalxaraq oradan həyətə düşmüş, həyətə düşdükdən sonra evin plastik pəncərəsini əli ilə itələyib açaraq oradan evin qonaq otağına daxil olmuş, oradan isə evin yataq otağına daxil olub oradan iki ədəd adyal, bir ədəd xalça, iki ədəd yorğanı orada olan yataq örtüyünə yığıb qablaşdıraraq evə daxil olduğu yerdən çölə çıxmışdır. Bundan sonra həmin əşyaları yaşadığı evə aparmış, yolda götürdüyü əşyalar ağırlıq etdiyinə görə iki ədəd yorğanı və bir ədəd adyalı dəqiq xatırlamadığı yerdə ataraq digər əşyaları öz evinə aparmış və həmin əşyaları öz evində saxlayaraq istifadə etmişdir. Bundan əlavə 2021-ci ilin may ayının əvvəlində o, yenə maddi baxımdan sıxıntı çəkmiş və evdə istifadə etmək üçün əşyalar lazım olmuş, o, həmin əşyaları almağa pulu olmadığına görə oğurluq edərək həmin əşyaları əldə etmək qərarına gəlmiş, Bu məqsədlə o, qahumu Zərərçəkmiş şəxs3 Bakıda olmasını bildiyi üçün onun Gəncə şəhəri, Poçt qəsəbəsi, İsrafilbəyov küçəsindəki evinə girərək oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə 8 may 2021-ci il tarixdən 9 may 2021-ci il tarixə keçən gecə saat 3 radələrində o, Elburusun evinin qarşısına getmiş, əvvəlcə Elbrusgilin bir daha evdə olmadıqlarına əmin olmuş, bundan sonra ətrafda heç kəsin olmadığını, onu heç kəsin görmədiyinə əmin olduqdan sonra hasardan evin həyətinə daxil olmuş, bundan sonra həyətdən evin taxtadan olan pəncərəsinin şüşəsini çıxarmış, şüşəni çıxardıqdan sonra əli ilə pəncərəni açmış və həmin pəncərədən evin qonaq otağına daxil olmuş, qonaq otağına daxil olduqdan sonra evin otaqlarından ütü, fen, kiçik ölçülü kondisoner, video kaset aparatı, televizor, stol örtükləri, yataq üzü, kişi köynəkləri, yata dəsti, ağ qara zolaqlı adyal, mətbəx əlcəyi, kişi qalstuku, paltarlarını adlyallardan birinə yığıb dəstləşdirdikdən sonra pəncərədən evin həyətinə çıxmış, həyətə çıxdıqdan sonra evin darvazasını içəridən açıb əşyaları götürərək oradan çıxıb yaşadığı evə getmiş və həmin əşyaları yaşadığı evə qoyaraq istifadə etmişdir. Bundan sonra yenidən maddi baxımdan sıxıntı çəkdiyi üçün yenə də, oğurluq etməyə qərar vermiş, bu məqsədlə sonrakı gün, yəni 10 may 2021-ci il tarixdən 11 may 2021-ci il tarixə keçən gecə saat 3 radələrində yaşadığı evdən çıxaraq Məhsəti qəsəbəsində piyada gəzərək yaşayış olmayan ev axtarmış, bu zaman təxminən saat 2 radələrində qarşısına bir ədəd ev çıxmış və həmin evin işıqları keçmişdir. Əvvəlcə evin ətrafını gəzərək evdə heç kəsin olmadığına əmin olmuşdur. Bundan sonra ətrafda heç kəsin olmadığını, onu heç kəsin görmədiyini dəqiqləşdirdikdən sonra evin hasarından əvvəlcə həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra oradan evin pəncərəisini əli ilə itələyib açmış və oradan evin qonaq otağına daxil olmuşdur. Qonaq otağına daxil olduqdan sonra evin otaqlarından 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd çaydan, 1 ədəd ətçəkən maşın, 1 ədəd peyk tuneri, müxtəlif növ paltarlar, bir neçə stəkan dəsmalları, yataq dəstinin üzü, çarpayı üzü, içərisində əridilmiş yağ olan sapılca, adyal, bir neçə ədəd şirə qədəhləri və qabını, həmçinin miqdarını dəqiq bilmədiyi qəpik pulları götürmüş, həmin əşyaların çoxluğuna görə iki dəfəyə aparmağa qərar vermiş, bu məqsədlə əşyaların bir qismini adyala yığıb dəstləşdirdikdən sonra gəldiyi yerlə, əşyaları çölə çıxardıb geri qayıdaraq yaşadığı evə aparmışdır. Bundan sonra o, yenidən eyni qaydada həmin yerə qayıdaraq qalan əşyaları, eyni qaydada dəstləşdirib yaşadığı evə aparmış, oğurladığı həmin əşyalardan qəpik pulları xərcləmiş, kərə yağını isə məişətdə istifadə etmiş, həmçinin qeyd etdiyi oğurluq zamanı əldə etdiyi əşyaların hamısı yaşadığı evdə olmuş və istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə münasibətdə göstərdi ki, 12 may 2021-ci il tarixdə axşam saat 20 radələrində qardaşı Zaur ona zəng edərək ad günü olduğunu, ailəlikcə evdə oturub ad gününü qeyd etdiklərini demiş, bundan sonra o, yaşadığı evdən çıxıb Zaurgilin evinə getmiş, o, çatdıqda Zaurdan əlavə, qardaşı Füzulinin, əmisioğlu Səyavuşun, bacısı Yeganənin, Zaurun arvadı Nəzakətin, həmçinin həmin vaxt orada tanış olduğu Davud orada olmuş, kişilər evin eyvanında, qadınlar isə evin içərisində otaqda oturmuşlar. O, görüşdükdən sonra kişilərlə birgə masada əyləşmiş və birlikdə yemək yeyib spirtli içki, araq, pivə içmişlər. Bir qədər sonra iki nəfər adlarını bilmədiyi azyaşlı uşaqlar oraya gəlmişlər və Davudla görüşərək analarının evə çağırdıqlarını, tez gəlmələrini deyib getmişlər. O, Davuddan kim olmasını soruşduqda Davud ona övladları olduqlarını demiş, təxminən saat 22 radələrində onlar yeyib içərkən onun böyük qardaşı Füzuliyə yer verməməsinə görə Davudla aralarında sözlü mübahisə yaranmış, həmin vaxt Davud masada “avtoritet də, mənəm...oğru da mənəm...” deyə bildirmiş, o, Davuda sakitləşməsini dedikdə Davud bu dəfə də, oğrulara və avtoritetlərə qarşı nalayiq ifadələr işlətmiş, o, Davuda evdə ailə olduğunu, bu cür danışmamasını deyərək iradını bildirmiş, bu zaman Davud ona sol əli ilə sillə vurmuşdur. Onun da Davudu vurmaq imkanı olsa da qonaq olduğu üçün o, bunu etməmiş, həmin vaxt Səyavuş onların aralarına girərək onları aralamış, bundan sonra Zaur Davudu sakitləşdirmiş və birgə pivə almaq üçün Mobilin marketinə getmişlər və o, evdə oturmuşdur. Təxminən 20 dəqiqə sonra Davudla Zaur yenidən evə qayıtmışlar. Həmin vaxt Zaur bir ədəd də, araq almış, bundan sonra yenidən onun yanında eyvanda masada əyləşmişlər. Zaur masada yenidən stəkanlara araq süzmüş, bu zaman Davud ona “darıxma sən...vayska (ordu) gəlir...” deyərək telefonla kiməsə zəng edib qaraçı dilində danışmış, o, kiminsə həmin yerə gələcəyindən ehtiyat edərək masada olan iki ədəd çörək bıçağını götürüb sağollaşıb evdən çıxmış, o, oradan çıxıb Mobilin marketinin qarşısına çatdıqda 4-5 nəfər tanımadığı şəxs əllərində taxta onun üzərinə gəlmişlər. O, “günah atanızdadır...niyə mənim üstümə düşmüsünüz...” deyə bildirmişdir. Onun əlində bıçaq olduğuna görə ona yaxınlaşa bilməmişlər. Lakin o, hirsli olmasını görüb qaçmağa başlamış, o, qaçarkən onun ayağına taxta ilə zərbə endirmişlər. Lakin o, dayanmadan qaçaraq oradan yaşadığı evə gedib qapını örtmüş, bundan sonra DİN-in 102 xidmətinə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Səhəri gün Davud onu şərləmək üçün bıçaqla özünə xəsarət yeritərək xəstəxanaya getmişdir. O, Davuda heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verilmiş suallara cavab olaraq bildirdi ki, Davudun nə vaxt və hansı formada xəsarət almasını bilməmiş, o, Davuda heç bir xəsarət yetiməmişdir. O, Davuda sadəcə ailə içində nalayiq ifadə danışdığına görə iradını bildirmişdir. Həmin vaxt Davud onu sillə ilə vurmuşdur. Həmçinin o, bildirdi ki, Elşəninin evindən nə oğurlamışsa hamısını qaytarmışdır. Oradan qazan oğurlamışdır. O, Elbrusun evindən nə oğurlamışsa hamısını qaytarmışdır. Oradan notbuk kompüter, qızıl üzük və sırğa, iki ədəd mis qazan və 1 ədəd od samovar oğurlamamışdır. O, Sahibin evindən nə oğurlamışsa hamısını qaytarmışdır. Oradan 1 ədəd qızıl üzük, 1 ədəd gümüş kişi üzüyü oğurlamamışdır. Pərdə isə 1 ədəd götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. 12.05.2021-ci il tarixdə saat 18 radələrində onun qonşuluğunda yaşayan Zaur Əsədov doğum günü olduğunu, özünə ad günü keçirəcəyini deyərək onu öz yaşadığı evə dəvət etmiş, bundan sonra o da Zaurun evinə getmiş, həmin vaxt evdə Zaur və arvadı Nəzakət varmış, o, Zaurla evin eyvanındakı masada əyləşmiş, bundan sonra Zaurun böyük qardaşı Füzuli, əmisi oğlu Səyavuş, bacısı Yeganə də gəlmişlər. Qadınlar evin içərisində hazırlanmış masada, onlar yəni kişilər isə eyvanındakı masada yeyib-içmiş, bir qədər sonra Zaurun kiçik qardaşı Vüqar da, onlara qoşulmuş, onlar Vüqarla mehriban şəkildə yemək yeyib spirtli içki araq içmişlər. Masada yeyib-içərkən Vüqarla böyük qardaşı Füzuli arasında səbəbini bilmədiyi mövzu barəsində mübahisə yaranmış, mübahisə əsnasında Vüqar qardaşı Füzuliyə nalayıq ifadələr işlətmişdir. O, Vüqara qardaşının ondan böyük olduğunu, ağsaqqal olduğunu bildirmiş, Vüqar isə cavabında “malaletkada” yəni ağsaqqal qəhbəyə deyirlər sözlərini demişdir. O, bu sözlərdən sonra əsəbiləşərək Vüqarı sillə ilə vurmuşdur. O Vüqarı sillə ilə vurduqdan sonra masa ətrafında olan qonaqlardan Səyavuş və digər qonaqlar onları sakitləşdirmiş, onlar yenidən yeyib-içməyə davam etmişlər. Bir müddətdən sonra orada olan qonaqlar getmiş ev sahibi Zaur isə oturduqları masadan qalxıb evin içərisinə daxil olmuşdur. Təxminən onlar saat 23 radələrinədək birlikdə spirtli içki olan araq içdikdən sonra o, artıq masadan qalxıb evinə getməyə qərar vermiş, o, masadan qalxarkən Vüqar da, onu yola salmaq üçün masadan qalxmış, o, Vüqara onu yola salmasına ehtiyac olmadığını desə də, onunla birlikdə gəlmiş, o, evin pilləkanından düşüb təxminən 3-4 metr piyada getmiş və Vüqarın tək qaldığını, tək qalmaması üçün sonuncuya böyük oğlunu onun yanına göndərə biləcəyini demişdir. Həmin vaxt Vüqar onun oğlunun ünvanına nalayiq ifadələr işlətmiş, o isə əsəbiləşərək Vüqarı sillə ilə vurmuşdur. Vüqar sillənin təsirindən səndələyərək yerə yıxılmış və anidən ayağa qalxaraq üzərindən bıçaq çıxardıb onun qarın nahiyəsinə vurmuş, bu zaman o, əli ilə mane olmuş və bıçaq onun sağ əlini və burnunu kəsmiş, o, Vüqarı dayandırmaq üçün üzərinə getdikdə Vüqar qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt o, içkili olduğu üçün xəsarətlərinin elə də ciddi olmadığını düşündüyü üçün oradan küçəyə çıxmış, yaxınlıqda olan mağazaya gedib pivə almış, lakin artıq halının olmadığını görüb oradan özünün yaşadığı evə getməyə çalışmış, evinə çatmamış yolda halı özündə olmayaraq yıxılmışdır. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olub ailəsini dolandırır. 10.05.2021-ci il tarixdə Azrbaycan Respublikası DİN-nin 102 xidmətinə və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq hadisəsi ilə əlaqədar müraciət etmişdir. 20.04.2021-ci il tarixdə o, işi ilə əlaqdar olaraq ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin içəri və çöl qapısını bağlayıb getmişlər. 10.05.2021-ci il tarixdə saat 2 radələrində Gəncə şəhərinə evlərinə gəlmişlər və evə daxil olduqda həqiqətən pəncərənin açıq olduğunu, otaqlardakı əşyaların isə dağınıq olduğunu görüb naməlum şəxsin evdə olmadığı müddət ərzində evə daxil olduğunu anlamışlar. Bundan sonra evin otaqlarına göz gəzdirdikdə 1 ədəd 400 manat dəyərində ERGO markalı 82 sm dioqanallı LED televizorun, 1 ədəd 100 manat dəyərində Toshiba markalı notbuk kompüterin, 1 ədəd 50 manat dəyərində “Sonashi” markalı ütünün, 1 ədəd 20 manat dəyərində “Sonashi” markalı kiçik ölçülü kondisonerin, 1 ədəd 170 manat dəyərində 2 qram çəkidə 5,85 əyarlı alyans qızıl üzüyün, 1 cüt 350 manat dəyrində 4 qram çəkidə 5,85 əyarlı alyans qızıl sırğanın, 1 dəsti 150 manat olmaqla ümumilikdə 450 manat dəyərində “Carlorina” markalı yataq dəstinin, 1 ədəd 80 manat dəyərində ağ qara zolaqlı adyalın, 1 ədəd 40 manat dəyərində “ZARRİN TAJ” markalı stol örtüyünün, 1 ədəd 50 manat dəyərində “Bahadır” markalı stol örtüyünün, 1 ədəd 35 manat dəyərində 1,30x1,80 ölçüdə üzəri naxışlı stol örtüyünün, 1 ədəd 30 manat dəyərində 3x1,60 m ölçüdə torlu stol örtüyünün, 1 ədədi 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 3 ədəd kişi köynəyi, 1 ədədi 1 manat olmaqla ümumilikdə 30 manat dəyərində 30 ədəd sintetik kişi corabları, 1 ədəd 100 manat dəyərində Sony markalı videokameranın, 1 ədəd 2,30x2,20 m ölçüdə 30 manat dəyərində yataq üzünün, 1 ədədi 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində 2 ədəd 0,60x0,75 m ölçüdə ağ rəngli balınc üzünün, 1 ədəd 10 manat dəyərində mətbəx əlcəyinin, 1 ədəd 15 manat dəyərində “Sonashi” markalı saç ütüsünün, 1 ədəd 45 manat dəyərində “DAEWOO” markalı video kaset aparatının, 1 dəst 28 manat dəyərində “Matilda” markalı qadın alt geyim dəstinin, 1 ədədi 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 2 ədəd kişi qalstukunun, 1 ədədi 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd mis qazanın, 1 ədəd 350 manat dəyərində sarı rəngli latun od savomarı oğurlandığını bilmişlər. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişlər. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlmiş, o, polis əməkdaşlarına baş vermiş hadisəni bildirmiş və polis əməkdaşları hadisə yerini müayinə edərək müvafiq sənədləşməni aparmışlar. Hadisə nəticəsində ona 2803 manat dəyərində əmlakı oğurlanaraq maddi ziyan dəymişdir. Başqa hər hansı bir maddi ziyan dəyməmişdir. O, ilkin izahatı zamanı ona dəymiş əşyaların dəyərini və növünü dəqiq hesablamamış, lakin daha sonra dəqiq hesablamış, buna görə də, cinayət işi üzrə ona dəymiş ziyanın hesablanması zamanı hazırkı ifadəsində göstərilən növdə və dəyərdə əşyaların hesablanmasını nəzərə almağı xahiş edir.” Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, gündəlik olaraq qazancını kənd təsərrüfatı ilə məşğul olaraq əldə edir. 04 may 2021-ci il tarixdə yaşadığı evin qapısını kilidləyərək oradan Gədəbəy rayonuna yas yerinə getmişdir. 14 may 2021-ci il tarixədək həmin rayonda olduqdan sonra həmin gün saat 15 radələrində yaşadığı evə qayıtmış, evə qayıtdıqda pəncərəinin açıq vəziyyətdə olduğunu görmüş, bundan sonra dərhal evə daxil olduqda otaqlardakı əşyaların dağılmış vəziyyətdə olmasını görüb naməlum şəxsim evdə olmadığı müddət ərzində evə daxil olduğunu bilmişdir. Bundan sonra evin otaqlarına göz gəzdirdikdə 1 ədəd 500 manat dəyərində 6 qram çəkidə 5,85 əyarlı qızıl üzüyün, 1 ədəd 40 manat dəyərində 4 qram çəkidə 925 əyarlı gümüş kişi üzüyünün, 1 ədəd 120 manat dəyərində Eurolux markalı 6,8 litr tutumlu elektirkli çaydanın, 1 ədəd 50 manat dəyərində “Star” markalı peyk tunerinin, 1 ədəd 20 manat dəyərində 2x1,60 m ölçüdə göy rəngli adyal, 1 ədəd 100 manat dəyərində “Arshia” markalı ətçəkən maşının, 1 kq 20 manat olmaqla ümumilikdə 140 manat dəyərində 7 kq əridilmiş kərə yağı, 30 manat qəpik pulları, 1 ədəd 400 manat dəyərində 4x2,5 m ölçüdə gəvəni, 1 ədəd 45 manat dəyərində zolaqlı donu, 1 ədədi 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 2,70x5,80 m ölçüdə pərdəni, 1 ədəd 20 manat dəyərində qara rəngli yubkanı, 1 ədəd 40 manat dəyərində sarı rəngli donu, 1 dəst 90 manat dəyərində qadın kostyumunu (yubka+pencək+mayka), 1 ədəd süni dəri üzlüklü 120 manat dəyərində qara rəngli dəri gödəkcəni, 1 ədəd 100 manat dəyərində süni dəri üzlüklü qara rəngli dəri gödəkcəni, 1 ədədi 7 manat olmaqla ümumilikdə 21 manat dəyərində 3 ədəd stəkan dəsmallarını, 1 dəst 50 manat dəyərində Giltex markalı yataq dəstinin üzü (balınc, yorğan, döşək üzü), 1 ədəd 40 manat dəyərində 2,50x2,40 m ölçüdə çarpayı üzlüyünü, 1 ədəd 12 manat dəyərində qırmızı rəngli şalı, 1 ədəd 25 manat dəyərində “Aura” markalı sapılca, 1 ədəd 30 manat dəyərində göy rəngli örtük, 1 ədəd 50 manat dəyərində qara üzəri güllü don, 1 ədədi 5 manat olmaqla ümumlikdə 30 manat dəyərində şəffaf rəngli şüşə şirə qədəhləri, 1 dəst 100 manat dəyərində 6 ədəd qədəhdən və 1 ədəd şirə qabından ibarət olmaqla qədəh dəsti oğurlandığını bilmişdir. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər, o, baş vermiş hadisəni bildirmiş və polis əməkdaşları hadisə yerini müayinə edərək müvafiq sənədləşməni aparmışlar. Daha sonrasında ona həmin əşyaları onun evindən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs oğurladığı məlum olmuşdur. Təqsirləndirilən şəxs oğurladığı əşyalardan 1 ədəd qızıl üzük və 1 ədəd gümüş kişi üzüyünü hazırki vaxtadək ona qaytarmamışdır. Oğurlanmış digər əşyalar isə ona qaytarılmışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, yuxarıda gösərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 01 fеvrаl 2021-ci il tаriхdə təхminən sааt 16 rаdələrindən аiləsi ilə birlikdə şəxsi işi ilə əlaqədar Dаşkəsən rаyоnunа gеtmişdir. Bir gеcəni оrаdа qаldıqdan sonra səhərisi gün, yəni 02 fеvrаl 2021-ci il tаriхdə, təхminən sааt 08 rаdələrində аiləsi ilə birlikdə yаşаdığı еvə gəlmiş, evin içərisinə dахil оlаndа pəncərənin аçıq vəziyyətdə оlduğunu, еvdəki əşyаlаrın dаğınıq vəzyyətdə оlduğunu görmüş və yenə də, evindən oğurluq olduğunu anlamışdır. Bundan sonra evinə baxdıqda 1 dəst 35 manat dəyərində şirəli qazanın, 1 dəst 65 manat dəyərində şirəli qazanın, 1 ədədi 65 manat olmaqla ümumilikdə 130 manat dəyərində iki ədəd 2x2,1 m ölçüdə yorğanın, 1 ədəd 50 manat dəyərində Gold excell markalı 1,60x2.20 m ölçüdə pambıq adyalın, 1 ədəd 75 manat dəyərində 2,15x2,35 m ölçüdə “Parima” markalı pambıq adyalın, 1 ədəd 130 manat dəyərində 2,70x1,80 m xalçanın, 1 ədəd 30 manat dəyərində 2x2,1 m ölçüdə yataq örtüyünün oğurlandığını müəyyən etmiş, bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək oğurluq barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər, o, baş vermiş hadisəni bildirmiş və polis əməkdaşları hadisə yerini müayinə edərək müvafiq sənədləşməni aparmışlar. Hadisə nəticəsində onun yuxarıda qeyd etdiyi miqdarda və növdə əşyaları oğurlanaraq ümumlikdə 515 manat maddi ziyan dəymişdir. O, oğurlananlardan 1 dəst 65 manat dəyərində şirəli qazanın, 2 ədəd 2X2 ölçüdə yorğanın və 270x180 ölçüdə yataq örtüyünün qaytarılmadığını bildirdi. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 12 may 2021-ci il tarixdə saat 18 radələrində atası Davud qonşuluqlarında yaşayan Zaurun doğum günü olduğuna görə ora getmişdir. Onlar isə evdə olmuşlar. Təxminən saat 23 radələrində atası evə gəlmədiyinə görə anası Sədaqət ondan Zaurgilə gedib atasını çağırmasını istəmiş, bundan sonra o, yaşadığı evdən çıxaraq oradan piyada Zaurgilin evinə getmiş, o, Zaurun evinin həyətinə çatmağına az qalmış uzaqdan Zaurun evinin həyətində Zaurun qardaşı Vüqarın atası Davudun qarın nahiyəsinə bıçağı soxduğunu, daha sonra əlindəki bıçağı atasının üzünə sarı istiqamətləndirib havada sağa sola hərəkət etdirdiyini görmüş, bu zaman o, dərhal hərəkətini itiləşdirib qaçaraq onlara sarı getmiş, Vüqar onun ora gəldiyini görərək qaçıb oradan uzaqlaşmışdır. O, atasına yaxınlaşdıqda əlinin, burunun, qarnının qan olduğunu görüb səhhətini soruşduqda ona yaxşı olduğunu demiş, bu zaman hirsli şəkildə Vüqarın arxası ilə qaçsa da, çata bilməmiş və Vüqar qaçaraq gözdən itmişdir. Bundan sonra o, evinə qayıtsa da, atasını orada görməmiş, bu barədə anası Sədaqətə məlumat vermiş, anası Sədaqətlə birgə əvvəlcə Zaurgilə getsələr də, atasını tapmamışlar. Bundan sonra anası ilə birgə evə qayıtmış və artıq atasının yaralı şəkildə evin qarşısında olduğunu görmüşdür. Onlar dərhal TTYX-nın 103 xidmətinə zəng edərək məlumat vermişlər və evlərinə gələn həkimlər atasını TTYX-nın 3 nömrəli xəstəxanasına apararaq orada əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində bildirdi ki, 12 may 2021-ci il tarixdə saat 18 radələrində əri Davud qonşuluqlarında yaşayan Zaurun doğum günü olduğuna görə ora getmişdir. Onlar isə evdə öz işləri ilə məşğul olmuşlar. Təxminən saat 23 radələrində Davud evə gəlmədiyinə görə o, Davudun istifadəsində olan mobil nömrəsinə zəng vurmuş Davuda zəng çatmadığına görə oğlu İvandan Zaurgilə gedib Davudu çağırmağını istəmişdir. Bundan sonra İvan yaşadıqları evdən çıxaraq oradan piyada Zaurgilin evinə getmişdir. Bir qədər sonra İvan qaçaraq evə gəlib Zaurgilin evinin həyətində Vüqarın Davudu bıçaqladığını demiş, bundan sonra o, İvanla birlikdə tələsik evdən çıxıb Zaurgilə getsə də, Davudu tapmamışlar. O, Zaurdan Davud harda olmasını soruşduqda Zaur Davudun ola bilsin Vüqarla getdiyini bildirmişdir. Həmin vaxt o, Zaurun mobil telefonu vasitəsi ilə Davuda zəng vurmuş və sonuncuya yenidən zəng çatmamışdır. O, Davudun evə qayıdacağını ehtimal edərək İvanla birgə evə qayıtmış və Davudun yaralı şəkildə yerdə uzanıqlı vəziyyətdə olduğunu, qarnından, əlindən və burnundan bıçaqla yaralandığını görmüş, onlar dərhal TTYX-nın 103 xidmətinə zəng edərək məlumat vermiş və evlərinə gələn həkimlər Davudu TTYX-nın 3 nömrəli xəstəxanasına apararaq orada əməliyyat etmişlər. Davud ayıldıqdan sonra o, hadisə barədə Davuddan soruşduqda, Davud ona bildirmişdir ki, Vüqar böyük qardaşı ilə ədəbsiz danışdığına görə o, Vüqarı sillə ilə vurmuş, orada olan qonaqlar onları aralamış, sonra onlar yenidən mehriban şəkildə yeyib içməyə davam etmişlər. Bir müddət sonra qonaqlıqda olan şəxslər öz evlərinə getmişlər. Davud da gec olduğu üçün evə getmək istədiyini Vüqara bildirdikdə Vüqar tək oturmaq istəmədiyini bildirmişdir. Belə olan halda Davud Vüqara tək oturmaması üçün böyük oğlumuzu ora çağıra biləcəyini söylədikdə, Vüqar oğlumuzun ünvanına nalayiq ifadə işlətdiyinə görə Davud Vüqarın bu sözlərindən sonra əsəbiləşərək Vüqarı sillə ilə vurmuş, bu zaman Vüqar yerə yıxılmış və anidən ayağa qalxaraq üzərində olan bıçaqla Davuda xəsarət yetirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, Davudun evində usta kimi işləmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs onun əmisi oğludur. 12 may 2021-ci il tarixdə saat 18 radələrində əmisi oğlu Zaur Əsədovun dəvəti ilə o, Zaurun doğum gününə getmişdir. Həmin vaxt evdə Zaur, arvadı Nəzakət, Zaurun böyük qardaşı Füzuli, bacısı Yeganə və Zərərçəkmiş şəxs1 da olmuşdur. Qadınlar evin içərisində hazırlanmış masada, kişilər isə eyvanındakı masada əyləşib yeyib-içməyə başlamışlar. Bir qədər sonra əmisi oğlu Təqsirləndirilən şəxs da, Zaurun dəvəti ilə həmin məclisə gəlmişdir. Onlar mehriban şəkildə yemək yeyib spirtli içki içmışlər. Masa arxasında əyləşən zaman Vüqarla böyük qardaşı Füzuli arasında səbəbini bilmədiyi mövzu barəsində mübahisə yaranmışdır. Həmin vaxt Davud Vüqarın ünvanına əxlaqdan kənar “oğraş” kimi sözlər işlətməklə böyük qardaşı ilə mübahisə etməməsi barədə irad bildirmişdir. Bir müddət sonra Füzuli oturduqları masadan qalxıb onlarla sağollaşıb getmişdir. Füzuli məclisdən getdikdən sonra Davud yenidən Vüqara baxaraq sanki Vüqarın ünvanına deyirmiş kimi, oğru aləmindən danışmağa başlamış, hətta Davud Vüqara lazım olsa “mən istədiyim adamı götüzdürərəm” kimi sözlər demişdir. Həmin vaxt o, Vüqara Davudun qonaq olduğunu səbrli olmasını, ola bilsin Davudun içkili olduğu üçün belə danışdığını bildirmişdir. Vüqarla onun arasında söhbət zaman Davud heç bir səbəb olmadan Vüqara sol əli ilə sillə vurmuş, həmin vaxt o, dərhal araya girib onları sakitləşdirmiş, Vüqarı evin içərisində olan digər otağa salmış, Davudu isə Zaur özü ilə birlikdə mağazaya aparmışdır. O, öz evinə getmək üçün taksi çağırdığına görə Zaurgilin evlərinin qarşısından taksiyə minib Davudla Zaurun getdikləri maqazinin qarşısından keçəndə Davudla Zauru və yanlarında mağazanı işlədən oğlanın söhbət etdiklərini görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, hadisə günü onun ad günü olmuşdur. O, bu münasibətlə keçi kəsib ad gününə qonaq dəvət etmişdir. Onun dəvətinə görə saat təxminən 18 radələrində qardaşı Füzuli, bacısı Yeganə, əmisi oğlu Səyavuş və Zərərçəkmiş şəxs1 da gəlmişlər. O, Qardaşı Vüqarın gecikdiyini görüb evində qonaq olan Zərərçəkmiş şəxs1 mobil nömrəsi ilə Vüqara zəng vurmuşdur. Bir müddətdən sonra Vüqar da gəlmiş və onlar yeyib-içməyə başlamışlar. Masa arxasında olan zaman Vüqar böyük qardaşları Füzuli ilə mübahisə etmiş və həmin vaxt Doçenko nalayiq ifadələr işlədərək Vüqara özündən böyük qardaşı ilə mübahisə etməməsini bildirmişdir. Bundan sonra yenə məclis davam etmişdir. Bir müddət keçəndən sonra Vüqarla Deçenko yenə mübahisə etməyə başlamışlar və Davud sillə ilə Vüqarı vurmuşdur. Bu vaxt Səyavuş onları sakitləşdirməyə çalışmış və Davud əsəbi şəkildə masanın üzərində olan şüşə stəkanı vurub sındırmışdır. Stəkan sınanda Davudun əli kəsilərək qanamışdır. Sonra onlar sakitləşib yenidən masa arxasında oturub yeyib içməyə davam etmişlər. Məclisin sonlarına yaxın əmisi oğlu Səyavuş evlərinə getmək üçün taksi sifarişi vermiş, taksi gələndən sonra Səyavuş həyat yoldaşını götürüb bayıra çıxmışdır. Həmin vaxt Davud da onlarla birlikdə bayıra çıxmış, o da Səyavuş və Davudgili yola salan zaman Davud onunla birlikdə “pivə” almaq üçün mağazaya getməyi təklif etmişdir. O da Davudla birlikdə mağazaya getmişdir. Onlar mağazadan “pivə” aldıqdan sonra Davud mağazada qalmış, o isə evinə qayıtmışdır. O, evə qayıtdıqdan sonra heyvanlara baxmaq üçün tövləyə girmişdir. Heyvanlara su, ot qoyduqdan sonra bayıra çıxmış və Vüqarla Davudun bayırda dayandıqlarını görmüşdür. Həmin vaxt Davud “qaraçı dilində” kiminləsə mobil telefon vasitəsi ilə acıqlı şəkildə danışmışdır. Vüqar ona artıq gec olduğunu deyib, onunla sağollaşıb getmişdir. Həmin vaxt Davud yenidən “pivə” almaq üçün mağazaya gedəcəyini bildirib Vüqarın arxası ilə getmişdir. Təxminən 1 saat sonra Davudun ailəsi onların evinə gəlib Davudun vurulduğunu söyləmişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində şahid X5 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 may 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində X5 yaşadığı evin eyvanına və həyətinə - baxış keçirilmiş, baxış zamanı evin eyvanının döşəməsində və həyətdə yerdə qana oxşar kütlələr müyyən edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 02 fevral 2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində Zərərçəkmiş şəxs2 yaşadığı evə baxış keçirilmiş, baxış zamanı sağdan 1-ci yataq otağının çarpayı üzərində olan göşəkləri dağılmış vəziyyətdə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 may 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı evə - baxış keçirilmiş, baxış zamanı 7 ədəd əl izi götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 iyul 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi talama cinayət əməllərinin predmeti olmuş əşyalar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin əşyalardan 1 ədəd Gold excell markalı 1,60x2.20 metr ölçüdə pambıq adyal, 1 ədəd 2,15x2,35 m ölçüdə “Parima” markalı pambıq adyal, 1 ədəd 2,70x1,80 m ölçüdə xalçanı tanıyıb göstərərək bildirmişdir ki, həmin əşyalar 01 fevral 2021-ci il tarixdən 02 fevral 2021-ci il tarixə keçən kecə yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardan bir qismidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 26 iyul 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi talama cinayət əməllərinin predmeti olmuş əşyalar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs3 həmin əşyalardan 1 ədəd 2,30x2,20 m ölçüdə yataq üzü, 1 ədəd 1,65x3,25 m ölçüdə “ZARRİN TAJ” markalı stol örtüyü, 1 ədəd 1,80x3,20 m ölçüdə “Bahadır” markalı stol örtüyü, 1 ədəd 1,30x1,80 m ölçüdə üzəri naxışlı stol örtüyü ağ rəngli, 1ədəd 3x1,60 m ölçüdə torlu stol örtüyü, 2 ədəd 0,60x0,0,75 m ölçüdə ağ rəngli balınc üzü, 1 ədəd SKYSTYLE markalı 42-44 ölçülü kişi köynəyi, 1 ədəd “Amato Cerruti”marlaı 41 ölçülü kişi köynəyi, 1 ədəd Cesars markalı 44 ölçülü kişi köynəyi, 1 ədəd “staleks pro” markalı mətbəx əlcəyi, 1 ədəd 2,50x2,10 m ölçülü ağ qara zolaqlı adyal, 1 dəst “carlorina” markalı yataq dəsti, 1 ədəd “Sonashi” markalı Sİ-5044C modelli ütü, 1 ədəd “Sonashi” markalı SHS-2017 modelli fen, 1 ədəd “Sonashi” markalı Sfh-904 modelli kiçik ölçülü kondisoner, 1 ədəd “DAEWOO” markalı DV- K10W modelli video kaset aparatı, 1 ədəd “ERGO” markalı 82 sm dioqanallı LED televizor, 1 dəst “Matilda” markalı qadın alt geyim dəsti, 2 ədəd kişi qalstukunu tanıyıb göstərərək bildirmişdir ki, həmin əşyalar 20 aprel 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək yaşadığı evdə olmadığı müddət ərzində ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardan bir qismidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 avqust 2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi talama cinayət əməllərinin predmeti olmuş əşyalar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs4 həmin əşyalardan 1 ədəd 4x2,5 m ölçüdə xalça, 1 ədəd “incity girls” markalı zolaqlı don, 1 ədəd 2,70x5,80 m ölçüdə pərdə, 1 ədəd qara rəngli “VTF collection” markalı 0,47x0,40 ölçüdə yubka, 1 ədəd 42 ölçüdə “Tempest” markalı sarı rəngli don, 1 ədəd “Lafate” markalı qadın kostyumu (yubka+pencək), 1 ədəd “LZ international” markalı süni dəri üzlüklü 50 ölçülü qara rəngli dəri gödəkcə, 1 ədəd “HAO SHİDA” markalı süni dəri üzlüklü 3XL ölçülü qara rəngli dəri gödəkcə, 3 ədəd 0,35x0,75 m stəkan dəsmalı, 1 dəst Giltex markalı yataq dəstinin üzü (balınc, yorğan, döşək üzü), 1 ədəd 2,50X2,40 m ölçüdə çarpayı üzlüyü, 1 ədəd 1,70x0,60 m ölçüdə qırmızı rəngli şal, 1 ədəd Eurolux markalı 6,8 litr tutumlu elektirkli çaydan, 1 ədəd “Arshia” markalı AMG-246 modelli ətçəkən maşın, 1 ədəd 0,25 m diametrli 0,10 m hündürlüyündə “Aura” markalı sapılca, 1 ədəd “Star-x-super98” markalı peyk tuneri, 1 ədəd 2x1,60 m ölçüdə göy rəngli adyal, 1 ədəd “Svesso” markalı 40 ölçülü qara üzəri güllü don, 6 ədəd şəffaf rəngli şirə qədəhləri, 1 dəst bənövşəyi rəngli şirə qabı və altı ədəd qədəhləri tanıyıb göstərərək bildirmişdir ki, həmin əşyalar 04 may 2021-ci il tarixdən 14 may 2021-ci il tarixədək yaşadığı evdə olmadığı müddət ərzində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalardan bir qismidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin 25 may 2021-ci il tarixli, 15 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ)alfa, betadır. T\əqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək, bir ədəd tampon üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) olduğundan Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin 16 iyun 2021-ci il tarixli, 919 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sağ baldır nahiyəsinin qançırı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 12.05.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxsin 14 iyun 2021-ci il tarixli, 822 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində deşici-kəsici, kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş üç ədəd yara aşkar edildi. Qeyd olunan yaralardan biri qarın nahiyəsinin ön səthində yerləşir, daxilə nüfuz edən yaradır, nazik bağırsağın zədələnməsi ilə müaşayiət edilir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər ikinci yara sağ əlin İ-İİ barmaqlar arası sahəsində, 3-cü yara isə burun nahiyəsində yerləşir. Qeyd olunan yaralar hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 12.05.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərin onun yıxılması nəticəsində əmələ gəlmələri və ya öz-özünə yetirilməsi inandırıcı deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 oktyabr 2021-ci il tarixli 9/6435 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və ekspertiza tədqiqatına təqdim edilmiş malların 2020-ci ilin dekabr ayına, 2021-ci ilin fevral ayına və 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2591,00 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X15 bölməsinin 21 oktyabr 2021-ci il tarixli 16/1118№-li rəyindən görünür ki, Təqdim olunan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin 02.06.2021-ci il tarixli 822 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının daxilə keçən kəsilmiş deşilmiş-yarası, nazik bağırsağın yaralanması” xəsarəti ilə köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədə və xəsarət üst-üstə düşür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 04 noyabr 2021ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 noyabr 2021ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 noyabr 2021ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 05 noyabr 2021ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 06 noyabr 2021ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə X5 arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları X5 üzünə qarşı demişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 04 iyun 2021-ci il tarixli 2301 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 02 iyun 2021-ci il tarixli 1850 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər psixonevroloji dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlanladığı teleqramından görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistika Tədqiqatlar İdarəsinin 18 may 2021-ci il tarixli, 011-4518-1221 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri 15.05.2021-ci il tarixdə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə daxil olmuşdur. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 011-4518-1221 nömrəli məktubdan görünür ki, həmin əl izləri KTİ-nin AİDS məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (Gəncə ŞBPİ-dən daxil olan) xx.xx.1977-ci ildə Gəncə şəhərində doğulmuş, Təqsirləndirilən şəxs Fərməz oğlunun sağ əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin 14 oktyabr 2021-ci il tarixli 122-30171-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxırda qeyd olunan cinayət əməlindən başqa, 01.02.2021-ci il tarixdən 02.02.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus məxsus fərdi yaşayış evindən əmlakı, 08.05.2021-ci il tarixdən 09.05.2021-ci il tarixə keçən gecə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən əmlakı, 10.05.2021-ci il tarixdən 11.05.2021-ci il tarixə keçən gecə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus məxsus fərdi yaşayış evindən əmlakı gizlin olaraq talamış, həmin hadisələri törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmişdir. Onun taladığı əmlakların bir qismi götürülsə də, qalan əşyaların yeri, hansısa bir şəxsə satması müəyyən edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs2 yaşadığı fərdi yaşayış evindən əmlakı oğurlamasını təsdiq edəcək sübut müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 17 noyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, həmçinin sahibi olan zərər çəkmiş şəxslərə məsul saxlanca verilmiş oğurluq cinayətinin predmeti olan 1 ədəd 4x2,5 m ölçüdə xalça, 1 ədəd “incity girls” markalı zolaqlı don, 1 ədəd 2,70x5,80 m ölçüdə pərdə, 1 ədəd qara rəngli “VTF collection” markalı 0,47x0,40 ölçüdə yubka, 1 ədəd 42 ölçüdə “Tempest” markalı sarı rəngli don, 1 ədəd “Lafate” markalı qadın kostyumu (yubka+pencək), 1 ədəd “LZ international” markalı süni dəri üzlüklü 50 ölçülü qara rəngli dəri gödəkcə, 1 ədəd “HAO SHİDA” markalı süni dəri üzlüklü 3XL ölçülü qara rəngli dəri gödəkcə, 3 ədəd 0,35x0,75 m stəkan dəsmalı, 1 dəst Giltex markalı yataq dəstinin üzü (balınc, yorğan, döşək üzü), 1 ədəd 2,50X2,40 m ölçüdə çarpayı üzlüyü, 1,70x0,60 m ölçüdə qırmızı rəngli şal, 1 ədəd Eurolux markalı 6,8 litr tutumlu elektirkli çaydan, 1 ədəd “Arshia” markalı AMG-246 modelli ətçəkən maşın, 1 ədəd 0,25 m diametrli 0,10 m hündürlüyündə “Aura” markalı sapılca, 1 ədəd “Star-x-super98” markalı peyk tuneri, 2x1,60 m ölçüdə göy rəngli adyal, 1 ədəd “Svesso” markalı 40 ölçülü qara üzəri güllü don, 6 ədəd şəffaf rəngli şirə qədəhləri, 1 dəst bənövşəyi rəngli şirə qabı və altı ədəd qədəhləri, 1 ədəd Gold excell markalı 1,60x2.20 metr ölçüdə pambıq adyal, 2,15x2,35 m ölçüdə “Parima” markalı pambıq adyal, 1 ədəd 2,70x1,80 m ölçüdə gəvə, 1 ədəd 2,30x2,20 m ölçüdə yataq üzü, 1 ədəd 1,65x3,25 m ölçüdə “ZARRİN TAJ” markalı stol örtüyü, 1 ədəd 1,80x3,20 m ölçüdə “Bahadır” markalı stol örtüyü, 1 ədəd 1,30x1,80 m ölçüdə üzəri naxışlı stol örtüyü ağ rəngli, 1ədəd 3x1,60 m ölçüdə torlu stol örtüyü, 2 ədəd 0,60x0,0,75 m ölçüdə ağ rəngli balınc üzü, 1 ədəd SKYSTYLE markalı 42-44 ölçülü kişi köynəyi, 1 ədəd “Amato Cerruti”marlaı 41 ölçülü kişi köynəyi, 1 ədəd Cesars markalı 44 ölçülü kişi köynəyi, 1 ədəd “staleks pro” markalı mətbəx əlcəyi, 1 ədəd 2,50x2,10 m ölçülü ağ qara zolaqlı adyal, 1 dəst “carlorina” markalı yataq dəsti, 1 ədəd “Sonashi” markalı Sİ-5044C modelli ütü, 1 ədəd “Sonashi” markalı SHS-2017 modelli fen, 1 ədəd “Sonashi” markalı Sfh-904 modelli kiçik ölçülü kondisoner, 1 ədəd “DAEWOO” markalı DV-K10W modelli video kaset aparatı, 1 ədəd ERGO markalı 82 sm dioqanallı LED televizor, 1 dəst “Matilda” markalı qadın alt geyim dəsti, 2 ədəd kişi qalstuku iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 21 may 2021-ci il tarixli “Axtarışda olan şəxsin tapılması barədə” protokoldan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2021-ci il qərarından görünür ki, 21 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək tutulub Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinə münaibətdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 bıçaqla hər hansı xəsarət yetirmədiyinə, ittiham olunduğu CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə münasibətdə isə zərərçəkmiş Zərərçəkmiş şəxs2 evindən qazan oğurlamadığına, zərərçəkmiş Zərərçəkmiş şəxs3 evindən notbuk kompüter, qızıl üzük və sırğa, iki ədəd mis qazan və 1 ədəd od samovar oğurlamadığına, zərərçəkmiş Zərərçəkmiş şəxs4 evindən 1 ədəd qızıl üzük, 1 ədəd gümüş kişi üzüyü oğurlamadığına dair ifadələri, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və istintaq hərəkətinin protokolları, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs1 sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair gəldiyi qənaətlə razılaşmır və təqsirləndirilən şəxs X17 oğluna qarşı CM-nin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olmadığı nəticəsinə gəlir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı CM-nin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürərkən belə qənaətə gəlmişdir ki, o, 12 may 2021-ci il tarixdə qardaşı Zaur Əsədova məxsus fərdi yaşayış evində Zərərçəkmiş şəxs1lə yeyib-içərkən söhbət zamanı Zərərçəkmiş şəxs1 “səni vuraram...” deyə bildirdikdə Zərərçəkmiş şəxs1 da, gülərək zarafatla ona “məni vurmaq sənin başınçün deyil...” deyə cavab vermiş və bu məsələ ilə bağlı əlavə bir söhbət etmədən yeyib-içməyə davam etmiş, saat 23 radələrində Zərərçəkmiş şəxs1 öz evinə getmək üçün masadan qalxdıqda o, Zərərçəkmiş şəxs1 yola salmaq adı ilə birlikdə eyvandan pilləkanla həyətə düşdükdən sonra Zərərçəkmiş şəxs1 qarşısına keçib masada nə üçün yeyibiçərkən cavab qaytarmasını soruşduqda Zərərçəkmiş şəxs1 ona zarafatlaşdıqlarını deməsinə baxmayaraq o, masada olan söhbətlərini bəhanə edib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan üzərində olan istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs1 qarınına, sağ əlinə və burun nahiyəsinə vahid qəsdlə zərbə endirib bir ədəd qarın nahiyəsinin ön səthində yerləşən, daxilə nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər, sağ əlin İ-İİ barmaqlar arası sahəsinin, burun nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda sonuncunun xuliqanlıq niyyəti ilə hərəkət edərək zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirdiyini göstərsə də, gəldiyi nəticəni heç nə ilə əsaslandırmamış, yalnız hadisəyə səbəbin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1yla arasında masada olarkən yaranmış söhbəti bəhanə etməsini göstərmişdir. Hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə istintaqının yekununda mövcud sübutlara məcmu halında obyektiv şəkildə qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmiş, onun xuliqanlıq niyyətinin bu və digər formada mövcud olması müəyyən edilməmişdir. Şəxsin CM-nin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması üçün vacibdir ki, cinayətin məhz xuliqanlıq motivi ilə törədilməsi təsdiq olunsun. Əməlin xuliqanlıq niyyəti ilə törədilən cinayət əməli kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Bu qəbildən olan cinaytlərin törədilməsində motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməli törətməzdən əvvəlki, həmin cinayətin törədiməsi prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, motiv (xuliqanlıq motivi) bu qəbildən olan cinayət əməllərini nəzərdə tutan maddələrdə cinayət tərkibinin məcburi elementidir və hər bir iş üzrə işin bütün hallarının məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Odur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.» Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Məhkəmə istintaqında həm zərərçəkmiş Zərərçəkmiş şəxs1, həm şahidlərin vermiş olduğu ifadələrindən, həm də təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaq xəsarəti yetirməsinə səbəb heç də masada aralarında yaranmış sözlü mübahisə deyil, əksinə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin oğluna qarşı nalayiq ifadə işlətməsindən sonra aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə nəticəsində Zərərçəkmiş şəxs1 sillə ilə vuraraq Təqsirləndirilən şəxs yerə yıxması olmuşdur. Belə olduğu halda Təqsirləndirilən şəxs oğlunun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən yuxarıda qeyd edilən cinayət işinin faktiki halları ilə və sübutlarla müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmədə cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlara əsasən müəyyən edildi ki, 12 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qardaşı Zaur Əsədova məxsus fərdi yaşayış evində sonuncunun doğum günü məclisində Zərərçəkmiş şəxs1 onun böyük qardaşı Füzuliyə oturmaq üçün yer vermədiyini görüb ona irad bildirməsindən sonra onunla qarşılıqlı sözlü mübahisə etmiş, bu zaman Zərərçəkmiş şəxs1 əsəbiləşərək Vüqarın üz nahiyyəsinə sillə vurmuş, həmin vaxt masada olan digər şəxslər onları sakitləşdirmiş və onlar yenidən yeyib-içməyə davam etmiş, qardaşı Füzuli, əmisi oğlu Səyavuş getdikdən, digər qardaşı Zaur isə evin içərisinə keçdikdən sonra saat 23 radələrində Zərərçəkmiş şəxs1 öz evinə getmək üçün masadan qalxdıqda Vüqar sonuncunu yola salmaq üçün birlikdə eyvandan pilləkənlə həyətə düşmüş, bu zaman Davud Vüqarın tək qaldığını görüb böyük oğlunu onun yanına göndərə biləcəyini bildirdikdə, Təqsirləndirilən şəxs onun böyük oğlu barədə nalayiq ifadə işlətdiyinə görə Davud yenidən əsəbiləşərək Vüqarı sillə ilə vurmuş, sonuncu sillənin təsirindən səndələyərək yerə yıxılmış və anidən ayağa qalxaraq üzərində olan bıçaqla Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə xəsarət yetirmiş, sonuncu əli ilə ona mane olan zaman bıçaq Zərərçəkmiş şəxs1 sağ əlini və burun nahiyəsini kəsmiş, daha sonra o, hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Yuxarıda sadalanan işin faktiki hallarından da görünür ki, Vuqar Əsədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 onu sillə ilə vuraraq yerə yıxmasından sonra üzərində olan məhkəmə istintaqı zamanı müəyyən edilməyən bıçaqla sonuncunun sağ əlinin İ-İİ barmaqlar arası sahəsinin, burun nahiyəsinin kəsilmiş yaraları ilə müşayiət edilən, dərəcələrinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığana yüngül zərər və bir ədəd qarın nahiyəsinin ön səthində yerləşən, daxilə nüfuz edən, nazik bağırsağın zədələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin həmin cinayət əməllərini törətməsi özünün verdiyi qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətinin protokolları, cinayət işinin materialları ilə tam olaraq təsdiq edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 18-ci bəndində qeyd edilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Həmin qərarın 21-ci bəndində qeyd edilir ki, Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələrini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİ-dən daxil olmuş 17 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 11.10.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (Köhnə red.) 93-3-cü maddəsinin 2-ci hissəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09.02.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli amnistiya qərarının 5-ci maddəsinə əsasən azad olunmuşdur. Bundan başqa o, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29.08.2001-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsinə əsasən 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.06.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinə əlavə olunmuş tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs 08.06.2013-ci ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş, yenidən qəsdən ağır və az ağır cinayət əməllərini törətmişdir. Odur ki, onun hazırki cinayət əməli CM-nin 126.1-ci maddəsinə münasibətdə cinayətin xüsusilə təhlükəli residivi, CM-nin 177.2.2 və 177.2.3-cü maddəsinə münasibətdə cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğurluq cinayətlərinin açılmasında, cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasında kömək etməsini, CM-nin 59.1.12-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsini, CM-nin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus oğurladığı əmlakın bir qismini qaytarmaqla sonunsulara cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 oğunun ondan heç bir şikayət və tələbinin olmamasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə barışması yüngülləşdirici hal kimi nəzərə alınsa da, əməldə cinayətin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. İşin hallarını-təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla CM-nin 126.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 21 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfi olan 81,50 (səksən bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka məhv edilməli, oğurluq cinayətinin predmeti olan 1 ədəd 4x2,5 m ölçüdə xalça, 1 ədəd “incity girls” markalı zolaqlı don, 1 ədəd 2,70x5,80 m ölçüdə pərdə, 1 ədəd qara rəngli “VTF collection” markalı 0,47x0,40 ölçüdə yubka, 1 ədəd 42 ölçüdə “Tempest” markalı sarı rəngli don, 1 ədəd “Lafate” markalı qadın kostyumu (yubka+pencək), 1 ədəd “LZ international” markalı süni dəri üzlüklü 50 ölçülü qara rəngli dəri gödəkcə, 1 ədəd “HAO SHİDA” markalı süni dəri üzlüklü 3XL ölçülü qara rəngli dəri gödəkcə, 3 ədəd 0,35x0,75 m stəkan dəsmalı, 1 dəst Giltex markalı yataq dəstinin üzü (balınc, yorğan, döşək üzü), 1 ədəd 2,50X2,40 m ölçüdə çarpayı üzlüyü, 1,70x0,60 m ölçüdə qırmızı rəngli şal, 1 ədəd Eurolux markalı 6,8 litr tutumlu elektirkli çaydan, 1 ədəd “Arshia” markalı AMG-246 modelli ətçəkən maşın, 1 ədəd 0,25 m diametrli 0,10 m hündürlüyündə “Aura” markalı sapılca, 1 ədəd “Star-x-super98” markalı peyk tuneri, 2x1,60 m ölçüdə göy rəngli adyal, 1 ədəd “Svesso” markalı 40 ölçülü qara üzəri güllü don, 6 ədəd şəffaf rəngli şirə qədəhləri, 1 dəst bənövşəyi rəngli şirə qabı və altı ədəd qədəhləri, 1 ədəd Gold excell markalı 1,60x2.20 metr ölçüdə pambıq adyal, 2,15x2,35 m ölçüdə “Parima” markalı pambıq adyal, 1 ədəd 2,70x1,80 m ölçüdə gəvə, 1 ədəd 2,30x2,20 m ölçüdə yataq üzü, 1 ədəd 1,65x3,25 m ölçüdə “ZARRİN TAJ” markalı stol örtüyü, 1 ədəd 1,80x3,20 m ölçüdə “Bahadır” markalı stol örtüyü, 1 ədəd 1,30x1,80 m ölçüdə üzəri naxışlı stol örtüyü ağ rəngli, 1ədəd 3x1,60 m ölçüdə torlu stol örtüyü, 2 ədəd 0,60x0,0,75 m ölçüdə ağ rəngli balınc üzü, 1 ədəd SKYSTYLE markalı 42-44 ölçülü kişi köynəyi, 1 ədəd “Amato Cerruti”marlaı 41 ölçülü kişi köynəyi, 1 ədəd Cesars markalı 44 ölçülü kişi köynəyi, 1 ədəd “staleks pro” markalı mətbəx əlcəyi, 1 ədəd 2,50x2,10 m ölçülü ağ qara zolaqlı adyal, 1 dəst “carlorina” markalı yataq dəsti, 1 ədəd “Sonashi” markalı Sİ-5044C modelli ütü, 1 ədəd “Sonashi” markalı SHS-2017 modelli fen, 1 ədəd “Sonashi” markalı Sfh- 904 modelli kiçik ölçülü kondisoner, 1 ədəd “DAEWOO” markalı DV-K10W modelli video kaset aparatı, 1 ədəd ERGO markalı 82 sm dioqanallı LED televizor, 1 dəst “Matilda” markalı qadın alt geyim dəsti, 2 ədəd kişi qalstukunun qanuni sahiblərinə verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 prosessual hərəkətlərdə 35 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka məhv edilsin, oğurluq cinayətinin predmeti olan 1 ədəd 4x2,5 m ölçüdə xalça, 1 ədəd “incity girls” markalı zolaqlı don, 1 ədəd 2,70x5,80 m ölçüdə pərdə, 1 ədəd qara rəngli “VTF collection” markalı 0,47x0,40 ölçüdə yubka, 1 ədəd 42 ölçüdə “Tempest” markalı sarı rəngli don, 1 ədəd “Lafate” markalı qadın kostyumu (yubka+pencək), 1 ədəd “LZ international” markalı süni dəri üzlüklü 50 ölçülü qara rəngli dəri gödəkcə, 1 ədəd “HAO SHİDA” markalı süni dəri üzlüklü 3XL ölçülü qara rəngli dəri gödəkcə, 3 ədəd 0,35x0,75 m stəkan dəsmalı, 1 dəst Giltex markalı yataq dəstinin üzü (balınc, yorğan, döşək üzü), 1 ədəd 2,50X2,40 m ölçüdə çarpayı üzlüyü, 1,70x0,60 m ölçüdə qırmızı rəngli şal, 1 ədəd Eurolux markalı 6,8 litr tutumlu elektirkli çaydan, 1 ədəd “Arshia” markalı AMG- 246 modelli ətçəkən maşın, 1 ədəd 0,25 m diametrli 0,10 m hündürlüyündə “Aura” markalı sapılca, 1 ədəd “Star-x-super98” markalı peyk tuneri, 2x1,60 m ölçüdə göy rəngli adyal, 1 ədəd “Svesso” markalı 40 ölçülü qara üzəri güllü don, 6 ədəd şəffaf rəngli şirə qədəhləri, 1 dəst bənövşəyi rəngli şirə qabı və altı ədəd qədəhləri, 1 ədəd Gold excell markalı 1,60x2.20 metr ölçüdə pambıq adyal, 2,15x2,35 m ölçüdə “Parima” markalı pambıq adyal, 1 ədəd 2,70x1,80 m ölçüdə gəvə, 1 ədəd 2,30x2,20 m ölçüdə yataq üzü, 1 ədəd 1,65x3,25 m ölçüdə “ZARRİN TAJ” markalı stol örtüyü, 1 ədəd 1,80x3,20 m ölçüdə “Bahadır” markalı stol örtüyü, 1 ədəd 1,30x1,80 m ölçüdə üzəri naxışlı stol örtüyü ağ rəngli, 1ədəd 3x1,60 m ölçüdə torlu stol örtüyü, 2 ədəd 0,60x0,0,75 m ölçüdə ağ rəngli balınc üzü, 1 ədəd SKYSTYLE markalı 42-44 ölçülü kişi köynəyi, 1 ədəd “Amato Cerruti”marlaı 41 ölçülü kişi köynəyi, 1 ədəd Cesars markalı 44 ölçülü kişi köynəyi, 1 ədəd “staleks pro” markalı mətbəx əlcəyi, 1 ədəd 2,50x2,10 m ölçülü ağ qara zolaqlı adyal, 1 dəst “carlorina” markalı yataq dəsti, 1 ədəd “Sonashi” markalı Sİ-5044C modelli ütü, 1 ədəd “Sonashi” markalı SHS-2017 modelli fen, 1 ədəd “Sonashi” markalı Sfh-904 modelli kiçik ölçülü kondisoner, 1 ədəd “DAEWOO” markalı DV- K10W modelli video kaset aparatı, 1 ədəd ERGO markalı 82 sm dioqanallı LED televizor, 1 dəst “Matilda” markalı qadın alt geyim dəsti, 2 ədəd kişi qalstukunun qanuni sahiblərinə verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81,50 (səksən bir manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on manat) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-129/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-129/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver