Məhkəmə qərarları › İş №1(100)-129/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-129/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-129/2023 03.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri H.Əliyev prospekti ev 155-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri sеçilmiş, hazırda ünvan 2ridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,606 qram, 0,092 qram, 0,650 qram, 0,671 qram, 0,711 qram, 0,631 qram, 0,652 qram, ümumi təmiz çəkisi 4,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 1,065 qram, 0,298 qram, ümumi təmiz çəkisi 1,363 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 155 ünvanında yataq otağında pəncərənin qarşısında olan corabın içində saxlamış, 26 iyul 2022-ci il tarixdə saat 12 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin yataq otağında pəncərənin qarşısında olan corabın içindən 2 (iki) ədəd şəffaf və 5 (beş) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,606 qram, 0,092 qram, 0,650 qram, 0,671 qram, 0,711 qram, 0,631 qram, 0,652 qram, külli miqdarda, yəni, ümumi təmiz çəkisi 4,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,065 qram, 0,298 qram, ümumi təmiz çəkisi 1,363 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, əvvəllər evli olmuşdur, 5 yaşlı bir övladı vardır. Təxminən 4 ildir ki, narkotik vasitə aüdəçisidir, mütamadi olaraq narkotik tərkibli maddələr qəbul etmiş, son dövlər isə heroinlə metafetamini birlikdə qəbul etmişdir ki, güclü fiziki asılığını tam ödəyə bilsin. Hətta heroinlə metafetamindən birlikdə istifadə nəticəsində dərisində yaralar əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti 155-də ünvanında yerləşən yaşayış evindən aşkar edilmiş narkotik vasitlər və psixotrop maddə ilə bağlı onu bildirmişdir ki, o, həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Ağcabədi rayon sakini “Seyid” ləqəbli dəqiq tanımadığı şəxsdən 400 manata almışdır. Belə ki, həmin şəxsdən əvvəllərdə narkotik vasitə aldığından Seyid ona inanaraq narkotik vasitəni və psixotrop maddəni yaşadığı evə gətirərək ona vermişdir. Seyid adlı şəxs narkotik vasitələri ona nisyə olaraq da vermiş, maddi imkanı olduqca pulunu ödəmişdir. Seyid adlı şəxsin ona satdığı həmin narkotik vasitə və psixotrop maddə bükülü formada 11 büküm olmuşdur. O, həmin narkotik vasitələri yaşadığı evdə saxlayırmış ki, narkotik vasitəyə olan tələbatını ödəsin. Həmin bükümlərdən ikisini xx.xx.2022-ci il tarixdə gün ərzində istifadə etmiş və qalanlarını evində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında səs gəldiyini eşidərək çölə çıxmışdır. Həmin vaxtı evin qarşısında bir neçə nəfər şəxs dayanmışdır. Həmin şəxslər onu saxlayaraq yaşadığı evdə narkotik vasitə saxlamağı ilə əlaqədar evinə baxış keçiriləcəyini bildirmişlər. Baxış zamanı o, evində saxladığı narkotik vasitəni təqdim etmiş, həmin bükülüyə baxış keçrilərkən bükülünün içərisindən 7 ədəd heroin, bir bükümdə “şüşə” adlanan metamfetamin aşkar edilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəməyə israrla bildirmişdir ki, onun heç bir zaman narkotik vasitələri satış məqsədilə əldə etmək, saxlamaq, kiməsə əvəzli və ya əvəzsiz olaraq vermək niyyəti olmamış, heç vaxt belə bir hərəkətə yol verməmişdir. Ona qarşı irəli sürülmüş ittihamda yer almış satış məqsədinin olmasına dair xüsusat tamamilə absurddur və hər hansı həqiqətə söykənmir, narkotik vasitəni bükümlərə ayrılmış şəkildə əldə etmiş, əldə etdikdən sonra da bükümlərə ayırmamışdır. O, heroinlə metafetamini birlikdə qəbul etmişdir ki, gündəlik güclü fiziki asılığını tam ödəyə bilsin. Odur ki, məhkəmədən sözügedən xüsusatın ittihamdan xaric edilməsini xahiş edir və əməlindən peşman olmasını məhkəmənin nəzərinə çatdırır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, 26 iyul 2022-ci il tarixdə ona Bərdə şəhəri H.Əliyev prospekti ev 155 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 12 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana o, və digər polis əməkdaşları gedərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, və digər polis əməkdaşlarının iştirakı ilə yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 155-də yerləşən evinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təhqiqatçısı Eşqin Məmmədov tərəfindən hüquqları izah edilmiş və baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə olan otaqda özünə məxsus narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Evdə olan kiçik ölçülü otağa baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni saxladığı pəncərənin qarşısında olan kiçik ölçülü uşaq corabının içərisindən götürüb könüllü şəkildə təqdim etmişdir. Təqdim edilən kiçik ölçülü uşaq corabının içərisində “Sobranie” markalı siqaret qutusu olmuş və həmin siqaret qutusunun içərisindən 07 (yeddi) ədəd büküm və 05 (beş) ədəd adsız dərman həbi, 02 (iki) ədəd ağ rəngli bükümlər götürülərək içərisi açılmışdır. Bu zaman 07 (yeddi) ədəd bükümlərin içərisindən narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr, 02 (iki) ədəd ağ rəngli bükümlərin içərisindən psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlələr aşkarlanmışdır. Həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Həmçinin, evdən 01(bir) ədəd kiçik həcmli şüşə dərman flakonu aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 4 ildirki narkotik vasitə istifadəçisi olmasını, evindən aşkar edilən narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon sakini Seyid adlı şəxsdən aldığını, evindən aşkar olun kiçik həcmli şüşə dərman flakonunda narkotik vasitə heroin istifadə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X1, onun və digər polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ilkin əməliyyat məlumatı daxil olsa da, sonradan satış faktını təsdiq etmək mümkün olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin QVŞVQ-nin baş inspektoru vəzifəsində işləyir, 26 iyul 2022-ci il tarixdə ona Bərdə şəhəri H.Əliyev prospekti ev 155 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 12 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana o, və digər polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ünvanda narkotk vasitə və pisixatrop maddə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs vəkil təyin edilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşya və predimetlər vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək masaya yaxınlaşıb üzərində olan şəxsi istifadə etdiyi əşyaları çıxarıb təqdim etmişdir. Daha sonra şübhəli şəxsin üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, doğru hesab edilərək imzalanmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin Kriminalistik Tədqiqatlara qrupunun baş inspektor- kriminalisti vəzifəsində işləyir, polis baş leytenantı rütbəsindədir. 26 iyul 2022-ci il tarixdə ona Bərdə şəhəri H.Əliyev prospekti ev 155 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 12 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvana o, və digər polis əməkdaşları gedərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O, və digər polis əməkdaşlarının iştirakı ilə yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 155-də yerləşən evinə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən hüquqları izah edilmiş və baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə olan otaqda özünə məxsus narkotik vasitə və psixotrop maddə olduğunu demişdir. Evdə olan kiçik ölçülü otağa baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni saxladığı pəncərənin qarşısında olan kiçik ölçülü uşaq corabının içərisindən götürüb könüllü şəkildə təqdim etmişdir. Təqdim edilən kiçik ölçülü uşaq corabının içərisində “Sobranie” markalı siqaret qutusu olmuş və həmin siqaret qutusunun içərisindən 07(yeddi) ədəd büküm və 05(beş) ədəd adsız dərman həbi, 02(iki) ədəd ağ rəngli bükümlər götürülərək içərisi açılmışdır. Bu zaman 07 (yeddi) ədəd bükümlərin içərisindən narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr, 02(iki) ədəd ağ rəngli bükümlərin içərisindən psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlələr aşkarlanmışdır. Həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Həmçinin, evdən 01 (bir) ədəd kiçik həcmli şüşə dərman flakonu aşkar edilmişdir. Sonra bükümlər, dərman həbləri, şüşə flakon kağız zərfə qoyularaq ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilməklə üzəri Azərbaycan Respublikası DİN-in 94 saylı möhürü ilə möhürlənib götürülmüş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs 4 ildirki narkotik vasitə istifadəçisi olmasını, evindən aşkar edilən narkotik vasitələri xx.xx.2022-ci il tarixdə Ağcabədi rayon sakini Seyid adlı şəxsdən aldığını, evindən aşkar olun kiçik həcmli şüşə dərman flakonunda narkotik vasitə heroin istifadə etməsini bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi başa çatdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tərəflərindən saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs vəkil təyin edilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X1, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan qanunsuz əşya və predimetlər vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs bu zaman üzərində heç bir qeyri-qanuni əşya və ya predmetin olmadığını bildirərək masaya yaxınlaşıb üzərində olan şəxsi istifadə etdiyi əşyaları çıxarıb təqdim etmişdir. Daha sonra şübhəli şəxsin üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalar əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Şəxsi axtarışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, doğru hesab edilərək imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2022-ci il tаriхli 16/889 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı aşkar edilərək götürülmüş narkotik kütlələr..” sözləri və imzalar olan kağız paketdəki; - 2 (iki) ədəd şəffaf və 5 (beş) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,606 qram, 0,092 qram, 0,650 qram, 0,671 qram, 0,711 qram, 0,631 qram, 0,652 qram, ümumi təmiz çəkisi 4,013 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,065 qram, 0,298 qram, ümumi təmiz çəkisi 1,363 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. -1 (bir) ədəd şüşə ampulanın içərisində və onun içərisində olan 2 ədəd pambıq qırıntılarının üzərində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, baxış keçirilməsi haqqında 26 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 155 ünvanına videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs kiçik ölçülü otaqda pəncərinin qarşısında kiçik ölüçülü uşaq corabının içərisindən ümumi çəkisi 4,92 qram olan 07(yeddi) ədəd bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələri, ayrıayrılıqda çəkiləri 1,21 qram, 0,45 qram olan 02(iki) ədəd ağ rəngli bükümlərdə psixorop maddə metamfetaminə bənzər kütlələri, 05(beş) ədəd adsız dərman həblərini, 1 ədəd şüşə flakonu təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, baxış keçirilməsi haqqında 27 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 10 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə tarixdə yaşadığı Bərdə şəhəri H.Əliyev prospekti ev 155 ünvanına videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs kiçik ölçülü otaqda pəncərinin qarşısında kiçik ölüçülü uşaq corabının içərisindən ümumi çəkisi 4,92 qram olan 07(yeddi) ədəd bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələri, ayrı-ayrılıqda çəkiləri 1,21 qram, 0,45 qram olan 02 (iki) ədəd ağ rəngli bükümlərdə psixorop maddə metamfetaminə bənzər kütlələri, 05 (beş) ədəd adsız dərman həblərini, 1 ədəd şüşə flakonu təqdim etməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 23 avqust 2022-ci il tarixli 1229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktiki qеydiyyаtа alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 iyul 2022-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 27 oktyabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, ifadəsində adını qeyd etdiyi Ağcabədi rayon sakini Seyid adlı şəxsin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığı narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı bir cinayət hadisəsi törətməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 962 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli 889 nömrəli Bərdə rayon Mərkəzi xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tаriхli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay islah işləri (10%) cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsindən daxil olmuş arayışdan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti ev 155/70 ünvanında yaşayır, himayəsində 2017-ci il təvəllüdlü Dəniz adlı bir qız övladı vardır və yaşayış üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Qarabağ müharibəsi əlillərri, veteranları və şəhid ailələri ictimayi birliyin verdiyin Ş №006533 saylı vəsiqənin surətindən və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X5 xx.xx.1994-cü il tarixdə şəhid olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 2(iki) ədəd şəffaf və 5 (beş) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,556 qram, 0,042 qram, 0,6 qram, 0,621 qram, 0,661 qram, 0,581 qram, 0,602 qram, ümumi təmiz çəkisi 3,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,015 qram, 0,248 qram, ümumi təmiz çəkisi 1,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılır, baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə aparılmış ali istintaqın nəticələrinə əsaslanaraq vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham irəli sürmüşdür ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdarda, yəni 4,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,363 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edərək saxlamışdır. Lakin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin sonuncu tərəfindən qanunsuz olaraq əldə edilməsinin, saxlanılmasının satış məqsədi güddüyü qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitələri satış məqsədilə əldə etməsini, saxlamasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri ifadəsinə, xx.xx.2022-ci il tarixli raporta və 27 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığını cavab məktubuna əsaslanmışdır. Lakin, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda 27 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığını cavab məktubunun özündə də Təqsirləndirilən şəxs əvvəllər narkotik maddənin satışı ilə məşğul olubolmaması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmaması qeyd edilmişdir. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə ötürülən məlumatlar əldə edilsə də, sonuncuya verilən ittihamla əlaqədar hər hansı bir maraq doğuran sms mətnlərin olması müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur.Həmçinin cinayət işinin materiallarında olan Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 23 avqust 2022-ci il tarixli 1229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktiki qеydiyyаtа alınması məsləhət görülür. Məhkəmə kollegiyası göstərilənlərə obyektiv hüquqi verərək vurğulayır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması -miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin evindən aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələri satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq külli miqdarda–ümumilikdə 4,013 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,363 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Ağcabədi rayon sakini “Seyid” ləqəbli dəqiq tanımadığı şəxsdən 400 manata aldığını, özünün verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi –həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPMin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə bir daha qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs narkotik vasitələri satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və saxladığı narkotik vasitələri satmağa yönəldiyi sübuta yetirilməli, sözügedən maddələri məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarında da göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Təqsirləndirilən şəxs 1 (bir) azyaşlı uşağın olmasını, qardaşı X2 xx.xx.1994-cü il tarixdə birinci Qarabağ müharibəsində şəhid olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xaralterizə edilməsini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 23 avqust 2022-ci il tarixli 1229 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktiki qеydiyyаtа alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 iyul 2022-ci il tarixdə tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 26 iyul 2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 2 (iki) ədəd şəffaf və 5 (beş) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,556 qram, 0,042 qram, 0,6 qram, 0,621 qram, 0,661 qram, 0,581 qram, 0,602 qram, ümumi təmiz çəkisi 3,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,015 qram, 0,248 qram, ümumi təmiz çəkisi 1,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 2 (iki) ədəd şəffaf və 5 (beş) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 0,556 qram, 0,042 qram, 0,6 qram, 0,621 qram, 0,661 qram, 0,581 qram, 0,602 qram, ümumi təmiz çəkisi 3,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,015 qram, 0,248 qram, ümumi təmiz çəkisi 1,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin-məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 2 (iki) ədəd şəffaf və 5 (beş) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,556 qram, 0,042 qram, 0,6 qram, 0,621 qram, 0,661 qram, 0,581 qram, 0,602 qram, ümumi təmiz çəkisi 3,663 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,015 qram, 0,248 qram, ümumi təmiz çəkisi 1,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin-məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 32 manat 40 qəpik (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar