Məhkəmə qərarları › İş №1(100)-129/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-129/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-129/2024 13.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi: Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, İclas katibləri: X9, X4, X3 və X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1971-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Daşkəsən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü il mart ayında, «Wathsapp» sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “Peyman” ləqəbli şəxsiyyəti məlum olmayan şəxsin Daşkəsən şəhəri, Heydər Əliyev küçəsi, 27 saylı binanın yaxınlığında yerləşən yararsız vəziyyətdə olan “Volkswagen” markalı avtomobilin içərisinə istintaqa məlum olmayan şəxs tərəfindən yerləşdirdiyi, külli miqdarda,kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdar kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və şəxsi istehlak miqdarından artıq miqdarda, bitki mənşəli kütləni tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 22 mart 2023-cü il tarixdə saat 18 radələrində satış məqsədilə qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşıyarkən həmin tarixdə saat 18:40 radələrində Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən şəhəri, Heydər Əliyev küçəsi, 27 saylı binanın yaxınlığında piyada hərəkətdə olarkən zaman narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğu üçün Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 24 ünvanında yerləşən Daşkəsən rayon polis şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin iç hissəsindən, 1 ədəd üzərində “badamlı ərik nektarı” sözləri yazılmış, meyvə şirəsinə məxsus qutunun içərisində ayrı-ayrı 4 ədəd xüsusi qaydada qablaşdırılmış bükümlərdə, bir ədəd siqaret qutusu içərisində şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 200,868 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd şəffaf polietilen kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 19,932 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, bir ədəd şəffaf polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 43,690 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 39,42 qram bitki mənşəli kütləni tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək üzərindən götürülmüşdür. Bundan başqa o, təkrarən məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq əldə edib, yaşadığı Daşkəsən şəhəri, ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 13:30 dəqiqədə yaşadığı Daşkəsən şəhəri, ünvan 1 ünvanında olan mənzildə keçirilmiş axtarış və götürmə zamanı mənzilin yataq otağında yerləşən çarpayının yataq dəstinin altındakı taxta üzərində yapışqan lentlə sarılmış qara rəngli polietilen torbada şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 465 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Daşkəsən şəhəri, ünvan 5 ünvanında tək yaşayır. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Səhhətində problemləri var, narkomaniya xəstəliyindən əziyyət çəkir. Buna görə dəfələrlə müalicə almışdır. Hazırda heç bir yerdə işləmir, çətin dolanır, maddi imkanı yaxşı deyil, pula ehtiyacı var. Əvvəllər bir neçə dəfə qurudulmuş marixuana, kakos və şüşə adı ilə tanıdığı (patı) istifadə etmiş, ağrılarını azlatmışdır. Tutulmamışdan təxminən on gün əvvəl o Daşkəsən şəhərində olan zaman istifadə etdiyi “Samsung A03” markalı, mobil telefonda ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi "Whatsapp" sosial şəbəkəsinə +**********88 saylı mobil nömrənin "Whatsapp"ından mesaj gəlmiş, həmin şəxs özünü “Peyman” adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim etmişdir. Onu şəxsən görməmiş və tanımamışdır. Bir neçə dəfə danışdıqdan sonra, Peyman müxtəlif narkotik vasitələri olduğunu, satdığını və birlikdə işləməyi təklif etmişdir. Peymana narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, özü istifadə etdiyini, lakin maddi imkanı olmadığı üçün ala bilməyəcəyini demiş, ona istifadə etməsi üçün ilk dəfə “LD” markalı siqaret qutusunun içərisində 3 çet (üç dəfəlik istifadə üçün) narkotik vasitə olan qurudulmuş marixuananı Daşkəsən şəhərində yerləşən məscidin yaxınlığında ağacın dibinə qoyub yerini "Whatsapp" vasitəsi ilə demiş, həmin yerə axşam gedib həqiqətən də sözügedən yerdə “LD” markalı siqaret qutusu görüb götürmüş, həqiqətən siqaret qutusunun içərisində 3 çəkimlik marixuananı görüb özü istifadə etmişdir. Bundan sonra onda Peyman kimi tanıdığı şəxsə inam yaranmış və onlar "Whatsapp" vasitəsi ilə danışmağa başlamışlar. O, Peyman adlı şəxsin İran İslam Respublikasında yaşadığına Peymanın ona göndərdiyi video görüntülərdən sonra əminlik yaranmış, lakin marixuananı hansı yolla Daşkəsənə gətirdiyini bilmir. Tutulmamışdan bir neçə gün əvvəl Peyman ona təkrar yazıb birgə işləməyi demiş, o isə Peymana eyni sözləri – pulu olmadığını demişdir. Peyman ona "Whatsapp"da narkotik vasitələr olan “kakos, şüşə (patı) və marixuana göndərəcəyini, pula hələ ki ehtiyacı olmadığını, göndərdiyi narkotik vasitələri Daşkəsən şəhərində satıb pulunu ona göndərməyi təklif etmiş, o da narkotik vasitədən istifadə etdiyi üçün Peymanı aldadadıb göndərəcəyi narkotik vasitələri satıb pulunu göndərəcəyini demiş və həmin şəxsdə özünə inam yaratmışdır. xx.xx.2023-cü il axşam saatlarında Peyman "Whatsapp"da ona yazaraq, xx.xx.2023-cü il tarixdə qeyd etdiyi narkotik vasitələr 10 qram kakos (heroin), 10 qram şüşə (metamfetamin) və 20 qram nəşə (marixuana) göndərəcəyini deyib ona şəkillərini göndərmişdir. xx.xx.2023-cü ildə təxminən 17 radələrində ona "Whatsapp"da yazıb, narkotik vasitələri qoyduğu yerin şəkilini atmış, o da qeyd olunan narkotik vasitələri götürmək üçün Daşkəsən şəhərindəki həmin yerə yollanmışdır. O Daşkəsən şəhəri Heydər Əliyev küçəsində yerləşən Qarabağ əlillərinə tikilmiş binanın yaxınlığında olan yararsız vəziyyətdəki “Volkvsvagen” markalı avtomobilin yanına getmiş, avtomobilin sürücüsü tərəfdən açıq pəncərədən içərisində narkotik olan meyvə şirəsi qutusunu götürüb gödəkcəsinin iç hissəsinə qoyub uzaqlaşmışdır. Qısa müddət sonra binaların yanında polis əməkdaşları ona yaxınlaşıb Daşkəsən rayon polis şöbəsinə aparmış, polis əməkdaşlarına heç bir etiraz etməyib onlarla birlikdə getmişdir. Axtarış zamanı götürdüyü meyvə şirəsi qabını təqdim etmiş. içərisində narkotik vasitə olduğunu demişdir. Orada qutu açılıb narkotik vasitələrə baxış keçirilmiş, tərəzidə çəkilmiş, ona məxsus mobil telefonu da polislər götürmüşlər. Peyman adlı şəxsin polis əməkdaşı olduğunu və onun narkotik vasitə istifadəçisi olduğunu bildirkləri üçün ona tələ quraraq cinayətə təhrik etdiklərini və dediklərindən artıq narkotik vasitə qoyaraq onu aldadıb sonradan da polislərin özlərinin qoyduğu narkotik vasitəni götürəndə onu tutmuşlar. 23 mart 2023-cü ildə yaşadığı evdən yataq otağından aşkar edilmiş, nəşə (marixuana) isə ona məxsus deyil, evdə mətbəxdə ona məxsus dərman və heroin hazırladığı boş şüşə ampulalar və inyeksiya etdiyi iynələr olmuşdur. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, evində aşkar edilmiş marixuananı polis əməkdaşları çəkini qaldırmaq üçün axtarış vaxtı evə qoymasını ehtimal edir, çəkiliş vaxtı polislər bir neçə dəfə digər otaqlara da girmiş və narkotik vasitənin də həmin vaxt qoyulmasını ehtimal edir. Çəkiliş vaxtı da buna etiraz etmiş və polislərə onu narkotiklə yükləməmələrini, sərt şəkildə demiş və sənədləri imza etməmişdir. Lakin istintaq dövründə ona edilmiş həmin qanunsuzluqlar barədə hər hansı səlahiyyətli orqana şikayət etməmiş, narazılığını bildirməmiş, məqsədi narkotik vasitələri satmaq yox, istifadə olmuşdur. Şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitələri isə satmaq məqsədi olmamış, “Peyman”ı aldadıb gələcəkdə şəxsi istifadə etməsi üçün əldə etmişdir. Onun niyyəti həm də götürdüyü narkotiki polisə təhvil vermək olmuşdur. Lakin polis əməkdaşları onu həddən artıq tez saxladığı, qoyan şəxsi deyil, narkotik vasitəni də polislərin qoyduğuna əmindir, yaşadığı evin mətbəxində 2 ədəd baş hissəsi sınmış vəziyyətdə olan ampula şüşəsi və şpris özünə məxsus olmuş, kokos adlanan narkotik vasitəsi qəbul edən zaman həmin şüşə və şpirislərdən istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Daşkəsən RPŞ-in CAB-ın rəisi vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ədavət və düşmənçiliyi yoxdur. Daşkəsən şəhəri, ünvan 6-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını əldə edib istifadə etməsi, üzərində daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, yaradılmış qrup üzvləri ilə birlikdə 22 mart 2023-cü il tarixdə Daşkəsən RPŞ CAB-ın baş əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Şahid2, CAB-ın əməliyyat müvəkkili polis kiçik leytenantı ƏlŞahid5, CAB-ın axtarış işi üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 və CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid3 ilə birlikdə təxminən 18:30 radələrində Daşkəsən şəhəri Heydər Əliyev prospekti ilə piyada hərəkətdə olarkən Elçinə yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyib rayon polis şöbəsinə aparmışlar. Elçin onları görəndə özünü itirsə də etiraz etməyib polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil çağırılmış və videoçəkilişlə Elçinin üzərində şəxsi axtarış keçirilmişdir.Qanunsuz saxladığı əşya varsa verməsi deyiləndə əynində gödəkçədən “badamlı” sözü yazılmış, bir ədəd meyvə şirəsi qutusunu çıxarıb təqdim etmiş, qutunun içərisində narkotik vasitə olduğunu demişdir. Qutunun içərisindən 4 ədəd büküm aşkar olunmuş, nə olması soruşulanda olan “metamfetamin”, “marixuana”, “heroin”olduğun, narkotik vasitələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu, əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşından “vatsap” proqramı ilə danışdıqdan sonra narkotik vasitələri Daşkəsən şəhəri, Heydər Əliyev küçəsində yerləşən 27 saylı çoxmənzilli yaşayış binası yaxınlığındakı yararsız vəziyyətdə olan avtomobilə qoyduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. “Samsung A 03” markalı mobil telefonun “vatsap” proqramı vasitəsilə əlaqə saxlamış, mobil telefonun “vatsap” proqramında yazışmalar olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs razılığı ilə növbəti gün yaşadığı evdə keçirilmiş axtarışda iştirak etmiş, axtarış zamanı mənzilin yataq otağında yerləşən çarpayının yuxarı baş tərəfində, yorğanın altında bir ədəd sellofan torbaya bükülü, yapışqan lentlə sarılmış paket aşkar edilmiş, nə olduğu soruşulanda Elçin paketin ona məxsus olmadığını deyib etiraz etmişdir. Paket kəsici alətlə kəsilib içərisinə baxılmiş, yaşıl rəngli, kəskin iyili, ilk görünüşdən narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir. Kütlə paketlə birlikdə elektron tərəzi ilə çəkilmiş, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq götərdi ki, əməliyyat məlumatı Eçin Bayramovun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması barədə olmuş, onun yaşadığı evdə keçirilmiş istintaq hərərkəti zamanı iştirak etmiş və polis tərəfindən hansısa qanunsuzluq edilməmişdir. Elçin evindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını deyərək polis əməkdaşlarına etiraz etsə də onun əvvəllər də göstərdiyi İran vətəndaşından qanunsuz olaraq satış məqsədilə narkotik vasitə əldə edib saxlaması istisna edilmir. Evə axtarış istintaq hərəkəti təhqiqatçı tərəfindən videoçəkilişlə aparılmış, o da digər iştirakçılar kimi iştirak etmişdir. Elçinə qarşı hansısa psixi və fiziki zorakılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kiçik leytenantı ƏlŞahid5, Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış işi üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 və Daşkəsən rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis leytenantı İmanzadə X8 Məmmədovla eyniməzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid6 göstərmişdir ki, 22 mart 2023-cü il tarixdə RPŞ-də növbədə olan zaman RPŞnin əməkdaşları növbətçi hissəyə bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi gətirərək həmin şəxsin qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olduğunu, üzərində şəxsi axtarış keçiriləcəyi demişdir. Daha sonra şəxs təhqiqat bölməsinə təhvil verilmişdir. Sonradan isə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkcənin içərisindən çıxardığı meyvə şirəsi qutusunda müxtəlif növ narkotik vasitələr aşakr edilmiş, həmin narkotikləri sosial şəbəkə vasitəsi ilə tanış olduğu, əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Peyman adlı şəxsdən “vatsap” proqramı vasitəsilə əlaqə saxladıqdan sonra sonuncu narkotik vasitələri Daşkəsən şəhəri, Heydər Əliyev küçəsində yerləşən 27 saylı çoxmənzilli yaşayış binasının yaxınlığındakı yararsız vəziyyətdə olan “Wolksvagen” markalı avtomobilin kabinasından götürdüyünü dediyini öyrənmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Daşkəsən şəhəri, ünvan 6-də qeydiyyatda olmaqla yaşayan X6 Daşkəsən şəhəri ərazisində mütamadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması olması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs həmin gün saat 18:40-da Daşkəsən şəhəri, HşƏliyev prospekti 27 №li bina yaxınlığında saxlanaraq Daşkəsən RPŞ-yə gətirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 22 mart 2023-cü il tarixli protokol və əlavə edilmiş fotocədvəl və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan gödəkcənin iç hissəsindən çıxardığı üzərində “badamlı” sözü yazılmış, 1(bir) litr həcmli meyvə şirəsi qutusunun içərəsindən ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan tiryək və bitki mənşəli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, çəkilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vaitələri İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, “Peyman” adlı şəxsin göndərdiyini, həmin şəxslə yazışmaları və danışıqlarının istifadə etdiyi özünəməxsus mobil telefonda olduğunu bildirmiş, aşkar edilmiş bükümlər və sonuncuya məxsus “Samsung A03” markalı mobil telefon qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilən 23 mart 2023-cü il tarixli “axtarış keçirilməsi haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Daşkəsən şəhəri, ünvan 6 ünvanda Təqsirləndirilən şəxs yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların aşkar edilməsi üçün keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir müddət əvvəl yaşadığı evin mətbəxində narkotik vasitə olan heroin qəbul etdiyini, həmin narkotik vasitəni şpris və şüşə ampula vasitəsilə qəbil etdiyini, hazırda qırıntıların mətbəxdə olduğunu bildirmiş, evində başqa hansısa qanunsuz əşya olmadığını bildirmişdir. Mənzilin mətbəxindən 2 ədəd başları sındırılmış vəziyyətdə ampula şüşələri, eyni zamanda 1 ədəd işlənmiş, 2 ml qramlıq şpris aşkar edilmiş, Təqsirləndirilən şəxs onlardan narkotik vasitə olan “kakos” kimi adlandırdığı heroini qəbul edərkən istifadə etdiyini söyləmiş, həmin predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Mənzilin yataq otağında keçirilmiş axtarış zamanı isə otaqdan girişdən sol tərəfdə yerləşən çarpayının yuxarı baş tərəfində, yorğanın altında taxta hissənin üzərində bir ədəd sellofan torbaya bükülərək yapışqan lentlə sarılmış paket aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin paketin nə olmasını içərisində nə olmasından xəbərsiz olduğunu, bildirmiş polis əməkdaşlarına və aprılan hrərəkətə sellofan bükümün evindən aşka edilməsinə etiraz etmişdir. Həmin sellofan paket kəsici alətlə kəsilib baxış keçirilmiş, aşkar edilmiş kütlə paketlə birlikdə elektron tərəzidə çəkilmiş, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “mobil telefona baxış keçirilməsi haqqında” 24 mart 2023-cü il tarixli protokol” əlavəsi olan fotocədvəl və CD diskdən görünür ki, mobil telefonun «Qalereya» bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş narkotik vasitələrin foto şəkilləri aşkar olunmuş, mobil telefonun «Wathsapp» proqramında adı qeyd olunmamış +**********88 saylı mobil nömrə ilə Azərbaycan dilində narkotik vasitələrin dövriyyəsi ilə bağlı yazışmalar mətn və səsli mesajları aşkar edilmiş, ekran çəkimi vasitəsi ilə fotoşəkilləri çəkilmiş, printer vasitəsi ilə çap olunaraq götürülmüşdür. Mobil telefonun «Wathsapp» proqramında adı qeyd olunmamış +**********2 saylı nömrə ilə yazışmalara və səsli mesaj mətnlərinə keçirilmiş baxış zamanı isə həmin nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixlərdə Azərbaycan dilində “narkotik vasitələrin alqı-satqısı ilə bağlı olan” yazışma mətnlərinin və səsli mesaj mətnlərinin olması müəyyən edilmiş və həmin yazışma mətnlər ekran çəkimi vasitəsi ilə çəkilərək printer vasitəsi ilə çap edilib götürülmüş, ümumilikdə 142 ədəd səsli mesaj mətnləri isə CD diskə köçürülmüşdür. Təqsirləndirilən şəxs mobil telefonunun «Wathsapp» proqramı vasitəsi ilə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə +**********88 saylı nömrə, +**********88 saylı nömrə və +**********2 saylı nömrələr ilə edilən yazışmaları və səsli mesaj mətnlərini özünün etdiyini, həmin nömrələrin sahiblərinin İran İslam Respublikası vətəndaşları olduğunu, həmin şəxslərdən birinin özünü ona “Peyman” adı ilə tanıtdığını, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr alaraq əldə etdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən 24 mart 2023-cü il tarixli “baxış keçirilməsi haqqında protokol” və DVD diskdən görünür ki, diskin içərisində “səs” adlandırılmış faylda ümumilikdə 142 ədəd səs yazıları olması, həmin səs yazılarının hissəhissə olmaqla ümumilikdə 55 dəqiqə 39 saniyə təşkil edir. Səs yazılarının məzmunundan Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Peyman adlı şəxs ilə vatsap sosial proqramında “Peyman” adlı şəxslə Təqsirləndirilən şəxs arasında narkotik vasitə onun alqı-satqısı, qiyməti haqqında danışıqlar aparılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 22 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 19:55-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan qərarlardan görünür ki, 24 mart 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-.2 və 234.4.3-cü maddələrici ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrdədə nəzərdə tutulmuş ittiham elan edilərək barəsində Daşkəsən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (030)- 02/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Daşkəsən rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5 (030)-08/2023 saylı qərarından görünür ki, Daşkəsən RPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi dəvəti ilə axtarış aparılması haqqında qərar” və həmin tarixli “axtarış aparılması haqqında protokol”un yoxlanılması həmin istintaq hərəkətinin Azərbaycan Respublikası CPM-nin 177.6, 177.3.1-cimaddəsinə əsasən aparılmasına icazə tələb olunmadığından məhkəmə qaydasında yoxlanılmasından imtina edilmiş və geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-kimyəvi-bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 16/338 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd siqaret qutusunun içərisində şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 200,688 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 19,932 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; tədqiqata təqdim edilmiş bir ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 46,690 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; tədqiqata təqdim olunmuş üzəri yapışqanlı lentlə sarınmış bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 39.42 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Heroinin təmiz çəkisi 200,868 qr, tədqiqata sərf edildi - 0,2 qr, qalıq- 200,668 qr, metamfetamin təmiz çəkisi -19,932 qr, tədqiqata cəmi sərf edildi – 0,2 qr, qalıq- 19,732 qr, tiryək təmiz çəkisi 43,690 qr, tədqiqata cəmi sərf edildi 02, qr, qalıq – 43,490 qr , marixuananın təmiz çəkisi – 39,42 qr tədqiqata sərf edildi - 0,05 qr, qalıq-39,37 qr qalmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 16/345 nömrəli rəyindən görünür ki, “şübhəli şəxs Təqsirləndirilən şəxs..”sözləri və imzalar olan bir ədəd üzəri yapışqanlı lentlə sarınmış qarışıq rəngli polietilen torbadakı bir ədəd qəhvəyi rəngli kağız bağlamanı açdıqda içərisində, üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 465 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Digər bir ədəd qəhvəyi rəngli kağız bağlamadakı iki şüşə ampulanın və bir ədəd 2 ml-lik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Həmin qəhvəyi rəngli kağız bağlamada bir ədəd pambıq qırığının üzərində narkotik vasitələrin izləri aşkar edilmədi. Tədqiqata təqdim olunmuş “şübhəli şəxs: Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan bir ədəd üzəri yapışqanlı lentlə sarınmış qarışıq rəngli polietilen torbadakı bir ədəd qəhvəyi rəngli kağız bağlamada olan marixuana ilə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan qəhvəyi rəngli kağız paketdə olan bir zərfdəki marixuana tərkibinə görə eynidir. Gəncə regional bölməsinin labaratoriyasında texniki avadanlıq olmadığından təqdim olunmuş dərman pereparatının tədqiqatını aparmaq mümkün olmadır. Qeyd: Marixuananın təmiz çəkisi – 465 qr, -39,37 qr tədqiqata sərf edildi - 0,1 qr, qalıq- 464,95 qr -39,32 qr qalmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə narkoloji ekspertizanın 31 may 2023-cü il tarixli, 948 saylı rəyindən görtünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşakr edilməmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə narkoloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 3836 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji dispanserdən verilən xx.xx.2023-cü il tarixli, 3860 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən “Daşkəsən rayon mərkəzi xəstəxanası” X14 verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-33\2-190\2023 saylı məktubdan görünür ki, Bayramov X10 şəhər poliklinikasında narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Daşkəsən RPŞ-dən verilən xx.xx.2023-cü il tarixli, 3/13/72/1-5116/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini, tiryəki, metamfetamini və marixuananı əldə etdiyi mənbə, “Peyman” adlı şəxsin şəxsiyyəti müəyyən edilə bilməmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini, metamfetamini, tiryəki və qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitəni kimdən nə vaxt əldə etməsi və narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ödənilmiş və götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, aşakr edilmiş narkotik vasitə və psixotrop maddələrin mənbəyi ilə bağlı cinayət işi materiallarından 23060011№li cinayət işi ayrılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qablaşdırılmış zərflərdə olan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 200,668 qram olan heroin, təmiz çəkisi 19,732 qram olan metamfetamin, təmiz çəkisi 43,490 qram olan tiryək, təmiz çəkisi 39,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və yaşadığı evdə axtarış aparılarkən aşkar edilmiş, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 464,95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, “Samsung A03” markalı mobil telefon sübut qismində tanınaraq Daşkəsən rayon polis şöbəsinin saxlancına təhvil verilmiş, şəxsi axtarış Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilərkən istifadə edilmiş video çəkilişlərin olduğu 2 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs məxsus Samsung A03 markalı mobil telefonun “vatsap” proqramındakı səs yazıları və telefon məlumatlarının olduğu 2 ədəd CD dikslər, ekran çəkimləri vasitəsilə götürülmüş görüntüləri əksd etdirən fotocədvəllər iş materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə deyil şəxsi istehlak məqsədilə əldə etməsi, eləcə də həmin narkotik vasitələri İranlı Peyman adlı şəxsi aldadaraq əldə edib sonradan özü istifadə etməsi və həmin narkotik vasitələri polisə təhvil vermək üçün götürməsi, həmçinin narkotik vasitəni qoyan və onu aludəçi olmasından istifadə edərək qeyd edilən cinayət əməllərini törətməyə polislərin təhrik etməsi, yaşadığı evdən aşkar edilmiş narkotk vasitələrin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən onun cinayət məsuliyyətini daha da ağırlaşdırmaq üçün keçirilən axtarış zamanı qəsdən yataq otağında çarpayının altına qoyulması barədə məhkəmə baxışında ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşaraq, özünün qismən etirafedici ifadəsi, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutlar (mobil telefondakı yazışmalar, ekpert rəyləri, xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış, xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti və cinayət işinin obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir və onun qeyd edilən cinayət əməllərini törətməsinə dair gəldiyi qənaəti aşağıdakı sübutlarla əsaslandıracaqdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanıldan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növdə olmasına və miqdarına görə təqsirləndirilən şəxsin qeyd edilən narkotik vasitələri məhz satış məqsədi ilə əladə etməsinə dəlalət edir. Təqsirləndirilən şəxs aralarındakı razılşamaya əsasən ona göndəriləcək (təyinat yerinə qoyulacaq narkotik vasitələrin hazırkı çəkilərdən 2 dəfə az olmasını göstərsə də, məhkəmə nəzərə çatdırır ki, həmin razılaşmaya əsasən narkotik vasitə və pxitorop maddələrin çəkisi külli miqdar təşkil edən çəkidən 5 (beş) dəfə artıqdır və təqsirə görə məsuliyyət prinsipinə əsasən təqsir təqsirləndirilən şəxsin öz əməlinə və onun nəticələrinə psixi münasibəti olduğundan hazırki iş üzrə təqsirləndirilən şəxsin niyyətinin məhz külli miqdar narkotik vasitə və psixotrop maddəni satış məqsədi və ya sair oxşar niyyətlə əldə etməsinə yönəlməsini təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə polis tərəfindən təhrik edilməsi və “Peyman” adı ilə tanıdığı şəxsin əslində polis əməkdaşı olması və onunla uzun müddət yazışmasına münasibətdə qeyd edir ki, cinayət işi üzrə materiallarda olan və yazışmaların məzmunundan görünür ki, təqsirləndirilən şəxs digər şəxslə (Peymanla) danışıqlarında “istəkli və təşəbbüskar” olaraq narkotik vasitə əldə etmə və satış fəaliyyəti göstərmə niyyətində olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi saxlanılarkən üzərindən aşkar edilmiş meyvə şirəsi qutusunda olan narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etməsi, qarşı tərəflə votsap yazışmalarında ona inanması üçün guya narkotik vasitələrin satışı həyata keçirtməsinə inandırmaq üçün həmin məzmunda yazılarda qeyd etməsini isə məhkəmə təqsirləndirilən şəxsin qeyri-səmimi olması və ağır cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə marixuananın ona məxsus olmaması polis əməkdaşları tərəfindən qəsdən keçirilən axtarış zamanı gizlin yatağın altına qoyulması, bununla bağlı öz etirazını həmin istintaq hərərkəti zamanı bilavasitə bildirməsi və keçirilən hərərkətlərə etiraz etməsi, protokolu və digər sənədləri imzalamamasına münasibətdə məhkəmə qeyd edir ki, keçirilmiş həmin istintaq hərəkəti zamanı müəyyən nöqsanlar (çəkilişin keyfiyyətsiz və qeyri peşəkar aparılması, istintaq zamanı məhkəmə baxışında müəyyən edilən hallar (təqsirləndirilən şəxsin təkidli və qəti etirazları) bütövlükdə əks olunmasa da, bu həmin istintaq hərəkəti və nəticələrini şübhə altına alan və sübut əhəmiyyəni aradan qaldıran hal kimi qimətləndirilə bilməz. Qeyd edilməlidir ki, həmin istintaq hərəkəti fasiləsiz videoyazı ilə aparılmış, çəkiliş zamanı fasilə verilməsi, çəkilişin hansısa səbəbdən dayandırılması, polis əməkdaşlarının istintaq hərərkəti vaxtı hansısa qanunsuz fəaliyyət göstərməsi (iddia edildiyi kimi yatağın altına narkotik vasitə qoyması) müşahidə edilməmişdir. İstintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin evin giriş qapısını bilavasitə özündə olan açarla açması, evin giriş qapısının əvvəl polsilərdə olması yaxud digər şəxslərdə olması ilə bağlı hansısa sübut təqdim edilmədiyindən məhkəmə məhz mülahizələrə əsaslanmaqla narkotik vasitənin qanunsuz qoyulması qənaətə gəlməyi qanuni və ədalətli saymır. İstintaq hərəkəti zamanı təqsirləndirilən şəxsin polis əməkdaşlarına otaqda olması ilə bağlı irad bildirməsi və narkotik vasitə aşkar edildikdən sonra xüsusilə emosional və çılğın reaksiya verməsi və aşkar edilən bağlamanın ona məxsus olmamasını və içərisində nə olmasından məlumatsız olmasını bildirməsi, polis əməkdaşlarına etiraz etməsi, sonradan istintaq hərəkətinin gedişatını və nəticələrini əks etdirən protokola imza etməkdən imtina etməsini isə məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etməsi və özünüifşadan çəkinmə kimi qiymətləndirir. Nəzərdən qaçırılmamalıdır ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş marixuananın evdən aşkar edilmiş marixuana ilə eyni tərkibdə olması sübuta yetirilmişdir ki, bu da şəxsin göstərdiklərinin əsassız olduğunu və narkotik vasitənin məlum olmayan tarixdə təkrar satış məqsədi ilə əldə edilib saxlanmasını sübut edir. Məhkəmə arbitr rolunu qorumaqla bərabər təqsirləndirilən şəxsin əməllərində digər cinayətin tərkib əlamətləri olması dövlət ittihamçısının nəzərinə çatıdırılsa da uzun müddət buna hər hansı münasibət bildirmədiyindən və təqsirləndirilən şəxsin məhkəməyə verildiyi Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddə ilə irəli sürülmüş ittiham müdafiə edildiyindən, məhkəmə hazırki işə təqsirləndirilən şəxsə qarşı verilmiş və məhkəmədə müdafiə edilmiş ittiham çərçivəsində baxmağı və sübuta yetirilmiş əməlləri çərçivəsində qiymət verməyi qanunvericiliyin tələbinə uyğun və ədalətli sayır. Odur ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməllərinin verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsinə uyğun olması qənaətinə gələrək şəxsin əməlinin narkotik vasitələrin daşınması (kuryer fəaliyyəti), şəxsi istehlakla bərabər satış məqsədi və sair oxşar mənafeləri ilə bağlı olduğu qənaətinə gəlmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram, tiryəkin miqdarı isə şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədi 50 qram kimi göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi -həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalıdır. Həmin qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 10. CM-in 234.3cü maddəsinin dispozisiyasına əsasən, prekursorları satma, yaxud prekursorları xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-in 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Eyni zamanda izah edilsin ki, CM-in 234.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin yaranması üçün prekursorları hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin tamah niyyətinin və ya sair marağının olması əhəmiyyət kəsb etmir. Məhkəmə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin külli miqdarda, tiryəkin və qurudulmuş marixunanın isə şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, narkotik vasitələrin dövriyyəsi ilə bağlı aparılan danışıq və səs mesajlarının məzmununa və tədqiq edilmiş cinayət işi materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edərək yaşadığı evdə saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Daşkəsən RİHB Daşkəsən şəhəri Kommunal Müəssisələr kombinatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-42-2/2-75/2023 saylı arayışda Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə şikayət və ərizə daxil olmasa da O, rayon sakinlərinin fikrinə əsasən mənfi xarakterizə olunan şəxs kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, verilən xasiyətnamə məhz müəssisə və təşkilatın özünün müvafiq araşdırmalardan sonra sorğu edilən şəxs barəsində gəldiyi mülahizə və rəyi olduğundan və rəsmi sənəd hesab edildiyindən, müəssisənin verdiyi xasiyətnamədə qeyd edilən (seçilən) ifadələr diqqətlə seçilməli və şəxs barədə ifadə olunan fikir aydın və qəti olmalıdır (mənfi yaxud müsbət) Odur ki, məhkəmə həmin arayışı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal olaraq onun yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində maddəsinə əsasən onun cəzasını ağırlaşdırlan hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyi (marixuana, heroin tiryək və metamfetamin) miqdarı, heroin, metamfetamin və tiryəkin külli miqdar çəkisindən dəfələrlə artıq olması) realizə ediləcəyi və dövriyyəyə daxil olacağı təqdirdə cəmiyyətə vuracağı zərərin miqdarı (ictimai təhlükəliliyin yüksək dərəcəsi) nəzərə alınmaqla, eləcə də Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunsa da həmin müddətdə tam islah olmaması, yenidən eynixarakterli və bu dəfə daha ağır cinayət əməllərini törətməsi ona qanunverciliyin müəyyən etdiyi (5-12 il) hədd əsas götürülməklə ədalətli cəza təyinini zəruri edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsi 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 22 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, narkoloji eskpertiza rəyinə və özünün məhkəmədə verdiyi etirafedici ifadəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və O, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olan və Daşkəsən RPŞ-də saxlanca verilmiş qalıq çəkisi 200,668 qram olan heroin, 19,732 qram olan metamfetamin, 43,490 qram tiryək, 39,32 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 464,95 qram bitki mənşəli kütlə məhv edilməli, narkotik vasitələrin dövriyyəsi ilə bağlı səs yazılarının köçürüldüyü və telefon məlumatlarına dair 2 ədəd CD disklər, şəxsi axtarış, dindirmə və axtarış aparılmasına dair görüntülər olan 3 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, şəxsi axtarış zamanı götürülmüş “Samsung A03” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvləri, yaxud yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə edilməli olan əmlak isə yoxdur. İş üzrə məhkəmə məsrəfi olan 97,20 (doxsan yeddi manat, iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və O ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan təmiz qalıq çəkiləri 200,668 qram olan heroin, 19,732 qram olan metamfetamin, 43,490 qram olan tiryək, təmiz çəkisi 39,32 qram bitki mənşəli kütlə marixuana məhv edilsin, dindirmə, şəxsi axtarış, evdə axtarış keçirilməsinə dair 3 (üç) ədəd DVD disk, eləcə də narkotik vasitələrin dövriyyəsi ilə bağlı səs yazılarının köçürüldüyü və telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra şəxsi axtarış zamanı götürülmüş “Samsung A03” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvləri yaxud yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 97,20 (doxsan yeddi manat, iyirmi qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar