Məhkəmə qərarları › İş №1(100)-13/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-13/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-13/2021 03.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi4, X3, X4, Bakı şəhəri 16 saylı vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 19 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1992-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Aran MTK, blok 04, mənzil 253-də yaşayan, barəsində «ev dustqalığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1989-cu ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli (himayəsində iki azyaşlı uşaq var), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl şəhəri, S.Vurğun küçəsi, ev 40-da qeydiyyatda omaqla Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron evlər şəhərciyi, ev 08, mənzil 136-da yaşayan, barəsində «ev dustqalığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunun Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 2 azyaşlı uşaq var), ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, S.Vurğun küçəsi, dalan 01, ev 05-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «ev dustqalığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1996-cı ildə Naftalan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qəbələ şəhəri, M.Abdıyev küçəsi, ev 62, mənzil 23-də qeydiyyatda olmaqla Bakı şəhəri, Ə.Tobçubaşov küçəsi, ev 114-də yaşayan, barəsində «ev dustqalığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 2018ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Türkiyə Respublikasında müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs4 külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmayan Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran 26.11.2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşıÖzgök Sezgin Ceyhan oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi X16 tərəfindən həmin gün, saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən saxlanılmış, Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşmağa nail olsa da 28.11.2018-ci il tarixdə saxlanılmış, Təqsirləndirilən şəxs4 isə 27.02.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 2018ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə Türkiyə Respublikasında müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs4 külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmayan Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran 26.11.2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşıÖzgök Sezgin Ceyhan oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi X16 tərəfindən həmin gün saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 saxlanıldığını görərək hadisə yerindən uzaqlaşsa da 28.11.2018-ci il tarixdə saxlanılmış, Təqsirləndirilən şəxs4 isə 27.02.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs3 külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 2018ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 2018-ci ilin noyabr ayının ortalarında Türkiyə Respublikasında müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs4 külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmayan Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran 26.11.2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşıÖzgök Sezgin Ceyhan oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi X16 tərəfindən həmin gün, saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən saxlanılmış, Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşmağa nail olsa da 28.11.2018-ci il tarixdə saxlanılmış, Təqsirləndirilən şəxs4 isə 27.02.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs4 külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmək məqsədi ilə 2018ci ilin noyabr ayında Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, həmçinin Türkiyə Respublikasında və Azərbaycan Respublikasında müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə 2018-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikasında müəyyən edilməmiş mənbədən təsiredici maddəsinin ümumi miqdarı 145,05 qram təşkil edən, külli miqdarda 967 həbdən ibarət MDMA (metilendioksimetamfetamin, ekstazi) psixotrop maddəsini satış məqsədi ilə qanunsuz olaraq qəsdən tamah niyyəti ilə əldə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə 3 ədəd sellofan torbada qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Fantom” markalı tozsoranın işəsalma düyməsinin altında yerləşdirmiş, ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa əsasən külli miqdarda psixotrop maddənin yerləşdirildiyi tozsoranı yükdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına keçirilməsi üçün cinayətlərin törədilməsindən məlumatı olmayan Türkiyə Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən “Lux İstanbul” sərnişindaşıma şirkətinin əməkdaşlarına təhvil vermiş, içərisində külli miqdarda psixotrop maddənin olduğu tozsoran 26.11.2018-ci il tarixdə cinayətin törədilməsindən məlumatı olmayan, Türkiyə Respublikası vətəndaşıÖzgök Sezgin Ceyhan oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı, “Travego” modelli, 34BHU607 nömrə nişanlı sərnişin avtobusunda Azərbaycan Respublikasının gömrük sərhədinədək gətirilmiş, həmin tozsoran cinayətlərin törədilməsindən məlumatı olmayan, qeyd edilən sərnişin avtobusunun sürücü köməkçisi X16 tərəfindən həmin gün saat 22 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən keçirilərkən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüş, 28 noyabr 2018-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni qəbul etmək üçün “Lux İstanbul” yükdaşıma şirkətinin “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”ndə yerləşən ofisinə gedərkən Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 saxlanılmış, Təqsirləndirilən şəxs2 hadisə yerindən uzaqlaşmağa nail olsa da 28.11.2018ci il tarixdə saxlanılmış, Təqsirləndirilən şəxs4 isə 27.02.2019-cu il tarixdə, saat 18 radələrində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən narkotik vasitələrdən istifadə etmiş, əsasən də qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmiş, 2016-cı ildən 2017-ci ilədək Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Big Mamas” restoranında işləmiş, son zamanlar dostu Ruslanla birlikdə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycana yataq örtüyü idxal etmək və onun satışını həyata keçirərək dolanışığını təmin etmək qərarına gəlmiş, odur ki, 2018-ci ilin noyabr ayının 2-də axşam saatlarında dostu Ruslanla birlikdə avtobusla Gürcüstanın Tbilisi şəhərinə getmişlər. 03 noyabr 2018-ci il tarixdə günün birinci yarısı Gürcüstanın Tbilisi şəhərində qaldıqdan sonra, yəni 04 noyabr 2018-ci il tarixdə İstanbul şəhərinə yola düşmüş, 05 noyabr 2018-ci il tarixdə, axşam vaxtı Türkiyə Respublikasının İstanbul şəhərinə çatmış və dostu Ruslanla birlikdə Aksaray adlanan ərazidə hazırda adını unutduğu bir otelə getmişlər. Bir neçə gün orada qalıb nə iş görə biləcəklərini düşünmüş, Türkiyənin İstanbul şəhərində Ruslanla bir kafedə oturub çay içən zaman İlkin zəng edib harada olduğunu soruşmuş, İlkinə oturduğu kafenin adresini vermiş, o da Zaurla birlikdə gəlmişdir. Sonra Zaur da Asif adlı bir Azərbaycanlını çağırmış, həmin Asif adlı şəxs də gəlmiş və onlar bir-birləri ilə tanış olmuşlar. 1-2 gün keçdikdən sonra Asiflə bir neçə dəfə görüşmüş, söhbət əsnasında ondan “skand”, yəni qurudulmuş marixuana narkotik vasitəsindən olub-olmadığını soruşmuş, o isə burada, yəni Türkiyədə hər şeyin olduğunu bildirmişdir. 2015-ci ildə Türkiyənin Antalya şəhərində olan zaman “ekstazi” adlanan psixotrop maddədən istifadə etmiş, həmin vaxtdan sonra hərdən Türkiyəyə getdikdə, Bakıda isə tapıldıqda həmin psixotrop maddədən istifadə etmiş, odur ki, Asifdən ona həmin ekstazi psixotrop maddəsindən tapmasını xahiş etmiş, Asif isə 700 ABŞ dolları müqabilində ona təxminən 700 ədəd həmin ekstazi psixotrop maddəsindən tapa biləcəyini, imkan olsa bir az da artıq verəcəyini bildirmişdir. Ertəsi gün Asif ona zəng edib həmin psixotrop maddədən tapdığını bildirmiş və onlar Aksaray deyilən ərazidə görüşmüşlər. Ona 700 ABŞ dolları pul vermiş, Asif isə onun müqabilində 967 ədəd ekstazi həblərini tozsoranın içərisində gizlətməklə karqo vasitəsi ilə göndərəcəyini bildirmişdir. 25 noyabr 2018-ci il tarixdə, günün ikinci yarısı Türkiyənin İstanbul şəhərində yerləşən Aksaray adlanan ərazidə Azərbaycana yola düşmək üçün avtobusa minmiş və yola düşmüşlər. 26 noyabr 2018-ci il tarixdə Gürcüstanla Azərbaycan sərhədi arasında yerləşən “neytral zona” adlanan ərazidə avtobusdan düşmüş, onlar özləri ilə həmçinin 50 ədəd də yataq örtüyü dəsti almışlar. Həmin yataq dəstini Azərbaycan ərazisinə hansı formada keçirəcəkləri barədə maraqlandıqda onlara hər yataq dəstini keçirməyə görə 15 ABŞ dolları pul alacaqlarını bildirdiklərindən Ruslan həmin yükləri daha ucuz qiymətə keçirməyin yollarını axtarmağa başlamış, orada Ruslanın tanışı olan bir nəfər xanım qeyd edilən 50 ədəd yataq örtüyü dəstini 500 manat müqabilində Azərbaycana keçirə biləcəyini bildirdiyindən onlar da razılaşmış və Ruslan həmin xanıma 500 manat pul vermişdir. Sonra onlar yenidən Gürcüstanın Tbilisi şəhərinə qayıtmış və 1 gün orada qaldıqdan sonra, yəni 27.11.2018-ci il tarixdə, saat 23 radələrində “Sınıq Körpü” gömrük postundan keçməklə Azərbaycana daxil olmuş və yataq dəstlərini keçirən həmin xanımla əlaqə saxlamışlar. Sonra yol kənarında onlara məxsus yataq örtüyü dəstələrini götürmüş və taksi avtomobili ilə Bakı şəhərinə yola düşmüşlər. 28.11.2018-ci il tarixdə, səhər 04 radələrində Bakı şəhərinə çatmış və hərəsi öz evlərinə gedib yatmışlar. Həmin gün, saat 14 radələrində yuxudan oyanmış və Asifin tozsoranın içərisində gizlədərək göndərdiyi psixotrop maddələri qəbul etmək üçün dostu Ağalar və Ruslanla birlikdə malları gətirən şirkətin yerləşdiyi anbara getmiş, çünki Asif ona tozsoranı gətirən avtobusun 2-ci gün günorta saatlarında avtovağzala çatacağını bildirmişdir. Orada öz mobil nömrəsini təqdim edib, yəni ***-***-**-** saylı mobil nömrəyə yük gəldiyini bildirib onu təhvil almaq üçün gəldiyini demiş, onlar isə ona gözləməyini bildirmiş, sonra oradan 2-3 nəfər gəlib onları saxlamış və polislərin gələcəyini demişlər. Sonra polis əməkdaşları gəlib onları aparmış, ondan sonra da onları DGK-nin əməkdaşlarına təhvil vermişlər. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, o və dostu Ruslan Türkiyə Respublikasına gedərkən üzərilərində cəmi 1400 ABŞ dolları pul olmuş, sonradan Ruslanın qardaşı Sənan 3400 ABŞ dollar da əlavə göndərmiş, qeyd edilən pulları hissəhissə göndərmişdir. 50 ədəd yataq örtüyü dəstinə görə 1500 ABŞ dolları pul vermiş, Asifdən aldığı 967 ədəd MDMA adlı psixotrop maddəsini həm özünün istifadə etməsi, həm də bir qismini satıb pul qazanmaq məqsədi ilə əldə etmişdir. Qeyd edilən psixotrop maddələr daha ucuz qiymətə olduğundan istifadə etməsi üçün çox almışdır. Qeyd edilən psixotrop maddələri Asifdən aldıqda dostu Ruslan oteldə olmuşdur. Dəfələrlə Ruslanla birlikdə qurudulmuş marixuana narkotik vasitəsindən və lirika psixotrop maddəsindən istifadə etmişdir. 967 ədəd MDMA psixotrop maddəsinə görə ödədiyi 700 ABŞ dollarını Ruslandan borc olaraq almışdır. Ağalarla görüşməmişdən əvvəl ona çəkmək üçün qurudulmuş marixuana narkotik vasitəsi verəcəyini bildirmiş, lakin həmin marixuana narkotik vasitəsini istifadə etmiş, ona görə də Türkiyədən gələn psixotrop maddədən Təqsirləndirilən şəxs3 da verəcəyini bildirmişdir. Ruslana da həmin psixotrop maddədən 1- 2 dənə vermək fikri olmuş, ona görə psixotrop maddə olan tozsoranı götürməyə getdikdə də Ruslanla Ağalar da onunla gəlmişlər. Həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs3 Türkiyədən ona ekstazi gələcəyindən məlumatı olmuş, ona görə də birlikdə ora gedəndə və öz mobil nömrəsini verib adına tozsoran yükü gəldiyini bildirəndə orada gözləmələrini dediklərindən Təqsirləndirilən şəxs2 tutulacağından qorxduğu üçün qaçmışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsinin, saxlanılmasının, daşınmasının və Azərbaycan Respublikası gömrük sərhədindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinin qanunla qadağan edildiyini bilmiş, ona görə də Asif onu tozsoranın içərisində gizlədərək göndərmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 30 oktyabr 2019-cu il tarixdə yenidən təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, son zamanlar dostu Ruslanla birlikdə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycana yataq örtüyü idxal etmək və onun satışını həyata keçirərək dolanışığını təmin etmək qərarına gəlmiş, odur ki, 2018-ci ilin noyabr ayının 2-də axşam saatlarında dostu Ruslanla birlikdə avtobusla Gürcüstanın Tbilisi şəhərinə getmişlər. 03 noyabr 2018ci il tarixdə günün birinci yarısı Gürcüstanın Tbilisi şəhərində qaldıqdan sonra, yəni 04 noyabr 2018-ci il tarixdə İstanbul şəhərinə yola düşmüşlər. Tanışları Cəfərov X9 Respublikasının İstanbul şəhərində yaşayıb işlədiyindən və onun geniş əhatəsi olduğundan Təqsirləndirilən şəxs4 onları qarşılamış və Ruslanla birlikdə Taksim deyilən ərazidə hazırda adını unutduğu bir oteldə otaq tutmuşlar. Ertəsi gün Ruslan və Asəflə birlikdə Azərbaycanda satışını həyata keçirmək məqsədi ilə yataq örtüyü dəsti axtarmağa başlamış, bir neçə gün onlar ancaq sərfəli qiymətə yataq örtüyü dəsti ilə maraqlanmış, uyğun qiymətə yataq örtüyü dəsti tapa bilmədiklərindən başqa işlərlə, yəni paltar alış-verişi ilə məşğul olmaq qərarına gəlmiş və bir neçə gün də münasib qiymətə pal-paltar axtarmağa başlamışlar. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyindən orada tez-tez ekstazi psixotrop maddəsindən istifadə etmiş, bir gün qaldığı oteldə tək olan vaxt, ekstazidən istifadə edərkən və marixuana çəkərkən Təqsirləndirilən şəxs4 gəlmiş və söhbət əsnasında ondan ekstazini Türkiyədə hansı qiymətə almağı ilə maraqlanmış, o isə ona ekstazini 7 türk lirəsinə aldığını bildirmişdir. Sonra ondan həmin ekstazinin Bakıda hansı qiymətə olması ilə maraqlanmış, özü isə ona həmin ekstazinin Bakıda 15-20 manata satıldığını bildirmiş, həmin vaxt Asəf həmin psixotrop maddəsindən alıb aparıb Azərbaycanda satışını həyata keçirməyi təklif etmiş, odur ki, bunun üçün ondan nə qədər pul tapa bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 üzərində pul olduğunu bildiyi üçün ondan pul alacağını düşünərək Təqsirləndirilən şəxs4 pul tapa biləcəyini bildirmiş, Asəf ondan qeyd edilən psixotrop maddələri Türkiyənin İstanbul şəhərində tapmaq üçün kimlərisə tanıyıb-tanımadığını soruşmuş, özü isə həmin maddələrin satışını həyata keçirən bir neçə şəxsi tanıdığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs2 borca pul almaq və ekstazi psixotrop maddəsini axtarıb tapmaq barədə razılığa gəlmişlər. Həmin gün Təqsirləndirilən şəxs2 ona 700 ABŞ dolları borca pul verməsini xahiş etmiş, ondan həmin pulu nə üçün borca istədiyini soruşduqda ona işi olduğunu bildirmiş və başqa heç nə deməmişdir. Beləliklə də ona 700 ABŞ dolları borca pul vermiş, Təqsirləndirilən şəxs4 həmin işə özü rəhbərlik edəcəyini bildirdiyindən həmin pulu ona vermişdir. Odur ki, birlikdə Türkiyədə onlara ekstazi psixotrop maddəsini tapması üçün Bünyamin adlı Türkiyə Respublikasının vətəndaşına müraciət etmişdir. Bünyamin onun tanışı olmuş və bir neçə dəfə ondan həmin ekstazidən alıb Ruslanla birlikdə istifadə etmişdir. Beləliklə də Bünyamin həmin psixotrop maddələrin bir neçə növünün olduğunu bildirib əlində olan növünün şəklini çəkib ona vatsap proqramı ilə göndərmiş, özü isə həmin növü bəyənmədiyi üçün onu almaqdan imtina etmişdir. Təxminən 1 həftədən sonra Bünyamin yenidən zəng edib başqa bir növünün olduğunu və 1 ədədinin qiymətinin 7,5 türk lirəsi olduğunu bildirmiş, odur ki, Asəflə birlikdə həmin ekstazi psixotrop maddəsini baxıb almaq üçün onunla və Ruslanla birlikdə Zeytunburnu adlanan ərazidə görüşmüş, Ruslan söhbəti bilərsə işlərinə müdaxilə edəcəyindən onu kənarda saxlamaq üçün gözləməsini bildirmiş və onları bir qədər kənarda gözləyən Bünyaminin yanına getmişlər. Sonra Təqsirləndirilən şəxs4la birlikdə Bünyaminə 1400 ABŞ dolları ödəyərək 967 ədəd ekstazi psixotrop maddəsi almış və birlikdə otelə qayıtmışlar. Həmin vaxt Ruslan onların ekstazi psixotrop maddəsi aldıqlarını bilib onlara irad tutmuş, onlar isə ona qarışmamasını bildirmişlər. Oteldə həmin maddələri Azərbaycana hansı yolla və necə keçirəcəyi ilə bağlı fikir mübadiləsi etməyə başlamış, Asəf həmin maddələri tozsoranın içərisinə yerləşdirməklə və onu Azərbaycana keçirmək üçün bir karqo şirkətinə təhvil verməklə keçirə biləcəklərini bildirdiyindən bu təklif ona cəlbedici gəlmişdir. Odur ki, həmin gün bir elektrik dükanına getmiş və orada ən ucuz tozsoranla maraqlanmışlar. Orada ən ucuz tozsoranın “Fantom” markalı tozsoran olduğunu bildirdiyindən həmin tozsoranı alıb qaldıqları otelə gətirmişlər. Orada tozsoranın işəsalma düyməsinin qapağını açıb boş gördüklərindən Asəflə birlikdə həmin ekstazi psixotrop maddələrini 3 ədəd sellofan torbaya bölüb onları həmin boşluğa yerləşdirmişdir. Sonra tozsoranı yenidən öz qutusuna qoymuş, ertəsi gün Asəf həmin psixotrop maddəsi olan tozsoranı bir karqo şirkəti taparaq Azərbaycana göndərəcəyini bildirmiş və ertəsi gün həmin qutunu götürüb çıxıb getmiş və qayıtdıqda onu “Lux İstanbul” şirkətinə məxsus bir avtobusa verdiyini və 2 günə Azərbaycanda olacağını bildirmişdir. Onlar həmçinin Azərbaycan Respublikasında satışını həyata keçirmək üçün 50 ədəd yataq örtüyü dəsti də almış, ertəsi gün, yəni 25 noyabr 2018-ci il tarixdə, günün ikinci yarısı aldıqları yataq dəsti örtüklərini də götürüb avtobusla Azərbaycana yola düşmək üçün Türkiyənin İstanbul şəhərində yerləşən Aksaray adlanan əraziyə getmək üçün hərəkət etdikdə Asəf işinin olduğunu və bir gün sonra Azərbaycana gələcəyini bildirmişdir. Ona görə də Asəf onu və Ruslanı Aksaray adlanan ərazidən yola salıb çıxıb getmiş, onlar isə avtobusa minib yola düşmüşlər. 26 noyabr 2018-ci il tarixdə Gürcüstanla Azərbaycan sərhədi arasında yerləşən “neytral zona” adlanan ərazidə avtobusdan düşmüş, həmin yataq dəstlərini Azərbaycan ərazisinə hansı formada keçirəcəkləri barədə maraqlandıqda onlara hər yataq dəstini keçirməyə görə 15 ABŞ dolları pul alacaqlarını bildirdiklərindən Ruslan həmin yükləri daha ucuz qiymətə keçirməyin yollarını axtarmağa başlamışdır. Orada Ruslanın tanışı olan bir nəfər xanım qeyd edilən 50 ədəd yataq örtüyü dəstini 500 manat müqabilində Azərbaycana keçirə biləcəyini bildirdiyindən onlar da razılaşmış və Ruslan həmin xanıma 500 manat pul vermişdir. Sonra onlar yenidən Gürcüstanın Tbilisi şəhərinə qayıtmış və 1 gün orada qaldıqdan sonra, yəni 27.11.2018-ci il tarixdə, saat 23 radələrində “Sınıq Körpü” gömrük postundan keçməklə Azərbaycana daxil olmuş və yataq dəstlərini keçirən həmin xanımla əlaqə saxlamışlar. Sonra yol kənarında həmin qadından onlara məxsus yataq örtüyü dəstələrini götürmüş və taksi avtomobili ilə Bakı şəhərinə yola düşmüşlər. 28.11.2018-ci il tarixdə, səhər 04 radələrində Bakı şəhərinə çatmış və hərəsi öz evinə gedib yatmışlar. Həmin gün, saat 14 radələrində yuxudan oyanmış və Asəfin tozsoranın içərisində gizlədərək göndərdiyi psixotrop maddələri qəbul etmək üçün dostu Ağalar və Ruslanla birlikdə malları gətirən şirkətin yerləşdiyi anbara getmişdir. Çünki Asəf ona tozsoranı gətirən avtobusun 2-ci gün günorta saatlarında avtovağzala çatacağını demişdir. Orada öz mobil nömrəsini təqdim edib, yəni ***-***-**-** saylı mobil nömrəyə yük gəldiyini bildirib onu təhvil almaq üçün gəldiyini demiş, onlar isə ona gözləmələrini bildirmişlər. Həmin vaxt Ruslan taksi çağırmaq üçün getmiş, sonra oradan 2-3 nəfər gəlib onları saxlamış və polislərin gələcəyini demişlər. Sonra polis əməkdaşları gəlib onları aparmış, ondan sonra da onları DGK-nin əməkdaşlarına təhvil vermişlər. Türkiyə Respublikasındaəldə etdikləri 967 həb psixotrop maddəsindən əldə ediləcək gəlirin Asəflə onun arasında bərabər şəkildə bölünməsi nəzərdə tutulmuşdur. Şübhəli şəxs qismində ifadəsi alınarkən təxminən 1 il əvvəl Gəncə şəhər sakini Sərxandan Türkiyədən ona ekstazi maddəsindən göndərməsini xahiş etdiyini və onun da karqo vasitəsi ilə tozsoranın içərisində 150 ədəd ekstazi dərmanından göndərdiyini saxlanılarkən həyəcanlı olduğundan demişdir. Sərxan adlı şəxsi tanımır, həmin vaxt da özü gedib Türkiyədən gətirmişdir. Özündən, Asəf, Ağalar və Ruslandan başqa heç kimin onların Türkiyə Respublikasından psixotrop maddə gətirəcəklərindən məlumatı olmamışdır. Mobil telefonunun adlar bölməsində adı “Miziy” olaraq qeyd edilmiş şəxs Səbuhi adlı sinif yoldaşıdır, həmin şəxs arada-sırada narkotik vasitədən və psixotrop maddədən istifadə etmiş və lazım olduqda tapmağı üçün ona müraciət etmiş, özü isə paypoint vasitəsi ilə tapıb ona vermişdir. Səbuhinin Türkiyə Respublikasından onların ekstazi psixotrop maddə gətirəcəklərindən məlumatı olmamışdır. Mobil telefonunun adlar bölməsində “Xəyal” olaraq qeyd edilmiş şəxs dostudur, o da arada-sırada narkotik vasitədən və psixotrop maddədən istifadə etmiş və lazım olduqda tapmağı üçün ona müraciət etmiş, o da paypoint vasitəsi ilə tapıb Xəyala vermiş, Xəyalın Türkiyə Respublikasından onların ekstazi psixotrop maddə gətirəcəklərindən məlumatı olmamışdır. Telefonun “adlar” bölməsində adı “Sabutayy”, mobil nömrəsi isə +**********95 olaraq qeyd edilmiş şəxs Sabutay adlı tanışıdır, onunla aralarında yaxın münasibətləri olmayıb. Bir-iki dəfə ona narkotik vasitə və psixotrop maddə tapmışdır. Telefonun “adlar” bölməsində adı “Cavka” olaraq, mobil telefon nömrəsi isə “+**********19” olaraq qeyd edilmişşəxs Cavid adlı dostudur. Ona da bir-iki dəfə narkotik vasitə və psixotrop maddə tapmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon nömrəsindən 13.10.2018-ci il tarixdə, saat 23:39-da vatsap proqramında ona göndərilən “Eşidirsən məni ay qaqa çox danışa bilmirəm. Sənə indi bir nömrədən zəng gələcək day demə kimdir, nəçidir. 300 dənə də payok verəcək, ayrı söhbət eləmə, nə söhbət var onunla elə. Yaxşımı? Türkiyənin eskobarıdır” məzmunlumesajla bağlı bildirmişdir ki, Türkiyədə olanda və ekstazi psixotrop maddəsi axtaranda bundan dostu Ağaların da məlumatı olmuş, ona görə də Ağalar Türkiyədə ekstazi satan şəxs tapmış və ona əlaqə saxlaması üçün nömrəsini vermişdir. “300 dənə payok verəcək” deyəndə isə o, 300 həb verəcəyini nəzərdə tutmuşdur. Amma onun dediyi şəxslə əlaqə saxlamamış və onunla görüşməmişdir, çünki onlar ekstazi almaq üçün artıq Bünyaminlə danışmışlar. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə vatsap proqramında 15.11.2018-ci il tarixdə, saat 18:14-də Təqsirləndirilən şəxs3 tərəfindən ona göndərilən “Heç nə yetim tutuzdur gəl. Deyirsən e o heç kimə demə, ə narahat olma gic d...aqsan sən? əmioğluya da salam de. Ekonu da götür eşidirsən Ekini, məndə bilirsən da bir-iki dənə bahalı adam var. Bir də görürsən düşür. Dağıdar ə narahat olma. Gəl. Davay da ata görüşərik. Özün yığarsan gecə görüntülü, danışarıq evdə olacam”məzmunlu mesajla*bağlı göstərmişdir ki,Təqsirləndirilən şəxs3 mesajda “eki” dedikdə ekstazi psixotrop maddəsini, “bahalı adam” dedikdə isə turistləri nəzərdə tutmuşdur. Çünki turistlərin də ekstazi-zad istəməsi halları olmuşdur. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə vatsap proqramında Təqsirləndirilən şəxs3 tərəfindən18.11.2018-ci il tarixdə, saat 14:38-də ona göndərilən “Bildim ata bildim. Qara peysərlə danışmamısan? Xəbəri yoxdur temadan-zaddan? Mən heç nə deməmişəm e ona görə deyirəm”sualına “Yox ata heç danışmamışam. Heç nə, heç nə danışmamışam. Elə o gedən getmişəm. Hardan xəbəri olsun ki, heç nə. Belə də lap xəbəri olsa, Xəyalgil zad temanı bilir. Xəyalgilə kurs qoymuşam ki, həll eləmək üçün. Kurs qoysa onlar qoyacaq. Onlara da demişəm qoymasınlar. Heç kimin xəbəri yoxdur” məzmunlu mesajla bağlı bildirmişdir ki, mesajda “Kurs qoymaq” dedikdə məlumat verməyi nəzərdə tutmuşdur. Xəyal isə onun dostudur, Türkiyədən ekstazi psixotrop maddə gətirəcəyindən Xəyalın əvvəlcədən məlumatı olmamışdır. Ona deməyi düşünmüş, lakin deməmişdir. Azərbaycanda ekstazi psixotrop maddəsinin satışı ilə isə Təqsirləndirilən şəxs4 məşğul olacaqdı. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə vatsap proqramındaTəqsirləndirilən şəxs4 məxsus +**********24 saylı mobil nömrədən 02.11.2018-ci il tarixdə, saat 18:52-də ona daxil olan “Nurəddin abi ilə oturmuşam orda, Nurəddin abinin adamıyla rusca danışdım, o, dedi ki, 100 faiz gətirəcəm, 100 faiz, yəni ki, məni gözlə orda, Nurəddin rusca bilmir axı, əsas sahibi ilə danışdım, dedi 100 faiz məni gözlə 100 faiz gətirəcəm mən, mənim dedi adamlarım ordadır, İstanbuldadır, görüşəcəklər səninlə. Miqlər dedi çox istə, az istəmə, problem yoxdur mən gətirəcəm dedi, dedim yənə sənin üçün risk olacaq, az-az gətir, nə qədər sən gətirsən mən alacam, o da dedi ki, bu həftə içində mən həll edəcəm. ponidelnik, bazar gününə kimi mən həll eliyəcəm işlərimi, həll edib, şey eliyəcəm, göndərəcəm parayı, ya da özüm gələcəm səninlə tanış olmaq üçün. Belə dastoynıy söhbətlər getdi aramızda. Soruşdu ki, neçə faizlə alırsan, dedim ki, mən faizlə, yəni ki, mənim söyləməyim düzgün gəlmir, çünki sən Nürəddinlə iş görürsən, sən ona verəcəksən, mən də ondan alacam, mənim öz faizim başqadır, onu da dedim məni Nurəddin abi, Nurəddindən kənar söyləməyim düzgün gəlmir. Ona görə də siz öz aranızda anlaşın. Dedim Nurəddin bilir ki, mən nağdıya alıram. Aldığıma görə sizə zəng edib pulu mən nağdı qiymətə alıram, mən yalnız bunu deyə bilərəm ki, naliçni alacam sizdən, nağd, dedi onda vsyo, 100 faiz dedi məni gözlə, 100 faiz. Bu tərəfi də həll etdim, o biri məsələni də zəng vur zəng elə danışacam səninlə. İmo ilə zəng elə mənə, vhatsapla zəng eləmə, vhatsap işləmir. Poxu çıxıb vhatsapın” məzmunlu mesajla bağlı bildirmişdir ki, hazırda onun bu mesajla nə demək istəməsi onun yadından çıxmışdır. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun adlar bölməsində mobil nömrəsi +**********65 olaraq, adı isə “Nurka” olaraq qeyd edilmiş şəxsdən 25.11.2018-ci il tarixdə, saat 01:14-də vatsap proqramında ona daxil olan “Təzə nə xəbər var mənim qardaşım. Nətərdi? Necə gəlirsən? Bir şey oldu, yoxsa elə yenə köhnə hamam, köhnə tas?” məzmunlu mesajla bağlı bildirmişdir ki, Nurka adı ilə qeyd etdiyi şəxs əsl adını bilmədiyi Nurka deyə çağırdıqları qız olmuş, həmin qız Qara adı ilə tanıdıqları Samil Əbürrəhmanov adlı dostunun sevgilisi olmuş, Samil hərdən-birdən həmin qızın mobil telefonundan ona mesaj göndərmişdir. Hazırda həmin mesajla onun nə demək istəməsi yadından çıxıb. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun adlar bölməsində“İlkin bro” olaraq qeyd edilmiş Türkiyə mobil operatoruna aid +**********29 saylı mobil telefon nömrəsinə 23.07.2018-ci il tarixdə, saat 22:17-də vatsap proqramında özünün göndərdiyi “Oğraş gədəsən, ə yox sən öl, hələ indi gedirəm, hələ indi çatıram dayımgilə. Görüm nəyi var kakıdan-patıdan. Ata, sənə qardaşın bir söz desin da, nə olar ki, mən ora gəlmək istəyirəm gəlməyinə, mənim pulum düzəlir, az düzəlir da, çox az düzəlir. Mənim ora gəlməyimə rasxodum-zadım çox uzun çəkər. Gəl səninlə iş görək da nə olar ki, Prosto padrobnu da heç kim bilməsin, sən bil, mən bilim da. Onu ordan sən özün mənim kimi bura mənə şey eliyə bilmərsən onu, göndərə bilmərsən? İş görə bilmərik belə? Sən də qazan da yetimçə, nə vaxta qədər qızıl əridəcəksən? eliyə bilmərsən hə?məzmunlumesajla bağlı bildirmişdir ki, həmin mesajla Türkiyədə yaşayan dostu İlkinə ekstazi psixotrop maddəsi göndərməsini, özünün isə Azərbaycanda satıb qazancı aralarında bölməyi təklif etmiş, lakin İlkin onun bu təklifini qəbul etməmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilətelefonun “adlar” bölməsində adı “İlkin bro” olaraq qeyd edilmiş Türkiyə mobil operatoruna aid +**********29 saylı mobil telefon nömrəsinə 23.07.2018-ci il tarixdə, saat 22:22-dəvatsap proqramında onun tərəfindən göndərilən “Sabahdan işə başlayım deyəndə ki, xeyiri nə olacaq olacaq da, aramızda olacaq. Bambılısan? Orda mən Günayla danışmışam, Günaynan sivyazdayam, Günayın adamı var. Danışacam, yüz dənənin pulunu verəcəm, 300 dənə 400 dənə alacam başa düşdün? Onu bir dənə oradan bura göndərmək lazımdır. Burda da onun bütün proseslərini mən aparıram başa düşdün? Mən ordan sənə hər partiyada sənin xeyirini göndərirəm da, sən narahat olma da mən nə qədər götürsəm, sən də o qədər götürəcəksən” məzmunlu mesajla bağlı bildirmişdir ki,Günay azərbaycanlıdır, lakin Türkiyədə yaşayır, soyadını və ya atasının adını bilmir. O, da psixotrop maddələri tapan adamlarla yaxın olduğundan 300-400 dənə ekstazi psixotrop maddəsi təşkil etməsini ona təklif etmiş, lakin onların bu söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun “adlar” bölməsində adı “İlkin bro” olaraq qeyd edilmiş Türkiyə mobil operatoruna aid +**********29 saylı mobil telefon nömrəsinə 10.08.2018-ci il tarixdə, saat 22:53-dəvatsap proqramında onun tərəfindən göndərilən“Yox ee tökülüb elə padpres, 140 manatdır e padpres, petinin şor motalıdır e, camaat acından ölür. 140 manat kimdir ona verən” məzmunlumesajla bağlı bildirmişdir ki, “Padpres” dedikdə metamfetamin psixotrop maddəsini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun adlar bölməsində adı “X48”, mobil nömrəsi isə +**********98 olaraq qeyd edilmiş şəxsdən 17.11.2018-ci il tarixdə, saat 15:41-dəvatsap proqramındaona göndərilən “Qaqa salam aleykum. Necəsən? Nə var-nə yox? Qardaş yanımdadır, imkan varsa, səndə indi internet yoxdur görürüəm, imkan varsa bir dənə əlaqə saxlayaq danışaq, danışaq deyəndə danışdıq dedi da elə bil ki, 8 dənədən da yəni ki, düymənin bir dənəsini 8 dənədən. Deyir yəni ki, nə idisə keçən dəfə qarantiyasını verirəm ki, ondan da normalnıy olacaq. İçindən 1 dənə 2 dənə pis söhbəti ola bilməz da. Deyir da, deyir ki, yəni bəyənməzsə dala qaytara da bilər, problem yoxdur” məzmunlu, sizdən isə həmin şəxsə “Qaqa sənin qadanı alaram. Prosto ona denə ki, o ondan olsun a bayquşdan olsun. sarı şey, o halli deyvidson , meymun-zad, elə şeylər verməsin başa düşdün? Yumru, ürək, prostoy şeylər verməsin. İmenna ondan olsun da başa düşdün? Başqa şey olsa yəni mən çox ziyan eliyərəm. Başa düşdün nətəri? Onun üçün burda fərqi olmaya bilər, amma mənim üçün orda çox fərqi var” məzmunlu mesajla bağlı göstərmişdir ki, telefonunun adlar bölməsində adı “X48”, mobil nömrəsi isə +**********98 olaraq qeyd edilmiş şəxs onun Türkiyədə yaşayan Şahin adlı dostumun dostu idi, aralarında yaxın dostluq münasibətləri olmamışdır. Ekstazi psixotrop maddəsi alacağından kimin daha ucuz qiymətə satacağı ilə maraqlanmış, Şahin adlı dostunun tanışı Fərid isə 1 ədədinin qiymətini 8 türk lirəsinə verəcəyini demiş, bu mesajlarda da söhbət ekstazinin qiymətindən getmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaqa verdiyi ifadələrini bir daha təsdiq etməklə əlavə olaraq narkotik vasitənin satışı fikrinin Təqsirləndirilən şəxs4 məxsus olduğunu, bütün bunların Asəfin təşkilatçılığı ilə baş verdiyini, pulu isə dostu Təqsirləndirilən şəxs2 aldığını, törətdiyi əməllərə görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü qismən təqsirli bildiyini göstərərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü təqsirli bilmədiyini göstərərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən mobil telefonların, aksessuarların və mobil nömrələrin alğı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 3-4 il olar ki, tanıyır. Belə ki, həmin vaxt dostu Nurlan nəqliyyat vasitəsini təmir etdirmək üçün Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Dəniz” servisə aparmış, Nurlanla Rafelin tanışlıqları olduğundan orada tanış olmuş və sonra bir-birilərinə nömrələrini verərək görüşməyə başlamışlar. Təqsirləndirilən şəxs3 isə təxminən 1-2 ay olar ki, tanıyır. Onu Rafaelin yanında görüb tanımış, aralarında yaxın münasibət olmamışdır. Təxminən 1 ay bundan əvvəl evdə olan zaman qardaşı Sənanın istifadə etdiyi (055)394-93-33 saylı mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə mesaj gəlmiş, qardaşı həmin gələn mesaja baxdıqda mesajın Türkiyənin İstanbul şəhərində yaşayan Asifdən gəldiyini görmüş, Asif yataq örtüyü dəstinin və pal-paltar şəkli göndərərək bunların Türkiyə Respublikasında ucuz qiymətə olduğunu bildirib həmin malların alğı-satqısı ilə məşğul olmağı təklif etmişdir. O da özü-özü ilə məsləhətləşmiş, sonra qonum-qonşuya, Sədərək Ticarət Mərkəzindəki paltar dükanlarına Asifin qardaşının mobil telefonunda olan “Whatsapp” proqramına göndərdiyi şəkilləri göstərmiş və onları Türkiyədən gətirdiyi halda 120 manat pul verə bilib-bilməyəcəklərini soruşmuş, onlar isə həmin mala görə 100-120 manat pul verə biləcəklərini bildirdiklərindən Türkiyə Respublikasına gedib həmin yüklərdən gətirməyi və burada satışını həyata keçirərək qazanc əldə etmək qərarına gəlmişdir. Dostu Rafaelə belə bir iş olduğunu bildirib onunla Türkiyə Respublikasının İstanbul şəhərinə getməsini xahiş etmiş, o da razılaşmışdır. 02.11.2018-ci il tarixdə Rafaellə birlikdə avtobusa minərək Gürcüstana, oradan isə Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün yola düşmüşlər. Onlar Neftçilər adlanan ərazidə Rafaellə birlikdə 2 manat pul verib avtovağzala getmiş, sonra oradan Gürcüstana gedən avtobusa minib yola düşmüşlər. 03.11.2018-ci il tarixdə, saat 07 radələrində Azərbaycan gömrüyünü keçib Gürcüstan ərazisinə daxil olmuş, 1 gün Gürcüstanın Tbilisi şəhərində qalmışlar. Ertəsi gün Gürcüstanın Batumi şəhərinə gedib oradan Türkiyə Respublikasına gedən avtobusa minmiş, 06.11.2018-ci il tarixdə, səhər saat 07 radələrində Türkiyənin İstanbul şəhərinə çatmışlar. Orada yaşayan bir Azərbaycanlı Əfqan adlı şəxs onlara günlük ev tapmış və onlar Rafaellə qalmaq üçün həmin evə getmişlər. 3 gün istirahət etdikdən sonra, həftənin 2-ci günü Bakı şəhərinin Ramana qəsəbəsində yaşayan və təxminən 4-5 il olar ki tanıdığı Asiflə görüşmüş, onlar, yəni o, Asif və Rafael İstanbul şəhərində yerləşən “Merter” ticarət mərkəzinə getmişlər. Orada tekstil satışı ilə məşğul olan, Asifin tanışı, Türkiyə Respublikası vətəndaşı Ahmet adlı şəxslə görüşmüş, Ahmetin dükanında paltarlara və yataq örtüyü dəstlərinə baxmışlar. Ahmet onlara yataq örtüyü dəstinin bir ədədinə görə 40 ABŞ dolları pul istəmiş, həmçinin orada kişi geyimləri bəyənmiş və həmin geyimlərə görə 200 ABŞ dolları beh vermişlər. Ahmet “5-ci gün gəlin, 4000 ABŞ dolları pul verin, sizə 10000 ABŞ dolları dəyərində mal verəcəyəm, özüm də sizinlə birlikdə Azərbaycana gedəcəyəm” demiş, beləliklə onlar razılaşmış və çıxıb getmişlər. 5-ci gün Ahmetin yanına qayıtmış və malları verməsini istəmiş, lakin Ahmet həmin malları vermək istəməmiş, ona görə də Ahmetlə söhbətləri alınmamışdır. Verdikləri 200 ABŞ dolları behi istədikdə isə “gedin, 1-ci gün gələrsiz, verərəm” demişdir. Sonra birlikdə İstanbul şəhərindəki “Osmanbey” və “Mahmudpaşa” adlanan əraziyə getmiş, orada istədikləri yataq örtüyü dəstlərini tapa bilməmişlər. Azərbaycana qayıtmaqlarına 4-5 gün qalmış “Otoqar” deyilən yerdə axtardıqları yataq örtüyü dəstini nəhayət ki, tapmış, Türkiyəyə gəldikdə üzərində 700 ABŞ dolları olduğundan qardaşı Sənana Rafaelin “Whatsap”ı ilə zəng edib ona pul göndərməsini xahiş etmişdir. 2 gün sonra qardaşı sürətli pul köçürmə vasitəsi ilə 4800 ABŞ dolları pul göndərmiş, onlar həmin pulu götürdükdən sonra Rafaellə birlikdə gedib behini verdikləri 53 ədəd yataq örtüyü dəstini almış, bir ədədinin dəyəri 33 ABŞ dolları olmaqla ümumilikdə 1700 ABŞ dolları pul ödəmişlər. 25 noyabr 2018-ci il tarixdə, günün ikinci yarısı Türkiyənin İstanbul şəhərində yerləşən Aksaray adlanan ərazidə Azərbaycana yola düşmək üçün avtobusa minmiş və yola düşmüşlər. 26 noyabr 2018-ci il tarixdə Gürcüstanla Azərbaycan sərhədi arasında yerləşən “neytral zona” adlanan ərazidə avtobusdan düşmüş, aldıqları yataq dəstini Azərbaycan ərazisinə hansı formada keçirəcəkləri barədə maraqlandıqda onlara hər yataq dəstini keçirməyə görə 15 ABŞ dolları pul alacaqlarını bildirdiklərindən o, həmin yükləri daha ucuz qiymətə keçirməyin yollarını axtarmağa başlamışdır. Orada Anar adlı tanışının vasitəsi ilə tanış olduğu bir nəfər xanım qeyd edilən 53 ədəd yataq örtüyü dəstini 500 manat müqabilində Azərbaycana keçirə biləcəyini bildirdiyindən onlar da razılaşmış və o həmin xanıma 500 manat pul vermişdir. Sonra onlar yenidən Gürcüstanın Tbilisi şəhərinə qayıtmış və 1 gün orada qaldıqdan sonra, yəni 27.11.2018-ci il tarixdə, saat 23 radələrində “Sınıq Körpü” gömrük postundan keçməklə Azərbaycana daxil olmuş və yataq dəstlərini keçirən həmin xanımla əlaqə saxlamışlar. Sonra yol kənarında həmin xanımdan onlara məxsus yataq örtüyü dəstələrini götürmüş və taksi avtomobili ilə Bakı şəhərinə yola düşmüşlər. 28 noyabr 2018-ci il tarixdə, səhər 04 radələrində Bakı şəhərinə çatmış və hərəsi öz evlərinə gedib yatmışlar. Həmin gün, saat 14 radələrində yuxudan oyanmış, Rafael onun anasına məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib yatıbyatmamağını soruşmuş, o isə oyandığını və indi işə gedəcəyini bildirmişdir. Rafael onların məhəlləsinə gəlmiş, sonra bir taksi avtomobilinə əyləşmiş və yola düşmüşlər. Rafael avtovağzalda düşmüş, o isə Neftçilərə getmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ifadəsində ondan 700 ABŞ dolları borca pul alaraq 967 ədəd ekstazi psixotrop maddəsi almasını və bundan onun məlumatının olmasını deməsi yalandır. Rafaelin ekstazi psixotrop maddəsi almasından məlumatı olmamışdır. Əvvəllər yataq örtüyü dəstinin alğısatqısı ilə məşğul olmamışdır. Qurudulmuş marixuana narkotik vasitəsi və lirika adlanan psixotrop maddədən istifadə etmişdir. 26 noyabr 2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsində dostu Təqsirləndirilən şəxs1 qəbul edəcəyi bağlamada olan tozsoranın içərisindən 967 ədəd ekstazi psixotrop maddə tərkibli həblərin aşkar edilərək götürülməsindən məlumatı olmamışdır. 28 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə avtovağzala tozsoranı qəbul etmək üçün getməmişdir. Asif Bakı şəhərinin Ramana qəsəbəsində yaşamışdır, hazırda isə Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır və arada Bakı şəhərinə gəlir, Bakı şəhərində (055)212-22-24 saylı mobil nömrəni istifadə edir. Asif 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, saçı sıx, qaraşın bir şəxsdir. Asif 4-5 il bundan əvvəl Neftçilər metrostansiyasının yaxınlığında nömrə satışı ilə məşğul olmuş, özü də ondan nömrə almış və beləliklə də münasibətləri yaranmışdır. Məhkəmə baxışı zamanı əlavə olaraq özünü təqsirli bilmədiyini göstərsə də törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü təqsirli hesab etmədiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən bir il əvvəl Samir adlı dostu tanış etmişdir. Sonradan da Rafaellə münasibətləri alındığından bir-birlərinə mobil telefon nömrələrini vermiş və əlaqə saxlamağa başlamışlar. 01 avqust 2018-ci il tarixdə ad günü tədbirində “Leo” karaoke klubunda dostları ilə birlikdə oturmuş, Təqsirləndirilən şəxs1 da həmin tədbirdə iştirak etmiş, Təqsirləndirilən şəxs1 ekstazi psixotrop maddəsindən tapa bildiyini eşitmiş, həmin psixotrop maddənin adama enerji verdiyini eşitdiyindən onu istifadə edib yoxlamaq istəmişdir. Ona görə də dostu Təqsirləndirilən şəxs1 həmin dərmandan 2 ədədini təşkil etsin deyə müraciət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin psixotrop maddəni 30 manat müqabilində təşkil edə biləcəyini bildirdiyindən ona 30 manat pul vermişdir. Bundan sonra Rafael çıxmış və 15 dəqiqədən sonra qayıdaraq 2 ədəd ekstazi psixotrop maddəsini ona təqdim etmişdir. Həmin gün onun birini istifadə etmiş, digərini isə nə vaxt istifadə etdiyi yadında qalmamışdır. Bundan sonra bir neçə dəfə qurudulmuş marixuana narkotik vasitəsi və lirika psixotrop maddəsindən istifadə etmiş, təxminən 4-5 gün əvvəl Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramında ona Türkiyədən ekstazi psixotrop maddəsi gətirəcəyi və lazım olsa ona da verə biləcəyini bildirmişdir. O da Rafael Türkiyədən gətirəndə lazım olarsa alıb istifadə edəcəyini düşünmüşdür. 28 noyabr 2018-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 gəldiyini bildiyi üçün ekstazi psixotrop maddəsini ondan götürmək məqsədi ilə istifadə etdiyi mobil nömrə ilə Rafaelin istifadəsində olan mobil nömrəyə zəng edib harada olduğunu soruşmuş, Rafael də ona evdə olduğunu, 10 dəqiqəyə avtovağzala gəlməyini bildirmiş, o isə işdə olduğunu, işlədiyi klinikaya gəlməsini xahiş etmişdir. Rafael isə təkidlə avtovağzala gəlməyini bildirmiş, o da klinikadan çıxıb avtovağzala getmişdir. Təqsirləndirilən şəxs1 dostu Ruslanla birlikdə bir taksi avtomobili ilə ora gəlmiş, Rafael onu kənara çəkib karqo ilə Türkiyə Respublikasından yük gəldiyini bildirərək birlikdə onu gedib götürməyi təklif etmiş, ondan nə yükün gəlməsi ilə maraqlandıqda Rafael ona yataq dəsti ilə birlikdə ekstazi psixotrop maddəsinin gəldiyini bildirmişdir. Həmin yükləri götürmək üçün getmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 da onların yanında olmuş, Ruslan taksi avtomobilini olduğu yerin yaxınlığına sürdürəcəyini bildirib oradan taksinin olduğu istiqamət üzrə uzaqlaşmış, Rafael isə orada öz mobil nömrəsini təqdim edib həmin nömrəyə yük gəlməli olduğunu bildirərək yükün təqdim edilməsini xahiş etmiş, orada onlara gözləmələri bildirilmişdir. Bir neçə dəqiqədən sonra 5 nəfər mülki geyimli şəxs yaxınlaşıb indi polislərin gələcəyini bildirib gözləmələrini tələb etmiş, bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onları 40-cı polis bölməsinə aparmış, təxminən bir saatdan sonra onları gömrük əməkdaşlarına təhvil vermişlər. İfadəsinə əlavə olaraq narkotik vasitələrin gətiriləcəyindən məlumatının olduğunu, sonradan isə 967 ədəd ekstazi həblərinin gətirildiyini bildiyini, qutunun üzərində “Ağa” yazılsa da, mobil nömrənin onun yox Rafaelin nömrəsi olduğunu, iştirakçılığa görə özünü günahkar bildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü təqsirli hesab etmədiyini bildirərək ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “Zemana” şirkətinə dəvət aldığı üçün 2017-ci ilin dekabr ayında Türkiyə Respublikasının Ankara şəhərinə getmiş, razılaşmaya əsasən həmin şirkətin Azərbaycandakı ofisini yaratmalı olmuş, bir neçə gün orada treninqlərdə iştirak etmiş və təxminən 10 gün sonra Azərbaycana geri qayıtmışdır. Azərbaycana geri qayıtdıqdan sonra “Formip” adlı şirkət yaratmış və antivirus proqramının satışının təbliğatına başlamışdır. Həmin antivirus proqramını dövlət orqanlarına satmaq istəmiş, bu barədə bir çox dövlət orqanlarına müraciət etsə də sonradan ölkənin digər şirkətlə müqavilə bağladığını öyrəndiyindən bu işi müvəqqəti olaraq dayandırmışdır. Dövlət Kompüter informasiya İnsidentləri İdarəsində görüşdə olmuş və onlar “Trend Micro” şirkətinin dövlət orqanları ilə 2 illik müqavilələri olduğunu, həmin müddət bitdikdən sonra onlarla işləməyə başlayacaqlarını bildirmişdir. Onlar isə bu barədə Türkiyə Respublikasında olan şirkətə məlumat vermiş və onlar başqa ölkələrlə işləyəcəklərini və lazım olduqda onlara müraciət etmələrini bildirmişlər. Sonra təxminən 2018-ci ilin may ayında Türkiyə Respublikasının İzmir şəhərində yaşayan Türkiyə Respublikasının vətəndaşı Məstan adlı tanışının dəvəti ilə Türkiyə Respublikasının İzmir şəhərinə getmiş, ona məxsus oteldə ingilis-türk dili üzrə tərcüməçilik etmişdir. Sonra Məstanla aralarında Azərbaycanda da “Cəmilə” adlı butik otel açmaq qərarına gəlmişlər. Odur ki, 31 may 2018-ci il tarixdə Azərbaycana geri qayıtmış və otel üçün yer axtarmağa başlamışdır. Lakin Məstanın səhhətində problemlər yarandığından bu işi də alınmamış, sonra Məstana baş çəkmək üçün Türkiyəyə getmək qərarına gəlmişdir. 27 sentyabr 2018ci il tarixdə avtobusla Türkiyəyə getmək üçün “Bakı Beynəlxalq Avtovağzalı”na getmişdir. Türkiyəyə getməmişdən bir neçə gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 Türkiyəyə gedəcəyini bildirmiş, o isə Türkiyəyə getdikdə ona da bu barədə məlumat verməyi xahiş etdiyindən ona 27 sentyabr 2018-ci il tarixdə Türkiyəyə gedəcəyini bildirmişdir. O da bağlanmış mobil telefonları düzəltmək üçün onunla birlikdə Türkiyəyə gedəcəyini bildirmiş, beləliklə də onlar avtovağzalda görüşmək və avtobusla birlikdə getmək barədə razılaşmışlar. Əslində Türkiyəyə təyyarə ilə uçmaq fikrində olmuş, lakin Ruslan belə daha ucuz başa gəldiyini bildirdiyindən onunla razılaşmış, 27 sentyabr 2018-ci ildə “Bakı Beynəlxalq Avtovağzalı”na getmişdir. Oraya çatdıqda Təqsirləndirilən şəxs2 bir nəfərlə gəldiyini görmüş, Ruslan həmin şəxsi onunla tanış edərək onun adının Rafael olduğunu və özü ilə köməklik etməsi üçün Türkiyəyə apardığını bildirmiş, beləliklə də onlar yola düşmüşlər. Ertəsi gün Azərbaycan-Gürcüstan sərhədini keçib Gürcüstan ərazisinə daxil olmuş, tez bir zamanda Türkiyənin ərazisinə getməli olduğundan Azərbaycan-Gürcüstan sərhədini, yəni “Sınıq Körpü” gömrük postunda gömrük nəzarətindən keçib Gürcüstan tərəfə daxil olduqdan sonra Ruslan və Rafaellə birlikdə gəldikləri avtobusu gözləmədən bir taksi avtomobilinə əyləşmiş və birlikdə Türkiyə ərazisinə daxil olmuşlar. Onlardan ayrılaraq X31 təyyarəyə minib İzmir şəhərinə getmiş, 28 sentyabr 2018-ci il tarixdə İzmir şəhərinə çatıb dostu Məstanın yanına getmişdir. Məstanın otelində Məstanın dostları olan Hüseyn, Nüsrət və Nurəddinlə tanış olmuş, orada Hüseyn ona “Chine Bank”ın rəhbəri Biankanın tərcüməçisi kimi işləməyi təklif etmiş, həmçinin söhbət əsnasında Türkiyə Respublikasından Azərbaycana tekstil malları və çantaları aparıb sata biləcəyini soruşmuş, o, isə sata biləcəyini bildirmişdir. Maliyyə dəstəyi göstərməsi üçün Ruslana zəng edib ona edilən təklif barədə məlumat vermiş, Ruslan Nüsrətin təklifini qəbul etdiyinə görə Hüseynlə birlikdə 3-4 gündən sonra Türkiyənin İstanbul şəhərində yerləşən “Merter” adlı əraziyə gəlmişlər. Ruslan özü ilə birlikdə onları orada satması üçün bir neçə telefon gətirmiş, çünki həmin mobil telefonlar kreditdə olan telefonlar olmuş və kredit pulu ödənilmədiyindən bağlanılmışdır. Bağlanılan telefonlar isə xarici ölkələrdə işləmiş, buna görə də Ruslan həmin telefonlardan 3 ədədini Nüsrətə satmışdır. Sonra tekstil mallarını və qadın çantalarını Azərbaycana hansı qaydada gətirməyi ilə bağlı Ruslanla söhbət etməyə başlamış, Əhməd onlara ucuz mal tapacağını, onları gətirib Azərbaycanda satacağını bildirmişdir. Beləliklə də onlar bir neçə gün İstanbulda qalmış, onlar həmin vaxt Taksim adlanan ərazidə Məstanın kirayə tutduğu evdə qalmış, həmin evdə özü, Ruslan və Rafael qalmışlar. 06 oktyabr 2018-ci il tarixdə onun kirayədə qaldığı evdə Rafael ondan icazə alıb öz dostlarını evə dəvət edərək ad günü keçirmək istədiyini bildirmiş, Rafaelə etiraz etməmiş və dostlarını çağıra biləcəyini demişdir. Həmin gün Rafaelin Türkiyədə yaşayan dostları, İlkin və adlarını xatırlamadığı daha 4-5 nəfər onun evinə gəlmiş, onların hamısı azərbaycanlı olmuş, onların hərəkətlərindən narkotik vasitə istifadəçiləri olduqlarını hiss etmişdir. Çünki onlar otaqda narkotik vasitə istifadə etmiş, halları çox pis olmuş və evdən kəskin iy gəlmişdir. Onların danışığından Rafaelin ölkəyə psixotrop maddə keçirmək istədiyini başa düşmüş, çünki onların öz aralarında bir dəfə blenderin içərisində Azərbaycana psixotrop maddə keçirdikləri barədə danışdıqlarını eşitmişdir. Həmçinin onların söhbətlərindən ölkəyə müxtəlif əşyaların içərisində psixotrop maddə gətirdiklərini və paypoint aparatı vasitəsi ilə satışını həyata keçirdiklərini başa düşmüşdür. Onların niyyətlərini daha yaxşı anlamaq üçün onları, xüsusən də Rafaeli sorğu-sual etməyə başlamış, Rafael ona bu işin çox qazanclı iş olduğunu bildirib ona birlikdə psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə aparmağı və orada satışını həyata keçirməyi təklif etmiş, o da bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Tural adlı şəxsə vatsap vasitəsi ilə məlumat vermiş və Rafaelin məlumatlarını ona göndərmişdir. Bundan sonra Ruslana həmin adamlardan uzaq olmasını demiş, lakin Ruslan “Rafael elə oğlan deyil” deyə cavab vermişdir. Sonra Rafael və Ruslan həmin dost-tanışlarının evində qalmağa başlamış, onların tekstil məsələsi uzandığına görə Ruslan Azərbaycana qayıdıb gömrükdə onun hansı formada ölkəyə keçirilməsi ilə maraqlanacağını demiş, bu məqsədlə də onlar ölkəyə geri qayıtmışlar. Sonra Hüseyn başqa bir təklif etmiş, belə ki, o, marka yataq dəstlərini aparıb Azərbaycanda satmağı təklif etmiş, maraqlandıqda marka yataq dəstlərinin 2 ədəddən artıq Azərbaycana keçirməyin mümkün olmadığı müəyyən edilmiş, Ruslana bu barədə bildirdikdə isə o, marka yataq dəstlərini Azərbaycana keçirə biləcəyini demişdir. Ruslandan həmin yataq dəstlərinin Azərbaycanda olan satış qiymətləri ilə maraqlanmış, o da bu barədə maraqlanıb onların qiymətinin 300-400 manat dəyərində olduğunu bildirmişdir. Sonra Ruslana “əgər bunları ölkəyə keçirə bilərsənsə pul düzəldib gətir alaq və sən aparıb Azərbaycanda sat” demiş, çünki onların Türkiyədə bir ədədinin qiyməti 30 ABŞ dolları olmuş, sonradan Ruslan pul tapıb 03.11.2018-ci il tarixdə yenidən Türkiyənin İstanbul şəhərinə yola düşmüş və bir neçə gündən sonra onunla İstanbul şəhərində görüşmüşlər. O yenə də Rafaellə birlikdə gəlmiş və yenə də bağlanmış telefonlar gətirmişlər. Sonra onlar, yəni özü, Hüseyn və Ruslan birlikdə marka yataq örtüklərinin satıldığı yerə getmiş, təxminən 500 ədəd sifariş vermək istəmiş, amma onlar orada əllərində sadəcə nümunənin qaldığını bildirmişlər. Onlar həmçinin sifariş versələr 20-25 günə malı onlara təhvil verə biləcəklərini bildirmiş, beləliklə də onlar hələlik 500 ədəd həmin yataq dəstlərindən sifariş vermiş, Ruslan və Hüseynlə birlikdə “Merter” adlanan ərazidə Əhmədin tekstil anbarına getmişlər. Əhməd də əlində 25000 ədəd mövsümü keçmiş, ucuz qiymətə olan pal-paltar olduğunu bildirmiş və buna görə də onlardan 25000 ABŞ dolları pul istəmişdir. Onlar Əhmədlə razılaşsalar da pul ödəməmiş və yataq örtüklərini ölkəyə gətirib satsalar bunun qazancı ilə gedib ondan mal ala biləcəklərini düşünmüşlər. Beləliklə də oradan ayrılmışlar və yataq örtüklərinin hazır olmasını gözləmişlər. Hüseyn bəy onlara Laləlidə ayaqqabı və çanta satılan yerə gedib oradakı mallara da baxmağı təklif etmiş, bir neçə gündən sonra onlara zəng edib həmin “marka” yataq dəstlərindən 50-60 ədəd gəldiyini bildirdiklərindən gedib bir nümunə götürmüş və evə qayıtmışdır. Həmin vaxt Nüsrətin evində, Rafael və Ruslan isə oteldə bir otaqda qalmış, pencəyi onların qaldığı otaqda qaldığından marka yataq örtüyünün nümunəsini götürdükdən sonra pencəyini götürmək məqsədi ilə Rafael və Ruslanın qaldığı oteldəki otağa getmişdir. Orada yataq örtüyünün Azərbaycana göndərilməsi üçün karqo qiymətini öyrənmək məqsədi ilə oteldən çıxıb “Yeni Kapı” adlanan avtovağzala gedəcəyini Ruslanla Rafaelə bildirmiş, Rafael də otaqda olan bir dolabdan böyük bir bağlamanı ona verib xalası qızı üçün aldığını, cehizlik tozsoran olduğunu bildirib otoqardan (avtobusların dayanacağı) Gürcüstanda yaşayan xalası qızına göndərməyini xahiş etmiş və bunun müqabilində ona 200 lirə pul vermişdir. O həmin bağlamanı və bir dənə də yataq örtüyü dəstini götürüb avtovağzala gəlmiş və Gürcüstana gedən avtobuslardan onda olan yükü Gürcüstana apara bilib-bilməyəcəkləri ilə maraqlanmış, onlar isə elektrik cihazı götürməyəcəklərini bildirmiş, belə bir neçə şirkətə yaxınlaşsa da onlar tozsoranı qəbul etməmişlər. Rafaellə təkrar əlaqə saxlayıb onun verdiyi yükün Gürcüstana aparmaq üçün ondan qəbul etmədiklərini bildirmiş və gəlib öz yükünü götürməsini xahiş etmişdir. Rafael 5-10 dəqiqə gözləməyini xahiş edib bir azdan cavab deyəcəyini bildirmiş, sonra ona zəng edib həmin yükü “Lux İstanbul” şirkətinə məxsus avtobuslarla göndərməyin mümkün olduğunu bildirmiş və ona həmin yerin ünvanını başa salmışdır. Həmin yeri axtarıb tapmış və Rafaelin bağlaması ilə öz yataq örtüyünü Azərbaycana göndərmələri üçün həmin şirkətin ofisinə yaxınlaşmış, orada ona yükü Gürcüstana deyil, ancaq Azərbaycana apara biləcəkləri bildirilmiş, o da Rafaelə bu barədə bildirdikdə Rafael həmin yükü Azərbaycana göndərməsini xahiş edib sonra özünün Tbilisiyə göndərəcəyini bildirmişdir. Rafaeldən özündə olan yataq dəstini də onun göndərdiyi yükü qəbul edəcək şəxs tərəfindən qəbul edilə bilib-bilməyəcəyini soruşmuş və göndərdiyi yataq dəstini də həmin adamın götürərək valideyninə çatdırmasını xahiş etmişdir. Rafael isə həmin yükü göndərməyini və mobil telefon nömrəsi verərək “Ağa” adlı şəxsə göndərməyini bildirmiş, o da onun göndərdiyi mobil telefonla “Ağa” adını yükü göndərəcək şirkətin nümayəndəsinə vermiş və buna görə onlardan 250 lirə pul istəmişlər. Həmin yükləri 200 lirəyə Azərbaycana göndərmək üçün onlarla razılaşmış, yükləri yükdaşıma şirkətinə təhvil verdikdən sonra yükün nə vaxt təhvil alınması yazılan bildirişin şəklini çəkib vatsapla Rafaelə göndərmişdir. Orada olan zaman həmçinin marka yataq dəstlərini Azərbaycana hansı qiymətə aparmaları ilə maraqlanmış, onlar isə hər birini 15 ABŞ dollarına və hər Bakıya gedən avtobusla yalnız 10 ədəd göndərə biləcəklərini demişlər. Sonradan Ruslana zəng edib bu barədə ona məlumat vermiş və boş-boş oturmağını ona irad tutaraq gəlib birlikdə bu işlərlə maraqlanmağı bildirmişdir. Təxminən 15 dəqiqədən sonra onlar birlikdə avtovağzala gəlmiş və onlar birlikdə yükdaşıma şirkətlərini gəzib yükün Azərbaycana aparılması üçün sərfəli yer axtarmışlar. Sonra təkrarən sərfəli qiymətlər deyərlər deyə “Lux İstanbul” sərnişin və yükdaşıma şirkətinə müraciət etmiş, onlar isə qiymətdə endirim etməmişlər. Sonra birlikdə “Metro Turizm” şirkətinə daxil olub özləri ilə nə qədər yataq dəstlərindən apara biləcəklərini soruşmuş, onlar da hər adama 2 bağlama və 50 kiloqram olmaq şərti ilə apara biləcəklərini demişlər. Onlar bütün bağlama üçün 400 ABŞ dolları vermiş və onları Azərbaycan tərəfdə onlara təhvil vermələrini xahiş etmişlər. Ertəsi gün Rafael və Ruslan “Metro Turizm” sərnişin və yükdaşıma şirkətinə məxsus avtobusa minib Azərbaycana gəlmək üçün yola düşmüş, o isə Türkiyədə işləri olduğu üçün qalmış, ertəsi gün pasportuna baxdıqda sərhədi keçməli olduğunu, əks halda cərimə ödəyəcəyini görüb Gürcüstana keçib yenidən qayıtmaq qərarına gəlmiş, odur ki, 2018-ci ilin noyabr ayının sonlarında Türkiyə-Gürcüstan istiqamətində sərnişin daşımanı həyata keçirən avtobusa minib yola düşmüşdür. Bundan sonra Azərbaycana qayıtmaq qərarına gəlmiş və bu məqsədlə də gömrüyə daxil olub gömrük nəzarətindən keçməyə başlamışdır. Həmin gün gec saatlarında gömrükdən “Sınıq Körpü” gömrük postundan keçib Ruslan və Rafaellə görüşmüş, Ruslangilin yataq dəstlərini bir nəfər Aygün adlı qadın onlardan əvvəl keçirib öz evlərinə qoyduğundan onlar həmin yataq dəstlərini götürmək üçün onlarla yol kənarında görüşməyə getmişlər. Qazax-Bakı marşrut xətti üzrə işləyən bir taksiyə əyləşərək Ağstafa rayonu ərazisində yol kənarında bir şəxslə görüşmüş və Aygünün göndərdiyi, lakin onlara məxsus yataq dəstlərini qəbul edib Bakıya yola düşmüşlər. “20 Yanvar” dairəsinə çatdıqdan sonra onlar ayrılmış və hər biri öz evlərinə getmişlər. Həmin yataq dəstlərini isə Ruslan “Neftçilər” metrostansiyasının yaxınlığına yerləşən dükanına aparmış, ertəsi gün Ruslana zəng edib yükdaşıma şirkəti ilə yola saldıqları həmin bir ədəd yataq örtüyü dəstini də götürməli olduğunu ona xatırlatmış, çünki həmin yüklər artıq daxil olmuşdur. Rafael isə həmin yükləri artıq götürdüyünü bildirmiş, sonra öz işləri ilə məşğul olmuş, sonradan nə qədər onlara zəng vursa da telefona cavab verməmişlər. Təxminən 3 gün sonra Ruslangilin telefon dükanına getmiş və orada ona Rafaelin saxlanıldığını, Ruslanın isə hazırda izahat verməyə getdiyini bildirmişlər. Nə baş verməsi ilə maraqlandıqda Ruslanın qardaşı X21 borc pul alaraq Azərbaycana narkotik vasitə gətirdiyini və bu səbəbdən də onların saxlanıldığını bildirmişdir. 2-3 gün sonra Ruslandan gedişitala maraqlanmış, onlarla danışıqlarından onun məlumatı əsasında saxlanıldıqlarından şübhələndiyini başa düşmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, söhbət əsnasında Rafael psixotrop maddələri blender və tosterlərin içərisində Azərbaycana göndərdiyini bildirmiş, paketin təzə olmasını gördüyü üçün həmin vaxt Rafaelin verdiyi bağlamadan şübhələnməmiş və onu göndərməyə razılıq vermişdir. Türkiyədə olan zaman Ruslan öz tanışları ilə onun “vatsap” proqramından istifadə etməklə yazışmışdır. Şahid5 məxsus mobil telefona vatsap proqramı ilə içərisində çox sayda dərman həblərinin və içərisində toz halında olan ağ maddənin olduğu bağlamaların foto şəklini Türkiyədə evində qaldığı Nüsrət adlı şəxsin evində şkafın üzərində bir qutuda həmin bağlamaları gördüyündən Nüsrətdən şübhələndiyi üçün şəklini çəkib Ruslana göndərmiş, sonradan toz halında olan maddənin gips, həblərin internetdə soyuqdəyməyə qarşı istifadə edilən dərman olduğunu müəyyən etmişdir. Bundan başqa göstərmişdir ki, narkotik vasitələrdən heç vaxt istifadə etməmiş, Ruslan və Rafaelin narkotik vasitələrdən istifadə etdiklərini bilsə də, psixatrop maddələrin əldə olunmasında, daşınmasında və göndərilməsində hər hansı bir formada iştirakı olmamış, Rafaelin nə üçün onun əleyhinə ifadə verdiyini bilmədiyini, Rafaelin kimlərisə müdafiə edərək işi ona yönəltmək istədiyini bildirmişdir. Həmçinin ifadəsində tozsoranı yola salarkən qutunun üzərinə ya “Ağa”, ya da ki, “Ağalar” yazdığını, həmin adı isə Rafaelin ona telefonda dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Texniki nəzarət vasitələri və skanlaşdırma şöbəsində baş inspektor vəzifəsində işləyir. Xidməti vəzifəsi Gürcüstandan Azərbaycan Respublikasına daxil olan şəxslərin əl yüklərinə rentgen qurğusu vasitəsi ilə gömrük nəzarətini həyata keçirməkdən ibarətdir. 26 noyabr 2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn vətəndaşlara və onların əl yüklərinə gömrük nəzarətini həyata keçirmiş, həmin gün, saat 22 radələrində adının sonradan X16 olduğunu bildiyi şəxs əlində olan çantanı və içərisində tozsoran olan qutunu rentgen qurğusunun üzərinə qoyub gömrük nəzarətindən keçməyə başlamış, rentgen qurğusunun monitorunda tozsoranın içərisində nöqtələr şəklində predmetin olmasını müşahidə etdiyindən Vüsal Ağayevdən tozsoranın içərisində nə olduğunu soruşmuş, V.Ağayev isə “X47” sərnişin və yük daşıma şirkətində sürücü köməkçisi işlədiyini, həmin tozsoranın tanımadığı şəxs tərəfindən Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən ofislərinə təqdim edildiyini, tozsoranı sadəcə yükdaşıma xidməti olaraq qəbul etdiklərini və onu gömrükdən keçirdikdən sonra Avtovağzalda yerləşən ofislərinə aparacaqlarını, bundan sonra isə tozsoranın yiyəsinin gəlib həmin tozsoranı götürəcəyini bildirmişdir. Bundan sonra həmin tozsorana ətraflı gömrük baxışı keçirmək məqsədi ilə iki nəfər hal şahidinin və X5 iştirakları ilə həmin “Fantom” markalı tozsorana gömrük baxışı keçirmişdir. Tozsoranın qapağı açılsa da orada hər hansı bir predmetin olmadığı müəyyən edilmiş, bundan sonra həmin tozsoranın içərisində yad predmetin olub-olmadığını müəyyən etmək üçün yenidən onu rentgen qurğusunun lentinin üzərinə qoymuşdur. Rentgen qurğusunun monitorunda tozsoranın işəsalma düyməsinin alt hissəsində şübhəli nöqtələr yenə göründüyündən onun işə salma düyməsi olan hissəsi açılmış və işəsalma düyməsinin altından 3 ədəd sellofan bükümdə dördkünc həblər aşkar edilmişdir. Həmin həblər sayıldıqda onların 967 ədəd olması müəyyən edilmiş, sonda aşkar edilən həmin həblərə görə protokol tərtib etmiş və bütün iştirakçılar protokolla tanış olub onu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qazax rayonunun İkinci Şıxlı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləməsə də, “Tovuz” gömrük postunda yükləmə-boşaltma işlərini görüb və ya vətəndaşların əl yüklərinin daşınmasını həyata keçirib pul qazanmaqla ailəsinin dolanışığını təmin edir. 26 noyabr 2018-ci il tarixdə, saat 22 radələrində gömrük postunun qarşısında dayanıb ona uyğun bir iş düşməsini gözləyərkən bir nəfər qadın gömrük əməkdaşı ona yaxınlaşaraq bir şəxsə məxsus əl yükünü yoxlayacaqlarını bildirib həmin yoxlamada hal şahidi qismində iştirak etməyini ondan xahiş etmiş, etiraz etməyərək onunla birlikdə gömrük postuna daxil olmuş, sonradan oraya onun kimi fəhləliklə məşğul olan Yaşar Salıfovu da dəvət etmişlər. Gömrük əməkdaşı sonradan adının X16 olduğunu bildikləri şəxsi təqdim edərək həmin şəxsin gömrükdən keçirdiyi tozsorana baxış keçiriləcəyini bildirib onlara hal şahidinin hüquq və vəzifələrinin nədən ibarət olmasını izah etmiş, sonra orada olan otaqlardan birində onun, digər hal şahidinin və X5 iştirakı ilə “Fantom” markalı tozsorana baxış keçirilmişdir. Belə ki, həmin tozsoranın üst qapağı açılmış, lakin oradan heç nə aşkar edilməmiş, odur ki, həmin tozsoran təkrar olaraq rentgen qurğusunun lentinin üzərinə qoyulmuşdur. Gömrük əməkdaşı monitorda tozsoranının işə salma düyməsinin altında nə isə müşahidə etdiyini bildirdiyindən həmin hissə də açılmış, həmin yerə baxış keçirilən zaman 3 ədəd sellofan bükümdə dördkünc həblər aşkar edilmişdir. Həmin həblər sayıldıqda onların 967 ədəd olması müəyyən edilmiş, sonda aşkar edilən həmin həblərə görə protokol tərtib edilmiş, onlar da həmin protokolla tanış olub onu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 Şahid2 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 mart 2018-ci il tarixdən ünvan 1 ünvanında yerləşən mobil telefon və onların aksesuarlarının satışı dükanında satıcı işləmiş, həmin dükanı Təqsirləndirilən şəxs2 və onun qardaşı X12 icarəyə götürmüşlər. Əvvəllər “28 May” metrosunun yanında, Azərbaycan Neft Akademiyasının binası ilə üzbəüz mobil telefonların satışı dükanında satıcı işləmiş, 2017-ci ilin oktyabr-noyabr aylarında Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Belə ki, o tez-tez dükana gəlib mobil telefonlar almış, ona görə də münasibətləri yaranmışdır. Sonradan Təqsirləndirilən şəxs2 ona “Neftçilər” adlanan ərazidə yerləşən mobil telefonların satışı dükanında işləməyi təklif etmiş, o da onun təklifini qəbul etmiş və 05 mart 2018-ci il tarixdən onlara məxsus mobil telefonların və mobil telefon aksesuarlarının satışı dükanında satıcı kimi işləməyə başlamışdır. Həmin dükanda işlədiyi dövrdə Təqsirləndirilən şəxs2 dostu Rafaellə tanış olmuş, belə ki, o da tez-tez Ruslanı görmək üçün həmin dükana gəlib-getmişdir. Təxminən 2018-ci ilin iyun ayında özü, Ruslan, Rafael “Qara” deyə müraciət etdikləri şəxsin dəvəti ilə onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ramazanlı 24 ünvanında yerləşən evlərinə getmişlər. Həmin vaxt “Qara”nın yanında bir nəfər də olmuş, orada Rafael “patı” dedikləri, el arasında “şüşə” deyilən, əsl adı isə metamfetamin olan narkotik vasitəsi hazırlamış və onlar istifadə etmişlər. Həmin vaxt ilk dəfə olaraq həmin narkotik vasitəsindən istifadə etmiş, sonradan 3-4 dəfə də qeyd edilən narkotik vasitəsindən, 1 dəfə ekstazidən və 3-4 dəfə də lirika psixotrop maddəsindən istifadə etmişdir. Hər dəfə onlara qeyd edilən maddələrdən lazım olduqda Rafael onlara həmin maddələri təşkil etmişdir. Ruslan Türkiyədən yataq örtüyü dəsti gətirib satmaq istədiyindən 03 mart 2018-ci il tarixdə Ruslan Rafaellə birlikdə Türkiyə Respublikasına yola düşmüş, onlar Türkiyə Respublikasına getdikdən sonra Ruslan Türkiyədə yaşayan dostu Asəfin və Rafaelin mobil telefonlarındakı “whatsap” proqramından istifadə etməklə onunla əlaqə saxlamışdır. Ruslangil Türkiyəyə getdikdən təxminən 12-13 gündən sonra Ruslan zəng edib Türkiyə Respublikasında yataq örtüyü dəsti seçdiklərini bildirmiş və həmin yataq örtüyünü almaq üçün Sənandan anasının qızıllarını lombarda qoyaraq pul göndərməsini xahiş etmişdir. Ona görə də qardaşı Sənan anasına məxsus qızılları lombarda qoyaraq 3100 manat pul götürmüş, ertəsi gün isə Sənanla özü “Unibank”a gedib həmin pulu bank vasitəsi ilə Ruslana göndərmişdir. 27 noyabr 2018-ci il tarixdə, gecə radələrində Asəf, Ruslan və Rafael birlikdə Azərbaycana qayıtmış, ertəsi gün isə dükanda olanda Asəf dükana gəlmiş, Asəf həmin vaxtı Ruslana zəng etsə də o, götürməmiş, çünki gec saatlarında gəldiyindən evdə yatmışdır. Həmin gün, saat 15 radələrində Asəf gəlib Rafaelgilin tutulduğunu demiş, onların nə üçün tutulduqlarını soruşmuş, Asəf isə Rafaellə Ağaların elə-belə tutulduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq Ruslan və Rafaelin onun yanında narkotik vasitələrin Türkiyədən gətirilməsi ilə bağlı heç bir söhbət etmədiklərini, narkotik maddə olan “pati” ilə bağlı Rafael və Ruslana mesaj yazdığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4ayədə yaşayır. Rəsmi olaraq heç harada işləmir. Hərdənbir istirahət etmək məqsədi ilə gecələr Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “İnfiniti” kluba gedir. Təqsirləndirilən şəxs3 təxminən 1 il olar ki, tanıyır. Onunla Qəbələ rayonunda yerləşən “Qəbələ Sity” otelində tanış olmuşdur. Belə ki, təxminən 1 il əvvəl həmin otelin qeydiyyat bölməsində işləyəndə Ağalar həmin oteldə işləyən dostunun yanına gəlib-getmiş, onlar da orada tanış olmuşlar. Sonradan işdən çıxdığı üçün Bakı şəhərinə köçmüş, 28 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs3 həbs edildiyini eşitmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, çünki bir neçə dəfə onun yanında nəşə çəkmiş və Lirika adlı dərman atmışdır. Fərazi Rafel Sahib oğlu adlı şəxsi tanıyır. Həmin şəxs Rafo deyə müraciət etdiyi şəxsdir. Həmin şəxs Təqsirləndirilən şəxs3 dostudur və X22 və ekstazi dərmanları tapıb vermişdir. Onun ad günündə də Rafael və onun dostu gedib haradansa Lirika adlı dərman tapmış və Ağalarla birlikdə həmin dərmandan istifadə etmişlər. Ağalar ona X6 psixotrop dərmanlar gətirib Bakıda satışını həyata keçirdiklərini demiş, eşitdiyinə görə Samir Türkiyədən müxtəlif əşyaların içərisində ekstazi və ya lirika adlı psixotrop dərmanlar gətirmiş, Samir isə onların Bakı şəhərində satışını həyata keçirmişdir. Samir 30-35 yaşlarında, orta boylu, qaraşın, dolu bədən quruluşlu, saçları sıx olan bir şəxsdir, “Qara” ləqəbi ilə tanınır, ətrafında olan yaxın şəxslər onu Qara deyə çağırır. Özü bir neçə dəfə nəşə narkotik vasitəsindən istifadə etmiş, həmin nəşəni də ona Ağalar təşkil etmişdir. 2018-ci il yanvar ayında Ağalar Məmmədov zəng edib onu Masazırda olan bir evə dəvət etmiş, taksiyə minib onlara getmiş, orada həmin evin Qara dəyə müraciət etdikləri Samir, 2 nəfər də Tural və Nizami adlı şəxslərin kirayəyə götürdükləri məlum olmuşdur. Sonradan onlar evə gəlmiş, Ağalar və Samir onu həmin Gəncəlilərlə tanış etmiş, onlarla tanış olduqdan sonra həmin şəxslərin normal adama oxşamadıqlarını görmüşdür. Hətta bir dəfə onlara gedəndə nəşə adı ilə ona siqaretin içərisinə nə isə doldurub vermişlər və onu istifadə etdikdə vəziyyəti çox pisləşmiş, Ağalarla dalaşaraq evi tərk etmişdir. Sonradan Ağalar onunla yenidən barışması üçün yalvarmış, lakin Ağalara həmin şəxslərdən ayrılması üçün şərt qoymuşdur. Ağalar da onlardan ayrılmış və xalasıgil ilə yaşamağa başlamışdır. Sonradan Ağalar ona Samirin həmin gəncəli uşaqlardan pul aldığını, Türkiyədən ekstazi dərmanları gətizdirdiyini, Bakı şəhərində satışını həyata keçirdikdən sonra onlara da oradan pay verdiyini danışmışdır. Türkiyənin İstanbul şəhərində yaşayan Asif və ya Asəf adlı şəxsi tanımır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Hazırda 189 taksi xidmətində taksi sürücüsü kimi işləyir. ***-***-**-** saylı mobil nömrə onun adınadır və alan gündən özü istifadə edir. Təqsirləndirilən şəxs1 tanıyır və aralarında yaxın dostluq münasibətləri olmuşdur. Belə ki, onunla bir məktəbdə oxumuşlar, lakin sonradan araları dəymiş və yolları ayrılmışdır. Əvvəllər marixuana və el arasında “patı” və ya “şüşə” adı ilə tanınan metamfetamin psixotrop maddəsindən istifadə etmiş, amma narkoloji dispanserdə müalicə aldıqdan sonra belə şeylərdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 şəxsən özündən narkotik vasitə və ya psixotrop maddə almasa da, ona metamfetamin psixotrop maddəsi lazım olanda Rafaelə müraciət etmiş, Rafael isə tapıb kiməsə yönləndirmiş və özü də gedib həmin adama pulunu verib almışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yaşayır. Hazırda fərdi əməklə məşğul olur. ***-***-**-** saylı mobil nömrə öz adınadır və alan gündən özü istifadə edir. Təqsirləndirilən şəxs1 adlı şəxsi tanıyır. Belə ki, 2010-cu ildə əsgərlikdən qayıtdıqdan sonra onunla Təqsirləndirilən şəxs1gilə məxsus olan “RS” adlı klubda tanış olmuş, sonradan da aralarında dostluq münasibətləri yaranmışdır. Əvvəllər marixuana və kokain narkotik vasitəsindən istifadə etmişdir. İlkin və Rafael bir dəfə paypointdən kokain alıb istifadə etmiş, bu da Rafaelin çox xoşuna gəlmiş, ona görə də yenidən ona həmin kokaindən tapmasını xahiş etmiş, özü də paypoint aparatının vatsap proqramındakı nömrəsi ilə əlaqə saxladıqda ona 1 qram kokainə görə 500 manat pul deyilmiş, onu Rafelə bildirmiş, Rafael isə çox baha olduğunu bildirib almaqdan imtina etmişdir. Onlar həmin paypoint aparatında vatsap proqramında hansı növ narkotik vasitəsi lazım olduğunu bildirmiş, qiyməti deyildikdən və onların göndərdiyi hesab nömrəsinə dedikləri məbləği keçirdikdən sonra narkotik vasitənin harada olduğu bildirilmiş və gedib gizlədilmiş yerdən götürüb istifadə etmişlər. Təqsirləndirilən şəxs1 əvvəlcədən hansı məqsədlə Türkiyə Respublikasına gedəcəyindən və psixotrop maddə gətirəcəyindən heç bir məlumatı olmamışdır. Mesajlarda adı çəkilən “Eki” ekstazi psixotrop maddəsinin, “Patı” metamfetamin psixotrop maddəsinin, “koko” kokain narkotik vasitəsinin qısaldılmış formasına deyilir, “Skad”ın nə olduğunu isə bilmir, “Banzay” isə kimyəvi bir şeydir. İş materiallarına əlavə edilmiş 26 noyabr 2018-ci il tarixli “baxış və götürülmə” haqqında protokoldan görünür ki, X16 tərəfindən gömrük nəzarətinə təqdim olunmuş bir 1 ədəd “Fantom” markalı tozsoran avadanlığının içərisində rentgen qurğusunun monitorunda müxtəlif predmetlər görünməsi səbəbindən baxış keçirilən zaman tozsoran qurğusunun içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu məlum olmuş, həmin dərman preparatları sayılmış və nəticədə 967 (doqquz yüz altmış yeddi) ədəd (xalis çəkisi 287.75 qram) dördkünc formalı, narkotik vasitə olan ekstaziyə oxşar həb şəklində dərman preparatları aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 28 noyabr 2018-ci il tarixli 31015 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Qərb Ərazi Baş Gömrük İdarəsi... həblər çəhrayı rəngdə ...” əl yazıları olan № 204673 saylı polietilen paketdəki 967 (doqquz yüz altmış yeddi) ədəd çəhrayı rəngli həb təsir maddəsi MDMA (metilendioksimetamfetamin, ekstazi) olan preparatlardır. 01 həbdə MDMA təsir maddəsinin miqdarı 0.150 qram, 967 həbdə isə 145.05 qram təşkil edir. MDMA (metilendioksimetamfetamin) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş sərhəd keçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 03 noyabr 2018-ci il tarixdə, saat 8 radələrində DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstana getmişlər, 26.11.2018-ci il tarixdə eyni gömrük postundan keçməklə ölkə ərazisinə geri qayıtmışlar, 27.11.2018-ci il tarixdə, saat 03 radələrində yenidən eyni gömrük postundan keçməklə ölkə ərazisini tərk etmişlər, həmin gün saat 11 radələrində həmin gömrük postundan keçməklə geri qayıtmışlar, Təqsirləndirilən şəxs3 isə ölkə ərazisini tərk etməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 17-27 dekabr 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdikləri, həmçinin Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə külli miqdarda ekstazi psixotrop maddəsini gətirmələri barədə razılığa gəldikləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış keçirilərkən onun bir neçə şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mesajlaşdığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2019-cu il tarixli Şahid5 mobil telefonuna “baxış keçirilməsi haqqında” protokoldan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə psixotrop maddələrdən istifadə etmələri ilə bağlı, həmin psixotrop maddələrin haradan əldə edilməsi ilə bağlı çoxsaylı qarşılıqlı mesajların göndərilməsi, mobil telefonunda adı “asef rusik”, mobil telefon nömrəsi isə ***-***-**-** olaraq qeyd edilmiş şəxs tərəfindən isə ona içərisində külli miqdarda həblərin olduğu bir bağlamanın və toz halında və ağ rəngdə olan bir maddənin şəklinin göndərildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 04 mart 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 27 sentyabr 2018-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisini tərk etmiş və 27.11.2018-ci il tarixdə, saat 10 radələrində eyni gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 07 mart 2019-cu il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş məlumatlardan Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “sənin g**vü s**dim şikayət elədim səni, cavab verərsən, dalneşidə deyəcəm ki, eki alırdı məndən. Mesajlar skrində durur”. Belə ki, aparılmış istintaqla “eki”nin ekstazi psixotrop maddəsinin qısaldılmış formasına deyilməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 23 yanvar 2019-cu il tarixli 1283 saylı materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, MEM-nin “tədqiqat obyekti 60 N”-li ştampla möhürlənmiş paketdə, üzərində: “204673 Azərbaycan Respublikası DGK Qərb Ərazi Baş Gömrük idarəsi..” yazısı olan polietilen paketdəki 965 ədəd, üzərində “f” hərfi həkk olunmuş çəhrayi rəngli dördkünc formalı həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkibli həblərdir (“ekstazi”). 965 ədəd həbdən ibarət təsiredici maddəsi MDMA-nın ümumi miqdarı 144,75 qram təşkil edir (bir ədəd həbdə 0,150 qr. MDMA olmaqla). MEM-nin “28” noyabr 2018-ci il tarixli 31015 saylı ekspert arayışına əsasən, ilkin tədqiqat zamanı 967 ədəd MDMA tərkibli həblərdə təsiredici maddəsi MDMA-nın ümumi miqdarı 145,05 qram olmuşdur. MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. Qərarda “967 həb istifadə üçün yararlıdırmı” qoyulmuş sual fiziki-kimyəvi ekspertizaların həll etdiyi məsələlərə aid olmadığı üçün, cavablandırılmamışdır. İş materiallarına əlavə edilmiş 25 yanvar 2019-cu il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Fərazi X13 Respublikasının İstanbul şəhərində ekstazi psixotrop maddəsi alıb qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyi təklif edən Asif adlı şəxsin əslində adının Asəf olduğunu bildiyini, lakin həmin vaxt onu ələ verməmək üçün adının Asif olduğunu demiş və fotocədvəldə “1” rəqəmi ilə nömrələnmiş Təqsirləndirilən şəxs4 fotoşəklini göstərmişdir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2019-cu il tarixli “şəxsin videogörüntü üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, içərisindən külli miqdarda psixotrop maddələrin aşkar edildiyi tozsoranı Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən şirkətin baş ofisinə təhvil verən şəxsin videogörüntüsü 25 yanvar 2019-cu il tarixdə iş üzrə şahid qismində dindirilmiş Şahid5 tanınmaya təqdim edilmiş və o, videogörüntüdə əlində çanta və qutu olan şəxsin Təqsirləndirilən şəxs4 olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim edilmiş X7 tibbi yoxlamanın 20 fevral 2019-cu il tarixli 352 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim edilmiş Ambulator Məcburi-Narkoloji tibbi yoxlamanın 20 fevral 2019-cu il tarixli 337 nömrəli və 10 iyun 2019-cu il tarixli 1274 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmirlər. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim edilmiş X7 tibbi yoxlamanın 20 fevral 2019-cu il tarixli 350 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş stasionar məhkəməpsixiatrik ekspertizasının 05 noyabr 2019-cu il tarixli 123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ittiham edilən cinayət əməlini törətdiyi zaman “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” kimi psixi pozuntudan əziyyət çəkmişdir. Lakin Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olduğuna görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı Təqsirləndirilən şəxs2 müəyyən edilən “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” kimi psixi pozuntu cinayət əməlini törədən zaman onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs2 əziyyət çəkdiyi “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” hal-hazırda onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Hal-hazırkı psixi vəziyyətinə görə onun məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla bərabər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 12 iyun 2009-cu il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Epilepsiyanın müalicəsi və diaqnostikası üzrə klinik protokol” tələblərinə görə hal-hazırda Təqsirləndirilən şəxs2 epileptik tutmaların olmamasına baxmayaraq onların yenidən baş verməməsi və təkrarlanmaması üçün istənilən şəraitdə həkim nəzarəti altında antikonvulsiv preparatlarla preventiv medikamentoz terapiyanın (qıcolma əleyhinə dərman vasitələrilə qoruyucu müalicənin) fasiləsiz davam etdirilməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 noyabr 2018-ci il tarixli protokollardan görünür ki, Fərazi Rəfael Sahib oğlu və Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 noyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 fevral 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Fərazi Rəfael Sahib oğlunun barəsində həbsetmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 mart 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.06.2019-cu il tarixədək, həmin məhkəmənin 27 iyun 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.09.2019-cu il tarixədək, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.12.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Fərazi Rəfael Sahib oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, “ev dustaqlığında” saxlanma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni 28 dekabr 2019-cu il tarixədək hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 27 fevral 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 27 iyun 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27.09.2019-cu il tarixədək, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27.12.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 mart 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.06.2019-cu il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmaqla 28.06.2019-cu il tarixədək uzadılmış “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, həmin məhkəmənin 27 iyun 2019-cu il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 28.09.2019-cu il tarixədək, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 28.12.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 29 noyabr 2018-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 mart 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.06.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 28.12.2019-cu il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Şəki Ağır Cinayətlər məhkəməsinin 01 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinməklə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli 1(091)-55/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 06.08.2019-cu il tarixli, 846/19 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən cərimə cəzası tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Fərazi Rəfael Sahib oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra hakimiyyətinin Baş səhiyyə idarəsi Ruhi-Əsəb xəstəlikləri dispanseri tərəfindən tərtib olunmuş 07.11.2007-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “epilepsiya generalizə olunmuş tez-tez təkrarlanan qıcolma tutmaları və şəxsiyyət dəyişikliyi ilə” diaqnozu ilə Bakı şəhər Ruhi- Əsəb dispanserinin qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Mərkəzi xəstəxanasından daxil olmuş 23 yanvar 2019-cu il tarixli 80 nömrəli məktubdan görünür ki, Fərazi Rəfael Sahib oğlu və Təqsirləndirilən şəxs2 Abşeron rayon Poliklinikasının ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsi Bakı şəhəri Nəsimi rayonu sektoru tərəfindən təqdim olunmuş arayışlardan görünür ki, Fərazi X26 rayonundan məcburi köçkündür və H.Əliyev 1 (132 saylı uşaq bağçası) ünvanında özü və anası Fərazi Tamella Mirzə qızı, qardaşı Fərazi Pərviz Sahib oğlu, qardaşı Fərazi Kənan Sahib oğlu, qardaşı X29 müvəqqəti qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdam rayonu İcra Hakimiyyəti Seyidli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ rayonu İcra Hakimiyyəti Qəbələ rayon Mənzil istismar və Kommunal müəssisələri kombinatı tərəfindən tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Qəbələ rayonu İcra Hakimiyyəti Qəbələ rayon Mənzil istismar və Kommunal müəssisələri kombinatı tərəfindən tərəfindən təqdim olunmuş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 8 ünvanında atası X17, anası X18 və bacısı X23 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qəbələ rayon Mərkəzi xəstəxanasından daxil olmuş 09 fevral 2019-cu il tarixli 5/104 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 Qəbələ RMX-nin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsindən daxil olmuş 05 fevral 2019-cu il tarixli 474-01/13 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3, Fərazi Rəfael Sahib oğlu və Təqsirləndirilən şəxs2 Bakı şəhər Baş Səhiyyə idarəsinin tibb müəssisələrində psixiatrik xəstəliklə qeydiyyatda yoxdurlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsi Bakı şəhər narkoloji dispanserindən verilmiş 16 aprel 2019-cu il tarixli 245 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhər Narkoloji dispanserində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Ramana qəsəbəsi, S.Vurğun küçəsi, dalan 1, ev 5 ünvanında arvadı X19, oğlu X24 və qızı X25 ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə idarəsindən daxil olmuş 23 aprel 2019-cu il tarixli 3115-01/13 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhər Baş Səhiyyə idarəsinin tibb müəssisələrində psixiatrik xəstəliklə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ikinci qrup əlildir. İş materiallarına əlavə edilmiş “xxxx” MMMC tərəfindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özlərini təqsirli hesab etmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 isə özünü qismən təqsirli bilməklə ifadə verməkdən imtina etsə də, məhkəmə istintaqının gedişində özünü təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 özlərini verilmiş ittihamlarla təqsirli bilməməklə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri işin faktiki hallarına uyğun olmayan, məsuliyyətdən kənarda qalmalarına xidmət edən, təqsirləndirilən şəxs Fərazi Rəfael Sahib oğlunun həm məhkəməyədək verdiyi, həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadələrilə, şahid ifadələri, baxış keçirilməsinə dair protokollarla, ekspert rəyləri və digər iş materialları ilə təkzib olunan hesab edir. Belə ki, Fərazi Rəfael Sahib oğlu ifadəsində göstərmişdir ki, “... 28.11.2018-ci il tarixdə, səhər 04 radələrində Bakı şəhərinə çatmış və hərəsi öz evlərinə gedib yatmışlar. Həmin gün, saat 14 radələrində yuxudan oyanmış və Asifin tozsoranın içərisində gizlədərək göndərdiyi psixotrop maddələri qəbul etmək üçün dostu Ağalar və Ruslanla birlikdə malları gətirən şirkətin yerləşdiyi anbara getmiş, çünki Asif ona tozsoranı gətirən avtobusun 2-ci gün günorta saatlarında avtovağzala çatacağını bildirmişdir. Orada öz mobil nömrəsini təqdim edib, yəni ***-***-**-** saylı mobil nömrəyə yük gəldiyini bildirib onu təhvil almaq üçün gəldiyini demiş, onlar isə ona gözləməyini bildirmiş, sonra oradan 2-3 nəfər gəlib onları saxlamış və polislərin gələcəyini demişlər. Sonra polis əməkdaşları gəlib onları aparmış, ondan sonra da onları DGK-nin əməkdaşlarına təhvil vermişlər...” “... Ağalarla görüşməmişdən əvvəl ona çəkmək üçün qurudulmuş marixuana narkotik vasitəsi verəcəyini bildirmiş, lakin həmin marixuana narkotik vasitəsini istifadə etmiş, ona görə də Türkiyədən gələn psixotrop maddədən Təqsirləndirilən şəxs3 da verəcəyini bildirmişdir. Ruslana da həmin psixotrop maddədən 1-2 dənə vermək fikri olmuş, ona görə psixotrop maddə olan tozsoranı götürməyə getdikdə də Ruslanla Ağalar da onunla gəlmişlər. Həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs3 Türkiyədən ona ekstazi gələcəyindən məlumatı olmuş, ona görə də birlikdə ora gedəndə və öz mobil nömrəsini verib adına tozsoran yükü gəldiyini bildirəndə orada gözləmələrini dediklərindən Təqsirləndirilən şəxs2 tutulacağından qorxduğu üçün qaçmışdır...” “...Özündən, Asəf, Ağalar və Ruslandan başqa heç kimin onların Türkiyə Respublikasından psixotrop maddə gətirəcəklərindən məlumatı olmamışdır...” Bundan başqa Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon nömrəsindən 13.10.2018-ci il tarixdə, saat 23:39-da “WhatsApp” proqramında ona göndərilən “Eşidirsən məni ay qaqa çox danışa bilmirəm. Sənə indi bir nömrədən zəng gələcək day demə kimdir, nəçidir. 300 dənə də payok verəcək, ayrı söhbət eləmə, nə söhbət var onunla elə. Yaxşımı? Türkiyənin eskobarıdır” məzmunlu mesajla bağlı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Türkiyədə olanda və ekstazi psixotrop maddəsi axtaranda bundan dostu Ağaların da məlumatı olmuş, ona görə də Ağalar Türkiyədə ekstazi satan şəxs tapmış və ona əlaqə saxlaması üçün nömrəsini vermişdir. “300 dənə payok verəcək” deyəndə isə o, 300 həb verəcəyini nəzərdə tutmuşdur. Amma onun dediyi şəxslə əlaqə saxlamamış və onunla görüşməmişdir, çünki onlar ekstazi almaq üçün artıq Bünyaminlə danışmışlar. Həmçinin Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə “WhatsApp” proqramında 15.11.2018-ci il tarixdə, saat 18:14-də Təqsirləndirilən şəxs3 tərəfindən ona göndərilən “Heç nə yetim tutuzdur gəl. Deyirsən e o heç kimə demə, ə narahat olma gic d...aqsan sən? əmioğluya da salam de. Ekonu da götür eşidirsən Ekini, məndə bilirsən da bir-iki dənə bahalı adam var. Bir də görürsən düşür. Dağıdar ə narahat olma. Gəl. Davay da ata görüşərik. Özün yığarsan gecə görüntülü, danışarıq evdə olacam”məzmunlu mesajla bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs3 mesajda “eki” dedikdə ekstazi psixotrop maddəsini, “bahalı adam” dedikdə isə turistləri nəzərdə tutmuşdur. Çünki turistlərin də ekstazi-zad istəməsi halları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə “WhatsApp” proqramında Təqsirləndirilən şəxs3 tərəfindən 18.11.2018-ci il tarixdə, saat 14:38-də ona göndərilən “Bildim ata bildim. Qara peysərlə danışmamısan? Xəbəri yoxdur temadan-zaddan? Mən heç nə deməmişəm e ona görə deyirəm” sualına “Yox ata heç danışmamışam. Heç nə, heç nə danışmamışam. Elə o gedən getmişəm. Hardan xəbəri olsun ki, heç nə. Belə də lap xəbəri olsa, Xəyalgil zad temanı bilir. Xəyalgilə kurs qoymuşam ki, həll eləmək üçün. Kurs qoysa onlar qoyacaq. Onlara da demişəm qoymasınlar. Heç kimin xəbəri yoxdur” məzmunlu mesajla bağlı bildirmişdir ki, mesajda “Kurs qoymaq” dedikdə məlumat verməyi nəzərdə tutmuşdur. Xəyal isə onun dostudur, Türkiyədən ekstazi psixotrop maddə gətirəcəyindən Xəyalın əvvəlcədən məlumatı olmamışdır. Ona deməyi düşünmüş, lakin deməmişdir. Azərbaycanda ekstazi psixotrop maddəsinin satışı ilə isə Təqsirləndirilən şəxs4 məşğul olacaqdı. Həmçinin Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə vatsap proqramındaTəqsirləndirilən şəxs4 məxsus +**********24 saylı mobil nömrədən 02.11.2018-ci il tarixdə, saat 18:52-də ona daxil olan “Nurəddin abi ilə oturmuşam orda, Nurəddin abinin adamıyla rusca danışdım, o, dedi ki, 100 faiz gətirəcəm, 100 faiz, yəni ki, məni gözlə orda, Nurəddin rusca bilmir axı, əsas sahibi ilə danışdım, dedi 100 faiz məni gözlə 100 faiz gətirəcəm mən, mənim dedi adamlarım ordadır, İstanbuldadır, görüşəcəklər səninlə. Miqlər dedi çox istə, az istəmə, problem yoxdur mən gətirəcəm dedi, dedim yənə sənin üçün risk olacaq, az-az gətir, nə qədər sən gətirsən mən alacam, o da dedi ki, bu həftə içində mən həll edəcəm. ponidelnik, bazar gününə kimi mən həll eliyəcəm işlərimi, həll edib, şey eliyəcəm, göndərəcəm parayı, ya da özüm gələcəm səninlə tanış olmaq üçün. Belə dastoynıy söhbətlər getdi aramızda. Soruşdu ki, neçə faizlə alırsan, dedim ki, mən faizlə, yəni ki, mənim söyləməyim düzgün gəlmir, çünki sən Nürəddinlə iş görürsən, sən ona verəcəksən, mən də ondan alacam, mənim öz faizim başqadır, onu da dedim məni Nurəddin abi, Nurəddindən kənar söyləməyim düzgün gəlmir. Ona görə də siz öz aranızda anlaşın. Dedim Nurəddin bilir ki, mən nağdıya alıram. Aldığıma görə sizə zəng edib pulu mən nağdı qiymətə alıram, mən yalnız bunu deyə bilərəm ki, naliçni alacam sizdən, nağd, dedi onda vsyo, 100 faiz dedi məni gözlə, 100 faiz. Bu tərəfi də həll etdim, o biri məsələni də zəng vur zəng elə danışacam səninlə. İmo ilə zəng elə mənə, vhatsapla zəng eləmə, vhatsap işləmir. Poxu çıxıb vhatsapın” məzmunlu mesajla bağlı bildirmişdir ki, hazırda onun bu mesajla nə demək istəməsi onun yadından çıxmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun adlar bölməsində mobil nömrəsi +**********65 olaraq, adı isə “Nurka” olaraq qeyd edilmiş şəxsdən 25.11.2018-ci il tarixdə, saat 01:14-də vatsap proqramında ona daxil olan “Təzə nə xəbər var mənim qardaşım. Nətərdi? Necə gəlirsən? Bir şey oldu, yoxsa elə yenə köhnə hamam, köhnə tas?” məzmunlu mesajla bağlı bildirmişdir ki, Nurka adı ilə qeyd etdiyi şəxs əsl adını bilmədiyi Nurka deyə çağırdıqları qız olmuş, həmin qız Qara adı ilə tanıdıqları Samil Əbürrəhmanov adlı dostunun sevgilisi olmuş, Samil hərdən-birdən həmin qızın mobil telefonundan ona mesaj göndərmişdir. Hazırda həmin mesajla onun nə demək istəməsi yadından çıxıb. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun adlar bölməsində“İlkin bro” olaraq qeyd edilmiş Türkiyə mobil operatoruna aid +**********29 saylı mobil telefon nömrəsinə 23.07.2018-ci il tarixdə, saat 22:17-də vatsap proqramında özünün göndərdiyi “Oğraş gədəsən, ə yox sən öl, hələ indi gedirəm, hələ indi çatıram dayımgilə. Görüm nəyi var kakıdan-patıdan. Ata, sənə qardaşın bir söz desin da, nə olar ki, mən ora gəlmək istəyirəm gəlməyinə, mənim pulum düzəlir, az düzəlir da, çox az düzəlir. Mənim ora gəlməyimə rasxodum-zadım çox uzun çəkər. Gəl səninlə iş görək da nə olar ki, Prosto padrobnu da heç kim bilməsin, sən bil, mən bilim da. Onu ordan sən özün mənim kimi bura mənə şey eliyə bilmərsən onu, göndərə bilmərsən? İş görə bilmərik belə? Sən də qazan da yetimçə, nə vaxta qədər qızıl əridəcəksən? eliyə bilmərsən hə?məzmunlumesajla bağlı bildirmişdir ki, həmin mesajla Türkiyədə yaşayan dostu İlkinə ekstazi psixotrop maddəsi göndərməsini, özünün isə Azərbaycanda satıb qazancı aralarında bölməyi təklif etmiş, lakin İlkin onun bu təklifini qəbul etməmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilətelefonun “adlar” bölməsində adı “İlkin bro” olaraq qeyd edilmiş Türkiyə mobil operatoruna aid +**********29 saylı mobil telefon nömrəsinə 23.07.2018-ci il tarixdə, saat 22:22-dəvatsap proqramında onun tərəfindən göndərilən “Sabahdan işə başlayım deyəndə ki, xeyiri nə olacaq olacaq da, aramızda olacaq. Bambılısan? Orda mən Günayla danışmışam, Günaynan sivyazdayam, Günayın adamı var. Danışacam, yüz dənənin pulunu verəcəm, 300 dənə 400 dənə alacam başa düşdün? Onu bir dənə oradan bura göndərmək lazımdır. Burda da onun bütün proseslərini mən aparıram başa düşdün? Mən ordan sənə hər partiyada sənin xeyirini göndərirəm da, sən narahat olma da mən nə qədər götürsəm, sən də o qədər götürəcəksən” məzmunlu mesajla bağlı bildirmişdir ki,Günay azərbaycanlıdır, lakin Türkiyədə yaşayır, soyadını və ya atasının adını bilmir. O, da psixotrop maddələri tapan adamlarla yaxın olduğundan 300-400 dənə ekstazi psixotrop maddəsi təşkil etməsini ona təklif etmiş, lakin onların bu söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun “adlar” bölməsində adı “İlkin bro” olaraq qeyd edilmiş Türkiyə mobil operatoruna aid +**********29 saylı mobil telefon nömrəsinə 10.08.2018-ci il tarixdə, saat 22:53-dəvatsap proqramında onun tərəfindən göndərilən“Yox ee tökülüb elə padpres, 140 manatdır e padpres, petinin şor motalıdır e, camaat acından ölür. 140 manat kimdir ona verən” məzmunlumesajla bağlı bildirmişdir ki, “Padpres” dedikdə metamfetamin psixotrop maddəsini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi ilə telefonun adlar bölməsində adı “X48”, mobil nömrəsi isə +**********98 olaraq qeyd edilmiş şəxsdən 17.11.2018-ci il tarixdə, saat 15:41-dəvatsap proqramındaona göndərilən “Qaqa salam aleykum. Necəsən? Nə var-nə yox? Qardaş yanımdadır, imkan varsa, səndə indi internet yoxdur görürüəm, imkan varsa bir dənə əlaqə saxlayaq danışaq, danışaq deyəndə danışdıq dedi da elə bil ki, 8 dənədən da yəni ki, düymənin bir dənəsini 8 dənədən. Deyir yəni ki, nə idisə keçən dəfə qarantiyasını verirəm ki, ondan da normalnıy olacaq. İçindən 1 dənə 2 dənə pis söhbəti ola bilməz da. Deyir da, deyir ki, yəni bəyənməzsə dala qaytara da bilər, problem yoxdur” məzmunlu, sizdən isə həmin şəxsə “Qaqa sənin qadanı alaram. Prosto ona denə ki, o ondan olsun a bayquşdan olsun. sarı şey, o halli deyvidson , meymun-zad, elə şeylər verməsin başa düşdün? Yumru, ürək, prostoy şeylər verməsin. İmenna ondan olsun da başa düşdün? Başqa şey olsa yəni mən çox ziyan eliyərəm. Başa düşdün nətəri? Onun üçün burda fərqi olmaya bilər, amma mənim üçün orda çox fərqi var” məzmunlu mesajla bağlı göstərmişdir ki, telefonunun adlar bölməsində adı “X48”, mobil nömrəsi isə +**********98 olaraq qeyd edilmiş şəxs onun Türkiyədə yaşayan Şahin adlı dostumun dostu idi, aralarında yaxın dostluq münasibətləri olmamışdır. Ekstazi psixotrop maddəsi alacağından kimin daha ucuz qiymətə satacağı ilə maraqlanmış, Şahin adlı dostunun tanışı Fərid isə 1 ədədinin qiymətini 8 türk lirəsinə verəcəyini demiş, bu mesajlarda da söhbət ekstazinin qiymətindən getmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid5 ifadəsində Ruslan və Rafaelin onun yanında narkotik vasitələrin Türkiyədən gətirilməsi ilə bağlı heç bir söhbət etmədiklərini göstərməklə, məhkəməyədək verdiyi ifadəsini qeyd olunan xüsusatla bağlı hissədə təsdiq etmədiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı Şahid5 şahid qismində verdiyi ifadəsində “...Hər dəfə onlara qeyd edilən maddələrdən lazım olduqda Rafael onlara həmin maddələri təşkil etmişdir. Həmin narkotik vasitələrin hansı lazım olurdusa Türkiyə Respublikasının mobil operatoruna məxsus +**********81 saylı mobil nömrədən “whatsap” proqramından onlara bir hesab nömrəsi verilmiş, Rafael həmin hesab nömrəsinə pul ödəmiş, sonra qeyd edilən narkotik vasitə və ya psixotrop maddənin harada olması barədə məlumat verilmiş, Rafael də onların dedikləri yerdən gedib həmin maddələri qəbul etmişdir. X15 getməmişdən təxminən 2-3 gün qabaq Rafael işlədiyi telefon dükanına gəlib Təqsirləndirilən şəxs2 dəfələrlə “Qara” ilə Türkiyədən ağzında, ayaqqabısında ekstazi psixotrop maddəsi gətirdiyini və Bakıda satışını həyata keçirdiyini və yaxşı pul qazandığını bildirmiş, Rafael həmçinin ekstazi psixotrop maddəsini həm tozsoranın, həm də tosterin içərisində gətirdiyini və Azərbaycanda satışını həyata keçirdiyini bildirmişdir. Odur ki, Ruslana 2000- 3000 ABŞ dolları pul tapmasını və birlikdə gedib Türkiyədən ekstazi dərmanı gətirib Bakıda satışını həyata keçirmələrini təklif etmiş, Sənan həmin vaxt Rafaelə nə üçün Ruslana belə bir təklif etdiyini irad tutmuş, ilk əvvəl Ruslan razılaşmasa da, sonradan Rafaelə “əgər yataq örtüyü dəstlərini aldıqdan sonra əlavə pulumuz qalsa ekstazi də alıb gətirərik” deyə cavab vermişdir. X27 yataq örtüyü dəsti də gətirib satmaq istəmişdir,...” göstərmişdir. Bundan başqa ifadəsində göstərmişdir: “...X46 Ruslanla görüşməyə getmiş, sonradan Rafael və Ruslanın tozsoranın içərisində ölkə ərazisinə ekstazi psixotrop maddəsi yolladıqlarını, Rafael, Ağalar və Ruslanın onu qəbul etmək üçün Avtovağzala gedəndə Rafaellə Ağaların tutulduğunu, Ruslanın da Rafaellə Ağaların tutulduğunu görüb qaçdığını eşitmişdir. Təqsirləndirilən şəxs2 2 ədəd mobil telefon nömrəsi istifadə etmiş, onlardan biri ***-***-**-**, digəri isə ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Asəf dediyi şəxs Təqsirləndirilən şəxs4dur, Ruslanın dostudur, onu Ruslanın yanında görüb tanımışdır. Onunla arasında heç bir yaxın münasibətləri yoxdur. Qara dediyi şəxs Rafaellə birlikdə Türkiyədən ekstazi psixotrop maddələri gətirib Azərbaycanda satan şəxsdir, bunu ona Rafael demişdir. Qaranın özü də narkotik vasitələrin aludəçisidir. Təqsirləndirilən şəxs3 adlı şəxsi tanıyır, belə ki, həmin şəxsi bir neçə dəfə Rafaelin yanında görmüşdür, onunla arasında yaxın münasibətləri yoxdur...” Həmçinin məhkəməyədək icraat zamanı Şahid5 Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilərkən “whatsapp” proqramında ona məxsus mobil nömrədən gedən “pati istəyir Gunay, nece vaxti mende qoymuram deye” məzmunlu, sonra ona cavab olaraq gələn “boba kimi dincələy” məzmunlu, yenidən ondan gedən “yoxumdu sen ol, o pul isteyecey, senol, var yoxunu s**im yene de deyerem ozune” məzmunlu, yenidən ona səsli olaraq gələn “yox e bizdə var ömrüm-günüm, bizdə var ee sənin üçün gətirmişəm, 10 dənə, xəstə” məzmunlu mesajlarla bağlı bildirmişdir ki, mesajlarda “Pati” dedikdə “şüşə” deyilən və əsl adı metamfetamin olan narkotik vasitəni nəzərdə tutmuş, mesajı Ruslanla Rafaelə yazmışdır. Günay həmin narkotik vasitədən istifadə etdiyi üçün ona müraciət edərək həmin narkotik vasitədən tapmasını xahiş etmiş, çünki bir-iki dəfə onunla birlikdə lirika psixotrop maddəsindən istifadə etmişdir. Ruslanla Rafaelə tapa bilirlərsə Gunaya onlarla əlaqə saxlayıb pulunu verib alması üçün demək üçün müraciət etmişdir. Gunay “İnfiniti” adlı barda olmuş və pul qarşılığında intim xidmət göstərmiş, yəni kimə lazım olduqda gəlib onu aparmış və o, pul qarşılığında intim xidmət göstərmişdir. Hazırda onunla heç bir əlaqəsi yoxdur və onun mobil nömrəsini silmişdir. Rafael həmin vaxt Günayı özü ilə gətirməsi və birlikdə “pati” istifadə etmək və həmin qızla cinsi əlaqədə olsun deyə ona müraciət etmişdir. Günayın isə Rafaeldən xoşu gəlməmiş, ona görə də ona elə mesaj yazmışdır. Sonradan Ruslan ona səsli mesajla 10 dənə ekstazi gətirdikləri barədə mesaj göndərmişdir. Şahid5 “whatsapp” proqramında ona gələn “esitsen tekem evde mama da sabah gelecek yanimda pati goturrem birazdan deyirem belke pipetkanin siftesini eliyey soz vermisem de senzis elemiyecem” məzmunlu mesajla bağlı bildirmişdir ki, Rafaelin bir dənə pipetkası olmuş, o “şüşəni”, yəni kristalik şəkildə olan metamfetamin maddəsini həmin pipetkada yandırıb istifadə etmiş, ona da pipetkada istifadə etməyi təklif etmişdir. Razılaşmaya əsasən o, Günay, Rafael və Ruslan birlikdə Rafaelgildə görüşməli və birlikdə metamfetamin maddəsindən istifadə etməli olmuşlar. Şahid5 “whatsapp” proqramında ona Təqsirləndirilən şəxs1 daxil olan həb şəkli ilə bağlı bildirmişdir ki, həmin həb şəklini X28 göndərmiş, Ruslanın “whatsapp” proqramı olmadığından onun telefonundan istifadə etmişdir. Həmin şəkildə olan həbin nə olduğunu, Asəfin nə üçün Təqsirləndirilən şəxs2 belə bir həb şəkli göndərməsinin səbəbini bilmir. Şahid5 vatsap proqramında onun mobil nömrəsindən Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsinə “whatsapp” proqramında “Bakcell” operatoruna məxsus ***-***-**-** saylı nömrənin şəklinin göndərilməsi ilə bağlı bildirmişdir ki, Rafael ona Ruslanın da Türkiyədə vatsapı olsun deyə dükanda satdıqları mobil nömrəni telefona salıb aktiv etməsini və vatsap açaraq kodunu ona göndərməsini bildirdiyindən həmin mobil nömrəni aktivləşdirməyini və whatsapp-da qeydiyyatdan keçərək gələn kodu Rafaelə göndərməyini bildirmiş, odur ki, Ruslan da vhatsap proqramından istifadə etməyə başlamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şahid5 məhkəməyədək icraat zamanı verdiyi göstərilən məzmunlu ifadələrini daha inandırıcı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edir. Bundan başqa məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsindən müəyyən olunmuşdur ki, “...Ağalar ona X6 psixotrop dərmanlar gətirib Bakıda satışını həyata keçirdiklərini demiş, eşitdiyinə görə Samir Türkiyədən müxtəlif əşyaların içərisində ekstazi və ya lirika adlı psixotrop dərmanlar gətirmiş, Samir isə onların Bakı şəhərində satışını həyata keçirmişdir...” “...Sonradan Ağalar ona Samirin həmin gəncəli uşaqlardan pul aldığını, Türkiyədən ekstazi dərmanları gətizdirdiyini, Bakı şəhərində satışını həyata keçirdikdən sonra onlara da oradan pay verdiyini danışmışdır...” “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onların törətdikləri cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyətləri nəzərə alınaraq barələrində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hаl müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hаldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hаl müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 06.08.2019-cu il tarixli məktubundan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 tərəfindən cərimə cəzası tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmadığından Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivinin mövcud olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, “Epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusu” kimi psixi pozuntudan əziyyət çəkməklə əməlinin Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsi, ikinci qrup əlil olması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hаl yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 onlara təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarından müəyyən olunur ki, 28 noyabr 2018-ci il tarixdə Fərazi Rəfael Sahib oğlu və Təqsirləndirilən şəxs3, 29 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2, 27 fevral 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı ilə Fərazi Rəfael Sahib oğlunun barəsində həbsetmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 mart 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.06.2019-cu il tarixədək, həmin məhkəmənin 27 iyun 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.09.2019-cu il tarixədək, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.12.2019-cu il tarixədək uzadılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarı ilə Fərazi Rəfael Sahib oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, “ev dustaqlığında” saxlanma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni 28 dekabr 2019-cu il tarixədək hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 27 fevral 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 27 iyun 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27.09.2019-cu il tarixədək, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 27.12.2019-cu il tarixədək uzadılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 mart 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.06.2019-cu il tarixədək uzadılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 28 noyabr 2018-ci il tarixdən hesablanmaqla 28.06.2019-cu il tarixədək uzadılmış “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, həmin məhkəmənin 27 iyun 2019cu il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 28.09.2019-cu il tarixədək, həmin məhkəmənin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 28.12.2019-cu il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 29 noyabr 2018-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 28 mart 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti 28.06.2019-cu il tarixədək uzadılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş, həmin məhkəmənin 25 sentyabr 2019cu il tarixli qərarı ilə onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 28.12.2019-cu il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət (158.2.1) və ev dustaqlığında saxlanıldığı müddət (158.2.2.) həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra sayı 962 ədəd təşkil edən MDMA psixotrop maddəsi məhv edilməli, həmin psixotrop maddənin aşkar edildiyi “Fantom” markalı tozsoran sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 götürülmüş “İphone”, Təqsirləndirilən şəxs3 götürülmüş “Samsung” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 164,7 (bir yüz altmış dörd manat yetmiş qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 oğlu təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 28 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 29 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 27 fevral 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 206.3.2-ci maddəsilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 28 noyabr 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra sayı 962 ədəd təşkil edən MDMA psixotrop maddəsi məhv edilsin. Həmin psixotrop maddənin aşkar edildiyi “Fantom” markalı tozsoran sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs1 götürülmüş “İphone”, Təqsirləndirilən şəxs3 götürülmüş “Samsung” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 164,7 (bir yüz altmış dörd manat yetmiş qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxslər isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar