Məhkəmə qərarları › İş №1(100)-13/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-13/2022

19.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-13/2022 19.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X26, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1978-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə, xx xxxxxx 1985-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə və xx xxx 1994-cü ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda qeydiyyatda olan və həmin ünvanda yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə Tovuz rayonu, Qovlar şəhərindən mobil telefon vasitəsilə əlaqə saxlayıb Türkiyə Respublikasının Bursa şəhərində olan tikiş sexlərinin birində yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra bütün yol xərclərini ödəyərək onu 11 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 16 dekabr 2016-cı il tarixdən 06 yanvar 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etmək yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə digər şəxslə və qardaşı X10 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2017-ci ilin yanvar ayının sonlarında Gəncə şəhəri, Kəpəz rayonu ərazisində ünvanı istintaqla araşdırılan kirayə götürdüyü mənzildə Zərərçəkmiş şəxs1 onun 16 dekabr 2016-cı il tarixdən 06 yanvar 2017-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Bursa şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb onu rüsvay edəcəyi ilə hədə-qorxu gələrək həmin məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra qrupun digər üzvü Rəşad Qəhrəmanovla birlikdə bütün yol xərclərini ödəyərək onu 30 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportunu götürüb saxlamaqla Rəşad Qəhrəmanovla birlikdə 01 fevral 2017ci il tarixdən 27 aprel 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə qadını tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə digər şəxslə və qardaşı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 06 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası ərazisindən Türkiyə Respublikası istiqamətində olmaqla Qazax rayonunun naməlum ərazisində hərəkətdə olan istintaqa məlum olmayan nəqliyyat vasitəsində Zərərçəkmiş şəxs2 maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən suiistifadə edərək onu Türkiyə Respublikasında olan tekstil fabriklərindən birində yüksək məvacibli işə düzəldəcəyinə dair yalan vəd verib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə onu 06 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Bursa şəhərinə aparıb orada kirayə götürdüyü mənzildə yerləşdirərək 10 yanvar 2019-cu il tarixdən 03 fevral 2019-cu il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2la birlikdə həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxslər və şahid ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2005-2006cı il tarixlərdən etibarən Türkiyə Respublikasına gedib gəlmişdir. Ora ucuz qiymətə gəlinlik üçün bəzək əşyalarını alıb gətirib Azərbaycanda satmaq üçün gedib gəlmiş, bu yolla o maddi sıxıntıdan yaxa qurtarmış, maddi durumunu bir qədər yaxşılaşdırmaq üçün Türkiyə müxtəlif kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuş, bacısı Yeganə Qəhrəmanova da demək olar ki, ondan az müddət sonra Türkiyəyə gedib gəlməyə başlamış, həmin vaxtlar Yeganə qab-qacaq alveri ilə məşğul olmuşdur. Qardaşı Rəşad isə 2-3 dəfə Türkiyəyə gedib gəlmiş, Rəşad da orada ofisiant kimi restoranda işləmişdir. Sonralar bacısı X24 şəhərində ailə həyatı qurub orada qaldığı üçün qardaşı və o Bursaya gedəndə Yeganəgildə qalmış, Yeganənin əri əslən azərbaycanlı olsa da Türkiyə Respublikasında yaşayır və hazırkı dövrədək orada ticarətlə məşğul olmuşdur. O, 2010-cu ildə Gəncə şəhərində «Pasyolka» deyilən ərazidə kirayədə yaşayan zaman Zərərçəkmiş şəxs1 adlı qadınla tanış olmuşdur. Aralarında münasibət yarandığından Günay ilə rəfiqəlik etməyə başlamış, Günay onunla qonşuluqda yaşamışdır. 2016-cı ildə Günayla arasında olan söhbət zamanı Günay onun Türkiyə Respublikasının Bursa şəhərinə gedib orada pul qarşılığında müştərilərlə cinsi əlaqədə olduğunu bildikdə Günay ona bildirmişdir ki, maddi vəziyyəti pisdir, onu da özü ilə birlikdə Türkiyə Respublikasına aparıb orada müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmağını təşkil etsin. Günayla yaxın rəfiqə olduğu üçün o Günay ilə razılaşaraq Günayı özü ilə Türkiyə Respublikasına aparmaq qərarına gəlmişdir. 10 dekabr 2016-cı il tarixdə Günay onun Tovuz rayonunda yaşadığı evə gəlmiş və növbəti gün yəni 11 dekabr 2016-cı il tarixdə onlar birlikdə Tovuz rayonundan keçən Bakı-Bursa avtobusuna minərək Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Həmin müddət ərzində onlar müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmuş, onlar müştərilərlə müxtəlif ünvanlara getmiş, həmin müştərilər əksər vaxtlarda onun tanışları olmuşdur. Müştərilərdən aldıqları pullarla kirayə ev tutmaq qərarına gəlmiş və elə Bursa şəhərində bacısı ilə qonşuluqda yerləşən bir mənzili kirayə tutub orada qalmışlar. Onlar orada gün ərzində təxminən 5-6 nəfər kişi müştəriləri ilə görüşüb pul qarşılığında cinsi əlaqədə olmuş, həmin müştərilər onlara 100 türk lirəsi pul vermişdir. Qazandıqları pullarla qaldıqları mənzilin kirayə pulunu, işıq pulunu və digər kommunal xərcləri birlikdə ödəmiş, beləliklə, onlar orada 1 ay qaldıqdan sonra vizalarının vaxtı bitdiyi üçün Gəncə şəhərinə qayıtmışlar. Sonra onlar yenidən Türkiyə Respublikasına getmək barədə razılaşmış, belə ki, 30 yanvar 2017-ci il tarixdə yenidən birlikdə Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Onlar yenə orada əvvəlki qaydada müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmuş, bu dəfə də onlar əvvəlki gedişlərində kirayə tutduqları evdə qalmış, Günay orada təxminən 2 ay qaldıqdan sonra Azərbaycana, ailəsinin yanına qayıtmaq istədiyini deyərək Azərbayacana yola düşmüş, o, isə orada qalmışdır. Bundan sonra onların heç bir əlaqələri olmamışdır. O, Günayı heç nəyə məcbur etməmiş, Günayın pasportunu əlindən almamış nə də Günayın kişilərlə görüşüb cinsi əlaqədə olmasından heç bir gəlir əldə etməmişdir. O, 6 yanvar 2019-cu il tarixdə Türkiyə Respublikasına gedərkən yolda Gəncə şəhərindən tanıdığı Şahid ilə qarşılaşmış, Mehriban Ələkbərovanın yanında bir nəfər qadın da olmuş, həmin qadınlarla söhbət etdiyi zaman Mehribanın yanında olan qadının adının Zərərçəkmiş şəxs2 olduğunu bilmişdir. Onlar yolda restoranda birlikdə oturub yemək yemişlər. Lakin sonra Mehriban Ələkbərova və Zərərçəkmiş şəxs2 Türkiyənin başqa şəhərinə çıxıb getmiş, o isə Bursa şəhərinə getmişdir. Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir münasibət yaranmamış və onun bir daha Zərərçəkmiş şəxs2 ilə heç bir əlaqəsi olmamışdır. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinsi istismar etməmiş nə də belə fikri də olmamışdır. Günay onunıa birlikdə orada fahişəliklə məşğul olub qazanc əldə etmiş, Təhminəni isə o ümumiyyətlə özü ilə Bursa şəhərinə aparmamış, yolda onlar ayrılmış, Təhminə başqa şəhərə o isə Bursa şəhərinə getmişdir. Qardaşları Arzu və Rəşadın bu işlərdən xəbəri olmamış, onların bu işlərə heç bir aidiyyatı olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, X6 və X11 onun bacıları, Rəşad Qəhrəmanov və Məcid Qəhərmanov isə qardaşlarıdır. Bacısı Arzu təxminən 2005-2006-cı illərdən Türkiyə Respublikasına işləmək üçün gedib gəlmiş, o, bacısının Türkiyə Respublikasında nə işlə məşğul olmasından məlumatlı olmamış, Türkiyə Respublikasında nə işlə məşğul olması barədə Arzudan heç nə soruşmamışdır. Onun özü bir dəfə Türkiyə Respublikasına işləmək üçün bacısı Arzu ilə birlikdə xx.xx.2019-cu il tarixdə getsə də orada bacısı ilə birlikdə qalmamışdır. Onlar Türkiyəyə getdiyi zaman onların yanında heç kim olmamış, ancaq ikisi birlikdə getmişdir. O, Türkiyədə iş tapmaq üçün tanışı Mahir adlı şəxsin yanına getmiş, ora getdikdən sonra elə Mahirlə birlikdə qalmışdır. Türkiyədə fermada fəhləliklə məşğul olmuşdur. Orada qaldığı müddətdə heç vaxt bacıları Arzu və Yeganənin yanına getməmiş, bacılarının nə işlə məşğul olmalarından məlumatı olmamışdır. O, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağrıldıqdan sonra bacısı Arzunun Türkiyə Respublikasında qadınları cinsi istismar etdiyini bilmişdir. Həmin zamana qədər bacısının hansı işlə məşğul olmasından məlumatı olmamışdır. Onun özü Aruzdan ayrı yaşamışdır. O, Zərərçəkmiş şəxs2 adlı qadını tanımamış, həmin qadınla onun heç vaxt əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 heç vaxt görməmişdir. Həmçinin o kiminsə cinsi istismar edilməsində iştirak etməmişdir. Onun bu barədə dedikləri böhtandır nə üçün elə ifadə verməsinin səbəbini deyə bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X20, X6 və X12 onun bacıları, Təqsirləndirilən şəxs2 və Məcid Qəhrəmanov isə qardaşları olmuş, bacısı Arzu təxminən 2005-2006-cı illərdən Türkiyə Respublikasına gedib gəlmişdir. O, Arzunun Türkiyə Respublikasında uşaq baxıcısı kimi işlədiyini bilmiş, onun özü də dəfələrlə Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasında bacısı Arzu və Yeganədən ayrı yaşamışdır. Özü ayrıca kirayə ev tutub yaşayıb orada restoranlarda xidmətçi kimi işləmişdir. Arzu barəsində cinayət işi başlanılıqdan sonra o Arzunun hansı işlə məşğul olması barədə məlumatı olmuş, həmin zamana qədər bacısının hansı işlə məşğul olmasından məlumatlı olmamışdır. Onun özü də Aruzdan ayrı yaşamışdır. O, Zərərçəkmiş şəxs1 adlı qadını tanımamış və Günayla əlaqəsi olmamışdır. Həmçinin o kiminsə cinsi istismar edilməsindən məlumatlı olmamışdır. İstintaq zamanı “İAMAS-dan əldə edilmiş məlumatdan məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdə saat 18:45-də Şıxlı nəzarətburaxılış məntəqəsindən keçərək Respublika ərazisini tərk etmiş, eyni zamanda xx.xx.2020-ci il tarixli baxış protokolundan məlum olmuşdur ki, həmin tarixdə yəni xx.xx.2017-ci il tarixdə saat 18:52-də Arzu və Zərərçəkmiş şəxs1 Şıxlı nəzarət buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisini tərk etmişdir. Günay adlı qadını tanımadığını, həmin qadının onlarla birlikdə eyni avtobusda getmə ehtimalının olduğunu bildirmişdir. O kiminsə cinsi istismar edilməsində iştirak etməmişdir. Onun bu barədə dedikləri böhtandır nə üçün elə ifadə verməsinin səbəbini deyə bilməz. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2010-cu ildə Gəncə şəhərində «Pasyolka» deyilən ərazidə kirayə evdə yaşayan zaman Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, Arzunun özü də onunla qonşuluqda yaşamışdır. Arzu ilə aralarında yaxın münasibət yaranmışdır. Əlaqə saxlamaq üçün bir-birilərinə mobil telefon nömrələrini vermişlər. Hazırda o öz nömrəsini də Arzunun istifadə etdiyi mobil nömrəni də unutmuş, tanışlıqdan sonra Arzu mütəmadi olaraq onunla əlaqə saxlayıb görüşmüşdür. 2016-cı ildə o Tovuz rayonunun Qovlar şəhərində yerləşən «Cim Bom» adlı çay evində ofisiant işləmiş, orada işlədiyi vaxt ayda bir-iki dəfə Balakənə evinə getmişdir. Günlərin birində o Balakənə evə gedərkən avtobusda Arzu ilə yenidən rastlaşmış və həmin vaxt onlar yenə də köhnə əlaqələrini bərpa etmişlər. Beləliklə onlar münasibətlərini bərpa etdikdən sonra yenidən əlaqə saxlamağa başlamış, belə ki, o Arzu ilə yol gedərkən Arzuya ofisiant işlədiyini, maddi imkanının aşağı olduğunu, sıxıntı içərisində olduğunu bildirmişdir. Balakənə yaşadığı evə çatdıqdan sonra Arzu onunla əlaqə saxlamış və yolda danışdığı söhbətlərdən çox təsirləndiyini bildirib ona normal iş tapmaqda köməklik edəcəyini bildirmişdir. Onların bu söhbəti 2016-cı ilin dekabr ayının əvvəllərinə təsadüf etmiş, o Arzu ilə evindən danışarkən Arzuya bir neçə banka kredit borcunun olduğunu, həmin borcları ödəyə bilmədiyini bildirmişdir. Arzu ona Türkiyə Respublikasının Bursa şəhərinə gedib-gəldiyini, orada tekstil fabrikində işlədiyini, yaxşı qazancının olduğunu onu da orada yüksək gəlirli işə düzəldə biləcəyini qeyd etmişdir. O, bu təklifin onun üçün çıxış yolu olduğunu, axır ki maddi sıxıntılardan qurtara biləcəyini, Arzunun düzəldəcəyi işdə işləyib bütün maddi ehtiyaclarını ödəyə biləcəyini düşünərək Arzu ilə razılaşmışdır. Arzu ona bildirmişdir ki, yol xərclərini, biletin alınmasını özü təşkil edəcək. 11 dekabr 2016-cı il tarixdə Türkiyə Respublikasına gedəcəkləri barədə razılaşmışlar. 10 dekabr 2016-cı il tarixdə taksi ilə Arzunun yaşadığı evə, yəni Tovuz rayonu, Qovlar şəhəri, Nizami küçəsində yerləşən evinə getmiş, onlar həmin gün yola çıxmağa hazırlaşmış və 11 dekabr 2016-cı il tarixdə Tovuz rayonundan Bakı-Bursa avtobusuna minərək Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Təxminən 2 gün sonra, yəni 13 dekabr 2016-cı il tarixdə Bursa şəhərinə çatmıdşırlar. Orada Arzunun bacısı Yeganə Qəhrəmanova onları qarşılamış və yaşadığı evə aparmışdır. Bir gün Yeganənin evində qaldıqdan sonra Yeganə ilə qonşuluqda yerləşən mənzili Arzu kirayə tutmuş və onlar həmin evə yerləşmişdir. İki-üç gündən sonra Arzu söhbət zamanı ona bildirmişdir ki, Azərbaycanda ona düzəldəcəyi işin əsl mahiyyəti barədə yalan söyləyib, tekstil işi yalandır, Türkiyədə ancaq onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün müştərilərinə təqdim edə biləcəyini bildirib ona razılaşmaq məcburiyyətində olduğunu demişdir. O, Arzuya etiraz etmiş və bura tekstil fabrikində işləməyə gəldiyini bildirmişdir. Lakin Arzu ona demişdir ki, burada dediklərini etməsə onu yaşadığı yerdə rüsvay edəcəyini və ailəsinə onun burada əxlaqsız həyat tərzi sürəcəyi barədə deyəcək. O Arzu ilə mübahisə etmiş və Arzunun dediklərini etməkdən imtina etmişdir. Arzu onu nalayiq sözlərlə təhqir edib bura gəlməyi üçün çoxlu pul xərclədiyini, o pulları işləyib qaytardıqdan sonra gedə biləcəyini bildirmişdir. O, məcbur olub Arzunun dedikləri ilə razılaşmış, çünki Arzunun orada çoxlu tanışları olmuş, o isə orada heç kimi tanımamışdır. Arzu onu bir ay müddətində yanında saxlamış, həmin vaxt Arzu onu gün ərzində 15-20 dəfə nəzarəti altında kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Müştərilərdən pulu Arzu özü almışdır. Bundan başqa Yeganə Qəhrəmanova da onu mütəmadi olaraq öz tanıdığı müştərilərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Arzunun qardaşı Rəşad onu Arzunun müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim edərək pul almışdır. 06 yanvar 2017-ci il tarixədək Arzu onu müştərilərlə görüşdürmüş, 07 yanvar 2017-ci il tarixdə Arzu ilə birlikdə geri Gəncə şəhərinə qayıtmışdır. 20 gün evdə qaldıqdan sonra Arzu ona zəng edib birlikdə Türkiyə Respublikasının Bursa şəhərinə gedəcəklərini bildirmiş, getməyəcəyi halda onu hədələyərək ailəsinə və ona problemlər yaradacağını qeyd etmişdir. Azərbaycana qayıdanda Arzu ona pul verməmişdir. O, həmin vaxtlar Tovuz rayonunda ofisiant işlədiyi işdən çıxdığı üçün və pulu olmadığına görə məcbur olub Arzunun Gəncə şəhəri Kəpəz rayonu ərazisində yerləşən kirayə evində qalsın, Arzunun yanında qalan vaxtları Arzu onu məcbur etmişdir ki, yenidən Türkiyəyə getsin. Sonda Arzunun hədələri onu təklifi ilə razlaşmağa məcbur etmişdir. Beləliklə 30 yanvar 2017-ci il tarixdə onlar yenidən Tovuza gedib oradan Türkiyə Respublikasının Bursa şəhərinə getmişlər. Onlar orada yenidən kirayə evdə qalmış, Arzu onu əvvəlki qaydada müştərilərinə cinsi əlaqədə olmaq üçün təqdim etməyə başlamışdır. Təxminən 3 ay orada qalmışdır. Arzu onu gün ərzində 10-15 nəfər kişi müştəriləri ilə cinsi əlaqədə olmağım üçün görüşməyə məcbur etmişlər. Orada olan zaman müştərilərə onu Arzunun qardaşı Rəşad da təqdim etmişdir. Müştərilərdən alınan pulları onlar bacısı olan Arzuya çatdırmışlar. Müştərilərdən alınan pulların hamısı Arzuda olmuş, ona isə pulun az bir hissəsini verilmişdir. Orda olan zaman Arzu onun pasportunu əlindən alıb özündə saxlamışdır. Bunun səbəbini soruşduqda onu qeydiyyata salacağını bildirsə də, sonradan onun qaçacağını düşündüyü üçün özündə saxlamışdır. Təxminən 3 ay o Arzunun yanında qalmış, o, Arzunun yanından çıxıb getmək istəsə də Arzu onu buraxmayaraq valideynlərinə bu barədə məlumat verəcəyi ilə hədələmişdir. Bütün baş verənlər onu çox narahat etmiş, artıq səhhətində problemlər yaranmışdır. 27 aprel 2017-ci il tarixədək Arzu onu cinsi əlaqədə olmaq üçün müştərilərinə göndərmişdir. 27 aprel 2017-ci il tarixdə Arzunun yanından qaçaraq 28 aprel 2017-ci il tarixdə Azərbaycana keçmiş, ailəsinin, qohumlarının biləcəyindən qorxduğu üçün başına gələnlər barədə heç kimə bir söz deyə bilməmişdir. Lakin internet vasitəsi ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin internet səhifəsində insan alverindən zərərçəkmiş şəxslər haqqında hər şeyin gizli saxlanıldığını bilib ərizə ilə müraciət etmək qərarına gəlmiş və 12 mart 2020-ci il tarixdə ərizə ilə həmin idarəyə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2015-ci ildən başlayaraq fasilələrlə müxtəlif vaxtlarda Türkiyə Respublikasına gedib-gəlmiş, xırda ticarətlə məşğul olmuş, həmçinin Türkiyədə olarkən orada fabrikdə və müxtəlif kənd təsərrüfatı işlərində işləmişdir. 2018-ci ilin sonunda o işləmədiyi üçün maddi durumu pisləşmiş, buna görə qərara gəlmişdir ki, Türkiyə Respublikasına işləməyə getsin. Beləliklə işləmək məqsədi ilə 6 yanvar 2019-cu il tarixdə o Türkiyəyə yola düşmüş, avtobusda Arzu və Mehriban adlı qadınlarla tanış olmuşdur. Söhbət əsnasında Arzu bildirmişdir ki, Tovuz rayonunda yaşayır. Mehriban əslən Gəncə şəhərindən olsa da Sumqayıt şəhərində yaşamış, yol boyu söhbət edərkən o Arzuya maddi vəziyyətinin çətin olduğunu, bir neçə banka kredit borcumun olduğunu, həmin kredit borcunu ödəyə bilmədiyini, bu səbəbdən özünə iş axtardığını və bunun üçün Türkiyə Respbulikasına getdiyini bildirdikdən sonra Arzu ona Türkiyə Respublikasının Bursa şəhərinə gedib-gəldiyini, orada tekstil fabrikində işlədiyini və onu da həmin fabrikə yaxşı məvacibi olan işə düzəldəcəyini qeyt etmişdir. O, Arzunun təklifini qəbul edib razılaşdıqdan sonra elə Arzu ilə birlikdə Bursa şəhərinə getmişdir. Təxminən bir gündən sonra onlar Bursa şəhərinə çatdıqda Arzu onu yaşadığı evə aparıb orada yerləşdirmiş, Mehriban isə başqa bir ünvana getmişdir. O, Arzunun və Mehribanın həmin vaxtlar hansı mobil telefon nömrəsini işlətdiklərini xatırlmamaışdır. Beləliklə, iki-üç gündən sonra Arzu söhbət zamanı ona Bursada nəzarəti altında dəvət etdiyi kişilərlə pul qarşılığında cinsi əlaqədə olacağını dedikdə o Arzuya etiraz etmiş və bura intim xidmət göstərməyə deyil, normal bir işdə işləmək üçün gəldiyini bildirmişdir. Arzu ona demişdir ki, burada dediklərini etmədiyi halda onun ailəsini tapıb onlara onun Türkiyədə qazanc əldə etmək üçün kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olduğunu deyəcək. Həmin vaxt Arzunun evində ondan başqa qardaşı Azər və onun tanımadığı başqa bir qadın da olmuşdur. Həmin qadın Arzu və qardaşı Azər tərəfindən cinsi istismar olunmuş, yəni Arzunun ona bildirdiyi işlə məşğul olmuş, Arzuya pul qazandırmışdır. O, Arzu ilə həmin danışıqlara görə mübahisə etmiş və Arzunun dediklərini etməkdən imtina etmişdir. Arzu onu nalayiq söyüşlərlə təhqir edərək dediklərini etməyi ondan tələb etdikdə o vəziyyətin dözülməz olduğunu, sonradan ailəsi qarşısında rüsvay olacağını, Arzunun əlindən yaxa qurtara bilməyəcəyini düşünüb məcbur olaraq Arzunun dedikləri ilə razılaşmış və Arzudan çəkinməyinin bir səbəbi də Arzunun orada çoxlu tanışlarının olması olmuşdur. Arzu onun pasportunu əlimdən almasa da öz nəzarəti altında saxlamışdır. Təxminən 10 yanvar 2019-cu il tarixdən etibarən Arzu onu cinsi istismar etməyə başlamış, belə ki, Arzu onu pul qarşılığında müxtəlif kişi müştərilərlə cinsi əlaqədə olmaq üçün tanış taksi ilə fərqli ünvanlara apararaq onu müştərilərə təqdim edib müştəridən onunla cinsi əlaqədə olmağa görə pulu alıb həmin taksi ilə geri qayıtmışdır. Arzu onu təxminən bir aya yaxın müddətdə cinsi istismar edərək gün ərzində 5-6 hətta 7-8 dəfə də kişi müştərilərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. Müştərilərdən pulu Arzu özü götürmüş, Arzu olmayan vaxtlar isə müştərilərə onu Arzunun qardaşı Azər aparıb təqdim edərək pulu da özü müştəridən almışdır. Azər müştərilərdən cinsi əlaqədə olmağa görə türk pulu ilə təxminən 100 lirə alsa da həmin puldan ona heç nə verməmişdir. Bundan başqa Arzu onu mütəmadi olaraq öz tanıdığı müştərilərə görüşməyə göndərmiş, təxminən bir ay orada qaldıqdan sonra səhhətində problemlər yarandığı üçün Arzunun yanından çıxıb getmək istədikdə nə edəcəyini bilməmiş, həmin vaxtlarda təsadüfən orada avtobusda tanış olduğu Mehriban adlı qadınla rastlaşmış və Mehribana Arzunun başına nə oyunlar gətirdiyini, buradan çıxıb getmək istədiyini bildirdikdə Mehriban ona köməklik edəcəyini və birlikdə Azərbaycana qayıdacaqlarını bildirmişdir. 03 fevral 2019-cu il tarixdə o Arzu ilə mübahisə etmiş və ona bildirmişdir ki, əgər onu buraxmasa Azərbaycana qayıdanda şikayət edəcək. Həmin vaxt Arzu bir qədər çəkinmiş və onun oradan çıxmağına mane olmamışdır. Həmin gün o Mehribanla Bursada görüşmüş və Mehriban ona yol bileti alınmasına yol xərclərimin ödənilməsinə köməklik etmiş və onlar həmin gün Azərbaycana yola düşərək 04 fevral 2019-cu il tarixdə Azərbaycana gəlmişlər. Həmin vaxt Mehribanın telefonuna zəng gəlmiş və Mehriban telefonla danışdıdan sonra ona xalasının xəstə olduğunu, Gəncə şəhərinə gedəcəyini bildirmişdir. Mehriban Gəncə şəhərində düşmüş və o bundan sonra tək Bakıya qayıtmışdır. O, ailəsinin və qohumlarının biləcəyindən qorxduğu üçün başına gələnlər barədə heç kimə bir söz deyə bilməmişdir. Arzudan başqa onun istismar olunmağında Arzunun qardaşı Azər də iştirak etmişdir. Təqsirləndirilən şəxs1 cinsi istismara məruz qoyduğu qadınlardan o kimisə tanımamış, Arzunun yanında olduğu vaxt Arzu ondan başqa bir qadını da onun kimi istismar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2003-cü ildən müxtəlif vaxtlarda fasilələrlə Türkiyə Respublikasına gedib-gəlmiş, xırda ticarətlə məşğul olmuş, müxtəlif vaxtlarda tekstil fabrikində işləmişdir. 06 yanvar 2019-cu il tarixdə avtobusla Türkiyə Respublikasının Trabzon şəhərinə yola düşdükdə onunla birlikdə avtobusda əvvəllərdən tanıdığı Təqsirləndirilən şəxs1 da getmişdir. O, Arzunu Gəncə şəhərindən tanımış, həmin vaxt isə onlar təsadüfən rastlaşmış və yol yoldaşı olaraq birlikdə yola düşmüşlər. Həmin vaxt avtobusda onlarla bir nəfər Təhminə adlı qadın tanış olaraq onlarla səmimi söhbət etmiş və o Təhminə ilə telefon nömrələrini bir-birinə vermişlər ki, gələcəkdə əlaqə saxlaya bilsinlər. Həmin vaxt Təhminə maddi çətinliyi ilə əlaqədar iş tapmaq üçün Türkiyəyə yola düşdüyünü bildirmiş, Arzu da X18 şəhərində iş tapmaqda köməklik edəcəyini bildirdikdə onlar qərarlaşdırmışlar ki, birlikdə Bursa şəhərinə getsinlər. Trabzona çatanda o Təhminəgil ilə sağollaşıb avtobusdan düşmüş, Təhminəgil isə yola davam etmişlər. Bundan təxminən 20 gün sonra, yanvar ayının sonunda Türkiyə Respublikasının Bursa şəhərində olarkən təsadüfən Təhminə ilə rastlaşmış və Təhminə ona avtobusda tanış olduğu Arzu adlı qadının onu aldadaraq işə düzəldəcəyi adı ilə Bursa şəhərində mütəmadi olaraq pul qarşılığında kişi müştərilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini bildirmiş, Bursadan Azərbaycana necə qayıtmaq lazım olduğunu soruşaraq ondan kömək istəmişdir. Bu zaman o da Təhminəyə köməklik edəcəyini bildirmişdir. Həmin vaxtlar Təhminən pulu olmadığından o Təhminəyə bilet alınmasına köməklik etmiş, beləliklə həmin ilin fevral ayının 3-də onlar birlikdə Azərbaycana qayıtmışlar. Həmin vaxt o bilmişdir ki, Təhminə Arzu ilə evdə mübahisə edib və şikayət edəcəyini dedikdən sonra sonuncu Təhminəni rahat buraxmışdır. 04 fevral 2019-cu il tarixdə onlar Azərbaycana keçmiş və onun xalası xəstə olduğu üçün o xalasına baş çəkmək məqsədi ilə Gəncə şəhərində düşmüş, Təhminə isə yoluna davam etmişdir. Sonrakı müddətdə də onlar əlaqə saxlayarkən Təhminə ona şikayət etmək istədiyini bildirmiş və o X13rşı Mübarizə İdarəsinə şikayət etməyi məsləhət gömüşdür. Lakin Təhminə ondan xahiş etmişdir ki, həmin idarəyə birlikdə getsinlər. O da Təhminə ilə birlikdə Bakıya gələrək İnsan Alverinə qarşı Mübarizə İdarəsinə gəlib Təhminə şikayət etdiyini bildirdikdən sonra o da bu barədə məlumatlı olduğundan Arzu barəsində şikayət etmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən X14 P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə saat 20:35də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 22:08-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 18:52-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 04:07-də həmin sənəddən istifadə etməklə Bakı Beynəlxalq Hava Limanından keçməklə respublikaya daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 18:17-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 21:53-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. Müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 C 00035288 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2016-cı il tarixdə saat 20:36-da “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 22:09-da həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 18:52-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 02:12-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. Müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 C 00791424 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 18:16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 01:14-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. Müəyyən olunur ki, Şahid C 00986740 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 18:16-da “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 01:14-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən X10 C 00733111 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2017-ci il tarixdə saat 18:45-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2017-ci il tarixdə saat 03:33-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 C 01724563 nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə saat 18:18-də “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, xx.xx.2019-cu il tarixdə saat 16:09-də həmin sənəddən istifadə etməklə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən respublikaya daxil olmuşdur. “Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs1 tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs2 tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Təqsirləndirilən şəxs1 tərəfindən aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki,Zərərçəkmiş şəxs1 ilə Rəşad Qəhrəmanova arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərini bir daha təsdiqləyərək Rəşad Qəhrəmanov tərəfindən hədəqorxu məcburetmə vasitələrindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə cəlb edildiyini bildirmişdir. “Şəxsin fotoşəkillə tanınması barədə” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə tanınmaya təqdim etmə istintaq hərəkəti keçirilmişdir. Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş fotoşəkillər arasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımışdır. Tovuz rayon Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayon Qovlar şəhərində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz rayon Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X2 rayon Qovlar şəhərində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz rayon Qovlar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz rayon Qovlar şəhərində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X10 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X5 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə arayışdan görünür ki, X10 ikinci dərəcəli əlildir. № 008327 saylı vəsiqənin surətindən görünür ki, X15 müharibə iştirakçısıdır. AZ-T № 172016 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası X10, anası X3r. AZİİİ № 694116 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X17r. AZİİİ № 694117 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X21 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X17r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materiallarından X4 barəsində Azərbaycan Respublikası CM-nin 144-2.5-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X10 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X10 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qadınları fahişəliyə cəlb etmədiyini, pasportunu götürmədiyini, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımadığını, onu tanışı Mehribanın yanında gördüyünü, Zərərçəkmiş şəxs1 ilə birlikdə Bursa şəhərində fahişəliklə məşğul olduğunu, Günayın pasportunu əlindən almadığını, təqsirləndirilən şəxs X10 ona qarşı ifadə verən qadını tanımadığını və heç kimi fahişəliyə cəlb etmədiyini, bacısı Arzu Qəhərmanovanın nə işlə məşğul olmasından məlumatsız olduğunu, Təqsirləndirilən şəxs2 da ona qarşı ifadə verən qadını tanımadığını və heç kimi fahişəliyə cəlb etmədiyini, bacısı Arzu Qəhərmanovanın nə işlə məşğul olmasından məlumatsız olduğunu bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, zərərşəkmiş şəxs və şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrinə və təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası CM-in 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 əməli 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri və təqsirləndirilən şəxs X5 əməli Azərbaycan Respublikası CM-in 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan heç bir şikayət və tələbin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə təqsirləndirilən şəxs X5 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan heç bir şikayət və tələbinin olmamasını, özünün ikinci qrup əlil olmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X5 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarkterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddəndə az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını,ondan heç bir şikayət və tələbin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Təqsirləndirilən şəxs2 qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzasını təyin eməyi, təqsirləndirilən şəxs X5 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə barışmasını, ondan heç bir şikayət və tələbin olmamasını, özünün ikinci qrup əlil olmasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını ağırlaşdıran halın olmamasını, şəxsiyyətini ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, törətdikləri cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, cəzasını yüngülləşdirən halların məcmuyu müstəsna hal kimi qiymətləndirilməli və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. X5 isə ibtidai istintaq zamanı seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və X10 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5-ci maddələri ilə CM-nin 62-ci maddəsi ilə tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir ) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin144-1.2.4- 1 və 144-1.2.5-ci maddəsi ilə, təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesablansın. X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X7 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, təyin edilsin. X5 barəsində ibtidai istintaq zamanı seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X5 yaşadığı və qeydiyyatda olduğu yer üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. X5 üzərinə yaşayış yeri olan ünvan 3 ünvanında yerləşən ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar