Məhkəmə qərarları › İş №1(100)-13/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-13/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-13/2023 15.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X10 və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işləmiş, Şəmkir rayonu Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X13 11 iyul 2020-ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində Kür qəsəbəsi MTİS-də mühasib vəzifəsində işləyən Şahid1 xidməti iş otağına daxil olaraq həmin idarədə kargüzar işləyən Zərərçəkmiş şəxs idarədaxili intizam qaydalarını pozmadığı halda Şahid1 ilə söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və heç bir halda etmək hüququ olmayan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb gözlənilmədən bir əli ilə Zərərçəkmiş şəxs boğazından yapışıb və digər əli ilə sağ qolunu tutub buraraq onu otağın divarına sıxmaqla ona boyunun ön səthinin qançırı xarakterli sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə, həmçinin Şəmkir rayonunun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin normal iş fəaliyyətini pozmaqla Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X13 elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Şəmkir rayonu, Kür qəsəbəsinin mənzil istismarı sahəsinin rəisi vəzifəsinə xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur. Zərərçəkmiş şəxs rəhbəri olduğu Şəmkir rayonu, Kür qəsəbəsinin mənzil istismarı sahəsinin kargüzarı işləmişdir. Zərərçəkmiş şəxs özünü təcrübəsiz işçi kimi göstərmiş, natamam təhsilli olmuş və öz xidməti vəzifəsini düzgün icra etməmişdir. Qəsəbədə yaşayan vətəndaşları tanımalı olduğu halda, həmin vətəndaşları tanımamışdır. Aliyə mənzil istismarı sahəsində mövcud olan sənədləşmə işinə birbaşa cavabdeh olmuşdur. Lakin, bunlara baxmayaraq, Zərərçəkmiş şəxs öz vəzifəsini icra etməyərək işinə məsuliyyətsiz yanaşmışdır. 4 mart 2021-ci ildə saat 08:25-də o idarəyə daxil olarkən mühəndis Şahid8 otağını açıq görmüş, otağa daxil olaraq işlə bağlı söhbət etmiş, daha sonra Vidadiyə sənədləri də götürüb otağa gəlməsini demişdir. Otağı mühasibi Şahid1 otağı ilə iç-içə olduğu üçün Reyhan xanımla da salamlaşmış və otağa daxil olmuşdur. Bir neçə dəqiqə sonra Vidadi otağa gəlmiş və onlar sənəd işlərini həll etmişlər. Təxminən 08:45 radələrində o, Vidadi ilə birlikdə işlərlə bağlı getmiş və 09:10-da idarəyə qayıtmışlar. Onlar idarəyə qayıtdıqdan sonra isə Zərərçəkmiş şəxs Reyhanın otağında görmüş və öz otağına Vidadi ilə birlikdə daxil olarkən Aliyə xanıma da salam vermişdir. Bəzi görüləsi işləri Vidadiyə həvalə etdikdə Vidadi ona “müəllim xahiş edirəm məni bu ara qatan etikasız qiybət edən Aliyə ilə üz-üzə gətirmə” demişdir. O da Reyhanın kompyuterində görüləsi işlər olduğu üçün otağından Vidadi ilə çıxmışdır. Yer də darısqal olduğundan Aliyə xanıma xəbərdarlıq göndərmiş, dəfələrlə özünə də “bura dövlət müəssisəsidi, burda öz kefi ilə hərəkət edə bilməz, indi də imkan ver camaat işlərini görsün” demişdir. Bu sözdən sonra o, Vidadiyə “siz rahat işləyin, Telman həkimin yanına gedib gəlirəm” demişdir. Bunu eşidən kimi Aliyə onu təhqir edəcək sözlər deyərək, “onsuz hər yerə şikayətlər etdin xeyri olmadı, lakin sən məni işdən çıxarda bilmərsən, mən bu işə girmək üçün 3000 manat pul vermişəm” deyə bildirərək, daha sonra cəld onun otağına daxil olaraq otağındakı masanın üzərini dağıtmış və ona sillə vuraraq əl atmışdır. O, bunları gördükdən sonra sahə rəisi Eminə zəng etmiş və Aliyənin hərəkətlərini özünə məxsus telefonla çəkməyə başlamışdır. Bundan sonra Aliyə onun üstünə şığıyaraq ona əl atmış, təhqir etmiş və o da bunları çəkə-çəkə otağından geri çıxmış və bu an Aliyə dərhal otağı arxadan bağlamışdır. 5-10 dəqiqə keçməmiş Emin adını bilmədiyi 2 nəfər polis əməkdaşı ilə birlikdə gəlmişlər. Onlar dəfələrlə Aliyəyə otağın qapısını açmasını desələr də Aliyə onları saymamışdır. Bundan sonra Vidadi, Emin və o məcbur olub dəmir alətlə otağın qapısını qırmışlar. Bundan sonra Emin ona polis bölməsinə gedib bu barədə məlumat verməyi məsləhət bilmişdir. O da dərhal Vidadi ilə birlikdə Kür polisinə getmiş, izahat vermiş və işlərinə davam etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Aliyənin boğazından tutmadığını, Elnur və Elmiranın ümumiyyətlə hadisə yerində olmadığını, o, idarəyə gələn bir gündən Aliyə xanımın çox narahat biri olduğunu, hadisə günü olan formada olmasa da, Aliyənin dəfələrlə otağına gəlib çığırıb-bağırdığını, o, Aliyəni sakit formada yola verdiyini, onun digər işçilərlə münasibətinin çox gözəl olduğunu, Reyhanla onun münasibətinin yaxşı olduğunu, lakin Reyhanla Aliyənin münasibəti yaxşı olmadığını, bundan əlavə Aliyənin vətəndaşlardan arayış müqabilində pul aldığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 1 mart 2020-ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsində kargüzar işləməyə başlamışdır. İşlədiyi vaxt ərzində heç bir narazılıq olmamış və o, işinin öhdəsindən layiqincə gəlmişdir. 11 iyul 2020-ci il tarixdə X26 rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmiş və vəzifəyə təyin edildikdən sonra Vazeh Vəliyevlə işçilər arasında münasibətlər pozulmağa başlamışdır. Həmçinin, onunla da Vazeh Vəliyev arasında münasibətlər gərginləşməyə başlamışdır. Vazeh Vəliyev idarə rəhbərinə yaraşmayan hərəkətlər edərək nalayiq ifadələr işlətməklə ona söz atmış və onun şəxsiyyətini alçaltmağa çalışmışdır. 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində Vazeh Vəliyev işə gələn kimi əsəbi vəziyyətdə öz otağına keçmişdir. Vazeh Vəliyev heç bir rəsmi əmr və ya göstəriş olmadan onun otağının qıfılını dəyişdirərək otağın açarını ona verməyərək özündə saxladığından o, mühasib Şahid1 otağında əyləşmişdir. Həmin gün, saat 11 radələrində X18 otağından çıxaraq onların otağına tərəf hərəkət etmiş və ona əsəbi bir şəkildə, – “Ayağa qalx”, – demişdir. O, ayağa qalxmış və Vazeh Vəliyev ona tərəf, – “Otağı tərk et”, – ifadəsini işlətmişdir. O, özünü pis hiss etmiş və nə üçün otağı tərk etməli olduğunu soruşmuşdur. Vazeh Vəliyev ona tərəf, – “Sözümün qarşısına söz deyirsən”, – deyərək onun sağ qolundan yapışmışdır. Arxasınca ani bir vəziyyətdə boğazından yapışaraq qolunu bərk sıxmış və onu divara dirəmişdir. Onu boğmaq məqsədilə boğazından sıxmış və o, nəfəs almaqda çətinlik çəkməyə başlamışdır. O, baş verənlər qarşısında hərəkətsiz qalmış və heç bir reaksiya verə bilməmişdir. Vazehə qarşı heç bir fiziki güc tətbiq etməmiş və belə bir imkanı da olmamışdır. Vazeh fiziki cəhətdən güclü, o isə zəif olmuşdur. Qışqırtıya qəsəbədə yaşayan Elmira adı ilə tanıdığı vətəndaş qəflətən içəri daxil olmuşdur. Mühasib Şahid1 tərəf qışqıraraq, – “Nə üçün imkan verirsən ki, Vazeh Aliyəni boğsun, niyə müdaxilə etmirsən?” – demişdir. Bundan sonra digər vətəndaş Elnur da içəri daxil olmuş, Elnur təəccüblənərək heç bir reaksiya verə bilməmişdir. Lakin, Elmira adı ilə tanıdığı vətəndaş aktiv bir şəkildə Vazehin qanunsuz hərəkətinin qarşısını alaraq onu Vazehin əlindən almışdır. Bundan sonra idarənin mühəndisi Şahid8 yanına çağıraraq, – “Bu dəqiqə bura polis çağır, izahat verərək bildir ki, Aliyə otağımı dağıdaraq mənə xəsarət yetirdi, şillə vurdu”, – deyə Vidadiyə tapşırıq vermişdir. Daha sonra Elnur adlı vətəndaş içəri daxil olaraq Şahid8 müdaxilə etmiş və Vidadiyə hadisə baş verən zaman çayxanada olduğunu və hadisəni görmədiyini bildirmişdir. Bu zaman Vazeh ona qarşı etdiyi əməli ört-basdır etmək üçün və ona şərböhtan atmaq məqsədilə otağını dağıtmışdır. Vazeh Vəliyevin ona qarşı törətdiyi bu əməli mühasibi Şahid1, Elmira və Elnur adlı vətəndaşlar da görmüşlər. Bundan sonra, o, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” Xidmətinə zəng edərək baş verənlər barəsində məlumat verərək Şəmkir rayonu, Kür qəsəbəsinin mənzil istismar sahəsini rəisi X10 ona qarşı törətdiyi əməlləri ətraflı izah etmişdir. Əlavə olaraq, Vazeh Vəliyevin öz əməlini ört-basdır etmək üçün digər işçisi Şahid8 istifadə edərək ona şərböhtan atmaq istədiyini də qeyd etmişdir. Təxminən 5 (beş) dəqiqə sonra Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin əməkdaşları gələrək onu və Vazeh Vəliyevi polis şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Vazeh Vəliyevin yenidən ona xəsarət yetirə biləcəyindən qorxaraq Vazeh otağın çöl tərəfinə çıxan kimi qapını arxadan bağlamış və bu səbəbdən, polis əməkdaşları qapını qıraraq içəri daxil olmuşlar. Bundan əlavə o, iş vaxtı Vazehin onlara hədə qorxu gələrək, “kim mənim sözümdən çıxarsa, istədiyim an istədiyim insanı işdən azad edərəm” deyə bildirdiyini, o, Vazehi Zəyəm İcra nümayəndəliyində Vazehin yanında işləyən qızdan maraqlandığını, eyni onun başına gətirdiklərini o qızın da başına gətirdiyini, bundan başqa “YOU TUBE” kanalında Vazeh Vəliyevin haqqında yetərincə qadınlara qarşı və iş yerində göstərdiyi fəaliyyətlə bağlı videolar olduğunu, otağı Vazehin özü dağıtdığını, Vidadinin adını səhvən çəkdiyini, Vidadinin ona heç nə etmədiyini, Vazeh tərəfindən onun yaşadığı ünvana onun işdən çıxarılması barədə bir gün ərzində bir neçə dənə məktub göndərildiyini bildirmişdir. Əlavə olaraq təqdim olunmuş disklə əlaqədar bildirmişdir ki, Vazeh hadisə baş verəndən sonra otağı çəkməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsində mühasib vəzifəsində çalışmışdır. 12 iyul 2020-ci il tarixdən Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə X13 təyin olunmuşdur. Vazeh Vəliyev müəssisəyə gəldikdən sonra işçilər arasında münasibətlər gərginləşmişdir. Bu gərginləşmənin əsas səbəbkarı məhz Vazeh Vəliyev olmuşdur. Vazeh Vəliyev kargüzar Zərərçəkmiş şəxs incidərək öz vəzifəsini icra etməyə imkan verməmiş, Vazeh Vəliyev öz vəzifəsini düzgün icra etməyərək daim öz işçilərini incitmişdir. 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində işə gələn kimi Vazeh Vəliyev əsəbi vəziyyətdə öz otağına keçmişdir. Bu zaman Aliyə onun otağında əyləşərək işlə bağlı söhbət etmişdir. Zərərçəkmiş şəxs onun otağında oturmasının əsas səbəbi məhz otağının bağlı olması olmuşdur. Həmin otağı Vazeh Vəliyev bağlatdıraraq Zərərçəkmiş şəxs öz vəzifəsini icra etməsinə mane olmuş və ümumiyyətlə, Zərərçəkmiş şəxs, – “İşə gəlmə”, – deyə qanunsuz göstəriş vermişdir. X18 otağından çıxaraq onların oturduğu otağa tərəf hərəkət etmiş və Aliyəyə əsəbi bir şəkildə, – “Ayağa qalx, stoldan dur”, – ifadəsini işlətmişdir. Aliyə ayağa qalxmış və X20 tərəf, – “Dərhal otağı tərk et”, – ifadəsini işlətmiş, Aliyə pis olmuş vəziyyətdə nə üçün otağı tərk etməli olduğunu soruşmuş, Vazeh Vəliyev – “Sözümün qarşısına söz deyirsən” – deyərək Aliyənin sağ qolundan yapışmışdır. Arxasınca ani bir vəziyyətdə boğazından yapışaraq Aliyənin qolunu bərk sıxmışdır. Daha sonra Aliyəni divara tərəf sıxmışdır. Bundan sonra, Kür qəsəbə sakini Elnur və Elmira adlı vətəndaşlar içəri daxil olmuşlar. Elmira ona tərəf qışqıraraq, – “Nə üçün imkan verirsən ki, Vazeh Aliyəni boğsun, niyə müdaxilə etmirsən?” – demişdir. İdarə rəhbərinin bu cür hərəkət etməsi onu pis vəziyyətə salmışdır. Digər vətəndaş Elnur da heç bir reaksiya verə bilməmişdir. Elmiranın qışqırmasından sonra Vazeh Aliyəni buraxmışdır. Bundan sonra Vazeh idarənin mühəndisi Şahid8 yanına çağıraraq idarəyə polis çağırmasını, izahat verərək Aliyənin Vazehin otağını dağıtdığını və Aliyənin, guya ki, Vazehə şillə vurduğunu deməsini bildirmişdir. Zərərçəkmiş şəxs Vazeh Vəliyevə heç bir xəsarət yetirməmişdir. Bundan sonra o, ürəyi sıxıldığı üçün idarənin çöl tərəfinə çıxmışdır. Həkimə gedərək tibbi müayinə olunmuşdur. O, idarədən çıxdıqdan sonra baş verənlər barəsində məlumatlı olmamışdır. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq, Vazehin Aliyəni vurmasını görmədiyini, o, ancaq Vazehin Aliyənin boğazından və qolundan tutmasını gördüyünü, Vazeh Aliyənin boğazından və qolundan tutan zaman otaqda ondan, Aliyədən və Vazehdən başqa heç kim olmadığını, sadəcə dəhlizdə adamlar olduğunu, bir qadın və bir kişinin içəri girdiyini, özü şok vəziyyətində olduğunu, Vazeh Vəliyev gəlməmişdən əvvəl Aliyənin Vazehin otağına girmədiyini, o, ümumiyyətlə Aliyənin Vazehin otağını dağıtmasının şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 4 mart 2021ci il tarixdə saat 11 radələrində bacısı oğlu Şahid3 Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinə arayış almaq məqsədilə getmişdir. Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saat 11 radələrində işə gəldikdən sonra işçisi kargüzar Zərərçəkmiş şəxs ilə aralarında ciddi münaqişəli vəziyyət yaranmışdır. Belə ki, Vazeh Vəliyev otağına daxil olduqdan 1 dəqiqə keçməmiş otağından çıxaraq Zərərçəkmiş şəxs tərəf hərəkət edərək – “Otaqdan çıx”, – demiş, Aliyəyə qışqırmış, qadına deyilməyəcək nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir etmişdir. Zərərçəkmiş şəxs Vazehə tərəf – “Nə üçün çıxmalıyam?” – dedikdə Vazeh Aliyəyə tərəf yenidən hərəkət etmiş, qolundan buraraq divara tərəf sıxmış və boğazından yapışmışdır. Bu zaman otaqda olan mühasib Şahid1 təəccüblü vəziyyətdə yerindəcə donub qalmışdır. Hadisəni o, Şahid1 və bacısı oğlu Şahid3 görmüşlər. O və Elnur Vazehə tərəf – “Burax qızı, yoxsa öləcək”, – deyə dəfələrlə qışqırdıqdan sonra Vazeh Aliyəni buraxmışdır. Həmçinin, Reyhana tərəf – “Kömək et, nə üçün donub qalmısan” – demişdir. Lakin Şahid1 yerindəcə hərəkətsiz qalmışdır. Daha sonra Vazeh Vəliyev öz otağına daxil olaraq stolu qaldırmış, stolun üzərində olan bütün əşya və ləvazimatları, o cümlədən, kompüter ləvazimatlarını dağıdaraq polisə zəng etmişdir. Orada videoçəkiliş edərək etdiyi əməlləri Zərərçəkmiş şəxs üzərinə yıxaraq şər atmağa çalışmışdır. Lakin faktiki olaraq baş verənlərə özü şahidlik etmişdir. Vazeh Vəliyevin öz otağını özü dağıdaraq işçisi Zərərçəkmiş şəxs şər-böhtan atmağa çalışmışdır. Hadisə, bütövlükdə, 20 dəqiqə çəkmişdir. Şahid2 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Elnur zəng etdikdən sonra hadisə yerinə gəldiyini, Elnur zəng edəndə qışqırıq səsləri gəldiyini, həmin yerə anasının da onunla birlikdə gəldiyini, Vazehin otağını dağıtmasını onun görmədiyini, onun qardaşı Elnur pəncərədən hamısını gördüyünü, o, hadisə yerinə gələndə Elnuru dəhlizdə gördüyünü, Elnurun içəri girib-girməməsini görmədiyini, o otağa daxil olarkən Vazehə qışqıraraq polis gəlir dedikdən sonra Vazehin Aliyəni buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 4 mart 2021-ci il tarixdə saat 8 radələrində Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinə arayış almaq məqsədilə getmişdir. Həmin gün Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saat 11 radələrində işə gəlmiş, ilk olaraq öz otağına daxil olaraq, orada telefonla danışa-danışa otağını dağıtmışdır. Bu zaman o, bayırda olduğu üçün həmin hadisəni pəncərədən görmüşdür. Daha sonra otaqdan çıxaraq işçisi kargüzar Zərərçəkmiş şəxs yanına getmiş və aralarında ciddi münaqişəli vəziyyət yaranmışdır. O, mübahisə düşdüyünü gördüyü üçün xalası Elmiraya zəng etmiş, orada mübahisə yarandığı üçün arayış ala bilmədiyini və ora gəlməsini bildirmişdir. Belə ki, Vazeh Vəliyev otağına daxil olduqdan sonra otağından çıxaraq Zərərçəkmiş şəxs tərəf hərəkət edərək – “Otaqdan çıx” – demiş, Aliyəyə qışqıraraq, qadına deyilməyəcək nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir etmişdir. Zərərçəkmiş şəxs Vazehə tərəf – “Nə üçün çıxmalıyam?” – dedikdə Vazeh Aliyəyə tərəf yenidən hərəkət etmiş, qolundan buraraq divara tərəf sıxmış və boğazından yapışmışdır. Bu zaman otaqda olan mühasib Şahid1 təəccüblü vəziyyətdə yerindəcə donub qalmışdır. Hadisəni o, Şahid1 və xalası görmüşdür. Xalası Vazehə tərəf – “Burax qızı, yoxsa öləcək” – deyə dəfələrlə qışqırdıqdan və polis gəlir dedikdən sonra Vazeh Aliyəni buraxmışdır. Həmçinin Reyhana tərəf – “Kömək et, nə üçün donub qalmısan” – demişdir. Lakin Şahid1 yerindəcə hərəkətsiz qalmışdır. Xalası Vazehin qolundan tutub otaqdan çıxarmış və Aliyə qapını bağlamışdır. Bundan sonra Vazeh qapını təpikləyən zaman polislər gəlmiş və Vazeh onda sakitləşmişdir. Polislər gəldikdən sonra onları çölə çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində Vazeh Vəliyev istifadəsinə olan mobil telefonla zəng edərək işçisi Aliyənin Vazehlə dalaşdığını, otağını dağıtdığını bildirmiş və ondan idarəyə gəlməsini xahiş etmişdir. O, öz xidməti vəzifəsini icra edərək Kür polis bölməsinin adlarını xatırlamadığı digər 2 nəfər polis əməkdaşı ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerinə gedən zaman idarənin ümumi giriş qapısının bağlı olduğunu görmüşdür. Qapını arxadan bağlayan şəxs Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsində kargüzar vəzifəsində işləyən Zərərçəkmiş şəxs olmuşdur. Aliyə xanım qapının arxasından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” Xidmətinə zəng etdiyini, polis əməkdaşı gəldikdən sonra qapını açacağını bildirmişdir. O, özünü qapının çöl tərəfindən təqdim edərək polis əməkdaşı olduğunu və hadisə ilə bağlı gəldiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs çoxlu cəhdlər etməsinə baxmayaraq qapını aça bilməmişdir. Onlar fiziki güc tətbiq edərək birtəhər qapını açmışlar. Onlar hadisə yerinə gedən zaman X21 Kazımova arasında münaqişəli vəziyyət bitmişdir. O, hadisə yerinə çatan zaman Kür qəsəbə sakinləri Şahid2 və Şahid3 hadisə yerində olmuşlar. Həmçinin, Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsi ilə arasında təxminən 30 metr məsafədə yerləşən kafenin sahibi Cavanşir də hadisə yerində olmuşdur. Bundan başqa, diş həkimi Telman həkim də orada olmuşdur. Daha sonra icra nümayəndəsi Vaqif müəllim də hadisə yerinə gəlmişdir. O, həmin idarədə çalışan Şahid8 orada olubolmamasını xatırlamamışdır. O, digər polis əməkdaşları ilə içəri daxil olan zaman Vazeh Vəliyevin otağının dağılmış vəziyyətdə olmasına şahidlik etmişdir. Həmin otağın kimin dağıtması ona məlum olmamışdır. Onun və digər polis əməkdaşlarının yanında Vazehlə Aliyə arasında heç bir münaqişə və ya mübahisə baş verməmişdir. Daha sonra X21 Kazımova ayrı-ayrılıqda qarşılıqlı olaraq bir-birindən şikayət edərək Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Kür qəsəbəsində çay evinin sahibidir. İş yeri Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsinin sol tərəfindədir. Onun iş yeri ilə Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsinin arasında olan məsafə 50 metr təşkil etmişdir. Qonşuluğunda olsa da, onun Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsinin daxilində baş verənlər barəsində heç bir məlumatı olmamışdır. Sakit bir şəkildə öz işi ilə məşğul olmuşdur. Həmin idarədə nə baş verməsi ona məlum olmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində o, kafedə olan zaman polis əməkdaşlarının Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinə gəldiyini görmüşdür. Lakin həmin vaxta qədər Mənzil Təmir İstismar Sahəsində nə baş verməsi ona məlum olmamışdır. Polis əməkdaşlarının həmin hadisə yerinə gəldiyini gördükdən sonra heç bir reaksiya verməmiş, idarəyə tərəf getməmiş və çay evində öz işi ilə məşğul olmağa davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Kür qəsəbəsinin mənzil istismarı sahəsinin mühəndisi vəzifəsinə 1994-cü il tarixdən təyin olunmuşdur. 22 iyun tarixdən 16 iyul 2020-ci il tarixə qədər olan müddət ərzində Şəmkir rayonu, Kür qəsəbəsinin mənzil istismar sahəsinin rəisi vəzifəsini müvəqqəti icra etmişdir. 20 iyul 2020-ci il tarixdən başlayaraq yenidən Şəmkir rayonu, Kür qəsəbəsinin mənzil istismarı sahəsinin mühəndisi vəzifəsinin icrasına davam etmişdir. Bu müddət ərzində Vazeh Vəliyevlə aralarında münasibətlər pozulmuşdur. X22 rəhbər ola-ola Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsi, pasport əməliyyatçısı X8 onların üzərinə rəhbər olaraq təyin etməsi olmuşdur. Bu açıq-aşkar Vazeh Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olmuşdur. X19 rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsində kargüzar Zərərçəkmiş şəxs arasında münasibətlər daim gərgin olmuş, buna səbəb olaraq Vazeh Vəliyevin öz səlahiyyət həddini aşaraq daim münaqişəli vəziyyət yaratması olmuşdur. X24 Kazımova və Şahid1 ilə münasibəti o qədər də yaxşı olmamışdır. X24 və Reyhana qarşı qərəzli münasibətinin səbəbi ona məlum olmamışdır. Vazeh Vəliyev “Arayış kitabı”nı verməkdən imtina edərək Zərərçəkmiş şəxs öz vəzifəsini icra etməyə mane olmuşdur. Zərərçəkmiş şəxs haqlı olaraq bu məsələyə öz etirazını bildirərək arayışların qeydiyyatı kitabını tələb etmişdir. X27 İbrahimovanın vəzifə səlahiyyətlərinə mane olaraq mühasib kimi onun xidməti fəaliyyətinə maneçilik törətmişdir. Reyhanla aralarında mübahisə olsa da, real səbəb ona məlum olmamışdır. Şahid1 xaraktercə mədəni, sakit və heç kəslə problem yaratmayan ali təhsilli qadındır. xx.xx.2021ci il tarixdə saat 11 radələrində o, hadisə yerində olmamışdır. Belə ki, o, həmin gün saat 09:00-da işdə oluşdur. Vazeh Vəliyev işə gəlməmişdir. Bu zaman Kür qəsəbə sakini Şahid3 idarəyə yaxınlaşmışdır. Özü ilə bağlı arayış istəmişdir. O, Vazeh Vəliyevin işə gəlmədiyini demiş və idarənin yaxınlığında olan Cavanşirin çay evinə getmişdir. Çay içərək saat 11 radələrinə qədər orada oturmuşdur. Vazeh saat 11 radələrində işə gəlmişdir. Otağına keçmişdir. O, aylıq hesabata imza etdirmək üçün Kür qəsəbəsinin icra nümayəndəliyinə getməli olduğunu ona demişdir. Vazeh ona icazə vermiş və o, dərhal idarədən çıxaraq icra nümayəndəliyinə, oradan da evə alış-veriş etmək üçün Kür qəsəbəsinin bazarına getmişdir. O, qayıdan zaman saat təxminən 12:30 olmuşdur. O, qayıdan zaman artıq polis əməkdaşları və bəzi sakinlər hadisə yerində olmuşlar. O, içəri daxil olmuşdur. Vazehin otağı dağılmış vəziyyətdə olmuşdur. Vazehlə Aliyə koridorda olmuşlar. İdarənin çöl tərəfində diş həkimi Telman həkimi görmüşdür. Telman ona harada olduğunu və nə üçün iş yerinə gəlmədiyini soruşmuşdur. O, cavab vermədən yenidən idarəyə daxil olmuşdur. O, Emin, digər 2 polis əməkdaşını və Vazeh Vəliyevi hadisə yerində görmüşdür. O, sonradan X24 Kazımovanın boğazından tutaraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, işlədiyi müddət ərzində Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinin rəisi Vazeh Vəliyevlə işçisi Zərərçəkmiş şəxs arasında münaqişəli vəziyyətə daim şahidlik etmişdir. Belə ki, onun iş yeri ilə Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsi arasında məsafə təxminən 7 metr olmuşdur. Bu səbəbdən, o, həmin idarədə baş verənlərə dəfələrlə şahidlik etmişdir. Vazehin və Aliyənin qarşılıqlı qışqırtı səsləri onun iş yerinə qədər gəlmişdir. Vazehlə Aliyə arasında olan söhbətin, münaqişənin məzmunu ona məlum olmamışdır. Lakin o, bu barədə Vazeh Vəliyevi dəfələrlə xəbərdarlıq etmişdir. Vazehə Aliyə ilə bu cür davranmamağı, Aliyənin ailə həyatının dağıldığını və qəlbi qırıq bir qadın olduğunu dəfələrlə izah etmişdir. Vazeh isə buna məhəl qoymadan Aliyənin sözünə riayət etmədiyini, həmçinin, tapşırığı üzrə Aliyənin həmin idarədə mühəndis işləyən Şahid8 avtomobilinə əyləşərək sənəd işlərinin həll edilməsi üçün rayona getməkdən imtina etdiyini və Aliyənin yalnız atası Şahid10 avtomobilinə əyləşərək rayon mərkəzinə gedə biləcəyini dediyini bildirmişdir. Bu səbəbdən, Vazeh Zərərçəkmiş şəxs ilə daim münaqişəli vəziyyət yaratmışdır. 4 mart 2021-ci il tarixdə saat 11 radələrində o, işdə olan zaman qəflətən Vazehin qışqırıq səsini eşitmişdir. Vazeh qışqıraraq, – “Ay həkim, bura gəl”, – demişdir. O, tez bir şəkildə tibbi ləvazimatları çantaya yığmışdır. Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsində tibbi yardıma ehtiyac olduğunu düşünmüşdür. Otaqda olan xəstəni otaqda qoymuş və Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinə doğru hərəkət etmişdir. O, idarəyə çatan zaman Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin polis əməkdaşı Şahid4, adlarını bilmədiyi digər iki polis əməkdaşını və Vazeh Vəliyevi idarənin qarşısında giriş qapısının yanında görmüşdür. Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsinin digər əməkdaşı, mühəndis Şahid8 orada olmamışdır. O, Şahid8 hadisə yerində görməmişdir. Polis əməkdaşlarının köməkliyi ilə giriş qapısı açılmış və o, içəri daxil olan zaman Zərərçəkmiş şəxs görmüşdür. Aliyə məyus bir şəkildə qapını arxadan bağlamışdır. O, Zərərçəkmiş şəxs qapını arxadan nə üçün bağladığını soruşmamışdır. Həmçinin, Vazeh Vəliyev ona tərəf gələrək otağını göstərmişdir. Vazehin otağı dağınıq vəziyyətdə olmuşdur. Vazeh dağılmış vəziyyəti olan otağı göstərək həmin otağı məhz Aliyənin dağıtdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs belə bir halın olub-olmadığını soruşduqda Aliyə qəti bir şəkildə, – “Xeyr, özü dağıdıb, mənə şər atmağa çalışır”, – deyərək cavab vermişdir. O, heç bir reaksiya vermədən Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsindən çıxmışdır. İdarənin çöl tərəfində Zərərçəkmiş şəxs atası Şahid10 görmüşdür. Daha sonra öz iş yerimə doğru hərəkət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Şəmkir rayonu, Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin rəisi Vazeh Vəliyev vəzifə səlahiyyətlərini aşaraq fiziki zor tətbiq etməklə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutaraq divara sıxmış, lakin vətəndaşların müdaxiləsindən sonra o, öz əməllərinə nail ola bilməmişdir. O, hadisə barədə həmin gün saat 12 radələrində məlumat almış, dərhal bacısı Aliyə məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Boyun nahiyəsində qançır faktı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi haqqında” 14 iyun 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil İstismar İdarəsinin inzibati binasıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsin 5 mart 2021-ci il tarixli 215 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boyunun ön səthinin qançırı xəsarəti KÜT əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 4 mart 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 7 iyul 2021-ci il tarixli 356/119 nömrəli rəyindən görünür ki, X13 aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. X13 ona şamil edilən cinayət əməlini törədərkən adi psixiemosional vəziyyətdə olmuşdur. X13 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). X13 ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, yəni anlaqlı olmuşdur. X10 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 7 iyul 2021-ci il tarixli 118 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ərazi X4 Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “Publik hüquqi Şəxsi” Konsultativ Poliklinika şöbəsinin 14 iyun 2021-ci il tarixli 682 saylı məktubundan görünür ki, X3 Rayon Konsultativ Poliklinikasının psixiatrik və narkoloji kabinetində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış şahidin ifadəsinin yerində yoxlanılması haqqında 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin mühasib vəzifəsində işləyən Şahid1 hadisənin xx.xx.2021-ci il tarixdə saat 11 radələrində baş verdiyini, X10 həmin gün əsəbi vəziyyətdə işə gələrək öz otağına keçdiyini, Zərərçəkmiş şəxs, – “İşə gəlmə”, – deyə qanunsuz göstəriş verdiyini, Zərərçəkmiş şəxs otağının qapısının Vazeh Vəliyev tərəfindən bağlı olması səbəbi ilə Aliyə ilə birlikdə eyni otaqda fəaliyyət göstərdiklərini bildirmiş, Vazeh Vəliyevin əsəbi halda Aliyəyə tərəf, – “Ayağa qalx, stoldan dur” və “Dərhal otağı tərk et”, – məzmunlu ifadələr işlətdikdən sonra Aliyənin nə üçün otağı tərk etməli olduğunu soruşduğunu, X17, – “Sözümün qarşısına söz deyirsən?” – deyərək sonuncunun sağ qolundan tutmaqla arxasınca ani bir vəziyyətdə boğazından yapışaraq Aliyənin qolunu bərk sıxdığını, daha sonra Aliyəni divara tərəf sıxaraq boğmağa çalışdığını, Kür qəsəbə sakini Şahid3 və Şahid2 içəri daxil olaraq baş verənlərə şahidlik etdiklərini, Şahid2 ona tərəf qışqıraraq, – “Nə üçün imkan verirsən ki, Vazeh Aliyəni boğsun, niyə müdaxilə etmirsən?” – ifadəsini işlətdiyini, lakin onun donmuş vəziyyətdə baş verənlərə heç bir reaksiya verə bilmədiyini, həmin vətəndaşların müdaxiləsindən sonra, Vazeh Vəliyevin öz qanunsuz əməllərinə son qoyduğunu qeyd etmiş, hadisəyə şahidlik edən şəxslərin Kür qəsəbə sakinləri Şahid3, Şahid2 və özünün olduğunu əlavə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sənədə baxış keçirilməsi haqqında” 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsinin Mənzil Təmir İstismar Sahəsində “Əmrlər Kitabı”na baxış zamanı müəyyən edilmişdir ki, Kür qəsəbə MTİS-nin rəisi X13 tərəfindən 6 №-li, xx.xx.2021-ci il tarixli əmrə əsasən kargüzar Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmiş, xx.xx.2021-ci il tarixli 07 nömrəli əmrə əsasən həmin əmr ləğv edilərək Zərərçəkmiş şəxs işinə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində işə gələn kimi əsəbi vəziyyətdə öz otağına keçdiyini, oturduğu otağın Vazeh Vəliyev tərəfindən bağlı olması səbəbilə mühasib Şahid1 otağında əyləşdiyini, otağından çıxaraq onların otağına tərəf hərəkət etdiyini, Vazeh Vəliyevin ona tərəf əsəbi vəziyyətdə, – “Ayağa qalx, otağı tərk et”, – məzmunlu ifadələr işlətdiyini, daha sonra ani bir vəziyyətdə boğazından yapışaraq qolunu bərk sıxdığını və onu divara tərəf dirədiyini, onu boğmaq məqsədilə boğazından sıxmaqla nəfəs almağına mane olduğunu, Kür qəsəbə sakinləri Şahid2 və Şahid3 müdaxiləsindən sonra Vazeh Vəliyevin öz qanunsuz davranışlarına son qoyduğunu bildirmiş, bundan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” Xidmətinə zəng edərək baş verənlər barəsində ətraflı məlumat vermişdir. Üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs Vazeh Vəliyevin üzünə qarşı sonuncunun 2020-ci iyul ayının sonunda saat 14 radələrində istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsindən onun istifadəsində olan “***-***-**-**” mobil telefon nömrəsinə zəng edərək, – “Qara qüvvələr səni istəmir, sənə sözüm var, rayona gəl, amma tək gəl, heç kəsə demə”, – məzmunlu ifadələr işlədərək qeyri-əxlaqi şəkildə şənbə günü ola-ola onu rayon mərkəzinə dəvət edərək tək gəlməsini istədiyini, o isə razılıq verməyərək Vazeh Vəliyevin təklifini rədd etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Vazeh Vəliyev tərəfindən təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində X10 əsəbi vəziyyətdə işə gələrək öz otağına keçdiyini, Zərərçəkmiş şəxs, – “İşə gəlmə”, – deyə qanunsuz göstəriş verdiyini, Vazeh Vəliyevin əsəbi halda Aliyəyə tərəf , – “Ayağa qalx, stoldan dur” və “Dərhal otağı tərk et”, – məzmunlu ifadələr işlətdikdən sonra Aliyənin nə üçün otağı tərk etməli olduğunu soruşduğunu, X24 Kazımovaya, – “Sözümün qarşısına söz deyirsən”, – deyərək sonuncunun sağ qolundan tutmaqla arxasınca ani bir vəziyyətdə boğazından yapışaraq Aliyənin qolunu bərk sıxdığını, daha sonra Aliyəni divara tərəf sıxaraq boğmağa çalışdığını, Kür qəsəbə sakini Şahid3 və Şahid2 içəri daxil olaraq baş verənlərə şahidlik etdiklərini, Şahid2 ona tərəf qışqıraraq, – “Nə üçün imkan verirsən ki, Vazeh Aliyəni boğsun, niyə müdaxilə etmirsən?” – ifadəsini işlətdiyini, lakin onun donmuş vəziyyətdə baş verənlərə heç bir reaksiya verə bilmədiyini, həmin vətəndaşların müdaxiləsindən sonra, Vazeh Vəliyevin öz qanunsuz əməllərinə son qoyduğunu bildirmiş, hadisəyə özünün, Kür qəsəbə sakinləri Şahid3, Şahid2 şahidlik etdiyini əlavə etmişdir. Şahid1 üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Vazeh Vəliyev tərəfindən təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Şahid2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Vazeh Vəliyevlə işçisi kargüzar Zərərçəkmiş şəxs arasında ciddi münaqişəli vəziyyət yarandığını, otağına daxil olduqdan 1 (bir) dəqiqə keçməmiş otağından çıxaraq X24 Kazımovaya tərəf hərəkət etməklə, – “Otaqdan çıx”, – deyərək Aliyəyə qışqırdığını, qadına deyilməyəcək nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir etdiyini, daha sonra Aliyəyə tərəf yenidən hərəkət edərək qolundan burmaqla divara tərəf sıxdığını və boğazından yapışdığını bildirmiş, baş verənlər qarşısında mühasib Şahid1 heç bir reaksiya vermədiyini görərək Şahid3la birlikdə Vazehə tərəf, – “Burax qızı, yoxsa öləcək”, – deyə dəfələrlə qışqırdıqdan sonra Vazehin Aliyəni buraxdığını qeyd etmiş, Vazeh Vəliyevin öz otağına daxil olaraq stolu qaldırdıqdıqdan sonra, stolun üzərində olan bütün əşya və ləvazimatları, o cümlədən kompüter ləvazimatlarını dağıdaraq polisə zəng etdiyini, videoçəkiliş edərək etdiyin əməlləri Zərərçəkmiş şəxs üzərinə yıxaraq şər atmağa çalışdığını, lakin faktiki olaraq Aliyə X5rşı heç bir fiziki xəsarət yetirmədiyini əlavə etmişdir. Üzləşdirmə zamanı Şahid2 hadisəyə onun, Şahid3 və mühasib Şahid1 bilavasitə şahidlik etdiklərini bildirmişdir. Vazeh Vəliyev tərəfindən həmin xüsusatlar təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Vazeh Vəliyevlə Şahid3 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3 istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Vazeh Vəliyevin üzünə qarşı xx.xx.2021-ci il tarixdə saat 08, 09 və 11 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində Mənzil Təmir İstismar Sahəsinə arayış almaq məqsədilə getsə də, heç birində həmin arayışı almağa müvəffəq olmadığını, Vazeh Vəliyevin işə gəldikdən sonra Zərərçəkmiş şəxs tərəf hərəkət etməklə, – “Otaqdan çıx”, – deyərək Aliyəyə qışqırdığını, qadına deyilməyəcək nalayiq ifadələrlə Zərərçəkmiş şəxs şəxsiyyətini təhqir etdiyini, daha sonra Aliyəyə tərəf yenidən hərəkət edərək qolundan burmaqla divara tərəf sıxdığını və boğazından yapışdığını bildirmiş, baş verənlər qarşısında mühasib Şahid1 heç bir reaksiya vermədiyini görərək xalası Elmira X2suz əməllərinə mane olmaq məqsədilə səslədiyini, Elmira ilə birlikdə Vazehə tərəf, – “Burax qızı, yoxsa öləcək”, – deyə dəfələrlə qışqırdıqdan sonra Vazehin Aliyəni buraxdığını qeyd etmiş, Vazeh Vəliyevin öz otağına daxil olaraq stolu qaldırdıqdıqdan sonra, stolun üzərində olan bütün əşya və ləvazimatları, o cümlədən, kompüter ləvazimatlarını dağıdaraq polisə zəng etdiyini, videoçəkiliş edərək etdiyin əməlləri Zərərçəkmiş şəxs üzərinə yıxaraq şər atmağa çalışdığını, lakin faktiki olaraq Aliyə X5rşı heç bir fiziki xəsarət yetirmədiyini əlavə etmişdir. Üzləşdirmə zamanı Şahid3 hadisəyə onun, Şahid2 və mühasib Şahid1 bilavasitə şahidlik etdiklərini bildirmişdir. Vazeh Vəliyev tərəfindən həmin xüsusatlar təkzib edilmiş və o, Zərərçəkmiş şəxs heç bir fiziki xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış "xxxx" MMCdən 15 iyul 2021-ci il tarixdə daxil olmuş 1 (bir) ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi arasında 17 iyul 2020-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda qarşılıqlı zənglər edilmiş və danışıq aparılmışdır. Təqsirləndirilən şəxs X10 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə 25 iyul 2020-ci il tarixdə, yəni həftənin şənbə günü saat 14:38-də zəng edilmiş, 4 dəqiqə 265 saniyə müddəti əhatə edən danışıq aparılmışdır. Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən təqsirləndirilən şəxs X10 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə 17 iyul 2020-ci il tarixdə, saat 09:23-də, 19 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı olmuş, 21 avqust 2020-ci il tarixdə, saat 12:03-də, 34 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı olmuşdur. Bundan başqa, 28 avqust 2020-ci il tarixdə, saat 08:24-də Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən X10 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə zəng edilmiş, 32 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsindən X10 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsinə 12 noyabr 2020-ci il tarixdə, saat 09:05-də zəng edərək 58 saniyəlik müddəti əhatə edən mobil telefon danışığı aparmışdır. Təqsirləndirilən şəxs X10 istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş “***-***-**-**” mobil telefon nömrəsi arasında 01 iyul 2020-ci il tarixdən 09 iyun 2021-ci il tarixədək olan müddət ərzində mesajlaşma olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Sabirkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14 iyun 2021-ci il tarixli 395 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, X3 rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 10 iyun 2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Şəmkir rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, X13 10 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək X10 əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə qeyd edir ki, hadisə baş verən zamanı, yəni 4 mart 2021-ci il tarixdə təqsirləndirilən şəxsin Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində, zərərçəkmiş şəxsin isə həmin müəssisədə karküzar vəzifəsində işləməsi, onlar arasında Vazeh Vəliyevin həmin müəssisədə işləmədiyi dövrdən əvvəl hər hansı mübahisənin olmaması, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında mübahisələrinin məhz onların xidməti fəaliyyəti ilə əlaqədar yaranması işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs Vazeh Vəliyev məhkəmə istintaqında Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində Kür qəsəbəsi MTİS-də mühasib vəzifəsində işləyən Şahid1 hər hansı zor tətbiq etmədiyini, əksinə zərərçəkmiş şəxsin onun xidməti otağını dağıtdığını bildirsə də, onun bu hissədə verdiyi ifadəsi həqiqəti əks etdirmir və işin müəyyən edilmiş obyektiv hallarından da göründüyü kimi onun bu ifadələri məhz öz hüquqlarından istifadə edərək daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində hadisə baş verən gün Vazeh Vəliyevin idarə daxilindəki iş otağında Zərərçəkmiş şəxs boğazından tutub qolundan buraraq divara sıxaraq ona qanunsuz olaraq fiziki zor tətbiq etməsini təsdiq etmişlər. Həmin halın baş verməsi ibtidai istintaq zamanı keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” Publik hüquqi şəxsin 5 mart 2021-ci il tarixli 215 saylı rəyi ilə də müəyyən edilir. Belə ki, həmin rəyə əsasən Zərərçəkmiş şəxs bədən səthində 4 mart 2021-ci il tarixə uyğun gələn, KÜT əşyanın təsirindən törənmiş, sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən, boyunun ön səthinin qançırı xəsarəti aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” qərarında qeyd edilir ki, Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri) - vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin madditexniki və məlumat prosesinin təminatı ilə məşğuldurlar. “Hakimiyyət səlahiyyətindən və ya qulluq mövqeyindən sui istifadə etmək, hakimiyyət və ya qulluq səlahiyyətini aşmaq, səhlənkarlıq və vəzifə saxtakarlığı haqqında işlər üzrə məhkəmə təcrübəsi haqqında” SSRİ Ali Məhkəməsinin 30 mart 1990-cı il tarixli 4 saylı qərarının 11-ci bəndində vəzifə səlahiyyətlərini aşmanın aşağıdakı əsas növləri göstərilmişdir. 1) vəzifəli şəxsin başqa vəzifəli şəxsin səlahiyyətlərinə aid olan hərəkətləri etməsi; 2) vəzifəli şəxsin yalnız xüsusi hallarda, qanunda və ya qanun qüvvəli aktlarda göstərilən hallarda etməli olduğu hərəkətləri adi halda etməsi; 3) kollegial orqanın etmək hüququ olduğu hərəkətləri vəzifəli şəxsin təkbaşına etməsi; 4) vəzifəli şəxsin heç kimin və heç bir halda etmək hüququ olmayan hərəkətləri etməsi. Göstərilən bütün hallarda ümumi olan cəhət vəzifəli şəxsin qanunla ona verilmiş hüquq və səlahiyyətlərdən kənara çıxan davranışa yol verməsindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 309.2-ci maddəsinin dispozisiyası vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxan hərəkətlərin edilməsini, bu hərəkətlərin zor tətbiq etməklə və ya zor tətbiq edilməsi hədəsi ilə törədilməsini, yaxud silah və digər xüsusi vasitələrdən istifadə edilməklə törədilməsini və ya ağır nəticələrə səbəb olmasını özündə ehtiva edir. Vəzifə səlahiyyətlərini aşmanın obyektiv cəhətinin üç zəruri əlaməti var:

1. vəzifə səlahiyyətlərini aşmada ifadə olunan hərəkətlər;

2. vətəndaşların və ya təşkilatın hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticə;

3. əməllə nəticə arasında səbəbli əlaqənin olması. Sözügedən cinayətin obyektini və obyektiv cəhətini səciyyələndirən zəruri əlamətləri əlaqəli şəkildə təhlil etdikdə görünür ki, vəzifə səlahiyyətlərini aşmada ifadə olunan hərəkətlər dedikdə, vəzifəli şəxsin həyata keçirdiyi vəzifə ilə əlaqəsi olan, yerinə yetirdiyi funksiyanın xasiyyətlərindən irəli gələn hərəkətlər başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Vazeh Vəliyevlə zərərçəkmiş şəxs arasında münasibətlər məhz təqsirləndirilən şəxsin tutduğu Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin rəisi –vəzifəsini yerinə yetirməsi ilə əlaqədar yaranmış, yəni xidməti vəziyyətindən irəli gələn publik hüquq-münasibətləri olmuşdur. Həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə fiziki zor tətbiq edərək ona dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə onun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər yetirməsi məhz tutduğu vəzifədən doğan hərəkətlərdən irəli gəlir. Belə ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisənin baş verməsinə səbəb olmuş hallar onun tutduğu vəzifənin xidməti vəziyyətindən irəli gəlməsi, zərərçəkmiş şəxsin otağının qıfılının dəyişdirilərək onu otağına buraxmaması, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxaraq zərərçəkmiş şəxsin boğazından yapışıb və digər əli ilə sağ qolunu buraraq onu otağın divarına sıxmaqla ona fiziki zor tətbiq etməsi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə aralarında olan mübahisələrin həllini xidməti vəzifəsinin vəziyyətindən çıxış edərək həll etməsinə, başqa sözlə məsələnin səlahiyyətini aşaraq həllinə istiqamətlənməsinə, bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanmış və nəticədə müvafiq münasibətlər şəxsi münasibətlər çərçivəsində deyil, publik hüquq münasibətləri çərçivəsində baş vermişdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, 11 iyul 2020-ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbəsi, Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 4 mart 2021-ci il tarixdə, saat 11 radələrində Kür qəsəbəsi MTİS-də mühasib vəzifəsində işləyən Şahid1 xidməti iş otağına daxil olaraq həmin idarədə kargüzar işləyən Zərərçəkmiş şəxs idarədaxili intizam qaydalarını pozmadığı halda Şahid1 ilə söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan və heç bir halda etmək hüququ olmayan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb gözlənilmədən bir əli ilə Zərərçəkmiş şəxs boğazından yapışıb və digər əli ilə sağ qolunu tutub buraraq onu otağın divarına sıxmaqla ona boyunun ön səthinin qançırı xarakterli sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə və zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin Şəmkir rayonunun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin normal iş fəaliyyətini pozmaqla Zərərçəkmiş şəxs hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmuşdur. Göründüyü kimi ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxsə “zor tətbiq edib öldürəcəyi ilə hədələməklə” bağlı ittiham irəli sürsə də, həmin halın mövcudluğu məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, həmçinin cinayət işinin müəyyən edilmiş obyektiv halları ilə təsdiq edilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azəraycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan “zor tətbiq edib öldürəcəyi ilə hədələməklə” bağlı hissə çıxarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müdafiə tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə baxış zamanı müəyyən edilir ki, həmin diskdə olan görüntülər təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında hadisə baş verdikdən sonra qeydə alınmış görüntüləri özündə əks etdirməklə, həqiqətən də tərəflər arasında mübahisənin baş verməsini, həmin mübahisənin idarənin daxili otağında baş verməsini, mübahisədən sonra təqsirləndirilən və zərərçəkmiş şəxs arasında sözlü mübahisənin davam etməsini təsdiq edir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi diskə münasibətdə qeyd edir ki, həmin disk Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əldə edilmədiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X10 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə tövsif edir. X13 cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxs X12 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs X10 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61.1-ci maddələrinə göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə, X10 törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.2-ci maddəsinin sanksiyasının həddində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir və yalnız bu yolla cəzanın qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X12 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Hal-hazırda X13 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Ona təyin edilmiş əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 iyun 2021-ci il tarixdən hesablanmalı, əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X13 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 10 iyun 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X12 təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmdən elan olunduğu (hökmün surəti X12 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar