Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-130/2021 04.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X7 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili-X12 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1964-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Goranboy rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(045)55/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X19 Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində onun köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:12-də yaşadığı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki ot tayasının arxa tərəfində onunla həmin qəsəbədə qonşuluqda yaşayan xx xxxx 2010-cü il tarixdə doğulmaqla onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs azyaşlı olması səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə edib sonuncunu üzüstə yerə uzadaraq əynində olan şortiki arxa tərəfindən aşağı çəkib Zərərçəkmiş şəxs üstünə uzanmaqla öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə cinsiyyət orqanını çıxarıb sonuncunun arxa keçəcək dəliyinin kənarlarına sürtdükdən sonra arxa keçəcək dəliyinə soxaraq anus dəliyinin girəcəyində, şərti saat siferblatının 12 rəqəminə uyğun səviyyədə şüavari büküş boyunca təxminən 1,6 x 0,2 ölçüdə cırılmış yaxşı nəzərə çarpan qırmızımtıl rəngdə yara xəsarəti yetirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.3.3cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1993-cü ildən Goranboy rayonunun Aşağı-Ağcakənd qəsəbəsində məskunlaşmış və heç bir yerdə işləmməmişdir. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə onun qonşuluğunda yaşamış və onu qonşu kimi tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 17:00 radələrində o, Goranboy rayonu Aşağı-Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı ərazisindən damda saxladığı ev quşlarına ot biçərkən qonşusu Şahid2 və Rüfət Novruzov onların həyətyanı torpaq sahələrinin arasına çəkilmiş torun yanında söhbət etmişlər. Şahid2 və Rüfət Novruzov onu səsləyərək ondan siqaretinin olub-olmadığını soruşmuş o da siqaretinin olmadığını onlara bildirmişdir. Həmin vaxt Şahid2 ona siqaretinin olduğunu deyərək ondan siqaret istəyib-istəmədiyini soruşmuşdur. O da Şahid2 siqaret istəmişdir. Şahid2 ona 1(bir) ədəd siqaret vermişdir. Rüfət Novruzov onun siqaretini yandırdıqdan sonra o, siqaret çəkə-çəkə X20 Novruzovun yanından uzaqlaşmışdır. O, həyətində oturub siqareti çəkərkən qonşusu azyaşlı Taleh Mustafyev onun yanına gəlmişdir. Həmin vaxt o, Taleh Mustafyevin qardaşı Şahid2 səsləyərək qardaşı Zərərçəkmiş şəxs gəlib yanından aparmasını istəmişdir. Bu zaman Şahid2 nəsə demiş, lakin o həmin sözü eşidə bilməmişdir. Şahid2 atası Şahid4 evindən çıxaraq onun evindən aşağı tərəfdə yerləşən fərdi yaşayış evinə tərəf getmişdir. O, siqareti çəkib qurtardıqdan sonra siqaretin kötüyünü yerə tullamışdır. Bu zaman Zərərçəkmiş şəxs həmin siqaret kötüyünü yerdən götürüb çəkmək istəmişdir. Zərərçəkmiş şəxs atası Şahid4 əvvəllər ona oğlu Zərərçəkmiş şəxs siqaret verməməsini tapşırmışdır. Buna görə də o, Zərərçəkmiş şəxs siqareti yerə atmasını demişdir. Lakin Zərərçəkmiş şəxs siqaret kötüyünü yerə atmamışdır. O, siqaret kötüyünü almaq üçün Zərərçəkmiş şəxs yerə yıxaraq qıdıqlamağa başlamış və siqaret kötüyünü Zərərçəkmiş şəxs əlindən alıb tullamışdır. Həmin vaxt Rüfət Novruzov onların yanına gələrək ondan nə iş gördüyünü soruşmuşdur. O, X21 Mustafayevin əlindəki siqaret kötüyünü almağa çalışdığını bildirmişdir. Rüfət Novruzov ona heç bir söz demədən Zərərçəkmiş şəxs onun yanından götürüb evlərinə aparmışdır. Rüfət Novruzovun mobil telefonla çəkdiyi çəkilişdə onun əynində olan şalvarın zəncirbəndi qırılmış vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs heç bir seksual hərəkət etməmiş, ondan siqaret kötüyünü almağa çalışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu evdən səsləyib həyətində bağladıqları danaya su vermək üçün onu yanına çağırmışdır. O, danaya su vermək üçün Təqsirləndirilən şəxs yanına getdikdə Təqsirləndirilən şəxs onu həyətdə olan ot tayasının arxa tərəfinə apararaq yerə yıxmışdır. Təqsirləndirilən şəxs onun əynində olan göy rəngli şortiki aşağı çəkərək öz cinsiyyət orqanını onun arxa keçəcəyinə sürtmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs cinsiyyət orqanını onun arxa keçəcəyindən içəri daxil etmişdir. Həmin vaxt tanışı X29ndə telefonla onların yanına gələrək Təqsirləndirilən şəxs nə iş gördüklərini soruşduqda sonuncu heç nə eləmədiklərini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə Goranboy rayonu Aşağı-Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evində, evinin həyətində və evinin həyətində dovşan üçün düzəltdiyi damda ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər ona qarşı etdiyi seksual xarakterli hərəkətlər barədə anası Turabə Gülməmmədovaya bildirmiş, lakin anası onun sözlərini ciddi qəbul etməmişdir. Hətta Təqsirləndirilən şəxs bir neçə dəfə ona bacıları Şahid6, Şahid5, anası Şahid1 və qohumu Şahid9 onun yanına gətirməyini istəmişdir. O, Təqsirləndirilən şəxs onu yerə yıxarkən sağ yanaq nahiyyəsinin sıyrıldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona etdiyi hərəkətləri heç kəs görməmişdir. Təqsirləndirilən şəxs başqa ona heç kim belə pis hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər edərkən pul verəcəyini vəd etmişdir. Hətta o, hadisədən 10 gün əvvəl Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər edərkən alt tumanına qanabənzər ləkələrin dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs onun oğlu Zərərçəkmiş şəxs tez-tez yanına çağıraraq həyətindən meyvə yığıb vermiş və ya yanında oynatmışdır. Lakin o, Zərərçəkmiş şəxs əqli çəhətdən xəstə olduğu üçün Təqsirləndirilən şəxs yanında çox qalmağına imkan verməmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində o, evdə olarkən balaca qızı Şahid5 onu çölə çağıraraq qardaşı Zərərçəkmiş şəxs qonşu Təqsirləndirilən şəxs yanından çağırmağa gedərkən Təqsirləndirilən şəxs oğlu Taleh Mustafyevi qucağına aldığını gördüyünü və buna görə də əsəbləşib Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlədərək Taleh Mustafyevi özü ilə birlikdə evə gətirdiyini bildirmişdir. O, qızı Şahid5 bu barədə heç kimə heç bir söz deməməsini xahiş etmişdir. Ertəsi gün əri Mustafa Mustafyev evdən çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs çağıraraq oğlu Zərərçəkmiş şəxs qarşı etdiyi əxlaqsız hərəkətlərə görə nalayiq ifadələrlə sonuncunu təhqir edib bir daha elə bir hərəkət etməməsi üçün sözlə hədələmişdir. A. Həsənov həmin vaxt ona Zərərçəkmiş şəxs qarşı heç bir əxlaqsız hərəkət etmədiyini bildirərək onun yanından uzaqlaşmışdır. Həmin gündən təxminən 2-3 gün keçdikdən sonra Zərərçəkmiş şəxs paltarı çirkli vəziyyətdə evə gəlmiş, o böyük qızı Şahid6 ilə birlikdə oğlu Zərərçəkmiş şəxs hamamda çimizdirməyə aparmışdır. Qənifə Zərərçəkmiş şəxsyevin əynindəki paltarı çıxartdıqda tumanını ona göstərərək qanabənzər ləkənin olduğunu göstərmişdir. O həmin vaxt Təqsirləndirilən şəxs oğlu Taleh Həsənova qarşı seksual xarakterli hərəkətlər etməsindən şübhələnməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə o, əri Mustafa Mustafyevlə birlikdə Bakı şəhərinə getmiş və uşaqlarını Şahid4 birinci arvadı Gülzadə Mustafayevə tapşırmışdır. Onlar Bakı şəhərində olarkən oğlu Zərərçəkmiş şəxs Şahid9 qonşusu Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Şahid9 isə bu barədə oğlu Şahid2 məlumat vermişdir. Həmin gün gecə Şahid2 qohumu Rüfət Novruzova mesaj yazaraq səhər tezdən onlara gəlməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə X29 Mustafayevin evinə getmişdir. Şahid2 olanlar barədə Rüfət Novruzova məlumat vermişdir. Şahid2 qardaşı Zərərçəkmiş şəxs izləyərək Təqsirləndirilən şəxs ona qarşı etdiyi seksual xarakterli hərəkətləri özünün videoya çəkə bilməyəcəyini deyərək ondan həmin hadisəni telefon vasitəsi ilə çəkməyini xahiş etmişdir. Həmin gün saat 17 radələrində X9 Mustafayevi izlədikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çağıraraq həyətinə apardığını görmüşdür. Rüfət Novruzov telefonunu videoyazıya qoyaraq gizli olaraq Təqsirləndirilən şəxsla T.Mustafyevin yanına getdikdə Təqsirləndirilən şəxs T. Mustafayevə qarşı seksual xarakterli hərəkətlər etdiyini görmüş və hadisəni özünə məxsus mobil telefon vasitəsi ilə çəkmişdir. Həmin gün axşam o, Şahid4lə birlikdə Goranboy rayonu Aşağı- Ağcakənd qəsəbəsində yerləşən evinə gəldikdə oğulluğu Şahid2 ona hadisə barədə məlumat verərək ərizə ilə aidiyyəti üzrə Xocalı rayon prokurorluğuna müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. X14 və analığı Şahid1 xx xxxxxx 2020-ci il tarixdə müalicə məqsədilə Bakı şəhərinə getdikləri üçün ondan və anası Şahid9 həmin gün gecə qardaşı Zərərçəkmiş şəxs, bacıları Şahid6 və Şahid5 yanında qalmaqlarını xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində o, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində atası Şahid4 məxsus evdə qardaşı Zərərçəkmiş şəxs, anası Şahid9, bacıları Şahid6 və Şahid5 ilə birlikdə süfrə arxasında əyləşib yemək yeyərkən qardaşı Zərərçəkmiş şəxs onlara qonşu Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs yaşlı şəxs olduğuna görə onun qardaşı Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkətlər etməsinə heç kim inanmamışdır. Həmin gün axşam bu barədə çox fikirləşəndən sonra o, bu məlumatı evlərinə gələn bibisi qızının əri Rüfət Novurzovla bölüşmüşdür. Rüfət Novruzov ilk olaraq ona inanmasa da sonradan bunu sabah gəlib dəqiqləşdirəcəyini bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs qonşu Təqsirləndirilən şəxs yanına gedərkən gizli olaraq izləyəcəyini və Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkətlər edəcəyi halda həmin hadisəni telefonu vasitəsilə videoya çəkəcəyini demişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15-16 radələrində Rüfət Novruzov onlara gəlmiş və onlarla birlikdə yemək yeyərkən qonşusu Təqsirləndirilən şəxs qardaşı T. Mustafayevi səsləyərək həyətinə hörüklənmiş erkək danaya su verməsini bildirmişdir. O, A. Həsənova qardaşı Zərərçəkmiş şəxs yemək yediyini deyərək daha sonra danaya su verməsi üçün göndərəcəyini demişdir. Zərərçəkmiş şəxs yemək yedikdən sonra qonşusu Təqsirləndirilən şəxs yanına getdikdə A. Həsənov T. Mustafayevi qucaqlayaraq öpmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətinin evinə tərəf olan istiqamətə doğru apararkən o, Təqsirləndirilən şəxs səslənib qardaşı Zərərçəkmiş şəxs harasa gedəcəyi təqdirdə onu xəbərdar etməsini xahiş etmişdir.Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı olan mehriban münasibətinə o həmişə qonşuluq münasibəti kimi baxmışdır. O, Rüfət Novruzovdan qardaşı Zərərçəkmiş şəxslə qonşu Təqsirləndirilən şəxs izləməsini xahiş edərək digər danaya su vermək üçün üzbə-üzdə yerləşən özünə məxsus evinin həyətinə getmişdir. Təxminən saat 17 radələrində X16 Mustafayevi danlaya-danlaya evə gətirdiyini görmüş və Rüfət Novruzova yaxınlaşaraq nə baş verdiyini soruşarkən sonuncu telefonunda olan videoçəkilişi ona göstərərək Zərərçəkmiş şəxs ona dediklərinin doğru olduğunu bildirmişdir. Belə ki, həmin videogörüntüdə o, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs üzü üstə yerə uzadaraq arxa tərəfdən şortikini aşağı çəkib cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə sürtməsini gormüşdür. Sonra bununla bağlı o, Rüfət Novruzovla birlikdə dərhal Xocalı rayon prokurorluğuna məlumat vermiş və Təqsirləndirilən şəxs qardaşı Taleh Həsənova qarşı etdiyi əxlaqsız əməllərə görə cəzalandırılmasını xahiş etmişdir. Həmin gün axşam Bakı şəhərindən evə gələn atası Şahid4 və analığı Şahid1 hadisə barəsində məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun balaca oğludur, onun 10 yaşı vardır və əqli cəhətdən qüsurlu uşaqdır. O və arvadı Şahid1 xx xxxxxx 2020-ci il tarixdə müalicə məqsədilə Bakı şəhərinə getdikləri üçün böyük oğlu Şahid2 və birinci arvadı Şahid9 həmin gün gecə balaca oğlu Zərərçəkmiş şəxs, qızları Şahid6 və Şahid5 yanında qalmaqlarını xahiş etmişdir. O və arvadı Şahid1 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərindən Goranboy rayonu, Aşağı- Ağcakənd qəsəbəsində yerləşən evinə qayıtdıqdan sonra böyük oğlu Şahid2 bikef olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur. Şahid2 ilkin olaraq nə baş verdiyini ondan gizlətməyə çalışsa da sonradan Şahid5 təkidi ilə qonşu Təqsirləndirilən şəxs balaca oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini və həmin hadisəni qohumu Rüfət Novruzovun mobil telefonu vasitəsilə videogörüntüsünü qeydə aldığını bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs tərəfindən onun oğlu Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsindən şübhələndiyi üçün qohumu Rüfət Novruzovdan onları gizli olaraq izləyib videoya çəkməsini xahiş etdiyini demişdir. Sonradan o, ailə üzvlərindən Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs qarşı seksual xaqrakterli hərəkətlər etməsi barədə Zərərçəkmiş şəxs özünün də ailə üzvlərinə məlumat verdiyini eşitmişdir. Lakin Zərərçəkmiş şəxs əqli cəhətdən qüsurlu olduğuna görə onun evdə dediyi sözlərə heç kim əhəmiyyət verməmişdir. Hətta o və arvadı Şahid1 Bakı şəhərinə getməmişdən təxminən 5 gün əvvəl Şahid1 ona qonşusu Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs anasını, ögey anası Şahid9 və bacılarını onun yanına aparmasını deməsini bildirmişdir. O da arvadı Şahid1 əsəbləşərək Zərərçəkmiş şəxs əqli cəhətdən qüsurlu olduğuna görə həmin sözləri özündən uydurduğunu bildirmişdir. Şahid2 qohumu Rüfət Novruzovun mobil telefonla çəkdiyi videogörüntünü Xocalı rayon prokurorluğuna təqdim edərək şikayət etdiyini ona bildirmişdir. O, Təqsirləndirilən şəxs azyaşlı oğlu Zərərçəkmiş şəxs qarşı etdiyi seksual xarakterli hərəkətləri görməmiş və ya şübhələnməmişdir. O, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs qarşı etdiyi seksual xarakterli hərəkətlərin qarşılığında Zərərçəkmiş şəxs pul və mobil telefon verəcəyini vədd etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. X14 və anası Şahid1 xx xxxxxx 2020-ci il tarixdə müalicə məqsədilə Bakı şəhərinə getdikləri üçün onun qardaşı Şahid2 və ögey anası Şahid9 həmin gün gecə qardaşı Zərərçəkmiş şəxs, bacısı Şahid6 və onun yanında qalmaqlarını xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən evdə qardaşı Zərərçəkmiş şəxs, analığı Şahid9, bacısı Şahid6 və böyük qardaşı Şahid2lə birlikdə süfrə arxasında əyləşib yemək yeyərkən qardaşı Zərərçəkmiş şəxs onlara qonşu Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşlı adam olduğuna görə onun Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkətlər etməsinə heç kim inanmamışdır. Lakin böyük qardaşı Şahid2 həmin sözlərdən şübhələndiyi üçün Zərərçəkmiş şəxs dediyi sözlərin düzgün olub-olmadığını dəqiqləşdirəcəyini söyləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15-16 radələrində qohumu Rüfət Novruzov onlara getmişdir. Rüfət Novruzov onlarla birlikdə yemək yemişdir. Yemək yeyərkən Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs səsləyərək onların həyətinə hörüklənmiş erkək danaya su verməsini bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs yemək yediyini deyərək daha sonra danaya su verməsi üçün göndərəcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs yemək yedikdən sonra qonşu Təqsirləndirilən şəxs yanına getdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucaqlayaraq üzündən öpmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətinin evinə tərəf olan istiqamətdə apararkən Şahid2 Təqsirləndirilən şəxs səslənib Zərərçəkmiş şəxs harasa gedəcəyi təqdirdə onu xəbərdar etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı olan mehriban münasibətinə həmişə qonşuluq münasibəti kimi baxmışdır. Həmin vaxt qardaşı Əli X1rdaşı Zərərçəkmiş şəxslə qonşu Təqsirləndirilən şəxs izləməsini və Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkətlər edəcəyi halda həmin hadisəni telefonu vasitəsilə videoya çəkməsini xahiş edərək digər danaya su vermək üçün onların evi ilə üzbə-üzdə yerləşən fərdi yaşayış evinin həyətinə getmişdir. Rüfət Novruzov onlara evdən çıxmamaqlarını bildirərək Zərərçəkmiş şəxslə qonşusu Təqsirləndirilən şəxs izləməyə getmişdir. Təxminən saat 17 radələrində Rüfət Novruzov qardaşı Zərərçəkmiş şəxs danlaya-danlaya evə gətirmişdir. X22 yaxınlaşaraq nə baş verdiyini soruşarkən Rüfət Novruzov telefonunda olan videoçəkilişi qardaşı Şahid2 göstərərək Zərərçəkmiş şəxs onlara dediyi sözlərin doğru olduğunu bildirmişdir. Sonra bununla bağlı Şahid2 Rüfət Novruzovla birlikdə dərhal Xocalı rayon prokurorluğuna gedib məlumat vermişdir. 2020-ci ilin avqust ayının əvvəllərində o, qardaşı Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs həyətindən çağırmağa gedərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oturaqlı vəziyyətdə qucağına aldığını və onun arxa keçəcəyini əllədiyini görmüşdür. Buna görə o, Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədərək qardaşı Zərərçəkmiş şəxs özü ilə birlikdə evə aparmışdır. Bu barədə anası Şahid1 məlumat vermişdir. Şahid1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hər hansı əxlaqsız hərəkət etməsinə inanmadığına görə ona gördükləri barədə heç kimə məlumat verməməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 ifadəsinə uyğun məzmunli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşamış və əqli cəhətdən qüsurlu uşaq olmuşdur. T.Mustafyev tez-tez onlara gələrək onun və atası Təqsirləndirilən şəxs yanında oynamışdır. Zərərçəkmiş şəxs bundan təxminən 1-2 il əvvəl onlarda olarkən qəflətən xəstəliyi tutaraq özündən getmişdir. T. Mustafayevin anası Şahid1 buna görə onları günahlandırmışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs onların evinə getdikdə o, sonuncunu öz evlərinə göndərməyə çalışmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 09-10 radələrində polis əməkdaşları onun evinə gələrək atası Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. O, yaşadığı evin həyətində olarkən qonşuluğunda yaşayan Şahid6 səsləyərək söhbət eləmək üçün yanına çağırmışdır. Şahid5 ona tərs cavab verərək həmin vaxtdan bir gün əvvəl onun atası Təqsirləndirilən şəxs qardaşı T. Mustafyevə qarşı yaşadığı evin həyətində seksual xarakterli hərəkətlər edərkən Rüfət Novruzov tərəfindən yaxalandığını və həmin hadisəni Rüfət Novruzovun telefonu vasitəsilə videoya çəkdiyini bildirmişdir. Bütün eşitdiklərinə inanmadığı üçün o, polis şöbəsinə zəng vurub atası Təqsirləndirilən şəxs hansı səbəblə polis şöbəsinə aparıldığını soruşduqda polis şöbəsindən Təqsirləndirilən şəxs qonşusu azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi ilə əlaqədar polis şöbəsinə aparıldığı bildirilmişdir. Hadisə baş verən vaxt o, bacısı Əfsanə ilə birlikdə evdə olmuş və hadisənin necə baş verməsi barədə heç bir məlumatı olmamışdır. X11 telefonu vasitəsilə hadisənin qeydə alındığı videoçəkilişi izləmişdir. Şahid1 hadisədən əvvəl tez-tez ona atası Təqsirləndirilən şəxs tutduracağını bildirmişdir. O da bu barədə atası Təqsirləndirilən şəxs deyərək onun Şahid1 nə etdiyini soruşduqda Təqsirləndirilən şəxs Şahid1 heç nə etmədiyini, sadəcə olaraq boş-boşuna danışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 da ifadəsində bacısı Aygün Həsəovanın göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Şahid4 və Şahid1 xx xxxxxx 2020-ci il tarixdə müalicə məqsədilə Bakı şəhərinə getdikləri üçün ondan və oğlu Şahid2 həmin gün gecə uşaqları Zərərçəkmiş şəxs, Şahid6 və Şahid5 yanında qalmaqlarını xahiş etmişlər. O, oğlu Şahid2lə birlikdə Şahid4 evinin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində Şahid4 məxsus evdə oğlu Şahid2, oğulluğu Zərərçəkmiş şəxs, ögey qızları Şahid6 və Şahid5 ilə birlikdə süfrə arxasında əyləşib yemək yeyərkən Zərərçəkmiş şəxs onlara qonşu Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs əvvəllərdə ona belə sözlər demişdir. O da bu barədə oğlu Şahid2 bildirmişdir. Lakin Şahid2 qardaşı Zərərçəkmiş şəxs əqli cəhətdən qüsurlu şəxs olduğuna görə onun dediklərinə inanmamışdır. Bundan əlavə, qonşu Təqsirləndirilən şəxs yaşlı adam olduğuna görə onun Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkətlər etməsinə heç kim inanmamışdır. Lakin oğlu Şahid2 həmin sözlərdən şübhələndiyi üçün Zərərçəkmiş şəxs dediyi sözlərin düzgün olub-olmadığını dəqiqləşdirəcəyini söyləmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15-16 radələrində qohumu Rüfət Novruzov onlara gəlmiş və onlarla birlikdə yemək yemişdir. Yemək yeyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs səsləyərək həyətinə hörüklənmiş erkək danaya su verməsini bildirmişdir. Şahid2 Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs yemək yediyini deyərək daha sonra danaya su verməsi üçün göndərəcəyini qeyd etmişdir. Zərərçəkmiş şəxs yemek yedikdən sonra yan qonşu Təqsirləndirilən şəxs yanına getdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qucaqlayaraq öpmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətinin evinə tərəf olan istiqamətinə doğru apararkən Şahid2 Təqsirləndirilən şəxs səslənib qardaşı Zərərçəkmiş şəxs harasa gedəcəyi təqdirdə onu xəbərdar etməsini xahiş etmişdir. Həmin vaxt oğlu Əli X1rdaşı Zərərçəkmiş şəxslə qonşusu Təqsirləndirilən şəxs izləməsini və Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs qarşı hər hansı seksual xarakterli hərəkətlər edəcəyi halda həmin hadisəni mobil telefonu vasitəsilə videoya çəkməsini xahiş edərək digər danaya su vermək üçün yaşadığı evin həyətinə getmişdir. Rüfət Novruzov onlara evdən çıxmamalarını bildirərək Zərərçəkmiş şəxslə qonşu Təqsirləndirilən şəxs izləməyə getmişdir. Təxminən saat 17 radələrində X26 Mustafayevi danlaya-danlaya evə gətirmişdir. X22 yaxınlaşaraq nə baş verdiyini soruşanda Rüfət Novruzov telefonunda olan videoçəkilişi oğlu Şahid2 göstərərək Zərərçəkmiş şəxs onlara dediyi sözlərin doğru olduğunu bildirmişdir. Sonra bununla bağlı oğlu Şahid2 Rüfət Novruzovla birlikdə dərhal Xocalı rayon prokurorluğuna gedib məlumat vermişdir. O X11 çəkdiyi videoçəkilişi izləyərkən Təqsirləndirilən şəxs oğulluğu Zərərçəkmiş şəxs qarşə seksual xarakterli hərəkətlər etdiyini görmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, X13 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Xocalı rayon prokurorluğuna təqdim olunmuş videogörüntü olan diskdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:12-də Təqsirləndirilən şəxs yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki ot tayasının arxa tərəfində qonşusu 14 yaşına çatmayan Zərərçəkmiş şəxs üz üstə yerə uzadaraq sonuncunun əynində olan şortikinin arxa tərəfindən aşağı çəkib üstünə uzanaraq cinsiyyət orqanını çıxarıb azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin kənarlarına sürtməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakı ilə xx xxxxxx 2020-ci il tarixdə X4 könüllü olaraq Xocalı rayon prokurorluğuna təqdim etdiyi videogörüntünün əks olunduğu bir ədəd CD diskə baxış keçirilmişdir. Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxslərin birinin özü olduğunu, digər şəxsin isə azyaşlı qonşusu Zərərçəkmiş şəxs olduğunu etiraf edərək Zərərçəkmiş şəxs üstünə uzanaraq onun əlindən siqaret kötüyünü almağa çalışdığını və Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(045)-55/2020 saylı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi İlqar Həsənovun iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini göstərib ifadəsindəki xüsusatları təsdiq etmiş, Təqsirləndirilən şəxs göstərdiyi həmin yerlərə baxış keçirilmiş, baxış zamanı fotoşəkillər çəkilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı maddi sübut, iz, ləkə aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim olunmuş bir ədəd hərbi formaya aid komflyaj, bir ədəd qara rəngli kişi şalvarı və bir ədəd qara rəngli poliver baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb etdiyindən xx xxxxxx 2020-ci il tarixli protokolla maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 650/2020- MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs anal dəliyindən ekspert tərəfindən götürülərək təqdim olunmuş 1(bir) ədəd tənzif parçası üzərində olan ləkələrdə spermatozoidlər aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 539 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs arxa keçəcəyində (anal dəliyində) aşkar olunan yara gərginləşmiş kişi cinsiyyət orqanının anus dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə xarakterik, hadisənin baş verdiyi göstərilən şərait və tarixdə, yəni xx.xx.2020-ci il tarixdə yetirilməyə uyğun gələn, anus dəliyinin girəcəyində, şərti saat siferblatinin 12 rəqəminə uyğun səviyyədə şüavari büküş boyunca təxminən 1,6 x 0,2 ölçüdə cırılmış yaxşı nəzərə çarpan qırmızımtıl rəngdə yara və sağ yanaq nahiyyəsində dərəcəsi təyin edilməyən xəsarət aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ağcakənd qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 254 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonunun Çeşməli kəndində yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “paltarlar baxış keçirilməsi və götürülməsi haqqında” qərardan görünür ki, azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1(bir) ədəd yaşıl rəngli şortik, 1(bir) ədəd bədən hissəsi qırmızı qolları isə yaşıl rəngli köynək və 1(bir) ədəd boz rəngli tuman onun anası Şahid1 tərəfindən istintaqa təqdim olunmuş və həmin əşyalara baxış keçirilən zamanı fotoşəkillər çəkilməklə həmin geyim əşyaları iş üçün əhəmiyyət kəsb etdiyindən xx xxxxxx 2020-ci il tarixli protokolla tərəfimdən maddi sübut kimi götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin xx xxxxxxxx 2020-ci il tarixli, 650/2020- MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs anal dəliyindən ekspert tərəfindən götürülərək təqdim olunmuş 1(bir) ədəd tənzif parçası üzərində olan ləkələrdə spermatozoidlər aaşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət X23 Bölmələrinin X8 Rayon Mərkəzi Xəstəxanası Pulblik Hüquq şəxs tərfindən verilmiş xx.xx.2020-ci il tarixli 852 saylı məktubundan görünür ki, Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakini 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdən Goranboy MRX-nın poliklinikasının ruhi-əsəb kabinetində uşaqlıqdan əlil diaqnozu ilə dispanser qeydiyyatında dayanır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayonu,Aşağı Ağcakənd qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməekspertiza X17 bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli 16/626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus uzunqol poluverin və şortikin üzərilərində olan zədələr (hər birində bir ədəd olmaqla) fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb cırılma-sökülmə zədələrinin olması aşkar edilmişdir. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus alt tumanın və Təqsirləndirilən şəxs oğluna məxsus paltarların üzərində trasoloji zədənin olması aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməekspertiza X17 bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli 16/626 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus uzunqol poluverin və şortikin üzərilərində olan zədələr (hər birində bir ədəd olmaqla) fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb cırılma-sökülmə zədələrinin olması aşkar edilmişdir. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus alt tumanın və Təqsirləndirilən şəxs oğluna məxsus paltarların üzərində trasoloji zədənin olması aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Goranboy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsinə əsasən onun xarici cinsiyyət orqanında hər hansı bir yara-xəsarət olmadığı üçün onun cinsi əlaqədə olma qabiliyyəti inkar olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji dispanserinin xx xxxxxxx 2020-ci il tarixli, 567/256 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs seksual xarakterli zorakılıq hərəkətləri olan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək,hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda məcburi müalicə tədbirlərinə ehtiyacının olmaması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji dispanserinin xx xxxxxxx 2020-ci il tarixli, 565 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs epilepsiya, qıcolma tutmaları və ağıl zəifliyi ilə XBT10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyi keçirdiyindən ona qarşı törədilən qanunazidd əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaqın yekun mərhələsində verdiyi (xx.xx.2020-ci tarixli ifadəsi, cild 1, i.v 73-74, xx.xx.2020-ci tarixli ifadəsi 2, i.v 19-21,) zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməməsi və siqaret kötüyünü ondan almaq məqsədi ilə qucaqlaması barədə ifadəsinə işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, şahid ifadələri, ifadənin yerində yoxlanması və üzləşdirmə protokolları, cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon vasitəsilə çəkilmiş video çəkiliş ilə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirb inandırıcı hesab etmir. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:12-də yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətindəki ot tayasının arxa tərəfində onunla həmin qəsəbədə qonşuluqda yaşayan xx xxxx 2010-cü il tarixdə doğulmaqla onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs azyaşlı olması səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə edib sonuncunu üzüstə yerə uzadaraq əynində olan şortiki arxa tərəfindən aşağı çəkib Zərərçəkmiş şəxs üstünə uzanmaqla öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə cinsiyyət orqanını çıxarıb sonuncunun arxa keçəcək dəliyinin kənarlarına sürtdükdən sonra arxa keçəcək dəliyinə soxaraq anus dəliyinin girəcəyində, şərti saat siferblatının 12 rəqəminə uyğun səviyyədə şüavari büküş boyunca təxminən 1,6 x 0,2 ölçüdə cırılmış yaxşı nəzərə çarpan qırmızımtıl rəngdə yara xəsarəti yetirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi məhkəmədə öz əksini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə bu mənada törədilən cinayətin qurbanının azyaşlı uşaq olmasını, baş vermiş hadisə nəticəsində iş üzrə Zərərçəkmiş şəxs mənəvi və psixoloji sarsıntıya məruz qalmasını və xəstə olmasını, təqsirləndirilən şəxsin hadisədən əvvəlki və sonrakı davranışlarını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Xocalı rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş 01(bir) ədəd hərbi formaya aid komuflyaj, 01 (bir) ədəd qara rəngli kişi şalvarı və 01 (bir) ədəd qara rəngli poliver Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməli, Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi oğlu Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd yaşıl rəngli şortik, 01 (bir) ədəd bədən hissəsi qırmızı qolları isə yaşıl rəngli köynək və 01 (bir) ədəd boz rəngli tuman sahibinə qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. İş üzrə 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 11 (on bir) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 (on bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 (almış altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 (bir) ədəd hərbi formaya aid komuflyaj, 01 (bir) ədəd qara rəngli kişi şalvarı və 01 (bir) ədəd qara rəngli poliver Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin, Şahid1 könüllü olaraq istintaqa təqdim etdiyi oğlu Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd yaşıl rəngli şortik, 01 (bir) ədəd bədən hissəsi qırmızı qolları isə yaşıl rəngli köynək və 01 (bir) ədəd boz rəngli tuman sahibinə qaytarılsın, imtina edildikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X12 həyata keçirdiyindən 66 (altmış altı) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X19 Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-130/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-130/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver