Məhkəmə qərarları › İş №1(100)-130/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-130/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-130/2022 18.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X16 və X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X9, X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Tərtər rayonu, Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx.xx.1989-cu ildə Bərdə rayonu, Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 2021-ci ilin iyul ayının ortalarında dəqiq günü məlum olmayan vaxtda tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib Gəncə şəhəri, Hacıkənd qəsəbəsi ərazisində arxın kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının istifadəyə yararlı hissələrini toplayaraq həmin yerdə sərib, qurutmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 10462,42 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə ora gedərək, əldə etdikləri külli miqdarda narkotik vasitəni gələcəkdə satmaq istədikləri müştərilərə keyfiyyət dərəcəsinin yoxlanılması üçün təqdim etmək niyyəti ilə satış məqsədilə Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə olan qurudulmuş marixuananın 6,47 qramını bir ədəd kibrit qutusuna qablaşdırıb əynindəki göy rəngli şalvarın sağ yan cibinə, o, isə 5,95 qramını bir ədəd kibrit qutusuna qablaşdırıb sağ ayağındakı coraba qoyaraq, qanunsuz olaraq saxlayaraq daşımış, qalan 10450 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı isə ayrı-ayrılıqda üç ədəd kisəyə qablaşdırıb, kisələrin üzərini sarı rəngli yapışqan lentlə bağlayaraq, sürücüsü və qeydiyyat nişanı məlum olmayan ağ rəngli “VAZ-2107” markalı taksi avtomobil ilə satış məqsədilə qanunsuz daşıyaraq Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etdikdə DİN-in BDYPİ-nin 723 saylı stasionar postuna çatmağa təxminən 2,0 km qalmış yolun sağ kənarında ağaclıqda insanların görməsinin mümkün olmadığı yerdə gizlədib, satış məqsədilə qanunsuz olaraq saxlamış, 05 avqust 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs2la birlikdə Tərtər rayonundan həmin yerə gəlib, ayrıayrılıqda üç ədəd kisədə 10450 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı gizlədib saxladıqları yerdən götürərək avtomobilin arxa yük yerinə qoyub, Tərtər rayonu Hacıqərvənd kəndində yaşadığı fərdi yaşayış evinə aparmaq üçün satış məqsədi ilə qanunsuz olaraq daşıyarkən həmin gün saat 15:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin və Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib, avtomobilə baxış keçirilərkən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış üç ədəd kisədə ayrı-ayrılıqda təmiz çəkiləri 3200 qram, 3100 qram və 4150 qram, ümumi təmiz çəkisi 10450 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomobilin arxa yük yerindən, üzərlərində şəxsi axtarış aparılarkən isə sağ ayağındakı corabın içərisindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,95 qram və Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,47 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 2021-ci ilin iyul ayının ortalarında dəqiq günü məlum olmayan vaxtda tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib Gəncə şəhəri Hacıkənd qəsəbəsi ərazisində arxın kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının istifadəyə yararlı hissələrini toplayaraq həmin yerdə sərib, qurutmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda 10462,42 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, 04 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə ora gedərək, əldə etdikləri külli miqdarda narkotik vasitəni gələcəkdə satmaq istədikləri müştərilərə keyfiyyət dərəcəsinin yoxlanılması üçün təqdim etmək niyyəti ilə satış məqsədilə Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan qurudulmuş marixuananın 5,95 qramını bir ədəd kibrit qutusuna qablaşdırıb sağ ayağındakı coraba, o, isə 6,47 qramını bir ədəd kibrit qutusuna qablaşdırıb əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoyaraq, qanunsuz olaraq saxlayaraq daşımış, qalan 10450 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı isə ayrı-ayrılıqda üç ədəd kisəyə qablaşdırıb, kisələrin üzərini sarı rəngli yapışqan lentlə bağlayaraq sürücüsü və qeydiyyat nişanı istintaqa məlum olmayan ağ rəngli “VAZ-2107” markalı taksi avtomobil ilə satış məqsədilə qanunsuz daşıyaraq Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etdikdə DİN-in BDYPİnin 723 saylı stasionar postuna çatmağa təxminən 2,0 km qalmış yolun sağ kənarında ağaclıqda insanların görməsinin mümkün olmadığı yerdə gizlədib, satış məqsədilə qanunsuz olaraq saxlamış, 05 avqust 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1la birlikdə Tərtər rayonundan həmin yerə gəlib, ayrı-ayrılıqda üç ədəd kisədə 10450 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı gizlədib saxladıqları yerdən götürərək avtomobilin arxa yük yerinə qoyub, Təqsirləndirilən şəxs1 Tərtər rayonu, Hacıqərvənd kəndində yaşadığı fərdi yaşayış evinə aparmaq üçün satış məqsədi ilə qanunsuz olaraq daşıyarkən həmin gün saat 15:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin və Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Goranboy rayon polis şöbəsinə gətirilib, avtomobilə baxış keçirilərkən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış üç ədəd kisədə ayrı-ayrılıqda təmiz çəkiləri 3200 qram, 3100 qram və 4150 qram, ümumi təmiz çəkisi 10450 qram çəkidə külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana avtomobilin arxa yük yerindən, üzərlərində şəxsi axtarış aparılarkən isə əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,47 qram və Təqsirləndirilən şəxs1 sağ ayağındakı corabın içərisindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 05.08.2021-ci il tarixdə Tərtər şəhərində Dağlarla görüşüb, Bakı şəhərinə pul göndərmək məqsədi ilə Elçinin idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gəlmişdir. Onlar Gəncə şəhərindən Bakı şəhərinə pul göndərdikdən sonra geri qayıdarkən Goranboy rayonu ərazisindəki mağazaların birində polis əməkdaşları tərəfindən saxlanılaraq Goranboy rayon polis şöbəsinə aparılmışlar. O, polis şöbəsində polis əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qaldıqdan sonra Həci adlı polis əməkdaşının onların avtomobillərində narkotik vasitə aşkar olunduğunu və həmin narkotik vasitənin onlara məxsus olmasını boyunlarına alacaqları təqdirdə onların Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham ediləcəklərini və yüngül cəza veriləcəyi bildirilmiş, o da işgəncələrə dözə bilməyəcəyini görüb razılaşmışdır. Onun Gəncə şəhərinə gəldiyi Elçinin idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olmamışdır. O, ibtidai istintaq zamanı saxlanılarkən avtomobildə olan şəxslərin tutulmasından, polislərin ona qarşı etdikləri fiziki işgəncələrdən qorxduğuna görə etirafedici ifadə vermişdir. Məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, aşkar olunan bütün narkotik vasitələr ona məxsusdur. O, həmin narkotik vasitələri öz istifadəsi üçün yığmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən məlumatı olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 aid hissədə həmin ifadəni təsdiq etməyərək, narkotik vaistənin ona məxsus olmasını, Sabirin bundan xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclas zalında ela olunmuş ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib, ifadəsində göstərmişdir ki, “Tərtər şəhəri, Ə.Paşayev küçəsi ev 3-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, narkotik vasitədən istifadə edir. 2021-ci ilin iyul ayının ortalarında tanışı Təqsirləndirilən şəxs1la birlikdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə istirahət etməyə getmişlər. Orada gəzişərkən su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının olduğunu görüb, həmin kollardan özləri istifadə etmək məqsədilə yığıb qurutmaq qərarına gəlmişlər və hər ikisi həmin çətənə kollarının istifadəyə yararlı hissələrindən dərib toplayaraq, quruması üçün orada günəş tutan yerə sərmişlər. Məqsədləri 2-3 gündən sonra yenə oraya gəlib qurumuş halda olan marixuananı yığıb Sabirin yaşadığı evə aparmaq, gələcəkdə oradan az-az götürüb istifadə etmək olmuşdur. 04.08.2021-ci il tarixdə Sabirlə birlikdə yaşadıqları evdən özləri ilə bir neçə ədəd kisə və sarı rəngli yapışqan lent götürüb Tərtər-Gəncə marşurutu üzrə işləyən avtobusla Gəncə şəhərinə, oradan isə tanımadıqları taksi avtomobilinə əyləşib Gəncə şəhəri, Hacıkənd qəsəbəsinə getmişlər. İki gün əvvəl marixuananı yığıb qurumaq üçün sərdikləri yerə gedib, marixuananın tam quruduğunu görmüşlər və qurumuş halda olan narkotik vasitəni özləri ilə apardıqları kisələrə yığmağa başlamışlar, üç kisə olmuşdur. Onlar kisələrin üzərini sarı rəngli yapışqan lentlə sarıyıb bağlamışlar. Qurudulmuş marixuananı kisələrə qablaşdırarkən Təqsirləndirilən şəxs1 və o, hər biri həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd kibrit qutusuna qablaşdırıb keyfiyyət dərəcəsini yoxlamaq niyyəti ilə özləri ilə götürmüşlər. O, bir ədəd kibrit qutusuna qablaşdırıb götürdüyü qurudulmuş marixuananı əynindəki göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuana yığılmış üç ədəd kisəni Sabirlə birlikdə yolun kənarına gətirmişlər. Yoldan keçən tanımadıqları qeydiyyat nişanına diqqət yetirmədiyi, təxminən 50-55 yaşlarında dolu bədən quruluşlu sürücüsü olan ağ rəngli “VAZ-2107” markalı taksi avtomobilini saxladıb, onları Gəncə şəhərinə aparmasını bildirmişlər. Onlar 3 ədəd içərisinə narkotik vasitə yığdıqları kisələri taksi avtomaşınının arxa yük yerinə qoymuşlar və Gəncə şəhərinə gəlmişlər. Lakin sonradan fikirlərini dəyişib, sürücüyə onları Gəncə şəhərinin Bakı şəhəri istiqamətində çıxışında yerləşən DYP postunun yanına aparmasını bildirmişlər. Sürücü etiraz etməmiş və onlar Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etdikdə posta çatmağa təxminən 2,0 km qalmış taksini saxlatdırmışlar. Sonra taksi sürücüsünün pulunu ödəyib avtomobilin yük yerinə qoyduqları üç ədəd kisədə olan narkotik vasitə - qurudulmuş marixuananı Sabirlə birlikdə götürmüşlər. Taksi sürücüsü avtomobilini hərəkət etdirib getmişdir. Taksi sürücüsü avtomobilinin yük yerinə qoyduqları üç ədəd kisələrdə nə olduğunu onlardan soruşmamış, həmçinin onlar da, taksi sürücüsünə bu barədə heç nə deməmişlər. Sonra Sabirlə birlikdə üç ədəd kisəni aparıb Gəncə şəhərindən Bakı şəhəri istiqamətində (Goranboy rayonu istiqamətində) yolun sağ kənarında olan görünməyən yerdə ağacların dibində gizlətmişlər. Bundan sonra Sabirlə birlikdə yaşadıqları evə getmişlər. 05.08.2021-ci il tarixdə onlar Tərtər şəhərində görüşmüşlər və bir gün əvvəl içərisinə narkotik vasitə yığdıqları kisələri gizlədib saxladıqları yerə gedib, həmin kisələri götürərək Tərtər rayonuna Sabirin yaşadığı evə gətirmək qərarına gəlmişlər. Bu məqsədlə taksi sürücüsü Elçindən onları Gəncə şəhərinə aparmasını xahiş etmişlər. Elçin 30 manat yol haqqı verməli olduqlarını bildirib, onları Gəncə şəhərinə aparmağa razılaşmışdır. Onun qardaşları İslam və İlqar da həmin vaxt Elçinin yanında olduqları üçün sonuncular da onlarla Gəncə şəhərinə getmişlər. Onlar Elçinə, İlqara və İslama Gəncə şəhərinə nə məqsədlə getdiklərini deməyib işlərinin olduğunu bildirmişlər. Elçinin idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə getmişlər. Belə ki, Gəncə şəhəri ərazisində yerləşən DYP postunu keçib bir qədər getdikdən sonra Elçinə idarə etdiyi avtomobili döndərib yolun əks zolağı ilə geri qayıtmağını demişlər. Elçin də, idarə etdiyi avtomobilini döndərib Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etdirməyə başlamışdır. Bundan sonra Gəncə şəhərindən Bakı şəhəri istiqamətində (Goranboy rayonu istiqamətində) hərəkətdə olarkən DYP postuna çatmağa təxminən 2,0 km qalmış Elçinə “avtomobili yolun kənarında saxla, bir az işimiz var” demişlər. Elçin də avtomobilini yolun kənarında saxlamış, Sabir və o, avtomobildən düşüb narkotik qablaşdırdıqları kisələri gizlətdikləri yerdən götürüb avtomobilin yanına gətirmişlər. Sonra isə Elçinə məxsus avtomobilin yük yerini açıb, həmin kisələri avtomobilin yük yerinə qoymuşlar. Elçin, İslam və İlqar avtomobildən düşməmişlər və kisələrdə nə olduğunu bilməmişlər. Sonra Elçinə “avtomobili sür Tərtərə gedək” demişlər. Onlar avtomobillə qayıdaraq Goranboy rayonu istiqamətində gəlib, Goranboy şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanmışlar. Bu zaman yaxınlıqda olan avtomobildən düşən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmişlər. Polis əməkdaşları avtomobilə baxış keçirəcəklərini bildirib, bu barədə qəbul edilmiş qərarla onları tanış etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Goranboy RPŞ-nin inzibati binasının xidməti iş otaqlarından birində hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyi, əgər seçməkdə tərəddüd edərsə növbətçi vəkilin yardımından istifadə edə biləcəyi bildirilmişdir. O, təqdim olunmuş vəkillərin siyahısından X10 hüquqlarının dövlət hesabına müdafiə etməsi üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin, onun, Elçinin və Sabirin iştirakı ilə “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə video çəkiliş altında baxış keçirilmiş, baxış zamanı avtomobilin yük yerinə qoyduqları üç ədəd kisələrdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və çəkilərək qablaşdırılıb götürülmüşdür. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən bir gün əvvəl qablaşdırıb saxladığı bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra protokol tərtib edilmiş, uca səslə oxunduqdan sonra o və digər iştirakçılar protokolu imzalamışlar. Həmçinin, ifadəsində həmin üç ədəd kisədə olan narkotik vasitə olan qurudulmuş marixuananı özləri istifadə etmək üçün Sabirin yaşadığı evə aparmaq, Sabir ilə bölüb uzun müddət istifadə etmək üçün əldə edib daşıdıqlarını, onlar kisələri götürüb avtomoblin yük yerinə qoyan zaman sürücü Elçinin və avtomobildə sərnişin olan İlqarla İslamın avtomobildən düşmədiklərini, həmin şəxslərə kisələrdə narkotik vasitə olmasını demədiklərini, sonuncuların da onlardan kisələrdə nə olduğunu soruşmadıqlarını, əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananı qablaşdırdıqları kisələri Gəncə şəhəri Hacıkənd qəsəbəsindən gətirərkən nəqliyyat vasitəsi kimi istifadə etdikləri ağ rəngli VAZ-2107 markalı taksi avtomobilinin sürücüsünü tanımadıqlarını, həmin sürücünün kisələrdə narkotik vasitə olduğunu bilmədiyini, bu barədə taksi sürücüsünə heç nə demədiklərini, 05.08.2021-ci il tarixdə üzərində şəxsi axtarış və götürmə aparılan vaxt həyacanlı olduğu üçün üzərində kibrit qutusunda aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı 05.08.2021-ci il tarixdə saxlanmamışdan əvvəl Şahid1 məxsus “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində yükləyib saxladıqları, yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkiləridən öz istifadələri üçün yığıb əldə etdikləri kütlədən götürdüyünü səhv bildirdiyini, əslində isə 04.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1la birlikdə yaşadıqları evdən özləri ilə bir neçə kisə və sarı rəngli yapışqan lent götürüb Gəncə şəhəri Hacıkənd qəsəbəsinə iki gün əvvəl marixuananı yığıb qurumaq üçün sərdikləri yerə gedib, marixuananın tam quruduğunu görüb, qurumuş halda olan narkotik vasitəni özləri ilə apardıqları üç ədəd kisəyə yığaraq kisələrin üzərini sarı rəngli yapışqan lentlə sarıyıb bağladıqları zaman Təqsirləndirilən şəxs1la hər biri həmin narkotik vasitə olan qurudulmuş marixuanadan bir ədəd kibrit qutusuna qablaşdırıb keyfiyyət dərəcəsini yoxlamaq niyyəti ilə özləri ilə götürdüklərini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05.08.2021-ci il tarixdə günorta saatlarında dostları İslam və İlqar qardaşları ilə bir yerdə olan zaman sonuncuların digər qardaşı Dağlar ona zəng edərək onu və Sabir adlı tanışını idarə etdiyi “Renault-Logan” markalı avtomobillə 30 manat pul müqabilində Gəncə şəhərinə aparıb, Tərtər rayonuna qaytaracağını demiş, o da razılaşmışdır. O, İslam və İlqarla birlikdə gedib X17 rayonunda "Abidənin kruqu" adlanan yerdən avtomobilə götürmüş, X24 şəhərində işləri olduğunu demişlər. O, avtomobili idarə edərək onları Gəncə şəhərinə aparmış, Gəncə şəhərinin girişində olan DYP postunu keçib bir qədər getdikdən sonra Dağlar və Sabir ona idarə etdiyi avtomobili döndərib yolun əks zolağı ilə geri qayıtmasını demişlər. O, idarə etdiyi avtomobili döndərib Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etmiş, başlamış, Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən DYP postuna çatmağa təxminən 2,0 km qalmış Dağlar və Sabir ona “avtomobili yolun kənarında saxla, bir az işimiz var, gözləyin gəlirik” demişlər. O, avtomobili yolun kənarında saxlamış, Dağlar və Sabir avtomobildən düşüb getmişlər, bir neçə dəqiqədən sonra geri qayıdıb özləri ilə gətirdikləri bağlamaları avtomobilin yük yerinə qoymuşlar. Dağlarla Sabir avtomobilə əyləşib ona “sür gedək” demişlər. O, avtomobili idarə edib, Tərtər rayonu istiqamətində hərəkət etdirərək, Goranboy şəhəri, H.Əliyev prospektindən keçərkən avtomobili yolun kənarında saxlamış, həmin vaxt yaxınlıqda dayanan avtomobildən düşən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib və avtomobildə narkotik vasitə daşımaqda şübhəli olduqlarını, avtomobilə baxış keçiriləcəyini deyib, bu barədə qəbul edilmiş qərarla onları tanış etmişlər. Onlar etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Goranboy RPŞ-nin inzibati binasında xidməti iş otaqlarının birində hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmasından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona həmin müdafiəçilərdən kimi istəyirsə seçə biləcəyini, əgər seçməkdə tərəddüd edərsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə biləcəyini bildirmişlər. O, təqdim olunmuş vəkillərin siyahısından X11 hüquqlarının dövlət vəsaiti hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Onun, Dağların, Sabirin və onların müdafiəçilərinin iştirakı ilə idarə etdiyi "Renault Logan" markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış video çəkiliş aparılmaqla həyata keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerinə Dağlarla Sabirin qoyduqları üç ədəd kisələrdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və çəkilərək qablaşdırılıb götürülmüşdür. Həmin vaxt Sabirlə Dağların onun idarə etdiyi avtomobilin yük yerinə qoyduqları bağlamaların narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. Sonra protokol tərtib edilmiş, uca səslə oxunduqdan sonra o da digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Bundan sonra ardıcıl olaraq onların üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra müdafiəçisinin iştirakı ilə protokola imza etmişdir. O, avtomobilinin arxa yük yerində aşkar olunmuş bağlamalarda narkotik vasitə olmasını bilməmiş, Dağlarla Sabirin bağlamada nə olması barədə ona və avtomobildə olan digər şəxslərə, yəni İlqarla İslama heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid3 və Təqsirləndirilən şəxs2 onun qardaşlarıdır. 05.08.2021-ci il tarixdə günorta saatlarında Tərtər şəhərində Elçin və İslamla bir yerdə olduğu zaman digər qardaşı Dağlar Elçinə zəng edərək onu və tanışı Sabiri idarə etdiyi "Renault-Logan" markalı avtomobillə Gəncə şəhərinə aparmasını demiş, Elçin də Dağlara onları 30 manat pul müqabilində Gəncə şəhərinə aparıb Tərtər rayonuna qaytaracağını demiş, Dağlar razılaşmışdır. Qardaşı İslamın və onun işi olmadığı və boş olduqlarına görə onlarla yoldaşlı şəkildə Gəncə şəhərinə gedib qayıtmaq qərarına gəlmişlər. Bu səbəbdən də, Elçinin idarə etdiyi avtomobillə gedib, X17 şəhərində "Abidənin dairəsi" adlanan yerdən avtomobilə götürmüşlər. Həmin vaxt Sabir Elçinin idarə etdiyi avtomobilin ön sağ oturacağında, o isə qardaşları Dağlar və İslamla avtomobilin arxa oturacağında əyləşmişlər. Dağlarla Sabir onlara Gəncə şəhərində işləri olduğunu demişlər. Gəncə şəhərinin girişində yerləşən DYP postunu keçib bir qədər getdikdən sonra X21 idarə etdiyi avtomobili döndərib yolun əks zolağı ilə geri qayıtmasını demişlər. Elçin avtomobili döndərib Gəncə şəhərindən Bakı şəhəri istiqamətində hərəkət etdirməyə başlamış və DYP postuna çatmağa təxminən 2,0 km qalmış Dağlar və Sabir ona “yolun kənarında saxla, bir az işimiz var” demişlər. Elçin avtomobili yolun kənarında saxlamış, Dağlar və Sabir avtomobildən düşüb getmişlər və bir neçə dəqiqədən sonra geri qayıdıb yenidən avtomobilə əyləşərək, Elçinə avtomobili Tərtər rayonuna sürməsini demişlər. Goranboy şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanarkən yaxınlıqda olan avtomobildən düşən bir neçə nəfər mülki geyimli polis əməkdaşları avtomobildə narkotik vasitə daşımaqda şübhəli olduqlarını bildirib, onları Goranboy rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onlara zor tətbiq edilmiş və sonra müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərində narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra protokol tərtib edilərək uca səslə oxunmuş, o, protokola imza etmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhərinə narkotik vasitə gətirmək məqsədilə getdiklərini bilməmiş, Şahid1 avtomobilinin arxa yük yerindən aşkar olunan bağlamalarda və üzərlərində narkotik vasitə olması barədə onun, eləcə də Elçinin və İslamın məlumatı olmamış, Dağlarla Sabirin bağlamada nə olması barədə ona və avtomobildə olan digər şəxslərə, yəni Elçinə və İslama heç nə deməmiş, qeyd olunan cinayətlə bağlı Dağlarla və Sabirlə onun, eləcə də Elçinin və İslamın heç bir əlbirliyi, iştirakı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Şahid1 idarə etdiyi “Renault Logan” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə daşımaları barədə əməliyyat məlumatı almışdır. Aldığı məlumat barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə etmələri və Şahid1 idarə etdiyi “Renault Logan” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaları barədə məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onların və Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı 05 avqust 2021-ci il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 sərnişin qismində olduqları həmin avtomobil Goranboy rayonu H.Əliyev prospektində saxlanılmış, onlar avtomobilə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib avtomobili idarə edən Şahid1, avtomobildə sərnişin olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, sonuncunun qardaşları Şahid3 və Şahid2 avtomobillə birlikdə Goranboy rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 müdafiəçi ilə təmin olunmuş, onlara Baş Narkotiklərlə Mübarizə İdarəsinin X13 Şöbəsinin təhqiqatçısı Rafiq Əhmədov tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq onlar şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra Şahid1 idarə etdiyi avtomobilin arxa yük yerini açmış və avtomobilin yük yerinə baxış keçirilərkən üç ədəd üzəri sarı rəngli yapışqan lentlə örtülmüş kisələr aşkar olunmuşdur. Həmin kisələr yük yerindən götürülüb kəsildikdə kisələrin içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Bundan sonra 3 ədəd A4 formatlı kağızın üzərinə müvafiq qeydlər aparılmış, uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış və hər kisənin üzərinə bir ədəd qeydlər aparılmış kağız yapışdırıcı lentlə yapışdırılaraq möhürlənmiş, hər bir kisə elektron tərəzidə çəkilmiş birinci kisənin kütləsi 4,445 kiloqram, ikinci kisənin çəkisi 3,230 kiloqram, üçüncü kisənin çəkisi isə 3,365 kiloqram olduğu müəyyən edilmiş, kisələr onlar tərəfindən götürülmüşdür. Sonra avtomobilin salonuna baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan narkotik vasitə, psixotrop maddə və qanunla gəzdirilməsi qadağan edilən digər əşya, predmet aşkar edilməmişdir. Şübhəli şəxs Şahid1 verilən suallara cavab olaraq aşkar edilən narkotik vasitənin ona məxsus olmadığını, həmin kütlələrin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən avtomobilə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onlara məxsus olduğunu, onlar tərəfindən avtomobilə qoyulduğunu, sürücü Şahid1 bundan məlumatı olmadığını, həmin kütlələri öz istifadələri üçün 3 gün əvvəl birlikdə Gəncə şəhəri, Hacıkənd qəsəbəsi ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb qurudaraq qablaşdırdıqlarını, həmin gün isə birlikdə gələrək yol kənarına qoyduqları yerdən götürüb avtomobilin yük yerinə qoyduqlarını bildirmişlər. Baxış və götürmə zamanı Şahid6 tərəfindən videoçəkiliş aparılmışdır. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmış, 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Bundan sonra təhqiqatçı Rafiq Əhmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən iki ədəd “Nokia” və “Samsung” markalı mobil telefonları çıxarıb otaqdakı masanın üzərinə qoyduqdan sonra sağ ayağına geyindiyi corabın balağının içərisindən bir ədəd kibrit qutusu, şalvarın sol yan cibindən 350 manat pul və əynindəki ağ rəngli köynəyin sol döş cibindən özünə məxsus sürücülük, şəxsiyyət vəsiqələrini, “Kapital” banka məxsus təqaüd kartı, bir qutu “Rotmans” markalı siqaret çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya, eləcə də heç bir əşya aşkar edilməmişdir. Pul və siqaret şəxsin özünə qaytarılmış, onun təqdim etdiyi həmin bir ədəd kibrit qutusuna baxış keçirilərkən qutunun içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin qutu içərisindəki kütlə ilə birlikdə gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 9,26 qram olduğu müəyyən edilmiş, bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd “Nokia” və “Samsung” markalı telefonlar, sənədlər və bank kartı götürülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitəni avtomobildə saxladığını, Hacıkənd qəsəbəsində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən öz istifadəsi üçün yığıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Protokola 01 (bir) ədəd DVD disk əlavə olunmuşdur. Bundan sonra təhqiqatçı Rafiq Əhmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu, şalvarın sol yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon və “Winchester” markalı siqaret qutusu çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək, kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi həmin bir ədəd kibrit qutusuna baxış keçirilərkən qutunun içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuş, həmin qutu içərisindəki kütlə ilə birlikdə gümüşü rəngli elektron tərəzidə çəkilərək, çəkisinin 9,57 qram olduğu müəyyən edilmiş, bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Eləcə də, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş telefon götürülmüş, siqaret qutusu isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitəni avtomobildə saxladığı, yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən öz istifadəsi üçün yığıb əldə etdiyi kütlədən götürdüyünü bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Şəxsi axtarışa dair protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Bundan sonra təhqiqatçı Rafiq Əhmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Şahid1 əynində olan şalvarın sol yan cibindən bir ədəd avtomobil açarı, sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ arxa cibindən bir ədəd dəri pul qabı, sağ yan cibindən isə 769 manat pul çıxarıb otaqdakı masanın üzərinə qoyaraq, üzərində narkotik vasitə və ya digər əşya olmadığını bildirmişdir. Sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərindən heç bir əşya, o cümlədən narkotik vasitə aşkar edilməmişdir. Pul və pul qabı şəxsin özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş telefon və avtomobilin qeydiyyat şəhadətnaməsi, etibarnamə və sürücülük vəsiqəsi gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Şahid1 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən sürücü kimi tutularaq 30 manat pul müqabilində onlara məxsus yükü gətirmək üçün avtomobilini idarə edərək onlarla birlikdə gəldiyini, ancaq avtomobilinə qoyulmuş yükün narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Şəxsi axtarışa dair protokol tərtib olunaraq, ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Bundan sonra Gəncə şəhər 1 saylı Vəkil bürosundan vəkil dəvət olunaraq, Şahid2 təqdim edilmiş, Rafiq Əhmədov tərəfindən Şahid2 şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq o, şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı Rafiq Əhmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid2 bu barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şahid2 əynində olan şalvarın sağ yan cibindən bir ədəd mobil telefon, sol yan cibindən bir ədəd bir manatlıq pul əskinazı, sağ arxa cibindən isə bir ədəd təsbeh çıxarıb otaqdakı masanın üzərinə qoyaraq, üzərində narkotik vasitə və ya digər əşya olmadığını bildirmişdir. Sonra Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən 10 qəpiklik pul aşkar olunsa da narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Pul və digər əşyalar Şahid2 özünə qaytarılmış, sonuncu verilən suallara cavab olaraq sərnişin olduğu avtomobildə narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış, təhqiqatçı tərəfindən şəxsi axtarışa dair protokol tərtib olunaraq, ucadan oxunmuş, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Bundan sonra Gəncə şəhər 1 saylı Vəkil bürosundan vəkil dəvət olunaraq, Şahid3 təqdim edilmiş, təhqiqatçı Rafiq Əhmədov tərəfindən Şahid3 şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq o, şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı Rafiq Əhmədov tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid3 bu barədə qərarla tanış edilərək, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şahid3 üzərində narkotik vasitə və ya digər əşya olmadığını bildirmişdir. Sonra Şahid3 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid3on üzərindən heç bir əşya, o cümlədən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Şahid3 verilən suallara cavab olaraq sərnişin olduğu avtomobildə narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış, təhqiqatçı tərəfindən şəxsi axtarışa dair protokol tərtib olunaraq, protokol düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin 07 avqust 2021-ci il tarixli 4(045)-54/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin 07 avqust 2021-ci il tarixli 4(045)-55/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 4(045)-62/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apelliyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 4(104)-100/2021 nömrəli qərarından görünür ki, Goranboy rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 4(045)-62/2021 nömrəli qərarı ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 sentyabr 2021-ci il taixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yaranmış zərurətlə əlaqədar olaraq, “Renault Logan” minik markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 05.08.2021-ci il tarixdə olan hərəkəti barədə Təhlükəsiz Şəhər Xidmətindən videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış görüntülər 1 ədəd diskə köçürülərək götürülmüş və diskə “HP” markalı kompyuterin imkanlarından istifadə etməklə baxış keçirilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, diskdə 5 ədəd fayl vardır. Birinci faylın ad hissəsində “** SB ***._1 jpg”, ikinci faylın ad hissəsində “** SB ***_2. jpg”, ücüncü faylın ad hissəsində “** SB ***_3. jpg”, dördüncü faylın ad hissəsində “** SB ***_4.jpg”, beşinci faylın ad hissəsində isə “** SB ***_5.jpg” yazılmışdır. Birinci faylda olan foto görüntüdə Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.08.2021-ci il tarixdə saat 13:01:36 saniyədə Bakı-Qazax yolunun 342.7-ci kilometrliyi ilə Bakı şəhəri istiqamətində hərəkətdə olduğu və avtomobilin qabaq sağ oturacağında ağ rəngli köynək geyinmiş kişi cinsinə mənsub olan şəxs əyləşdiyi, ikinci faylda olan foto görüntüdə Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.08.2021-ci il tarixdə saat 10:59:43 saniyədə NTS-Gəncə şəhəri Yevlax yolu Gəncə şəhərinə giriş istiqamətinə hərəkətdə olduğu və avtomobilin qabaq sağ tərəf oturacağında ağ rəngli köynək geyinmiş kişi cinsinə mənsub olan şəxs əyləşdiyi, üçüncü faylda olan foto görüntüdə Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.08.2021-ci il tarixdə saat 13:06:25 saniyədə Yevlax-Gəncə yolu 339.8 km Bəyaz Petrolun yanından Yevlax istiqamətinə hərəkətdə olduğu və avtomobilin qabaq sağ tərəf oturacağında ağ rəngli köynək geyinmiş kişi cinsinə mənsub olan şəxs əyləşdiyi, dördüncü faylda olan foto görüntüdə Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.08.2021-ci il tarixdə saat 10:11:51 saniyədə NTS- Gəncə şəhəri Yevlax yolu Gəncə şəhərinə giriş istiqamətinə hərəkətdə olduğu və avtomobilin qabaq sağ tərəf oturacağında ağ rəngli köynək geyinmiş kişi cinsinə mənsub olan şəxs əyləşdiyi, beşinci faylda olan foto görüntüdə Şahid1 idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 05.08.2021-ci il tarixdə saat 10:01:54 saniyədə Yevlax-Gəncə yolu 336.7 km Türk Petrolun yanından Gəncə istiqamətinə hərəkətdə olduğu və avtomobilin qabaq sağ tərəf oturacağında ağ rəngli köynək geyinmiş kişi cinsinə mənsub olan şəxs əyləşdiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X18 bölməsinin 06 avqust 2021-ci il tarixli 16/807nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş hər birinin üzərində “Renault Logan markalı **-SB-*** dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkar olunmuş” yazı və imzalar olan 3 (üç) ədəd yapışqan lentlə bağlanmış kisələrdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3200 qram, 3100 qram, 4150 qram, ümumi təmiz çəkisi 10450 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X18 bölməsinin 06 avqust 2021-ci il tarixli 16/808 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş” yazı və imzalar olan 1(bir) ədəd kağız paketdəki 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,47 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş” yazı və imzalar olan kağız paketdəki marixuana ilə hər birinin üzərində “Renault Logan markalı **-SB-*** dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkar olunmuş” yazı və imzalar olan 3 (üç) ədəd kisədə olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X18 bölməsinin 06 avqust 2021-ci il tarixli 16/809 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 sağ ayağına geyinmiş olduğu corabın balağından çıxarıb təqdim etdiyi” yazı və imzalar olan 1 (bir) ədəd kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,95 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 sağ ayağına geyinmiş olduğu corabın balağından çıxarıb təqdim etdiyi” yazı və imzalar olan kağız paketdəki marixuana ilə hər birinin üzərində “Renault Logan markalı **-SB-*** dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkar olunmuş” yazı və imzalar olan 3 (üç) ədəd kisədə olan marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 avqust 2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 10448,2, 6,27 və 5,75 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Goranboy RPŞ-nin maddi subutlar anbarına məsul saxlanca təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Narkoloji dispanserinin 23 oktyabr 2021-ci il tarixli 1281 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin Narkoloji dispanserinin 23 oktyabr 2021-ci il tarixli 1283 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kannobinoidlərindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Mirbəşir rayon xalq məhkəməsinin 26.11.1979-cu il tarixli hökmünə əsasən Azərbaycan SSR-nin CM-nin 83cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, Kirovabad xalq məhkəməsinin 17.06.1980-ci il tarixli qərarı ilə Azərbaycan SSR-nin CM-nin 50-ci maddəsinə əsasən 08 ay 26 gün vaxtından əvvəl şərti azad olunduğu, Ucar rayon xalq məhkəməsinin 20.03.1991-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR-nin 146-cı maddəsilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, 04.02.1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 06.11.1991-ci il tarixli Amnistiya qərarına əsasən azad edildiyi, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin 12.06.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32,3; 234.4.3; 32.3; 29, 206.2; 66.3-cü maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, Əzizbəyov rayon məhkəməsinin 23.12.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 11 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu, Xəzər rayon məhkəməsinin 26.07.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edildiyi, 23.04.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarıldığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər RİH başçısının Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər RİH başçısının Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 21.09.2021-ci il tarixli 501 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayonu, Hacıqərvənd kəndində qeydiyyatda olduğu, ailə tərkibinin isə arvadı X3 və oğlu X6 ibarət olduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayon məhkəməsinin 24.03.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, Azərbaycan Respublikası Prezidentinin 28.12.2007-ci il tarixli “Əfv” fərmanına əsasən azad edildiyi, Bərdə rayon məhkəməsinin 07.10.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, Xəzər rayon məhkəməsinin 18.07.2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasın 05 ay 06 gün vaxtından əvvəl şərti azad olunduğu, Nəsimi rayon məhkəməsinin 22.05.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu, Qaradağ rayon məhkəməsinin 05.09.2014-cü il tarixli qərarı ilə 5 ay 9 gün vaxtından əvvəl şərti azad edildiyi, 14.02.2015ci il tarixdə cəzasının başa çatdığı göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Tərtər rayon Mənzil İstehsalat Təmir-İstismar sahəsinin 01.11.2021-ci il tarixli 537 nömrəli arayışında Təqsirləndirilən şəxs2 oğlunun ünvan 12A, mənzil 2-də yaşadığı, ailə tərkibinin isə arvadı X7, qızı X4 və anası X2 ibarət olduğu göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi, 05.08.2021-ci il tarixdə Tərtər şəhərində Dağlarla görüşüb, Bakı şəhərinə pul göndərmək məqsədi ilə Elçinin idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərinə gəlməsinə, Gəncə şəhərindən Bakı şəhərinə pul göndərdikdən sonra geri qayıdarkən Goranboy rayonu ərazisindəki mağazaların birində polis əməkdaşları tərəfindən saxlanılaraq Goranboy rayon polis şöbəsinə aparılmalarına, polis şöbəsində polis əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qaldıqdan sonra Həci adlı polis əməkdaşının onların avtomobillərində narkotik vasitə aşkar olunduğunu və həmin narkotik vasitənin onlara məxsus olmasını boyunlarına alacaqları, bu təqdirdə onların Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham ediləcəklərini və yüngül cəza veriləcəyini bildirməsinə, o da işgəncələrə dözə bilməyəcəyindən görüb razılaşmıasına, onun Gəncə şəhərinə gəldiyi Elçinin idarə etdiyi “Renault Logan” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olmamasına, ibtidai istintaq zamanı saxlanılarkən avtomobildə olan şəxslərin tutulmasından, polislərin ona qarşı etdikləri fiziki işgəncələrdən qorxduğuna görə etirafedici ifadə verməsinə dair verdiyi ifadəsinin özünü ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə digər Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi narkotik vasitə marixuananı tək şəkildə yığmasına, həmin narkotik vasitədən Sabirin məlumatı olmamasına dair verdiyi ifadəsinin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq digər təqsirləndirilən şəxsi məsuliyyətdən azad etmək üçün müdafiə məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri onların özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, ekspertiza rəyləri, şahid ifadələri, o cümlədən digər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətləri protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Onların əməlləri Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onlar tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.08.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının məhkəməsinin 12.06.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 32,3; 234.4.3; 32.3; 29, 206.2; 66.3-cü maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmış, Əzizbəyov rayon məhkəməsinin 23.12.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 11 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər rayon məhkəməsinin 26.07.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmış, 23.04.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Sabir Məmmədovun, yenidən ağır cinayət törətməsi onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivi olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikasının CM-in 59.1.4-cü maddəsinə, Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən isə əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs2 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 05 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Goranboy rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 10448,2, 6,27 və 5,75 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Goranboy rayon Polis Şöbəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 06 (altı) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə aid olan 60,80 (altmış manat səksən qəpik) ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 30,40 (otuz manat qırx qəpik) manat və Təqsirləndirilən şəxs2 30,40 (otuz manat qırx qəpik) manat tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut Goranboy rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 10448,2, 6,27 və 5,75 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Goranboy rayon Polis Şöbəsi və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 60,80 (altmış manat səksən qəpik) ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada, Təqsirləndirilən şəxs1 30,40 (otuz manat qırx qəpik) manat və Təqsirləndirilən şəxs2 30,40 (otuz manat qırx qəpik) manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığları) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar