Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-130/2023 15.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3, Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1993-cü ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, xx.xx.1997-ci ildə Şəmkir rayonu, Keçili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Puşkin küçəsində tanışı Təqsirləndirilən şəxs3 105 manat məbləğində pulun qarşılığında aldığı külli miqdarda, hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla cəmi iki bükümdə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz əldə edərək həmin yerdə həmkədlisi Təqsirləndirilən şəxs2 vermiş, 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X14 polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəmkir rayonu Təzəkənd kəndində saxlanılaraq Şəmkir rayon X14 polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümdə, ümumi təmiz çəkisi 3,639 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Şəmkir rayonu, Keçili kəndində yaşayan Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs3 Gəncə şəhəri, Puşkin küçəsində satış məqsədi olmadan 105 manat məbləğində pulun qarşılığında aldığı külli miqdarda, hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla cəmi iki bükümdə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini həmin yerdə qanunsuz əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Təzəkənd kəndinə daşımış, 04 aprel 2022-ci il tarixdə tarixdə saat 21 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X14 polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Təzəkənd kəndində saxlanılaraq Şəmkir rayon X14 polis bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol yan iç cibindən hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümdə, ümumi təmiz çəkisi 3,639 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlamа, daşımа və satmа cinayət əməlini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə Gəncə şəhərində “Metalurq stadionu”nun yaxınlığında istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdar hesab edilən 4,591 qram çəkidə psixotrop maddə metamfetamini üzərində daşımaqla yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxlamış, həmin tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında qanunsuz olaraq qazanc əldə etmək məqsədilə hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümə böldüyü külli miqdarda, yəni ümumilikdə 3,639 qram psixotrop maddə metamfetamini Şəmkir rayonu, Keçili kəndindən olan tanışı Təqsirləndirilən şəxs1 vasitəsitəçiliyi ilə sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs2 105 manat məbləğində pulun qarşılığında satmış, 04 aprel 2022-ci il tarixdə saat 21 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X14 polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şəmkir rayonu Təzəkənd kəndi ərazisində saxlanılaraq Şəmir rayon X14 polis bölməsinə dəvət olunaraq üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli gödəkçəsinin cibindən hər birinin çəkisi 3,332 qram və 0,307 qram olmaqla iki bükümdə, ümumi təmiz çəkisi külli miqdarda 3,639 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, Şəmkir rayon X14 polis bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 aprel 2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs3 Gəncə şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, Təqsirləndirilən şəxs1 vasitəsitəçiliyi ilə Təqsirləndirilən şəxs2 satmış olduğu psixotrop maddə metamfetamin ilə eyni xassəli və eyni tərkibli, hər birinin çəkisi 0,352 qram, 0,297 qram və 0,303 qram olmaqla cəmi üç bükümdə, ümumi təmiz çəkisi 0,952 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İkinci Qarabağ müharibəsində iştirak etmiş və bununla əlaqədar olaraq bir neçə medallarla təltif edilmişdir. Müharibədən gəldikdən sonra bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir və sonuncunu uşaqlıqdan tanımışdır. Son vaxtlar Rüfətlə münasibətləri daha da yaxın olmuşdur. O, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs3 özünün yaşadığı kənddə dəmir almaq üçün gələrkən tanımışdır. Orxan onun yaşadığı kəndə dəmir almaq üçün gələrkən bir neçə dəfə Orxanın avtomobildə narkotik vasitə qəbul etdiyini görmüşdür. Ona görə də Orxanın narkotik vasitə qəbul etməsini bilmişdir. 04 aprel 2022-ci il tarixdə günorta saatlarında çayxanada olduğu zaman Rüfət ona narkotik vasitə qəbul etmək istədiyini, lakin tapa bilmədiyini bildirmiş və ondan tapa bilib-bilməyəcəyini soruşmuşdur. O, Gəncə şəhərində Orxan adlı şəxsi tanıdığını, Orxanı narkotik vasitə qəbul edərkən gördüyünü, ona görə də Orxandan bu barədə soruşa biləcəyini demişdir. Rüfət psixotrop maddə olan metamfetamin istədiyini bildirmişdir. Bundan sonra o, Orxana zəng edərək yaxın münasibətdə olduğu bir nəfərə metamfetamin lazım olduğunu bildirmişdir. Orxan isə tapa biləcəyini, bunun üçün özünün pul kartına pul köçürməyini demişdir. Saat təxminən 17 radələrində taksi kimi fəaliyyət göstərən Rza adlı həmkəndlisindən Gəncə şəhərinə getməyi xahiş etmişdir. Rza onara heç bir etiraz etməmişdir. O, Rüfətlə birlikdə Rzaya məxsus “VAZ 2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Gəncə şəhəri istiqamətində getməyə başlamışlar. Şəmkir rayonunda “Səbət bazarı”na gedərək oradan milliön aparatı vasitəsi ilə 105 manat pulu Orxanın adına olan kart hesabına göndərmişlər. Gəncə şəhərinə getdikdən sonra onun tanımadığı, Orxanın izah etdiyi yerə getmiş və orada Orxan şam ağacının yanına psixotrop maddə metamfetamin atdığını bildirmişdir. O, Orxanın dediyi yerdə düşərək ətrafa baxdıqda avtomobildən bir neçə metr aralıda yerdə selofan büküm olmasını görmüş və həmin bükümü götürərək avtomobilə, ön oturacağa otrurmüşdür. Avtomobildə oturduqdan sonra əlini arxaya uzadaraq narkotik vasitəni Rüfətə vermişdir. Rüfət həmin vaxtı Rzanın arxasında olan oturacaqda oturmuşdur. O, həmin maddəni Rüfətə verərkən Rza görməmişdir. Onlar Gəncə şəhərindən çıxaraq Şəmkir rayonuna gəlmiş və yaşadığı ev istiqamətində gedərkən Təzəkənd ərazisində yanğın hadisəsi olmasını görmüş və baxmaq üçün avtomobili saxlamışlar. Onlar avtomobildən düşərək yanğına baxarkən polis əməkdaşları onlara yaxınlaşaraq hər üçünü Şəmkir rayon X14 Polis Bölməsinə aparmışlar. Orada müdafiəçi ilə təmin olunduqdan sonra, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç nə aşkar olunmamışdır. Sonradan o, bilmişdir ki, Rüfətin üzərində şəxsi axtarış keçirilərkən Orxandan aldığı metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında həmçinin göstərmişdir ki, taksi sürücüsü Rzanın onların Gəncə şəhərinə hansı məqsədlə getməsindən məlumatı olmamışdır. Onu da qeyd edir ki, əvvəllər bir dəfə də 35 manat müqabilində Təqsirləndirilən şəxs3 psixotrop maddə metamfetamin almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs3 həmin maddəni özünün yaşadığı evin yaxınlığında trasfarmatorun yanına atmışdır. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Orxandan 105 manat müqabilində aldığı iki bükümdə psixotrop maddənin ümumi çəkisi 3,639 qram ola bilməz. Hesab edir ki, həmin maddənin çəkisi daha az olmalıdır. Həmçinin onu da bildirir ki, Şəmkir rayon X14 Polis Bölməsində tanımadığı polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər. Polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələrinin səbəbini isə bilmir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihama etirazını bildirərək göstərmişdir ki, o, heç vaxt, heç kimə narkotik vasitə satmamış və ya bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Onun heç vaxt kiməsə nakotik vasitə satmaq kimi məqsədi olmamışdır. Tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitə istədiyinə görə o, Rüfətin ödədiyi 105 manat pulu verərək Təqsirləndirilən şəxs3 Rüfət üçün psixotrop maddə metamfetamin almışdır. İbtidai istintaq zamanı əməlinin düzgün qiymətləndirilməsi üçün müstəntiqə bu barədə dəfələrlə bildirməsinə baxmayaraq, ona verilən ittiham dəyişdirilməmişdir. Qanunsuz olaraq psixotrop maddə əldə etdiyinə görə əməlindən səmimi peşmandır və məhkəmədən onun əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmazdan təxminən bir neçə ay əvvəl narkotik vasitə istifadə etməyə başlamışdır. O, psixotrop maddə metamfetamin istifadə etmişdir. 04 aprel 2022-ci il tarixdə o, metamfetamin istifadə etmək istəmişdir. Ona görə o, həmkəndlisi Təqsirləndirilən şəxs1 metamfetamin lazım olduğunu demişdir. Elgün Gəncə şəhərindən Orxan adlı şəxsi tanıdığını, Orxanın narkotik vasitə istifadə etdiyini bildiyini, ola bilsin ki, Orxandan metamfetamin ala biləcəyini demişdir. Sonradan Elgün ona psixotrop maddə metamfetamin almağa görə Orxan 105 manat pul verməli olduğunu demişdir. O, 105 manat pulu Elgünə vermiş və Elgünlə birlikdə “Səbət bazarı”na getmiş, orada olan marketdən Elgün 105 manat pulu həmin Orxan adlı şəxsə məxsus karta yükləmişdir. Sonra saat 20 radələrində o, Təqsirləndirilən şəxs1la birlikdə həmkəndlisi Şahid5 idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Gəncə şəhərinə getmişlər. Onlar Orxan adlı şəxsin izah etdiyi tanımadığı yerə getmişlər. O və Rza avtomobildə əyləşmiş, Elgün avtomobildən düşüb həmin Orxan adlı şəxslə telefonla danışmış və Orxan psixotrop maddə metamfetamini qoyduğu yeri bildirdikdə Elgün metamfetamini ağacının altından qoyulmuş yerdən götürmüş və avtomobilə onların yanına gəlmişdir. Onlar Orxan adlı şəxsi görməmişlər. Elgün avtomobilə əyləşəndə psixotrop maddə metamfetamini ona vermişdir. Elgününü metamfetamini ona verməsini taksi sürücüsü Rza görməmişdir. Metamfetamin iki bükümdə olmuş, o, həmin metamfetamini gödəkçəsinin cibinə qoymuşdur. Bundan sonra Rza avtomobili idarə etmiş və onlar Şəmkir rayonuna gəlmişlər. Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində “Kəhriz” adlanan yeməkxananın yaxınlığında Şəmkir rayon X14 Polis Bölməsinin əməkdaşları özlərini təqdim edərək üzərində narkotik vasitə olubolmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu, Elgünü və Şahid5 idarə etdiyi avtomobili ilə birlikdə Şəmkir rayon X14 Polis Bölməsinə gətirmişlər. Şəmkir rayon Polis X1suz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan şübhəli şəxs kimi tutulmuş, vəkillə təmin edilmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. O, şəxsi axtarış zamanı özü əynində olan gödəkçəsinin cibində olan gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü və selofan bükümün içərisində olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Həmin psixotrop maddə metamfetamin olan bükümlər elektron tərəzidə çəkilərək, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 ifadəsinin davamında göstərmişdir ki, o, əvvələr Təqsirləndirilən şəxs1 hər hansı narkotik vasitə və ya psixotrop maddə götürməmişdir. 04 aprel 2022-ci il tarixdə isə onun metamfetamin qəbul etməyə ehtiyacı olduğundan o, Təqsirləndirilən şəxs1 ona metamfetamin tapmaqda köməklik etməyini xahiş etmişdir. Taksi sürücüsü Şahid5 onların Gəncə şəhərinə hansı məqsədlə getmələri barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərmişdir ki, o, heç vaxt, heç kimə narkotik vasitə satmamışdır, həmçinin satmaq məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə etməmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkir, ona görə də özünün şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmişdir. Üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini yaxın münasibəti olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə 105 manat pulun müqabilində Orxan adlı şəxsdən almışdır. O, qanunsuz olaraq psixotrop maddə əldə etdiyinə görə əməlindən səmimi peşmandır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə və ətraf rayonlarda yararsız dəmir yığıb satmaqla məşğul olur. Tutulmamışdan təxminən bir neçə ay olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır. O, Şəmkir rayonu, Keçili kənd sakini Elgünü təxminən 2022-ci ilin fevral ayının əvvəlindən tanımışdır. Onların aralarında salam- sağ ol olmuşdur. 04 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində Elgün ona zəng edərək metamfetamin lazım olduğunu, ona metamfetamin tapmasını xahiş etmişdir. O, Elgünə köməklik edə biləcəyini demişdir. Aralarında olan razılaşmaya görə istifadəsində olan “leokart”a Elgün 105 manat pul göndərmişdir. Bundan sonra o, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən “Baba” ləqəbli şəxsə zəng vuraraq psixotrop maddə metamfetamin lazım olduğunu bildirmişdir. Həmin şəxslə danışaraq “Baba” ləqəbli şəxsin pul kartına milliön aparatı vasitəsi ilə 105 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs ona zəng edərək psixotrop maddə metamfetamini Gəncə şəhərində “Metalurq” stadionunun yanında zibilliyin yanına atdığını bildirmişdir. O, həmin şəxsin dediyi yerə gedərək metamfetamini tapmış və özündə saxlamışdır. Bir qədər özü istifadə etmək üçün üzərindən götürərək qalan hissəsini Elgünə vermək üçün saxlamışdır. 04 aprel 2022-ci il tarixdə saat təxminən 20 radələrində Elgün onun yaşadığı evin yaxınlığına gəlmiş, psixotrop maddə metamfetamini götürmək üçün gəldiyini bildirmişdir. O, evdən çıxaraq həmin metamfetamini Elgünə vermişdir. Elgün getdikdən sonra o, evində olmuşdur. Təqsirləndirilən şəxs3 ifadəsinin davamında göstərmişdir ki, 06 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində o, yaşadığı evdə olduğu zaman polis əməkdaşları gələrək Şəmkir rayon polis şöbəsinin əməkdaşları olduğunu bildirmiş və onu narkotik vasitə satmaqda şübhəli olduğunu bildirərək Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu saxlayarkən o, hamamdan yenicə çıxmış, heç üzərində paltar da olmamışdır. Paltarını ona sonradan vermişlər. Polis şöbəsində müdafiəçi ilə təmin edildikdən sonra, videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Ona elan edilmiş ittihamda göstərilən güya üzərindən aşkar edilmiş üç bükümdə olan, ümumilikdə 0,952 qram psixotrop maddə metamfetamini polis əməkdaşları onun üzərinə qoymuşlar. Polis şəbəsində polis əməkdaşları ona fiziki təzyiq göstərərək həmin psixotrop maddə metamfetaminin ona məxsus olduğunu bildirmişlər. Həmçinin onu da bildirir ki, onun Təqsirləndirilən şəxs1 verdiyi psixotrop maddə metamfetaminin çəkisi ona elan edilmiş ittihamda göstərildiyi kimi 3,639 qram olmamış, daha az miqdarda olmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon X14 Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 aprel 2022-ci il tarixdə ona Şəmkir rayonu, Keçili kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitə saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə həmin tarixdə saat təxminən 21 radələrində Şəmkir rayon X14 Polis Bölməsinin əməkdaşları X5, Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs2 saxlanılması istiqamətində əməliyyat tədbiri hazırlamışlar. Həmin tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Keçili kənd sakini Şahid5 idarə etdiyi “VAZ 2106” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərindən gəlməsi barədə məlumat daxil olmuşdur. Bundan sonra onlar Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində Şahid5 idarə etdiyi avtomobili saxlatmış və avtomobildə olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və sürücünü Şəmkir rayonu Kür polis bölməsinə dəvət etmişlər. Kür polis bölməsində həmin şəxslərə narkotik vasitələr saxlamaqda şübhəli olduqlarını bildirərək üzərlərində şəxsi axtarış aparılacağını bildirmişlər. Həmin şəxslər onlara heç bir etiraz etməmişlər. Əvvəlcə dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 gödəkçəsinin cibindən kağıza bükülmüş bir, həmçinin bir ədəd də siqaret selofanına bükülmüş bükümləri təqdim edərək həmin bükümlərdə psixotrop maddə metamfetamin olduğunu bidirmişdir. Təhqiqatçı tərəfindən kağız büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması aşkar edilmişdir. Həmin kütlə üzərində olan kağızla birgə elektron tərəzidə çəkildikdə 4.23 qram olmuşdur. Digər siqaret selofanına bükülmüş büküm açıldıqda isə içərisində ağ rəngli psixotrop madə olan metamfetaminə bənzər kütlə olması aşkar edilmiş və həmin kütlə də selofanla birlikdə 0.33 qram olmuşdur. Aşkar olunmuş kütlələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 psixotrop maddəni onunla birlikdə avtomobildə olan tanışı Elgün adlı şəxslə Gəncə şəhərinə getdiyini, Elgünün Gəncədə xatırlamadığı yerdə avtomobildən düşərək qısa müddətə qayıtdığını və özünə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı başqa qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs1 üzərindən hər hansı psixotrop maddə, narkotik vasitə, eləcə də qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış aparılmış, lakin Şahid5 üzərindən hər hansı psixotrop maddə, narkotik vasitə, eləcə də qadağan olunmuş əşya aşkar olunmamışdır. 05 aprel 2022-ci il tarixdə səhər saatlarında Şəmkir rayon X14 Polis Bölməsinin duracağında saxlanılmış Şahid5 məxsus “VAZ 2106” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra keçirilmiş tədbirlər nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş psixotrop maddəni tanışı Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə 105 manat müqabilində Gəncə şəhər sakini Təqsirləndirilən şəxs3 almışdır. Ona görə də Təqsirləndirilən şəxs3 06 aprel 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında müəyyən olunaraq saxlanılmış və Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə təqdim edilmişdir. İstintaq bölməsində Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin edildikdən sonra video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində olan qanunsuz əşyalar olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən siqaret selofanına bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi büküm elektron tərəzidə çəkildikdə bir qram olmuşdur. Təqsirləndirilən şəxs3 həmin narkotik vasitəni 04 aprel 2022-ci il tarixdə Gəncə şəhərində “Baba” ləqəbli şəxsdən aldığını, bir hissəsini tanışı Elgünə verdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün saxladığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra protokol tərtib olunmuş, tanış olduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun və ya digər polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya digər təsir-təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Şahid Orxan Bayramov ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs3 psixotrop maddələrin satışı ilə məşğul olması onlar tərəfindən müəyyən olunsa da, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik və ya psixotrop maddə alqısatqısı zamanı aşkar edə bilməmiş, onların həmin maddələri satmasına dair və yaxud narkotik və ya psixotrop maddə satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşmələrinin olmasına, bu məqsədlə müəyyən hərəkət etmələrinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə verilən istintaq tapşırıqlarına əsasən sonuncularda aşkar olunan psixotrop maddə metamfetamini konkret olaraq kimlərəsə satmalarını və ya satmaq istəmələrini, bu məqsədlə hər hansı hərəkət etmələrini müəyyən edə bilməmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X5, Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmədə şahid kimi dindirilmiş X10 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özünə məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləri kimi tanımışdır. 04 aprel 2022-ci il tarixdə saat 19 radələrində evdə olan zaman Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng edərək Gəncə şəhərinə gedə biləcəyini soruşduqda o, etiraz etməmişdir. Təxminən 10-15 dəqiqə sonra Keçili kəndində yerləşən dayanacağa avtomobili ilə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilinə əyləşmiş və onlar Gəncə şəhərinə getmişlər. Rüfətin onlarla gələcəyini dayanacaqda bilmişdir. Gəncə şəhərində tanımadığı yerdə Elgünün xahişi ilə avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs1 avtomobildən düşərək naməlum istiqamətə getmiş, qısa müddət sonra təxminən 10 metr gedərək geri qayıtmışdır. Rüfət isə bu müddət ərzində avtomobildə arxa oturacaqda oturmuşdur. Elgün isə ön oturacaqda oturmuşdur. Elgün avtomobilə əyləşdikdən sonra onlar yenidən Şəmkir rayonuna, Keçili kəndinə doğru yola düşmüşlər. Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində polis əməkdaşları onları saxladıb Şəmkir rayon X14 polis bölməsinə aparmışlar. Kür polis bölməsində onun üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif etmişlər. Onun üzərində hər hansı qanunsuz əşya olmamışdır. Bundan sonra onun üzərində polis əməkdaşları şəxsi axtarış aparmış və üzərində narkotik vasitə və ya dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Sonra o, Kür polis bölməsində Rüfətin üzərindən psixotrop maddə aşkar olunduğunu bilmişdir. O, Rüfətin psixotrop maddəni haradan əldə etməsini bilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs3 evində usta kimi işləmişdir. 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən saxlanılan zaman o, Orxan gilin həyətində usta kimi işləyərək qazıntı işi görmüşdür. Həmin vaxtı polis əməkdaşları özlərini təqdim edərək Təqsirləndirilən şəxs3 polis şöbəsinə aparmışlar. Polis əməkdaşları Orxanı saxlayarkən onun əynində idman geyimi olmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs3 saxlayıb polis şöbəsinə apararkən polis əməkdaşlarının heç bir qanunsuz hərəkətlərinin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 aprel 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkcənin sol yan içəri cibindən ağ rəngli kağıza, sonra isə gümüşü rəngli siqaret kağızına bükülmüş büküm və həmin gödəkcənin sol yan cibindən siqaret selofanına bükülmüş büküm aşkar edilmiş, həmin bükümlər açılan zaman içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyəne edilmiş, aşkar edilən kütlə elektron tərəzidə çəkilərkən kağızla birlikdə çəkisinin 4,23 qram olması, digər bükümdə olam kütlənin çəkisi isə selofanla birlikdə 0,33 qram olması müəyyyən edilmişdir. Sonra aşkar edilmiş kütlələr qablaşdırılmış və möhürlənmişdir (iş vərəqə: cild İ, səh.31-37 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 aprel 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı onun üzərindən hər hansı narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.59-62 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 aprel 2022-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, 06 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən siqaret selofanına bükülmüş büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs3 bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisinin selofanla birlikdə 1 (bir) qram olması müəyyən edilmişdir. Sonra aşkar edilmiş büküm qablaşdırılmış və möhürlənmişdir (iş vərəqə: cild İ, səh.194-196). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli, 16/379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd ödəniş qəbz kağızı bükümündəki, digər 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 3,332 qram, ümumi təmiz çəkisi 3,639 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (iş vərəqə: cild İ, səh.98-101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 aprel 2022-ci il tarixli, 16/395 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotikə bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı ayrılıqda təmiz çəkisi 0,352 qram, 0,297 qram, 0,303 qram, ümumi təmiz çəkisi 0,952 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotikə bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində olan metamfetaminlər ilə üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə müxtəlifdirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotikə bənzər kütlə.” yazılar və imzalar olan kağız paketdəki 3 (üç) ədəd şəffaf polietilen kəsiyi bükümlərində olan metamfetaminlər ilə üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ödəniş qəbz kağızına bükülmüş olan digər 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər (iş vərəqə: cild İ, səh.208-211). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli, 590 saylı rəyindəmn görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.86 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.179 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1173 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.180 ). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 05 avqust 2022-ci il tarixli, 488 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur (iş vərəqə: cild İ, səh.177-178). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 03 avqust 2022-ci il tarixli “üzləşdirmə istintaq hərəkəti” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 üzünə qarşı 04 aprel 2022-ci il tarixdə tanışı və həmkəndlisi olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Orxanın göndərdiyi bank kartı hesabına 105 manat pul göndərdiyini və həmin pulun müqabilində Gəncə şəhərində Orxanın dediyi yerə gedərək, psixotrop maddə metamfetamini Orxanın dediyi ağacın dibindən götürmüş və həmin metamfetamini avtomobilə oturduqdan sonra Rüfətə vermişdir (iş vərəqə: cild 2, 134-137). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 oktyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs3 04 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək psixotrop maddə metamfetamin istədiyini və bunun üçün Elgünün onun bank kartına 105 manat pul göndərdiyini, sonra əldə etdiyi metamfetamini Elgünün götürməsi üçün atdığı yer barədə məlumat vermiş və ifadəsində bildirdiyi həmin halları əyani şəkildə göstərmişdir (iş vərəqə: cild 2, səh. 195-199). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Şəmkir Rayon Polis Şöbəsinin 07 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 psixotrop maddəni əldə etdiyini bildirdiyi “Baba” ləqəbli şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddələri satmasını müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqə:46). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 29 iyul 2022-ci il tarixli “diskə baxış” protokolundan görünür ki, “Azercell Telecom MMC”dən, “Bakcell MMC”dən daxil olmuş disklərə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil nömrələr arasında mütəmadi olaraq danışıqlar olmuşdur, cinayət hadisəsi vaş verən gün, yəni xx.xx.2022-ci il il tarixdə onların arasında 7 dəfə telefon danışığı olmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil nömrə ilə Təqsirləndirilən şəxs2 adına olan mobil nömrə arasında danışıqlar olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 adına olan ***-***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Ay qa tel ac siviyaz var bu ne hereketdi sende yeke oglansan ya he de yox de da saymamazdiq edirsen zeng ele mene cavab gozduyurler menen”, “Ay qa camahat gelib meni axdarir niye tel acmisan bu ne hereketdi ay sosu tel ac olara cavab verim”, “Ay qa ac tel ketdedi bu mende 45 var meni pis veziyetde qoyma tel ac bu ne hereketdi edirsen menim sene pisdiyim olubmu”, “Qaqa men senin sarix yerin doyem yaxsimi tel ac kisi doysenmi camahat burda sen ol meni pis veziyetde qoyubsan senin sozunen gelib bura” və “Ay sosu tel ac 40 manat lazimdi bele eleme sen ol yoxsa pis olacaq haa meni niye pis veziyetde qoyusan haa” smslərinin yazıldığı müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs3 telefon məlumatlarına baxış keçirildikdə “Qaqa baxcanin qutaracaginda tendir terefe don bir də sola trasvarmatirin arasina gir qapinin qabaginda iki dene yeke dawin arasindadı kent 4 karofqasinda” və “Məktəblə baxcanin qutaracaginda zibilliyin yaninda ki trasvarmatirin yaninda” yazılmış sms-lər müəyyən edilmişdir. Anten dairələri barədə məlumatlara baxdıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 04 aprel 2022-ci il tarixdə Gəncə şəhərində anten dairələrində olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 istifadəsində ollmuş mobil nömrələr arasında hadisənin baş verdiyi gün danışıqların olması müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.91-105 ). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 21 oktyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,207 qram və 3,232 qram psixotrop maddə metamfetaminlər, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,802 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və saxlanması üçün Şəmkir rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasının videogörüntülərini özündə əks etdirən 03 ədəd disk, “Azercell Telecom MMC”, “Bakcell MMC”-dən daxil olmuş telefon danışıqları barədə 01 ədəd disk və Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin olduğu 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs3 külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbə müəyyən edilmədiyindən bununla bağlı cinayət işi ayrıca icraata ayrılmışdır (iş vərəqə: cild 2, səh.200-215). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 aprel 2022-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkum olunmamışlar (iş vərəqə: cild 2, səh.13, 14, 15). Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(066)-73/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 15 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(066)-73/2023 saylı hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 11 (on bir) ay 23 (iyirmi üç) gün təşkil edir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 aprel 2022-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh.13-14). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.142-145 ). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqə: cild 2, səh.20-22). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir rayon Prokurorluğunun 29 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (iş vərəqə: cild 2, səh.163-165). Cinayət işinin materiallarına əlavə edilmiş 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, 05 sentyabr 2022-ci il tarixdən Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh.167-168). Cinayət işinin materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 04 aprel 2022-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh.41-42). Cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Şəmkir Rayon Polis X4 Yerindən azad olunmuşdur (iş vərəqə: cild İ, səh.158-159). Cinayət işinin materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 06 aprel 2022-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh.178-179). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində əvvəli 06 aprel 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.251-253). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (iş vərəqə: cild 2, səh.42). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə İdarəsinin “X13”ndən verilmiş epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Xroniki virus hepatit B,C, qara ciyərin sirrozu, splenomqaliya, portal hipertenziya, assit, Xr.xolesistit. Xr.pankreatit xəstəliyindən əziyyət çəkir (iş vərəqə: cild 2, səh.8-9). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı, Təqsirləndirilən şəxs3 isə himayəsində bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild 2, səh.43-44, 62). Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar (iş vərəqə: cild 2, səh.7, 41, 61). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs3 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlamа, daşımа və satmа cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs3 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlamа, daşımа və satmа cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam, obyektiv araşdırılmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq hər üç təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin ittiham olunduqları həmin maddəsinə münasibətdə onların əməllərinə hüquqi qiymət verilməlidir. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilsə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs3 cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədar qeyd edir ki, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 105 manat pulun qarşılığında almalarına dair ifadələri ilə, “Şəxsi axtarış aparılması haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək eyni zamanda belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onların əməllərinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayət əməlini törətməsi, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, “....məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir”. Cinayət işinin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu və cinayət işinin obyektiv halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin istifadə etməyə ehtiyacı yarandığından o, uşaqlıqdan tanıdığı həmkəndlisi olan digər Təqsirləndirilən şəxs1 ona psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini istəmiş, bundan sonra Təqsirləndirilən şəxs1 bir neçə dəfə narkotik vasitə istifadə etdiyini gördüyü digər Təqsirləndirilən şəxs3 zəng edərək psixotrop maddə metamfetamin tapa bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs3 isə 105 manat pulun qarşılığında psixotrop maddə metamfetamin verə biləcəyini bildirmiş və beləliklə də, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəsi ilə 105 manat pulun qarşılığında Təqsirləndirilən şəxs3 ümumilikdə 3,639 qram psixotrop maddə metamfetamin almışdır. Hadisələrin qeyd şəkildə cərəyan etməsi hər üç təqsirləndirilən şəxslərin ifadələri, cinayət işinin materiallarında olan “Azercell Telecom MMC” və “Bakcell MMC”-dən daxil olmuş telefon danışıqlarına dair məlumatların olduğu 01 ədəd diskə baxış protokolu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arasında keçirilmiş “üzləşdirmə” istintaq hərəkəti protokolu, Təqsirləndirilən şəxs3 “ifadəsinin yerində yoxlanılmasına dair” istintaq hərəkəti protokolu və işin obyektiv halları ilə sübuta yetirilmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilmiş hüquqi mövqeyinə əsaslanaraq, həmçinin Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi yuxarıda göstərilmiş və mötəbərliyi heç bir şübhə doğurmayan sübutların məcmusu ilə təsdiq edildiyindən, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə məhkəmə baxışı nəticəsində qanunsuz olaraq psixotrop maddənin və ya narkotik vasitənin hər hansı miqdarda satışı ilə məşğul olması və ya satış məqsədilə əldə etmələri nə şahid ifadələri, nə digər sübutlarla, nə də onların barəsində daxil olan əməliyyat məlumatı ətrafında keçirilən əməliyyat axtarış tədbirləri ilə təsdiq olunmadığından Təqsirləndirilən şəxs3 cinayət əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X10, X5, Şahid1, Şahid2, Şahid3 və Şahid4 verdikləri ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən həmin maddələri konkret olaraq kimlərəsə satmalarını və ya satmaq istəmələrini, bu məqsədlə hər hansı hərəkət etmələrini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı tədqiq olunan izahatlarından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, onlar narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olduqlarını və ya konkret olaraq kiməsə narkotik vasitə satdıqlarını ümumiyyətlə göstərməmişlər, həmçinin cinayət işinin materiallarında olan Şəmkir Rayon Polis Şöbəsinin 07 iyun 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və ya psixotrop maddələri satmasını müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqə:46). Təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "metamfetamin" psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qram müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə Təqsirləndirilən şəxs3 aldığı metamfetamin psixotrop maddəsinin kütləsinin ümumilikdə 3,639 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin psixotrop maddəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədilə narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlamaları, konkret şəxslərlə həmin maddələrin alqı-satqısı ilə bağlı hər hansı razılaşmaları, onların hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etmələri, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onların hər hansı şəxslə əvvəlcədən razılaşmaları, konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satmaları, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özündə və ya onların ünvanında narkotik vasitələrin və ya psixotrop maddələrin çəkilməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aldığı ümumilikdə 3,639 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlayaraq daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdarda olması əsası ilə düzgün olmayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlini psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamaları kimi qiymətləndirmişdir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddələrin satışı ilə məşğul olmaları və aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlamaqla daşımalarını təsdiq edən real məlumatlar və faktlar, psixotrop maddəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr və ya psixotrop maddələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri metamfetamin psixotrop maddəsinin kütləsinin 3,639 qram olmaqla külli miqdar təşkil etməsi, həmin psixotrop maddənin satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıması təsdiq olunmadığından, onların əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməklə, saxlamаqla, daşımаqla və satmаqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə, saxlamaqla və daşımaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməlləri Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına, həmçinin 06 aprel 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman polis əməkdaşları onu saxlayarkən üzərində paltar olmaması, ona elan edilmiş ittihamda göstərilən üzərindən aşkar edilmiş üç bükümdə olan, ümumilikdə 0,952 qram psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasına dair, həmçinin onun Təqsirləndirilən şəxs1 verdiyi psixotrop maddə metamfetaminin çəkisinin ona elan edilmiş ittihamda göstərildiyi kimi 3,639 qram deyil, daha az miqdarda olmasına dair, bundan başqa digər Təqsirləndirilən şəxs1 ifadəsində Orxandan 105 manat müqabilində aldığı iki bükümdə psixotrop maddənin ümumi çəkisinin ona elan edilmiş ittihamda göstəriləndən daha az olması və polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsinə dair bildirdiyi xüsusatlarla əlaqədar, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq məhkəmənin sorğusu əsasında Şəmkir Rayon Polis Şöbəsindən və Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktublardan görünür ki, təqsirləndirilən şəxslər həm Müvəqqəti saxlama Yerinə, həm də İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçirilmişlər və onlarda hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verildiyinə dair göstərdiyi xüsusatlarla əlaqədar, Şəmkir rayon Prokurorluğunda aparılmış araşdırma materiallarına dair qəbul edilmiş qərarlar məhkəmənin sorğusu əsasında əldə edilərək tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 həmin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Şəmkir rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsinə dair xüsusatla əlaqədar olaraq məhkəmədə müdafiə tərəfin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş X3 ifadəsi ilə də təqsirləndirilən Təqsirləndirilən şəxs3 göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ifadələrində aşkar edilmiş psixotrop maddə metamfetaminin onlara elan edilmiş ittihamda göstərilən miqdarda deyil, daha az çəkidə olmasına dair göstərdikləri inkaredici hallarla bağlı məhməmə qeyd edir ki, onların göstərdikləri həmin hallar “Şəxsi axtarış aparılması haqqında” protokollar, ekspertiza rəyləri, maddi sübutlar, digər istintaq hərəkəti protokolları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxslər tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzalarını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Beləliklə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən və həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verdiyindən təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin həmin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs3 himayəsində bir nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 İkinci Qarabağ müharibəsində iştirak etməsi, onun “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi, bundan başqa himayəsində iki nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 “Xroniki virus hepatit B,C, qara ciyərin sirrozu, splenomqaliya, portal hipertenziya, assit, Xr.xolesistit. Xr.pankreatit xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 qəsdən ağır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə qəsdən az ağır cinayət törətmələri, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırda baxılan cinayət əməlini, barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-73/2023 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir, eyni zamanda Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 15 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Göygöl Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 1(066)-73/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 03 (üç) gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 11 (on bir) ay 23 (iyirmi üç) gün təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsində baxılmış cinayət işi üzrə 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək 2 (iki) müddətində, hazırki cinayət işi üzrə isə 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək 2 (iki) gün müddətində, yəni ümumilikdə 4 (dörd) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-73/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, onun əvvəlki hökmə əsasən çəkilən 3 (üç) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) qəti cəza müddətinə hesablanmasını, onun barəsində olmuş birinci cinayət işi üzrə 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək 2 (iki) gün müddətində, hazırki cinayət işi üzrə isə 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək 2 (iki) gün müddətində, yəni şübhəli şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmasını və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbs edilməsini məqsədə uyğun hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində müəyyən müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 04 aprel 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbs edilməsini məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, onun həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmasını məqsədə uyğun hesab edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslərin çəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin əvvəlinin 15 sentyabr 2023-cü il tarixdən hesablanmasını, Təqsirləndirilən şəxs3 isə cəza çəkməsinin əvvəlinin 06 aprel 2022-ci il tarixdən hesablanmasını qanunauyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizalarının rəyləri əsas götürülməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,207 qram və 3,232 qram psixotrop maddə metamfetaminlər, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,802 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasının videogörüntülərini özündə əks etdirən 03 ədəd disk, “Azercell Telecom MMC”, “Bakcell MMC”-dən daxil olmuş telefon danışıqları barədə 01 ədəd disk və Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin olduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə (məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2021-ci il tarixli, 16/379 nömrəli rəyi) 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, həmçinin iş üzrə (məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2021-ci il tarixli, 16/395 nömrəli rəyi) 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 06 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)- 73/2023 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), yəni 6 (altı) ay müddət hazırki hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə ona qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 əvvəlki hökmə əsasən çəkilən 3 (üç) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) qəti cəza müddətinə hesablanmaqla, ona 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində olmuş birinci cinayət işi üzrə 22 fevral 2023-cü il tarixdən 24 fevral 2023-cü il tarixədək 2 (iki) gün müddətində, hazırki cinayət işi üzrə isə 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək 2 (iki) gün müddətində, yəni şübhəli şəxs qismində tutulduğu ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 04 aprel 2022-ci il tarixdən 04 sentyabr 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,207 qram və 3,232 qram psixotrop maddə metamfetaminlər, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,802 qram psixotrop maddə metamfetamin məhv edilsin, həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmasının videogörüntülərini özündə əks etdirən 03 ədəd disk, “Azercell Telecom MMC”, “Bakcell MMC”-dən daxil olmuş telefon danışıqları barədə 01 ədəd disk və Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində dindirilən zaman videokamera ilə çəkilmiş görüntülərin olduğu 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci isə Təqsirləndirilən şəxs3 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-130/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-130/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver