Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-130/2025 07.10.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, külli miqdarda narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 21 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir rayonu, Dəllər qəsəbəsində şübhəli şəxs qismində saxlanılaraq, Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümündə, kustar üsulla hazırlanmış, təmiz çəkisi 2,291 qram, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun iş yerinin qarşısına gələrək onu tutaraq polis şöbəsinə aparmışlar. O polis şöbəsində olan zaman polis əməkdaşları ona narkotik vasitə olan “kokos” təqdim edərək “cibinə qoy” demişlər. O etiraz etmiş və “mən axı heç vaxt bunu istifadə etməmişəm, heç olmasa özüm istifadə etdiklərimi cibimə qoyum” demişdir. Bundan sonra polis əməkdaşları onu onun oğlu ilə hədələmişlər. Orada olan polis əməkdaşları ona “əgər etməsən gedib evindən 4 kq çıxaracağıq” deyərək onu şantaj etmişlər. Polis əməkdaşları həmin ərəfələrdə çox insana qarşı belə bir şeylər etmişlər. O qorxduğundan polis əməkdaşlarının dedikləri ilə razı olmuş və həmin narkotik vasitə olan “kokos”-u cibinə qoymuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “…..o, təxminən 2 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 21 avqust 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən poçtun üst hissəsindən keçən dəmir yol xəttinin yaxınlığı ilə piyada gedərəkən yerdə balaca sellofan görmüşdür.O,həmin sellofanı götürərək baxan zaman içərisində qəhvəyi rəngli kokos adlandırdıqları narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitəni istifadə etmək niyyəti ilə cibinə qoymuşdur. Həmin gün saat 17:40-17:50 radələrində o, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşadığı küçədə olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyərək narkotik vasitələrin və psixotrop madələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Şəmkir RPŞ-nə dəvət edərək barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirləri barədə qərarı ona elan etmişlər. O, həmin şəxslərlə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Şəmkir RPŞdə o, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istəmiş və müdafiəçi ilə təmin edilmişdir. Ona videoçəkilişlə hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla qadağan edilmiş narkotiik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarın sol ön cibində üzərində olan narkotik vasitəni çaxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm tərəzidə çəkilmiş,sellofanla birlikdə çəkisi 2,39 qram olmuş, narkotik vasitə 01 ədəd zərfə qoyulmuş, üzərində adlar qeyd edilmiş və imzalanmışdır. Üzərində bir nəfər polis əməkdaşı axtarış aparmağa başlamış və üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində tapmış, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmur, həmin narkotik vasitəni cibində şəxsi istifadəsi üçün saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heçbir təziq və zor tədbiq olunmamışdır.” Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin 8-ci ayında, təxminən 17:50 iradələrində o Şəmkir rayon polis şöbəsinin inzibati binasında, xidməti otağında olan zaman əməliyyat müvəkkili İnar Adıgözəlov ona yaxınlaşaraq məruzə edərək bildirmişdir ki, Şəmkir rayon, Dəllər qəsəbəsində yaşayan Mürvət adlı şəxs barəsində narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. O dərhal raportla rəhbərliyə məruzə etmiş və həmin vaxt əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri isə o olmuşdur. Əməliyyat müvəkkili İnar Adıgözəlov, Şahid3 və kiçik əməliyyat müvəkkili Şahid4 olmaqla 4-ü birlikdə, onun xidməti avtomobili ilə Şəmkir rayonunun Dəllər qəsəbəsinə getmişlər. O Şəmkir rayonu, Dəllər qəsəbəsində olan zaman avtomobiə əyləşmiş və Mürvət adlı şəxsi gözləmişdir. Mürvət adlı şəxs gələn zaman onlar Mürvət adlı şəxsi saxlamışlar. Onlar özlərini təqdim etdikdən sonra Mürvəti rayon polis şöbəsinə gətirmişlər və polis şöbəsində Nicat Əvəzliyə təhvil vermişlər. Həmin vaxt Mürvət vəkillə təmin edilmişdir. Şəxsi axtarışdan sonra o maraqlanmış və təhqiqatçı ona şəxsin üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparıldığını və Mürvətin üzərindən narkotik maddənin çıxdığını və sonuncunun “mənimdir, tapmışam və istifadə edirəm”dediyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iki il əvvəl yay ayları, axşam tərəfi olmuşdur. Şəmkir rayon polis şöbəsinin əməliyyat axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan Mürvət adlı şəxsin üzərində narkotik maddə olması ilə bağlı olmuşdur. Bundan sonra Şəmkir rayon polis bölməsində əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun üzvləri o həmin gün onlar axşamtərəfi, günortadan sonra, Şəmkir rayonunun Dəllər qəsəbəsinə getmişlər. Həmin vaxt Mürvət adlı şəxs onlar tərəfindən saxlanmış və polis bölməsinə gətirilmişdir. Şəmkir rayon polis şöbəsində Mürvət adlı şəxs təhqiqatçı tərəfindən vəkillə təmin olunmuşdur. Mürvətin üzərinə təhqiqatçının otağında video çəkilişlə baxış keçirilmişdir. Mürvət üzərində olan “kakos”-u çıxarıb təqdim etmişdir. Narkotik vasitə tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında rayon polis şöbəsinin əməliyyat müvəkkili İnar Adıgözəlova daxil olmuş əməliyyat məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında Şəmkir rayon Dəllər qəsəsbəsinin sakini Mürvətin üzərində narkotik maddə gəzdirməsi və istifadə etməsi qeyd olumuşdur. Əməliyyat qrupunun üzvlərindən biri də o olmuşdur. Mürvət onlar tərəfindən Şəmkir rayonunun Dəllər qəsəbəsində saxlanılmışdır. Onlar Mürvətə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncuya daxil olmuş məlumatı izah etmişlər. Məlumata görə Mürvət üzərində narkotik vasitə gəzdirmiş və istifadə etmişdir. Mürvət üzərinə baxış keçirilməsi və şəxsiyyətinin müəyyən edilməsi məqsədilə Şəmkir rayon polis şöbəsinə gətirilmiş və təhqiqatçının otağında vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Sonradan onlara məlum olmuşdur ki, Mürvətin üzərindən “heroin”-ə bənzər kütlə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Raportla rəisə məruzə edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, İnar müəllim, Cavid müəllim, Vüqar müəllim iştirak etmişdir. Ad və soyad onlara məlum olduqdan sonra onlar Dəllər qəsəbəsinə getmiş, Mürvəti saxlamış və özlərini təqdim edərək şöbəyə gətirmişlər. Şöbədə isə təhqiqata təhvil vermişdirlər. 21 avqust 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə tutulmuşdur. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(076)-183/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 21 avqust 2023-cü il tarixdən hesablanmışdır. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(076)-255/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının 22 avqust 2023-cü il tarixli 16/835 asaylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,291 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin”-nin 1-ci siyahısının 1 bəndində daxıldır. Məhkəmə-narkoloji ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 2021 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabnetdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 778 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəailiyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir MRX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli 469 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki müayinənin nəticələri ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində onda az ifadəli emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, kəskin psixoprodoktiv simptomatik (hallüsinasiya və sayıqlama ideyalar) aşkar edilməməsi, onda qavrama, yaddaş təfəkkür və intellekt pozuntuları müəyyən olunmaması, aşkar olunmuş narkotik vasitəni özünün istifadəsi üçün saxladığını və narkotik vasitə istifadəçisi olduğu üçün peşmançılığını söyləməsi və s. sübut edir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmədiyindən, o, hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqdiradında olmuşdur, yəni cinayət hadisəsini törrədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. 21 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 2,291 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 23 avqust 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünürki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyanı olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Şəmkir rayonu, Dəllər qəsəbəsindən tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 23 avqust 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. 21 avqust 2023-cü il tarixdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 2,241 qram narkotik vasits olan heroin maddi sübut hesab edilərək saxlanılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilməsi nəzərə alınmış, şəxsi axtarış video görüntüsünün yazıldığı 1 ədəd DVD disk isə cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 26 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan olan heroini kimdən və ya haradan əldə etməsini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olubolmamasını müəyyənləşdirmək məqsədilə də Şəmkir rayon polis şöbəsinə əməliyyat tapşırığı verilmiş, əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən alması, onun həmin narkotik vasitədən və psixotrop maddən hər hansı bir şəxsə satmasının müəyyən edilməsi mümkün olmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-110/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 26 (iyimi altı) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 avqust 2024-cü il tarixdən hesablanmışdır. “AZEMİS” X2 görünür ki, Şəmkir Rayon Məhkəməsinin icratında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının 234.2-ci maddəsi ilə cinayət işi vardır və halhazırda məhkəmənin icraatındadır. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması və polis əməkdaşları tərəfindən pisxoloji təsirə məruz qalması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə tam təkzib edildiyindən, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir.Məhəkəmə bu mənada təqsirləndirilən şəxsin istintaq zamanı daha dolğun və işin faktiki halları ilə uyğynluq təşkil edən ifadəsinə üstünlük verir. Beləliklə, Təqsirləndirilən şəxs 2,241 qram narkotik vasitə olan heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması məhkəmədə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8 № li Qərarının izahlarını da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 2,241 qram narkotik vasitə olan heroini məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib gəzdirməsi,onun özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsininin və Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsində nəzərdə tutulan qaydada cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə kimi bu iş üzrə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün “həbsdə” və “ev dustağlığında” saxlandığı müddət, ona təyin olunmuş cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmaldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunmalı və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmlı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm çıxdığı gündən, yəni 07 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmadır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 2,241 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilə kimi bu iş üzrə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün “həbsdə” və “ev dustağlığında” saxlandığı müddət, ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv olunsun və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzrə alınsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli hökm çıxdığı gündən, yəni 07 oktyabr 2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut Şəmkir Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 2,241 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-130/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-130/2025
07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver