Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-131/2020 27.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1961-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, “xxxx” MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan şəxsdən xx.xx.2019-cu il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evinin qarşısında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi - 10,942 qram çəkidə kuxxxx üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib saxlamış, tamah niyyəti ilə qazanc əldə etmək məqsədilə göstərilən narkotik vasitə heroini həmin gün saat 11:30-da yaşadığı evin qarşısında qabaqcadan danışaraq razılaşdığı şərti alıcı kimi Qazax şəhər sakini Şahid11 onun cinayət əməlini ifşa etmək üçün Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi tərəfindən əvvəlcədən protokol ilə verilmiş C44945391, C70123699, C38863110 və C52940516 nömrəli 4 ədəd 100 manat əskinaslarla, cəmi 400 manat pula satdıqdan dərhal sonra saat 12 radələrində BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmış və qeyd olunan 400 manat nağd pul onun şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid11 tanıyır, əvvəllər bir yerdə sürücü işləmişdir. Maksimin bir qaraçıya borcu olmuş və bir gün ona yaxınlaşıb borc aldığı qaraçının onu sıxışdırdığını, pul tapa bilmədiyini və ona kömək etməsini xahiş etmişdir. Onun da üzərində kredit borcu olduğundan öz adına kredit götürə bilməmişdir. Bunu Maksimə dedikdə, sonuncu onun adına ya telefon, ya da ki, mebeli kreditə alıb ona verməsini və həmin əşyaları satıb qaraçıya verəcəyini bildirmişdir. O, da razılaşdıqdan sonra, təxminən 2019-cu ilin mart ayının əvvəllərində Maksimlə birlikdə Qazax şəhəri “Çinarın dibi” deyilən yerin yaxınlığında olan “Beko” mebel mağazasına getmişlər. Oradan öz adına 2 ədəd kreslo və 1 ədəd divan kreditə almışdır. Aldığı mebellərin qiyməti aylıq 50 manat olmaqla 600 manat etmiş, bundan sonra mağazanın öz avtomobili ilə həmin mebelləri Maksimin evinə aparmışlar. Hələ kreditin ilk ayını Maksimə kömək etmək üçün o vermiş, ikinci ayı Maksim verdikdən sonra, kredit verməkdən boyun qaçırıb bir neçə ay ödəməmiş və həmin kreditdən 500 manat borc qalmışdır. O, öz adından kredit götürdüyündən Maksimin krediti ödəməməsi ona pis təsir etmiş, buna görə də, o, Maksimin krediti ödəməsi üçün sonuncunu sıxışdırmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə Maksim onların ev telefonuna zəng edərək bazar günü, yəni xx.xx.2019-cu il tarixdə 500 manat pul gətirəcəyini və onun həmin pulu götürüb “Beko” mağazasına olan kredit borucunu bağlamasını xahiş etmişdir. O, da bununla razılaşmış, iki gün sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixdə saat 11 radələrində Maksim onun yaşadığı evin qarşısına gəlmişdir. Maksim cibindən 400 manat pul çıxarıb ona verdikdə, yerdə qalan 100 manat pulun catmadığını soruşmuşdur. Maksim həmin 100 manat pulu da bir neçə günə verəcəyini bildirmişdir. Sonra Maksim çıxıb getmiş, o, isə yaşadığı evə qayıtmışdır. O, əynini dəyişib mebel mağazasına Maksimin borucu ödəmək üçün evdən çıxmışdır. Təxminən 15-20 metr aralanmışdır ki, mülki geyimdə bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirmiş və Maksimin ona vermiş olduğu 400 manat pulu polis əməkdaşlarına vermişdir. O, hadisə baş verən vaxt, polis əməkdaşları yaşadığı evdə olduğu üçün onlardan qorxduğundan Maksimə narkotik vasitəni satdığını bildirmişdir. Əslində isə Maksimin ona verdiyi 400 manat pulun adına götürdüyü mebelin kredit borcu olduğunu bildirmişdir. O, Maksimi krediti ödəmək üçün sıxışdırdığından, sonuncunun belə bir yola əl atmasını düşündüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə, səhər saatlarında Qazax şəhəri, H.Əliyev prospekti, ev 173, mənzil 17-də qeydiyyatda olan və yaşayan Şahid11 BNMİ-nin QBRŞ-nə ərizə ilə müraciət edərək, Qazax şəhərində yaşayan Təqsirləndirilən şəxs ad və soyadlı şəxsin X4 dövriyyəsi ilə məşğul olmasını, narkotik vasitə olan heroinin 1 qramını 40 manat nəğd pula ona satmaq istəməsini təklif etməsi barədə məlumat verib, narkotik vasitə istifadəçiləri və satıcıları ilə barışmaz mövqedə olmasını deyərək, sonuncunun ifşa olunması ilə bağlı keçiriləcək əməliyyat-axtarış tədbirlərində “şərti alıcı” qismində iştirak etməyə razı olduğunu bildirmişdir. Ona görə də, o, bu barədə raportla şöbə rəisinə məruzə edib, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlamışdır. Belə ki, o, əvvəl əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və şöbənin təcrübəli əməkdaşlarından ibarət olan əməliyyat qrupu yaradıldıqdan sonra onlar müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs ad və soyadlı həmin şəxs xx.xx.1961-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Sonra əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən “şərti alıcı” qismində iştirak edəcək Şahid11 polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə 4 ədəd 100 manatlıq əskinaslardan ibarət olan, ayrı-ayrılıqda nömrələri qeyd olunan ümumilikdə 400 manat pulun verilməsi haqqında protokol tərtib etmişdir. Bundan sonra, o, əməliyyat qrupunun üzvləri, hal şahidləri, “şərti alıcı” qismində iştirak edəcək Şahid11 şöbənin balansında olan “Xəzər Lada” markalı, ** PZ *** və “BMW” markalı, ** AP *** dövlət nömrə nişanlı avtomobillər vasitəsi ilə Qazax şəhərinə, mərkəzi stadionun yaxınlığına getmişlər. Həmin stadionun yaxınlığına çatdıqdan sonra,birgə tədbirlərin keçirilməsi məqsədi ilə Qazax RPŞ-nin əməkdaşları da, həmin ünvana gəlmişlər. Bu zaman o, keçiriləcək əməliyyat-axtarış tədbirinin mahiyyəti haqqında həmin polis əməkdaşlarına məlumat verdikdən sonra, təxminən saat 11:10 radələrində Şahid11 avtomobildən düşərək, Təqsirləndirilən şəxs onu gözlədiyi yerə, yəni, ünvan 4 ünvanının qarşısına getmişdir. Bundan təxminən 25 dəqiqə keçdikdən sonra, saat 11:35 radələrində Şahid11 əməliyyat qrupunun üzvlərinə yaxınlaşaraq əlidəki şəffaf rəngli selofan kəsiyinə bükülən kütləni onlara təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan kütlə 10 qram heroindir. Maksim həmin heroini, onların verdikləri 400 manat nəğd pula Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə olan heroin satdıqdan sonra, yaşadığı evə daxil olmuşdur. Bu zaman bütün iştirakçıların və hal şahidlərinin iştirakları ilə həmin bükülünün içərisini açaraq, baxış keçirmişlər. Bükülünün içərisindən qəhvəyi rəngli, kəskin iyli, toz şəkilində olan, narkotik vasitə heroinə bənzəyən kütlənin olmasını aşkar edərək, gələcəkdə maddi sübut kimi əhəmiyyət kəsb edəcəyi üçün onlar tərəfindən kağız zərfdə ekspertizaya göndərilməkdən ötrü qablaşdırılıb, üzəri möhürlənərək imzalanmışdır. Sonra, saat 11:50 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısına getmiş və sonuncunu evinin qarşısında görüb yaxınlaşaraq xidməti vəsiqələrinii təqdim edərək ona narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra, müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar Aydına elan olunmuş və sonuncu səmimi olaraq etiraf etmişdir ki, o, təxminən 2 saat əvvəl konkret olaraq soyadını xatırlamadığı “Azər” adlı Qazax şəhər sakinindən aldığı 10 qram heroini, həqiqətən bir neçə dəqiqə əvvəl tanışı Şahid11 1 qramını 40 manata olmaqla sataraq, bundan 400 manat pul əldə etmişdir. Əldə etdiyi 400 manat nəğd pul üzərindədir, həmin pulu aparıb “Azərə” verməlidir ki, sonuncu da, qarşılığında ona 10-20 manat hörmət etsin. Aydın həmin pulları təqdim etmək istədikdə, pulların ondan videoçəkiliş ilə götürüləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs həmin sözlərindən sonra, əməliyyat qrupunun üzvləri qeyd olunan “Azər” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onun saxlanılmasını təmin etmək məqsədi ilə oradan getmişlər. Əməliyyat qrupunun digər üzvləri Təqsirləndirilən şəxs evinin qarşısında qalmışlar. Sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroin satdığı üçün, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğu elan olunaraq, hüquq və vəzifələri izah edilib, sonuncuya bu barədə bildiriş təqdim edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs izah edilmişdir ki, sonuncunun yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, onlar Aydının yaşadığı evə baxış keçirməli olmuşdur. Aydın buna könüllü olaraq razı olmadığı təqdirdə, məhkəmənin əsaslandırılmış qərarı əsasında sonuncunun yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs isə, evində heç bir narkotik vasitə saxlamadığını, evinə baxış keçirilməsinə razılıq verdiyini bildirərək, bu barədə ərizə ilə müraciət etdiyi üçün, onlar videoçəkiliş ilə Aydının yaşadığı evə baxış keçirtməyə başlamışlar. Bundan sonra, videoçəkiliş ilə baxış aparılmasına Təqsirləndirilən şəxs evinin qarşısından başlanmış və sonuncu ilkin olaraq əynində olan şalvarın sağ cibindən 400 manat pul çıxararaq təqdim edib bildirmişdir ki, həmin pul tanışı “Azər” adlı şəxsdən götürüb Şahid11 satdığı 10 qram heroinin puludur, üzərində bundan başqa pul və yaxud narkotik vasitə yoxdur. Bu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd 100 manatlıq əskinaslardan ibarət olan 400 manat pulun nömrələri bütün iştirakçılara ucadan oxunmuş və müəyyən edilmişdir ki, həmin pullar əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən “şərti alıcı” Şahid11 protokol üzrə verilmiş pullar ilə eynilik təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs onları yaşadığı evə baxış keçirilməsinə dəvət etmiş və baxış zamanı sonuncunun evindən qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs BNMİ-nin QBRŞ-nə dəvət edilmişdir. Həmin şöbədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim edilmiş və sonuncu təqdim edilmiş vəkillərdən birini hüquqlarının müdafiə olunması üçün seçmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirildi və üzərindən qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra bütün iştirakçılara bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, əməliyyat-axtarış tədbirinin keçirilməsi, digər hərəkətlər barədə heç bir şikayət, təklif, irad və əlavələr daxil olmamışdır. Ona görə də tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 və Şahid6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, tədbir keçirilməzdən əvvəl “şərti alıcı” Şahid11 verdikləri 400 manat pulun dövlət tərəfindən maliyyələşdirilərək əməliyyat xərcləri üçün nəzərdə tutulduğunu, tədbir qurtardıqdan sonra həmin 400 manat pulu raportla təhvil verərək növbəti tədbirlərdə istifadə etmək üçün saxladıqlarını qeyd etmişdir. O, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbiri zamanı istifadə etdikləri 400 manat pulun DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş vəsaitə qaytarıldığını bildirmiş və bu barədə arayış tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Qazax RPŞ-nin Cinayət Axtarışı bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 10:30 radələrində RPŞ-nin rəhbərliyi onu və CAB-nin digər əməliyyat müvəkkili, polis leytenantı Şahid10 iş otağına çağıraraq onlara bildirmişlər ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə X4 dövriyyəsi ilə məşğul olan Qazax şəhər sakininin yaxalanaraq ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün, Qazax şəhər mərkəzi stadionunun yaxınlığına getməlidirlər. Beləliklə, onlar şöbə rəhbərliyinin göstərişinə əsasən, qeyd olunan stadiounun yaxınlığına getmişlər. Təxminən saat 11:00 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları, keçiriləcək tədbirdə iştirak edəcək hal şahidləri və “şərti alıcı” qismində iştirak edəcək Maksim adlı Qazax şəhər sakini Xəzər lada” markalı, ** PZ *** və “BMW” markalı, ** AP *** dövlət nömrə nişanlı avtomobillərlə mərkəzi stadionun yaxınlığına gəlmişlər. BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1 keçiriləcək əməliyyat-axtarış tədbirinin mahiyyəti haqqında onlara məlumat verərək bildirmişdir ki, səhər saatlarında Qazax şəhəri, H.Əliyev prospekti, ev 173, mənzil 17-də qeydiyyatda olan və yaşayan Şahid11 BNMİ-nin QBRŞ-nə ərizə ilə müraciət edərək, Qazax şəhərində yaşayan Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması, narkotik vasitə olan heroinin 1 qramını 40 manat nəğd pula ona satmasını təklif etməsi barədə məlumat verib, narkotik vasitə istifadəçiləri və satıcıları ilə barışmaz mövqedə olduğunu bildirib, sonuncunun ifşa olunması ilə bağlı keçiriləcək əməliyyat-axtarış tədbirlərində “şərti alıcı” qismində iştirak etməyə razı olduğunu bildirmişdir. Həmin ərizədə göstərilən xüsusatların öyrənilməsi Şahid1 həvalə edildiyindən, sonuncu bu barədə raportla şöbə rəisinə məruzə edib, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Belə ki, Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etdikdən sonra, şöbənin təcrübəli əməkdaşlarından ibarət olan əməliyyat qrupu yaradılmış və onlar müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs xx.xx.1961-ci ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Sonra, əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərindən “şərti alıcı” qismində iştirak edəcək Şahid11 əməliyyat qrupunun üzvlərinin və hal şahidlərinin iştirakı ilə 4 ədəd 100 manatlıq əskinaslardan ibarət olan, ayrı-ayrılıqda nömrələri qeyd olunan ümumilikdə 400 manat pulun verilməsi haqqında protokol tərtib edilmişdir. Əməliyyat müvəkkili Şahid1 həmin izahından sonra, təxminən saat 11:10 radələrində Şahid11 avtomobildən düşərək, Təqsirləndirilən şəxs onu gözlədiyi yerə, yəni, ünvan 4 ünvanının qarşısına getmişdir. Bundan təxminən 25 dəqiqə keçdikdən sonra, saat 11:35 radələrində Şahid11 əməliyyat onlara yaxınlaşaraq əlindəki şəffaf rəngli selofan kəsiyinə bükülən kütləni təqdim edərək həmin bükümün içərisində olan kütlənin 10 qram heroin olduğunu bildirmişdir. Maksim həmin heroini, BNMİ-nin QBRŞ-nin əməkdaşlarının protokol tərtib edərək ona vermiş olduğu 400 manat nəğd pula Təqsirləndirilən şəxs aldığını demişdir. Təqsirləndirilən şəxs Maksimə narkotik vasitə olan heroin satdıqdan sonra, yaşadığı evə daxil olmuşdur. Bu zaman, bütün polis əməkdaşlarının və hal şahidlərinin iştirakları ilə həmin bükülünün içərisini açaraq, baxış keçirmişlər. Bükülünün içərisindən qəhvəyi rəngli, kəskin iyli, toz şəkilində olan, narkotik vasitə heroinə bənzəyən kütlənin olmasını aşkar edərək, gələcəkdə maddi sübut kimi əhəmiyyət kəsb edəcəyi üçün, onlar tərəfindən kağız zərfdə ekspertizaya göndərilməkdən ötrü qablaşdırılaraq, üzəri möhürlənib imzalanmışdır. Sonra, saat 11:50 radələrində polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının qarşısına getmiş və sonuncunu evinin qarşısında görüb yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib ona narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra, müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar Təqsirləndirilən şəxs elan olunaraq hüquq və vəzifələri izah edilmiş və sonuncu səmimi olaraq etiraf etmişdir ki, o, təxminən 2 saat əvvəl konkret olaraq soyadını xatırlamadığı, yaxınlıqda yaşayan “Azər” adlı Qazax şəhər sakinindən aldığı 10 qram heroini, həqiqətən bir neçə dəqiqə əvvəl tanışı Şahid11 1 qramını 40 manata olmaqla sataraq, bundan 400 manat pul əldə etmişdir. Əldə etdiyi 400 manat nəğd pul üzərindədir, həmin pulu aparıb “Azərə” verməliymiş ki, sonuncu da, qarşılığında ona 10-20 manat hörmət etsin. Təqsirləndirilən şəxs həmin pulları təqdim etmək istədikdə, pulların sonuncudan videoçəkiliş ilə götürüləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs həmin sözlərindən sonra, əməliyyat qrupunun bir neçə üzvü qeyd olunan “Azər” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və onun saxlanılmasını təmin etmək məqsədi ilə oradan getmişlər. Əməliyyat qrupunun digər üzvləri və o, Təqsirləndirilən şəxs evinin qarşısında qalmışlar. Sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroin satdığı üçün, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğu elan olunaraq, hüquq və vəzifələri izah edilib, ona bu barədə bildiriş təqdim edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı əməliyyat məlumatının daxil olması izah edilmiş, ona görə də, sonuncunun yaşadığı evə baxış keçirtməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs buna könüllü olaraq razı olmadığı təqdirdə, məhkəmənin əsaslandırılmış qərarı əsasında sonuncunun yaşadığı evə baxış keçiriləcəyi izah edilmişdir. Təqsirləndirilən şəxs isə, evində heç bir narkotik vasitə saxlamadığını, evinə baxış keçirilməsinə razılıq verdiyini bildirərək, bu barədə ərizə ilə müraciət etdiyi üçün, onlar videoçəkiliş vasitəsi ilə Aydının yaşadığı evə baxış keçirilməsinə başlamışlar. Bundan sonra, videoçəkiliş ilə baxış aparılmasına Təqsirləndirilən şəxs evinin qarşısından başlanmış və sonuncu ilkin olaraq əynində olan şalvarın sağ cibindən 400 manat pul çıxararaq təqdim edib bildirmişdir ki, həmin pul tanışı “Azər” adlı şəxsdən götürüb Şahid11 satdığı 10 qram heroinin puludur, üzərində bundan başqa pul və yaxud narkotik vasitə yoxdur. Bu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 4 ədəd 100 manat əskinaslardan ibarət olan 400 manat pulun nömrələri bütün iştirakçılara ucadan oxunmuş və həmin pulların əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən “şərti alıcı” Şahid11 protokol üzrə verilmiş pullar ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onları yaşadığı evə baxış keçirilməsinə dəvət etmiş və baxış zamanı onun evindən qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki,ailə üzvlərinin dolanışığını təmin etmək üçün, özünə məxsus olan Ağstafa rayonunun Dağkəsəmən kəndində yerləşən kiçik fermada müxtəlif ev quşlarının artırılması ilə məşğul olur. Əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qazax şəhərində yaşayan Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır, indiyədək sonuncu ilə aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Aydın uzun illərdir ki, Daşkəsən rayonunda yerləşən qızıl saflaşdırma mədənində sürücü işləyir. O, Aydını sakit, təmkinli və cinayət törətməyə meyilli olmayan bir şəxs kimi, tanımışdır. Münasibətləri yaxşı olduğundan o, Aydınla mütamadi olaraq Qazax şəhərində yerləşən müxtəlif çayxanalarda görüşüb, söhbətləşmişdir. xx.xx.2019-cu il tarixdə axşam saatlarında Aydınla yaşadığı evin qarşısında təsadüfən rastlaşıb onunla ümumi söhbətlər etməyə başlamışlar. Həmin vaxt Aydın ona demişdir ki, bir neçə gün əvvəl tanışları ona Mingəçevir şəhərindən kakos, yəni ki, narkotik vasitə olan heroin göndərmiş, kim nə qədər istəyirsə, o, bir qramını 40 manata təşkil edə bilər. O, narkotik vasitələrdən istifadə edən şəxslərə, onun qanunsuz dövriyyəsi ilə məşğul olanlara və satanlara nifrət etdiyini qeyd etmiş və həmin şəxslər ilə barışmaz mövqedə olduğunu bildirmişdir. Aydının həmin sözləri onda təəccüb və ona qarşı təəssüf hissi ilə nifrət yaratmışdır. Çünki, o, Aydını zəhmətkeş və narkotiklərdən uzaq insan olaraq tanıyıb, bilmişdir. Ona görə də, Aydının əməlini ifşa etmək məqsədi ilə, sonuncuya bildirmişdir ki, səhəri gün saat 11:00 radələrində onun yaşadığı evin qarşısına gəlib, ondan 10 qram miqdarında narkotik vasitə olan heroin alacaqdır. Aydın da, ona 10 qram heroinin 400 manat pul edəcəyini bildirib razılığa gəlmişlər. Səhəri gün, yəni, xx.xx.2019-cu il tarixdə səhərin erkən saatlarında o, Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə getmişdir. Qazax şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs ona narkotik vasitə olan heroin satması haqqında şöbənin əməkdaşlarına məlumat verib, daha sonra ərizə ilə müraciət edərək Aydının ifşa olunaraq saxlanılmasında “Şərti alcı” kimi, iştirak etməyinə də, razılıq vermişdir. Bu barədə müvafiq ərizəsi alındıqdan sonra, həmin şöbənin əməkdaşları protokol tərtib edərək ona dörd ədəd 100 manatlıq əskinaslardan ibarət olan 400 manat nəğd pul vermiş və onu xidməti avtomobilləri ilə Qazax şəhərinə gətirmişlər. Onlar təxminən saat 11:10 radələrində ünvan 5 ünvanında yerləşən evinin yerini uzaqdan göstərərək, özü də, şəhər stadionunun yaxınlığında avtomobildən düşüb yavaş-yavaş Aydının yaşadığı ev istiqamətinə addımlamağa başlamışdır. Aydının evinin qarşısına çatdıqda, sonuncunun evinin qarşısında tək olaraq dayanıb onu gözlədiyini görmüşdür. O, Aydının yanına çatıb sonuncu ilə salamlaşmış və qeyd etdiyi şöbənin əməkdaşları tərəfindən ona verilmiş həmin 400 manat nəğd pulu cibindən çıxararaq Aydına vermişdir. Aydın da, həmin pulları sayaraq cibinə qoyub, evinin qarşısından keçən yolun kənarına, yerə qoymuş olduğu bir ədəd selofan kəsiyinə bükülmüş, toz halında olan qəhvəyi rəngli 10 qram heroini ona göstərib, “Ordadır, götür get” sözlərini demişdir. Bundan sonra o, həmin narkotik vasitəni yerdən götürüb, Aydının evinin qarşısından uzaqlaşmış və qeyd etdiyi şöbənin əməkdaşlarının yanına gedərək, Aydından narkotik vasitə olan heroin aldığını və onların verdiyi 400 manat pulu da, Aydına verdiyini bildirmişdir. Bu zaman polis əməkdaşları protokol tərtib edərək, Aydından almış olduğu həmin narkotik vasitəni ondan götürmüş və o, isə oradan getmişdir. Sonra ona məlum olmuşdur ki, Aydın yaşadığı evdən çıxarkən, elə evinin qarşısında həmin polis əməkdaşları tərəfindən saxlanılmış və polislərin ona vermiş olduğu həmin 400 manat nəğd pul Aydının üzərindən aşkar edilərək götürülmüşdür. Aydın isə, törətmiş olduğu cinayət əməlini, yəni, 400 manat pul müqabilində ona 10 qram miqdarında narkotik vasitə olan heroini satmasını etitaf etmişdir. Aydınla bir gün görüşərkən sonuncu söhbət əsnasında ona Tovuz rayonunda bir nəfər qeyri-qanuni qadın saxladığını və həmin qadına mebel almaq istədiyini bildirmişdir. Aydın onunla birlikdə Qazax şəhəri “Çinarın dibi” deyilən yerin yaxınlığında yerləşən “Beko” mebel mağazasına gedib oradan bir ədəd divan və 2 ədəd kreslo almaqlarını xahiş etmişdir. O, da Aydınla razılaşıb birlikdə qeyd olunan mağazaya getmiş və həmin mağazadan Aydın öz adına 600 manat dəyərində 1 ədəd divan və 2 ədəd kreslo götürmüşdür. Aydın kredit götürdüyü mebellərə qarşılıq hətta maaş kartını oraya qoymuşdur. Sonra həmin mebelləri Aydın mebel mağazasının yük avtomobili ilə götürüb aparmışdır. O, heç bir qaraçının onu sıxışdırmadığını, Aydından heç vaxt borc pul istəmədiyini və sonuncudan ona kömək etməsini xahiş etmədiyini bildirmişdir. Aydının özünün bir neçə telefon və digər mağazalara borcu olduğunu, hətta onlar mebel mağazasına getməmişdən qabaq Aydın bir neçə telefon mağazasından kredit götürmək istəsə də, həmin mağazalara da, Aydının borcu olduğundan ona kredit verilmədiyini bildirmişdir. Onun fikrincə, Aydın narkotik vasitə satdığına görə məsuliyyətini dərk etdiyi üçün yalandan belə bir ifadə vermişdir. “Vahid” mebel mağazasından alınmış mebellərin aparıldığı ev ona məxsusdur. Belə ki, o, Qazax şəhəri H.Əliyev prospektində yerləşən evindən başqa “Qaçqınların binası” deyilən yerin yaxınlığında da, evi olduğunu, lakin həmin evin şəraiti bir qədər pis olduğundan o, ailəsi ilə birlikdə nadir hallarda gedib orada qaldığını bildirmişdir. O, mebellərin həmin evə aparılarkən orada ailə üzvlərindən heç kimin qalmadığını qeyd etmişdir. Mebel mağazasından qeyd olunan mebellər alındıqdan sonra onlar mağazanın avtomobili ilə 1 ədəd divan və 2 ədəd kreslonu Qazax şəhəri “Qaçqınların binası” deyilən yerin yaxınlığında yerləşən ona məxsus evin həyət qapısının qarşısına apararaq oraya düşürmüşlər. Aydın həmin mebelləri Tovuz şəhərində qeyrirəsmi yaşadığı bir qadına aldığı üçün onları öz yaşadığı evə aparmaq istəməyib, mebelləri onun evinə yerləşdirməyi və buradan mebelləri özü götürüb aparacağını bildirmişdir. Onlar mebelləri düşürdükən bir neçə dəqiqə sonra Aydın özü “Jiquli” markalı avtomobillə gəlib həmin mebelləri götürüb aparmışdır. Hətta mebelləri avtomobilə yükləyərkən həmin vaxt evinin qarşısından keçən qonşusu Şahid16 da onları görmüşdür. O, mebellərin evinə aparılmadığını bir daha qeyd edərək, həmin mebellərin Təqsirləndirilən şəxs kimin evinə aparmasını bilmədiyini demişdir. Mebellər onun evinin qarşısına düşürülüb, sonradan Aydın tərəfindən harasa aparıldığı üçün, o, ilkin ifadəsində həmin hala, yəni mebellərin onun evinin qarşısına düşürülməsinə əhəmiyyətli hal kimi baxmamışdır. Təqsirləndirilən şəxs mebelləri birbaşa Tovuz şəhərinə aparmaq üçün pulu olmamışdır. Aydının pulu olmadığından mağazadan mebelləri gətirən avtomobilin sürücüsünə də yol haqqını verə bilməmişdir. Bir neçə dəqiqədən sonra Aydının özü onun tanımadığı bir “Jiquli” markalı avtomobilin sürücüsü ilə gəlmiş və onlar köməkləşib onun evinin qabağına düşürülmüş mebelləri həmin avtomobilin “bel baqajı”na yükləmişlər. Bundan sonra Aydın onunla sağollaşaraq həmin avtomobillə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, təxminən 1-2 ildir ki, arabir olaraq narkotik vasitə olan heroindən istifadə edirmiş. Qazax şəhəri, S.Vurğun küçəsində yaşayan Təqsirləndirilən şəxs təxminən 10-15 ildir tanıyır və onunla normal həmyerli münasibətləri vardır. İndiyədək onunla arasında heç bir ədavət və ya narazılıq olmamışdır. O, Aydının narkotik vasitə olan heroin istifadəçisi olduğunu əvvəldən bilmişdir. xx.xx.2019-cu il tarixdə təxminən saat 09:50 radələrində Aydın ilə Qazax şəhərində,“Hərbi şəhərciyin”yaxınlığında yerləşən çayxanada təsadüfən görüşmüşlər. Həmin zaman Aydın dost-tanışları ilə əyləşərək çay içmişdir. O, da Aydıngilin yanında əyləşmiş və onlar 3-5 dəqiqə söhbət etdikdən sonra, Aydının yanına onun tanımadığı təxminən 60-65 yaşlarında, arıq bədən quruluşlu, sarıbəniz bir nəfər kişi gəlmişdir. Həmin zaman Aydın masanın arxasından ayağa qalxaraq, birlikdə əyləşdiyi şəxslərdən kənarlaşıb, onu da, yanına çağıraraq, “Gedək kabinetdə əyləşək, qonağım gəlibdir, iş yoldaşımdır” demişdir. O, isə Aydın ilə razılaşıb birlikdə çayxananın ayrıca otağına getmişlər. Onlar masanın arxasında əyləşdikdən sonra, o, çay sifariş vermək üçün, Aydıngilin yanından getmişdir. Çay sifariş verib gəldikdə Aydınla həmin şəxsin damino oynadıqlarını görmüşdür. O, masanın arxasında əyləşdikdən sonra, Aydın ovcunun içində tutduğu, siqaret kağızına bükülmüş vəziyyətdə olan “kakosu”, yəni, narkotik vasitə olan heroini ona verib “Get bunun birini özünə, birini də, mənə həll et qayıt bura,” demişdir. Aydından qeyd etdiyi bükülünü götürərək çayxanadan çıxıb, Qazax şəhər stadionunun həyətinə getmiş və orada bükülünü açdıqda içərisində təxminən yarım qramdan az miqdarda “mal” olduğunu görmüşdür. Stadionun həyətində, bir kənara çəkilib, Aydından aldığı “kakosu” bişirərək yarı hissəsini əvvəlcədən üzərində olan insulin şprisinə çəkərək damarına vurmuşdur. Sonra digər yarı hissəsini, elə həmin şpirisə dolduraraq cibinə qoyub Aydıngilin yanına qayıtmışdır. Qayıtdıqdan sonra, insulin şprisində olan həmin “kakosu” Aydına vermişdir. Aydın masadan ayağa qalxaraq, “Evimə dəyib tezliklə qayıdıram” deyib, oradan getmişdir. O, Aydının evinə getmədiyini, onun hazırladığı “kakosu” damarına vurub, təkrar onların yanına qayıdacağını başa düşmüşdür. Aydın getdikdən sonra, o, özünü zənnincə Tahir adı ilə təqdim edən həmin şəxs ilə çay içib, söhbət etməyə başlamış və sonuncu ona Bakı şəhəri Yasamal rayonunda yaşadığını bildirmiş, Aydın kimi kamaz sürücüsü olduğunu demişdir. Bundan təxminən 20-30 dəqiqə sonra, Aydın onların yanına qayıtmış və onlar birlikdə çay içib, ümumi söhbətlər etməyə başlamışlar. Təxminən 5-10 dəqiqə sonra isə, Aydınla qonağı olan həmin şəxs çayxanadan getmişlər. Onlar getməmişdən əvvəl, o, Aydını kənara çəkib əgər varıdırsa, ona yenə “kakos” verməsini bildirmişdir. Aydın da, ona üzərində olmadığını, lakin sabah saat 10-11 radələrində onun yaşadığı evə gəlməyini və ona “kakos” verəcəyini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə saat 10:00 radələrində o, yaşadığı evdən çıxıb, Aydının evinin qarşısına getmiş və görmüşdür ki, sonuncu evinin arxasında olan stulda tək olaraq əyləşmişdir. Aydın onu görən kimi, stuldan ayağa qalxıb sonuncunun qarşısına gəlmiş və əlində olan insulin şprisini ona verib, “Hazırdır, apar vur, sonra görüşərik” sözlərini demişdir. O, isə həmin şpirisi Aydından götürüb, “Hərbi şəhərciyin” yaxınlığında yerləşən, qeyd etdiyi çayxana istiqamətində piyada getməyə başlamışdır. Həmin çayxanadan təxminən 100-150 metr uzaqlıqda yerləşən “moyka”nın yanına çatdıqda isə, arxasına çəkilib Aydından aldığı, içərisində “kakos” olan şpirisi damarına vurub, oradan da, çayxanaya getmişdir. Bundan bir müddət keçdikdən sonra isə, yaşadığı evə gedərkən Aydının evinin qarşısında 4-5 ədəd avtomobilin dayandığını görmüşdür. Həmin zaman, Aydının qonşusu Etibarla rastlaşmış və sonuncu ona bildirmişdir ki, deyəsən, polislər narkotik vasitə satdığına görə Aydını tutmuşlar. Bu zaman o, həyəcanlanaraq qorxub, dərhal yaşadığı evə getmiş və Aydından narkotik vasitə olan “kakos” aldığından, polislərin onu da, tutacağından çəkinərək, yaşadığı evdən çölə çıxmamışdır. O, Təqsirləndirilən şəxs ifadələrində, qeyd olunan narkotik vasitəni ondan alaraq əldə etməsini göstərməsini tamamilə yalan olduğunu bildirmişdir. O, Aydına 10,942 qram çəkidə narkotik vasitə olan heroin satmadığını bildirmişdir. O, narkotik vasitə olan heroin istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və Aydının ifadələrində qərəzli mövqe tutduğunu bildirmişdir. Fikrincə, polis əməkdaşları Aydını tutduqdan sonra, o, elə zənn etmişdir ki, sonuncunu o satmış və yaxud ələ vermişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin ifadələrində, qeyd olunan narkotik vasitəni ondan alaraq əldə etməsini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Qazax şəhərində yerləşən “Beko” və Vahid” mebel mağazalarının sahibidir. Qazax şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid11 əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində adlarını qeyd etdiyi şəxslər sahibi olduğu “Vahid” mebel mağazasına gəlmişlər. Aydın ona özü üçün kreditə bir ədəd divan almaq istədiyini bildirmişdir. Maksimlə Aydını tanımadığı üçün sonuncuya kredit vermək istəməmişdir. Lakin həm Aydın, həm Maksim kreditə divan götürməyi ondan xahiş etdikdə razılaşmışdır. Aydından harada işlədiyini soruşduqda sonuncu ona Daşkəsən rayonunda yerləşən bir qızıl mədənində sürücü işlədiyini demişdir. O, Aydından maaş kartını istədikdə, sonuncu kartı çıxarıb ona vermişdir. Adətən, o, mebeli kreditə vermək üçün kredit alanın maaş kartını tələb etmişdir. Aydın ona maaş kartını verdikdən sonra, sonuncu Aydına kreditə divan verməyə razı olmuşdur. Bundan sonra, Aydınla kredit müqaviləsi bağlamış və Aydın onun mağazasından 600 manat dəyərində 1 ədəd divan dəsti götürmüşdür. Aydın buna qarşılıq ona 1 il ərzində hər ay 50 manat pul ödəməli olmuşdur. İlk iki ay Aydının maaş kartından 50 manat götürüb krediti borcunu silsə də, sonuncu onun yanına gəlib maaş kartının müvəqqəti olaraq lazım olduğunu və tezliklə kartı gətirib ona verəcəyini demişdir. O, da heç nə deməyib həmin kartı Aydına vermişdir. Lakin Aydın vədinə əməl etməyib maaş kartını gətirməmiş və bundan sonrakı kredit borclarını da ödəməmişdir. O, soraqlaşıb Aydının ev ünvanını öyrənib oraya getsə də, sonuncunu evdə tapa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, əvvəllər Qazax şəhərində özünə məxsus “VAZ 21011” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hərdənbir Qazax şəhəri “Çinarın dibi” deyilən yerin yaxınlığında yerləşən “Vahid” mebel mağazasının qarşısında durub oradan mebel alan müştərilərə də xidmət göstərib, onların mebellərini ünvanına çatdırmışdır. Adlarını və soyadlarını sonradan bildiyi Təqsirləndirilən şəxs və Şahid11 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin fevral ayında səhər radələrində Qazax şəhəri “Çinarın dibi” deyilən ərazidə avtomobilində oturub müştərilər tərəfindən ona ediləcək təklifi gözləmişdir. Həmin vaxt “Vahid” mebel mağazasının sahibi Şahid14 ona zəng edərək mebel mağazasına gəlməyini, bir müştərinin özünə divan, kreslo aldığını və həmin mebelləri ünvana çatdırmağını xahiş etmişdir. O, da razılaşıb taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili ilə həmin mebel mağazasının qarşısına gəlmişdir. Vahid ona bir nəfər şəxsi göstərib həmin adamın mebel mağazasından divan, kreslo aldığını və həmin mebelləri sonuncunun dediyi ünvana aparmasını və pulu müştərinin özü verəcəyini ona bildirmişdir. Bundan sonra mağazanın işçiləri həmin mebelləri onun avtomobilinin “bel baqajı” deyilən yerinə yükləmişlər. Adını sonradan bildiyi Aydın adlı həmin müştəri ağ saçlı, orta yaşlı, bir qədər uzun boylu adam olmuşdur. Onun yanında isə Aydından bir qədər alçaq boylu, orta yaşlı, arıq bədən quruluşlu, adını sonradan bildiyi Maksim adlı şəxs də olmuşdur. Qeyd olunan mebellər onun avtomobilinə yükləndikdən sonra o, Aydın və Maksimlə birlikdə mağazanın qarşısından yola düşüb Qazax şəhəri “Qaçqınların binası” deyilən yerin yaxınlığında olan, “vaqonların yanı” deyilən yerə, adını bilmədiyi və xatırlamadığı ünvana getmişlər. Evin həyət qapısının qarşısında Aydın və Maksimlə köməkləşib divan, kreslonu yerə düşürüb özü tək olaraq qayıtmış və gündəlik işlərinə davam etmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə məşğul olması ilə bağlı ünvan 4 ünvanında yerləşən yaşayış evində narkotik vasitə heroin saxlamasını müəyyən edilməsi məqsədi ilə yaşadığı evə, həyatyanı torpaq sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı ünvan 4 ünvanında yerləşən evinə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. «Pul vəsaitinin verilməsi barədə» xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək üçün, Daxili İşlər Nazirliyinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitlərinin nömrələri qeyd edilməklə şərti alıcı qismində iştirak edəcək Şahid11 04 ədəd (C44945391,C70123699,C38863110 və C52940516 seriya nömrəli) 100 manatlıq əskinaslardan ibarət cəmi 400 manat pul verilmişdir. Baxış və şəxsi müayinə aparılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 6 mənzil 17 ünvanında yaşayan Şahid11 Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nə şifahi ərizə ilə müarciət edərək Qazax şəhər sakini Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olması, belə ki, narkotik vasitə olan heroinin1 qramını 40 manat ona təklif etməsi barədə məlumat vermiş, onu ifşa olunması ilə bağlı keçirilən əməliyyat-axtarış tədbirlərində “şərti narkotik alıcı” qismində iştirak etməyə razı olduğunu bildirmişdir. Şahid11“şərti narkotik alıcı” qismində tədbirə cəlb olunmuş və ona xüsusi əməliyyat xərcləri üçün nəzərdə tutulmuş pul vəsaitindən 04 ədəd (C44945391,C70123699,C38863110 və C52940516 seriya nömrəli) 100 manatlıq əskinaslardan ibarət cəmi 400 manat pul verilmişdir. Şahid11 Təqsirləndirilən şəxs 400 manata şəfaf rəngli selofan kəsiyi bükümündə heroini almışdır.Həmin bükümün işərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, kəskin iyli kütlə olması müəyyən olundu.Təqdim olunmuş narkotik vasitə olan heroinə oxşar toz şəkilli kütlə gələcəkdə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün hal şahidlərinin və tədbirdə iştirak edən əməkdaşlarının iştirakı ilə ağ rəngli kağız zərfəd ekspertizaya göndərilməsi üçün qablaşdırıldı, möhürləndi və imzalar olundu. Baxış və şəxsi müayinə aparılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 1 ədəd C44945391, 1 ədəd C70123699, 1 ədəd C38863110 və 1 ədəd C52940516 nömrəli, ümumilikdə 4 ədəd 100 manatlıq əskinaslardan ibarət 400 manat pul aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs 10 qram narkotik vasitəni tanışı Azər adlı şəxsdən alıb Şahid11 400 manat pul qarşılığında satdığını bildirmiş və Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evə baxış keçirilmiş, lakin işi üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. “Üzləşdirmə haqqında” 13.02.202-ci il tarixli protokoldan görünür ki, Şahid11 Təqsirləndirilən şəxs üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha sonuncunun üzünə qarşı təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 1 qramı 40 manat olmaqla 10 qram narkotik vasitə heroin satmaq istəmiş, o, isə Aydının əməlini ifşa etmək məqsədilə polis əməkdaşlarına onun narkotiklərin satışı ilə məğul olduğunu bildirərək keçiriləcək tədbirdə “şərti alıcı” qismində iştirak etmiş və polis əməkdaşları tərəfindən ona protokolla verilmiş 400 manat pulu aparıb Aydının satdığı 10 qram narkotik vasitə heroin qarşılığında sonuncuya vermişdir. Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, əməliyyat xərclərində istifadə olunan 4 ədəd 100 manatlıq əskinaslardan ibarət 400 manat pulun material üzrə saxlanılmasına zərurət qalmadığından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməliyyat xərcləri üçün nəzərdə tutulmuş vəsaitə qaytarılmışdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 528 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “şərti alıcı Şahid11 Təqsirləndirilən şəxs almış olduğu heroinə bənzər kütlə” sözləri olan kağız paketdəki, bir ədəd sellofan kəsiyinə bükülmüş, təmiz çəkisi 10,942 qram olan maddə kuxxxx üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 910 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında həyat yoldaşı X6 və oğlu X9 ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid12 əməlinə hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması nəzərə alınmış, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş və ekspertiza tədqiqindən sonra qalan 10,742 qram narkotik vasitə heroin saxlanılması üçün Qazax RPŞ-nin anbarına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik vasitə satmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf edib göstərmişdir ki, Daşkəsən rayonunun Çovdar kəndində yerləşən “xxxx” MMC qızıl saflaşdırma mədənində sürücü işləyir. Narkotik vasitə istifadəçisi deyil və əvvəllər məhkum olunmamışdır. Qazax şəhər sakini Şahid11 təxminən 20 ildir ki, tanıyır, onunla aralarında indiyədək heç bir düşmənçilik və ya ədavəti olmamış, normal həmyerli münasibətləri olmuşdur. xx.xx.2019-cu il tarixdə, təxminən saat 17:30 radələrində tanışı Maksimlə sonuncunun yaşadığı evin qarşısında söhbət edirmişlər. Bu zaman Maksimə tanışlarının ona Mingəçevir şəhərindən kakos, yəni narkotik vasitə olan heroin gətirdiklərini, nə qədər istəyən olsa, 1 qramını 40 manat nəğd pula təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxt Maksim ona 10 qram kakos lazım olduğunu bildirmişdir. O, isə Maksimə 10 qram kakosun 400 manat etdiyini, əgər pulu nəğd gətirsə, ona alıb verəcəyini demişdir. Maksimlə belə razılığa gəlmişlər ki, sonuncu sabah saat 11 radələrində onun yaşadığı küçəyə gələrək, evinin qarşısından ondan 10 qram kakos alacaqdır. Bu məqsədlə, xx.xx.2019-cu il tarixdə saat 09:50 radələrində Qazax şəhərində yaşayan tanışı Azərlə şəhərdə, “Hərbi şəhərciyin” yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Çünki, Azərdə həmişə narkotik vasitə olan heroinin olduğunu bilirmiş. Söhbət zamanı o, Azərə 10 qram narkotik vasitə heroin lazım olduğunu bildirib qiymətinin neçə olduğunu sonuncudan soruşmuşdur. Azər ona hal-hazırda heroini olduğunu və bir qramını 40 manat satdığını bildirmişdir. Bu zaman o, Azərə 10 qram heroin lazım olduğunu, bir nəfər şəxsə satıb, pulunu satacağı adamdan alıb ona verəcəyini demişdir. Lakin, heroini satacağı adam haqqında Azərə heç nə demədiyi üçün, sonuncu onun narkotik vasitəni kimə satacağanı bilməmişdir. Azərə evinə gedəcəyini və tez gəlməsini bildirib onunla sağollaşdıqdan sonra çayxanadan yaşadığı evə getmişdir. O, yaşadığı evin qarşısına çatdıqdan sonra, orada tək dayanaraq Azəri gözləməyə başlamışdır. Azər təxminən 15-20 dəqiqə keçdikdən sonra, onun evinin qarşısına gəlib bir ədəd sellofan kəsiyinə bükülmüş, toz halında olan qəhvəyi rəngli 10 qram narkotik vasitə heroini ona vermişdir. O, Azərə heroini satacağını adamın birazdan gələrək narkotik vasitəni ondan alacağını və satan kimi pulunu gətirib ona verəcəyini bildirmişdir. Bundan sonra Azər oradan çıxıb getmiş, o, isə tutulmağından qorxub Azərdan almış olduğu həmin heroini üzərində saxlamayaraq evinin qarşısından keçən yolun kənarına, görünməyən yerə qoymuşdur. Maksimlə saat 11:00 radələrində vədələşsə də, sonuncu biraz gec gəlmiş və gəldiyi saatı konkret olaraq xatırlamamışdır. O, Maksimin gəlməyini və Azərdən almış olduğu heroini ona sataraq, pulu alıb Azərə aparmağı gözləmişdir. O, Azərin onun etdiyi vasitəçilikdən sonuncuya 15 yaxud 20 manat pul verəcəyini bilirmiş. Təxminən saat 11:30 radələrində evinin qarşısında dayanan zaman Maksimin piyada olaraq onun yaşadığı evin qarşısına gəldiyini görmüşdür. Maksim ona 4 ədəd 100 manatlıq əskinaslardan ibarət 400 manat pul vermiş və o, həmin pulları sayıb cibinə qoymuşdur. Sonra, yolun kənarına qoymuş olduğu, həmin heroini Maksimə göstərib gedib götürməsini bildirmişdir. Maksim də həmin heroini yerdən götürüb oradan getmiş, o, isə yaşadığı evə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Maksimə satmış olduğu heroinin pulunu aparıb Azərə vermək üçün evdən çıxmışdır. Küçəyə çıxarkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini təqdim edib, BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə olan heroini satmaqda şübhəli olduğu üçün, onlar tərəfindən saxlanıldığını demişdir. O, da polis əməkdaşlarına etiraf edərək, bir neçə dəqiqə əvvəl Maksim adlı tanışına 1 qramını 40 manat olmaqla 10 qram heroin satdığını və sonuncudan aldığı pulların hazırda üzərində olduğunu bildirmişdir.O, həmin pulları polis əməkdaşlarına təqdim etmək istədikdə, onlar pulların videoçəkiliş ilə götürüləcəyini demişdir.O, heç bir etiraz etməmiş, bundan sonra polis əməkdaşları ona narkotik vasitə satmağa görə şübhəli şəxs qismində tutulduğunu elan edərək, şübhəli şəxs qismində ona hüquq və vəzifələrini izah edib, bu barədə sonuncuya yazılı bildiriş təqdim etmişlər. O, hüquq və vəzifələri ilə tanış olduqdan sonra polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişdir. Ona görə də, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsi üçün, onun könüllü olaraq razı olub-olmamasını soruşulmuş, əgər buna icazə verməyəcəyi təqdirdə, məhkəmənin qərarı əsasında evinə baxış keçiriləcəyi ona izah edilmişdir. O, polis əməkdaşlarına evinə baxış keçirilməsi üçün məhkəmənin qərarına ehtiyac olmadığını, evində heç bir narkotik vasitə saxlamadığını bildirib, evinə baxış keçirilməsinə könüllü olaraq razılıq vermiş və bu barədə ərizə yazmışdır. Sonra, yaşadığı evin qarşısında videoçəkiliş ilə narkotik vasitə olan heroinin satışından əldə etmiş olduğu 400 manat pulu polislərə təqdim edərək bildirmişdir ki, həmin pullar Azərdən götürüb maksimə satdığı 10 qram heroinin puludur üzərində bundan başqa pul və ya narkotik vasitə yoxdur. Videoçəkiliş ilə polis əməkdaşlarına təqdim etdiyi, 4 ədəd 100 manatlıq əskinaslardan ibarət həmin pullar ondan götürüldükdən sonra, sonuncu polis əməkdaşlarını evinə baxış keçirilməsinə dəvət etmişdir. Videoçəkilişlə evinə baxış zamanı evindən qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə aşkar olunaraq götürülməmişdir. Evinə baxış keçirilərkən o, təkrar polis əməkdaşlarına həmin narkotik vasitəni Azərdən götürüb 400 manata Maksimə satdığını, ondan başqa narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhərində yerləşən BNMİ-nin Qərb Bölgəsində Regional Şöbəsinə aparmışlar. Həmin şöbədə hüquqlarının müdafiə olunması üçün ona vəkillərin siyahısı təqdim olunmuş və o, təqdim olunan sihayıdan vəkil X3 hüquqlarının müdafiə olunması üçün özünə vəkil seçmişdir. Daha sonra həmin vəkil ona təqdim edilmiş və vəkilin iştirakı ilə bu barədə protokol tərtib olunmuşdur. O və vəkili həmin protokolu imzalamış və sonuncunun iştirakı ilə izahat vermişdir. O, narkotik vasitə olan heroini Azərdən satmaq üçün götürdükdən sonra, həmin narkotik vasitəni necə və hansı şəraitdə əldə etməsi barədə heç kəsə demədiyini bildirmişdir. O, ilk dəfədir ki, satmaq niyyəti ilə tanışı Azərdən narkotik vasitə olan heroini aldığını bildirmişdir. O, heç bir tanışının Mingəçevir şəhərindən narkotik vasitə olan heroin gətirmədiyini, onun Azərdən narkotik vasitə alacağını Maksimin bilməməsi üçün sonuncuya yalan dediyini, əks halda Maksimin özü Azərdən heroini alacağını və onun bundan heç bir qazanc əldə edə bilməyəcəyini düşünmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Qazax Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş və ekspertiza tədqiqindən sonra qalan 10,742 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X2 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Qazax Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı götürülmüş və ekspertiza tədqiqindən sonra qalan 10,742 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X2 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X13 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-131/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-131/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver