Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-131/2022 24.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Abdullayev Asif Saleh oğlunun iştirakları ilə 01 avqust 1992-cü ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Təkəqaya kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsi, ADAU ətrafında yerləşən ünvansız evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 27 iyul 2021-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “Ehsan” bulağı adlanan yerin qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində sonuncunun onun üzündən əli ilə vurub, nalayiq ifadələr işlədərək onu təhqir etməsinə görə aralarında yaranmış mübahisə zamanı istintaqla əldə edilməsi mümkün olmayan deşici-kəsici xassəyə malik bıcağın küt tərəfi ilə təpə nahiyyəsindən bir dəfə vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirmiş, sonuncunun onu təkidlə söyüb təhqir etməklə, təkrarən vuraraq ona sol bazu, sağ qalça nahiyyələrinin və sol əl pəncəsinin üst səthinin qançırları, sol körpücük üstü nahiyyəsinin sıyrığı sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdiyinə görə, bıçağın kəsici və deşici hissəsi ilə qarın nahiyyəsinə bir dəfə zərbə vuraraq qarın nahiyəsinin ön səthinin daxilə keçən bağırsaqların zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kəlbəcər rayonundan məcburi köckün olduqdan sonra Gəncə şəhəri Gülüstan qəsəbəsi ADAU ətrafında yerləşən təzə məhlələrdə yaşayır. Zərərçəkmiş şəxs və Şahid3 uzun müddətdir ki, tanıyır. Həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs isə onun sinif yoldaşı olduğu üçün münasibətləri daha yaxşı olmuşdur. 25 iyul 2021-ci il tarixdə Şahid3 onun bibisi Yeganənin oğlu Nurlanın qabağını kəsib sonuncuya bibisi Zibagilə getməməyi demişdir. Həmin vaxt Nurlan, Niyazinin qabağında qorxub əsən vaxt Niyazi niyə əsdiyini soruşanda Nurlan döyüşdən gəldiyini və travmalı olduğunu demişdir. Həmin vaxt Niyazi, Nurlanı söyüb təhqir etmişdir. Nurlan isə cavabında Niyaziyə Ruslanın və Məhəmmədin qohumu olduğunu demiş, Niyazi onların da ünvanına nalayiq ifadələr işlədərək onları da təhqir etmişdir. Bundan sonra Nurlan gəlib olanları ona danışmışdır. Həmin vaxt o, Nurlana bildirmişdir ki, Niyazinin qardaşı Xaləddin onun sinif yoldaşıdır, Niyazi Nurlanı söyməz, yəqin aralarında anlaşılmazlıq olduğunu demişdir. O, Xaləddinlə danışacağını, qardaşı Niyazini başa salmasını deyəcəyini söyləmişdir. 27 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Nurlanla qəssab dükanının yaxınlığındakı çayçının qabağında olan zaman “Qazel” markal avtomobilin keçdiyini görüb iki gün öncə təhqir edən Niyazinin maşınla oradan keçdiyini demişdir. Həmin vaxt o, Nurlana onu çayçının qarşısında gözləməsini deyib Xaləddininlə, Niyazinin yanına getmişdir. Həmin vaxt Xaləddin bulaqdan su doldurmuş, Niyazi isə avtomobilin sağ oturacağında əyləşmişdir. Onun oraya yaxınlaşdığını görən Niyazi də avtomobildən düşüb bulağa tərəf gəlmişdir. Həmin vaxt o, Xaləddinə yaxınlaşıb qohum və qonşu olduqlarını, qardaşı Niyazinin nəyə görə Nurlana söyüş söydüyünü soruşmuşdur. Xaləddin isə onunla kobud danışaraq ona Niyazinin yaxşı etdiyini dediyi üçün o, da Xaləddinə cavabında kobud formada irad tutaraq onunla belə danışmamalı olduğunu demişdir. Həmin vaxt Xalədddin onu şillə ilə vurub yaxşı etdiyini demişdir. O, da Xaləddinin onu təhqir etməsinə və onu vurmasına görə üzərində gəzdirdiyi qatlanan cib bıçağını çıxarıb bıçağın dəstəyi ilə Xaləddinin baş nahiyyəsindən bir zərbə endirmişdir. Bundan sonra Xaləddin də əsəsbləşərək onu vurmağa başlamışdır. Xaləddin ondan fiziki cəhətdən güclü olduğuna görə sonuncunu özündən aralamaq və qorxutmaq məqsədi ilə sağ əlində olan bıçaqla Xaləddinin qarın nahiyyəsinə tərəf bir bıçaq zərbəsi atmışdır. Həmin bıçaq zərbəsi Xaləddinin qarın nahiyyəsinin sol tərəfindən dəymişdir. O, Xaləddini bıçaqla vurduqdan sonra sonuncunun yerə yıxıldığını və qarın nahiyyəsindən qan gəlməsini görüb qorxduğu üçün Nurlanla birlikdə qərargah istiqamətində qaçıb uzaqlaşmışlar. Hadisə baş verən zaman konkret olaraq kənardan kimlərin şahid olmalarını görməmişdir. Hadisənin baş verməsinə səbəb Niyazinin bibisi oğlu Nurlana bibisigilə getməməsini tapşırması və Nurlanı təhqir etməsinə görə iradını bildirən zaman Xaləddinin onu söyüb təhqir etməsi və daha sonra onu vurması olmuşdur. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmiş, hadisə ətrafda olan şəxlərdən heç kimin narahtçılığına səbəb olmamışdır. Baş vermiş hadisə vaxtı o, Xaləddinə bıçaqla xəsarət yetirmiş, özü isə sol qolundan yüngül xəsarət almışdır. O, Xaləddinə bıçaqla xəsarəti yetirdikdən sonra qaçıb oradan uzaqlaşan zaman telefonunu və bıçağı salıb itirdiyinə görə də həmin bıçağı istintaqa təqdim edə bilməmişdir. O, hadisə zamanı istifadə etdiyi həmin bıçağı təxminən bir il olar ki Gəncə şəhəri «Dubay» adlanan bazarda hal-hazırda xatırlamadığı mağazadan almış, həmin vaxtdan da maraq üçün bıçağı üzərində gəzdirmişdir. Bütün bunlara baxmayaraq Zərərçəkmiş şəxs sağalması üçün tibbi xərcləri ödədiyini, hadisədən sonra Xaləddinlə barışdığını və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhər, Gülüstan qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də qardaşı ilə xalça yuma sexi işlədib gündəlik dolanışıqlarını təmin edirlər. Təqsirləndirilən şəxs tanıyır, sonuncu onun sinif yoldaşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Baş vermiş hadisədən təxminən 15-20 gün əvvəl Şahid4 Şəfayət oğlu qardaşı Niyaziyə zəng edərək görüşüb söhbət etmək istədiyini bildirmişdir. Bu səbəbdən Niyazi, Emillə görüşmüşdür. Görüş zamanı X23 adında bir qızı gördüyünü, xoşu gəldiyini və bu barədə maraqlandıqda Aytəni, Zəylik kəndindən olan Murad müəllimin oğlu Niyazinin, yəni onun qardaşının istədiyini dediklərini bildirmişdir. Niyazi də Emilə həqiqətən Aytəni istədiyini və bu məsələ ilə bağlı narahat etməməsini Emildən xahiş etmişdir. Bundan sonra Emil dəfələrlə qardaşı Niyaziyə zəng edərək üz-üzə söhbət etmək istədiyini demişdir. Hətta 25 iyul 2021-ci il tarixdə qardaşı Şahid3 ilə şəxsi maşınları ilə iş saatı bitdikdən sonra yaşadıqları ünvana gedərkən Gəncə şəhəri, Gülüstan qəsəbəsində Emilin işlətdiyi kafenin qarşısından keçəndə Niyazi maşından düşüb Emilin hansı məsələ ilə bağlı söhbət etmək istədiyini bilmək üçün kafeya daxil olmuşdur. O, isə kafenin qarşısında maşında əyləşib qardaşını gözləmişdir. Niyazi Emil ilə görüşdükdən sonra nə haqqında söhbət etdiklərini soruşmuşdur. Niyazi də ona Emil ilə oturan zaman Ruslanın dayısı oğlu Nurlanın da yaxınlaşıb Niyazi ilə söhbət etmək istədiyini deyəndə Niyazi də balaca oluğu üçün Nurlana söhbət edə bilməyəcəyini demişdir. 2 gün sonra yəni, 27 iyul 2021-ci il tarixdə, saat 15 radələrində o, qardaşı Niyazi ilə birlikdə şəxsi maşınları ilə yaşadıqları evdən çıxıb xalça götürmək üçün müştərinin evinə gedərkən Gəncə şəhəri Gülüstan qəsəbəsinin mərkəzində yerləşən Ehsan bulağı deyilən əraziyə çatanda həmin bulaqdan su doldurmaq üçün dayanmışlar. O, maşından düşüb su qablarını götürərərək su doldurmaq üçün bulağa yaxınlaşmış, Niyazi isə həmin anda avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmin vaxt Ruslan gəlib onun yanında dayanıb sinif yoldaşı olduqlarını, qardaşı Niyazinin nəyə görə bibisi oğlu olan Nurlanı təhqir etdiyini soruşmuşdur. Həmin vaxt Ruslan ona irad bildirdiyinə görə o, əsəbləşib sonuncu ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Ruslan da onunla kobud danışdığına və onu təhqir etdiyinə görə o, Ruslana bir şillə vurmuşdur. Bundan sonra Ruslanla aralarında dava düşmüş və onu əli ilə vurmağa başlamış, həmin vaxt Ruslan bel nahiyyəsindən bir ədəd bıçaq çıxardıb əvvəlcə bıçağın dəstəyi ilə onun baş nahiyyəsindən bir zərbə endirmişdir. Sonra isə əlində olan həmin bıçaqla onun sol qarın nahiyyəsindən bir zərbə vurmuşdur. Ona bıçaq zərbəsi dəydikdən sonra o, yerə yıxılmış, qarnından qan gəldiyi üçün Ruslan oradan qaçıb uzaqlaşmışdır. Həmin vaxt qardaşı Niyazi ərazidə yaşayan Elnur adlı şəxsdən onu təcili olaraq xəstəxanaya çatdırmasını xahiş etdiyi üçün sonuncu onu idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə xəstəxanaya aparmışdır. Qardaşı Niyazinin, Ruslanın bibisi qızı Aytənə elçi düşməsinə görə Emil və Niyazinin arasında baş vermiş mübahisə səbəbindən Nurlanın söhbətə qarışması və Niyazinin Nurlanla kobud danışaraq sonuncu ilə söhbət etmək istəməməsini bildirməsinə görə Ruslanın gəlib ona iradını bildirməsi olmuşdur. Baş vermiş hadisə təxminən 1-2 dəqiqə ərzində baş verib davam etmiş, hadisəyə yaxınlıqda olan şəxslərdən kokret olaraq kimlərin şahid olmalarını görməmiş, Ruslanla onun arasında baş vermiş dava-dalaş zamanı yanlarında onun qardaşı Niyazi, Ruslanın qardaşı Məhəmməd və dayısı oğlu Nurlan olmuşdur. Ruslan ona bıçaqla xəsarət yetirən zaman o, da əli ilə Ruslanı vurub sonuncuya xəsarət yetirmişdir. X1 ilə barışmış, sağalması üçün tibbi xərclər ödənilmişdir. Ruslanın qonşusu və sinif yoldaşı olmasını, ailəsində ondan başqa işləyən şəxsin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb, ondan şikayət və tələbi olmadığını və onun tutulmasının istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X4 tanıyır, sonuncu ilə münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamış, əksinə yaxşı münasibətləri olmuşdur. Baş vermiş hadisədən təxminən 15-20 gün əvvəl Emil adlı həmkəndlisi ona zəng edərək görüşüb söhbət etmək istədiyini bildirmişdir. O, Emil ilə yaşadığı ünvanın yaxınlığında olan mağazanın yanına gəlib görüşmüş, görüş zaman Emil ona Aytən adında bir qızı gördüyünü və xoşu gəldiyini, bu barədə Aytənin xalasına deməsini, xalasının Aytəni Zəylik kəndindən olan Murad müəllimin oğlu Niyazinin, yəni onun istədiyini deməsini bildirmişdir. O, da Emilə bu məlumatın doğru olduğunu və bu məsələ ilə bağlı onu narahat etməməsini demişdir. Emil də ona baş üstə deyib bir də onu bu məsələ ilə bağlı narahat etməyəcəyini demişdir. 25 iyul 2021-ci il tarixdə axşam saatlarında Emil yenidən ona zəng edərək bir məsələ ilə bağlı söhbət etmək istədiyini bildirmiş, o, yenidən Emilə onunla hansı məsələ ilə bağlı söhbət edəcəyini soruşmuş, lakin Emil yenə də canlı şəkildə onunla görüşmək istəmişdir. Həmin vaxt işinin çoxluğu ilə əlaqədar Emilə görüşə bilməyəcəyini bildirmişdir. Emil sabahsı gün yenidən zəng edərək üz-üzə söhbət etmək istədiyini ona deyəndə o, hal-hazırda işi olduğunu deyib axşam saatlarında iş saaatı qurtardıqdan sonra görüşə biləcəyini bildirmişdir. Qardaşı Zərərçəkmiş şəxs ilə şəxsi maşını ilə iş saatı bitdikdən sonra yaşadıqları ünvana gedən zaman həmin ərazidə Emilin işlətdiyi kafenin qarşısına gələrək Emilin onunla hansı məsələ ilə bağlı söhbət etmək istədiyini bilmək üçün kafeya daxil olmuşdur. O, Emillə görüşərək nə haqqında söhbət etmək istədiyini soruşmuş və Emil də «gəl qarşılıqlı oturaraq söhbət edək» deyə cavab vermişdir. O, Emillə oturub söhbət edən zamanı Nurlan adlı şəxs də yaxınlaşıb onların masasında əyləşmişdir. Nurlan onların masasında oturan zaman Emildən, Nurlanın hansı səbəbdən onlarla bir stolda oturduğunu soruşmuş, Emil də Nurlanın ona bir neçə söz deyəcəyini bildirmişdir. O, Emilə bildirmişdir ki, Nurlan yaşca ondan balaca olduğu üçün hər hansı bir söhbətlə bağlı Nurlanla söhbət etməyəcək. Nurlan isə stolda yaşının az olmasına baxmayaraq onunla qız məsələsinə görə söhbət etmək istədiyini bildirmişdir. O, da Nurlana yaşca böyüklərinin gəlib onunla söhbət edə biləcəklərini demişdir. Nurlan cavabında böyükləri gəlsə özü üçün heç də yaxşı olmayacağını, təkidlə böyüyü Ruslana məlumat verəcəyini və gəlib onunla söhbət edəcəyini demişdir. O, da “Nurlana sən böyüyün Ruslana de gəlib mənimlə o məsələ ilə bağlı söhbət etsin” sözlərini demişdir. Bundan sonra Emil ilə birlikdə çölə çıxmış, Emillə sağollaşan zaman Nurlan ona “heç yana getmə mənim böyüyüm olan Ruslan səninlə söhbət etməyə gəlir” sözlərini demişdir. Özü də bir neçə dəqiqə orda Ruslanı gözləsə də onun gəlməyəcəyini bilmiş və öz şəxsi maşınına oturaraq yaşadığı ünvana getmişdir. 27 iyul 2021-ci il tarixdə, saat 15 radələrində yaşadıqları ünvandan qardaşı Xaləddin ilə şəxsi maşınlarına oturaraq xalça götürmək üçün müştərinin evinə gedərkən Gəncə şəhəri Gülüstan qəsəbəsinin mərkəzində yerləşən Ehsan bulağı deyilən əraziyə çatan zaman həmin bulaqdan su doldurmaq üçün dayanmışlar. Xaləddin maşından düşüb su qablarını götürərək su doldurmaq üçün bulağa yaxınlaşmış, özü isə həmin anda avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmin vaxt avtomobilin güzgüsündən Ruslanın, Nurlanın və qardaşı Məhəmmədin avtomobilin arxa tərəfindən onlara tərəf gəldiyini görmüşdür. Həmin vaxt o, da avtomobildən düşüb bulağın yanına keçmişdir. Həmin vaxt Ruslan gəlib qardaşı Xaləddinin yanında dayanıb sonuncuya sinif yoldaşı olduqlarını, onun nəyə görə qohumu olan Nurlanı təhqir etdiyini demişdir. Həmin vaxt Xaləddin, Ruslanın irad bildirməsinə əsəbləşib sonuncu ilə mübahisə etməyə başlamışdır. Həmin vaxt Ruslan Xaləddinlə kobud danışdığına və sonuncunu təhqir etdiyinə görə Xaləddin Ruslana bir şillə vurmuşdur. Bundan sonra Ruslan bel nahiyyəsindən bir ədəd bıçaq çıxarıb əvvəlcə bıçağın dəstəyi ilə Xaləddinin baş nahiyyəsindən bir zərbə endirmiş, sonra isə Xaləddin də Ruslana yumruq və təpik zərbələri atan zaman Ruslan əlində olan həmin bıçaqla Xaləddinin sol qarın nahiyysindən bir zərbə vurmuşdur. Xaləddinə bıçaq zərbəsi dəydikdən sonra sonuncu yerə yıxılmış və Ruslan Xaləddinin qarnından qan gəldiyini görüb oradan qaçıb uzaqlaşmışdır. Ruslanın qardaşı Məhəmməd və Nurlan da hadisə yerindən qaçıb uzaqlaşmışlar. Həmin vaxt ərazidə yaşayan Elnur adlı şəxsdən qardaşını təcili olaraq xəstəxanaya çatdırmasını xahiş etdiyi üçün Elnurun idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili ilə Xaləddini xəstəxanaya aparmışlar. Emillə söhbət edən zaman Nurlanın söhbətə qarışması və sonuncu ilə söhbət etmək istəmədiyini bildirməsi və Ruslanın bibisi qızı Aytənə elçi düşməyi olmuşdur. Baş vermiş hadisə təxminən 1-2 dəqiqə ərzində baş verib davam etmiş və hadisəyə yaxınlıqda olan şəxslərdən konkret olaraq kimlərin şahid olmalarını görməmişdir. Baş vermiş hadisə vaxtı o, heç kəsə xəsarət yetirməmiş və özü də heç bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs və X15 uzun müddətdir ki tanıyır, həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. 25 iyul 2021-ci il tarixdə Şahid3 onun bibisi Yeganənin oğlu Nurlanın qabağını kəsib sonuncuya bibisi Zibagilə getməməyi demiş və Nurlanla kobud danışaraq sonuncunu təhqir etmişdir. 26 iyul 2021-ci il tarixdə isə o, iş yerində olduğu zaman Nurlan gəlib ona və qardaşı Ruslana Niyazi tərəfindən təhqir olunduğunu və bibisi Zibanın evinə getməməsini bildirdiyini demişdir. 27 iyul 2021-ci il tarixdə, saat 12 radələrində Ruslan və Nurlanın yaxınlıqda yerləşən Ehsan bulağına tərəf getdiklərini görmüşdür. O, Ruslanın arxasınca bulağa tərəf getmiş, bulağın yanına çatanda Xaləddinin də bulağın yanında olduğunu görmüşdür. Niyazi isə avtomobildən düşüb onlara tərəf getmişdir. Oraya çatanda Xaləddinin, Ruslanla mübahisə etdiyini və Xaləddinin Ruslana bir şillə vurduğunu görmüşdür. Bundan sonra dava-dalaş yaranmış, həmin vaxt Ruslan şalvarının bel nahiyyəsindən bıçaq çıxarıb həmin bıçağın dəstəyi ilə Xaləddinin başından bir zərbə endirmiş, sonra isə həmin bıçaqla Xaləddinin sol qarın nahiyyəsindən bir zərbə vurmuşdur. Həmin vaxt Xaləddin yerə yıxılmış və qarın nahiyyəsindən qan gəlməyə başladığı üçün Ruslan bunu görüb oradan qərargah istiqamətində qaçmışdır. O, da Niyazinin onunla dalaşacağından qorxub oradan qəssab dükanları tərəfə qaçmışdır. Bundan sonra heç bir şey olmamışdır. Baş vermiş hadisəyə səbəb Niyazinin bibisi oğlu Nurlana bibisigilə getməməsini tapşırmasına görə Ruslanın Xaləddinə iradını bildirən zaman sonuncunun Ruslanla kobud danışması və Xaləddinin Ruslana bir şillə vurması olmuşdur. Baş vermiş hadisə təxminən 1-2 dəqiqə müddətində baş verib davam etmiş, hadisə zamanı səs-küy olmadığından heç kəsin narahtçılığna səbəb olmamışdır. Hadisə zamanı o, Nurlan və Niyazi ümumiyyətlə dava-dalaşda iştirak etmədiklərinə görə heç bir xəsarət almamışlar və heç kimə də xəsarət yetirməmişlər. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 27.07.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri Gülüstan qəsəbəsində Ehsan bulağının qarşısıdır.Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin 24.09.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava-dalaş zamanı ictimai qayda pozulmamış, hadisə qısa zaman kəsimində baş verdiyi üçün oraya kənar şəxslər toplaşmamışdır. Məhkəmə-tibbi ekspertizasının 05.08.2021-ci il tarixli 1299 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət – qarın nahiyəsinin ön səthinin daxilə keçən bağırsaqların zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Həmçinin rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşilmiş-kəsilmiş yaradan başqa təpə nahiyəsində bir ədəd əzilmiş yara da müəyyən edilmiş, həmin xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 27.07.2021-ci il tarixə uyğun gəlir. Məhkəmə-tibbi ekspertizasının 28.08.2021-ci il tarixli 1213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol bazu, sağ qalça nahiyyələrinin və sol əl pəncəsinin üst səthinin qançırları, sol körpücük üstü nahiyyəsinin sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yıni 27.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Kəlbəcər rayon Təkəqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23.10.2021-ci il tarixli saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Kəlbəcər rayonundan məcburi köçkündür.O, hal-hazırda Gəncə şəhəri Gülüstan qəsəbəsi, ADAU ətrafı məhlələrdə həyat yoldaşı X16 və övladı X11 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs oğlu yaşayış yerindən müsbət xarakterizə olunur. AZ İV № 433402 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20.05.2020-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X8r. Gəncə şəhər Psixonevroloji Dispanserinin 03.08.2021-ci il tarixli 2792 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 05.08.2021-ci il tarixli 3016 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. № 021190 saylı, vəsiqənin surətindən görünür ki, X12 müharibə veteranıdır. AA № 122240 saylı, vəsiqənin surətindən görünür ki, X12 məcburi köçkündür. Kəlbəcər rayon Mərkəzi xəstxanası tərəfindən verilmiş 17.06.2021-ci il tarixli fəxri fərmanının surətindən görünür ki, X2 rayon Mərkəzi xəstxanasının sürcüsü kimi 44 günlük Vətən müharibəsində fəal iştirak etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 28.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 iyul 2021-ci ildən hesablanmışdır. 06 noyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair” Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 24.08.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi barədə” 10.11.2021-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs qəsdən Ruslan Məmmədzadənin vurub sağlamlığına zərər vurmayan xəsarətlər yetirməsi faktına dair Ruslan Məmmədzadə barışdığına görə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta üzrə material ayrılmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş 14.01.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, atasının müharibə veteranı olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.8, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. «Uşaq hüquqları haqqında» 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Konstitusiyasına,Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun 1ci maddəsində göstərilir ki, Qanunun təsir dairəsi Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Həmin Qanunun 17-ci maddəsində göstərilir ki, uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, atasının müharibə veteranı olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət 06 (altı) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam alınsın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhər İcra və X9 həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-131/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-131/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver