Məhkəmə qərarları › İş №1(100)-131/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-131/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-131/2023 23.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X3 ibarət tərkibdə, X22, X14, X18, X15, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X10, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Zəylik kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşamış, Şəmkir rayon Məhkəməsinin 30 iyul 2022-ci il tarixli, 4(076)- 151/2022 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.5 və 149.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə təkrar zorlama və təkrar zorlamağa cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs öz cinsi ehtirasını təmin etmək məqsədilə 2022-ci ilin aprel ayında, dəqiq məlum olmayan tarixdə, saat 24 radələrində idarə etdiyi “Toyota Hilux” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısı qızı, Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakini, xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs İlham qızı ilə birlikdə Gəncə şəhərindən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə gəldikdən sonra avtomobili yaşadığı fərdi yaşayış evinin qarajına salmış, Zərərçəkmiş şəxs avtomobildən düşüb avtomobilin salonunun sağ ön hissəsində olan əşyalarını götürmək üçün avtomobilin sağ ön qapısının açıq pəncərəsindən başını və iki əlini içəri salıb orada olan əşyaları götürməyə çalışarkən, pəncərəni qaldıraraq Zərərçəkmiş şəxs başını pəncərənin arasında, bədənini isə çöldə saxlayaraq onunla zorla qeyri təbii yolla cinsi əlaqədə olmağa çalışmış, Zərərçəkmiş şəxs qışqıraraq səs-küy salsa da, məhəl qoymamış, sonuncu başını pəncərədən çıxaracağı təqdirdə onunla təbii yolla cinsi əlaqədə olmağına icazə verəcəyini demiş, o, Zərərçəkmiş şəxs başını pəncərədən çıxararaq avtomobilin arxa oturacağına arxası üstə uzatmış, daha sonra sonuncunun əynində olan yupkanı yuxarı qaldırıb ayaqlarını aralayaraq Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır. Bundan başqa o, təkrar öz cinsi ehtirasını təmin etmək məqsədilə təxminən 2022-ci ilin aprel ayının sonlarında, dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə gələrək sonuncunun evin altında yerləşən anbarda olduğunu bilib anbara gəlmiş və anbarın qapısını örtüb Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək sonuncunu qucaqlamış, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmayaraq cinsi əlaqədə olmamaq üçün ona müqavimət göstərməyə çalışmış, həmin vaxt bacısı Şahid2 anbara gəlməsi və Zərərçəkmiş şəxs özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində sonuncunu zorlamaq niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Bundan başqa, o, təkrarən təxminən 2022-ci ilin may ayının əvvəllərində, dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə gələrək qonaqlarının gələcəyini və bunun üçün Zərərçəkmiş şəxs onun evinə gedərək yemək bişirməyini istəmiş, Zərərçəkmiş şəxs onun evinə getmək istəməsə də, anası Şahid2 getməyə məcbur etmiş, Zərərçəkmiş şəxs utandığı üçün anası Şahid2 dayısı Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqə olduğunu deyə bilmədiyindən, sonuncunun Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə getmiş, orada yemək bişirdikdən sonra saat 19 radələrində mətbəxdə qabları yuyarkən o, Zərərçəkmiş şəxs arxadan qucaqlayıb evin dəhlizində olan divanın üstünə arxası üstə uzadaraq, sonuncunun əynində olan şalvarını və alt paltarını soyundurub Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır. Bundan başqa, o, təkrarən təxminən 2022-ci ilin iyul ayının 2-3-də saat 24 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs Gəncə şəhərinə göndərməli olduğu əşyaları götürmək bəhanəsi ilə sonuncunun Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə gəlib söhbət etdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək Zərərçəkmiş şəxs qucaqlamış, sonuncu onun təklifi ilə razılaşmayaraq cinsi əlaqədə olmamaq üçün ona etiraz etdikdə, o, zorla cinsi əlaqədə olmağa çalışaraq Zərərçəkmiş şəxs fərdi yaşayış evinin anbarına aparmağa çalışsa da, sonuncunun özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində Zərərçəkmiş şəxs zorlamaq niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, sonuncuya zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin iyul ayının əvvəllərində, dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs ilə birlikdə kafedə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə doğru yola düşmüş, o, yolda olarkən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinin ərazisində yerləşən əkin sahələrinə baxmağı bəhanə edərək idarə etdiyi “TOYOTA HİLUX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında yerləşən taxıl sahəsinə sürmüş, avtomobildən düşüb taxıl sahələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs yaxınlaşaraq cinsi əlaqədə olmaq istədiyini bildirərək əlini sonuncunun sinəsinə toxundurmuş, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmayaraq cinsi əlaqədə olmamaq üçün ona etiraz etdikdə, o, zorla cinsi əlaqədə olmağa çalışmış, həmin vaxt Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakini X6 uzaqdan onları görüb çağırması və Zərərçəkmiş şəxs özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində sonuncunu zorlamaq niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir. Bundan başqa, o,təkrarən 20 iyul 2022-ci il tarixdə, saat 08 radələrində özünə məxsus traktorla Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətindəki otu presləmək üçün həmin evə gəlmiş, saat 09 radələrində həyətdəki otu preslədikdən sonra Zərərçəkmiş şəxs çay içmək istədiyini demiş, sonuncu çayı hazırlamaq üçün mətbəxə getdikdə o da Zərərçəkmiş şəxs arxasınca gedərək çayı evdə içəcəyini demiş, sonuncu çayı hazırlayıb onun qarşısına qoyarkən o, dərhal qapını örtərək Zərərçəkmiş şəxs arxası üstə yataq otağındakı çarpayının üstünə uzadıb sonuncunun əynində olan penjama şalvarını, alt paltarını, köynəyi soyundurub, maykasını və busqalterini yuxarı çəkərək Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən döş qəfəsinin ön səthində sağ süd vəzinin yuxarı iç kvadratının, döş qəfəsinin arxa səthində sol kürək üstü nahiyənin qançırları, sol çiyinüstü nahiyənin və onurğa sütununun V döş fəqərəsi səviyyəsində sıyrıqları xəsarətləri yetirərək onu təkrar zorlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29,149.2.5 və 149.2.5-ci maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs İlham qızı onun böyük bacısı Şahid2 kiçik övladıdır. Sahilə 2014-cü ildə Orxan Rəhimov ilə ailə həyatı quraraq Yuxarı Çaykənd kəndində yaşamışdır. Sahilənin bu evlilikdən İlhamə və Hatəm adlı iki övladı dünyaya gəlmişdir. Onun Sahilə və ailəsi ilə aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Sahilənin X36 Federasiyasında olduğu üçün o, Sahiləyə təsərrüfat işlərində həmişə köməklik etmişdir. Həmçinin o, Şəmkir rayonuna və Gəncə şəhərinə gedəndə bir neçə dəfə Sahilə də onunla getmişdir. Sahilə onunla gedərək bazardan özünə lazım olan şeyləri almışdır. 2022-ci ilin iyul ayının əvvəllərində o, idarə etdiyi “Toyota Hilux” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sahilə ilə birlikdə bazarlıq etmək üçün Şəmkir şəhərinə getmişlər. Həmin vaxt həmkəndlisi və qohumu Elgün ona zəng vurmuş və ona restoranda yemək yeməyi təklif etmiş, o isə razılaşmamışdır. Onlar lazım olan şeyləri alıb geri qayıdarkən yolda Elgünü görmüşlər. Elgün ona yenə restoranda yemək yeməyi təklif etmişdir. O, yenə razılaşmasa da, Sahilə təkid etmiş və onlar “Sərin” restoranına getmişlər. Onlar yemək yedikdən sonra Yuxarı Çaykənd kəndinə doğru yola düşmüşlər. Yolda o, özünə məxsus olan taxıl sahəsinə girib taxılın biçilib-biçilməməsinə baxmışdır. O, avtomobildən düşüb təxminən 5 dəqiqə əraziyə baxmış və geri qayıtmışdır. Elgün də avtomobilini saxlayıb düşərək onları gözləmişdir. Onlar yenidən kəndə doğru yola düşmüşlər. Təxminən bir həftə əvvəl qonşusu Nazı ona zəng edərək Sahilənin üzü maskalı şəxslə birlikdə evinə girib Nazını döydüyünü və saçını kəsdiyini demişdir. Həmçinin Nazı həmin üzü maskalı şəxsin Elgün olduğunu demişdir. O, nə üçün Sahilənin bu hərəkəti etdiyini soruşduqda, Nazı təxminən 2 gün əvvəl Fərid adlı oğlunun və qohumunun Sahilənin evində oturub spirtli içki içdiklərini və Nazının axşam vaxtı uşaqları Sahilənin evindən çıxarıb sonuncu ilə dalaşdığını demişdir. Buna görə də Sahilənin Nazının evinə gələrək onu döydüyünü və saçını kəsdiyini bildirmişdir. Bu səbəbədən o, Sahiləyə zəng vurmuş və yaşadığı fərdi yaşayış evinə çağırmışdır. Sahilə gəlmiş və o, Sahilədən nə üçün Nazını döydüyünü və saçını kəsdiyini soruşmuşdur. Sahilə isə Nazı ilə ədavətinin olduğunu bildirmişdir. Həmçinin, Nazının oğlu Fəridin və qohumunun təsərrüfat işlərində Sahiləyə köməklik etdiklərini və yemək yedikdən sonra getdiklərini demişdir. O, Sahilədən orada olmuş üzü maskalı adamın kim olduğunu soruşmuhş, Sahilə həmin şəxsin əri Orxanın Gəncə şəhərindən göndərdiyi qohumu olduğunu demişdir. O, bu hərəkətinə görə Sahilənin üzündən bir dəfə sillə ilə vurmuşdur. Sahilə getdikdən sonra o, Sahilənin əri Orxana zəng etmiş və məsələni ondan soruşmuşdur. Orxan isə məsələ haqqında məlumatı olmadığını və Nazının evinə heç bir adam göndərmədiyini demişdir. Bundan sonra o, bacısı, yəni Sahilənin anası Mənzərin yaşadığı evə gedib məsələni Mənzərə danışmışdır. Mənzər də qızını tənbeh edəcəyini demişdir. Lakin bir neçə saat sonra Mənzər ona Sahilə ilə danışdığını, Sahilənin Nazının evinə gedib Nazı ilə dalaşsa da, yanında Elgünün olmadığını və onun Sahiləyə şər atdığını demişdir. O, Mənzər ilə mübahisə etmiş və Mənzərlə münasibətini kəsdiyini demişdir. Bundan bir neçə gün sonra Sahilə ona zəng edərək onu təhqir etmiş və Nazı ilə dalaşan zaman Elgünün orada olmağını heç kimə deməməsini, əks halda onu şərləyəcəyini söyləmişdir. O da Sahiləni hədələmişdir. Həmin gün o, Sahilənin yaşadığı evə getsə də, Sahilə evdə olmamış,qonşulardan soruşmuş, qonşular Sahilənin Şəmkir şəhərinə getdiyini demişlər. Daha sonra o, guya Sahiləni zorlaması ilə bağlı Sahilənin ondan şikayət etdiyini bilmişdir . Zərərçəkmiş şəxs dedikləri tamamilə şər-böhtandır. O, heç vaxt Zərərçəkmiş şəxs zorlamağa cəhd etməmiş və zorlamamışdır. Elgün Əsədovun, onun Sahiləni zorlaması barədə dedikləri həqiqətə uyğun deyil və təmamilə şər-böhtandır. O, əvvəllər heç bir zöhrəvi xəstəliyə yoluxmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs İlham qızı ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdə X19 ilə ailə həyatı qurmuşdur. Onlar birlikdə yaşasalar da, rəsmi nikahları olmamışdır. X21 və Hatəm Rəhimov adlı 02 (iki) övladları dünyaya gəlmişdir. X35 2021-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmiş və orada mühafizəçi işləmişdir. Ona görə də o, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 02 (iki) övladı ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs onun doğma dayısıdır. Onun və ailəsinin dayısı Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Həmçinin bir iki dəfə xatırlamadığı vaxtda cinsi əlaqəda olmuşlar, ona qarşı heç bir zor tətbiq etməyib, könüllü olaraq cinsi əlaqəda olmuşlar. Təqsirləndirilən şəxsa qarşı keç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, sonuncunun həbsdən azad edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs İlham qızının ibtidai istinaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olumuş, həmin ifadəsində göstərmişdir ki, o, 2014-cü il tarixdə X19 ilə ailə həyatı qurmuşdur. Onlar birlikdə yaşasalar da, rəsmi nikahları olmamışdır. X21 və Hatəm Rəhimov adlı 02 (iki) övladları dünyaya gəlmişdir. X35 2021-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Orxan orada mühafizəçi işləyir. Ona görə də o, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində 02 (iki) övladı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma dayısıdır. Onun və ailəsinin dayısı Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. X36 Federasiyasına getdikdən sonra dayısı Kamil müxtəlif bəhanələrlə tez-tez onun yaşadığı evə gedib-gəlmişdir. Kamil ona söz vuraraq onun getdikcə gözəlləşdiyini və ondan xoşu gəldiyini demişdir. Bundan başqa o, anası Şahid2 evinə bitişik mağaza tikdirərkən dayısı Kamil də ona çox köməklik etmiş və ondan heç bir məbləğdə pul almamışdır. Halbuki, Kamil əvvəllər etdiyi hər xırda köməyə görə pul tələb etmişdir. Bir müddət keçdikdən sonra Kamil hər fürsətdə ona əl atmağa çalışmışdır. O, isə Kamilə icazə verməmişdir. 2022-ci ilin aprel ayında o, Kamil ilə birlikdə Gəncə şəhərindən evə qayıtmışlar. O, qayınanası Şəhla Rzayevanın evinə qonaq getmişdir. Kamil isə Gəncə şəhərində yaşayan övladlarına baş çəkməyə getmişdir. Belə ki, X23 və Günel Keytiyeva adlı iki övladı vardır və Gəncə şəhərində təhsil aldıqları üçün orada yaşayırlar. Kamil də arvadı Şahid5 ilə Yuxarı Çaykənd kəndində yaşayır. O, Kamilə məxsus avtomobildə Gəncə şəhərindən gələrkən Kamil ona söz atmış və onun sinəsini və ayaqlarını əlləmişdir. O isə Kamilə icazə verməmişdir. Onlar saat 24 radələrində Yuxarı Çaykənd kəndinə daxil olmuş və Kamil maşında olan özünə məxsus əşyaları öz evinə boşaldıb onu da evinə aparacağını demişdir. Kamil maşını qaraja salmışdır. Həmin vaxt Kamilin evində heç kim olmamışdır. Belə ki, Kamilin arvadı Sahilə Kamilin fərdi təsərrüfatında olan heyvanları qonşu kənddə yerləşən yaylağa aparmışdır. Kamil maşını qaraja saldıqdan sonra o da maşından düşüb Kamilə köməklik etmişdir. O, maşının sağ qabaq qapısının açıq pəncərəsindən başını və iki əlini içəri salıb orada olan əşyaları götürməyə çalışarkən, Kamil pəncərəni qaldırmış və onun başı pəncərənin arasında, bədəni isə çöldə qalmışdır. Kamil onunla qeyri təbii yolla cinsi əlaqədə olmağa çalışmışdır. O isə qışqıraraq səs-küy salmışdır. Lakin, Kamil ona məhəl qoymamışdır. Belə olan halda o, Kamilə başını pəncərədən çıxaracağı və onunla qeyri təbii yolla əlaqədə olmayacağı təqdirdə Kamilin onunla cinsi əlaqədə olmasına icazə verəcəyini demişdir. Kamil onun başını pəncərədən çıxartmış və onu maşının arxa oturacağına arxası üstə uzatmışdır. Daha sonra Kamil onun əynində olan yupkanı yuxarı qaldıraraq onun ayaqlarını aralamış və onunla təxminən 5 dəqiqə təbii yolla cinsi əlaqədə olmuşdur. Kamil əlaqəni qurtardıqdan sonra spermanı onun içinə boşaltmışdır. Daha sonra Kamil ona su gətirmiş və o, əlini yuduqdan sonra paltarlarını geyinmişdir. Kamil onu evinə aparmışdır. Təxminən 02 (iki) gün sonra Kamil onun evinə gəlmiş və qonaqlarının gələcəyini və onun da evinə gedərək yemək bişirməyini istəmişdir. O, Kamilin evinə getmək istəməsə də, anası Mənzər onu getməyə məcbur etmişdir. O da anasından utandığından olub-bitənləri anasına danışa bilməmişdir. Beləliklə də o, Kamilin evinə getmişdir. Kamilin evində yenə heç kim olmamışdır. O, yemək bişirmiş və Kamilin qonaqları gəlmişlər. Qonaqlar yeyib-içdikdən sonra getmişlər. O, mətbəxdə qabları yuyarkən Kamil gələrək onu arxadan qucaqlamış və onu evin dəhlizində olan divanın üstünə arxası üstə uzandırmışdır. Kamil onun əynində olan şalvarını və trusikini soyundurmuş və təxminən 5-6 dəqiqə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Kamil əlaqəni qurtardıqdan sonra yenə spermanı onun içinə boşaltmışdır. Bu zaman onun dayısı X4 evin həyətindən Kamili çağırmışdır. Kamil cəld şəkildə paltarlarını geyinib çölə çıxmışdır. O da Elməddin heç nədən şübhələnməsin deyə süpürgəni götürüb həyətə çıxmışdır. O, həyətə çıxanda Kamillə Elməddin söhbət edərək həyətdən çıxmışlar. Kamil Elməddini yola salıb geri qayıtmışdır. Kamil onu danlayaraq əri Orxanın uzun müddət Rusiya Federasiyasında olduğunu, buna görə onunla cinsi əlaqədə olmağının normal olduğunu, ona maddi cəhətdən kömək edə biləcəyini demişdir. O isə Kamilə heç bir maddi köməyə ehtiyacının olmadığını demişdir. O, Kamilin evində işi qurtardıqdan sonra öz evinə getmişdir. Bundan sonra tarixi dəqiq xatırlamadığı vaxtda anası Şahid2 yaşadığı evin altında yerləşən əl damından həmin dama gəlmiş və ona qapını örtüb onunla cinsi əlaqədə olmaq istəmişdir. O isə Kamilə icazə verməmişdir. Bu zaman anası Mənzər içəri daxil olmuş və onlardan qaranlıqda nə iş gördüklərini soruşmuşdur. O da anasına material götürəcəklərini demişdir. Ancaq anası yenə şübhəli şəkildə əl damından çıxmışdır. Anası getdikdən sonra Kamil ona anasının şübhələndiyini və onun ehtiyatlı olmasını demişdir. 12 iyun 2022-ci il tarixdə onun aybaşısının vaxtı olmasına baxmayaraq, o, aybaşı ola bilməmişdir. Belə olan halda o, hamilə qalacağından şübhə etmişdir. Buna görə də o, Kamildən aptekdən hamiləlik testi almağını istəmişdir. Kamil testi alıb gətirmiş və o, testlə yoxlayarkən hamilə olduğu ortaya çıxmışdır. O, bunu Kamilə demişdir. Belə olan halda onlar uşağı abort etdirmək qərarına gəlmişlər. Bunun üçün Kamil onun dayısı Fərruxun arvadı Qumrudan Kamilin adından 50 manat məbləğində pul alıb uşağı abort etdirmək üçün xəstəxanaya getməsini demişdir. Çünki Kamilin özü yaylaqda olan heyvanlarının yanında olmuşdur. O, dayısı Fərruxun arvadı Qumrudan 50 manat məbləğində pul almış, lakin xəstəxanaya getməmişdir. Çünki Kamil də onunla gedəcəyini demişdir. 1-2 gün sonra Kamil Kəlbəcər rayonuna getməli olduğunu, ona görə də xəstəxanaya gedə bilməyəcəyini demişdir. Belə olan halda Kamil onu Şəmkir avtovağzalından Gəncə şəhərinə yola salmışdır. O, Gəncə şəhərində yerləşən Dəmiryol Xəstəxanasına getmiş və orada uzi yoxlamasına girmişdir. Uzi yoxlamasında onun hamilə olduğu dəqiqləşmişdir. Sonra o, həkimin qəbulunda olmuş və həkim onun qarnımda olan 5 həftəlik uşağı abort etmişdir. Daha sonra o, kəndə qayıtmışdır. 2022-ci ilin iyul ayının 2-3də o, Kamil ilə Gəncə şəhərində yaşayan qayınanasının evinə oğlu Hatəm üçün paltar göndərmək istəmişdir. Çünki onun oğlu qayınanasının evində yaşayır. Həmin gün saat 24 radələrində Kamil onun yaşadığı evə gəlmişdir. O, Kamildən nə üçün gəldiyini soruşduqda Kamil onun Gəncə şəhərinə göndərmək istədiyi əşyaların arxasınca gəldiyini demişdir. Kamil onunla söhbət etdikdən sonra onun üstünə hücum çəkməyə başlamış və onun ağzından tutub evlərinin həyətində yerləşən əl damına salmağa çalışmışdır. Lakin o, Kamilə icazə verməmişdir. Kamil bacara bilmədiyini görüb çıxıb getmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində o, oğlunun paltarlarını vermək üçün Kamil ilə birlikdə Gəncə şəhərinə getmişdir. Bu zaman maşında onlardan başqa kənddən adamlar da olmuşdur. O, paltarlarını qayınanası Şəhlaya vermişdir. Kamilin də Gəncə şəhərində bir sıra işləri olmuşdur. Daha sonra onlar Kamil ilə birlikdə geri qayıtmışlar. Onlar geri qayıdarkən Kamil yoldan spirtli içki almış və onlar “Sərin” restoranına getmişlər. Onlar orada yemək yeyib, spirtli içki qəbul etmişlər. Bu zaman Elgün də orada olmuş və Kamil Elgünü süfrəyə dəvət etmişdir. Elgün də onlarla birlikdə yemək yemişdir. Daha sonra onlar restorandan çıxmış və kəndə doğru yola düşmüşlər. Elgün də idarə etdiyi avtomobili ilə onların arxalarınca gəlmişdir. Onlar yolda olarkən Kamil maşını əkin sahəsinə sürmüşdür. Kamil taxıl sahələrinə baxacağını demişdir. Kamil avtomobildən düşüb taxıl sahəsinə baxdıqdan sonra ona yaxınlaşmışdır. Kamil əlini onun sinəsinə doğru atmağa başlamışdır. O isə Kamilə icazə verməmişdir. Bu zaman Elgün yolun qırağından Kamili çağırmışdır. Kamil Elgünü görüb tez maşına əyləşmiş və kəndə doğru yola düşmüşdür. Kamil maşını Elgünün yanına sürüb nə üçün gəldiyini soruşmuşdur. Elgün də narahat olduğu üçün gəldiyini demişdir. Kamil Elgünün gəldiyi üçün Elgünə əsəbiləşmişdir və onlar kəndə doğru yola düşmüşlər. Yol boyunca Kamil Elgünün ünvanına nalayiq ifadələr işlətmişdir. Elgün onları gördüyünü bütün kəndə yaymağa başlamışdır. Təxminən 10 gün bundan əvvəl saat 08 radələrində o, həyətlərində olan otun preslənməsi üçün qonşuları Xaliqi çağırmışdır. Çünki Xaliq də traktor sürücüsü işləyir. Bunu eşidən Kamil Xaliqin gəlməsinə icazə verməmiş və özünün gələcəyini demişdir. Saat 08 radələrində Kamil gəlmiş və təxminən 1 saat traktoru ilə həyətdə işlədikdən sonra ondan çay istəmişdir. O, Kamilə çay hazırlamaq üçün mətbəxə girdikdə, Kamil də onun arxasınca gəlmiş və çayı evdə içəcəyini demişdir. O, çayı hazırlayıb Kamilin qarşısına qoyduqda Kamil dərhal qapını örtmüş və onu yataq otağına aparmışdır. Kamil onu arxası üstə çarpayının üstünə uzatmışdır. Daha sonra Kamil onun əynində olan penjama şalvarını və trusiki çıxartmış, onun köynəyini soyundurub maykasını və busqalterini yuxarı çəkmişdir. Həmin vaxt onun maykası və busqalteri cırılmışdır. Kamil öz köynəyini soyunub şalvarını aşağı çəkmiş, daha sonra onun üz, boyun və sinə nahiyəsindən öpərək onunla təxminən 4-5 dəqiqə təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Kamil paltarlarını geyinib getmişdir. 2022-ci ilin may ayında qəhvəyimtil rəngli cins şalvar, yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynək, yerliyi ağ, üzərində göy rəngli gül naxışları olan tuman (qadın alt paltarı), çəhrayı və ağ rəngli üfüqi zolaqları olan mayka, 20 iyul 2022-ci il tarixdə isə hadisə vaxtı əynində zoğalı rəngli şalvar, ağ rəngli mayka, qara rəngli büstqalter və yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olan tursik olmuş, o cümlədən, cinsi əlaqə qurtardıqdan sonra təmizlənmək üçün istifadə etdiyi yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şort olmuşdur. Həmin paltarlardan büsqalter və mayka hadisə vaxtı cırılmışdır. O, 2022-ci ilin iyul ayının əvvəllərində qonşuluqda yaşayan Nazı adlı qadının oğlu Fəridə zəng etmişdir. Fəridin təxminən 16 yaşı vardır və Fərid uşaq olan vaxtları demək olar ki, onun evində çox olmuşdur. Bundan başqa Fərid ona həyətdə olan işlərində xeyli köməklik etmişdir. O, yenə Fəridi həyətdə su çəkilməsinə kömək etməsi üçün çağırmışdır. Fərid həyətdə ona xeyli kömək etmişdir. Fərid işini qurtardıqdan sonra o, Fəridə axşam onlara qonaq gəlməsini demişdir. Fərid də razılaşmışdır. Fərid saat 21 radələrində ona mesaj yazaraq ailə üzvlərinin xalası oğlunun kiçik toy mərasiminə getdiklərini, özünün isə Elşən adlı qohumu ilə birlikdə olduğunu demişdir. O isə Elşənin də gələ biləcəyini demiş sonra isə Fərid və Elşən gəlmişlər. O, Elgünə zəng edərək qonşu kənddən gələrkən həmin kənddə olan mağazadan ona lazım olan ərzaq məhsullarını gətirməsini xahiş etmişdir. Elgün kəndin başına kimi ərzaqları gətirmiş, Fərid ilə Elşən də kəndin başına gedərək ərzaqları Elgündən almışlar. Onlar birlikdə yemək yemişlər. Onlar həmin vaxt spirtli içki qəbul etməmişlər. Daha sonra Fərid və Elşən saat 24 radələrində getmişlər. O da yataq otağına gedib yatmışdır. Saat 03 radələrində Nazı bir neçə qadınla onun evinə gələrək uşaqların harada olduğunu soruşmuşdur. O isə uşaqların onun evində olmadığını demişdir. Onlar mübahisə etmiş və dalaşmağa başlamışlar. Nazıgil onu çox pis şəkildə döymüşlər. Ətrafda olan insanlar onları aralamışlar. Sabahsı gün kənddə yaşayan bir neçə psixoloji vəziyyəti yerində olamayan qadın onun barəsində yalan şayələr yayaraq, guya Nazının oğlu və qohumunun onun evində spirtli içki qəbul edərək çılpaq şəkildə yatdıqlarını söyləmişlər. O, Nazıya zəng etmiş və məsələni soruşmuşdur. Nazı isə xəbərinin olmadığını bildirmişdir. Bir neçə gün sonra saat 21 radələrində o, Nazının yaşadığı evin qarşısından keçərkən evin həyətində olan Nazı və qohumları ona söz atmış və o, Nazı ilə dalaşmağa başlamışdır. Sabahsı gün Nazı guya onun Elgün ilə birlikdə evinə gedib Nazını döydüklərini və saçını kəsdiklərini demişdir. Kamil ona zəng edərək məsələni soruşmuş və onu evinə çağırmışdır. Kamil ona Nazının evinə guya Elgünlə birlikdə getdiyini deməsini istəsə də, o razılaşmamışdır. Daha sonra Elgün gəlmiş və Kamil onu döymüşdür. Elgün də onları ayırmağa başlamışdır. Belə olan halda Kamil Elgünü tutduracağını demişdir. Daha sonra Kamil ona şər ataraq guya onun Elgünlə münasibətdə olduğunu demişdir. Sabahsı gün Kamil ona zəng edərək Elgün yolda Kamilin onu zorlamaq istədiyini görüb kəndə yaydığı üçün onun yalandan Elgünün adını verməsini istəsə də, o, razı olmamışdır. Belə olan halda Kamil onu öldürməklə hədələmişdir. O da qorxduğu üçün Bakı şəhərinə getmiş və polis bölməsinə şikayət etmişdir. Zərərçəkmiş şəxs İlham qızı daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı olduğu üçün o, Kamili kiməsə deməyə çox utanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs bu məsələni kiməsə deyəcəyi təqdirdə onu öldürəcəyini deyərək onu hədələmişdir. Ona görə də o, şikayət edə bilməmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman 2022-ci ilin may ayında qəhvəyimtil rəngli cins şalvar, yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynək, yerliyi ağ, üzərində göy rəngli gül naxışları olan tuman (qadın alt paltarı), çəhrayı və ağ rəngli üfüqi zolaqları olan mayka, 20 iyul 2022-ci il tarixdə isə hadisə vaxtı əynində zoğalı rəngli şalvar, ağ rəngli mayka, qara rəngli büstqalter və yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olan tursik olmuş, o cümlədən, cinsi əlaqə qurtardıqdan sonra təmizlənmək üçün istifadə etdiyi yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şort olmuşdur. Həmin paltarlardan büsqalter və mayka hadisə vaxtı cırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman onun sol çiyin arxasına və sinə nahiyəsinə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman sərxoş halda olmamışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduqdan sonra mən hər hansı bir zöhrəvi xəstəliyə yoluxmamış və onda əvvəlcədən hər hansı bir zöhrəvi xəstəlik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər uzaq qohumu kimi tanımışdır. Kamil ilə əvvəllər aralarında düşmənçilik, mübahisə, ədavət, dava-dalaş olmamışdır. Keytiyev onun atasının anasının dayısı oğlu olduğundan aralarında uzaq qohumluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs İlham qızını əvvəllər eyni qaydada uzaq qohumu, Təqsirləndirilən şəxs bacısı qızı kimi tanımış, Sahilə ilə də əvvəllər aralarında düşmənçilik, mübahisə, ədavət, dava-dalaş olmamışdır. O, təxminən 2022-ci ilin iyul ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə, idarə etdiyi “NİVA” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, tünd göy rəngli avtomobili ilə Şəmkir şəhərində olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “TOYOTA HİLUX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilində görmüşdür. O, Kamil və Sahilə ilə salamlaşıb yoluna davam etmişdir. O, ev üçün lazımi şeylər alıb kəndə geri qayıdarkən axşam saat 18 radələrində “Sərin kafe” adlı restoranın qarşısında Təqsirləndirilən şəxs dayandığını görmüşdür. O, avtomobilini saxlamış və Təqsirləndirilən şəxs özləri ilə birlikdə restorana gəlməsini ondan xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişi üzrə restorana daxil olan zaman bacısı qızı Zərərçəkmiş şəxs da Kamil ilə birlikdə restorana gəldiyini görmüşdür. Restoranda olan zaman Kamil ilə Sahilə spirtli içki də qəbul etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birlikdə Kamilin idarə etdiyi avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs ondan bir qədər irəlidə avtomobili yaşadığı Yuxarı Çaykənd kəndinə tərəf istiqmətdə idarə etmişdir. O, isə bir qədər məsafədə avtomobili ilə Kamilgilin arxasınca getmişdir. Yolda Keytiyev idarə etdiyi avtomobili Varlı Həyat kəndini keçdikdən sonra, Yuxarı Çaykənd kəndinə məxsus torpaq sahəsində dayandırmış, taxıllıq sahəsinə dönmüşdür. O, isə Keytiyevə Kamili gözləyib-gözləməsini soruşmaq üçün telefonla zəng etsə də, zəng çatmamışdır. Bir qədər hündür əraziyə çıxıb Kamilgili müşahidə etməyə başlamış, Keytiyevin bacısı qızı Zərərçəkmiş şəxs əl-qol hərəkəti atıb ona yaınlaşmağa çalışdığını, Sahilənin isə əli ilə Kamili itələdiyini görmüşdür. O, bir qədər kənardan Keytiyevi səsləmiş, Sahilədən kənarlaşmış, Kamil və Sahilə birlikdə avtomobilə əyləşmiş, o isə avtomobilinə əyləşib evə getmişdir. Bir müddət sonra Keytiyevin qardaşı Xaliq Təqsirləndirilən şəxs zəng edərək onun Zərərçəkmiş şəxs ilə birlikdə kənddə Nazı adlı qadının evinə girib Nazını döydüklərini və saçını kəsdiklərini demişdir. O isə elə bir şeyin olmadığını demiş və Nazıya zəng vurmuşdur. O, Nazıdan məsələni soruşduqda Nazı təsdiqləmiş və onun Sahilə ilə birlikdə Nazını döydüyünü və saçını kəsdiyini bildirmişdir. O, dərhal Nazının evinə getmişdir. Nazı hadisə vaxtı onun əynində qolu ağ zolaqlı qırmızı rəngli köynək olduğunu və hadisə zamanı dırnaqları ilə onun əllərinin üstünü cızdığını demişdir. O, isə evdə olan qırmızı köynəyini gətirib köynəyi və əllərini Nazının qabağına qoymuşdur. Nazı əllərində heç bir xəsarət olmadığını və köynəyinin həmin köynək olmadığını görüb onunla razılaşmışdır. Bir müddət sonra o, kənd camaatından guya Nazının onunla Sahiləni bir yerdə münasibətdə olarkən tutduğunu eşitmişdir. O, məsələni Nazıdan soruşduqda, Nazı elə bir halın olmadığını bildirmişdir. Daha sonra o, Sahilənin rayon prokurorluğuna şikayət etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs İlham qızı isə onun qızıdır. Zərərçəkmiş şəxs İlham qızı onun kiçik övladıdır. Əri İlham təxminən 4-5 il əvvəl ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Sahilə isə 2014-cü il tarixdə Orxan Rəhimov ilə ailə həyatı quraraq Yuxarı Çaykənd kəndində yaşamışdır. X24 və ailəsi ilə arasında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Sahilənin əri Orxan 2021-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Kamil də bir dayı kimi Sahiləyə köməklik etmişdir. Ancaq Kamil son vaxtlar özünü qəribə aparmışdır. Belə ki, Kamil pul xərcləməyə meyilli olmayan bir insan olduğu üçün etdiyi hər bir işə görə pul tələb etmişdir. Lakin Sahiləyə xeyli kömək etməsinə baxmayaraq, Sahilədən heç bir məbləğdə pul almamışdır. Sahilə də pulu Kamilin arvadı Şahid5 vermişdir. Bir dəfə Sahilə əl damından material götürərkən Kamil də Sahiləyə kömək edəcəyini deyib dama girmişdir. O da həyətdə iş görmüşdür. Bu zaman damdan Sahilənin “Bəsdi eləmə, bəsdi eləmə” –deyə boğuq səsi gəlmişdir. O, dama girəndə Kamil Sahilənin arxasında olmuşdur. Kamil onu görüb cəld şəkildə Sahilədən aralanmışdır. O, nə baş verdiyini soruşduqda, Kamil həyəcanlı şəkildə Sahiləyə kömək etdiyini demişdir. O, Kamilin bu hərəkətindən çox şübhələnmişdir. Bundan başqa bir gün Kamil Sahilənin yaşadığı evə gələrək evə qonaq gələcəyini, lakin arvadı Sahilənin evdə olmadığını deyib, Sahilənin Kamilin evində qonaqlar üçün yemək bişirməsini istəmişdir. Sahilə isə getmək istəməmişdir. O, Sahilədən nə üçün getmək istəmədiyini soruşmuş, Sahilə bir söz deməmişdir. O, Sahiləni məcbur olaraq Kamilin evinə göndərmişdir. Təxminən 15 gün bundan öncə saat 06 radələrində qızı Sahilənin yaşadığı evdən səs-küy gəldiyini eşitmişdir. O, çölə çıxıb küçədə olan şəxslərdən nə baş verdiyini soruşduqda, həmin şəxslər Nazı və yanındakı bir neçə qadının qızı Sahiləni döydüyünü demişdir. O, dərhal Nazının evinə getmiş və Sahilədən məsələni soruşmuşdur. Sahilə, Nazının oğlu Fəridin və qohumunun Sahilənin evində yemək yedikdən sonra getsələr də, evlərinə qayıtmadıqlarına görə Nazının uşaqları Sahilənin evində axtardığını və tapmadıqda Sahiləni döydüyünü demişdir. Daha sonra o, Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində olanda Kamil ona zəng vurmuş və Sahilənin Elgünlə münasibətdə olduğunu və onun kəndə qayıtmasını demişdir. O, kəndə qayıtmış və Kamilin evinə getmişdir. Kamil Sahilənin kənddə pozğunluq etdiyini və buna görə də Sahiləni kənddən çıxarmasını istəmişdir. O, məsələni Sahilədən soruşmuş, Sahilə Elgünlə münasibətdə olmadığını bilmədiyini demişdir. Sahilə Kamilə zəng vurmuş, nə üçün şər atdığını soruşmuş sonuncu və əks təqdirdə etdiyi şeyləri açıb hamıya deyəcəyini demişdir. O, Sahilədən nə baş verdiyini soruşduqda cavab verməmişdir. Kamil də Sahiləyə söyüş söyərək telefonu söndürmüşdür. Daha sonra Sahilə Bakı şəhərinə getmişdir. Sahilə Bakı şəhərinə getdikdən sonra qızı Gülşən ona zəng vurmuş Kamilin Sahiləni dəfələrlə zorladığını demişdir. O, bunu eşitdikdə halı pisləşmiş və özündən getmişdir. Daha sonra o, Kamilin Sahiləni zorlaması ilə bağlı Sahilənin şikayət etdiyini bilmişdir. O, son vaxtlar qardaşı Kamilin özünü qəribə aparmasından şübhələnsə də, Kamilin Sahiləni zorlaması ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Sahilə ilə Kamil arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Sahilənin əri Orxan 2021-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Sahilənin kənddə yaşayan Nazı adlı qadın ilə dalaşdığını və onun saçını kəsdiyini eşitmişdir. O, kənddə yaşayan qohumlarından Sahilənin nə üçün Nazı ilə dalaşdığını soruşduqda, o, Nazının oğlu Fəridin və qohumu Elşənin Sahilənin evində yemək yeyib spirtli içki qəbul etdikləri üçün Sahilənin evinə basqın edib Sahilə ilə dalaşdığını, daha sonra da Sahilənin maskalı bir şəxs ilə birlikdə onun evinə gedib Nazı ilə dalaşdığını və saçını qırxdığını bilmişdir. Bundan başqa kənddə həmin maskalı şəxsin Elgün adlı həmkəndlisi olduğunu da eşitmişdir. Həmçinin qaynı Kamilin bu məsələyə görə Sahiləni döydüyünü bilmişdir. Sahilə ona zəng edərək qaynı Kamilin dəfələrlə onu zorladığını və zorlamağa cəhd etdiyini demişdir. Daha sonra o, Sahilənin Kamil barəsində şikayət etdiyini bilmişdir. 2022-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs onun Şəmkir şəhərində yerləşən yaşadığı evə gələrək ondan 50 manat məbləğində pul istəmişdir. O, Sahilədən pulu nə üçün istədiyini soruşmuş, Sahilə Gəncə şəhərinə gedəcəyini, orada işinin olduğunu və pulu da həmin iş üçün istədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. O, Sahilə ilə Kamil arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Sahilənin əri Orxan 2021-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Sahilənin kənddə yaşayan Nazı adlı qadın ilə dalaşdığını və onun saçını kəsdiyini eşitmiş, əmisi Kamilin bu məsələyə görə Sahiləni döydüyünü də bilmişdir. Əlavə olaraq onun həmin hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. 30 iyul 2022-ci il tarixdə o, əmisi Kamilin polis tərəfindən tutulduğunu eşitmişdir. O, məsələni soruşanda, Kamilin Sahiləni zorlaması ilə bağlı Sahilənin şikayət etdiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, 2002-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən üç övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs İlham qızı onun baldızının qızıdır. Sahilə 2014-cü il tarixdə Orxan Rəhimov ilə ailə həyatı quraraq Yuxarı Çaykənd kəndində yaşamışdır. Sahilənin bu evlilikdən İlhamə və Hatəm adlı iki övladı dünyaya gəlmişdir. Onun və əri Kamilin Sahilə və ailəsi ilə arasında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Sahilənin əri Orxan 2021-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Sahilə də övladları ilə birlikdə yaşayır. Xatırlamadığı vaxtda Kamil həyətdə traktoru təmir etmişdir. Bu zaman qonşuları Nazı adlı qadın Kamilə zəng edərək Sahilənin oğlu Fəridi və qohumunun oğlunu evində spirtli içki içdirdiyini, daha sonra yatızdırdığını, buna görə qohumları ilə birlikdə Sahilənin evinə gedib sonuncu ilə dalaşdığını demişdir. Kamil buna çox əsəbiləşmiş və məsələni Sahilə ilə dəqiqləşdirəcəyini demişdir. Daha sonra Kamil sahəyə getmişdir. Həmin vaxtdan 3 gün sonra səhər saatlarında Nazı yenə Kamilə zəng vurmuş və Sahilənin üzü maskalı biri ilə Nazının evinə gələrək Nazını döydüyünü və saçını kəsdiyini demişdir. Bundan başqa Nazı həmin maskalı şəxsin Elgün olduğunu bildirmişdir. Kamil yenə əsəbiləşmiş və traktoruna minib getmişdir. Həmin günün axşamı Kamil Elgün ilə Sahiləni yaşadıqları evə çağırmış və hər ikisindən Nazı məsələsini soruşmuşdur. X12 ilə Sahiləni şərlədiyi üçün Nazı ilə dalaşdığını və yanındakı adamın əri Orxanın Gəncədən göndərdiyi qohumu olduğunu demişdir. Ertəsi gün Kamil Sahilənin əri Orxana zəng etmiş və Orxan isə məsələdən xəbərinin olmadığını bildirmişdir. Belə olan halda Kamil Sahiləni döymüşdür. Elgün isə Sahilə ilə heç bir münasibətinin olmadığını, Nazının evinə girib sonuncunu döymədiyini demiş və onların Elgündən şübhə etməmələrini xahiş etmişdir. Bundan başqa 2022-ci ilin iyul ayında Kamil Şəmkir şəhərinə getmişdir. Kamil evə gəlmiş və ac olmadığını demişdir. O, Kamilin harada yediyini soruşmış Kamil, Sahilə və Elgün ilə birlikdə restoranda yemək yediyini və Sahilənin qonaqlıq verdiyini demişdir. 30 iyul 2022-ci il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları gələrək guya Kamilin Sahiləni zorlaması ilə bağlı Sahilənin şikayət etdiyini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İbtida istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş şahid qismində dindirilmiş X5 Mama-Ginekologiya bölməsinin həkim mama-ginekoloqu Şahid7 göstərmişdir ki, o, 1989-cu il tarixdən tibb sahəsində, 1999-cu il tarixdən isə faktiki olaraq tutduğu vəzifədə, yəni X5 Mama-Ginekologiya bölməsinin həkim mama-ginekoloqu vəzifəsində çalışır. xx.xx.2022-ci il tarixdə o, işdə olarkən xəstəxananın qeydiyyat şöbəsindən əvvəllər tanımadığı və adının sonradan Zərərçəkmiş şəxs İlham qızı olduğunu bildiyi xəstənin qeydiyyat şöbəsinə yaxınlaşaraq hamilə olduğunu və abort olunmaq istədiyini bildirməsi barədə ona məlumat verilmişdir. Zərərçəkmiş şəxs tibbi qaydalara uyğun olaraq qeydiyyata alınmış və ultrasəs müayinəsindən keçirilmişdir. Bununla da Zərərçəkmiş şəxs 4 həftəlik hamilə olduğu müəyyən edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs tərəfindən Mama-Ginekologiya bölməsində lazımi tibbi müayinədən keçirilərək ondan lazımi analizlər götürülmüşdür. Belə ki, Zərərçəkmiş şəxs qan analizi və sidik analizi götürülmüş və təzyiqi ölçülmüşdür. Zərərçəkmiş şəxs analizlərinin cavabı və təzyiqi normal olduğu üçün əməliyyat üçün hazırlanmışdır. Daha sonra əməliyyat başlanmış və təxminən 3-5 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs uşaqlıq yolu aseptik qaydalara uyğun işləndikdən sonra uşaqlıq boşluğu təmizlənmiş və pozulmuş hamiləlikdən azad edilmişdir. Əməliyyat qurtardıqdan sonra Zərərçəkmiş şəxs təxminən 1-2 saat Mama-Ginekologiya bölməsində saxlandıqdan sonra təkrar müayinə olunmuş və səhhətində heç bir problem olmadığından evə buraxılmışdır. Şahid7 daha sonra ifadəsində onu da göstərmişdir ki, o, Zərərçəkmiş şəxs abort olunmağının səbəbini soruşduqda, Zərərçəkmiş şəxs iki azyaşlı övladının olduğunu və maddi imkanının zəif olduğu üçün daha uşaq istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs dayısı Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə zorlanması barədə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 tərəfindən Şəmkir rayon prokrorluğuna ünvanlanmış ərizədən görünür ki, “Təqsirləndirilən şəxs 2022ci ilin aprel-iyul aylarında bir neçə dəfə ona zor tətbiq etməklə onunla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə də o, 20 iyul 2022-ci il tarixdə yaşadığı fərdi yaşayış evinə gələrək onu zorlamışdır. Həmin müddət ərzində dayısı Təqsirləndirilən şəxs ona şikayət edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Xahiş edir ki, dayısı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilsin. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Şahid5 tərəfindən Azərbaycan Respublkasının DİN-nə ünvanlanmış ərizədədən görünür ki, onun şikayət ərizəm əsasında Təqsirləndirilən şəxs barəsində CM-nin 29,149.2.5 və 149.2.5-ci maddələri ilə cinayət işi başlanmışdır. O, şikayət ərizəsinə göstərmişdir ki, Kamil onu bir neçə dəfə zorlamışdır. Əslində isə o, Kamillə bir neçə dəfə, yəni iki dəfə özü könüllü yaxınlıq etmiş, ancaq Kamil və yoldaşı onu döydükləri üçün o, əsəbləşib ərizəsində göstərmişdir ki, Kamil onunla zorla cinsi əlaqəda olmuşdur. O, əməlindən peşman olmuş, ərizəsinin götürməsi ilə bağlı müraciət etmişdir. O, yalan danışdını hər şeyi olduğu kimi göstərərək ifadə vermiş, Təqsirləndirilən şəxs cəzalandırılmamasını istəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 30 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 30 iyul 2022-ci il tarixli, 900 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs İlham qızının bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthində sağ süd vəzinin yuxarı-iç kvadratının, döş qəfəsinin arxa səthində sol kürəküstü nahiyənin qançırları, sol çiyinüstü nahiyənin və onurğa stünunun V döş fəqərəsi səviyyəsində sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 8-12 gün əvvələ uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs İlham qızının qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. Zərərçəkmiş şəxs İlham qızının cinsi əlaqədə olmasından uzun müddət(5 gündən çox) keçdiyindən, spermatozoidlərin təyini üçün uşaqlıq yolundan yaxma(tampon) götürülmədi. Zərərçəkmiş şəxs İlham qızının arxa keçəcəyində hər hansı bir xəsarət və dəyişiklik aşkar edilmədi. Zərərçəkmiş şəxs İlham qızı 01 avqust 2022-ci il tarixdə Ultrasəs Müayinəsindən keçmiş, hamiləlik aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 iyul 2022-ci il tarixli, 905 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 31 iyul 2022-ci il tarixli, 906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 29 avqust 2022-ci il tarixli, 496/2022-MTBŞ nömrəli rəyindən görünür ki, 1-Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/ 2- Zərərçəkmiş şəxs İlham qızının ABO sistemi üzrə qan qrupu-AB(H)/İV/ 3-Ekspertizaya təqdim olunmuş ev şalvarından kəsik hissə, ağ tuman, velyur şalvar, çəhrayı trusik, alt mayka və zolaqlı kofta üzərində sperma aşkar olundu. Bu spermanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «A» və «H» antigenləri alındı. Bu sperma ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus cins şalvarın orta aralıq nahiyyəsindəki ləkələrdə insan qanı qarışmış sperma aşkar olundu. Bu ləkələrin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A», «B» və «H» antigenləri alındı. Bu antigenləin alınması AB(H)/İV/ qruplu Zərərçəkmiş şəxs İlham qızının qanı və hissəvi olaraq sperma hesabına alına bilər. Bu halda ləkələrdə Zərərçəkmiş şəxs İlham qızının qanı və Təqsirləndirilən şəxs sperması inkar olunmur. 5-Təqdim olunan Zərərçəkmiş şəxs məxsus cins şalvarın sağ ayaqda dizdən aşağı, sol arxa cibin üzərində və sağ yan cibdən aşağıda olan ləkələrdə spermatozoidlər aşkar olunmadı. 6- Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus lifçik və kofta üzərində spermaya şübhəli ləkələr aşkar olunmadı. 7- Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus lifçik, velyur şalvar, çəhrayı trusik, alt mayka və zolaqlı kofta üzərində tər aşkar olundu. Bu tərin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A», «B» və «H» antigenləri alındı. Bu tər AB(H)/İV/ qruplu şəxsə, həmçinin Zərərçəkmiş şəxs İlham qızma məxsus ola bilər. Qısaqol kofta, şalvardan kəsik hissə, ağ tuman və cins şalvar üzərində isə tər aşkar olunmadı. 8-Tədqiq olunun Zərərçəkmiş şəxs məxsus lifçik, qısaqol kofta, şalvardan kəsik hissə, ağ tuman, çəhrayı trusik, alt mayka və zolaqlı kofta üzərində qana şübhəli ləkələr, velyur şalvar üzərindəki ləkədə isə qan aşkar olunmadı. 9- Tədqiqata təqdim olunan maddi sübutlar üzərində ağız suyu və dəri toxumasına şübhəli hissəciklər müəyyən olunmadı. 10-Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından ləkələrin əmələ gəlmə müddətini təyin etmək mümkün deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 02 sentyabr 2022-ci il tarixli, 400/2022-MTKŞ nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs İlham qızına məxsus çəhrayıağ rəngli zolaqlı maykanın üzərində fasilələrlə yerləşən on ədəd; qəhvəyi rəngli şalvarın sağ ayağının ön-aşağı nahiyəsində bir ədəd; qəhvəyi rəngli şalvarın sol ayağının arxayuxarı nahiyəsində iki ədəd; qəhvəyi rəngli şalvarın sağ ayağının arxa-yuxarı nahiyəsində üç ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin hər-hansı bir əşyaya ilişib-dartılması nəticəsində yaranmışlar. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs İlham qızına məxsus Zərərçəkmiş şəxs İlham qızına məxsus çəhrayı rəngli tumanın sol ayağının kənarına tikilmiş haşiyənin tikildiyi tikişin üzərində bir ədəd; ağ rəngli maykanın sağ qol kənarında bir ədəd; ağ rəngli maykanın sol qol kənarında bir ədəd; ağ rəngli tumanın arxa-orta tikişinin üzərində bir ədəd məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. 3.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs İlham qızına məxsus Zərərçəkmiş şəxs İlham qızına məxsus büstqalterin sol çiyin ipi arxa hissədən ayrılmışdır, şortun arxa-sol hissəsi yerində yoxdur. Bu cırılmalar küt yaranma mexanizmə malikdir,paltarların müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş məhkəməpsixoloji ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 200 nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs İslam qızı aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir : praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs İslam qızı təbii yolla cinsi əlaqənin mahiyyətini dərk etmiş və cinsi əlaqə nəticəsində hamilə qalma ehtimalını anlamışdır. 2. Zərərçəkmiş şəxs İslam qızının fərdipsixi xüsusiyyətlərindən, yaş həddindən, intellektual inkişafından, malik olduğu fərdi psixoloji xüsusiyyətlərinə görə onunla cinsi əlaqədə olan hansı şəxs(lər)ə müqavimət göstərmək imkanında olmuşdur. 3. Zərərçəkmiş şəxs İslam qızı özündən uydurmağa meyilli deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş kompleksməhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 595/214 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psxi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisələri faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs İlham qızının hadisə vaxtı əynində olmuş yerliyi ağ, üzərində göy rəngli gül naxışları olan tuman (qadın alt paltarı), qəhvəyimtil rəngli cins şalvar, yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynək, çəhrayı və ağ rəngli üfüqi zolaqları olan mayka, yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olan tursik, qara rəngli büstqalter, zoğalı rəngli şalvar, ağ rəngli mayka və yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şort, Zərərçəkmiş şəxs İlham qızının sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 10 ML həcmində və Təqsirləndirilən şəxs sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 10 ML həcmində qan nümunəsi, xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolunun əlavəsi olan 01 ədəd disk, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunun əlavəsi olan 01 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməli və Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 02 avqust 2022-ci il 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən Zərərçəkmiş şəxs İlham qızının yaşadığı fərdi yaşayış evi, Şahid2 məxsus fərdi yaşayış evi, Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evi və Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə gedən yolun sol tərəfində yerləşən əkin sahələridir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş paltarlara baxış keçirilməsi və götürülməsi barədə 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş yerliyi ağ, üzərində göy rəngli gül naxışları olan tuman (qadın alt paltarı), qəhvəyimtil rəngli cins şalvar, yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynək, çəhrayı və ağ rəngli üfüqi zolaqları olan mayka, yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olan tursik, qara rəngli büstqalter, zoğalı rəngli şalvar, ağ rəngli mayka və yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şort iş üçün əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürülmüşdür. Belə ki, yerliyi ağ, üzərində göy rəngli gül naxışları olmaqla ümumi uzunluğu 27 sm, eni 41 sm təşkil edən tumanın beli manjetli olmaqla, üzərində etiket qeyd edilməmişdir. Tumanın üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Qəhvəyimtil rəngli cins şalvarın ümumi uzunluğu 95 sm, eni 37 sm təşkil edir. Şalvarın önü zəncirbəndli olub, ön və arxa hissədə ciblər vardır. Şalvar önündə zəncirbəndin yuxarı hissəsində qara rəngli metal düymə vardır. Şalvarın iç bel nahiyəsində üzərində “LCW CASUAL, 40” yazısı olan etiket vardır. Şalvarın həm sağ, həm də sol ön tərəfində 2 ədəd, ümumilikdə 4 ədəd cib olmaqla hər biri zəncirbəndlidir. Arxa nahiyədəki ciblərin ağzı isə açıqdır. Şalvarın üzərində gözlə görünə bilən digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynəyin ümumi uzunluğu 46 sm, eni 61 sm təşkil edir. Köynək tül materialdan olmaqla, göbək nahiyəsi açıq vəziyyətdədir. Bundan başqa köynəyin arxa boyun nahiyəsində “X39` h” yazısı mövcuddur, üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Çəhrayı və ağ rəngli üfüqi zolaqları olan maykanın ümumi uzunluğu 64 sm, eni 37 sm təşkil edir. Mayka pambıq materialdan olmaqla üzərində etiket mövcud deyil, gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şortun eni 40 sm təşkil edir. Şort qıç nahiyəsindən, belindən 30 sm-dən kəsildiyindən ümumi uzunluğunu müəyyən etmək mümkün olmamışdır. Şortun beli manjetli olmaqla, zəncirbənd və ya düymə ilə bağlanmır. Şortun sağ və sol tərəflərində ağızlığı yaşıl rəngli olan cibləri vardır, üzərində etiket mövcud deyil. Şortun arxa sol tərəfində eni 27, uzunluğu 30 sm ölçüdə cırılma zədəsi vardır. Yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olmaqla ümumi uzunluğu 19 sm, eni 29 sm təşkil edən trusikin beli manjetli olmaqla qara rəngdədir, üzərində etiket qeyd edilməmişdir. Tursikin üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Qara rəngli olmaqla ümumi uzunluğu 10 sm, eni 73 sm təşkil edən büstqalterin sağ və sol hissəsi rezinlə bir-birinə bərkidilmiş formada istehsal olunsa da, sağ tərəfin rezini qopmuşdur. Beli manjetli olmaqla qara rəngdədir, üzərində etiket qeyd edilməmişdir. Qeyd edilən zədədən başqa büstqalterin üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilmədi. Zoğalı rəngli şalvarın ümumi uzunluğu 100 sm, eni 32 sm təşkil edən şalvarın beli rezin manjetli olmaqla, önündə zəncirbəndön və arxa hissəsində ciblər, etiket yoxdur. Şalvarın üzərində gözlə görünə bilən digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Ağ rəngli maykanın ümumi uzunluğu 66 sm, eni 38 sm təşkil edən maykanın pambıq materialdan olmaqla üzərində etiket mövcud deyil, maykanın ön və arxa tərəfi sağ və sol çiyin nahiyəsində nazik iplə bir-birinə bağlanır. Maykanın üzərində gözlə görünə bilən zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 31 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı onunla dəfələrlə zor tətbiq etməklə cinsi əlaqədə olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs İlham qızı 2022-ci ilin aprel ayında, saat 24 radələrində idarə etdiyi “TOYOTA HİLUX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərindən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə gəldikdən sonra avtomobili yaşadığı fərdi yaşayış evinin qarajına salmış, o, avtomobildən düşüb avtomobilin salonunun sağ qabaq hissəsində olan əşyalarını götürmək üçün avtomobilin sağ qabaq qapısının açıq pəncərəsindən başını və iki əlini içəri salıb orada olan əşyaları götürməyə çalışarkən, pəncərəni qaldıraraq Zərərçəkmiş şəxs başını pəncərənin arasında, bədənini isə çöldə saxlayaraq onunla zorla qeyri təbii yolla cinsi əlaqədə olmağa çalışmış, o, qışqıraraq səsküy salsa da, məhəl qoymamış, belə olan halda o, başını pəncərədən çıxaracağı və qeyri təbii yolla əlaqədə olmayacağı təqdirdə onunla təbii yolla cinsi əlaqədə olmağına icazə verəcəyini demiş, Təqsirləndirilən şəxs onun başını pəncərədən çıxararaq avtomobilin arxa oturacağına arxası üstə uzatmış, daha sonra onun əynində olan yupkanı yuxarı qaldırıb ayaqlarını aralayaraq iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olmuşdur. Bundan başqa 2022-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs onun Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə gələrək evin altında yerləşən anbarda olduğunu bilib anbara gəlmiş və anbarın qapısını örtüb onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək onu qucaqlamağa başlamış, o, Təqsirləndirilən şəxs müqavimət göstərməyə başlamış, həmin vaxt anası Şahid2 anbara gəlmiş və buna görə Kamil onunla cinsi əlaqədə ola bilməmişdir. 2022-ci ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs onun yaşadığı fərdi yaşayış evinə gələrək qonaqlarının gələcəyini və bunun üçün onun Təqsirləndirilən şəxs evinə gedərək yemək bişirməyini istəmiş, o, Kamilin evinə getmək istəməsə də, anası Şahid2 getməyə məcbur etmiş, o, utandığı üçün anası Şahid2 dayısı Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqə olduğunu deyə bilmədiyindən Kamilin evinə getmiş, orada yemək bişirdikdən sonra saat 19 radələrində mətbəxdə qabları yuyarkən Kamil onu arxadan qucaqlayıb evin dəhlizində olan divanın üstünə arxası üstə uzadaraq əynində olan şalvarını və trusikini soyundurub onunla zorla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin iyul ayının 2-3-də saat 24 radələrində Kamil onun Gəncə şəhərinə göndərməli olduğu əşyaları götürmək bəhanəsi ilə yaşadığı evə gəlib söhbət etdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək onu qucaqlamağa başlamış, lakin o, özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində Kamil onunla cinsi əlaqədə ola bilməmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində o, Kamil ilə birlikdə kafedə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə doğru yola düşmüş, onlar yolda olarkən Kamil Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinin ərazisində yerləşən əkin sahələrinə baxmağı bəhanə edərək idarə etdiyi “TOYOTA HİLUX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında yerləşən taxıl sahəsinə sürmüş, avtomobildən düşüb taxıl sahələrinə baxdıqdan sonra ona yaxınlaşaraq cinsi əlaqədə olmaq istəmiş, o isə Kamilə müqavimət göstərməyə başlamış, bu zaman X11 uzaqdan onları görərək çağırmış, bunu görən Kamil dərhal avtomobilə əyləşib oradan uzaqlaşmışdır. 20 iyul 2022-ci il tarixdə, saat 08 radələrində Kamil özünəməxsus traktorla onun yaşadığı fərdi yaşayış evinin həyətindəki otu presləmək üçün həmin evə gəlmiş, saat 09 radələrində həyətdəki otu preslədikdən sonra ona çay içmək istədiyini söyləmiş, o, çayı hazırlamaq üçün mətbəxə getdikdə, Kamil də onun arxasınca gedərək çayı evdə içəcəyini demiş, o, çayı hazırlayıb Kamilin qarşısına qoyarkən Kamil dərhal qapını örtərək onu arxası üstə yataq otağındakı çarpayının üstünə uzadıb əynində olan penjama şalvarını, trusiki, köynəyi soyundurub, maykasını və busqalterini yuxarı çəkərək onunla zorla cinsi əlaqədə olmuşdur. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs İlham qızı cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 03 avqust 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş şahidin ifadəsinin yerində yoxlanılması barədə 08 avqust 2022-ci il tarixli protokoldan görünür ki, X11 2022-ci ilin iyul ayının əvvəllərində saat 18 radələrində “Sərin kafe” adlı restoranında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə Kamilin dəvəti ilə yemək yeymiş, restorandan çıxdıqdan sonra Təqsirləndirilən şəxs bacısı qızı Zərərçəkmiş şəxs ilə birlikdə Kamilin idarə etdiyi avtomobilə əyləşmiş, Təqsirləndirilən şəxs ondan bir qədər irəlidə avtomobili yaşadığı Yuxarı Çaykənd kəndinə tərəf idarə etmiş, o isə bir qədər aralıda avtomobili ilə Kamilgilin arxasınca getmiş, yolda olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Varlı Həyat kəndini keçdikdən sonra, Yuxarı Çaykənd kəndinə məxsus torpaq sahəsində dayandıraraq, taxıllıq sahəsinə dönmüş, o isə Təqsirləndirilən şəxs Kamili gözləyib-gözləməsini soruşmaq üçün telefonla zəng etsə də, zəng çatmamış, belə olan halda o, bir qədər hündür əraziyə çıxıb Kamilgili müşahidə etməyə başladıqda Təqsirləndirilən şəxs bacısı qızı Zərərçəkmiş şəxs əl-qol hərəkəti atıb Sahiləyə yaxınlaşmağa çalışdığını, Sahilənin isə əli ilə Kamili geri itələdiyini görmüş, o, Təqsirləndirilən şəxs səslədikdə, Kamil Sahilədən kənarlaşmış, Kamil və Sahilə birlikdə maşına əyləşmiş, o isə avtomobilinə əyləşib evə getmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı şahid X11 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 08 avqust 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədə baxış keçirilməsi haqqında 30 avqust 2022-ci il tarixli protokoldan görünür ki, baxışı aparılan “X37 Xəstəxanası MMC-nin xəstələrin qeydiyyat” jurnalında qaytanlanmış və tikilmiş 186 səhifə vardır. Kitabın son səhifəsində X37 Xəstəxanası MMC-nin möhürü və xəstəxananın baş həkiminin imzası vardır. Kitabın hər bir səhifəsində 1-ci sütunda “Sıra №-si”, 2-ci sütunda “Xəstənin soyadı, adı və atasının adı, 3-cü sütunda “Xəstənin doğum tarixi”, 4-cü sütunda “Xəstənin ünvanı və iş yeri”, 5-ci sütunda “Həkimin adı və soyadı”, 6-cı sütunda “Müayinə ödənişi”, 7-ci sütunda “Qəbzin seriyası”, 8-ci sütunda “Şəxsiyyət vəsiqəsinin nömrəsi” sözləri qeyd edilmişdir. Həmin kitabın 71-72-ci səhifələrində 1. “21”rəqəmi; 2. “Zərərçəkmiş şəxs İlham qızı” ; 3. “1999-cu il”; 4. “Kəlbəcər rayonu, Zəylik kəndi” ; 5. “Şahid7” ; 6. “abort 30 manat” ; 7. “434487”; 8. “AZE 16332557” qeydləri vardır. Həmçinin kitabın 71-72-ci səhifələrində “22” nömrəsi ilə X9 aid oxşar qeydlər vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X33”nin X2 03 oktyabr 2022-ci il tarixli, 340 nömrəli arayışından görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X33”nin X2 03 oktyabr 2022-ci il tarixli, 341 nömrəli arayışından görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Keytiyeva X16 rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 avqust 2022-ci il tarixli, 6 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Yuxarı Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2022-ci il tarixli, 136 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Yuxarı Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Yuxarı Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2022-ci il tarixli, 135 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs İlham qızının Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində müvəqqəti qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Yuxarı Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs İlham qızı barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş X38 Xəstəxanasının “Hamiləliyin vaxtsız pozulmasının tibbi kartasının”surətindən görünür ki, Zərərçəkmiş şəxs İlham qızı xx.xx.2022-ci il tarixdə öz razılığı ilə X38 Xəstəxanasının Mama-Ginekologiya bölməsində hamiləliyini vaxtsız pozdurmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 190-38589-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə doğma bacısı qızı Zərərçəkmiş şəxs İlham qızı ilə münasibətləri, keçirdikləri həyat tərzi və başqa şəxslərlə münasibətləri, eləcə də hadisədən əvvəl aralarında hər hansı bir narazılıq və ya münaqişənin olub-olmaması və Təqsirləndirilən şəxs bacısı qızı Zərərçəkmiş şəxs ilə hadisədən əvvəl intim münasibətdə olub-olmaması barədə məlumatlı olan şəxslər müəyyən edilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində tək yaşaması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək bacısı qızı Zərərçəkmiş şəxs İlham qızını zorlamadığını bildirməsi, Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrində törətdiyi cinayət əməlini etiraf etməyərək bacısı qızı Zərərçəkmiş şəxs İlham qızının zorlamadığı barədə verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığından və digər sübutlarla təsdiq olunmadığından, həmin ifadələrə tənqidi yanaşaraq özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirib inandırıcı hesab etmir. Məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İlham qızını ifadəsinə qiymət verərək bildirir ki, zərərçəkmişin ibidai istintaq zamanı verdiyi ifadəsi, daha riyal olduğundan həmin ifadəsi əsas qəbul edilməli və məhkəmədə Təqsirləndirilən şəxs onu zorlmaması barədə ifadəsini onun qohumu, yəni əmisi olması Təqsirləndirilən şəxs müdafə xarakterli qiymətəndirib, inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir. Məhkəmə Zərərçəkmiş şəxs İlham qızının ifadəsinə qiymət verərək hesab edir ki, qeyd edilən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dayısı olduğundan və onun ifadəsi həqiqəti əks etdirmədiyindən, dayısını müdafiə etməyə yönəldiyindən, iş üzrə digər sübutlarla təsdiq olunmadığından və ziddiyyət təşkil etdiyindən, həmin ifadələrə tənqidi yanaşaraq reallığı əks etdirməyən ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri zərərçəkmiş şəxsin hadisələrin törədilmə mexanizmi, vaxtı barədə hadisənin törədilmə yerinin dəqiq göstərilməsi ilə bağlı həm ibidai itsintaq, həm də məhəkəmə istintaqı zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, şahidlərin ifadələri, iş üzrə tərtib edilmiş digər istintaq hərəkətlərinin protokolları, o cümlədən, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokol, 31 iyul 2022-ci il tarixli üzləşdirmə protokolu 02 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokol, 03 avqust 2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol, 08 avqust 2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokol, 30 avqust 2022-ci il tarixli sənədə baxış keçirilməsi haqqında protokol, ekspertiza rəyləri və maddi sübutlar eləcə də məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsif məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.2.5 və 149.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Azərbaycan Respublikasının CPM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.4, 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və himayəsində üç azyaşlı övladının olması) olarsa və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar nəzərə alnmaqla ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddələrin sanksiyaları həddində cinayət cəzası daşımalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olamaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 15-ci bəndində qeyd olunmuşdur ki, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3-cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-in 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə CM-in Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, CM-in 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 30 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olub Şəmkir rayon prokurorluğuda saxlanılan xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs İlham qızının hadisə vaxtı əynində olmuş yerliyi ağ, üzərində göy rəngli gül naxışları olan tuman (qadın alt paltarı), qəhvəyimtil rəngli cins şalvar, yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynək, çəhrayı və ağ rəngli üfüqi zolaqları olan mayka, yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olan tursik, qara rəngli büstqalter, zoğalı rəngli şalvar, ağ rəngli mayka və yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şort qanuni sahiblarına qaytarılmalı imtina etdikdə məhv edilməldir. Zərərçəkmiş şəxs İlham qızının sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 10 ML həcmində və Təqsirləndirilən şəxs sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 10 ML həcmində qan nümunəsi məhv edilmədir. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolunun əlavəsi olan 01 ədəd disk, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunun əlavəsi olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 29,149.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.5-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğuna qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Şəmkir rayon prokurorluğuda saxlanılan xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs İlham qızının hadisə vaxtı əynində olmuş yerliyi ağ, üzərində göy rəngli gül naxışları olan tuman (qadın alt paltarı), qəhvəyimtil rəngli cins şalvar, yerliyi süd rəngli, üzərində qəhvəyi və sarı rəngli bəbir, leopard və pələng naxış və zolaqları olan köynək, çəhrayı və ağ rəngli üfüqi zolaqları olan mayka, yerliyi çəhrayı, üzərində bozumtul rəngli gül naxışları olan tursik, qara rəngli büstqalter, zoğalı rəngli şalvar, ağ rəngli mayka və yerliyi süd rəngli, üzərində ağ, qırmızı, sarı və yaşıl rəngli həm şaquli, həm də üfüqi zolaqları olan şort qanuni sahiblarına qaytarısın, imtina etdikdə məhv edilsin. Zərərçəkmiş şəxs İlham qızının sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 10 ML həcmində və Təqsirləndirilən şəxs sağ qol nahiyəsindən çəkilərək şprisə doldurulmuş 10 ML həcmində qan nümunəsi məhv edilsin. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsi dindirmə protokolunun əlavəsi olan 01 ədəd disk, xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunun əlavəsi olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar