Məhkəmə qərarları › İş №1(100)-131/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-131/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-131/2024 16.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1998-ci ildə Xanlar şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdar hesab edilən 15,105 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək qanunsuz olaraq üzərində saxlayıb daşıyan zaman 29 mart 2023-cü il tarixdə saat 22:30 radələrində Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl şəhəri Hummel küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qırmızı rəngli qısaqol gödəkçənin altından geyindiyi qara rəngli idman gödəkçəsinin sol yan cibində satış məqsədi olmadan qanunsuz olaraq daşıyaraq saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi külli miqdar hesab edilən 15,105 qram çəkidə narkotik vasitə hesab edilən heroin aşkar edilərək ondan götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, istintaqa verdiyi ilkin ifadəsini təsdiq etmir, ilkin ifadəsini təsir və təzyiq altında vermişdir. Belə ki, 29 mart 2023-cü il tarixdə saat təxminən 04 radələrində 5-6 nəfər, sonradan polis əməkdaşları olduğunu bildiyi şəxslər yaşadıqları ünvana gəlmişlər. Həmin vaxtı anası onu çağırmış və polis əməkdaşlarının onun arxasınca gəldiklərini və onu çağırdıqlarını demişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Atası da onunla birlikdə gəlmişdir. Şöbənin 3-cü mərtəbəsinə qalxmışlar. Orada əvvəl onu polis şöbəsinin rəisi olaraq təqdim etdikləri şəxs qəbul etmişdir.Həmin vaxtı oruc tutuduğundan onu tez buraxıb-buraxmayacaqlarını soruşmuşdur. Bu zaman ondan namaz qılıb-qılmadığını soruşmuşlar, o da namaz qıldığını demişdir. Sonra harada işləyibişləmədiyini soruşmuşlar və o da işlədiyi idarəni onlara demişdir. Sonra onu digər otağa aparmışlar. Orada onun mobil telefonunu yoxladıqdan sonra qaytaracaqlarını demişlər. Atasının da telefonunu götürüb baxmışlar və daha sonra atasının telefonunu özünə qaytarıb onu otaqdan çıxarıb evə getməsini, onun isə həmin gecəni şöbədə qalacağını demişlər. Atası da çıxıb getmişdir. Polis əməkdaşlarından biri oğurluq hadisəsi ilə bağlı onu gətirdiklərini deyərək onu sorğu-sual etməyə başlamışlar. Onların yaşadıqları küçədə baş vermiş oğurluq hadisəsi ilə bağlı onu gətirdiklərini deyərək həmin saatlarda harada olduğunu soruşmuşlar. O da onların suallarına uyğun cavablar verərək həmin saatlarda yaşadığı ünvanda olduğunu bildirmişdir. O, həmin gecəni polis şöbəsinin 3-cü mərtəbəsində qalmışdır. Həmin gün saat təxminən 16 radələrində onu polis şöbəsindən buraxmışlar. Ona məxsus telefonu isə özlərində saxlayaraq yoxladıqdan sonra ona qaytaracaqlarını demişlər. Bundan sonra o, öz yaşadıqları ünvana getmişdir. Həmin gün saat təxminən 22 radələrində yenə də bir nəfər polis əməkdaşı onun yaşadığı ünvana gələrək rəisin telefonunu götürmək üçün onu çağırdığını demişdir. Atası Razim də onlara onun ağrıdığını, növbəti gün gəlib götürməsini demiş, lakin həmin şəxs razı olmayaraq indi gedib götürməli olduğunu demişdir. O da onunla birlikdə yaşadığı ünvandan çıxıb qara rəngli, markasını xatırlamadığı avtomobilin arxa oturacağına əyləşmişdir. Avtomobilə əyləşərkən arxada bir nəfər başqa şəxsin də əyləşdiyini görmüşdür. Həmin şəxslər mülki geyimdə olduqlarından onların polis əməkdaşları olmasını onu polis şöbəsinə apardıqları üçün bildirmişdir. O, avtomobilə əyləşən kimi onu çağıran polis əməkdaşı da digər tərəfdən yanına əyləşmişdir. O, avtomobilə əyləşəndən sonra atasına tərəf “ata, apardılar məni” deyə qışqırmışdır. Bundan sonra onu polis şöbəsinə gətirmişlər. onu yenə də şöbənin 3-cü mərtəbəsinə qaldırmışlar. 3-cü mərtəbədə sağ tərəfdə 1 ya 2-ci otağa aparmışlar. Orada onu döyməyə başlamışlar. Əllərini arxadan tutub ayağından vuraraq onu yerə yıxmışlar. Yerdə də onu vurmağa başlamışlar. Həmin vaxtı əynində qara papaqlı idman köynəyinin papağını başına keçirib onu sıxışdırmağa başlamışlar. Bir az sonra isə ciblərində olan əşyaları çıxarmağa başlamışlar. Onun cibində olan darağını, dəsmalını və özünə məxsus 1 ədəd üzüyünü çıxarmışlar. Həmin əşyaların ona aid olub-olmadığını soruşmuşlar. O da ona məxsus olduqlarını demişdir. Sonra əynində qırmızı rəngli qolsuz gödəkçənin altından geyindiyi qara rəngli, papaqlı idman gödəkçəsinin sol yan cibinindən ona məlum olmayan sellofan bükümdə olan və sonradan narkotik vasitə olmasını bildiyi maddəni çıxarmışlar. Həmin maddənin ona məxsus olub-olmadığını soruşmuşlar. O isə həmin maddənin ona aid olmadığını bildirmişdir. Onlar ona “necə sənin deyil ki sənin cibindən çıxır” sözlərini demişlər. O, onlara dəfələrlə o əşyanın ona məxsus olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu döyməyə və hədələməyə başlamışlar ki, ya o, həmin narkotik vasitənin ona məxsus olduğunu deyəcək, ya da həmin narkotik vasitəni onun yaşadığı ünvana da qoyub ailə üzvləriylə birlikdə hər birini narkotik vasitə alqı-satqısı ilə məşğul olan şəxslər kimi tutacaqlarını demişlər. Bundan sonra o, qorxu və təzyiq altında ailə üzvlərini də qorumaq üçün həmin narkotik vasitənin ona məxsus olmasını demişdir. Onlar ona narkotik vasitəni “Sadik” adlanan parkdan tapdığını deməsini istəmişlər. Bundan sonra onu şöbənin 1-ci mərtəbəsinə aparmışlar. Orada dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Həmin vaxtı da onun cibindən həmin narkotik vasitəni çıxarıb masanın üzərinə qoyaraq ona məxsus olmasını və Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən “Sadik” deyilən parkda yerdən tapdığını, özünə maraqlı gəldiyi üçün üzərində saxladığını demişdir. Sonra isə məhkəmə qarşısına çıxarmışlar və o, orada da narkotik vasitəni tapdığını və əməlindən peşman olduğunu demişdir. Lakin o, bildirmişdir ki, o, həmin narkotik vasitəni nə yerdən tapmış, ona məxsus olmamışdır. Narkotik vasitə ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən həmin narkotik vasitə polis şöbəsində onun cibinə qoyulmuşdur. O, həmin şəxslərin kim olmasını və adlarını bilməmişdir. Onların Göygöl RPŞ-nin əməkdaşları olmasını bilmişdir. İstintaqa Rövşən adlı rayon sakini ilə birlikdə sədəqə adı altında rayon sakinlərindən pul yığması barədə daxil olmuş məlumatla bağlı bildirmişdir ki, o, Rövşən adlı şəxsi tanıyır, 1 nömrəli məktəbdə idman müəllimi olaraq işləyir. Lakin o, Rövşənlə birlikdə heç bir sədəqə adı ilə pul yığmamışdır. O, ilkin araşdırma zamanı müdafiəçisi ilə konfidenial qaydada görüşmədiyini bildirmişdir. Həmin vaxtı onun mobil telefonunda ***-***-**-** nömrəsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göygöl RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 mart 2023-cü il tarixdə Göygöl şəhəri Hummel küçəsi ev 56-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Göygöl RPŞ-nin əməkdaşları həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl şəhərinin inzibati ərazisində olmasını müəyyən edərək, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Göygöl şəhəri Hummel küçəsində yaşadığı evin yaxınlığında aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin alqı-satqısında və qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçısı tərəfindən videoçəkilişlə, onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli qısaqol gödəkçənin altından geyindiyi qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddə xüsusi elektron tərəzidə çəkildi və həmin maddə bükümlə birlikdə kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin heroin olmasını və həmin kütləni Göygöl şəhərində “Sadik” adlanan parkda yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Göygöl şəhəri ərazisində “Sadik” deyilən parkda yerdən tapdığını bildirsə də, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi tərəflərindən müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə qyğun olmadığını, onun üzərinə narkotik vasitə qoyulmadığını və üzərinə narkotik vasitə qoymaları barədə təklif edilmədiyini bildirmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 04 radələrində polis əməkdaşları tərəfindən Göygöl rayon Polis şöbəsinə gətirilməsi, şöbənin 3-cü mərtəbəsində ona məxsus mobil telefonun polis əməkdaşları tərəfindən götürülərək baxış keçirilməsi, daha sonra 29 mart 2023-cü il tarixdə saat 16 radələrində polis şöbəsindən buraxılması, həmin gün saat 22 radələrində yenidən onun ünvanına gələn polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsi və polis şöbəsində döyülərək əynində olan gödəkçəsinin cibinə narkotik vasitə qoyulması, həmin narkotik vasitənin ona məxsus olmasını deməsinin tələb olunması, əks təqdirdə ailə üzvləri ilə təhdid olunması, bu səbəbdən də qorxaraq narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi barədə bildirdikləri tamamilə əsassızdır. Ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir.Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə saxlaması və daşıması barədə məlumat olmuşdur. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat göstərilir. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdi ki, o, Göygöl RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 29 mart 2023-cü il tarixdə Göygöl şəhəri Hummel küçəsi ev 56-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilən tədbirlər nəticəsində onun Göygöl şəhəri Hummel küçəsində yaşadığı evin yaxınlığında olması barədə məlumat əldə edib dərhal polis əməkdaşları birlikdə həmin əraziyə getmişdir. Həmin gün saat təxminən 22:30 radələrində Təqsirləndirilən şəxs Göygöl şəhəri Hummel küçəsində görüb ona yaxınlaşaraq özləri barədə və hansı səbəbdən yaxınlaşmalarını izah edib Təqsirləndirilən şəxs Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən tədbir görülməsi şöbənin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli qısaqol gödəkçənin altından geyindiyi qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddə xüsusi elektron tərəzidə çəkilmiş və həmin maddə bükümlə birlikdə kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin heroin olmasını və həmin kütləni Göygöl şəhərində “Sadiq” adlanan parkda yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə qyğun olmadığını, onun üzərinə narkotik vasitə qoyulmadığını və üzərinə narkotik vasitə qoymaları barədə təklif edilmədiyini bildirmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 04 radələrində polis əməkdaşları tərəfindən Göygöl rayon Polis şöbəsinə gətirilməsi, şöbənin 3-cü mərtəbəsində ona məxsus mobil telefonun polis əməkdaşları tərəfindən götürülərək baxış keçirilməsi, daha sonra 29 mart 2023-cü il tarixdə saat 16 radələrində polis şöbəsindən buraxılması, həmin gün saat 22 radələrində yenidən onun ünvanına gələn polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsi və polis şöbəsində döyülərək əynində olan gödəkçəsinin cibinə narkotik vasitə qoyulması, həmin narkotik vasitənin ona məxsus olmasını deməsinin tələb olunması, əks təqdirdə ailə üzvləri ilə təhdid olunması, bu səbəbdən də qorxaraq narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi barədə bildirdikləri tamamilə əsassızdır. Ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir.Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə saxlaması və daşıması barədə məlumat olmuşdur. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat göstərilir. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 bildirdi ki, Göygöl Rayon Polis X3 Bölməsinin sahə rəisi vəzifəsində xidmət edir. 29 mart 2023-cü il tarixdə Göygöl şəhəri Hummel küçəsi ev 56-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı, yəni Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs ətrafında keçirilən tədbirlər nəticəsində onun Göygöl şəhəri Hummel küçəsində yaşadığı evin yaxınlığında olması barədə məlumat əldə edib dərhal həmin əraziyə getmişlər. Həmin gün saat təxminən 22:30 radələrində Təqsirləndirilən şəxs Göygöl şəhəri Hummel küçəsində görüb ona yaxınlaşaraq özləri barədə və hansı səbəbdən yaxınlaşmaları izah edib Təqsirləndirilən şəxs Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən tədbir görülməsi şöbənin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən vəkilin iştirakı ilə videoçəkilişlə, üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli qısaqol gödəkçənin altından geyindiyi qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddə xüsusi elektron tərəzidə çəkilmiş və həmin maddə bükümlə birlikdə kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin heroin olmasını və həmin kütləni Göygöl şəhərində “Sadiq” adlanan parkda yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə saat 04 radələrində polis əməkdaşları tərəfindən Göygöl rayon Polis şöbəsinə gətirilməsi, şöbənin 3-cü mərtəbəsində ona məxsus mobil telefonun polis əməkdaşları tərəfindən götürülərək baxış keçirilməsi, daha sonra 29 mart 2023-cü il tarixdə saat 16 radələrində polis şöbəsindən buraxılması, həmin gün saat 22 radələrində yenidən onun ünvanına gələn polis əməkdaşlarının onu polis şöbəsinə gətirməsi və polis şöbəsində döyülərək əynində olan gödəkçəsinin cibinə narkotik vasitə qoyulması, həmin narkotik vasitənin ona məxsus olmasını deməsinin tələb olunması, əks təqdirdə ailə üzvləri ilə təhdid olunması, bu səbəbdən də qorxaraq narkotik vasitənin özünə məxsus olduğunu etiraf etməsi barədə bildirdikləri tamamilə əsassızdır. Ona qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə saxlaması və daşıması barədə məlumat olmuşdur. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat göstərilir. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da Şahid3 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə islasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Göygöl Rayon Polis Şöbəsində xadimə işləyir. Təqsirləndirilən şəxs onun qohumudur. Dəqiq tarixi xatırlamasa da, səhər tezdən polis şöbəsinə işə gələrkən Yasinin atasını polis şöbəsinin qarşısında görmüş,nə üçün gəldiyini soruşmuş, Razim Yasinin polis şöbəsinə gətirildiyini demişdir. Sonra işinə davam etmişdir. Bundan sonra eşitmişdir ki, Yasini həmin polis şöbəsindən buraxmışlar. Sonra isə axşam yenə də onu tutub polis şöbəsinə gətirmişlər. O polis şöbəsində Yasini görməmişdir. Məhkəmə islasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Gəncə Rayonlararası Narkoloji Dispanserin baş həkimi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1078 nömrəli rəyini onun sədri olduğu həkim-məsləhət komisiyyası vermişdir. Müayinə nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən olunmuşdur. Həmin nəticəyə gəlmələrində onlar şəxsə viziual baxmaqla kifayətlənmişlər. Onların başqa müayinə vasitələri yoxdur. Şəxsdən qan və sidik nümunələri götürmürlər. Şəxsin əllərində titrəmə və qoltuqaltı nahiyyədə tərləmənin olması ilə müəyyən edirlər. Hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsini deyə bilməz. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Göygöl RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsini təklif edilərkən Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli qısaqol gödəkçənin altından geyindiyi qara rəngli idman gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində saxladığı ilk görünüşdən narkotik vasitə heroinə oxşar kütləni təqdim etmiş, narkotik vasitəyə bənzər kütlə elektron tərəzi vasitəsilə ölçüldükdən sonra bükümlə birlikdə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs həmin kütləni Göygöl şəhəri “Sadiq” deyilən yerdən tapdığını bildirmişdir. Bu barədə iştirakçıların iştirakı ilə protokol tərtib olunmuş və protokola əlavə edilməsi üçün “Samsung” markalı videoaparatın tətbiqindən istifadə edilməklə video çəkiliş aparılmışdır. İş üzrə Təqsirləndirilən şəxs ilə Şahid2 ifadələri arasında olan ziddiyətləri aydınlaşdırmaq üçün aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. İş üzrə Təqsirləndirilən şəxs ilə Şahid1 ifadələri arasında olan ziddiyətləri aydınlaşdırmaq üçün aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/372 №-li rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan torbacıqda olan şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,105 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qalıq 15.005 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1078 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək anten dairələri göstərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdə saat 04 radələrində və xx.xx.2023cü il tarixədə saat 16 radələrində Göygöl rayon polis şöbəsində olmasına dair hər hansı məlumat aşkar olunmamışdır. Göygöl Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 5(066)32/2023 saylı qərarından görünür ki, Göygöl RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarının yoxlanmasından imtina edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 mart 2023-cü ildən hesablanmışdır. Göygöl RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsi, onun digər yerlərdə narkotik vasitə saxlayıb-saxlamaması və kimlərəsə narkotik vasitə satıbsatmamasının müəyyən edilməsi barədə müvafiq tədbirlər keçirilmiş, lakin onun narkotik vasitəni konkret olaraq haradan əldə etməsini, digər yerlərdə narkotik vasitə saxlamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə satması barədə məlumat olsa da, onun narkotik vasitə satdığı şəxslərin şəxsiyyəti müəyyən edilməmişdir. Qeyd olunan istiqamətlərdə tədbirlər davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə olunarsa bu barədə dərhal istintaqa məlumat veriləcəkdir. Göygöl Rayon MKTİB-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən məlum oldur ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Göygöl şəhəri Hummel kücəsi ev 56-da qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarkterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 25 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından qalıq qalmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 15.005 qram narkotik vasitə hesab edilən heroin Göygöl RPŞ-nin xüsusi saxlpnc yerində saxlanılır. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd SD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materialların əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 134 №-li rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olumadı. «Cinayət işinin başlanmasının rədd olunması» haqqında 25 may 2023-cü il tarixli qərardan məlum olur ki, Göygöl rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən döyülərək üzərinə narkotik vasitə qoyulması faktına dair cinayəi işinin başlanmasının rədd olunmasına dair qərar qəbul olunmuşdur. İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq sənədlərindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə hesab edilən heroini sonuncuya satan naməlum mənbə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerləşən və “Sadiq” deyilən parkda gəzindiyi zaman yerdə şəffaf rəngli sellofan büküm olmasını görmüşdür. Sellofan bükümü götürüb içərisinə baxmış və toz halında maddə olmasını görmüşdür. O, əvvəllər narkotik vasitə istifadə etməsə də, həmin kütlənin narkotik vasitə olmasını bilmişdir. Həmin gün saat təxminən 22 radələrində Göygöl rayonu Hummel küçəsində olarkən mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları olaraq təqdim etmişlər. Ona narkotik vasitə istifadəsində və satışında şübhəli olduğunu bildirib Göygöl RPŞ-nə gətirmişlər. Göygöl RPŞ-də ona hüquqlarının müdafiə olunması üçün özünə müdafiəçi dəvət etməsini, maddi imkanı yoxdursa ona təqdim edilmiş siyahıdan istədiyi vəkili hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət edə biləcəyini demişlər. O, ona təqdim edilmiş siyahıdan X1 onun hüquqlarını dövlət hesabına müdafiə etməsini istəmişdir. Vəkil Siyavuş Bağırovun dəvət olunmasından sonra onun və digər polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərimdə qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsini təklif etmişlər. o da özü təqdim etməsə üzərində olan narkotik vasitəni aşkar edəcəklərini bilib əynində olan qırmızı rəngli qısaqol gödəkçənin altından geyindiyi qara rəngli idman gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitəni təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitə bükümlə birlikdə elektron tərəzi vasitəsi ilə ölçülmüş və zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüş, o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Əlavə olaraq ona ünvanlanmış sualların mahiyyəti üzrə göstərmişdir ki, o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən “Sadiq” deyilən parkda olarkən yerdən tapmış və öz üzərində saxlamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitəni taparkən satmaq və ya kiməsə vermək məqsədilə götürməmişdir. Həmin narkotik vasitədən nə yaşadığım evdə, nə də ki, başqa yerdə saxlamamış, həmçinin o, əvvəllər heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. O, narkotik vasitəni sadəcə olaraq ona maraqlı gəldiyi üçün üzərində götürmüşdür. O, əvvəllər narkotik vasitə istifadə etməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitədən istifadə etməmişdir. Ona Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Polis şöbəsinə gətirilən zaman heç bir zorakı hərəkət olmamış və heç bir təzyiq göstərilməmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitəni tapdıqdan sonra üzərində saxlasa da, narkotik vasitəni satış məqsədi ilə üzərində saxlamadığına görə özünü törətmiş olduğu cinayət əməlinə görə qismən təqsirli bilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri «Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur.» ifadəsinə, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığının cavab məktubda göstərilən «keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsi, onun digər yerlərdə narkotik vasitə saxlayıb-saxlamaması və kimlərəsə narkotik vasitə satıb-satmamasının müəyyən edilməsi barədə müvafiq tədbirlər keçirilmiş, lakin onun narkotik vasitəni konkret olaraq haradan əldə etməsini, digər yerlərdə narkotik vasitə saxlamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə satması barədə məlumat olsa da, onun narkotik vasitə satdığı şəxslərin şəxsiyyəti müəyyən edilməmişdir.» məktubuna əsaslanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə saxlaması və daşıması barədə məlumat olmuşdur. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat göstərilir. Lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığının cavab alınmışdır. Həmin məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsi, onun digər yerlərdə narkotik vasitə saxlayıb-saxlamaması və kimlərəsə narkotik vasitə satıb-satmamasının müəyyən edilməsi barədə müvafiq tədbirlər keçirilmiş, lakin onun narkotik vasitəni konkret olaraq haradan əldə etməsini, digər yerlərdə narkotik vasitə saxlamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs müxtəlif şəxslərə narkotik vasitə satması barədə məlumat olsa da, onun narkotik vasitə satdığı şəxslərin şəxsiyyəti müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X6 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs heroindən suiistifadə edilməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Qeyd edilən narkomaniya xəstəliyndən əzab çəkən şəxsin üzərindən aşkar olunmuş heroinin çəkisinin çox olması onun narkotik vasitənin satış məqsədi ilə saxlamasına dəlalət etmir. Əksinə bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X9 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 15.005 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X9 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd SD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 29 mart 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 15.005 qram narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X9 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilsin. Şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd SD disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Faiq Mahmudov

2. Dadaş İmanov

3. Abdulla Məmmədov Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar