Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-131/2025 10.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 və ədliyyə müşaviri X12, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Ağstafa rayonu, Dağ Kəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 23,037 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin və ümumi təmiz çəkisi 4,812 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin əldə edib ayrı-ayrı bükümlərə bölüb kirayədə yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivində 11 saylı binada bir otaqlı mənzildə saxlamış, 21 may 2023-cü il tarixdə tanışı Şahid1 bir büküm narkotik vasitə-heroini 50 manata satacağı barədə «WhatsApp» sosial şəbəkəsi vasitəsilə danışıb razılaşaraq pulu onun adına olan “Kapital Bank” açıq səhmdar cəmiyyətinə məxsus 4169-7388-9198-9190 nömrəli plastik bank kart hesabına köçürməsini tapşırmış, həmin gün saat 14:00-da Şahid1 50 manat pulu Qazax şəhəri, H.Əliyev prospekti 61 nömrəli ünvanda yerləşən “AL” marketin qarşısında quraşdırılmış “MilliÖn” ödəmə aparatı vasitəsi ilə həmin kart hesabına ödədikdən sonra, o, 1 ədəd bükümdə 0,695 qram narkotik vasitə-heroini Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən “Etibarın pekarnısı” kimi tanınan çörək bişirmə sexinin sol tərəfindəki ağacın altına qoyub bu barədə «WhatsApp» sosial şəbəkəsi vasitəsilə Şahid1 bildirmiş, sonuncu həmin gün saat 21 radələrində həmin narkotik vasitəni bir bükümdə oradan götürmüş, 22 may 2023-cü il tarixdə Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 18 radələrində Şahid1 Qazax şəhərində saxlanaraq cibində saxladığı təmiz çəkisi 0,695 qram olan həmin narkotik vasitə-heroin aşkar edilərək götürülmüş, polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilərək həmin gün saat 22:24-dən 23 may 2023-cü il tarixdə saat 00:25-dək olan vaxt ərzində Təqsirləndirilən şəxs kirayədə yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivində 11 saylı binada bir otaqlı həmin mənzildə olan stolun üzərindəki 1 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 18,277 qram, 1 ədəd ağ rəngli plastik dərman qutusunun içərisində polietilen bükümlərdə də ayrı-ayrılıqda təmiz çəkiləri 0,358 qram, 0,376 qram, 0,357 qram, 0,308 qram, 0,325 qram, 0,312 qram, 0,337 qram, 0,321 qram, 0,336 qram, 0,385 qram, 0,309 qram və 0,341 qram olan qəhvəyi rəngli kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 22,342 qram külli miqdarda narkotik vasitə-heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,534 qram, 0,278 qram olmaqla ümumi təmiz çəkisi 4,812 qram olan ağ rəngli kristal formada kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, o narkotik vasitənin istifadəçidir. Kimsə həbs edilən zaman onun mobil telefonunda hər şeylər olur. Ona məxsus mobil telefonu onun özünə verməmişlər. O evdə olan zaman qapı döyülümş və o qapını açmışdır. Həmin vaxt içəri 20 nəfər şəxs evə daxil olmuş və onu polis şöbəsinə aparmışlar. Onun atası və anası şəkər xəstəliyindən əziyyət çəkirlər. Ona “gedəcəyik atan gilin evinə evi atım-atım edəcəyik və oradan 5 kq çıxardacayıq” demişlər. Rıjı Hikmət ona “caamatı 2-3 kqla tuturlar, sənə də hörmət edərik az qoyarıq” demişdir. Hadisə necə olmuşdursa o cur də o danışır. Həmin vaxt Azər çox pis şəkildə döyülmüş və o Azərə imza et demiş, Azər isə ona “nəyə qol çəkim” demişdir. Həmin vaxt onu üz nahiyyəsindən vurmuşlar. Qadı ki, pul atmaq onların hamsını çıxarmaq olur. Laızm olanda danışıqlar çıxarılır, kim-kimə zəng edib və kim-kimə mesaj yazmışdır. Onu çıxarmaq çətin bir şey deyil. O Azərə “qorxma qol çək” demişdir. Azər taksi sürücüsüdür, anası isə müəllimədir. Onarın üzələşdirməsi olmuşdur. Polis nəfərindən biri vəfat emişdir. Digər polis əməkdaşı müstəntiq tərəfindən çağrılan zaman o bildirmişdir ki, orada olmamışdır. Müstəntiq isə ona “sən nətər orada olmamısan” demişdir. Bundan sonra həmin polis əməkdaşı üzünü çevirərək çıxıb getmişdir. Bu iş istintaqdan düz getməmişdir. Həmin vaxt Qazax rayon X5 “bilirəm üstündə az olubdur, amma eləmisən, səni boş yerə tutmazlar” demişdir. O isə ona “bu prokuror sözü deyildir” demişdir. O isə “eləmişəmsə məni CM-in 234.1-ci maddəsi elə, sən məni bu yaşımda, atamın anamın bu yaşında göndərirsən” demişdir. O həmin vaxt “sən mənim həyatımı qaraldırsan” demişdir. Onlar isə “biz bilirik sənə kömək edəcəyik” demişdir. Həmin vaxt prokuorun yanında imkan belə verməmişlər ki, xəsarətləri qeyd edilsin. Həkim həmin vaxt “nə olubdur” “orada isə əşi qapıya dəymişdir bekara şeydir” deyilmişdir. Başdan bu iş düz getməmişdir. Ona görə də bu iş gəlib bu mərhələyə çıxmışdır. Araşdırılsın, əgər onun cəzası vardırsa ona düşülən cəza verislin. O xəstəidir. Təqsirləndiriləe şəxs əlavə dindirməsində bildirmişdir ki, o evdə olan zaman qapı döyülmüşdür. Bin neçə nəfər polis əməkdaşalrı onu yaşadığı evə daxi olmuşlar. Qabın içində yüngül çəkdiə kakos olmuş və həmin kakos polis əməkdaşalrı tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşı cibindən narkotik vasitə çıxarmış və avtomobildən tərəzi gətirərək, bükülmlərdə 7-8 qrama ona imza etidrmişlər. Onun imza etməsini səbəbləri Polislərin biabırçılıq etmələri olmuşdur.. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintqada verdiyi ifadəsində bildirmişdir ki, «….ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan olunmuş ittihamın mahiyyəti aydındır, həmin maddə ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmir. Ancaq Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilir, rəsmi olaraq heç bir yerdə işləmir, uzun müddətdir ki, narkotik vasitə alüdəçisidir. Himayəsində azyaşlı uşaqları yoxdur, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 237.1, 66.2, 69.3-cü maddəsi ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə Apelliyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2022-cı il tarixli hökmü dəyişdirilərək həmin cəza 6 ay artırılmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Qazax RPŞnin əməkdaşları onun Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən köhnə «Göz xəstəxanası»nın yataqxanasında kirayədə yaşadığı evə gəlib onun razılığı ilə baxış keçirmişlər. Polis işçiləri masanın üzərində 14 (on dörd) ədəd şəffaf selofan bükümündə olan qəhvəyi rəngli kütləni, yəni narkotik vasitə olan heroini və 02 (iki) ədəd şəffaf selofan bükümdə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamini, 5 (beş) ədəd həbləri, 02 (iki) ədəd şüşə qabı, 03 (üç) ədəd şprisi, 01 (bir) ədəd onun adına olan Kapital Banka məxsus «cashback» plstik kartı müəyyən edib götürmüşlər. Onun evindən götürülənlərdən yalnız təqribən 1,5 qram narkotik vasitə-heroin, “Revonol”, 03 ədəd şpris, 05 ədəd həb və 02 ədəd şüşə qab ona məxsusdur, Şahid1 və digərlərinə narkotik vasitə və psixotrop maddə satmamış və ya digər formada verməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də xx.xx.2023-cü il tarixli baxış və götürmə zamanı, şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində səmimi etiraf edərək, xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində Qazax RPŞ-nin əməkdaşları özlərini təqdim edib onun kirayədə yaşadığı Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən köhnə «Göz xəstəxanası»nın yataqxanasında olan evdə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək həmin yaşadığı evə baxış keçikmək istədiklərini izah etmişlər. O, evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, bu barədə yazılı ərizə vermişdir. Polis işçiləri videoçəkilişlə evə baxış keçirmişlər. O, masanın üzərində 14 (on dörd) ədəd şəffaf selofan bükümündə olan qəhvəyi rəngli kütləni, yəni narkotik vasitə olan heroini və 02 (iki) ədəd şəffaf selofan bükümdə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamini, 5 (beş) ədəd həbləri, 02 (iki) ədəd şüşə qabı, 03 (üç) ədəd şprisi, 01 (bir) ədəd onun adına olan Kapital Banka məxsus «cashback» plstik kartı polis işçilərinə təqdim etmiş, Şahid1 50 manat müqabilində narkotik vasitə olan heroin satdığını bildirmişdir. Polis işçiləri onun təqdim etdiyi 14 (on dörd) ədəd şəffaf selofan bükümündə olan qəhvəyi rəngli kütləni, yəni narkotik vasitə olan heroini və 02 (iki) ədəd şəffaf selofan bükümdə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamini elektron tərəzidə bükümlərlə birlikdə çəkib götürmüşlər. Həmçinin 5 (beş) ədəd həbləri, 02 (iki) ədəd şüşə qabı, 03 (üç) ədəd şprisi, 01 (bir) ədəd onun adına olan Kapital Banka məxsus «cashback» plstik kartı da götürüb bir ədəd kağız zərfə qoyub qablaşdırmış, 64 saylı möhürlə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Evə baxışdan sonra onu Qazax rayon polis şöbəsinə gətirmişlər. Onu şübhəli şəxs qismində tutub, hüquq vəzifələri izah olunduqdan sonra seçdiyi vəkil X9 ilə təmin edilmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz maddə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o evə geən zaman əməlyatçılar onu öz evinin qarşısında tutaraq şöbəyə gətirmişlər. Həmin vaxt onun üst-başı yoxlanılmış, lakin heç nə aşkar olunmamışdır. Həmin vaxt onun cibində 70 manat pul olmuşdur. Onun oğlu Universitetdə oxuduğu üçün o oğluna pul göndərmək istəmişdir. Həmin vaxt onun mobil telefonu ondan alınmışdır. Həmin vaxt onun telefonun internetə qoşulmuşdur. Ona məxsus telefon ona qaytarılan zaman ona mesaj gəlmişdir. O polis əməkdaşlarına “niyə mənim telefonumu götürüb qurtalıyırsız” demişdir. Həmin vaxt polis əməkdaşları onun ayaq nahiyyəsindən vurmuşlar. O telefonda nə oldu ,nə keçdi o bilməmişdir. O müvəqqəti saxlanılma yerinə gedən zaman orada Novruzu görmüşdür. Polis əməkdaşları özləri karta pul vururaq mesaj yazmışlar. O üzləşdirmə zamanı Təqsirləndirilən şəxs görməməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Şahid1 narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Şahid1 saxlanılmışdır. Saxlanılan vaxtda 50 manat qarışılığında Təqsirləndirilən şəxs narkotik vasitə almasını bildirmişdir. Həmin məlumat əsasında həmin günü Nərimanov qəsəbəsinə, Təqsirləndirilən şəxs yaşadığı evə gedilmişdir. Şəxsin video görüntü ilə ərizəsi alınaraq evə baxış keçirilmişdir. Baxış zamanı evdə olan masanın üzərindən narkotik vasitələr aşkar edilmiş və qablaşdırılmışdır. Bundan sonra ekspertiza təyin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 may 2023-cü il tarixdə Qazax Rayon Polis Şöbəsinə Şahid1 narkotik vasitələrin daşıması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin vaxt Şahid1 saxlanılmış və onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Şahid1 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt ərizə alınmış hüquq və vəzifələri izah edilmiş, evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evindən heroin və bir neçə bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və onun həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaldır. 12.012.2023-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayıt işi ayrılması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Şahid1 barəsində ********* nömrəli cinayət işi ayrılmışdır. xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Şahid1 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsüsatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir. “Üzləşdirmə” protokolarından görünür ki, şahidlər Şahid4, X6 və X10 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşmələr zamanı Şahid4, Hikmət Nəsibov və Cavid Qurbanov ifadələrində göstərdiyi xüsüsatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək ifadəsini təsdiq etmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 may 2023-cü il tarixli, 16/2978 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid1 üzərindən aşkar edilmiş kütlə ...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,695 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -Üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bükümlər ...” sözləri, soyad və imzalar qeyd edilmiş paketin içərisində 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 18,277 qr, 0,358 qr, 0,376 qr, 0,357 qr, 0,308 qr, 0,325 qr, 0,312 qr, 0,337 qr, 0,321 qr, 0,336 qr, 0,385 qr, 0,309 qr, və 0,341 qr ümumi təmiz çəkisi 22,342 qram olan qəhvəyi rəngli maddə, kimyəi konponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,534 qram və 0,278 qram ümumi təmiz çəkisi 4,812 qram ağ rəngli kristal formada maddə kütləsi kimyəi konponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 5 ədəd ağ rəngli dairəi formalı həblər və 1 ədəd üzərində «Rivanol» yazıı olan polietilen sellofanda təmiz çəkisi 0,916 qram sarı rəngli, toz şəkilli maddənin narkotik vasitə və psixotrop maddələrə aid deyildir; 2 ədəd flakonun 3 ədəd 1 ml-lik şprisin daxilində və sellofon bükümlərin üzərində narkotik vasitə olan heroin izləri müəyyən edilmişdir; iz mikrohissəcikləri az miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün deyildir. Təqdim edilmiş 02 ədəd zərfdə qablaşdırılmış Şahid1 üzərindən aşkar edilmiş 1 büküm və Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 13 büküm ümumilikdə 14 ədəd bükümdə olan heroinlər kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər, bir ədəd bükümün içərisində olan sellofan bükümlərdə narkotik vasitə heroin iz şəklində olduğundan digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubilikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respubilikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-ci il tarixli, 236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Şəxsi axtarış və götürmə» protokolundan görünür ki, 22 may 2023-cü il tarixdə Qazax rayonu polis şöbəsində Şahid1 üzərinə şəxsi axtarış aparıması zamanı o, əynində olan şalvarın sağ yan balaca cibindən 01 ədəd siqaret qutusunun qara rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmiş, həmin büküm açılarkən selofan bükümün içərisində qəhvəyi rəngli kütlə olduğu müəyyən edilmişdir. Şahid1 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs kartına 50 manat göndərərək sonuncudan şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 22 may 2023-cü il tarixli «Baxış və götürmə protokolu»ndan görünür ki, Təqsirləndirilən şəxs keçmiş Qazax şəhəri Nərimanov yaşayış massivində yerləşən Göz xəstəxanasının yataqxanasında kirayədə yaşadığı otağa baxış keçirilmiş 16 ədəd bükümlər, 5 ədəd həb, 2 ədəd şüşə qab, 3 ədəd şpris, 1 ədəd sarı rəngli büküm, 1 ədəd Təqsirləndirilən şəxs adına olan Kapital Bank kart, 1 ədəd mobil telefon iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs Şahid1 tanıdığını, sonuncuya onun kartına 50 manat pul göndərdiyini və qarşılığında narkotik vasitə olan heroin satdığını bildirmişdir. 10 avqust 2023-cü il tarixli sənədə və diskə baxış protokolundan görünür ki, “Kapital Bank” kommersiya bankından daxil olmuş məlumatların əks olunduğu diskdə iş üçün əhəmiyyətli hər hansı hal müəyyən edilməmişdir. 28 iyul 2023-cü il tarixli 2023/111/6414 tarixli Kapital Bank ASC-dən daxil olmuş məlumatların qeyd olunduğu sənəddən aydın olur ki, 416973******9190 saylı X16 kartı Təqsirləndirilən şəxs adına olmaqla həmin bank hesabına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olmuş məlumatlar öz əksini tapır. Həmin sənədin 228-ci bəndindən isə məlum olur ki, xx.xx.2023-cü il tarixdə saat 14:00:35-də terminal vasitəsilə həmin hesaba 50 manat pul vəsaiti köçürülmüşdür. Hesabda isə həmin vaxt 1853,80 azn pul vəsaiti olmuşdur. xx.xx.2023-cü il tarixli, 3-xx-xx/9987/2023nömrəli Qazax RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabda görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs X7, X4 narkotik vasitələri satdığı müəyyən edilmişdir. Həmin şəxslər dindirilməsi üçün Qazax RPŞ-nin istintaq Bölməsinə dəvət olunmuşlar. Lakin, Təqsirləndirilən şəxs istifadəsində başqa mobil telefon nömrələri müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli,3-13-88/1-16647/2023 nömrəli Qazax RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş narkotik vasitə - heroini və psixotrop maddəmetamfetamini satış məqsədilə naməlum mənbədən əldə edib ayrı-ayrı bükümlərə bölərək qablaşdırmış, keçmiş Qazax şəhəri Nərimanov yaşayış massivində yerləşən Göz xəstəxanasnın yataqxanasında kirayədə yaşadığı otaqda saxlamış, həmin narkotik vasitədən tanışı Şahid1 və qeyrilərinə satması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə-heroin və psixotrop maddə-metamfetamini kimdən, nə vaxt, harada və hansı çəkidə əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli, 3-xx-xx/17116/2023 nömrəli Qazax RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs adına olan 416973******9190 saylı X16 kartına pul vəsaitlərinin narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar sonuncun hesabına köçürüldüyü müəyyən edilmişdir. Həmin köçürmələrdən xx.xx.2023-cü il tarixdə saat 14:00:35-də terminal vasitəsilə köçürmənin Şahid1 tərəfindən Qazax şəhəri, Heydər Əliyev prospektində yerləşən Al marketin qarşısındakı Milli Ön ödəmə sistemi vasitəsilə ödənildiyi müəyyən edilmişdir. 07 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Şahid1 götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,695 qram çəkidə narkotik vasitə - heroinin ekspertizadan qaytarılmış 0,945 qram qalığı, Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 22,342 qram narkotik vasitə-heroinin ekspertizadan istintaqa qaytarılmış 21,822 qram qalığı və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 4,812 qram psixotrop maddə -metamfetamin ekspertizadan istintaqa qaytarılmış 4,712 qram qalığı, həmçinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edilmiş 2 ədəd flakon, 3 ədəd 1 ml-lik şpris daxilində, sellofon bükümlər və Təqsirləndirilən şəxs adına olan 416973******9190 saylı X16 kart maddi subut kimi tanınmış və saxlanması üçün Qazax RPŞ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Ayralov X8 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 237.1-ci maddəsi ilə təqsirli bilinib, ona qəti olara 02 (iki) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs 02 (iki) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağstafa rayon icra və probasiya şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 98369/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. xx.xx.2023-cü il tarixli, 1253 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X2 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Qazax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(023)-61/2024 saylı hökmdən görünür ki, Şahid1 Azərbaycan Respubilikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyimi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Məhəkəmə Təqsirləndirilən şəxs özünü cinayət işi üzrə qismən təqsirli bilərək, ona məxsus evdən aşkar edilmiş narkotik vasitə olan heroinin 1,5 qramının ona məxsus olduğunu, yerdə qalan narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, heç kimə narkotik vasitə olan heroin satmadığı barədə ifadəsi mötəbər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, o cümlədən təqsirləndirlən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsini və narkomaniyadan məcburi müalicəyə ethiyacı olması barədə ekspertiza rəyini, şəxsi axtarış keçirilməsi barədə protokol, baxış və götürmə keçirilməsi barədə protokol, həmin protokollara əlavə olunmuş videogörüntülər, maddi sübutlar, iş üzrə keçirilmiş əməliyyat tapşırıqları və digər sübutlarala təkzib edildiyindən həmin ifadəni özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimt qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 22,342 qram narkotik vasitə-heroinin ekspertizadan istintaqa qaytarılmış 21,822 qram qalığı və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 4,812 qram psixotrop maddə metamfetamin ekspertizadan istintaqa qaytarılmış 4,712 qram qalığı, həmçinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edilmiş 2 ədəd flakon, 3 ədəd 1 ml-lik şpris daxilində, sellofon bükümlərin saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 22,342 qram narkotik vasitə-heroinin ekspertizadan istintaqa qaytarılmış 21,822 qram qalığı və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 4,812 qram psixotrop maddə metamfetamin ekspertizadan istintaqa qaytarılmış 4,712 qram qalığı, həmçinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edilmiş 2 ədəd flakon, 3 ədəd 1 ml-lik şpris daxilində, sellofon bükümlərin satış məqsədi ilə əldə etməsi və saxlaması kimti qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsinə əsasən cəzasının yüngüləşdirlən hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. İş materiallarından görünür ki, Ayralov X8 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 237.1-ci maddəsi ilə təqsirli bilinib, ona qəti olara 02 (iki) il 05 (beş) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağstafa rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs 02 (iki) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağstafa rayon icra və probasiya şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 98369/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apelliyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci 234.1, 237.1ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya yəni 02 (iki) il 11 (on bir) ay 26 (iyimi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən ona residivə görə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-86/2023 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə maddi sübut kimi tanınıb Qazax RPŞ -nin saxlancına verilmiş Şahid1 götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,695 qram çəkidə narkotik vasitə - heroinin ekspertizadan qaytarılmış 0,945 qram qalığı, Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 22,342 qram narkotik vasitə-heroinin ekspertizadan istintaqa qaytarılmış 21,822 qram qalığı və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 4,812 qram psixotrop maddə -metamfetamin ekspertizadan istintaqa qaytarılmış 4,712 qram qalığı, həmçinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edilmiş 2 ədəd flakon, 3 ədəd 1 ml-lik şpris daxilində, sellofon bükümlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Qazax RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Cinayət yolu ilə əldə edilmiş Təqsirləndirilən şəxs adına olan 416973******9190 saylı X16 kart hesabında olan pul vəsaiti 2150.80 ( iki min yüz əlli manat səksən qəpik) manat pul vəsaiti dövlət nəfinə xüsusi müsadirə edildikdən sonra onun qaxın qohumlarına qaytarılmaldır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-86/2023 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1ci maddəsinin tələbinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirmək yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Qazax RPŞ-nə saxlanılan Şahid1 götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,695 qram çəkidə narkotik vasitə - heroinin ekspertizadan qaytarılmış 0,945 qram qalığı, Təqsirləndirilən şəxs götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 22,342 qram narkotik vasitə-heroinin ekspertizadan istintaqa qaytarılmış 21,822 qram qalığı və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 4,812 qram psixotrop maddəmetamfetamin ekspertizadan istintaqa qaytarılmış 4,712 qram qalığı, həmçinin üzərində narkotik vasitə-heroin izləri müəyyən edilmiş 2 ədəd flakon, 3 ədəd 1 ml-lik şpris daxilində, sellofon bükümlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Qazax RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Cinayət yolu ilə əldə edilmiş Təqsirləndirilən şəxs adına olan 416973******9190 saylı X16 kart hesabında olan pul vəsaiti 2150.80 ( iki min yüz əlli manat səksən qəpik) manat pul vəsaiti dövlət nəfinə xüsusi müsadirə edildikdən sonra onun qaxın qohumlarına qaytarısın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu ( Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-131/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-131/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver