Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-132/2021 17.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X9 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X13, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 2001-ci ildə Tərtər rayonu Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Kəngərli kəndində qeydiyyatda olan və yaşayan, 02 oktyabr 2019-cu il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxx 2000-ci ildə Tərtər rayonu Sarov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Sarov kəndində qeydiyyatda olan və yaşayan, 02 oktyabr 2019-cu il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 2019-cu ilin sentyabr ayının ortalarında Tərtər rayonu Sarov kəndində yaşayan həmkəndlisi X15 meyvə bağında fəhlə işləyərkən tanış olduğu Tərtər rayonu Kəngərli kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə 01 oktyabr 2019-cu il tarixdə, saat 10 radələrində Tərtər rayonu Sarov kəndindəki «Xan» çay evində çay içərkən əmisi X2 uşaqlıqda ona işgəncə verdiyini, buna görə də qisas almaq məqsədilə onu öldürməyi planlaşdırdığını bildirib Təqsirləndirilən şəxs1 bir dost kimi ona bu işdə kömək etməyini, Ziyaməddin Kərimovun inəkləri satdığı üçün evində olan 6000-7000 (altı-yeddi min) manat pulunu götürmək və ailə üzvlərini də öldürüb bir otağa yığmaqla evdə istifadə olunan maye qazı açaraq evi yandırmaqla cinayətin izini itirmək barədə təklifi ilə razılaşaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə Ziyaməddin Kərimovu qəsdən öldürmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs1 Ziyaməddin Kərimovu daha tez öldürmək üçün onun boğazını kəsmək lazım olduğunu bildirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin gün, yəni 01 oktyabr 2019-cu il tarixdə saat 11 radələrində çay evindən çıxıb birlikdə onun Tərtər rayonu Sarov kəndində yaşayan ana babası Şahid6 evinə gəlib həyətində bir az oturduqdan sonra Ziyaməddin Kərimovun yaşadığı Tərtər rayonu Sarov kəndindəki evə getsələr də Ziyaməddin Kərimov evdə olmadığından yenidən Şahid6 yaşadığı evə qayıdaraq nahar edərkən, o, babası Şahid6 evdə olmamasından istfadə edərək evin mətbəxdən cinayətdə istifadə etmək üçün götürüb Təqsirləndirilən şəxs1 verdiyi mətbəx bıçaqlarını kəmərinin altında gizlətmiş, Ziyaməddin Kərimovun yerini öyrənmək üçün yenidən X31 kəndindəki evinə gedərkən onunla görüşə bilmək üçün o, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Ziyaməddin Kərimovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək onu əxlaqsız qadın yanına aparacaqlarını bildirmiş, Ziyaməddin Kərimov onlarla razılaşdıqdan sonra evə çatdıqda o, Təqsirləndirilən şəxs1 Ziyaməddin Kərimova və ailə üzvlərinə nənəsinin “Bəhruz” adlı qohumu kimi təqdim etmiş, Ziyaməddin Kərimovu şübhələndirməmək üçün onunla birlikdə evin həyətində oturub çay içərək bir müddət söhbət etikdən sonra təxminən saat 23 radələrində bir azdan qaydıacaqlarını bildirərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Ziyaməddin Kərimovun evindən çıxmış, “İnçə” çayının kənarı ilə gedib dəmir tordan düzəldilmiş kiçik qapıdan keçməklə Ziyaməddin Kərimovun evinin arxa tərəfindəki bağa keçdikdən sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrədən Ziyaməddin Kərimovun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib darıxdığını bildirərək söhbət etmək üçün onu arxadakı meyvə bağına çağırmış, o isə əmisinin onu görməməsi üçün bağın içərisində təxminən 10 metr aralı məsafədə gizlənmiş, Təqsirləndirilən şəxs1 bir neçə saat, 02 oktyabr 2019-cu il tarixə təxminən saat 02 radələrinə qədər Ziyaməddin Kərimovla xurma meyvəsinin ucuz satılmasından söhbət edərək Ziyamədin Kərimovun fikrini yayındırdıqdan sonra üzərində gətirdiyi soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunu öldürmək məqsədi ilə qəflətən onun boğaz nahiyyəsindən bir zərbə vurmuş, Ziyaməddin Kərimov müqavimət göstərdikdə ardıcıl olaraq onun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı bıçaq zərbələri endirmiş, lakin bıçağın dəstəyi qırıq olduğundan zərbələri dəqiq yetirə bilmədiyi üçün üzərindəki digər soyuq silah hesab edilməyən 2-ci mətbəx bıçağını çıxarıb Ziyaməddin Kərimovun bədəninin müxtəlif nahiyyələrinə yenə də çoxsaylı zərbələr endirmiş, o, Ziyaməddin Kərimovun öldüyünü düşünüb gizləndiyi yerdən çıxaraq əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 ilə birlikdə Ziyaməddin Kərimovun ailə üzvlərini öldürüb pulu ələ keçirmək məqsədi ilə evin qarşısına keçmiş, Təqsirləndirilən şəxs1 yaşayış evinin həyətində gözləyərkən o, evə daxil olaraq mətbəxdən bir ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağını götürsə də, əmisinin arvadını və uşaqlarını öldürmək fikrindən daşınıb Təqsirləndirilən şəxs1 yanına qayıdıb Ziyaməddin Kərimovun ölüb-ölmədiyini yoxlamaq üçün bağa qayıtmağını təklif etmiş, birlikdə bağa qayıtdıqda sonuncunun yerdə üzü üstə uzanıqlı vəziyyətdə olduğunu, lakin tərpəndiyini müşahidə etdiklərindən o, babası Şahid6 yaşayış evindən götürdüyü üst tərəfi göy, iç tərəfi qara rəngli rezin əlcəyi əlinə geyinərək Təqsirləndirilən şəxs1 əlindən bıçağı alıb əmisinin kürək və baş nahiyəsinə çıxsaylı bıçaq zərbələri vurmuş, lakin Təqsirləndirilən şəxs1 Ziyaməddin Kərimovun yenə də hərəkət etdiyini gördükdə bıçağı alaraq sonuncunun ünvanına nalayiq ifadələr işlətməklə onun boğaz nahiyəsini kəsmiş, Ziyaməddin Kərimova qırtlağın və damar şaxələrinin kəsilməsi ilə böyük ölçülü 1 ədəd kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, və sol qulaq seyvanı və sol yanaq nahiyyələrindəki 2x0,2 sm ölüçüdə, 0,2 sm dərinlikdə, başın ənsə və boyun nahiyyələrini əhatə edən sahədəki 0,6x0,2 sm ölçüdə və 0,3-0,2 sm dərinlikdə olan 3 ədəd, döş qəfəsi nahiyyəsinin arxa səthindəki-sağ kürəküstü nahiyədək 0,6x0,2, 0,4x,0,2 sm ölüçlərdə və 0,4-0,3 sm dərinlikdə olan 2 ədəd, sağ əl nahiyəsindəki 0,5x0,2 sm ölçüdə və 0,3 sm dərinlikdə olan 1 ədəd yaralar sağlamlığa zərər vuramayan xəsarətlər, bədən üzərindəki digər yaralar isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirib zərərçəkmiş şəxə xüsusi ağrılar yetirilməsində ifadə olunan müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək Kərimli X12 Zamin Faiq oğlu ilə qabaqcadan əldir olan bir qrup şəxs halında X6 tamah niyyəti ilə, xüsusi amansızlıqla öldürmüş, onu qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019cu ilin sentyabr ayınının ortalarında Tərtər rayonu Sarov kəndində yaşayan yaşlı, adını xatırlamadığı qadının bağında xurma yığarkən həmin bağda işləyən, əslən Tərtər rayonu Sarov kəndindən olan Cavad adlı şəxslə tanış olmuş və onunla münasibəti yaranmış, həmin vaxt onlar bir-birilərinin mobil nömrələrini götürərək sonradan əlaqə yaradacaqlarını demişlər. O, bağda işlərini qurtardıqdan sonra Cavadla bağın bir kənarında oturaraq söhbət edərkən o, məktəb illərində şeir yazdığını, hazırda da meyxana dediyini bildirmiş, Cavad da ona “elə mən də şeir, rep yazıram, mahnı oxuyuram” demiş, həmin vaxt onlar yazdıqları şeir və meyxanaları oxumuşlar. Cavadın onun şeir və meyxanalarından xoşu gəlmiş, ona Mingəçevir şəhərində səs yazma studiyasının olduğunu, orada mahnılar yazdırdığını bildirmiş, onun yazdığı manhı və meyxanaların studiyada işıq üzü görməsi və onun məşhurlaşması üçün ona köməklik edəcəyini demişdir. Sonra Cavadla 01 oktyabr 2019-cu il tarixədək heç bir yerdə görüşməmiş, yalnız telefonda yaradıcılıqlarından danışmış, kimisə öldürəcəklərinin planını qurmamışlar. Lakin, bir dəfə danışarkən Cavad ona telefonda xeyirli bir iş olacağını, ortada pul da olacağını bildirmişdir. 01 oktyabr 2019cu il tarixdə, Cavadla birlikdə «Xan» çay evində oturub çay içən zaman, telefonda dediyi məsələnin nə olduğunu soruşmuş, Cavad isə ona bildirmişmişdir ki, Mingəçevir şəhərində “Dəniz” adlı səsyazma studiyası olduğunu, bir mahnı yazdığını, həmin mahnını onun aranjman edərək oxumasını istədiyini, və həmin mahnını YOUTUBE kanalına yerləçdirib ondan gəlir əldə edəcəklərini bildirmişdir. Çay içən zaman Cavad ondan hansı yaşdan şeir yazmağa başladığını soruşmuş, o isə cavabında uşaq yaşlardan şeir yazdığını və meyxana dediyini bildirdmişdir. Sonra Cavad ona iki nəfər qızla tanış olduğunu, Sarov kəndində olan dostunu da götürüb həmin qızlarla görüşə gedəcəyini, bundan sonra isə sözügedən studiyaya baş çəkəcəyini demiş, bu barədə onlar razılığa gəlmişlər. Onlar çay evindən təxminən saat 12 radələrində çıxaraq Sarov kəndinə, Ziyaməddin Kərimovun yaşadığı evə gəlmişlər. O küçədə gözləmiş, Cavad isə Ziyaməddin Kərimovu çağırmış, lakin sonuncu evdə olmamışdır. Sonra Cavadın təklifi ilə Cavadın babası Ziyəddinin evinə getmişlər. Orada nahar etdikdən sonra, Cavadın babası bağı suvarmaq üçün evdən çıxmış, nənəsi isə tanımadığı qonşuya getmişdir. X39 zəng edərək, harada olduğunu soruşub, gedib onu da götürərək qadının yanına gedəcəklərini bildirmiş, Ziyaməddinə onun adının Bəhruz olduğunu, onunla birlikdə gedib Ziyaməddini götürəcəyini bildirmişdir. Sonra Ziyaməddinin evinə getmişlər, Ziyaməddin onları evinə dəvət etmiş, lakin onlar həyətdə oturacaqlarını bildirmişlər. Ziyaməddin onları evində qonaq etmişdir. Ziyaməddinin arvadı onlara çay gətirmişdir. Çay içdikdən sonra o, Ziyaməddinlə şaşki və domino oynamış, bir neçə saat orada oturduqdan sonra bir azdan qayıdıb Ziyaməddini götürəcəklərini bildirməklə həyətdən çıxmış, yaşayış evinin arxasından keçərək Ziyaməddinin meyvə bağına daxil olmuşlar. Cavad ona birazdan gələcəyini, darıxmaması üçün Ziyanməddinə zəng edib onu bağa çağırmasını, onunla bağda söhbət etməyi təklif etmiş, özü isə oradan uzaqlaşmışdır. Təxminən 20 Ziyaməddinlə söhbət etdikdən sonra, qəflətən ayaq səsləri gəlmiş, hər ikisi arxaya çevrilən zaman, Ziyaməddin Cavadı görmüş, ona xəsarət yetirəcəklərindən şübhələnib, qışqırmış, Zaminə şillə vurmuş, o yerə yıxılmış, sonra Ziyaməddinlə süpürləşmişlər, bu zaman Cavad onlara yaxınlaşaraq Ziyaməddinin boğaz nahiyyəsinə bir zərbə vuruşdur. O davadan uzaglaşmağa çalışmış, Cavad Ziyaməddinə bıçaqla zərbələr vuran zaman o da dizindən xəsarət almış, beləliklə davadan kənarda qalmışdır. Hadisədən sonra Cavad xəsarət yetidiyi bıçağı ona verərək saxlamasını, onda yer olmadığını bildirmiş, o isə Cavadın üzərində başqa bıçaqlar olduğunu da bildiyindən bıçağı alıb cibinə qoymuşdur. O Cavadın tapşırığı əsasında Ziyaməddinin cibində olan telefonu götürən zaman onun dizi qana bulaşmışdır. O, evə daxil olmamışdan əvvəl şalvarının üzərində olan qan ləkələrini gizlətmək üçün həyətdə olan stulun başından mavi rəngli cins şalvar götürərək əynində olan şalvarın üstündən geyinmişdir. Sonra o Cavadın Ziyaməddinin arvad uşağını da öldürmək niyyətinin olduğunu öyrənmiş, onun qarşısına keçərək qoymamışdır. O, Ziyamədinin evinə daxil olsa da arvad və uşağı öldürmək fikrindən daşınmış, Cavadla birlikdə yaşayış evinin qonaq otağına keçərək orada oturmuş, həmin vaxt Ziyaməddinin arvadı həmin otağa daxil olmuş, o, qapının sol tərəfində divarın arxasında gizlənmiş, lakin Ziyaməddinin arvadı onu görmüşdür. O, özünü itirdiyindən Ziyaməddinlə birlikdə qadın yanına getdiklərini, qadının qardaşlarının gəldiyini, Cavadla birlikdə qaçdığını, lakin Ziyaməddinin qaça bilmədiyini və orda qaldığını bildirmişdir. Bundan sonra Ziyaməddinin arvadı uca səslə qışqıraraq nəyə görə dava-dalaş saldıqlarını və ərinin harda olduğunu soruşmuş, polis çağıracağını bildirdikdə Cavadla birlikdə evdən çıxaraq qaçmışlar. Bundan sonra həyətə çıxıb Ziyaməddinin yıxıldığı yerə gəlmişlər. Cavad onun hələ ölmədiyini görüb əlindəki bıçaqla Ziyaməddinin boğaz və bədənin bir neçə zərbə vurumuş sonra həyətdən çıxıb getmişlər. Onlar evdən çıxıb Tərtər rayonu Sarov kəndi ərazisindən keçən «İnçə çayı»nın sol sahili ilə qaçaraq çayın üzərində olan dəmir körpüdən keçib sağ sahilə çıxmış, üzərində olan bıçaqları çayın içərisinə atmış, Cavad da Ziyaməddinin yaşadığı evin mətbəxindən götürdüyü bıçağı çayın işərisinə atmışdır. Sonra Cavad cinayətin izlərini itirmək məqsədilə çayın içərisinə düşərək üzərində qan ləkələri olan mətbəx bıçaqlarını götürüb kolların arasına atmışdır. Cinayətin izlərini itirdikdən sonra onlar Cavadın babasıgilə getmiş, babası onu və Cavadı danlamış, sonra isə o, oradan çıxıb getmişdir. Cavada nəyə görə əmisi öldürdüyünü demiş, Cavad da əmisi ilə düşmənciliyinin olduğunu öləsi adam olduğu üçün öldürdüyünü bildirmişdir. Cavad əmisini ölürmyəni onunla əvvəlcədən planlaşdırmamış, əmisini pula görə öldürməyi ona deməmişdir. Hadisədən sonra Cavad ona demişdir ki, bıçaqda onun əl izləri olduğundan hadisəni təkcə törətdiyini boynuna alsın, onun məsuliyyətdən azad etdirəcəkdir. Əks halda hər ikisini tutacaqlar. Ona görə hadisəni törətdiyini boynuna almışdır, istintaqda o cür ifadələr vermişdir. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının təxminən 25-30-da Tərtər rayonu Sarov kəndində yaşayan qohumu Mehbarə adlı qadının meyvə bağında xurma yığarkən Tərtər rayonu Kəngərli kəndindən olan və orada meyvə yığan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, həmin vaxt onların arasında yaxşı münasibətləri alınmış və dostluq etmişlər. Onlar 30 sentyabr 2019cu il tarixdə, Mehbarənin meyvə bağında işlərini qurtardıqdan sonra bağın bir kənarına çəkilərək söhbət edərkən o, Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində “Dəniz” adlı səs yazma studiyası olduğunu bildirmiş, Zamin ona məktəb illərində şeir və meyxanalar yazdığını dedikdə o, Zamin üçün mahnılar yazdıracağını vəd etmiş, bundan sonra onların dostluq münasibətləri yaranmışdır. 01 oktyabr 2019-cu il tarixdə, Təqsirləndirilən şəxs1 ona zəng edərək Qərvənd kəndinə gəldiyini və onunla görüşmək istədiyini bildirmiş, onlar Tərtər rayonu Sarov kəndinin ərazsində yerləşən “Xan” çay evində görüşmüşlər. «Xan» çay evində söhbət zamanı o, Təqsirləndirilən şəxs1 əvvəllər əmisi Ziyaməddin tərəfindən işgəncələrə məruz qaldığını və ondan qisas almaq istədiyini bildirmiş, ona Ziyaməddini öldürməkdə köməklik etməsini xahiş etmiş. Zamini maraqlandırmaq üçün yalandan Ziyaməddinin bu yaxınlarda 4-5 baş inək satdığını və evdə 6000-7000 manat pulu olduğunu, həmin pulu götürüb ona verəcəyini bildirmiş, Ziyaməddini öldürdükdən sonra ailə üzvlərini də öldürüb yaşayış evinin bir otağına yığmaqla maye qazı açıb evi yandırmaqla cinayətin izini itirə biləcəklərini təklif etmişdir. Təqsirləndirilən şəxs1 onun dedikləri ilə razılaşmış və Ziyaməddini öldürməyə köməklik edəcəyinə söz vermişdir. Bundan sonra onlar həmin gün, yəni 01 oktyabr 2019-cu ildə saat 11 radələrində «Xan» çay evindən çıxaraq piyada babası Şahid6 Bəyimsarov kəndində yerləşən evinə gedərkən,yol boyunca Zamin Ziyaməddini necə öldürəcəyi barədə plan qurmuş və ona Ziyaməddini bıçaqla boğaz nahiyyəsindən vurmaqla daha asan öldürə biləcəklərini demişdir. Onlar Şahid6 evində çay içdikdən sonra Zaminə Ziyaməddinin evini göstərmək üçün birlikdə Ziyaməddinin yaşadığı Sarov kəndindəki evinə getmiş, o, həyət darvazasından 1-2 addım içəri daxil olub Ziyaməddinin arvadı Elnurədən ərinin evdə olubolmadığını soruşmuş, Elnurə Ziyaməddinin evdə olmadığını bildirdikdə Zaminlə birlikdə babası Ziyəddinin evinə qayıdıb nahar etmiş, saat 20 radələrinədək babasının evində olmuşlar. Ziyəddin evdən çıxaraq əkin sahəsinə su gətirməyə getdikdə o, Zaminlə birlikdə mətbəxə daxil olub Ziyaməddini öldürmək üçün 2 ədəd dəstəyi qara rəngli mətbəx bıçağını götürüb Zaminə vermiş, Zamin isə həmin bıçaqları kəmərinin altında gizlətmişdir. Bıçağın birinin dəstəyi ortadan qırıq vəziyyətdə olmuş, lakin ikisi də eyni formalı bıçaqlar olmuşlar. Babası evə gəldikdən sonra Zaminlə birlikdə evdən çıxaraq əmisi Ziyaməddinin yaşadığı evə gedərkən yolda Ziyaməddini evdən çölə çıxarmaq üçün Təqsirləndirilən şəxs1 telefonundan Ziyaməddinə zəng edərək əxlaqsız qadın yanına gedəcəklərini və onu da aparmaq istədiklərini demiş, Ziyaməddin isə onlarla razılaşmışdır. Onlar əmisi Ziyaməddinin yaşayış evinə çatdıqda həyətin giriş darvazasından həyətə daxil olmuş, o, Təqsirləndirilən şəxs1 Ziyaməddinə nənəsinin qohumu «Bəhruz» adlı şəxs kimi təqdim etmiş, həyətə daxil olduqdan sonra yaşayış evinin qarşısında olan stullarda əyləşmiş, lakin siqaretləri qurtardığından hər üçü birlikdə gedib siqaret alaraq Ziyaməddingilə qayıtmış və həyətdə oturmuşlar. Zaminlə Ziyaməddin telefonda şaşki oynamış, daha sonra stolüstü oyun olan domino oynamışlar. O, Ziyaməddinə Zaminin gözəl səsinin olduğunu demiş, Zamin isə orada bir mahnı oxumuşdur. Bir neçə saat birlikdə söhbət etdikdən sonra saat 23 radələrində Ziyaməddinə qayıdacaqlarını və birlikdə əxlaqsız qadın yanına gedəcəklərini vəd edib Zaminlə birlikdə evdən çıxaraq Ziyaməddin Kərimovun yaşayış evinin arxasında yerləşən meyvə bağına girmişlər. Bu zaman Zamainə əmisini öldürməyi təxirə salmağı bildirmiş, lakin Zamin razılaşmamış və bildirmişdir ki, əmisini öldürüb pulunu götürəcəkdir. Zamin əsgərliyə getməli olduğundan ona pul lazım olmuşdur. Onun əmisi pula görə öldürmək fikri olmamış, belə fikri olsa idi əmisinin pulu saxladığı yeri bildiyi üçün əmisini öldürmədən də pulu götürə bilərdi. Əmisi ona cox əziyyət verdiyindən onu qisas almaq üçün öldürmək istəmişdir. Bundan sonra Zamin özünə məxsus telefondan Ziyaməddinə zəng edərək darıxdığını və onu meyvə bağında gözlədiyini bildirmiş, təxminən 5 dəqiqədən sonra Ziyaməddin evinin ön tərəfindən keçib bağa gəlmiş, Zamin bağda olan xurma ağaclarının yanında olmuş, o, isə bağın arxa tərəfində olan setka qapının yanında, fındıq ağacının yanında gözləmişdir. Zamin Ziyaməddin orada təxminən yarım saat söhbət edəb deyib-gülmüşlər, lakin aralı olduğundan nə barədə danışdıqlarını eşitməmmişdir. Bu zaman qışqırıq səsləri gəlmiş əvvəlcə elə bilmişdir ki, əmisi Zamini vurub, ora yaxınlaşanda Zaman ona demişdir ki, əmisi onu vurmaq istəyirdi ona görə əmisini bıcaqla vurmuşdur. Əmisinin üzü üstdə yerdə uzandığını görmüş, həmin vaxt əmisi onu səsləmiş və nə üçün Zaminin onu vurduğunu demişdir. Bu zaman Zamin əmisi söyərək bu oğraşın hələ ölmədiyini deyib. Vurduğu bıçağın əyildini bildimiş və ondan bıçağı istəmiş, ona babası gildən götürdüyü digər bıçağında özündə olduğunu bildirmişdir. Bundan sonra Zamin 2-ci bıcağı çıxarıb əmisinin boyun və kürək nahiyyəsindən bir neçə zərbə vurmuşdur. Sonra Zamin ona demişdir ki, gedib evdəkiləri də öldürsün. Sonra əmisinin evinə getmiş, Ziyaməddinin arvadı Elnurə ondanəmisinin harada oluğunu soruşanda əmisinin qadın yanına getdiyini onun pulu olmadığı üçün aparmadıqlarını bildirmişdir. Sonra Zamin də evə gəlmiş ona nə üçün evdəkiləri öldürmədiyini demiş, ona bıçaq tapa bilmədiyini demişdir. Əslində əmisi arvadını öldürmək fikri olmamışdır. Bundan sonra Zamin ondan Elnurəni öldürüb-öldürmədiyini soruşduqda, Zaminin fikrini yayındırmaq üçün bağ tərəfə gedib Ziyaməddinin ölməyindən əmin olmağı təklif etmişdir. Onlar birlikdə yenidən bağa , xurma ağacının yanına gəldikdə Ziyaməddinin yerdə tərpəndiyini görmüş, bu zaman Zamin bıçaqla təkrarən əmisinə bir neçə zərbə vurmuşdur. Ziyaməddinin ölməsindən əmin olduqdan sonra evin ön tərəfinə keçdikdə o, əlində olan rezin əlcəyi çıxararaq həyətin giriş darvazasından sol tərəfdə olan əl damının yanında həyətdə olan dəmir löhvələrdən hazırlanmış hasarın arasında gizlətmişdir. Zamin bıçaqla Ziyaməddini vurduqda Ziyaməddin ona müvqavimət göstərdiyindən Zaminin əyninə geyindiyi şalvarın üzəri tamamilə qana bulaşmış vəziyyətdə olduğuna görə evin qarşısına keçdikdə Zamin evin qarşısında olan stulun başından açıq mavi rəngli cins şalvarı götürərək şalvarının üzərindən əyninə geyinmişdir. Sonra onlar Ziyaməddinin evinə daxil olaraq giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında oturmuşalr. O, otağın sol baş küncündə olan divanda, Zamin isə divanın sağ tərəfində olan kresloda oturmuşdur.Bu zaman Ziyaməddinin arvadı Elnurə otağa daxil olmuş, Zamin oturduğu yerdən qalxaraq qapının divarının arxasında gizlənmiş, lakin Elnurə Zamini görmüşdür. Elnurə içəri daxil olduqda Zamin ona həyəcanlı şəkildə Ziyaməddinlə birlikdə qadın yanına getdiklərini, qadının qardaşı gəldiyinə görə dava-dalaş düşdüyünü və oradan qaçdığını, lakin Ziyaməddinin orada qaldığını bildirmiş, Elnurə isə uca səslə onları təhqir etmiş və evdən qovmuşdur. Elnurənin kiməsə zəng edəcəyindən qorxaraq onlar evin giriş darvazasından çıxaraq sol tərəfə «İnçə çayı»nın içərisindən keçməklə çayın sahilinə çıxıb qaçmağa davam etmişlər. Zamin bıçaqları saxlamağı ona vermişdir. Onlar çayın üzərində olan dəmir körpüdən keçdikdə o, Zaminə cibindəki bıçağı atmağı bildirmiş, Zamin isə cibindən bıçağı çıxararaq körpüdən təxminən 50 metr aralaşdıqdan sonra çayın sol tərəfinə atmışdır. O, isə üzərində olan 2 ədəd dəstəyi qara rəngli mətbəx bıçağını çayın içərisinə düşərək çayın sol tərəfində tanımadığı şəxsin bağında ağacın altında gizlətmişdir. Sonra çayın sağ tərəfinə keçərək babası Şahid6 yaşayış evinə getmişdir. Zamin öz telefonu ilə Ziyaməddinə zəng etdiyinə görə Ziyaməddin Kərimovu öldürdükdən sonra Ziyaməddinin “Nokia” markalı düyməli mobil telefonunu da götürərək saxlaması üçün ona vermişdir. O, həmin telefonun arxasını açaraq batereyasını çıxarmış və babası Ziyəddinin yaşayış evində özünün yatdığı otaqda içərisində köhnə elektronika əşyalarının olduğu taxta qutuya qoymuşdur. Təqsirləndirilən şəxs1 cinayəti onun üzərinə götürməsini istəmiş, bunun müqabilində Təqsirləndirilən şəxs1 yaxın qohumu, yəni atası Faiq Abbasov ona külli miqdarda pul vercəyini demiş, bundan sonra Zamin atası Faiq Abbasovun istifadəsində olan ***-***-**-** mobil nömrəsini vərəq parçasına yazaraq ona göndərmiş, o, noyabr ayında Faiq Abbasova zəng etmiş, Faiq Abbasov ona poçt vasitəsilə 100 manat pul göndərmiş və o, həmin pulu qəbul etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 müdafiəçisi ona söz göndərərək cinayəti yalnız öz boynuna almağını istəmiş, bunun müqabilində isə ona 3000 manat pul veriləcəyini bildirmişdir. Bunlara baxmayaraq o, ifadələrində tam həqiqəti göstərmişdir.Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 mərhum əri Ziyaməddin Kərimovun qardaşı oğludur, onunla düşmənçilik və ədavəti olmamışdır. Cavadın atası və anası 2014cü ildə rəsmi qaydada boşanmış, buna baxmayaraq Cavad onlara tez-tez gəlmişdir. Ziyaməddin hər zaman Cavadla normal davranmış, onu heç vaxt döyməmiş və təhqir etməmişdir. O, Təqsirləndirilən şəxs1 isə 01 oktyabr 2019-cu ildə Cavadla birlikdə onlara gələn zaman tanımış, Cavad Zamini onlara nənəsinin qohumu olan «Bəhruz» kimi təqdim etmişdir. Onunla da düşmənçilik və ədavəti olmamışdır. Ziyaməddin fəhlə işləyib ailə üzvlərini dolandırmışdır. Onların bir baş iri buynuzlu inəyi və yanında bir baş danası olmuş, həmin inək yaxşı süd vermədiyi üçün onlar inəyi Goranboy rayonu Xanqərvənd kənd sakini Mirzə adlı şəxsə 1350 manata satmışlar. Bundan başqa onlar həyətlərindən 60 manat dəyərində xurma satmış, həmin pulları yeni süd verən inək almaq üçün yaşadıqları evdə olan paltar şkafının içərisində saxlamışlar. Cavad onlara tez-tez gəldiyi üçün şkafın içərisində pul saxladıqlarını bilmişdir. Cavad 01 oktyabr 2019-cu il tarixdə, saat 11 radələrində onların yaşadığı ünvana gələrək əri Ziyaməddini soruşmuş, o, Ziyaməddinin evdə olmadığını dedikdə çıxıb getmişdir. Ziyaməddin usta işlədiyi üçün həmin vaxt evdə olmamış, işdən saat 17 radələrində gəlmiş və yeməyini yedikdən sonra bir az dincəlmiş, həmin gün saat 21-22 radələrində Cavad onlara tanımadığı bir şəxslə gəlmiş, həmin şəxsin onlara nənəsinin bacısı oğlu Bəhruz adı ilə təqdim etmişdir. Ziyaməddin onları evə dəvət etmiş, onlar həyətə daxil olmuş, sonra Ziyaməddin, Cavad və Bəhruz adı ilə təqdim olunmuş Zamin adlı şəxs birlikdə gedərək siqaret alıb yenidən yaşadıqları evin həyətinə gəlmişlər. Onlar həyətdə olan zaman Zamin Ziyaməddinlə telefonda şaşki oyunu, sonra domino oynamış və söhbət etmişlər. Cavad və Zamin saat 23-24 radələrinədək onlarda olmuş, onlar Ziyaməddinə yeyib-içməyə getməyi təklif etmiş, Ziyaməddin isə onların təklifini qəbul etmişdir. O, Ziyaməddinə “o uşaqlar sənin həmyaşıdların deyil, uşaqdırlar” sözlərini deməsinə baxmayaraq Ziyaməddin sadəcə yeyib-içməyə gedəcəklərini və bir azdan qayıdacağını bildirmişdir. Onlar çıxıb getmiş, təxminən 20 dəqiqədən sonra Cavad və Zamin adlı şəxs Ziyaməddinə zəng edərək çağırmış, Ziyaməddin uzaq getməyəcəyini, tez qayıdacağını deyib evdən çıxmışdır. Ziyaməddin evdən çıxıb getdikdən təxminən 2 saat sonra Cavad onların yaşadığı evin qapısını açaraq evə daxil olmuş, mətbəxdə dayanmışdır. O, Cavaddan nəyə görə tək olduğunu, Ziyaməddinin harda olduğunu soruşmuş, Cavad isə ona “Ziyaməddin əmi Bəhruzla birlikdə Bəyimsarov kəndində Ədiqə adlı qadının yanına gediblər, lakin mənim pulum olmadığı üçün mən gedə bilmədim” demişdir. O, Ziyaməddinin bu cür hərəkət etməsindən əsəb gərginliyi keçirərək yataq otağına getmiş, lakin yata bilməmişdir. Cavad sonra yaşadıqları evin giriş qapısından sağ tərəfdə yerləşən otağa daxil olaraq orada oturmuş, o, Cavddan çıxıb getməsini istəmiş, lakin Cavad getməmişdir. 02 oktyabr 2019-cu il tarixdə, saat 03-04 radələrində Cavadın oturduğu otaqdan səs eşitmiş, o, otağa yaxınlaşdıqda Zamin adlı şəxsin divarın arxasına keçdiyini görmüş, o, səs-küy saldıqda Zamin həyəcanlı şəkildə Ziyaməddinlə birlikdə qadın yanına getdiyini, qadının qardaşları gələrək dava-dalaş saldığını və Ziyaməddini öldürərək quyuya atdıqlarını bildirmişdir. O, həmin vaxt Cavada və Zaminə polis çağıracağını deyib, onları evdən qovmuş, onları qovarkən taxta parçası ilə Zaminin kürəyindən 1 dəfə vurmuş, onlar qaçıb getmişlər. Polis əməkdaşları gəldikdən sonra o, əri Ziyaməddinin Cavad və Zamin tərəfindən amansızcasına qətlə yetirildiyini öyrənmişdir. Cavad və Zamin onların yaşadığı evin qonaq otağında olanda onların əlində hər hansı bıçaq görməmiş və ona qarşı zor tətbiq etməmişlər. Cavad və Zamin adlı şəxs Ziyaməddini öldürən zaman görməmişdir. Onlar onun əri Ziyaməddini pula görə öldürmüşlər. Təqsirləndirilən şəxs1 şikayətçi olmadığını, Təqsirləndirilən şəxs2 isə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, mərhum X10 onun qaynıdır, onunla düşmənçilik və ədavəti olmamışdır. O, 1999-cu il tarixdə Tərtər rayonu Sarov kənd sakini Niyaməddinlə ailə həyatı qumuş, birgə nikahlarından 2 oğlan övladı olmuşdur. O, Niyaməddinlə 14 il ailəli olmuş, sonradan münasibətləri pozulduğundan rəsmi qaydada boşanmışlar. O, Niyaməddindən boşandıqdan sonra bir müddət atası ilə birlikdə yaşamış, sonradan işləri ilə əlaqədar Mingəçevir şəhərində yaşamış, oğlu Cavad da onunla birlikdə yaşamış, lakin tez-tez atasının yaşadığı Tərtər rayonu Sarov kəndinə gedib onunla birlikdə qalmışlar. O, Niyaməddinlə evli olduğu müddətdə mərhum Ziyaməddinin yaşadığı ünvanda da yaşamışlar. Həmin vaxt oğlu Cavad kiçik yaşlarında olmuş, Ziyaməddin onu orda qaldığı müddətdə bir neçə dəfə təhqir etmiş, onunla dalaşmışdır. Bundan başqa Ziyaməddin Cavadı bir neçə dəfə dəcəllik etdiyinə görə də döymüşdür. Onun mübahisəsi Ziyaməddinin Cavadı döyməsinə görə olmuşdur. Ziyaməddin Cavadı çox ağır şəkildə döymüş, ona görə Cavad hər dəfə döyülməyinin əvəzini ondan çıxacağını demişdir. Cavad 2019-cu ilin avqust ayından etibarən atasının yanında qalmış, müxtəlif yerlərdə fəhləlik etmişdir. Cavad əmisi Ziyaməddinlə də birlikdə işləmiş, tez-tez əmisindən şikayətlənərək Ziyaməddinin onu təhqir etdiyini bildirmişdir. 02 oktyabr 2019-cu il tarixdə, saat 16 radələrində o, Cavadın tanışı Zamin adlı şəxslə birlikdə 02 oktyabr 2019-cu il tarixdə, saat 02-03 radələrində Ziyaməddini qətlə yetirməsini eşitmiş, hadisənin necə baş verməsindən məlumatı olmamışdır. Sonradan öyrənmişdir ki, Cavadla Zamin adlı şəxs 01 oktyabr 2019-cu il tarixdə, saat 20 radələrində Ziyaməddinin yaşadığı evə getmiş, Ziyaməddinlə oturub çay içmiş, bir az söhbət etmişlər. Həmin vaxt Cavadla Zaminin məqsədi Ziyaməddini öldürmək olmuşdur. Buna görə 02 oktyabr 2019-cu il tarixdə, gecə saatlarında Ziyaməddini bıçaqla öldürmüşlər. Cavad əmisini pula görə öldürməmişdir. Ziyaməddin Cavadı kiçik yaşlarında döydüyünə görə oğlunun psixologiyasında ona qarşı kin yaranmış və Zaminlə birlikdə planlaşdıraraq Ziyaməddini öldürmüşdür. Ziyaməddindən qisas almaq məqsədilə onu öldürmək istəmişdir. Buna görə yalandan Zaminə vəd verərək Ziyaməddinin evində pul olduğunu demiş və onu Ziyaməddini öldürməyə razı salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X6 və Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 onun nəvəsidir. Ziyaməddin isə Cavadın əmisidir. Qızı Şahid4 1999-cu il tarixdə Tərtər rayonu Sarov kənd sakini Niyaməddinlə ailə həyatı qurmuş, onların birgə nigahından 2 oğlan övladı olmuşdur. Övladlarının böyüyü Cavaddır. Onlar 14 il ailəli olmuş, sonradan münasibətləri pozulduğundan rəsmi qaydada boşanmışlar. Günay Niyaməddindən boşandıqdan sonra bir müddət onlarla birlikdə yaşamış, sonradan işləri ilə əlaqədar Mingəçevir şəhərində yaşamışdır. Cavad da Günayla birlikdə yaşamışdır. Lakin tez-tez onların yaşadığı Tərtər rayonu Sarov kəndinə gəlib onlarla birlikdə qalmışdır. Cavad 2019-cu ilin avqust ayından etibarən onların yanında qalmışdır. Cavad müxtəlif yerlərdə fəhləlik etmişdir. O, əmisi Ziyaməddinlə də birlikdə işləmişdir. Onun əmisi ilə arasında nə baş verdiyini o, bilməmişdir. Lakin Cavad əmisindən tez-tez şikayətlənmişdir. Cavad demişdir ki. əmisi Ziyaməddin onu təhqir edir. Bir neçə dəfə onlar Cavada başa salmışlar ki, əmisidir, əsəbi olub nəsə deyib, o, ona cavab qaytarmasın. Ziyaməddin də müxtəlif yerlərdə fəhlə işləyib ailəsini dolandırırmışdır. Eyni zamanda bağında xurma ağacları becərib sezonda xurma meyvəsi satıb onunla dolanmışdır. 01 oktyabr 2019-cu il tarixdə Cavad dostu Zamin adlı şəxslə saat 12 radələrində onların yaşadığı evə gəlmişlər. Hər ikisi onlarda olan zaman o, onlara çay verdikdən sonra çıxıb qonşuya getmişdir. Əri Ziyəddin isə həyətdə qapını suvarmışdır. Su qurtadığına görə Ziyədin su gətirmək üçün evdən çıxmışdır. Cavadla dostu Zamin isə evdə qalmışlar. O, bir neçə saat qonşuda olmuş və evə gəldikdə Cavad və Zamini evdə görməmişdir. 02 oktyabr 2019-cu il tarixdə, saat 04 radələrində yaşadıqları evin həyət darvazasının açıldığını eşitmişdir. Ziyəddin dərhal əynini geyinib çölə çıxmışdır. Həmin vaxt darvazanın qarşısında Cavad və Zamini görmüşlər. Ziyəddin onlara acıqlı şəkildə demişdir ki, onlar nəyə görə camaatı narahat edirlər. Zamin Ziyəddinə bildirmişdir ki, onlar bir az gəzib gəlmişlər, o da evə gedir. Ziyəddin Zaminin nənəsini tanıdığı üçün Zaminin qolundan tutub onu evlərinə aparmaq istəmişdir. Lakin yolda Zamin Ziyəddinə demişdir ki, narahat olmasın özü evə gedəcək. Bundan sonra Ziyəddin onun qolunu buraxmış, Zamin isə çıxıb getmişdir. Onlarda hər hansı şübhəli bir şey hiss etməmişdir. Zamin getdikdən sonra Ziyəddin Cavadı danlamışdır ki, onlar nəyə görə bu vaxt evə gəlirlər. Cavad Ziyəddinə heç nə demədən öz yataq otağına girmişdir. Səhər açıldıqda onlara məlum olmuşdur ki, Cavadla Zamin birlikdə cinayət törətmişdir. Onlar birlikdə keçmiş qohumları, qızı Günayın qaynı Ziyaməddini öldürmüşlər. Ziyaməddini öldürdükləri bıçağı isə onların yaşadığı evlərindən götürmüşlər. O, axşam onların hər hansı cinayət törətdiklərini bilməmişdir. Ona məlum olmuşdur ki, Cavad və Zamin Ziyaməddini öldürdükdən sonra Ziyaməddinin telefonunu götürmüşlər. Həmin telefonu Cavad qaldığı otaqda stolun üzərində olan taxta qutunun içərisində gizlətmişdir. Ziyəddin Cavadın otağını axtardıqda qara rəngli, düyməli telefon aşkar etmişdir və bu barədə rayon polis şöbəsinə məlumat vermiş və telefonu istintaqa təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X10 onun qızı Elnurənin həyat yoldaşıdır. Ziyaməddinin qardaşı Niyaməddinin oğlu Cavadı tanıyır. Onunla hec bir düşmənçilik və ədavətləri olmamışdır. 02 oktyabr 2019-cu il tarixdə, saat 04 radələrində qızı Elnurə onlara zəng edərək Ziyaməddinin evdə olmadığını bildirmiş, həmçinin demişdir ki, xeyli vaxtdı Cavad və Bəhruz adlı şəxs onlara gəlmiş və Ziyaməddini götürərək aparmış və sonra Ziyaməddin geri qayıtmamışdır. O, Ziyaməddinin öldürüldüyündən qorxduğunu bildirmiş, demişdir ki, Cavad və Bəhruz adlı şəxs özlərini şübhəli aparmışlar. Bir müddət keçdikdən sonra Cavad və Bəhruz qayıtmış, lakin Ziyaməddin qayıtmamışdır. Elnurə demişdir ki, Cavad və Bəhruz ona deyiblər ki, qadın yanına gediblər, qadının qardaşı gəlib onlar qaçıb ancaq Ziyaməddin qaça bilməyib və orda qalıb. Qızın qardaşları isə Ziyaməddini öldürüb. O, qızına demişdir ki, heç bir yerə tərpənməsin gəlirlər. onlar təcili Elnurəgilə getmişlər. Onlar çatan zaman polis əməkdaşlarının da orada olduğunu görmüşlər. Polis əməkdaşları bildirmişlər ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə məlumat veriblər ki, Ziyaməddini Zamin adlı şəxs öldürmüşdür. Onlar da polis əməkdaşlarına qoşularaq Ziyaməddini axtarmağa başlamışdır. Bir az keçdikdən sonra Ziyaməddinin meyitini meyvə bağında tapmışlar. Sonra onlara məlum olmuşdur ki, Ziyaməddini Cavad və onun Bəhruz adı ilə təqdim etdiyi Zamin adlı şəxs amansızlıqla öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, 02 oktyabr 2019-cu il tarixdə saat 03:41-də Tərtər rayonu Sarov kənd sakini Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Zamin adlı şəxsin əmisi Ziyaməddini bıçaqlayaraq öldürməsi barədə məlumat vermiş, həmin məlumat əsasında hadisə yerinə getmiş, Tərtər rayon prokurorluğunun əməkdaşları ilə birgə hadisə yerinin müayinəsi aparılmışdır. Əməliyyat-axtarış tədbirləri zamanı Ziyaməddəin Kərimovun qardaşı oğlu Təqsirləndirilən şəxs2 2019-cu ilin sentyabr ayında Tərtər rayonu Sarov kənd sakini Mehparə adlı qadının meyvə bağında işləyən zaman tanış olduğu Tərtər rayonu Kəngərli kənd sakini Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti yaranmış, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Mingəçevir şəhərində “Dəniz” adlı səs yazma studiosunun olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 ona gözəl səsinin olduğunu demişdir. Təqsirləndirilən şəxs2 onu yalançı vədlərlə aldadaraq studioda mahnı yazdıracağını bildirmişdir. Bundan sonra onlar bir-birilərinin mobil nömrələrini götürərək zəngləşmiş və görüşərək Cavadın əmisi Ziyaməddini öldürmələrini planlaşdırmışlar. Zamin və Cavad 01 oktyabr 2019-cu il tarixdə, səhər saatlarında Sarov kəndində yerləşən “Xan” restoranında görüşüb, Ziyaməddini öldürmək planı qurmuşlar. Həmin vaxt razılaşımışlar ki, Zamin Ziyaməddini, Cavad isə Ziyaməddinin ailə üzvlərini öldürməlidir. Bundan sonra Cavad Zaminin mobil nömrəsindən əmisi Ziyaməddinin mobil nömrəsinə zəng edərək axşam görüşüb əxlaqsız qadın yanına getmək istədiklərini və Ziyaməddini də aparmaq istədiklərini demişlər. Ziyaməddin onlarla razılaşmışdır. Həmin gün saat 20 radələrində X32 yaşadığı ünvana getmişlər. Ziyaməddin evdə olmuş və onları evə dəvət etmişdir. Cavad Zamini onlara Bəhruz adı ilə təqdim etmişdir. Onlar birlikdə həyətdə oturub söhbət etmiş, çay içmiş və bir neçə saat oturduqdan sonra Ziyaməddinə gedib avtomobil gətirəcəklərini və birlikdə qadın yanına gedəcəklərini deyib saat 23-24 radələrində evdən çıxmışlar. Onlar evdən çıxdıqdan sonra Zamin Ziyaməddini öldürmək məqsədilə ona mobil nömrəsindən zəng edib Ziyaməddinin meyvə bağına çağırmış, Ziyaməddin isə meyvə bağında Zaminlə görüşmüşdür. X33 meyvə bağına daxil olub xurma ağacının yanında söhbət etmişlər, bir qədər sonra isə Cavad bağa daxil olub gizlənmişdir. Bir az söhbət etdikdən sonra Zamin Cavadın babası Ziyəddinin yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla Ziyaməddinin boğaz nahiyyəsinə vurmuşdur. Ziyaməddin ona müqavimət göstərdikdə Zamin bir neçə dəfə də ona bıçaq zərbələri vurmuşdur. Sonra Cavad yerdə uzanıqlı vəziyyətdə olan Ziyaməddinin kürək nahiyyəsində bıçaq zərbələri vurmuşdur. Ziyaməddinə xəsarət yetirdikdən sonra onlar Ziyaməddinin ailə üzvlərini öldürmək məqsədilə yaşayış evinə daxil olmuşlar. Lakin onlar Ziyaməddinin arvadını öldürməmiş və meyvə bağına qayıdaraq Ziyaməddinin ölməyindən əmin olmaq istəmişlər. Onlar bağda olan zaman Ziyaməddinin yerdə süründüyünü görmüş, Zamin üzərində olan bıçaqla Ziyaməddinin boğaz nahiyyəsini kəsmişdir. Beləliklə onlar Ziyaməddini qətlə yetirdikdən sonra qaçıb hadisə yerindən getmişlər. Cavad həyətdən çıxan zaman əlinə geyindiyi əlcəyi Ziyaməddinin yaşayış evinin həyətində gizlətmişdir. Bundan sonra X46 çayının sağ sahilinə çıxaraq Ziyaməddinin yaşadığı evin mətbəxindən götürdüyü bıçağı İnçə çayının sol tərəfinə atmışlar. Həmin vaxt cinayətdə 2 bıçaqdan istifadə olunmuşdur. İnçə çayının sol sahilinə atılan bıçaqdan istifadə etməmişlər. Cavad isə cinayətdə istifadə etdikləri 2 ədəd mətbəx bıçağını İnçə çayın sol sahilində yerləşən Şahid3 bağında tut ağacının altında gizlətmişdir. Həmin bıçaqlar aşkar edilərək götürülmüşdür. Zaminin İnçə çayının sol sahilinə atdığı bıçaq isə nar ağacının altında aşkar edilərək götürülmüşdür. Cinayəti törədən zaman Zamin Ziyaməddinin mobil telefonunu da götürüb Cavada vermişdir. Cavad isə həmin telefonu babasıgildə gizlətmişdir. Telefon Cavadın babası Ziyəddin tərəfindən təqdim edilmişdir. Onlar Ziyaməddinin mal-qara satdığını, evdə pulunun olduğunu bildikləri üçün əvvəlcədən onu öldürəcəkləri planlarını qurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X11 bacısı Elnurənin əri olmuşdur. Təqsirləndirilən şəxs2 yeznəsi Ziyaməddinin qardaşı oğlu kimi tanımış, onunla düşmənçilik və ya ədavəti olmamışdır. 02 oktyabr 2019-cu il tarixdə, saat 04 radələrində bacısı Elnurə ona zəng edərək Ziyaməddinin evdə olmadığını, Cavad və Bəhruz adlı şəxslərin onlara gəlib Ziyaməddini götürərək apardıqlarını və Ziyaməddinin geri qayıtmadığını, Elnurə Ziyaməddinin öldürüldüyündən qorxduğunu bildirmiş, Cavad və Bəhruz adlı şəxsdən şübhələndiyini, bir müddət keçdikdən sonra Cavad və Bəhruzun qayıtdığını, lakin Ziyaməddinin qayıtmadığını bildirmişdir. Elnurə ona Cavad, Bəhruz və Ziyaməddinin qadın yanına getdiklərini, qadının qardaşı gələn zaman Cavad və Bəhruzun qaçdığını, qadının qardaşları Ziyaməddini öldürdüyünü bildirmişdir. O, dərhal bacısıgilə getmiş, həmin vaxt polis əməkdaşlarını bacısıgilin yaşadığı evin həyətində görmüşdür. Polis əməkdaşları Ziyaməddinin Zamin və Cavad adlı şəxs tərəfindən öldürüldüyünü bildirmişlər. Onların məqsədi Ziyaməddinin satdığı inəyin pulunu götürmək olmuşdur. Onlar əvvəlcədən planlaşdıraraq 01 oktyabr 2019-cu il tarixdən onun yaşadığı evə gələrək Ziyaməddini aldadıb aparıb meyvə bağında öldürmüşlər. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 02.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri X7 məxsus yaşayış evinin həyətində yerləşən meyvə bağıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 oktyabr 2019-c il tarixdə, saat 02 radələrində Ziyaməddin Kərimovu meyvə bağında olan xurma ağacının yanında xüsusi amansızlıqla qətlə yetirmişlər. Hadisə yerinə baxış keçirilən zaman Ziyaməddin Kərimova məxsus 1 ədəd qara rəngli idman papağı, 2 ədəd göy rəngli rezin çəkələklər, və torpaq üzərində 3 yerdə mövcud olan qan nümunələri müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Meyitə baxış keçirilməsi haqqında» 02.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 meyitinin xarici müayinəsi zamanı əynində olan paltarlar; - 1 ədəd tünd bozumtul rəngli, belində qara rəngli kəməri olan şalvar, 1 ədəd qırmızı rəngli, üzərində qanabənzər ləkələrə bulaşmış, kürək nahiyyəsində 5 sm uzunluğunda kəsik yeri olan idman gödəkçəsi, 1 ədəd ağ rəngli, ön tərəfində qara zolaqları və 3 ədəd romb şəkilli daması olan, üzəri tamamilə qana bulaşmış, arxa yaxalıq kənarından 14 sm aşağıda, sağ qoltuq tikişindən 26 sm sola, 1,5 sm uzunluqda kəsik yeri olan sviter, 1 ədəd ağ rəngli, arxa səthində yuxarı sərbəst kənardan 4,5 sm aşağı, sağ qoltuğun sərbəst kənarından 4 sm sola doğru, 2,5 sm uzunluqda, həmin kəsik yerindən 3 sm aşağı sağ qoltuq nahiyyəsindən 4 sm sağa 0,6 sm uzunluqda, bundan 2 sm sağa isə 0,4 sm uzunluqda deşilmiş xarakterli zədələri olan, üzəri qanabənzər ləkələrə bulaşmış mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli üzərində ağ-qırmızı və göy rəngli zolaqları olan trusik, 2 ədəd zərfdə Ziyaməddin Kərimovun dırnaq nümunələri, 4 ədəd zərfdə tük nümunələri və əl-barmaq izləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. “Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” 03.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd üzəri tünd qırmızı rəngli, astar hissəsi qara rəngli olub dəriyə bənzər materialdan hazırlanmış, qolsuz, sol döş nahiyyəsində “DG FANTASTİK” yazılı etiketi olan, zəncirbəndli gödəkçə, 1 ədəd açıq mavi rəngli, üzərində bel nahiyyəsindən başlayaraq ayaq nahiyyəsinə qədər çoxsaylı qanabənzər ləkələrə bulaşmış, sol diz nahiyyəsində 3X1 sm ölçüsündə kəsik yeri olan, sağ bel nahiyyəsində tünd göy rəngli, üzərində “GİORGİO ARMANİ” yazılı etiket olan cins şalvar, 1 ədəd qara rəngli, uzun qol, sol döş nahiyyəsində dəmir materialdan hazırlanmış “ERTU” yazılı etiketi olan boğazlı sviter, 1 ədəd ağ rəngli, sağ bel nahiyyəsində qanabənzər ləkələr olan mayka, 1 ədəd göy rəngli trusik, 1 cüt qara rəngli makasin ayaqqabı və 1 ədəd belində qara rəngli kəmər, bel nahiyyəsində iç tərəfdən “BLACK TAK BY ZARA MADE İN TURKEY” yazılı etiketi , sol bud nahiyyəsində 2 ədəd 3X3 və 3X2 sm, sağ diz nahiyyəsində 8X1 sm ölçüsündə kəsik yeri olan açıq mavi rəngli, deməsinə görə hadisə vaxtı Ziyaməddin Kərimovun həyətində olan stulun başından götürərək özünə məxsus şalvarın üzərindən geyindiyi cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.Həmin paltarlar maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. “Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” 03.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd qara rəngli, sol iç cibi “PALMİRO ROSSİ” etiketi yapşdırılmış, iç tərəfində sağ və sol hissəsində ağ rəngli zolaqlar olan, sol tərəfdəki zolaq 15 sm uzunluğunda yuxarıdan aşağı sökülmüş pencək, 1 ədəd qara rəngli, qısa qol, üzərində qırmızı hərflərlə “İstambul” və “Taksim tunel” yazılı qırmızı rəngli tramvay şəkli olan kofta, 1 ədəd boz rəngli cins materialdan hazırlanmış, arxa sağ cibinin üzərində qara rəngli dəmirdən “LEVİS” etiketi və qırmızı rəngli parçadan üzərində “XİUXİAN” yazıları olan balaca etiketli, bel nahiyyəsində qara rəngli kəmər olan şalvar, 1 ədəd ğ rəngli, boyun nahiyyəsində “BRİSES 4XL big size”sözləri yazılı etiketi olan mayka, 1 ədəd qəhvəyi rəngli trusik, 1 cüt qara rəngli, üzəri qaytanlı idman ayaqqabısı müvafiq qaydada qablaşdırılılaraq götürülmüşdür. Həmin paltarlar maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” 03.10.219-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən ərazi Tərtər rayonu Sarov kəndi ərazisindən keçən İncə çayın sahili və ərazisidir.İncə çayın kənarından çayın içinə düşdüyü yolun kənarında olan nar ağacının altında bıçaq müəyyən edildi. Baxış zamanı müəyyən edildi ki, bıçaq iki hissədən yəni dəstək və tiyədən ibarətdir.Bıçağın dəstəyi qara rəngli olub uzunluğu 10 sm, eni 2 sm, qalınlığı isə 1,5 smdir.Bıçağın tiyəsinin uzunluğu 13 sm, uc hissəsinin eni 1 sm, orta hissəsinin eni 2 smdir.Bıçağın tiyəsinin uc hissəsindən 3 sm aşağıda dəlik vardır.tiyənin üzərində dairə cızılmış, dairənin içərisində 3 ədəd 6 rəqəmi və “Sanlin” sözü yazılmışdır.Bundan başqa həmin dairənin ətrafında 2 ədəd ulduz işarəsi hək olunmuşdur. Bıçaq iş üzrə maddi sübut kimi tanınmaqla rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. “Əlcəyə baxış keçirilməsi və götürülməsi haqqında” 09.10.219-cu il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Ziyaməddin Kərimovu öldürdükdən sonra əlində olan üzəri göy, iç tərəfi qara rəngli, üzərində qanabənzər ləkələr olan 1 cüt rexzin əlcəyi gizlətdiyi yeri ilə göstərdi.Həmin yerə baxış keçirilərkən orda 1 cüt üzəri göy, iç tərəfi qara rəngli, üzərində qanabənzər ləkələr olan əlcək müəyyən edildi.Həmin əlcək götürülərək qablaşıdırıldı. “Bıçağa baxış keçirilməsi və götürülməsi haqqında» 09.10.219-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı aşkar olunmuş 02 ədəd mətbəxt bıçağı baxış keçirilərək müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. “Mobil telefonun batareyasına və sim karta baxış keçirilməsi və götürülməsi haqqında” 09.10.219-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, görünür ki, Ziyaməddin Kərimova məxsus 1 ədəd mobil telefonun batareyası və sim karta baxış keçirilərək müvafiq qaydada qablaşdırmaqla götürülmüşdür. “Əşyanın tanınması haqqında” 03.10.219-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 1, 2, 3, 4 və 5 rəqəmi ilə nömrələnmiş bıçaqlar sırasından 2 rəqəmi ilə işarələnmiş dəstəyi qara rəngli mətbəx bıçağını əli ilə göstərərək hadisə vaxtı Təqsirləndirilən şəxs2 əlində olan bıçağa bənzətdi, lakin həmin bıçaqla cinayəti törətmədiklərini bildirdi. Çünki digər 2 ədəd dəstəyi qara rəngli bıçaqların üzərində qan ləkələri olmuşdur. “Əşyanın tanınması haqqında” 17.03.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X24 1, 2 və 3 rəqəmi ilə nömrələnmiş şalvarlar sırasından 1 rəqəmi ilə işarələnmiş belində qara rəngli kəməri olan açıq cins şalavarı əli ilə göstərərək əri X4 məxsus olduğunu bildirdi. “Əşyanın tanınması haqqında” 08.08.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 1,2,3 və 4 rəqəmi ilə nömrələnmiş mobil telefonlar sırasından 3 rəqəmi ilə işarələnmiş qara rəngli, “Nokia” markalı, düyməli telefonu əli ilə göstərərək həmin telefonun əmisi Ziyaməddin Kərimova məxsus olduğunu bildirmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 03.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 02 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə X8 öldürdükləri yeri, Ziyaməddin Kərimovun meyvə bağına arxa tərəfdən girdikləri yeri, Ziyaməddin Kərimovu öldürdükdən sonra evin qarşısına keçib stulun başında olan açıq mavi rəngli cins şalvarı götürərək özünə məxsus şalvarın üzərindən geyindiyi yeri, Ziyaməddin Kərimovun evinə daxil olaraq evin giriş qapısından sağ tərəfdə yerləşən qonaq otağında oturduğu yeri, Ziyaməddin Kərimovun arvadı Elnurə Verdiyevin onların oturduğu otağa daxil olduqdan sonra gizləndiyi yeri, daha sonra evdən çıxaraq qaçdıqları yeri və İnçə çayının üzərində olan körpüdən keçdiyi yeri və bıçağ atdığı yeri əli ilə göstərdi. Təqsirləndirilən şəxs1 həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə Ziyaməddin Kərimovu öldürdükdən sonra həyətdə olan stulun başından açıq mavi rəngli cins şalvar götürərək əyninə geyinmiş və evin qonaq otağna daxil olmuşdur. O, evə daxil olanda evdə 1 ədəd divanın evin sol baş küncündə, 1 ədəd kreslonun isə divanın sağ tərəfində yerləşdiyini bildirmişidir. O, kresloda əyləşmiş, Təqsirləndirilən şəxs2 isə divanda oturmuşdur. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 03 oktyabr 2018-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək protokollaşdırılmışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 09.10.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi 09 oktyabr 2019-cu il tarixdə yerində yoxlanılarkən 02 oktyabr 2019-cu il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə X5 yaşayış evinin giriş darvazasınından daxil olduqları yeri, həyətə daxil olduqdan sonra evin qarşısında olan stullarda oturduğu yeri, evdən çıxaraq Ziyaməddin Kərimova məxsus meyvə bağının arxa tərəfində olan dəmir setkadan olan qapıdan keçdikləri yeri, özünün həmin qapının yanında olan fındıq ağacı tərəfdə durduğu yeri, Təqsirləndirilən şəxs1 Ziyaməddin Kərimovu bıçaqla vurduğu yeri, özünün Ziyaməddin Kərimovu bıçaqla vurduğu yeri, Ziyaməddin Kərimovu öldürdükdən sonra evin qarşısına keçib əlcəyi çıxararaq dəmir löhvələrdən olan hasarın arasında gizlətdiyi yeri, cinayətdə istifadə etdikləri 2 ədəd dəstəyi qara rəngli bıçaqları gizlətdiyi yeri, ordan qaçaraq babası Şahid6 yaşadığı evə gedərək Ziyaməddin Kərimova məxsus mobil telefonu qoyduğu yeri əli ilə göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 09 oktyabr 2018-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək protokollaşdırılmışdır. “Üzləşdirmə haqqında” 31.01.2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, cinayəti ikisi birlikdə törətmiş, 01 oktyabr 2019-cu il tarixdə Ziyaməddini öldürmək planını bir yerdə qurmuş və 02 oktyabr 2019-cu il tarixdə Ziyaməddini öldürmüşlər. Obyektiv üzləşdirmə getdiyi üçün Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 saat 18-də üzləşdirmə istintaq hərəkətinin dayandırılmasını tələb etmiş, təqsirləndirilən şəxsin hüquqlarının pozulmamasını, istirahət hüququnun olmasını əsas gətirərək üzləşdirmə istintaq hərəkətini əsassız dayandırmışdır. Təqsirləndirilən şəxs2 və müdafiəçisi üzləşdirmə istintaq hərəkətinin protokolunu imzalamasına baxmayaraq Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 protokolu imzalamamışdır. “Üzləşdirmə haqqında” 25.07.2020-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı X26 öldürdüyünü, onun bu cinayətdə təqsiri olmadığını bildirmiş, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək Ziyaməddin Kərimovu təkcə öldürdüyünü qeyd etmişdir. “Mobil telefona baxış keçirilməsi və götürülməsi haqqında” 04.10.219-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, götürülmüş 1 ədəd qara rəngli “Nokia 222” markalı mobil telefon tərəfimdən qablaşdırılmaqla götürülmüşdür.Həmin telefon maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 05.08.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan 01.10.2019cu il tarixdə saat 09.20-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etməklə 42 saniyə danışmışdır.Bundan başqa həmin gün saat 09:52-də yenidən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zənd edərək 29 saniyə danışmışdır.Bundan başqa Təqsirləndirilən şəxs1 01.10.2019-cu il tarixdə saat 18.06-da Tərtər rayonu Sarov kənd sakini X2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək 3 dəqiqə 3 saniyə saat 19:08-də 28 saniyə saat 23:25-də 53 saniyə, saat 23:29-da 12 saniyə, saat 23:39-da 00 saniyə danışmışdır. Məhkəmə-tibbi ekspertizasının 02.10.2019-cu il tarixli 336 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol dizin ön tərəfində kəsilmiş yara-kəsici xüsusiyyətə malik əşyanın dəyməsi təsirindən əmələ gəlmişdir, ilk məlumatda göstərdiyi kimi 02.10.2019-cu il tarixdə bıçaqla vurulmaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığa Zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir Məhkəmə-tibbi ekspertizasının 02.10.2019-cu il tarixli 337 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar olunmuş xəsarətlər- sağ çiyin üzərində bir-birinə paralel 3 ədəd sıyıqlar-kəsici xüsusiyyətlərə malik əşyanın dəyməsi təsirindən əmələ gəlmişdir, ilk məlumatda göstərildiyi kimi 02.10.2019-cu il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığa Zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Materialların məhkəmə ekspertizasının 31.10.2019-cu il tarixli 26314 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilən zərərçəkmiş Ziyaməddin Kərimova məxsus olması qeyd edilən paltarlardan qırmızı rəngli gödəkçəsi üzərindən tapılmış qara rəngli akril liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən sviterin tərkib liflərinə uyğun gəlir.Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən paltarlardan açıq mavi rəngli cins şalvarın üzərindən tapılmış tünd boz rəngli polyester liflər cinsi əlamətlərinə görə Ziyaməddin Kərimova məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir.Ziyaməddin Kərimova məxsus olması qeyd edilən dırnaq nümunələri üzərində lif mikrohissəcikləri yoxdur.Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən dırnaq nümunələri üzərində lif mikrohissəcikləri yoxdur.Ziyaməddin Kərimova məxsus olması qeyd edilən paltardan tünd boz rəngli şalvarın üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs2 məxsus paltarlar üzərində Ziyaməddin Kərimova məxsus olması qeyd edilən paltarların tərkib lifləri yoxdur.Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən dırnaq nümunələri üzərində lif mikrohissəcikləri yoxdur.Qara rəngli idman papağı üzərində Ziyaməddin Kərimova və Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən paltarların tərkib lifləri yoxdur.Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən paltarlar üzərində Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur.Təqsirləndirilən şəxs2 məxsus olması qeyd edilən paltarlar üzərində Təqsirləndirilən şəxs1 məxsus olması qeyd edilən paltarların tərkib liflərindən yoxdur. Məhkəmə-balistik və trasoloji ekspertizasının 04 noyabr 2019-cu il tarixli, 26312/26313/26376 №-li rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 03 ədəd bıçağın səthində aşkar edilmiş, tam və aydın əks olunmayan habelə kifayət qədər xüsusi əlamətlərə malik olmayan papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri müqayisəli tədqiqat üçün yararsızdır.Tədqiqata təqdim edilmiş və şərti olaraq “1, 2 və 3” rəqəmələri ilə işarələnmiş 03 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş deşici-kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər, üzərlərində onların təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş geyim əşyalarından Z.Kərimova məxsus paltarların (gödəkçənin, jaketin, maykanın, ıalvarın), Təqsirləndirilən şəxs1 götürülmüş göy rəngli cins şalvarın və göy (açıq mavi) rəngli səthi qana oxşar maddəyə bulaşmış vəziyyətdə cins şalvarın üzərində rəyin təsviri hissəində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən Z.Şahid8 məxsus paltarların (gödəkçənin, jaketin, maykanın) və göy (açıq mavi) rəngli səthi qana oxşar maddəyə bulaşmış vəziyyətdə cins şalvarın üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçaqların tiyəsi də aiddir. Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından zədələrin hansı bıçağın tiyəsi ilə yetirilməsini müəyyən etmək mümkün deyildir.Təqdim edilmiş Z.Şahid8 məxsus şalvarın və Təqsirləndirilən şəxs1 götürülmüş göy rəngli cins şalvarın üzərində olan zədələr hər-hansı bərk predmetlə kontakta olması, ilişməsi nəticəsində yarana bilən zədələrdir.Təqdim edilmiş Z.Şahid8 məxsus geyim əşyalarının (papağın, alt tumanın), Təqsirləndirilən şəxs1 məxsus geyim əşyalarının (jaketin, jiletin, maykanın, alt tumanın, ayaqqabının) üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi. Maddi sübutların ekspertizasının 12 dekabr 2019-cu il tarixli 837/2019-MTBŞ №-li rəyindən görünür ki,X3 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ).Ekspertizaya təqdim edilmiş 03 ədəd zərfdə olan torpaq və yarpaq nümunələri, bir cüt çəkələk, hadisə yerindən götürülmüş bir cüt iş əlcəyi, Təqsirləndirilən şəxs1 məxsus cins şalvar, qolsuz mayka, sviter, digər cins şalvar, qolsuz gödəkçə, mərhum Ziyaməddin Kərimova məxsus mayka, sviter, qırmızı gödəkçə, kişi şalvarı, papaq, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məxsus cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta /H/(İİ) qruplu şəxsə, o cümlədən də Ziyaməddin Kərimova məxsus ola bilər.Ekspertizaya təqdim edilmiş Ziyaməddin Kərimova məxsus bir ədəd trusik, Təqsirləndirilən şəxs1 məxsus bir cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs2 məxsus pencək, trusik, qısa qol kofta, bir cüt idman ayaqqabısı və Ziyaməddin Kərimova məxsus bir cüt qara rəngli corablar üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Maddi sübutların ekspertizasının 06 fevral 2020-ci il tarixli 93/2020-MTBŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş şərti nömrələnmiş 1 və 2 saylı mətbəx bıçaqları üzərində insan qanı ləkələri aşkar olundu. Təqdim olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sitemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri Abeta /H/(İİ) qruplu şəxsə, o cümlədən Ziyaməddin Kərimova məxsus ola bilər. Tədqiqata təqdim olunmuş digər 3 saylı bıçaq üzərində isə qan aşkar olunmadı. Meyitin ekspertizasının 04.05.2020-ci il tarixli 17 №-li rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində -başın alın nahiyyəsində 2 ədəd, başın ənsə və boyun nahiyələrini əhatə edən sahədə 14 ədəd, başın sağ təpə nahiyəsində 1 ədəd kəsilmiş yaralar, üz nahiyəsində-sol almacıq-sol yanaq nahiyələrində 3 ədəd, sağ almacıq, sağ yanaq nahiyələrdə 2 ədəd deşilmiş-kəsilmiş yaralar, boyun nahiyəsinin ön səthindəqırtlağın və damar şaxələrinin kəsilməsi ilə böyük ölçülü 1 ədəd kəsilmiş yaralar, döş qəfəsi nahiyəsinin arxa səthinin 3 ədəd kəsilmi-deşilmiş yarası, sağ bazu, sol mil-bilək oynağı nahiyəsinin 2 ədəd, sol əl nahiyəsinin-əl pəncəsi və barmaqlarının 9 ədəd, sağ əl naiyəsinin 2 ədəd kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər həyatidir. Ölümündən əvvəl batıcı uca və kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir. Təqdim olunan bıçaqlarla və yaxud eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqlara törənə bilərlər, müddəti qərarda götərilən tarixlərə-yəni 02.10.2019-cu il tarixə uyğun gəlir.Dərəcəsinə görə: a) boyun nahiyəsinin qırtlağın və damar şaxələrinin kəsilmsi ilə böyük ölçülü 1 ədəd kəsilmiş yarası canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; b)sol qulaq seyvanı və sol yanaq nahiyələrindəki 2x0,2 sm ölçüdə və 0,2 sm dərindlikdə olan yaralar, başın ənsə və boyun nahiyələrini əhatə edən sahədəki 0,6x0,2 sm ölçüdə və 0,3-0,2 sm dərinlikdə olan 3 ədəd yara, döş qəfəsi nahiyəsinin arxa səthindəki-sağ küərküstü nahiyədəki 0,6x0,2 sm, 0,4x,0,2 sm ölçülərdə və 0,4x,0,3 sm dərinlikdə olan 2 ədəd yara, sağ əl nahiyəsindəki 0,5x0,2 sm ölüçdə və 0,3 sm dərinlikdə olan 1 ədəd yara canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; c) qeyd olunan xəsarətlərdən başqa bədən səthindəki qalan digər yaralar canlı şəxslərdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.X1 ölümünə səbəb qırtlağın kəsilməsi ilə boyun nahiyəsinin ön səthinin böyük ölüçülü kəsilmiş yarası, bədən səthinin çoxsaylı kəsilmiş və kəsilmiş-deşilmiş yaraları ilə əlaqədar kəskin qanitirmə fonunda tənəffüs yollarının qanla tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur.X27 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 7-10 saat əvvəl baş vermişdir.Qeyd olunan xəsarətlər qarşılıqlı mübarizə şəraitində törənə bilər.X16rtlağın kəsilməsi ilə boyun nahiyəsinin ön səthinin böyük ölçülü kəsilmiş yarası xəsarətindən sonra sərbəst hərəkət etməsi inkar olunur.X27 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, babitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 19.03.2020-ci il tarixli 187/74 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs1 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini dərk etmiş, öz hərəkətlərini ölçüb biçmək və onların idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətindədir. Tərtər Rayon Mərkəzi Xəstəxansının 05.11.2019-cu il tarixli 880 və 881 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Tərtər rayon mərkəzi xəstəxansının ruhi-əsb kabinetinə müraciət etməmişlər və dispanser qeydiyyatında dayanmırlar. Tərtər Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli 1146 və 1147 saylı məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hər hansı təqsirləndirici material Tərtər Rayon Məhkəməsinə daxil olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 02.10.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 02.10.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 oktyabr 2019-cu il tarixdən hesablanmışdır. Tərtər rayon Sarov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.03.2019-cu il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər rayon Sarov kəndində babası Şahid6, nənəsi Şahid5 Əli qızı, anası Şahid4 Ziyyədin qızı və qardaşı X22 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tərtər rayon Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19.03.2019cu il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər rayon Kəngərli kəndində nənəsi X25, atası X41, anası X17 və qardaşı X37 oğlu ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. № 1-1190 saylı vəsiqənin surətindən görünür ki, X37 “Suqovuşanın azad olunmasına görə maedalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. “Sübutların qiymətləndirilməsi haqqında” 10.08.2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş X3 zamanı əynində olan paltarlar; - 1 ədəd tünd bozumtul rəngli, belində qara rəngli kəməri olan şalvar, 1 ədəd qırmızı rəngli, üzərində qan ləkələrinə bulaşmış idman gödəkçəsi, 1 ədəd ağ rəngli, ön tərəfində qara zolaqları və 3 ədəd romb şəkilli daması olan, üzəri tamamilə qana bulaşmış sviter, 1 ədəd ağ rəngli, üzəri qan ləkələrinə bulaşmış mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli üzərində ağ-qırmızı və göy rəngli zolaqları olan trusik, 2 ədəd zərfdə Ziyaməddin Kərimovun dırnaq nümunələri, 4 ədəd zərfdə tük nümunələri və əl-barmaq izləri, mərhum Ziyaməddin Kərimova məxsus 1 ədəd qara rəngli idman papağı, 2 ədəd göy rəngli rezin çəkələklər, və torpaq üzərində 3 yerdə mövcud olan qan ləkələrindən nümunələr, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd üzəri tünd qırmızı rəngli, astar hissəsi qara rəngli olub dəriyə bənzər materialdan hazırlanmış, qolsuz, sol döş nahiyyəsində “DG FANTASTİK” yazılı etiketi olan, zəncirbəndli gödəkçə, 1 ədəd açıq mavi rəngli, üzərində bel nahiyyəsindən başlayaraq ayaq nahiyyəsinə qədər çoxsaylı qan ləkələrinə bulaşmış, sol diz nahiyyəsində 3X1 sm ölçüsündə kəsik yeri olan, sağ bel nahiyyəsində tünd göy rəngli, üzərində “GİORGİO ARMANİ” yazılı etiket olan cins şalvar, 1 ədəd qara rəngli, uzun qol, sol döş nahiyyəsində dəmir materialdan hazırlanmış “ERTU” yazılı etiketi olan boğazlı sviter, 1 ədəd ağ rəngli, sağ bel nahiyyəsində qanabənzər ləkələr olan mayka, 1 ədəd göy rəngli trusik, 1 cüt qara rəngli makasin ayaqqabı və 1 ədəd belində qara rəngli kəmər, bel nahiyyəsində iç tərəfdən “BLACK TAK BY ZARA MADE İN TURKEY” yazılı etiketi, sol bud nahiyyəsində 2 ədəd 3X3 və 3X2 sm, sağ diz nahiyyəsində 8X1 sm ölçüsündə kəsik yeri olan açıq mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd qara rəngli, sol iç cibi “PALMİRO ROSSİ” etiketi yapşdırılmış, iç tərəfində sağ və sol hissəsində ağ rəngli zolaqlar olan, sol tərəfdəki zolaq 15 sm uzunluğunda yuxarıdan aşağı sökülmüş pencək, 1 ədəd qara rəngli, qısa qol, üzərində qırmızı hərflərlə “İstambul” və “Taksim tunel” yazılı qırmızı rəngli tramvay şəkli olan kofta, 1 ədəd boz rəngli cins materialdan hazırlanmış, arxa sağ cibinin üzərində qara rəngli dəmirdən “LEVİS” etiketi və qırmızı rəngli parçadan üzərində “XİUXİAN” yazıları olan balaca etiketli, bel nahiyyəsində qara rəngli kəmər olan şalvar, 1 ədəd ğ rəngli, boyun nahiyyəsində “BRİSES 4XL big size”sözləri yazılı etiketi olan mayka, 1 ədəd qəhvəyi rəngli trusik, 1 cüt qara rəngli, üzəri qaytanlı idman ayaqqabısı, 2 ədəd dəstəyi qara rəngli, üzəri qan ləkələrinə bulaşmış bıçaqlar, 1 ədəd həmin mobil telefonun batareyası və sim kart, 1 ədəd qara rəngli “Nokia 222” markalı mobil telefon, maddi sübut kimi tanınaraq rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır, 1 ədəd telefon məlumatları olan disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 şikayəti yoxdur, Təqsirləndirilən şəxs2 isə şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Abbaszadə X30 Kərimovu Təqsirləndirilən şəxs2 öldürdüyünü, digər Təqsirləndirilən şəxs2 isə əksinə X21 Zamin Faiq oğlunun öldürdüyünü, bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxsin hüquq varisinin ifadəsini, şahidlərin ifadələrini, özlərinin ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir d ki,Cavad bir nəfəri çoxdan bəri öldürmək istədiyini, dəfələrlə cəhd etdiyini lakin bacarmadığını bildirmiş və bu işdə ona köməklik etməsini xahiş etmiş, həm də ortada pul da olduğunu, öldürdükdən sonra həmin şəxsin pulunu götürüb bölüşdürə biləcəklərini bildirmişdir. … Cavad həmin vaxt bağda ondan 10 metr aralıda gizllənmiş, o, isə bağda olan xurma ağaclarının yanına gələrək istifadəsində olan mobil telefonla Ziyaməddinə zəng edib darıxdığını bildirərək söhbət etmək üçün onu bağa çağırmışdır. Təxminən 5 dəqiqədən sonra Ziyaməddin bağa onun yanına gəlmiş, o, Ziyaməddinin fikrini yayındırmaq üçün xurma meyvəsinin ucuzluğundan danışmış, 30-40 dəqiqə söhbət etdikdən sonra Ziyaməddin xurma ağacına söykənmiş, o, Ziyaməddinin fikrinin yayındığını görüb kəmərinin altında gizlətdiyi dəstəyi qara rəngli mətbəx bıçağını çıxararaq Ziyaməddinin boğaz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Ziyaməddin ona müqavimət göstərmək istədikdə ardıcıl olaraq bədəninin müxtəlif yerlərinə təxminən 25-30 bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Cavadla birlikdə əvvəlcədən razılaşdıqları kimi evdə olan pulu götürmək məqsədilə evin qarşısına keçmişlər, həmin vaxt Cavad Ziyaməddinin yanına gedib ölüb-ölmədiyini yoxlamaq lazım olduğunu dediyi üçün birlikdə yenidən bağa qayıtmışlar. Bağda Ziyaməddini vurduğu yerdən sol tərəfə sürünərək hərəkət etdiyini görmüşlər. Bu zaman Cavad babasıgildən götürdüyü rezin əlcəyi geyinərək ondan bıçağı almış və yerdə uzanıqlı vəziyyətdə olan Ziyaməddinin baş və kürək nahiyəsinə 13-14 bıçaq zərbəsi vurmuşdur. O, Ziyaməddinin yerdə yenidən hərəkət etdiyini gördükdə Cavadın əlindən bıçağı alaraq Ziyaməddinin boğaz nahiyəsinə zərbələr vurmuş, Ziyaməddinin öldüyündən əmin olduqdan sonra istifadə etdikləri 2 ədəd dəstəyi qara rəngli mətbəx bıçaqlarını əyninə geyindiyi qolsuz, qırmızı rəngli gödəkçəsinin sağ cibinə qoymuş, öz telefonu ilə Ziyaməddinə zəng vurduğundan cinayətin izini itirmək məqsədilə Ziyaməddinin yerə düşmüş,qara rəngli, düyməli “Nokia” markalı mobil telefonu götürüb Cavada vermişdir. Məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir d ki, … Təqsirləndirilən şəxs1 əvvəllər əmisi Ziyaməddin tərəfindən işgəncələrə məruz qaldığını və ondan qisas almaq istədiyini bildirmiş, ona Ziyaməddini öldürməkdə köməklik etməsini xahiş etmiş. Zamini maraqlandırmaq üçün Ziyaməddinin bu yaxınlarda 4-5 baş inək satdığını və evdə 6000-7000 manat pulu olduğunu, həmin pulu götürüb ona verəcəyini bildirmiş, Ziyaməddini öldürdükdən sonra ailə üzvlərini də öldürüb yaşayış evinin bir otağına yığmaqla maye qazı açıb evi yandırmaqla cinayətin izini itirə biləcəklərini təklif etmişdir. Təqsirləndirilən şəxs1 onun dedikləri ilə razılaşmış və Ziyaməddini öldürməyə köməklik edəcəyinə söz vermişdir. … Zamin özünə məxsus telefondan Ziyaməddinə zəng edərək darıxdığını və onu meyvə bağında gözlədiyini bildirmiş, təxminən 5 dəqiqədən sonra Ziyaməddin evinin ön tərəfindən keçib bağa gəlmiş, Zamin bağda olan xurma ağaclarının yanında olmuş, o, isə bağın arxa tərəfində olan setka qapının yanında, fındıq ağacının yanında gözləmişdir. Məqsədləri Ziyaməddini öldürdükdən sonra Ziyaməddinin ailə üzvlərini də öldürüb evdə olan pulu götürüb çıxmaq olmuşdur. Zamin Ziyaməddinin fikrini yayındıraq üçün ona xurma meyvəsinin ucuzuğundan danışmış, daha sonra Ziyaməddin bağda olan xurma ağacına söykənmiş, həmin vaxt Zamin onun fikrinin yayındığını görüb üzərində olan mətbəx bıçağını çıxararaq əvvəlcə Ziyaməddinin boğaz nahiyyəsindən vurmuş, daha sonra ardıcıl olaraq bir neçə zərbə də vurmuşdur. … Onlar birlikdə yenidən bağa, xurma ağacının yanına gəldikdə Ziyaməddinin yerdə tərpəndiyini görmüş, dərhal babası evindən götürdüyü üzəri göy rəngli, içərisi qara rəngli olan rezin əlcəkləri əlinə geyinib Zamində olan bıçağı alaraq yerdə üzü üstə uzanıqlı vəziyyətdə olan Ziyaməddinin kürək və baş nahiyyəsinə 14-15 zərbə vurmuşdur. Zamin Ziyaməddinin yerdə tərpəndiyini gördükdə yenidən özündə olan digər bıçaqla Ziyaməddinin boğaz nahiyyəsini kəsmişdir. Ziyaməddinin ölməsindən əmin olduqdan sonra evin ön tərəfinə keçdikdə o, əlində olan rezin əlcəyi çıxararaq həyətin giriş darvazasından sol tərəfdə olan əl damının yanında həyətdə olan dəmir löhvələrdən hazırlanmış hasarın arasında gizlətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə, düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Tərtər rayon prokurorluğunda saxlanılan X1 əynində olan paltarlar; - 1 ədəd tünd bozumtul rəngli, belində qara rəngli kəməri olan şalvar, 1 ədəd qırmızı rəngli, üzərində qan ləkələrinə bulaşmış idman gödəkçəsi, 1 ədəd ağ rəngli, ön tərəfində qara zolaqları və 3 ədəd romb şəkilli daması olan, üzəri tamamilə qana bulaşmış sviter, 1 ədəd ağ rəngli, üzəri qan ləkələrinə bulaşmış mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli üzərində ağ-qırmızı və göy rəngli zolaqları olan trusik, 1 ədəd qara rəngli idman papağı, 2 ədəd göy rəngli rezin çəkələklər, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 2 ədəd zərfdə Ziyaməddin Kərimovun dırnaq nümunələri, 4 ədəd zərfdə tük nümunələri və əl-barmaq izləri, torpaq üzərində 3 yerdə mövcud olan qan ləkələrindən nümunələr məhv edilməli, mərhum X7 məxsus 1 ədəd qara rəngli “Nokia 222” markalı mobil telefon, 1 ədəd həmin mobil telefonun batareyası və sim kart, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı,Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd üzəri tünd qırmızı rəngli, astar hissəsi qara rəngli olub dəriyə bənzər materialdan hazırlanmış, qolsuz, sol döş nahiyyəsində “DG FANTASTİK” yazılı etiketi olan, zəncirbəndli gödəkçə, 1 ədəd açıq mavi rəngli, üzərində bel nahiyyəsindən başlayaraq ayaq nahiyyəsinə qədər çoxsaylı qan ləkələrinə bulaşmış, sol diz nahiyyəsində 3X1 sm ölçüsündə kəsik yeri olan, sağ bel nahiyyəsində tünd göy rəngli, üzərində “GİORGİO ARMANİ” yazılı etiket olan cins şalvar, 1 ədəd qara rəngli, uzun qol, sol döş nahiyyəsində dəmir materialdan hazırlanmış “ERTU” yazılı etiketi olan boğazlı sviter, 1 ədəd ağ rəngli, sağ bel nahiyyəsində qanabənzər ləkələr olan mayka, 1 ədəd göy rəngli trusik, 1 cüt qara rəngli makasin ayaqqabı və 1 ədəd belində qara rəngli kəmər, bel nahiyyəsində iç tərəfdən “BLACK TAK BY ZARA MADE İN TURKEY” yazılı etiketi, sol bud nahiyyəsində 2 ədəd 3X3 və 3X2 sm, sağ diz nahiyyəsində 8X1 sm ölçüsündə kəsik yeri olan açıq mavi rəngli cins şalvar, digər Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd qara rəngli, sol iç cibi “PALMİRO ROSSİ” etiketi yapşdırılmış, iç tərəfində sağ və sol hissəsində ağ rəngli zolaqlar olan, sol tərəfdəki zolaq 15 sm uzunluğunda yuxarıdan aşağı sökülmüş pencək, 1 ədəd qara rəngli, qısa qol, üzərində qırmızı hərflərlə “İstambul” və “Taksim tunel” yazılı qırmızı rəngli tramvay şəkli olan kofta, 1 ədəd boz rəngli cins materialdan hazırlanmış, arxa sağ cibinin üzərində qara rəngli dəmirdən “LEVİS” etiketi və qırmızı rəngli parçadan üzərində “XİUXİAN” yazıları olan balaca etiketli, bel nahiyyəsində qara rəngli kəmər olan şalvar, 1 ədəd ğ rəngli, boyun nahiyyəsində “BRİSES 4XL big size”sözləri yazılı etiketi olan mayka, 1 ədəd qəhvəyi rəngli trusik, 1 cüt qara rəngli, üzəri qaytanlı idman ayaqqabısı, təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, 2 ədəd dəstəyi qara rəngli, üzəri qan ləkələrinə bulaşmış bıçaqlar məhv edilməli, telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 263 (iki yüz altmış üç) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 02 oktyabr 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələri ilə təqsirli bilinsin və ona 17 (on yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 02 oktyabr 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Tərtər rayon prokurorluğunda saxlanılan X1 əynində olan paltarlar; - 1 ədəd tünd bozumtul rəngli, belində qara rəngli kəməri olan şalvar, 1 ədəd qırmızı rəngli, üzərində qan ləkələrinə bulaşmış idman gödəkçəsi, 1 ədəd ağ rəngli, ön tərəfində qara zolaqları və 3 ədəd romb şəkilli daması olan, üzəri tamamilə qana bulaşmış sviter, 1 ədəd ağ rəngli, üzəri qan ləkələrinə bulaşmış mayka, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli üzərində ağ-qırmızı və göy rəngli zolaqları olan trusik, 1 ədəd qara rəngli idman papağı, 2 ədəd göy rəngli rezin çəkələklər, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 2 ədəd zərfdə Ziyaməddin Kərimovun dırnaq nümunələri, 4 ədəd zərfdə tük nümunələri və əl-barmaq izləri, torpaq üzərində 3 yerdə mövcud olan qan ləkələrindən nümunələr məhv edilsin, mərhum X7 məxsus 1 ədəd qara rəngli “Nokia 222” markalı mobil telefon, 1 ədəd həmin mobil telefonun batareyası və sim kart, zərərçəkmiş şəxsin hüququ varisinə qaytarılsın, Təqsirləndirilən şəxs1 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd üzəri tünd qırmızı rəngli, astar hissəsi qara rəngli olub dəriyə bənzər materialdan hazırlanmış, qolsuz, sol döş nahiyyəsində “DG FANTASTİK” yazılı etiketi olan, zəncirbəndli gödəkçə, 1 ədəd açıq mavi rəngli, üzərində bel nahiyyəsindən başlayaraq ayaq nahiyyəsinə qədər çoxsaylı qan ləkələrinə bulaşmış, sol diz nahiyyəsində 3X1 sm ölçüsündə kəsik yeri olan, sağ bel nahiyyəsində tünd göy rəngli, üzərində “GİORGİO ARMANİ” yazılı etiket olan cins şalvar, 1 ədəd qara rəngli, uzun qol, sol döş nahiyyəsində dəmir materialdan hazırlanmış “ERTU” yazılı etiketi olan boğazlı sviter, 1 ədəd ağ rəngli, sağ bel nahiyyəsində qanabənzər ləkələr olan mayka, 1 ədəd göy rəngli trusik, 1 cüt qara rəngli makasin ayaqqabı və 1 ədəd belində qara rəngli kəmər, bel nahiyyəsində iç tərəfdən “BLACK TAK BY ZARA MADE İN TURKEY” yazılı etiketi, sol bud nahiyyəsində 2 ədəd 3X3 və 3X2 sm, sağ diz nahiyyəsində 8X1 sm ölçüsündə kəsik yeri olan açıq mavi rəngli cins şalvar, digər Təqsirləndirilən şəxs2 hadisə vaxtı əynində olan paltarlar, yəni 1 ədəd qara rəngli, sol iç cibi “PALMİRO ROSSİ” etiketi yapşdırılmış, iç tərəfində sağ və sol hissəsində ağ rəngli zolaqlar olan, sol tərəfdəki zolaq 15 sm uzunluğunda yuxarıdan aşağı sökülmüş pencək, 1 ədəd qara rəngli, qısa qol, üzərində qırmızı hərflərlə “İstambul” və “Taksim tunel” yazılı qırmızı rəngli tramvay şəkli olan kofta, 1 ədəd boz rəngli cins materialdan hazırlanmış, arxa sağ cibinin üzərində qara rəngli dəmirdən “LEVİS” etiketi və qırmızı rəngli parçadan üzərində “XİUXİAN” yazıları olan balaca etiketli, bel nahiyyəsində qara rəngli kəmər olan şalvar, 1 ədəd ğ rəngli, boyun nahiyyəsində “BRİSES 4XL big size”sözləri yazılı etiketi olan mayka, 1 ədəd qəhvəyi rəngli trusik, 1 cüt qara rəngli, üzəri qaytanlı idman ayaqqabısı, təqsirləndirilən şəxslərin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 2 ədəd dəstəyi qara rəngli, üzəri qan ləkələrinə bulaşmış bıçaqlar məhv edilsin, telefon məlumatlarının əks olunduğu bir ədəd CD disk isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 263 (iki yüz altmış üç) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-132/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-132/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver