Məhkəmə qərarları › İş №1(100)-132/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-132/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-132/2022 31.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X15 və X31 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 01 aprel 1991-ci il tarixdə Bərdə rayonu, Uğurbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 21 iyul 2021-ci il tarixdə Tərtər rayonunun Ələsgərli kəndində olduğu zaman yeznəsi X16, daha sonra isə atası X13 tərəfindən Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan X3nın yüngül həyat tərzi keçirərək müxtəlif şəxslərlə intim münasibətlərdə olmaqla ərinə xəyanət etməsini, sonuncunun mobil telefonda ailəsi ilə birlikdə yaşadığı evdə tanımadıqları birisi ilə gizlicə danışarkən qayınları Şahid2 və Şahid3 tərəfindən yaxalanması barədə məlumatlı olduqdan bir müddət sonra ünvan 2 ünvanında müvəqqəti olaraq yaşayan Nərminə Behbudova ilə söhbəti zamanı qeyd olunan xüsusatların doğru olduğuna əmin olaraq sonuncunun əxlaqsız hərəkətlərinə görə ailəsinin nüfuzuna xələl gətirdiyindən hiddətlənib qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək, 19 avqust 2021-ci il tarixdə, təxminən saat 13-14 radələrində Nərminə Behbudovaya onu sadəcə qayınları ilə üzləşdirəcəyini bildirib, əslində isə öz niyyətini yerinə yetirmək məqsədilə yalan vədlər verərək sonuncunu ələ almaqla evdən çıxarıb taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər tanımadığı Bərdə rayonu, Dəymədağıldı kənd sakini Şahid11 Bəhmən oğluna məxsus “VAZ 2106” markalı, “**-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə-Ağdam yolunun sağ kənarında yerləşən Bərdə rayonu, Uğurbəyli kəndinin girişinə gətirib bacısı ilə birlikdə həmin kənd istiqamətində daşlı yolla təxminən 600 metr piyada getdikdən sonra Nərminə Behbudovanı öldürmək fikrini özlüyündə bir daha qətiləşdirərək bu məqsədlə sağ cibində saxladığı və eyni niyyətlə həmin gün Bərdə şəhərində yerləşən köhnə bazarda əvvəllər tanımadığı şəxsdən satın aldığı, 25 sm uzunluğunda qatlanan, tiyəsi bozumtul rəngli metaldan, dəstəyi bozumtul rəngli plastik materialdan olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən bir ədəd cib bıçağıyla yolun solundakı əkin sahəsində gözlənilmədən sonuncunun bədəninin müxtəlif nahiyələrinə intensiv formada çoxsaylı bıçaq zərbələri vurduqdan sonra hərəkətsiz vəziyətdə olduğunu görüb ölümünü tezləşdirmək və öldüyünə tam əmin olmaq üçün əlindəki bıçaq ilə Nərmin Behbudovanın boğaz nahiyəsinə 3 dəfə zərbə endirməklə qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 3 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa səviyyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, sol qoltuq nahiyəsinin orta şöbəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısında-orta qoltuq xətti üzrə İX qabırğa bərabərliyində qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd, sağ qabırğaaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş, ümumilikdə 7 (yeddi) ədəd dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə, habelə döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində-ön qoltuq xətti üzrə Vİİİ qabırğa səviyyəsində döş boşluğuna keçməyən 1 ədəd, sol qoltuq nahiyəsində döş boşluğuna keçməyən 1 ədəd, qarın boşluğuna keçməyən 3 ədəd, sol qalça nahiyəsində 1 ədəd, sağ bel nahiyəsində 2 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sağ əl nahiyəsində 2 ədəd, sol əl nahiyəsində 2 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş, sol said nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol baldır nahiyəsində 1 ədəd sıyrıq, ümumilikdə 18 (on səkkiz) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətləri yetirərək Nərminə Behbudovanı qısqanclıq zəminində qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Uğurbəyli kəndində yaşamışdır. Ailəsi anası, atası, qardaşı, qardaşının arvadı və iki uşağı, həmçinin özü olmaqla yeddi nəfərdən ibarətdir. Bərdə şəhərində yerləşən “Çinar” restoranında videooperator fəaliyyəti ilə məşğul olmuşdur. “Covid-19” virusuna görə toy mərasimlərinin keçirilməsi dayandırıldığından qardaşı ilə birlikdə Tərtər rayonunda yerləşən Laçınlı Süleymana məxsus iri buynuzlu heyvanların saxlanıldığı fermada işləmişdir. X3 9 il əvvəl Bərdə rayonu, Kətəlparaq kənd sakini X16 ilə evlənmişdir. Nərminə Behbudovanın evlilikdən iki qız övladı dünyaya gəlmişdir. 21 iyul 2021-ci il tarixdə yeznəsi Səbahəddin Behbudov istifadəsində olan “050 400-78-10” saylı mobil nömrəsi ilə ona zəng edib bacısı Nərminə Behbudovanın mobil telefonda başqa bir kişi ilə danışarkən tutulduğunu demişdir. Həmin vaxt o, Tərtər rayonunda olmuşdur. Bundan sonra atası Fəxrəddin Cabbarov da istifadəsində olan “051 655-98-86” saylı mobil nömrəsi ilə ona zəng edib baş verənləri danışmışdır. X18 dediyinə görə, evdə olmadıqda qonşuluğunda yaşayan qardaşı Behbudov X5 münasibətdə olduğundan şübhələnmiş, Nərminə evdə gizlicə mobil telefonda başqa bir kişi ilə danışarkən qəfildən otağa girmiş, sonuncunun əlində indiyədək görmədikləri telefonu tutmuş və Nərminənin xəyanət etməsi, başqa kişilərlə telefonda danışması barədə zəng edərək Səbahəddinə məlumat vermişdir. Nərminə evli olduğu 9 il ərzində ona nə onlar, nə da əri tərəfindən mobil telefon alınmamışdır. Nərminənin istifadəsində mobil telefonun olmasından heç kimin xəbəri olmamışdır. Görünür ki, münasibətdə olduğu həmin şəxs onunla rahat danışa bilməsi üçün həmin mobil telefonu Nərminəyə gizlicə vermişdir. O, yeznəsi ilə telefonda danışdıqda Səbahəddin Nərminənin həmin şəxslə görüşdüyünü də demişdir. Nərminənin əri Səbahəddin həmin məlumatları qonşulardan əldə etmişdir. O, bu günə kimi Nərminənin münasibətdə olduğu adamı öyrənmək, ona deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün bir neçə dəfə Bərdə rayonu, Kətəlparaq kəndinə getmişdir. O, Nərminin münasibətdə olduğu oğlanın yeznəsi Səbahəddinin yeznəsinin bacısının oğlu olduğunu, onun Bərdə rayonu, Kətəlparaq kəndində yaşadığını öyrənsə də, həmin adamın adını öyrənə bilməmişdir. Yeznəsi onların arasında münasibətin olduğuna şübhələnsə də, sübut edə bilməmişdir. 21 iyul 2021-ci ildə tarixdə Nərminənin başqa kişi ilə münasibətdə olduğu müəyyən edildikdən sonra yeznəsi Səbahəddin Nərminəni yaşadıqları Bərdə rayonu, Kətəlparaq kəndindəki evdən qovmuşdur. Nərminə təxminən 1-2 gün onların Uğurbəyli kəndindəki evlərində qalmışdır. Nərminə qardaşı Fəqanın onu öldürəcəyindən qorxduğu üçün əvvəlcə Uğurbəylidə yaşayan dayısı İsmayılın evində, sonra isə Bərdə şəhəri, H.Aslanov küçəsində yaşayan xalası Şölənin evində qalmağa başlamışıdr. Bacısı Nərminə xalası Şölənin evində qalanda, Nərminəni öldürməmişdən təxminən 2-3 gün əvvəl o, bir dəfə xalası evinə, Şöləgilə getmişdir. Həmin vaxt Nərminədən başqa xalası qızı Günel də evdə olmuşdur. O, həmin evə Nərminəni evdən çıxarıb öldürmək məqsədilə getmişdir. Evdən çıxara bilmədiyi üçün Nərminəyə heç bir şey edə bilməmişdir. Xalası evinə qan tökülməsini istəməmişdir. Həmin vaxt xalasıgildə olanda Nərminə əri Səbahəddinin qohumu ilə münasibətdə olduğunu təsdiq etmişdir. O, son 25 gün ərzində untandığından yaşadığı Uğurbəyli kəndinə gedə bilməmişdir. Artıq Nərminəni öldürməkdən başqa bir yolu qalmamışdır. Bunun üçün də, 19.08.2021-ci il tarixdə, təxminən saat 11:30 radələrdində taksi ilə Tərtərdən Bərdə şəhərinə, H.Aslanov küçəsinə, oradan isə piyada piyada xalası evinə getmişdir. Evə daxil olduqda Nərminə və xalası qızı Güneli görmüşdür. Onlardan başqa evdə heç kim olmamışdır. Həmin evdə təxminən 10 dəqiqə qalmışdır. Həmin müddətdə Nərminəni Uğurbəyli kəndində yerləşən evlərinə getməyə razı salmışdır. O, Nərminəni aldadaraq sadəcə evə aparmaq, orada yeznəsi, yeznəsinin qardaşları ilə üzləşdirmək istədiyini demişdir. Bunun üçün də, Nərminə onunla Uğurbəyli kəndinə getməyə razı olmuşdur. Xalasıgilin evindən çıxıb “Mətin Gold” restoranının yanına kimi piyada, oradan isə 1 nömrəli şəhər marşrutu ilə sarayın dairəsi adlanan yerə gəlmişdirlər. Marşrutdan düşüb taksiyə minmişdirlər. Taksi onları Uğurbəyli kəndinin girişinə kimi aparmışdır. Onlar taksidən düşüb yan-yana, heç bir söhbət etmədən Uğurbəyli kəndi istiqamətində, daşlı yollə irəliləmişdirlər. O, yol boyunca hadisənin baş verəcəyi yeri beynində planlaşdırmışdır. O, Nərminəni öldürərkən ona heç kimin mane ola bilməməsi üçün Bərdə rayonu, Uğurbəyli kəndinin giriş tərəfini seçmişdir. O, Nərminəni öldürəcəyini planlaşdırdığı yerə çatdıqda bilərəkdən addımlarımı yavaşladaraq sonuncudan geridə qalmağa başlamışdır. Bu zaman Nərminə arxaya dönüb ona tərəf baxmış və nə üçün geridə qaldığını soruşmuşdur. O, həmin vaxt Uğurbəyli kəndinə çatmamış, asfalt yoldan təxminən 500-600 metr aralı məsafədə 19.07.2021-ci il tarixdə, xalasının evinə getməmiş, Bərdə şəhərində yerləşən köhnə bazar adlandırılan yerdən 6 manat məbləğində aldığı açılıb bağlanan bıçağı sağ cibindən çıxarıb yonca sahəsində Nərminə Behbudovanın qarın nahiyəsinə bıçaq zərbəsi vurmuşdur və birinci bıçaq zərbəsində Nərminə arxası üstə hərəkətsiz vəziyyətdə qalmışdır. O, Nərminə Behbudovanın ölümünü surətləndirmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə tez-tez bir neçə dəfə də bıçaqla zərbə endirsə də, bacısının öldüyündən tam əmin ola bilməmiş, belə olan halda əlindəki bıçağı iki dəfə onun boğazına çəkmişdir. Nərminənin öldüyünə tam əmin olduqdan sonra boğazını kəsərkən istifadə etdiyim bıçağı onun yanına atmış və yaşadığı kəndə daxil olmadan asfalt yola tərəf getmişdir. Oradan təsadüfi keçən taksiyə əl edib saxlatmışdır. Həmin taksi ilə Bərdə şəhərində, sarayın dairəsi adlanan yerə kimi getmişdir. Orada 5-10 dəqiqə dayandıqdan sonra başqa bir taksiyə minərək könüllü təslim olmaq üçün Bərdə rayon polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, Nərminəni Uğurbəyli kəndində öldürmək məqsədilə xalasının evindən aparan zaman bacısının bədənində hər hansı bir xəsarət və ya yanıq izləri olmamışdır. O, Nərminəni öldürmək barədə qərarı tək qəbul etmişdir, cinayət əməlini törətməyə onu heç kim təhrik etməmişdir. Nərmin Behbudovanı öldürərkən istifadə etdiyi bıçağın dəstəyi ağ rəngdə, tiyəsinin bir tərəfi iti, digər tərəfi küt, qatlanan bıçaq olmuşdur. Qatlanması üçün üzərində düyməsi olmamışdır. Bıçağın uzunluğu təxminən 11-12 sm olmuşdur. Nərminəyə ilk bıçaq zərbəsini vurduqdan sonra bacısı yerdə arxası üstə hərəkətsiz qalmış, ancaq hələ də ölmədiyini düşünüyü üçün bıçaqla zərbə endirməyi dayandırmamış, yerdə hərəkətsiz qalan bacısının ölümünə tam əmin olmaq üçün Nərminə Behbudovanın boğazını kəsmişdir. Onun məqsədi sadəcə ləkələnmiş olan namuslarını, şərəflərini təmizləməkdən ibarət olmuşdur. O, bacısını öldürən zaman Nərminə Behbudova ona yalvarmamış, bıçaq zərbələrini dayandırma üçün ondan aman diləməmişdir. O, ilk dəfə cinayət törətdiyi və öldürdüyü şəxsin bacısı olduğu üçün həmin vaxt özündə olmadığına görə Nərminə Behbudovaya vurduğu bıçaq xəsarətlərinin sayını dəqiq xatırlaya bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X13 ifadə verərək göstərmişdir ki, ailəsi ilə birlikdə Bərdə rayonu, Uğurbəyli kəndində yaşamışdır. Fəhləliklə məşğul olmuşdur. 1991-ci Şahid7 ilə evlənmişdir. Evlilikdən 2 oğlan və 1 qız olmaqla 3 övladı dünyaya gəlmişdir. Oğlanları Təqsirləndirilən şəxs və Cabbarov Fəxridir. Qızının adı isə Nərminədir. Nərminə 9 il əvvəl Bərdə rayonu, Kətəlparaq kənd sakini X16 ilə evlənmişdir. Nərminə Behbudovanın iki qız övladı vardı. Bu günə kimi qızı Nərminə onun evinə ailəsi ilə bağlı hər hansı bir problem üçün, habelə əri ilə dalaşdığına görə gəlməmişdir. 21 iyul 2021-ci il tarixdə kürəkəninin qardaşı Elnur ona zəng edib qızı Nərminəni telefonda başqa bir kişi ilə danışan zaman tutduqlarını bildirmiş və onu Kətəlparaq kəndinə çağırmışdır. O, arvadı Nuridə ilə birlikdə həmin gün qızının evinə getmişdir. Evə daxil olduqda kürəkənini, onun qardaşlarını, digər qohumlarını və qonşularını görmüşdür. Səbahəddin Behbudov ondan qızı Nərminəni evindən aparmağını istəmişdir. O, Nərminə ilə bir neçə dəfə danışıb ona bu hadisə ilə bağlı suallar versə də, Nərminə hər dəfə böhtana məruz qaldığını bildirmişdir. O, Nərminəni ərinin evindən aparan zaman sonuncunun üz nahiyəsində qızartılar olmuşdur. Evə apardıqdan sonra növbəti gün Nərminənin üzünün və bədəninin müxtəlif nahiyəsində göyərtilər görmüşdür. Həmin gün o, polisə şikayət etmək üçün Nərminəni polis şöbəsinə aparmaq istəsə də, Nərminə əri və qaynları tərəfindən döyüldüyü üçün yeriyə bilməmişdir. O, təxminən 23 iyul 2021-ci il tarixdə Bərdə RPŞ-yə qızının döyülməsi ilə bağlı şikayət etmişdir. Şikayətə Orxan adlı təhqiqatçı baxmışdır. O, Nərminəni döyülməsi ilə bağlı ekspertizadan da keçirmişdir. Lakin onların şikayətlərinə baxan olmamışdır. Nərminə ər evindən gəldikdən sonra bir müddət Uğurbəyli kəndindəki dayısının evində, sonra isə Bərdə şəhərində yaşayan xalası evində qalmışdır. 19 avqust 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsindən zəng edib ona qızı Nərminənin oğlu Fəqan tərəfindən öldürülməsi barədə məlumat vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşamışdır. Kənd təsərrüfatı ilə məşğul olmuşdur. X14 əmisi oğlu Səbahəddin ilə 9 evli il olmuşdur. Onların iki qız övladları olmuşdur. Səbahəddinin evi ilə onun evi arasındakı məsafə təxminən 600-700 metrdir. O, Gəncə şəhərindən lizinq müqaviləsi ilə götürdüyüm traktorla səhərdən axşama kimi əkin sahələrində işdə olmuşdur. Bunun üçün kənddə gedən söz-söhbətdən çox da məlumatı olmamışdır. Şahid10 Kətəlparaq kənd sakini kimi tanımışdır. Cavad həm kənd təsərrüfatı ilə, həm də taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 21.07.2021-ci il tarixdə işdən evə qayıdanda evdəkilər ona Səbahəddinin arvadı Nərminənin evdindən qovduğunu demişdirlər. Bunu eşitdikdən sonra o, məsələni dəqiqləşdirmək üçün Səbahəddinin qonşuluğunda yaşayan qardaşı Rəşadın evinə getmişdir. Rəşad ona Nərminənin evdə gizlicə onlara məlum olmayan telefon vasitəsilə başqa bir kişi ilə danışarkən tutduğunu demişdir. Həmin gün o, Nərminə Behbudovadan götürülmüş telefona Rəşadın evində sonuncu ilə birlikdə baxmışdır. Həmin telefonda tanımadıqları bir nömrə görmüşdürlər. Nömrələr siyahısında həmin nömrəni Nərminə “ürəyim” adı ilə qeydiyyata almışdır. Onlar nömrəni kənddə araşdırdıqdan sonra həmin nömrənin Kətəlparaq kənd sakini Şahid10 məxsus olduğunu aşkar etmişdirlər. O, istifadəsində olan “051 705-80-60” saylı mobil nömrəsi ilə Cavada zəng edib onu Səbahəddinin yaşadığı evin qarşısına çağırmışdır. Cavad çağırıldığı ünvana təxminən saat 20 radələrində özünə məxsus “VAZ 2106” markalı sarı rəngli avtomobili ilə gəlmişdir. Onunla birlikdə orada Səbahəddinin Rəşad, Elur, Eynur adlı qardaşları, həmçinin qonşularda olmuşdur. Cavad tək gəlmişdir. Onlar Rəşadın evinin qarşısında Cavabdla söhbət etməyə başlamışdırlar. Cavaddan Nərminənin əlində tutulan telefonda onun mobil nömrəsinin haradan olduğunu, onlar arasında hansı münasibətin olduğunu, niyə Nərminəyə zəng etməsini soruşmuşdurlar. Cavad heç bir şeydən xəbəri olmaması haqqında and içmiş, Nərminəyə zəng etmədiyini demiş, bundan sonra da çıxıb getmişdir. Növbəti gün isə Səbahəddin Cavaddan şikayət etmək üçün Bərdə rayon polis şöbəsinə müraciət etmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, o, Şahid10 onunla şəxsi işinin olduğunu deyib çağırmışdır. Cavad çağırıldığı yerə gəldikdən sonra ona Nərmin və telefon barədə bir neçə sual verilmişdir. Verilən sualların hamısını təkzib etdikdən sonra Cavad çıxıb getmişdir. Həmin vaxt onların tərəfindən Cavad döyülməyə, hər hansı bir zorakı hərəkətə məruz qalmamışdır. O, Nərminə evdən qovulduğu vaxtdan bir neçə saat sonra Rəşadın evinə getmişdir. Rəşad ona Nərminənin əlində telefon tutduğunu, həmin telefonu zorla Nərminədən aldığını demişdir. Ancaq Nərminənin döyülüb-döyülməməsi barədə dəqiq məlumat verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşamışdır. Kənd təsərrüfatı ilə məşğul olmuşdur. 2018-ci ildə evlənmişdir. Bir qız, bir oğlan övladı vardır. Onlar beş qardaşdırlar. Qardaşları Səbahəddin, Səlahəddin, Elnur və Eynurdur. Səlahəddin Rusiya Federasiyasında yaşamışdır. Eynur subaydır və atasıgil ilə birlikdə yaşamışdır. Elnur evlidir və ailəsi ilə öz evində, Kətəlparaq kəndində yaşamışdır. Səbahəddin də evlidir və onun qonşuluğumda yaşamışdır. Səbahəddinlə onun evlərinin həyətləri arasında, həmçinin yol ilə evin həyətləri arasında hasar mövcud deyildir. Səbahəddin 9 il əvvəl Bərdə rayonu, Uğurbəyli kənd sakini X14 ilə evlənmişdir. İki qızı vardır. Qardaşı Səbahəddin də kənd təsərrüfatı ilə məşğul olmuşdur. O, son vaxtlar qardaşı arvadı Nərminənin hərəkətlərindən şübhələnməyə başlamışdır. Səbahəddin evdə olmadıqda Nərminənin kiminləsə danışdığını, Nərminənin səsini eşitmişdir. 21 iyul 2021-ci il tarixdə, təxminən saat 18 radələrində Səbahəddinin traktorla harasa getdiyini görmüşdür. Həmin vaxt Nərminənin dodaqlarının tərpədərək, kiminləsə danışarmış kimi həyətdən evə daxil olduğunu da görmüşdür. Evin giriş qapısı açıq, həmin qapıda sadəcə pərdə olmuşdur. O, pərdəni kənara çəkib içəri daxil olmuş və Nərminəyə telefonla danışdığını bildiyini, həmin danışdığı adamın kim olduğunu ona söyləməsini demişdir. Nərminə isə heç kimlə danışmadığını, telefon istifadə etmədiyini bildirmişdir. O Nərminəyə yerində dayanmasını demişdir. O, çarpayının, döşəyin altına baxsa da, telefonu tapa bilməmişdir. Telefonu axtararkən Nərminənin istəmədən əlini qarın nahiyəsinə apardığını görmüşdür. Nərminənin həmin telefonu paltarının altında gizlətdiyindən şübhələnmişdir. Nərminə hər iki əlini qarın nahiyəsinə sıxdıqda o, Nərminənin telefonu orada gizlətdiyini tam olaraq dəqiqləşdirmişdir. O, Nərminənin əllərini tutub özünə tərəf çəkdikdə sadə, üzərində düymələri olan, qara rəngli telefon yerə düşmüşdüre. O, dərhal qardaşı Səbahəddin zəng edib Nərminənin əlində telefon tutduğunu, təcili evə gəlməsini bildirmişdir. Səbahəddin evə çatana kimi ondan əvvəl, artıq bir neçə qonşu, həmçinin digər qardaşı Elnur evdə Səbahıddinin evinə gəlmişdirlər. Səbahəddin ilə Nərminənin anası və atası demək olar ki, eyni vaxtda gəlib çatmışdırlar. Nərminənin anası Nuridə qızını bir neçə dəfə vurmuşdur. Sonra isə qardaşı Səbahəddinin istəyi ilə valideynləri Nərminəni Uğurbəyliyə aparmışdırlar. Növbəti gün qardaşı ilə birlikdə Bərdə RPŞ-yə gedib telefonu təqdim etmiş və məsələnin araşdırılması üçün şikayət ərizəsi yazmışdırlar. Şikayətə Orxan adlı təhqiqatçı baxmışdır. Araşdırma zamanı Nərminənin telefonda Kətəlparaq kənd sakini Şahid10 adlı şəxslə danışdığı müəyyən edilmişdir. Təxminən bir neçə gün əvvəl Nərminənin atası qadaşı Səbahəddinə zəng edərək qızını öldürmək itədiyini bildirmişdir. Səbahəddin isə ona səbrli olmağı, söz-söhbət azaldıqdan sonra Nərminəni evə qaytarmağı düşündüyünü demişdir. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, həmin mobil telefon ondadır və onu istintaqa təqdim edə bilər. O, sadəcə polisdən aldığı məlumat və Nərminənin üzərindən çıxan mobil telefon əsasında sonuncunun Şahid10lə danışdığını dəqiqləşdirmişdir. Nərminənin Cavad və ya digər bir şəxslə yaxın münasibətdə olduğunu nə görmüş, nə də ki, eşitmişdir. O, Nərminənin Fəqan tərəfindən öldürüləcəyini bilməmişdir. Nərminənin atası Fəxrəddin 21.07.2021-ci il tarixdə Nərminəni qardaşı Səbahəddinin evindən çıxaran zaman qızını öləcəyini demiş, qardaşı Səbahəddin ilə telefonda bir neçə gün əvvəl danışanda da, Nərminənin öləcəyi ilə bağlı sözlər işlətmişdir. 21 iyul 2021-ci il tarixdə X1 qardaşı Səbahəddinin evindən Uğurbəyli kəndində apardıqdan təxminən 2-3 gün sonra Fəxrəddin, Bərdə rayonu, Uğurbəyli kənd sakini olan qaynı İsmayıl ilə onun evimə gəlmişdirlər. Onun evinə gəlməkdə məqsədi baş verən hadisəni araşdırmaq, qızının həqiqətən də ərinə xəyanət edib-etməməsini dəqiqləşdirmək olmuşdur. O, onlara Şahid10 barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiklərini, hələ ki, özlərinin də məsələni tam aydınlaşdıra bilmədiklərini, polisin onlara verəcəyi cavabı gözlədiklərini bildirmişdir. Fəxrəddin Cabbarov söhbət əsnasında kənddə biabr olduqlarını, bunun üçün də qızı Nərminə Behbudovanın başını kəsəcəklərini bildirmiş və onlardan da namuslarını təmizləmələri üçün Bərdə rayonu, Kətəlparaq kənd sakini Şahid10 öldürmələrini tələb etmişdir. Həmin söhbətdə onunla birlikdə qardaşı Səbahəddin də iştirak etmişdir. O, Fəxrəddinə səbrli olmağı məsləhət bilmiş və təkrarən polisin araşdırmasını nəticəsini gözlədiklərini demişdir. O, əlavə olaraq, əgər həqiqətən də araşdırmanın nəticəsində Nərminənin Cavadla olan münasibətinin həqiqiliyi təsdiqlənərsə, Səbahəddinlə Nərminənin boşanacaqlarını da qeyd etmişdir. 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bacısı Nərminə Behbudovanın başını kəsdikdən sonra ilk Səbahəddinə zəng etmiş, lakin onun mobil telefonu sönülü olduğu üçün digər qardaşı Elnurla əlaqə saxlamış və Elnura Nərminənin başını kəsərək öldürdüyü barədə məlumat vermişdir. Bundan sonra da Fəqanın atası Fəxrəddin Elnura zəng edərək Fəqanın Kətəlparaqa gəlib onların hamısını öldürəcəyi barədə məlumat vermişdir. Elnur telefon danışığı yekunlaşdıqdan sonra onun evinə gəlib hər iki zəng barədə ona xəbər vermişdir. O isə polis sahə rəisinin köməkçisi Azərin mobil nömrəsinə zəng edərək cinayətin törədilməsi və həyatlarının təhlükədə olması barədə məlumat vermişdir. O, telefonu Nərminədən aldığı vaxt evdə onlardan başqa qardaşı Elnur, Elnurun arvadı Nurlanə və onun arvadı Ülviyyə də orada olmuşdurlar. O, əlləri ilə Nərminənin qollarını araladıqda mobil telefon onun paltarının altından yerə düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 və X16 işin halları ilə bağlı Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid11 Bəhman oğlu ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır. Ailəsi iki bacısı, anası, arvadı, iki övladı və özü olmaqla yeddi nəfərdən ibarətdir. 9 ilə yaxındır ki, Bərdə şəhəri ilə Bərdə rayonu, Şirvanlı kəndi arasında özümə məxsus “VAZ 2106” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 19 avqust 2021-ci il tarixdə Bərdə şəhərində, “Sarayın dairəsi” adlandırılan yerdə, “Bərdə rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə gedən yol istiqamətində, “Şəfa” aptekin önündə dayanmışdır. Bərdə rayonu, Şirvanlı kəndinə aparmaq üçün həmişəki kimi müştəri gözləmişdir. Gediş haqqı bir nəfər üçün 1 manat təşkil etmişdir. Təxminən saat 13 radələrində o, avtomobilinin yanında dayanıb müştəri gözləyərkən bir nəfər oğlanın yolun digər tərəfində yerləşən köşkün yanında dayanıb ondan onun yanına gəlməyini işarə etdiyini görmüşdür. O, avtomobilinə minmiş və nəqliyyat vasitəsini hərəkətə gətirərək istiqaməti dəyişib ona əli ilə işarə edən oğlanın yanına getmişdir. Avtomobili köşkün qarşısında saxladıqda ona əl edən oğlan ön oturacaqda, onunla birlikdə olan qadın isə avtomobilin sağ tərəfdən arxa oturacağında oturmuşdur. Oğlan ona əli ilə irəlini göstərərək avtomobili hərəkət etdirməsini xahiş etmişdir. O, əvvəl onların Bərdə rayonu, Şirvanlı kəndinə gedəcəklərini düşünmüşdür. Şirvanlı kəndinə çatdıqda oğlan Uğurbəyli yolunda düşmək istədiyini bildirmişdir. Həmin tərəfdə Uğurbəyli kəndinə gedən iki yol olmuşdur. Birinci yol Şirvanlı kənd ərazisində, asfalt örtüklü yolun solunda yerləşən “Həzi” marketlə üzbəüz yolun digər tərəfi, ikinci yol isə birincidən təxminən 800 metr irəlidə, “Şəlalənin üstü” adlandırılan, yolun sağında yerləşən daşlı yol olmuşdur. Oğlan ona ikinci, yəni “Şəlalənin üstü” adlandırılan yerdə düşmək istədiklərini demişdir. O, həmin yerə çatdıqda avtomobili yolun sağ kənarında saxlamışdır. Oğlan ona cibindən 3 manat çıxarıb vermişdir. Həmin oğlan arxada oturan qadın ilə birlikdə avtomobildən düşdükdən sonra daşlı yol ilə yanbayan Uğurbəyli kəndi istiqamətində getməyə başlamışdırlar. Şahid11 Bəhmən oğlu ifadəsində əlavə olaraq bildirmişdir ki, Bərdə şəhərində yerləşən “Sarayın dairəsi” adlandırılan yerdən Bərdə rayonu, Uğurbəyli kəndinə gedən ikinci yol arasındakı məsafə təxminən 6-7 km-dir. Bərdə şəhərində yerləşən “Sarayın dairəsi” adlandırılan yerdən Bərdə rayonu, Uğurbəyli kəndinə gedən ikinci yola təxminən 15-20 dəqiqəyə çatmışdırlar. 15-20 dəqiqə ərzində Nərminə Behbudova ilə Fəqan Cabarov arasında nə avtomobildə olan zaman, nə də avtomobildən düşərkən onlar arasında heç bir danışıq olmamışdır. Sadəcə Təqsirləndirilən şəxs ona yolda Uğurbəyli gedən birinci yox, ikinci yolun girişində düşəcəyini demişdir. Təqsirləndirilən şəxs onun diqqətini cəlb edəcək hər hansı bir hərəkət müşahidə etməmişdir. Təqsirləndirilən şəxs qısqaol qara rəngli köynək və qara rəngli şalvar geyinmi hündürboy oğlan omuşdur. Nərminə Behbudova qara rəngli don geyinmiş, bir qədər kök, boyu təxminən onunla eyni, yəni 158-160 sm hündürlükdə olan bir qadın olmuşdur. O, Nərminə Behbudova və Təqsirləndirilən şəxs Bərdə rayonu, Uğurbəyli kəndinin girişdə düşürdükdə həmin ərazidə onlardan başqa heç kimi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə eyni məktəbdə oxumuş, sinif yoldaşı olmuşlar. Məktəbdən sonra da dostluqları davam etmişdir. Təqsirləndirilən şəxs ağır təbiətli insan olmuş, əvvəllər Bərdə şəhərində yerləşən “Çinar” restoranında videooperator işləmişdir. “Covid-19” pandemiyasından sonra Tərtər şəhərində tanımadığı bir fermerin təsərrüfatında çalışmağa başlamışdır. 2020-ci ilin avqust ayının əvvəli Fəqan onun mobil telefonuna zəng etmişdir. O, Bakı şəhəri, Yasamal rayonu ərazisində ev təmiri işləri ilə məşğul idi. Fəqan ondan kəndə nə vaxt gələcəyini soruşmuş, o, isə 2-3 günə gələcəyini bildirmişdir. Dediyi kimi də olmuşdur, o, əvvəlcə Bərdəyə, evlərinə gəlmiş, gecəni yatmış, növbəti gün Fəqanla görüşmək üçün Tərtər rayonu, Ələsgərli (Nərminya) kəndinə getmişdir. Fəqan ona bütün planlarının alt-üst olduğunu, bacısı Nərminə Behbudovanın ərinə xəyanət etdiyini və buna görə də yaşadığı kəndə utandığından gedə bilmədiyini demişdir. Həmçinin bu məsələnin axırına kimi gedəcəyini, lazım gələrsə bacısı Nərminəni öldürəcəyini demişdir. O, isə onu sakitləşdirib fikrindən yayındırmağa çalışmışdır. Ancaq Fəqan qərarını vermişdir. Fəqanın həmçinin ilk əvvəl atası Fəxrəddinin qızı Nərminəni öldürmək fikrinə düşdüyünü, sonra onun atasını yanına gedərək bacısını özü öldürmək istədiyini, bir neçə gün sonra atasının qızını öldürmək fikrindən imtina etdiyini, habelə onun da bacısını öldürməsini istəmədiyini, Fəqan fikrindən dönmədiyi üçün atasının onu əsəbiləşib söyərək evdən qovduğunu da demişdir. Həmin gün o, Uğurbəyliyə qayıtmışdır. Gecə Fəqan yenidən onunla telefon əlaqəsi saxlamış, bacısını öldürmək istədiyini demişdir. O, isə yenə də onu bu fikrindən daşındırmağa çalışmışdır. Fəqan bacısını öldürməmişdən bir neçə gün əvvəl vaksinasiya üşün Bərdə şəhərinə gəlmişdir. O, vaksinasiya olunduqdan sonra onlar “ayaq körpüsü” adlanan yerdə görüşmüşlər və ora yaxın bir yerdə oturub çay içmişdilər. Fəqan əlini onun çiyninə qoymuş, gözləri yaşarmış vəziyyətdə üzünə baxmış və “mən bu vəziyyətə düşəcək adam deyildim” sözünü demişdir. Həmçinin bacısı Nərminənin Bərdə şəhərində, xalasıgildə qaldığını, onu öldürmək üçün bir neçə dəfə xalasının evinə getsə də, qorxduqlarından qapını arxadan bağlı saxladıqlar üçün evə daxil olub bacısını öldürə bilmədiyini demişdir. Onun fikrini yeindən yayındırmaq üçün onunla birlikdə kəndə getməyi təklif etmişdir. Fəqan isə utandığını, kəndə daxil olduqda hamının ona kinayə ilə baxdığını demişdir. Onlar oturub çay içərək söhbət etdikləri vaxtda da Fəqan bacısını öldürəcəyini demişdir. 19 avqust 2021-ci il tarixdə o, istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Fəqanın istifadə etdiyi ***-***-**-** nömrəsinə ona zəng etməsi üçün “7700” sms göndərmiş, Fəqan ona zəng etmişdir. Təxminən saat 12 radələri olmuşdur. Fəqan ona məşğul olduğunu, 1 saatdan sonra ona zəng edəcəyini bildirmişdir. Onlar telefon danışığını yekunlaşdırmışlar. Bundan təxminən 2 saat sonra Fəqan ona zəng etmiş və bacısı Nərminə Behbudovanı öldürdüyünü, polisə təslim olacağını bildirmiş və telefon danışığını bitirmişdir. Daha sonra o, Fəqana zəng etmiş, lakin Fəqan telefonu söndürmüşdür. Bundan sonra Fəqanın qardaşı ona zəng etmiş, Fəqanla danışıbdanışmamağımızı soruşmuşdur. O isə heç kimlə danışmadığını demişdir. Sonra kəndin çayxanasına getmiş, bir küncdən oturmuş və heç kimə heç bir söz deməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahidlər Şahid5 və Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid5 və Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində işin halları ilə bağlı Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında, anasının evində yaşamışdır. X32 hazırda Laçın rayonunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərdiyi üçün o, uşaqları ilə birlikdə anasının evində yaşamışdır. X4 onun xalası qızıdır. Onların uşaqlıqları Bərdə rayonu, Uğurbəyli kəndində birlikdə keçmişdir. Nərminə, təxminən 9 il Bərdə rayonu, Kətəlparaq kənd sakini Səbahəddin Behbudov ilə evli olmuşdur. İki qız övladı vardır. 2021-ci ilin iyul ayında Nərminə ilə əri Səbahəddin arasında ailə münaqişə olmuş və Nərminə əri tərəfindən evdən qovulmuşdur. Nərminə Uğurbəylidə daysıgildə qalanda o, Nərminənin Kətəlparaqdan qovulduğu xəbərini eşitmişdir. Nərminə təxminən avqustun 4-ü onların evinə qonaq gəlmişdir. Nərminə öldürülənə kimi də onların evlərinəd yaşamışdır. Nərminə onların evinəd yaşadığı 15 gün ərzinə sonuncuya qarşı psixoloji təzyiqlər olmuşdur. Qardaşı Fəqan bacısını öldürəcəyini Nərminəyə müxtəlif yollarla eşitdirmişdir. Fəqan Nərminəni öldürməmişdən təxminən 2-3 güm əvvəl onların evə gəlib Nərminə ilə danışmaq istəmişdir. Onlar Nərminəni həyətə düşməyə qoymamışdırlar. Nərminə evin pəncərəsindən qardaşı Fəqan ilə söhbət etmişdir. Nərminə Fəqana günahsız olduğunu izah etməyə çalışmışdır. 2-3 dəqiqəlik söhbətdən sonra Fəqan evi tərk etmişdir. O, 19.08.2021-ci il tarixdə, təxminən 12:30-13 radələrində Fəqanın evin həyətinin gişi qapısını döydüyünü eşitmişdir. Onlar Fəqandan qorxduqları üçün daima qapını arxadan kilidləmişdirlər. Fəqan içəri daxil olmaq istəsə də, o, kilidi açmamışdır. Nərminə ona qorxmamağını, xalası Şölənin birazdan gələcəyini, Fəqanın evdə ona heç nə edə bilməyəcəyini bildirmişdir. Buna görə də, o, Fəqanı evə buraxmışdır. Fəqan Nərminəyə demişdir ki, “əgər sən günahsızsansa o zaman mənimlə Kətəlparaqa gedək. Mən orada səni sənin ərinlə də, qayınlarınla da üzləşdirəcəm. Əgər səni öldürmək istəsəm elə buradaca öldürərəm”. Fəqanın bu sözləri onu da, Nərminəni də aldatmışdır. Nərminə hər ehtimala qarşı evdən bilərəkdən gec çıxmağa çalışmışdır ki, xalası Şölə, yənin onun anası Fəqanla Nərminə gedənə kimi qonşuluqdakı yas yerindən qayıtsın. Çünki anası heç vaxt Nərminəni Fəqanla birlikdə tək göndərməzmiş. Buna baxmayaraq, onun anası gec gəlmişdir və Fəqanla Nərminə birlikdə evdən çıxıb getmişdirlər.Şahid9 ifadəsində əlavə olaraq bildirmişdir ki, Nərminə əvvəllər onların evlərinə nadir hallarda, əsasən da xeyirdə və ya şərdə anası ilə birlikdə gəlib qayıtmışdır. Nərminə qardaşı Fəqanın onu öldürmək istədiyini demişdir. Məhz buna görə də atası evində qalmağa qorxmuşdur. O, Nərminənin bədəninin hər hansı bir hissəsində yanıq izləri müşahidə etməmişdir. Nərminəni ölümlə hədələyən ancaq Fəqan olmuşdur. Nərminə ona qayınları Rəşad və Elnurun əri Səbahəddini gözləmədikərini, əri gələnə kimi hər iki qaynı tərəfindən döyüldüyünü demişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid10 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bərdə rayonu, Kətəlparaq kəndində yaşamışdır. Təxminən 4 il əvvəl evlənmişdir. Bərdə rayonu, Kətəlparaq kəndində kənd təsərrüfatı ilə məşğul olmuşdur. Bununla bərabər özümə məxsus VAZ 2106 markalı, 04 – 518 dövlət qeydiyyat, sarı rəngli avtomobili ilə taksi fəaliyyəti ilə də məşğul olmuşdur. Bir qız, bir oğlan olmaqla iki övladı vardır. Təxminən 2-3 ay əvvəl onun mobil nömrəmsinə hazırda unutduğu nömrədən zəng gəlmişdir. O, zəngə cavab verdikdə telefondakının qadın olduğunu anlamışdır. Telefondakı qadın ona səhv düşdüyünü demişdir. Buna baxmayaraq, söhbəti davam etdirməyə çalışmışdır. O, onun tanış olmaq məqsədi ilə zəng etdiyini anlamışdır. Sonra yenə zəng etmiş və onunla tanış olmaq istədiyini demişdir. O isə həmin qadına ailəli olduğunu, iki uşaq atası olduğunu və ona hansısa bir qadınla gizlicə telefonda danışmağın yaraşmadığını bildirmişdir. Lakin həmin qadın ondan əl çəkməmişdir. Tez-tez zəng etməsi üçün ona “140 sms” göndərmişdir. O, həmin qadına bəzən zəng etmişdir. Çünki artıq onu bezdirmişdir. O, 2021-ci ilin iyul ayının sonları Kətəlparaq kəndinin çıxacağında yerləşən “Ağsaray” restoranının qarşısında avtomobili ilə dayanıb müştəri gözləmişdir. Təxminən saat 21 radələrində həmkəndlisi Behbud ona zəng etmişdir. Behbud, həmçinin Səbahəddin Behbudovun əmisi oğlu olmuşdur. Behbud onu taksi kimi kəndin mal örüşünə çağırmışdır. O, həmin yerə çatdıqda Behbuddan başqa Nərminənin əri Səbahəddini, sonuncunun Rəşad, Elnur adlı qardaşları və tanımadığı bir neçə şəxsi görmüşdür. Nəqliyyat vasitəsindən düşən kimi hamısı onu döyməyə başlamışdırlar. O, telefonda danışdığı qadının Səbahəddin Behbudovun arvadı Nərminə olduğunu həmin gün bilmişdir. Həmin vaxta kimi Nərminə ondan əsl adını, kim olduğunu, harada yaşadığını gizlətmişdir. O, Nərminənin əri, qayınları və onların digər qohumları tərəfindən döyülməsinə baxmayaraq, polisə şikayət etməmişdir. Həmin hadisədən sonra Nərminənin qayınları Rəşad və Elnur onu döyməklə, öldürməklə hədələmişdirlər. O isə bir kənddə yaşadıqları üçün bu günə kimi onların onu döymələri, ona qarşı hədə-qorxu gəlmələri ilə bağlı heç bir yerə şikayət etməmişdir. Şahid10 ifadəsində əlavə olaraq bildirmişdir ki, o, mal-qaranı Nərminənin yaşadığı evin yanından örüşə aparmışdır. Nərminəgilin evi kəndin örüş olan hissəsinə yaxın yerləşmişdir. Nərminə Behbudova ilə sadəcə telefonda danışmışdır, yaxın münasibətdə olmamışdır. Nərminə Behbudova ilə telefonda ən son təxminən iki ay əvvəl danışmışdır. Həmin hadisədən sonra nə Nərminə ona, nə də ki, o, Nərminə ona zəng etmişdir. Nərminə ona bir neçə nömrə ilə zəng etmişdir. O, Nərminənin qohumları tərəfindən döyüldüyü gün istifadəsində olan mobil telefonu orada itirmişdir. Buna görə də, o telefonuna Nərminədən gələn zəng zamanı sonuncunun istifadə etdiyi nömrələri istintaqa təqdim edə bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.08.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb 19 avqust 2021-ci il tarixdə, saat 15:10 dəqiqədə Bərdə rayon polis şöbəsindən rayon prokurorluğuna Bərdə rayonu, Uğurbəyli kənd sakini Təqsirləndirilən şəxs öz bacısını qəsdən öldürməsi barədə daxil olmuş məlumat, əsas isə həmin məlumat əsasında Bərdə rayon prokurorluğunda toplanılmış materialda qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətinin əlamətlərinə işarə edən ilkin dəlillərin məcmusu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.08.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu, Uğurbəyli kənd istiqamətində, yolun sol tərəfində yerləşən yonca sahəsidir. Təqsirləndirilən şəxs X4nı öldürüyü yeri, onun meyitini və cinayəti törədərkən istifadə etdiyi bıçağı göstərir. Baxış zamanı meyitin baş nahiyəsinin yaxınlığında gölməçə şəklində olan qanabənzər mayedən tənzif tampona hopdurulmaqla nümunələr və hadisə yerində aşkar edilmiş 01 ədəd bıçaq tərəfimdən ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.08.2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.08.2021-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə, təxminən saat 13-14 radələrində Nərminə Behbudovanı öldürmək məqsədilə əvvəlcədən aldığı bıçaqla sonuncunu vurduğu yeri və şəraiti göstərərək törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 20 avqust 2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şübhəli şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.08.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 21 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 21 avqust 2021-ci il tarixli, 740 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol və sağ əl nahiyələrinin səthi kəsilmiş yaraları kəsici xassəyə malik olan alət (alətlərin) təsirindən, boyun nahiyəsinin sıyrıqları isə küt əşyanın (əşyaların) təsirindən törənmiş xəsarətlər aşkar edilmişdir, müddəti qərarda göstərilən 19.08.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.08.2021-ci il tarixli “özünü könüllü təqdim etmə barədə” protokoldan görünür ki, 19.08.2021-ci il tarixdə, saat 15:45 radələrində Bərdə rayonu, Uğurbəyli kəndində yaşayan 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs növbətçi hissəyə müraciət edərək bacısı, 1994cü il təcəllüdlü X8 bıçaqla boğaz nahiyəsini kəsərək öldürdüyünü bildirmiş, özünü könüllü olaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 30 avqust 2021-ci il tarixli, 891 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son altı ayda “Bərdə RMX” PHŞ-yə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21.08.2021-ci il tarixli 4(021)-90/2021 saylı Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 19.08.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.09.2021-ci il tarixli, 30090 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Uğurbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs öz X3nı qəsdən öldürməsində başqa şəxs(lər)in kömək etməsini və istifadə etdiyi bıçağı nə vaxt, haradan almasını, əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X33 Dispanserinin 07 sentyabr 2021-ci il tarixli, 2168 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X33 Dispanserində dispanser müşahidəsində deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 sentyabr 2021-ci il tarixli, SDS-1469 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinə son 3 il ərzində təqsirləndirici material daxil olmamış və baxılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 31.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB-nin Şirvanlı kənd İƏD üzrə nümayəndəliyinin 27 avqust 2021-ci il tarixli, 06 №-li arayışı və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatda olmaqla Tərtər rayonu, Nəriman kəndində yaşayır. Ailə üzvləri X13, Şahid7 və X12 ibarətdir. Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində özünü yaxşı ailədə və ictimaiyyət arasında nümunəvi aparmışdır. Bundan əlavə, barəsində nümayəndəliyə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-nin 27 sentyabr 2021-ci il tarixli, 20125 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış protokolundan görünür ki, - “antenna.xlsx” adlı faylı açıb içərisinə baxış keçirən zaman “**********70” saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs 19.08.2021-ci il tarixdə, saat 13:37-dən saat 15:16-dək Bərdə rayonu, Uğurbəyli, Kətəlparaq kəndi ərazilərində olduğu müəyyən edildi. Azercell 00**********70 19.08.2021 13:37 SMS ARANANİN CELL İD-si Berde r-nu,Ugurbeyli 508029270 Azercell 00**********70 19.08.2021 13:38 SMS ARANANİN CELL İD-si Berde r-nu,Ugurbeyli 508029270 Azercell 00**********70 19.08.2021 13:38 SMS ARANANİN CELL İD-si Berde r-nu,Ugurbeyli 508029270 **********70 **********7810 19.08.2021 14:20 SMS ARANANİN CELL İD-si Berde r-nu,Ketelparaq 508029270 **********70 **********7810 19.08.2021 15:16 SMS ARANANİN CELL İD-si Berde r-nu,Ketelparaq 508029270 - “**********70.txt” adlı faylı açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrənin Bərdə rayonu, Uğurbəyli kənd sakini Təqsirləndirilən şəxs məxsus olduğu müəyyən edildi. Cinayət hadisəsinin baş verdiyi 19.08.2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs mobil telefonu ilə daha çox zəng etdiyi telefon nömrələri aşağıdakılardır: **********70 ********** 2021-08-19 10:54:22 909 **********69270 **********14320 - = **********70 ********** 2021-08-19 11:10:17 627 **********69270 **********14320 - = **********70 **********8788 2021-08-19 11:39:47 49 **********69270 **********14320 - = **********70 **********8788 2021-08-19 11:49:26 15 **********69270 **********14320 - = **********70 **********7030 2021-08-19 11:50:53 72 **********69270 **********14320 - = **********70 **********2520 2021-08-19 11:53:00 41 **********69270 **********14320 - = **********70 **********8788 2021-08-19 11:59:32 95 **********69270 **********14320 - = ********** 508029270 2021-08-19 12:24:36 33 **********69270 **********14320 - = Azercell(**********41) **********70 2021-08-19 13:37:50 SMS **********69270 **********14320 - = Azercell(**********41) **********70 2021-08-19 13:38:05 SMS **********69270 **********14320 - = Azercell(**********41) **********70 2021-08-19 13:38:05 SMS **********69270 **********14320 - = **********70 **********2520 2021-08-19 13:45:42 68 **********69270 **********14320 - = **********70 **********7030 2021-08-19 13:48:43 38 **********69270 **********14320 - = ********** 508029270 2021-08-19 13:49:18 77 **********69270 **********14320 - = **********70 **********3663 2021-08-19 13:51:36 126 **********69270 **********14320 - = **********70 ********** 2021-08-19 13:54:38 31 **********69270 **********14320 - = ********** 508029270 2021-08-19 13:55:48 65 **********69270 **********14320 - = ********** 508029270 2021-08-19 13:58:09 90 **********69270 **********14320 - Digər faylları açıb içərisinə baxış keçirən zaman qeyd olunan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilən smslərdə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilmədi. Qeyd olunanlardan başqa, diskə baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edən əlavə məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə şəhər poliklinikası” publik hüquqi şəxsinin 11 oktyabr 2021-ci il tarixli, 4402 və 4403 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX”-nin poliklinikasının narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 507/163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur və bu halın yaranma səbəblərindən biri bacısının namusu haqqındakı söz-söhbətlər ola bilər. Təqsirəndirilən şəxsin psixi-emosional vəziyyəti zərərçəkənin ona qarşı etdiyi hərəkətlərin nəticəsində yarana bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 19 avqust 2021-ci il tarixli 32 nömrəli rəyindən görünür ki, X2 meyitinin bədənində aşağıdakı xəsarətlər-qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 3 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa səviyyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, sol qoltuq nahiyəsinin orta şöbəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd və döş boşluğuna keçməyən 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısında-orta qoltuq xətti üzrə İX qabırğa bərabərliyində qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd, döş qəfəsi nahiyəsinin sol yarsının ön səthində-ön qoltuq xətti üzrə Vİİİ qabırğa bərabərliyində-döş boşluğuna keçməyən 1 ədəd, sağ qabırğaaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd və qarm boşluğuna keçməyən 3 ədəd, sol qalça nahiyəsində 1 ədəd, sağ bel nahiyəsində 2 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sağ əl nahiyəsində 2 ədəd, sol əl nahiyəsində 2 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaralar, döş qəfəsi nahiyəsinin ön səthində 2 ədəd termiki yanıq sahəsi, sol said nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol baldır nahiyəsində 1 ədəd sıyrıq vardır. Həmin xəsarətlər həyatidir, ölümdən az vaxt əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə törənə bilər, qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 3 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa səviyyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, sol qoltuq nahiyəsinin orta şöbəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd və döş boşluğuna keçməyən 1 ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində-ön qoltuqxətti üzrə-Vİİİ qabırğa bərabərliyində döş boşluğuna keçməyən 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısında-orta qoltuq xətti üzrə İX qabırğa bərabərliyində qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd, sağ qabırğaaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd və qarın boşluğuna keçməyən 3 ədəd, sol qalça nahiyəsində 1 ədəd, sağ bel nahiyəsində 2 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sağ əl nahiyəsində 2 ədəd, sol əl nahiyəsində 2 ədəd deşilmişkəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; döş qəfəsi nahiyəsinin ön səthində 2 ədəd termiki yanıq sahəsi isə isti maye təsirindən törənə bilər; sol said nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol baldır nahiyəsində 1 ədəd sıyrıq isə küt əşyanın təsirindən törənmişdir. Müddətləri qərarda göstərilən 19.08.2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: a) qırtlaq qığırdağının, vidaçi venanın, yuxu arteriyasının kəsilməsi ilə boyunun kəsilmiş 3 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində-orta körpücük xətti üzrə V qabırğa səviyyəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, sol qoltuq nahiyəsinin orta şöbəsində ağ ciyərin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd, döş qəfəsi nahiyəsinin sağ yarısında-orta qoltuq xətti üzrə İX qabırğa bərabərliyində qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd, sağ qabırğaaltı nahiyədə qara ciyərin yaralanması ilə qarın boşluğuna keçən 1 ədəd deşilmişkəsilmiş yaralar canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində-ön qoltuq xətti üzrə Vİİİ qabırğa səviyyəsində döş boşluğuna keçməyən 1 ədəd, sol qoltuq nahiyəsində döş boşluğuna keçməyən 1 ədəd, qarın boşluğuna keçməyən 3 ədəd, sol qalça nahiyəsində 1 ədəd, sağ bel nahiyəsində 2 ədəd, sağ bazu nahiyəsində 2 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sağ əl nahiyəsində 2 ədəd, sol əl nahiyəsində 2 ədəd deşilmiş-kəsilmiş və kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; b) döş qəfəsi nahiyəsinin ön səthində 2 ədəd termiki yanıq sahəsi, sol said nahiyəsində 1 ədəd, sol bazu nahiyəsində 1 ədəd, sol baldır nahiyəsində 1 ədəd sıyrıq isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X2 ölümünə səbəb boyun üzvülərinin, ağ ciyərlərin, qara ciyərin zədələnməsi ilə gedən boyunun, döşün və qarının kəsilmiş və deşilmiş-kəsilmiş yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X2 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X2 meyitində götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoqolidlər (həmçinin tiryək qrupu) fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (03.09.2021-ci il tarixli 2580/k saylı maddi sübutların müayinəsi aktı) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 02 sentyabr, 2021-ci il tarixli, 491/2021-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X10 məxsus donun ön hissəsinin orta nahiyəsində beş ədəd, donun sağ çiyin nahiyəsində bir ədəd, donun arxa hissəsinin sağ-orta nahiyəsində bir ədəd, lifçiyin sağ ipinin üzərində bir ədəd, karsetin üzərində altı ədəd; donun boynunun sağ-arxa nahiyəsində boyun köbəsinin yalnız üst qatını zədələyən iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş X10 məxsus tuman və bir cüt corab üzərində, hərhansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq kustar üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı qatlanan bıçaqdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının 24 sentyabr 2021-ci il tarixli 639/2021-MTBŞ saylı ekspert rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu B alfa (H)/İİİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, tənzif parçası, mərhum X17ma məxsus lifçik, bel korseti, tuman, qolsuz don, bir cüt corab və Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa(H)/İİİ/ qruplu şəxsə, o cümələdən mərhum X17ma məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol mayka üzərində qana şübhəli ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol mayka və şalvar üzərində dırnaq qalıntılarına oxşar obyekt aşkar olunmadı. Məhkəmə-bioloji ekspertizaya təqdim edilən tiyədən götürülmüş 02(iki) ədəd obyekt insanın milindən ayrılmış baş tükləridir. Bu tüklərin birində (tiyənin ucundan götürülmüş 2 saylı tükdə) zəif boyanma əlamətləri vardır. Göstərilən tüklər öz aralarında və müqayisəli tədqiqat üçün təqdim olunmuş X7 baş tükü nümunələri ilə müqayisə olunduqda əsas morfoloji əlamətləri üzrə (müqayisəli tədqiqata bax) onlar arasında oxşarlıq müəyyən olundu. Aşkar olunmuş bəzi fərqlənmələr isə (müqayisəli tədqiqata bax) N.F.Behbudovanm öz baş tükü nümunələri arasında da müşahidə olunduğundan həmin fərqlər müqayisəli tədqiqat üçün hər-hansı bir əhəmiyyət kəsb etmir. Beləliklə, tiyədən götürülən təqdim olunmuş tüklərin morfololoji əlamətlərinə görə tədqiqatı əsasında onların eyni bir şəxsə, həmçinin də zərərçəkmiş X10 məxsus olması inkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X13 Təqsirləndirilən şəxs ilə barışmaqla ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 noyabr 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış istintaq hərəkəti zamanı aşkar edilmiş və maddi sübut kimi götürülmüş dəstəyi ağ-bozumtul rəgli, həlqəyə malik, içəri hissəsində dalğavari barmaq yerləri və üst hissəsində isə nahamar çıxıntılar olan, açılıb bağlanan, dəstəyinin uzunluğu 12,5 sm, tiyəsinin uzunluğu 13.5 sm, ümumi uzunluğu isə 26 sm olan, tiyəsi paslanmış, dəstəyinin hər iki tərəfində ardıcıllıqla göy, qırmızı, sarı rəngli nöqtələr olan 01 ədəd bıçağı Təqsirləndirilən şəxs hadisə zamanı istifadə edib-etməməsini aydınlaşdırmaq üçün həmin bıçaq tanınmaya təqdim olunmuşdur. Təqsirləndirilən şəxs tanınma üçün ona təqdim edilmiş bıçaqları diqqətlə nəzərdən keçirib 3 nömrəsi altında tanımaq üçün ona təqdim edilmiş bıçağı əlamətlərinə görə tanıdığını və həmin bıçağı hadisə zamanı istifadə etdiyini göstərmişdir. Həmin bıçağı formasına, ölçüsünə və rənginə, dəstəyi üzərindəki rəngli 3 ədəd nöqtəyə və açılıb bağlanması üçün düyməsinin olmadığına, dəstəyindəki həlqəsinə görə tanıyır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.11. 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 24 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Maddi sübut qismində tanınmış 01 ədəd bıçaq, pambıq tampon nümunələr, 01 ədəd don, 01 ədəd lifçik, 01 ədəd korset, 01 ədəd şalvar, dırnaq və tük nümunələri Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılır, 01 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərşəkmiş şəxsin hüquqi varisnin ondan hər hansı şikayət və tələblərinin olmamasını, onların barışmasını, əməlindən səmimi peşman olmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.10 və 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 19.08.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – 01 ədəd bıçaq, pambıq tampon nümunələr, dırnaq və tük nümunələri məhv edilməli, 01 ədəd don, 01 ədəd lifçik, 01 ədəd korset, 01 ədəd şalvar qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 19 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – 01 ədəd bıçaq, pambıq tampon nümunələr, dırnaq və tük nümunələri məhv edilsin, 01 ədəd don, 01 ədəd lifçik, 01 ədəd korset, 01 ədəd şalvar qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 01 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar