Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-132/2023 22.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx xxxxxxx 2000-ci il tarixdə Şəmkir rayonu Ələsgərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu Ələsgərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə Şəmkir rayonu Ələsgərli kəndində yerləşən Şahid1 məxsus çayxanada həmkəndlisi Zərərçəkmiş şəxs onun qohumları barəsində cəmiyyət içərisində qəbul olunmayan əxlaqa zidd ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı sonuncunun ünvanına nalayiq söyüşlər söymüş, 15 iyul 2022-ci il tarixdə saat 20-21 radələrində həmin mübahisəni davam etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21011 markali, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları kəndin dayanacağına gələrək həmin vaxt orada olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə əyləşməsini tələb etmiş, sonuncu avtomobilə əyləşdikdən sonra birlikdə Şəmkir rayonu, Ələsgərli kəndinin kənarında yerləşən əkin sahəsinə aparıb, orada avtomobildən düşərək bir neçə gün əvvəl aralarında yaranmış narazılığa aydınlıq gətirmək məqsədilə sözlə mübahisə etmişlər, mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək şəxsiyyətini təhqir etməsi və boyunun sağ yan səthinin qançırı yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirməsi səbəbindən əsəbiləşərək şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədilə üzərində gəzdirdiyi açıq vəziyyətdə ümumi uzunluğu 210 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq qarının ön səthinin sol yarısının və sağ yan səthinin daxilə keçən, nazik bağırsaq müsariqəsini və qara ciyərin sağ payını zədələyən, daxili qanaxmaya səbəb olmuş 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər, həmçinin 5 (beş) ədəd sağ budunun yuxarı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin arxa və bayır səthinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, nəticədə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə saat 14 radələrində Şəmkir rayonu Ələsgərli kəndində çayxanada olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs və əvvəllər tanıdığı İsmixan adlı şəxsin yeyıb-içirkən öz aralarında olan söhbət zamanı onun atası və əmisi haqqında xoşagəlməz sözlər danışdıqlarını eşidərək sonunculara yaxınlaşıb narazılığını bildirdikdə həmin vaxt aralarında sözlə mübahisə olmuşdur. Mübahisə əsnasında Zərərçəkmiş şəxs və İsmixan onun, o da sonuncuların ünvanına nalayiq söyüşlər söymüşdür. 15 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadıqları Ələsgərli kəndinin mərkəzində marşrut dayanacağında tək olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21011 markalı avtomobillə gəlib onun avtomobilinə əyləşməsini demişdir. O, Bəhruzun onunla dava etmək istədiyini başa düşərək sonuncuya “çıx get işinlə məşğul ol” desə də, Bəhruz onu söyüşlə çağıraraq avtomobilə oturmasını tələb etmişdir. Bundan sonra o, Bəhruzun idarə etdiyi avtomobilə əyləşmiş və sonuncu avtomobili əkin sahələrinə sürmüşdür. Əkin sahələrinə çatdıqda Bəhruz saxlayaraq avtomobildən düşmüş və onun da düşməsini tələb etmişdir. Avtomobildən düşən kimi Bəhruz onun qolundan tutaraq təpiklə sinəsindən vurmuş, ardıca isə ikinci dəfə təpiklə vurmaq istədikdə Bəhruz özü arxası üstə yerə yıxılmış, o isə yaxınlaşıb sonuncunu yumruqla vurmaq istədikdə Bəhruz əli ilə onun saçından tutaraq təpiklə sağ buduna, sonra isə ayağa qalxıb yumruqla boğazına vurmuşdur. Bu zaman o, əynində olan şalvarın sağ yan cibindən üzərində gəzdirdiyi cib bıçağını çıxararaq Bəhruzun qarın nahiyəsinə iki dəfə zərbə vurmuş və sonuncu arxası üstə yerə yıxılmış, ona tərəf getdikdə Bəhruz təpik atan zaman bıçağı sonuncuya tərəf fırlatmış və bıçaq Bəhruzun ayağına da dəymişdir. Bundan sonra o, qorxub hərəkətlərini dayanmış və bir-iki addım geri çəkilmiş, Bəhruz isə ayağa qalxıb yaxınlıqdakı taxıl sahəsinə tərəf qaçaraq təxminən 10 metr gedib dayanmış və qan axdığını deyib avtomobilinə tərəf qayıtmışdır. Bəhruz öz avtomobilində sükan arxasında, o isə kömək etmək üçün qabaq oturacaqda əyləşmiş, Bəhruz avtomobili işə salıb geri qayıtmaq istədikdə həmkəndliləri Şahid2 idarə etdiyi traktorla gəlib onların yanında saxlamış, Əvəz və onun yanında olan Şahid1 traktordan düşüb onlara yaxınlaşmış, o, sonunculara Bəhruzu bıçaqla vurduğunu demiş, Köçəri Bəhruzu sükan arxasından düşürərək avtomobili özü idarə etmiş, o, avtomobilə əyləşərək Bəhruzu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxsla hazırda münasibətləri yaxşıdır, sonuncu ilə barışıq əldə etmiş, xəstəxanada Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı xərcləri özü ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan aşağıdakı mötəbər və mümkün sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə saat 14 radələrində tanışı İsmixanla birlikdə yaşadıqları Ələsgərli kəndində çayxanada oturub söhbət edən zaman, sonuncu Turalı fermadan qayınatasıgilə görə çıxartdığını dedikdə həmin vaxtı orada olan Təqsirləndirilən şəxs onların əyləşdiyi masaya yaxınlaşaraq qeyd edilən məsələ ilə bağlı İsmixanla kobud danışdığı üşün aralarında mübahisə yaranmış və birbirilərini təhqir etmişlər. 15 iyul 2022-ci il tarixdə saat 20-21 radələrində idarə etdiyi avtomobillə kəndin mərkəzində gedən zaman Ramini dayanacaqda görüb ona avtomobilə əyləşməsini demiş, Ramin onun idarə etdiyi avtomobilə əyləşmiş, 1-2 km gedəndən sonra avtomobili əkin sahəsinin kənarında saxlamış və avtomobildən düşərək Raminlə qarşıqarşıya dayanıb sonuncudan nə üçün onun ünvanına söydüyünü soruşmuşdur. Daha sonra o, qolundan tutaraq təpiklə sonuncunun sinəsindən vurmuş, ardıca isə ikinci dəfə təpiklə vurmaq istədikdə özü arxası üstə yerə yıxılmış, Ramin isə yaxınlaşıb yumruqla vurmaq istədikdə o, əli ilə sonuncunun saçından tutaraq təpiklə sağ buduna, sonra isə ayağa qalxıb yumruqla boğazına vurmuşdur. Bu zaman Ramin cibindən çıxardığı bıçaqla onun qarın nahiyəsinə iki dəfə zərbə vurmuş və o arxası üstə yerə yıxılmışdır. Yenə də onu vurmaq istədiyi üçün ayaqlarını ona tərəf hərəkət etdirib özünü müdafiə edən zaman Ramin bıçaqla onun sağ ayağına da xəsarətlər yetirmişdir. Bundan sonra ayağa qalxıb 7-8 metr kənara çəkilmiş, qarın nahiyəsindən qan axdığını gördükdə xəstəxanaya getmək üçün öz avtomobilində sükan arxasında oturmuş, həmin vaxtı Ramin də avtomobildə qabaq oturacaqda əyləşmişdir. Avtomobili idarə etmək istəyərkən həmkəndliləri Şahid2 və Şahid1 traktorla oraya gəlmiş, onlar Raminin onu bıçaqla vurduğunu öyrənmiş və onu xəstəxanaya aparmaq üçün Köçəri onun avtomobilində sükan arxasında, o özü qabaqda, Ramin isə arxada əyləşmiş və birlikdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Daha sonra o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, sonuncu onun müalicəsi ilə bağlı xəstəxanada bütün xərcləri özü ödəmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, məhkəmədən də Təqsirləndirilən şəxs köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyul 2022-ci il tarixdə saat 20 radələrində həmkəndlisi Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi traktorla Şəmkir rayonu Ələsgərli kəndi ərazisində əkin sahəsinə gedən zaman yolda Zərərçəkmiş şəxs özünə məxsus VAZ-21011 markalı avtomobili idarə edərək dönmə etdiyini və Təqsirləndirilən şəxs da onun yanında əyləşdiyini görərək sonunculara yaxınlaşmışlar. Bu zaman Bəhruz Raminin onu bıçaqla vurduğunu demiş, Ramin də Bəhruzu bıçaqla vurduğunu etiraf edərək sonuncunu xəstəxanaya aparmaqda köməklik etmələrini xahiş etmişdir. Daha sonra o, Bəhruza məxsus VAZ-21011 markalı avtomobili idarə edərək Raminlə birlikdə sonuncunu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayon MTE və PA şöbəsinin məhkəmə-tibb ekspertizasına dair 26 iyul 2022-ci il tarixli 874 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qarının ön səthinin sol yarısının və sağ yan səthinin daxilə keçən, nazik bağırsaq müsaqirəsini və qara ciyərin sağ payını zədələyən, daxili qanaxmaya səbəb olmuş 2(iki) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin arxa və bayır səthinin deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd) deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişlər, yetirilmə müddətləri 15 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə qarının ön səthinin sol yarısının və sağ yan səthinin daxilə keçən, nazik bağırsaq müsaqirəsini və qara ciyərin sağ payını zədələyən, daxili qanaxmaya səbəb olmuş 2(iki) ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, sağ budun yuxarı üçdə birinin arxa səthinin, sağ baldırın yuxarı üçdə birinin arxa və bayır səthinin deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd) isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayon MTE və PA şöbəsinin məhkəmə-tibb ekspertizasına dair 19 iyul 2022-ci il tarixli 830 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - boyunun sağ yan səthinin qançırı, küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığına zərər vurmayan xəsarət olduğu üçün dərəcəsəi təyin edilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X7 Bölməsinin kompleks məhkəmə-trasoloji, soyuq silah ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 16/1009/1010 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan köynəyin üzərində “a” və “b” zədələri və cins şalvarın üzərində olan “c” zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin ) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən şalvarın üzərində olan “d” zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 874 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlərlə təqdim edilən paltarların səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının ön səthinin sol yarısının və sağ yan səthinin daxilə keçən, nazik bağırsaq müsaqirəsini və qara ciyərin sağ payını zədələyən, daxili qanaxmaya səbəb olmuş 2(iki) ədəd deşilmiş-kəsilmiş yarası, sağ budun yuxarı üçdə birinin arxa səthinin deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə köynəyin üzərində olan “a”, “b” zədələri və cins şalvarın üzərində olan “c” zədəsi yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda göstərilən zədələr və xəsarətlər üst-üstə düşür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonervoloji Dispanserinin məhkəmə-psixiatrik ekspertizasına dair 09 avqust 2022-ci il tarixli, 492 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “təqsirləndirilən şəxsin barəsində prosessual məcburiyyət tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina haqqında” 17 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai istintaqı aparan müstəntiq tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş və həmin tarixdə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “qətimkan tədbirinin seçilməsinə dair” 17 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli “üst baxış” aktından görünür ki, Təqsirləndirilən şəxs üzərində olan cinayəti aləti sayılan bir ədəd açılıb-qatlanan bıçağı Şəmkir RPŞ-nin Növbətçi hissəsinin məsul növbətçisinə təhvil vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “baxış keçirmə və götürmə haqqında” 16 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayətin aləti olan bir ədəd açılıb-qatlanan bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar və bir ədəd qısaqol köynək maddi sübut hesab edilərək Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X6, anası X2 və bacıları X4 və X5 ilə birlikdə Şəmkir rayonunun Ələsgərli kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs xx.xx.2022 və xx.xx.2022ci il tarixlərdə, həmçinin məhkəmə istintaqı zamanı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və cinayət təqibi orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tаriхədək şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2022-ci il tаriхdə Şəmkir Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.11ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən özünün də sağlamlığına zərər vurmayan xəsarət olduğu üçün dərəcəsəi təyin edilməyən – boyunun sağ yan səthinin qançırı xəsarətlərini almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvəllər məhkum olunmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında qeyd edilən əməli törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin sağlamlığının bərpa olunması üçün maddi köməklik göstərməklə cinayət nəticəsində dəymiş zərəri aradan qaldırmış, hadisə zamanı özünün də sağlamlığına zərər vurmayan xəsarət olduğu üçün dərəcəsəi təyin edilməyən – boyunun sağ yan səthinin qançırı xəsarətlərini almış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd cins şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs Fərhad oğlunun məhkəmə istintaqı zamanı hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni ibtidai istintaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə vəkil tərəfindən 20 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, həmin hesabla ibtidai istinatq zamanı təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Şəmkir rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 (bir) ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd cins şalvar sahibi Zərərçəkmiş şəxs qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 63 (altmış üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-132/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-132/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver