Məhkəmə qərarları › İş №1(100)-132/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-132/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-132/2024 25.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X11 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X25, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri-Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Nümayəndə2 və Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Nümayəndə3 və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Bərdə rayonu, Xəsili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Xəsili kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə özünə məxsus “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” adlanan yerdə şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində qeyri-rəsmi nəzarətçi işləyən X19 idarə etdiyi avtomobillə vurmuş, sonuncu hadisə nəticəsində sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə qəlpəli sınığı, döş qəfəsinin qapalı küt travması, sol çoxsaylı Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qoltuqaltı xətt üzrə yerinidəyişən sınığı, sol ağciyərin yaralanmaları, kəskin qanitirmə, sağ X-Xİ qabırğaların yerini dəyişməyən sınığı, döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və sol bayır topuq, sol ǝl nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin sıyrığı və qançırı kimi həyat və sağlamlığı üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid xəsarətlər almış, Nicat Tağıyevin avtoqəza nəticəsində xəsarət alıb yerə yıxıldığını görüb avtomobili dərhal saxlayaraq avtomobildə olan sərnişinlər Hökmran Məhərrəmov, Rafil Məhərrəmov və Fuad Mahmudovla və digərləri ilə köməklik edib Nicat Tağıyevi saat 11:30 radələrində X47 avtomobili ilə ünvan 1 ünvanında yerləşən Bərdə Müalicə və Diaqnostika Mərkəzinə çatdırmış, lakin Nicat Tağıyevə tibbi yardımlar edilməsinə baxmayaraq soununcu döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən həmin tarixdə saat 13 radələrində həmin Mərkəzdə ölmüşdür. Məhkəmə baxışı iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Xəsili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus "Qazel" markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə kənd camaatının yükünü, əsasən xırda və iri buynuzlu heyvanlarını daşıyaraq ailəsinin maddi ehtiyyaclarını təmin edir. 21 oktyabr 2022-ci il tarixdə özünün bir baş, dayısı Fuad Mahmudovun iki baş, həmkəndliləri Rafil Məhərrəmovun iki baş və Hökmran Məhərrəmovun iki baş iri buynuzlu heyvanını satmaq üçün onlarla birlikdə idarəetdiyi “Qazel” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə gecə saat 01 radələrində Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə getmiş, həmin gün, yəni 21 oktyabr 2022-ci il tarixdə apardıqları mallardan sata bilməmişlər və təxminən saat 12 radələrində dayısı Fuad, Hökmran və Rafil ilə birlikdə “Qazel” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə bazardan çıxaraq evə getmək üçün bazarı tərk edən zaman, mal bazarında Ağcabədi yolunun üzərində olan birinci çıxışdan, “qoyun qapısı” adlanan çıxışından çıxarkən qapıda bazarın ödəniş pulu yığılan yerə çatmışlar. Adı sonradan ona məlum olan X29 ona yaxınlaşaraq avtomobildə olan heyvanları saydıqdan sonra ondan 14 manat pul istəmiş, Nicat Tağıyevə mal sata bilmədiyini bu səbəbdən üzərində cəmi 10 manat pulu olduğunu demiş, heyvanlardan birinin buzov olduğunu, buzova görə bazarda heç vaxt pul alınmadığını dedikdən sonra, yanında olan Hökmran cibində olan 2 manatı da çıxarıb ona vermiş, o, da Hökmrandan aldığı 2 manatı özündə olan 10 manatın üzərinə qoyaraq ümumilikdə 12 manat pulu Nicat Tağıyevə vermişdir. Nicat Tağıyev 12 manat pulu götürüb sayıb cibinə qoymuş, ödənişə görə hər hansı etirazı olmamış, hətta həmin vaxt yolu kəsmiş VAZ 2106 markalı maşının onlara yol verməsi üçün köməklik göstərib yolu açıb, onların yanından bazara tərəf geri qayıtmışdır. Vurğulayır ki, bazarın çıxışında avtomobillər çox olduğu üçün tıxac yaranmış, buna görə də məcburi olaraq avtomobili yavaş-yavaş hərəkət etdirməyə başlamış, bazarın çıxışından təxminən 5-6 metr hərəkət etdikdən sonra avtomobilin qarşısında "Mercedes" markalı yük avtomobili dayanmış, buna görə də idarə etdiyi avtomobili saxlamış, idarə etdiyi avtomobil dayandıqdan sonra arxadan "Vaz 2106" markalı avtomobil onun avtomobilinin arxasında saxlamış, həmin avtomobil saxladıqdan sonra idarə etdiyi avtomobili hərəkət etdirə bilmədiyinə görə Nicat Tağıyev ilə həmin vaxt bazara heyvan satmağa getmiş dayısı oğlu Rauf Mahmudlu arxada dayanan "Vaz 2106" markalı avtomobilin sürücüsündən xahiş etmişlər ki, həmin avtomobili geriyə sürsün. "Vaz 2106" markalı avtomobilin sürücüsü geri sürdükdən sonra avtomobili hərəkət etdirərək bazarın çıxışından təxminən 70-80 metr uzaqlaşdıqdan sonra qəflətən Nicat Tağıyev, idarə etdiyi avtomobilin sürücü olan hissəsindən, yəni sağ əli ilə avtomobilin sol tərəfində olan yarıaçıq yan şüşə-pəncərəsindən və ya sol yan güzgüsündən tutmaq istəyən zaman yerə, yəni avtomobilin alt tərəfinə yıxılmış, elə bu an avtomobilin sol arxa təkərinin yuxarıya qalxıb düşməsini hiss etmiş, avtomobilin arxa təkəri yuxarı qalxıb düşdükdən sonra dərhal avtomobili saxlamış, avtomobil dayandıqdan sonra düşərək Nicat Tağıyevin yanına getmiş, Nicata yaxınlaşan zaman o avtomobilə çəp formada, arxası üstə uzanıqlı formada qalmış, sol ayağı yarıqatlanmış formada olmuşdur. Əli ilə başına vurub ağlayaraq ətrafdakı insanları köməyə çağırmışdır. Həmin vaxt dayısı Fuad X42 zəng edərək hadisə barədə məlumat verərək X47 avtomobili gəlməsini istəmiş, təxminən 15-20 dəqiqə sonra X47 avtomobili gələrək hadisə yerində Nicat Tağıyevə ilkin tibbi yardım göstərmiş, daha sonra X47 avtomobilinə yerləşdirilərək xəstəxanaya aparılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, sözügedən hadisə anidən baş vermiş, X45in ona məlum olmayan səbəbdən avtomobili saxlatmaq istəyi bir neçə saniyə ərzində onun avtomobilin altına düşüb vəfat etməsi ilə nəticələnmişdir. İsrarla bildirir ki, Nicatla onun arasında heç bir mübahisə, narazılıq olmamış, Nicat ondan 12 manat pul aldıqdan sonra hətta yolda yaranmış tıxac zamanı Vaz 2106 markalı avtomobilin onun yolundan çəkilməsi üçün köməklik etmiş və bundan sonra hadisə yerindən uzaqlaşıb bazar idarəçilərinin olduğu yerə tərəf getmişdir. Ehtimal etmək olar ki, X45 onlardan alınan pulun 14 deyil 12 manat olması, yəni satmağa gətirdikləri heyvanların birinin buzov olması barədə özündən daha səlahiyyətli şəxsə məlumat vermiş, sonuncu ona əlavə 2 manatın da alınması barədə göstəriş vermiş, X45 də onlar avtomobillə bazardan çıxmamış özünü onlara çatdırmaq istəmiş, bu məqsədlə avtomobilin hər hansı yerindən tutub maşını bu yolla saxlatmağa çalışmışdır. Nəzərə alınmalıdır ki, X45 bazarda işə götürülməmiş, sınaq müddəti ilə sözügedən vəzifə ona həvalə edilmişdir. Yəni sonuncu bu işdə təcrübəsiz olmaqla, müdiriyyətin tapşırıqlarını öz həyatını riskə ataraq icra etməyə çalışmış və nəticədə məlum bədbəxt hadisə baş vermişdir. Onun X45in ölümündə zərrə qədər olsa belə günahı yoxdur. Məhkəmənin ədalətinə sığınaraq ona bəraət verilməsini hakim heyətindən acizanə şəkildə xahiş edir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, X29 qardaşıdır. 21 oktyabr 2022-ci tarixdə saat 12 radələrində atası Paşa Tağıyevi işlədiyi 16 saylı Regional Xəzinədarlıq İdarəsindən günorta yeməyinə evə aparmaq üçün atasının iş yerinin qarşısında olarkən əmisi Tahir zəng zəng edib qardaşı Nicatın “Qaz” markalı avtomobillə vurulmasını nəticəsində xəsarət almasını və halhazırda Bərdə rayon mərkəzi xəstəxanasında olmasını demiş, atası ilə birlikdə Bərdə rayon Mərkəzi xəstəxanasına getmiş, həmin xəstəxanaya çatdıqda xəstəxanın əməkdaşları Nicat Tağıyevin X47 avtomobili ilə X13 aparıldığını demiş, həmin xəstəxanaya gedən zaman qardaşının vəfat etməsini bilmişdir. Verilən suallara cavabında hadisəni görmədiyini, lakin adlarını dəqiq bilmədiyi şəxslərdən aldığı məlumata görə qardaşı Nicat Tağıyevin bazarın çıxış qapısında Şahid4 və Şahid1la birlikdə qapıda durduğunu, bazarın çıxış qapısından Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə çıxan zaman qardaşının ondan bazarın yer pulunu tələb etdiyinə görə aralarında mübahisə olduğunu, Təqsirləndirilən şəxs pul verməkdən imtina edərək nalayiq ifadələr işlədərək qardaşını təhqir etməsini, bundan sonra qardaşı Nicat Tağıyev avtomobilin ön hissəsinə keçərək əlini kapotun üzərinə qoyan zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə qəsdən qardaşının üzərinə sürərək vurub yerə yıxdıqdan sonra üzərindən keçməsini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərər çəkmiş şəxsin hüquqi varisi X25 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, X40 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X17 qardaşıdır. 21 oktyabr 2022-ci tarixdə saat 12 radələrində atasını işlədiyi 16 şaylı Regional Xəzinədarlıq İdarəsindən günorta yeməyinə evə aparmaq üçün atasının iş yerinin qarşısında olarkən, əmisi Tahir oba zəng edib qardaşı Nicatın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasını və halhazırda Bərdə rayon mərkəzi xəstəxanasında olduğunu bildirmişdir. Onlar atası ilə birlikdə dərhal Bərdə rayon Mərkəzi xəstəxanasına getmiş, həmin xəstəxanaya çatdıqda xəstəxanın əməkdaşları mərhum qardaşı Nicat Tağıyevin X47 avtomobili ilə X13 aparıldığını bildirmişlər. O, atası ilə birlikdə həmin xəstəxanaya getmişdir. Belə ki, əmisi Tahirədə kimsə zəng edərək məlumat vermişdir ki, “Qaz” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı Nicat Tağıyevi vurmuşlar, hadisə nəticəsində Nicatın xəsarət almasını öyrənmişdir. O, atası ilə birlikdə X2rkən qardaşı Nicatın avto qəza nəticəsində aldığı xəsarətlərdən vəfat etməsini həkim tərəfindən onlara bildirilmişdir. Bundan sonra qardaşının meyiti Bərdə rayon rayon “MTE və PA” birliyinin ekspertləri tərəfindən müayinə olunaraq onlara təhvil verilmişdir. Həmin günü qardaşının meyitini götürdükləri günün sabahısı xx.xx.2022-ci il tarixdə Bərdə şəhərində yerləşən “Alaçadırlı” adı ilə tanınan qəbristanlıqda dəfn etmişlər. O, qardaşının ölüm səbəbi kimi yol-nəqliyyat hadisəsi olmasına inanmır. Onun zənincə hadisə ehtiyatsızlıqdan baş verməmişdir. Hadisəni törədən şəxs Təqsirləndirilən şəxs qardaşı Nicat Tağıyevi qəsdən öldürmüşdür. Onun zənnimcə hadisə belə olmuşdur, qardaşı Nicat Tağıyev bazarın çıxış qapısında Şahid4 və Şahid1la birlikdə qapıda dururdular. Onlardan biri qışqıraraq “Nicat qoyma Qazel getdi” deyə bildirmişdir. Bu sözdən sonra Qardaşı Qazel markalı avtomobilə yaxınlaşaraq çıxış pulunu tələb etmişdir. Bu zaman Qazel markalı avtomobilin sürücüsü yəni Loğman Hüseynov pul verməkdən imtina edərək nalayiq ifadələr işlədərək qardaşını təhqir etmiş və “avtomobil ilə üstündən keçərəm” deyə bildirdikdən sonra idarə etdiyi avtomobil ilə qəsdən mərhum qardaşının üzərindən keçmişdir. Hadisə vaxtı bazarda olan Şahid4, Şahid6, Şahid5, X33, Şahid10, Şahid9, X14, Mahir adlı şəxs və Aqil adlı keçmiş polis əməkdaşı olmuşdur. Həmin adları qeyd olunan şəxslərin dindirilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisəni görməmiş və hadisə baş verən zaman orada olmamış sadəcə onun zənnincə hadisə təsvir etdiyi kimi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin idarəçiliyində olan Bərdə rayonu Alpoud kəndində yerləşən iri və xırdabuynuzlu heyvanların satış məntəqəsi, el arasında “mal bazarı” adlanan satış məntəqəsi X12 məxsus olsa da, bazara dayısı Şahid5 2022-ci ildən rəhbərlik etmiş, həftədə iki dəfə, həftənin dördüncü və beşinci günləri Bərdə rayonunun Alpoud kəndində yerləşən iri və xırdabuynuzlu heyvanların satış məntəqəsinə, el arasında “mal bazarı” adlanan satış məntəqəsinə gedərək orada nəzarətçi işləmiş, nəzarətçi olaraq bazara daxil olan və bazardan çıxan avtomobillərdən ödəniş almış, bazarın ərazisinə daxil olan avtomobillərdən beş manat, bazarın ərazisindən çıxan avtomobillərdən isə avtomobildə olan iri və xırdabuynuzlu heyvanların sayına görə ödəniş alınmışdır. Bazardan çıxan avtomobillərin yük hissəsində olan xırdabuynuzlu heyvanlara görə, hər heyvana görə bir manat, iribuynuzlu heyvanların sayına görə isə iki manat ödəniş alınmışdır. Nicat Tağıyev vəfat edənədək qısa müddət ərzində bazarda sınaq müddəti ilə işləmiş, təxminən ümumilikdə 2-3 dəfə bazara gələrək stajor nəzarətçi olaraq işləmişdir. 21 oktyabr 2022-ci il tarixdə, təxminən 11-12 radələrində nəzarətçi işlədiyi “qoyun qapısı” adlanan qapıya “Qazel” markalı avtomobil yaxınlaşaraq bazarın ərazisindən çıxmaq istəmiş, həmin avtomobilin ön sərnişin oturacağında başqa şəxslər də olmuşdur. Həmin şəxslərin dəqiq neçə nəfər olmasını bilmir. “Qazel” markalı avtomobil çıxış qapısına yaxınlaşan zaman həmin avtomobildən ödəniş pulunu almaq üçün Nicat Tağıyev həmin avtomobilə yaxınlaşmış, həmin vaxt özü bazarın ərazisindən çıxış edən başqa “Qazel” markalı avtomobilin ödəniş pulunu almışdır. Nicat Tağıyev “Qazel” markalı avtomobilə yaxınlaşan zaman digər avtomobildən ödəniş alsa da, Nicatla “Qazel” markalı avtomobilin sürücüsünün mübahisə etməsi diqqətini çəkmiş, belə ki, adətən bazardan çıxış edən avtomobil sürücüləri ödəniş etməkdən və yaxud ödənişi tam etməkdən imtina etmişlər. Buna görə də sürücülərlə nəzarətçilər arasında mübahisə olması onlar üçün adi hal almışdır. Nicat Tağıyev “Qazel” markalı avtomobilə yaxınlaşdıqdan sonra aralarında mübahisə olduğunu və bir-biriləri ilə yüksək səslə danışdıqlarını eşitmiş, buna görə də daha da diqqətini həmin avtomobilə, Nicatla sürücü arasında olan mübahisəyə yönəltmiş, Nicatla sürücünün mübahisəsindən başa düşmüş ki, avtomobilin yük hissəsində olan iribuynuzlu heyvanların sayına görə sürücü ödəniş etmək istəmir. Həmin vaxt bilmişdir ki, avtomobilin yük hissəsində yeddi baş iribuynuzlu heyvan olmuş, həmin heyvanların hər birinə görə sürücü iki manat ödəniş etməli olsa da, ödənişi tam etməkdən, yəni on dörd manat ödəniş etməkdən imtina etmiş, buna görə də Nicatla sürücü arasında mübahisə yaranmışdır. Onların arasında mübahisə gedən zaman sürücü avtomobili asta sürətlə, təxminən saatda 5 km sürətlə idarə edib bazardan çıxmaq istəsə də, Nicat avtomobilin sol hissəsində kiçik addımlarla, bəzi vaxtlarda da sağ əli ilə avtomobilin yan şüşəsindən tutaraq hərəkət etmiş, bu formada sürücü avtomobili idarə etmiş, Nicat isə on dörd manat ödənişi tam formada almaqdan ötrü avtomobilin hərəkət istiqamətində sol yan hissəsində sürücü ilə mübahisə edərək hərəkət etmiş, onlar bir-birilərinə əl-qol atmasalar da yüksək səslə mübahisə edirlərmiş. Avtomobil bazarın çıxış qapısından təxminən 20-25 metr aralanan zaman, onların arasında olan mübahisə daha da şiddətləndiyindən, yəni daha yüksək səslə danışıq getdiyindən, ödəniş pulunu almaqda Nicata köməklik etmək üçün avtomobilə yaxınlaşmaq istəyərək avtomobilin arxası istiqamətində hərəkət etməyə başlamış, təxminən 5-6 metr arxada mübahisə olan avtomobilə tərəf yaxınlaşan zaman, yəni avtomobilin sol-arxa istiqamətində avtomobilə yaxınlaşan zaman Nicat avtomobilin ön hissəsində olmuş və əlini avtomobilin ön sol çıxıntılı hissəsinə, “kapot” hissəsinə qoyaraq sürücünün avtomobili hərəkət etdirməsinə mane olmuş, Nicatın məqsədi sürücüdən ödəniş pulunu tam formada almaq olmuş, Nicat əlini avtomobilin ön “kapot” hissəsinə qoyan zaman avtomobil hərəkətsiz vəziyyətdə durmuş, o isə avtomobilə yaxınlaşmışdır. Avtomobilə təxminən 5-6 metr məsafədə yaxınlaşan zaman qəflətən avtomobil irəli sürətli formada hərəkət edərək Nicat Tağıyevi vurmuş və üzərindən keçərək 6-7 metr irəlidə saxlamış, Nicatın avtomobilin altında qalmasını gördükdə ona tərəf gedərkən hərəkətsiz formada yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş, həmin vaxt bazarda olan digər şəxslər də Nicata yaxınlaşaraq demişlər ki, “şoka düşübdür, toxunmayın”. Təxminən 20 dəqiqə sonra təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili hadisənin baş verdiyi yerə yaxınlaşaraq, həmin avtomobildə olan həkimlər Nicatı avtomobilə qoyaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Daha sonra ona məlum olmuşdur ki, Nicat Tağıyev aldığı xəsarətlər hesabına aparıldığı xəstəxanada vəfat etmişdir. Verilən suallara cavabında bildirmişdir ki, O, hadisə zamanı avtomobilin sol arxa hissəsində olmuş, Nicat Tağıyevi sonradan adını bildiyi Təqsirləndirilən şəxs avtomobilin ön hissəsi ilə vurub yıxmış və Nicat Tağıyev avtomobilin arxa hissəsindən təkərlərin arasından çıxsa da lakin avtomobilin təkərlərinin Nicat Tağıyevin üzərindən keçməsini görməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs avtomobili saxlamış və avtomobildə olan şəxslərlə birlikdə, eyni zamanda ətrafda olan digər şəxslər Nicatın uzanıqlı formada qaldığı yerə yaxınlaşmışlar. Nicat Tağıyevi avtomobil vurduqdan sonra sağ üzü üstündə uzanıqlı vəziyyətdə qalmışdır. Həmçinin həmin vaxt bazarda tıxac olmuş Loğmanın idarə etdiyi avtomobillə digər avtomobil arasında 7-8 metr məsafə olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 4 ay müddətdir ki Bərdə Ticarət MMC-də nəzarətçi işləyir. Gündəlik olaraq həmin bazarın Ağcabədi yolunun üzərində olan üçüncü qapısında duraraq oradan keçən avtomobillərin giriş-çıxışına nəzarət edir. Onunla birlikdə həmin üçüncü qapıda Bəhruz və Elxan da işləyir. X29 isə Bərdə Ticarət MMC-də yeni vəzifəyə təyin olunduğuna görə sınaq müddəti olaraq 13-14 gün idi işləməyə başlamışdı. xx.xx.2022-ci il tarixdə işdə olarkən onların işlədikləri qapıdan aralı olan yerdə səs-küy olduğunu eşitmişdir. Yoldan keçən şəxslərdən nə olması barədə soruşduqda ona yol nəqliyyat hadisəsi baş verdiyini demişlər. Baş nəzarətçi Elxan, 10-15 dəqiqə keçdikdən sonra hadisə yerinə getmiş və geri qayıtdıqdan sonra tanımadığı bir nəfər şəxsin yerdə uzandığını “Qazel” markalı avtomobilin X19 vurduğunu demişdir. Bundan sonra o, hadisə barədə Bəhruza demiş, daha sonra onlar işlərinə davam etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman O, həmin hadisəni görməmiş, ona həmin hadisə barədə iş yoldaşı Elxan məlumat vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi digər ifadəsində göstərmişdir ki, X29 onun qohumudur, onunla heç bir ədavəti və düşməçiliyi olmamışdır. Onunla yaxşı qohumluq və dost kimi münasibəti olmuş. X5 Bərdə Ticarət MMC-də xx.xx.2022-ci il tarixdə onun işlədiyi qapıda yəni qoyun qapısı adlanan qapıda olan zaman Qazel markalı yük avtomobili gəlmiş və Nicat ona yaxınlaşaraq bazarın yer pulunu istəmişdir. Həmin vaxt o, Qazelin yanında olan avtomobildən yer pulu alırmış, Bərdə Ticarət MMC-nin direktoru Şahid5 övladı Şahid4 isə Qazel markalı avtomobilin arxa tərəfində dayanan avtomobildən yer pulu alırmış. Şahid4 rəsmi olaraq Bərdə Ticarət MMCnin işçisi deyil, lakin boş vaxdlarında atasının işlərinə kömək etmək üçün bazarda bəzi işləri görmüşdür. X5 Qazel markalı yük avtomobilinin sürücüsü ilə mübahisə etməyə başlamış, mübahisənin səbəbi X1 14 manat pul istəmiş lakin həmin vaxt sürücü adı sonradan ona məlum olan Loğman adlı şəxs Nicat Tağıyevə 12 manat pul vermişdir. X29 isə ondan qalan 2 manatı tələb etdiyi üçün aralarında mübahisə baş vermiş. Nicat Tağıyev sürücüdən 2 manat almaq üçün avtomobilin yəni Qazelin qarşısına keçmiş, sürücü Nicatdan avtomobilin qarşısından kənara çəkilməsini tələb etsə də Nicat kənara çəkilməmişdir. Nicat kənara çəkilmədiyinə görə sürücü avtomobilin qarşısı ilə Nicatı vuraraq üstündən keçmiş, bundan sonra Nicat yerdə uzanıqlı qalmış və Nicatın yanına getmişdir. Ətrafda olan camaat X42 zəng etmişlər. Bundan sonra X47 avtomobili gələrək Nicatı xəstəxanaya aparmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İlkin ifadəsində get-gələ düşməmək üçün yalan ifadə vermiş, hadisə baş verən zaman yandaki avtomobillərdən yer pulu almışdır.Qazel markalı avtomobil ön təkəri ilə X45in sol ayağdan başlayaraq bədəninin üst sol hissəsi ilə çiyninə doğru keçmiş, bundan sonra arxa təkər də həmin proses üzrə piyadanın sol ayağından başlayaraq sol hissəsindən keçə-keçə döş qəfəsinin üzərindən aşaraq dayanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 21099” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə bazarın “qoyun qapısı” adlanan qapısından təxminən 10-15 metr aralıda dayanıb müştəri gözləmiş və anidən bazarın çıxış qapısı tərəfdən səs-küy eşitmiş, avtomobildən yerə düşən zaman tanımadığı Nicat adlı şəxsin göy rəngli “Qazel” markalı avtomobilin qabaq sol tərəfində dayanaraq əlini avtomobilin kapot hissəsinə qoymuş formada görmüş, ani bir vaxtda “Qazel” markalı avtomobilin yerindən sürətlənərək ön hissəsində dayanan şəxsi vuraraq yerə üzərindən keçdiyini görmüş, həmin vaxt bazarda olan çoxsaylı insanlar yerdə uzanıqlı formada qalmış şəxsin ətrafına toplaşmışlar, həmin vaxt X47 avtomobili çağırıldığını eşitmiş, daha sonra onun avtomobilinə sərnişin oturduğu üçün sərnişini Bərdə şəhərinə aparmış, həmin gün “Qazel” markalı avtomobilin vurduğu şəxsin vəfat etməsini bilmişdir. Verilən suallara cavabında bildirmişdir ki, X45i tanımamış, “Qazel” markalı avtomobil diqqətini cəlb edən zaman Nicat Tağıyevin “Qazel” markalı avtomobilin qabaq sol tərəfində dayanaraq əlini avtomobilin kapot hissəsinə qoymuş formada görmüş, ani bir vaxtda “Qazel” markalı avtomobilin yerindən sürətlənərək ön hissəsində dayanan şəxsi vuraraq üzərindən keçdiyini görmüşdür. Nicat Tağıyevin avtomobil vurandan sonra bədəninin hansı hissəsi üstündə yerə düşməsini görməmiş, avtomobilin digər tərəfində dayandığı üçün Nicat isə sürücü tərəfdən vurulduğundan avtomobilin Nicat tağıyevin bədənin hansı hissəsindən keçdiyini görməmişdir. “Qazel” markalı avtomobilin təkərlərinin hadisə vaxtı X45in bədənin üzərindən keçməsini görməmişdir. Həmçinin hadisə vaxtı bazarda tıxac olmuş və maşınların arasında 1-2 metr məsafə olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ 21099” markalı, **-BM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsinin maddi ehtiyyaclarını ödəyir. Bərdə rayonu, Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsində bazarın fəaliyyət göstərdiyi günlər, yəni həftənin 4 və 5-ci günləri bazara gedib orada sərnişin gözləyir, çox vaxt da həmin bazara sərnişin aparır, 21 oktyabr 2022-ci il tarixdə bazarın “qoyun qapısı” adlanan qapısından təxminən 15-20 metr aralıda dayanıb müştəri gözləmiş, təxminən saat 12 radələrində sükan arxasında olan zaman bazarın çıxış qapısı tərəfdən səs-küy eşitmiş, avtomobildən yerə düşən zaman tanımadığı Nicat bir nəfər şəxsin göy rəngli “Qazel” markalı avtomobilin qabaq hissəində dayandığını görmüş, ani bir vaxtda “Qazel” markalı avtomobilin yerindən sürətlənərək ön hissəsində dayanan şəxsi vuraraq üzərindən keçmişdir. Həmin vaxt bazarda olan çoxsaylı insanlar yerdə uzanıqlı formada qalmış şəxsin ətrafına toplaşmışlar, həmin vaxt X47 avtomobili çağırılmış, daha sonra onun avtomobilinə sərnişin oturduğu üçün sərnişini Bərdə şəhərinə aparmış, həmin gün “Qazel” markalı avtomobilin vurduğu şəxsin vəfat etməsini bilmişdir. Verilən suallara cavabında bildirmişdir ki, o, tanımadığı şəxsin “Qazel” markalı avtomobilin qabağında dayandığını və anidən “Qazel” markalı avtomobilin yerindən sürətlənərək ön hissəsində dayanan şəxsi vuraraq üzərindən keçməsini görmüşdür. Həmin vaxt qışqırtı olmuş hamı bir-birinə qarışdığına görə “Qazel” markalı avtomobilin sürücüsünü tam görməmiş içərisində olan şəxslərə fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə qoyun almaq məqsədi ilə getmiş, həmin gün saat 12 radələrində bazardan aldığı iki baş qoyunu özü ilə apararaq piyada bazardan çıxdıqda “qoyun qapısı” adlanan çıxış qapısından təxminən 30 metr kənarda Nicat Tağıyev ilə “Qazel” markalı avtomobilin sürücüsü, sonradan Təqsirləndirilən şəxs olaraq bildiyi şəxs arasında yer pulu üstündə mübahisə etmələrini görmüş, “Qazel” markalı avtomobil ondan 15-20 metr irəlidə hərəkət etmiş, həmin avtomobilin sol yanına yaxınlaşıb, sol yanı ilə hərəkət edən zaman bazarın nəzarətçisi olaraq tanıdığı Nicat Tağıyevin sol əlini avtomobilin ön sol çıxıntılı hissəsinə, kapotun üzərinə qoymuş formada görmüş, həmin vaxt ani olaraq avtomobil Nicatı ön hissəsi ilə vurub üzərindən keçərək, ondan təxminən 4-5 metr irəlidə saxlamış, avtomobil irəli keçdikdən sonra Nicatın yerdə uzanıqlı formada qalmasını görmüş, bundan sonra qoyunlarını apardığına görə geri qayıtmamışdır. Onun həmin şəxsin ölməsi və digər baş verən hadisələrdən xəbəri olmamışdır. Verilən suallara cavabında bildirmişdir ki, “Qazel” markalı avtomobilin Nicat Tağıyevi vurub üzərindən keçdiyini görmüş, lakin həmin an avtomobilin Nicat Tağıyevin bədənin hansı hissəsindən keçməsini görməmişdir. Nicatın Tağıyev avtomobilin altında qalmamış və “Qazel” markalı avtomobilin təkərləri onun üzərindən keçməmişdir. Həmçinin həmin vaxt bazarda tıxac olmadığını da bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, heyvan alqı-satqısı ilə məşğul olub ailəsinin dolandırır. Bərdə rayonun Alpoud kəndində yerləşən mal bazarına hər bazar günü gedib heyvan alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bazardan çıxaraq öz yaşadığı evə qayıdırmış. Bazardan aldığı 2 baş qoyunu götürərək bazardan çıxırmış. O, bazardan çıxdıqda çıxış qapısından təxminən 30 metr kənarda mərhum ilə Qazel sürücüsü yer pulu üstündə mübahisə edirlərmiş. O, onların yanından keçdikdən sonra təxminən 4-5 metr onlar tərəfdən uzaqlaşdıqdan sonra Qazel sürücüsü adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Nicatın üzərindən keşmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilin qabaq tərəfi ilə vurduqdan sonra birinci qabaq təkər sonra isə arxa təkər ilə avtomobilin üzərindən keçmişdir. Sürücü piyadanın üzərindən avtomobilin qabaq tərəfi ilə keçdikdən sonra o və ətrafdakı insanlar piyadanın yanına yaxınlaşmışlar. O, təxminən 2-3 dəqiqə hadisə baş verdikdən sonra orada vurulan piyadaya baxdıqdan sonra oradan uzaqlaşıb yaşadığ evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsində nəzarətçi işləyir. Belə ki, bazarın çıxış qapılarının qarşısında olan meyvə-tərəvəz satışı satışı üçün nəzərdə tutulmuş yerlərdə dayanıb orada meyvə-tərəvəz satışının aparıldığı avtomobillərə və satıcılara nəzarət edir. 21 oktyabr 2022ci il tarixdə səhər saatlarında bazarın ərazisində meyvə-tərəvəz satışının aparıldığı avtomobillərin yanında nəzarətçi olaraq işləmiş, həmin gün saat 10 radələrində bazarın ərazisini tərk edərək övladını Bərdə rayonunun Nazırlı kənd tam orta məktəbindən götürüb Bərdə şəhərində hazırlıq kursuna aparmış, təxminən saat 11-12 radələrində iş yoldaşı Şahid1 ona zəng edərək bazarda nəzarətçi işləyən Nicat Tağıyevi avtomobilin vurmasını demiş, hadisənin necə baş verdiyini Şahid1 soruşduqda sonuncu demişdir ki, Nicat Tağıyev bazardan çıxış edən “Qazel” markalı avtomobildən bazarın ödəniş pulunu tələb etmiş, avtomobilin sürücüsü ödəniş etməkdən imtina etmiş, Nicat Tağıyev isə avtomobilin ön hissəsinə keçərək əlini kapotun üzərinə qoyub avtomobilin hərəkətinə mane olmuş, həmin vaxt sürücü avtomobili qəflətən Nicat Tağıyevin üzərinə sürərək Nicatı vurmuş və həmin zərbənin təsirindən Nicat Tağıyev yerə yıxılmış və avtomobillə Nicatın üzərindən keçmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 6 ay müddəti olar ki o, Bərdə Ticarət MMC-də nəzarətçi işləyirmiş. Gündəlik olaraq həmin bazarın Ağcabədi yolunun üzərində olan üçüncü qapısında duraraq oradan keçən avtomobillərin giriş-çıxışına nəzarət edirmiş. X6 üçün xx.xx.2022-ci il tarixdə üçüncü qapıda işləyirmiş. Onunla birlikdə həmin üçüncü qapıda Elgiz və Elxan da işləyirmiş. X29 isə Bərdə Ticarət MMC-də yeni vəzifəyə təyin olunduğuna görə sınaq müddəti olaraq 13-14 imiş ki, işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə işdə olarkən Elgiz ona onların işlədiyi qapıdan aralı olan yerdə yol nəqliyyat hadisəsi olduğunu demiş. Elgizdən nə olması barədə soruşduqda o, ona demiş ki, “Qazel” markalı avtomobil Nicat Tağıyev vurmuş. O, özü hadisəni görməmiş və səs-küy də eşitməmişdir. Hadisə olan zaman o, qapıdan biraz aralıda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun, Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsində baş nəzarətçi işləyir. Bazarın fəaliyyət göstərdiyi həftənin 4 və 5-ci günləri bazarın giriş-çıxış qapılarında nəzarətçi olaraq işləyən işçilərə nəzarət edir. X19 tanıyır, belə ki, o təxminən hadisə baş verməmişdən əvvəl 2-3 dəfə şərti olaraq “qoyun qapısı” adlanan qapıda nəzarətçi olaraq işləmiş, həmin qapıda Nicat Tağıyevdən başqa Şahid1 və Eşad Tağıyev də işləmişdir. 21 oktyabr 2022-ci il tarixdə səhər saatlarında bazarın şərti olaraq “qoyun qapısı” adlanan qapısında işçilərə nəzarət etmiş, təxminən saat 11 radələrində digər qapıya, bazarın 2-ci qapısına getmiş və orada olan işçilərə nəzarət edən zaman “qoyun qapısı”nın qarşı tərəfindən səs-küy eşitmiş, həmin vaxt iş yoldaşı Şahid1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Nicat Tağıyevi “qoyun qapısı”nın qarşısında avtomobil vurmasını demiş, hadisənin baş verdiyi yerə gələn zaman Nicat Tağıyevi yerdə uzanmış formada görmüş, orada olan şəxslər, həmçinin hadisənin necə baş verməsini soruşduqda demişlər ki, Nicat Tağıyev bazardan çıxış edən “Qazel” markalı avtomobildən bazarın ödəniş pulunu tələb etmiş, avtomobilin sürücüsü ödəniş etməkdən imtina etmiş, daha sonra avtomobil hərəkət edən zaman Nicat Tağıyev isə avtomobilin yan şüşəsindən tutan zaman şüşə qatlanmış və Nicat Tağıyev avtomobilin altına düşmüşdür. O istintaq zamanı da belə ifadə vermiş lakin ifadəsini oxumadan imza etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 5 ay müddətində olar ki, Bərdə Ticarət MMC-də baş nəzarətçi işləyir. Gündəlik olaraq həmin bazarın Ağcabədi yolunun üzərində olan üçüncü qapısında duraraq oradan keçən avtomobillərin giriş-çıxışına nəzarət edir. Onunla birlikdə həmin üçüncü qapıda Elgiz və Bəhruz da işləyir. X6 üçün xx.xx.2022-ci il tarixdə üçüncü qapıda işləmişdir. X29 isə Bərdə Ticarət MMC-də yeni vəzifəyə təyin olunduğuna görə sınaq müddəti olaraq 13-14 gün imiş ki, işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə işdə olarkən onların işlədiyi qapıdan aralı olan yerdə səs-küy olduğunu eşitmiş. Yoldan keçən şəxslərdən nə olması barədə soruşduqda ona yol nəqliyyat hadisəsi baş verdiyini demişlər. O, hadisə baş verən zaman görməmişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra o, hadisə yerinə getmiş və Nicat Tağıyevin yerdə uzandığını görmüş. O, hadisə baş verən zaman hadisəni görməmiş, ona hadisə barədə tanımadığı şəxslər məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə iki baş iribuynuzlu heyvanını satmaq üçün getmiş, bazarda olan zaman tanımadığın şəxslərdən olduğu yerdən uzaq məsafədə, yəni bazarın şərti olaraq “qoyun qapısı” adlanan qapısından aralı məsafədə avtomobillə adam vurulmasını eşitmiş, hadisənin baş verdiyi yerə gedən zaman xəsarət alan şəxsin qohumu X29 olmasnı bilmiş, hadisə yerinə çatdıqdan təxminən 2-3 dəqiqə sonra X47 avtomobili gələrək Nicatı xəstəxanaya aparmış və bir neçə saat sonra Nicatın vəfat etməsi xəbərini eşitmişdir. Verilən suallara cavabında bildirmişdir ki, Nicat Tağıyevin “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsində nəzarətçi işləməsini bilməmiş, hadisə yerində olan zaman orada olan şəxslərdən bəziləri “qazel” markalı avtomobilin sürücüsü ilə Nicat Tağıyev bazarın ödənişinə görə mübahisə etdiklərini, Nicat Tağıyev avtomobilin ön hissəsinə keçərək əlini kapotun üzərinə qoyan zaman sürücü avtomobili qəflətən yüksək sürətlə hərəkət etdirib Nicat Tağıyevi vuraraq üzərindən keçdiyini, bəzi şəxslərin isə Nicat Tağıyevin “qazel” markalı avtomobilin yan şüşəsindən tutan zaman şüşənin qatlandığını və Nicatın avtomobilin altına düşdüyünü demələrini eşitmiş, lakin müstəntiqə ifadə verən zaman bu məsələləri eşitdiyini deməmiş ifadəsini oxumadan imza etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləmir. X5 onun qohumudur. xx.xx.2022-ci il tarixdə o, bazarda imiş. Ona məxsus olan 2 baş iri buynuzlu heyvanı həmin günü satmaq üçün getmişdir. Bazarda mal satan zaman orada olan camaatdan eşitmişdir ki, o, olduğu yerdən uzaq məsafədə yol nəqliyyat hadisəsi baş vermiş. O, eşitdikdə sonra hadisə yerinə getmiş və ona məlum olmuş ki, qohumu Nicat Tağıyevi yol nəqliyyat hadisəsi zamanı xəsarət almış, hadisə baş verən zaman görməmişdir. Nicatın orada işləməsi haqqında məlumatı da yox imiş. O, ora çatdıqdan təxminən 2-3 dəqiqə sonra X47 avtomobili gələrək Nicatı aparmışdır. Bundan sonra o, avtomobil ilə xəstəxanaya gedən zaman orada məlum olmuşdur ki, X29 hadisə nəticəsində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun, Alpoud kəndində yerləşən “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə bir baş iribuynuzlu heyvanını satmaq məqsədi ilə həmin gün səhər saatlarında getmiş, həmin gün təxminən saat 11-12 radələrində bazarın içərisində olan zaman insanların “qoyun qapısı”ndan irəlidə toplaşdığını gördükdə həmin yerə gedərkən məlum olmuşdur ki, qohumu olan Nicat Tağıyevi “qazel” markalı avtomobil vuraraq xəsarətlər yetirmiş, ora çatdıqdan təxminən sonra X47 avtomobili gələrək Nicatı xəstəxanaya aparmışdır. Verilən suallara cavabında bildirmişdir ki, hadisənin bazarın şərti olaraq “qoyun qapısı” adlanan qapısından 20-30 metrdən artıq aralı məsafədə baş vermiş, həmin vaxt bazarın içərisində olduğundan onunla hadisənin baş verdiyi yerə qədər xeyli məsafə olmuş, sözügedən hadisəni görməmiş, hadisə yerinə çatan zaman orada olan tanıdığı və tanımadığı şəxslər Nicat Tağıyevi “qazel” markalı avtomobilin ön hissəsi ilə vurmasını və ayağının qırıldığını demişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid10 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Rəsmi olaraq heç bir yerdə işləmir. X4 qohumudur. xx.xx.2022-ci il tarixdə o, bazarda imiş. Ona məxsus olan 1 ədəd iri buynuzlu heyvanı həmin günü satmaq üçün getmişdir. Bazarda olan zaman odan uzaq məsafədə camaatın toplaşdığını görmüş, maraqlı gəldiyi üçün ora getdikdən sonra ona məlum olmuşdur ki, qohumu Nicat Tağıyev yol nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. O, ora çatdıqdan təxminən 2-3 dəqiqə sonra X47 avtomobili gələrək Nicatı aparmış. Bundan sonra avtomobil ilə xəstəxanaya gedən zaman X29 hadisə nəticəsində vəfat etmişdir. O, hadisəni görməmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 1990-cı ildən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X43 Bərdə rayon şöbəsində məhkəmə-tibbi eksperti vəzifəsində işləyir. 21 oktyabr 2022-ci il tarixdə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X43 Bərdə rayon şöbəsinə X17 meyiti xarici və daxili müayinə olunması üçün Bərdə rayon X23 Bölməsinin müstəntiqi Seymur Musayev tərəfindən təqdim edilmiş, meyit tərəfindən xarici müayinə olunan zaman meyitdə döş qəfəsinin qapalı küt travması-sol çoxsaylı Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerinidəyişən sınığı, sol ağciyərin yaralanmaları, kəskin qanitirmə, sağ X-Xİ qabırğaların yerini dəyişməyən sınığı, sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə qəlpəli sınığı (bamper sınığı), döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və sol bayır topuq, sol ǝl nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin sıyrığı və qançırı kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmiş, müayinəyə əsasən meyitin bədənində aşkar edilmiş qeyd edilən xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının piyadanı vurması nəticəsində törənməsi müəyyən olunmuş, müayinənin nəticələrinə əsasən Nicat Tağıyevin ölümünə səbəb döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuş, meyitin sol bud sümüyünün qəlpəli sınığı (bamper) xarakterinə və yerləşmə nahiyəsinə görə avtomaşının ön hissəsi ilə ilkin zərbəsi nəticəsində yaranmış, sonra bədənin avtomobilin üzərinə düşməsi nəticəsində avtomobil hissələrinin təsirindən sol qabırğa sümüklərinin yerinidəyişən sınığı törənmiş, aşkar edilmiş sağda iki ədəd qabırğanın yerini dəyişməyən sınığı isə zərbənin təsiri nəticəsində yıxılmadan əmələ gələ bilərdi. Nicat Tağıyevin meyitinin xarici və daxili müayinəsinin nəticəsinə əsasən “QAZ” markalı avtomobil ön bamper hissəsi ilə ilkin zərbə yetirmiş, həmin zərbənin təsirindən sonrakı mərhələdə Nicat Tağıyevin bədəni avtomobilin ön hissəsinin üzərinə düşməsi nəticəsində avtomobil hissələrinin təsirindən sol qabırğa sümüklərinin yerini dəyişən sınığı törənmiş, zərbənin təsiri nəticəsində yıxılmadan isə sağda iki ədəd qabırğanın yerini dəyişməyən sınığı əmələ gəlmişdir. Verilən suallara cavabında meyitin üzərində olmuş boz rəngli isti alt tumanı və boz rəngli trusik meyitin müayinəsi müstəntiq tərəfindən götürülməmiş, həmin paltarlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində saxlanılmışdır. Verilən suallara cavabında bildirmişdir ki, Şəxsin üzərindən avtomobil keçən zaman bədəndə kəskin deformasiyalar olduğundan buna görə də Nicat Tağıyevin bədənində aşkar edilmiş xəsarətlər onun üzərindən maşın keçməsi zamanı əmələ gələn xəsarətlər olmamışdır. Nicat Tağıyevin bədəni üzərində yaranmış xəsarətlərin avtomobilin aşağı surətdə hərəkət edən zaman yaranıb-yarnmaması ilə bağlı dəqiq fikir bildirmək mümkün deyil. Nicat Tağıyevin bədənində aşkar edilmiş xəsarətlər də bilavasitə onun sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə qəlpəli sınığın yaranması maşının ön hissəsi ilə mərhumun arxa hissəsindən vurma zamanı yaranan xəsarətlər üçün xarakteriktir. Avtomobilin ilkin zərbəsi X45in sol bud nahiyəsinin arxa 1/3 hissəsindən dəymiş və həmin zərbənin təsirindən arxaya yıxılmışdır. Nicat Tağıyevin baş hissəsində xəsarətlər olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 1990-cı ildən Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X43 Bərdə rayon şöbəsində məhkəmə-tibbi eksperti vəzifəsində işləyir. 21 oktyabr 2022-ci il tarixdə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X43 Bərdə rayon şöbəsinə X17 meyiti xarici və daxili müayinə olunması üçün Bərdə rayon X23 Bölməsinin müstəntiqi Seymur Musayev tərəfindən təqdim edilmiş, meyit tərəfindən xarici müayinə olunan zaman meyitdə döş qəfəsinin qapalı küt travması-sol çoxsaylı Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerinidəyişən sınığı, sol ağciyərin yaralanmaları, kəskin qanitirmə, sağ X-Xİ qabırğaların yerini dəyişməyən sınığı, sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə qəlpəli sınığı (bamper sınığı), döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və sol bayır topuq, sol ǝl nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin sıyrığı və qançırı kimi sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmiş, müayinəyə əsasən meyitin bədənində aşkar edilmiş qeyd edilən xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının piyadanı vurması nəticəsində törənməsi müəyyən olunmuş, müayinənin nəticələrinə əsasən Nicat Tağıyevin ölümünə səbəb döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuş, meyitin sol bud sümüyünün qəlpəli sınığı (bamper) xarakterinə və yerləşmə nahiyəsinə görə avtomaşının ön hissəsi ilə ilkin zərbəsi nəticəsində yaranmış, sonra bədənin avtomobilin üzərinə düşməsi nəticəsində avtomobil hissələrinin təsirindən sol qabırğa sümüklərinin yerinidəyişən sınığı törənmiş, aşkar edilmiş sağda iki ədəd qabırğanın yerini dəyişməyən sınığı isə zərbənin təsiri nəticəsində yıxılmadan əmələ gələ bilərdi. Nicat Tağıyevin meyitinin xarici və daxili müayinəsinin nəticəsinə əsasən “QAZ” markalı avtomobil ön bamper hissəsi ilə ilkin zərbə yetirmiş, həmin zərbənin təsirindən sonrakı mərhələdə Nicat Tağıyevin bədəni avtomobilin ön hissəsinin üzərinə düşməsi nəticəsində avtomobil hissələrinin təsirindən sol qabırğa sümüklərinin yerini dəyişən sınığı törənmiş, zərbənin təsiri nəticəsində yıxılmadan isə sağda iki ədəd qabırğanın yerini dəyişməyən sınığı əmələ gəlmişdir. Verilən suallara cavabında meyitin üzərində olmuş boz rəngli isti alt tumanı və boz rəngli trusik meyitin müayinəsi müstəntiq tərəfindən götürülməmiş, həmin paltarlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində saxlanılmışdır. Verilən suallara cavabında bildirmişdir ki, Nicat Tağıyevin bədənində aşkar edilmiş xəsarətlər də bilavasitə onun avtomobilin ön bamper hissəsi ilə vurulmasını və sonradan bədəninin avtomobilin üzərinə düşərək hissələrinin təsirindən yaranmasını göstərir, meyitin bədənində aşkar edilmiş qeyd edilən xəsarətlərin xarakter və lokalizasiyası Nicat Tağıyevin "QAZ” markalı avtomobilin sağ əli ilə sol yan pəncərəsindən, sol əli ilə isə sol yan güzgüsündən tutan zaman güzgünün qatlanması nəticəsində müvazinətini itirərək avtomaşının sol arxa təkərinin altına düşməsi nəticəsində yarana biləcək xəsarətlər deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Ticarət Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətində baş nəzarətçi vəzifəsində işləyir, həmin cəmiyyətin direktoru qardaşı Şahid5dir. X19 tanıyır, belə ki, onun atası ilə qohumluq əlaqələri vardır, Nicat Tağıyevin atası oğlunu "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin idarəçiliyində olan Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsində işə qəbul etməyini xahiş etdiyinə görə qardaşı Şahid5 sınaq müddəti olaraq 2022-ci ilin oktyabr ayının əvvəlində Nicat Tağıyevi işə qəbul etmişdir. 21 oktyabr 2022-ci il tarixdə bazarın ərazisində olan zaman şərti olaraq “qoyun qapısı” adlanan qapıdan qarşı tərəfdə avtomobillə adam vurulmasını öyrənmiş, ayağında ağrılar olduğu üçün asta hərəkət edərək hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman xəsarət alan şəxsin qohumu Nicat Tağıyev olmasını bilmiş, həmin vaxt X47 avtomobili gələrək Nicat Tağıyevi xəstəxanaya apamışdır. Hadisə yerində olan zaman orada olan şəxslərdən eşitmişdir ki, “qazel” markalı avtomobilin sürücüsü ilə Nicat Tağıyev bazarın ödənişinə görə mübahisə etmişlər, sürücü ödənişi verməkdən imtina etdiyinə görə Nicat Tağıyevi avtomobilin ön hissəsi ilə vurmuşdur. Verilən suallara cavabında hadisə baş verən zaman bazarın şərti olaraq “qoyun qapısı” adlanan qapısından xeyli aralı məsafədə olduğunu görə baş vermiş hadisəni görmədiyini bildirmişdir. O, orada olan şəxslərdən eşitdiyinə görə adını sonradan bildiyi Təqsirləndirilən şəxs Nicat Tağıyevi maşının ön hissəsi ilə vurmuşdur və Nicatın əlini maşının kapotunun üzərinə qoyub-qoymaması barədə isə eşitməmişdir. O, həmçinin avtomobilin Nicatın üzərindən də keçdiyini də eşitməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Ticarət Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətində baş nəzarətçi vəzifəsində işləyir, həmin cəmiyyətin direktoru qardaşı Şahid5dir. X19 tanıyır, belə ki, onun atası ilə qohumluq əlaqələri vardır, Nicat Tağıyevin atası oğlunu "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin idarəçiliyində olan Bərdə rayonu, Alpoud kəndində yerləşən “mal bazarı” kimi tanınan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsində işə qəbul etməyini xahiş etdiyinə görə qardaşı Şahid5 sınaq müddəti olaraq 2022-ci il oktyabr ayının əvvəlində Nicat Tağıyevi işə qəbul etmişdir. 21 oktyabr 2022-ci il tarixdə bazarın ərazisində olan zaman şərti olaraq “qoyun qapısı” adlanan qapıdan qarşı tərəfdə avtomobillə adam vurulmasını öyrənmiş, ayağında ağrılar olduğu üçün asta hərəkət edərək hadisə yerinə getmiş, hadisə yerinə çatan zaman xəsarət alan şəxs qohumu Nicat Tağıyev olmasını bilmiş, həmin vaxt X47 avtomobili gələrək Nicat Tağıyevi xəstəxanaya apamışdır. Hadisə yerində olan zaman orada olan şəxslərdən öyrənmişdir ki, “qazel” markalı avtomobilin sürücüsü ilə Nicat Tağıyev bazarın ödənişinə görə mübahisə etmişlər, sürücü ödənişi verməkdən imtina etdiyinə görə Nicat Tağıyev avtomobilin ön hissəsinə keçərək əlini kapotun üzərinə qoyan zaman sürücü avtomobili qəflətən yüksək sürətlə hərəkət etdirib Nicat Tağıyevi vuraraq üzərindən keçmişdir. Verilən suallara cavabında hadisə baş verən zaman bazarın şərti olaraq “qoyun qapısı” adlanan qapısından xeyli aralı məsafədə olduğunu görə baş vermiş hadisəni görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayınadək Bərdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktor müavini vəzifəsində, sonrakı tarixdən isə direktoru vəzifəsində işləyir, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə məxsus Bərdə rayonunun, Alpoud kəndində yerləşən “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsi var və cəmiyyətin direktoru olaraq həmin bazara nəzarət edir. Bərdə rayonunun Alpoud kəndində yerləşən “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinə 2022-ci ilin iyun ayından nəzarət edir. Qeyd edilən “mal bazarı” adlanan satış məntəqəsinin ümumilikdə altı giriş-çıxış qapısı var, həmin qapılardan 4-ü böyük, 2-si isə balaca olduğuna görə “əl qapıları” adlanır. Balaca qapıların hərəsində 3 nəfər, digər qapılara 4-5 nəfər nəzarətçi nəzarət edirlər. Bazardan çıxış edən avtomobillərin yük hissəsində olan iribuynuzlu heyvanların hər başına görə 2, xırdabuynuzlu heyvanların hər başına görə isə 1 manat ödəniş alınır. X17 atası oğlunu baş vermiş hadisədən təxminən 2-3 həftə əvvəl bazarda işə götürməsini xahiş etmiş, onun xahişini yerinə yetirərək sınaq müddəti ilə bazarda işə götürülmüşdür. Nicat Tağıyevin rəsmi olaraq cəmiyyətə işə götürülməsi barədə əmr olmasa da, sınaq müddəti başa çatdıqdan sonra əmr veriləcəkmiş. Nicat Tağıyevin bazarda sınaq müddəti ilə nəzarətçi işləməsindən məlumatı olsa da, onun konkret olaraq bazarın hansı qapısında nəzarətçi olmasını bilməmişdir. 21 oktyabr 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində məhkəmə prossesində iştirak edərək geri, Bərdə şəhərinə qayıdan zaman təxminən günortadan sonrakı saatlarda qardaşı Pərviz zəng edərək Nicat Tağıyevin avtomobillə vurulmasını və Bərdə Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirildiyini demiş, həmin vaxt Bərdə şəhərinə gedən zaman Nicat Tağıyevin aldığı xəsarətlərdən vəfat etməsini bilmişdir. Sonradan bazarın nəzarətçilərindən hadisənin hansı formada baş verməsini soruşduqda demişlər ki, Nicat Tağıyev “QAZ” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən avtomobilin yük hissəsində olan iribuynuzlu heyvanların sayına görə 14 manat pul vəsaiti tələb etmiş, sürücü isə həmin pulu verməkdən imtina etdiyinə görə aralarında mübahisə olmuş, bu zaman sürücü avtomobilin ön hissəsi ilə Nicat Tağıyevi vuraraq üzərindən keçmişdir. Bazarın 43 ədəd nəzarət kamerası müxtəlif istiqamətlərdə quraşdırılmış, baş vermiş hadisədən təxminən bir aydan az müddət əvvəl bazarın ərazisində güclü yağış yağmış və baş vermiş ildırım nəticəsində kamera nəzarət sistemi sıradan çıxmışdır. Hadisə baş verən gün və ondan əvvəlki günlər kamera-nəzarət sistemi işləmədiyindən heç bir görüntü qeydə alınmamış, belə ki, kamera nəzarət sisteminin yaddaşı ildırım vurması nəticəsində sıradan çıxmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Hadisənin baş verdiyi bazarın şərti olaraq “qoyun qapısı” adlanan qapısının üzərində nəzarət kamera sistemi quraşdırılsa da, həmin kamera qapının üzərində quraşdırıldığından və qapıda duran nəzarətçilərin fəaliyyətinə nəzarət etmək məqsədi ilə qapının üzərinə istiqamətləndirilmiş, yəni kamera nəzarət sistemi şərti olaraq “qoyun qapısı” adlanan qapını və qapının ətrafından təxminən 10-15 metr kənar məsafənin görüntülərini qeydə alır. Hadisə isə ona verilən məlumata görə qeyd edilən qapıdan təxminən 30-40 metrdən artıq məsafədə baş verdiyindən kamera nəzarət sistemi işlək vəziyyətdə olsa belə, həmin ərazinin görüntülərini qeydə almaq kimi imkanı olmamışdır. O hadisə baş verən zaman orada olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq orqanına verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 4 ay müddətdir ki o, Bərdə Ticarət MMC-də icracı direktor vəzifəsində işləyir. X5 onun qohumumdur. Bir müddət bundan əvvəl Nicat Tağıyevin atası Paşa Tağıyev qohumu olduğu üçün Bərdə Ticarət MMC-yə gələrək ona oğlunu işə düzəltməyini xaiş etmiş. O da qohum olduğu üçün Nicat Tağıyevi işə götürə biləcəyini bildirmiş. Bundan sonra Nicat Tağıyev sınaq müddəti olaraq 13-14 gün imiş ki, işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhərinə Appelyasiya Məhkəməsinə getmiş hadisəni görməmişdir. Gəncə şəhərindən qayıdan zaman ona iş yerindən zəng gələrək X37 markalı avtomobilin altında qaldığını və onu Bərdə şəhər Diaqinostika xəstəxanasına apardıqlarını bildirmişlər. Bundan sonra o, dərhal Bərdə şəhər Diaqinostika xəstəxanasına getmiş. Xəstəxanada ona məlum olmuş ki, X29 hadisə nəticəsində rəhmətə getmiş. Bərdə Ticarət MMC-də video müşahidə kameralar görüntüləri qeyd etməmiş. Çünki hadisə baş verməmişdən bir neçə ay əvvəl ildırım vurması nəticəsində video kameralar sıradan çıxmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ildən atası Şahid5 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsində işləyir. Bərdə rayonu, Alpoud kəndində iri və xırdabuynuzlu heyvanların satış məntəqəsi, el arasında “mal bazarı” adlanan satış məntəqəsi "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin idarəçiliyindədir. O həmin bazarda rəsmi olaraq işləməsə də, atası və bazarın nəzarətçilərinə köməklik məqsədi ilə bazarın fəaliyyət göstərdiyi həftənin dördüncü günü, axşam saat 18 radələrində bazara getmiş, növbəti gün saat 15-16 radələrində iş yekunlaşdıqdan sonra bazardan çıxırmış, bazarda daxil olan və bazardan çıxan avtomobillərdən ödəniş alırmış, bazardan çıxan avtomobillərin yük hissəsində olan xırdabuynuzlu heyvanlara görə, hər heyvana görə bir manat, iribuynuzlu heyvanların sayına görə isə iki manat ödəniş alınırmış, həmin ödənişə uyğun olaraq qəbz tərtib olunaraq sürücülərə verilirmiş, bazara avtomobillər üç hissədən giriş-çıxış edirlər, hər giriş-çıxış hissələrində 2-3 nəfər nəzarətçi dayanıb nəzarət edir. Çıxışlar bazarda şərti olaraq “qoyun qapısı”, “mal qapısı” və “əl qapısı” olaraq adlandırılıb, bundan başqa bazarın iki başqa çıxışı da var ki, həmin çıxışdan piyada hərəkət edən şəxslər istifadə edir və həmin çıxışlarda da nəzarətçilər dayanır. Bazarın “qoyun qapısı” adlanan hissəsində nəzarətçilərə köməklik etmiş, həmin qapıda ondan başqa Şahid1 və Nicat Tağıyev dayanıb nəzarət edirlərmiş, Nicat Tağıyev vəfat edən gün də daxil olmaqla ümumilikdə bazarda 2-3 dəfə nəzarətçi olaraq işləmişdir. 20 oktyabr 2022-ci il tarixdə axşam saat 18 radələrində “mal bazarı” adlanan satış məntəqəsinə gedərək “qoyun qapısı” adlanan qapıda nəzarətçilərə köməklik məqsədi ilə durmuş, həmin gün onunla birlikdə həmin qapıda Şahid1 və Nicat Tağıyev də nəzarətçi olaraq durmuş, növbəti gün təxminən 11-12 radələrində nəzarətçi işlədiyi “qoyun qapısı” adlanan qapıya göy rəngli “Qazel” markalı avtomobil yaxınlaşaraq bazarın ərazisindən çıxmaq istəmiş, həmin “Qazel” markalı avtomobilə Nicat Tağıyevin ödəniş rüsumu almaq üçün yaxınlaşmasını görmüş, lakin eyni vaxtda bazarın qapısından çıxış edən digər avtomobillərə yaxınlaşaraq ödəniş pul aldığı üçün diqqəti tam da Nicat Tağıyevdə olmamış, bazardan çıxış edən avtomobillərdən ödəniş pulu alan zaman Nicatın ödəniş pulu aldığı “Qazel” markalı avtomobildən səs-küy eşitmiş, buna görə də həmin avtomobilə diqqətini yönəldən zaman görmüş ki, Nicatla avtomobilin sürücüsü arasında kiçik mübahisə yaşanır. Belə ki, avtomobilin yük hissəsində olan iribuynuzlu heyvanların sayına görə Nicat 14 manat pul tələb edirmiş, lakin sürücü ona 10 manat pul təklif etmiş, buna görə də Nicatla avtomobilin sürücüsü arasında kiçik mübahisə yaranmış, onlar mübahisə edə-edə “Qazel” markalı avtomobilin sürücüsü avtomobili asta sürətlə irəli hərəkət etdirmiş, Nicat da ödənişi sürücüdən almaq üçün avtomobilin sürücü tərəfdən yan hissəsi ilə avtomobillə paralel formada hərəkət edirmiş, lakin digər avtomobillərdən ödəniş rüsumu aldığına görə sonrasında Nicatın avtomobilin sürücüsü ilə hansı formada mübahisə etməsini, Nicatın avtomobilin hansı hissəsində dayanmasını, hansı istiqamətdə hərəkət etmələrini görməmiş, onunla birlikdə şərti olaraq “qoyun qapısı” adlanan qapıda nəzarətçi işləyən Elgiz Nicatla avtomobilin sürücüsü arasında olan mübahisəyə görə, Nicata bazarın ödənişini almaqda köməklik etmək məqsədi ilə qeyd edilən avtomobilin arxasınca gedib onlara yaxınlaşmış, bundan sonra bazarın ərazisindən çıxış edən avtomobillərdən ödəniş alan zaman qəflətən yüksək səs-küy eşitmiş və həmin səs-küyə diqqətini yönəldən zaman görmüş ki, bazarın “qoyun qapısı” adlanan qapısından təxminən 60-70 metr irəlidə Nicatın pul tələb etdiyi “Qazel” markalı avtomobil dayanıb, həmin ərazidə olan şəxslər də avtomobilə tərəf qaçırlar. Həmin vaxt nə olduğunu bilmək üçün “Qazel” markalı avtomobilə tərəf getdikdə görmüş ki, Nicat Tağıyev avtomobilin arxa hissəsindən bir neçə metr aralıda hərəkətsiz uzanıqlı formada yerdə qalmış, nə olduğunu soruşan zaman Nicatın ətrafına yığılmış şəxslər “Qazel” markalı avtomobilin Nicatı qəsdən vurmasını demişlər. Təxminən 15-20 dəqiqə sonra təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili hadisənin baş verdiyi yerə yaxınlaşıb həkimlər Nicatı avtomobilə qoyaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar, xəstəxanada Nicat Tağıyev vəfat etmişdir. Verilən suallara cavabında bilavasitə hadisənin hansı formada baş verməsinin şahidi olmadığını, Bərdə rayon Polis Şöbəsində 29 oktyabr 2022-ci il tarixdə ifadə verən zaman da hadisənin şahidi olmadığını, hadisə baş verdikdən sonra yaxınlaşıb Nicatı yerdə hərəkətsiz formada gördüyünü qeyd etmiş, lakin sonradan Nicatı avtomobillə vuran şəxsin məsuliyyətə cəlb olunmadığını görüb, həmçinin Nicatın azyaşlı övladının atasız qalmasını düşünüb fikirləşmiş ki, istintaqa Nicatı avtomobilin necə vurması, yəni ön hissəsi ilə vurması barədə ifadə versin ki, avtomobilin sürücüsü məsuliyyətə cəlb olunsun. Buna görə də Bərdə rayon Polis Şöbəsinə gedib ifadəsini dəyişmək istədiyini bildirmiş, polis rəisinin adına ərizə yazdıqdan sonra yenidən ifadə verib, hadisəni gördüyünü, “Qazel” markalı avtomobilin Nicatı ön hissəsi ilə vuraraq öldürməsini qeyd etmişdir. Lakin sonradan cinayət işi Baş Prokurorluqda istintaq edilən zaman istintaqa yalan ifadə verməli olmadığını düşünüb hadisənin hansı formada baş verməsini, yəni avtomobilin Nicatı ön və yaxud başqa hissələri ilə vurmasını görmədiyini bildirmiş, buna baxmayaraq avtomobilin sürücüsü Nicat Tağıyevi qəsdən vurmasını düşünmüş, belə ki, Nicat Tağıyevin avtomobilin ya ön, ya yan hissələrində dayanmağından asılı olmayaraq sürücü onunla mübahisə edirmiş və birbaşa onu görürmüş, əgər avtomobilin sürücüsü Nicatı qəsdən vurmaq niyyəti olmasa idi, avtomobili saxlayaraq söhbət edə bilərmiş. İstintaqa verdiyi ifadəsini dəyişdirməkdə ona heç kim təsir etməmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun özünə məxsus olan “Qazel” markalı avtomobil ilə yük daşıma xidməti göstərir. O, xx.xx.2022-ci il tarixdə əmisi Xəqani Mahmudovun 2 baş, 2 baş da həmkəndlisi Ruslanın malını satmaq üçün “Qazel” markalı avtomobilinə yüklədikdən sonra mal sahibləri ilə birlikdə Bərdə mal bazarına getmişdir. Həmin günü bazarda mal satmaq üçün şəxsi Qazel markalı avtomobili ilə gələn Təqsirləndirilən şəxs də mal satmaq üçün bazara gəlmişdir. Onlar günorta saatlarında avtomobillə bazardan çıxaraq evə getmək üçün bazarı tərk edən zaman, Bərdə mal bazarında Ağcabədi yolunun üzərində olan qapıdan çıxarkən qapıda bazarın ödəniş pulu yığılan yerə çatmışlar. Bu zaman Loğman da ondan 2-3 avtomobil arxada bazarı tərk edirmiş. O, avtomobildən düşüb meyvə almaq üçün satıcıların yerləşdiyi tərəfə gedən zaman Loğmanla “Vaz 2106” markalı avtomobilin sürücüsünün uca səslə danışdığını görmüş, mərhum Nicat da “Vaz 2106” markalı avtomobilin yolu bağlamasına görə, Loğmana yol açıb avtomobillərin davamlı hərəkətini təmin etməyə çalışmışdır. Bundan sonra “Vaz 2106” markalı avtomobilin sürücüsü yolu açmış, Loğman maşını hərəkət etdirib bir qədər irəliləmişdir. Daha sonra Nicat Tağıyev həmin yerdən aralanıb bazarın orta hissəinə tərəf getmişdir. Anidən Nicat qışqıra-qışqıra maşının arxasınca gaçmışdır. O arxadan Nicata “qaqa qayıt, qaqa qayıt” deyə bildirmiş, lakin Nicat hərəkətini davam etdirmişdir. Nicat Tağıyev maşına çatıb sol yan güzgü tərəfdən bir anlıq sürücü tərəfdə yerləşən yəni sol tərəfdə olan yan güzgünü sol əli ilə tutmaq istəyən zaman yan güzgüdən tuta bilməmiş və beləliklə Nicat yıxılaraq avtomobilin altına düşmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Nicat Tağıyev maşının arxasınca qışqıra-qışıra getsə də həmin gün hava küləkli olduğundan ola bilsin Loğman onun arxadan qışqırdığını eşitməmişdir. Həmin hadisə zamanı Loğmanın idarə etdiyi avtomobilin yan şüşəsinin açıq olub-olmadığını görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, O, Loğman, Hökmran və Rafil ilə birlikdə “Qazel” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə bazardan çıxaraq evə getmək üçün bazarı tərk edən zaman, mal bazarında Ağcabədi yolunun üzərində olan birinci çıxışdan çıxarkən qapıda bazarın ödəniş pulu yığılan yerə çatmışlar. Bundan sonra adı sonradan ona məlum olan X5 və adını bilmədiyi yaşlı kişi yaxınlaşaraq avtomobilidə olan iri buynuzlu heyvanları saydıqdan sonra Təqsirləndirilən şəxs iri buynuzlu heyvanlara görə 14 manat pul istəmişdir. Loğman da X45ə mal sata bilmədiyini bu səbəbdən pulunun az olduğunu, hazırda üzərində cəmi 10 manat pulu olduğunu bildirmişdir. X45 14 manat pul istədikdən sonra Hökmran cibində olan 2 manatı Təqsirləndirilən şəxs vermişdir ki, X45ə 12 manat versin. Təqsirləndirilən şəxs Hökmrandan aldığı 2 manatı özündə olan 10 manatın üzərinə qoyaraq ümumilikdə 12 manat pulu X45ə verdikdən sonra həmin vaxtı mal bazarının çıxışında avtomobillər çox olduğu üçün tıxac yaranmış, X45 də həmin tıxacı açıb Loğmanın və digər şəxslərin avtomobillərinin fasiləsiz hərəkətini təmin etməyə çalışmışdır. “Mal Bazarı”-nın çıxışından təxminən 5-6 metr hərəkət etdikdən sonra olduqları avtomobilin qarşısında “Mercedes” markalı yük avtomobili dayanmış buna görə də Loğman idarə etdiyi avtomobil dayandırmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil dayandıqdan sonra arxadan “Vaz 2106” markalı avtomobil onların olduqları avtomobilin arxasında saxlamış, daha sonra Loğman idarə etdiyi avtomobili hərəkət etdirə bilmədiyinə görə X45 ilə qardaşı oğlu Rauf Mahmudlu arxada dayanan “Vaz 2106” markalı avtomobilin sürücüsündən həmin avtomobili geriyə sürməsini xahiş etmişlər. “Vaz 2106” markalı avtomobilin sürücüsü geri sürdükdən sonra Loğman özünə məxsus “Qazel” markalı avtomobili hərəkət etdirərək bazarın çıxışından təxminən 50-100 metr uzaqlaşdıqdan sonra qəflətən maşının arxası qalxıbdüşmüş Loğman qışqırmışdır ki, maşının altında nəsə qaldı. Loğman maşınan düşmüş, ağlamağa başlamış, onlar maşınan düşüb baxanda görmüşlər ki, Nicat ayağı burulu vəziyyətdə yerdə qalıb. Hesab edir ki, mərhum X31 Loğmanın idarə etdiyi avtomobilin sürücü olan hissəsindən yəni avtomobilin sol tərəfində olan yan aynadan anidən sağ əli ilə tutmaq istəmiş, sol əli ilə isə yan güzgüdən tutmaq istəyərkən güzgü qatlanmışdır. X45 yan güzgüdən tuta bilmədiyi üçün yıxılmış, Nicat Tağıyev yıxıldıqdan sonra sol arxa təkəri yuxarıya qalxıb düşmüşdür. Təqsirləndirilən şəxs dərhal avtomobili saxlamış, avtomobil dayandıqdan sonra onlar avtomobildən düşərək X45in yanına getmişlər. Dərhal X42 zəng edərək hadisə barədə məlumat verərək X47 avtomobili gəlməsini istəmişlər. X47 avtomobili gələrək hadisə yerində X45ə ilkin tibbi yardım göstərmiş, ilkin tibbi yardım göstərildikdən sonra X45 X47 avtomobilinə yerləşdirilmişdir. Verilən suallara cavabında bildirmişdir ki, onlar 12 manat pulu Nicat Tağıyevə verdikdən sonra irəliləmişlər, bununla bağlı Nicat və Loğman arasında hər hansı mübahisə olmamışdır. hətta çıxışda Loğmanın və digər şəxslərin avtomobillərinin fasiləsiz hərəkətini təmin etmək üçün Nicat onlara kömək etmişdir. Yəni Nicat dedikdən sonra həmin vaxt yolu kəsən “Vaz 2106” markalı maşın geri sürüb onlara yol vermişdir. Onlar yollarına davam edib 50-60 metr irəlilədikdən sonra sözügedən hadisə baş vermişdir. 12 manat pulu Nicat Tağıyevə verdikdən sonra Nicatın yenidən pul tələb etməsini və mübahisə olduğunu görməmişdir və. O, digər ayna tərəfdə yəni kənarda oturmuş, hadisə ani bir zamanda baş verdiyi üçün Nicat Tağıyevin əlini maşının harasından tutmasını, güzgünün qatlanmasını görməmişdir. Anidən maşının təkəri qalxıb düşmüş və olduqca qısa zaman kəsiyində sözügedən bədbəxt hadisə baş vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Xəsili kəndində iri buynuzlu mallara baxmaqla pul qazanır. O 1 baş iri buynuzlu heyvanını xx.xx.2022-ci il tarixdə Loğmana məxsus olan “Qazel” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yüklədikdən sonra O, Loğman, Fuad Mahmudov və Rafil Məhərrəmov ilə birlikdə Bərdə rayonunun Alpoud kəndində yerləşən Mal Bazarına getmişlər. Orada apardıqları mallardan sata bilmədikdən sonra “Qazel” markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə bazardan çıxaraq evə getmək üçün bazarı tərk edən zaman, mal bazarında Ağcabədi yolunun üzərində olan birinci çıxışdan çıxarkən qapıda bazarın ödəniş pulu yığılan yerə çatdıq. Bundan sonra adı sonradan ona məlum olan X5 və adını bilmədiyi yaşlı kişi yaxınlaşaraq avtomobilidə olan iri buynuzlu heyvanları saydıqdan sonra Təqsirləndirilən şəxs iri buynuzlu heyvanlara görə 14 manat pul istəmişlər. Loğman da X45ə mal sata bilmədiyini bu səbəbdən pulunun az olduğunu və sadəcə olaraq 10 manat pulu olduğunu bildirmiş, X45 14 manat pul isdədikdən sonra o, cibində olan 2 manatı Təqsirləndirilən şəxs vermişdir ki, X45ə 12 manatı versin. Təqsirləndirilən şəxs ondan aldığı 2 manatı özündə olan 10 manatın üzərinə qoyaraq ümumilikdə 12 manat pulu X45ə vermiş, Nicat Tağıyevə 12 manat pulu götürüb, həmin vaxt yolu kəsmiş “Vaz 2106” markalı avtomobildən yolu açmasını xahiş etmişdir. Belə ki, həmin avtomobil yolu bağladığından Loğman idarə etdiyi avtomobili hərəkət etdirə bilmədiyinə görə X45 ilə Təqsirləndirilən şəxs dayısı oğlu Rauf Mahmudlu arxada dayanan “Vaz 2106” markalı avtomobilin sürücüsündən həmin avtomobili geriyə sürməsini xahiş etmişlər. “Vaz 2106” markalı avtomobilin sürücüsü geri sürdükdən sonra Loğman özünə məxsus “Qazel” markalı avtomobili hərəkət etdirərək bazarın çıxışından təxminən bir neçə metr uzaqlaşdıqdan sonra qəflətən maşının böyür hissəsindən Nicatın şüşəyə əl atmaq istədiyini görmüş, anidən maşın sol tərəfi qalxıb-düşmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, maşının sürücü tərəfdən arxa təkəri qalxıb-düşdükdən sonra Loğman maşını saxlayıb düşmüş və ağlayaraq “maşının təkərinin altında adam qalıb” demişdir. Maşın hərəkət edən zaman Nicat Tağıyev maşının böyründə olmamış arxada qalmışdır. Hava şəraiti küləkli olduğundan tam görməmiş sadəcə maşına sürücü tərəfdən nəsə dəydiyini hiss etmiş sonra maşının arxası qalxıb-düşmüşdür. Maşının yan şüşəsinin az bir hissəsi açıq olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Bərdə rayonunun Xəsili kəndində iri buynuzlu mallara baxmaqla dolanışını təmin edir. xx.xx.2022-ci il tarixdə o, Loğman, Fuad Mahmudov və Hökmran ilə birlikdə Bərdə rayonunun Alpoud kəndində yerləşən “Mal Bazarı”-na getmişlər. Orada apardığıları mallardan sata bilmədikdən sonra avtomobillə bazardan çıxaraq evə getmək üçün bazarı tərk edən zaman, mal bazarında Ağcabədi yolunun üzərində olan birinci çıxışdan çıxarkən qapıda bazarın ödəniş pulu yığılan yerə çatmışlar. Həmin vaxt atomobilldə o, sürücü Loğman, Fuad və Hökmran olmuşdur. Bundan sonra adı sonradan ona məlum olan X5 və adını bilmədiyi yaşlı kişi yaxınlaşaraq avtomobilidə olan iri buynuzlu heyvanları saydıqdan sonra Təqsirləndirilən şəxs iri buynuzlu heyvanlara görə 14 manat pul istəmiş. Loğman da X45ə mal sata bilmədiyini bu səbəbdən pulunun az olduğunu və cəmi 10 manat pulu olduğunu bildirmişdir. X45 14 manat pul isdədikdən sonra Hökmran cibində olan 2 manatı Təqsirləndirilən şəxs vermişdir ki, X45ə 12 manatı versin. Təqsirləndirilən şəxs Hökmrandan aldığı 2 manatı özündə olan 10 manatın üzərinə qoyaraq ümumilikdə 12 manat pulu X45ə vermişdir. Nicat Tağıyev 12 manat pulu götürdükdən sonra bazarda tıxac olduğuna görə mal bazarının çıxışında avtomobillər çox olduğu üçün tıxac yaranacağına görə Təqsirləndirilən şəxs məcburi olaraq avtomobili yavaş-yavaş hərəkət etdirməyə başlamışdır. “Mal Bazarı”-nın çıxışından təxminən 5-6 metr hərəkət etdikdən sonra olduqları avtomobilin qarşısına “Mercedes” markalı yük avtomobili dayanmış buna görə də olduqları avtomobil yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil dayanmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil dayandıqdan sonra arxadan “Vaz 2106” markalı avtomobil onların olduğu avtomobilin arxasında saxlamış. Həmin avtomobil saxladıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili hərəkət etdirə bilmədiyinə görə X45 ilə Təqsirləndirilən şəxs dayısı oğlu Rauf Mahmudlu arxada dayanan “Vaz 2106” markalı avtomobilin sürücüsündən xahiş etmişlər ki, həmin avtomobili geriyə sürsün. “Vaz 2106” markalı avtomobilin sürücüsü geri sürdükdən sonra Loğman özünə məxsus “Qazel” markalı avtomobili hərəkət etdirərək bazarın çıxışından təxminən 50 metr uzaqlaşdıqdan sonra qəflətən maşının böyür tərəfi qalxıb-düşmüş, sonra Loğman maşını saxlayıb baxan zaman məlum olmuşdur ki, Nicat Tağıyev maşının altına düşüb. Verilən suallara cavab olaraq bildirmişdir ki, X38 12 manat pulu verrdikdən sonra, sonuncu pulu götürmüş, orada hər hansı mübahisə olmamış, hətta Nicat pulu götürdükdən sonra bazarda tıxac olduğundan Loğmanın idarə etdiyi avtomobilin arxasında dayanan avtomobilin keçməsinə köməklik etmişdir. Təqsirləndirilən şəxs Nicat Tağıyevə 12 manatı verdikdən sonra mübahisə olmamışdır. Loğman maşını sürüb hərəkət etdirən zaman anidən Nicat Tağıyev arxadan gəlmiş, onu maşının qabaq hissəsində görməmişlər, sadəcə maşının sol tərəfi qalxıbdüşdükdən sonra Nicat Tağıyevin maşının altında düşdüyü onlara məlum olmuşdur. hesab edir ki, Nicat Tağıyev arxadan qaçıb gələrək maşının sol yan güzgüsündən tutmaq istəyən zaman güzgü qatlanmış, bu səbəbdən Nicat maşının altına düşmüşdür. O maşından yerə endiyi vaxt, maşının sol güzgüsü həmin hadisədən sonra qatlanmış vəziyyətdə olmuşdur. Həmçinin bildirir ki, Nicat Tağıyev maşının qabaq hissəsində olmamış və əlini maşının kapot hissəsinə qoymamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2023-cü il tarixli, 4(103)-408/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmə müddətinin əvvəli 04 may 2023-cü il tarixdən tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda görünür ki, hadisənin baş verdiyi yer "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərərək Bərdə rayonu, Alpout kəndində yerləşən “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinin qarşısıdır. Hadisə baş verən yerdə yolun hərəkət hissəsi düz, çınqıl-döşəmə örtüklü və qurudur. Yolun hərəkət hissəsinin eni 4 met, hərəkət hissədə nəqliyyat axınının aparılması üçün xətt, hərəkətin nizamlanma üsulu yoxdur, yol işıqlandırılmır. Hadisə yerində şinlərin izi, tormozlama izi yoxdur, “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Yevlax- Bəhramtəpə magistral yolu istiqamətində dayanmış, avtomobillə “mal bazarı” adlanan iri və xırdabuynuzlu heyvanların satışı məntəqəsinin çıxış qapısı arasındakı məsafə 70 metrdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ballistik və trasoloji, fiziki-kimyəvi ekspertizalar şöbəsinin ekspertlərinin iştirakı ilə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “QAZ” markalı, “33021 YÜK” modelli avtomobil 21 oktyabr 2022-ci il tarixdən Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən avtomobillərin müvəqqəti saxlama məntəqəsində saxlanıldığı üçün çirklidir, ot örtüyü qalxaraq avtomobilin alt hissəsi ilə təmasdadır, alt hissəsində sürtünmə izləri vardır. Avtomobil sürücü və sərnişinlərin oturması üçün nəzərdə tutulmuş kabinə və yük daşınması üçün nəzərdə tutulmuş yük hissəsindən (kuzov) ibarətdir. Avtomobilin yük hissəsi boz rəngli dəmir, taxta və göy rəngli sellofan materialdan ibarətdir. Avtomobilin kabinə hissəsi isə göy rəngli olmaqla dəmir materialdan ibarətdir. Avtomobilin ön hissəsində 2, arxa hissəsində isə sağ və sol tərəflərdə 2 ədəd olmaqla 4 ədəd təkərlər vardır. Avtomobilin ön və arxa hissələrinə **-BU-*** dövlət qeydiyyat nömrə nişanı taxılmış, ön hissəsində qara rəngli, plastik materialdan bufer quraşdırılmış, buferin ön hissəsinə isə qara rəngli olmaqla avtomobilin ön hissəsini zərbələrdən qoruyan dəmir qoruyucu quraşdırılmış, həmin qoruyucu avtomobilin ön sağ və sol tinlərinə qədər uzadılmadığı üçün həmin hissələri zərbələrdən qorumur. Avtomobilin kapot hissəsində sol tərəfdə, kabinanın sol yan hissəsində müxtəlif ölçülərdə, bəzisi nisbətən hamar, bəzisi qeyri-müəyyən formalı batıq-əzik izləri vardır. Avtomobilin yük hissəsinin uzunluğu 3,15 metr, kabinanın uzunluğu 2 metr, hündürlüyü isə 2,70 metr, kabinanın eni 1,70 metrdir. Avtomobilin ön bamper hissəsindən yerə qədər məsafə 37 sm, buferin ön hissəsinə bərkidilmiş qara rəngli olmaqla avtomobilin ön hissəsini zərbələrdən qoruyan dəmir qoruyucudan yerə qədər məsafə 60 sm, həmin dəmir qoruyucunun uzunluğu 147 sm, avtomobilin dövlət qeydiyyat nömrə nişanından yerə qədər məsafə 46 sm, dəmir qoruyucudan kapota qədər məsafə 22 sm, bamerin eni 26 sm, ön təkərləri arasındakı məsafə 1,55 metr, ön təkərləri birləşdirən oxdan yerə qədər məsafə 19 sm-dir. Ekspertlər tərəfindən avtomobilin müxtəlif hissələrindən tədqiqat üçün lif nümunələri götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 34 nömrəli rəyindən görünür ki, X17 meyitində döş qəfəsinin qapalı küt travması-sol çoxsaylı Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerinidəyişən sınığı, sol ağciyərin yaralanmaları, kəskin qanitirmə, sağ X-Xİ qabırğaların yerini dəyişməyən sınığı, sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə qəlpəli sınığı (bamper sınığı), döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və sol bayır topuq, sol ǝl nahiyələrinin sıyrıqları, sağ bazu nahiyəsinin sıyrığı və qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının piyadanı vurması nəticəsində törənə bilər, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Nicat Tağıyevin ölümünə səbəb döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Nicat Tağıyevin sol bud sümüyünün qəlpəli sınığı (bamper) xarakterinə və yerləşmə nahiyəsinə görə belə hesab etmək olar ki, həmin xəsarət avtomaşının ilkin zərbəsi nəticəsində törənmişdir, sonra bədənin avtomobilin üzərinə düşməsi nəticəsində avtomobil hissələrinin təsirindən sol qabırğa sümüklərinin yerinidəyişən sınığı törənə bilər. Sağda 2 ədəd qabırğanın yerinidəyişməyən sınığı isə zərbənin təsiri nəticəsində yıxılmadan əmələ gələ bilməsi istisna olunmur. Nicat Tağıyevin ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyidinin məhkəmətibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermiş, ölməmişdən əvvəl spirtli içki qəbul etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T95/2023 nömrəli rəyində göstərilmişdir ki, X17 ölümünə səbəb döş qəfəsinin küt travması, qabırğaların ikitərəfli sınıqları, sol ağciyərin cırılmaları, bud sümüyünün qapalı sınığı nəticəsində yaranmış kəskin qanitirmə və şok olmuşdur. Nicat Tağıyevin meyitinin xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı döş qəfəsinin qapalı küt travması, solda Vİ-Vİİ-Vİİİ-İX qabırğaların orta qoltuq xətti üzrə yerinidəyişən sınığı, sol ağciyərin cırılmaları, kəskin qanitirmə, sağda X-Xİ qabırğaların orta qoltuq xətti üzrə yerini dəyişməyən sınığı, sol bud nahiyəsinin aşağı 1/3-nin qançırı ilə müşayiət olunan bud sümüyünün qəlpəli sınığı (bamper), döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və bayır topuq, sol əl pəncəsinin sıyrıqları, sağ bazu nahiyəsinin sıyrığı və qançırı kimi xəsarətlər aşkar edilmişdir. Bütün xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yol- nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində törənə bilərdilər. Belə ki, şəxsin şaquli və ya ona yaxın duruş vəziyyətində şəxs sol tərəfi ilə avtomobilə yönəlmiş vəziyyətdə olduğu zaman ilkin zərbə “Qazel” markalı avtomobilin ön sol çıxıntılı hissəsi- bamper ilə sol bud nahiyəsinə olmuş və bu zaman dəridə qançır, bud sümüyündə isə bamper sınıq əmələ gəlmişdir, növbəti etapda gövdənin avtomobilin hissələrinə (kapota) dəyməsi zamanı solda Vİ-Vİİ-Vİİİ-İX qabırğaların yerdəyişən sınıqları, sol ağciyərin cırılmaları və son etapda bədənin yer örtüyünə dəyməsi nəticəsində sağda X və Xİ qabırğalarda yerinidəyişməyən sınıqlar və bədənin sıyrıqları əmələ gəlməsi haqqında fikir söyləmək olar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T314/2023 nömrəli rəyində göstərilmişdir ki, X17 meyitinin müayinəsi zamanı döş qəfəsinin qapalı küt travması, sol Vİ- İX qabırğaların orta qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları, sol ağciyərin cırılmaları, kəskin qanitirmə, sağ X-Xİ qabırğaların orta qoltuqaltı xətt üzrə yerdəyişməyən sınıqları, sol budun aşağı 1/3-nin qançırı ilə müşayiət olunan bud sümüyünün aşağı 1/3-də qapalı-qəlpəli bamper sınığı, döş qəfəsi, sağ sağrı, sol diz oynağı, sol iç və bayır topuq və sol əl pəncəsinin sıyrıqları, sağ bazunun sıyrıq və qançırı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər böyük fiziki qüvvəyə malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, hərəkətdə olan avtomobillə piyadanın vurulması zamanı yarana bilərdilər, yetirilmə müddəti xx.xx.2022- ci ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakter və yerləşdiyi nahiyələrə, qəza törənmiş avtomaşına baxış protokolunda göstərilənlərə əsasən onların yaranma mexanizmini belə izah etmək olar. Piyada şaquli və ya buna yaxın duruş vəziyyətində bədəninin sol tərəfi ilə avtomobilə yönəlmiş olduğu zaman ilkin zərbə "Qazel” markalı avtomaşının qabaq sol çıxıntılı hissəsi- bamperlə sol bud nahiyəsinə olmuş, bu zaman dəridə qançır, sol bud sümüyünün aşağı 1/3-də qapalı “bamper” sınıq yaranmışdır. Sonrakı etapda gövdənin avtomobilin kapotuna çırpılması nəticəsində solda Vİ-İX qabırğaların yerdəyişən sınıqlar, sol ağciyərin cırılması, son etapda isə zərərçəkmişin yer örtüyü təması nəticəsində sağ X və Xİ qabırğalarda yerdəyişməyən sınıqlar və bədənin sıyrıqları əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərin xarakter və lokalizasiyası X45in təxminən 20 km/saat surətlə hərəkət edən "Qazel” markalı avtomobilin sağ əli ilə sol yan pəncərəsindən, sol əli ilə isə sol yan güzgüsündən tutan zaman güzgünün qatlanması nəticəsində müvazinətini itirərək avtomaşının sol arxa təkərinin altına düşməsi nəticəsində yarana bilməzdi. Belə ki, bu zaman sınıq və digər xəsarətlərin xarakteri başqa olmaqla, mərhumun paltarında avtomobilin şinlərinin izi aşkar edilməli idi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 215/2023-MTBŞ nömrəli rəyindən görünür ki, X17 ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/l/. Nicat Tağıyevə məxsus alt köynəyi, alt şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, alt köynəyi üzərindəki bəzi ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-beta/l/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə X45ə məxsus ola bilər. Nicat Tağıyevə məxsus papaqlı gödəkcə və cins şalvar üzərindəki ləkələrdə qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-avtotexniki, məhkəmə-lifli, məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/997-8/1023-6/2099-3/611 nömrəli rəyindən görünür ki, “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X22 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. Təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı bir zədə və nəqliyyat vasitəsinə məxsus təkər şininin protektor naxış izi aşkar edilmədi. Təqdim edilmiş “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində (alt hissəsində) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk və bərk olmayan predmetin təsiri nəticəsində yarana bilər. Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından həmin zədələrin, izlərin insanla təmasda olması nəticəsində yaranmasın müəyyən etmək mümkün deyildir. Qeyd edilir ki, piyadanın hərəkətdə olan avtomobilin sürücü tərəfindən sol qapısının yarıaçıq şüşəsindən sağ əli ilə tutaraq hərəkət etməsi şəraitində sürücünün avtomobilin hərəkətini davam etdirməsi və yaxud piyadanın avtomobilin qabaq hissəsində olduğu şəraitdə sürücünün avtomobili irəliyə doğru hərəkət etdirməsi hərəkət təhlükəsizliyini təmin etmir. Yəni hər iki şəraitdə piyadanın vurulması “QAZ-33021” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyinin təmin etməyən hərəkətləri ilə əlaqədar olmuşdur. Piyadanın hərəkətdə olan “QAZ-33021” markalı avtomobilin sürücü tərəfindən sol qapısının yarıaçıq şüşəsindən sağ əli ilə tutaraq hərəkət etməsi şəraitində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkətini damam etdirməməli, piyadanın avtomobilin qabaq sağ yan hissəsindən təhlükəsiz məsafə qədər kənarlaşmasını gözləməli və bundan sonra hərəkətini davam etdirməli idi. Piyadanın avtomobilin qabaq hissəsində olduğu şəraitdə isə sürücü Təqsirləndirilən şəxs avtomobili dayandığı yerdən irəliyə doğru hərəkət etdirməməli idi. “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kabinasında texniki xarakteristikasında nəzərdə tutulduğundan 2 nəfərdən artıq sayda, yəni 3 nəfər adam daşıdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1715 nömrəli rəyində göstərilmişdir ki, "QAZ" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif yerində, müxtəlif forma və ölçülərdə zədələr, izlər var, zədələrin bəzisi nisbətən hamar, bəzisi isə qeyri-müəyyən formadadır, bəzi zədə olan sahədə sürtünmə əlamətləri müşahidə edilir, zədələr, izlər müxtəlif istiqamətlərdə istiqamətlənmiş və zədə mərkəzində lak-boya örtüyünün tökülməsi əlamətləri vardır. Avtomobilin üzərində olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk, bərk olmayan predmetin təsiri nəticəsində yarana bilər, həmin zədələrin, izlərin insanla təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş gödəkçənin, şalvarın üzərində hər hansı zədə və nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli, 1307 nömrəli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri yoxdur, ayıqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Baş Dövlət Yol Polisi idarəsinin xx.xx.2022-ci il tarixli, 309-4090-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax RQİ və TBŞ-si tərəfindən xx.xx.2018-ci il tarixdə “AE 230287” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xəsili kən İƏD-üzrə nümayəndəliyindən verilmiş 30 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdədə rayonu, Xəsili kəndində yaşayır, himayəsində xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X3 ibarət 2 övladı var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayət əməli törətməsi barədə DİN-in BƏSİİ-də hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan edilmsəsi və X17 hadisə baş verən zaman üzərində olmuş gödəkçə, şalvar, isti alt köynəyi və finkası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılması barədə qərar qəbul olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hüquqazidd əmələ yol verməklə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə vurğulayır ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CMin 126.3-cü maddəsi ilə ittiham irəli sürməkdə haqlı olmamışdır. Bununla bağlı Məhkəmə aşağıda göstərilənləri diqqətə çatdırmağı zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı baş vermiş hüquqazidd əməlin təqsirin qəsd formasında törədilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İttihamın əsaslandığı sübutlar əsasən biri-birini, hətta özü-özünü təkzib edən şahid ifadələrinə əsaslanmış, ibtidai istintaq özü də sanki baş vermiş hadisəyə hüquqi qiymət verməkdə “dalana dirənib”, əməli gah CM-in 263.2-ci, gah 120.1-ci, sonda da 126.3cü maddəsinə tövsif edib cinayət işinin materiallarını biri-birini təkzib edən sübutlarla məhkəməyə göndərmişdir. Vurğulanmalıdır ki, təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir: şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Qeyd edilməlidir ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Daha dəqiq desək davranışın motivi və məqsədi ilə baş vermiş ictimai təhlükəli nəticə arasında daxili əlaqənin mövcudluğu- əməlin qəsdən törədilməsini şərtləndirən ən əsas amildir. Sözügedən hüquqazidd əmələ diqqət yetirəndə təqsirləndirilən Təqsirləndirilən şəxs davranışı ilə, X45in ölümündən ibarət nəticə arasında hər hansı motiv və məqsədin mövcudluğu tamamilə inkar olunur. İbtidai istintaq orqanının təqdim etdiyi sübutlar isə biridigərini təkzib etməklə, sanki əməlin təqsirin qəsd formasında törədilməsi fikrini “yaratmaq” məqsədi ilə tələm-tələsik toplanmış, düzgün yoxlanılmamış, biri-digəri ilə müqayisə edilməmişdir. Aparılmış ali istintaqla (məhkəmə istintaqı) müəyyən olundu ki, X45 işlədiyi mal bazarında bazarın xidmətlərindən istifadə pulunu almaq üçün sürücü Təqsirləndirilən şəxs yaxınlaşmış, ondan 14 manat xidmət haqqı istəmişdir, sonuncu heyvanlardan birinin buzov olduğunu əsas gətirib Nicat Tağıyevə 12 manat təqdim etmiş, Nicat da pulu aldıqdan sonra həmin vaxt hadisə yerində olan nömrəsi istintaq tərəfindən müəyyən edilməmiş “VAZ 2106” markalı avtomobilin Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ” markalı avtomobilin yolunu kəsdiyini görüb, Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ” markalı avtomobilin hərəkətinə yaranmış maneənin aradan qaldırılmasına köməklik göstərmiş və hadisə yerindən uzaqlaşmışdır. Bu onu deməyə imkan verir ki, bu ana qədər tərəflər arsında hər hansı ciddi insident, dava dalaş mövcud olmamışdır. X45 hadisə yerindən pulu alıb uzaqlaşandan sonra, özünə məlum olan səbəbdən (böyük ehtimalla əlavə 2 manatı almaq üçün) hərəkətdə olan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “QAZ” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca qaçmış, işə sınaq müddəti ilə götürüldüyü üçün alınmamış 2 manatı əldə etməyi prioritet hesab edərək, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə bazarı tərk etməmiş sözügedən məbləği ondan almağa çalışmış, bu məqsədlə təhlükəli üsuldan istifadə etməklə, hərəkətdə olan avtomobildən yapışıb sürücünü saxlatmağa çalışmış, lakin nəticə onun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin törədilməsinə gətirib çıxarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/997-8/1023- 6/2099-3/611 nömrəli rəyində göstərilmişdir ki, “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X22 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri yoxdur. Təqdim edilmiş geyim əşyalarının üzərində hər hansı bir zədə və nəqliyyat vasitəsinə məxsus təkər şininin protektor naxış izi aşkar edilmədi. Təqdim edilmiş “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində (alt hissəsində) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk və bərk olmayan predmetin təsiri nəticəsində yarana bilər. Lakin zədə kənarında xüsusi əlamətlər olmadığından həmin zədələrin, izlərin insanla təmasda olması nəticəsində yaranmasın müəyyən etmək mümkün deyildir. Qeyd edilir ki, piyadanın hərəkətdə olan avtomobilin sürücü tərəfindən sol qapısının yarıaçıq şüşəsindən sağ əli ilə tutaraq hərəkət etməsi şəraitində sürücünün avtomobilin hərəkətini davam etdirməsi və yaxud piyadanın avtomobilin qabaq hissəsində olduğu şəraitdə sürücünün avtomobili irəliyə doğru hərəkət etdirməsi hərəkət təhlükəsizliyini təmin etmir. Yəni hər iki şəraitdə piyadanın vurulması “QAZ-33021” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkət təhlükəsizliyinin təmin etməyən hərəkətləri ilə əlaqədar olmuşdur. Piyadanın hərəkətdə olan “QAZ-33021” markalı avtomobilin sürücü tərəfindən sol qapısının yarıaçıq şüşəsindən sağ əli ilə tutaraq hərəkət etməsi şəraitində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkətini davam etdirməməli, piyadanın avtomobilin qabaq sağ yan hissəsindən təhlükəsiz məsafə qədər kənarlaşmasını gözləməli və bundan sonra hərəkətini davam etdirməli idi. Piyadanın avtomobilin qabaq hissəsində olduğu şəraitdə isə sürücü Təqsirləndirilən şəxs avtomobili dayandığı yerdən irəliyə doğru hərəkət etdirməməli idi. “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “QAZ” markalı, “33021 YÜK” modelli, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kabinasında texniki xarakteristikasında nəzərdə tutulduğundan 2 nəfərdən artıq sayda, yəni 3 nəfər adam daşıdığından onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Şahidlərin biri birini təkzib edən ifadələrində qeyd olunan Loğmanla Nicat arasında guya mübahisə olması, Loğmanın bu mübahisəyə görə avtomobili sürüb Nicatın üzərindən keçməsi, əvvəlcə avtomobilin qabaq, sonra isə arxa təkərinin mərhumun üzərindən keçməsinə gəlincə isə məhkəmə vurğulayır ki, bu xüsusatlar qeyd olunan məzmunda ifadə verən şahidlərin elə özlərinin ibtidai istintaq zamanı verdiyi ifadələr, həmçinin ekspert rəyləri ilə tamamilə təkzib edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o avtomobilə təxminən 5-6 metr məsafədə yaxınlaşan zaman qəflətən sürücü Təqsirləndirilən şəxs avtomobili irəli sürətli formada hərəkət edərək Nicat Tağıyevi vurmuş və üzərindən keçərək 6-7 metr irəlidə saxlamışdır. İfadələri arasında ziddiyyət yarandığından adı çəkilən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı, hadisədən qısa müddət sonra ibtidai istintaq orqanına bildirmişdir ki, hadisə baş verən zaman O, həmin hadisəni görməmiş, ona həmin hadisə barədə iş yoldaşı Elxan məlumat vermişdir. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T314/2023 nömrəli rəyində göstərilmişdir ki, qeyd edilən xəsarətlərin xarakter və lokalizasiyası X45in avtomaşının sol arxa təkərinin altına düşməsi nəticəsində yarana bilməzdi. Belə ki, bu zaman sınıq və digər xəsarətlərin xarakteri başqa olmaqla, mərhumun paltarında avtomobilin şinlərinin izi aşkar edilməli idi. Şahid1 ifadələrininin birində hətta yalan ifadə verdiyini də etiraf etmişdir. Şahid8 isə ifadəsində göstərmişdir ki, iş yoldaşı Şahid1 onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Nicat Tağıyevi “qoyun qapısı”nın qarşısında avtomobil vurmasını demişdir. Şahid8 ibtidai istintaq zamanı isə xx.xx.2022-ci il tarixdə işlədiyi Bərdə mal bazarında olarkən onların işlədiyi qapıdan aralı olan yerdə səs-küy olduğunu eşitmiş. Yoldan keçən şəxslərdən nə olması barədə soruşduqda ona yol nəqliyyat hadisəsi baş verdiyi barədə məlumat verilmişdir. O, hadisə baş verən zaman heç nə görməmişdir. Ona hadisə barədə tanımadığı şəxslər məlumat vermişlər. Bundan başqa Şahid3 ifadəsinə diqqət yetirdikdə aydın olur ki, şahid X45lə, Qazel sürücüsü Təqsirləndirilən şəxs yer pulu üstündə mübahisə etdiklərini, Qazel sürücüsü Təqsirləndirilən şəxs avtomobilin qabaq tərəfi ilə mərhumu vurduqdan sonra birinci qabaq təkər sonra isə arxa təkər ilə mərhumun üzərindən keçdiyini ifadə verərkən diqqətə çatdırmışdır. Lakin komisyon məhkəmə-tibbi ekspertizasının yuxarıda qeyd olunan rəyi ilə mərhumun aldığı xəsarətlərin avtomobilin təkərlərinin onun üzərində keçməsi zamanı alması tamamilə təkzib edilmişdir. Məhkəmə bir daha vurğulayır ki, yalan ifadə verdiyini etiraf edən, ifadələrində göstərilən xüsusatları dəqiq təsvir edə bilməyən, söylədikləri xüsusatların digər sübutlarla açıqdan-açığa yalan, uydurma olduğu ortaya çıxan şahidlərin həqiqəti söylədiyinə inanmaq mümkünsüz olmaqla yanaşı, məntiqsizdir. Yuxarıda da qeyd edildiyi kimi ibtidai istintaq orqanı özü-özünü təkzib edən ittihamedici sübutlar “yaratmaqla” sanki nəyin bahasına olursa olsun təqsirləndirilən şəxs tərəfindən baş vermiş hüquqa zidd əməlin qəsdən törədilməsi mənzərəsini formalaşdırmağa çalışmış, lakin aparılmış ali istintaqla (məhkəmə istintaqı ilə) ittihamda qeyd olunan sözügedən xüsusatlar təsdiq olunmayaraq tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 126.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar һesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin aşağı həddində nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və cinayət məcəlləsinin qanunçuluq, ədalət və təqsirə görə məsuliyyət prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2023-cü il tarixli, 4(103)-408/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmə müddətinin əvvəli 04 may tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu yəni xx.xx.2023-cü il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər olan müddət də ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bundan başqa məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası CPM-in 132.0.3-cü maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut qismində tanınmış X17 hadisə baş verən zaman üzərində olmuş gödəkçə, şalvar, isti alt köynəyi və finka saxlanılması üçün Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanınılan otağında saxlanılır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar saxlanınılan otağında saxlanca verilmiş X17 hadisə baş verən zaman üzərində olmuş gödəkçə, şalvar, isti alt köynəyi və finka X45in yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 410 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 410 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 may 2023-cü il tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanca verilmiş X17 hadisə baş verən zaman üzərində olmuş gödəkçə, şalvar, isti alt köynəyi və finka X45in yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 410 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar