Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-133/2021 02.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, Tərtər rayonu Vəkil Bürosunun vəkilləri X4 və X2 iştirakları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə X9 Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə baxışı X9 Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamlardan görünür ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayının 16-da saat 06 radələrində Təqsirləndirilən şəxs3 oğlu və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Moskvic 2140” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu İrəvanlı kəndinə gedərək əvvəllər bir neçə dəfə elçilik etsədə, lakin onunla evlənməyə razı olmadığına görə evlənə bilmədiyi, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən əlləri ilə tutaraq ona sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyyələrinin sıyrıqları ilə müşaiyət olunan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan bacısı Şahid1 Alı qızının evinə aparıb orada saxlamış, xx xxxx 2020-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs saxlandığı yer müəyyən edilərək valideyinlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 2020-ci ilin iyun ayının 16-da saat 06 radələrində Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə Təqsirləndirilən şəxs3 idarə etdiyi “Moskvic 2140” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu İrəvanlı kəndinə gedərək Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə elçilik etdiyi, lakin onunla evlənməyə razı olmadığına görə evlənə bilmədiyi, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən əlləri ilə tutaraq ona sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyyələrinin sıyrıqları ilə müşaiyət olunan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan Asimin bacısı Şahid1 Alı qızının evinə aparıb orada saxlamış, xx xxxx 2020-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs saxlandığı yer müəyyən edilərək valideyinlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs3 2020-ci ilin iyun ayının 16-da saat 06 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə idarə etdiyi “Moskvic 2140” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonu İrəvanlı kəndinə gedərək Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə elçilik etdiyi, lakin onunla evlənməyə razı olmadığına görə evlənə bilmədiyi, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən əlləri ilə tutaraq ona sağ bazu, sol said, sol yanaq, sol ayaq pəncəsi nahiyyələrinin sıyrıqları ilə müşaiyət olunan həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək avtomaşına mindirib oğurlayaraq Bərdə rayonu Alpout kəndində yaşayan Asimin bacısı Şahid1 Alı qızının evinə aparıb orada saxlamış, xx xxxx 2020-ci ildə Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs saxlandığı yer müəyyən edilərək valideyinlərinə qaytarılmışdır. Cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 286-cı maddəsinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan “zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 10.30-dan 11.35-dək olan müddət ərzində Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış edilmiş, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə saat 14.55-dən saat 16.40-dək, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 10.05-dən saat 11.40-dək, Təqsirləndirilən şəxs1 isə xx xxxxxx 2020-ci il tarixdə saat 14.55-dən saat 16.30-dək olan müddət ərzində cinayət işinin materialları ilə tanış edilmişlər. Göründüyü kimi zərərçəkmiş şəxs cinayət işinin materialları ilə təqsirləndirilən şəxslərdən əvvəl tanış edilmişdir. Halbuki, CPM-nin 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Bundan başqa iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 10.05-dən saat 11.40-dək, Təqsirləndirilən şəxs1 isə xx xxxxxx 2020-ci il tarixdə saat 14.55-dən saat 16.30-dək olan müddət ərzində cinayət işinin materialları ilə tanış olarkən verilmiş ittihamla özlərini təqsirli bilməyərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Qeyd edilən vəsatətlə bağlı xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş “vəsatətə baxılması haqqında” qərarlarla təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatətlər əsassız olduğundan rədd edilmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 10.00-dan xx xxxxxx 2020-ci il tarixdə saat 13.00-dək olan müddət ərzində iş üzrə ittiham aktı tərtib edilmişdir. Halbuki, CPM-in 287.3-cü maddəsinə əsasən müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər. Bundan başqa iş üzrə tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində CM-in 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi onların məsuliyyətlərini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Halbuki, həmin Məcəllənin 61.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqları haqqında Avropa Konvensiyasının” 6-cı maddənin 1-ci bəndinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılmaq hüququna, habelə onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir. X8 Məhkəməsinin Salduz Türkiyəyə qarşı işi üzrə qərarının 50-ci bəndində göstərilmişdir ki, Məhkəmə təkrarlayır ki, cinayət prosesinə gəlincə Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi hər hansı ittihamların müəyyən edilməsi üçün səlahiyyətli olan “tribunalın” ədalətliliyinin təmin olunmasıdır, lakin bu o demək deyil ki, 6-cı maddə ibtidai istintaqa münasibətdə şamil edilmir. Bununla 6-cı maddədə və xüsusən həmin maddənin 3-cü bəndi işin məhkəməyə göndərilməsindən əvvəl həyata keçirilən proseduralarla əlaqədar tətbiq edilir, belə ki, əvvəlki mərhələlərin Konvensiyanın müddəalarına uyğun olmaması məhkəmə prosesinin ədalətliliyinə ciddi xələl yetirir. Məhkəmə əvvəlki işlərdə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində təsbit olunmuş hüquq həmin maddənin 1-ci bəndində qeyd olunan “cinayət işlər üzrə ədalətli məhkəmə hüququ” konsepsiyanın elementlərindən biri hesab olunur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Tərtər rayon məhkəməsinin hakimi Elşad Bayramovun xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx xxxxxxx 2020-ci il tarixdən 3(üç) ay müddətinə, yəni xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 1(bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 1(bir) ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxslərə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-133/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-133/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver