Məhkəmə qərarları › İş №1(100)-133/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-133/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-133/2022 10.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X12 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi vairisi Nümayəndə, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş magistral qaz kəmərləri sahəsində fəhlə işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 13 avqust 2021-ci il tarixdə saat 20 radələrində rəsmi nikahı olmadan, faktiki olaraq ər-arvad kimi birgə yaşadığı X4 oğlu - 17.02.2010-cu il təvəllüdlü X1 yaşadıqları ünvan 2 ünvanında yerləşməklə Şahid2 qızına məxsus olan fərdi yaşayış evində sonuncunun Fərid Təhməzovun gün ərzində evin həyətində oynayaraq səs-küy salmasına dair şikayətlənməsindən əsəbiləşərək kirayə qaldıqları otağın giriş qapısının qarşısında Fərid Təhməzovun üz nahiyəsinə 2 dəfə sillə ilə vurmuş, bundan sonra əsəbi soyumadığı üçün sonuncunu otağa salaraq azyaşlı olması səbəbindən ona müqavimət göstərmək qabiliyyətində olmayan, yəni aşkar surətdə köməksiz vəziyyətdə olan Fərid Təhməzovun azyaşlı qardaşı, 02.06.2012-ci il təvəllüdlü X8 və anası X4 gözləri qarşısında sonunculara xüsusi əzab və iztirablar verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla təpiklə iki dəfə Fərid Təhməzovun sinə nahiyəsinə ardıcıl zərbələr endirmiş, daha sonra isə evin həyətindən götürdüyü çubuqla Fərid Təhməzovun əl və ayaqlarına vurmaqla ona döş qəfəsinin sağ yarısında orta körpücük altı xətt üzrə 4-cü, 5-ci qabırğalarda yerini dəyişməyən sınıq, 6-cı, 7-ci qabırğalarda isə yerini dəyişən sınıq xarakterli sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və zərəçəkmiş şəxsin qabırğalarının sınması ilə bağlı yaranmış ağ ciyərin cırılması və kəskin daxili qanaxma nəticəsində 15 avqust 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin yay aylarında Goranboy şəhərində kafe açmışdır. Həmin ərəfələrdə X11 ilə tanış olmuşdur. Belə ki, Şahid1 Goranboy şəhərində yaşayan Leyla adlı qadının evində kirayəşdə yaşamış və əxlaqsız həyat tərzi keçirmişdir. O da Şahid1 ilə intim münasibətdə olmuşdur. Kafeni işlədərkən ona ofisiant lazım olmuş və bu barədə Şahid1ya təklif etdikdə sonuncu onun təklifi ilə razılaşıb onun işlətdiyi kafedə işləməyə başlamışdır. Sonra Şahid1 əxlaqsız həyat tərzindən uzaqlaşacağını ona söz verdiyindən o, Şahid1 ilə qeyri rəsmi nigah münasibətlərinə daxil olub birgə yaşamağa başlamışdır. O, Şahid1 və sonuncunun iki azyaşlı övladları ilə birlikdə Şahid2 evində kirayədə yaşamışdır. Şahid1nn birinci eviliyindən Fərid Təhməzov və Zaur Təhməzov adlı uşaqları olmuşdur. Fərid Təhməzovun əqli cəhətdən problemləri olmuşdur. Belə ki, Fərid Təhməzov tez-tez qaldıqları evdə dəcəllik etmiş və pəncərələrin şüşələrini sındırmışdır. Bu barədə də ev yiyəsi Şahid2 ona və Şahid1ya şikayətlənmişdir. O isə Fərid Təhməzovu tez-tez danlayaraq sonuncunu tənbeh etmişdir. 13 avqust 2021-ci il tarixdə saat 20 radələrində o və Gülayət yaşadıqları evə gəlmişlər. Ev yiyəsi Şahid2 ona və Şahid1ya Fəridin yenə dəcəllik edərək pəncərələrin şüşələrini sındırdığını demişdir. O, iki dəfə Fəridin sifətinə sillə vurmuşdur. Şahid1 da Fəridin sifətinə iki dəfə sillə vurmuşdur. Sonra o, Fəridi evə salmış, Gülayətin yanında Fəridin sinəsinə ayağı ilə iki dəfə təpik zərbəsi vurub yerə yıxmış, hər iki zərbədən sonra sonuncu ayağa qalxmışdır. O isə yenə yumruqla, sillə ilə Fərid Təhməzovun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, sonra isə gedib bayırdan cubuq gətirib Fəridi həmin cubuqla döymüş, sonuncu ağlamışdır. Həmin vaxt Gülayət yanlarında, ev yiyəsi Şahid2 isə qapının astanasında durub onlara baxmışlar. O, Fəridi döydükdən sonra bayıra çıxmışdır. Gülayət isə Fəridi və Zauru götürüb hamama aparmışdır. Ertəsi gün Fəridin bədənində, qollarında və sifətində qançırlar əmələ gəlmişdir. 15 avqust 2021-ci il tarixdə saat 08 radələrində Gülayət ona zəng edib Fəridin öldüyünü bildirmiş, o da dərhal evə gəlmiş və sonuncunun ölməsinə əmin olmuşdur. Şahid2 da Fəridin ölməsini bilmişdir. O və Gülayət Fəridin meyitini xalçaya bükmüşdür. Saat 22 radələrində o, taksi kimi fəaliyyət göstərən Ərəstunu çağırmış, Fəridin meyitini qucağına alıb Gülayət ilə birlikdə avtomobilə mindirib Goran qəsəbəsində "xxxx" alçipan zavodunun yanına gəlmişlər. Orada o, Ərəstuna 5 manat pul vermiş və sonuncu çıxıb getmişdir. O isə Gülayət ilə birlikdə Fəridin meyitini aparıb qamışlıq sahəyə atmış, sonra onlar birlikdə Goran dairəvi yola gəlmiş və orada taksiyə minib evlərinə getmişlər. 19 avqust 2021-ci il tarixdə Gülayət Goranboy rayon polis şöbəsinə gedib Fərid Təhməzovun itkin düşməsi barədə məlumat vermişdir. 22 avqust 2021-ci il tarixdə Goranboy rayon polis şöbəsində olarkən Gülayət Fəridin ölməsi və sonuncunun onun tərəfindən döyüldükdən sonra ölməsi barədə məlumat vermişdir. O, Fəridi sonuncunun dəcəlliyi üstündə 13 avqust 2021-ci il tarixdə döymüşdür. Bunun nəticəsində Fərid Təhməzov 15 avqust 2021-ci il tarixdə ölmüşdür. X22 öldürmək niyyəti olmamışdır. O, hadisə vaxtı hər hansı bir xəsarət almamışdır. O, Fərid Təhməzovu döyərkən Gülayət və azyaşlı Zaur Təhməzov yanlarında olmuşlar. O, əvvəllər Fərid Təhməzov və Zaur Təhməzovu döyməmiş, sadəcə danlamışdır. Şahid3 heç bir məsələdən xəbəri olmamışdır. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Şahid1 qardaşının yoldaşı olmuşdur. Gülayət bir neçə il yoldaşı ilə yaşadıqdan sonra evdən getmişdir. Bir müddət sonra onun Goranboy şəhər sakini Təqsirləndirilən şəxsla qeyri-rəsmi münasibətdə yaşadığını və uşaqlarının da onunla birlikdə olduğunu bilmişdir. 15 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Fariz Təhməzovu döyməsi nəticəsində öldüyünü bilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərmişdir ki, onun ünvan 3 ünvanında 13 sot torpaq sahəsi vardır. Torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi vardır. Həmin evdə özü yaşayır. Bundan başqa həyətdə 3 ədəd otaq var, həmin otaqlarıda kirayə vermiş, lakin bir neçə ildir ki, otaqların heç birində kirayə qalan yoxdur. 2020ci ilin dekabr ayında X11 və Goranboy şəhər sakini Təqsirləndirilən şəxs onun otaqlarının birində kirayə qalmaq istədiklərini bildirmişlər. Daha doğrusu Təqsirləndirilən şəxs otaqda Şahid1nın qalacağını, özünün isə gəlib-gedəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla aylıq 100 manata razılaşmışdır. Bundan sonra Şahid1 onun evində qalmağa başlamışdır. Təqsirləndirilən şəxs da mütəmadi Şahid1ya baş çəkmiş, bəzi hallarda isə özü də qalmışdır. Şahid1 təxminən 4 ay həyətimdə olan otaqda kirayə yaşamış, daha sonra isə çıxmışdır. Təxminən 2 aydan sonra Şahid1 yenə qayıtmışdır, lakin bu dəfə özü ilə 2 azyaşlı oğlunu da gətirmişdir. Böyük oğlu Fərid Təhməzovun 11 yaşı, kiçik oğlu Zaur Təhməzovun isə 9 yaşı olmuşdur. Həmin uşaqlar Şahid1nın birinci evliliyindən olmuşdur. Təqsirləndirilən şəxs demək olar ki, hər gün Şahid1 ilə evə gəlmiş, lakin bəzən gecə onun evində yatmamış, Goranboy şəhərində yerləşən valideyinlərinin evinə getmişdir. Onun evində yaşadığı müddətdə Təqsirləndirilən şəxs və Şahid1 sonuncunun uşaqlarını mütəmadi olaraq səbəbsiz yerə döymüşlər. Belə ki, Gülayət və Anar Fərid və Zauru həyətə çıxıb oynamağa belə icazə verməmişlər. Uşaqların çıxıb həyətdə oynadığını bildikdə isə Anar hər ikisini döymüşdür, Gülayət də Anar getdikdən sonra uşaqlarını danlayıb vurmuş və Anarın sözündən çıxmamaqlarını tapşırmışdır. Bundan başqa, Fərid və Zaur ən xırda nadinclik etdiklərində belə Anar və Gülayət tərəfindən döyülmüşlər. O, dəfələrlə Anar və Gülayətə uşaqları vurmamalarını bildirmiş, lakin Anar və Gülayət ona “Uşaq bizimdi, özümüz bilərik necə tərbiyə edirik” demişdir. O, Gülayətdən bir neçə dəfə evdən çıxmasını da tələb etmişdir. Lakin, Anar Gülayəti evdən çıxarmasın deyə dərhal onun üstünə gəlmişdir. Təxminən avqust ayının 11-i axşam saatlarında o, qonşusu Ulduzəgilə getmiş, orada bir qədər oturub öz evinə qayıtmışdır. Gülayət həmin vaxt həyətdə olmuş, Anar isə qaldığı otaqda yüksək səslə söyüş söymüşdür. O, Gülayətdən nə baş verdiyini soruşmuş, Gülayət isə Anarın Fəridi döydüyünü bildirmişdir. O, öz yaşadığı evə keçmişdir. Bir qədər sonra Gülayətgilin qaldığı otaqdan yenə Anarın acıqlı səsini eşitmiş, yaşadığı evdən çıxıb Gülayətgilin qaldığı otağın qapısının önünə getmiş və orada bir neçə dəqiqə dayanmışdır. O, otağa daxil olmağa qorxmuş və Anardan qorxduğuna görə otağa girməyə tərəddüd etmişdir. Sonda cəsarətini toplayıb otağın qapısını açmış, Anar onu görüb sonuncuya yaxınlaşmış və sinəsindən itələyib “Sənə demişəm axı, bizim işimizə qarışma” demişdir. O, otağın qapısını bağlayıb qapının önündə bir qədər dayanmış daha sonra öz yaşadığı evə getmişdir. Bir qədər sonra o, Gülayətin uşaqları hamama apardığını görmüşdür. Səhərisi gün Fəridin bədənində qançırlar əmələ gəlmiş, lakin Fərid özünü yaxşı hiss etmiş, Gülayət işə gedəndən sonra həyətdə kiçik qardaşı ilə oynamışdır. Lakin, növbəti gün Fərid pisləşmiş, yemək yeməmiş, yediyini isə qaytarmışdır. Fərid sinəsini göstərərək orada ağrı olduğunu demişdir. O, Gülayətə Fəridi həkimə aparmasını demiş, lakin Gülayət Fəridin bədənində xəsarətlər olması səbəbindən həkimə aparmayacaqlarını bildirmişdir. Fərid təxminən 2 gün ağrımış və demək olar ki, yemək yeməmiş, lakin çoxlu su içmişdir. O, dükandan Fəridə təbii meyvə şirəsi alıb vermişdir. Avqust ayının 14-ü səhər saatlarında o, yuxudan oyanıb həyətə çıxmış, Anar və Gülayətin həyətdə dayandıqlarını görmüşdür. O, Anar və Gülayətə yaxınlaşanda sonuncular ona Fəridin öldüyünü demiş, o, ağlamağa başlamışdır. Anar ona “Ağlama, küçədən eşidərlər, çıx get burdan” demiş, o da öz evinə getmiş və orada ağlamağa davam etmişdir. Axşamüstü o, fikrini dağıtmaq üçün şəhərə çıxıb bir qədər gəzmişdir. Həmin vaxt Gülayət və Anar evdə olmuşlar. Evdən çıxarkən Anara və Gülayətə “Meyiti aparın qəbirstanlığa, molla çağırın dua oxusun” demiş, lakin, Anar Fəridin bədənində xəsarətlər olması səbəbindən qəbirstanlıqda dəfn etməyəcəyini bildirmişdir. Daha sonra o, qonşusu Ulduzəgilə gedib sonuncu ilə bir qədər söhbət etmişdir. Saat təxminən 22 radələrində evinə qayıtmış və bu zaman Gülayətlə Anarın evdə olmadıqlarını görmüşdür. Anar və Gülayət gecə saat 01 radələrində evə gəlmiş, o, Anar və Gülayətdən Fəridin meyitini hara apardıqlarını soruşmuş, Anar ona “Narahat olma, yaxşı yerdədi, dəfn etmişik” deyə cavab vermişdir. Avqust ayının 19-u ya da 20-si Anarla Gülayət həyətdə söhbət edərkən, o, sonunculara yaxınlaşmış, onlar isə ona “Gedib polisə deyəcəyik ki, uşaq evdən qaçıb itkin düşüb” demişlər. O, heç nə deməmiş və öz evinə qayıtmışdır. Bir neçə gün sonra isə Fəridin Anar tərəfindən döyüldükdən sonra öldüyü məlum olmuş və sonuncu həbs olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ona məxsus olmuş “Vaz 2106” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs Goranboy şəhər sakini kimi tanımış, heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər ona zəng edərək taksi qismində müxtəlif yerlərə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Goranboy şəhər sakini Şahid2 evində kirayədə qalmışdır. Təqsirləndirilən şəxsla birlikdə Şahid1 həmin evdə kirayə yaşamışdır. Həmçinin Gülayətin iki azyaşlı oğlu da orada yaşamışlar. O, bir neçə dəfə Anarla birlikdə Gülayəti və uşaqları Şahid2 evindən götürüb alış-veriş üçün Goranboy şəhərində dükanlara aparmışdır. 15 avqust 2021-ci il tarixdə axşam saat 18 radələrində Təqsirləndirilən şəxs xatırlamadığı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng vuraraq saat 21 radələri üçün onu evdən götürməsini xahiş etmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs Şahid2 evindən çıxdığını, ona görə də əşyalarını yeni kirayə tutduğu evə aparacağını bildirmişdir. O, saat 21 radələrində Şahid2 evinin qarşısına getmişdir. Anar və Gülayət onu gözləmişlər. O, avtomobildən düşməmiş, Anar ön sağ qapını açaraq oturacağı tam arxaya itələmiş və həmin oturacağın üzərinə bir ədəd xalça qoymuşdur. O, Anardan xalçanın arasında nə olduğunu soruşmuş, Anar da qab-qacaq olduğunu bildirmişdir. O, Anara xalçanı avtomobilin yük yerinə qoymasını bildirmiş, lakin Anar xalçanın arasına bükülmüş əşyaların sına biləcəyini, ona görə də ön oturacağa qoyduğunu bildirmişdir. Bundan başqa, Gülayət 2 ədəd kapron ləyəni avtomobilin yük yerinə qoymuşdur. Sonra Gülayət arxa sol oturacaqda, Anar isə arxa sağ oturacaqda əyləşmişlər. Anar Goranboy rayonunun Goran qəsəbəsi istiqamətində getməsini bildirmişdir. Yolda gedərkən Anar Goran qəsəbəsində kirayə ev tutduğunu və Gülayət ilə birlikdə həmin evdə yaşayacağını bildirmişdir. O, Anarın göstərişləri ilə avtomobilini Goran qəsəbəsində yerləşən "xxxx" gips zavodunun yaxınlığına sürmüşdür. Orada Anar ona “Sən burda saxla, ev burdan yaxındı, yol pisdi sən sürmə, özümüz aparacayıq” demiş, o da avtomobili dayandırmışdır. Anar ona 5 manat pul vermiş, bundan sonra Anar və Gülayət ikisidə avtomobildən düşüb köməkli şəkildə xalçanı və ləyənləri avtomobildən götürüb getmişlər. O isə avtomobili idarə edib Goranboy şəhərində yaşadığı evə gəlmişdir. Təxminən bir həftə sonra onu Goranboy rayon polis şöbəsinə dəvət etmişlər və orada o Təqsirləndirilən şəxs və Şahid1nın xalçaya büküb apardıqlarının sonuncunun azyaşlı oğlunun meyiti olduğunu bilmişdir. Onun bu hadisədən məlumatı olmamışdır. Anar və Gülayət onu aldadaraq xalçanın arasına qab-qacaq qoyduqlarını demişlər. Xalçanın arasında meyit olduğunu bilsəydi o, heç bir halda Anarı və Gülayəti taksi qismində harasa aparmazdı. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 22 avqust 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Goranboy rayonunun Goran qəsəbəsində yerləşən boş ərazidir. Həmin ərazi Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Bakı şəhəri istiqamətindən gəldikdə 313-cü kilometrliyində sağ tərəfdə, yəni Goran dəmiryolu xətti tərəfdə yerləşən ticarət obyektlərinin arxasında, Goran dairəsindən Bozdağ istiqamətində gedən torpaq və Goran körpüsündən Goran dəmiryolu vağzalı istiqamətində gedən asfalt avtomobil yollarının arasında yerləşir, torpaq avtomobil yolunun solunda isə "xxxx" MMC-nə məxsus zavod yerləşir. Ərazinin yer örtüyü torpaqdan ibarətdir, seyrək dikanlı otlar vardır. Ərazidə uzun xətt formasında hündür qamışlıq vardır. Qamışlıqdan 5 metr məsafədə 1 ədəd beton işıq dirəyi vardır. Həmin dirəkdən 33 metr arxada isə bir ədəd mişar daşından inşa edilmiş bir otaqlı tikili vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə gecə saat 23:30-00:00 radələrində X11 ilə ilə birlikdə X2 meyitini xalçaya bükülmüş şəkildə taksi sürücüsü Şahid3 avtomobili ilə hadisə yerinə gətirdiyini, bundan sonra Şahid3 5-6 manat pul verib ərazidə olan tikilini göstərərək orada kirayə qaldığını deyib sonuncuya getməsini bildirdiyini, bundan sonra Şahid1 ilə birlikdə Fərid Təhməzovun meyitini qamışlığa atdığını göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Fərid Təhməzovun meyitini atdığı yeri göstərdi və qamışlığın arasında bir ədəd çürümə əlamətləri olan uşaq meyiti aşkar edildi. Meyitin əynində yalnız tuman vardır, başqa heç bir geyim əşyası yoxdur. Meyit qarnı üstə uzadılmış vəziyyətdədir. Təqsirləndirilən şəxs həmin meyitin Fərid Təhməzova məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mərhum Fərid Təhməzovun meyitini qamışlığa atdıqdan sonra onun büküldüyü xalçanı təxminən 15-20 metr aralıda qamışlığın arasına atdığını göstərmişdir. Lakin, qamışlığın sıx və keçilməz olması ilə bağlı Təqsirləndirilən şəxs göstərdiyi yerdə xalçanı tapmaq mümkün olmamışdır. Bununla əlaqədar saat 16:53-də videoçəkiliş dayandırılmış, mərhum Fərid Təhməzovun meyiti təcili tibbi yardım avtomobili ilə “Məhkəmə-Tibbi Ekspertiza və X13” PHŞ-in Goranboy rayon şöbəsinin morquna göndərilmiş və xalçanın tapılması üzrə axtarış işləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerdən 6 metr aralıda qamışlığın arasından bir ədəd qırmızı-sarı-yaşıl-ağ rənglərdən ibarət xalça aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxış iştirakçıları ilə birlikdə Şahid2 qızına məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə gedilmişdir. Şahid2 məxsus fərdi yaşayış evinin iki taqlı, kənarları qırmızı, üzərində romb formalı qırmızı rəngli naxışları olan ağ rəngli darvazası vardır. Evin həyəti küçədən mişar daşı və ağ kərpicdən inşa edilmiş hasarla ayrılmışdır. Darvazadan evin həyətinə daxil olduqda sol tərəfdə 2 mərtəbəli, çay daşı və mişar daşından inşa edilmiş ev vardır, sağ tərəfdə isə ağ kərpicdən inşa edilməklə üzəri azbes şiferlə örtülmüş iki ayrı otaqdan ibarət Şahid2 kirayə verdiyi ev vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs deməsinə görə təxminən 1 ildir ki, həmin otaqların birində Şahid1 ilə kirayədə yaşayır, iki mərtəbəli evdə isə Şahid2 özü yaşayır. Təqsirləndirilən şəxs və Şahid1nın kirayədə yaşadıqları otağın giriş qapısı iki taqlı olmaqla açıq yaşıl rəngdədir, hündürlüyü 1.75, eni isə 1.1 metrdir. Otağın eni 3, uzunluğu 4.5, hündürlüyü isə 2.20 metrdir. Otağın döşəməsi qırmızı rəngli taxta materialdandır, tavanına isə ağ rəngli dikt vurulmuşdur. Otaqda 2 ədəd çarpayı, 1 ədəd masa, 1 ədəd kreslo, 2 ədəd şkaf, 1 ədəd qaz sobası və iş üçün əhəmiyyət kəsb etməyən məişət əşyaları vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə axşam saatlarında Şahid1 ilə birlikdə kirayədə qaldıqları evə gəldiklərini, bu zaman ev yiyəsi Şahid2 mərhum Fərid Təhməzovun dəcəllik etməsi barədə şikayətləndiyini, bu səbəbdən Fərid Təhməzovun sifət nahiyəsinə sol ilə kirayədə qaldıqları otağın giriş qapısının önündə vurduğunu, bundan sonra otağa keçdiklərini və otağın içində Fərid Təhməzovun qarın nahiyəsinə iki dəfə təpiklə vurduğunu, bundan sonra otağın giriş qapısının yanında olan çubuğu götürüb Fərid Təhməzovun əllərinə və ayaqlarına həmin çubuqla vurduğunu və yumruqla baş nahiyəsinə vurduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs mərhum Fərid Təhməzovu döydükdən sonra çubuğu atdığı yeri göstərdi. Şahid2 evinin həyətini həyətyanı sahədən ayıran setka çəpərin yanından bir ədəd 1 metr uzunluğunda nazik ağac budağı aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin çubuğun mərhum Fərid Təhməzovu vurduğu çubuq olduğunu təsdiq etdi və baxışın gedişində həmin çubuqla vurduğu mərhum Fərid Təhməzovun bədəninin nahiyələrini göstərdi. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs sol göz ətrafında olan xəsarəti hansı şəraitdə alması barədə rayon prokuroru, ədliyyə müşaviri Kamran Məmmədov tərəfindən sual ünvanlandı, Təqsirləndirilən şəxs həmin xəsarəti 22 avqust 2021-ci il tarixdə səhər saat 10-11 radələrində, yəni şübhəli şəxs qismində tutulmamışdan əvvəl yaşadığı evin həyətində göyərçin qovalayarkən ağaca dəyməsi nəticəsində aldığını, bununla bağlı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən hadisə yerindən aşkar edilmiş 1 ədəd çubuq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa hadisə yerində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Meyitə baxış keçirilməsi haqqında 22 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X2 meyiti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyi PHŞ-in Goranboy rayon şöbəsinin morqunun qarşısında masa üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində 1 ədəd tuman vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, boyunun uzunluğu 150 sm-dir. Dəri yaşımtıl qara rəngdədir. Meyit ləkələri təyin olunmur. Meyit qacıması yoxdur, meyit çürümə qazlarının təsirindən kəskin şişmişdir. Bədən səthində çoxlu ölçüləri 2x1 sm-dan 9x6 sm-ə qədər çürümə mayesi olan suluqlar vardır. Başın tükləri asanlıqla qopur. Başın tükləri qara rəngdədir. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdırlar. Üzün yumşaq toxumaları çürümə qazlarının təsirindən şişkindir. Qaralmış olduğundan üzün cizgiləri ayırd edilmir. Göz qapaqları örtülüdür. Burun sümükləri və qığırdıqları əllə yoxladıqda tamdırlar. Meyitin ağız və burun dəliklərindən çürümə qoxulu qırmızımtıl maye xaric olunur. Ağzı yumuludr, duşləri özününküdür. Qabırğaları əllə yoxladıqda. Qarın şişkindir, xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Anal dəliyinin ətrafı nəcislə bulaşmamışdır, ətrafında xəsarət yoxdur. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Meyitin xarici müayinəsində çürümə dəyişikləri fonunda xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 23 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli, cins materialdan olan, üzərində zədə və qanabənzər ləkə olmayan şalvar, 1 ədəd göy rəngli, üzərində zədə və qanabənzər ləkə olmayan qısaqol futbolka, 1 ədəd boz rəngli, üzərində zədə və qanabənzər ləkə olmayan mayka götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Baxış keçirilməsi və götürmə aparılması haqqında 24 avqust 2021-ci il tarixli protokoldan görünür ki, X4 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli, üzərində zədə və qanabənzər ləkə olmayan qısaqol futbolka və 1 ədəd göy rəngli, üzərində zədə və qanabənzər ləkə olmayan cins şalvar götürülərək müvafiq qaydada qablaşdırıldı və möhürlənərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə Şahid2 qızının arasında keçirilmiş 15 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirilmə zamanı Şahid2 istintaqa verdiyi ifadəsini tam olaraq təsdiq edərək ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə Şahid2 dedikləri ilə qismən razı olduğunu, X7 həqiqətən döyərək xəsarət yetirmisini və bu xəsarətlər nəticəsində Fərid Təhməzovun ölməsini, Fərid Təhməzovu sonuncu dəfə 13 avqust 2021-ci il tarixdə döyməsini və Fəridin 15 avqust 2021-ci il tarixdə ölməsini, ondan əvvəl isə Fərid Təhməzovu və Zaur Təhməzovu vurmamasını, sadəcə Şahid2 Zaur və Fəriddən şikayətləndikdə sonuncuları danlamasını, hadisə günü, yəni 13 avqust 2021ci il tarixdə axşam saat 20 radələrində Gülayətlə birlikdə evə gəldikləri zaman Şahid2 öz evində olmasını və Fəridin dəcəllik etməsi barədə şikayətlənməsini, onun da bu səbəbdən əsəbiləşərək Fəridi vurmasını, həmin vaxt Şahid2 evdə olmasını və ona şikayətlənməsini, həmin vaxt Şahid2 qonşuda olmamasının, bundan sonra 15 avqust 2021-ci il tarixdə Fəridin aldığı xəsarətlərdən ölməsini, Şahid2 da bu barədə məlumatının olmasını, həmin tarixdə axşam saatlarında onun və Gülayətin Fəridin meyitini xalçaya büküb taksi ilə Goran qəsəbəsinə aparıb qamışlığın arasına atmalarını, həmin vaxtda Şahid2 evdə olmasını, qonşuda olmağına dair dediklərinin yalan olmasını, Fəridi bükdüyü xalçanı da Şahid2 işarə edərək göstərməsini, taksi gəldiyi zaman isə Şahid2 Zauruda götürüb öz yaşadığı evə getməsini, Fəridin itkin düşməsinə dair polisə məlumat verilməsi barədə Şahid2 heçnə deməməsini, bunu onun özünün fikirləşməsini, onun Şahid2 hədələməməsini göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs ilə X4 arasında keçirilmiş 15 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirilmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini tam olaraq təsdiq edərək ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə Şahid1nın dedikləri ilə razı olduğunu, əməlini etiraf etdiyini və səmimi olaraq peşmançılıq hissi çəkdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş X11 ilə Şahid2 qızının arasında keçirilmiş 15 noyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirilmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini tam olaraq təsdiq edərək ifadəsində göstərdiklərini Şahid2 üzünə qarşı demiş, sonuncu isə Şahid1nın dediklərinin yalan olduğunu, Şahid1nın və Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında onun evində kirayədə yaşadıqlarını, Şahid1nın 2021-ci ilin yaz aylarında Ağdaş rayonundan 2 azyaşlı oğlunuda gətirdiyini, Şahid1nın və Təqsirləndirilən şəxs uşaqlara gün verib işıq vermədiklərini, həyətə çıxıb oynamağa belə icazə vermədiklərini, tez-tez səbəbsiz yerə uşaqları döyüdüklərini, onun bir neçə dəfə şəxsən dəqiq xatırlamadığı tarixlərdə Gülayətin və Anarın Fərid və Zauru döymələrinin şahidi olduğunu, onun Fərid və Zaurun dəcəllik etməsi barədə Gülayətə və ya Anara heç vaxt şikayətlənməməsini, hadisə günü, yəni 13 avqust 2021-ci il tarixdə də Gülayət və Anar evə gəldikləri zaman onun evdə olmamasının, onun sonradan evə gəldiyini və X23 döyməsini öyrəndiyini, bundan sonra Fəridin 2 gün ağrılar içində qıvrandığının, onun Şahid1ya oğlunu həkimə aparmasınıda deməsini, lakin Gülayətin heç bir tədbir görmədiyini, Fəridin ölməsindən onun xəbərinin olmasını, lakin Gülayət və Anarın Fəridin meyitini apararkən evdə olmadığını, Gülayətə və Anara da heç bir xalça vermədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmətibbi ekspertinin X5 adına tərtib etdiyi 22 avqust 2021-ci il tarixli, 25 nömrəli rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakılar aşkar edildi – çürümə dəyişiklikləri fonunda xarici müayinədə hər hansı bir xəsarət aşkar edilmədi. X2 meyitinin daxili müayinəsi zamanı meyitin daxili orqanlarının kəskin çürüməsi, sol Vİ-Vİİ qabırğaların yerini dəyişmiş sınığı, İV-V qabırğaların isə yerinidəyişməyən sınığı, sol ağ ciyərin orta payının cırılması aşkar edildi. Qeyd olunan bu xəsarətlər bərk küt əşyanın(ların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müdəti meyitin müayinəsindən 7-9 gün əvvələ uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X2 ölümünə səbəb sol Vİ-Vİİ qabırğaların yerini dəyişmiş sınıqları zamanı sol ağ ciyərin cırılması nəticəsində kəskin daxili qan itirmə olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmətibbi ekspertinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 25 avqust 2021-ci il tarixli, 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət –sol göz qapağının qançırı bərk küt əşyanın(ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni 22.08.2021-ci il tarixdə ağacın təsirindən əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmətibbi ekspertinin X8 adına tərtib etdiyi 24 avqust 2021-ci il tarixli, 499 nömrəli rəyindən görünür ki, X8 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ saidin sıyrığı bərk küt əşyanın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni 13.08.2021-ci il tarixdə ağac parçası ilə vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmətrasoloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 16/1007 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd boz rəngli cins şalvarın, 1 ədəd göy rəngli qısaqol köynəyin və 1 ədəd boz rəngli maykanın, həmçinin hadisə zamanı X4 əynində olmuş 1 ədəd göy rəngli qısaqol köynəyin və 1 ədəd göy rəngli cins şalvarın üzərində mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 12 oktyabr 2021-ci il tarixli, 16/1008 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs, X9 məxsus geyim əşyaları və xalça səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış qırmızı rəngli poliamid liflər cinsi əlamətlərinə görə 01 ədəd xalçanın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd maykanın və 01 ədəd köynəyin səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında xalçanın tərkib liflərindən yoxdur. X9 məxsus 01 ədəd şalvarın səthi üzərindən tapılmış ağ rəngli poliamid liflər cinsi əlamətlərinə görə 01 ədəd xalçanın tərkib liflərinə uyğun gəlirlər. X9 məxsus 01 ədəd köynəyin səthləri üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında xalçanın tətkib liflərindən yoxdur. 01 ədəd xalçanın səthi üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. 01 ədəd xalçanın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus 01 ədəd maykanın və 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. 01 ədəd xalçanın səthi üzərindən tapılmış mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə X9 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. 01 ədəd xalçanın səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X9 məxsus 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəməpsixiatrik ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən, yəni 13-15 avqust tarixlərdə hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni 13-15.08.2021-ci il tarixlərdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsissələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətdiyi cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq hadisə haqqında danışmaq istəmədiyini və hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv sipmtomatika(hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Goranboy rayon polis şöbəsindən daxil olmuş HK-1-1462 nömrəli materialdan görünür ki, X11 19.08.2021-ci il tarixdə ərizə ilə rayon polis şöbəsinə müraciət edərək oğlu Fərid Təhməzovun itkin düşməsini bildirmiş, izahatı alınarkən də ərizəsinə uyğun məzmunda izahat verərək oğlu Fərid Təhməzovun naməlum istiqamətdə gedərək itkin düşməsini təsdiq etmişdir. Şahid1 22 avqust 2021-ci il tarixdə rayon polis şöbəsində təkrar izahatı alınarkən oğlu X20 Məmmədov tərəfindən döyüldükdən sonra ölməsini və Təqsirləndirilən şəxsla birlikdə oğlunun meyitini Goran qəsəbəsində boş ərazidə yerləşən qamışlığa atmalarını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 22 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2021-ci il tarixdən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin 23 avqust 2021-ci il tarixli 4(045)-61/2021 saylı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07.10.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon, İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon, İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi zərərçəkmiş şəxsin yaxın qohumu olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən heç bir hüquqi nəticə yaratmadığından onun təqsirləndirilən şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədimiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. İş üzrə maddi sübutlar- Goranboy rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd xalça və bir ədəd çubuq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol futbolka, 1 ədəd boz rəngli cins şalvar və 1 ədəd boz rəngli mayka, X4 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol futbolka və 1 ədəd göy rəngli cins şalvar sahiblərinə qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. İş üzrə 61,90 (altmış bir manat dosxan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X6 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikasının CM-nin 126.3-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Goranboy rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd xalça və bir ədəd çubuq, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol futbolka, 1 ədəd boz rəngli cins şalvar və 1 ədəd boz rəngli mayka, X4 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli qısaqol futbolka və 1 ədəd göy rəngli cins şalvar sahiblərinə qaytarılsın imtina etdikdə məhv edilsin. İş üzrə 61,90(altmış bir manat dosxan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar