Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-133/2023 19.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və onların qanuni nümayəndəsi Şahid1 və müdafiəçi –Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 2020-ci ilin ortalarında məlum olmayan ay və günlərdən 05 sentyabr 2022-ci il tarixədək olan vaxt ərzində təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 hədiyyə verəcəyi və onunla şaşki oynayacağı bəhanəsi ilə aldadıb, onu yaşadığı ünvan 1 ünvanına və iki dəfə isə qonşusu Şahid4 yaşadığı ünvan 2 ünvanına gətirib, mütəmadi olaraq, təkrarən, ümumilikdə 8-9 dəfə onun köməksiz vəziyyətindən istifadə edərək, qışqırmasına məhəl qoymayaraq ağzını əli ilə bağlayıb, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs3 dodağından, boynundan öpdükdən sonra sonuncunun cinsiyyət orqanını əli ilə oynadıb, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun arxa nahiyyəsinə sürtməklə cinsi ehtirasını təmin edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 2021-ci ilin ortalarından 2022-ci ilin ortalarınadək məlum olmayan ay və günlərdə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı, xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 hədiyyə verəcəyi bəhanəsi ilə aldadıb, onu birinci dəfə yaşadığı ünvan 1 ünvanına və iki dəfə isə qonşusu Şahid4 yaşadığı ünvan 2 ünvanına gətirib, təkrarən, ümumilikdə 3 dəfə onun köməksiz vəziyyətindən istifadə edərək, qışqırmasına məhəl qoymayaraq ağzını əli ilə bağlayıb, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə, evin otağının qapısını bağlayıb, özü də olmaqla Zərərçəkmiş şəxs2 lüt soyundurub dodağından, boynundan öpdükdən sonra gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna sürtməklə ona ağrı verib, cinsi ehtirasını təmin etməklə, sperma ifraz edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin ortalarında məlum olmayan ay və günlərdən həmin ilin sentyabr aynının əvvəllərinədək təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı, xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 hədiyyə verəcəyi bəhanəsi ilə aldadıb, onu yaşadığı ünvan 1 ünvanına gətirib, mütəmadi olaraq, təkrarən, ümumilikdə 7- 8 dəfə onun köməksiz vəziyyətindən istifadə edərək, qışqırmasına məhəl qoymayaraq ağzını əli ilə bağlayıb, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs4 dodağından, boynundan öpdükdən sonra sonuncunun cinsiyyət orqanını əli ilə oynadıb, sonra əlini onun arxa nahiyyəsinə salıb çıxartmaqla cinsi ehtirasını təmin edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən, 2022-ci ilin avqust ayında məlum olmayan gündə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı, xx.xx.2018-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs1 hədiyyə verəcəyi bəhanəsi ilə aldadıb, onu yaşadığı ünvan 1 ünvanına gətirib, onun köməksiz vəziyyətindən istifadə edib, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə əlini Zərərçəkmiş şəxs1 alt paltarına salıb onun cinsiyyət orqanını əlləşdirib, sonra öz cinsiyyət orqanını gərilmiş vəziyyətə gətirərək sonuncunun uşaqlıq yoluna toxundurmaqla, cinsi ehtirasını təmin edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 150.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Kimyaçılar küçəsindəki ünvanda anası Şahid3 ilə birlikdə yaşayır. Özü subaydır, heç bir vaxt evlənməmişdir. O, maddi cəhətdən vəziyyəti ağır olduğu üçün evlənməmiş, rəsmi olaraq heç bir yerdə işləmir. Çox vaxtlarını evdə olmaqla keçirir. Onunla bir binada, yəni Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11 ünvanında qonuşuluqda yaşayan Ramil Seyfəddin oğlunu və onun arvadı Şahid1, həmçinin onların uşaqları, azyaşlılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yaxşı tanıyır, o, binanın 2-ci mərtəbəsində, onlar isə binanın 1-ci mərtəbəsində yaşayırlar. Onlarla 30-40 ildir ki, qonşudur. Onlarla həmişə yaxşı münasibətdə olmuş, arabir Günayla aralarında ədavəti olmuşdur. Son zamanlar pis münasibəti olmamışdır. Onların uşaqları Nilayın təxminən 3 yaşı, Nəzrinin 7 yaşı, Cəlalın 8 yaşı və Nurgünün isə 9 yaşı olduğunu bilmişdir. Onun həmin uşaqlarla da münasibəti yaxşı olub, uşaylar ona dayı və eyni zamanda adınıda demişlər. 06 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində o yaşadığı evin həyətində olan zaman Ramil ona yaxınlaşıb demişdir ki, sən Cəlala qarşı nə hərəkət etmisən, o da demişdir ki, nə etmişəm. Ramil də Cəlalı yanlarına çağırmış, ona demişdir ki, Zabir sənə qarşı nə edib, sənə şeyini göstərib, o da demişdir ki, heç nə etməmişdir. Bundan sonra Ramil Nurgünü də gətirmiş, ondan da onun yanında soruşmuşdur ki, Zabir sənə qarşı nə edib,sənə nəsə göstərib, o da demişdir ki, yox. Ramil yaxşı-yaxşı deyib getmişdir.Bundan sonra Ramillə arvadı Günay tanışlarını çağırmış, adını bilmədiyi oğlan gəlmiş, ona demişlər və o da qonşuluqda hamıya yaymışdır ki, o Ramilin uşaqlarına qarşı əxlaqsız hərəkətlər etmişdir. Həmin gün axşam saat 21 radələrində evin həyətində yenə də Ramil, arvadı onunla mübahisə etmiş, Ramillə əlbəyaxa olmuş, amma bir-birlərini vurmamışlar, Günay onları aralamışdır. Sonra Günay polisə zəng etmiş, onu polisə dəvət etmişlər. Onlar onun barəsində Gəncə şəhər 2-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişlər ki, onların azyaşlı uşaqlarına qarşı əxlaqsız hərəkətlər etmişdir. O, isə bir daha bildirmişdir ki, onun yaşadığı evində həmin uşaqlar heç bir vaxt tək olmayıblar, onlar anaları ilə onlara anası evdə olanda qonaq gəliblər. Ona qarşı şər və böhtan atırlar. Azyaşlı Zərərçəkmiş şəxs1 ifadəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs1 tam yalan ifadə vermiş, anası Günay onu öyrətmişdir. O, həmin uşağa qarşı heç bir hərəkət etməmişdir.İfadəsi alınmış azyaşlı Zərərçəkmiş şəxs4 ifadəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs4 tam yalan ifadə verir,o ona və bacı qardaşına qarşı heç bir əxlaqsız hərəkətlər etməmiş, bütün bunlar onun anası Günayın öyrətməsidir. Zərərçəkmiş şəxs3 ifadəsi ilə tanış olmuş, Nürgün Quliyevdə tam yalan ifadə vermiş, qətiyyətlə yalandır, anası Günay öyrətmişdir. Zərərçəkmiş şəxs2 da ifadəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs2 da yalan ifadə vermiş, onu soyundurmamış, ona cinsiyyət orqanını toxundurmamışdır. O, Samirin evində təxminən 2-3 dəfə olmuş, o evə cinsi əlaqədə olmaq üçün adını deyə bilməyəcəyi qadını gətirmiş və sonra onunla olduqdan sonra spermasını pastelə sürtmüşdür. Öz evində də olanda gecələr yuxuda cinsi əlaqədə olur və yuxudan durandan sonra spermasını salfetkaya və ya pastelə sürtmüşdür. Günayın uşaqlarını ona qarşı öyrətməsinin səbəbi odur ki, Günayda belə bir xasiyyət var, əğər uşaqlarına ad günü edirsə ona hədiyyə almırsa, onda onunla pis münasibətdə olur. Heç bir şeydən onu söyüb təhqir edir. Zərərçəkmiş şəxs2 onun bədənində olan xallarla bağlı ifadəsində göstərdikləri ilə bağlı onu qeyd edir ki, onun həqiqətəndə kürəyində və belində xalı vardır. Şahid4 evindən götürülmüş pastelin üzərindən aşkar olunmuş sperma ilə bağlı etiraf edir ki, Samirin evində pastelə o spermasını silmiş və ona məxsusdur, adını demədiyi qadınla olandan sonra silmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində qonşuları Şahid4 evində hansı otaqda hansı pastelə onun spemasını sürdüyünü göstərmişdir. Nəzrin o adını demədiyi qadını Samirin evinə aparanda görməmişdir. Samir evini kirayəyə vermişdir. Kirayədə qalanlar çıxanda açarı ona vermişlər ki, Samirə çatdırsın. Samir Bağmanlar qəsəbəsində olur. Evin açarını təxminən 2 ay olar kı ona vermişlər. Bir həftədən sonra o açarı Samirə qaytarmışdır. Samir bilməmişdir ki, onun evində qadınla cinsi əlaqədə olmuşdur.O, heç bir vaxt psixi xəstəlik keçirməmiş, arabir ağ ciyərlərində xəstəlik olmuşdur. Ondan müalicələr almışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, atası, anası, 1 bacı, 2 qardaşı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, Zabir onlarla birlikdə bir binada yaşayır.Zabir evin 2-ci mərtəbəsində anası Zərifə ilə birlikdə yaşayır. Təxminən bir neçə vaxt bundan əvvəl o, həyətdə oynayanda Zabir onu həyətdə görüb yaxınlaşaraq demişdir ki,gedək bizim evə sənə hədiyyə verəcəm. O da onun sözünə inanıb onun yaşadığı evinə getmiş, evdə olanda Zabir ona hədiyyə verməmişdir. Zabir evdə əlini onun tumuşunun altından salıb onun cinsiyyət orqanını oynatmağa başlamışdır. Sonra Zabir duduşunu çıxarmış, onun qabağına, duduşuna sürtməyə başlamışdır. Sonra onu evdən yola salmışdır. O, bu barədə qardaşı Cəlala demişdir. Evə gələndə onun duduşu ağrımışdır, anasına demişdir ki, duduşum göynəyir, geyişir, amma nə baş verdiyini deməmişdir.. Zabir əlini, duduşunu onun duduşuna çox sürtmüşdür. Sonra qardaşı anasına deyəndə o da demişdir ki, Zabir mənə də belə hərəkət etmişdir. Onu heç kim öyrətməyibdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, atası, anası, 1 bacı və 2 qardaşı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs çoxdan tanıyır,o onlarla birlikdə bir binada yaşayır. Zabir evin 2-ci mərtəbəsində anası Zərifə ilə birlikdə yaşayır. Valideynləri ilə Zabir arasında münasibət həmişə yaxşı olmuşdur. Təxminən 2021-ci ilin ortalarında havaların isti olan vaxtı o həyətdə oynayan zaman dəqiq tarixlər yadında deyil, Zabir onu həyətdə görüb yaxınlaşaraq ona demişdir ki, gedək bizim evə sənə hədiyyə verəcəm. O, da onun sözünə inanıb onun yaşadığı evinə getmiş, evdə olanda Zabir ona hədiyyə verməmiş, evin otağının qapısını bağlamış, ona yaxınlaşıb onu soyundurmaq istəmiş, o, qoymamış, qışqırmış, lakin Zabir onun ağzını bağlayıb, onu lüt soyundurmuş, dodağından öpmüş, sonra özüdə lüt soyunmuşdur. Əvvəl əlini onun qabağına uşaq yoluna, cinsiyyət orqanına salmış, oynatmış, sonra Zabir cinsiyyət orqanını onun qabaq uşaq yoluna sürtmüş, ağrı hiss etmişdir. Bu zaman Zabirin cinsiyyət orqanından sarı maye gəlmiş, onu salfetkaya silmiş, orada olan qabın içinə atmışdır. Zabir ona demişdir ki, anana demə o da evə gəlmiş, heç kimə bildirməmişdir. Bundan 3 gün sonra Zabir onu həyətdə görəndə yenə hər dəfə yalandan yenə demişdir ki,sənə sürpirizim var gedək evə. O,da ona inanmış, bu dəfə Zabir onu qonşuluqda yaşayan Samirin vinə aparmışdır. Samir evdə olmamış, açarla Zabir qapını açmışdır. Zabir heç vaxt ona hədiyyə almamışdır. Evdə üzündən, dodağından öpmüşdür, eyni hərəkətləri etməyə başlamış, onu soyundurmuş, özü də soyunmuş, yenə cinsiyyət orqanını onun cinsiyyət orqanına sürtmüş, sonra qutarmış, maye gəlmişdir. Zabir həmin mayeni pastelə sürtmüşdür. Axırıncı dəfə isə Zabir 2022-ci ilin təxminən yadında qalmayan tarixində yenə onu Samirin evinə aparmışdır. Orada yenə Zabir onu lüt soyundurmuş, özü də soyunmuş, yenə Zabirin cinsiyyət orqanından maye gəlmiş, onu pastelə sürtmüşdür. Sonradan bacısı Nilay və qardaşı Nurgün, Cəlal da ona demişlər ki, Zabir onlarla da bu hərəkətləri etmişdir. Son vaxtlar Zabir qardaşını tez-tez bezdirdiyi üçün yəni, yenə evinə çağırdığı üçün artıq o məcbur olub, 06 sentyabr 2022-ci il tarixdə bu barədə, yəni bacılarına, qardaşına və ona qarşı etdiyi hərəkətlər barədə atası Ramilə və anası Günaya bildirmişdir.Onlar da polisə şikayət etmişdir. Zabir bu hərəkəti ona qarşı edəndə ona demişdir ki, heç kimə demə o da deməmişdir, qorxmuşdur ki, birdən Zabir ona nəsə edər. Zabir onun arxasına cinsiyyət orqanını salmayıb, ancaq 3 dəfə qabağına sürtmüşdür. Həmçinin həmişə onun dodağından, boynundan öpmüşdür.O, həqiqəti danışır, onu heç kim öyrətməmişdir. Zabirə şər atmır. Zabir lüt soyunanda görmüşdür ki, onun kürəyində və belində böyük xalı vardır. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, atası, anası və 2 bacısı,1 qardaşı ilə birlikdə yaşayır. Hal-hazırda Gəncə şəhəri 39 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs çoxdan tanıyır. Zabir onlarla birlikdə bir binada yaşayır.Zabir evin 2-ci mərtəbəsində anası Zərifə ilə birlikdə yaşayır, ailəli deyildir. Valideynləri ilə Zabir arasında münasibət həmişə yaxşı olmuşdur. Təxminən 2022-ci ilin ortalarında havaların isti olan vaxtı o həyətdə oynayan zaman dəqiq tarixlər yadında deyil, Zabir onu həyətdə görüb yaxınlaşaraq ona demişdir ki, gedək bizim evə sənə hədiyyə verəcəm. O da onun sözünə inanıb onun yaşadığı evinə getmiş, evdə olanda Zabir ona hədiyyə verməmiş, evin otağının qapısını bağlamış, ona yaxınlaşıb əlini onun şalvarının içinə salıb, onun cinsiyyət orqanını oynatmağa başlamışdır. O, qışqırmaq istədikdə Zabir əli ilə onun ağzını tutmuşdur. Sonra əlini onun arxasına aparmış, arxasına salıb çıxarmışdır. Sonra Zabir onu evdən buraxmış, ona demişdir ki, bu barədə heç kimə bildirməsin. Bundan sonra Zabir təxminən 7-8 dəfə onu həyətdə görəndə yenə hər dəfə yalandan yenə demişdir ki, sənə hədiyyə almışam və o da ona inanıb evinə qalxmışdır. Zabir heç vaxt ona hədiyyə almamışdır. Evdə üzündən, dodağından öpmüş, eyni hərəkətləri etmişdir. Belə ki, əlini arxa yerinə salmış, cinsiyyət orqanını oynatmışdır.O. qoymayanda isə onu tutub zorla etmişdir.O, utanmış, qışqırmamışdır. Axırıncı dəfə isə Zabir 2022-ci ilin təxminən sentyabr ayının əvvəlində ona qarşı həmin hərəkətləri etmişdir. Sonradan bacısı Nəzrin, bacısı Nilay və qardaşı Nurgün ona demişlər ki, onlara qarşı da Zabir həmin hərəkətləri edibdir. O, bu barədə anasına, atasına bildirməmişdir. Bacı qardaşları da bildirməmişlər. Son vaxtlar Zabir onu tez-tez bezdirdiyi üçün yəni, yenə evinə çağırdığı üçün artıq o məcbur olub, 06 sentyabr 2022-ci il tarixdə bu barədə, yəni Zabirin bacılarına, qardaşına və ona qarşı etdiyi hərəkətlər barədə atası Ramilə və anası Günaya bildirmişdir. Onlar da polisə şikayət etmişdir.Onaqarşı Zabir bu hərəkəti edəndə o qardaşı Nurgünə bu barədə bildirəndə o da ona demişdir ki, mənə qarşı da Zabir bu hərəkəti edir, heç kimə bildirmə sonra bizə nəsə edər. O da qorxub bildirməmişdir. Zabir onun yanında heç vaxt soyunmayıb, ancaq əlini cinsiyyət orqanına sürtüb sonrada əlini dalına salmışdır. Həmçinin həmişə onun dodağından, boynundan öpmüşdür. O, həqiqəti danışır, onu heç kim öyrətməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, atası, anası, 2 bacısı, 1 qardaşı ilə birlikdə yaşayır. O, hal-hazırda Gəncə şəhəri, 39 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Təqsirləndirilən şəxs çoxdan tanıyır,o onlarla birlikdə bir binada yaşayır.Zabir evin 2-ci mərtəbəsində anası Zərifə ilə birlikdə yaşayır, ailəli deyildir. Valideynləri ilə Zabir arasında münasibət həmişə yaxşı olmuşdur. Təxminən 2020-ci təxminən ortalarında havaların isti olan vaxtı o həyətdə oynayan zaman dəqiq tarixlər yadında deyil, Zabir onu həyətdə görüb yaxınlaşaraq onu evinə dəvət etmiş, demişdir ki, gedək bizim evə sənə hədiyyə verəcəm. O da onun sözünə inanıb onun yaşadığı evinə getmiş, evdə olanda Zabir ona hədiyyə verməmişdir. Zabir ona yaxınlaşıb onun paltarını soyundurmaq istəmiş, o qoymamışdır. Sonra Zabir onu çarpayıya otuzdurmuş, demişdir ki, bütün dostlar belə edir, səndə mənim dostumsan. Sonra onu çarpayıya uzatmaq istəmiş, o qaçmışdır. Bundan sonra yenə aradan bir neçə gün keçəndən sonra yenə onu Zabir aldatmışdır ki, hədiyyəm var və eyni zamanda demişdir ki, gedək bizdə şaşki oynayaq. O da Zabirin evinə getmişdir. Bu dəfə Zabir onu qucaqlayıb dodağından öpmüş, sonra şalvarını soyundurmaq istəmiş, o qoymamış, yenə qaçmışdır. Bundan bir neçə gün sonra yenə həmin variantla Zabir onu evinə aparmış, evdə yenə dodağından öpmüş, şalvarını aşağı salıb cinsiyyət orqanını əli ilə oynatmış, sonra şalvarını aşağı salıb cinsiyyət orqanını onun arxasına sürtmüşdür. Onun siyməyi gəlmiş, evlərinə qaçmış, tualetə gedəndə görmüşdür ki,arxasına nəsə tokülüb, sarı rəngli maye olmuşdur. Bundan sonra yenə bir neçə dəfə Zabir onu evinə aparmış, əlini onun arxasına salmış, dodağından öpmüş, bir dəfə də Zabir onu qonşuluqda yaşayan Samirin evinə aparmışdır.Zabir həmin hərəkətləri orada da etmişdir. Bu hərəkətləri Zabir ona qarşı 8-9 dəfə etmişdir. Zabir ona həmişə demişdir ki, heç kimə demə desən səninlə dost olmayacam və o da deməmişdir. Sonra qardaşı Cəlal ona danışmışdır ki, Zabir ona da belə hərəkət edib, o da ona demişdir ki, heç kimə bildirməsin. Axırıncı dəfə isə Zabir 2022-ci ilin sentyabr ayının 5 tarixində onu Samirin evinə aparıb həmin hərəkətləri etmişdir. Sonradan bacısı Nəzrin, bacısı Nilay ona demişlər ki,onlara qarşı da Zabir həmin hərəkətləri edibdir. O, bu barədə anasına, atasına bildirməmişdir, bacı qardaşları da bildirməmişlər. Son vaxtlar Zabir Cəlalı tez-tez bezdirdiyi üçün yenə evinə çağırdığı üçün artıq o məcbur olub, 06 sentyabr 2022-ci il tarixdə bu barədə, yəni bacılarına, qardaşına və ona qarşı etdiyi hərəkətlər barədə atası Ramilə və anası Günaya bildirmişdir. Onlar da polisə şikayət etmişdir. Ona qarşı Zabir bu hərəkəti edəndə ona demişdir ki,desən səninlə dost olmayacam ona görədə bildirməmişdir. Zabir onun yanında şalvarını aşağı salıb, onu da soyundurub,sonra əlini, cinsiyyət orqanını arxasına sürtmüş, həmişə onun dodağından, boynundan öpmüşdür. O, həqiqəti danışır, onu heç kim öyrətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, X10 İstismar İdarəsində xadiməçi işləyir. Onun himayəsində 4 azyaşlı uşaqları vardır. Qızı xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, qızı xx.xx.2015ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, oğlu xx.xx.2013-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 və oğlu xx.xx.2012-ci il təvəllüdlü X5r. Oğlanları Gəncə şəhər 39 nömrəli məktəbdə 4-cü sinifdə oxuyurlar. Onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tanıyr, onunla təxminən 40 ildir ki, qonşudurlar. Zabirin anasının adı Zərifədir, Zabir subaydır, heç bir vaxt evlənməmişdir. Onlarla Zabirin arasında həmişə yaxşı münasibət olmuşdur. 06 senytabr 2022-ci il tarixdə o saat 13-30 radələrində əri Şahid2 ilə evdə olanda uşaqları da evdə olmuşdur. Həmin vaxt oğlu Cəlal ona yaxınlaşıb demişdir ki, qonşuları Zabir ona qarşı əxlaqsız hərəkətlər etmişdir.O, təcüblənmiş, soruşmuşdur ki, nə baş verib. Cəlal ona və Ramilə demişdir ki, Zabir mütəmadi olaraq onu evinə aparıb orada dodağından öpüb, cinsiyyət orqanını əlləşdirib, boynundan öpüb, şalvarının içindən əlin salıb dudşunu oynadıb, sıxr, arxasına dəliyinə barmağın salıb oynatmışdır. Bundan sonra oğlu Nurgündən də soruşduqda o da etiraf etmişdir ki, onunla da Zabir eyni hərəkətləri etmiş, özü də 2020-ci ildən hazırkı vaxta kimi onu dəfələrlə yaşadığı evinə aparıb zorakı hərəkətlər etməklə onlara qarşı seksual hərəkətlər etmişdir. Sonra qızı Nəzrin də demişdir ki, onu da Zabir aldadıb hədiyyə vermək adı ilə birinci dəfə evinə, sonra da qonşuları Samirin evinə aparıb orada onu lüt soyundurub, özü də lüt soyunub çılpaq vəziyyətdə qızının uşaqlıq yoluna öz cinsiyyət orqanını sürtüb, sonra sperma ifraz edib, öz evində salfetka ilə silib qaba atıb, Samirin evində isə spermasını pastelə sürtmüşdür. Sonra qızı Nilayı da danışdıranda o da demişdir ki, onu da aldadıb hədiyyə vermək adı ilə evinə aparıb onun cinsiyyət orqanına öz cinsiyyət orqanını sürtüb, həmçinin öz orqanını ona göstərmişdir. Nilay deyəndə onun dəqiq yadına düşmüşdür ki, təxminən 2022-ci ilin avqust ayında Nilay evə gələndə ona demişdir ki, onun duduşu yəni, cinsiyyət orqanı geyişir, ağrıyır. Həmin vaxt Zabir Nilaya qarşı həmin hərəkətləri etmiş, o, baxanda görmüşdür ki, qızarıb. O, bərk əsəbləşmiş, əri Ramillə birlikdə qonşuları Zabiri evindən onu çölə çağırmış, ona uşaqlara qarşı niyə belə hərəkət etdiyini dedikdə o tam etiraz etmişdir ki, belə hal olmadığını uşaqların ona şər atdıqlarını demişdir. O da uşaqları çağırmış, onlar hamısı Zabirin üzünə bu sözləri demişlər ki, onlara qarşı hansı hərəkətləri etmişdir.Yenə də Zabir yalan olduğunu söyləmiş, əri Ramillə Zabir arasında mübahisə yaranmış, Zabir Ramilin üstünə cumanda o araya girib onları aralamışdır. Zabir onları söyüb təhqir etmişdir. Bundan sonra o DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra Gəncə şəhər 2-ci Polis Şöbəsinə gedərək orada ərizə və izahat vermişdir.Sonra müstəntiq tərəfindən sənədləşdirmə aparılmışdır. Uşaqların izahatları alınmış, onlar bir daha olduğu kimi yəni, Zabirin onlara qarşı zorakı yolla seksual hərəkətlər etdiyini bildirmişlər. Uşaqları məhkəmətibbi ekspertizasından müayinədən keçmişlər. Faktla bağıl cinayət işi başlanmış, o azyaşlı uşaqlarının qanuni nümayəndəsi qismində tanınmışdır.Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə Dəyirman ASC-də operator vəzifəsində işləyir. Onun himayəsində 4 azyaşlı uşaqları vardır. Qızı xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, qızı xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, oğlu xx.xx.2013-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 və oğlu xx.xx.2012ci il təvəllüdlü Zərərçəkmiş şəxs3dur. Oğlanları Gəncə şəhər 39 nömrəli məktəbdə 4-ci sinifdə oxuyurlar. O,onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs tanıyr, onunla xeyli müddətdir ki, qonşudurlar. Onun anasının adı Zərifədir, Zabir subaydır, heç bir vaxt evlənməmişdir. Onlarla aralarında həmişə yaxşı münasibət olmuşdur. 06 sentyabr 2022-ci il tarixdə o saat 13-30 radələrində arvadı Şahid1 ilə evdə olmuş, uşaqları da evdə olmuşdur.Həmin vaxt oğlu Cəlal anasına yaxınlaşıb nəsə demiş, görmüşdür ki, Günay pis olmuşdur.O da Günaydan Cəlalın ona nə dediyini soruşanda Günay demişdir ki, qonşumuz Zabir ona qarşı əxlaqsız hərəkətlər edib. O, təcüblənmiş, soruşmuşdur ki, nə baş verib, Cəlal ona demişdir ki, Zabir mütəmadi olaraq onu evinə aparıb orada dodağından öpüb, cinsiyyət orqanını əlləşdirib, boynundan öpüb, şalvarının içindən əlin salıb dudşunu oynadıb, sıxıb, arxasına dəliyinə barmağın salıb oynadıb. Bundan sonra oğlu Nurgündən də soruşduqda o da etiraf etmişdir ki,onunla da Zabir eyni hərəkətləri etmiş, özü də 2020-ci ildən hazırkı vaxta kimi onu dəfələrlə yaşadığı evinə aparıb zorakı hərəkətlər etməklə onlara qarşı seksual hərəkətlər etmişdir. Sonra qızı Nəzrin də demişdir ki,onu da aldadıb hədiyyə vermək adı ilə birinci dəfə evinə sonra da qonşuları Samirin evinə aparıb orada onu lüt soyundurub, özüdə lüt soyunub çılpaq vəziyyətdə qızının uşaqlıq yoluna öz cinsiyyət orqanını salıb, sonra sperma ifraz edib, öz evində salfetka ilə silib qaba atıb, Samirin evində isə spermasını pastelə sürtmüşdür. Sonra qızı Nilayı da danışdıranda o da demişdir ki, onu da aldadıb hədiyyə vermək adı ilə evinə aparıb, onun cinsiyyət orqanına öz cinsiyyət orqanını sürtüb, həmçinin öz orqanını ona göstərmişdir. O, bərk əsəbləşmiş, arvadı Günayla birlikdə qonşuları Zabiri evindən çölə çağırmışlar və ona uşaqlara qarşı niyə belə hərəkət etdiyini dedikdə, o tam etiraz etmişdir ki, belə hal olmayıb sizin uşaqlar mənə şər atırlar. O da uşaqları çağırmış və onlar hamısı Zabirin üzünə bu sözləri demişlər ki, onlara qarşı hansı hərəkətləri etmişdir.Yenə də Zabir yalan olduğunu söyləmiş, Zabirlə aralarında mübahisə yaranmış, Zabir onun üstünə cumanda Günay onu saxlamışdır. Zabir onları söyüb təhqir etmişdir. Bundan sonra Günay DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra Gəncə şəhəri 2-ci Polis Şöbəsinə gedərək orada ərizə və izahat vermişdir. Sonra müstəntiq tərəfindən sənədləşdirmə aparılmışdır. Uşaqların izahatları alınmış, onlar bir daha olduğu kimi yəni, Zabirin onlara qarşı zorakı yolla seksual hərəkətlər etdiyini bildirmişlər.Uşaqları məhkəmə-tibbi ekspertizasından müayinədən keçmişlər. O, Zabirin yanında Cəlalı və Nurgünü çağırıb soruşanda onlar ondan utanmışlar və demişlər ki, anamıza olanları deyəcəyik və sonra Günayda gəlmiş, soruşanda Nurgün də, Cəlal da Zabirin onlara qarşı hansı hərəkətlər etdiklərini demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, halhazırda Gəncə şəhəri Kimyaçıflar küçəsi ev 11,mənzil 4-də tək yaşayır.Onun əri Nəriman və oğlu Zaur Rusiya Federasiyasında yaşayır. Onun digər oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. Şahid1 onunla qonşuluqda 4 azyaşlı uşaqları və əri Ramillə birlikdə yaşayırlar,onlarla arasında ədavəti, düşmənçiliyi olmamış, yaxın münasibəti də olmayıb,onlarla danışmamışdır. Günay dəfələrlə onlardan qonşu münasibətləri ilə bağlı polisə şikayətlər etmişdir. O, heç bir yerdə işləmir, təqaüdçüdür. 06 sentyabr 2022-ci il tarixdə saat təxminən 20 radələrində o yaşadığı evdə olarkən aşağı həyətdə qışqırıq səsi eşitmiş, aşağı düşəndə qonşular ona demişlər ki, oğlu Zabirlə digər qonşu Ramil dalaşırlar. Qonşulardan nə baş verdiyini soruşanda ona demişlər ki, qonşu Ramil deyir ki, Zabir onun 4 azyaşlı uşaqlarına qarşı əxlaqsız hərəkətlər etmişdir.O Zabirdən soruşmuşdur ki, niyə səni belə bir hərəkətə görə günahlandırırlar, o da demişdir ki, mən belə bir hərəkət etməmişəm, özümdə bilmirəm niyə mənə qarşı belə sözlər deyirlər.O da inanmır ki, Zabir belə bir hərəkət etsin. Həmin gün gecə saatlarında Gəncə şəhər 2-ci Polis Şöbəsinin əməkdaşları onların evinə gəlmişlər və demişlər ki, qonşunuz Şahid1 Zabirdən DİN-nin 102 xidmətinə şikayət etmişdir ki, Zabir onun azyaşlı uşaqlarına qarşı əxlaqsız hərəkət etmişdir.O bir daha bildirir ki, inanmır ki, oğlu Zabir həmin azyaşlı uşaqlara qarşı əxlaqsız hərəkət etsin, bu şər və böhtandır. Hətta qonşuları da təsdiq edə bilər ki, Zabir heç kimə qarşı əxlaqsız hərəkətlər edə bilməz. Hamı onu yaxşı bir insan, tərbiyəli insan kimi tanımışdır. 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları onun Zabirlə birlikdə yaşadığı evə baxış keçirmişlər və baxış zamanı evdən bir ədəd yataq örtüyü götürülmüşdür.Bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Məcid oğlu ifadəsində göstərdi ki, özü hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər o ailəsi ilə birlikdə ünvan 4 ünvanda keçmişdir. Təqsirləndirilən şəxs da həmin vaxtlar onunla qonşuluqda Kiimyaçılar küçəsi ev 11, mənzil 4 ünvanında yaşamışdır. Zabiri həmin vaxtlardan tanımış, aralarında yaxın münasibəti olmuşdur. O, Kimyaçılar küçəsindəki evlərini təxminən 10 ilə yaxındır ki, kirayəyə verir. O, özü kirayəçilər ilə evdən çıxanda görüşə bilməyəndə o ya Zabirə və ya da digər qonşulara tapşırmışdır ki, açarı götürsünlər və sonra da o açarı qonşulardan götürmüşdür. Əsasən çox vaxtlar o Zabirə demişdir ki, evi kirayəyə versin. Kirayəçilərdən açarı Zabir alanda bir neçə günlük Zabirdə qalmış, çünki onun işi olmuş, gedib açarı götürə bilməmişdir. O, bu hadisə barədə yalnız polis əməkdaşları Təqsirləndirilən şəxs törətdiyi həmin əmələ görə tutulandan sonra bilmişdir. Həmçinin polis əməkdaşları ona məxsus olan Kimyaçılar küçəsindəki evinə onu dəvət etmişlər və ona məxsus evə baxış keçirmişlər. Evdən döşək üzü götürülmüşdür. Bundan sonra müstəntiq ona demişdir ki, Zabir qonşuluqda yaşayan azyaşlı qıza qarşı sizin evinizdə seksual hərəkətlər etdiyi üçün döşək üzünü götürürük.O da etiraz etməmişdir. Zabir heç bir vaxt ona deməyib ki, onun evinə kimisə aparıb onunla cinsi əlaqədə ya da ki, kiminləsədə seksual xarakterli hərəkətlər etmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında mənzilin yataq otağından 1 ədəd ağ-göy rəngdə naxışlı yataq örtüyü dəmir çarpayının üzərindən və Şahid4 məxsus ünvan 6 ünvanında mənzilin yataq otağındakı taxta çarpayının üzərindən 1 ədəd qara-qırmızı rəngdə olan yataq örtüyü qablaşdırılaraq götürülmüşdür.Baxış azyaşlı Zərərçəkmiş şəxs3 və azyaşlı Zərərçəkmiş şəxs2 iştirakları ilə keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1617 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Azyaşlı Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət müəyyən edilmədi. Azyaşlı Zərərçəkmiş şəxs2 anus dəliyi nahiyyəsində anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1616 saylı rəyindən görünür ki,azyaşlı Zərərçəkmiş şəxs4 bədəni üzərində xəsarət müəyyən edilmədi.Azyaşlı Zərərçəkmiş şəxs4 anus dəliyi nahiyyəsində anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1615 saylı rəyindən görünür ki,azyaşlı Zərərçəkmiş şəxs3 bədəni üzərində xəsarət müəyyən edilmədi.Azyaşlı Zərərçəkmiş şəxs3 anus dəliyi nahiyyəsində anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1618 saylı rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamışdır.Azyaşlı Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət müəyyən edilmədi. Azyaşlı Zərərçəkmiş şəxs1 anus dəliyi nahiyyəsində anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilmədi. Məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/592 R nömrəli rəyindən görünür ki, ekspertiza nəticəsində müəyyən edildi ki; Şahid4 yaşadığı evə baxış keçirilərkən götürülmüş 01 ədəd qara-qırmızı rəngli yataq örtüyü üzərində 1 №-li,2 №-li və 3№-li ləkələr üzərində insan mənşəli sperma nümunəsi mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur.Həmçinin ekspertiza nəticəsində müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən götürülmüş 01 ədəd göy rəngli yataq örtüyü üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və ya deqradasiyaya uğrayıb. Bu səbəbdən 01 ədəd göy rəngli yataq ötrüyü üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli, 22/651 R nömrəli rəyindən görünür ki,ekspertiza nəticəsində müəyyən edildi.Şahid4 məxsus evdən götürülmüş 01 ədəd qara-qırmızı rəngli yataq örtüyü üzərində iki ədəd tük nümunəsi aşkar edildi. Şahid4 məxsus evdən götürülmüş 01 ədəd qara-qırmızı rəngli yataq örtüyü üzərində aşkar edilmiş iki ədəd tük nümunəsi Zərərçəkmiş şəxs2 məxsusdur. Təqsirləndirilən şəxs məxsus evdən götürülmüş 01 ədəçd göy rəngli yataq örtüyü və X6 məxsus evdən götürülmüş 01 ədəd qara-qırmızı rəngli yataq örtüyü üzərindən götürülmüş tədqiqat nümunələrinin tərkibində müqayisəli-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və ya deqradasiyaya uğrayıb. Bu səbəbdən 01 ədəd göy rəngli yataq örtüyü və 01 ədəd qara-qırmızı rəngli yataq örtüyü üzərindən götürülmüş tədqiqat nümunələri üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Ambulator məhkəmə- psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 201 nömrəli rəyindən görünür ki, ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs3 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik,hadisə haqqında məntiqi fikir yürütmə,öz fikirlərinə və başqalarına dediklərinə xüsusi qiymət vermə,subyektivizim əlamətləri,şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma.Zərərçəkmiş şəxs3 özündən uydurmağa meyilli deyildir.Zərərçəkmiş şəxs3 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla,ona qarşı törədilmiş hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi,o, baş vermiş hadisəni «pis iş» deyə xarakterizə edir. Zərərçəkmiş şəxs3 baş vermiş hadisə zanaı və hadisədən sonra qorxmuş və həyacanlı psixi emosional halda olmuşdur. Ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 202 nömrəli rəyindən görünür ki, ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlmişdir.Zərərçəkmiş şəxs4 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik,hadisə haqqında məntiqi fikir yürütmə,öz fikirlərinə və başqalarına dediklərinə xüsusi qiymət vermə,subyektivizim əlamətləri,şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma.Zərərçəkmiş şəxs4 özündən uydurmağa meyilli deyildir.Zərərçəkmiş şəxs4 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla,ona qarşı törədilmiş hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi,o, baş vermiş hadisəni «pis iş» kimi xarakterizə edir.Zərərçəkmiş şəxs4 baş vermiş hadisə zanaı və hadisədən sonra qorxmuş və həyacanlı psixi emosional halda olmuşdur. Ambulator məhkəmə- psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 203 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik,hadisə haqqında məntiqi fikir yürütmə,öz fikirlərinə və başqalarına dediklərinə xüsusi qiymət vermə,subyektivizim əlamətləri,şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma.Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyilli deyildir.Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla,ona qarşı törədilmiş hərəkətlərin xarakter və mənasını qismən anlaya və dərk edə bilmişdir.O,onunla baş vermiş hərəkətləri «pis iş» deyə xarakterizə edir.Zərərçəkmiş şəxs1 baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyacanlı psixi emosional halda olmuşdur. Ambulator məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 204 nömrəli rəyindən görünür ki,ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlmişdir.Zərərçəkmiş şəxs2 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik,hadisə haqqında məntiqi fikir yürütmə,öz fikirlərinə və başqalarına dediklərinə xüsusi qiymət vermə,subyektivizim əlamətləri,şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma.Zərərçəkmiş şəxs2 özündən uydurmağa meyilli deyildir. Zərərçəkmiş şəxs2 yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla,ona qarşı törədilmiş hərəkətlərin xarakter və mənasını qismən anlaya və dərk edə bilmişdir.O,onunla baş vermiş hərəkətləri «pis iş»deyə xarakterizə edir.Zərərçəkmiş şəxs2 baş vermiş hadisə zamanı və hadisədən sonra qorxmuş və həyacanlı psixi emosional halda olmuşdur Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1644 nömrəli rəyindən görünür ki, 1979-cu il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə və təqdim olunan tibbi sənədlərə əsasən nəticəyə gəlirik.Təqsirləndirilən şəxs cinsiyyət üzvündə cinci əlaqəyə mane ola bilən hər hansı bir səbəb (patologiya,deformasiya,çapıq toxuması) aşkar edilmədi. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 607 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Üzləşdirmə haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə təqirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2022-ci ildən hesablanmışdır. AZE № 18177950 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. AZE № 12343068 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. AZE № 12696132 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur AZE № 12343067 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki,Zərərçəkmiş şəxs4 xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Gəncə şəhəri X11 adına 39 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs4 (4) dördüncü sinifdə oxuyur. Gəncə şəhəri X11 adına 39 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs3 (4) dördüncü sinifdə oxuyur. Gəncə şəhəri X11 adına 39 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs2 (1) birinci sinifdə oxuyur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhəri Mənzil-Kommunal Təsərüffatı istehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Musayev X1 ev 11, mənzil 4 ünvanında qeydiyyatdadır və yaşayır. Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında mənzilin yataq otağından dəmir çarpayının üzərindən götürülmüş 1 ədəd ağ-göy rəngdə naxışlı yataq örtüyü və Şahid4 məxsus ünvan 2 ünvanında mənzilin yataq otağındakı taxta çarpayının üzərindən götürülmüş 1 ədəd qara-qırmızı rəngdə olan yataq örtüyü iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlanma anbarına saxlanca verilmişdir.Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində dindirilmələri istintaq hərəkətlərinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək cinayəti törətmədiyini, azyaşlı zərərçəkmiş şəxslər, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 anaları Şahid1nn öyrətməsi əsasında ona qarşı şər və böhtan xarakterli ifadələr verdiklərini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməlinə görə Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsindən əlavə CM-nin 150.2.5-ci maddəsi ilə də ittiham verilmişdir. Lakin Təqsirləndirilən şəxs törətdiyi CM-nin 150.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməli daha ağır cəza nəzərdə tutan CM-in 150.3.3-cü maddəsi ilə əhatə olunduğundan ona əlavə olaraq CM-nin 150.2.5-ci maddəsi ilə ittiham verilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihamdan CM-nin 150.2.5-ci maddəsi ilə olan rəqəm ifadəsi xaric edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında mənzilin yataq otağından dəmir çarpayının üzərindən götürülmüş 1 ədəd ağ-göy rəngdə naxışlı yataq örtüyü və Şahid4 məxsus ünvan 2 ünvanında mənzilin yataq otağındakı taxta çarpayının üzərindən götürülmüş 1 ədəd qaraqırmızı rəngdə olan yataq örtüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də cinayət işinə əlavə edilmiş bir ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 17 sentyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında mənzilin yataq otağından dəmir çarpayının üzərindən götürülmüş 1 ədəd ağ-göy rəngdə naxışlı yataq örtüyü və Şahid4 məxsus ünvan 2 ünvanında mənzilin yataq otağındakı taxta çarpayının üzərindən götürülmüş 1 ədəd qara-qırmızı rəngdə olan yataq örtüyü hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də cinayət işinə əlavə edilmiş bir ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-133/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-133/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver