Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-133/2025 19.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin ilqar oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X37 və X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə Regional Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Mingəçevir şəhəri Heydər Əliyev prospekti ev 37/13-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, Tərəvəzçilik savxozu Bahar küçəsi, ev 11-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir, ondan ötrü ki, O məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq psixotrop maddə - metamfetamini və narkotik vasitə olan heroini qanunsuz saxlayaraq daşımış, 11 sentyabr 2023-cü il tarixdə saat 15:00-da Goranboy RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində keçirilmiş şəxsi axtarış zamanı şəxsi istifadəsi məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,972 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 5,123 qram külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əynində olan göy rəngli cins şalvarın sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, saxlanılmamışdan bir neçə gün əvvəl gecə saat 2 radələrində tanımadığı şəxslərdən ona dayanmadan zənglər gəlmiş, həmin şəxsi tanımadığı üçün telefonda nalayiq ifadələr işlətmiş, buna görə də həmin şəxs barəsində “102” qaynar xəttə zəng edib onu şikayət etmiş, həmin məlumat Goranboy rayon polis şöbəsinə verilmiş və onu Goranboy Cinayət Axtarış Bölməsinin rəisi zəng edib polis şöbəsinə çağırmış, lakin gəlməyəcəyini demişdir. Çağırışa getmədiyi üçün barəsində axtarış olduğunu demiş, həmin müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində olduğu üçün ona Mehdiabad rayon polis şöbəsinə yaxınlaşıb izahat yazmağı demişlər. xx.xx.2023-cü ildə günorta saatlarına Mehdiabad rayon polis şöbəsinə gətirib üzərini yoxlayıb saxlama yerinə salmış, gecə ora gələn Goranboy rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Şahin və Elnur adlı şəxslərə təhvil vermişlər. Həmin şəxslər onu gecə Goranboy RPŞ-yə gətirmiş, narkotik vasitə təklif edib götürməyi demiş, əvvəlcə qəbul etməsi üçün Şahin Mustafayev ona 500 (beş yüz) manat da pul təklif etmiş, lakin O, qəbul etməmişdir. Onlarla “başqa cür” danışdığına, onlara qarşı nalayiq ifadələr işlətdiyinə görə onu döymüşlər. Səsə digər Feruz adlı polis əməkdaşı da gəlmiş, Şahin Mustafayev, Feruz, əməliyyatçı Elnur adlı şəxslər birlikdə ona fiziki zor tətbiq edərək döymüş və narkotik vasitəni boynuna qoymuşlar. Edilmiş fiziki təzyiq nəticəsində məcburiyyət qarşısında narkotik vasitəni qəbul etmiş, bədən səthindəki xəsarətlər sağalması üçün onu qanunsuz olaraq əlavə bir neçə gün Goranboy RPŞ MSY-də saxlamışlar. Sonradan istintaq təcridxanasına gəlıdikdən sonra aldığı xəsarətləri demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, saxlanılarkən guya qız istədiyi üçün Goranboy rayonuna gəlməsi barədə göstərilənlər yalandır. Saxlanılmamışdan 2-3 gün əvvəl Mingəçevir şəhərinə anasıgilə getmişdir. Goranboy RPŞ-yə gətirildikən sonra gecə yarı təhqiqatçı Mübariz adlı şəxs ondan izahat almışdır. Mehdiabad rayon polis şöbəsinə yaxınlaşıb izahat yazmağı və işi bağlamağı isə Şahin Mustafayev ona istifadəsində olan ***-***-**-** nömrə ilə zəng edib demiş, Goranboy RPŞyə gələndən sonra oradan buraxılmamış və təcridxanaya girərkən bədən səthində olan xəsarətləri orada bildirmişdir. Məhkəmə baxışında əlavə ifadə verən Təqsirləndirilən şəxs göstərmişdir ki, xx.xx.2023-cü ildə istədiyi xanımla birlikdə sonuncunun xalasıgilə Abşeron rayonu Mehdiabad qəsəbəsinə getmiş və orada qalmış, növbəti gün ona zəng edən Goranboy RPŞ CAB-ın rəisi Şahin Mustafayev ən yaxın polis bölməsinə gedib yaxınlaşmağı demiş, sonradan isə evə gələn polislər onu xx.xx.2023-cü ildə günortadan sonra özü X33 aparmış, orada onun üzərini yoxlamış və inzibati qaydada həbs edilənlərin saxlama yerinə salmış, gecə yarı ora gələn polis əməkdaşları Goranboy RPŞ-yə aparmış və orada məhkəmə baxışında göstərdiyi qanunsuzluqlara məruz qalmışdır. Məhkəmədən təqsiri olmadığı üçün ona bəraət verilib azad edilməsini xahiş edir. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, bir neçə ildir ki, narkotik maddə olan “kakos” kimi tanıdığı heroindən və psixotrop maddə olan metamfetamin istifadə edir. xx.xx.2023-cü il səhər yaşadığı evdən çıxıb piyada küçə ilə gedən zaman yolun kənarındakı otluğun kənarında iki ədəd şəffaf sellofan bükümlər diqqətini cəlb etmiş, bükümləri açıb baxanda birində heroin, ikincisində isə pisixotrop maddə olan metamfetamin olduğunu görmüş, istifadə etdiyi üçün bükümləri götürüb cibinə qoymuş, sonra isə Goranboy rayonu Tatarlı kəndində yaşayan sevdiyi qızla görüşmək üçün Goranboy şəhərinə gəlmişdir... xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Goranboy şəhərində Heydər Əliyev prospektində tək olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarınıda ona bildirmişdir.....Müdafiəçinin iştirakı ilə şəxsi axtarış zamanı ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoymaq təklif olunmuş, göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd özünə məxsus “Samsung” markalı telefonunu, şalvarın arxa sol cibindən 1 ədəd beş manatlıq və 4 ədəd bir manatlıq əskinas, şalvarının sağ yan cibindən bir ədəd şəfaf sellefon bükümün içərisində olan psixotrop maddə metamfetamini və həmin cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik maddə olan heroini masanın üzərinə qoymuş, sorğu-sual zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən masanın üzərinə qoyduğu maddələrin narkotik maddə hesab edilən heroinlə, metamfetamin olduğunu və həmin narkotik vasitələri Mingəçevir şəhərində yaşadığı evin yaxınlığında küçədən taparaq özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir... Üzərindən aşkar edilmiş narkotik vasitə çəkilib qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar, sonra bu barədə protokol tərtib edilmiş, protokol uca səslə oxunduqdan sonra müdafiəçinin iştirakı ilə imzalamışdır. Özünə məxsus “Samsung” markalı telefon və 9 manat pul isə özünə qaytarılmışdır...Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən heç kimə verməmiş, satmamışdır... Saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı qanunsuz hərəkət olmamışdır... əməlindən peşmandır... Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, hazırda Su Nəqliyyat Baş Polis İdarəsində işləsə də, Təqsirləndirilən şəxs saxlanıldığı müddətdə Goranboy RPŞ-nin Narkotiklə mübarizə qrupunda əməliyyatçı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxslə bağlı əməliyyat məlumatı ona daxil olduqdan sonra digər əməliyyatçı ilə birlikdə şəxsin olduğu ünvana yollanmış, Goranboy şəhər Heydər Əliyev prospekti ilə kəsişməsi olan küçədə şəxsi saxlayıb Goranboy RPŞ-yə aparmışlar. Üzərinə baxış keçirilməsi üçün təhqiqatçının otağına qaldırılmış, şəxsin üzərinə videoçəkilişlə baxış keçirilmiş, xatırladığı qədər üzərindən heroin adlanan narkotik vasitə aşkar olunmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün aşkar olunan narkotik vasitənin çəkisi yadında qalmayıb. Təhqiqatçı şəxsin üzərindən aşkar olunan narkotik vasitəni hardan aldığını soruşduqda şəxs tapdığını və əvvəllər istifadəçi olduğu üçün tanıdığını demişdi. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsin üzərindən aşkar olunan narkotik vasitənin növünün tam dəqiqliyi ilə heroin olduğunu xatırlasa da, çəkisinin təxminən 5 qram olması yadındadır. Təqsirləndirilən şəxs şəxsən saxlamış, ona qarşı hər hansı təzyiq və təsir olmamışdır. Vasif Mingəçevir şəhərində yaşasa da, Goranboy rayonu ərazisində saxlanılmış, şəxsdən Goranboy rayonuna niyə gəlməsini soruşduqda kimləsə görüşmək üçün gəldiyini demişdir. Şəxsi saxladıqları ərazi ilə Goranboy RPŞ-nin inzibati binasının arası təxminən 1 km-dən çox olmuş, şəxsi özündən başqa bir nəfər əməliyyatçı Şahid2lə birlikdə saxlamışdır. Həmin dövrdə və hazırda istifadəsində olan mobil nömrəsi eyni olmuşdur. Üzərindən aşkar olunan narkotik vasitənin bükümlərini isə xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Goranboy RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Goranboy rayon X21 mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Goranboy rayon ərazisində üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, Şahid1 tərəfindən əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş və qrup yaradılmışdır. Goranboy şəhəri ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlaması ilə bağlı məlumat olduğunu bildirib, Goranboy RPŞ-yə aparmışlar. Daha sonra təhqiqatçının otağında şəxsin üzərinə videokamera ilə baxış keçirilmişdir. Şəxsin üzərinə baxış nəticəsində çəkiləri yadında olmayan 2 büküm heroin və metamfetamin aşkar olunmuşdur. Şəxs aşkar olunmuş narkotik vasitəni yaşadığı Mingəçevir şəhərində evinin yaxınlığında tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsi Goranboy şəhəri, “Dərə baxçası” adlanan ərazidə saxlamış, ərazi yaxınlığında dairə olmuş, şəxs saxlanılarkən yolun kənarında olmuş, saxlanılarkən ona qarşı hər hansı təzyiq və təsir olmamış, şəxs özü könüllü şəkildə razılaşıb Goranboy rayon polis şöbəsinə gəlmişdir. Əməliyyat məlumatı Goranboy rayon X21 mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olduğu üçün məlumatın məzmununu dəqiq xatırlamır. Şəxs aşkar olunan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxs saxlanılarkən üzərində göy cins şalvar olmuş, şəxsin Goranboy rayonuna nə ilə bağlı gəlməsini isə soruşmamışlar. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Goranboy RPŞ CAB-ın rəisi X5 göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində olan qız qaçırtma ilə bağlı daxil olmuş müraciət əsasında xx.xx.2025-ci ildə Təqsirləndirilən şəxs Abşeron rayonu Polis İdarəsinin X18 əməliyyatçılardan təhvil almış və Goranboy RPŞ-yə gətirilmiş və təhqiqatçı tərəfindən izahatı alındıqdan sonra qarşı tərəfin şikayəti olmadığı üçün buraxılmışdır. Sonradan növbəti gün şəxsin əməliyyatçılar tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını və üzərindən narkotik vasitə aşkar edildiyini öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsin barəsində Goranboy rayon Təhqiqat Bölməsində müxtəlif xarakterli şikayətlər olmuşdur Belə ki, şəxs inzibati qaydada həbsdə olduğu müddətdə onunla birlikdə saxlanılan şəxslərin özlərinin və qohumlarının əlaqə nömrələrini əldə etmiş, sonradan da həmin şəxslərlə müxtəlif adlarla danışaraq vətəndaşları aldatmış və onlardan müxtəlif məbləğlərdə pul tələb etmişdir. Həmin hallarla bağlı aparılmış araşdırma zamanı zərərçəkmiş şəxslər şikayətçi olmadıqları üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin şəxsin barəsində qızqaçırtma ilə bağlı da həm hazırki iş üzrə saxlanılana qədər, həm də sonrakı dövrdə şikayətləri olmuş sonuncu şikayətdə isə təqsirləndirilən şəxs özünü “Elnur” adlı əməliyyat müvəkkili kimi təqdim etməsi müəyyən edilmişdir. Onların idarəsində Elnur adlı əməliyyatçı olmadığı üçün O Vasiflə əlaqə saxlamış və sonuncunun polis əməkdaşı olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə qarşı X18 gətirilərkən hansısa zorakılıq olmamış, Goranboy RPŞ-də olduğu müddətdə də ona qarşı zorakılıq edilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Goranboy RPŞ TB-nin sabiq təhqiqatçısı Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxsin izahatını barəsində olan qızqaçırtma materialı ilə bağlı almış və şəxs azad edilmişdir. Lakin izahatı aldığı tarixi və saatı dəqiq xatırlamır. Təqsirləndirilən şəxs həmin gün sonradan narkotiklə bağlı Goranboy RPŞ-yə gətirilməsi barədə məlumatı yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirlənirilən şəxs Vasif Haqvediyevi gəlib izahatını verdikdən sonra sərbəst buraxmış, bunun səbəbi isə qarşı tərəfin şikayət etməməsi olmuşdur. Şəxs Goranboy RPŞ-yə gətiriləndə gətirilmiş şəxslərin qeydiyyatı kitabında qeydiyyata alınmış, həmin kitab isə növbətçi hissədə aparılmışdır. Təqsirləndirilən şəxs izahatını verdikdən onun tərəfindən təkrar saxlanılmamışdır. Nurcan adlı qız qaçırılanda əvvəlcə ailəsi şikayətçi olduğundan polis əməkdaşları Vasifin axtarışına getmişlər. Təqsirləndirilən şəxs izahatının alınması üçün Goranboy RPŞ-yə əməliyyatçılar tərəfindən gətirilmiş, izahatını aldığı müddətdə şəxslə otaqda tək olmuş, əməliyyatçılar isə Vasifi otağa saldıqdan sonra özləri otaqdan çıxmışlar. Şəxsin izahatını aldıqdan sonra onu heç kəsə təhvil verməmiş və sonrakı proseslərdən də məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və qərardan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 37/13 də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu, Bahar küçəsi ev 11-də yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitə istifadə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, istintaq əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Goranboy şəhəri ərazisində saxlanılaraq şəxsi axtarış aparılması məqsədilə Goranboy RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 16:00-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin gün saat 15:00-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol” və əlavəsi olan DVD diskdən görünür ki, həmin gün saat 16:40-dan 16:55-ə qədər keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd özünə məxsus Samsung markalı mobil telefonu arxa sol cibindən 1 ədəd 5 manatlıq və 4 ədəd 1 manatlıq kağız əskinasları, şalvarın sağ yan cibindən isə 1 ədəd şəffaf polietilen torbada içərisində psixotrop maddə olan metamfetaminə bənzər və 1 ədəd narkotik vasitə olan heroinə bənzər kütlələr götürülmüş, şifahi sorğu-sual zamanı həmin kütlələri Mingəçevir şəhərində yaşadığı evin yaxınlığından küçədən tapdığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə kimyəvi ekspertizasının 12 sentyabr 2023-cü il tarixli 16/896 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir büküm heroinə bənzər və bir büküm metamfetaminə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki: -1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,972 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. -2 (iki) ədəd iç-içə olan şəffaf sellofan bükümlərdə təmiz çəkisi 5,123 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 4,972 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 4,872 qram. Heroinin təmiz çəkisi 5,123 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 5,023 qram. İş materiallarında olan və məhkəmədə araşdırılan cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Goranboy RPŞ İB-nin müstəntiqi polis mayoru X26 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy Rayon Məhkəməsinin 4(045)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Goranboy RPŞ İB-nin müstəntiqi polis mayoru X26 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı 4 saylı MİS 467 saylı xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli 249c-23 saylı qərardan görünür ki, xx.xx.2023-cü ildə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olan Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilərkən bədənində xəsarətlər aşkar edilməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1663 №li arayışdan görünür ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə araşdırılan “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə tapdığı yeri göstərmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X10 əməli satışla bağlı xüsusatlar təsdiqini tapmadığından Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə tövsif edilmiş, cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə digər cinayət işi ayrıca icraata ayrılması hazırkı cinayət işindəki sənədlərin əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan CD diskdən, eləcə də telefon zənglərinin siyahısı və anten dairələrindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon son dəfə xx.xx.2023-cü ildə saat 16:37-də Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsi araz supermarketin yanı adlanan ərazidə telefon ötürücüsünün anten dairəsində olmuşdur. Məhkəmə qərarı əsasında təqdim edilmiş və məhkəmədə araşdırılan “Azerfon MMC”-dən əldə edilmiş diskə tərəflərin iştirakı ilə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı mobil telefon nömrəsi son dəfə xx.xx.2023-cü ildə saat 13:59-da Səbail rayonu Dənizkənarı park ərazisində olmuş, həmin mobil nömrə xx.xx.2023-cü ildə saat 11:43-dən 12:00-a qədər Goranboy şəhəri H.Əliyev prospekti 11, Aztelekomun yanı, Goranboy ATS/Goranboy anten dairəsinin əhatəsində olmuşdur. Məhkəmənin qərarı əsasında Azercell MMC-dən təqdim edilmiş mobil telefon məlumatlarına dair diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində ********** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 12:15-də zəng edilmiş aralarında 396 saniyə danışıq olmuş, həmin vaxt Şahin Mustafayevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş və zəng edilən nömrə “Goranboy şəhəri 15ci Kvartal Giriş hissə” adlanan anten dairəsində olmuşdur. Məhkəmənin qərarı əsasında Bakcell MMC-dən təqdim edilmiş mobil telefon məlumatlarına dair diskə keçirilmiş baxışdan görünür ki, iş üzrə Şahid1 istifadəsində olan ********* mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 14:50-dən 20:36-dək Goranboy- ATS/Goranboy şəhəri, H.Əliyev prospekti 11, Aztelekomun yanı, Goranboy ATS/Goranboy/ adlanan eyni anten dairəsində olmuş və internet istifadə edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Goranboy RPŞ MSY-də saxlanılan şəxslərin qeydiyyatı və tibbi yardım göstərilməsi haqqında kitabçaların təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2023-cü ildə saat 17:55-dəqiqədə MSY-yə təhvil verilmiş və saat 21:15-də tibbi müayinədən keçirilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Mehdiabad PB-dən təqdim edilmiş “gətirilmiş şəxslərin qeydiyyatı kitabı”-dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə (saat göstərilməyib) Mehdiabad PB-yə gətirilmiş və xx.xx.2023-cü ildə (saat göstərilməyib) Goranboy RPŞ CAB-ın rəisinə təhvil verilmiş və bu barədə kitabda müvafiq qeydiyyat aparılmışdır. Məhkəmə sorğusu əsasında təqdim və tədqiq edilən “cinayət xarakterli məlumatların qeydiyyatı HK(1) kitabı”ndan görünür ki, xx.xx.2023-cü ildə Goranboy rayon sakini X15 tərəfindən xx.xx.2023-cü ildə DİN “102 xidməti” zəng mərkəzinə qızqaçırtma barədə məlumat daxil olmuşdur. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və tədqiq edilən “Cinayət xarakterli məlumatların qeydiyyatı HK(1) kitabı”ndan görünür ki, xx.xx.2023-cü ildə Goranboy rayonu, Tatarlı kənd sakini X11 DİN “102 xidməti”nə zəng edərək, Gəncə ŞBPİ-nin baş leytenantı Elnur adlı əməkdaşı tərəfindən 18 yaşlı qızı Nurcanın qaçırılması barədə şikayət etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından xx.xx.2024-cü il tarixli 17/41-253m nömrəli məktubla təqdim edilmiş tibbi kitabçadan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü ildə saat 12:00-da Goranboy RPŞ-dən təcridxanaya təhvil verilən vaxt sağ əlin 5-ci barmağında qərtmək bağlamış yara, sol ayağının bud nahiyyəsinin çöl səthində şişkinlik aşkar edilmiş, izahatında həmin xəsarətləri Goranboy rayonunda həbs edilərkən aldığını demişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin idarəetmə Xidmətindən verilmiş xx.xx.2024-cü il tarixli, 3/2-15487/24 saylı məktubdan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü il üzrə məlumatların araşdırılması mümkün deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 183-c-25 nömrəli qərardan görünür ki, təqsirləndirilən şəxsin Gəncə Ağır Cinayətlər Məhkəməsində verdiyi məlumat əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Goranboy RPŞ əməkdaşları tərəfindən fiziki zorakılığa, təzyiqlərə və digər qanunsuzluqlara məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy rayon prokurorluğundan məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq verilmiş xx.xx.2025ci il tarixli 529-xid/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğuna 2023-cü il iyul-sentyabr aylarında təqsirləndirici material olmamışdır. Məhkəmənin sorğusu əsasında Goranboy RPŞ-dən təqdim edilmiş HK-1/1650 və HK-1/1651 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Goranboy şəhəri, Ü.Hacıbəyov küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşayan X7 xx.xx.2023-cü ildə V.Bayramov küçəsində yerləşən Aptek Dokta 1034 saylı aptekə vergi işçisi kimi gəlmiş şəxsin cərimə yazmamaq müqabilində ondan pul istəməsi barədə şikayət etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan HK-1/1798 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi N.Məmmədov küçəsi ev 32də qeydiyyatda olmaqla yaşayan X3 xx.xx.2023-cü ildə “DİN 102 zəng xidməti mərkəzi”nə zəng edərək 2002-ci il təvəllüdlü qızı X8 yaşadığı evdən xəbərsiz çıxıb getməsi barədə daxil olmuş məlumat aidiyyət üzrə Ağdaş RPŞ-yə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy RPŞ-dən təqdim edilmiş HK-1/1936 saylı material üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Goranboy rayon sakini X27 xx.xx.2023-cü ildə ona məxsus mobil nömrəyə zəng edən özünü Elnur Baxşəliyev adlı polis əməkdaşı kimi təqdim edən şəxsin guya Kamil Eyvazoğlu adlı şəxsi telefonda təhqir etməsini deyərək ondan işinin həll olunması üçün pul 200( iki yüz) manat pul istəmiş, həmin şəxsin verdiyi kart nömrəsinə 150 (bir yüz əlli) manat pul göndərmiş, sonradan həmin şəxsin polis olmaması barədə şikayət etmişdir. Məhkəmənin sorğusu əsasında Goranboy RPŞ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli HK-1/1934 saylı material üzrə qəbul edilmiş qərardan görünür ki, Goranboy rayonu Tatarlı kənd sakini X11 DİN 102 zəng xidməti mərkəzinə xx.xx.2023-cü il saat 21:39-da zəng edərək Gəncə ŞBPİ-nin baş leytenant rütbəli Elnur adlı şəxs tərəfindən 18 yaşlı bacısı X9 qaçırılması barədə məlumat verilmiş, xx.xx.2023-cü ildə isə X16 da Goranboy RPŞ-yə ərizə ilə müraciət edərək qızı X23 adlı şəxslə könüllü qoşulub getməsi barədə məlumat vermiş həmin məlumat da kitabda HK-1/1936 № ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilən məhkəmədə tədqiq edilən məhkəmə narkoloji ekspertizasının 05 oktyabr 2023-cü il tarixli 1663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilən məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,872 qram olan kustar üsulla hazırlanmış metamfetamin və 5,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və Goranboy RPŞ-nin maddi subutlar anbarına məsul saxlanca təhvil verilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrum edilmiş, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4,9,23-cü bəndlərinə əsasən cəzası 06 ay azaldılaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Neftçala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbayacan Respublikası CM-nin 178.1 və 66.5-ci maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilmiş, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə olduğu müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilərək azad edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Mingəçevir şəhər MKTK-nin 4 saylı MİS-nin xx.xx.2023-cü il tarixli 447 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Boz dağ küçəsində fərdi evdə yaşamış, ailə tərkibi atası X28, anası X29, arvadı X12 və azyaşlı qızı X2 ibarət olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Tibbi sosial ekspert Komissiyasından verilən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “beyin infarktı, sağ beyin yarımkürəsinin işemik tip insultdan sonrakı vəziyyət, spastik hemiplegiya sol ətrafın hemiparezi” diaqnozu ilə ümumi xəstəlik kimi sonuncuya müddətsiz İİ qrup əlillik verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, açıq keçirilmiş məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirimədiyi, eləcə də ibtidai araşdırma zamanı toplanmış və məhkəmədə ittiham tərəfindən müdafiə edilmiş sübutlar - təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələri fiziki zorakılıq və aldatma, vəzifədən sui-istifadə nəticəsində alınmasına əsaslı şübhələr olan ifadələri, ifadəsini yerində yoxlanılması protokollarını və əlavələri sübut kimi yolverilməz hesab edərək qəbul etmir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində olan (son dəfə qız qaçırtma ilə bağlı) cinayət xarakterli materiallarla əlaqədar xx.xx.2023-cü ildə Abşeon rayon Polis İdarəsinin X24 əməkdaşları tərəfindən saxlanılıb həmin bölməyə gətirildiyini, sonra isə xx.xx.2023-cü ildə gecə Goranboy RPŞ-yə gətirildikdən sonra fiziki və psixi zorakılığa məruz qaldığını göstərmiş, bundan sonra polis əməkdaşlarının ona verdiyini iddia etdiyi bir büküm narkotik vasitəni qəbul etdiyini göstərmişdir. Məhkəmənin əvvəlki tərkibi tərəfindən verilmiş sorğuya cavab olaraq 2 saylı İstintaq Təcridxanasından təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-17/41/2-1931 saylı məktub və əlavəsi olan tibbi kitabçadan görünür ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədən səthində - sağ əlində beşinci barmaqda sıyrılmış, qərtmək bağlamış yara sol budda şişkinlik aşkar edilmiş şəxs həmin xasarətləri polis əməkdaşları tərəfindən saxlanarkən aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Təqsirləndirilən şəxs tərəfindən 2 saylı İT rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatdan da görünür ki, üzərindəki xəsarətləri Goranboy RPŞ-də polis əməkdaşları tərəfindən həbs olunanda aldığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı məhkəməyə və müxtəlif instansiyalara ünvanlandığı və məhkəmə iclaslarında elan və tədqiq edilmiş çoxsaylı eyniməzmunlu ərizə və müraciətlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan hadisələri münasibətdə olduğu xanımla Bakıya getməsi, sonuncunun qohumlarıgildə qalması, Goranboy RPŞ-nin CAB-ın rəisi Şahin Mustafayev və təhqiqatçısı Şahid3 tərəfindən barəsində olan cinayət xarakterli materialla bağlı Goranboy RPŞ-yə çağırılması, xx.xx.2023-cü ildə X33 getməsi (aparılması) orada növbətçi hissənin yanında inzibati qaydada həbs edilmiş şəxslərin salxama yerində saxlanılması, təhvil almağa gələn Şahin Musayevin imza etdiyi gətirilmiş şəxslərin qeydiyyatı kitabını, Goranboy RPŞ-yə aparıldığı avtomobili, şöbəyə gətirildikdən sonra saxlanıldığı yeri və şəraiti ətraflı təsvir etmişdir. Məhkəmənin sorğusu əsasında təqdim və tədqiq dedilən Goranboy RPŞ-dən verilən xx.xx.2023-cü il tarixli, 3-13-75/2-8160/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 17:55-də Goranboy RPŞ-yə daxil olmuşdur. Məhkəmənin sorğusu əsasında təqdim və tədqiq dedilən Goranboy RPŞ-dən verilən 3-13-75/2-8160/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, saxlanılan şəxs Goranboy RPŞ MSY-ə təhvil verilərkən bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. Təqdim edilmiş MSY-də saxlanılan şəxslərin tibbi müayinədən keçirilməsi haqqında kitabın təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il, saat 21:15 dəqiqədə Goranboy RPŞ MSY-də tibbi müayinədən keçirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli 3-13-59- 2/2-5063/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPŞ Mehdiabad İB-yə gətirilməmiş və onun barəsində PB-də hər hansı araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN X14 Xidmətindən verilən xx.xx.2024-cü il tarixli, 3/2-15487/24 saylı sorğuya cavab məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən 2023-cü il üçün məlumatların araşdırılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan 2 saylı İstintaq Təcridxanasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan isə görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da 2 saylı İstintaq Təcridxanasına daxil olmuş və onun bədən səthində yuxarıda qeyd edilən xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy rayon prokurorluğunda qəbul edilmiş xx.xx.2023-cü il tarixli 249c-23 saylı material üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli 708 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir, tibbi sənədlərdə göstərilən sağ əlin 5-ci barmağın yarası və sol budun çöl səthinin şişkinliyi küt əşyanın təsirindən əmələ gəlmiş, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir, əmələ gəlmə müddətini təyin etmək mümkün deyil, özü tərəfindən yetirilməsi istisna edilmir. Məhkəmənin sorğusu əsasında təqdim edilərək iclasda araşdırılan Abşeron RPŞ Mehdiabada PB-si tərəfindən təqdim edilmiş “Gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın təsdiq edilmiş surətindən görünür ki, həmin kitabda 910 sayı ilə X30 xx.xx.2023-cü ildə X33 gətirilmiş (saat qeyd edilməyib), xx.xx.2023-cü ildə (saat qeyd edilməyib) Goranboy RPŞ CAB-ın rəisi Şahin Mustafayevə təhvil verilmiş bu barədə sonuncu tərəfindən həmin kitabda AZ 48215 vəsiqə və şəxsin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy polis şöbəsində aparılan “Gətirilmiş şəxslərin qeydiyyat kitabı”ndan görünür ki, kitabda 788 sayı ilə qeyd edilmiş sırada Təqsirləndirilən şəxs CAB-ın rəisi Şahin Mustafayev və əməliyyat müvəkkili Elnur Vəliyev tərəfindən xx.xx.2023-cü il saat 03:27-də Goranboy RPŞ-yə gətirilməsi və həmin gün saat 17:55-də təhqiqatçı Ruslan Abbasov tərəfindən CMnin 234.1-ci madddəsi ilə şübhəli şəxs kimi tutularaq Goranboy RPŞ MSY-ə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 183c-25 saylı material üzrə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi fiziki zorakılığa məruz qalması barədə xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusu əsasında Goranboy rayon prokurorluğu tərəfindən verilən 529 xid-25 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2023-cü il iyul-sentyabr ayları ərzində Təqsirləndirilən şəxs barəsində rayon prokurorluğunda təqsirləndirici material olmamışdır. Həmçinin iş materiallarında olan və məhkəmədə araşdırılan Goranboy RPŞ HK- 1/1936 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs edilən qızqaçırtma materialı ilə bağlı izahatı alınmış, izahatın alındığı tarix olaraq xx.xx.2023-cü il qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hökmün təsviri hissəsində göstərilən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsinə əsasən sonuncu xx.xx.2023cü ildə nəinki Goranboy RPŞ-də, ümumiyyətlə Goranboy rayonu ərazisində olmamış, istifadəsində olan hər iki mobil telefon nömrəsinin anten dairələri Bakı şəhəri və Abşeron rayonunun müxtəlif ərazilərində olmuşdur. Belə ki, şəxsin istifadəsində olan Bakcell MMC-yə məxsus mobil nömrənin anten dairəsi son dəfə xx.xx.2023-cü ildə saat 16:37-də Abşeron rayonu Mehdiabad qəsəbəsi X24 yerləşdiyi anten dairəsində, istifadəsində olan Azerfon MMC-yə məxsus mobil nömrə isə son dəfə xx.xx.2023-cü ilda saat 12:15-də Goranboy RPŞ-nin yerləşdiyi anten dairəsində olmuşdur. İş materiallarında olan gətirilmiş şəxslərin qeydiyyatı kitabınn əslindən və bundan əvvəl təqdim edilmiş təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 03:27-də Goranboy RPŞ-nin CAB-ın rəisi Şahin Musayev və Elnur Vəliyev tərəfindən HK-1936 saylı material üzrə Goranboy RPŞ-yə gətirilmiş, həmin gün saat 17:55-də Goranboy RPŞ-nin təhqiqatçısı Ruslan Abbasov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə “şübhəli şəxs qismində tutulması haqqında” protokol tərtib edilərək Goranboy RPŞ MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.1-ci maddəsinə əsasən sübutlar cinayətprosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; eləcə də 125.2.2.-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilən məlumatların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.4-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş materiallar müvafiq pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsirliyinin sübut edilməsində istifadə oluna bilər. Odur ki, göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında protokol və əlavəsi olan DVD disk, Təqsirləndirilən şəxs verdiyi ilkin izahat, istintaqın sonrakı dövründə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, eləcə də ifadəsinin yerində yoxlanılması haqqında protokol və əlavələrin həmin ifadələrin fiziki və psixi təzyiq nəticəsində alınmasına (verilməsinə) kifayət qədər əsaslar olduğundan, ittihamedici sübutlar siyahısından çıxarılmalı və qəbul ediləcək xüsusi qərarın əsaslarından biri kimi qiymətləndirilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduqdan və xx.xx.2023-cü ildə barəsində “həbs” qətimkan tədbiri seçildikdən sonra xx.xx.2023-cü ildə, hər bir halda 48 (qırx səkkiz) saatdan artıq müddətdə Goranboy RPŞ MSY-də saxlanılmışdır. Hansı səbəbdən qətimkan tədbiri seçildikdən sonra Goranboy RPŞ MSY-də saxlanılması barədə məhkəmə tərəfindən dəfələrlə sorğular verilsə də, aidiyyət məlumat və təsdiqedici sənədlər məhkəməyə təqdim edilmədiyindən hansı səbəbdən Təqsirləndirilən şəxs Goranboy RPŞ MSY-də saxlanılmasını müəyyən etmək mümkün olmamışdır. Bu da Təqsirləndirilən şəxs məhkəmə baxışında da göstərdiyi bədən səthində olan xəsarətlərin izlərinin keçməsi (sağalması üçün) üçün sonuncunun əsassız və qanunsuz olaraq Goranboy RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılmasına dair söylədiklərini həqiqətəuyğun, məntiqi və ağlabatan olduğunu göstərir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs bədən səthindəki xəsarətlərlə bağlı Goranboy rayon prokurorluğunda qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın məhkəmə baxışında müəyyən edilmiş işin faktiki halları ilə təkzib edildiyi, həmin xəsarətlərlə bağlı araşdırma olduqca səthi və formal olaraq aparıldığı üçün hazırki iş üzrə preyudisial xarakter daşımadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs fiziki və psixi təsir və təzyiqə məruz qalması barədə məhkəmədə verdiyi ifadə əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış 183c-25 saylı material üzrə xx.xx.2025-ci ildə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da əsassız olduğundan və Goranboy rayon prokurorluğuna toplanmış material üzrə eyniməzmunlu olduğundan məhkəmə həmin qərarı da hazırkı iş üzrə preyudisial hesab etmir və iş üzrə məhkəmə baxışında araşdırılmış sübutları, daxili inamı və qanunu rəhbər tutur. Belə ki, bir tərəfdən Vasif Haqvediyevin xx.xx.2023-cü ildə Abşeron RPİ-nin Mehdiabad PB-yə gətirildikdən sonra Goranboy RPŞ-nin əməkdaşlarına təhvil verilməsi, onun yolda olduğu müddət də daxil edilməklə həmin gün saat 03:27-dən Goranboy RPŞdə saxlanılması, ittihamda göstərilən xx.xx.2023-cü il tarixdə şəxsi axtarış keçirilənə qədər təhqiqat orqanının əməkdaşlarının səlahiyyətinə və nəzarətində olması, digər tərəfdən isə şəxsin bədən səthində, polis nəzarətində olduğu müddətdə fiziki zorakılığa məruz qalmasını göstərən bədən xəsarətləri olması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsusluğu ilə bağlı əsaslı və təkzibedilməz şübhələr yaratdığından məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirliliyin sübuta yetirilməməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Vaqsif Haqverdiyevin xx.xx.2023-cü ildə X24 əməkdaşları tərəfindən saxlanılana qədər Bakı şəhəri və Abşeron rayonunda müxtəlif ərazilərdə olması, xx.xx.2023-cü ildə gecə saatlarında oraya gəlmiş Goranboy RPŞ-nin polis əməkdaşlarına təhvil verilib xx.xx.2023-cü ildə Goranboy RPŞ-yə gətirilməsi, saat 03:27dən üzərində şəxsi axtarış keçirilənə qədər polis nəzarətində olması, onun bədən səthində təhqiqat orqanının səaliyyətində olduğu müddətdə bədən xəsarətlərinin yaranması, həmin xəsarətlərin yaranma səbəbləri və mexanizmi ilə bağlı nə təhqiqat orqanı, nə də prosesual rəhbərliyi həyata keçirtmiş prokurorluq, nə də məhkəmədə olduğu müddətdə ittiham tərəfindən heç bir ağlabatan fərziyyə sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edilən bəraətin əsasları isə təhqiqat orqanı tərəfindən tərtib edilmiş sənədlər istintaq təcridxanasında tərtib edimiş tibbi sənədlər və məhkəmə ekspertiza rəyinə, telefon anten dairələrinə əsasən məhkəmədə müəyyən edilmiş təkzibedilməz fakitki hallarıdır. Hökmün təsvir əsaslandırcı hissəsində təhqiqat orqanı əməkdaşları, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirtmiş prokurorun yol verdiyi kobud qanun pozuntuları ilə bağlı mövqeyini isə məhkəmə iş üzrə çıxarılacaq xüsusi qərarda göstərəcəyindən hökmdə bu barədə əlavə əsaslandırma və qeyd aparılmasını zəruri hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə aidiyyəti və ona ittiham irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən ona təxirəsalınmadan Azərbaycan Respublikası adından bəraət verilməklə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, ona qanunsuz olaraq tutulması və həbs edilməsi ilə bağlı dəymiş ziyanın ödənilməsi ilə əlaqədar qanunvercilikdə nəzərdə tutulmuş mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hər bir halda dövlətin adından qərar verdiyi üçün nəinki barəsində icraat aparılan şəxs, bütövlükdə cəmiyyət qanunun ali qüvvəyə malik olmasını, insan hüquq və azadlıqlarının qorunmasını qəbul edilən qərar və məhkəmə baxışında müşahidə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında göstərmişdir ki, pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” və “Bıkov Rusiyaya qarşı” iş üzrə qərarlarında formalaşdırdığı presedent mövqeyə görə özünə qarşı ifadə verməmək hüququ cinayət işində ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı öz versiyasını sübut etmək üçün “məcbur etmə” və təqsirləndirilən şəxsin iradəsi əleyhinə təzyiq üsulları ilə əldə edilmiş sübuta əl atmamasını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə qərarında formalaşdırdığı presedent mövqeyə görə məhkəmə prosesinin şəxsin özünə qarşı ifadə verməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Avropa Məhkəməsi konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X20 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Avropa İnsan Hüquqları Məhkəməsi “Savalanlı və digərləri Azərbaycana qarşı” iş üzrə 15 dekabr 2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Belə ki, həmin Qərarın 91-ci bəndində göstərilmişdir ki, “Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127).” Məhkəmə tərkibi cinayət işinin materiallarını tədqiq edərək qanunu və daxili inamını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud qanun pozuntularına yol verilmiş, ittiham məhkəmə istintaqında tədqiq edilmiş qeyri-mötəbər və mümkün hesab edilə bilməyən sübutlarla əsaslandırılmışdır. Azərbaycan Respublikası CPM-nin 350.2. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə tərəfindən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 61.1-ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Azərbaycan Respublikası CPM-nin 133.2-ci maddəsinə əsasən bəraət hökmü çıxarılarkən, habelə cinayət təqibi üzrə icraata xitam verilərkən ekspertiza və ya qanuni keçirilmiş digər istintaq, yaxud prosessual hərəkətlər zamanı xarab olmuş, məhv edilmiş və ya itirilmiş əşyaların dəyəri prosessual vəziyyətindən asılı olmayaraq sahibinə və ya onun qanuni mülkiyyətçisinə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. İş üzrə maddi sübut kimi tanınaraq Goranboy rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,872 qram olan kustar üsulla hazırlanmış metamfetamin və qalıq çəkisi 5,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Goranboy rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılmalı, Təqsirləndirilən şəxs iş üzrə keçirilmiş ekspertiza xərcini ödəməkdən azad edilməli, sonuncuya qanunsuz olaraq tutulduğu və həbsdə saxlanıldığı müddətə görə mülki mühakimə qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-352-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan və Goranboy rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,872 qram olan kustar üsulla hazırlanmış metamfetamin və 5,023 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Goranboy rayon Polis Şöbəsinin maddi sübutları saxlama yerində saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-133/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-133/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver