Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-134/2021 12.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X23 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2004-cü ildə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu Şahdağ kənd orta məktəbinin 9-cu sinif şagirdi, işsiz, məhkumluğu olmayan, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs X2nın Gədəbəy rayonunun İnəkboğan kənd sakini Allahverdiyev Rövşən İlqar oğlu tərəfindən qaçırılması, bakirə olmadığı üçün isə bir gün sonra evlərinə qaytarılması barədə həmkəndlisi Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində ona və xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində dayısı Şahid5, sonuncunun isə bu barədə ailə üzvlərinə həqiqətə uyğun olmayan məlumatlar verməsini eşidib əsəbiləşərək Zərərçəkmiş şəxs qisas almaq məqsədilə yaşadığı evin mətbəxindən götürdüyü bıçaqla silahlanaraq sonuncunun Gədəbəy rayonunun Çobankənd kəndində yerləşən «Yal beli» adlandırılan ərazidəki torpaq sahəsində olmasını öyrəndikdən sonra xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində həmin yerə getmiş, belində dərman aparatı ilə əkdiyi kartof bitkisini dərmanlayan Zərərçəkmiş şəxs yaxınlaşaraq yumruqla sonununcunu ağız nahiyəsindən vuraraq ona üst dodağın selikli qişasının əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, sonra təpiklə ayağına vurmaqla ona fiziki ağrı yetirmiş, daha sonra isə bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə vuraraq ona sağ tərəfli torakoobdominal (döş qarın boşluğu) deşilmiş-kəsilmiş yaralanma, diafraqmanın və qara ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qan axma, hemmoragik şok 2-ci dərəcə, sağ tərəfli hemotoraksı ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Çobankənd kəndində atası Qanuni nümayəndə, anası Şahid4 və nənəsi X9 ilə birlikdə yaşayır və Gədəbəy rayonu, Şahdağ kənd tam orta məktəbin 9-cu sinif şagirdidir. Gədəbəy rayonu, Çobankənd kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə həmkəndli kimi münasibətləri yaxşı olmuş, əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. X2 xx xxxx 2020-ci il tarixdə valideyinlərindən icazəsiz evlənmək məqsədilə Gədəbəy rayonu, İnəkboğan kənd sakini Allahverdiyev Rövşən İlqar oğluna qoşulub getdiyi üçün atası Novruz Polis Şöbəsinə ərizə ilə müraciət edərək Mətanətin evlərinəə qaytarılmasını tələb etsə də bacısı qayıtmaqdan imtina etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 12:30 radələrində yaşadığı evdən bir qədər aralı məsafədən axan çaya qazları sulamağa aparmış, çayın kənarına çatanda Zərərçəkmiş şəxs ilə təsadüfən rastlaşmışdır. Ceyhun ona “sən necə qardaşsan ki, bacın Mətanət əxlaqsızdır, ərə gedib pozğun olduğuna görə geri qatarıblar, kənddə gəlib fahişəlik eliyəcək” dedikdə, cavabında «bacım Mətanət ərə gedib və evimizə qayıtmayıb bu nə sözdür danışırsan» demişdir. Bundan sonra ondan ayrılaraq öz evinə getmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində atası, anası və nənəsi evlərində olarkən dayısı Şahid5 onların evlərinə gəlmiş və atası Novruzu avtomobilinə mindirib meşə istiqamətinə getmişlər. O da onların arxasınca piyada gedib yaxınlıqlarında durub onların danışıqlarına qulaq asmışdır. Həmin vaxt dayısı Şahid5 atası X13 Mətanətin barəsində danışaraq Mətanətin ərə gedərkən bir günün içərisində geri qayıtdığını və gəzəyən olduğu üçün bakirə çıxmadığını deməsini eşitmişdir. Bu sözləri eşidəndən sonra evlərinə qayıtmış və mətbəxdən qara rəngli gündəlik istifadə etdikləri bıçağı götürüb belinə qoyaraq Ceyhunun yaşadığı evin həyətinə getmişdir. Bıçağı belinə qoyub Ceyhunun yanına getməkdə məqsədi Ceyhunu qorxutmaq olmuşdur. Bu məqsədlə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gəlmiş və sonuncunun həyat yoldaşı Güneli həyətdə görmüş, sonuncudan Ceyhunun harada olmasını soruşmuşdur. Günel Ceyhunun “Yalın beli” adlanan ərazidəki kartof sahəsində kartof dərmanlamağa getdiyini ona demişdir. Belə olduqda o, piyada kəndin yaşayış yerini çıxandan sonra bıçağı corabın boğazından çıxarıb əlində tutmuş və Ceyhunun kartof dərmanladığı sahəyə getmişdir. Ceyhunu yanına çağırarkən, sonuncu belində dərman aparatı ilə birlikdə onun yanına gəlmişdir. Həmin vaxt saat təxminən 18 radələri olmuşdur. Ceyhuna təhqiramiz sözlər deyərək onu ilk əvvəl bıçaqla vurmaq istəmədiyi üçün yanına çatmamış bıçağı şalvarının bel hissəsinə qoymuş və ona “Sən kimsən mənim bacımın ünvanına artıq-əskik danışırsan” deyib yumruqla onun sifətindən, təpiklə qılçasından vurmuş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt dayısı Hafiz gələrək onlara çatmışdır. Hafiz onun Ceyhunla əlbəyaxa olduğunu görüb aralarına girərək onları ayırmış və bir əli ilə onun, digər əli ilə isə Ceyhunun qolundan tutaraq birbirilərindən ayırmışdır. Bu vaxt o, belinə qoyduğu bıçağı sol əli ilə çıxarıb Ceyhunun qarın nahiyyəsindən bir dəfə vurmuş və onun qarınından qan axdığını görüb qorxaraq oradan qaça-qaça evlərinə getmiş, bıçağı isə həyətlərinə tullamışdır. Bundan 1-2 saat sonra polis əməkdaşları evlərinə gəlmiş və ondan hadisə törədib-törətmədiyini soruşmuşlar. O, bıçaqla Ceyhunu vurub xəsarət yetirdiyini etiraf etmiş və onu polis şöbəsinə dəvət etdikləri üçün onların avtomobilinə minib polis şöbəsinə getmişdir. Bıçaqla Zərərçəkmiş şəxs vurarkən yanlarında dayısı Şahid5 olmuşdur. Əkin sahəsinin yuxarı tərəfində, yəni Ceyhunla onun olduğu yerdən təxminən 15-20 metr aralıda Adil Hüsyenov olmuş və sonuncu Ceyhunun avtomobilində oturmuşdur. Hadisədən sonra o, evlərinə tərəf qaçarkən hadisə baş vermiş yerdən xeyli aralıda Qabil və Vəkilin durduqlarını görmüşdür. Yaşadığı evdən bıçağı götürərkən bunu heç kim görməmiş və evdə Ceyhunu bıçaqla vurmağa getməsini deməmişdir. Ona görə də ailə üzvlərinin onun məqsədindən xəbərləri olmamışdır. Sadəcə o, yol ilə gedərkən atası Novruz kənardan görüb onu çağırsada sonuncuya indi gələcəyini deyib yolunu davam etmişdir. Zərərçəkmiş şəxs yanına gedən zaman bıçağı şalvarının bel nahiyyəsinə gizlədiyi üçün nə dayısı Hafiz, nədə bir başqası onun əlində bıçaq olmasını görməmişdir. Ceyhunun yanına yaxınlaşmazdan bir qədər əvvəl əkin sahəsində bıçağı şalvarının bel nahiyəsinə qoymuşdur. Dayısı Hafiz ona Ceyhunu vurmasını deməmişdir. Hafiz hadisənin qarşısı almaq üçün yanlarına gəlib onları ayırmış, o, Ceyhunu bıçaqla vurub xəsarət yetirdikdən sonra isə dayısı ona əsəsbləşib daş atmışdır ki, onu vursun. Yaşadığı evdən bıçaq götürsə də Ceyhunun yanına çatanda onu bıçaqla vurmaq istəməməmiş və ona görə də onu ilk əvvəl yumruqla, təpiklə vurmuşdur. Lakin sonradan bir anda Ceyhunun onun bacısı haqqında danışdığına əsəbləşərək bıçaqla bir dəfə onun qarın nahiyyəsindən vurub sonra qaçıb evlərinə getmişdir. Ceyhunu vurmaqda məqsədi onu öldürmək olmamış, sadəcə olaraq onun bacısı haqqında dediyi sözlərə görə ona xəsarət yetirmək istəmişdir ki, birdə bacısı haqqında yersiz sözlər danışmasın. O, Ceyhunu bıçaqla vuranda yanlarında dayısı Hafiz olmuşdur. Dayısı Hafiz bir əli ilə onun, digər əli ilə isə Ceyhunun qolundan tutub dalaşmamaları üçün onları birbirilərindən ayırmışdır. Dayısı onların dalaşmasına mane olsa da, o, qəflətən sol əli ilə şalvarının belinə qoyduğu bıçağı çıxarıb Ceyhunun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs yanına gedərək onun bacısı haqqında yersiz danışdığı sözlərə irad tutaraq əvvəl sağ əli ilə onun sifət nahiyyəsindən bir dəfə yumuqla vurmuş, sonra sol ayağı ilə iki dəfə onun xəyasına təpiklə vurmuş, daha sonra isə şalvarının bel nahiyyəsinə gizlətdiyi bıçağı çıxarıb sol əli ilə Ceyhunun sağ qarın boşluğundan bir dəfə vurmuşdur. Bıçaqla Ceyhunu vurub ona xəsarət yetirən andan əməlindən peşiman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs tarnıyır, əvvəllər aralarında düşmənçilik və ədavət olmamış, əksinə yaxşı münasibətləri olmuşdur. xx xxxx 2020-ci il tarixdə təxminən 16:30 radələrində qonşusu Şahid1 özü ilə idarə etdityi VAZ 21074 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilində Çobankənd kəndinin «Yal beli» adlandırılan ərazisində kartof əkib becərdiyi sahəyə aparmış və orada kartofu dərmanlamışdır. Şahid1 yeni cərrahiyyə əməliyyatından gəldiyinə görə ona kömək edə bilmədiyindən yanında dayanıb onunla söhbət etmişdir. Həmin vaxt təsadüfən yaxınlıqda yaşayan həmkəndlisi Şahid5 ona yaxınlaşıb salamlaşmış və “yorulmayasan” deyib haləhval tutmuşdur. Şahid5la söhbət edərkən qoxusundan sonuncunun spirtli içki qəbul etməsini hiss etmişdir. Söhbət əsnasında o, Şahid5 «deyillər Qanuni nümayəndə qızı Mətanəti evlənmək məqsədilə aparmışlar lakin Novruz şikayət edərək qızını qaytarıb» demişdir. Bu xəbəri eşidən kimi Hafiz Qanuni nümayəndə və sonuncunun ailə üzvlərinin ünvanlarına təhqiramiz söyüşlər işlədərək oradan evinə gedib dövlət nömrə nişanını bilmədiyi UAZ markalı avtomobilini idarə edərək Qanuni nümayəndə yaşadığı ev istiqamətində getmiş, təxminən 30 dəqiqədən sonra qayıdıb evinə gələrək dayanmayıb onun yanına gələrək avtomobilin saxlyıb onu çağırdığı üçün ona yaxınlaşmışdır. Həmin vaxt Şahid5 və onun yanında olan Şahid2 avtomobildən düşmüş, Şahid2 ona qarşı kobudluq edərək məftil hasardan onun yanına keçmək istəsə də Şahid5 ona imkan verməmişdir. Şahid5 ona irad tutaraq «Novruzun qızı barədə nə səbəbə görə yalan danışmısan, Mətanət ərə gedəndən sonra evlərinə qayıtmayıb və hazırda da ərə getdiyi evdədir» demiş, hətta Şahid5 ona «pozğun qadınlar bizim yox sənin nəslindədir» deyə söyləmişdir. Sonra Hafiz avtomobilini idarə edərək Qabili də aparıb evinə getmişdir. Sonradan bilmişdir ki, həmkəndlisi Şahid3 da Hafizin avtomobilində oraya gəlib-getmişdir. Bundan təxminən 10-15 dəqiqə keçmiş Təqsirləndirilən şəxs dayısı Hafizin evinin yaxınlığında onu çağıra-çağıra, həm də söyə-söyə yanına gəlmişdir. Təqsirləndirilən şəxs onun ünvanına söyərək ondan soruşmuş ki, «mənim bacım Mətanət haqqında nə danışırsan?» o da İbrahimə cavab vermiş ki, «sən hələ uşaqsan mən sənin bacın haqqında heçnə danışmamışam». Həmin vaxt İbrahimin sağ əlində bıçaq da olmuşdur. O, sol əli ilə İbrahimin bıçaq olan sağ əlindən tutmuş və ona yenə də demiş ki, «sən uşaqsan get işinlə ol». Onlar süpürləşərkən Şahid5 qaça-qaça gələrək onu tutmuşdur. Hafizin arxasınca da Qabil ilə Vəkil gəlmişlər. Hafiz onu tutub bacısı oğlu İbrahimə irad tutmuş ki, dalaşmayıb getsin. Həmin vaxt İbrahim ondan əl çəkmir və oradan-buradan hücuma keçmişdir. Bu vaxt Hafiz ona “Ayə yaxşı yalan danışıb təpiklə vurub getginən” dedikdə İbrahim təpiklə onun ayağına vurmuş və bir anda qarınının istiləşməsni hiss etmiş, yəni yumruqla ağzından vurulandan sonra qarnı istiləşdiyi üçün baxdıqda qarın nahiyyəsindən bıçaqla vurulduğunu bilmişdir. Bu anda Qabil ilə Vəkil ondan 10-15 metr aralı məsafədə olsalar da çıxıb getmişlər. Təqsirləndirilən şəxs onu bıçaqla vurduqdan sonra Hafiz də İbrahimi təpiklə vurmuş və sonuncu oradan qaçıb evləri istiqamətinə getmişdir. Hətta Hafiz bacısı oğlunu vurmaq üçün arxasınca daş da atmışdır. Bundan sonra Hafiz onun kürək nahiyyəsində olan kartof dərmanladığı aparatı çıxartmış və əli ilə onun yarasının üstündən tutmuş ki qanı çox axmasın. Daha sonra Şahid5 onu öz avtomobilinə mindirmiş və Şahid1 avtomobili idarə etdirərək onu köməkli Gədəbəy Mərkəzi xəstəxanasına gətirmişlər. Xəstəxanada həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərində yerləşən təcili tibbi yardım xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı Şahid4 oğludur, Təqsirləndirilən şəxs və onun ailəsi ilə münasibətləri yaxşıdır. Gədəbəy rayonu, Çobankənd kəndində yaşayan Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, onunla əvvəllər aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs onların evinin yaxınlığında yerləşən əkin sahəsinə gələrək kartofunu dərmanlayan zaman onu görüb salamlaşdıqdan sonra Ceyhun ona «bəs sənin olanlardan xəbərin varmı?» deyə sual verdikdə Ceyhunun nə deməsini başa düşmədiyi üçün ondan nə olmasını təkrar soruşmuşdur. Ceyhun ona “bacın İradənin qızı Mətanəti evlənmək məqsədi ilə qaçırmışlar və həmin gecə də geri qaytarmışlar ki, guya qız uşağı deyil” demişdir. O, həmin vaxt Ceyhuna heç bir söz demədən sonuncunun dediklərini dəqiqləşdirmək üçün öz “UAZ” markalı avtomobilini idarə edərək Qanuni nümayəndə yaşadığı ünvana getmişdir. Həmin vaxt ailə üzvlərilə birlikdə evinin həyətində Novruzu Ailə üzvləri bilməmələri, eşitməmələri üçün çağırıb avtomobilinə mindirərək evlərindən təxminən 300-400 metr aralı məsafəyə aparandan sonra avtomobili saxlayıb qızı Mətanətin ərə getdiyi günü də geri qaytarılıbqaytarılmamasını soruşmuşdur. Novruz and içərək «bu nə sözdü deyirlər qızı aparıblar amma qaytarmamışlar» demişdir. Novruzun belə deməsinə əsasən onu avtomobillə gətirib evlərinin yanında düşürmüş özü isə Ceyhunun yanına gedərək ona “utanmırsanmı həmkəndlin haqqında bilib-bilmədən yersiz sözlər danışırsan” deyib iradını bildirmiş, sonra isə evinə getmişdir. Evə gəldikdən təxminən 10-15 dəqiqə sonra evinin arxasından qışqırıq səslərinin gəldiyini eşidib diqqət yetirdikdə həmin qışqıran şəxsin bacısı oğlu Təqsirləndirilən şəxs olmasını görmüşdür. Həmin vaxt İbrahim qışqıra-qışqıra Zərərçəkmiş şəxs çəpərdən çölə çıxmasını demişdir. İbrahimin qışqıraraq Ceyhunu çağırdığnı bilib düşünmüş ki, İbrahim yəqin ki, Ceyhunun Mətanət barəsində dediklərini bilib onunla dava etməyə gəlmişdir. Bu səbəbdən də o, dərhal çölə çıxmış ki, əgər İbrahim Ceyhunla dalaşsa onlara imkan verməsin. O, evdən çıxanda İbrahimin Ceyhunun əkin sahəsinin çəpərindən keçib sonuncunun yanına getməsini görmüşdür. İbrahimin Ceyhuna yaxınlaşdığını görüb onun arxası ilə qaçmağa başlamış, həm də İbrahimi çağırmış ki, geri qayıtsın. Lakin İbrahim, onu eşitməyərək Ceyhunun yanına çatan kimi ona təpik, yumruq vurmuş və onlar əlbəyaxa olmuşlar. O, həmin vaxt İbrahimin əlində bıçaq görməmişdir. Tez qaçıb onları aralamaq üçün hər ikisinin aralığına girib onları kənara itələmiş və irad tutmuş ki, dalaşmasınlar. Ancaq həmin vaxt həm Ceyhun, həm də İbrahim dava etmək üçün dartınmışlar. Özü isə onların aralarında qalmış və belə olduqda sağ əli ilə İbrahimin sağ qolundan, sol əli ilə isə Ceyhunun sol qolundan tutub saxlamış ki, onlar dalaşmasınlar. Həmin vaxt Ceyhun qışqıraraq «İbrahim məni bıçaqla vurdu» demişdir. Bu vaxt İbrahim onun əlindən dartılıb qaçmışdır. Ceyhuna diqqət yetirdikdə onun sağ qarın nahiyyəsindən qan axmasını görmüşdür. Həmin vaxt nə baş verdiyini tam anlaya bilməsə də onları ayırdığı zaman İbrahimin onun arxa tərəfindən keçərək əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən vurduğunu bilsmşdir. Həmin vaxt İbrahim qorxduğu üçün qaçıb oradan evləri istiqamətdə getmişdir. Özü isə Ceyhunun qarın nahiyyəsindən qan gəldiyini görüb onu öz “Niva” marakalı avtomobilinə mindirib yarasını qan axmaması üçün əli ilə sıxmış, həmkəndlisi Hüseynov X12 avtomobilini idarə edərək sonuncunu Gədəbəy mərkəzi rayon xəstəxanasına aparmışlar. X8 xx xxxx 2020-ci il tarixdə Gədəbəy rayonun İnəkboğan kənd sakini Rövşən adlı şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmışdır. Zərərçəkmiş şəxs isə xx xxxx 2020-ci il tarixdə ona yaxınlaşaraq Mətanətin qaçırılaraq aparıldığı gecə evlərinə qaytarıldığını və onun qız çıxmadığını dediyi üçün o, Ceyhunun onun sözlərini aydınlaşdırmaqdan ötrü gedib yeznəsi Novruzdan bu barədə soruşmuşdur. Novruz isə ona danışılan sözlərin yalan olduğunu və Mətanətin ər evində olduğunu dedikdən sonra evinə getmişdir. Sonradan Qanuni nümayəndə bu barədə anası Urkuyaya danışarkən İbrahim həmkəndlisi Ceyhum Fətəliyevin onun bacısı haqqında danışdığı sözləri eşidib əsəbləşmiş və evlərindən bıçaq götürüb gələrək Ceyhunu “Yalın beli” adlanan əkin sahəsində tapıb bıçaqla vurmuşdur. İbrahim Zərərçəkmiş şəxs bıçaqla vurarkən yanında o, Şahid1, Şahid2 Baxçəli oğlu və X14 olmuşlar və hadisəni görmüşlər. İbrahimin Ceyhunu bıçaqla vurduğu “Yalın beli” adlanan ərazi onların evindən təxminən 70-75 metr aralı məsafədə yerləşdiyi üçün, həm də həmin vaxt ailə üzvləri evdə ev işləri ilə məşğul olduqlarına görə İbrahimin bıçaqla Zərərçəkmiş şəxs vurduğunu görməmişlər. İbrahimin “Yalın beli” adlanan əraziyə gələndə və ya Ceyhunla əlbəyaxa olduğu zaman onun əlində bıçaq olduğunu görməmiş və nədə İbrahimin həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuracağını əvvəlcədən bilməmişdir. Təqsirləndirilən şəxs Ceyhunu vurub sonra bıçağıda özü ilə aparıb qaçıb getdiyi üçün həmin vaxt bıçağın əlamətlərini görə bilməmişdir. Lakin, sonradan eşidib bildiyinə görə həmin bıçağın tutacağı qara rəngli, açılıb bağlanmayan olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində onun barəsində göstərdikləri tamamilə yalan, şər və böhtandır. Belə ki, o, hadisə zamanı Zərərçəkmiş şəxs qolunu tutaraq İbrahimə «bu ki yalan danışır bir ikisini sox get» sözünü deməmiş, Zərərçəkmiş şəxs ağız və ya bədəninin digər nahiyələrinə vurub xəsarət yetirməmişdir. Həmin xəsarətləri ona İbrahim yetirmişdir. O, sadəcə olaraq hadisə zamanı hər ikisinin əllərindən tutub ayırmış ki, onlar dalaşmasınlar. O, bacısı oğlu İbrahimin əlində həmin vaxt bıçaq olmasını görməmişdir. Həmçinin Ceyhun hadisə yerində ona «məni niyə vurdurdun» sözünü deməmişdir. İbrahimin Ceyhunu bıçaqla vurmasını bildikdən sonra o, yerdən daş götürüb İbrahimin arxasınca atdmış və demiş ki, «Ceyhunu niyə bıçaqla vurdun». Lakin atdığı daş İbrahimə dəyməmişdir. Onun Ceyhunla nə vaxtsa düşmənçiliyi və ya ədavətim olmamışdır. Eləcə də hadisə yerində o, Ceyhunu tutb bacısı oğluna onu vurması üçün şərait yaratmamışdır. Ceyhunun xəsarət aldığını görüb yarasını əli ilə sıxaraq Ceyhunu öz maşınına mindirib dərhal xəstəxanaya aparmışdır. Şahid2 Zərərçəkmiş şəxs təhqir və ona qarşı hər hansı kobudluq etməmişdir. O, Ceyhuna «Novruzun qızı barədə nə səbəbə görə yalan danışmısan, Mətanət ərə gedəndən sonra evlərinə qayıtmayıb və hazırda da ərə getdiyi evdədir» sözlərini desə də ona «pozğun qadınlar bizim yox sənin nəslindədir» sözünü deməmişdir. Həmçinin o, Ceyhuna «Novruzun qızı barədə nə səbəbə görə yalan danışmısan, Mətanət ərə gedəndən sonra evlərinə qayıtmayıb və hazırda da ərə getdiyi evdədir» deyib bu barədə kimdən eşitdiyini soruşduqda, Ceyhun bu barədə kimdən eşitdiyini deməmiş və ondan dediyi yalan sözlə bağlı üzr istəməmişdir. O, Ceyhunun yalan danışmasına əmin olub, daha onunla mübahisə və münaqişə yaratmadan çıxıb evinə getmişdir. İbrahim ilə Zərərçəkmiş şəxs arasında mübahisə və münaqişə saat 18 radələrində baş vermişdir. Ceyhunu avtomobillə xəstəxanaya apararkən sonuncu, ailəsinə zəng edib məlumat vermək istəmişdir. Belə olduqda o, Ceyhuna «ailənə zəng etmə, qorxarlar, mən özüm ailənə bu barədə məlumat verəcəyəm» demişdir. Lakin Ceyhun onu dinləməmiş və telefonla zəng edib ailə üzvlərinə baş vermiş hadisə, yəni İbrahimin onu bıçaqla vurması barədə məlumat vermişdir. O, Ceyhuna telefonla danışmaması üçün heç bir təzyiq göstərməmişdir. Sadəcə bir insan kimi ailə üzvlərinin qorxmaması üçün ona demiş ki, «ailənə demə mən özüm səni həkimə çatdıracam və ailənə də məlumat verəcəm». Hadisə vaxtı İbrahim və Ceyhun dalaşmasınlar deyə o, sol əli ilə Zərərçəkmiş şəxs qolundan sağ əli ilə isə Təqsirləndirilən şəxs qolundan tutub onları ayırmışdır. O, İbrahimin Zərərçəkmiş şəxs həmin vaxt bıçaqla vurmasını bilməmişdir. Təqsirləndirilən şəxs oradan qaçdıqdan sonra Ceyhun ona bıçaqlandığını dedikdə bilmişdir ki, İbrahim onun arxa tərəfimdən keçib Ceyhunun qarın nahiyəsinə bıçaqla vurmuşdur. O, Ceyhunun qollarını tutub İbrahimin ona xəsarət yetirməsinə şərait yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 Baxışəli oğlu ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxs da həmkəndlisidir, onlarla münasibəti normal olmuş, heç biri ilə düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə qonşuluğunda yaşayan əmisi oğlu Vəkil ilə evilərinin qarşısında dayanıb söhbət etmişdir. Bu zaman həmkəndlisi Şahid5 idarə etdiyi UAZ markalı maşını ilə gəlib yanlarında dayanmışdır. O, onlara yaxınlaşaraq Yusifin oğlu Ceyhunun ona “ bacısı qızı Mətanətin ərə getdiyini və qız çıxmadığına görə geri qaytarıldığını” dediyini və onlarla birlikdə Novruzgilə getməyi təklif etmişdir. Novruz Hafizin bacısı İradənin əridir. Onlar Novruzun yaşadığı evin qarşısına getmişlər. X24 evindən bir qədər aralıda saxlayıb qışqıraraq onu səsləyib yanlarına çağırmışdır. Novruz da Hafizin onu çağırmasına görə yanlarına gəlib maşına əyləşmişdir. Hafiz maşını oradan sürüb xeyli aralanmışdır. Həmin vaxt maşında o, Vəkil və Novruz olmuşdur. Hafiz isə maşını idarə etmiş və bir qədər aralıda maşını saxlamışdır. Hafizlə Nozruz maşından düşüb təxminən 5-6 metr araladı söbhət etməyə başlamışlar. X1 ona Mətanətin ərə gedib qız çıxmadığına görə geri qaytarıldığını dediyini və nə söz-söhbət olduğunu soruşmuşdur. Novruz da cavabında ona yalan söbhət olduğunu, qızının iki gün əvvəl özü qoşulub getdiyini və polisə şikayət etdiyini, işlərinin polis şöbəsində müstəntiq Məhərrəmdə olduğunu, qızının geri qayıtmadığını və əri evində olduğunu demişdir. Bundan sonra Hafiz maşına minmişdir. Novruz isə orada qalmışdır. Onlar üçü də Ceyhunun yanına “Yalın beli” adlanan yerə kartof sahəsinə getmişdir. Orada Hafiz maşını yolda saxlamış, onlar maşından düşüb Ceyhunun yanına tərəf getmişlər. Ceyhunun Niva markalı maşını əkin sahəsindən bir qədər aralıda dayanmışdır. Maşının içində isə Adil oturmuşdur, Ceyhun isə belində dərman vuran aparatla kartof dərmanlamışdır. Vəkil Adilin yanında dayanıb onunla söhbət etməyə başlamışdır. O, Hafizlə Ceyhunun yanına getmişdir. Hafiz Ceyhuna əsəbləşib irad tutmuşdur ki, utanmırsanmı şər-böhtan söz danışırsan. Ceyhun da ona demişdir ki, səhf eliyib demişəm. Bundan sonra Hafizlə oradan qayıtmışlar. Vəkil və Adilin yanından qayıtmışlar və üçü də maşına minib Hafizin evinin həyətinə gəlmişlər. Oradan Vəkil çıxıb evlərinə getmişdir. O, maşını Hafizgilin çardağının altına sürüb saxlamışdır. Daha sonra gilas yemək üçün qardaşı Anarın həyətinə tərəf düşmüşdür. Qardaşı Anarın yaşayış olmayan torpaq sahəsi Hafizin evinin qonşuluğunda yerləşir. Bu zaman qışqırıq səsi eşitdiyinə görə geriyə baxanda Ceyhunun üst başının qan içində olduğunu və Hafizin qucağında olduğunu görmüşdür. Hafiz onu götürüb Ceyhunun öz maşınına mindirmişdir. Həmin vaxt yanlarında olan Adil maşını sürmüş və onu xəstəxanaya aparmışdır. Həmin vaxt Ceyhunu kimin bıçaqla vurduğunu görə bilməmişdir. Hadisə yerinə polis əməkdaları gəldikdə Ceyhunu İbrahimin bıçaqla vurub xəsarət yetirdiyini onlardan eşitmişdir. Ceyhunu İbrahim bıçaqla vurduğu zaman orada olmamış, Ceyhunu üst başı qan içində Hafizin maşına mindirdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonunun Çobankənd kəndində yaşayır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Gədəbəy rayon Məhkəməsinə gəlmişdir. Göstərilən tarixdə günorta satlarında yaşadığı kəndə qayıtmışdır. Çobankənd kəndində onunla qonşuluqda yaşayan əmisi oğlu Qabil ilə evlərinin qarşısında söhbət etmişdir. Orada təxminən yarım saat söhbət etdikdən sonra yanlarına həmkəndlisi və dayısı oğlu Şahid5 gəlmişdir. Hafiz yanlarında maşınını saxlayıb onlara Yusifin oğlu Ceyhunun bacısı qızı Mətanətin dünən ərə getdiyini və qız çıxmadığına görə geri qaytarıldığını dediyini bildirmişdir. Onlar da belə bir şey eşitmədiklərini bildirmişlər. Hafiz onlara bacısının evinə Novruzdan nə söhbət olduğunu öyrənmək üçün getməyi təklif etmişdir. Bundan sonra Qabil ilə o Hafizin maşınına əyləşmiş və Novruzun evinə getmişlər. Novruzun evindən bir qədər aralıda dayanmışlar. Hafiz Novruzu çağırmışdır. X5 ərə gedib bir gündən sonra nəyə görə qaytarıldığını soruşmuşdur. Novruz cavabında ona qızının ərə getdiyini, geri qaytarılmadığını və şikayət etdiyinə görə işlərinin polisdə olduğunu demişdir. Oradan geri qayıtdıqdan sonra Hafiz maşını öz yaşadığı evin yanına sürüb saxlamışdır. Onlar orada Zərərçəkmiş şəxs onlardan iki yüz metr aralıda kartof sahəsində dərman vurduğunu görmüşlər. Maşından düşüb piyada Ceyhunun yanına tərəf getmişlər. Həmin vaxt Adilin də orada kartof sahəsində bir qədər aralıda dayandığını və Ceyhunun maşınında oturduğunu görmüşdür. O, Adilin yanında dayanıb onunla söhbət etmişdir. Qabil ilə Hafiz isə əkin sahəsinə Ceyhunun yanına getmişlər. Orda onlar təxminən 10-15 dəqiqə müddətində söhbət etdikdən sonra Qabillə Hafiz maşının yanına qayıtmışlar. Bundan sonra o, Qabil və Hafiz oradan Hafizin evinin yanına qayıtmışlar. Qabil ilə Hafiz onu Hafizin yaşadığı evin həyətində qoyub piyada evlərinə getmişdir. O, həmin gün təxminən 1 saat yarımdan sonra eşitmişdir ki, Novruzun oğlu İbrahim Ceyhunu bıçaqla vurub xəsarət yetirmişdir. Hadisə vaxtı orada olmamış və Ceyhunu İbrahimin bıçaqla vurduğunu görməmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və həmin vaxt Ceyhunun bıçalandığını polislərdən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Çobankənd kəndində həyat yoldaşı Təqsirləndirilən şəxs, oğlu Təqsirləndirilən şəxs və qaynanası X9 ilə birlikdə yaşayır. Oğlu xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Gədəbəy rayon Şahdağ kənd tam orta məktəbində 8-ci sinifdə oxuyur. Gədəbəy rayonu Çobankənd kəndində yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvlərini tanıyır, həmkəndlisi olmaqla onunla əvvəllər aralarında ədavəti, düşmənçilikləri olmamışdır. X21 xx xxxx 2020-ci il tarixdə ondan və atasından icazəsiz özbaşına Gədəbəy rayonu İnəkboğan kənd sakini Rövşən İlqar oğluna ərə getdiyinə və onun getdiyi ailənin normal ailə olmamasına görə onlar Polis Şöbəsinə müraciət edərək Mətanətin evlərinə qaytarılmasını tələb etsələr də, qızı qayıtmaqdan imtina etmiş və əks təqdirdə özünə qəsd edəcəyini bildirmişdir. Buna görə də Mətanəti məcbur etməmişlər. xx xxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində oğlu İbrahim, əri Novruz və qaynanası Urkuya evinin həyətində olarkən qardaşı Şahid5 onların evinə gəlmiş və Novruzu çağırıb maşınına mindirmiş və meşə istiqamətinə gedərək təxminən 5-10 dəqiqədən sonra qaytarıb gətirərək düşürüb getmişdir. Bundan sonra Hafizin gəlişinin səbəbini soruşanda Novruz həmkəndliləri Zərərçəkmiş şəxs Hafizə Mətanətin evlənmək məqsədilə aparıldığını və həmin gecə də qız uşağı çıxmadığına görə geri qaytarıldığını dediyini bildirmişdir. Novruz həmkəndlisi Ceyhunun qardaşı Hafizə dediklərini qaynanasına, ona danışanda yaxınlığında olan yetkinlik yaşına çatmamış oğlu Təqsirləndirilən şəxs eşitmişdir. Həmin vaxt Novruz onu çağıraraq İbrahimin yol ilə üzü aşağı Ceyhunun yaşadığı istiqamətə getdiyini, çağırsa da qayıtmadığını və onun arxası ilə özünün getməsini və birdən uşaq gedib dalaşar demişdir. Novruz xəstə olduğuna görə İbrahimin arxasınca gedə bilmədiyi üçün o, tez həmin istiqamətə getsə də oğlunu tapa bilməmişdir. Bir neçə dəqiqədən sonra İbrahimin “Yalın beli” adlanan kartof sahəsinə çatdığını və Ceyhunun özü və avtomobilinin orada olduğunu görmüşdür. O, həmin istiqamətə gedib çatana kimi Ceyhunun avtomobili Gədəbəy rayonu istiqamətinə getmişdir. Təxminən 3-5 dəqiqə keçmiş Novruz onu çağıraraq oğlu İbrahimin evə gəldiyini demişdir. Evə gedəndə İbrahimi evdə görmüşdür. İbrahimdən hara getməsini, nə baş verməsini soruşanda o, bacısına yalan ad çıxardığına görə bıçaqla Ceyhunun qarın nahiyyəsindən bir dəfə vurub xəsarət yetirdyini və sonra da qaçaraq evə gəldiyini bildirmişdir. Ceyhunun hara getdiyini soruşanda dayısı Hafizin onu avtomobilə qoyub xəstəxanaya apardığını bildirmişdir. Novruz da telefonla nə baş verməsini dəqiqləşdirmək üçün hadisə yerində olmuş Adil Məhərrəm oğluna zəng edərək maraqlandıqda İbrahimin bıçaqla Ceyhunun qarın nahiyyəsindən vurub ona xəsarət yetirdiyini və Hafiz ilə birlikdə Ceyhunu həkimə apardıqlarını təsdiq etmişdir. Buna görə də Qanuni nümayəndəla birlikdə taksi tutub Gəncə şəhərinə Zərərçəkmiş şəxs arxasınca xəstəxanaya getmişlər və həmin gecə X27 Yardım xəstəxanasında həkimlər Zərərçəkmiş şəxs əməliyyat etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisi olmaqla münasibətləri yaxşıdır, onunla ədavəti və düşməçiliyi olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs da tanıyır, həm qonşu kimi, həm də həmkəndli kimi münasibətləri yaşıdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs ona “Yalın beli” adlanan ərazidə yerləşən kartof sahəsinə dərman vurmağa getdiyini deyib, onunla birlikdə getməyi təklif etmiş və o, Ceyhunun təklifini qəbul edərək sonuncunun idarə etdiyi “Niva” markalı avtəməbilə minərək “Yalın beli” adlanan əkin sahəsinə gəlmişdir. xx xxx 2020-ci il tarixdə böyrəyindən əməliyyat olduğu üçün, əməliyyat yeri tam sağalmadığına görə Ceyhun kartof dərmanlayan zaman onun avtomobilində oturmuş və arada da maşından düşüb ətrafda gəzişmişdir. Ətrafda gəzişən zaman Ceyhun həmkəndlisi Şahid5 yanına çağıraraq onun bacısı İradənin qızının qaçırıldığı gecə də evlərinə qaytarıldığını demişdir. Hafiz isə ona heç bir cavab vermədən çıxıb getmişdir. Aradan təxminən 1 saat keçdikdən sonra Hafizin yenidən Zərərçəkmiş şəxs yanına gələrək söhbət etdiklərini görmüşdür. Həmin vaxt o, avtomolildə olduğu üçün onların nə haqda danışdıqlarını bilməsə də təxmin etmiş ki, onlar Hafizin bacısı qızı barədə söhbət edirlər. Həm də həmin vaxt həmkəndlisi Vakil Məmməd oğlu oradan keçərkən onu görüb əməliyyat olduğu üçün ona irad tutub «bu halda niyə orabura gedirsən, sən istirahət etməlisən» dediyi üçün fikri Vəkilin dediyi sözlərə getmişdir. Vəkil ilə söhbət etdikdən sonra Hafizin Vakil və Qabil ilə birlikdə evlərinə getdiklərini görmüşdür. Təxminən 10 dəqiqə keçdikdən sonra o, avtomobildə olan zaman Təqsirləndirilən şəxs Ceyhun deyərək qışqıra-qışqıra gəldiyini görüb avtomobildən düşüb İbrahimdən nə nə baş verməsini soruşduqda o əhəmiyyət verməyib onun yanımdan keçib Ceyhun tərəfə getmiş və Ceyhunun yanına çatan kimi İbrahimin onunla əlbəyaxa olmasını görüb, özü əməliyyatlı olduğuna görə kömək çağırmaq istədikdə Şahid5 qaçaraq İbrahim arxası ilə gəldiyini görmüşdür. Hafiz gələrək Ceyhun və İbrahimin aralığına girib onların dava etmələrinə mane olmuşdur. Lakin onlardan təxminən 15 metr aralıda olduğu üçün Ceyhunla İbrahimin aralarında nə baş verdiyini tam görə bilməmişdir. Sonra isə İbrahimin qaçaqraq onun yanından keçib getdiyini görmüşdür. Həmin vaxt Hafiz həyacanlı şəkildə onu çağıraraq İbrahimin Ceyhunu bıçaqla vurduğunu deyib Ceyhunu qarın nahiyyəsindən tutaraq avtomobil istəqamətdə gətirmişdir. Onlar ona yaxınlaşdıqda görmüş ki, doğrudan da İbrahim Zərərçəkmiş şəxs sağ qarın nahiyyəsindən bıçaqla vurmuş və onun qarın nahiyyəsindən qan axır. O, Ceyhunu elə vəziyyətdə gördüyü üçün həyacanlanmış və nə edəcəyini bilməmişdir. Hafiz ona Ceyhunun avtomobilini idarə edərək sonuncunu xəstəxanaya aparmağımı demiş və Hafiz, Ceyhunu avtomobilin arxa oturacağına mindirib, özü isə əli qan axan yerdən tutmuşdur. O isə avtomobili idarə edib X22 rayon xəstəxanasına gətirmiş və qayıdıb yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra Ceyhunun vəziyyəti ilə maraqlandıqda eşidib bilmiş ki, xəstəxanada Ceyhuna tibbi yardım göstərildikdən sonra həkimlərin göndərişi əsasında onu X27 Yardım xəstəxanasına aparmışlar. xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Şahid5 söhbət etmələrini görsə də onların dava etmələrini görməmişdir. Hafiz Ceyhuna hər hər hansı xəsarət yetirməmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqlamasının səbəbi Ceyhunun İbrahimin bacısı Mətanətin qaçırılaraq aparıldığı gecə evlərinə qaytarıldığı barədə yersiz sözlər danışması olmuşdur. xx xxxx 2020-ci il tarixdə İbrahim həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vurarkən yanlarında o, Şahid5, Şahid2 Baxçəli oğlu və X14 olmuş və hadisəni görmüşlər. İbrahimin “Yalın beli” adlanan əraziyə gələndə əlində bıçaq olmasını görməmişdir. İbrahim Ceyhunu bıçaqla vurduğu zaman o, onlardan aralı olduğu üçün bıçağın ələmətlərini görməmişdir. Lakin, sonradan eşidib bildiyinə görə həmin bıçağın tutacağı qara rəngli, açılıb bağlanmayan mətbəxt bıçağı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli polis kapitanı Mıcnun Kamalovun raportundan görünür ki, xx.xx.2020ci il tarixdə saat 19:30-da Gədəbəy rayon MX-dan tibb bacısı X17 RPŞ-nin növbətçi hissəsinə məlumat verərək, Gədəbəy rayon Çobankənd kənd sakini 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin sağ tərəfin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gədəbəy rayonunun Çobankənd kəndinin ərazisində yerləşən “Yalın beli” adlanan sahədir. Həmin sahəyə Novo-Saratovka – Novo-İvanovka kəndarası avtomobil yolunun sol tərəfinə dönülərək çayı keçib Çobankənd inzibati binasına çatmağa 90 metr məsafə qalmış yolun sağ tərəfinə dönülərək 370 metr getdikdə sol tərəfdə yoldan 25 metr aralı məsafə də X11 məxsusu yaşayış evi yerləşir. Həmin evdən 70 metr məsafədə kartof sahəsi yerləşir. Yoldan 15 metr kartof sahəsi ilə aralıqda yaşıl otluq sahəsi vardır. Sahənin sonunda tikanlı məftil hasar olmaqla hasarın içərisində ətrafları kartof sahələridir. Kartof sahəsi ilə otluq sahənin aralığında X7 ilə Zərərçəkmiş şəxs dalaşdıqları yerdir. Həmin yerdə kartof məhsulu 20-25 sm hündürlükdə olmaqla 2-3 metr məsafə aralığında kartof kolları əzilmiş vəziyyətdədir, torpağın üzərində qana bənzər ləkələr və otluq sahədə avtomobil şinlərinin izləri vardır. Hadisə yerinin hər tərəfi ayrı-ayrı şəxslərə məxsus kartof sahələri olmaqla 160 metr məsafədə yaşayış olmayan kiçik ölçülü evlər vardır. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya predment və sair alət aşkar olunmadı və götürülmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gədəbəy RİHB-nin Çobankənd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 149 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gədəbəy rayonunun Çobankənd kəndində yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gədəbəy rayonu Maarif Əsgərov adına Şahdağ kənd tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda M.Əsgərov adına Şahdağ kənd tam orta məktəbin Vİİİ (səkkizinci) sinfində oxuyur. O, oxuduğu müddətdə özünü nizam-intizamlı aparmış, verilən tapşırıqları yerinə yetirmişdir. Təqsirləndirilən şəxs məktəb rəhbərliyi tərəfindən heç bir cəza və tapşırıq almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gədəbəy rayonunun Maarif Əsgərov adına Şahdağ kənd tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs M.Əsgərov adına Şahdağ kənd tam orta məktəbin Vİİİ (səkkizinci) sinfində oxuyur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli “bıçağın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy rayon Polis Şöbəsinə könüllü təqdim etdiyi 1 (bir) ədəd bıçaq cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq möhürlənib və prokollaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli “paltarların götürülməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 (bir) ədəd ağ rəngli kişi maykası və 1 (bir) ədəd qara rəngli qısa qol, üç düyməli, sol döş nahiyyəsində “CA ARMANİ” etiketi olan kişi köynəyi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gədəbəy rayon poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 199 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklərin qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gədəbəy rayon poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 220 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliklərin qeydiyyatında durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 18.062020-ci il tarixli 413 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-üst dodağın selikli qişasının əzilmiş səthi yarası-küt əşyanın, sağ tərəfli torako-obdominal (döş-qarın boşluğu) deşilmişkəsilmiş yaralanma, diafraqmanın və qara ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, hemorragik şok 2-ci dərəcə, sağ tərəfli hemotoraks deşici-kəsici əşyanın təsirindən törənmiş, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx xxxx 2020ci ilə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağ tərəfli torako-obdominal (döş-qarın boşluğu) deşilmiş-kəsilmiş yaralanma, diafraqmanın və qara ciyərin zədələnməsi nəticəsində törənmiş daxili qanaxma, hemorragik şok 2-ci dərəcə, sağ tərəfli hemotoraks həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, üst dodağın əzilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də bu tip konsturuksiyalı digər kəsici-deşici əşyanın təsirindən törənməsi inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq edərək xx xxxx 2020-ci il tarixdə «Yalın beli» adlanan ərazidəki kartof sahəsini dərmanlayarkən Təqsirləndirilən şəxs qışqıraraq kartof sahəsinə girib dayandığını, bu zaman belində kartof dərmanladığı aparatla Təqsirləndirilən şəxs yanına gəldiyini, bu zaman sonuncunun sol əlində bıçaq olmasını görüb bıçağı əlindən almaq üçün onun biləyindən tutduğunu, Təqsirləndirilən şəxs «dayın piyandır sənə gedib nə deyib bilmirəm» demək istəsə də bunu deyə bilmədiyini, bu zaman Şahid5 qaçıb gələrək onun əlindən tutduğunu, Şahid5 əlindən çıxıb Təqsirləndirilən şəxs bir daha tutmaq istədikdə Şahid5 onun ağız nahiyəsindən yumruqla vurub, qolunu isə geri yanından tutub Təqsirləndirilən şəxs «bu ki, yalan söz danışıb bir ikisini vur da get» deyə söylədiyini, lakin Şahid5 bıçaq adı çəkmədiyini, bu vaxt Təqsirləndirilən şəxs təpiklə onun xaya nahiyəsindən vurduğunu, daha sonra isə Təqsirləndirilən şəxs onun qarın nahiyəsindən bıçaqla bir dəfə vurmasını, belə olduqda Şahid5 «məni niyə bıçaqla vurdurdun» deyə söyləməsini, həmçinin Hafizin də Təqsirləndirilən şəxs «ayə bunu niyə vurdun» deyib yerdən götürdüyü daşı sonuncunun arxasınca atmasını bildirərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində bir daha ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 16/474 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xasəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Təqdim olunan köynəyin səthində olan bir ədəd zədə, maykanın səthində olan bir ədəd zədə tərəfli kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilməkəsilmə zədələrdir. Lakin təqdim edilmiş paltarların səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 413 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “sağ tərəfli torako-obduminal (döşqarın boşluğu) deşilmiş-kəsilmiş yaralanma” xəsarəti ilə köynəyin və maykanın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yerini təqdim edərək Təqsirləndirilən şəxs ona bıçaqlda xəsarət yetirdiyi yeri göstərib Şahid5 onun qolunu arxadan tutduğunu və Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini bildirməklə ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində Gədəbəy rayonu, Çobankənd kəndi ərazisində «Yalın beli» adlandırılan ərazidə dayısı Şahid5 evinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs məxsus əkin sahəsinə gəldiyini, həmin vaxt əkin sahəsində kartof bitkisini dərmanlayan Zərərçəkmiş şəxs əvvəlcə yumruqla, daha sonra təpiklə vurduğunu, dayısı Şahid5 oraya gələrək onları ayırarkən isə sol əlində tutduğu bıçaqla qəflətən Zərərçəkmiş şəxs qarın nahiyəsinə xəsarət yetirdiyini bildirərək həmin yeri əyani şəkildə göstərməklə ifadəsindəki xüsusatları dəqiqləşdirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid5 ifadəsi yerində yoxlanılarkən o, əkin sahəsində bacısı oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşdıqları yeri, onları görən zaman hadisə yerinə gəlib Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qolundan tutub araladığı yeri, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri, eləcə də Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra Təqsirləndirilən şəxs arxasınca daş atdığı yeri əyani olaraq göstərib ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixioloji və psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 476\208 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni, xx.xx.2020-ci il tarixdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cm-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri ağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Həmin halın yaranma səbəblərindən biri zərərçəkmişin onun bacısı haqda xoşagəlməz ifadələr işlətməsi ola bilər. Təqsirləndirilən şəxs psixi emosional vəziyyəti ilə əlaqədar olaraq törətdiyi əməlin mənasını tam dərk edə bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixioloji) affekt halında olmamışdır. (keçirməmişdir) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Vurulmuş 5500 (beş min beş yüz) manat ziyanın 4500 (dörd min beş yüz) manatı ödənilmiş, 1000 (min) manatın isə üç ay müddətində ödənilməsinə dair razılıq əldə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Gədəbəy rayonu, Çobankənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin ev dəmir dayaqlar üzərində tikilmişdir və iki mərtəbəlidir. Evin birinci mərtəbəsi yardımçı tikili kimi istifadə olunur. Evin fasadına dəmir vurulmuşdur. Yaşayış evinni giriş qapısı sağ tərəfdəndir. Evin döşəmələri seyrək şəkildə taxtadan vurulmuş və rənglənmişdir. Evin zalından sonra sağ hissədə yan-yana iki otaq yerləşir. Həmin otaqlardan biri yataq otağı kimi istifadə olunur və Təqsirləndirilən şəxs məhz həmin otaqda yaşayır. Digər otaq isə qonaq otağı kimi istifadə olunur və oraya əşyalar yığılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gədəbəy rayonunun Maarif Əsgərov adına Şahdağ kənd tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda M.Əsgərov adına Şahdağ kənd tam orta məktəbin 9 (doqquzuncu) sinfində oxuyur. O, oxuduğu müddətdə özünü nizam-intizamlı aparmış, məktəbli şagirdlərlə nümunəvi davranmış, məktəb rəhbərliyi tərəfindən verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirmiş, məktəb rəhbərliyi tərəfindən heç bir cəza və tapşırıq almamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmamış təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120, 126.2.1, 126.2.3, 126.2.4, 221 və 228.4-cü maddələri ilə ittiham verilməməsi, Şahid5, Şahid3, Şahid2, Şahid1 əməllərində Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilmədiyindən onların barələrində həmin maddə ilə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməsi, cinayət işi üzrə hadisə yerinə, əşyalara baxış keçirilməsi və götürmə aparılması, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi, təqsirləndirlən şəxs, zərərəkmiş şəxs və şahid ifadələrinin yerində yoxlanılması, üzləşdirilmə keçirilməsi, təqsirləndirlən şəxs, zərərçəkmiş şəxs, şahidlərin dindirilməsi və digər istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər, ekspertiza rəyləri sübut növü kimi qiymətləndirilməsi, istintaq zamanı əldə edilərək götürülmüş bir ədəd məbtəx bıçağı və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş sol döş nahiyyəsində “CA ARMANİ” sözləri yazılmış 1 ədəd qara rəngli qısaqol, 3 düyməli köynək və 1 ədəd ağ rəngli kişi maykası maddi sübut kimi tanınaraq təqsirləndirlən şəxs və zərərçəkmiş şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra Gədəbəy rayon polis şöbəsinin maddi sübutların saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri və oxuduğu məktəb üzrə müsbət xarakterizə olmasını, orta məktəbin 9-cu sinif şagirdi olmasını, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanın qismən ödənilməsini, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, dəymiş maddi ziyanın qismən ödənilməsini, nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Bununla bağlı məhkəmə vurğulayır ki, xx xxx 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaqhüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. xx xxx 1998-ci il tarixli uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun uşaq mənafelərinin üstünlüyündən bəhs edən 5-ci maddəsində isə göstərilmişdir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 (altmış üç) manat dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan bir ədəd bıçaq, bir ədəd qolsuz mayka və bir ədəd köynək Gədəbəy RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gədəbəy RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilməli, bir ədəd qolsuz mayka və bir ədəd köynək qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış, təhsil və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 63 (altmış üç) manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin, bir ədəd qolsuz mayka və bir ədəd köynək qanuni sahibinə qaytarısın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-134/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-134/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver