Məhkəmə qərarları › İş №1(100)-134/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-134/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-134/2023 17.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Göygöl rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olan və ünvan 2an, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,169 qram kustar üsulla hazırlanmış pisxotrop maddə olan metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 11 iyul 2022-ci il tarixdə saat 17 radələrində BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Fərhad oğlu yaşadığı ünvan 3 ünvanının yaxınlığında saxlanılmış və Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən BNMİ-nin QBRŞ-nə gətirilmiş, idarədə üzərində şəxsi axtarış aparılan zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə və 1 (bir) ədəd göy rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkikləri 1.208 qram və 0.961 qram, ümumi təmiz çəkisi 2.169 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir ildir ki, patı və nəşə kimi tanıdığı narkotik vasitələrdən istifadə etmişdir. 11 iyul 2022-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış özlərini polis əməkdaşı kimi təqdim edərək onu tutub BNMİnin QBRŞ-nə aparmışlar. Hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onu üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o əynində olan şalvarının sol yan cibindən "Samsung" markalı mobil telefonunu, sağ yan cibindən 1 ədəd sellofan bükümü və 1 ədəd kağız bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də heç nə aşkar edilməmişdir. Bundan sonra həmin sellofan və kağız bükümlərə baxış keçirilmiş. Baxış zamanı bükümlərin içərisində ağ rəngli kristal şəkilli pisxotrop maddə metanfetamin aşkar edilmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş, sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Üzərindən aşkar olunmuş pisxotrop maddə metanfetamin çəkisi təxminən 1.5 qram olardı. Hesab edir ki, ola bilsin hansısa şəraitdə metanfetamini polis əməkdaşları nəmləndirmiş ona görə çəkisi artaraq 2 qramdan çox olmuşdur. Sorğu zamanı o, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olduğunu təqdim etdiyi narkotik tərkibli maddəni bu gün Gəncə şəhəri ərazisində tapdığını, həmin maddənin bir hissəsini istifadə etdiyini və başqa heç bir yedə narkotik maddə saxlamadığını bildirmişdir. O, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır və bu barədə fikridə olmamışdır. O, narkotik vasitəni istifadə etdiyi üçün üzərində saxlamışdır. O, mobil telefon istifadə edir və istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, pisxotrop maddə və qanunla qadağan edilmiş maddə saxlamamışdır. Ona polis idarəsində olan zaman heç bir zor tədbiq edilməmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 11 iyul 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu, Heydər Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, 3-cü mkr, bina 22 mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra, keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyul 2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs ünvan 8 ünvanın yaxınlığında olmasını müəyyən edib barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu DİN-nin Baş narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edib ona təqdim olunmuşdur. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı telefonunu, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü və 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə və 1 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş baxış zamanı həmin bükümlərin içərisində ağ rəngli, ağ kristal şəkilli pisxotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində olan bükümləri həmin gün yəni 11 iyul 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində yaşadığı binanın qabağında siqaret qutusunun içərisində tapdığını, bir hissəsini istifadə etdiyini həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmasını, başqa yerdə saxlamadığını, indiyə qədər narkotik maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin 1,09 qram, kağız mükümdəki kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin isə 1,74 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlələr bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar olunmuş kütlənin çəkisinə müdaxilə olunmamışdır. Onun Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək üzərində saxlamsı gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı telefonunu, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü və 1 ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə və 1 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, baxış zamanı həmin bükümlərin içərisində ağ rəngli, ağ kristal şəkilli pisxotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gün yəni 11 iyul 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində binanın qabağında siqaret qutusunun içərisində tapdığını, bir hissəsini istifadə etdiyini həmin maddəni həm öz istifadəsi, həm də dostları istəyən zaman birlikdə istifadə etmələri üçün üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmasını, başqa yerdə saxlamadığını, indiyə qədər narkotik maddələrin satışı məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin 1,09 qram, kağız bükümdəki kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin isə 1,74 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “metanfetamin” olan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb üzəri DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 11 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, NMBİ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X4 idarənin x.m.i.ü əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və həmin idarənin polis nəfəri polis baş serjantı Şahid1, müdafiəçi X12 və şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli şalvarının sol yan cibindən 1 ədəd “Samsung” markalı telefonunu, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü və 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. X1 tərəfindən üzərinə baxış keçirilsədə heç bir əşya və predment aşkar edilməmişdir. Daha sonra iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə və 1 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilir baxış zamanı həmin bükümlərin içərisində ağ rəngli, ağ kristal şəkilli pisxotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olundu. X3 sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin gün yəni 11 iyul 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində binanın qabağında siqaret qutusunun içərisində tapdığını, bir hissəsini istifadə etdiyini həmin maddəni həm öz istifadəsi, həm də dostları istəyən zaman birlikdə istifadə etmələri üçün üzərində saxladığını, 1 ilə yaxındır ki, narkotik tərkibli maddələrin istifadəçisi olmasını, başqa yerdə saxlamadığını, indiyə qədər narkotik maddələrin satışı məşğul olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin 1,09 qram, kağız bükümdəki kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin isə 1,74 qram olması müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə “metanfetamin” olan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb üzəri DİNin 7 saylı möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsinə daxil və xaric olan smslərdə cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilmədi. Daxil və xaric olan telefon zənglərə, həmin zənglərin anten dairələrinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs gündəlik olaraq müxtəlif mobil nömrələrlə əlaqə saxlamışdır. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil və xaric olan smslərdə cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilmədi.Daxil və xaric olan telefon zənglərə, həmin zənglərin anten dairələrinə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs gündəlik olaraq müxtəlif mobil nömrələrlə əlaqə saxlamışdır. Əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində şəxsi axtarış zamanı götürülmüş Samsung A03s markalı mobil telefona baxış keçirilmiş, telefona baxış zamanı müəyyən edildiki telefonda sim kart yoxdur. Telefonun zəng bölməsində və mesajlar bölməsində heç bir zəng və mesaj yoxdur. Telefonun qaleriya bölməsində şəkillər və videogörüntülər var. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefonun zənglər, mesajlar və qaleriya bölməsində iş üzrə əhəmiyyət kəsb edən heç bir zəng, mesaj, şəkil və videogörüntü aşkar edilmədi. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/818 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 1 ədəd göy rəngli polietilən kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,961, qram ümumi təmiz çəkisi 2,169 qram maddələr, kustar üsulla hazırlanmış pisxotrop maddə-metanfetamindir. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağızpaketdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi Regional Şöbəsinnin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsədə Təqsirləndirilən şəxs tapşırıqda qeyd edilən pisxotrop maddəni kimdən hansı məqsədlə alması, narkotik vasitələri kiməsə satıb-satmaması, norkotik vasitələrin və pisxotrop maddələrin qanunsuz dövriyyəsi ilə başqa şəxslər ilə qabaqcadan əlbir olan bir qurup şəxs təşkil edibetməməsi faktlarını müəyyən etmək mümkün olmamışdır Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1180 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs pisxotrop maddə olan metanfetamindən epizodik isdifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. AZ- İ № 601455 saylı “Nikah haqqında şəhadətnamənin” surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X14 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİİ № 414981 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X7 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. № 020218 saylı vəsiqənin surətindən görünür ki, X8 birinci qrup əlildir. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyul 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra çəkiləri 1,208 qram və 0,961 qram, ümumi təmiz çəkisi 2,19 qram psixotrop maddə olan metamfetamin, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk və iki ədə CD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 02 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində psixotrop maddənin çəkisi ilə razı olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsilə ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X9 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, anasının birinci qrup əlil olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra çəkiləri 1,208 qram və 0,961 qram, ümumi təmiz çəkisi 2,19 qram psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X9 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk və 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 11 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra çəkiləri 1,208 qram və 0,961 qram, ümumi təmiz çəkisi 2,19 qram psixotrop maddə olan metamfetamin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X9 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk və 02 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar