Məhkəmə qərarları › İş №1(100)-135/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-135/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-135/2024 23.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri: X7, X11 və İbrahimova Nuranə Lazım qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Yaqub Hacıyev küçəsi, ev 44-də qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)- 152/2023 saylı hökmü ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki O, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə təmiz çəkisi 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CABın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Gəncə şəhəri, Səfalədin Əsgərov küçəsində yerləşən 5 nömrəli orta məktəbin arxa hissəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli kağız bükümün içərisində şəffaf rəngli sellofonın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 8.059 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 mart 2023-cü il tarixdə saat 20.00 radələrində Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları, tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməkdə və üzərində gəzdirməklə Gəncə şəhəri, Y.Hacıyev küçəsində saxlanılmış və Gəncə şəhəri, H.Əliyev 265 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nə gətirilmiş, idarədə üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 8.059 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilməyərək, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, üzərindən aşkar edilmiş 0,544 qram narkotik vasitə olan heroin ona məxsus olsa da, üzərindən götürülmüş 8.059 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ona aid deyil. Uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Gəncə şəhəri, Səfaləddin Əsgərov küçəsində yerləşən, 5 nömrəli orta məktəbin yaxınlığında yol kənarındakı ağacın dibindən bir ədəd qara rəngli kağız büküm diqqətini çəkmiş və həmin kağız bükümü yerdən götürüb açmış və içərisində şəffaf rəngli sellofona bükülmüş halda “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitə heroini istifadə etmək üçün cibinə qoymuş, həmin gün, yəni 23 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Səfaləddin Əsgərov küçəsində yerləşən 5 nömrəli orta məktəbin arxasında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını və onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi demişlər. Polis əməkdaşlarına etiraz etməmiş, 1-ci Polis Şöbəsinə getmişdir. Şöbədə xidməti iş otağında hüquqları izah olunmuş, müdafiəçi təqdim edilmiş, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmış, narkotik vasitə varsa təqdim etməyi təklif olunduqda göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli kağız bükümü təqdim etmişdir. Baxış zamanı içərisində şəffaf rəngli sellofona bükülmüş halda olan narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, o da şifahi olaraq Gəncə şəhər 5 nömrəli orta məktəbin yaxınlığından tapdığını və istifadə etmək üçün götürüb saxladığını demişdir. Bükülü tərəzidə çəkmiş, qablaşdırılıb götürülmüş, O və iştirakçılar sənədlərə imza etmişdir. Məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki xx.xx.2023cü ildə saxlanılarkən üzərindən aşkar edilən metamfetamin ona məxsus deyil. Belə ki, onu Gəncə şəhər məhkəməsi axtarışa vermiş, “patı” adı ilə tanıdığı metamfetamin polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə gətirildikdən sonra üzərinə qoyulmuşdur. Polislər ona həmin narkotik vasitəni götürməyi, CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini dedikləri üçün razılaşmış, lakin sonrakı mərhələdə təkrar külli miqdar narkotik vasitə və psixotrop maddə satışında təqsirləndirildiyini öyrəndikdən sonra buna etiraz etmişdir. Törətdiyi əməldən peşmandır, ona ədalətli cəza verilməsini məhkəmədən xahiş edir. Həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən arvadına məxsus “Samsung” markalı mobil telefon və “Leobank” plastik bank kart və içərisindəki 600 (altı yüz) manat pul polis əməkdaşları tərəfindən qanunsuz olaraq götürmüşdür. Üzərindən aşkar edilib götürülən metamfetamin ona məxsus olmamış, polis tərəfindən aldadılaraq üzərinə qoyulmuşdur. Məhkəmə baxışından fərqli olaraq ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs göstərmişdir ki,...xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən küçəyə çıxmış, sonra 3 saylı tam orta məktəbin yanında yolun kənarında avtobus dayanacağında yerdə siqaret qutusunun olduğunu görmüşdür. Həmin siqaret qutusu diqqətini cəlb etmişdir. Həmin qutunu yerdən götürmüş, siqaret qutusunun içərisində bir ədəd selefona bükülmüş büküm aşkar etmişdir. O, siqaretin qutusunu kənara atıb həmin bükümün içərisinə baxmışdır. Bükülünün içərisində “patı” və ya “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmuş, həmin bükümü cibinə qoymuş, sonra qəbul edəcəyini fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Gəncə şəhər Y.Hacıyev küçəsində yaşadığı evin yaxınlığında olarkən, iki nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, və 2-ci Polis Şöbəsinə getməyini tələb etmişlər. Etiraz etməmiş və Gəncə şəhər 2-ci Polis şöbəsinə getmişdir. 2-ci Polis şöbəsində binada xidməti otaqda videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş bükülü aşkar olunub götürülmüş, elektron tərəzidə çəkilmişdir. Sonra həmin bükülü qablaşdırılıb möhürlənərək imzalarla təsdiqlənmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,594 qram narkotik vasitə heroinin onda olmasından hər hansı bir şəxsin və ailə üzvlərinin xəbəri olmamışdır. O, narkotik vasitə heroinin hər hansı bir şəxsə satmamış və belə bir niyyəti də olmamışdır. Onu heçkəs narkotik vasitələrin istehlakına təhrik etməmiş, barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Üzərindən aşkar edilən metamfetamini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Gəncə şəhər 3 saylı tam orta məktəbin yaxınlığında avtobus dayanacağında yerdən tapmış, özü istifadə etmək üçün saxlamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Sadafil oğlu göstərmişdir ki, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxsun mütamadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə saxlanılıb Gəncə şəhəri BPİ-nin 1-ci Polis Şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş, hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya, yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən müxtəlif pul əskinaslarını və 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim etmişdir. Bükülünün içərisində qəhvəyi rəngli, kəskin iyə malik və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar olunub götürülmüş, elektron tərəzidə çəkilmiş, təxminən 1 qram olması müəyyən edilmiş, həmin kütlə zərfə qoyulub qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər kimlərsə narkotik vasitələri satması barədə ona əməliyyat məlumat daxil olmamış, onun narkotik vasitə satdığı şəxslərin dairəsini də müəyyən etmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 da Şahid1 Sadafil oğlunun ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 Hafiz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavət, düşmənçiliyi olmamışdır. Gəncə şəhər məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, Gəncə şəhəri Y.Hacıyev küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələr əldə etməkdə, qəbul etməkdə, üzərində gəzdirməkdə və satmaqda şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, bölmənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 mart 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən edilmiş, əməliyyat müşahidəsinə götürdükdən sonra ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək onu Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışlar. Müdafiəçi çağırılıb Anara təqdim edilmiş, ona hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs qismində tutulmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan çibindən bir ədəd şəffaf rəngli selefona bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kəskin iyli və ilk baxışdan psixotrop maddə olan “metanfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüş, elektron tərəzidə çəkilmiş, qablaşdırılmış möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə satması barədə onda əməliyyat məlumatı daxil olmuş, bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də onun psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 da Şahid3lə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportlardan və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr qəbul etməsi və çox vaxt üzrəində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, təqsirləndirilən şəxs Gəncə şəhər, Səfaləddin Əsgərov küçəsi 5 №li orta məktəbin arxa hissəsində saxlanılaraq Gəncə şəhər 1-ci polis şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportlardan və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-152/2023 saylı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələr əldə etməkdə, qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Gəncə şəhər, Y.Hacıyev küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Gəncə şəhər 1-ci polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şəxsi axtarış keçirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 2 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 4 ədəd 20 qəpiklik pul əskinazlarını, qara rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmiş, həmin bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə aşkar olunaraq götürülmüş, elektron tərəzidə çəkilərək zərfə qoyulub qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 20 mart 2023-cü il tarixli protokol və əlavəsi olan DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə keçirilmiş şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan çibindən bir ədəd şəffaf rəngli selefona bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində ağ rəngli, kəskin iyli və ilk baxışdan psixotrop maddə olan “metanfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüş, həmin kütlə elektron tərəzisində çəkilərək, zərfə qoyulub qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/122 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə..” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli kağız bükümdə olan 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,594 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının xx.xx.2023-cü il tarixli 16/333 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,059 qram maddə, küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli DİN-nin Baş İnformasiya-Kominikasiya İdarəsindən daxil olmuş telefon danışıqlarına dair məlumatların olduğu diskə “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və CD diskdən görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və gedən sms mətnlərinin məzmununda cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat(lar) aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra sonra qalıq təmiz çəkisi 0.544 qram narkotik vasitə heroin, qalıq təmiz çəkisi 8.009 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moscva şəhəri Lyublinsk məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 158-ci maddəsinin İİ hissəsinin “A” bəndi maddəsi ilə təqsirli bilinərək 08 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir Rusiya Federasiyası Moskva şəhəri Lyublinsk R-N sülh məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə RF CM-nin R 30 M 3 H, 158 M l H maddələri ilə 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Məhkəməsinin 1(125)-152/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 1(043)-89/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7(125)-111/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən əvəz edilmiş 05 (beş) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilmiş cəzaya ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu qaydasında 01 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il, 2 (iki) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokol və “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatət müdafiə edilməmiş, Gəncə RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5 (125)- 152/2023 saylı qərarından görünür ki, həmin məhkəmənin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “axtarışda olan şəxsin tutulması barədə” protokol və şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Gəncə şəhər məhkəməsinin qərarı ilə axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 20:00 radələrində Gəncə şəhəri Y.Hacıyev küçəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq ərazisində saxlanılaraq Gəncə ŞBPİ 2-ci PŞ-yə gətirilmiş, həmin gün saat 20:50-də 20:58-ə qədər olan müddətdə üzərində videoçəkilişlə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmış, həmin gün saat saat 21:40-da Gəncə ŞBPİ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər psixonevroloji kabinetdən verilmiş 2758 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər narkoloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli, 2886 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “kannabionidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 18 iyun 2023-cü il tarixli, 1080 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli 3-13- 57/1-153/2023 saylı əməliyyat tapşırığına cavab məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə qarnizonu Hərbi prokurorluğu tərəfindən ünvan 8 ünvanlanmış xx.xx.1994-cü il tarixli, 2437 saylı məktub və Gəncə şəhəri, Nizami rayonu Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 1/811 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxsin atası X2 yaşayış məntəqələri və həmsərhəd rayonlarının erməni hərbi birləşmələrindən müdafiə edilməsi üçün döyüşlərdə iştirak etmiş və bununla bağlı ona müvafiq güzəşt və imtiyazlardan istifadə hüququ verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Kəpəz rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 34047 saylı vəsiqədən görünür ki, təqsirləndirilən şəxsin anası X4 İİ qrup əlildir. İş materiallarında olan AZ-İİ № 060837 saylı doğum haqqında şəhadətnamənin və AA4664213 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X12 vardır. İş materiallarında olan olan AZ-İİ № 060836 saylı doğum haqqında şəhadətnamənin və AA3620829 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X14 vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verib Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edib hesab edir ki, əməlləri ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddəsindən Həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilməlidir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə verilmiş ittihamdakı 1-ci epizod üzrə Gəncə şəhər 1-ci Polis Şöbəsi CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportda, Gəncə şəhəri, Y.Hacıyev küçəsi ev 44də yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması göstərilmişdir Digər epizod üzrə yəni, iş materiallarında olan Gəncə şəhər 2-ci Polis Şöbəsi CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 Hafiz oğlunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda isə Gəncə şəhəri, Y.Hacıyev küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitə psixotrop maddə əldə etməkdə qəbul etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlar daxil olması göstərilmişdir. Həmçinin iş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın təsviri əsaslandırıcı hissəsində narkotik vəsaitə və psixotrop maddə qəbul etməsi və üzərində saxlaması, xx.xx.2023-cü il qərarın təsviriəsaslandırıcı hissələrində də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, satışı ilə məşğul olması və üzərində saxlaması göstərilmişdir. İş üzrə həm ibtidai araşdırmanın aparıldığı bütün müddətdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçilərinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərəkətlərinin aparıldığı videoçəkilişlərdə üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini müxtəlif ərazilərdə yerdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğu üçün şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heç kimə vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Gəncə ŞPİ-nin 1-ci və 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkilləri də həm ibtidai istintaq həm də məhkəmədə verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatları təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istifadə etməsi, üzərində saxlaması barədə daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı və Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsi müəyyən etmək mümkün olmamışdır. İş materialları olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktublarında da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, elə həmin məktublarla psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Göründüyü kimi istintaq orqanına verilmiş əməliyyat tapşırığına cavab məktublarında bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, yəni bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubla metamfetamini və heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində əsasən də Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etməsi, heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Bundan başqa iş materiallarına əalvə edilmiş və məhkəmədə tədqiq edilmiş telefon danışıqarına dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış mqəsədi ilə əldə edib saxlaması yaxud “potensial müştərilər”ə sataraq realizə etməsi ilə bağlı hər hansı məlumat - sübut aşkar edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (Təqsirləndirilən şəxs istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə bilməmiş, məhkəmə baxışında da satışla bağlı hissədə onun təqsiri sübuta yetirilməmişdir. Əksinə cinayət işləri üzrə əməliyyat tapşırıqlarına verilmiş cavablarda isə əməliyyataxtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi, o cümlədən psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən hallar Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan sırf şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” və “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi, xx.xx.2023cü ildə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılan cinayət işinə birləşdirilmiş, həmin tarixli qərarla iş göstərilən birinci epizod üzrə əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. İbtidai araşdırma orqanı aşkar edilmiş narkotik vasitə heroin miqdarına diqqət yetirmədən və satışla bağlı hər hansı sübut(lar)a söykənmədən təqsirləndirilən şəxs Anar Əsgrovun 1-ci cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan əməlini heç bir əsas olmadan birbaşa Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsinə tövsif etmişdir Göründüyü kimi ibtidai istintaq orqanı sübutlar olduqda ilk epizod üzrə Rafiq Əsgərova Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək ilk növbədə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən hər iki işi bir icraatda birləşdirərək onun əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etməli olduğu halda, sonuncunun müxtəlif epizodlar üzrə olan əməlini birbaşa Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən CM-nin 234.4.2-ci maddəsinə tövsif etmiş, bununla da Təqsirləndirilən şəxs əməllərinin tövsifi barədə düzgün olmayan qənaətə gəlmişdir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxsin barəsində olan əməliyyat məlumatları ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Bu halda cinayət işinə əlavə edilən məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək qanuni və ədalətli deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs sadəcə olaraq narkomaniya xəstəliyinin aşkar edilməsi, o cümlədən aşkar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroininin çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olması əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə və narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxlanılıb polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə və psixotrop maddə olamması, polis əməkdaşları tərəfindən aldadılaraq onun yalnız CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyi və az cəza alacağı vəd edilərək aldadıb sənədlərə imza etdirilməsi və ifadələrində etmədiyi cinayət əməlini etiraf etməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı, cinayət işinin məhkəmə baxışı zamanı toplanılmış digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin daha ağır cəza cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakterli daşıdığı və işin faktiki halları ilə təkzib edildiyi həqiqətə uyğun olmayan ifadə kimi həmin hissədə sübut kimi qəbul etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi müəyyən edilməmiş, keçirilmiş istintaq hərəkəti zamanı özü sərbəst olaraq müdafiəçinin iştirakı ilə şifahi sorğu sual zamanı eləcə də ilkin izahat və ifadələrində aşkar edilmiş psixotrop maddənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs ilkin istintaq hərəkəti zamanı verdiyi ifadəsini sübut qismində qəbul etməklə sonrakı və məhkəmə baxışında verdiyi ifadələrini metamfetaminin ona məxsus olmamasına dair hissədə sübut kimi qəbul etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuş, kifayət qədər “təcrübəyə” malik olmuşdur. Onun xx.xx.2023-cü ildə aparılmış videoçəkiliş zamanı tərəzidə çəkilən metamfetaminin külli miqdar olmasına baxmayaraq polis əməkdaşlarının CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyi deməsinə aldanması isə inandırıcı və ağlabatan deyil. Belə ki, ibtidai istintaq zamanı ilkin olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də Təqsirləndirilən şəxs mütamfetmainin ona məxsus olmasını göstərmişdir. Bel ki şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir.......xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən küçəyə çıxmış, 3 saylı tam orta məktəbin yanında yolun kənarında avtobus dayanacağında yerdə siqaret qutusu görmüşdür. Həmin siqaret qutusu diqqətini cəlb etmiş, yerdən götürüb baxanda içərisində bir ədəd selefona bükülü aşkar etmişdir. Siqaret qutusunu kənara atıb, bükümün içərisinə baxmışdır. Bundan sonra görmüş ki, bükümün içərisində olan patı və şüşə kimi tanıdıxları psixotrop maddə olan metanfetamin olduğunu görmüşdür. Sonra o həmin bükümü cibinə qoymuş, həmin psixotrop maddəni qəbul etməyi fikirləşmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Gəncə şəhər Y.Hacıyev küçəsində yaşadığı evin yaxınlığında iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, 2-ci Polis Şöbəsinə getməyini tələb etmişlər. Onlarla birlikdə Gəncə şəhər 2-ci Polis şöbəsinə getmiş, inzibati binasında xidməti otaqda video çəkilişlə müdafiəçi X1 iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Əynində olan qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülü aşkar olunmuşdur. Həmin bükülü onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir......O, üzərindən aşkar edilmiş, 8,74 qr psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün saxlamışdır.... İlk epizod üzrə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı həmin epizod üzrə törətdiyi cinayət əməlini tam olaraq səmimi etiraf etmiş və həmin əməli törətməkdə təqsiri məhkəmə baxışında tədqiq edilmiş sübutlarla qanunla müəyyən edilən qaydada tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində Gəncə şəhəri, Səfalədin Əsgərov küçəsində yerləşən 5 nömrəli orta məktəbin arxa hissəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qara rəngli kağız bükümün içərisində şəffaf rəngli sellofonın içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,594 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa O, məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 mart 2023cü il tarixdə saat 20.00 radələrində Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Y.Hacıyev küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanda yerləşən Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nə gətirilmiş, idarədə üzərinə keçirilmiş şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 8.059 qram olan külli miqdar kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Gəncə şəhər Məhkəməsinin 1(125)-152/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 1(043)-89/2022 saylı xx.xx.2022-saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 7(125)-111/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən əvəz edilmiş 05 (beş) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası həmin hökmlə təyin edilmiş cəzaya ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu qaydasında 01 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 3 (üç) ay 28 (iyirmi səkkiz gün) azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2023cü il tarixdən hesablanmışdır. Barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması növündə seçilən cəza təyin edildiyindən Təqsirləndirilən şəxs barəsində sözügedən cinayət əməlini törətməsi cinayətlərin residivini yaratmasa da, məhkəmə hazırki iş üzrə həmin halı təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal olaraq nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, atası X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsini və anasının İİ qrup əlil olmasını Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama....daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilməsinə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması nəzərdə tutulsa da, hazırki iş üzrə təqsirləndirilən şəxsin şəxsiyyəti və törətdiyi əməllərin xarakteri ona həmin növ cəza təyinini istisna edən hallardır. Belə ki, iş materiallarına əlavə edilmiş tələbnamə və məhkəmə hökmlərinin surətindən görünür ki, hazırki iş üzrə ilk cinayət əməlinin törədildiyi epizoda qədər təqsirləndirilən şəxsə eynixarakterli və eynicinsli törətdiyi əməllərə görə müxtəlif İ instansiya məhkəmələri tərəfindən humanizm meylləri əsas götürülməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, sonradan isə həmin cəzanın şərtlərini pozduğu üçün azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, cəzasını çəkib qurtardıqdan sonra isə islah olmayaraq yenidən eynixarakterli cinayət əməlini törətmiş, barəsində məhkəmədə işə baxılan dövrdə isə hazırki işdə baxılan 2 epizod üzrə yenidən eynixarakterli cinayət əməllərini törətmişdir ki, bu da onun şəxsiyyətini mənfi xarakterizə edən və törətdiyi əməlin ictimai təhlükəliliyini artıran, islah olunmadığına görə barəsində daha yüngül cəza təyinini istisna edən amillərdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olacağı, həm də cəzanın icrası daxilində tətbiq edilən rejim daxilində narkotik vasitələrdən asılılıqdan qurtaracağı qənaətinə gəlmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx.xx.2003-cü il tarixli 4 №li qərarına əsasən 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Həmin qərarın 16-cı bəndinə əsasən birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən narkoloji müalicə təyin edilməli, əvvəlki hökmə əsasən ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,544 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.009 qram olan külli miqdar kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 2 ədəd DVD-R disklərin və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 62,80 (altmış iki manat, səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə şəhər 1(125)-152/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə cəzası hazırda təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və, eləcə də Gəncə şəhər 1(125)-152/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 10 (on) ay 3 (üç) gün olmaqla cəmi 10 (on) ay 7 (yeddi) gün çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il, 10 (on) ay, 23 (iyirmi üç gün) azadlıqdan məhrumetmə cəzası saxlanılsın, Cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın, barəsində narkomaniyadan məcburi müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,544 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.009 qram olan külli miqdar kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 2 ədəd DVD-R disklərin və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 62,80 (altmış iki manat, səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxsoğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar