Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-136/2022 31.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), hakimlər Rüstəmov Elmin İltizam oğlu (məruzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Bərdə şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evil, əvvəllər məhkum olunmamış, işləməyən, Bərdə şəhəri Nizami küçəsi ev 115\8 saylı ünvanda qeydiyyatda olan, Bərdə şəhəri Qarabağ qəsəbəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində 23 avqust 2021-ci il tarixdə gecə saat 00-20 radələrində sonuncunu yaşadığı Bərdə rayonunun Əliyanlı kəndindən idarə etdiyi Hyundai -Elentra markalı 99-OU 287 dövlət qeydiyyat nişanlı minik avtomobilinə ona deyiləcək sözləri olduğunu bir kənara çıxıb söhbət etmələrini bildirib razılığını alaraq əyləşdirib, Bərdə rayonunn Yeni - Ağalı kəndi ərazisində yerləşən kimsənin olmadığı yerə-pambıq sahəsinin kənarına gətirib, təxminən gecə saat 01 radələrində həmin yerdə avtomobildən düşürərək, ona boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməsini, himayəsində bir azyaşlı qız uşaqları olmasını, azyaşlı uşağı ilə onun görüşməsinə hansı səbəbdən imkan verməməsini və belə tərzdə hərəkətlərə yol verməsini irad tutub səbəbini soruşmuş,Zərərçəkmiş şəxs isə artıq onların boşanmış olduqlarını onun şəxsi işlərinə qarşımamasını bildirdiyindən, sonuncu ilə mübahisə edib dalaşaraq, üstündə gəzdirdiyi iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici- kəsici xassəyə malik alətlə, yəni mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs qarınının sağ ön divarından bir dəfə vuraraq ona həmin nahiyədən daxilə keçən kəsilmişdeşilmiş yarası ilə müşayət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan, qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs onun sabiq həyat yoldaşıdır. Belə ki, 2018- ci ilin yay aylarında onlar ailə həyatı qurmuş və onların 1 azyaşlı 2 yaşında olmaqla qız övladları var. O. səhv etmirsə 2021- ci ilin may ayında Zərərçəkmiş şəxs ilə ayrılmışdır. Qız uşaqları isə Zərərçəkmiş şəxs himayəsində qalmışdır. Onu da qeyd edir ki, 23 avqust 2021-ci il tarixdə o, idarə etdiyi Hyundai Elentra markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonunun Əliyanlı kəndinə Zərərçəkmiş şəxs anasının yaşadığı evin hardasa 500 metrliyinə gəlib həmin yerdə avtomobilini saxlamışdır. Həmin ərəfədə Zərərçəkmiş şəxs ona zəng vurub ona bildirmişdir ki, gəlir ki, gedib söhbət etsinlər. O da Zərərçəkmiş şəxs demişdir ki, onların küçəsində Orxangilin evinin yanında maşını ilə dayanıbdır. O, belə deyəndən sonra Zərərçəkmiş şəxs qaça-qaça gəlib onun maşınında qabaq sağ oturacaqda əyləşmişdir. Həmin vaxt saat 00-20 radələri olmuşdur .X7 demişdir ki, elə yaşadığı Bərdə rayonunun Əliyanlı kəndinin sahəsinə gedib orada maşını saxlayıb söhbət etsinlər.Elə sahəyə sürərkən sahənin sahiblərinin orada olduğunu görmüşlər. Ona görə də o da ona demişdir ki, maşını başqa yerə özü münasib bildiyi yerə sürəcəkdir. Bunu deyib maşını Bərdə rayonunun Yeni-Ağalı kəndi ərazisinə sürüb orada pambıq sahəsinin kənarında olan palıd ağacının yanında maşını saxlamışdır.Maşında o, Aynura demişdir ki, baxmayaraq ki, onlar boşanmışlar ancaq onun bir qız balasl var, onu da o, saxlayır, onun gələcəyini fikirləşib pozğunçuluq etməsin. Ona demişdir ki, onun barəsində onun qulağına çox pis sözlər çatır, özünün belə hərəkətlərini yığışdırsın. Xoştar Aynur Tural qızı da ona demişdir ki, o, ondan boşanıb müstəqil həyatını yaşayır, o, onun işinə qarışmasın.O da bildirmişdir ki, bəs niyə qızı ilə onun görüşməyinə imkan vermir. Zərərçəkmiş şəxs da onu ailə saxlayan olmamaqda günahlandırıb ünvanına xoşagəlməz sözlər demişdir. Həm də ona son cavabı bu olmuşdur ki, nə edir özü gözəl bilir. O, başlayıb onu günahlandırmışdır ki, guya onun dediyi tərzdə hərəkətlərə yol vermir. Bu sözdən sonra o, maşından yerə düşmüş Zərərçəkmiş şəxs da demişdir ki, maşından yerə düşsün. O da maşından yerə düşmüşdür. O, Zərərçəkmiş şəxs demişdir ki, baxmayaraq ki, o, ondan ayrılıb, ancaq yenə də o, adına gedir.Onun adı çəkiləndə ona gəlib toxunur. Zərərçəkmiş şəxs da yenə qayıdıb ona cavab vermişdir ki, özü bilər, onu aparıb evlərinə düşürüm. Zərərçəkmiş şəxs ona demişdir ki, hələ o, onu çox yandırıb tökəcəıkdir. Bu an onun bu sözü ona pis təsir etdiyindən əsəbləşib üstündə olan qatlanmayan mətbəx bıçağını çıxarıb bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarınını sağ tərədindən qarın nahiyəsindən qəsdən bıçaqla bir dəfə bıçaqla vurmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs elə bilmişdir ki, o onu yenə bıçaqla vuracaq, başlayıb ona yalvarmışdır ki, balaları Yağmuru yetim qoymasınlar. O Zərərçəkmiş şəxs demişdir “ sən mənim həyatımı belə də məhv etdin”. Bunu deyib onun qolundan tutub yenə maşınının qabaq sağ oturacağında əyləşdirmişdir.O, Zərərçəkmiş şəxs bıçaqla vurarkən 23 avqust 2021- ci il gecə saat 01 radələri olmuşdur.Maşını sürüb o, Zərərçəkmiş şəxs Tural qızını da götürüb Bərdə rayonunun Əliyanlı kəndinə Vasifgilin evinin yanına çatarkən ona Xoştar Aynur demişdir ki, bəs o, onun onu bıçaqla vurmağınıı heç kimə deməyib gizli saxlayacaqdır. Elə həmin ərəfədə Zərərçəkmiş şəxs qardaşı Ayxan onları görmüşdür. Zərərçəkmiş şəxs onun Ayxanla aralarında əvvəllər mübahisələri olduğundan hələ Ayxanın yanına çatmamış ona maşını saxlamağını demişdir. Maşını saxlayan kimi düşüb qardaşı Ayxana tərəf getməyə başlamışdır. Artıq o, görəndə ki, ki, Aynur qardaşı Ayxana tərəf gedir və onlar qoşaşıb evlərinə getdilər, maşını sürüb öz evlərinə Bərdə şəhərinə Qarabağ qəsəbəsinə gəlmişdir.Elə həmin gecə o, bu barədə anası Kəmaləyə və bacısı Gülnarəyə bildirmişdir. Onlar da onu qınamışlar, demişlər ki, özünü niyə bədbəxt etmişdir. O, onu da qeyd edir ki, gecə saat 02 radələri və bələkə bir az çox olardı ki,ona Aynurun qardaşı Ayxan zəng edib bildirmişdir ki, onların qapısının qarşısına gəlsin.O da Ayxana səhər polisə gedib ondan Bərdə rayon polis şöbəsinə etmiş olduğu şikayətini geri götürəcəkdir. Belə ki, o, 1 ay bundan əvvəl Ayxan onu öz qapılarında bıçaqla əlinə vurduğundan o, ondan şikayət etmişdir. Həmin işə Bərdə RPŞ- nin İB- nin müstətiqi Kənan müəllim baxır. Ona telefonda Ayxan demişdir ki, o, həyat yoldaşı Aynurla barışıın gedib ailəsi ilə yaşasın.Sonra o, telefonu söndürmüşdür. Sonra o, gecəni yatmışdır. Səhər saat 11 radələrində Zərərçəkmiş şəxs ona zəng etmişdir. Ona demişdir ki, gedib onun qardaşı Ayxandan şikayətini geri götürsün. Bildirmişdir ki, anası İradə artıq bilir ki, o, onu bıçaqlamışdır. Şikayətini götürməsə anası ondan gedib Bərdə rayon polis şöbəsinə şikayət edəcəkdir. O da demişdir ki, gedib şikayətini geri götürəcəkdir. Elə bir də görmüşdür ki, xəstəxanadan kimsə ona zəng vurub deyir ki, bəs O, Aynuru bıçaqlamış və o, buna görə xəstəxanya gəlməlidir.Ona həmin adını bilmədiyi qadın xeylağı olan şəxs həm də bildirmişdir ki, guya o, Aynurgilə gedib evlərində barışmaq istəyərkən onu bıçaqla vurub xəsarətləndirmişdir.Ancaq bu tamamilə yalandır.O, Zərərçəkmiş şəxs ifadəsinin əvvəlində dediyi kimi, sahədə bıçaqla vurub xəsarət yetirmişdir.O, Aynuru vurmuş olduğu bıçağı həyətlərindən keçən kanalzasiyaya tullamışdır. Kanalzasiya onların həyətdən keçdiyindən və daimə gur su axdığından bıçağı da su aparmışdır. Həmin bıçaq mətbəx bıçağı olub, tiyəsinin uzunluğu təxminən 5-6 sm, qatlanmayan bıçaq olub, tiyəsi birtərəfli kəsici xassəyə malikdir. O, Xoştar Aynuru vuranda gecə saat 01 radələri olmuş, orada kənar heç kəs olmamışdır.Elə ikisi olmuşlar.O, Zərərçəkmiş şəxs vurandan sonra onu götürüb maşını ilə evlərinə gətirmişdir.Hadisə hardasa 5-8 dəqiqə ərzində olub qurtarmışdır.Orada nə o, Xoştar Aynura, nə də ki, Zərərçəkmiş şəxs ona söyməmişdir.O, ona görə Aynuru yaşadığı Bərdə rayonunun Əliyanlı kəndindən kənara Bərdə rayonunun Yeni-Ağalı kəndinin ərazisində yerləşən pambıq sahəsinin kənarına aparmışdr ki, onunla səmimi söhbət etsin, kimsə onların söhbətinə müdaxilə etməsin.Başqa niyyəti olmamışdır.Əgər onu öldürmək fikiri olsaydı gecə vaxtı kimsənin olmadığı bir yerdə onu öldürərdi. Onun belə bir fikiri olmamışdır. Sadəcə olaraq Zərərçəkmiş şəxs ona cavab qaytardığına görə əsəbləşib bir dəfə onun qarın nahiyəsinin sağ tərəfindən bıçaqa vurmuşdur. Vuran kimi də peşman olub maşına qoyub evlərinə gətirib evlərinin yaxınlığında maşından düşürüb qardaşı Ayxana bu əsasda təhvil verib çıxıb evlərinə getmişdir.O, elədiyi bu əməlindən tam peşmandır. Sadəcə olaraq Zərərçəkmiş şəxs qızı ondan boşandığnı və özünün sərbəst olduğunu necə lazım gəlsə hərəkət edə biləcəyini dediyindən o da onun bu sözünə dözməyib bıçaqla onu cəmi bir dəfə qarının sağ yan tərəfindən vurub ona həmin daxilə keçən xəsarət yetirmişdir.Hazırda onlar barışmışlar. Aynur onunla barışması barədə ərizə də vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 12.05.2002-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 27 sentyabr 2018- ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur. 2018- ci ilin noyabr ayında hamilə qaldığından, 27 iyul 2019-cu ildə onun bir qızı X8 anadan olmuşdur.Ancaq münasibətləri tutmadığından 2020-ci ilin iyun ayından çıxıb anasının yanına gəlib qızı Yağmurla anasının Bərdə rayonunun Əliyanlı kəndində yaşadığı evində yaşamağa başlamışdır.O, anasıgildə yaşayandan sonra Rəşad qızı Yağmurla görüşmək istədiyini bildirmiş o, da Rəşada “sən uşaq qədiri bilən olsaydın heç biz ayrılıb ayrı yaşamazdıq” demişdir.Rəşad da bu işdə onun günahkar olduğunu bildirmişdir 22 avqust 2021- ci il tarixdə gecə saat 24 radələrində ona mobil telefonuna zəng vuraraq səmimi halda onunla danışmağa başlamışdır.Ona Rəşad telefonda demişdir ki, o, onun xeyrinə sözlər deyəcək, ona sirlər açıb deyəcəkdir.Rəşad ona demişdir ki, elə onların Bərdə rayonunun Əliyanlı kəndində evlərinin hardasa 300-400 metrliyində idarə etdiyi Hyundai Elentra markalı maşını ilə gəlib dayanıb onu gözləyir, çıxıb gəlsin maşınla bir kənara çıxıb söhbət etsinlər.O da evdə anasına və kimsəyə demədən kəndarası yola çıxıb gəlib Rəşadın maşının yanına çatanda, Rəşad ona avtomobildə qabaq sağ oturacaqda əyləşməsini xahiş etmişdir.O da qabaq sağ oturcaqda əyləşmişdir.Rəşad ona bildirmişdir ki, avtomobili Əliyanlı kəndi ərazisində kimsənin olmadığı bir yerə sürüb saxlayacaq və elə həmin yerdə söhbət edəcəklər.O, maşını idarə edib əvvəlcə Əliyanlı kəndinin yaxınlığında olan sahəlik olan yerə sürəndə görmüşlər ki, sahədə adam var. Ona görə də o, avtomobili sürüb başqa yerə getmələrini bildirmişdir. O, getmək istəməsə də Rəşad ona demişdir ki, bu elə bir söhbətdir ki, kiminsə yanında etmək olmaz.Onlar hərəkət edib Bərdə rayonunun Yeni-Ağalı kəndi ərazisində olan pambıq əkilmiş bir sahənin kənarına orada olan iri gövdəli bir ağacın yanına gəlib çıxmışlar. Orada Rəşad avtmobili saxlamış maşından düşməyini bildirmişdir. O da maşından yerə düşmüşdür.Rəşad ona bildirmişdir ki, o, onu ona görə evinə qaytarmır ki, guya onun adına söz çıxıbdır. O da demişdir ki, bu yalandır. Ancaq Rəşad ona bildirmişdir ki, guya o, kiminləsə oturub- durur, əylənir, ona görə də onu öz evinə qaytarmır.Həm də ona demişdir ki, o, nəyə görə onun qızı Yağmurla görüşməsinə imkan vermir. O da Rəşada cavabında “sən uşaq qədiri bilən olsaydın mən heç anam evinə getməzdim, bir yerdə yaşayardıq” cavabını vermişdir.Bundan sonra Rəşad əsəbləşib ona əxlaqsız dediyindən o da cavabında Rəşada “biz artıq ayrılmışıq, sən mənim işlərimə qarışa bilməssən, mən nə edirəm özüm bilirəm” demişdir. Rəşad da özünün adının onun adı ilə bağlı olduğunu bildirmişdir.Onlar belə mübahisə edəndə o deyəndə ki, Rəşad onun işinə qarşımasın. Rəşad üstündən mətbəx bıçağını çıxarıb onun qarnımın sağ tərəfindən biçaqla bir dəfə vurmuşdur. Vurandan sonra o, qorxmuşdur ki, Rəşad onu yenə vurar burada da kimsə yoxdur, çöllük bir sahədir.Rəşada yalvarmışdır ki, onu bir daha vurmasın, uşaları Yağmuru yetim qoymasın. Rəşad da bir daha onu vurmamış və maşınına əyləşdirib özü də elədiyindən peşman olub bu nədir, mən etdim deyib, onu yaşadığı Bərdə rayonunun Əliyanlı kəndinə evlərinin 400-500 metrliyinə gəlib çıxarakən artıq gecə saat 02 radələri olmuşdur. Qardaşı Orxanın hava isti olduğundan onun yolda olduğunu görən Rəşad aralarında inciklikləri olduğundan maşını saxlamışdır.O, maşından düşüb qardaşı Orxana tərəf gedib ona qoşulub evlərinə getmişlər. Rəşad da maşını sürüb çıxıb getmişdir. O, həmin gecə Rəşadın onu bıçaqla vurub xəsarət yetirmiş olduğunu nə anası İradəyə, nə də ki, qardaşı Ayxana deməmişdir. Onlardan gizli saxlamışdır. Ancaq səhər saat 09 radələrində artıq görmüşdür ki, ağrıları artır, anasına bu barədə bildirmişdir. Bundan sonra anasıgil onu Bərdə RMX- na gətirmişlər.O, əməliyyat olunmuşdur. O onu da qeyd edir ki, onun qardaşı Ayxan bu hadisədən əvvəl Rəşadla onların evinin həyətində dalaşmışdır. Dalaşmaya səbəb Ayxanın Rəşadaın nəyə görə ailəsi ilə barışmadığını ailəsini saxlamamsını ona deməsi olmuşdur. Elə bu söz-söhbət zamanı qardaşı Ayxan da Rəşadın əlindən bıçaqla vurub ona xəsarət yetirmişdir. Həmin işə isə Bərdənin müstəntiqi olan Kənan müəllim baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O,xx.xx.1988-ci ildə Bərdə şəhərində anada olmuşdur. 2018- ci ilin sentyabr ayının 7 də oğlu Təqsirləndirilən şəxs 12.05.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur.Həmin vaxtdan oğlu Rəşadla Zərərçəkmiş şəxs Tural qızı birlikdə onunla bir evdə yaşamışlar. Elə həmin vaxtdan da Xoştar X12 yola getməmişdir. Elə bu səbəbdən də onlar boşanmışlar.18 mart 2021- ci il tarixdən isə oğlu Təqsirləndirilən şəxs azyaşlı qızı X5 aliment verilməsi barədə məhkəmə qərar qəbul etmişdir. Ancaq aliment verilməzdən 3 ay əvvəl Zərərçəkmiş şəxs yenə qayıdıb Rəşadla may ayının axırına qədər bir yerdə yaşamışlar. 23 avqust 2021- ci il tarixdə baş vermiş bıçaqlanma hadisəsi ilə ələqədar onu deyə bilər ki, 23.08.2021-ci il tarixdə gecə saat 02 radələrində oğlu Rəşad idarə etdiyi Hyundai Elentra markalı 99-0U-287 dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə gəlmişdir. Evlərinə gələndən sonra ona və bacısı Gülnara bildirmişdir ki, bəs Zərərçəkmiş şəxs bıçaqlayıbdır. O, ilk əvvəl inanmamışdır. Ancaq sonradan inanmışdır. Belə ki, oğlu ona Zərərçəkmiş şəxs Tural qızını vurmuş olduğu mətbəx bıçağını göstərəndə baxıb görmüşdür ki, bıçağın tiyəsi azca əyilib ancaq üzərində heç bir qan izi olmadığından elə bu səbəbdən o, ilk əvvəl Rəşdın həmin bıçaqla Zərərçəkmiş şəxs vurmasına inanmamışdır.Həmin vaxt O, Rəşada demişdir ki, bəs bıçağı o, görməsin. Oğlu da bıçağı aparıb həyətlərində olan kanalzatsiyaya atmışdır. Bundan sonra ona oğlu Rəşad bildirmişdir ki, bəs onu Xoştar Aynur Tural qızı pisikdirdiyindən, əxlaqsızlıq etdiyindən Zərərçəkmiş şəxs Bərdə rayonu Yeni- Ağalı kəndi ərazisində yerləşən pambıq sahəsinin kənarına aparıb orada bıçaqla onu vurub xəsarət yetirmişdir.O, onu da qeyd edir ki, 22.08.2021-ci il tarixdə Zərərçəkmiş şəxs özü Rəşada zəng vurub onu kəndlərinə çağırtdırıb və bundan sonra onun maşını ilə hərəkət edib və son nəticədə oğlu Rəşad əsəbləşib onun qarın nahiyəsindən bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır.Qardaşı Rəşad xx.xx.1988- ci ildə Bərdə şəhərində anadan olmuşdur. 2018-ci ilin sentyabr ayının 7 də qardaşı Təqsirləndirilən şəxs 12.05.2002ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur.Həmin vaxtdan qardaşı Rəşad Zərərçəkmiş şəxs ilə birlikdə onun anası Kəmalə ilə bir evdə yaşayamışlar. Elə həmin vaxtdan da Zərərçəkmiş şəxs qardaşı Rəşadla yola getməmişlər.Elə bu səbəbdən də onlar boşanmışlar.18 mart 2021- ci il tarixdən isə qardaşı azyaşlı X5 aliment verilməsi barədə Bərdə rayon məhkəmə tərəfindən qərar qəbul edilmişdir. Ancaq aliment verilməzdən 3 ay əvvəl Aynur yenə qayıdıb Rəşadla may ayının axırına qədər bir yerdə yaşamışlar. 23 avqust 2021-ci il tarixdə baş vermiş bıçaqlanma hadisəsi ilə ələqədar onu deyə bilər ki, 23.08.2021-ci il tarixdə gecə saat 02 radələrində qardaşı Rəşad idarə etdiyi Hyundai Elentra markalı 99-0U-287 dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə gələndə o da anası Kəmalgildə olmuşdur.Evlərinə gələndən sonra ona və anası Kəmaləyə Rəşad bildirmişdir ki, bəs Aynuru bıçaqlamışdır. O və anası ilk əvvəl buna inanmamışlar. Ancaq sonradan inanmışlar. Belə ki, qardaşı Rəşad ona və anası Kəmaləyə Aynuru vurmuş olduğu mətbəx bıçağını göstərəndə baxıb görmüşlər ki, bıçağın tiyəsi azca əyilib ancaq üzərində heç bir qan izi olmadığından elə bu səbəbdən onlar ilk əvvəl onun həmin bıçaqla Aynuru vurmasına inanmamışlar. Həmin vaxt Rəşad özü də and içmişdir ki, bəs o, Aynuru bıçaqla vurmuşdur. Anası Kəmalə əsəbləşib Rəşada demişdir ki, bəs bıçağı o görmək istəmir, o bıçaqdan irgənir, Rəşad bıçağı tullasın. Qardaşı Rəşad da bıçağı aparıb həyətlərində olan kanalziatsiyaya quyusunu atmışdır. Bundan sonra qardaşı Rəşad bildirmişdir ki, bəs onu Zərərçəkmiş şəxs pisikdirdiyindən, əxlaqsızlıq etdiyindən Xoştar Aynuru Bərdə rayonu Yeni-Ağalı kəndi ərazisində yerləşən pambıq sahəsinin kənarına aparıb orada bıçaqla onu vurub xəsarət yetirmişdir. O, onu da qeyd edir ki, 22.08.2021-ci il tarixdə Aynur özü onun qardaşı Rəşada zəng vurub onu kəndlərinə çağırtdırıb və bundan sonra Rəşadın maşını ilə hərəkət edib və son nəticədə qardaşı Rəşad əsəbləşib onun qarın nahiyəsindən qeyd etdiyi yerdə bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı onun qızıdır. O, 12.05.2002-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 2018- ci ilin sentyabr ayında qızı Xoştar X11 Rəşad Musa oğlu ilə ailə həyatı qurmuşdur.Həmin vaxtlar onlar Rəşadın anası evində yaşamışlar. Elə həmin vaxtdan da Rəşad Aynurla yola getməyib, ona qısqanmağa başlamışdır. Bu mübahisələri onların ayrılması ilə nəticələnmişdir.Düzdür onların nigahı olmasada ancaq faktiki ər- arvad kimi yaşadıqlarından və ancaq onlar valideyinlərin razılığı əsasında evləndiklərindən aralarında nigah bağlanmamışdır. Onların bir azyaşlı qızları vrdır ki, adı da Yağmurdur. Belə ki, 2020ci ilin əvvəllərində qızı Zərərçəkmiş şəxs uşağı Yağmuru da götürüb çıxıb onun Bərdə rayonunun Əliyanlı kəndində yaşadığı evinə gəlib onunla yaşamağa balamışdır. Arada o onu danlamış demişdir ki, ailəsini dağıtmasın, çıxıb getsin. O da yenə çıxıb Rəşadın yanına getmişdir. Ancaq yenə də bir yerdə yaşaya bilmədiklərindən qayıdıb evinə onun yanına gəlmişdir.23 avqust 2021-ci il tarixdə baş vermiş bıçaqlanma hadisəsi ilə ələqədar onu deyə bilər ki, 23.08.2021-ci il tarixdə gecə saat 02 radələrində qızı Zərərçəkmiş şəxs evə gəlmişdir. Həmin vaxt o, hiss etmişdir ki, o, nə isə özünü pis hiss edir.Soruşdusa da ona bir söz deməmişdir.Elə demişdir ki, ağrayır. Daha o, bıçaqlandığını bilməmişdir.Ancaq səhər açılanda hardasa saat 10-30 radələri olardı ki, ona bildirmişdir ki, bəs onu gecə saat 01 radələrində Rəşad qarnından bıçaqla vurub xəsarətləndirmişdir. O, baxıb görmüşdür ki, xəsarət dərindir. Dərhal onu Bərdə RMX-na gətirmiş və onu həkimlər əməliyyat etməyə başlamışlar. Həmin vaxt həkimlər bıçağın qarın boşluğuna keçmiş olduğunu deyərək bıçağın hadisə zamanı qızı Zərərçəkmiş şəxs əynində olan paltarlarını da zədələdiyini, yəni dəlib keçib onun qarın boşluğuna nüfüz etdiyini bildirdiklərindən, o,da qızının n həmin bıçaq zərbəsi nəticəsində zədələnmiş olan 01 ədəd şalvarını, 01 ədəd köynəyini və 01 ədəd maykasını gətirib müstəntiqə təqdim etmişdir.O, həmin hadisədən sonra qızından onu Rəşadın nə səbəbə bıçaqla vurub xəsarət yetirmiş olduğunu soruşanda qızı Zərərçəkmiş şəxs Rəşadın onu maşını ilə Yen-Ağalı kəndi ərazisində pambıq sahəsinin kənarına aparıb və ona onun barəsində xoşagəlməz sözlər deyildiyini deyib və qızı Yağmurla görüşməsinə imkan vermədiyini bildirib və həmin vaxt qızı Zərərçəkmiş şəxs da artıq onların ayrılmış olduğunu, Rəşadın onun işlərinə qarşımamasını deyərkən, Rəşad da əsəbləşib bıçaqla Zərərçəkmiş şəxs qarnından bir dəfə vuraraq ona xəsarət yetirib və sonra da maşınına qoyub gətirib evlərinin yanında düşürüb çıxıb getmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Tural qızı onun bacısıdır. O, 12.05.2002-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 2018-ci ilin sentyabr ayında bacısı Xoştar X11 Rəşad Musa oğlu ilə ailə həyatı qurmuşdur. Düzdür onların nigahı olmasa da ancaq faktiki olaraq evlənmişlər. Belə ki, onlar Rəşadın anası evində yaşamışlar. Elə həmin vaxtdan da Rəşad Zərərçəkmiş şəxsla yola getməmiş, ona qısqanmağa başlamışdır. Bu mübahisələri onların ayrılması ilə nəticələnmişdir. 2020-ci ilin əvvəllərində bacısı Zərərçəkmiş şəxs uşağı Yağmuru da götürüb çıxıb onun anasının yaşadığım Bərdə rayonunun Əliyanlı kəndində olan evlərinə gələrək onlarla birlikdə yaşamağa balamışdır. Arada o və anası onu danlamış və demişlər ki, ailəsini dağıtmasın, çıxıb getsin Rəşadla yaşasın. O da yenə çıxıb Rəşadın yanına getmişdir. Ancaq yenə də bir yerdə yaşaya bilmədiklərindən qayıdıb evlərinə onun yanına gəlmişdir. 23 avqust 2021-ci il tarixdə baş vermiş bıçaqlanma hadisəsi ilə ələqədar onu deyə bilər ki, 23.08.2021-ci il tarixdə gecə saat 02 radələrində bacımsı Zərərçəkmiş şəxs evə gəlmişdir. Həmin vaxt o, evlrinə gələrkən o, hava isti olduğundan evlərinin yaxınlığında olan yolda olmuşdur. O, hiss etmişdir ki, o, nə isə özünü pis hiss edir.Soruşsa da ona bir söz deməmişdir..Elə demişdir ki, ağrayır. O, da düşünmüşdür ki, yəqin nə isə xəstələnib ağrınır. Daha həmin vaxt o, bilməmişdir ki, bacısı Rəşad tərəfindən bıçaqlanmışdır.Ancaq səhər açılanda hardasa saat 10-30 radələri olardı ki, bacısı onlara bildirmişdir ki, bəs onu gecə saat 01 radələrində Rəşad qarnından bıçaqla vurub xəsarətləndirmişdir.Onlar baxıb görmüşlər ki, xəsarət dərindir. Dərhal onu Bərdə RMX-na gətirmişlər və onu həkimlər əməliyyat etməyə başlamışlar. Həmin vaxt həkimlər bıçağın qarın boşluğuna keçmiş olduğunu deyərək bıçağın hadisə zamanı bacısı Zərərçəkmiş şəxs əynində olan paltarlarını da zədələdiyini , yəni dəlib keçib onun qarın boşluğuna nüfüz etdiyini bildirdiklərindən anası İradə həmin bıçaq zərbəsi nəticəsində zədələnmiş olan 01 ədəd şalvarı, 01 ədəd köynəyi və 01 ədəd maykanı gətirib polisə təqdim etmişdir. O, həmin hadisədən sonra bacısından onu Rəşadın nə səbəbə bıçaqla vurub xəsarət yetirmiş olduğunu soruşanda bacısı ona demişdir ki, Rəşad onu maşını ilə Yeni- Ağalı kəndi ərazisində pambıq sahəsinin kənarına aparıb və ona onun barəsində xoşagəlməz sözlər deyildiyini deyib və qızı Yağmurla görüşməsinə imkan vermədiyini bildirib və həmin vaxt bacısı Zərərçəkmiş şəxs da artıq onların ayrılmış olduğunu, Rəşadın onun işlərinə qarşımamasını dediyindən Rəşad da əsəbləşib bıçaqla Aynurun qarnından bir dəfə vuraraq ona xəsarət yetirib və sonra da maşınına qoyub gətirib evlərinin yanında düşürüb çıxıb getmişdir.Bütün bunlardan sonra o, bilmişdir ki, belə bir hadisə baş vermişdir. Onu da qeyd edir ki, o, bu hadisədən bir-neçə ay əvvəl bacısı Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında elə bu məsələ üstündə, yəni onun bacısı ilə niyə yola getməyib onu saxlamaması üstündə onların həyətində mübahisələri olarkən üstündə olan cib bıçağı ilə Rəşadın əlindən vurub ona yüngül xəsarət yetirmişdir. Onların həmin işinə Bərdə RPŞ-nin müstəntiqlərindən bir olan Kənan Firudunlu baxmışdır. Bunları deməkdə onun məqsədi odur ki, hər bir qardaş kimi o da istəməmişdir ki, bacısının həyatı dağılsın və elə bu münasibət zəminində Rəşadla aralarında həmin hadisə baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 avqust 2021-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmin cinayət işinin başlanmasına səbəb 23 avqust 2021-ci il tarixdə Bərdə RMX- dan Zərərçəkmiş şəxs yaşadığı ünvanda həyat yoldaşı tərəfindən qarın nahiyəsindən bıçaqla xəsarət yetirilməsi nəticəsində Bərdə RMX- na daxil olması barədə sonuncu ünvandan Bərdə rayon polis şöbəsinə telefonla verilmiş məlumat,əsas isə həmin məlumat əsasında Bərdə RPŞ- nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən ilkin araşdırma aparılması əsasında toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Baxış zamanı hadisə yerinin Bərdə rayonunun Yeni- Ağalı kəndi ərazisində yerləşən pambıq əkilmiş sahənin sol tərəfində olan iri gövdəli palıd ağacının yanında baş vermiş olduğu və həmin yerin göy otluq sahədən ibarət olub sağ tərəfində müxtəlif növ kolluq hissələrin yerləşdiyi, qarşı hissəsindən isə avtomobilləri hərəkəti üçün torpaq yolun olmuş olduğu , həmin yolun pambıq sahələrinə gedən avtomobillər üçün , yəni həmin yerdə sahələrdə işləyən şəxslərin həmin yerə getmələri üçün nəzərdə tutulmaqla, torpaq örtüklü yol olub, yolun hərəkət hissəsinin eninin 5 metr olduğu, həmin yerdə hər hansı bir yaşayış sahəsinin və ya hər hansı bir xidmət göstərən obyektin olmadığı, palıd ağacının arxa tərəfind 15-20 metrliyində müxtəlif növ ağacların olmuş olduğu bir yerdən ibarət olmuş olduğu müəyyən olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Musa oğlu məhz həmin yerdə gecə saat 01 radələrində sabiq həyat yoldaşı Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşaraq bıçaqla onun qarın nahiyəsinin sağ ön tərəfindən bir dəfə vuraraq xəsarət yetirmiş olduğunu bildirdiyindən həmin yerdə baş vermiş hadisə ilə ələqədar əhəmiyyət kəs bedən qan ləkələrinə bənzər ləkələr və ya hər hansı bir alət aşkar olunmamışdır.Hadisə yerinə baxış zamanı hadisə yerinin videoçəkilişi aparılaraq həmin videoçəkiliş 01 ədəd diskə köçürülərək disk bu barədə tərtib olunmuş protokola əlavə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlu 23 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 avqust 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid4 qızının təqdim etdiyi bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 27.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bərdə RİHB-nın Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli 4867 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Musa oğlu həqiqətən Bərdə şəhəri Qarabağ qəsəbəsində yaşayır və 2002-ci il təvəllüdlü həyat yoldaşı (kəbini yoxdur) Zərərçəkmiş şəxs və 2019-cu il təvəllüdlü qızı X3 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bərdə RİHB-nın Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri Qarabağ qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.10.2019-cu il tarixli AZ-İV nömrəli doğum haqqında şəhadətnamənin surətndən görünür ki, 27.07.2019-cu il təvəllüdlü X1 Rəşad Musa oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 avqust 2021-ci il tarixli 4(021)-91/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 23 avqust 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 07.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Musa oğlunun əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, MTE və PA Birliyinin Bərdə rayonlarası zona mərkəzinin 18 sentyabr 2021-cu il tarixli 805 saylı rəydindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-qarının sağ ön divarından daxilə keçən kəsilmiş-deşilmiş yarası deşici- kəsici alət, ola bilsin ki, bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən 23.08.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Kriminalistika şöbəsindən alınmış 24 sentyabr 2021-ci il tarixli 554 saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi kriminalstik tədqiqinə qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən aşağıdakı nəticəyə gəlirəm: Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin, maykanın, və şalvarın ön hissəsinin sağ nahiyəsində bir ədəd deşilmiş- kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 29.10.2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilib, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Naziliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anotomiya Birliyinin Məhkəmə- Tibbi Biologiya şöbəsinin 14 oktyabr 2021- ci il tarixli 689 saylı rəyindən görünür ki,ekspertizaya müqayisəli tədqiqat üçün təqdim edilmiş Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən sənəd üzrə axtarış vərəqinin kserosurətində olan “İY-RLUS” məzmunlu qeyd onun qan qruppunun qəbul olunmuş müasir üzrə AB(Rh+) olması anlamına gəlir (şəxsiyyət vəsiqəsinə bax). Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus çiyinlikləri yastı ip şəkilli , qolsuz qara rəngli köynək və pijama üzərində olan ləkələrdə insan qanı aşkar olundu.Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda antigenlər qismində “A“ və “B” antigenləri alındı.Aqqlyutininlər alınmadı.ABO sistemi üzrə yuxarda göstərilən hər iki antigen alındığından burada ləkələrdə olan qanın qrup mənsubiyyəti barədə birmənalı fikir söyləmək olmaz.Belə ki, iş materialları , qan ləkələrinin ölçü və xarakteri nəzərə alınmaqla ləkələrin bir şəxsin qanı hesabına yarandığı halında ləkələr ABO sistemi üzrə qrupunda eyni zamanda göstərilən hər iki antigen olan AB ( İY) qruplu şəxsə , o, cümlədən də həmin qan qrupuna malik Zərərçəkmiş şəxs məxsus ola bilər.Lakın, alınmış göstəricilər ləkələrin ayrılıqda A( İİ), B (İİİ), AB ( İY) qruplu şəxslərin qarışmış qanları hesabına yarana bilməsi mümkünlüyünü də inkar etmir. Zərərçəkmiş şəxs məxsus digər qara rəngli qısaqol köynəyin üzərində olan ləkələrdə , o, cümlədən həmin köynəkdə olan toxuma zədəsinin ətrafında və kənarlarında qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Hadisə zamanı iş üzrə Zərərçəkmiş şəxs əynində olmuş və Təqsirləndirilən şəxs ona sağlamlığına ağır zərər yetirərkən bıçaq zərbəsi nəticəsində zədələnmiş və müvafiq ekspertiza tədqiqatından keçmiş 01 ədəd köynək və 01 ədəd mayka və 01 ədəd şalvar, hadisə yerinə baxış keçirilməsi əsasında həmin hadisə yerinin videogörüntüləri özündə əks etdirən və bu barədə tərtib olunmuş protokola əlavə edilmiş 01 ədəd disk maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən elan olunacaq ittiham üzrə olan faktiki halların müəyyən olunub sübuta yetirilməsinə dəlalət etdiyindən, həmin madddi sübutlar cinayət işinin istintaq materialları və maddi sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanış olma mərhələsi başa çatana qədər cinayət işinin istintaq materiallarında saxlanaraq və həmin maddi sübutlardan hadisə yerinə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən və baxış protokoluna əlavə edilmiş 01 ədəd disk cinayət işinin istintaq materialında, 01 ədəd köynək və 01 ədəd mayka və 01 ədəd şalvar isə zərurət aradan qalxandan sonra Bərdə RPŞ-də maddi sübutların saxlanc anbarında saxlanması üçün təhvil verilməsi təmin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 19.01.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilib, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, ona dəyimiş ziyanın ödənilməsini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 23 avqust 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd qadın köynəyi, 01 ədəd mayka (qadın köynəyi) və 01 ədəd şalvar (pijama) qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 01 ədəd disk isə cinayət işinin materialında saxlanılmalıdır. Bundan əlavə cinayət işinin ibtida istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Bərdə rayon vəkil bürosunun vəkili X9, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 işlədiyi Bərdə rayon vəkil bürosunun hesabına 192 manat, Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd qadın köynəyi, 01 ədəd mayka (qadın köynəyi) və 01 ədəd şalvar (pijama) qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 01 ədəd disk isə cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 32 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 işlədiyi Bərdə rayon vəkil bürosunun hesabına 192 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-136/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-136/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver