Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-137/2021 15.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X4 iştirakları ilə, xx.xx.1987-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən naməlum tarixdə və vaxtda qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda –8,757 qram çəkidə narkotik vasitə heroini, 11,952 qram çəkidə psixotrop maddə metamfetamini və 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq Bərdə şəhəri, Gəncə küçəsi, ev 14 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və adı çəkilən şöbənin inzibati binasının xidməti otaqlarından birində saat 07:50dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki cins şalvarın ön sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sellofan bükümdə 8,757 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 11,952 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, 27 avqust 2020-ci il tarixində səhərə yaxın saat 5-ə işləmiş yataqda yatdığı zaman 20 nəfər qara masqalı və əli avtomatlı adamlar içəri girmiş, onu yerə uzadaraq qoluna qandal vurub, maşına aparmışlar. O, sonradan paltarlarını geyinmişdir. Onu Bərdə şöbəsinə aparmışlar, orada otaqların birində cibinə narkotik vasitəni qoymuşlar və ailəsilə hədələyərək, əgər boynuna almasa ailə üzvlərinin də üzərindən narkotik vasitə çıxacağını bildirmişlər. O, da məcbur qalaraq həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, o narkotik vasitə istifadəçisidir və evindən aşkarlanan tərəzi mərhum dostu Cavid tərəfindən ona hədiyyə edilmişdir, belə ki, mərhum dostu Cavid qızıl alqı satqısı ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. O, narkotik vasitənin ancaq nəşə növündən istifadə etmiş, digər növlərindən isə istifadə etməmişdir. Lakin narkotik vasitənin digər növlərinə də marağı olmuşdur. Lazım olanda narkotik vasitə qurudulmuş marixuananı Bərdə şəhərində tanımadığım şəxslərdən almışdır. 25 avqust 2020-ci il tarixdə yaşadığım evin yaxınlığında gəzərkən orada yerləşən 06 nömrəli orta məktəbin yanında yolun kənarında bir ədəd şəffaf rəngli sellofanın olduğunu görmüşdür. Həmin sellofana yaxınlaşaraq sellofanı götürüb zibil qutusuna atmaq istəmişdir. Lakin sellofanı qaldırdıqda içərisində nəyinsə olduğunu görmüşdür. Sellofanın içərisinə baxdıqda içərisində iki ədəd şəffaf rəngli bükümün və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün olduğunu görmüşdür. Həmin bükümlərə baxdıqda siqaretin gümüşü kağızına bükülmüş bükümdə narkotik vasitə qurudulmuş marixuana, digər şəffaf rəngli bükümdə psixotrop maddə metamfetamin və digərində isə narkotik vasitə heroin olduğunu görmüşdür. Özü narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün həmin siqaretin gümüşü kağızına bükülmüş bükümü götürmək qərarına gəlmişdir. Heç vaxt heroin və metamfetamin istifadə etməsə də onların necə göründüyünü çox yaxşı bilmişdir. Həmin bükümləri zibil qutusuna atmaq istəsə də sonradan uşaqların əlinə keçə biləcəyini düşündüyü üçün həmin bükümləri də götürmək qərarına gəlmişdir ki, sonradan heç kəsin olmadığı yerdə açıb içini boşaldar. Bütün bükümləri sellofan torba qarşıq götürüb cibinə qoymuşdur. 27 avqust 2020-ci il tarixdə saat təxminən 05 radələrində siqaret çəkmək məqsədi ilə yaşadığı evin qarşısına çıxmışdır. Siqaret çəkə-çəkə bükümlərin hələdə cibində olduğunu və onları tullamaq üçün yerə tapa bilmədiyini fikirləşmişdir. Həmin bükümləri evdəkilərin görməməsi üçün üzərində gəzdirmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 26 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmiş və həmin qərar Baş İdarənin rəisi tərəfindən təsdiqlənmişdir. Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirilmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs Bərdə şəhərində olduğunu öyrəndikləri üçün əməliyyat qrupunu digər üzvü Şahid2 ilə birlikdə Bərdə şəhərinə gəlmişdir. 27 avqust 2020-ci il tarixdə saat 05:00 radələrində Bərdə şəhəri, Gəncə küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında olduğunu öyrəndikləri üçün həmin vaxt qeyd edilən ünvana gəlmişlər və bir nəfər şəxsin həmin yerdə tək dayandığını və siqaret çəkdiyini görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin anket məlumatlarını soruşub Təqsirləndirilən şəxs oluğunu müəyyən etdikləri üçün ona onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olduğunu, bu məqsədlə Bərdə Rayon Polis Şöbəsinə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən razılaşıb polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış başlamış, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı, şalvarının arxa sol yan cibindən bir ədəd telefonu, şalvarının ön sol yan cibindən 1 ədəd sellofan bağlamada maddələri, şalvarının arxa sol yan cibindən 1 ədəd elektron tərəzini və bir ədəd şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılsa da başqa heçnə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəziyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həmin tərəzini dünyasını dəyişən Cabir adlı dostu ona verməsini bildirmişdir. Bir ədəd şəffaf rəngli sellofan bağlamaya baxış keçirilməsi üçün açılmış, həmin sellofan bağlamının içərisində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş halda bükümün və iki ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən edilmişdir. Siqaretin gümüşü kağızına bükülmüş halda olan bir ədəd büküm açıldıqda içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Sellofan bükümlərə baxış zamanı birinin içərisindən narkotik vasitə heroinə bənzər maddə, digər bükümün içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrə bənzər maddələri haradan və nə vaxt əldə etdiyi soruşulduqda, o, bildirmişdir ki, həmin narkotik vasitə və psixotrop maddələrə bənzər maddələri iki gün əvvəl yaşadığı evin yaxınlığında yerləşən 6 nömrəli məktəbin yaxınlığından tapmışdır və özü narkotik vasitə olan marixuana istifadəçisidir, digər maddələri isə onda maraq oyatdığı üçün üzərində saxlamışdır. Daha sonra iki ədəd şəffaf rəngli sellofan bükümdə olan maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur və onlar bir evdə yaşayırlar. 27 avqust 2020-ci il tarixində səhərə yaxın saat 5-ə işləmiş yataqda yatdıqları zaman qapı möhkəm döyülmüş, yoldaşı qapını açmış və 20 nəfər qara masqalı və əli avtomatlı adamlar içəri girmişdir. Onlar Rizvanı yataqdan qaldırıb, avtomatı başına dirəyib, əynini belə geyinməyə qoymadan əllərini qandallamışlar. Onlar həmin şəxslərə yalvararaq, Rizvanın paltarını ayaq üstə geyindirmişlər. Bundan sonra həmin adamlar niyə gəlmələri, Rizvanı hara və nə üçün aparmaları barədə heç nə demədən Rizvanı aparmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 Firdovsi Həsən oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə üzbəüz qonşudurlar. 27 avqust 2020-ci il tarixdə həyat yoldaşı xəstə olduğu üçün onunla məşğul olmuşdur. Belə ki, yoldaşının təyziqi qalxdığı üçün ona qulluq etmiş və gec olduğu üçün qonşulardan heç kimi narahat etməmişdir. Onların evi ikimərtəbəlidir. O, həmin tarixdə səhərə yaxın saat 05:00 radələrində küçədən maşın keçdiyini eşitmiş və anidən qışqırıq başlamışdır. Bundan sonra pəncərədən baxanda qara masqalı adamların Rizvanı əllərini qandallayıb apardıqlarını görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 Mahir Əjdər oğlunun ifadəsinə oxşar məzmunlu ifadə verdi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 avqust 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, 27 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının ön sol yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və həmin şalvarın arxa sol yan cibindən bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli 6/1687 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan... yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 11,952 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 8,757 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin paketdəki bir ədəd “500 g/0,1g” markalı elektron tərəzinin üzərində narkotik vasitə olan – heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün, bükümdəki heroinlə eyni tərkibli olubolmamasını müəyyən etmək mümkün olmadı. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparılmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2020-ci il tarixli 7/571 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan... “ sözləri yazılmış zərfdə bir ədəd gümüşü rəngli kağız bükülüdə təmiz çəkisi 0,063 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik tərkibli çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri yoxdur. Tərəzinin üzərində çətənə (kannabis) bitkisinə aid narkotik vasitələrin izləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisəli tədqiqat aparılmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 23 noyabr 2020-ci il tarixli, 3269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 07 oktyabr 2020-ci tarixli, 6801 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 avqust 2020-ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 8,657 qram narkotik vasitə heroin, 11,852 qram psixotrop maddə metamfetamin, 0,043 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 noyabr 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olubolmaması, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2020-ci il tarixli 5816 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailə üzvləri, anası, atası və iki qardaşı ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli olan şəxsin tutulması haqqında” 27 avqust 2020-ci il tarixli protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 24 sentyabr 2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, narkotik vasitənin sonradan onun üzərinə qoyulmasını, əgər narkotik vasitəni boynuna almasa ailə üzvlərinin üzərindən də narkotik vasitə çıxacağı ilə onu hədələmələrinə dair ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və özünün ibidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş və cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından məhkəmə həmin ifadəni yalan ifadə kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs ailə üzvləri və yaxın qonşuları olduqlarından şahidlər X9, X7, X16 və X6 verdikləri ifadələrini təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirib işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 11,952 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 8,757 qram çəkidə psixotrop maddə metamfetamini və 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla qanunsuz olaraq Bərdə şəhəri, Gəncə küçəsi, ev 14 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və adı çəkilən şöbənin inzibati binasının xidməti otaqlarından birində saat 07:50-dən keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki cins şalvarın ön sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 11,952 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 8,757 qram çəkidə psixotrop maddə metamfetamin və arxa sol yan cibindən bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla daşıması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs 11,952 qram çəkidə psixotrop maddə metamfetamini, 8,757 qram çəkidə narkotik vasitə heroini və 0,063 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitə və psixotrop maddənin növü və aşkar edilmiş heroinin çəkisinin külli miqdarda olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitələrin və psixotrop maddənin növü və çəkisi onun satış məqsədi ilə əldə edilib üzərində saxlanılmaqla daşınması qənaətinə gəlinməyə əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçiribkeçirməməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olubolmaması, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsinə dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan da Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşımasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitə və psixotrop maddənin satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşınması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin satış məqsədi ilə deyil, qanunsuz olaraq özü qəbul etmək məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımasını təsdiq etdiyi halda, əsassız olaraq onun narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tərəzinin mərhum dostu Cavid tərəfindən ona hədiyyə edilməsinə dair ifadəsini cinayət işi üzrə mövcud sübutlara və müəyyən edilmiş işin obyektiv hallarına uyğun olduğundan doğru ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 8,757 qram heroini, 11,952 qram olan metamfetamini və 0,063 qram marixuananı satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanısını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirən halı, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 27 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 8,657 qram narkotik vasitə heroin, qalıq çəkisi 11,852 qram qalmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,043 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilməli, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 203 (iki yüz üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi1 34 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirdiyindən 204 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 8,657 qram narkotik vasitə heroin, qalıq çəkisi 11,852 qram qalmış psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,043 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilsin, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 203 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirdiyindən 204 (iki yüz dörd) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-137/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-137/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver