Məhkəmə qərarları › İş №1(100)-137/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-137/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-137/2022 03.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və vaxta satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısında təsbit edilmiş külli miqdarda yəni, ümumi təmiz çəkisi 3,306 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini, yəni, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,578 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, 1 ədəd şəffaf sellofan kəsiyin içərisində 1 ədəd qara rəngli və 2 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 1,545 qram, 0,399 qram olmaqla ümumi təmiz çəkisi 2,728 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,316 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib özünə məxsus “VAZ 21725” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qabaq oturacaqların arasında yerləşən saxlanc yerində saxlayaraq daşımış, 23 avqust 2021-ci il tarixdə, saat 20:30 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qeyd edilən nəqliyyat vasitə ilə birlikdə Bərdə rayonu Şirvanlı kəndi ərazisində “Laçın” kafesinin yaxınlığında saxlanılaraq, Bərdə RPŞ-yə gətirildikdən sonra Şöbənin inzibati binasında və həyətində müvafiq olaraq sonuncunun üzərinə şəxsi axtarış və götürmə, avtomobilinə isə baxış istintaq hərəkətləri keçirilən zaman üzərindən və həmin avtomobilin salonundan yuxarıda qeyd olunmuş narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 7-8 ay əvvəldən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 23 avqust 2021-ci il tarixdə saat 20 radələrində özünə məxsus avtomaşını ilə Bərdə rayonu, Şirvanlı kəndində paltar almağa gedən zaman “Laçın” kafesinin yaxınlığında Bərdə RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq, avtomaşını ilə birlikdə polis şöbəsinə aparmışlar. Şöbədə o, üzərində olan şəxsi istifadəsi üçün saxladığı 1 ədəd şəffaf sellofan bükümdə olan heroini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən çıxarıb onlara təqdim edərək, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra Polis İdarəsində ona polis əməkdaşları tərəfindən təyziq göstərilmişdir. Belə ki, polis əməkdaşları daha sonra ona məxsus VAZ 21725 markalı avtomibilində də narkotik vasitənin olmasını bildirməsini tələb etmiş, əks təqdirdə onun üzərindən və avtomobilindən çıxan narkotikin çəkisinin 2 kq olacağını demişlər. Üzərinə video çəkilişlə şəxsi axtarış aparıldıqdan sonra çəkilişi saxlayıb ona yenidən təzyiqlər göstərilərək avtomobilinin yanına aparılmış və bundan sonra çəkiliş qaldığı yerdən davam etdirilmişdir. O, bunu eşidən kimi polis əməkdaşlarına azyaşlı övladının olduğunu, bu qədər haqsızlıq etməmələrini xahiş etmişdir. Lakin buna baxmayaraq polis əməkdaşları ona təyziq etməyə davam etmişlər. O, təziqlərə dözə bilmədiyinə görə razılaşıb etiraf etmişdir ki, avtomobilindən çıxan narkotik vasitələr və tərəzi ona məxsusdur. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq, heç kimə narkotik vasitə satmadığını, avtomobilində hər hansı narkotik vasitə olmadığını, üzərindən aşkar edilən heroini öz istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə özünə məxsus “VAZ 21725” markalı **- MF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını vardır. O, təxminən cari ilin əvvəllərindən narkotik vasitə hesab edilən marixuana və heroindən istifadə etmişdir. 22 avqust 2021-ci il tarixdə təxminən saat 18-radələrində yaşadığı qəsəbədə piyada gəzən zaman zibillikdə şəffaf rəngli sellofanda olan qara rəngli əşya marağını cəlb etmişdir. Ora yaxınlaşıb həmin şəffaf sellofanı götürmüşdür. Sellofanın içərisində olan qara rəngli əşyanın tərəzi olmasını və onun yanında bir ədəd şəffaf rəngli sellofan kəsiyinin içərisində bükümlərin olmasını görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümlərdəkilərin narkotik vasitə olan heroin və qurudulmuş marixuana olmasını görmüşdür. Şəxsi istifadəsindən ötrü 1 ədəd şəffaf sellofan bükümdə olan heroini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibinə, 1 ədəd şəffaf sellofanın içərisində 1 ədəd qara rəngli və 2 ədəd şəffaf rəngli bükümlərində olan heroini, 1 ədəd ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuananı isə özünə məxsus “VAZ 21725” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qabaq oturacaqların arasında yerləşən saxlanc yerinə qoymuşdur. Həmçinin, qara rəngli tərəzini isə avtomaşınının salonunda arxa oturacağın üzərinə qoymuşdur. Sonuncu dəfə 23 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində özünə məxsus avtomaşın ilə Bərdə rayonu Şirvanlı kəndində paltar almağa gedən zaman “Laçın” kafesinin yaxınlığında Bərdə RPŞ-nin polis əməkdaşları ona yaxınlaşmışdır. O, üzərində və avtomobilində narkotik vasitələr olması səbəbi ilə polis əmakdaşlarından qaçmaq istəmiş, lakin, qaça bilməmişdir. Polis əməkdaşları onu avtomaşını ilə birlikdə polis şöbəsinə gətirmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə, avtomaşınına isə baxış istintaq hərəkəti keçirilmişdir. Bu zaman polis əməkdaşları tərəfindən üzərində və avtomaşınında olan narkotik vasitələr aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. O, özü də etiraf etmişdir ki, həmin narkotik vasitələr ona məxsusdur, şəxsi istifadəsindən ötrü üzərində və avtomobilində saxlamışdır. Əlavə olaraq qeyd bildirmişdir ki, o, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə narkotik vasitə və ya onun prekursorlarını satmamışdır. Üzərindən və avtomobilindən aşkar edilərək götürülən narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün üzərində və avtomobilində saxlamışdır. Tutduğu əməldən peşmandır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili işləyir. 23 avqust 2021-ci il tarixdə polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, idarə etdiyi **-MF-*** qeydiyyat nişanlı avtomobili ilə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 20:30 radələrində onun, Bərdə rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 və PPXB-nin polis nəfəri Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi **-MF-*** qeydiyyat nişanlı avtomobil ilə birlikdə Bərdə rayonu Şirvanlı kəndində “Laçın” kafesinin yaxınlığında saxlanılaraq saat 20:45 radələrində Bərdə RPŞnə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən müxtəlif pul əskinasları ilə ümumilikdə 300 (üç yüz) manat, sağ yanda yerləşən böyük cibindən 2 (iki) ədəd açar, sağ yanda yerləşən kiçik cibindən isə 1(bir) ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ardınca şübhəli şəxsin üzərinə axtarış aparılmış, lakin, üzərindən əlavə olaraq heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1(bir) ədəd şəffaf sellofan bükümdə olan maddənin nə olması soruşulduqda, bildirmişdir ki, həmin maddə “kakos” adlanan narkotik vasitə heroindir, şəxsi istifadəsindən ötrü üzərində gəzdirir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilən açarlar avtomobilinin açarlarıdır və təhqiqatçı tərəfindən həmin açarlar özünə təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm elektron tərəzidə çəkilərək çəkisinin 0,63 qram olduğu müəyyənləşmişdir. Sonra həmin büküm zərfə qoyulub möhürlənərək götürülmüşdür. Daha sonra X8 Təqsirləndirilən şəxs polis şöbəsinə avtomaşını ilə birlikdə gətirildiyini, avtomaşınına baxış keçirilməli olduğunu bildirib, etirazının olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmiş və iştirakçılar ilə birlikdə Bərdə RPŞ-nin həyətinə getmişdir. Baxış zamanı əməliyyat müvəkkili Şahid4 Təqsirləndirilən şəxs avtomaşınında hər hansı bir qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmamasını soruşub, əgər nəsə varsa könüllü təqdim etməsini təklif etmişdir. Lakin, Təqsirləndirilən şəxs avtomaşınında heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını söyləmişdir. Əməliyyat müvəkkili Şahid4 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21725” markalı avtomobilin salonuna baxış keçirilən zaman avtomobilin qabaq sağ tərəfində 1(bir) ədəd plastmas su balonu, salonun ön hissəsində yerləşən saxlanc yerində şüşə qabda ətirlər, falqa kağız, sənədlər, sürətlər qutusunun yanında siqaret, alışqan, salonun qabaq oturacaqlarının arasında yerləşən saxlanc yerindən(qoltuqaltından) içərisində bənövşəyi rəngdə patronlar olan 1(bir) ədəd plastik qab, 1(bir) ədəd şəffaf rəngli sellofanın içərisində 1(bir) ədəd qara rəngli büküm, 2(iki) ədəd şəffaf rəngli polietilen bükümlər, 1(bir) ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmçinin, baxış zamanı avtomobilin arxa oturacaqlarının üzərindən 1(bir) ədəd qara rəngli elektron tərəzi aşkar edilmişdir. Avtomobilin yük yerindən şəxsi geyim əşyaları və sair qanunsuz olmayan əşyalar aşkar edilmişdir. X8 Təqsirləndirilən şəxs avtomobildən aşkar edilərək götürülmüş şübhə doğuran 1(bir) ədəd şəffaf rəngli sellofanın içərisində 1(bir) ədəd qara rəngli bükümün, 2(iki) ədəd şəffaf rəngli polietilen bükümlərin, 1(bir) ədəd ağ rəngli kağız bükümün nə olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitələr olmasını bildirmişdir. X8 Təqsirləndirilən şəxs avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitələri hansı məqsədlə avtomobildə saxladığını soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin istifadəçisi olmasını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1(bir) ədəd qara rəngli büküm, 2(iki) ədəd şəffaf rəngli polietilen bükümlər, 1(bir) ədəd ağ rəngli kağız büküm elektron tərəzidə çəkilərək ümumi çəkilərinin 3,70 qram olduğu müəyyənləşmişdir. Sonra həmin bükümlər ekspertiza tədqiqatına təqdim ediləcəyi bildirilməklə zərfə qoyulub möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Qabil oğlu, Şahid3 və məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 avqust 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul edir və satışı ilə məşğul olur. O, çox vaxt idarə etdiyi VAZ 21072 markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhər ərazisində narkotik vasitələrin satışı ilə məşğul olur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 avqust 2021-ci il tarixli “şəxsi atarış və götürmə haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd 0,63 qram çəkidə şəffaf polietilen kəsiyi bükümündə narkotik vasitə-heroinə bənzər maddə, özünə məxsus “VAZ 21725” markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunun qabaq oturacaqların arasında yerləşən saxlanc yerindən 1 ədəd şəffaf sellofan kəsiyin içərisində 1 ədəd qara rəngli və 2 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ümumi təmiz çəkisi 3,70 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,316 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd qara rəngli elektron tərəzi aşkar edilmiş, heroinə bənzər maddə və qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair” 24 avqust 2021-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 23 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 24 avqust 2021-ci il tarixli 16/876 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd şəffaf sellofan büküm.” sözləri və imzalar olan zəfdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,578 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqqаtа təqdim olunmuş üzərində, “Nicat Həsəvoun avtomobilindən götürülmüş 4 ədəd büküm” sözləri və imzalar olan zərfi açdıqda içərisində; - 1(bir) ədəd qara rəngli və 2(iki) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,784 qram, 1,545 qram, 0,399 qram, ümumi təmiz çəkisi 2,728 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -1(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,316 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş iki ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 noyabr 2021-ci il tarixli 1392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Nаrkоmаniya xəstəliyindən əzаb çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 15 sentyabr 2021-ci il tarixli 550 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 29 noyabr 2021-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş ekspetiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,558 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,668 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,764 qram, 1,525 qram, 0,379 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,296 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 1 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 30 avqust 2021-ci il tarixli 2260 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X11 30 avqust 2021-ci il tarixli 2262 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayo Mənzil- Kommunal İstismar sahəsinin 25 avqust 2021-ci il tarixli, 2567 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X3 və oğlu Həsənov vasif Nicat oğlu ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 23 avqust 2021-ci il tarixli protokoldan və Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 03 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmasına baxmayaraq həmin narkotik vasitə heroini satış məqsədi ilə üzərində saxlamamasına, avtomobilindən aşkar edilmiş narkotik vasitələr heroinin və qurudulmuş marixuananın ona məxsus olmamasına, polis şöbəsində üzərinə video çəkilişlə şəxsi axtarış aparıldıqdan sonra video çəkilişi saxlayıb polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyinə görə avtomobilindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını məhkəmə istintaqı zamanı vermiş olduğu sərbəst ifadəsində göstərməsinə baxmayaraq onun həmin ifadələri, özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi haqqında protokollar, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul edilmir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis şöbəsində üzərinə video çəkilişlə şəxsi axtarış aparıldıqdan sonra video çəkilişin dayandırılaraq polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyinə görə avtomobilindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını bildirsədə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskin tədqiqi zamanı aydın olaraq onun üzərinə şəxsi axtarış aparıldıqdan sonra video görüntünün dayandırılmadığı və çəkiliş davamlı olaraq aparılaraq avtomobilə baxış keçirildiyi müşahidə edilir. Həmin xüsusat da təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı vermiş olduğu ifadəsinin səmimi olmaması və məhz ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymələndirilməsinə dair nəticəyə gəlməsi üçün əsaslardan biridir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 23 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində və avtomobilində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, həmin prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt üzərindən və avtomobildən aşkarlanmış narkotik vasitə marixuananın ona məxsus olmasını bildirərək müdafiəçisinin yanında hər hansı etiraz və ya narazılıq etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən Təqsirləndirilən şəxs üzərindən və avtomobildən fərqli növlərdə narkotik vasitələrin aşkar edilməsinə, müxtəlif bükümlər şəklində olmasına, aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə edərək üzərində və avtomobilində saxlamaqla daşıması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 23 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 noyabr 2021-ci il tarixli 1392 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilərkən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,558 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,668 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,764 qram, 1,525 qram, 0,379 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,296 qram qurudulmuş marixuana məhv edilməli, onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, həmçinin şəxsi axtarış və götürmə, baxış keçirilməsi istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 64,80 (altmış dörd manat səksən qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili X6 prosessual hərəkətlərdə 8 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilərkən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,558 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,668 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,764 qram, 1,525 qram, 0,379 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 0,296 qram qurudulmuş marixuana məhv edilsin, onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, həmçinin 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Bərdə rayon Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar