Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-137/2025 17.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları - ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum edilməmiş, Azərbaycan Dəmir Yolları QSC-nin Gəncə stansiyasında 5 saylı İşarəvermə və Rabitə İdarəsində elektromexanik vəzifəsində işləyən, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ev 18, mənzil 14-də yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən tamah və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar hesab edilən ümumi təmiz çəkisi Belə ki, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni təmiz çəkisi 10,251 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz əldə edərək bir ədəd sellofan bükümdə əynində olan boz rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 23 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Ucuzluq» depo mağazasının yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə, təmiz çəkisi 10,251 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 11 ildir ki, dəmiryolunda işləmiş, işində hər şey qaydasında olmuş, sadəcə olaraq onlarda iş vaxtının növbəli, yəni gündüz saat 8-dən, axşam saat 8-ə kimi işi təhvil vermək vaxtı olmuşdur. Təqsirləndirilən şəxs saat 8-ə 5 dəqiqə işləmiş Bakı-Ağstafa nəqliyyat qatarının yolu problemsiz gəlməsi məqsədi ilə ona nəzarət etmək üçün qatar Gəncədə 5 dəqiqə dayanmışdır. Təqsirləndirilən şəxs bunu rəhbərliyə məruzə etmiş və növbədə tək olduğunu bildirmişdir. Saat 7-ə qalmış polis əməkdaşları gəlmiş, Bəhruz isə onlarla gedə bilməyəcəyini, burada hər hansı nasazlıq olarsa, məsuliyyət daşıyacağını demişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları icazə vermədikləri üçün heç kimə xəbər eləyə bilməmiş və polis əməkdaşları iş vaxtı onu götürüb şöbəyə gətirmişlər. O, narkotikin rəngini və özünü də tanımamışdır. Polis əməkdaşları narkotiki gətirərək, tərəziyə qoyaraq çəkmişlər. Daha sonra ona “bu sənə aiddir” demişlər. Təqsirləndirilən şəxs nə qədər edə bilmərəm desə də, onlar “mümkün deyil, bura gəlibsənsə, üstünə götürməlisən” demişlər. Sonra da çəkiliş etmişlər və bu cür də tamamlanmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamı olaraq bildirdi ki, o, bu günə kimi narkotik istifadə etməmiş və narkotiki də tanımamışdır. Polis əməkdaşları psixoloji təzyiq göstərərək, guya o, zibilin yanından keçəndə yerdə narkotiki görmüş və atmaq istəyərkən tutmuşlar. Halbuki o, gecə növbəsində olmuş, lakin polis əməkdaşları bu hadisənin gündüz vaxtı olduğunu demişlər. Onun işlədiyi yer ikimərtəbəli bina olmuş və polis əməkdaşları da ikinci mərtəbəyə çıxaraq onu iş otağından götürmüşlər. Polis əməkdaşları ona şöbədə olarkən “bunu götürməlisən, bizə də elə tapşırılıb” demişlər. Polis əməkdaşları ona fiziki yox, psixoloji təsir göstərək, yəni hədə-qorxu gələrək video çəkiliş olmuş, ancaq vəkil daha sonra gəlmişdir. Sonuncu sanksiyaya çıxarkən hakimə olanları danışmış, bir çox yerlərə şikayət etmiş, hətta prokurorluqdan izahatını almağa da gəlmişlər. Onun narkotiklə heç bir bağlantısı olmamış, sonuncunun fikrincə, namaz qıldığı üçün tutmuşlar. Təqsirləndirilən şəxs əvvəllər məhkumluğunun olmadığını, heç vaxt narkotik istifadə etmədiyini, üzərindən çıxarılan narkotikin ona məxsus olmadığlını və polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. Sonuncu çəkiliş zamanı ondan etiraf etməyini istəmiş, o isə qorxduğu üçün etiraf etmək məcburiyyətində qalmışdır. Polias əməkdaşları onu döyməmiş, iş yerində otağında tək olarkən onu otağında tutmuşlar, digər işçilər də kolidora çıxıb onun polislər tərəfindən aparıldığını görmüşlər. Onu tutulan zaman Anar adlı iş yoldaşı görmüşdür. O, özünü təqsirli bilməmiş və evində axtarış olmamışdır. Sonuncu 2 dəfə təxminən 10 il əvvəl Kərbəlada dini ziyarətdə olmuşdur. Polis əməkdaşları özlərini təqdim etsələr də, lakin adlarını deməmişlər, gəlib maşınla aparmışlar. O, heç bir fiziki zorakılığa məruz qalmamış, lakin narkotiki götürməyi üçün ona psixi təsir göstəribmişlər. Vəkil gələndə isə ona heç nə deyə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3.-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Himayəsində 3 azyaşlı uşaqları vardır. Özü hazırda Azərbaycan Dəmir Yolları QSC-nin Gəncə stansiyasında Rabitə və İşarəvermə İdarəsində elektromexanik vəzifəsində işləyir. 23 oktyabr 2023-cü il tarixdə axşam saatlarında təxminən saat 18 radələrində o yaşadığı yerin yaxınlığında, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Ucuzluq» depo mağazasının yaxınlığındakı zibil qutularının yanından yerdən bir ədəd sellofana bükülmüş büküm olduğunu görmüşdür. Həmin büküm onun diqqətimi cəlb etmişdir.O, həmin bükümü açanda görmüşdür ki,içərisindəki kakos deyilən narkotik vasitə olan heroindir.O, həmin narkotik maddəni cibində saxlamışdır. 23 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində həmin yerdə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsindəki «Ucuzluq» depo mağazasının yanında dayanan zaman mülkü geyimdə 2 nəfər ona yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onlar Gəncə şəhər Baş Polis İdarəsinə gəlməyi üçün onu polisə dəvət etmişlər.O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişdir. Orada inzibati otaqların birində onun hüquqlarım müdafiə etmək üçün dövlət hesabına sonradan adı ona məlum olan Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçi qismində dəvət etmişlər və o müdafiəçi ilə təmin olunmuşdur. Hüquq və vəzifələri ona izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış videoçəkilişlə edilmişdir. O da etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki,üzərində qanunla qadağan olunmuş əşya,predmet və narkotik vasitə varsa təqdim etsin. O da bildirmişdir ki, üzərində narkotik vasitə vardır və əynində olan boz rəngli şalvarımın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərsində narkotik vasitə heroin olan bükülünü çıxaradaraq təqdim etmişdir. Həmin bükülünün nə olması soruşulmuşdur. O da demişdir ki, bükülmüş halda olan bükümdəki kakos,yəni narkotik vasitə heroindir, bükülü özünə məxsusdur, həmin bükülünü 23 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Ucuzluq» depo mağazasının yanında zibil qutusunun kənarından yerdən tapmış, həmin narkotikdən heç kimə satmamış,istəyirdi ki,atsın,onu polislər saxlamışlar, özü də istifadə etməmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən 1 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Telefon götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd sellofana bükülmüş kütlə iştirakçıların yanında açılmış, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş bir ədəd sellofana bükülmüş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 10,85 qram olmuşdur.Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib olunmuş və o da imza etmişdir. Sonra izahatı alınmışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümün içərisində olan kütlə narkotik vasitə olan heroindir. Həmin narkotik maddəni 23 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində o yaşadığı yerin yaxınlığında, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsindəki «Ucuzluq»depo mağazasının yanındakı zibil qutusunun yanından yerdən tapmışdır. Diqqətini cəlb etdiyi üçün üzərində saxlamışdır. O, həmin maddənin satışı ilə məşğul olmur.Həmin kütlə ona məxsusdur. O, narkotik vasitə və digər psixotrop maddələr qəbul etmir. O, başqa yerlərdə narkotik vasitə və psixotrop maddə gizlətməmiş, üzərində narkotik maddə heroin saxlamağım ondan başqa heç kim bilməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. O, üzərindən aşkar edilmiş həmin narkotik maddə olan heroindən istifadə etməmiş, heç kimə satmamış, nə də saxladığı narkotik maddəni heç kimə verməmişdir.Onun istifadəsində ********** nömrəli mobil telefon nömrəsi olmuşdur,həmin nömrə onun adma deyil, qohumunun adma olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və Baş Polis İdarəsinə gətirilərkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki, nədə ki, digər təzyiqlər olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə çoxdan olduğu üçün təxminən xatırladığını, təqsirləndirilən şəxsi tutub Gəncə Şəhər Baş Polis İdarəsinin təhqiqat şöbəsinə apardığını, təhqiqat şöbəsində vəkilin iştirakı ilə videoçəkilişlə üstünə baxış keçirildiyini, baxış zamanı narkotikə bənzər kütlə - heroin aşkar olunduğunu bildirmişdir. Təqsirləndirlən şəxs heroini özü könüllü təqdim etmiş, həmin narkotik vasitə isə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib sənədləşdirilmişdir. Təqsirləndirilən şəxsi deponun qarşısında saxladığını və həmin ərazinin yaxınlığında “Ucuzluq” marketin olduğunu bildirmiş, lakin təqsirləndirilən şəxs həmin vaxt işdə deyilmiş. Onlar təqsirlənsdirilən şəxsin üzərinə baxış keçirən zaman üzərindən miqdarını hazırda xatırlamadığı heroin aşkarlanmış və onlar sonuncudan heroini haradan əldə etdiyini soruşanda heroini tapdığını bilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təsir olmamışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bəhruzun üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı onlara məlumat daxil olmuşdur. Rəhbərliyə məruzə olunduqdan sonra məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə Şahid1 ilə birlikdə Bəhruzu Ü.Hacıbəyov küçəsində müəyyən edərək, təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunu Gəncə Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. İdarəyə dəvət olunduqdan sonra təhqiqatçının otağında üzərinə baxış keçirilmiş və üzərindən heroinə bənzər narkotik vasitə kütləsi aşkar olunmuş, təqsirləndirilən şəxs isə narkotik vasitəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olmadığını, dəmiryol vağzalında depo mağazasısının qarşısında saxladıqlarını, saxlanılan zaman təqsirləndirilən şəxsin iş yerinə getdiyini, onu hərəkət halında olarkən axşam vaxtı saxladığını bildirmişdir. Aşkarlanan heroin təxminən 10 qramdan çox olardı. Narkotik vasitə çəkiliş zamanı onun üzərindən çıxdığını, təqsirləndirilən şəxsdən heroini haradan əldə etdiyini soruşanda narkotik vasitəni saxlanıldığı gün səhər saatlarında iş yerinin yaxınlığından tapdığını bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərmişlər ki, 1 (bir) ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 10,251 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in tələbinə əsasən Şahid3 məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, X5 Cəmiyyətində təhlükəsizlik avadanlıqlarına nəzarət sexinin rəisi vəzifəsində işləyir, Bəhruz isə son 2-3 ay olarmış ki, orada növbətçi mexanik vəzifəsində işləyirmiş. Həmin gün o, saat 5-də evə getmiş, lakin işdən zəng edərək, Bəhruzun otağında olmadığını bildirmişlər. O isə dəqiqləşdirməmk üçün işə gəlmiş və Bəhruzun otağının qapısının açıq olduğunu, ancaq özünün orada olmadığını görmüşdür. O, Bəhruzla təxminən 8 il iş yoldaşı olmuşlar. Bəhruzun vəzifəsi avadanlıqlara nəzarət etmək olmuşdur. Otaqdan çıxmaq istəyəndə əvvəlcə ona məlumat verilməli, təlimata qol çəkilməli və idarəni tərk etməli imiş. Ona zəng edib demişlər ki, Bəhruz otaqda yoxdur, harada olduğunu soruşduqda isə bilmədiklərini demişlər. Onun özü işə gələndə isə Bəhruzun otağının boş olduğunu görmüşdür. O, həmin vaxt Bəhruzun harada olduğunu bilməmiş, daha sonra polis şöbəsində olduğunu eşitmişdir. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, Bəhruz narkotik çəkməmiş, hətta içki içmədiyini, siqaret çəkmədiyini də bildirmişdir. Bəhruzgilin iş vaxtı səhər saat 08:00-dan 20:00-a kimi, onun iş vaxtı isə saat 08:00-dan 17:00-a kimi olmuşdur. Qatara nəzarəti tək Bəhruz etmişdir. “Ucuzluq” market idarənin yanında olmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 oktyabr 2023cü il tarixli raportdan görünür ki, Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi ev 18 mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin satması, qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsinin 24 oktyabr 2023-cü il tarixli, 16/1110 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə» sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 10,251 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr» in siyahısına (1-ci siyahıya) daxildir. Qeyd: Heroin təmiz çəkisi – 10,251 qr tədqiqata sərf edildi – 0,1 qr qalıq – 10,151 qr. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” Protokola əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş halda olan bükümdəki kakos, yəni narkotik vasitə heroindir. Həmin bükülünü 23 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Ucuzluq» depo mağazasının yanında zibil qutusunun kənarından yerdən tapmış, həmin narkotikdən heç kimə satmamış,istəyirdi ki, atsın,onu polislər saxlamışlar, özü də istifadə etməmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən 1 ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Telefon götürülmüşdür. Bundan sonra üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd sellofana bükülmüş kütlə iştirakçıların yanında açılmış, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Üzərindən aşkar edilmiş bir ədəd sellofana bükülmüş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 10,85 qram olmuşdur. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında Qərara” əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 24 oktyabr 2023-cü il tarixili, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi üzrə 1 ədəd DVD diskdə olan Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Baş Polis İdarəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir, Təqsirləndirilən şəxs oğlna təklif olunur ki, üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə,psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirir ki, hə vardır və əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq stolun üzərinə qoyur və özü bildirir ki, təqdim etdiyi kakos kimi tanıdığı bir şeydir, iş yerinin yaxınlığında qoyulmuş zibil qutusunun yanından keçəndə ayağına dəymiş və götürüb zibil qutusuna atmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşmış və onu saxlamışlar. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şalvarının sol yan cibindən bir ədəd Samsung markalı mobil telefon aşkar edilir.Təhqiqatçı tərəfindən bükülü açılır, ilk baxışdan naroktik vasitə olan heroine oxşar kütlə olduğu müəyyən edilir.Bir daha təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilir ki,üzərinizdən aşkar olunan nədir,o da bir daha bildirir ki,üzərindən aşkar olunan kakosdur, «Sovxoz Nizami» dairəsinin yanında Depo ucuzluq mağazasının yanında yerdən tapmış, zibil qutusuna atmaq istəmiş, polis əməkdaşları onu saxlamışlar,həmin maddədən heç kimə satmamış, özü də istifadə etməmişdir.Təhqiqatçı tərəfindən əlavə sual verilir ki,polis əməkdaşları tərəfindən sizə qarşı hər hansı fiziki və başqa təsirlər olmuşdurmu,o da cavab verir ki,ona qarşı polislər tərəfindən heç bir təsir olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd sellofana bükülmüş kütlə aptek tərəzisində çəkilir və sellofanla birlikdə çəkisi 10,85 qram olmuşdur. Həmin kütlə əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 sayh möhürü ilə möhürlənmişdir. İştirakçılar paketin üzərinə imza edirlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan telefon götürülmüşdür. Videoçəkiliş 09 dəqiqə 23 saniyədir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji Dispanserinin 14 noyabr 2023-cü il tarixli, 3813 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin 21 noyabr 2023-cü il tarixli, 2370 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 2014 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 23 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və cinayət işinə əlavə edlilmiş 01 ədəd «Samsung» markalı mobil telefonuna baxış keçirilmiş,baxış zamanı müəyyən olunmuşdur ki, həmin telefonda iş üçün əhəmiyyət kəsb edəcək telefon danışıqları, səs yazıları, zənglər, sms, whatsapp mətnləri yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 5 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi bina 18 mənzil 14-də üç azyaşlı övladı ilə birlikdə daimi qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 17 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Baş Polis İdarəsinin NMB-dən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-57/2-36730/2023 əməliyyat tapşırığına cavab məktubundan görünür ki, NMB-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunan külli miqdarda narkotik vasitə olan heroini haradan və kimdən, nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmuş, lakin narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1656 saylı rəyə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə təqdiq edilmiş Gəncə şəhər Məhkəməsinin hakimi 25 oktyabr 2023-cü il tarixli, 4(125)-528/2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə yəni, 23 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 11 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 10,151 qram çəkidə narkotik vasitə olan heroin sübut kimi tanınıb Gəncə Şəhər Baş Polis İdarəsi-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində namaz qıldığı üçün saxlanıldığını, saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni onun üstünə polis əməkdaşlarının qoyduğunu, Gəncə şəhər BPİdə olan zaman ona qarşı psixiki zorakılıq göstərildiyini, bu səbəbdən də bütün ilkin sənədlərə imza etdiyini göstərmişdir. Belə ki, cinayət işinin materiallarına baxan zaman müəyyən edilir ki, psixiki zorakılıqla bağlı məhkəmə istintaqı dövründə hər hansı bir vəsatət daxil olmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan Gəncə ŞBPİ-nin NBM-nin rəisi, polis kapitanı Rəşad Musayevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda, o cümlədən digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs namaz qıldığına görə deyil, məhz narkotik vasitəni üzərində gəzdirməkdə və satışında şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi qeyd olunmuşdur. Hətta iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2014 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ekspertizadan keçirilən zaman verilmiş suallara cavab olaraq, aşkar edilən narkotik vasitəni tapdığını etiraf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünü müdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə olan heroini tapdığını, heç kimə satmadığını və satmaq niyyətində də olmadığını göstərmişdir. O cümlədən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona baxış zamanı da narkotik vasitələrin satışı və ya satış məqsədi ilə əldə edilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitə olan heroinin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə olan heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 5ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Plenumun həmin Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/1110 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi 10,251 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz ) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,151 qram narkotik vasitə olan heroin məhv edilməli. Həmçinin xx.xx.2023-cü il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi2 üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə BPİ-nin maddi sübutların saxlanılma otağında saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 10,151 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkətinə dair xx.xx.2023-cü il tarixli baxış keçirilməsini özündə əks edirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-137/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-137/2025
17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver