Məhkəmə qərarları › İş №1(100)-138/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-138/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-138/2022 19.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Gəncə şəhər MKTİB-də fəhlə işləmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 02 avqust 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları ünvan 1 ünvanının yataq otağında cinsi ehtirasını təmin etmək məqsədilə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, 22 yanvar 2010-cu il təvəllüdlü övladı Zərərçəkmiş şəxs çarpayıda otuzdurub özü isə ayaq üstə qarşısında dayanaraq azyaşlı olması ilə bağlı yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq ona müqavimət göstərmək imkanında olmayan övladı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə əynindəki şalvarı aşağı çəkməkib cinsiyyət orqanını çıxararaq sonuncunun baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib fiziki ağrı yetirərək əli ilə hər iki yanağından sıxıb sağ yanaq nahiyəsinin bir ədəd sıyrığı ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edib əli ilə Zərərçəkmiş şəxs ağzını açıb səsini çıxaracağı təqdirdə yenidən eyni qaydada vuracağını deyib belə zor tətbiq edəcəyi ilə hədələyərək cinsiyyət orqanını sonuncunun ağzına soxub hərəkət etdirərək sperma ifraz etməklə cinsi ehtirasını təmin edib onun üçün aşkar surətdə on dörd yaşına çatmayan övladı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs оğlu оnа elаn edilmiş ittihаm üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 15 ildir ki, Gəncə şəhər MKTİBdə fəhlə işləyir. 2006-cı ildə X7 ilə evlənmiş və həmin nikahdan onların 01 iyun 2008-ci il təvəllüdlü qızı Şahid, 22 yanvar 2010-cu il təvəllüdlü qızları Zərərçəkmiş şəxs və 22 may 2013-cü il təvəllüdlü oğlları Ramin Quliyev doğulmuşdur. Yaşadığı bina əvvəllər fəaliyyət göstərmiş gəbə zavodun işçilərinin qalması üçün nəzərdə tutulduğundan yaşadıqları mərtəbədəki hamam-tualet və mətbəx ümumi istifadə olsa da, hər bir sakin üçün ayrılıqda yaşaması üçün bir ədəd otaq nəzərdə tutulmuşdur. O, arvadı və övladları ilə həmin bir otaqda yaşayırlar. Onların otaqlarının yanındakı digər otaqda isə anası X8 yaşamışdır. O, arvadı Günel və övladları Fatimə və Ramin bir çarpayıda yatırlar. Böyük qızı Aytac isə anası ilə birlikdə yaşayır. O, günlük qrafikə uyğun olaraq adətən hər gün saat 03 radələrində işə gedib saat 11 radələrində isə evə qayıtmışdır. İşi şəhər ərazisində yerləşdirilmiş zibil qutularındakı zibillləri zibil yığan yük avtomobilinə boşaltmaqdan ibarət olmuşdur. O, ona elan olunmuş ittihamla razı deyil, onun ailəsi ilə heç bir problemi olmamışdır. O, qızına qarşı heç bir cinsi təcavüz etməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında atası Təqsirləndirilən şəxs, anası Quliyeva Günel və qardaşı Ramin Quliyevlə birlikdə yaşamışdır. Bacısı Şahid isə nənəsi Qətibə ilə birlikdə onların yaşadıqları otağın yanındakı otaqda yaşamışlar. Atası Elnur, anası Günel, qardaşı Ramin və o, yaşadıqları otaqda eyni çarpayıda yatmışlar. 01 avqust 2021-ci il tarixdə axşam saat 11 radələrində atası, anası, qardaşı və o, otaqlarında eyni çarpayıda yatdıqları zaman atası cinsiyyət orqanını çıxararaq onun əlinə sürtmüş, o isə çarpayıda yanından çəkilmişdir. Səhəri gün o, yuxudan oyandıqda anası Günelin həkimə getdiyini görüb onu da özü ilə aparmasını istəsə də, anası ona qardaşı ilə qalmağını bildirmişdir. Bundan sonra qardaşı Raminlə o, çarpayıda yatmışlar. Həmin vaxt atası artıq işə getmişdir. Bir qədər sonra qapının açılması səsini eşitmiş və atası Elnurun evə gəldiyini görmüşdür. Atası qardaşı Ramini oyadaraq çörək almağa göndərmiş və otaqda atası ilə ikisi qalmışlar. Atası qapını kilidləmiş və çarpayıya gələrək onun üzərinə uzanıb ona sürtünmüş, o, bu zaman ağlayaraq dərhal yerindən qalxıb çarpayıda oturmuş, bu zaman atası onun qarşısına gəlib ayaq üstə dayanaraq cinsiyyət orqanını çıxarıb başına 2 dəfə yumruqla zərbə endirib səsini çıxarmamasını dəyərək hər iki əli ilə yanaq nahiyəsindən sıxıb cinsiyyət orqanını ağızına qoyub hərəkət etdirmişdir. Atası ona səsini çıxarsa yenə vuracağını bildirmişdir. Bundan sonra atası cinsiyyət orqanından onun ağzına ağ rəngli sidik gəlmiş, həmin sidik həmçinin əynində olan sarı rəngli şortikə və yerə də tökülmüşdür. Atası Elnur onun başına yenidən vuraraq ağzına tökülmüş siydiyi yerə tüpürməyini istəmiş və o da yerə tüpürmüşdür. Elnur ona bu barədə heç kəsə bir söz deməməsini, əgər deyərsə onu öldürəcəyini bildirmişdir. Bundan sonra atası yerə tökülmüş həmin siydiyi qapıdan asılmış dəsmalla silmiş və qapını açmış, bu zaman o, qaçaraq dəhlizə çıxmışdır. O, dəhlizə çıxdıqda onu bacısı Aytac görmüş, Aytac onun üstünün batdığını görüb nə baş verdiyini soruşmuşdur. O, atasının ona etdiklərini Aytaca demiş, bundan sonra bacısı Aytacla otaqda olan bibisi Əntiqənin yanına getmiş və orada o, bibisinə də, atasının ona etdiklərini demişdir. Bundan sonra bibisi anası Günelə zəng edib məlumat vermiş və daha sonra onlar polisə gedərək bu hadisə barədə məlumat vermişlər. Atası cinsiyyət orqanını onun ağzına soxduğu zaman onun paltarını çıxarmamış, cinsiyyət orqanını ağzına soxmaqdan əlavə ayaqlarına da, sürtmüşdür. Atası əvvəllər də ona qarşı belə hərəkətlər etmiş, axşam yataqda cinsiyyət orqanını çıxardıb onun arxa nahiyəsinə qoymuş və belə hərəkətləri ona tez-tez etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, A.Ziyadxanov küçəsi 197, ev 4, mənzil 5 ünvanında nənəsi Qətibə Nəsibova ilə birlikdə bir otaqda yaşayırlar. 02 avqust 2021-ci il tarixdə səhər saat 10 radələrində anası Günellə nənəsı Qətibə anasının müalicəsi üçün göz həkiminə getmiş, o, isə otaqda bibisi Əntiqə ilə qalmış, bacısı Fatimə və Ramin isə digər otaqda çarpayıda yatmışlar. Saat 11 radələrində atası Elnur işdən evə gələrək yaşadıqları otağa keçmiş, o, həmin vaxt qab yumaq üçün mətbəxə getmiş, dəhlizdə atasıgilin otağın qarşısından keçərkən bacısı Fatimənin çarpayıda yatdığını, atası Elnurun isə qardaşı Ramini çarpayıdan durğuzaraq çörək almağa göndərdiyini görmüşdür. Bundan sonra o, mətbəxə keçərək qabları yuyub yenidən öz yaşadığı otağa keçmişdir. Təxminən 10 dəqiqə sonra o, bacısı Fatimədən dəftər almaq üçün dəhlizə çıxdıqda bacısı Fatimənin ağlayaraq otaqdan çıxdığını görmüş və o, bacısından nə baş verdiyini soruşduqda bacısı ona heçnə olmadığını deyib tualete keçmişdir. O da bacısının arxası ilə tualete keçib yenidən nə baş verdiyini soruşduqda bacısı ona Elnurun otağın qapısını kilidləyib çarpayıya gələrək üzərinə uzanıb sürtündüyünü, bu zaman ağlayaraq dərhal yerindən qalxıb çarpayıda oturduğunu, atası Elnurun isə qarşısına gəlib ayaq üstə dayanaraq cinsiyyət orqanını çıxarıb başına 2 dəfə yumruqla zərbə endirib səsini çıxarmamasını dəyərək hər iki əli ilə yanaq nahiyəsindən sıxıb cinsiyyət orqanını ağızına qoyub hərəkət etdirərək, səsini çıxararsa yenə də, vuracağını dediyini, bundan sonra Elnurun cinsiyyət orqanından Fatimənin ağzına ağ rəngli sidik gəldiyini, həmin sidiyin həmçinin əynində olan sarı rəngli şortikə və yerə töküldüyünü, bundan sonra atası Elnurun Fatimənin başına yenidən vuraraq ağzına tökülmüş siydiyi yerə tüpürməsini istədiyini, yerə tüpürdüyünü, bu barədə heç kəsə bir söz deməməsini, əgər deyərsə Fatiməni öldürəcəyini dediyini bildirmişdir. O, həmin vaxt Fatimənin əynində olan şortikin sağ nahiyəsinin nəmləndiyini görmüşdür. Bu zaman Elnur dəhlizə çıxıb onlara qulaq asmaq üçün tualetə yaxınlaşmış, Elnur onun Fatimənin yanında olduğunu görüb Fatiməyə ağzını təmiz yumasını demişdir. Bundan sonra Fatimə tualetdə üzünü yumuş, onlar dərhal bibisi Əntiqənin yanına gedərək bu barədə bibisinə danışmışdır. Bu zaman bibisi nənəsi Əntiqəyə zəng edərək bu barədə məlumat vermişdir. Nənəsi isə Asan xidmətin yanında olduğunu, evə gəldiklərini demişdir. Bundan sonra Fatimə, o və bibisi polisə getmək üçün evdən çıxmışlar. Onlar küçəyə çıxdıqda atası pəncərədən onlara haraya getmələrini soruşmuş bibisi isə atasına onları parka apardığını demişdir. Bundan sonra onlar anası və nənəsi ilə görüşərək oradan Nizami Rayon Polis İdarəsinə gedib hadisə barədə məlumat vermiş və polis əməkdaşları yaşadıqları evə gələrək sənədləşməni aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, X6, X8 və X10 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid ifadəsinə uyğun məzmunli ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 23 avqust 2021-ci il tarixli 1434 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı bədənində hər hansı xəsarət izləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə-tibb və ixtisaslı tibbi müayinələri zamanı onun cinsi əlaqədə olmasına mane olan hər hansı inkişaf qüsuru, patoloji dəyişiklik, xəsarət, zöhrəvi xəstəlik və ya insan immunçatışmazlığı virusu aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 02 avqust 2021-ci il tarixli 1244 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı hal-hazırda pozulmamışdır. Azyaşlı Zərərçəkmiş şəxs anus dəliyi nahiyəsində anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlər müəyyən edilməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs bədənində sağ yanaq nahiyəsidə bir ədəd sıyrıq müəyyən edilmişdir. Bu xəsarət bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 02.08.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 avqust 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, A.Ziyadxanov küçəsi 197, ev 4, mənzil 5 ünvanına keçirilmiş, baxış zamanı hadisə yerindən 1 ədəd dəsmal və 1 ədəd yataq üzü götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02.08.2021ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxsn hadisə zamanı əynində olmuş 1 ədəd şorti və 1 ədəd mayka iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02.08.2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd qısaqol köynək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23.08.2021-ci il tarixli “ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 514/166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (primitiv şəxsdə tək-tək psixopatik cizgilər) baxmayaraq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 170 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilkt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya və dərk edə bilərdi. Zərərçəkmiş şəxs ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl adi psixi emosional vəziyyətdə, baş vermiş hadisə zamanı və hadisədən sonra isə qorxmuş və həyacanlı psixi emosional halda olmuşdur. Zərərçəkmiş şəxs özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabilliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-lifli materiallar ekspertizasının 05 noyabr 2021-ci il tarixli 16/1119 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının, yataq üzünün və can dəsmalının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X4 məxsus 01 ədəd şortikin üzərindən tapılmış tünd-boz rəngli təbii pambıq cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X4 məxsus 01 ədəd maykanın üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X4 məxsus 01 ədəd maykanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış xardal rəngli təbbi pambıq liflər cinsi əlamətlərinə görə X4 məxsus 01 ədəd şortikin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd yataq üzünün və 01 ədəd can dəsmalının üzərindən tapılmış tünd-boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd yataq üzünün və 01 can dəsmalının üzərindən tapılmış boz rəngli təbbi pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd yataq üzünün üzərindən tapılmış kənar lif mikrihissəcikləri arasında xardal rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şortikin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd yataq üzünün üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında tapılmış çəhrayı rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd maykanın tərkib liflərinə uyğun gəlilər. Tədqiqata təqdim edilmiş, 01 ədəd can dəsmalının üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X4 geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməgenetik ekspertizasının 20 avqust 2021-ci il tarixli 21/504R nömrəli rəyinə əsasən: Hadisə yerindən götürülmüş 01 (bir) dəsmalda 1 nömrəli ləkə, 01 (bir) ədəd dəsmalda 2-1 nömrəli ləkə, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş-01 (bir) ədəd şortikin sağ ayağın ön aşağı hissəsində olan sperma nümunəsi, Təqsirləndirilən şəxs məxsusdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş - 01 (bir) ədəd şalvarın ön hissəsi və 01 (bir) ədəd qısaqol köynəyin ön hissəsi üzərindəki ləkələrdə olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd dəsmalda 2-2 nömrəli ləkə və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 01 (bir) ədəd maykanın ön aşağı hissəsi üzərindəki ləkələrdə olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd yataq üzündə 3 nömrəli ləkə üzərindəki bioloji mənşəli materillar qarışıq tipli olmaqla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsusdur. Hadisə yerindən götürülmüş 01 (bir) ədəd dəsmal, 01 (bir) ədəd yataq üzü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş -01 (bir) ədəd şortik, 01 (bir) ədəd mayka, mayka, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş, 01 (bir) ədəd şalvar və 01 (bir) ədəd qısaqol köynək üzərindəki ləkələrdə insan tüpürcəyi aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin 24.11.2021-ci il tarixli 121-29781-1121 saylı məktubundan görünür ki, sözügedən hadisə zamanı Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanının yataq otağında qızı Zərərçəkmiş şəxs zor tətbiq edib əli ilə sonuncunun baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib səsini çıxaracağı təqdirdə yenidən vuracağını deyib hədələyərək əli ilə Zərərçəkmiş şəxs hər iki yanağından sıxıb ağzını açaraq cinsiyyət orqanını sonuncunun ağzına soxub hərəkət etdirərək sperma ifraz etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmişdir. Həmçinin onun qeyd olunan hərəkətləri əvvəllər də, Zərərçəkmiş şəxs və ya digər bir şəxsə qarşı etməsi, baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kamerası müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyatsorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli 4(044)-138/2021 saylı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 22 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qızı Fatiməyə qarşı heç bir seksual hərəkət etmədiyini, cinsiyyət orqanını qızı Zərərçəkmiş şəxs ağız nahiyəsinə sürtmədiyini, sürtərkən və daha sonrasında ona qarşı hər hansı bir zor tətbiq etmədiyini, zor tətbiq etməklə hədələmədiyini, qızı Zərərçəkmiş şəxs azyaşlı, yəni 11 yaşında olduğuna görə onun etdiyi hərəkətlərin mənasını dərk etmədiyini və onun nə etdiyini anlamadığını bildirməsi barədə ifadəsinə işin faktiki hallarına uyğun olmadığından, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahid ifadələri, ifadənin yerində yoxlanması və üzləşdirmə protokolları, cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər dəlillərlə təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini törətdiyi xüsusilə ağır cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirb inandırıcı hesab etmir. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 11 radələrində yaşadıqları ünvan 1 ünvanının yataq otağında cinsi ehtirasını təmin etmək məqsədilə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, 22 yanvar 2010-cu il təvəllüdlü övladı Zərərçəkmiş şəxs çarpayıda otuzdurub özü isə ayaq üstə qarşısında dayanaraq azyaşlı olması ilə bağlı yaş və fərdi-psixi xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq ona müqavimət göstərmək imkanında olmayan övladı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə əynindəki şalvarı aşağı çəkməkib cinsiyyət orqanını çıxararaq sonuncunun baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbə endirib fiziki ağrı yetirərək əli ilə hər iki yanağından sıxıb sağ yanaq nahiyəsinin bir ədəd sıyrığı ilə müşayiət olunan və sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edib əli ilə Zərərçəkmiş şəxs ağzını açıb səsini çıxaracağı təqdirdə yenidən eyni qaydada vuracağını deyib belə zor tətbiq edəcəyi ilə hədələyərək cinsiyyət orqanını sonuncunun ağzına soxub hərəkət etdirərək sperma ifraz etməklə cinsi ehtirasını təmin edib onun üçün aşkar surətdə on dörd yaşına çatmayan övladı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib ona qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə bu mənada törədilən cinayətin qurbanının azyaşlı uşaq olmasını, baş vermiş hadisə nəticəsində iş üzrə Zərərçəkmiş şəxs mənəvi və psixoloji sarsıntıya məruz qalmasını və, təqsirləndirilən şəxsin hadisədən əvvəlki və sonrakı davranışlarını qeyd edir. Təqsirləndirilən şəxs əməlində yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.6-ci maddəsinə əsasən cinayəti cinsi ehtirasını təmin etmək məqsədilə alçaq niyyətlə törətməsi, həmçinin ondan asılı vəziyyətdə olan övladı Zərərçəkmiş şəxs qarşı törətməsi cəzasını ağırlaşdıran hal vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbləri qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu gündən, yəni 22 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar- Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd dəsmal, 1 ədəd yataq üzü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şortik, 1 ədəd mayka, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək sahiblərinə qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. İş üzrə 64,80 (altımış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübһəli şəxs qismində tutulduğu 22 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64,80 (altımış dörd manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübutlar- Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan hadisə yerindən götürülmüş 1 ədəd dəsmal, 1 ədəd yataq üzü, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd şortik, 1 ədəd mayka, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd şalvar, 1 ədəd qısaqol köynək sahiblərinə qaytarılsın, imtina edildikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirdiyindən 240 (iki yüz qırx) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar