Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-138/2025 14.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Filizman oğlundan ibarət tərkibdə, X3 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs XXX Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1998-ci ildə Bərdə rayonu, Şorəlli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, 588 saylı qəsəbə, ev 11, mənzil 14-də yaşamış, barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (021)-195/2023 saylı qərarı ilə 04 (dörd) ay müddətə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ siyahısına əsasən külli miqdarda, yəni 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,059 qram, 1,008 qram, 0,505 qram, 1,174 qram, 1,008 qram və 1,080 qram olmaqla ümumi təmiz çəkisi 6,834 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 13 sentyabr 2023-cü il tarixdə, saat 11:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, 588 saylı qəsəbədə şübhəli şəxs qismində saxlanılıb Bərdə şəhəri, ünvan 1 ünvanda yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan 1 (bir) qutu «Keno» markalı siqaret qutusunun içərisindən satış məqsədilə saxladığı 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,059 qram, 1,008 qram, 0,505 qram, 1,174 qram, 1,008 qram və 1,080 qram olmaqla ümumi təmiz çəkisi 6,834 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitədən istifadə etməmiş, heroini ilk dəfə polis idarəsində görmüşdür. O namaz qıldığı üçün tutulmuş, narkotik vasitə üzərinə qoyulmuşdur. O dostu ilə söhbət edərkən “Mersedesc” markalı avtomobil onlara yaxınlaşmış, avtomobildən 3 nəfər düşmüş və özlərini təqdim etmədən onun Təqsirləndirilən şəxs olub-olmamasını soruşmuşlar. O həmin vaxt qəsəbədə məktəbin qarşısında olmuşdur. O polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra polis əməkdaşları onun qolundan tutmuş və məcburi avtomobilə mindirərək polis idarəsinə aparmışlar. Polis idarəsinə getdikdən sonra o namaz qılan olduğunu bildirmiş nəyə görə saxlanıldığını soruşmuşdur. Polis əməkdaşları isə ona: “dediklərimizi etməlisən” demişdir. O namaz qılan olduğu üçün narkotiklə ittiham olunmamalı olduğunu polis əməkdaşlarına demiş, narkotiklə deyl, CM-nin 168-ci maddəsi ilə ittiham olunmasını polis əməkdaşlarından istəmişdir. Polis əməkdaşları narkotik maddəni qəbul etməyəcəyi halda onu atası ilə təhdid etmiş, atasının Bakı-Bərdə taksi sürücüsü olduğunu bildiklərini demiş və narkotik maddənin özünün olduğunu qəbul etməzsə, atasının avtomobilindən və evə baxış zamanı evindən çıxaracaqlarını ona demişlər. O seçim arasında qalmışdır. Polis əməkdaşları tərəfindən ona “ailəninmi içəri getməsini istəyərsən yoxsa özününmü ?”sualını vermişlər. O şərəf və ləyaqətinin qorunması üçün ailəsinin parçalanmaması üçün məcburiyyət qarşısında qalaraq, dövlətin qanunlarına güvənərək narkotik maddənin özünün olmasını etiraf etmişdir. O, bağırsağında problem olduğu üçün iki dəfə əməliyyat olunmuşdur. O, fiziki və psixoloji təsirlər görmüş, fiziki təsirlərə dözə bilməmiş və polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları onu şillə, yumruq və təpiklə əməliyyat olduğu nahiyyəsindən də vurmuşlar. Onun sağlamlığı ilə bağlı qeydiyyat aparılmış, ancaq bədənində iz və xəsarət qalmamışdır. Onun siqareti evdə qalmış, polis əməkdaşları ona hansı siqaretdən istifadə etdiyini soruşmuş o da “keno” markalı siqaretdən istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları bir qutu “keno” markalı siqaret alıb gətirmişlər. Polis əməkdaşları bir büküm narkotik vasitəni ona vermiş, siqaret qutusunu cibinə qoymağını istəmişlər. Ona telefon ilə video çəkilis olacağı deyilmiş və video çəkilişdə bunları deməməli olduğu bildirilmişdir. Polis əməkdaşları ondan CM-nin 234.4.3-cü maddəsi ilə veriləcək ittihamı qəbul edib qol çəkməsini istəmişlər. Polis əməkdaşları ona ifadəsində Narkotik vasitəni zibillikdən tapmasını, 10 gün üzərində saxlamısanı, polis əməkdaşlarına deməməsini, sonra da onların onu saxlamasını deməsini istəmişlər. O məcburiyyət qarşısında onalrın dediyi ilə razılaşmışdır. Onun yanında vəkil olmamış ,vəkili ancaq videoçəkilişdə görmüşdür. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “o, tutulmamışdan əvvəl arada bir narkotik vasitə olan heroindən istifadə etmişdir. Tutulmamışdan təxminən 10 gün əvvəl üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 6 (altı) ədəd sollofan kəsiyi bükümlərində olan narkotik vasitə olan heroini yaşadığı Bərdə rayonu 588 saylı qəsəbədə olan zaman zibillikdən tapmışdır. Həmin bükülüləri isə özünə məxsus 1 (bir) qutu “Keno” markalı siqaret qutusunun içərisinə qoyduqdan sonra şəxsi istifadəsi üşün üzərində saxlamışdır. Lakin o, həmin narkotik vasitədən istifadə etməmiş, bununla bağlı heç kimə heç nə deməmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində isə yaşadığı qəsəbədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərib ona narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib saxlamağı və satışı ilə məşğul olmağında şübhəli olması barədə məlumat verilmişdir. Bu səbəbdən polis əməkdaşları onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər. Həmin vaxt üzərində 1 (bir) qutu “Keno” markalı siqaret qutusunun içərisində ümumilikdə 6 (altı) ədəd sollofan kəsiyi bükümlərində olan narkotik vasitə olan heroin olmuşdur. Bərdə rayon polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra ona müdafiəçi tutmaq hüququ izah edilmiş və ona özünün istəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən vəkil X4 təqdim edildikdən sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığı soruşulmuş və könüllü olaraq təqdim etməyi təklifi olunmuşdur. Həmin təklifdən sonra o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 (bir) qutu “Keno” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra siqaret qutusunun içərisinə baxış keçirilən zaman 6 (altı) ədəd sellofan bükümlərində olan narkotik vasitə heroin və 2 ədəd siqaret aşkar olunmuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitə sellofanla birlikdə elektron tərəzidə çəkilərkən ayrı-ayrılıqda 2,37 qram, 0.63 qram, 1,24 qram, 1,23 qram, 1,08 qram və 1,12 qarm olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlələr ağ rəngli bir ədəd zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən onun və müdafiəçisi tərəfindən imzalanmış, üzəri möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra ona üzərində başqa narkotik vasitə olub-olmaması soruşulmuş, o, isə üzərində başqa narkotik vasitə olmadığını demişdir. Onun üzərinə polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş, onun əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli qol saatı, əynində olan şalvarın sağ yan cibindən “Honor 10 lite” markalı mobil telefon, şavların sol yan cibindən 1 ədəd alışqan, 1 manatlıq pul əskinası və 1 manatlıq “Azercell” danışıq kartı aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd alışqan, 1 qutu “Keno” markalı siqaret qutusu və içərisində 2 ədəd siqaret, 1 manatlıq pul əskinası, 1 ədəd qara rəngli qol saatı qaytarılıb onun özünə təhvil verilmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd “Honor 10 lite” markalı mobil telefon ağ rəngli zərfə qoyulub qablaşdırılmış DİN-nin 94 saylı möhrü ilə möhürlənmiş, üzəri onun, müdafiəçisi və iştirakçlılar tərəfindən imzalanmışdır. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi başa çatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,o Bərdə rayon polis şöbəsində CAİ-də əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Narkotiklə bağlı ona məlumat daxil olmuş və o aldığı məlumatı rəhbərliyə məruzə etmişdir. Onlar Bərdə rayon ərazisindəki qəsəbədə təqsirləndirilən şəxsə yaxınlaşmış və polis bölməsinə dəvət etmişlər. Əməliyyat tədbiri zamanı təqsirləndirilən şəxsə heç bir güc tətbiq olunmamışdır.Onlar təqsirləndirilən şəxsə könüllü sürətdə üzərində nə varsa təqdim etməyi təklif etmiş, təqsirləndirilən şəxs isə narkotik vasitəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən 6 büküm heroina bənzər narkotik maddə çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, Qaçqınlar qəsəbəsi deyilən əraziyə getmişlər və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən siqaret qutusu, siqaret qutusunun içərisində 2 ədəd siqaret və heroinə bənzər kütlələr çıxmışdır. Aşkar olunmuş narkotik maddə təhqiqatçı tərəfindən sənədləşdirilmiş və üzəri DİN-nin 94 nömrəli möhrü ilə möhürləndikdən sonra ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə çoxdan baş verdiyi üçün tam dəqiq xatırlamır. Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş, üzərinə baxış keçirilmişdir.O təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilən zaman video çəkilişdə iştirak etmişdir. O təqsirləndirilən şəxsin üzərindən nə çıxdığını xatırlamamış, ancaq təhqiqatçı tərəfindən sənədləşdirilib götürülən zaman orada iştirak etmişdir. Çəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən narkotikə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs verilən ittiham saxtadır. O uzun müddət yaşadıqları qəsəbənin nümayəndəsi olmuşdur. Ehtiyyatda olan zabit kimi məktəbdə direktorun hərbi işlər üzrə müavini vəzifəsində çalışmış,həm də Bərdə rayon polis şöbəsində şura üzvü olmuşdur. Onun evi ilə məktəbin hasarının arası 20 metr olmuşdur. Oğlu ona yaxınlaşmış və kontur almaq üçün getmək istədiyini ona bildirmiş, o isə getməsi üçün icazə vermişdir. Təqsirləndirilən şəxs marketə gedib qayıtmış və yanında olan bir nəfər dostu ilə ondan 20 metr aralıda söhbət etmişlər. Onun yanında isə qəsəbə sakinləri olmuş, 100 nəfərə yaxın qəsəbə sakinin onun ailəsi haqqında müraciəti olmuşdur. Daha sonra onun oğlu və dostunun durduğu yerə gümüşü rəngli “mersedes” markalı avtomobil yaxınlaşmış, içərisindən 3 nəfər düşmüş və Təqsirləndirilən şəxs maşına zorla əyləşdirib aparmışlar. O oğluna yaxınlaşmaq istəmiş ancaq polis əməkdaşları avtomobili əks istiqamətdə sürmüşlər. O öz maşınına əyləşmiş və Bərdə rayon polis şöbəsinə getmişdir. Mülki geyimdə olduqlarından o oğlunu aparan şəxslərin polis olduğunu bilməmişdir. Oğlunun qaçırılması ilə əlaqədar polis şöbəsinə məlumat vermək üçün getmişdir. Polis şöbəsində mülki geyimdə bir nəfər gəlmiş və onu tanıdığını deyərək, narahat olmamasını bildirmişdir. O CAİ-nin rəisi Şahid Abdullayev ilə görüşmüş, oğlunun polis şöbəsinə hansı səbəbdən gətirildiyini soruşmuş, Şahid Abdullayev isə onlarla bağlı olmadığını, kiminsə sifarişi olduğunu ona bildirmişdir. Daha sonra o əməliyyat rəisi üzrə müavin olan Rüfət adlı polis əməkdaşı ilə görüşmüş, Rüfət də ona onlarlıq bir şey olmadığını kiminsə sifarişi olduğunu demişdir. 3-4 ay sonra o Bərdə rayon polis rəisi Ənvər Həsənov ilə görüşmüş, onun da şura üzvü olduğunu və tədbirlərdə bir-birlərini gördüklərini bildirmişdir. O həmişə narkomaniyaya qarşı mübarizə tədbirlərində iştirak etmiş, onun oğlu və dostları da gənclər olaraq bu mübarizədə onun yanında olmuş və fəal iştirak etmişlər. Onlar məktəbli uşaqları narkomaniyadan yayındırmaq üçün tez-tez belə tədbirlər keçirmişlər. Ənvər Həsənov ona: “Sizin övladınızın günahının olub-olmadığını biz sizə deyə bilmərik. Biz bilirik ki, sənin oğlun namaz qılandır”demişdir. Onun oğlu ev şəraitində namaz qılan olmuş, həmişə Bərdə rayonunda olmuş, Bakıya belə getməmişdir. Oğlu namaz qıldığı üçün aparılmış, avtomobildə olarkən polis əməkdaşları tərəfindən telefonu alınmış, bir neçə gündən sonra onunla əlaqə saxlayaraq oğlunun üzərindən narkotik vasitə çıxıdığı ona deyilmişdir. O isə ziyalı ailədən olduqlarını, qardaşının birinin hüquqşunas, digərinin isə polis polkovniki əməliyyat üzrə müavin olduğunu bildirmişdir. O polis idarəsində ağsaqqallar şurasının üzvü olmuşdur. O ibtidai istintaq zamanı ifadə verməmiş, müstəntiq tərəfindən ifadəsi alınmamışdır. Məhkəmədə şahid qismində dinirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə bir qəsəbədə yaşamışdır. Təqsirləndirilən şəxs son vaxtlar bazarda işləmiş, aşağı düşməmiş, demək olar ki, onlar Təqsirləndirilən şəxs heç görməmişlər. Həmin gün işıqlar keçmiş, o, binanın böyründə durmuş, Təqsirləndirilən şəxs gəlmiş salam vermiş və kontur almağa getdiyini bildirmişdir. İşıqlar keçdiyindən marketdə kontur olmamış, o terminaldan kontur vurmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs dərslərinin necə olduğnu soruşmuş, Təqsirləndirilən şəxs isə oxuduğunu, qurtarmasına az qalığını bildirmişdir. Həmin vaxt “Toyota” Mersedes markalı avtomobil onlara yaxınlaşalaraq onlara Təqsirləndirilən şəxs kim olduğunu soruşmuş Elmədin isə bəli buyurun demışdır. Onlar Təqsirləndirilən şəxs avtomobilə əyləşməsini demiş, Təqsirləndirilən şəxs səbəbini soruşanda isə ona heç nə deməmişlər. Təqsirləndirilən şəxs avtomobilə minərək onlarla getmişdir. Təqsirləndirilən şəxs atası da onlardan on-on beş metir aralı olmuş, ondan Təqsirləndirilən şəxs kimlə getdiyini soruşanda o həmin adamları tanmadığını bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş 13 sentyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs 13 sentyabr 2023cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(021)-195/2023 saylı qərarından görünür ki, XXX Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 16/915 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.XXX Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr..» sözləri və imzalar olan kağız paketdəki, 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 2,059 qram, 1,008 qram, 0,505 qram, 1,174 qram, 1,008 qram, 1,080 qram ümumi təmiz çəkisi 6,834 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2023ci il tarixli, 2046 nömrəli rəyindən görünür ki, XXX Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə Bərdə RPŞ-də XXX Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən XXX Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən XXX Təqsirləndirilən şəxs üzərindən yəni, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) qutu nazik «Keno» markalı siqaret qutusunun içərisindən 6 (altı) ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda çəkiləri olan 2,37 qram, 0,63 qram, 1,24 qram, 1,23 qram, 1,08 qram və 1,12 qram narkotik vasitə heroinə bənzər kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş diskə baxış keçirilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 18 dəqiqə müddətində davam edən videogörüntüdə 13 sentyabr 2023-cü il tarixdə Bərdə RPŞ-də XXX Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Məhkəmədə tədqiq olunmuş «axtarış və götürmə aparılması haqqında» 05 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs atası Şahid5 iştirakı ilə 05 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilə videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmiş XXX Təqsirləndirilən şəxs yaşadığı mənzildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş «axtarış və götürmə aparılmas haqqında» 05 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 18 dəqiqə 33 saniyə müddətində davam edən videogörüntülərdə XXX Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən baş vermiş proseslər öz əksini tapmışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzil-Kommunal İstismar sahəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 1351 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs Bərdə rayonu, Həsənqaya kəndində yerləşən 588 yerlik məcburi köçkün qəsəbəsi, bina 11, mənzil 14-də müvəqqəti məskunlaşıb yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq olunmuş “Bərdə rayon Mərkəzi Xəstəxanası” X7 Poliklinika şöbəsindən daxil olmuş 27 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, XXX Təqsirləndirilən şəxs «Bərdə Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmədə tədqiq olunmuş əməliyyat tapşırığına cavabdan görünür ki, XXX Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa XXX Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, XXX Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd kağız paketdə olan ümumi qalıq çəkisi 6,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd «DVD» disk maddi sübut kimi tanınmışdır. XXX Təqsirləndirilən şəxs şübhəli şəxs qismində görüntülü dindirilməsini, eyni zamanda XXX Təqsirləndirilən şəxs yaşadığı ünvana axtarış və keçirməsini əks etdirən 2 (iki) ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarına əlavə edilərək sübut növü kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistinka İdarəsinin MŞÇX proktologiya Ambulator, X6 Kartasindan çıxarışdan görünür ki, XXX Təqsirləndirilən şəxs xx.xx.2023-də anal festueentamiya əməliyyatı olub kafi halda yaşayış yerinə ambulator müalicəyə yazılmışdır. Məhkəmədə tədqiq edilmiş X10 Mingeçevir ŞMX PŞX Cərrahiyyə şöbəsinin çıxarışından görünür ki, XXX Təqsirləndirilən şəxs Diurez N.Müayinədən sonra düz bagırsagın tam arxa fistulası diaqnozu qoyulub. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 29 aprel 2024-cü il tarixli 3-16-17/41/2- 2200/2025 saylı məktubundan görünür ki, XXX Təqsirləndirilən şəxs 16.09.23-cu il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olmuşdur. Müayinə zamanı anamnezində bagırsaq xəstəliyindən əməliyyat olundugunu bildirmişdir. Hal-hazırda səhhəti kafidir və dispanser qeydiyyatda saxlanılır. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heronin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə və təkzib edildiyindən və onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmadığından, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs XXX Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heronin əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı XXX Təqsirləndirilən şəxs narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də XXX Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və XXX Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 6,534 qram təmiz çəkidə narkotik vasitə heroinin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı XXX Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 6,534 qram olan narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. XXX Təqsirləndirilən şəxs 6,534 qram təmiz çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də XXX Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. XXX Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri,istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Məhəkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 6,534 qram narkotik vasitə heroinin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirici hallar yoxdur. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, XXX Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. XXX Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan XXX Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 6,534 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 112,40 (yüz on iki manat 40 qəpik) manat məbləğində pul təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. XXX Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablansın. XXX Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan 6,534 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin cinayət işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 112,40 (yüz on iki manat 40 qəpik) manat məbləğində pul təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (XXX Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-138/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-138/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver