Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-139/2020 28.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X34 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X20 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1953-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Tovuz rayon X1 və ortopediya şöbəsində həkim travmatoloq-ortoped vəzifəsində işləyən, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə, xx xxx 1950-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Tovuz rayon X1 və ortopediya şöbəsində şöbə müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla (hazırki adı ünvan 2 orada yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 1983-cü ildən 2018-ci ildək müddətsiz əmək müqaviləsi, xx.xx.2019-cu il tarixdən Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun 148-k saylı əmri ilə 6 ay müddətilə əmək müqaviləsi əsasında həkim travmatoloq-ortoped kimi işləyərkən, xx xxxxxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirinin 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, həkim-travmatoloq-ortoped kimi tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reablitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını və diaqnozunu müəyyən etmək, movcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reablitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, klinik müşahidə və müayinə, anamnez toplanması və kliniklaborator tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz müəyyənləşdirmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmləşdirilməsini təmin etmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək, X36iza üçün zəruri sənədləri hazırlamaq, ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək və sair hüquqi əhəmiyyət kəsb edən səlahiyyətləri həyata keçirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətlərə görə, yəni 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün müraciət edən şəxsin adına xəstəlik tarixi açılmaqla, guya xəstəxananın Travmatologiya və ortopediya şöbəsində stasionar şəraitdə müalicə olunması görüntüsü yaradan şərait yaradıb, sonda X36iza üçün zəruri sənədlərdə-xəstəlik tarixində və stasionardan çıxan pasiyentin statistik vərəqində müvafiq xəsarətlər yazıb imzalamasına səbəb olan hüquqi əhəmiyyət kəsb edən hərəkətlərə görə ona müraciət edən xx xxxxxx 1972-ci il təvəllüdlü, Tovuz rayonunun Alakol kənd sakini Şahid1 qeyd olunan hərəkətləri 200 manat pulun müqabilində edəcəyini bildirib, sonuncu ilə sövdələşərək, işlədiyi Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Tovuz rayon Mərkəzi Xəstəxanasının 2-ci mərtəbəsində olan Travmatologiya və ortopediya şöbəsində, xidməti kabinetində xx.xx.2019-cu il tarixdə özü üçün maddi nemət olan 200 manat pulu Şahid1 birbaşa yolla, şəxsən rüşvət qismində istəməklə ilkin olaraq 60 (altmış) manat pulu alımış, qarşılığında həmin gün sonuncunun adına guya xəstəxananın Travmatologiya və ortopediya şöbəsində stasionar müalicəyə qəbul olunmasına dair xx xxxxx 2019-cu il tarixli ******* nömrəli xəstəlik tarixinin qeydiyyata alınmasına nail olmuş, xx xxx 2019-cu il tarixdə isə qalan 140 (yüz qırx) manat pulu xidməti kabinetində almaqla, ümumilikdə 200 manat pulu xidməti vəzifəsinin icrası ilə əlaqədar vahid niyyətlə şəxsən rüşvət qismində aldıqdan sonra, Tovuz rayon X1 və ortopediya şöbəsinin müdiri rüşvət alma cinayətindən xəbərsiz olan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənəd sayılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli Xəstəlik tarixinə və həmin nömrə və tarixli Stasionardan çıxan pasiyentin statistik vərəqinə 2019-cu ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Şahid1 guya xəstəxananın Travmatologiya və ortopediya şöbəsində xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək stasisonar şəraitdə müalicə alması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 1995-ci ildən 2015-ci ildək müddətsiz əmək müqaviləsi, xx.xx.2018-ci il tarixdən Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun 415-k saylı əmri ilə 12 ay müddətilə əmək müqaviləsi əsasında Tovuz rayon X1 və ortopediya şöbəsində şöbə müdiri vəzifəsində işləyərkən xx xxxxxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirinin 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, şöbə müdiri kimi şöbənin funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirmək, şöbədə müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, şöbənin həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirmək, şöbənin işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görmək, tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə, mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına nəzarəti həyata keçirmək və sair hüquqi əhəmiyyət kəsb edən səlahiyyətləri həyata keçirən vəzifəli şəxs kimi Tovuz rayon Mərkəzi Xəstəxanasının rəhbərlik etdiyi Travmatologiya və ortopediya şöbəsində həkim travmatoloq-ortoped işləyən Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərə görə rüşvət qismində xx xxxxxx 1972-ci il təvəllüdlü, Tovuz rayonunun Alakol kənd sakini Şahid1 200 manat məbləğində maddi nemət istəməklə almasından məlumatı olmadan sonuncunun adına xəstəlik tarixi açılması və guya xəstəxananın Travmatologiya və ortopediya şöbəsində stasionar şəraitdə müalicə olunması görüntüsü yaradan şəraitin yaradılması ilə bağlı həkim travmatoloq-ortoped Təqsirləndirilən şəxs1 özünə müraciəti ilə razılaşıb, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qanunsuz hərəkətlərə göz yummasını xahiş etməsi ilə əlaqədar özünü işçiləri qarşısında qayğıkeş rəhbər kimi göstərməkdən ibarət olan şəxsi niyyətlə rəsmi sənəd sayılan xx.xx.2019-cu il tarixli ******* nömrəli Xəstəlik tarixinə, həmin nömrə və tarixli Stasionardan çıxan pasiyentin statistik vərəqinə 2019-cu ilin aprel-may aylarında istintaqla müəyyən edilməyən gündə Şahid1 guya xəstəxananın Travmatologiya və ortopediya şöbəsində xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək stasionar şəraitdə müalicə alması barədə bilə-bilə yalan məlumatlar daxil etməklə sair şəxsi niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət X25 işi fakultəsini bitirmiş, 1983-cü ildən hazıradək Tovuz rayon X1 və Ortopediya şöbəsində həkim travmatoloq kimi işləmişdir. 2018-ci ildən təqaüdə çıxmasına baxmayaraq müqavilə əsasında xəstəxanada işini davam etdirmişdir. O, əvvəllər Şahid1 tanışmamış, onunla aralarında hər hansı ədavət və ya narazılıqları olmamış, onu yalnız xəstəxanaya müraciət edərkən tanımışdır. Şahid1 2019-cu ilin aprel ayında Tovuz rayon X4 şöbəsindən göndəriş əsasında xəstəxananın Travmatologiya və Ortopediya şöbəsinə müayinə və müalicə üçün müraciət etmiş, o, Şahid1 müayinə etmişdir. O, Şahid1 adına xx xxxxx 2019-cu il tarixdə xəstəxanada müvafiq stasionar karta açıldığını, belə ki, göndərişlə gəlmiş xəstələrə əvvəlcə xəstəxananın 1-ci mərtəbəsində Qəbul şöbəsində anket açıldığını və sonradan müayinə üçün onlara müraciət olunduğunu bildirmişdir. O, Şahid1 barəsində xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək Travmatologiya şöbəsinə stasionar şəkildə müalicə alması barədə Xəstəlik tarixi və stasionar karta (stasionardan çıxan pasiyentin statistik vərəqi) tərtib etmişdir və bildiyi qədəri ilə bu müddətdə Şahid1 xəstəxananın Travmatologiya və ortopediya şöbəsində stasionar müalicə ərzində xəstənin adına tərtib edilmiş epikiriz, həm də stasionardan çıxan pasiyentin statistik vərəqi onun tərəfindən tərtib olunmuş, özü və şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən imzaları ilə təsdiq edilmişdir. Lakin həmin kartları və kartlara əlavə edilmiş epikrizləri tərtib edərək vermişdir. Şahid1 adına açılmış «Xəstəlik tarixi»ndəki «Çıxma tarixi və saatı» qrafası qarşısındakı «xx.xx.2019-cu il; saat 11:00» qeydlər, «Kliniki diaqnoz» qrafasındakı diaqnoz, «Müalicə həkimi –Abbasov Kamaləddin» qrafasındakı imza, «Həkimin gündəlik müayinələri» vərəqində olan qeydlər, eləcə də Şahid1 müayinə edilib səhhəti ilə bağlı qeydlər müalicə həkimi kimi onun tərəfindən yazılmış və imza edilmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin Şahid1 2-ci qrup əlillik dərəcəsi verilməsinə köməklik etməsi üçün ondan xx xxxxx 2019-cu il tarixdə Tovuz RMX-də xidməti otağında 200 manat pul istəməsi, həmin pulun 60 manatını, elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə, 140 manatını isə xx.xx.2019-cu il tarixdə xidməti otağında alması barədə göstərdiklərini təsdiq etməyərək, onunla Şahid1 arasında belə bir söhbətin olmadığını göstərmişdir. Belə ki, əlillik dərəcəsinə görə qrupun verilməsi hazırda internet vasitəsi ilə onlayn qaydada icra olunur. Qeyd edilən 200 manat pulu isə Şahid1 ona müalicə olunması üçün dərman gətirməsindən ötrü vermişdir. Belə ki, Mübariz sağ əlində olan ağrıları götürmək üçün hemopatik dərmanlar almaqdan ötrü ona 200 manat pul vermişdir. Yəni, Şahid1 əvvəlcə ona dərman almaqdan ötrü 60 manat pulu beh kimi vermiş, qalan 140 manat pulu isə sonradan vermişdir. Həmin dərmanlar satışda olmadığından yalnız firmalara müraciət edəndə onlardan almaq olur. Sonradan Şahid1 həmin iynələrin oynağa vurulduğunu öyrənəndən sonra dərmandan imtina etdiyindən onun pulunun hamısını ona geri qaytarmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 xəstəxananın Travmatologiya şöbəsində stasionar şəraitdə müalicə almasını və xəstəxanada qalmasını görməmiş, lakin onunla bağlı müvafiq sənədləri təsdiq etmişdir. O, 1972-ci ildən həkim kimi fəaliyyət göstərir. 1995-ci ildən hazıradək isə Tovuz RMX-nın Travmatologiya və ortopediya şöbəsinin müdiri vəzifəsində işləyir, Tovuz RMX-nin Travmatologiya və ortopediya şöbəsində ondan başqa Təqsirləndirilən şəxs1 da həkim kimi fəaliyyət göstərir. O, şöbəyə müraciət edən hər bir xəstənin özü və ya Təqsirləndirilən şəxs1 tərəfindən qəbul edilərək lazımi müayinələrdən keçirildiyini, əgər stasionarda qalmasına göstəriş olarsa palataya yerləşdirilərək həkim nəzarəti altında tibb bacısı tərəfindən lazimi proseduralar həyata keçirildiyini bildirdi. Travma almış xəstələr əlillik dərəcəsi almaq üçün ilkin olaraq Tovuz RMX-nın Poliklinika şöbəsinə müraciət edir, orada ilkin sənədləşmə işləri aparıldıqdan sonra göndərişlə ya Bakı şəhərində yerləşən ET Travmatolojiya və Ortopediya İnsitituna, ya da birbaşa Tovuz RMX-nın Travmatologiya şöbəsinə göndərilir. X2 müayinədən keçdikdən sonra yenidən onların şöbəsinə göndərilir. Əlillik dərəcəsi almaq üçün müaricət edən hər bir xəstə baş həkimin tövsiyəsinə əsasən təxminən 10-15 gün müddətinə Travmatologiya şöbəsində stasionar şəraitdə qalmalıdır. Şöbə müdiri kimi özü, eləcə də müalicə həkimi hər gün həmin xəstələrin yerində olubolmamasını yoxlamalı, müalicə həkimi lazımi müayinələri etməlidir. O, Tovuz rayonunun Alakol kənd sakini Şahid1 əvvəllər tanımamış və onunla aralarında heç bir münasibətləri olmamışdır. Şahid1 ilk dəfə xx xxxxx 2019-cu il tarixdə müayinə üçün şöbələrinə müraciət edərkən görmüşdür, həmin gün onu xidməti otaqları bir olduğu üçün Kəmaləddin həkimlə birlikdə qəbul etmişlər. Həmin vaxt söhbət zamanı Şahid1 onlara 1990-cı illərdə müharibədə xəsarət aldığını və sağ əlində şikəstlik olduğunu, ona görə də əlilik dərəcəsi almaq üçün Poliklinika şöbəsinə müraciət etdiyini bildirmişdir. X32 Poliklinikadan verilmiş göndəriş vərəqəsinə uyğun olaraq xəstəlik tarixi açılmalı və stasionar şəraitdə xəstəxanada qalmalı olduğunu bildirmiş, Şahid1 da onlarla razılaşmışdır. Bundan sonra isə onlar Mübariz orada olan tibb bacılarından biri ilə Qeydiyyat (Qəbul) şöbəsinə göndərmişlər. Bundan sonra onun nə baş verməsi, Şahid1la Kəmaləddin həkim arasında nə kimi söhbətlərin olması barədə məlumatı olmamışdır. Şahid1 həqiqətən də xəstəxananın Travmatologiya şöbəsində stasionar şəraitdə müalicə almamışdır. Travmotologiya şöbəsinə müraciət edən xəstələr çox olduğundan xəstəxanada şərait olmadığından o, Şahid1 stasionar şəraitdə xəstəxanada yatmadığını bilsədə həmin tibbi sənədlərə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 1990cı illərin əvvəllərində Qarabağ müharibəsində iştirak etmiş və həmin vaxt Fizulu rayonu ərazisində gedən döyüşlər zamanı sağ əlindən yaralanmış, sənədlərini itirdiyindən həmin vaxtdan bəri özünə əlillik dərəcəsi ala bilməmişdir. Lakin sonradan əmək qabiliyyətini itirdikcə işləyə bilmədiyi üçün özünə əlillik dərəcəsi almaq qərarına gəlmişdir. Buna görə də 2019-cu ilin aprel ayının ortalarında Tovuz rayon X4 şöbəsinə gəlib burada Arif həkimə müraciət edərək 1990-cı illərdə Qarabağ müharibəsində iştirak etməsini, döyüşlərdə xəsarət almasını və əlində həmin vaxt verilmiş heç bir sənəd qalmadığını və yalnız Gürcüstan Respublikasında müayinə edilməsilə bağlı sənəd olduğunu, əlillik dərəcəsi almaq istədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Arif həkim ona göndəriş verərək Bakı şəhərində yerləşən ET Travmatologiya və Ortopediya İnstitutuna göndərmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhərində yerləşən həmin xəstəxanaya getmiş, orada Ruhindeş Rişal adında həkim onu müayinə edərək tibbi sənədləri vermişdir. Həmin sənədlərlə birlikdə göndəriş verən Arif həkimin yanına qayıtmış, sonuncu onu müayinədən keçməsi üçün Tovuz rayon mərkəzi xəstəxanasının həkim travmotoloqu Kəmalədin Abbasovun yanına göndərmişdir. xx xxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində Tovuz rayon X6 həkimin yanına gəlmişdir. Kəmaləddin həkim xəstəxananın 2-ci mərtbəsində yerləşən Travmatologiya şöbəsindəki xidməti otağında onu qəbul edərək müayinə etmiş və sənədlərinə baxmışdır. Həmin vaxt Kəmaləddin həkim ona 2-ci qrup əlilliyə düşən xəsarət yazacağını və guya Travmatologiya şöbəsində stasionar şəraitdə müalicə alması barədə sənəd verəcəyini, buna görə isə ondan 200 manat pul alacağını bildirmişdir. 2-ci qrup əlillik dərəcəsi aldıqdan sonra 160 manat pensiya ala biləcəyini güman etmişdir. Ona görə də Təqsirləndirilən şəxs1la razılaşmışdır. Həmin vaxt qardaşı Şahid2 da onunla birlikdə Kəmaləddin həkimin yanına gəlmişdir. Lakin o, Kəmaləddin həkimin kabinetinin qapısının ağzında dayanıb onu gözləmişdir. Söhbət zamanı Kəmaləddin həkimə istədiyi pulun bir hissəsini, yəni 60 manat verib qalan hissəsini isə sonradan gətirib verə biləcəyini demiş, Kəmləddin həkim də onunla razılaşmışdır. Buna görə də qardaşı Şahid2 elə həmin gün 60 manat pul alaraq xidməti otağında 2 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq pul əskinazları olmaqla Kəmaləddin həkimə vermişdir. Həmin pulu Kəmaləddin həkimə verməsini qardaşı Şahid2 da qapının ağzından görmüşdür. Pulu Təqsirləndirilən şəxs1 verəndə isə üzərində olan kameralı telefonla baş verənləri çəkmiş, lakin həkimin onu çəkməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 qalan 140 manat pulu isə sonra verəcəyini bildirmişdir. Kəmaləddin həkim onun 10 gün xəstəxanada yatmalı olduğunu, adını guya stasionarda müalicə alan xəstə kimi yazacağını, lakin xəstəxanada qalmayacağını, 10 gündən sonra gələcəyini və həmin vaxt 140 manat pulu da gətirməsini bildirmişdir. Bundan sonra Kəmaləddin həkimin göstərişi ilə qeydiyyata alınması üçün xəstəxananın birinci mərtəbəsində yerləşən Qeydiyyat yerinə gəlmiş və burada stasionarda qeydiyyata alınması barədə sənəd tərtib edilmişdir. Bundan sonra Kəmaləddin həkimin yanına qayıtmış, sonuncu da onu rentgen və digər müayinələrdən keçirtmişdir. Lakin həmin müayinələrdən keçirən həkimlər ondan pul istəməmiş və heç kimə pul verməmişdir. Müayinə sənədlərini gətirib Kəmaləddin həkimə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona 10 gündən sonra qalan 140 manat pulu da götürüb gəlməsini bildirmişdir. Bütün baş verənləri mobil telefonuna çəkmişdir. Xəstəxanada stasionar şəraitdə yatmalı olduğu halda adı yazılsa da bir gün də olsa xəstəxanada yatmamışdır. xx xxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində qayını oğlu Şahid3 və qardaşı Şahid2la birlikdə Tovuz rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Qardaşı içəri girməyərək xəstxananın həyətində avtomobildə onları gözləmiş, qohumu Şahid3 onun pensiya düzəltmək üçün xəstəxanaya getdiyini bilmişdir. Xəstəxanada Travmatologiya şöbəsinə Röyaldan üzərində pul olub-olmadığını soruşmuş və ona 140 manat pul lazım olduğunu bildirmişdir. Röyal da elə xəstəxanada Travmatologiya şöbəsində ona 140 manat pul vermişdir. Pulu Röyaldan alanda onu da telefonla çəkmiş, bundan sonra isə Röyal çıxıb getmişdir. Sonra isə Kəmaləddin həkimin xidməti otağına gedərək 140 manat pulu ona vermişdir, Kamaləddin həkim də pulu sayıb 140 manat olduğuna əmin olmuşdur. Pulu verəndən sonra Kəmaləddin həkim xəstəliyi barədə sənədləri ona vermiş, o da həmin sənədləri baş həkim Paşa Muradova təsdiqlətdirərək sənədləri aparıb Poliklinika şöbəsinin müdiri Zahid həkimə vermişdir. Təxminən 1 ay sonra, 2019-cu ilin iyun ayının əvvəllərində mobil telefonuna ona 3-cü qrup əlillik dərəcəsi təyin edilməsi barədə sms gəlmişdir. Lakin Kəmaləddin həkim ondan 2-ci qrup əlillik dərəcəsi təyin edilməsinə köməklik edəcəyi adı ilə 200 mant pul almışdır. Buna görə də Kamaləddin həkimin yanına gedərək nəyə görə onu aldatmasını, ona 2-ci qrup deyil, 3-cü qrup əlillik dərəcəsi təyin edildiyini, buna görə də pulunu geri qaytarmasını tələb etsə də sonuncu onun verdiyi pulu qaytarmadığı üçün onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmişdir. Lakin sonradan o, həmin pulun Təqsirləndirilən şəxs1 tərəfindən ona qytarıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 1991-ci ildən hazıradək Tovuz MRX-nin Poliklinika şöbəsində travmatoloq həkim işləyir. Əvvəllər Tovuz rayonunun Alakol kənd sakini Şahid1 tanımamışdır. Şahid1 xx.xx.2019-cu il tarixdə sağ əlindəki problemlə əlaqədar ona müraciət edərək əlillik dərəcəsi almaq istədiyini bildirmişdir. Mübarizin sağ əlini rentgen müayinəsindən keçirdikdən sonra müvafiq diaqnozu ilə müalicə və müayinə olunması üçün Tovuz MRX-nin Travmatologiya şöbəsinə göndəriş yazmışdır. Poliklinika şöbəsində ciddi tramatoloji xəstələri müalicə və müayinə etmək üçün şərait və imkan olmadığından, xəstələrə stasionar şəraitdə müalicə və müayinə aparılmasından ötrü Şahid1 barəsində göndəriş yazaraq ona vermişdir. Şahid1 sonradan həm Bakı şəhərində Travmatologiya və Ortopediya İnstitutunda, həmçinin Tovuz MRX-nin Travmatologiya şöbəsində müayinələrdən keçərkən ona ilkin olaraq verdiyi diaqnoz öz təsdiqini tapmışdır. Bundan sonra isə Şahid1 ona stasionar müalicədən çıxdıqdan sonra, yəni xx xxx 2019-cu il tarixdə müraciət etmişdir. Ona ilkin göndəriş yazan həkim kimi X36 Komissiyasına göndəriş forması, yəni “Forma 088” formasını tərtib etmişdir. Həmin formada xəstənin keçdiyi bütün müalicə, müayinələrin nəticələri, qoyulmuş diaqnoz, stasionar şəraitdə müalicə aldığı müddət və sair öz əksini tapır. Həmin forma Tovuz MRX-nin Poliklinika şöbəsində fəaliyyət göstərən X13 təqdim olunur. Həmin forma həkim komissiyasının üzvləri tərəfindən baxılıb araşdırıldıqdan sonra onlar tərəfindən imzaları ilə təsdiq olunur. Şahid1 barəsində göndərişi yazdığından və onun barəsində olan “Forma 088” deyilən göndəriş formasını imza etmişdir. Bundan sonra isə həmin forma elektron-onlayn qaydada Səhiyyə Nazirliyinin vahid kompüter bazasına işlənməsi üçün Poliklinika şöbəsində olan kompüter operatoruna təqdim edilmişdir. Həmin komputer bazasında xəstənin bütün aldığı müalicə-müayinələr, analizlərin nəticələri, rentgen, USM müayinələrinin nəticələri əks olunur. Xəstə stasionar şəraitdə müalicə almamışdırsa komputer sistemində həmin xəstəni qeydə almaq mümkün olmur, xəstəyə dərhal imtina gəlir. Səhiyyə Nazirliyində həmin xəstənin tibbi sənədləri ilə elekton qaydada tanış olduqdan sonra onlayn qaydada xəstənin sənədləri Əmək və X26 Nazirliyinə göndərilir. Burada da xəstənin bütün müalicə və müayinə sənədləri ilə tanış olduqdan sonra əgər müsbət nəticə olarsa bundan sonra həmin xəstənin adı, soyadı sənədlərdən silinir, yəni anonimləşdirilir və xəstə barədə bütün müayinə və müalicə nəticələri qeydiyyatda olmadığı digər ayrı-ayrı 2 və ya 3 rayon üzrə X36 Komisiyalarına göndərilir. Həmin Komissiyalar da xəstəyə əlillik dərəcəsini verilməsinə müsbət rəy verdikdən sonra həmin sənədlər Respublika X36iza və Reablitasiya Xidmətinə göndərilir. Bundan sonra isə həmin Xidmətin də müsbət rəyi olarsa xəstənin mobil telefonuna bu barədə, yəni neçənci qrup əlillik dərəcəsi təyin olunması barədə sms, o cümlədən xəstənin qeydiyyatda olduğu rayon X36 Komissiyasına da bu barədə məlumat gəlir. Yəni onların, xəstənin müalicə və ya müayinə həkimlərinin xəstəyə hansısa əlillik dərəcəsinin verilməsində heç bir rolu, iştirakı olmur, bütün bunlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin təsdiq edilməsi barədə 413 saylı qərarı əsasında komputer sistemində onlayn qaydada həll olunur. Şahid1 sağ əlindəki xəsarətlərə görə həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarına əsasən 3-cü qrup əlillik dərəcəsi düşür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Tovuz rayon X1 və ortopediya şöbəsində əməliyyat tibb bacısı işləyir və bazar günündən başqa hər gün səhər saat 09.00-dan saat 15.30-dək işdə olur. Şöbənin müdiri Təqsirləndirilən şəxs2, həkimi isə Təqsirləndirilən şəxs1dur. Şöbədə təxminən 30 nəfərə yaxın tibb bacısı çalışır. Tovuz rayonu Alakol kənd sakini Şahid1 tanımır və xatırlamır. Şahid1 görmədiyini və tanımadığını, həmin şəxsin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Travmatologiya şöbəsində stasionar şəraitdə müalicə almadığını, belə ki, hər gün işə gəlib-getdiyini, Şahid1 şöbədə stasionar şəraitdə müalicə alsaydı onu görə biləcəyini, lakin görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Tovuz rayon X1 və ortopediya şöbəsində tibb bacısı işləyir. Onun palata tibb bacısı kimi işi şöbədə palatada stasionar şəraitdə müalicə alan xəstələrə tibbi qulluq göstərməkdən, yəni həkimlərin göstərişinə əsasən vaxtlı vaxtında xəstələrə ineksiya etmək, lazimi dərmanlarını verməkdən ibarətdir. 2019-cu ilin təxminən aprel-may aylarında Kəmaləddin həkim Şahid1 xəstəlik sənədlərini ona verərək Mübarizi konsultasiya üçün nevropatoloq həkim Ayxan Kəsəmənlinin yanına göndərmişdir. Mübarizi Ayxan həkimin yanına gətirmiş, Ayxan həkim də Mübarizi müayinə edib bu barədə xəstənin xəstəlik tarixində müvafiq qeydlərini aparmışdır. Şahid1 müalicəsi ilə bağlı sonrakı mərhələlər barəsində məlumatı olmamışdır. Lakin Şahid1 stasionar şəraitdə Travmatalogiya şöbəsində müalicə almamışdır, onun adına stasionar xəstənin anketi açılsa da şöbədə yatmamışdır. Şahid1 cəmisi 1 dəfə qeyd etdiyi vaxt şöbələrində görmüş, hər gün işə gəlib-getsə də Şahid1 şöbədə stasionar şəraitdə müalicə almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Tovuz rayon X1 və ortopediya şöbəsində tibb bacısı işləyir, Şahid1 görməmiş və tanımır. O, Şahid1 xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək Travmatologiya şöbəsində stasionar şəraitdə müalicə almadığını, belə ki, mütəmadi işə gəlib-getsə də, onun şöbədə stasionar şəraitdə müalicə almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, xx xxx 2019-cu il tarixdə həyətlərindəki ağacdan yıxıldığı üçün sağ qolu çıxmış, bel nahiyyəsində fəqərələrindən sınıq xəsarətləri aldığı üçün həmin gün Tovuz rayon Mərkəzi Xəstəxanasının 2-ci mərtəbəsində yerləşən Travmatologiya və ortopediya şöbəsinə gətirilmişdir. Burada şöbənin həkimi Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq müayinə və müalicələr almışdır. Travmatologiya şöbəsində 2 günə yaxın qaldıqdan sonra vəziyyəti ağır olduğu üçün göndəriş əsasında Bakı şəhərində yerləşən Neyrocərrahiyyə institutuna gətirilmiş və burada bir müddət müalicə aldıqdan sonra səhhəti normallaşaraq evə buraxılmışdır. O, müalicə aldığı dövrdə Şahid1 Travmatologiya şöbəsində görməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 və ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsinə oxşar məzmunlu ifadə verdilər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 qardaşı Şahid2 ifadələrində göstərmişdir ki, “2019-cu ilin aprel-may aylarında (tarixin dəqiq xatırlamır) qardaşına pensiya düzəltmək üçün Bakı şəhərində yerləşən ET Travmatologiya və Ortopediya İnstitutuna göndəriş əsasında göndərildiyindən qardaşı Mübarizlə birlikdə həmin İnstituta getmiş və qardaşının xəsarət alması ilə bağlı lazım olan tibbi (xəstəlik) sənədlərini almışlar. Bundan sonra isə qardaşı Mübarizlə birlikdə Tovuz MRX-na gəlmişlər, xəstəxanada qardaşı həkim-travmatoloq Təqsirləndirilən şəxs1 otağına daxil olmuş, sonradan qayıdıb ondan Kəmaləddin həkimə vermək üçün 60 manat pul istəmiş, orada Mübariz 60 manat pulu sayıb Kəmaləddin həkimə vermişdir. Qardaşının Təqsirləndirilən şəxs1 60 manat pul verməsini görmüşdür. Bundan sonra isə xəstəlik tarixi (stasionar anket) açmaq üçün xəstəxananın 1-ci mərtəbəsində yerləşən Qeydiyyat şöbəsinə gəlmişlər”. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “2019-cu ilin may ayının əvvəllərində qohumu Şahid1la birlikdə şəxsi ailə problemi ilə bağlı vəkilinin yanına gedərkən Mübariz ona xəstəxanada Kəmaləddin həkimin yanına getməli olduğunu bildirmişdir. Buna görə də Şahid1la birlikdə Tovuz rayon mərkəzi xəstəxanasına gəlmişlər. Xəstəxanada Şahid1 ona əlillik dərəcəsi almaqdan ötrü Kəmaləddin həkimlə 200 manata razılaşdıqlarını, pulun 60 manatını verdiyini, həkimə 140 manat borclu qaldığını, hazırda pulu evdə qaldığını, buna görə də ondan özü ilə vəkilinə verməkdən ötrü götrüdüyü puldan 140 manat pul verməsini xahiş etmişdir. Tovuz MRX-nin ikinci mərtəbəsində pilləkənin yuxarı tərəfində 140 manat pulu sayıb Şahid1 vermişdir. Şahid1 da pulu götürüb xəstəxananın 2-ci mərtəbəsində yerləşən Kəmaləddin həkimin otağına keçmişdir. Həmin vaxt Kəmaləddin həkimin otağının qapısı açıq olduğundan qapının arxasından Şahid1 ona verdiyi 140 manat pulu sayıb Kəmaləddin həkimə verməsini görmüşdür. Kəmaləddin həkim isə həmin pulu sayıb cibinə qoymuşdur. Həmin vaxt Kəmaləddin həkimin otağında onun özündən və Mübarizdən başqa heç kim olmamışdır. Bundan sonra isə çıxıb getmişdirlər”. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “o, Tovuz rayon X1 və ortopediya şöbəsində baş tibb bacısı işləyir, bazar günündən başqa hər gün səhər saat 09.00-dan saat 15.30-dək iş yerində olur. Palata tibb bacısı kimi işi şöbədə palatada stasionar şəraitdə müalicə alan xəstələrə tibbi yardım göstərməkdən, yəni həkimlərin göstərişinə əsasən vaxtlı-vaxtında xəstələrə ineksiya etmək, lazimi dərmanlarını verməkdən, həmçinin ambulator şəraitdə müalicə alan Travmatologiya şöbəsinə müraciət edən xəstələrə ilkin tibbi yardımların göstərilməsindən ibarətdir. Şöbənin müdiri Təqsirləndirilən şəxs2, həkimi isə Təqsirləndirilən şəxs1dur. Şöbələrində təxminən 30-nəfərə yaxın tibb bacısı çalışır. Tovuz rayonunun Alakol kənd sakini Şahid1 tanımır və xatırlamır. Şahid1 prokurorluğa təqdim etdiyi Kəmaləddin həkimlə aralarında baş vermiş söhbətlərin əks olunduğu video ilə tanış olmuşdur. Həmin video görüntüdə Kəmaləddin həkim “Sevinc” deyə onun adını çağırsa da, həmin vaxt bir qədər aralıda olduğuna görə həkim sənədləri şöbənin digər tibb bacısı Şahid6 təqdim edərək xəstə ilə birlikdə onları xəstəxananın 1-ci mərtəbəsinə anket açmağa göndərmişdir”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Şahid1 şikayət ərizəsi ilə Baş Prokurorluğa müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 2398 nömrəli məktubdan görünür ki, Şahid1 Tovuz Rayon Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsində “Sağ əlin dəlibkeçən güllə yarasından sonra ovucun kobud dartıcı çapıq toxuması, İV əl daraq sümüyünün amputasiyası, İİ sıra bilək sümüklərinin olmaması, İİ-İİİ-İV-V barmaqların kəskin deformasiyası, konrakturası, mil bilək oynağının kontrakturası, orta dirsək sinirinin postravmatik nevriti, sağ yuxarı ətrafın distal qrup əzələlərinin atrofiyası. əlin tutma qabiliyyətinin kəskin pozulması ilə” diaqnozu ilə dispanser qeydiyyatındadır. Şahid1 yuxarıda göstərilən diaqnozla Tovuz Mərkəzi rayon Xəstəxanasının Travmatologiya və Ortopediya şöbəsində xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixə kimi stasionar müalicədə olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “MTE və PA” ETT Birliyinin Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 23 nömrəli rəyindən görünür ki, Şahid1 sağ əlində aşkar edilmiş xəsarətlər sağ mil bilək oynağı nahiyyəsinin və sağ əlin arxa səthlərinin həmçinin, sağ əlin ovuc səthinin həmin əlin barmaqlarında patoloji deformasiyaya, əlin tutma funksiyasının pozulmasına, həmçinin sağ mil-bilək oynağı nahiyəsində kontrakturaya səbəb olan, İV əl daraq sümüyünün amputasiyası və İİ sıra bilək sümüklərinin olmaması, orta və dirsək sinirlərinin posttravmatik nevriti ilə müşayiət olunan çapıq toxumaları 1,5 ildən artıq müddətə əmələ gəlmiş dəlib keçən güllə yarasının izidir. Şahid1 bədənində sağ əlində aşkar olunmuş xəsarətlər onun adına Tovuz RMX-da tərtib edilmiş 034746 saylı xəstəlik tarixində qeyd edilənlərlə uyğunluq təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31524/31773/31774 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd DVD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissəsində verilən mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs1 məxsusdur. Tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq 1 və 2 rəqəmləri ilə işarələnmiş “DVD-R” tipli disklərdəki videogörüntülərdən çıxarılmış fotoşəkillərdə və tədqiqata təqdim edilmiş eksperimental fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs, yəni Təqsirləndirilən şəxs1 əks olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 475 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ******* saylı “Xəstəlik tarixi”nin 2-ci vərəqəsinin aşağı sağ hissəsində “Şöbə müdiri soyadı adı” qrafasındakı imza, 15-ci vərəqəsinin aşağı sol hissəsində “Şöbə müdirinin soyadı adı” qrafasında olan imza, 16-cı vərəqəsinin aşağı sağ hissəsində “Şöbə müdiri soyadı adı” qrafasında olan imza və 17-ci vərəqəsinin aşağı sağ hissəsində “Şöbə müdiri soyadı adı” qrafasında olan imza-Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş ******* saylı “Xəstəlik tarixi”nin 1-ci vərəqəsində “Çıxma tarixi və saat” qrafasında olan yazılar, həmin vərəqin aşağı sol hissəsində “Klinik diaqnoz” qrafasındakı olan yazılar, 2-ci vərəqəsində “Cərrahi əməliyyatlar” qrafasında olan yazılar, həmin vərəqənin aşağı hissəsində “Müalicə həkimi” və “Şöbə müdiri” qrafasında olan yazılar, 10-cu vərəqəsində olan “Həkimin gündəlik müayinələri” qrafasında olan yazılar, 11-ci vərəqəsinin aşağı hissəsində “xx.xx.2019” və “xx.xx.2019” qrafalarında olan yazılar, 12-ci vərəqəsində olan “Müşahidə gündəliyi”ndə “Tarix”, “xx.xx.2019”, “xx.xx.2019”, “xx.xx.2019” qrafalarında olan yazılar, 13-cü vərəqəsində “Müşahidə gündəliyi”ndə “Tarix”, “xx.xx.2019” və “xx.xx.2019” qrafalarında olan yazılar, 14-cü vərəqəsinin aşağı hissəsində “Çıxma tarix”, “Saatı”, “Çarpayı günlərinin sayı” qrafalarında olan yazılar, 15-ci vərəqəsində “Son klinik diaqnoz-əsas xəstəlik”, “Patomorfoloji rəy-əsas xəstəlik ” qrafalarında olan yazılar və həmin vərəqənin aşağı hissəsində “Abbasov Kamal” yazılarının qarşısında olan imza, 16-cı vərəqəsində “Pasiyentin soyadı adı atasının adı” və “Xəstəlik tarixinin nömrəsi şöbə” qrafalarında olan yazılar, həmin vərəqədə olan “Epikriz” qrafasında olan yazılar və “Həkim soyadı adı”, “Şöbə müdiri soyadı adı” qrafalarında olan yazılar “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza, 17-ci vərəqəsində olan “Son klinik diaqnoz-əsas xəstəlik” qrafasında olan yazılar, həmin vərəqənin aşağı hissəsində “Həkim soyadı adı” və “Şöbə müdiri soyadı adı” qrafasında olan yazılar və “Təqsirləndirilən şəxs1” yazılarının qarşısında olan imza-Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 Kamaləddin həkimin iş otağında onunla söhbət edir. Kamaləddin həkim «Bakıya xərcin çox çıxır,onun yarısınıda bizə gətirib verəcəksən» deyə bildirir. Şahid1 isə «mən verim da qadan alım lijbi işimi qurtar, nə qədər verəcəm» deyə soruşur. Kəmaləddin həkim isə «200 manata gücün çatacaqmı» deyə bildirir. Şahid1 isə «çatar» deyə cavab verir. Şahid1 sənədləri Bakıya həkimin özünün göndərəcəyini soruşur, həkim isə «yox sən gələcəksən mən epikiriz verəcəm, o epikirizi verəndən sonra» deyərək Şahid1 məxsus mobil telefon nömrəsini orada olan sənədin üzərinə yazır, sonra isə bildirir ki, neçənci günü çıxırsan, Şahid1 isə ayın 5-ə qədər deyə bildirir. Həkim isə «ayın beşinə qədər burda saxlayım, 5-i günü çıxanda zəngləşərəm mən sənə» deyə bildirir. Sonra isə həkim «bu gün ayın 23-dür» deyərək günləri hesablayıb «4-ü günü sənə zəng edəcəm ki,gəl dokumentini götür» deyə bildirir. Şahid1 «hazırlıqlı gəlməsini» soruşur, həkim isə «varındı indi ver» deyə bildirir. Şahid1 isə cəmi 60 manat pulu olduğunu 140 manatı da sonradan verəcəyini bildirir və Kəmaləddin həkimə 60 manat məbləğində pul verir. Həkim isə pulu alaraq şalvarının sol yan cibinə qoyur. Bundan sonra Şahid1 «60 manatı indi verdim, 140 manatım isə sonraya qaldı» deyə soruşur, həkim isə bunu təsdiqləyir, həkim daha sonra dəhlizə çıxaraq Sevinc adlı tibb bacısını çağırıb Şahid1 müayinə olunması üçün Ayxan adlı həkimin yanına aparmasını bildirir. Baxış zamanı növbəti görüntülərdə Tovuz rayon mərkəzi xəstəxanasında pilləkənlərdə Şahid1 bir nəfər şəxs 140 manat pul sayıb veməsi, görüntüdən pullardan birinin 50 manatlıq, digərlərinin isə 5 manatlıq əskinazlar olduğu görünür, həmin vaxt «xx.xx.2019-cu il tarixi» olduğu səsli şəkildə deyilir. Şahid1 da həmin pulları götürüb xəstəxananın Travmatologiya şöbəsinə-Kəmaləddin həkim olduğu ehtimal edilən şəxsin xidməti otağına daxil olur. Şahid1 otağa daxil olanda həkimdən sənədlərin hazır olub-olmadığını soruşur, həkim isə hazır olduğunu bildirərək əlində olan bir neçə sənədi Şahid1 tərəf uzadır. Sonra isə Şahid1 «getdin-gəldinmi Türkiyəyə?» deyə soruşur. Sonuncu isə «yox. 3 gündür svarka salmışdım gözümə,bazara da çıxa bilmədim» deyə cavab verir. Sonra isə «doktor bax bu əlli» deyə bildirəndə Kəmaləddin həkim «ə bildim dana, mənə ver görüm» deyə bildirir. Şahid1 isə «doktor, deyir alanda da say verəndə də» deyə cavab verir. Həkim isə «ə ma ver görüm özüm sayaram» deyə bildirərək pulları Şahid1 əlindən alaraq saymağa başlayır. Həkim pulları sayıb 140 manat olmasını bildirir. Videogörüntüdən göründüyü kimi həkimə verilən pullar 1 ədəd 50 manatlıq, 18 ədəd isə 5 manatlıq əskinazlarından ibarətdir. Həmin vaxt Şahid1 həkimə əvvəl də 60 manat pul verməsini bildirir, həkim də onunla razılaşır. Bundan sonra baxış zamanı həkimin bir daha sənədləri ona göstərərək götürüb aparmasını bildirməsi və Şahid1 isə sənədləri götürərək otaqdan çıxması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxxx 2020-ci il tarixli “xxxxxxxxxxxxxxxx” MMC-dən daxil olmuş Şahid1 məxsus ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində istifadədə olduğu anten dairəsi barədə məlumatların əks olunduğu CD diskdəki görüntülərə baxış zamanı Şahid1 qeyd edilən müddətlərdə, yəni onun adına tərtib edilmiş ******* nömrəli Xəstəlik tarixində və Stasionardan çıxan pasiyentin statistik vərəqində qeyd edildiyi kimi guya Tovuz rayon X1 və ortopediya şöbəsində stasionar şəraitdə müalicə aldığı müddətdə Tovuz RMX-nin yerləşdiyi Tovuz rayonunun Aşağı Öysüzlü kəndinin ərazisində yalnız xx.xx.2019-cu il tarixdə qeydə alındığı, digər günlərdə isə gün ərzində Tovuz rayonunun müxtəlif kəndlərində, o cümlədən bu müddətdə dəfələrlə Şəmkir rayonu, Göygöl rayonu ərazində yerləşən müxtəlif kəndlərdə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Əmək və X27 Nazirliyi yanında Dövlət X30 Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, Şahid1 İİİ qrup əlilliyə görə xx xxxx 2019-cu il tarixdən ömürlük sosial pensiya alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 1973-cü ildən 1995-ci ilə kimi Tovuz rayon X14-travmatoloq ortoped vəzifəsində işləmiş və 1995-ci ildən 2015-ci ilədək müddətsiz əmək müqaviləsi ilə, 2015-ci ildən hazıra kimi isə həmin şöbənin şöbə müdiri vəzifəsində ildə bir dəfə əmək müqaviləsinin uzadılması ilə müddətli əmək müqaviləsi ilə işləyir. Həmçinin Təqsirləndirilən şəxs1 isə 1983-cü ildən 2018-ci ilədək müddətsiz əmək müqaviləsi, 2018-ci ildən hazıra kimi isə ildə bir dəfə əmək müqaviləsinin uzadılması müddəti ilə Tovuz rayon X14-travmatoloq ortoped vəzifəsində işləyir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 1975-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 1976-ci ildən 1979-cu ilə kimi Kirən Həkim məntəqəsinin müdiri işləmiş, 1979-cu ildən 1983-cü ilə kimi Tovuz-Qazax HƏE komissiyasında işləmiş, 1983-cü ildən hal-hazıra kimi Tovuz rayon X1 şöbəsində Həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş və işlədiyi dövr ərzində özünü nizam-intizamlı aparmış və hər zaman bacarıqlı həkim kimi tanınmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 1972-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 1972-ci ildə 1973-cü ilə kimi Daşkəsən rayon xəstəxanasında Həkimtravmatoloq-ortoped işləmiş, 1973-cü ildən 1995-ci ilə kimi Tovuz rayon X14- Travmatoloq-ortoped vəzifəsində, 1995-ci ildən hal-hazıra kimi həmin şöbəsinin şöbə müdiri vəzifəsində işləmiş və işlədiyi müddət ərzində özünü nizam-intizamlı aparmış, xəstələrlə yüksək səviyyədə davranmış və hər zaman bacarıqlı həkim kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tovuz rayon Mərkəzi Xəstəxanasının qəbul jurnalından görünür ki, Şahid1 qəbul kitabı üzrə 868-cı xəstə olaraq xx xxxxx 2019-cu il tarixdə, saat 11:35-də ******* nömrəsi ilə qeydiyyata düşmüş və xx xxx 2019-cu il tarixdə saat 11:00-da xəstəxanadan çıxmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 996, 997 nömrəli arayışlarından və 995 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında daimi qediyyatda olmaqla, ailə üzvləri arvadı X29, oğlulları Qasımov Rövşən Fəxrəddin oğlu, X16 və qızı X5 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti başçısının Abdulbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 164 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Abdulbəyli kəndində daimi qediyyatda olmaqla, ailə üzvləri arvadı X23, oğlu X12 və qızları X8, X9 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020ci tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2020ci tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmişşəxslərinifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, videoyazıları, ekspertiza rəylərinivə digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü CM-nin 311.2-ci maddəsi ilə təqsirli bilməyərək rüşvət almaması, Şahid1 200 manat pulu ona sağ əlində olan ağrıları götürmək üçün hemopatik dərmanlar almaq məqsədilə verməsi, ilkin olaraq ona vermiş olduğu 60 manat pulu beh kimi verməsi, qalan 140 manat pulu isə sonradan verməsi ilə bağlı ifadəsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələri, ekspert rəyləri, video yazılar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi tam etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, video yazılar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayətləri və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri baş vermiş, cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər. Beləliklə məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməlləri tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddəsinin, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslərin əməllərinin həmin maddələrlə tövsif edilməsini əsaslı sayaraq hesab edir ki, təqsirləndirilən şəxslər həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 67, təqsirləndirilən Təqsirləndirilən şəxs2 70 yaşında olmasını, onların yaşayış və iş yeri üzrə müsbət xarakterizə olmalarını təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə münasibətdə cinayət əməlinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi müəyyən edildi. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə hesab edir ki, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs1 67, təqsirləndirilən Təqsirləndirilən şəxs2 70 yaşında olması kimi yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxslər barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur.Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 46.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Qanunvericiliklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-nin 311.2 və 313-cü maddələrinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulsa da, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin ittiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə əlaqədar olduğundan təqsirləndirilən şəxslər barəsində müəyyən müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin şərti məhkum etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübut Şahid1 adına tərtib olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli Xəstəlik tarixinin və xx.xx.2019-cu il tarixli ******* nömrəli Stasionardan çıxan pasiyentin statistik vərəqinin əsillərinin, Şahid1 müraciətinə əlavə etdiyi Təqsirləndirilən şəxs1 pulun verilməsinə dair görüntülərin əks olunduğu 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, fonoskapik ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X19 prosessual hərəkətlərdə 16 saat, Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X7 prosessual hərəkətlərdə 15 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 18 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hüquqlarını ibtidai istintaq zamanı və məhkəmə prosesi zamanı, Təqsirləndirilən şəxs1 hüquqlarını ibtidai istintaq zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə mülki iddiavə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” qətimkan tədbiri ləvğ edilsin və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınan Şahid1 adına tərtib olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxx 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli Xəstəlik tarixinin və xx.xx.2019-cu il tarixli ******* nömrəli Stasionardan çıxan pasiyentin statistik vərəqinin əsillərinin, Şahid1 müraciətinə əlavə etdiyi Təqsirləndirilən şəxs1 pulun verilməsinə dair görüntülərin əks olunduğu 2 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, fonoskapik ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X10 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat, Fəxrəddin Məhərrəm oğluna dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X3 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat, Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X34 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-139/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-139/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver