Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-139/2021 24.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili –X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 21,569 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edib daşıyaraq həmin narkotik vasitənin bir hissəsi olan ümumilikdə 9,844 qram təmiz çəkidə heroini öz üzərində, qalan hissəsi olan ümumilikdə 11,725 qram təmiz çəkidə heroini və 16,265 qram təmiz çəkidə psixotrop maddə metamfetamini isə qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid5 məxsus ünvan 2 ünvanında sonuncunun xəbəri və məlumatı olmadan gizlədərək saxlamış, Təqsirləndirilən şəxs bu qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 06:50-də Bərdə şəhəri, Nizami küçəsi, ev 4 ünvanının qarşısında saxlanılıb Bərdə Rayon Polis Şöbəsinə dəvət edilərək gətirildikdən sonra orada həmin gün saat 07:25-dən etibarən onun üzərində şəxsi axtarış və götürmə aparılarkən həmin narkotik vasitə heroinin bir hissəsi olan külli miqdarda ümumilikdə 9,844 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən ayrıayrılıqda təmiz çəkiləri 5,486 qram və 4,358 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilib götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid5 məxsus Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşən 28 nömrəli mənzilə həmin gün saat 08:35-dən etibarən keçirilmiş baxış zamanı həmin mənzilin yataq otağında Təqsirləndirilən şəxs aid çarpayı döşəyinin altındakı 01 ədəd sellofan paketin içərisindən qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi ümumilikdə 11,725 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 6,323 qram və 5,402 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda təmiz çəkiləri 12,057 qram və 4,208 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etsə də, son iki ildir ki, narkotik vasitə qəbul etməmişdir. Şahid5 uzun müddətdir ki, tanımış və onunla yaxın münasibətləri olmuşdur. Lakin son zamanlar onunla münasibətləri əvvəlki kimi yaxşı olmamışdır. 25 avqust 2020-ci ildə tanışı Fəridə ondan anası üçün dərman alıb aparmasını xahiş etmiş, o da dərmanı alıb Fəridəgilə getmişdir. O, Fəridəgildə olan zaman təxminən 30-40 dəqiqə sonra polislər evə basqın etmişlər. Həmin zaman Fəridəgildə sonuncunun bacısı və bacısının yoldaşı olmuşdur. O, polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinə aparılmış, həmin vaxt Şahid müəllim və iki üç nəfər polis əməkdaşı ilə birlikdə üzərinə baxış keçirilmişdir. Baxış zamanı onun üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra onu Aqil müəllimin otağına aparıb, orada üstünə narkotik vasitə yerləşdirib, həmin narkotik vasitənin ona aid olmasını boynuna almağını, onu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verəcəklərini bildirmişlər. O da polis əməkdaşları ilə razılaşmadığımdan Şahid müəllim və Ramin onu döymüşlər. Sonra o, ayaqyoluna getmiş, qayıdanda Baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin Orxan adlı əməkdaşı ona “ya narkotik vasitənin sənə aid olduğunu boynuna al, ya da qardaşını buraya gətirib onun boynuna qoyacağıq” demişdir. Bundan sonra o, polislər tərəfindən təklif olunmuş narkotik maddənin ona aid olmasını boynuna alıb, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirlədirilməyinə dair cinayət işi açılmasına etiraz etməmişdir. Həmin vaxt polis əməkdaşları ikinci dəfə, lakin bu dəfə video çəkilişlə üzərinə baxış keçirmişlər. O, polis bölməsində döyülməsi ilə əlaqədar prokurorluğa müraciət etmişdir. O, heç bir zaman heç kimə narkotik vasitə satmamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitəni polis əməkdaşları onun üzərinə qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 26 avqust 2020-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumatda xx xxxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərinin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış, 26 avqust 2020-ci il tarixli qərarın icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 06:50-də Bərdə şəhəri, Nizami küçəsi 4 saylı evin qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət olunmuşdur. Şöbədə Təqsirləndirilən şəxs vəkillə təmin edilib hüquq və vəzifələri izah edildikdən, bundan başqa iki nəfər hal şahidi qismində dəvət olunaraq onların hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı aşya və ya maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya saxlamadığını bildirmişdir. Bundan sonra vəkil və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şarvarının sağ yan cibindən iki əkəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə və asılqan başlığı aşkar olunmuşdur. Axtarış zamanı digər hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Aşkar edilmiş iki ədəd büküm elektron tərəzi ilə çəkilən zaman həmin bükümlərin ümumi çəkilərinin 11,27 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin ona aid olmadığını və üzərinə qoyulduğunu bildirmişdir. Aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilsə də, Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən protokola imza etməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-ə baxış keçirilməsi zərurəti yarandığından əməliyyat qrupu həmin mənzilə yollanmışdır. Həmin mənzildə Təqsirləndirilən şəxs qeyrirəsmi nikah münasibətində yaşadığı Şahid5 yaşadığı müəyyən edilmiş və sonuncu təklifə əsasən ünvan 2-ə evində baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə yazıdqdan sonra həmin mənzilə daxil olub hal şahidləri və Şahid5 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altından bir ədəd səffaf sellofan büküm aşkar edilrək götürülmüşdür. Həmin götürülmüş bükümə baxış keçirilən zaman orada dörd ədəd şəffav sellofan bükümlərin olması, həmin bükümlərdən ikisində ağ rəngli kristal formalı maddənin, digər iki bükümlərdə isə qəhvəyi rəngli toz halında olan narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsi ilə çəkilərərk həmin bükümlərin ümumi çəkiləri 33,28 qram olması məlum olmuşdur. Həmin bükümlər zərfə qoyularaq qablaşdırılarılıb möhürlənmişdir. Sorğu zamanı Şahid5 bükümlər aşkar olunan otağda Təqsirləndirilən şəxs qaldığını bildirmişdir. Bundan sonra baxış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir əlavə, vəsatət və şikayət daxil olmadığından protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə heç bir fiziki təzyiq və mənəvi təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Şahid3 da istintaqa verdikləri oxşar məzmunlu ifadələrində Şahid1 yuxarıda göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 27 avqust 2020-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəfindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən tanımadığı daha bir nəfər şəxs tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuşdur. Şöbədə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması nəzərdə tutulmuşdur. Şəxsi axtarışdan öncə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşya və ya maddə olduğu halda təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya saxlamadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən dəvət edilmiş vəkilin, hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının cibindən iki ədəd şəffaf sellofan bükümdə maddə və asılqan başlığı aşkar olunmuşdur. Aşkar edilmiş iki ədəd büküm elektron tərəzi ilə çəkilən zaman həmin bükümlərin ümumi çəkilərinin 11,27 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin ona aid olmadığını və üzərinə qoyulduğunu bildirmişdir. Aşkar olunmuş bükümlər zərfə qoyularaq qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra düzgün tərtib olunması onların imzaları ilə təsdiq edilsə də, Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən protokola imza etməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zərurəti yarandığından polis əməkdaşlarının dəvəti ilə həmin mənzilə yollanmışlar. Həmin mənzildə Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid5 yaşadığı müəyyən edilmiş və Fəridə evində baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həmin mənzilə daxil olmuş, Şahid5 da iştirakı ilə evə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı mənzilin yataq otağında yerləşən çarpayının üzərindəki döşəyin altından dörd ədəd bükümdə narkotik maddə aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər elektron tərəzi vasitəsi çəkilmiş, zərfə qoyularaq qablaşdırılarılıb möhürlənmişdir. Sorğu zamanı Şahid5 bükümlər aşkar olunan otaqda Təqsirləndirilən şəxs qaldığını və aşkar olunmuş narkotik maddələrin ona aid olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. 27 avqust 2020-ci il tarixdə o, yaşadığı evdə İmdadla birgə olan zaman səhər saat 04-05 radələrində qapıdan səs gəldiyini eşitmiş və qapıya tərəf gedən zaman xüsusi geyimli, əllərində silah olan bir neçə şəxs qapını sındırıb evə daxil olaraq ondan İmdadı soruşmuş, o da həmin şəxslərə İmdadın yatdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları İmdadın yatdığı otağa girib onu tutmuşlar. Həmin vaxtı İmdadın əynində alt paltarı olduğundan o, polislərdən İmdada şalvar geyindirməsini xahiş etmiş, onlar da razılıq vermişlər. Bundan sonra polislər İmdadı, həmin vaxt evdə olan onu və bacısı oğlunu da polis bölməsinə aparmışlar. O, polis idarəsindən çıxıb evə gələrək otaqları yığışdırmış və həmin vaxt heç bir narkotik vasitə aşkar etməmişdir. Həmin gün saat 14-15 radələrində polis əməkdaşları tanımadığı iki şəxslə birlikdə yenidən onun yaşadığı evə gəlmiş və evdə əməliyyat keçirəcəklərini bildirmişlər. Bundan sonra əməliyyatçılar İmdadın yatdığı otağa daxil olaraq ondan İmdadın yatdığı çarpayını soruşmuşlar, o da İmdadın yatağını onlara göstərmişdir. Lakin polislər səhv salaraq onun yatdığı yatağın altına 04 ədəd torbada nəsə qoymuşlar. Həmin vaxt o, polislərin onun yatağına bükümləri qoyduqlarını görmüş və onlara İmdadın qızı olduğunu, niyə belə etdiklərini və yatağın ona aid olmasını bildirmişdir. Polis əməkdaşları isə ona “sənlik deyil çıx çölə” demişlər. Bundan sonra polis əməkdaşları onu, bacısını, bacısının yoldaşını və onların oğlunu da polis bölməsinə aparmışlar. Polis bölməsində ondan ifadə alınarkən polislər ona təzyiq edərək onların dedikləri kimi ifadə verməsini tələb etmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvəlli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay, yəni 27 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 avqust 2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək dövriyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 06:50-də Bərdə şəhəri, Nizami küçəsi, ev 4 ünvanının qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edildikdən sonra orada həmin gün saat 07:25-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin hər birinin içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mənzilə baxış keçirilməsi haqqında 27 avqust 2020-ci il tarixli protokola əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi nikah münasibətində yaşadığı Şahid5 məxsus Bərdə şəhəri, Nizami küçəsi, ev 115-də yerləşən 28 nömrəli mənzilə həmin gün saat 08:35-dən etibarən keçirilmiş baxış zamanı həmin mənzildə Təqsirləndirilən şəxs aid yataq otağında çarpayı döşəyinin altındakı 01 ədəd sellofan paketin içərisindən 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər maddələr və 02 ədəd şəffaf sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 27 avqust 2020-ci il tarixli 16/605 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş... ”sözləri olan kağız paketdəki 1 (bir) ədəd sellofan paketin içərisindəki 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 12,057 qram və 4,208 qram, ümumi çəkisi 16,265 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1-ci siyahısının İİ bəndinə daxildir. Həmin kağız paketdəki, 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,323 qram və 5,402 qram, ümumi çəkisi 11,725 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş... ” sözləri olan kağız paketdəki 2 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,486 qram və 4,358 qram, ümumi təmiz çəkisi 9,844 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 16,265 qram olan metamfetaminin ümumi 0,4 qramı tədqiqata sərf edildikdən sonra 15,865 qram qalıq çəkidə metamfetamin qalmışdır. Eləcə də, ümumi təmiz çəkisi 21,569 qram olan heroinin ümumi 0,8 qramı tədqiqata sərf edildikdən sonra 20,769 qram qalıq çəkidə heroin qalmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 23.11.2020-ci il tarixli 3289 nömrəli ekspert rəyinindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" MMC-dən götürülməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli qərarına əsasən "xxxx" MMC-dən 16.10.2020-ci il tarixli BKG/LGL-20096/20 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrənin "xxxx" MMC-də Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçdiyi, ***-***-**-** mobil nömrədən istifadəçisi məlum olmayan 994 51-913-10-00 mobil nömrəyə 25.01.2019-cu il tarixdə saat 19:00-da “Eyne vursan qara da var” məzmunlu, 26.10.2019-cu il tarixdə saat 18:14-də istifadəçisi məlum olmayan 994 55-636-86-06 mobil nömrəyə “40 manatlıq patpres lazımdı, İmdaddı” məzmunlu, 22.02.2020-ci il tarixdə saat 18:23-də istifadəçisi məlum olmayan 994 55-329-09-60 mobil nömrəyə “Qaqa menim pulum yoxdu 3 qram patı gotürüb vere bilerem, nisiye gotrurem 60 manata sene de 3 dene verim 150 manat pul ele sen, menim adamım yoxdu vermeye” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı, həmin SMS mətnlərinin məzmunlarında narkotik vasitələrin tiryək növünə “qara” şərti adı ilə, psixotrop maddələrin metamfetamin növünə isə “patpres” və “patı” şərti adları ilə işarə edilməklə tərəflər arasındakı dialoqun narkotik vasitənin, psixotrop maddənin qanunsuz əldə edilməsinə, saxlanmasına, qəbul edilməsinə, daşınmasına, göndərilməsinə, satılmaqla ticarət dövriyyəsinin həyata keçirilməsinə yönəlmiş məzmunda olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrə üzrə telefonla aparılan danışıqların və məlumatların "xxxx" Telekom MMC-dən götürülməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli qərarına əsasən "xxxx" Telekom MMC-dən 05.10.2020-ci il tarixli 17774 nömrəli məktubla əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** mobil nömrədən istifadəçisi məlum olmayan 994 50-894-94-88 mobil nömrəyə 20.08.2020-ci il tarixdə saat 02:20-də “Gelirem cörek yeyek dapı bizi qonaq cağırır patı qonaqlığına” məzmunlu, istifadəçisi məlum olmayan 994 51-721-72-72 mobil nömrəyə 21.08.2020-ci il tarixdə saat 03:59-da “Gelirem mağarın altına 5 manat verecem patı ver biraz cekim berk dilxoram” məzmunlu SMS mətnlərinin göndərilməsi faktlarının qeydə alındığı, həmin SMS mətnlərinin məzmunlarında psixotrop maddələrin metamfetamin növünə “patı” şərti adı ilə işarə edilməklə tərəflər arasındakı dialoqun psixotrop maddənin qanunsuz əldə edilməsinə, saxlanmasına, qəbul edilməsinə, daşınmasına, göndərilməsinə, satılmaqla ticarət dövriyyəsinin həyata keçirilməsinə yönəlmiş məzmunda olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş götürülmüş ekspertiza tədqiqatından sonra iki ədəd kağız paketlərdə qablaşdırılmış halda olan ümumi 15,865 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və ümumi 20,769 qram qalıq çəkidə narkotik vasitə heroin istintaq zamanı maddi sübutlar hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin və Gəncə şəhər Rayonlararası Ruhi-Əsəb Dispanserinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan dispanserlərdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 14 oktyabr 2019-cu il tarixli 737 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 14.05.2015-ci il tarixli hökmündən və Salyan Rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 04.03.2016-cı il tarixli qərarı ilə həmin cəzasının çəkilməmiş qalan 11 ay 16 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bərdə Rayon Məhkəməsinin 11.05.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin ona aid olmaması, əgər narkotik vasitənin ona məxsus olmasını boynuna almazsa qardaşının da həbs olunacağı, ailə üvlərinin daha da əziyyət çəkməməsi üçün aşkar olunan narkotik vasitəni boynuna alması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğyn olmadığından və özünün ibidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib,həmin ifadələri özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxslə qeyri rəsmi ərarvad münasibətində olduğundan Şahid5 verdiyi ifadəsini təqsirləndirilən şəxsin müdafiəsi məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirib işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən yanlış olaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Lakin ibtidai araşdırma orqanı yuxarıda qeyd edilənlərə, eləcə də qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, ümumilikdə 21,569 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumilikdə 9,844 qram təmiz çəkidə heroini öz üzərində, qalan hissəsi olan ümumilikdə 11,725 qram təmiz çəkidə heroini və 16,265 qram təmiz çəkidə psixotrop maddə metamfetami külli miqdarda ümumilikdə 9,844 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin təmiz çəkiləri 5,486 qram və 4,358 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilib götürülmüşdür. 01 ədəd sellofan paketin içərisindən qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi ümumilikdə 11,725 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 6,323 qram və 5,402 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda təmiz çəkiləri 12,057 qram və 4,208 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlər külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vastəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əsassız olaraq onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində aşkar olunan ümumilikdə 21,569 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumilikdə 9,844 qram təmiz çəkidə heroini öz üzərində, qalan hissəsi olan ümumilikdə 11,725 qram təmiz çəkidə heroini və 16,265 qram təmiz çəkidə psixotrop maddə metamfetami külli miqdarda ümumilikdə 9,844 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin təmiz çəkiləri 5,486 qram və 4,358 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilib götürülmüşdür. 01 ədəd sellofan paketin içərisindən qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi ümumilikdə 11,725 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 6,323 qram və 5,402 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda təmiz çəkiləri 12,057 qram və 4,208 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlər aşkar olmasına baxmayaraq, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib üzərində daşımasına dair hər hansı mötəbər sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsinə dair heç bir mötəbər sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair yuxarıda qeyd edilən qanunda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən digər xüsusatlar da müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı ümumilikdə 21,569 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumilikdə 9,844 qram təmiz çəkidə heroini öz üzərində, qalan hissəsi olan ümumilikdə 11,725 qram təmiz çəkidə heroini və 16,265 qram təmiz çəkidə psixotrop maddə metamfetami külli miqdarda ümumilikdə 9,844 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin təmiz çəkiləri 5,486 qram və 4,358 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilib götürülmüşdür. 01 ədəd sellofan paketin içərisindən qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi ümumilikdə 11,725 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 6,323 qram və 5,402 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda təmiz çəkiləri 12,057 qram və 4,208 qram olmaqla 02 ədəd şəffaf sellofan bükmlərdə satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, ümumilikdə 21,569 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, ümumilikdə 9,844 qram təmiz çəkidə heroini öz üzərində, qalan hissəsi olan ümumilikdə 11,725 qram təmiz çəkidə heroini və 16,265 qram təmiz çəkidə psixotrop maddə metamfetami külli miqdarda ümumilikdə 9,844 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin təmiz çəkiləri 5,486 qram və 4,358 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilib götürülmüşdür. 01 ədəd sellofan paketin içərisindən qeyd edilən narkotik vasitə heroinin qalan hissəsi ümumilikdə 11,725 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 6,323 qram və 5,402 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 16,265 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin isə ayrı-ayrılıqda təmiz çəkiləri 12,057 qram və 4,208 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərdə olan külli miqdarda heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirlməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması onun cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 27 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına saxlanılan iki ədəd kağız paketlərdə qablaşdırılmış halda olan ümumilikdə 15,865 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və ümumilikdə 20,769 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 40 (qırx) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına saxlanılan iki ədəd kağız paketlərdə qablaşdırılmış halda olan ümumilikdə 15,865 qram qalıq çəkidə psixotrop maddə metamfetamin və ümumilikdə 20,769 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirdiyindən 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-139/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-139/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver