Məhkəmə qərarları › İş №1(100)-139/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-139/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-139/2022 18.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxs X12 və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1979-cu il tarixdə Şəmkir rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Ordubadi küçəsi dalan 2, ev 7-də qeydiyyatda olan və Şəmkir şəhəri Elpərəst Hüseynov küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ramazanov Rövşən Cəfər oğlu 22 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Şahid3 və istintaqa məlum olan digər tanışları ilə Şəmkir rayonu Dəllər qəsəbəsində yeməkxanada yemək yeyib spirtli içki qəbul etdikdən sonra onlarla birlikdə Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən «Qaqalar» kafesinə gələrək orada pivə içməyə davam etmiş və həmin tarixdə saat saat 23:40 radələrində Təqsirləndirilən şəxs onlarla görüşüb evə getmək məqsədi ilə ayrılaraq yaxınlıqdakı taksi duracağına getmiş, təxminən 30-40 dəqiqə keçmiş tanışı Şahid3 xəsarət almasını eşidib 23 sentyabr 2021-cı il tarixdə, saat 00:30 radələrində Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən “İstiqlal” parkına onların yanına gəlmiş və bu hadisədən təəssüflənərək Şahid3 hansı səbəbdən xəsarət almasını soruşub nalayiq söyüşlər işlətməsinə görə X4 ona irad bildirib şillə ilə üzündən vurması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncudan qisas almaq məqsədilə Təqsirləndirilən şəxs həmin vaxt üzərində olan tiyəsinin uzunluğu 105 mm, dəstəyinin uzunluğu 125 mm və ümumi uzunluğu 230 mm olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən ümumi təyinatlı turust bıçağı ilə qəsdən zərbə vuraraq Samir İsgəndərovun döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş səthi yarası ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət, həmçinin qarnın ön divarının daxilə keçən, mədəni zədələyən, bir ədəd deşilmişkəsilmiş yara ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə zərərçəkmiş şəxs Samir İsgəndərovun sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, himayəsində bir azyaşlı övladı vardır. 22 sentyabr 2021-ci il tarixdə tanışı Ceyhunla çayxanada olduğu zaman əvvəllər qonşu kimi yaşadığı Raufla Şahin zəng edərək Şəmkir rayonu Dəllər qəsəbəsində kafedə oturub yeyib içdiklərini bildirmişlər. Bundan sonra Ceyhunla taksiyə oturub Raufun olduğu kafeyə getmişlər. Bir qədər onlarla yeyib içdikdən sonra saat təxminən 23 radələrində Rauf və Ceyhunla birlikdə kafedən çıxaraq Şəmkir şəhəri Həzi Aslanov küçəsində olan “Qaqalar kafe”yə pivə içməyə getmişlər. Orada oturduqları zaman kafedə Raufun qaynı Paşanın tək oturub pivə içdiyini görmüş və Paşanıda öz stollarına çağırmışlar. Bir qədər pivə içdikdən sonra gec olduğundan Ceyhunla o, kafedən çıxaraq həmin küçənin yuxarı tərəfinə getmişlər. Orada dayanıb taksı gözlədiyi zaman xatırlamadığı bir nəfər gələrək Raufun qanın içində olmasını və həmin küçədə yerləşən “İstiqlal” parkı istiqamətinə apardıqlarını bildirmişdir. Ceyhunla o, nə baş verməsini öyrənmək üçün park istiqamətinə getmişdir. Parkın içərisinə girdiyi zaman Raufun üst başının qan olmasını, yanında isə Paşanın və tanıdığı Samir adlı şəxsin olmasını görmüşdür. O, Raufu kimin döyməsini soruşmuşdur. Həmin vaxtı sərxoş olduğundan nə danışdığını xatırlamamışdır. Samirlə mübahisə yaranmasını xatırlamış və Samir sinəsindən təpiklə vuraraq onu yerə yıxmışdır. O, ayağa qaldığı zaman Samir yenidən onun üzərinə gələrək ona yumruq vurmaq istədikdə Samirə gücü çatmayacağını görmüşdür. Ona görə də cibində olan kəpənək formalı bıçağı çıxardaraq bir dəfə Samirin qarın nahiyyəsindən vurmuşdur. Həmin vaxtı X13 gəldiyini bildirmişlər. Ona görə də qorxduğundan bıçağı cibinə qoyaraq oradan qaçıb getmişdir. Sonra polis əməkdaşlarının onu axtardğını eşitmiş və təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinə gəlmiş, cinayət törədərkən istifadə etdiyi bıçağı polis şöbəsində təqdim etmişdir. Həmin vaxtı parkın içərisində Rauf, Paşa və Ceyhundan başqa şəxs olmamışdır, o, Samirə gücü çarmadığından Samirin onu döyməsindən qorxduğu üçün bıçaqla Samiri özündən kənarlaşdırmaq üçün vurmuşdur. Hadisədən sonra Samirlə barışdığını, tibbi xərclərlə bağlı kömək etdiyini və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 22 sentyabr 2021-ci il tarixdə saat təxminən 24 radələrində onların yaşadığı küçədə yerləşən “Qaqalar market”ə siqaret almağa getmişdir. Marketin qarşısına çatdığı zaman orada qonşusu olan Paşanı görmüşdür. Həmin vaxt Paşanın yanında “Tosu” ləqəbi ilə tanıdığı Raufun olmasını gömüşdür. Rauf həddindən artıq sərxoş vəziyyətdə olmuşdur. Eyni zamanda sir-sifəti qan içində olmuşdur. Paşa ona həmin şəxsin yeznəsi olduğunu və Raufu evə aparmaqda köməklik etməyi ondan xahiş etmişdir. Paşa ilə birlikdə Raufun qoluna girərək evləri istiqamətində piyada şəkildə aparmağa başlamışlar. Rauf sərxoş oluğundan onlar Raufu zorla aparırmışlar. O, Paşadan Raufa nə olmasını soruşduqda Paşa Raufun sərxoş olub səndələyib yıxıldığını və həmin vaxtı “Qaqalar” marketin şüşəsini toxunaraq qırdığını, bu zaman da xəsarət aldığını bildirmişdir. Onlar “İstiqlal parkı”nın içərəsinə çatdığı zaman qarşıdan uşaqlıqdan “Pələş” kimi tanıdığı Rövşənin başqa bir tanışı Ceyhunla gəlməsini görmüşdür. O, Ceyhuna Raufu apara bilmədiyini, ona görə də Raufu aparmağa köməklik göstərməyi xahiş etmişdir. Bu zaman Rövşən “bunu kim belə hala salıb” deyərək nalayiq söyüş söymüşdür. O, Rövşəndən nə səbəbdən söyməsini soruşduqda Rövşən ona “yaxşı edirəm” deyəndə o, Rövşənə şillə vurmuşdur. O, yenidən Rövşəni vurmaq üçün üzərinə getdiyi zaman Rövşənin ona yumruq atdığını görmüş və Rövşənin yumruğu qarnından dəymişdir. Rövşən ona yenidən yumruq atdıqda o, Rövşənin əlində parlayan nəyinsə olmasını görmüş və Rövşənin əlində bıçaq olmasını başa düşmüşdür. O, Rövşənin qolundan tutub fırlayan zaman bıçaq sinəsinin sol tərəfini sıyırmış və Rövşəni kənara itələmişdir. Bu zaman qarnının isindiyini hiss etmiş və baxdıqda qan gəldiyini görmüşdür. Paşaya Rövşənin onu bıçaqla vurduğunu bildirmişdir. Ceyhunla Rövşən bıçaq söhbətini eşidən kimi oradan qaçıb getmişlər. O da qarnını tutaraq yaşadığı ev tərəfə getmişdir. Parkan çıxaraq evə getdiyi zaman qonşusu İmamverdinin yolda olmasını görmüş və İmamverdidən onu xəstəxanaya aparmağı xahiş etmişdir. İmamverdinin avtomobili yolda olduğundan tez onu xəstəxanaya aparmışdır. Sonradan Rövşən ilə barışdığını, sağalması ilə bağlı tibbi xərclərə kömək etdiyini, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Rövşəni onlar “Pələş” ləqəbi ilə tanımışlar. Rövşən əvvəllər onlarla qonşuluqda yaşamışdır, sonradan isə Şəmkir şəhəri Qaryağdı yaşayış massivinə köçmüşdür. 22 sentyabr 2021-ci il tarixdə axşam tərəfi o, Rövşənin işlədiyi çayxanaya getmişdir. O, çayxanada bir qədər oturduqdan sonra saat təxminən 21 radələrində Rövşən digər tanışı olan Raufun Dəllər qəsəbəsində kafedə olduğunu bildirmiş, ona gedib birlikdə oturub yeyib içməyi təklif etmişdir. O, üzərində beş manat pul olduğunu bildirmişdir. Rövşən isə özündə 20 manat olduğunu, Raufun da üzərində pul olacağını demişdir. Onlar razılaşdıqdan sonra Rövşən çayxananı bağlamış və taksi ilə Dəllər qəsəbəsinə Raufun oturduğu kafeyə getmişlər. Onlar həmin kafeyə çatdığı zaman Raufun başqa bir qonşusu olan Şahinin də orada olduğunu görmüşlər. Onlar oturub yeyib içdikdən sonra Rövşən və Raufla birlikdə taksi ilə Şəmkir şəhəri Həzi Aslanov küçəsində “Qaqalar” kafesinə pivə içməyə getmişlər. Rövşənlə o, hərəyə bir bakal pivə içmiş və gec olduğunu bildirib oradan duraraq Rövşəni taksi ilə yola salmaq üçün Həzi Aslanov küçəsinin yuxarı hissəsinə getmişlər. Rauf isə orada dayanıb pivə içmişdir. Həmin vaxtı Rövşən açıq havada bir qədər dayanaraq özünə gəlməyi və bundan sonra evə getməyi demişdir. Həmin vaxtı xatırlamadığı bir nəfər gələrək Raufun yıxılıb qanın içində olmasını və evə getməyə halı olmadığını bildirmişdir. Bundan sonra Rövşənlə o, Raufa kömək etmək üçün geri qayıtmışlar. X23 küçəsində yerləşən İstiqlal parkının içərisinə çatdığı zaman Raufu qaynı Paşa və Samir adlı başqa bir qonşusunun qolundan tutub həkimə aparmaq istədiklərini Raufun isə dartınaraq getmək istəmədiyini görmüşdür. Raufun üst başı qanin içində olmuşdur. Onlar yaxınlaşaraq Raufa kömək etmək istədikdə Rauf getmək istəmədiyini bildirmişdir. O, Raufun koftasını qaldıraraq baxdıqda qolundan qan axdığını görmüşdür. Bu zaman Rövşən söyüş söyərək Raufu kimin vurmasını soruşmuşdur. Samir isə Rövşənə nahaqdan söyüş söydüyünü, Raufu heç bir kəsin vurmadığını, Raufun yıxılaraq şüşə kəsdiyini və buna görə xəsarət aldığını bildirmişdir. Həmin anda da o, Rövşənlə Samirin mübahisə etmələrini görmüşdür. Başı Raufa qarışdığından Rövşənlə Samirə fikir verməmiş və dalaşacaqlarını düşünməmişdir. Bu zaman Samirin “bu məni bıçaqla vurdu” deməsini eşitmişdir. O, Samirin səsinə çevrilib baxdıqda Samirin qarnını tutduğunu görmüşdür. Bu zaman Rövşən qaçıb oradan uzaqlaşmış, Samir isə evi yaxın olduğundan evinə tərəf getmişdir. O, bilmişdir ki, Samir oradan taksiyə minəcək, ona görə də Samirin arxasınca getməmişdir. Bir neçə dəqiqə sonra təsadüfən Raufun bacısı oğlunun orada olduğunu və Raufu xəstəxanaya aparmaq istədiklərini görmüşdür. O, artıq Samirin bıçaqla vurulmasına görə həyəcanlı olduğumdan yaşadığı evə getmişdir. Raufun axşam “Qaqalar” marketin şüşəsinə dəyərək şüşəni sındırdığını və həmin vaxtıda qolundan və başından xəsarət aldığını bilmişdir. Hadisə çox qısa zaman kəsiyində baş vermiş, həmin vaxtı ətrafda kənar şəxslər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 22 sentyabr 2021-ci il tarixdə axşam saatlarında işdən gəldikdən sonra evdə yeək yediyi zaman spirtli içki qəbul etmişdir. Saat təxminən 22 radələrində o, evdən pivə içmək üçün çıxmış və yaşadığı evin yaxınlığında olan “Qaqalar kafe”yə getmişdir. Orada stolların birində tək oturaraq pivə içməyə başlamışdır. O, bir qədər oturduqdan sonra yeznəsi Raufun Ceyhun və “Pələş” ləqəbli Rövşənlə həmin yerə gəldiyini və başqa bir stolda oturduğunu görmüşdür. O, Raufa onunla bir stolda oturmağı təklif etmiş, lakin Raufgil ona öz yanlarına gəlməyi demişlər. O, pivəsini götürüb Raufgilin stolunda oturmuşdur. Onlar bir qədər pivə içdikdən sonra Ceyhunla Rövşən gec olduğunu bildirərək oradan durub getmişlər. Raufla o, qalan pivələrini içməyə davam etmişlər. Bir qədər sonra gec olduğundan kafeyə əlavə adamların gəlməməsi üçün yol qapısını bağlamışlar və onlarada pivələrini içib getməyi, kafeni bağlamaq istədiklərini bildirmişlər. Bundan az sonra pivəni içib qutararaq kafedən çıxmaq üçün durmuşlar. Həmin vaxtı Rauf sərxoş olduğundan kafeyə girdiyi qapıdan çıxacağını, başqa qapıdan çıxmayacağını bildirmişdir. O isə Raufa qapının bağlı olduğunu bildirmişdir. Lakin Rauf gəldiyi qapıdan çıxmaq istəsədə çıxa bilməmişdir. O, bir təhər Raufu əlavə qapıdan yola çıxartmışdır. Rauf çox sərxoş olduğundan yeriyə bilməmişdir. Yolda sinif yoldaşı Bəhruzu görmüşdür. Bəhruz həmin vaxtı nə olmasını soruşduqda o, Raufun çox sərxoş olduğunu, evə apara bilmədiyini demişdir. Sonra Bəhruzla söhbət edə edə mağazanın içərisinə keçmişdir. Mağazanın içərisində o, Raufu evə aparmaq üçün Bəhruzdan beş manat yol pulu almışdır. Sonra ikisidə çölə çıxdığı zaman əmisi oğlu Toğrulun və başqa tanımadığı şəxslərin orada dayanmasını görüb həmin şəxslərlə salamlaşmışdır. Onlar mağazanın qarşısında dayandığı zaman Rauf onlara tərəf gəldiyində ayağı büdrəyən kimi olmuş, səndələyə səndələyə mağaza tərəfə gedərək başı mağazanın şüşəsinə dəyərək şüşəsini sındırmışdır. Onlar Raufu yerdən qaldırdıqda Raufun sifətinin qan olmasını görmüşdür. Raufu xəstəxanaya aparmaq istəsələrdə apara bilməmişlər. Bundan sonra o, Raufu evə tərəf aparıdığında qonşusu Samiri görmüş və Raufu evə aparmağa kömək etməyi xahiş etmişdir. Bundan sonra Samirlə hərəsi Raufun bir qoluna girərək Raufu ev istiqamətində aparmağa başlamışlar. Şəmkir şəhəri Həzi Aslanov küçəsində “İstiqlal” parkının içərisinə çatdıqları zaman orada yenidən Raufu aparmaqda çətinlik yaranmışdır. Belə ki, Rauf sərxoş olduğundan dartınmış evə getmək istəməmişdir. Həmin vaxtı qonşusu Ceyhun və uşaqlıqdan “Pələş” kimi tanıdığı Rövşən gəlmişdir. Rövşən Raufun sifətini qanlı görərək söyüşlə Raufa “səni kim vurub” demişdir. Samir isə Rövşənə Raufu kimsənin döymədiyini, başının aynaya dəydiyini və ona görə xəsarət aldığını bildirmişdir. Həmin vaxtı saat təxminən saat 00:30 radələri olmuşdur. Bu zaman Ceyhun Raufun yanına gələrək Raufun qolunda olan xəsarətə baxmışdır. Bu zaman qəfildən Samirlə Rövşən mübahisə etməyə başlamışlar. Onların hansının birinci bir birinə vurduğunu görməmişdir. Həmin anda Samirin “məni bıçaqla vurdular” deyərək aşağı əyildiyini görmüşdür. Həmin anda da o, Rövşənin orada olmadığını, Samirində oradan tez evləri istiqamətində getdiyini görmüşdür. Bundan sonra Ceyhun həyəcanlandığından onları orada qoyaraq getmişdir. Orada Raufla o qalmışdır. Həmin vaxtı da oraya təsadüfən Raufun bacısı oğlu Məmməd gəlmişdir. Onlar Məmmədlə birlikdə yenidən taksiyə minmək üçün “Qaqalar kafe”nin qarşısına gəlmişlər. Oraya çatdıqları zaman həmin yerə gələn polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid5 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 23 sentyabr 2021-ci il tarixdə saat təxminən 00:30 radələrində o, siqaret çəkmək üçün Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən yaşadığı evin qarşısına çıxmışdır. O, evin qarşısında siqaret çəkdiyi zaman qonşusu Samirin qarnını tutaraq ona tərəf gəldiyini görmüşdür. Samir onun yanına çatdıqda bıçaqla vurulduğunu bildirirək özünü tez xəstəxanaya çatdırmağı xahiş etmişdir. Onun avtomobili yolda olduğundan tez Samiri avtomobilə mindirib xəstəxanaya aparmışdır. Yol getdiyi zaman Samirdən onu kimin bıçaqla vurduğunu soruşduqda Samir ona uşaqlıqdan “Pələş” kimi tanıdığı şəxsin vurduğunu bildirmişdir. O, Samirdən Pələşin onu nəyə görə vurmasını soruşduqda Samir ona özünə siqaret almaq üçün getdiyi zaman “Tosu” ləqəbi ilə tanıdığı Raufun başından xəsatər almasını gördüyünü, başqa bir qonşusu olan X18 evə aparmağa köməklik etməsi üçün xahiş etdiyini, Samir həmin şəxsi aparıb getdiyi zaman İstiqlal parkının içərisində Rövşənlə qarşılaşdığını, orada aralarında mübahisə yarandığını və həmin vaxtı Rövşənin Samiri bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. “ ötürmə və baxış keçirilməsi haqqında” 23.09.2021-ci il tarixli protokoldan və ona G əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı zərərçəkmiş şəxs X4 əynində olmuş qısa qol köynək cinayətin izlərinin olması ehtimalı nəzərə alınaraq, istintaq üçün əhəmiyyət kəsb etdiyindən həmin qısa qol köynək iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 27.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, bir ədəd bıçaq boz rəngli dəmir və üzərində kiçik düyməciklər olan dəstək və tiyədən ibarətdir.Bıçağın ümumi uzunluğu 23 sm-dir, tiyəsi boz rəngli metaldan ibarətdir.Bıçağın üzərində hər hansı ləkələrin olması müşahidə edilmədi. Bir ədəd bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq protokol tərtib edilərək götürülmüşdür. “Götürmə və baxış keçirilməsi haqqında” 02.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, X9 təqdim etdiyi “Qaqalar” marketin müşahidə kameralarının görüntülərinin köçürüldüyü DVD-R diskə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. 27.09.2021-ci il tarixli üst baxışı aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt X6 vurub xəsarət yetirmiş olduğu bıçaq Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü gələrək təqdim etdiyindən götürülərək istintaqa təqdim edilmişdir. “Üzləşdirmə haqqında” 14.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə X4 ifadələri arasında ziddiyyət olduğuna görə onlar arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı hər iki şəxs istintaqa verdiyi ilkin ifadələrini bir daha təsdiq etmişlər. “İfadənin yerində yoxlanması haqqında” 14.10.2021-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman o, X7 bıçaqla vuraraq xəsarət yetirdiyi Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən “İstiqlal” parkının arxa tərəfdən giriş hissəsini istintaq hərəkətinin iştirakçılarına göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının 29.09.2021-ci il tarixli 1258 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının 29.09.2021-ci il tarixli 1260 saylı rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş səthi yarası və qarnın ön divarının daxilə keçən, mədəni zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alətlə ola bilsin ki, ekspertizaya təqdim edilən bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 23 sentyabr 2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsində görə qarnın ön divarının daxilə keçən, mədəni zədələyən bir ədəd deşilmişkəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə ballistik ekspertizasının 10.11.2021-ci il tarixli 16/1095/1096 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 1(bir) ədəd bıçaq kustar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan qısaqol köynəyin üzərində olan 03 ədəd “a”, “b” zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 29.09.2021-ci il tarixli, 1260 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən “döş qəfəsinin ön səthinin sol yarısının kəsilmiş səthi yarası və qarnın ön divarının daxilə keçən, mədəni zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 03 ədəd “a”, “b” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarət üst-üstə düşür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18.11.2021-cu il tarixli 701 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. “Şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” 27.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.09.2021-ci il tarixdə Şəmkir rayon polis şöbəsinə könüllü gəlib təqsirini boynuna almışdır. “Şübhəli şəxsin tutulması haqqında” 27.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmışdır Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01.10.2021-ci il arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Şəmki şəhəri E.Hüseynov küçəsində anası X2, həyat yoldaşı X14 və övladı X8 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs oğlu yaşayış yerindən müsbət xarakterizə olunur. “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 19.03.2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X10r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 23.11.2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmişə şəxs X4 hadisə vaxtı Təqsirləndirilən şəxs oğlunun sifət nahiyyəsindən şillə vuraraq fiziki ağrı yetirməsi ilə əlaqədar cianyət tərkibinin olmamasını nəzərə alaraq, zərərçəkmiş şəxsin şikayətinin olmaması əsasına görə həmin xüsusat üzrə cinayət işinin başlanması və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanamsı rədd edilmişdir.Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq və zərərçəkmiş şəxs X4 hadisə baş verən vaxt əynində olmuş bir ədəd qısaqol köynək cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Eləcə də bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs X4 istintaq orqanına təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs oğlu ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını, himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.8, 59.1.10, 59.1.12 və 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23.07.2004-cü il və 17.03.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin içtimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Həmin maddənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, cinayət nəticəsində dəymiş ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını, himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, cəzanı yüngülləşdirən halların məcmusu müstəsna hal kimi qiymətləndirilməli və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində də az azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan zərərçəkmiş şəxs X4 hadisə baş verən vaxt əynində olmuş bir ədəd qısaqol köynək zərərçəkmiş şəxsə qaytarılmalı, imtina edildikdə isə məhv edilməli, eləcə də bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Şəmkir Rayon Polis Şöbəsində saxlanılan zərərçəkmiş şəxs X4 hadisə baş verən vaxt əynində olmuş bir ədəd qısaqol köynək zərərçəkmiş şəxsə qaytarılsın, imtina edildikdə isə məhv edilsin, eləcə də bir ədəd bıçaq isə dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar