Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-139/2023 26.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Mehdiyeva Vəfa Zakir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X10 iştirakları ilə Gəncə Ağır Cinayətlər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixli 11/125-k nömrəli əmrlə Azərbaycan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq, 11/192-k nömrəli xx.xx.2020-ci il tarixli əmrlə təyin olunmaqla Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə Göygöl rayon sakini Zərərçəkmiş şəxs1 İsgəndərova Hicran Namizəd qızını qaçırmasına dair Göygöl rayon Polis Şöbəsinə daxil olmuş müraciəti üzrə toplanmış və 26 iyun 2021-ci il tarixdə icraatına verilmiş cinayət xarakterli 54-c/21 nömrəli material üzrə ilkin araşdırma apararkən Zərərçəkmiş şəxs1 müvafiq iş üzrə köməklik göstərilməsi, yəni material üzrə cinayət işinin başlanmaması və cinayət məsuliyyətinə cəlb olunmamasına görə 2021-ci ilin iyul ayının əvvəli Göygöl rayonu, H.Əliyev prospekti 24 ünvanında yerləşən Göygöl rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs1 guya Göygöl rayon prokuroru ilə yaxın münasibətləri olmasını və həmin münasibətlərinə əsasən araşdırma nəticəsində Zərərçəkmiş şəxs1 xeyrinə qərarlar qəbul olunmasında köməklik olunmasını qısa müddətdə həll etmək imkanında olduğunu yalandan bildirib, özü barədə inam yaratdıqdan sonra həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Sərvaz Hüsenovun xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq araşdırmanın aparılacağı müddət ərzində zərər çəkmiş şəxslə barışdığı təqdirdə material üzrə cinayət işinin başlanılmasının rədd olunması, qeyd edilən müddət ərzində barışıq əldə olunmasa barəsində Azərbaycan Respublikası CM-nin 144-cü maddəsi ilə cinayət işi başlanılıb, həmin maddə ilə ittiham elan olunub, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib cinayət işinin baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 (on min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək, inandırıb sonuncudan 2021-ci ilin iyul ayı ərzində Göygöl rayon prokurorluğunun inzibati binasında bir neçə dəfəyə - ilkin olaraq 3.500 manat, sonradan 2.500 manat və 4.000 manat olmaqla, cəmi 10.000 manat məbləğində pul vəsaitini şəxsən alıb, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus cəmi 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdar ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Nicat Hüseynov həmin vəzifədə işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göygöl rayon sakini X9 X6 qəsdən öldürməyə cəhd etməsi faktı üzrə Göygöl rayon prokurorluğunda başlanılmış və araşdırılması 26 sentyabr 2021-ci il tarixdə özünə tapşırılmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı apararkən X4 Ramil Amil oğlunun, müvafiq iş üzrə köməklik göstərilməsi, yəni Amil İbrahimov barəsində 27 sentyabr 2021-ci il tarixdə Göygöl rayon məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə dəyişdirilməsi üçün zəruri tədbirlərin görülməsində köməklik göstərilməsinə dair 2021-ci ilin oktyabr ayında Göygöl rayonu, H.Əliyev prospekti 24 ünvanında yerləşən Göygöl rayon prokurorluğunun inzibati binasındakı xidməti otağında özünə müraciəti ilə əlaqədar, Şahid4 guya Göygöl rayon prokuroru və Göygöl rayon məhkəməsinin sədri ilə yaxın münasibətlərinin olmasını və həmin münasibətlərinə əsasən Amil İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha yüngül qətimkan tədbirinə dəyişdirilməsini qısa müddətdə həll etmək imkanında olduğunu yalandan bildirib, özü barədə inam yaratdıqdan sonra həmin vəzifəli şəxslərə xidməti vəzifə (səlahiyyətlərinin) icrası ilə əlaqədar Amil İbrahimovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və sonradan iş üzrə icraata xitam verilməsinə dair zəruri tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 18.000 (on səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirdikdən sonra sonuncunun qeyd edilən məbləğin yüksək olmasına dair etirazına əsasən 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək inandırıb sonuncudan 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək olan dövrdə Göygöl rayon prokurorluğunun inzibati binasında bir neçə dəfəyə - ilkin olaraq 3.000 manat, sonradan 3.000 manat və 1.000 manat olmaqla, cəmi 7.000 manat məbləğində Şahid4 anası Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini şəxsən alıb, habelə Şahid4 təqdim etdiyi istintaqa məlum olmayan kart hesabına sonuncunun 1.000 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini köçürməsinə nail olub həmin pul vəsaitini müəyyən edilməyən şəraitdə və yerdə bankomatdan kart vasitəsilə çıxarmaqla, bundan sonra 2022-ci ilin mart ayında istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən Şahid4 istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsinə “WhatsApp” proqram təminatı vasitəsilə zəng edərək, Amil İbrahimov barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilməsi üçün zəruri tədbirlərin görülməsi müqabilində əlavə olaraq 2.000 manatın qeyd edilən vəzifəli şəxslərə rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək inandırıb Şahid4 razılığını almaqla onunla sövdələşib, həmin adla sonuncudan 2022-ci ilin mart ayında ünvan 5 ünvanda yerləşən Gəncə şəhəri X1 yaxınlığında 2.000 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini almaqla, sonradan 2022-ci ilin aprel ayında Şahid4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun istifadəsindəki ***-***-**-** nömrəli mobil telefon nömrəsinə “WhatsApp” proqram təminatı vasitəsilə zəng edərək atası Amil İbrahimov barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsini artıq istəmədiyini bildirdiyi zaman ondan atası barəsində olan qətimkan tədbirinin ləğv olunması üçün zəruri tədbirlərin görülməsi adı ilə rüşvət qismində verilməsi üçün əlavə 5.000 manatın verilməsinin zəruri olduğunu bildirib, Şahid4 qeyd edilən məbləğin yüksək olmasına dair etirazına əsasən 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirərək inandırıb aldatmaqla, həmin adla sonuncudan 2022ci ilin aprel ayında Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 484 ünvanda yerləşən Gəncə şəhər prokurorluğunun inzibati binasının yaxınlığında 2.000 (iki min) manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini şəxsən almaqla, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 12.000 (on iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X16 CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilməyərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, xx.xx.2021-ci ildə Göygöl rayonu Topalhəsənli kəndində yaşayan İsgəndərova Hicran Namizəd qızını ailə qurmaq məqsədi ilə qaçırmışdır. Hicran İsgəndərovanın anasının şikayəti əsasında əvvəlcə Göygöl rayon polis şöbəsi, daha sonra isə Göygöl rayon prokurorluğunda araşdırma aparılmışdır. Göygöl rayon prokurorluğunda araşdırmanı prokurorun sabiq böyük köməkçisi Nicat Hüseynov aparmış rayon prokurorluğunda 1-ci dəfə görüşdüyü zaman sonuncuya hadisə ilə bağlı izahat vermişdir. İzahat verdiyi yer Nicatın işlədiyi Göygöl rayon prokurorluğunda ikinci mərtəbəsində, pilləkəndən qalxanda sola tərəf döndükdən sonra sağ tərəfdəki otaq olmuşdur. 2021-ci ilin iyul ayında Nicat onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib onu Göygöl rayon prokurorluğuna dəvət etmiş işi olduğunu demişdir. Göygöl rayon prokurorluğuna getmiş, xatırladığı qədər həmin gün şənbə günü olmuş, Nicat onu prokurorluqda birinci mərtəbədəki otaqda qəbul etmiş, həmin otaq növbətçi polisin yerləşdiyi yeri keçdikdən və sola döndükdən sonra sağdakı otaq olmuşdur. Otaqda Nicat hadisəni ailə qurmaq niyyəti ilə etdiyini bildiyini ona demiş və ondan 10.000 manat istəmişdir, bunun müqabilində ona təxminən 3 ay vaxt verdiyini, həmin müddət ərzində 10.000 manatı ona verməli və qarşı tərəflə razılaşmalı olduğunu demişdir. Həmçinin Nicat ona demişdir ki, əgər qarşı tərəflə razılaşsa, barəsində ümumiyyətlə cinayət işi başlanmayacaq, əgər qarşı tərəflə razılaşmasa barəsində bir maddə, Cinayət Məcəlləsinin 144-cü maddəsi – adam oğurluğu ilə cinayət işi başlayacaq, həmin maddə ilə ona ittiham elan edəcək, barəsində həbs qətimkan tədbiri seçib işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərəcək. Həmçinin, Nicat ona demişdir ki, onun məhkəmədə əlavə olaraq 1.000-2.000 manat xərci çıxacaq, göstərilən vəsaiti də o, məhkəməyə verəcək. O, Nicatın tələbi ilə razılaşmış, təxminən 15 gün ərzində qoyunlarını sataraq təxminən 8.000 manat pul əldə etmiş, adını bildirmək istəmədiyi qohumlarından da 2.000 manat borc götürmüşdür. 2021-ci ilin iyul ayında Nicat ona zəng edərək prokurorluğa gəlib-gəlmədiyini soruşanda Nicatın pulu istədiyini başa düşmüşdür. Birinci dəfə 3.500 manat, ikinci dəfə 2.500 manat, üçüncü dəfə də 4.000 manatı Nicata Göygöl rayon prokurorluğunda növbətçi polisin yerləşdiyi yeri keçdikdən və sola döndükdən sonra sağdakı otaqda olmaqla 3 dəfəyə 10.000 manat pulu Nicata vermişdir. Pulu hissə-hissə Nicata verdiyi tarix 2021-ci ilin iyul ayı olmuşdur. Nicat ondan 10.000 manatı aldıqdan sonra həmin tarixdə onu yenə də Göygöl rayon prokurorluğunda növbətçi polisin yerləşdiyi yeri keçdikdən və sola döndükdən sonra sağdakı otaqda qəbul etmiş, qarşı tərəfin el-obadan utanıb onunla razılaşması üçün Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə ona ittiham elan etməyi təklif etmiş, o isə Nicatın göstərilən təklifinin onun üçün qəbuledilməz olduğunu bildirib göstərilən təklifdən imtina etmişdir. Təxminən 3 ay 20 gün ərzində, 2021-ci ilin təxminən sentyabr ayının sonuna qədər qarşı tərəflə ünsiyyətdə olub şikayətlərini geri götürmələrini xahiş etsə də, bu mümkün olmamışdır. 2021-ci ilin oktyabr ayının 17-də Nicat ona zəng edərək Turalla birlikdə onu Göygöl rayon prokurorluğuna dəvət etmiş, həmin zaman Nicat onları öz xidməti otağında qəbul etmiş, barəsində Azərbaycan Respublikası CM-nin 144.2.3 və 29,149.1-ci maddələri, Tural barəsində isə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə cinayət işi başladığını, ona və Turala həmin maddələrlə ittiham elan edib həbs edəcəyini bildirmişdir. Nicatla təklikdə, qalarkən xidməti otaqda ona etiraz edərək, ondan pul alsa da əlavə maddə verdiyini bildirmiş, Nicat isə narahat olmamağı, maksimum 10 gün ərzində onu həbsdən azad edəcəyini bildirmişdir. Ancaq Nicat vədinə əməl etməmiş, barəsində Göygöl rayon məhkəməsinin qərarı ilə 1 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 1 ay 10 günün tamamında o Göygöl rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə etap olunmuş, etap zamanı Göygöl rayon prokurorluğunda istintaq hərəkətləri aparılmış, həmin vaxt Hicranı onunla ilk dəfə üzləşdirmiş, sonuncu ona qarşı əsassız ifadə verərək guya onunla qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Bunun əsasında ona əlavə olaraq Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə də ittiham elan edilmişdir. Nicat barədə şikayət etdiyi üçün iş sonuncudan götürülmüş və Pərviz adlı müstəntiqə verilmişdir. Barəsində həbs müddəti daha 3 ay müddətinə artırılmış, ona CM-nin 144.2.3, 144.2.4, 29,149.1 və 150.1-ci maddələri, hadisənin digər iştirakçıları olan Turala və Sahəddinə isə CM-nin 144.2.3-cü maddəsi ilə yekun ittiham elan edilərək iş baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs ondan 10.000 manat istəyərkən və alarkən göstərilən pulu Göygöl rayon prokuroru İlqar Hacızadəyə verəcəyini, həmin puldan özünə və İlqar Hacızadəyə müəyyən hissənin çatacağını, rayon prokuroru kimi sonuncunun vasitəsilə ona köməklik edəcəyini bildirmişdir. Nicat puldan prokurorluq orqanlarında işləyən yuxarı vəzifəli şəxslərə verilməyəcəyini, pulun İqar Hacızadə və özü arasında bölünəcəyini, onların ikisinin köməklik edəcəyini demişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini bildirmiş, lakin təqsirləndirilən şəxslə barışmadığını göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, 2021-ci ilin sentyabr ayında əri X12 yaşadıqları Göygöl rayonu, Hacıməlik kəndində ailə münaqişəsi nəticəsində keçmiş kürəkəni X7 xəsarətlər yetirmişdir. Göygöl rayon prokurorluğunda Amil barədə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaqın aparılması Göygöl rayon prokurorunun köməkçisi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işi başlandıqdan sonra Amil barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hadisə baş verdiyi gün oğlu Ramil evlərinin həyətində Təqsirləndirilən şəxs müraciət edərək atasına köməklik etməyi xahiş etmiş, Nicat da Amilə köməklik etməyin mümkün olduğunu, bu barədə söhbət aparmaq üçün Göygöl rayon prokurorluğunun inzibati binasına gəlməli olduğunu demişdir. Ramil növbəti günü Gürşad adlı həmkəndliləri ilə Göygöl rayon prokurorluğunun inzibati binasına getmişdir. Həmin zaman Ramil Təqsirləndirilən şəxs müraciət edərək hadisənin yaşadıqları evin içində baş verdiyini, X15 qəsd etmək fikrinin olmadığını demiş və Amilə köməklik göstərməyi Nicatdan xahiş etmişdir. Nicat isə Amilin 4 ay ərzində həbsdə qalmalı olduğunu, 3 ayın sonunda həbsdən azad ediləcəyinə çalışacağını bildirmiş, Ramil isə Amilin həbsdən azad edilməsini istədiklərini, ancaq nəticədə cərimə ödənilməsinə razı olmadıqlarını demişdir. Nicat Amilin həbsdən azad edildikdən sonra ayda bir dəfə polis orqanına getməsinin zəruri olduğunu bildirmiş, Ramil də göstərilən şərtlə razılaşmışdır. Amilin həbsdən azad edilməsi və işin yekunlaşması müqabilində Nicat Ramildən 8000 manat istəmişdir. Buna görə də "xxxx" ASC-nin Göygöl filialından 4000 manat kredit götürmüş, 3000 manatı Nicata verməyi planlaşdırmışdır. Ramil Göygöl rayon prokurorluğunda Nicata 3000 manat, 3000 manat və 1000 manatı vermiş, o cümlədən 1000 manatı da ödəniş terminalı vasitəsilə sonuncuya göndərmiş, beləcə razılaşdıqları kimi 8000 manat Nicata ödəniş olmuşdur. Təxminən 5 gün sonra Nicat Ramilə zəng edib Amilin həbsdən azad ediləcəyini, ancaq müəyyən məhdudiyyətlərin qalacağını, qandalın tətbiq ediləcəyini, minimum il yarım ərzində həmin qandalın qüvvədə olacağını, yaşadığı rayon ərazisini tərk edə bilməyəcəyini, polis orqanlarında müəyyən dövrdən bir qeydiyyatdan keçməli olduğunu demişdir. Nicat bunun üçün əlavə 3000-4000 manatın lazım olduğunu demiş, Ramil həmin zaman göstərilən işi Nicatla 2000 manata razılaşdırmış, telefon danışığı zamanı Nicat Ramildən bazarlıq da istəmişdir. X23 üçün 100 manat dəyərində bazarlıq etmiş və 2000 manatı götürüb Nicatla görüş yeri barədə razılaşdıqları Gəncə şəhərinə getmiş, göstərilən zaman o da Ramillə birlikdə olmuşdur. Belə ki, o, Amillə görüşə görə Nicatdan məktub almaq üçün getmişdir. Gəncə şəhəri ərazisində xatırlamadığı ünvanda yerləşən, yaxınlığında dəri-zöhrəvi xəstəxanın yerləşdiyi bazarın yanında Ramil Nicatla sonuncunun idarə etdiyi Mercedes markalı tünd göy rəngli dövlət nömrə nişanlarını xatırlamadığı maşında görüşmüş, o isə Ramili bazarı yaxınlığında gözləmişdir. Ramil bazarlığı və 2000 manatı həmin maşında Nicata vermiş, sonuncu 10-15 günə Amil barədə məhkəmə prosesinin olacağını, qandal tətbiq ediləcəyini bildirmişdir. Nicat görüş barədə məktubu Ramilə vermişdir. Ramil sonradan öyrənmişdir ki, qandalın tətbiqi arzuolunan deyil, bu səbəbdən Nicata “Whatsapp” proqramı ilə zəng etmiş, sonuncudan Amil barədə qandalın tətbiq edilməməsini xahiş etmiş, Nicat isə qandalın tətbiq edilməməsi müqabilində daha 4000-5000 manatın lazım olduğunu demiş, Ramil isə 2000 manatı verə biləcəyini demiş, Nicat da razılaşmışdır. Ramil 2000 manatı yenə qohumlarından və tanışlarından toplayıb Nicata vermişdir. 2022-ci ilin may ayının əvvəli Amil barədə hökm oxunmuş və sonuncu azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nicatdan soruşanda sonuncu məhkəmənin onu aldatdığını demiş, pulunu Nicatdan tələb etsə də sonuncu pulu geri qaytarmaqdan imtina etmiş, şikayət etdikdən sonra sonuncu ondan aldığı hissə-hissə 12000 manatı bütövlükdə geri qaytarmışdır. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs2 yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində yaşayan İsgəndərova Hicran Namizəd qızını ailə qurmaq məqsədi ilə qaçırmış, Hicran İsgəndərovanın anasının şikayəti əsasında əvvəlcə Göygöl rayon polis şöbəsində araşdırma aparılmış cinayət işi başlanaraq Göygöl rayon prokurorluğunda istintaq davam etdirilmişdir. Göygöl rayon prokurorluğunda ibtidai istintaqı prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs aparmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1la Göygöl rayon prokurorluğunda görüşmüş, sonuncudan cinayət işinin icraatına xitam verilməsi üçün 10.000 manat pul istəmiş, qardaşı Zərərçəkmiş şəxs1 da Nicatın tələbi ilə razılaşmışdır. Sərvaz təsərrüfatında olan mal-qaraları satıb 10.000 manat pulu düzəldib bildiyi qədər Göygöl rayon prokurorluğunda Nicata vermişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 144, 149 və 150-ci maddələri ilə ittiham elan edərək onu həbs etmişdir. Hazırda həmin cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Qardaşı Zərərçəkmiş şəxs1 prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs 10.000 manat məbləğində pul verməsini şəxsən görməsə də aralarında olan söhbətlərdən məlumatı olmuş, bunu qardaşı Sərvazdan eşitmişdir. Qardaşının həbs olunması xəbərini eşitdikdən sonra o, Baş Prokurorluğa şikayət etmiş, digər qardaşı Şahid2 isə prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs yanına gedərək hansı səbəbə Zərərçəkmiş şəxs1 pul aldıqdan sonra sonuncunu həbs etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə qardaşı Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul almadığını demişdir. Sonradan şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində xidməti araşdırma aparılmış, həmin dövrdə Göygöl rayon prokuroru İlqar Hacızadə onu qəbula çağırmış və qardaşına köməklik edəcəyinə söz verərək şikayət etməməyi xahiş etmişdir. O da inanıb şikayəti və tələbinin olmadığını notarial ərizə yazmış, həmçinin prokuror İlqar Hacızadə eyni sözləri qardaşı Şahid2 da demiş, Zərərçəkmiş şəxs1 köməklik edəcəyini bildirərək şikayət etməməsini xahiş etmişdir. Həmin ərəfədə prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 aldığı 10.000 manat məbləğində pulu digər qardaşı Şahid2 qaytarmış və sonuncudan şikayət etməməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, X12 qızının əri ilə aralarında yaranmış mübahisə zamanı kürəkəninə bıçaq xəsarətləri yetirmişdir. Həmin hadisə ilə əlaqədar Göygöl rayon prokurorluğunda cinayət işi başlanmış və istintaq aparılmışdır. Həmin ərəfələrdə X8 İbrahimov atasının barəsində istintaq olunan cinayət işi üzrə məlumat almaq üçün onunla birlikdə Göygöl rayon prokurorluğuna getməyi xahiş etmişdir. O da Ramillə birlikdə Göygöl rayon prokurorluğuna getmiş, orada onları rayon prokurorunun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs qəbul etmiş, sonuncu söhbət zamanı Amili buraxmaq imkanına malik olduğunu, cinayət işinin ibtidai istintaqının məhz onun tərəfindən aparıldığını bildirmişdir. Nicatla iş barədə danışmaq istədikdə sonuncu vaxtı olmadığını və bir neçə gün sonra gəlməyi demişdir. Bir neçə gün sonra Ramil ona zəng edərək atasının işinə köməklik məsələsini danışmaq üçün Təqsirləndirilən şəxs yanına birlikdə getməyi xahiş etmiş, lakin xəstə olduğu üçün gedə bilməyəcəyini Ramilə demişdir. Sonradan Şahid4 prokurorun sabiq böyük köməkçisi Nicat Hüseynovli yanına gedərək onunla danışmış, atası Amili həbsdən azad etməsi üçün 7000 manat məbləğində pul istəmiş, həmin ərəfədə Ramil hansısa bankdan 3000 manat məbləğində kredit götürərək ona vermiş və qalıq pulu qısa müddətdə verəcəyini demişdir. Bir neçə gün sonra Ramil ona zəng edərək prokurorluğa gedəcəyini bildirmiş və onunla birlikdə getməyi xahiş etmişdir. O, Ramillə birlikdə Göygöl rayon prokurorluğuna getmiş, yolda Ramil prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs 2000 manat pul apardığını demiş, onlar birlikdə sonuncunun xidməti otağına getmişlər. Ramil pulu vermək istədikdə Təqsirləndirilən şəxs onu otaqdan çıxartmış, o çıxandan sonra 2000 manat pulu Ramildən götürmüşdür. Bundan bir qədər sonra yenə Ramil ona zəng edərək Nicatla görüşəcəyini demiş və ondan birlikdə prokurorluğa getməyi xahiş etmişdir. O Ramillə birlikdə prokurorluğa getmişdir. Təqsirləndirilən şəxs onları Gəncə şəhər prokurorluğunun qarşısına çağırmış, sonuncu ilə orada boz rəngli “Hyundai” markalı avtomobilin içində görüşmüş, onun yanında Ramil 2000 manat məbləğində pulu Nicata vermiş, o, həmin vaxt Təqsirləndirilən şəxs Amili nə zaman azad edəcəyini soruşmuş, Nicat isə Amilin yeni il bayramını evində keçirəcəyini demişdir. Bu hadisədən sonra Nicat Ramildən yenə də pul istəmiş, Ramil isə 7000 manatdan əlavə bir dəfə ona 1000 manat və sonra isə 4000 manat məbləğində pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, 2022-ci il təxminən may ayında atası Sərdar Qurbanov ona zəng edərək Nicat adlı polis əməkdaşının bibisi Zərərçəkmiş şəxs2 və ailə üzvlərini aldadaraq 12 000 manat pulunu və 100 manat ərzaq aldığını bildirmiş, həmin şəxsi tanıyıb-tanımadığını soruşmuş, o da Nicatı tanıdığını və sonuncu ilə danışacağını bildirmişdir. Göygöl RPŞ-nin təhqiqatçısı Nicat adlı şəxsə zəng etmiş, sonuncudan bibisi və ailə üzvlərini tanıyıb-tanımadığını, onlardan hər hansı məbləğdə pul alıb-almadığını soruşmuşdur. Nicat ona həmin şəxsləri tanımadığını, icraatında onların müraciətlərinin olmadığını və heç bir məbləğdə pul almadığını demişdir. Atasına bu barədə məlumat vermiş, bir-iki gündən sonra atası təkrar ona zəng edərək Nicatın polis əməkdaşı deyil, Göygöl rayon prokurorluğunun əməkdaşı olduğunu demiş, Nicatı tanıdığını və sonuncu ilə danışacağını demişdir. Nicatın istifadəsindəki ***-***-**-** nömrəli telefon nömrəsinə zəng etmiş, Nicat telefon zənginə cavab vermiş, onunla haləhval tutmuş və sonuncudan qohumları - Zərərçəkmiş şəxs2 və Ramin İbrahimovu tanıyıb-tanımadığını, onlardan hər hansı məbləğdə pul alıb-almadığını soruşmuş, o həmin şəxsləri tanıdığını, icraatında istintaq olunan cinayət işi ilə əlaqədar bibisinin əri Amil İbrahimova köməklik məqsədilə onlardan 12 000 manat məbləğində pul və 100 manat məbləğində ərzaq bazarlığı aldığını etiraf etmişdir. O, Nicata pulu tez zamanda qaytarmasını, əks təqdirdə qarşı tərəfin ondan şikayət edəcəyini bildirmiş, Nicat isə 3 gün möhlət istəmişdir ki, pulu qaytara bilsin. 3 gün gözlədikdən sonra Nicatdan xəbər çıxmadığı üçün bibisi və Ramin Baş prokurorluğa şikayət etmişlər. Təxminən 2 gün sonra Nicat ona zəng etmiş, evini satışa qoyduğunu, pulu düzəldib verəcəyini demişdir. Daha sonra axşamüstü zəng edərək qardaşının ona zəng edəcəyini demiş, o da Nicata qohumlarının artıq şikayət etdiklərini demişdir. Nicat ondan qohumlarına şikayət etməməyi, pulu düzəldib verəcəyini dedikdə, çalışıb pulu tez qaytarmasını xahiş etmişdir. Nicatın adını xatırlamadığı qardaşı xx.xx.2022-ci ildə ***-***-**-** saylı mobil nömrəsindən ona zəng edərək plastik kartının olub-olmadığını soruşmuş və kartının şəklini ona göndərməyi bildirmişdir. O da özünə məxsus **********634941 nömrəli maaş kartının şəklini “Whatsapp” proqramı ilə həmin şəxsə göndərmişdir. Həmin gün axşam 1000 manat pul, sonra isə hər dəfəsində 1000 manat olmaqla bir neçə dəfəyə cəmi 4000 manat onun kartına köçürülmüş, o da həmin vəsaiti kartından məxaric edərək Şəkərə yaşadığı evdə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi yaratmağa çalışsa da sonuncu telefon zənglərinə cavab verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində yaşayan İsgəndərova Hicran Namizəd qızını ailə qurmaq məqsədi ilə qaçırmışdır. Hicran İsgəndərovanın anasının şikayəti əsasında əvvəlcə Göygöl rayon polis şöbəsində araşdırma aparılmış, sonra isə Hicran İsgəndərovanın şikayəti əsasında cinayət işi başlanaraq Göygöl rayon prokurorluğunda istintaq aparılmışdır. Göygöl rayon prokurorluğunda ibtidai istintaqı prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs aparmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1la Göygöl rayon prokurorluğunda görüşmüş, həmin zaman sonuncudan cinayət işinin icraatına xitam verilməsi üçün 10.000 manat məbləğində pul istəmiş, qardaşı Zərərçəkmiş şəxs1 da Nicatın tələbi ilə razılaşmışdır. Sonra Sərvaz təsərrüfatından olan mal-qaraları sataraq 10.000 manat məbləğində pulu düzəldib Nicata bildiyi qədər Göygöl rayon prokurorluğunda vermişdir. Həmin ərəfələrdə Göygöl rayon prokuroru X17 qəbula çağırmış və sonuncuya Sərvaza köməklik edəcəyinə söz verərək Nicatdan şikayət etməməyi xahiş etmişdir. Onlar da inanaraq şikayətləri və tələblərinin olmadığını notarial ərizədə yazmış, həmçinin prokuror İlqar Hacızadə eyni sözləri ona da demişdir, yəni Zərərçəkmiş şəxs1 köməklik edəcəyini bildirərək şikayət etməməyi xahiş etmişdir. Eyni zamanda həmin ərəfələrdə prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 aldığı 10.000 manat məbləğində pulu ona qaytarmış və ondan şikayət etməməyi xahiş etmişdir İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində bildirdi ki, 2021-ci ilin sentyabr ayında atası X12 yaşadığı Göygöl rayonu, Hacıməlik kəndində ailə münaqişəsi nəticəsində keçmiş kürəkəni X7 xəsarətlər yetirmiş, həmin zaman Göygöl rayon prokurorluğunda atası barədə Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaqın aparılması da Göygöl rayon prokurorluğunun köməkçisi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Cinayət işi başlandıqdan sonra Şahid4 barədə 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Hadisə baş verdiyi gün o, Təqsirləndirilən şəxs evlərinin həyətində müraciət edərək atasına köməklik etməyi xahiş etmiş, sonuncu da atasına kömək etməyin mümkün olduğunu, bu barədə söhbət etmək üçün Göygöl rayon prokurorluğunun inzibati binasına gəlməli olduğunu demişdir. O da növbəti günü Gürşad adlı həmkəndlisi ilə Göygöl rayon prokurorluğunun inzibati binasına getmişdir. X20 qəbuluna girmiş, o, isə Gürşadı prokurorluğunun inzibati binasında gözləmişdir. Gürşad onun yanına gəlmiş, Nicat ilə Amilin işini danışdığını, Nicatın 8000 manat müqabilində atasına köməklik göstərə biləcəyini demiş, ancaq konkret olaraq necə köməklik edəcəyini bildirməmişdir. Binada polis nəfərinin əyləşdiyi yeri keçdikdən sonra dəhlizin başlanğıcında sağ tərəfdə olan otaqda Təqsirləndirilən şəxs onu qəbul etmişdir. Qəbul zamanı o, Təqsirləndirilən şəxs hadisənin atasının yaşadığı evin içində baş verdiyini, bildiyi qədər atasının Azər Məhərrəmova qəsd etmək fikrinin olmadığını demiş və atasına köməklik göstərməyi Nicatdan xahiş etmişdir. Nicat isə atasının 4 ay ərzində həbsdə qalmalı olduğunu, 3 ayın sonunda atasının həbsdən azad ediləcəyinə çalışacağını bildirmiş, o isə atasının həbsdən azad edilməsini istədiyini, ancaq işin nəticəsində hansısa cərimə cəzasının ödənilməsi ilə razı olmadığını demiş, Nicat isə atasının həbsdən azad edildikdən sonra ayda bir dəfə polis orqanına getməyinin zəruri olduğunu bildirmiş, o da göstərilən şərt ilə razılaşmışdır. Atasının həbsdən azad edilməsi və işin yekunlaşması müqabilində Nicat 18 000 manat ondan istəmişdir. Gürşadın ona başqa məbləğ dediyini bildirdikdə Nicat işin dəyərinin əslində 18 000 manat olduğunu, ancaq onun üçün həmin işi 8000 manat müqabilində görüləcəyini bildirmişdir. Həmçinin Nicat göstərilən görüş zamanı demişdir ki, 8000 manatdan 3000 manat ona çatacaq hissə, 5000 manat isə rayon məhkəməsi və rayon prokuroruna çatacaq hissədir. Həmin şərtlərlə razılaşmış, Nicata pulu hansı tarixlərdə verməli olduğunu sonuncu ilə razılaşdırmamışdır. Anası Zərərçəkmiş şəxs2 adına Azərbaycan Beynəlxalq Bankı ASC-nin Göygöl rayon filialından 4000 manat kredit götürmüş, həmin məbləğdən 3000 manatı Nicata verməyi planlaşdırmışdır. Həmin vaxt istifadəsində olan ***-***-**-** ya ***-***-**-** nömrəli telefon nömrəsindən Nicatın istifadə etdiyi, sonu 10-28 ilə bitən telefon nömrəsinə zəng edərək sonuncu ilə görüşmək istədiyini demiş, Nicat da onu Göygöl rayon prokurorluğuna çağırmışdır. Həmin gün Göygöl rayon prokurorluğuna getmiş, binada polisin əyləşdiyi yeri keçdikdən sonra dəhlizin başlanğıcında sağ tərəfdəki otaqda Təqsirləndirilən şəxs onu qəbul etmişdir. O, həmin otaqda 3000 manatı Nicata vermiş, sonuncu da pulu götürmüşdür. Həmin pulu verəndə qalan 5000 manatı maksimum bir ay müddətində ödəyəcəyini demiş, Nicat da razılaşmışdır. Təxminən 15 gün ərzində o, qohumları və tanışlarından borca pul yığaraq, özlərində olan pulu toplamaqla cəmi 3000 manat yığmış, istifadəsində olan ***-***-**-** ya ***-***-**-** nömrəli telefon nömrələrindən Nicatın istifadə etdiyi sonu 10-28lə bitən telefon nömrəsinə zəng edərək sonuncu ilə görüşmək istədiyini demiş, Nicat da onu Göygöl rayon prokurorluğuna çağırmışdır. Göygöl rayon prokurorluğunda əvvəlki otaqda Təqsirləndirilən şəxs onu qəbul etmiş, orada 3000 manatı Nicata vermiş, sonuncu da pulu götürmüşdür. Təxminən 10 gün ərzində o, yenidən 1000 manat pulu qohumlarından yığıb Göygöl rayon prokurorluğunda Nicatla görüşmüş,və eyni otaqda 1000 manatı Nicata vermiş, sonuncu da pulu ondan götürmüşdür 2022-ci ilin mart ayında Nicat ona xatırlamadığı kart nömrəsi demiş və 1000 manatı ora göndərməyi xahiş etmiş, o da Göygöl rayonu Hacıməlik kəndində yerləşən ərzaq mağazasındakı ödəniş terminalından Nicatın ona telefon danışığı zamanı dediyi kart nömrəsinə 1000 manat pul göndərmiş, beləliklə razılaşdıqları kimi 8000 manatı Nicata vermişdir. Təxminən 5 gün sonra Nicat ona mobil nömrədən zəng edib “Whatsapp”dan zəng etməyi xahiş etmişdir. Nicatın nömrəsinə “Whatsapp”la zəng etmiş, danışıq zamanı Nicat atasının həbsdən azad ediləcəyini, ancaq müəyyən məhdudiyyətlərin qalacağını, qandal tətbiq ediləcəyini, ən azı il yarım ərzində qandalın qüvvədə olacağını, atasının yaşadığı rayon ərazisini tərk edə bilməyəcəyini, polis orqanlarında müəyyən dövrdən bir qeydiyyatdan keçəciyini, buna görə 3000-4000 manatın lazım olduğunu demiş, Nicatla həmin işi 2000 manata razılaşdırmışdır. Telefon danışığı zamanı Nicat Qəbələdə yaxşı qoz-fındığı olduğunu demiş, o da Nicatla növbəti görüş üçün sonuncuya bazarlıq etməyi qərarlaşdırmışdır. 100 manat dəyərində Nicat üçün bazarlıq etmiş və 2000 manatı da götürüb Nicatla görüş yeri barədə razılaşdıqları Gəncə şəhərinə getmiş, anası Şəkər də yanında olmuşdur. Zərərçəkmiş şəxs2 atası Amil İbrahimovla görüşə görə Nicatdan məktub almaq üçün onunla getmişdir. Gəncə şəhərində xatırlamadığı ünvanda yerləşən, yaxınlığında dəri-zöhrəvi xəstəxanın olduğu bazarın yanında Nicatla sonuncunun idarə etdiyi “Mercedes” markalı tünd göy rəngli dövlət nömrə nişanını xatırlamadığı maşında görüşmüş, anası isə onu bazarın yaxınlığında gözləmişdir. O, etdiyi bazarlığı və 2000 manatı həmin maşında Nicata vermiş, sonuncu 10-15 günə atası barədə məhkəmə prosesi olacağını və qandal tətbiq ediləcəyini bildirmişdir. Nicat görüş barədə məktubu da ona vermişdir. Sonra o, tanışlarından öyrənmişdir ki, qandalın tətbiq edilməsi arzuolunan hal deyil, bu səbəbdən Nicata “Whatsapp” proqramı ilə zəng etmiş, sonuncudan atası barədə qandalın tətbiq edilməməsini xahiş etmiş, Nicat isə qandalın tətbiq edilməməsi müqabilində 4000-5000 manatın lazım olduğunu demiş, o isə 2000 manat verə biləcəyini demiş, Nicat da razılaşmışdır. Sonra o, 2000 manatı yenə qohumlarından və tanışlarından toplamış, həmin pulu Nicatla zəngləşərək Gəncə şəhər prokurorluğunun qarşısında Nicatın idarə etdiyi boz rəngli dövlət nömrə nişanının son rəqəmləri 717 olan maşınında sonuncuya vermişdir. Nicat iş yerini dəyişdiyinə görə iş digər şəxsin icraatında olmuşdur. Buna baxmayaraq Nicat həmin işi tamamlayacağını demiş, Pərvin də bu halı təsdiq etmişdir. 2022-ci ilin may ayının əvvəlində atası barədə hökm oxunmuş və sonuncu uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Nicatdan soruşanda sonuncu məhkəmənin onu aldatdığını demiş, verdiyi pulu Nicatdan geri istəsə də sonuncu puluqaytarmaqdan imtina etmişdir. Nicat barədə şikayət etdikdən sonra sonuncu ondan aldığı ümumilikdə 12 000 manatı hissə-hissə ona geri qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 atası Ələddin Hüseynov onun atası Məhəmmədin dayısı oğludur. Zərərçəkmiş şəxs1 2021-ci ilin iyun ayında Göygöl rayonu Topalhəsənli kəndində yaşayan İsgəndərova Hicran Namizəd qızını ailə qurmaq məqsədi ilə qaçırmışdır. Hicranın anasının şikayəti əsasında Göygöl rayon prokurorluğunda araşdırma aparılmışdır. Göygöl rayon prokurorluğunda araşdırmanı prokurorun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs aparmışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs1 barədə cinayət işi başlandıqdan sonra sonuncunun qardaşı İsə ona müraciət edərək Nicatın Sərvazdan işin xitam olunması üçün 10 000 manat aldığını, ancaq işi xitam etmədiyini, Sərvaz barədə cinayət işi başladığını və həbs etdiyini bildirmiş, həmçinin Sərvaza köməklik göstərməyi ondan xahiş etmişdir. Həmin zaman İsə Nicatın yanında olarkən ona zəng etmiş və o Nicatla telefonda danışmış, telefon danışığı zamanı Nicat Sərvazın işini müzakirə etmək üçün onu Göygöl rayon prokurorluğuna çağırmışdır. O da 2021-ci il oktyabr ayında Göygöl rayon prokurorluğuna getmiş və Nicatla sonuncunun xidməti otağında görüşmüşdür. Nicat Sərvaz barədə olan cinayət işi üzrə kimsə anonim şikayət etdiyi üçün Baş prokurorluqdan həmin cinayət işi üzrə araşdırmanın obyektiv və sürətli aparılması barədə şifahi göstəriş daxil olmuş, buna görə Sərvazın barəsində cinayət işi başlanılmış və sonuncu həbs edilmişdir. Nicat həmçinin Sərvaz barədə cinayət işi başlamamaq üçün 10 000 manatı səhv edib aldığını, pulu qaytaracağını demiş və şikayət etməməyi Sərvazın ailəsindən xahiş etməkdə köməkliyini istəmişdir. Sərvazın qardaşı İsa və Rizvanla danışmış, Nicatın pulu qaytaracağını bildirmiş və ondan şikayət etməməyi xahiş etmiş, İsə və Rizvan da onunla razılaşmışlar. Nicat 10 000 manatı özü İsaya qaytarmış və bu fakt notarial qaydada rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən Şahid4 ilə Təqsirləndirilən şəxs səs yazılarının əks olunduğu 1 ədəd CD diskə keçirilmiş baxış və təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1452 nömrəli rəyi ilə audiofayllarda danışıqların məzmunundan Şahid4la Təqsirləndirilən şəxs arasında atası Ami İbrahimovun cinayət işi ilə əlaqədar köməklik göstərilməsi və məhkəmənin hökmündən sonra verilmiş pulun qaytarılması məzmununda danışıqların olması Təqsirləndirilən şəxs pulu qaytarmaqda çətinlik çəkməsi və müxtəlif bəhanələrlə qaytara bilmədiyini, özünün də aldadıldığını deməsi, işin gələcəkdə apellyasiyada həll etməyə köməklik göstərməsini təklif etsə də Amil İbrahimovun pulu qaytarmağa təkid etməsi digər səs yazılarında isə Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə pulu geriqaytarmaqdan yayınması, həmin rəydə müvafiq fayldakı danışıqlardan “K1” kimi işarə olunmuş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqinin Şahid4 məxsus olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Göygöl rayon prokurorluğunun inzibati binasına daxil olmuş şəxslərin qeydiyyat jurnalı”ndan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə saat 10:33-dən 10:42-dək, xx.xx.2021-ci il tarixdə saat 16:05-dən 16:13-dək, xx.xx.2021-ci il tarixdə saat 11:08-dən 11:38-dək, xx.xx.2021-ci il tarixdə saat 12:17-dən 12:30-dək, xx.xx.2021-ci il tarixdə saat 18:10-dan 18:14-dək, xx.xx.2021-ci il tarixdə saat 16:50-dən 16:54-dək, xx.xx.2021-ci il tarixdə saat 13:33-dən 13:40-dək, xx.xx.2021-ci il tarixdə saat 18:28-dən 18:32-dək, xx.xx.2021-ci il tarixdə saat 14:13-dən 14:16-dək, Şahid4 xx.xx.2021-ci il tarixdə saat 12:41-dən 14:10-dək, xx.xx.2021-ci il tarixdə saat 10:20-dən 10:28-dək, xx.xx.2021-ci il tarixdə saat 10:24-dən 10:26-dək, xx.xx.2021-ci il tarixdə saat 12:41-dən 14:10-dək Göygöl rayon prokurorluğunun inzibati binasında Təqsirləndirilən şəxs qəbulunda olmuşlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 iyul 2021ci il tarixdə fakta görə Göygöl rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CMnin 144.1 və 149.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, həmin tarixdə cinayət işi Göygöl rayon prokurorunun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs tərəfindən icraata qəbul edilmiş, 18 oktyabr 2021-ci il tarixdə Hüseynov X5 Nicat Faiq oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 144.2.3 və 29,149.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Göygöl rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, iş üzrə ittiham aktı 18 mart 2022-ci il tarixdə təsdiq edilərək baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sənədlərin surətlərindən görünür ki, 26 sentyabr 2021-ci il tarixdə fakta görə Göygöl rayon prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, 27 sentyabr 2021-ci il tarixdə cinayət işi Göygöl rayon prokurorunun sabiq böyük köməkçisi Təqsirləndirilən şəxs tərəfindən icraata qəbul edilmiş, 27 sentyabr 2021-ci il tarixdə X2 Nicat Faiq oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Göygöl rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilmiş, iş üzrə ittiham aktı 21 yanvar 2022-ci il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş əməliyyat və statistika idarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Şahid4 xx.xx.2023-cü il tarixli və Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış elektron informasiya məlumat sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Mahmud Hüseynli və xx.xx.2017-ci il təvəllüdlü Çinar Hüseynli olmaqla iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini, eləcə də istintaq hərəkəti protokollarını, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertizaların rəylərini və sənədləri bir-biri ilə müqayisəli şəkildə, məcmu halda araşdıraraq həmin ifadələri, istintaq hərəkəti protokollarını və məhkəmə ekspertiza rəylərini cinayət hadisəsinin mövcudluğu, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olması, törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən və ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kifayət edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə, göstərilən sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs icraatında olan cinayət işi və yoxlama materialları üzrə Zərərçəkmiş şəxs1 və Amil İbrahimovun barəsində daha yüngül qətimkan tədbiri və cəza veriləcəyi, cinayət məsuliyyətindən azad edilmə, yaxud yüngül cəza təyin edilmə adı ilə müvafiq olaraq 2021-ci il iyun və sentyabr aylarından başlayaraq öz xidməti iş yeri olan Göygöl rayon prokurorluğunda və Gəncə şəhərində yerləşən müxtəlif yerlərdə hissə-hissə olmaqla ümumilikdə xeyli miqdar pul vəsaitini iş üzrə yekun qərar qəbul etmək və cəza vermək səlahiyyəti olan şəxslərə verəcəyi adı ilə öz qulluq mövqeyindən istifadə etməklə aldadıb xeyli miqdar pul vəsaitərinin ələ keçirib təkrar dələduzluq etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə Zərərçəkmiş şəxs1 və Amil İbrahimova qarşı dələduzluq etməməsi onlardan və ailə üzvlərindən mərc oyunlarına qurşanıb çoxlu pul itirdiyinə görə borclu olduğu şəxslərin pulunu vermək üçün borc alması barədə xüsusatları məhkəmə baxışında tədqiq edilmiş sübutlarlarla inkar edildiyi, törətdiyi cinayətə görə məsuliyyət və cəzadan yaxa qurtarmaq məqsədi daşıdığı və özünümüdafiə xarakterli olduğu üçün tənqidi yanaşaraq sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İbtidai araşdırma zamanı ifadə vermiş və məhkəmədə həmin ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, “əvvəllər prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, 2020-ci ilin aprel ayında Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmiş və 2021-ci ilin dekabr ayına qədər həmin vəzifədə işləmiş, dekabr ayında işdən azad edilmişdir. Ailəlidir, 2 azyaşlı uşağı var. Təxminən 2019-cu ildə idman mərc oyunları ilə maraqlanmağa başlamış və həmin mərc oyunlarında oynayıb pul qoyuluşları edərək 100.000 manatdan çox məbləğdə pul uduzmuşdur. Yüksək məbləğdə pullar uduzmağına baxmayaraq bu zərərli vərdişdən əl çəkə bilməyib mərc qoyuluşları etməyə davam etmiş və bir vaxt udacağı ümidi ilə dost, tanış, qohum-əqrəba və qarşısına çıxan demək olar hər bir şəxsdən borca pul almış, xeyli borcu yaranmışdır. Borcları qaytarmaq məqsədi ilə Gəncə şəhəri və Göygöl rayonunda tanıdığı şəxslərdən, icraatında olan işlərlə bağlı tanıdığı şəxslərdən borca alıb digərlərinin borcunu qaytarmış, mərc oyunlarını oynamağa davam etmişdir. Lakin aldığı pulların hamısını uduzduğu üçün sonda borclarını tam qaytara bilməmiş və maddi problemlərinin olduğunu demək olar hər kəs bildiyi üçün artıq heç kimdən borc da ala bilməmişdir. Bu müddət ərzində icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 heyvan alqısatqısı ilə məşğul olduğunu bildiyi üçün ona 10.000 manat borca pul verməsini xahiş etmiş, sonuncu isə ona borc pul verməyə razılaşıb 2021-ci ilin iyul-avqust ayları ərzində Göygöl rayon prokurorluğunun inzibati binasında hissə-hissə ona 10.000 manat borc pul vermişdir. Hazırda həmin şəxsdən aldığı pulu notarial qaydada təsdiq edilmiş ərizə ilə tam şəkildə geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 borc alması və sonradan qaytarmağı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılmış və həmin araşdırmanın nəticəsində də yol verdiyi nöqsanlara, “Etik-Davranış Qaydaları”na əməl etmədiyinə görə Baş prokurorun müvafiq əmri ilə prokurorluq orqanlarından xaric edilmişdir. Bundan başqa, Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləyərkən icraatında Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə istintaq olunmuş Amil İbrahimovun barəsində olan cinayət işi üzrə Amilin oğlu Şahid4 həbsdə olan atası ilə görüşmək üçün razılıq məktubu verməyi ondan xahiş edərək 3-4 dəfə Göygöl rayon prokurorluğunda olmuş və onunla yaxın münasibətləri yaranmışdır. Həmin ərəfədə Ramillə münasibəti yarandığı üçün sonuncudan da borc pul istəmiş və müxtəlif vaxtlarda hissə-hissə Ramildən 8.000 manat borca pul almışdır. Ramildən borc alarkən sonuncu ondan hər dəfə atasının barəsində olan cinayət işinin nəticəsinin necə olacağını soruşmuş və o da ümumi sözlərlə atasına əlindən gələn köməyi edəcəyini demiş, lakin konkret olaraq hər hansı söz verməmişdir. Amil İbrahimov barəsində olan cinayət işi üzrə istintaq davam edən ərəfədə o, prokurorluq orqanlarından xaric olunduğu üçün Ramil bunu bilmiş və bundan sonra onunla münasibətləri pozulmuş, ondan dərhal verdiyi pulu geri qaytarmağı və ya atasının barəsində olan işdə ona kömək etməyi, atasının azadlığa buraxılmasına nail olmağı tələb etmiş və əks təqdirdə barəsində şikayət edəcəyini bildirmişdir. Başqa şəxslərə də borcu qaldığı üçün Şahid4 pulunu geri qaytara bilməmişdir. Orqandan xaric olunmuş şəxs kimi onun həmin işdə heç bir köməklik edə bilməyəcəyini Ramil özü də yaxşı bilmişdir. Atasının barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsində ittihamedici hökm çıxarıldığı üçün Ramil ona qarşı qərəzli olmuş və bundan sonra ondan atasının işində kömək edə bilmədiyini, həmin pulu guya atasının azadlığa buraxılmasına söz verib aldığını deməyə başlamışdır. Ramildən aldığı 8.000 manat əvəzinə O, 10.000 manat qaytarmış, bunu Ramilin ondan şikayət etməsinin qarşısını almaq üçün etmişdir. Sərvaz barəsində apardığı araşdırma və istintaq zamanı isə hansısa vədlər verib, həmin vədlər əsasında 10.000 manat, yaxud digər hansısa məbləğdə pul istəməmiş və almamışdır. Sərvazdan 10.000 manatı borc kimi almış və həmin borc məbləğini də geri qaytarmışdır. Sərvazın barəsində istintaq apardığı zaman onu obyektiv olaraq Azərbaycan Respublikasının CM-nin 29,149.1, 150.2.3, 144.2.1, 144.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etdiyi, həmin maddələrlə ittiham elan etdiyi və həbs olunması ilə bağlı aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etdiyi üçün sonuncu ondan qərəzli olaraq şikayət etməyə başlamışdır. O cümlədən, Amilə, yaxud sonuncunun oğlu Ramilə qeyd edilmiş cinayət işi üzrə istintaq apardığı zaman hansısa vədlər verib, həmin vədlər əsasında 18.000 manat, yaxud digər məbləğdə pul istəməmiş və almamışdır”. Bundan başqa iş materialları üzrə tədqiq edilmiş sənədlərdən, yəni Göygöl rayon prokurorluğunun inzibati binasına giriş çıxışın qeydiyyatı jurnalı çıxarışlarından görünür ki, hər iki zərərçəkmiş şəxs və ailə üzvləri barələrində olan cinayət işi və yoxlama materialı üzrə ilkin araşdırma hərəkətləri zamanı dəfələrlə Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin vaxtlarda şəxslərlə hər hansı prosessual hərəkət (dindirmə, üzləşdirmə və sair) aparılmamış, şəxslər inzibati binaya daxil olduqdan qısa müddət sonra oranı tərk etmişlər. Məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxslərlə təqsirləndirilən arasında olan telefon danışıqlarının yazılı çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər və ailə üzvləri arasında mütəmadi telefon danışığı və qeyri-prosessual hərəkətlər olmuş, qarşı tərəf verdiyi pul vəsaiti müqabilində vəd edilmiş hərəkətlərin edilməməsindən və verilmiş pulun geri qaytarılmamasından narazılıq etmiş, Təqsirləndirilən şəxs isə aldığı vəsaiti qaytarana qədər zərərçəkmiş şəxsləri müxtəlif vədlərlə aldatmağa davam edərək pulun geri qaytarılması üçün vaxt qazanmağa çalışmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, Zərərçəkmiş şəxs2 ilə barışmasını CM-nın 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan sənədlərdən və təqsirləndirilən şəxsin məhkəmədəki davranışından da görünür ki, Təqsirləndirilən şəxs mövcud həyat və iş təcrübəsinə əsasən öz müdafiəsi üçün dəlillər gətirmək, məsuliyyətdən yayınmaq imkanı olmasına baxmayaraq törətdiyi əməllərdən peşmançılıq və xəcalət hissi keçirərək zərərçəkmiş şəxslərlə ibtidai araşdırma dövründə üzləşməkdən imtina etmiş, bunu yazılı şəkildə də ifadə etmişdir. İbtidai araşdırmanın sonrakı dövründə isə zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam həcmdə ödəmiş, göstərilən hal həm ittiham aktı, həm də məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin verdiyi şifahi ifadə və yazılı ərizələrlə təsdiqini tapmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.-ci maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqi mümkünlüyünə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən, qanunların tətbiq və icrasına nəzarət edən, cəmiyyətdə və dövlət orqanları arasında kifayət qədər nüfuza malik bir qurumun işçisi olmaqla yenidən təkrar eynixarakterli cinayət əməllərini törətmişdir. İttiham tərəfindən təqsirləndirilən şəxs azdlıqdan məhrumetmə növündə cəza təyin edilməsi və təyin ediləcək cəzanın şərti olaraq təbiq edilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, bu cəmiyyətdə xüsusilə krminala meylli şəxslər arasında hüquq mühafizə orqanı əməkdaşı olmuş şəxs faktiki cəza çəkmədiyinə görə diskriminasiyanın tətbiqi və müəyyən şəxslərə münasibətdə cəzasızlıq mühitinin yaranması kimi fikir formalaşdıra bilər. Həmçinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəzanın tətbiqi isə digər təqsirləndirilən şəxslərə münasibətdə əvvəl prokurorluq işçisi olmuş şəxsə qarşı məhkəmə tərəfindən tətbiq edilmiş ayrı-seçkilik kimi görünə və beləliklə də cəmiyyətdə ədalət mühakiməsinin mənafelərinin zədələnməsinə gətirib çıxara bilər. Odur ki, göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cərimə növündə cəza təyinini ədalət və qanunçuluq prinsipinə uyğun sayır. Bu qənaətə gələrkən məhkəmə tərkibi hazırki cinayətin digər ictimai münasibətlərlə müqayisədə zərərçəkmiş şəxslərin mülkiyyət hüququna qəsd edilməsini və sonradan da təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tam olaraq ödənilməsini nəzərə alır. Belə ki, qeyd edilən cinayət əməlinin az ağır və mülkiyyət əleyhinə cinayətlər kateqoriyasına aid edilməsi, təqsirləndirilən şəxsin zərərçəkənlərdən biri ilə barışıq əldə edib, digər zərərçəkmiş şəxslə barışığa cəhd edərək onlara vurulmuş ziyanın tam həcmdə ödənilməsini, zərərçəkmiş şəxs barışacağı təqdirdə vurulmuş zərərin 25 faizi həcmində dövlətə əlavə pul ödəyərək cinayət məsuliyyətində və cəzadan azad edilməsi mümkünlüyü nəzərə alınmaqla məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs cəmiyyətdə təcrid olunmadan da islah oluna biləcəyinə inam yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd edilən cinayət əməlinin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq məhkəmə tərkibi Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə mülki iddia verilməmişdir. Cinayət iş üzrə maddi sübut olan Şahid4 ilə Təqsirləndirilən şəxs səs yazılarının əks olunduğu 1 ədəd CD disk, Göygöl rayon prokurorluğunun inzibati binasına daxil olmuş şəxslərin qeydiyyat jurnalının qeydlərinin surətlərinin iş materiallrına əlavə edilməsini nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 300 manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. İş materiallarına əlavə edilmiş hesabat arayışdan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfini olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-139/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-139/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver