Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-139/2025 24.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri X7 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Yevlax rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Möhubbət oğlunun və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən, külli miqdarda, yəni təmiz çəkisi 2250 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 24 sentyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Bərdərayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Cəyirli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilib, orada saat 01:15 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan 01 (bir) ədəd qırmızı rəngli sellofan paketdə olan, 01 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sintetik kisədə satış məqsədilə saxladığı təmiz çəkisi 2250 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırkı iş üzrə tutulmamışdan təxminən 2-3 ay əvvəl narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Mobil telefonunda olan “instagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu və adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ona yazaraq, ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuş, bu zaman o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs söhbət əsnasında ona pay olaraq marixuana göndərəcəyini bildirmiş və həmin narkotik vasitədən istifadə etdikdən sonra növbəti dəfələrdən pulunu verəcəyini bildirmişdir. O, həmin İran İslam Respublikası vətəndaşından narkotik vasitənin çəkisini soruşduqda, sözügedən şəxs 200 qram narkotik vasitə göndərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs ona narkotik vasitəni qoyduğu ünvanı və fotoşəkilini çəkərək göndərmişdir. O, həmin narkotik vasitə olan ünvana çatmamış onu polis əməkdaşları saxlayaraq, Bərdə RPŞ-yə gətirmişlər. Bərdə RPŞ-də onun qarşısına sellofan torba qoyaraq, həmin narkotik vasitənin arxasınca gəldiyini soruşmuşlar, o, isə həmin narkotik vasitənin ona məxsus olmadığını bildirərək, etiraz etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Daha sonra Bərdə RPŞ-də ona polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq olunduqdan sonra sözügedən narkotik vasitənin ondan aşkar olunduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, ona adlarını bilmədiyi polis əməliyyatçıları zor tətbiq etmişlər. Onun bədən xəsarətləri olmuş və video çəkiliş zamanı da ona öz köynəyi cırıldığı üçün başqa şəxsin köynəyini geyindirmişlər. Təcridxanaya daxil olan zaman ayağında xəsarətlər olmuş, sözügedən xəsarətlərin qeyd olunub-olunmadığından məlumatı olmamışdır. İran İslam Respublikasının vətəndaşı ilk dəfə ona 200 qram narkotik vasitəni pulsuz verəcəyini, növbəti dəfələrdən isə pulnan verəcəyini bildirmişdir. İlk öncə İran İslam Respublikasının vətəndaşı “instagram” sosial şəbəkəsi vasitəsilə ona yazmış narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Günorta saatlarında “whatsapp” mobil tətbiqi vasitəsilə ona başqa ünvanın şəklini göndərmiş, axşam saatlarında isə o, spirtli içkinin təsiri altında olan zaman ona zəng edərək başqa ünvanın şəklini göndərmişdir. O, həmin ünvana çatan zaman həmin narkotik vasitəni götürməmiş, polis əməkdaşları onu saxlamışlar. X15 Respublikası vətəndaşı həmin ünvanı göndərən zaman “whatsapp” mobil tətbiqi vasitəsilə narkotik vasitənin olduğu məkanı, həmçinin narkotik vasitənin qoyulduğu yerin fotoşəkilini göndərmişdir. Bərdə RPŞ-də sellofan torbanı görən zaman çəkisi çox olduğu üçün etiraz etmiş, 200 qram narkotik vasitə üçün gəldiyini bildirmişdir. Üzərinə şəxsi axtarış və baxış keçirilən zaman da 200 qram narkotik vasitə üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları onu saxlayan zaman narkotik vasitə ilə onun arasında təxmini 30-40 metr məsafə olmuşdur. Avtomobildən enib ona göndərilən ünvana gedərkən onu polis əməkdaşları saxlamışlar. Həmin ünvanda polis əməkdaşları ağaclarından çıxaraq onu saxlamışlar. Onun əllərini qandallayın polis şöbəsinə aparıb, qarşısına sellofan torba qoyaraq onun olduğunu bildirmişlər. Onu polis şöbəsində əllərini qandallayaraq, ayaqlarına taxta keçirib fiziki təzyiq göstərib, aşkar olunan narkotik vasitənin onun olduğunu etiraf etməsini tələb etmişlər. Onu Bərdə RPŞ-yə gətirdikdən 4-5 saat sonra, onu müdafiəçi ilə təmin edərək, üzərinə şəxsi axtarış və baxış keçirmişlər. Onu polis şöbəsinə təxmini 01:00 radələrində gətirmişlər. Saxlanılan zaman üzərində mobil telefon olmuş və mobil telefonda isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Polis şöbəsində narkotik vasitəni onun üzərinə qoyan zaman polis əməkdaşları ona həmin narkotik vasitəni götürmək üçün gəldiyini bildirsə də, o, buna etiraz etmiş, 200 qram narkotik vasitə üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları ona mobil telefonun onlarda olduğunu dostlarını çağırıb, onları da tutacaqlarını bildirərək psixoloji təzyiq göstərmişlər. Barəsində qətimkan tədbiri seçilməsilə bağlı məhkəmədə iştirak edərkən, aşkar olunan narkotik vasitənin onun olmadığını, 200 qram narkotik vasitə götürmək üçün getdiyini bildirsə də, buna əhəmiyyət verilməmişdir. Təcridxanaya daxil olarkən, həkimtərəfindən müayinə olunmuşdur. Eyni zamanda vətən müharibəsi iştirakçısıdır və bununla bağlı medalları da vardır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Subaydır, fərdi əməklə məşğul olurmuş. Əvvəllər məhkum olunmamışdır. Təxminən 2-3 aydır ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır və o, həmin mobil nömrə vasitəsi ilə İnstaqram sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. Təxminən 15-20 gün əvvəl İnstaqram sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ona yazaraq tanış olmaq istədiyini bildirmiş və o, da razılıq vermişdir. Sonradan söhbət əsnasında həmin şəxs ondan narkotik vasitə istifadəçisi olub-olmadığımı soruşmuş, bu zaman o, marixuana istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs söhbət əsnasında ona pay olaraq marixuana göndərəcəyini bildirmiş və o, da etiraz etməmişdir. Həmin gündən sonra o, ara-sıra həmin şəxslə Azərbaycan dilində yazışmağa başlamış və həmin şəxsə istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə həmin adını bilmədiyi şəxs onu istifadəsində olan Whatsapp hesabına zəng edərək ona marixuana göndərdiyini bildirmiş və həmin narkotik vasitənin Bərdə rayonu Cəyirli kəndi ərazisində olduğunu demişdir. Sonra isə ona Whatsapp vasitəsi ilə həmin narkotik vasitənin olduğu yerin şəklini atmış və ondan gedib götürməyini istəmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, tanımadığı şəxsin idarə etdiyi taksi ilə Bərdə rayonu Cəyirli kəndinə gəlmiş və İran Respublikası vətəndaşının ona göndərmiş olduğu şəkildəki yerə getmiş və yolun kənar hissəsindən bir ədəd tünd qırmızı(qara) rəngli sellofan torba tapmış və həmin torbanın içərisində un torbası olduğunu görmüşdür. O, həmin torbanı götürdükdən sonra piyada Bərdə Yevlax yolunun kənarına tərəf getməyə başlamış və o yolun kənarına çıxdıqda Yevlax şəhərinə getmək üçün taksi gəlməsini gözləmiş, lakin həmin vaxt yolda mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və hardan gəldiyini soruşmuşlar, həmin vaxt o, Bərdə rayonu Cəyirli kəndində gəldiyini bildirmiş və Yevlax şəhərinə getmək istədiyini demişdir, bu zaman həmin şəxslər ondan əlində olan tünd qırmızı(qara) rəngli sellofanın içərisində nə olduğunu soruşmuşlar və o, əlində olan tünd qırmızı(qara) rəngli sellofanın içərisində narkotik vasitə hesab edilən marixuana olduğunu bildirmiş və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün yaşadığı evə aparmaq istədiyini qeyd etmişdir. Həmin vaxt polislər ona birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O, əlində olan tünd qırmızı(qara) rəngli sellofanı təqdim edərək həmin sellofan paketin içərisində olan un torbasını çıxardıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmiş və üzərində başqa heçbir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş 1 ədəd un torbasına baxış keçirilmiş və içərisində marixuana olduğu müəyyən olunmuş, bundan sonra həmin un torbası onun və vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 2380 qram olması müəyyən edilmişdir. Həmin un torbası içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra ağ rəngli sellofana qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra isə onun üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən onun istifadəsində olan Honor markalı mobil telefon içərisində olan ***-***-**-** saylı nömrə ilə birlikdə aşkar olunmuş və ağ rəngli sellofana qablaşdırılaraq götürülmüşdür. Səmimi olaraq törətdiyi cinayət əməlindən peşmandır. Bundan başqa verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran İslam respublikası vətəndaşından əldə etmişdir. O, bundan əvvəl həmin şəxsdən narkotik vasitə əldə etməmişdir. O, həmin şəxsə pul ödəməmiş, belə ki həmin şəxs ona narkotik vasitəni pay verdiyini bildirmişdir. Üzərində aşkar olunaraq götürülmüş 1 ədəd un torbasında olan narkotik vasitə ona məxsusdur. O, həmin narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün üzərində saxlamışdır. Belə ki, həmin narkotik vasitəni yaşadığı evə aparırmışki şəxsi istifadəsi üçün gizli şəkildə istifadə etsin. Həmin narkotik vasitədən hər hansı bir şəxsə satmamış və satmaq məqsədi olmamışdır. Həmçinin, onun narkotik vasitə istifadə etməsi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə Bərdə rayonu Cəyirli kənd ərazisində saxlanılaraq, Bərdə RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirilən zaman polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs olan sellofan bükümdən təxmini 2 kq-dan çox narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Daha sonra üzərindən mobil telefon aşkarlanmış, Təqsirləndirilən şəxs ondan aşkar olunan narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından aldığını və sözügedən narkotik vasitəni satrmaq niyyətinin olmadığını bildirmişdir. Əlavə olaraq, Şahid3 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayan zaman narkotik vasitə olan torba şəxsin əlində olmuşdur. Təqsirləndirilən şəxs onlara 200 qram narkotik vasitə üçün gəldiyini bildirməmişdir. Təqsirləndirilən şəxsi piyada hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və baxış zamanı bir dəfə videoçəkiliş həyata keçirilib. Əməliyyat məlumatının Şahid1 daxil olduğunu xatırlayır. Təqsirləndirilən şəxs Bərdə rayonunda yaşamayan şəxsdir və şəxsi tanımır. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı iştirak etmiş və şəxs Bərdə RPŞ-yə gətirildikdən sonra təhqiqat bölməsinə təhvil verilmişdir.Əməliyyat tədbrində onunla yanaşı Bərdə rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-yə gətirilib üzərinə baxış keçirilən zaman şəxsin üzərinə şəxsi axtarış və baxışın videoçəkilişini həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçının iştirakı ilə şəxsi axtarış və baxış keçirilmiş və şəxsi axtarış zamanı şəxsin üzərindən marixuana aşkar olunub, sənədləşdirilərək götürülmüşdür. Əlavə olaraq, Şahid2 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilməsi bir dəfə həyata keçirilib. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi zamanı üzərindən aşkar olunan narkotik vasitəni etiraf etmişdir. Təqsirləndirilən şəxsə fiziki və ya psixi təzyiq olunması görünməmişdir. Əməliyyat tədbirində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxs Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində Bərdə rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Polis Şöbəsinin NMQ-nnn baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 24 sentyabr 2023-cü il tarixdə ona Yevlax şəhər sakini Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 00:30 radələrində Əkbərov X3 rayonu Cəyirli kəndində özünü şübhəli apardığından o və digər polis əməkdaşları ilə birlikdə tərəflərindən saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. O və digər polis əməkdaşları onu Bərdə RPŞ-nə gətirmişlər. Daha sonra üzərində şəxsi axtarış və baxış keçirilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə şübhəli olduğundan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyini bildirmişlər. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi X6, onun və digər polis əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X10 bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bunun ardınca baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Həmçinin əlindəki torbanın nə olduğu, haradan əldə etdiyi, hansı məqsədlə üzərində saxlaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki 1(bir) ədəd qırmızı rəngli sellofan paketi masanın üzərinə qoymuşdur. Daha sonra həmin sellofan paketin içərisindən olan un torbasına bükülmüş və yapışqanla lentlənmiş kisədə olan kütlələrin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin torbadakı mövcud kütləni İranlı şəxslə “instagram” sosial şəbəkəsi vasitəsi ilə yaranmış tanışlıq nəticəsində aralarındakı mövcud razılığa əsasən, həmçinin İranlı şəxsin həmin kütlənin olduğu yerin şəklini çəkməsi nəticəsində Cəyirli kəndində yolun qırağında həmin qoyulan yerə gedərək oradan əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov həmin kütlənin tünd yaşıl rəngli, spesifik qoxusu olan, ilkin baxışda marixuanaya bənzər kütlə olduğunu bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi sellofonla birlikdə 2380 qram olması müəyyən edilmişdir. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs əvvəllər də həmin İran vətəndaşından narkotik vasitə alıb-almaması, özünün narkotik vasitə istifadə edib-etməməsi, istifadə edirsə nə qədər müddətdir istifadə etməsi, həmin kütlədən kiməsə satıb-satmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin İran vətəndaşından əvvəllər narkotik vasitə əldə etmədiyini, təxminən 2-3 aydırki narkotik vasitə istifadə etdiyini, həmin kütlədən heç kimə satmadığnı bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilən 01(bir)ədəd içərisində un torbasına bükülmüş kütlə ağ rəngli sellofon paketdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri şəxsi axtarış və götürmə istintaq hərəkətinin iştitakçıları tərəfindən imzalanmışdır. Baş təhqiqatçı Orxan Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşulmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlavə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı Şahid3 tərəfindən şəxsi axtarış aparılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd “Honor” markalı mobil telefon içərisində olan ***-***-**-** saylı mobil nömrə ilə birlikdə, əynində olan boz rəngli cins şalvarının sağ arxa cibində vəsiqə və kart aşkar edilmiş, lakin heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bunun ardınca baş təhqiqatçı Orxan Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs onun sağ yan cibindən aşkar edilərək götürülmüş 1(bir) ədəd “Honor” markalı mobil telefon içərisində olan ***-***-**-** saylı mobil nömrə ilə birlikdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən qablaşdırılaraq götürülmüş, vəsiqə və kart isə iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təyziq olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı Polis əməkdaşları tərəfindən heç bir təyziq olmadığıını, heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Baş təhqiqatçı Orxan Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin kütlənin ona məxsus olmasını səmimi etiraf edib-etməməsi, həmin kütləyə hər hansısa bir müdaxilə olub-olmaması barədə soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs kütlənin ona məxsus olduğunu, kütlənin miqdarından həmin kütləni İranlı vətəndaşın ona şəkli atdığı yerə gəldiyi vaxt xəbərdar olduğunu yəni Cəyirli kəndindən əldə etdiyi vaxt kütlənin miqdarını bildiyini, həmin kütləyə heç bir müdaxilə olunmadığını bildirmişdir. Daha sonra baş təhqiqatçı Orxan Məmmədov tərəfindən şəxsi axtarış və götürmə istintaq hərəkəti iştirakçılarına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-202/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 24 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd qırmızı rəngli polietilen torbada ümumi təmiz çəkisi 2380 qram narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01(bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 24 sentyabr 2023-cü il tarixli 16/944 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “............Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd un torbasına bükülmüş kütlə” yazı və imzalar olan polietilen paketdəki, 1(bir) ədəd qırmızı rəngli sellofan paketdə olan, 1(bir) ədəd, üzəri yapışqan lentlə bağlanmış sintetik kisədə, təmiz çəkisi 2250 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 1758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələtdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 sentyabr 2023-cü il tarixli, “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskin içərisində 22 dəqiqə 05 saniyə müddətində davam edən “20230924_022331” adlı video görüntüdə Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən üzərindən 01(bir) ədəd qırmızı rəngli polietilen torbada ümumi təmiz çəkisi 2380 qram narkotik vasitə qurudulmuş marixuana götürülməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Yevlax rayon Mərkəzi Xəstəxanası” X12 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Yevlax şəhər İcra Hakimiyyəti Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 241 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yexlax şəhəri, Heydər Əliyev prospekti ev 55, mənzil 3-də yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli 002267 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,284 nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli fəxri fərmandan görünür ki, əsgər Əkbərov X2 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, verilmiş əməliyyat tapşırığına 19 dekabr 2023-cü il tarixli, ***-*******92/2023 saylı cavab məktubundan görünür ki, Yexlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddəsatmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 aprel 2025-ci il tarixli, 2-2-110/2- 068780/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə fiziki zor və sair təzyiqlərə məruz qalmasını, eləcə də aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur edildiyini bildirməsi barədə Bərdə rayon Prokurorluğu vasitəsilə Baş Prokurorluğa daxil olmuşç məhkəmənin məlumatı əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Bərdə RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri təsdiq olunmadığından xx.xx.2025-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair qərar qəbul olunmuş və bu barədə hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs məxsus 7241/2023/1456 saylı tibbi kitabçanın kserosurətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində 2 saylı İstintaq təcridxanasına qəbul olunmuş, ilkin tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 14 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd qırmızı rəngli sellofan paketdə olan, 1(bir) ədəd, üzəri yapışqan lentlə bağlanmış sintetik kisədə qalıq təmiz çəkisi 2249,8 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilərək, maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs, məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki-psixi təzyiqlərə məruz qalması, ondan aşkar olunan narkotik vasitə olan marixuananın polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Subaydır, fərdi əməklə məşğul olurmuş. Əvvəllər məhkum olunmamışdır. Təxminən 2-3 aydır ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır və o, həmin mobil nömrə vasitəsi ilə İnstaqram sosial şəbəkəsində qeydiyyatdan keçmişdir. Təxminən 15-20 gün əvvəl İnstaqram sosial şəbəkəsində adını bilmədiyi İran İslam Respublikası vətəndaşı ona yazaraq tanış olmaq istədiyini bildirmiş və o, da razılıq vermişdir. Sonradan söhbət əsnasında həmin şəxs ondan narkotik vasitə istifadəçisi olub-olmadığımı soruşmuş, bu zaman o, marixuana istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs söhbət əsnasında ona pay olaraq marixuana göndərəcəyini bildirmiş və o, da etiraz etməmişdir. Həmin gündən sonra o, ara-sıra həmin şəxslə Azərbaycan dilində yazışmağa başlamış və həmin şəxsə istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə həmin adını bilmədiyi şəxs onu istifadəsində olan Whatsapp hesabına zəng edərək ona marixuana göndərdiyini bildirmiş və həmin narkotik vasitənin Bərdə rayonu Cəyirli kəndi ərazisində olduğunu demişdir. Sonra isə ona Whatsapp vasitəsi ilə həmin narkotik vasitənin olduğu yerin şəklini atmış və ondan gedib götürməyini istəmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, tanımadığı şəxsin idarə etdiyi taksi ilə Bərdə rayonu Cəyirli kəndinə gəlmiş və İran Respublikası vətəndaşının ona göndərmiş olduğu şəkildəki yerə getmiş və yolun kənar hissəsindən bir ədəd tünd qırmızı(qara) rəngli sellofan torba tapmış və həmin torbanın içərisində un torbası olduğunu görmüşdür. O, həmin torbanı götürdükdən sonra piyada Bərdə Yevlax yolunun kənarına tərəf getməyə başlamış və o yolun kənarına çıxdıqda Yevlax şəhərinə getmək üçün taksi gəlməsini gözləmiş, lakin həmin vaxt yolda mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və hardan gəldiyini soruşmuşlar, həmin vaxt o, Bərdə rayonu Cəyirli kəndində gəldiyini bildirmiş və Yevlax şəhərinə getmək istədiyini demişdir, bu zaman həmin şəxslər ondan əlində olan tünd qırmızı(qara) rəngli sellofanın içərisində nə olduğunu soruşmuşlar və o, əlində olan tünd qırmızı(qara) rəngli sellofanın içərisində narkotik vasitə hesab edilən marixuana olduğunu bildirmiş və həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün yaşadığı evə aparmaq istədiyini qeyd etmişdir. Həmin vaxt polislər ona birlikdə Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. O, buna etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis Şöbəsində ona vəkil təqdim olunmuş və bundan sonra vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. O, əlində olan tünd qırmızı(qara) rəngli sellofanı təqdim edərək həmin sellofan paketin içərisində olan un torbasını çıxardıb masanın üzərinə qoymuş, həmin bükülünün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmiş və üzərində başqa heçbir qanunsuz əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə üzərindən götürülmüş 1 ədəd un torbasına baxış keçirilmiş və içərisində marixuana olduğu müəyyən olunmuş, bundan sonra həmin un torbası onun və vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 2380 qram olması müəyyən edilmişdir. Həmin un torbası içərisində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkildikdən sonra ağ rəngli sellofana qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra isə onun üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış keçirilmiş və əynində olan boz rəngli şalvarın sağ yan cibindən onun istifadəsində olan Honor markalı mobil telefon içərisində olan ***-***-**-** saylı nömrə ilə birlikdə aşkar olunmuş və ağ rəngli sellofana qablaşdırılaraq götürülmüşdür. Səmimi olaraq törətdiyi cinayət əməlindən peşmandır. Bundan başqa verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran İslam respublikası vətəndaşından əldə etmişdir. O, bundan əvvəl həmin şəxsdən narkotik vasitə əldə etməmişdir. O, həmin şəxsə pul ödəməmiş, belə ki həmin şəxs ona narkotik vasitəni pay verdiyini bildirmişdir. Üzərində aşkar olunaraq götürülmüş 1 ədəd un torbasında olan narkotik vasitə ona məxsusdur. O, həmin narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün üzərində saxlamışdır. Belə ki, həmin narkotik vasitəni yaşadığı evə aparırmışki şəxsi istifadəsi üçün gizli şəkildə istifadə etsin. Həmin narkotik vasitədən hər hansı bir şəxsə satmamış və satmaq məqsədi olmamışdır. Həmçinin, onun narkotik vasitə istifadə etməsi barədə ailə üzvlərinin və ya digər şəxslərin heç bir məlumatı olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. Eyni zamanda məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını bildirmişlər. Bundan başqa, Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 aprel 2025-ci il tarixli, 2-2-110/2-068780/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə fiziki zor və sair təzyiqlərə məruz qalmasını, eləcə də aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməyə məcbur edildiyini bildirməsi barədə Bərdə rayon Prokurorluğu vasitəsilə Baş Prokurorluğa daxil olmuşç məhkəmənin məlumatı əsasında Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma ilə Bərdə RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri təsdiq olunmadığından xx.xx.2025-ci il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanılmasının rədd olunmasına dair qərar qəbul olunmuş və bu barədə hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 1758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələtdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs məxsus 7241/2023/1456 saylı tibbi kitabçanın kserosurətindən görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində 2 saylı İstintaq təcridxanasına qəbul olunmuş, ilkin tibbi müayinədən keçirilmiş və bədən səthi üzərində xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa, 24 sentyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd qırmızı rəngli polietilen torbada ümumi təmiz çəkisi 2380 qram narkotik vasitə qurudulmuş marixuana götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01(bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, saxladığı ümümi təmiz çəkisi 2249,8 qram çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan marixuananı satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşının ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişdir. Eyni zamanda verilmiş əməliyyat tapşırığına 19 dekabr 2023-cü il tarixli, ***- *******92/2023 saylı cavab məktubundan görünür ki, Yexlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenum qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və ya psixotrop maddənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitə olan marixuanın külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitə marixuananı məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Dadaş Şirinov külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən narkotik vasitə olan marixuananı satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 2 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 50 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Qarabağ müharibəsi iştirakçısı olmasını, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirahk etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 1758 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələtdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-202/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 24 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2249,8 qram çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2249,8 qram çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi isə nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 2249,8 qram çətənə (kannabis) bitkisindan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi isə nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-139/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-139/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver