Məhkəmə qərarları › İş №1(100)-14/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-14/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-14/2020 31.08.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X29 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X22 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X11 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə şəhəri, ünvan 1-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1977-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə X29 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 Bərdə şəhər sakini Zərərçəkmiş şəxs1 onun dayısı Şahid2 6.000 manat məbləğində pul borcunun olmasından xəbər tutduqdan sonra bundan istifadə edərək xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1lə Şahid2 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən adsız kafedə görüşüb sonuncu saat 15.05 dəqiqədə birgə cinayətkar niyyətlərindən irəli gələn hərəkətlər etməklə oradan istifadəsində olan +**********39 nömrəli mobil telefonundan Zərərçəkmiş şəxs1 istifadə etdiyi +**********31 nömrəli mobil telefona zəng edərək onu həmin kafeyə dəvət etmiş, orada həmin gün saat 17-18 radələrində kafenin həyətində baş tutan görüş zamanı hər ikisi Zərərçəkmiş şəxs1 onun Şahid2 olan 6.000 manat pul borcunu vaxtında qaytarmadığı üçün guya söhbətə Bakı şəhərindən gəlmiş kriminal aləmin üzvü olan Təqsirləndirilən şəxs2 qarışdığını, bu səbəbdən əlavə olaraq 3.000 manat da olmaqla, onlara ümumilikdə 9.000 manat pul ödəməli olduğunu, həmin məbləği xx xxxxx 2018-ci il tarixdə saat 23-dək verməyəcəyi halda avtomobilin yük yerində Bakı şəhərinə aparılacağını, özünün və qardaşlarının başına oyun açılacağını, lazım gələrsə öldürülə biləcəklərini deyərək zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, bundan sonra o, cinayətkar əməllərini davam etdirərək qeyd olunan tarixdə saat 19.26 dəqiqədə Zərərçəkmiş şəxs1 təkrarən zəng edib onunla xx xxxxx 2018-ci il tarixdə səhər saatlarında yaşadığı Bərdə şəhəri, Gəncə küçəsi, 57 nömrəli evin qarşısında görüşmüş və yenidən 9000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etmələri ilə bağlı müraciəti, həmçinin haqqında şikayət olunan şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin və Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Zərərçəkmiş şəxs2 saat 23 radələrində Şahid2 məxsus adsız kafeyə gedərək orada baş tutan görüş zamanı qardaşının işi olduğu üçün onun əvəzinə gəldiyini bildirdikdə hər ikisi təkrarən Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 Şahid2 olan 6.000 manat pul borcunu vaxtında qaytarmadığı üçün guya söhbətə Bakı şəhərindən gəlmiş kriminal aləmin üzvü Təqsirləndirilən şəxs2 qarışdığını, bu səbəbdən əlavə olaraq 3.000 manat da olmaqla, onlara ümumilikdə 9.000 manat pul ödəməli olduğunu, həmin məbləği verməyəcəyi halda qardaşı Zərərçəkmiş şəxs1 avtomobilin yük yerində Bakı şəhərinə aparılacağını, özünün və qardaşlarının başına oyun açılacağını, lazım gələrsə öldürülə biləcəklərini deyərək zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda 9.000 manat pul verməsini hədə-qorxu ilə tələb etdikdən sonra həmin tarixdə saat 23.35-də polis əməkdaşları tərəfindən kafedə yaxalanmışlar. Bundan sonra xx xxxxx 2018-ci il tarixdə saat 00.20-də Bərdə rayon polis şöbəsində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı, ümumilikdə külli miqdar təşkil edən bir ədəd sellofan bükümdə 6,083 qram çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda 0,892 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əvvəllər törətdiyi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama cinayətinə görə Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədəqorxu ilə tələb etmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, Bərdə şəhər sakini Zərərçəkmiş şəxs1 onun dayısı Şahid2 6.000 manat məbləğində pul borcunun olmasından xəbər tutduqdan sonra bundan istifadə edərək xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1lə Şahid2 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən adsız kafedə görüşüb sonuncu saat 15.05 dəqiqədə birgə cinayətkar niyyətlərindən irəli gələn hərəkətlər etməklə oradan istifadəsində olan +**********39 nömrəli mobil telefonundan Zərərçəkmiş şəxs1 istifadə etdiyi +**********31 nömrəli mobil telefona zəng edərək onu həmin kafeyə dəvət etmiş, orada həmin gün saat 17-18 radələrində kafenin həyətində baş tutan görüş zamanı hər ikisi Zərərçəkmiş şəxs1 onun Şahid2 olan 6.000 manat pul borcunu vaxtında qaytarmadığı üçün guya söhbətə Bakı şəhərindən gəlmiş kriminal aləmin üzvü olan Təqsirləndirilən şəxs2 qarışdığını, bu səbəbdən əlavə olaraq 3.000 manat da olmaqla, onlara ümumilikdə 9.000 manat pul ödəməli olduğunu, həmin məbləği xx xxxxx 2018-ci il tarixdə saat 23-dək verməyəcəyi halda avtomobilin yük yerində Bakı şəhərinə aparılacağını, özünün və qardaşlarının başına oyun açılacağını, lazım gələrsə öldürülə biləcəklərini deyərək zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 cinayətkar əməllərini davam etdirərək qeyd olunan tarixdə saat 19.26 dəqiqədə Zərərçəkmiş şəxs1 təkrarən zəng edib onunla xx xxxxx 2018-ci il tarixdə səhər saatlarında yaşadığı Bərdə şəhəri, Gəncə küçəsi, 57 nömrəli evin qarşısında görüşmüş və yenidən 9000 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə pul tələb etmələri ilə bağlı müraciəti, həmçinin haqqında şikayət olunan şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin və Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Zərərçəkmiş şəxs2 saat 23 radələrində Şahid2 məxsus adsız kafeyə gedərək orada baş tutan görüş zamanı qardaşının işi olduğu üçün onun əvəzinə gəldiyini bildirdikdə hər ikisi təkrarən Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 Şahid2 olan 6.000 manat pul borcunu vaxtında qaytarmadığı üçün guya söhbətə Bakı şəhərindən gəlmiş kriminal aləmin üzvü Təqsirləndirilən şəxs2 qarışdığını, bu səbəbdən əlavə olaraq 3.000 manat da olmaqla, onlara ümumilikdə 9.000 manat pul ödəməli olduğunu, həmin məbləği verməyəcəyi halda qardaşı Zərərçəkmiş şəxs1 avtomobilin yük yerində Bakı şəhərinə aparılacağını, özünün və qardaşlarının başına oyun açılacağını, lazım gələrsə öldürülə biləcəklərini deyərək zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda 9.000 manat pul verməsini hədə-qorxu ilə tələb etdikdən sonra həmin tarixdə saat 23.35-də polis əməkdaşları tərəfindən kafedə yaxalanmışlar. Bundan sonra xx xxxxx 2018-ci il tarixdə saat 01.20-də Bərdə rayon polis şöbəsində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli şalvarının cibindən çıxarıb yerə atdığı, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 3,096 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən 5,617 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1 və qardaşı Zərərçəkmiş şəxs2 hədə-qorxu gəlməmişdir. X8 Şahid2lə münasibətinin yaxın olduğunu görüb xx xxxx 2018-ci il tarixdə onun yaşadığı evə gələrək özləri ondan xahiş etmişlər ki, Şahid2 sonuncu dəfə onlara vaxt verməsini, nəticədə onların ayda 150 manat olmaqla öz borclarını tam şəkildə ödəyəcəklərini xahiş etmişlər. O, həmin vaxt Fərhad və Ədalətdən nə qədər pul borcu olduqlarını soruşduqda onlar xatırlamadıqlarını demişlər. Növbəti gün o, özü Tahirlə ona məxsus kafedə görüşən zaman söhbət əsnasında Tahir ona Ədalətlə Fərhadın onun yanına gəldiyini, Ədalətin 6.000 manat pul borcu olduğunu, həmin pulun ayda 200 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Bundan sonra o, Tahir və Ədalət arasında olan pul borcu məsələsinə qarışmamaq qərarına gəlmişdir. Bundan başqa onunla Tahirin və ya Ədalətlə Fərhadın arasında hər hansı pul danışığı olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər tanımış, sonuncu tez-tez həbs olunduğundan onunla görüşə bilməmiş, xx xxxx 2018-ci il tarixdə Şahid2 məxsus kafedə onunla görüşmüş, lakin nə özü, nə də Təqsirləndirilən şəxs2 Ədalət və ya Fərhada hədə-qorxu gəlməmişlər. O, xx xxxx 2018-ci il tarixdə Ədalətlə Şahid2 məxsus kafedə görüşməmiş, yalnız bir dəfə yaşadığı Bərdə şəhəri, ünvan 1-nin qarşısında görüşmüş, bir dəfə Ədalətin qardaşı Fərhadla Tahirə məxsus kafedə xx xxxxx 2018-ci il tarixdə görüşmüş, lakin həmin vaxt məhz Fərhadla görüşmək üçün deyil, Elnurla görüşmək üçün getmişdir. Şahid2 və oğlu Şahid3 Ədalət və Zərərçəkmiş şəxs2lar tərəfindən pul borcunun ödənilməsinə köməklik edilməsi məqsədi ilə ona müraciət etməmişlər. Sadəcə o, Tahirə məxsus kafedə olan zaman Tahirin oğlu Elgündən eşitmişdir ki, Ədalətin onlara pul borcu olmuş, o, isə hər iki tərəfi tanıdığından özü bu işə baş qoşmuşdur ki, məsələ sülh yolu ilə həll olunsun. Ədalət və Fərhadla xx xxxx 2018-ci il tarixə qədər hər hansı münasibəti olmamışdır. Lakin Ədalətin kirvəsi Etibarı yaxından tanıdığı üçün ondan Ədalətin nömrəsini alıb sonuncuya zəng etmişdir. Bundan başqa onun üzərində hər hansı narkotik vasitə olmamış, üzərinə axtarış keçirilən zaman aşkarlanan narkotik vasitə ona məxsus olmamış, Bərdə rayon Polis Şöbəsində olarkən polis əməkdaşlarından biri həmin narkotik vasitəni onun cibindən çıxararaq stolun üzərinə qoyaraq ona məxsus olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitələrin qəbulu və ya satışı ilə məşğul olmamışdır. Həmçinin məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərin nə üçün ondan şikayət etməsi ona məlum olmadığını, bundan başqa narkotik vasitə aşkar edilən gödəkcə sonradan ona qohumu tərəfindən o, polis şöbəsində olanda gətirildiyini bildirdi. Onun zərərçəkmiş şəxslərlə cəmi bir dəfə telefon danışığı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, hadisə baş verən ərəfələrdə həbsdən yeni çıxdığından qeydiyyata düşmək üçün Bərdə şəhərinə dayısı Tahirin evinə gəlmişdir. O, dayısıgildə olan zaman evdə olan söz-söhbətlərdən kiminsə dayısı Tahirə borcu olduğunu bilmişdir. O, hər gün dayısı ilə birlikdə dayısına məxsus çayxanaya getmişdir. Bir gün dayısı ona oğlu Elgünün Ədalətdən pulu istədiyini və oğlunun dava-dalaşsız pulunu istəməsi üçün ağıl verməyini demişdir. Həmin gün dayısı Tahir, Nursani və o, çayxananın qarşısında oturub söhbət edən zaman Ədalət gəlib dayısı oğlu Elgünlə çayxanadan biraz qıraqda söhbət etməyə başlamışlar. O, sonradan bilmişdir ki, X31 ilə Tahirin arasının yaxşı olduğundan Nursaninin onların Tahirə olan borcunu hissə-hissə qaytarsı üçün Tahirlə danışmasını xahiş etmişlər. Elgün də ona borc dəftərini gətirərək üzləşdirmə apararaq aralarında olan borc məbləğini aydınlaşdırmalarını demişdir. Elgün həmişə onun başına bu oyunları açanın Tahir olduğunu demişdir. Tahir də 4 ildir onlardan borcunu ala bilmədiyini demişdir. Hadisə olan günü o, çayxanaya gəlmiş, çayxananın mətbəxinə keçib, özünə çay süzmüş, həmin vaxt Nursani isə dayısı Tahir ilə nərd oynayırmış. Bu vaxt çayxanaya çoxlu sayda polis əməkdaşları gəlmiş, çayxanada olan bütün şəxsləri yerə yıxıb, qollarını qandallayıb, üzərlərini axtarmağa başlamışlar. Onun üzərindən metro kartı, telefonun enerji yükləyicisi çıxmışdır. Sonra hamısını polis şöbəsinə aparmışlar. Şöbədə yenidən onları yerə yıxıb üzərlərinə təkrar baxış keçirilmiş və orada da üzərlərindən şübhəli heç bir şey aşkar olunmamışdır. Həmin vaxt onlar birbirlərinə “Elnur hansıdır” deyə soruşmuşlar. Sonra polis zabiti ona 234.1-ə qol çək demiş, o da 2 ay 9 gündür ki, çıxdığını, indi necə 234.1-ə qol çəkməsini demişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə olaraq bildirdi ki, Şahid2 onun dayısı, Şahid3 dayısı oğludur. Dayısı Tahir və dayısı oğlu Elgün Zərərçəkmiş şəxs1 tərəfindən onlara olan borcun ödənilməsi ilə bağlı ona müraciət etməmişlər. O, ümümiyyətlə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zəng etməmiş, onlara zəng olunan vaxt telefonu enerji yığması üçün elektrik şəbəkəsinə qoşulu olmuşdur. Şöbədə üzərinə baxış keçirilən zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Həmçinin heç vaxt narkotik vasitənin istifadəsi və satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Şahid2 təxminən 10-12 il, oğlu Şahid3 isə təxminən 4 il olar ki, tanımış, Şahid2 Bərdə şəhəri, Bakı küçəsində özünə məxsus kafesi olmuş, bundan başqa Şahid2 təxminən 10 il olar ki, həmin kafenin arxa tərəfində həyətdə inqubator quraşdırmaqla cücə saxlamış və satışı ilə məşğul olmuşdur. Təxminən 2014-cü ildən etibarən qardaşı Ədalət də Şahid2 inqubatorda istifadə etməsi üçün pul qarşılığında yumurta vermiş, sonradan bəzən Tahirin yetişdirdiyi cücə çox olduğundan və o, həmin cücəni sata bilmədiyindən qardaşına təklif etmişdir ki, həmin cücənin bir hissəsini Bərdə rayonunun müxtəlif kəndlərində satsın, bunun qarşılığında Tahir yumurtanı qardaşından almışdır. Təxminən 2014-cü ildən 2016-cı ilin yay aylarına kimi qardaşı Ədalət Şahid2lə bu formada işləmiş, sonradan ondan aldığı cücələri müxtəlif kəndlərdə yaşayan şəxslərə satsa da həmin şəxslərdən pulu ala bilmədiyi üçün onun Şahid2 6.000 manat pul borcu yaranmışdır. O, artıq borca düşdüyünü görüb və cücənin satışına cavabdeh olduğu üçün Tahirlə bir yerdə işləməyi dayandırmış və ona söz vermişdir ki, həmin cücələri o, satdığı üçün pulunu da, yəni 6.000 manatı da o, verəcəkdir. Lakin həmin vaxt pulu olmadığı üçün Tahirin pulunu verə bilməmişlər. Sonradan qardaşı Ədalət Şahid2 olan borcunu verə bilmədiyini görüb ona demişdir ki, onun qohumu Anar adlı şəxsin qardaşı Ədalətə 8.000 manat pul borcu olmuş, xahiş etmişdir ki, həmin pulu Anardan alsın. Nəticədə sonradan Tahir ona demişdir ki, o, Anardan 5.000 manat pul ala bilib, ona görə də qardaşı Ədalətin ona 1.000 manat pul borcu qalmışdır. Tahir özü onlara bildirmişdir ki, həmin 1.000 manat pulu da nə vaxt olarsa həmin vaxt da versinlər. Yəni, aralarında hər hansı bir problem olmamışdır. Tahir özü və ya oğlu Elgün həmin pulu onlardan istəməmişlər, olanda verməyi demişlər. Bundan başqa təxminən elə həmin ərəfədə Elgün özünə avtomobil almaq istəmiş, ona görə də qardaşı Ədalət və Elgün birlikdə Bakı şəhərinə getmiş və Bakı şəhəri, Binəqədi rayonunda bir nəfərdən «Az samand» markalı avtomobil almışlar. Hansı ki, həmin avtomobil bankda girovluqda olduğundan ilkin olaraq həmin şəxsə 1300 manat pul verilmiş, həmin pulu Elgün vermişdir. Sonradan avtomobili Bərdə şəhərinə gətirsələr də lakin Elgünün atası avtomobilin görünüşünü bəyənmədiyi üçün avtomobili qaytarmalı olmuşlar. Lakin həmin vaxt Ədalət özü avtomobili tək Bakı şəhərinə gətirmiş və həmin avtomobili aldıqları şəxsə qaytarmışlar. Həmin şəxs ona bildirmişdir ki, o, avtomobili satıb sonradan pulunu verəcəkdir. Qardaşı Ədalət də bu barədə Elgünə və atasına demiş, onlar isə problem olmadığını deyib onun Bərdə rayonuna qayıtmağını demişlər. O da rayona qayıtmış, sonradan avtomobili aldıqları şəxsdən pulunu istəsələr də, həmin şəxs müxtəlif bəhanə gətirərək pulu verməmişdir. Ədalət də Elgünün pis olduğunu görüb demişdir ki, narahat olmasın, o, həmin 1300 manatı ona verəcəkdir. Bu formada Ədalətin Şahid2 1.000 manat, oğlu Elgün isə 1300 manat pul borcu yaranmışdır. Bundan başqa onlarla hər hansı pul münasibəti olmamışdır. İstər Tahir, istərsə də oğlu Elgün həmin pulları onlardan tələb etməmişlər, olan vaxt vermələrini demişlər. xx xxxx 2018-ci il tarixdə təxminən günorta saatlarında o, istixanada qardaşları Ədalət və Firdovsi ilə birgə işdə olarkən onun adına olan ***-***-**-** saylı, lakin iş vaxtı hər üçünün istifadə etdikləri telefona ***-***-**-** saylı nömrədən zəng olunmuş, telefonu Ədalət açmış və zəng edən şəxs özünü Nursani kimi təqdim etmişdir. Nursanini təxminən 3-4 il olar ki, Bərdə rayon sakini kimi tanımış, aralarında hər hansı problem olmamışdır. Həmin günə qədər normal münasibətləri olmuşdur. Lakin həmin vaxt Nursani qardaşı Ədalətlə danışarkən bildirmişdir ki, onunla Tahirə məxsus kafedə görüşmək istəyir. Telefonda danışarkən o, nəyə görə görüşmək istədiyini deməmişdir. Bundan bir neçə dəqiqə sonra qardaşı Ədalət yenidən Nursaninin telefonuna zəng edərək nə məsələ olduğunu soruşsa da, Nursani görüşəndə deyəcəyini demişdir. Ədalət də onlara Nursaninin onunla görüşmək istədiyini deyib görüşmək üçün Tahirin kafesinə getmişdir. Həmin gün təxminən saat 17-18 radələrində o, Nursani ilə Tahirə məxsus kafenin həyətində görüşmüş, həmin vaxt onun yanında 2 nəfər olmuş, həmin şəxslərdən biri Tahirin oğlu Elgün, digəri isə Tahirin bacısı oğlu Ağdamlı Elnur olmuşdur. Sonradan Elgün oradan getmişdir. Həmin vaxta kimi o və qardaşı Ədalət Elnuru tanımamış, görməmişlər. Həmin vaxt Nursani qardaşı Ədalətə bildirmişdir ki, onun Şahid2 olan pul borcu verilməlidir. Hətta Nursani ona bildirmişdir ki, guya onun Şahid2 6.000 manat pul borcu olmuş, həmin pulu, üstündə də əlavə olaraq 3000 manat pul verməlidir. Belə ki, Nursani Elnuru ona göstərib bildirmişdir ki, guya o, kriminal aləmin üzvüdür, həmin şəxs cəzaçəkmə müəssisəsində cəza çəkmiş, onun sözündən çıxmaq olmaz. Məhz veriləcək 3.000 manat pul da həmin şəxsə verilcəkdir. Guya həmin şəxs Bakı şəhərində yaşamış, məhz bu söhbəti həll etmək üçün Bərdə rayonuna gəlmişdir. Əgər həmin pul verilməzsə guya qardaşı Ədaləti də avtomobilin baqajına qoyub Bakı şəhərinə apararaq orada başına oyun gətiriləcəyini demişdir. Hətta ona deyilmişdir ki, guya o, həmin pulu verməsə, onlara və ailə üzvlərinə də problem olacağını demişdir. Ədalət həmin vaxt orada tək olduğundan və Elnuru tanımadığından, lakin Nursaninin deməsinə görə o, kriminal aləmin üzvü olduğundan qorxmuş və onlara demişdir ki, ona bir qədər vaxt versinlər, 2 gündən sonra onlarla yenidən görüşəcəkdir. Həmin vaxt Elnur ona bildirmişdir ki, o, yenidən Bakı şəhərinə qayıdacaq və xx xxxxx 2018-ci il tarixdə gecə saatlarında yenidən Bərdə rayonuna gələcəkdir. Həmin vaxt qardaşı Ədalət onlara heç nə deməmişdir. Elgün özü də ona bu barədə heç nə deməmiş və həmin söhbət zamanı ümumiyyətlə iştirak etməmişdir. Bu söhbətdən sonra qardaşı Ədalət yenidən işə qayıtmış və onlara bu barədə məlumat vermişdir. Onlar isə bu barədə Tahirin özü ilə danışmaq lazım olduğunu bildirmişlər. Ona görə də qardaşı Ədalət sonradan elə həmin gün Tahirlə ona məxsus kafedə ikisi görüşmüşdür. Həmin vaxt Tahir ona bildirmişdir ki, Elnur onun bacısı oğludur, başdan xarabdır, ona və Nursaniyə baş qoşmasınlar, həmçinin özünün bu məsələni həll edəcəyini demişdir. Eyni zamanda o, qeyd etmişdir ki, bu məsələdən onun xəbəri olmamışdır. Həmçinin qardaşına qardaşının ona 6.000 manat yox, 1.000 manat, oğlu Elgünə isə 1300 manat pul borcu olduğunu, həmin pulu da nə vaxt pulu olarsa verə biləcəyini demişdir. Sonradan qardaşı bu barədə onlara da məlumat vermişdir. Həmin gün axşam saatlarında Nursani qardaşı Ədalətlə danışaraq nə fikirləşdiyini soruşmuş və növbəti gün, yəni xx xxxxx 2018-ci il tarixdə səhər saatlarında yaşadığı evin qarşısında görüşmək istədiyini bildirib bu məsələni yekunlaşdırmaq lazım olduğunu demişdir. Ona görə də qardaşı Ədalət yenidən tək Nursani ilə görüşmək üçün onun yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt onlar tək görüşmüşlər. Evin qarşısında görüşərkən qardaşı Ədalət Nursaniyə demişdir ki, o da Bərdə rayon sakinidir, bu söhbətlər yaraşmaz, bu söhbəti sülh yolu ilə həll etmək lazımdır. Lakin Nursani ona bildirmişdir ki, artıq bu söhbət onluq deyil, guya Bakıdan gələn Ağdamlı Elnur özü şəxsən bu söhbətlə məşğul olur. Ona görə də xx xxxxx 2018-ci il tarixədək bu məsələ tam şəkildə həll olunmalıdır. Ədalət pulunun olmadığını dedikdə, Nursani ona təklif etmişdir ki, onda X32 çatası 3000 manat pulu versin, Tahirin pulunu isə hissə-hissə verər. Başqa variant olmadığını bildirib pul çatmazsa, bu söhbətin Bakı şəhərinə kimi gedib çıxacağını və bunun isə qardaşı üçün yaxşı qurtarmayacağını demişdir. Ədalət Nursani ilə danışmağın heç bir mənasının olmadığını görüb ondan ayrılmışdır. O, yenə də istixanaya işə gəlmiş, orada belə qərara gəlmişlər ki, əgər yenə də zəng olunarsa, onda bu barədə polisə şikayət etsinlər. Bundan sonra həmin gün qardaşı bir neçə dəfə Nursani ilə telefonla danışaraq bu məsələdən əl çəkməyini desə də Nursani qardaşına demişdir ki, Elnur bu məsələni həll etmək üçün Bakı şəhərindən gəlir, ona görə də pulu düzəltmək lazımdır. Onlar artıq Nursaninin və Elnurun əl çəkmədiyini görüb və hədə-qorxu yolu ilə pul tələb etdiyini görüb Bərdə rayon Polis Şöbəsinə şikayət etmək qərarına gəlmişlər. Ona görə də o, Bərdə rayon Polis Şöbəsinə gedərək bu barədə şikayət etmiş və ərizə də yazmışdır. Hətta sonradan o, ərizəsi ilə bağlı izahat də verərək bildirmişdir ki, Nursani zəng edərək görüş yerini Şahid2 kafesinə saat 23 radələrinə təyin etmişdir. Nursani Ədalətlə danışan zaman xx xxxxx 2018-ci il tarixdə saat 23 radələrində görüşməyi demişdir. Bundan sonra təxminən axşam saat 17.00-17.30 radələrində ***-***-**-** saylı nömrəyə zəng olunmuş, telefonu Ədalət açmış və zəng edən şəxs özünü Ağdamlı Elnur kimi təqdim edərək artıq Bərdə rayonunda olduğunu bildirib bir daha həmin gün saat 23 radələrində Şahid2 məxsus kafedə görüşməyi demişdir. Ədalət isə problem olmadığını deyib onunla həmin tarixdə görüşəcəyini demişdir. Lakin artıq şikayət ərizəsi ilə o, müraciət etdiyi üçün həmin görüşə onun getməyi qərara alınmışdır. Ona görə də həmin tarixdə saat təxminən 23 radələrində o, özü tək Tahirə məxsus Bərdə rayonu, Bakı küçəsində yerləşən kafeyə getmiş və orada kafenin içərisində Nursani və Elnurla görüşmüşdür. Həmin vaxt Tahir başqa bir şəxslə yan stolda nərd oynamış, oğlu Elgün isə həmin vaxt orada olan şəxslərə çay verməklə qulluq etmişdir. Orada olarkən Nursani və Elnur ondan nəyə görə Ədalətin gəlmədiyini soruşduqda o, bildirmişdir ki, onun işi olduğundan əvəzində özü gəlmişdir. Həmçinin Nursani və Elnur onların maddi durumunu və nə qədər maaş aldığını soruşmuş, o, isə aşağı olduğunu demişdir. Bu zaman Nursani və Elnur bildirmişlər ki, onlara heç bir aidiyyəti yoxdur, bu gecə bu məsələ həll olunmalıdır, ya ən azı 3.000 manat pul verilməlidir, ya da başqa söhbətlər olacaq, onun və qardaşlarının başı ağrıyacaqdır, həmçinin Elnurla Nursani onları öldürəcəkləri ilə hədələmişlər. Təxminən yarım saat sonra polis əməkdaşları kafeyə daxil olub Nursani və Elnuru tutmuşlar. Sonra bütün iştirakçılar Bərdə rayon Polis Şöbəsinə gəlmişlər. Sonradan məlum olmuşdur ki, həmin şəxslərin üzərinə baxış keçirilən zaman onların hər birinin üzərindən ayrı-ayrılıqda narkotik vasitələr aşkar olunmuşdur. Konkret olaraq Nursani və Elnur onlara istər üzbəüz, istərsə də telefon vasitəsi ilə bildirmişlər ki, əgər bu məsələ həll olunmazsa, yəni Tahirin pulu və əlavə olaraq 3.000 manat pul verilməzsə bu zaman ona və digər qardaşlarının başına oyun açacaqlar, Ədaləti Bakı şəhərinə maşının baqajında aparıb orada onu başqa şəxslərlə görüşdürüb onun başına oyun açılacağını, hətta öldürə biləcəklərini demişlər. Eyni zamanda onlar onun və qardaşlarının ailə üzvlərinin də başına oyun açacaqlarını bildirmişlər. Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, onlara qarşı edilən hədə-qorxuları real hədə kimi qəbul etmişlər. Belə ki, Nursani özü rayonda bir qədər narahat adam kimi tanınmış, çox adam ondan rayonda çəkinmişdir. Həmçinin onun özü Elnuru onlara kriminal aləmin üzvü kimi təqdim etdiyindən və həmin insanların istənilən qanunsuz hərəkətləri etmək imkanına malik olduqlarından adı çəkilən şəxslərin onlara qarşı olan hədələrindən qorxmuş və həmin hədələri real hədə kimi qəbul etmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 və qardaşları Fərhad və Firdovsini uzun müddət olar ki, Bərdə rayon sakinləri kimi tanımış, həmçinin cücə yetişdirib satışı ilə məşğul olduğu üçün təxminən 2014-cü ilin sonlarında və 2015-ci ilin əvvəllərində məhz Ədalət və qardaşı Firdovsi ona pul qarşılığında yumurta satmışlar. Bu formada onlarla aralarında işbirliyi yaranmışdır. Hətta sonradan aralarında olan münasibətlər o qədər dərinləşmişdir ki, onlar Tahirdən bir ədədi 50 qəpikdən olmaqla müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə cücə alıb aparmış və pulunu verməmişlər. Belə ki, cücə alan kənd sakinləri bir qayda olaraq cücəni nisyə almış, sonradan avqust ayında taxıl biçini zamanı həmin taxılı satıb əldə olunan gəlirdən cücənin pulunu vermişlər. Ədalət və qardaşı Firdovsi isə ondan aldıqları cücəni müxtəlif şəxslərə satdıqlarını və sonradan pulunu ala bilmədiklərini deyərək onun pulunu verməmişlər. Qeyd etmişdir ki, Ədalətlə Firdovsi ondan ümumilikdə 6600 manat dəyərində cücə almış, lakin sonradan pulunu verə bilməmişlər. Onların maddi imkanının aşağı olduğunu görüb 600 manatı da onlara bağışlamışdır. Yəni, faktiki olaraq 2015-ci ilin əvvəllərindən bu günədək Ədalətlə Firdovsinin ona 6.000 manat pul borcu olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, Bərdə rayon sakini, Bərdə rayonunda yerləşən «AG» bank-da işləmiş Anar adlı tanışının Ədalətə 8.000 manat pul borcu olmuş, sonradan aralarında olan razılaşmaya əsasən Ədalət həmin pulun 2.000 manatını Anara bağışlamış, lakin qalan 6.000 manatını ondan tələb etmişdir. X33 1.000 manat pul vermiş, qalan 5.000 manatı isə verə bilməmişdir. Məhz buna görə də Ədalət ondan xahiş etmişdir ki, həmin pulun alınmasında o, köməklik etsin, o, isə Anarı tanıdığı üçün Ədalətə bildirmişdir ki, həmin 5.000 manatı özü Anardan alar və ona görə də aralarında olan razılaşmaya əsasən Ədalətin ona 1.000 manat pul borcu qalmışdır. Yəni, faktiki olaraq Ədalət ona qeyd olunan 6.000 manat borc puldan pul verməmiş, sadəcə Anarın ona olan borcu ilə əvəzləşdiyindən faktiki olaraq Ədalətin ona 1.000 manat pul borcu qalmışdır. Lakin o, özü hələ də Anardan qeyd olunan 5.000 manat pulu ala bilməmişdir. Bundan başqa qeyd etmişdir ki, Ədalətin oğlu Elgünə də pul borcu olmuşdur. Belə ki, Ədalət oğlunun «VAZ 2107» markalı avtomobilini onun razılığı ilə götürüb idarə edərkən təxminən 400-450 manat dəyərində radara düşmüş, nəticədə həmin məbləğdə oğluna cərimə yazılmışdır. Bundan başqa Ədalətlə oğlu Elgün təxminən 2015-ci ilin yay aylarında Bakı şəhərindən oğluna «Azsamand» markalı avtomobil almış, həmin avtomobil bankda girovluqda olduğundan ilkin olaraq 1300 manat pul ödənilmiş, qalan məbləğ isə banka ödənilməli imiş. Həmin 1300 manat pulu isə oğlu öz cibindən vermişdir. Nəticədə hər ikisi avtomobili alıb Bərdə rayonuna qayıtdıqda o, avtomobilin bankda olduğunu görüb oğluna bildirmişdir ki, onsuz da onun başqa banka da pul borcu olmuşdur. Nəticədə hər ay iki müxtəlif banka ödəniş etmək çətin olacağından avtomobili qaytarmalarını demişdir. Nəticədə Ədalət avtomobili aparıb sahibinə qaytarsa da, sonradan avtomobilin pulu verilməmişdir. Belə ki, Ədalət avtomobili qaytaran zaman oğluna zəng edərək avtomobilin sahibinin ona verdiyi 1300 manat pulu yalnız 1 aydan sonra verəcəyini bildirdiyini demiş, bu zaman oğlu da ona əgər 1 aya avtomobilin pulu verilməsə onda həmin pulu Ədalətin özü verəcəyini demişdir. Ədalət də onun bu təklifi ilə razılaşmışdır. Nəticədə 1 ay tamam olsa da Ədalət həmin pulu ala bilmədiyi üçün faktiki olaraq onun oğluna 1300 manat pul borcu yaranmışdır. Bundan başqa oğlu Elgün Ədalətin sözü ilə qardaşı Fərhada təxminən 2015-ci ilin yay aylarında 400 manat pul vermişdir. Belə ki, Fərhad özü restorana vermək üçün 400 manatlıq toyuq almış, lakin vaxtında verə bilmədiyi üçün toyuq xarab olmuş və ona görə də həmin malın pulu onun üzərində qalmışdır. Bu baxımdan da malın sahibi pulunu istəmiş və ona görə də Ədalətin xahişi ilə oğlu Elgün Fərhada 400 manat pul vermişdir. Yəni, faktiki olaraq Ədalətin oğluna təxminən 2150 manat pul borcu olmuşdur. O, borcunu əvvəllər Ədalətdən istəsə də sonradan pulunun olmadığını görüb ondan borcunu istəməmişdir. Lakin oğlu Elgün bir neçə dəfə borcunu onlardan istəmişdir. Hətta Ədalət bir dəfə bu yaxınlarda onunla görüşən zaman bildirmişdir ki, Elgün ondan borcunu istəmişdir, mümkündürsə o, Elgünə desin ki, həmin borcu istəməsin. Onsuz da Ədalətin pulu olmamış, pulu olan kimi özü verəcəkdir. O da bu barədə oğluna xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs1 o, uzun müddətdir ki, tanımış, onunla qonşu olmuşlar. Aralarında normal münasibətlər olmuşdur. Nursaninin yaşadığı ev həm də onun işlətdiyi çayxanaya yaxın olduğu üçün Nursani günün çox vaxtı həmin çayxanada olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 da onun bacısı oğludur, o, uzun müddət müxtəlif cinayətlər törətdiyi üçün həbsdə olmuş, sonuncu dəfə 2018-ci ilin yanvar ayının 23-də həbsdən azad olunmuşdur. Onların da yaşadığı ev Bərdə şəhərində olmuş, lakin sonradan Elnurun bacısı oğlu Bakı şəhərində universitetə qəbul olduğu üçün hamısı birlikdə Xırdalan şəhərində yaşamışlar. Yəni, Elnur tutulmamışdan əvvəl faktiki olaraq Xırdalan şəhərində yaşamışdır. 2018-ci ilin mart ayının sonlarında oğlu Elgün Ədalətin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək ondan pulunu istəmiş, Ədalət isə həmin vaxt qardaşları ilə birgə istixanada işdə olduğunu bildirərək yalnız axşam gəlib görüşə biləcəyini demişdir. Ona görə də həmin gün oğlu onu kafedə gözləsə də Ədalət gəlməmişdir. Bu hadisə xx xxxx 2018-ci il tarixdə olmuşdur. Təsadüfən həmin vaxt axşam saatlarında Elnurla Nursani də həmin kafedə olmuşlar. Açığı həmin vaxt Elnur onlarla görüşmək üçün Bərdə şəhərinə gəlmişdir. Nursani isə qeyd etdiyi kimi gününün çox hissəsini çayxanada keçirmişdir. Təsadüfən orada olarkən oğlu çayxanada həmin vaxt qulluqçu işləyən Nicatla bu barədə danışdıqda Nursani ilə Elnur onun söhbətindən başa düşmüşlər ki, kiminsə oğluna pul borcu vardır, lakin həmin şəxs pulu vermir. Ona görə də Nursani ilə Elnur bu barədə maraqlandıqda oğlu Elgün də Ədalətin ona və eləcə də oğluna pul borcunun olduğunu, lakin həmin pulu ondan ala bilmədiyini demişdir. Həmin vaxt oğlunun onlara Ədalətin bizə nə qədər pul borclu olması barədə nə dediyini bilməmişdir. Lakin onlardan pulun alınmasında köməklik edilməsi ilə bağlı hər hansı xahiş etməmişdir. O, özü də bu barədə onlardan hər hansı xahiş etmədiyini demişdir. Çünki bilmişdir ki, Ədalətin və qardaşlarının maddi imkanı olduqca aşağı olmuş, ona görə də pulu verə bilməmişlər. Bununla da həmin vaxt onların arasında olan söhbət qurtarmış, sonradan isə Nursani ilə Elnur Ədalətin telefon nömrəsini haradansa tapmış və ondan onlara borclu olduğu pulu tələb etmişlər. Hətta sonradan növbəti gün, yəni 31mart 2018-ci il tarixdə oğlu Elgün, Nursani və Elnur birlikdə ona məxsus çayxanada Ədalətlə görüşmüş, Ədalət pulun verilməsi ilə bağlı 2 gün vaxt istəmişdir. Həmin vaxt Nursani ilə Elnur Ədaləti kənara çəkib onunla söhbət etmişlər. Həmin söhbət zamanı X23 bildirmişlər ki, bu məsələni həll etmək lazımdır, yəni konkret borcun nədən ibarət olduğunu ortaya çıxarmaqla pulu ödəmək lazımdır. O, bu barədə sonradan Ədalətdən məlumat əldə etmişdir. Yəni həmin vaxt bunlardan xəbəri olmamışdır. Bundan sonra xx xxxxx 2018-ci il tarixdə axşam təxminən saat 23 radələrində çayxanada olan zaman Fərhad özü tək gəlmişdir. Həmin vaxt da Nursani və Elnur çayxanada olmuş, həmçinin o, tanışı ilə nərd oynamışdır. Oğlu Elgün isə orada gələn müştərilərə qulluq etmişdir. Fərhad gəlmiş və Nursani ilə Elnurun yanında əyləşmişdir. Həmin vaxt üçü söhbət etmişdir. Ona görə də onların nə danışması barədə onun məlumatı olmamışdır. Təxminən yarım saat sonra polis əməkdaşları kafeyə daxil olub onları tutmuşlar. Həmçinin bildirdi ki, Ədalətgillə onun arasında ticarət əlaqələri olduğuna görə onlara müxtəlif vaxtlarda cücə götürərək, onları nisyə şəklində digər həmkəndlilərinə vermiş, buna görə də məbləğini dəqiq xatırlamasa da həmin şəxslərlə onun arasında borc münasibəti yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirdi ki, xx xxxxx 2018-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxalanması və sonradan üzərilərinə Bərdə rayon Polis şöbəsində şəxsi axtarış keçirilən zaman iştirak etmiş, belə ki, həmin tarixdə səhər saatlarında Baş İdarənin rəhbərliyi tərəfindən göstəriş verilmişdir ki, kriminal aləmdə nüfuz sahibləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bərdə rayon sakinləri Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək onlardan pul tələb etməsi faktının, eləcə də adı çəkilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə bağlı daxil olmuş məlumatın yoxlanılması ila əlaqədar müvafiq əməliyyat-axtarış tədbiri keçiriləcək, bu barədə Bərdə rayon Polis şöbəsindən müvafiq məlumat verilmiş, ona görə də həmin şəxslərin kriminal aləmlə bağlılığı nəzərə alınmaqla tədbirin keçirilməsində Bərdə rayon Polis şöbəsinə köməklik edilməsi ilə bağlı tapşırıq verilmişdir. Bu baxımdan Baş idarənin əməliyyat müvəkkili Şahid5 və o, xx xxxxx 2018-ci il tarixdə Bərdə şəhərinə ezam olunaraq oradan Bərdə rayon Polis şöbəsinə getmişlər. Məlum olmuşdur ki, həmin tarixdə Bərdə rayon sakini Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə müraciət edərək özünü kriminal aləmin üzvü kimi təqdim edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona və qardaşlarına hədə-qorxu gələrək onların Şahid2 olan 6.000 manat pul borcunun verilməsini, həmçinin həmin pulu vaxtında verməyib gecikdirdikləri üçün əlavə 3.000 manat verilməsini tələb etdiklərini, bu söhbətin Bakı şəhərində olan kriminal aləmin digər üzvlərinə çatdığını, əks halda onun və qardaşının lazım gələrsə avtomobilin baqajında Bakı şəhərinə aparılacağını və orada başına oyun gətiriləcəyini bildirdiklərini, bu məsələni həll etmək üçün həmin tarixdə axşam saat 23 radələrinə Şahid2 məxsus çayxanada görüş təyin edildiyini bildirmişdir. Eyni zamanda Bərdə rayon Polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olurlar. Ona görə də həm Zərərçəkmiş şəxs2 şikayət ərizəsi, həm də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində daxil olmuş əməliyyat məlumatları nəzərə alınmaqla onların yaxalanması ilə bağlı əməliyyata-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə xx xxxxx 2018-ci il tarixdə qərar qəbul edilmişdir. Bundan sonra qeyd olunan görüşün baş tutmasını gözləmişlər. Nəticədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 artıq həmin tarixdə saat 23 radələrində Şahid2 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən çayxanada olduğu və Zərərçəkmiş şəxs2 hədəqorxu yolu ilə pul tələb etmələri dəqiqləşdirildikdən sonra o, Şahid5, eləcə də Bərdə rayon Polis şöbəsinin əməkdaşları birlikdə həmin tarixdə Şahid2 məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən adsız çayxanaya getmişlər və çayxanaya daxil olaraq həmin tarixdə saat 23.35-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Bundan sonra saxlanılmış hər iki şəxs Bərdə rayon Polis şöbəsinə gətirilmiş və şöbədə olarkən X3 baş əməliyyat müvəkkili Şahid7 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə olunmuş və nəticədə saxlanılan şəxslərin tutulması və üzərinə baxış keçirilməsi üçün aidiyyəti üzrə göstərilmişdir. Bundan sonra şöbədə müstəntiq Teymur Ələkbərov tərəfindən adı çəkilən şəxslərin tutulması barədə qərar qəbul edilərək onların hüquqlarının qorunması üçün vəkil dəvət edilmişdir. Daha sonra adı çəkilən şəxslərin üstlərinə şəxsi axtarış keçirilməsi üçün əlavə olaraq iki nəfər polis nəfəri və 4 nəfər vətəndaş hal şahidi qismində dəvət olunaraq onlara hüquq və vəzifələri izah edilmişdir. Belə ki, həmin polis nəfərlərindən biri və hal şahidlərindən ikisi Təqsirləndirilən şəxs1 üzərinə, digər polis nəfəri və 2 nəfər hal şahidi isə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zamanı iştirak etmələri üçün dəvət edilmişlər. Bundan sonra onların, o cümlədən dəvət olunmuş hal şahidlərinin ikisinin və vəkilin iştirakı ilə əvvəlcə Bərdə rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman əvvəlcə müstəntiq Teymur Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq saxladığı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni saxladığı əşya olmadığını bildirmişdir. Nəticədə bundan sonra onun üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən üç ədəd lotereya bileti, iki ədəd pastik kart, gödəkçənin sağ yan cibindən isə 01 ədəd kibrit qutusu, 01 ədəd ağ sellofana bükülmüş vəziyyətdə bükülü aşkar olunmuşdur. Aşkar edilmiş həmin kibrit qutusuna və bir ədəd bükülüyə baxış keçirilərkən kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyi, bükülüdə olan maddənin isə heroinə bənzədiyi məlum olmuşdur. Nəticədə aşkar olunmuş həmin kütlələr olduğu kimi tərəzidə çəkilmişdir. Həmin kütlələr ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki ədəd plastik və 3 ədəd lotereya bileti isə onun özünə qaytarılmışdır. Sonda şəxsi axtarışın keçirilməsi ilə bağlı müvafiq protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs1 protokolu imzalamaqdan imtina etsə də şəxsi axtarışda iştirak edən digər şəxslər o cümlədən, vəkil də protokolu imzalamışdır. Hətta şəxsi axtarış zamanı bir neçə ədəd fotoşəkil də çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə Bərdə rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman əvvəlcə müstəntiq Teymur Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində qanunsuz olaraq saxladığı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olan heroin olmasını, lakin həbsdən yeni çıxdığı üçün yenidən tutulmaq istəmədini deyib əlini əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibinə salaraq oradan 2 ədəd sellofana bükülmüş bükümləri çıxarıb yerə, döşəmənin üzərinə tullamışdır. O, həmin narkotik vasitələri ayağı ilə əzib məhv etmək istəsə də buna imkan verilməmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən döşəməyə atılmış həmin bükümlər götürülüb baxış keçirildikdə narkotik vasitə heroinə bənzədiyi məlum olmuşdur. Nəticədə aşkar olunmuş həmin bükümlər olduğu kimi tərəzidə çəkilmiş, həmin bükümlər ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasınada şahid qismində dindirilmiş Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid10, Şahid11, Şahid12, Şahid13 və ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 Şahid4 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 verdiyi ifadəsində bildirdi ki, xx xxxxx 2018-ci il tarixdə gecə saat 01 radələrində Bərdə rayon Polis şöbəsində müstəntiq Teymur Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman hal şahidi kimi iştirak etmişdir. Onlara Bərdə rayon sakini Zərərçəkmiş şəxs2 Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi yazaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona, eləcə də qardaşlarına hədə-qorxu gəldiyini, onlardan pul tələb etdiyini, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları haqqında məlumat daxil olduğu bildirilmişdir. Ona görə də Bərdə rayon Polis şöbəsinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirərək həmin şəxsləri saxlamış və hər iki şəxs Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olmasını bildirsə də həbsdən yeni çıxdığı üçün tutulmaq istəmədiyini bildirib əlini əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibinə salaraq oradan iki ədəd sellofana bükülmüş bükümləri çıxarıb döşəmənin üstünə atmışdır. Dərhal həmin bükümlərin şəkilləri müstəntiq tərəfindən çəkilmiş və bükümlər döşəmənin üstündən götürülmüşdür. Təqsirləndirilən şəxs2 tərəfindən döşəməyə atılmış həmin bükümlər polislər tərəfindən götürülüb baxış keçirildikdə narkotik vasitə heroinə bənzədiyi və iki bükümün cəmi çəkisinin 5,98 qram olduğu məlum olmuşdur. Sonda şəxsi axtarışın keçirilməsi ilə bağlı müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs2 protokolu imzalamaqdan imtina etsə də şəxsi axtarışda iştirak edən digər şəxslər protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasınada şahid qismində dindirilmiş Şahid15 Şahid14 ifadəsinə uyğun ifadə verdi. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, hadisə olan gün o, da çayxanada olmuş və özünə çay süzmək üçün çayçının mətbəxinə keçmişdir. O, mətbəxə keçən vaxt Elnuru, Elgünü orada görmüşdür. Onlar mətbəxdə olan zaman çayxanaya çoxlu sayda polis əməkdaşları girmiş və çayxanada olan bütün şəxsləri yerə yıxıb üstlərini axtarmağa başlamışlar. Sonra polislərdən kimsə onların üzərindən nə çıxıbsa qaytararaq yerinə qoyulmasını demişdir. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində də onları yerə yıxıb təkrar üstlərini axtarmağa başlamış və axtarış zamanı xatırladığı qədəri ilə Nursaninin üzərindən pensiya kartı, Elnurun üzərindən isə metro kartı çıxmışdır. Həmçinin suallara cavab olaraq onlar polis şöbəsinə gətirilən zaman Nursanin əynində gödəkcə olduğunu bildirdi. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində bildirdi ki, o, hadisə baş verən çayxananı işlədir və hadisə baş verən zaman o, da çayxanada olmuşdur. xx xxxxx 2018-ci il tarixdə axşam radələrində çayxanaya çoxlu sayda polis əməkdaşları gəlmiş və çayxanada olan bütün şəxsləri yerə uzadaraq qollarına qandal vurub üzərlərini axtarmağa başlamışlar. Sonra polis əməkdaşları onların hamısını polis şöbəsinə aparmışlar. Nursani ilə onu bir yerdə polis şöbəsinə aparmışlar. Polis şöbəsində yenidən onları yerə yıxaraq üzərlərinə baxış keçirmişlər, lakin çayxanada üzərlərinə axtarış zamanı aşkar olunanlar polis əməkdaşları tərəfindən götürüldüyündən heç nə aşkar edə bilməmişlər. Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirdi ki, xx xxxxx 2018-ci il tarixdə o, evdə olan zaman polis şöbəsindən ona zəng gəlmiş və polis şöbəsindən ona Nursaniyə gödəkçə gətirməsini deyilmişdir. O, evdən gödəkçə götürüb polis şöbəsinə getmişdir. O, polis şöbəsinin girişində olan zaman polis əməkdaşları tərəfindən gödəkçənin cibləri yoxlanılmış və bundan sonra o, şöbəyə daxil olmuşdur. Lakin daha sonra polis şöbəsinin içərisində gödəkçənin cibindən narkotik vasitə çıxmışdır. Həmçinin bildirdi ki,o, gödəkcəni polis şöbəsinə aparan zaman onun ciblərini yoxlamamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, 134 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar olunmuş 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 3,096 qram olmaqla ümumi təmiz çəkisi 5,617 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqat zamanı narkotik vasitənin ümumilikdə 0,04 qram istifadə olunmuşdur. (hər bir bükümdə 0,02 qram) qalıq 2,501 qram və 3,076 qram olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsi tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, 135 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə təmiz çəkisi 6,083 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqat zamanı 0,05 qram istifadə olunmuş, qalıq 6,033 qram olmuşdur. Bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,892 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullahazırlanmış narkotik vasitə qurudulmuş marixuanadar. Tədqiqat zamanı 0,02 qramı istifadə olunmuş, qalıq 0,872 qram olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 804 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs2 xx.xx.2017ci il tarixdən «Tiryək narkomaniyası» diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 802 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarında istifadə etmə halları olub, lakin hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 X2 tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 1232 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci il tarixdən «Tiryək narkomaniyası» diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 2085 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Maddi sübut hesab edilməsi haqqında” xx xxx 2018-ci il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs2 aşkar olunub götürülmüş bir ədəd zərfdə qalıq çəkisi 5,577 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs1 aşkar olunub götürülmüş bir ədəd zərfdə qalıq çəkisi 6,033 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,872 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx xxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi onun öz adına qeydiyyatdan keçmişdir. Həmin mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında telefon danışıqları və sms yazışmaları olmuşdur. Həmçinin həmin mobil telefon nömrəsi ilə iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə arasında xx.xx.2018-ci il saat 15.05-də 107 saniyə, həmin tarixdə saat 15.19-da 92 saniyə, saat 19.26-da 81 saniyə, xx.xx.2018-ci il tarixdə saat 18.45-də saat 22 saniyə, həmin tarixdə saat 19.19-da 15 saniyə, saat 20.28də 26 saniyə, xx.xx.2018-ci il tarixdə saat 13.26-da 196 saniyə müddətində telefon danışığı olmuşdur. İlk telefon danışığı isə məhz Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2018-ci il tarixdə saat 15.05-də olmuşdur. Bundan əlavə həmin zəngdən bir qədər əvvəl, yəni xx.xx.2018-ci il tarixdə saat 13.52-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək 49 saniyə müddətində danışmışlar. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi onun öz adına qeydiyyatdan keçmişdir. Həmin mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında telefon danışıqları və sms yazışmaları olmuşdur. Həmçinin həmin mobil telefon nömrəsi ilə iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 istifadəsində olan ***- ***-**-** saylı nömrə arasında xx xxxxx 2018-ci il tarixdə saat 17.20-dən başlamaqla 102 saniyə müddətində telefon danışığı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2018-ci il tarixli “şəxsi axtarış və və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üstünə şəxsi axtarış keçirilən zaman onun əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən aşkar edilmiş bir ədəd kibrit qutusuna və bir ədəd bükülüyə baxış keçirilərkən kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyi, bükülüdə olan maddənin isə heroinə bənzədiyi məlum olmuş, kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 3,18 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 6,32 qram olmuşdur. Həmin kütlələr polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxxx 2018-ci il tarixli “şəxsi axtarış və və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə heroin olmasını bildirsə də həbsdən yeni çıxdığı üçün tutulmaq istəmədini bildirib əlini əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibinə salaraq oradan iki ədəd sellofana bükülmüş bükümləri çıxarıb döşəmənin üstünə atmış, dərhal həmin bükümlərin şəkilləri müstəntiq tərəfindən çəkilmiş və bükümlər döşəmənin üstündən götürülmüşdür. Təqsirləndirilən şəxs2 tərəfindən döşəməyə atılmış həmin bükümlər polislər tərəfindən götürülüb baxış keçirildikdə narkotik vasitə heroinə bənzədiyi və iki bükümün cəmi çəkisinin 5,98 qram olduğu məlum olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış üzləşdirmə protokoldan görünür ki, Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq edərək sonuncunun və Təqsirləndirilən şəxs2 birlikdə ona və qardaşı Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək Şahid2 olan 6000 manat pul borcunun və eləcə də həmin borcun vaxtında qaytarılmadığı üçün əlavə 3000 manat pulun ödənilməsini tələb etdiyini, əsk halda ona və qardaşlarına, eləcə də ailə üzvlərinə qarşı zor tətbiq ediləcəyi ilə hədə-qorxu gəlmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış üzləşdirmə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman hal şahidi qismində iştirak etmiş Şahid12 və Şahid13 ilə, eləcə də iş üzrə Zərərçəkmiş şəxs2 ilə üzləşdirilmişdir. Məhz üzləşdirmə istintaq hərəkəti zamanı Şahid12 və Şahid13 istintaq zamanı verdikləri ifadələrini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq edərək Bərdə rayon Polis Şəxsi şöbəsində müstəntiq tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 3 ədəd lotereya bileti, 2 ədəd plastik kart, gödəkçənin sağ yan cibindən isə 01 ədəd kibrit qutusu, 01 ədəd ağ sellofana bükülmüş vəziyyətdə bükülü aşkar olunduğunu, həmin kibrit qutusuna və bir ədəd bükülüyə baxış keçirilərkən kibrit qutusunda olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya bənzədiyini, bükülüdə olan maddənin isə heroinə bənzədiyini, aşkar olunmuş həmin kütlələrin olduğu kimi müstəntiq tərəfindən tərəzidə çəkildiyini, kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 3,18 qram, 1 ədəd ağ rəngli sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni çəkisinin isə 6,32 qram olduğunu, Təqsirləndirilən şəxs1 protokolu imzalamaqdan imtina etdiyini, lakin şəxsi axtarışda iştirak edən digər şəxslərin hamısınin protokolun doğruluğunu öz imzaları ilə təsdiqetdiklərini bildirmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx xxxxx 2018-ci il tarixli, 2729 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli xx/xx-3320 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Respublika Narkoloji Mərkəzində qeydiyyatda deyil. Lakin Təqsirləndirilən şəxs2 xx xxxxxx 2017-ci il tarixdən “Tiryək narkomaniyası” diaqnozu ilə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-ən alınmış xx xxxxx 2018-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-ən alınmış xx xxxxx 2018-ci il tarixli tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər müxtəlif vaxtlarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin məhkumluqlar ödənilmiş, sonuncu dəfə isə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər İƏD-i üzrə nümayəndəliyinin xx xxxxx 2018-ci il tarixli, arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı-X17 və oğlu-X6 ilə birlikdə Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 138922 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx xxxxxxx 2001-ci təvəllüdlü X7 adlı 1 yetkinlik yaşına çatmayan övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2019cu il tarixli notariat qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlardan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx xxxx 2019cu il tarixli notariat qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənmiş və onlardan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon X16 poliklinikası tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 948 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2000ci il tarixdən travmatik ensefalopatiya, qalıq əlamətləri ilə, nevrozabənzər sindrom və davranış pozuntusu ilə Bərdə şəhər Poliklinikasında Ruhi-Əsəb dispanserində qeydiyyatdadır və İİ qrup əlildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti Başçısının Papravənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli, 195 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonu, Papravənd kəndində qeydiyyatda olmaqla, ailə üzvləri anası- X13 və bacısı- X9 ilə birlikdə Bərdə rayonu, Üzeyir Hacıbəyov küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 öz ifadələrində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddəsinə münasibətdə onun tərəfindən zərərçəkmiş şəxslərə heç bir hədə-qorxu gəlinərək pul tələb edilməməsinə, zərərçəkmiş şəxslərin onun Şahid2lə münasibətinin yaxşı olduğunu bildikləri üçün ona Tahirlə aralarında olan borc münasibətlərində köməklik göstərməsini ondan xahiş etdiklərinə və onun daha sonra Tahirlə zərərçəkmiş şəxslər arasında olan borc münasibətinə qarışmayacağını zərərçəkmiş şəxslərə bildirdiyinə, yalnız bu zaman zərərçəkmiş şəxslərlə Tahir arasında olan borc məbləğindən xəbəri olduğuna, həmçinin zərərəkmiş şəxslərlə bu məsələ ilə bağlı yalnız bir dəfə mobil telefonla əlaqə saxlayaraq onlara bu məsələyə qarışmayacağına dair verdiyi ifadəsinin, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddəsinə münasibətdə zərərçəkmiş şəxslərə heç bir hədə-qorxu gəlməməsinə, onlardan hər hansı məbləğdə pul tələb etməməsinə, zərərçəkmiş şəxslərlə dayısı Tahir arasında olan borc məbləğindən xəbərsiz olmasına, onlar arasında borc münasibətlərinin olmasını dayısı oğlu Elgünlə zərərçəkmiş şəxslərin söhbəti əsnasında eşitməsinə dair ifadəsinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, telefon danışığına dair məlumatları və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Həmçinin Zərərçəkmiş şəxs2la Nursani Hüsüyüvin arasında üzləşdirmə hərəkəti keçirilən zaman da Zərərçəkmiş şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı təsdiq edərək sonuncunun və Təqsirləndirilən şəxs2 birlikdə ona və qardaşı Zərərçəkmiş şəxs1 hədə-qorxu gələrək, Şahid2 olan 6000 manat pul borcunun və eləcə də həmin borcun vaxtında qaytarılmadığı üçün əlavə 3000 manat pulun ödənilməsini tələb etdiyini, əks halda ona, qardaşlarına və ailə üzvlərinə qarşı zor tətbiq ediləcəyi ilə hədə-qorxu gəlindiyini bildirmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərəçəkmiş şəxslərə hədə qorxu gələrək onların Şahid2 borclu olduqları 6000 manat pulu və eləcə də həmin pulu vaxtında qaytara bilmədikləri üçün əlavə olaraq 3000 manat pulu vermələrini tələb etməklə, bu söhbətə Bakı şəhərindən kriminal aləmin üzvlərinin qarışdığını, əsk halda Ədalətin avtomobilin baqajında Bakı şəhərinə aparılacağını, həmçinin onun və qardaşlarının başına oyun açılacağını, lazım gələrsə öldürüləcəyini bildirməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını təkrar hədə-qorxu ilə tələb etmələri tam sübuta yetirilmiş və ibtidai istintaq tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, qeyd olunan plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,521 qram və 3,096 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən 5,617 qram çəkidə narkotik vasitə heroini və Təqsirləndirilən şəxs1 bir ədəd sellofan bükümdə 6,083 qram çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda 0,892 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik vasitə heroinin külli miqdar olması əsası ilə düzgün olmayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Belə ki, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı ilə məşğul olması və onlardan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib üstündə saxlamaqla daşımalarını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satmaları barədə də heç bir sübut müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin haradan əldə etməsinə, başqa şəxslərə narkotik vasitələri satıb-satmamasına, onların narkotik vasitələrin satışı ilə məşğul olub-olmamalarına dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan da məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha öncə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını görə biləcək şahidləri, yaşadığı ünvanların ətrafında narkotik vasitələrə meyilli və istifadəsi ilə məşğul olan şəxslərlə əlaqəsini, həmin narkotik vasitəni əldə edə biləcəyi şəxsin şəxsiyyətinin və digər cinayətlərdə iştirakının olmasının müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə saxlamaları haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onların narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımaları qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satış məqsədi ilə deyil, özləri qəbul etmək üçün əldə edib saxlamalarını təsdiq etdikləri halda, əsassız olaraq onların narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamaqla daşımaları qənaətinə gəlmişdir. Həmçinin məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman üzərində hər hansı narkotik vasitə olmaması, heç vaxt narkotik vasitənin istifadəçisi olmamasına dair ifadəsini, elecə də digər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasına, həmin narkotik vasitəni o polis idarəsinə gətirildikdən sonra qohumu X21 tərəfindən onun əynində paltarları cırıldığı və əynində gödəkcəsi olmadığı üçün gətirilən gödəkcənin cibindən aşkar edilməsinə, həmçinin əlavə şahid qismində dindirilmiş Şəmsi Əliyevin həmin xüsusatı təsdiq edərək həmin gödəkcənin onun tərəfindən Nursani Hüsüyüv polis idarəsində olduğu vaxt gətirilməsi və gödəkcəni polis əməkdaşlarına təhvil verməsinə dair ifadələri şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədlərlə qarşılıqlı şəkildə tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə bu barədə verdiyi ifadələri özlərini (Şəmsi Əliyevə münasibətdə dayısını) müdafiə məqsədilə verilmiş ifadələrdir və məsuliyyətlərini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 804 nömrəli ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Həmçinin cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 tərəfindən verilmiş xx xxx 2018-ci il tarixli, 802 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işi üzrə əlavə şahid qismində dindirilmiş Mehdi Salmanov ifadəsində polis idarəsinə gətirilən zaman Təqsirləndirilən şəxs1 əynində gödəkcənin olmasını göstərməsi, bundan başqa həmin xüsusatın cinayət işinin materiallarında öz əksini tapmaması, təqsirləndirilən Təqsirləndirilən şəxs1 həmin halı nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərməməsi məhkəməyə həmin ifadələrə münasibətdə tənqidi yanaşmağa və yuxarıda qeyd edilən nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən əldə edib saxladığı narkotik vasitələri satış məqsədi ilə deyil, öz istifadələri üçün əldə edib saxlamaları müəyyən olunduğundan onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməlləri tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 234.1-ci maddələrinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslərin əməllərinin həmin maddələrlə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxslərin həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalarını qanuni və əsaslı hesab edir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışmasını, CM-in 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, 2-ci qrup əlil olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Quliyev X10 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən həmin növ cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, CM-in 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza məsələsini müzakirə edərəkhesab edir ki, Təqsirləndirilən şəxs1 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, 2-ci qrup əlil olması və himayəsində yetkinlik yaşına çatmayan övladını olması kimi yüngülləşdirən halların məcmusunu, həmçinin törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2018-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışması, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması kimi müstəsna halların məcmusunu, həmçinin törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, yuxarıda tədqiq edilən «Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı, bu iş üzrə şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxx 2018-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Ambulator məcburi-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Ambulator məcburi-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olaraq Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 5,577 qram olan narkotik vasitə heroin, bir ədəd zərfdə qalıq çəkisi 6,033 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,872 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 44,01 (qırx dörd manat bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi2 100 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən 600 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin182.2.1, 182.2.2, 182.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin182.2.1, 182.2.2, 182.2.4 maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin növbətçi hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 5,577 qram olan narkotik vasitə heroin, bir ədəd zərfdə qalıq çəkisi 6,033 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 0,872 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 44,01 (qırx dörd manat bir qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirdiyindən 600 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara verildiyi andan) X29 Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar