Məhkəmə qərarları › İş №1(100)-14/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-14/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-14/2022 28.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 oğlu və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 180.1, 182.2.1, 182.2.3 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə və xx xxxxxxxx 1995-ci ildə Samux rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 2019-cu ilin sentyabr ayında yaşadığı Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, 5-ci dalanda yerləşən 4 saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində divarda quraşdırılmış seyfin dəmir qapısının zəncirbəndini yerdən götürdüyü daş parçası ilə qırıb qapını açarkən seyfin içərisində aşkar etdiyi 31727 №-li, 7,62 mm kalibrli olmaqla 1904-cü ildə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, yivli odlu silah hesab edilən, istintaqla müəyyənləşdirilməsi davam edən mənbədən və vaxtda əldə edilmiş 01 (bir) ədəd “Naqan” sistemli revolveri xəzinəsindəki zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı vəziyyətdə olan və döyüş sursatı hesab edilən 07 (yeddi) ədəd patronlarla birlikdə götürüb qanunsuz olaraq əldə etmiş, həmin mərtəbədəki daşların arasına yerləşdirib gizlədildiyi yeri dəyişməklə saxlamış, təxminən bir neçə gün sonra, yəni 23 sentyabr 2019-cu il tarixdə günorta saatlarında özünə məxsus olmayan odlu silahı xəzinəsindəki döyüş sursatları ilə birlikdə saxladığı yerdən çıxarıb əynindəki şalvarın bel kəmərinə taxmaqla yaşadığı yerdən ünvan 3 ünvanına gedərkən üzərində gəzdirmişdir. Həmçinin o, tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq olunmuş “Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, 190 manat məbləğində birdəfəlik ödəmə almaq üçün aidiyyəti üzrə müraciət etməsindən xəbər tutaraq, sonuncunun alacağı pul vəsaitini tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq ələ keçirməkdən ötrü 22 aprel 2020-ci il tarixdə təxminən saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına gedərək, sonuncu ilə Zərərçəkmiş şəxs əmlakının hədə-qorxu ilə tələb edilməsinə yönəldilmiş hərəkətlərin törədilməsində bilavasitə iştirakı barədə razılığa gəlməklə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib, ödəmənin veriləcəyi günədək Zərərçəkmiş şəxs iradəsi əleyhinə həmin ünvanda saxlamaqla azadlığını məhdudlaşdırmaq niyyəti ilə şəxsi işinin olması bəhanəsi ilə aldadıb telefon vasitəsilə oraya çağırmış, Zərərçəkmiş şəxs çağırıldığı ünvana getdikdə maddi yardım qismində təyin olunan pul vəsaitini nağdlaşdırdıqdan dərhal sonra onlara verməsi üçün sonuncuya təzyiq göstərib, həmin ünvanı tərk edib getmək istəyərkən çiynindən tutaraq evdən çıxmasına mane olmuş, daha sonra üzərində gəzdirdiyi bir ədəd qatlanan konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağını əynindəki şalvarın bel kəmərindən çıxarıb silah kimi istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək, əvvəlcə Zərərçəkmiş şəxs öz razılığı ilə aldığı “LG” markalı mobil telefonu götürüb video kamerasını işlək vəziyyətə gətirməklə sonuncudan bir daha kişilərlə cinsi əlaqəyə girməklə homoseksuallıq hərəkətləri edib-etməyəcəyini soruşmuş, Zərərçəkmiş şəxs isə cavabında bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib, telefonuna 190 manat məbləğində maddi yardımın təyin edilməsi haqqında sms bildiriş gəldikdən sonra həmin pul vəsaitini ona verəcəyini öhdəsinə götürməsindən, verməyəcəyi təqdirdə isə öz ünvanına nalayiq söyüş söyüb mərhum anasının məzarına and içməsindən sonra video çəkilişi dayandıraraq, tələb etdiyi pul məbləğini verməkdən imtina edəcəyi halda, çəkdiyi video görüntünü “Youtube.com” internet platformasında paylaşacağını bildirmiş, bununla da, zərərçəkmiş şəxsin seksual oriyentasiyası və aralarındakı pul tələbi ilə bağlı gizli saxlamağa çalışdığı, yayılacağı halda cəmiyyət arasında barəsində mənfi ictimai rəyin formalaşması ehtimalı ilə əlaqədar özünün ləkələnəcəyini düşündüyünə görə rüsvayedici kimi qiymətləndirdiyi məlumatları yaymaqla, həmçinin üzərində gəzdirdiyi bıçağı sinəsinə dirəyib şəxsiyyəti üzərində zor göstərməklə hədələmiş, bundan başqa, sifət nahiyəsinə sillə zərbəsi vurub fiziki ağrı yetirərək zor tətbiq etməklə özgənin əmlakını hədə qorxu ilə tələb etmiş, habelə 23 aprel 2020-ci il tarixdə təxminən gecə saat 03 radələrində yaşadığı ünvana qayıdarkən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs oradan qaçıb getməməsi üçün ciddi nəzarət etməyini tapşıraraq hadisə yerini tərk etmişdir. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, Gəncə şəhəri, Kəpəz rayon polis idarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 23 aprel 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında saxlanılaraq, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-in inzibati binasına aparılıb həmin gün saat 12:30-dan 12:50-dək olan müddət ərzində üzərinə baxış keçirilən zaman əynindəki idman şalvarının sol yan cibindən aşkar edilərək götürülmüş kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 1,143 (bir tam mində yüz qırx üç) qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, həmçinin öz razılığı ilə həmin gün saat 14:00-dan 14:30-dək olan müddət ərzində yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən yataq otağındakı çarpayının üzərinə sərilmiş döşəyin altından aşkar edilərək götürülmüş kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 5,768 (beş tam mində yeddi yüz altmış səkkiz) qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,3 ml həcmində heroin məhlulunun tərkibində təmiz çəkisi 0,010 (sıfır tam mində on) qram narkotik vasitə olan heroinin quru maddəsini, yataq otağında özünə məxsus pul qabının içərisindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,063 (sıfır tam mində altmış üç) qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, habelə həmin narkotik vasitələri satarkən çəkisini müəyyən etməkdən ötrü istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi, yaşadığı ünvanın yataq otağından aşkar edilərək götürülmüş 1 (bir) ədəd elektron tərəzini faktiki sahibliyində öz ixtiyarında saxlamaqla “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təmiz halda ümumi çəkisi 2 (iki) qramdan artıq, yəni ümumilikdə 6,984 (altı tam mində doqquz yüz səksən dörd) qram olan külli miqdarda narkotik vasitə hesab edilən heroini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Həmçinin o, tanışı Təqsirləndirilən şəxs1 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib sonuncu vasitəsi ilə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci il tarixli, 127 nömrəli qərarı ilə təsdiq olunmuş “Koronavirus (Covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq, 190 manat məbləğində birdəfəlik ödəmə almaq üçün aidiyyəti üzrə müraciət etməsini öyrənib tamah məqsədilə və əvəzsiz olaraq Zərərçəkmiş şəxs alacağı pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirməkdən ötrü 22 aprel 2020-ci il tarixdə təxminən saat 16 radələrində özünün yaşadığı ünvan 2 ünvanında görüşdüyü Təqsirləndirilən şəxs1 ilə ödəmənin veriləcəyi günədək Zərərçəkmiş şəxs iradəsi əleyhinə həmin ünvanda saxlamaqla azadlığını məhdudlaşdırmaq barədə razılığa gələrək, sonuncunun tanışlıq münasibətində olduğu Təqsirləndirilən şəxs1 tərəfindən şəxsi işinin olması bəhanəsi ilə aldadılıb həmin ünvana çağırıldıqdan sonra “Əli bizim qardaşımızdır, sən ona sən öl vurmusansa, boynuna götürdüyün pulu verməlisən, verməsən, Əlini tapdalamış olarsan, Əlini tapdalayanı isə biz tapdalayarıq”- deyib zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb edərək, silah kimi istifadə edilən əşyadan, yəni mənşəyi istintaqa məlum olmayan taxta parçasından istifadə etməklə həmin taxta parçasını sağlamlığına zərər yetirə biləcəyini ifadə etmək üçün nümayiş etdirib qorxudaraq zərərçəkmiş şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, həmçinin Zərərçəkmiş şəxs maddi yardım qismində alacağı 190 manat məbləğində pul vəsaitinin hədə-qorxu ilə tələb edilməsinə yönəldilmiş qəsdən törədilən hərəkətlərin gedişində yumruq və taxta parçası ilə başından vuraraq sol təpə - ənsə nahiyəsinin sıyrığı, yəni bərk küt əşyanın təsiri nəticəsində əmələ gələn, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarət yetirməklə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etmiş, habelə 23 aprel 2020-ci il tarixdə təxminən gecə saat 03 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvana qayıdarkən Zərərçəkmiş şəxs oradan qaçıb getməməsi üçün ciddi nəzarət etməyini tapşırmasından sonra da zərərçəkmiş şəxsin yalvarışlarına məhəl qoymadan adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilməsini davam etdirib yaşadığı ünvandan buraxmamış, bundan sonra sanitar qovşağa getmək istəyən Zərərçəkmiş şəxs qaçmaması üçün əli ilə sonuncunun əynindəki paltonun boynundan tutub həyətə çıxararaq, əlindəki taxta parçası ilə qovşağın qarşısında dayanıb sonuncunun içəridən çıxmasını gözləyərkən qonşusunun çağırışı üzrə oradan uzaqlaşmasından istifadə edən zərərçəkmiş şəxsin sanitar qovşaqdan çıxıb daş hasardan keçərək, ayaqyalın vəziyyətdə qonşuluqdakı ünvan 6 ünvanına qaçması, eləcə də, qonşusu Şahid7 zərərçəkmiş şəxsə köməklik göstərib sonuncunu hüquq-mühafizə orqanlarına təhvil verməsi ilə uzanan cinayət əməllərinin icrasını başa çatdırmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bildiyini, Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.6, 180.1, 182.2.1, 182.2.3-cü maddələrilə elan edilmiş ittihamlar üzrə isə özünü təqsirli bilmədiyini bildirərək ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının tarixini dəqiq xatırlamadığı bir günündə yaşadığı evin 2-ci mərtəbəsinə qalxarkən divardakı bağlı seyf diqqətini cəlb etmişdir. O, doğulduğu vaxtdan həmin evdə yaşadığı üçün sözügedən seyfin mövcudluğundan çoxdan xəbərdar olmuş, buna baxmayaraq heç vaxt ailə üzvlərindən həmin seyfin içərsində nə olması, nə üçün bağlı saxlanması, açarının harada olması barədə heç nə soruşmamışdır. Lakin həmişə sözügedən seyf diqqətini çəkmişdir. Ona görə də, həmin gün seyfin qapısını daş parçası ilə sındırıb içərsində bir ədəd “Naqan” tipli tapança olduğunu görmüş, əvvəllər odlu silah gəzdirib istifadə etmədiyindən silahı əlinə götürüb baxarkən ehtiyatsız davranmağı nəticəsində silahdan atəş açılmış, güllə evin 2-ci mərtəbəsinin tavanının küncünə dəymişdir. Sonradan polis idarəsində silaha baxış keçirilərkən o görmüşdür ki, silahın 7 patronluq tutumu var, xəzinəsində 7 patron mövcuddur ki, onlardan biri ehtiyatsızlıqdan atəş açarkən istifadə olunmuş, gilizi isə xəzinədə qalmışdır. Silahdan atəş açılarkən evdə heç kəs olmamış, ona görə də, bundan heç kəs xəbər tutmamışdır. O, silahı seyfin içərsinə qoymamış, oradakı daşların arasında gizlədib evdən çıxmış, bu barədə yenə də ailə üzvlərinə heç nə deməmişdir. O, silahın mərhum babası Əli İsgəndərova məxsus olduğunu güman etmişdir, çünki həmin vaxta qədər qohumlarından babasının belə bir silahının olduğunu eşitmiş, lakin təfərrüatlarını maraqlanmamışdır. 23.09.2019-ci il tarixdə günorta saatlarında o, odlu silahı saxladığı yerdən götürüb əynindəki şalvarın bel kəmərinə taxaraq evdən çıxmışdır. Silahı üzərində götürməkdə konkret bir hüquq pozuntusu törətmək məqsədi olmamış, sadəcə, ondan xoşu gəldiyinə görə üzərində gəzdirmək istəmişdir. O, evdən çıxdıqdan sonra dostu Seymura zəng edib görüşmək istədiyini, borc pula ehtiyacının olduğunu demiş, sonuncu görüşmək təklifini qəbul etmiş və onlar şəhər ərazisində, Xan Bağının yaxınlığındakı 1 nömrəli orta məktəbin qarşısında görüşmüşlər. O, həmin ünvana taksi ilə getmişdir. Görüş zamanı başqa dostu Vüsal da Seymurun yanında olmuşdur. Onlar oraya Seymurun idarə etdiyi “Vaz 2107” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. O, Seymur və Vüsalı bir neçə ildir ki, tanımış, onlarla dostluq münasibətində olmuşdur. Görüşdükdən sonra onlar üçü birlikdə Vüsalın yaşadığı ünvan 7 ünvanına getmişlər. Orada olarkən Seymurgil üzərindəki silahı görüb nə olduğunu soruşmuşlar, o isə suvenir alışqan olduğunu demişdir. Saat 21 radələrində onlar evdən çıxmış, dostları onu yaşadığı evə yola salacaqlarını demiş, ona görə də, onlar Seymurun idarə etdiyi maşına yaxınlaşmışlar. Seymur sükan arxasında əyləşərkən onlara 3 nəfər tanımadığı mülki geyimli şəxs yaxınlaşıb həmin binada həkimin yaşayıb-yaşamadığını soruşmuşlar, o isə başqa yerdə yaşadığını, bina sakinlərini tanımadığını demiş, həmin şəxslərin polis əməkdaşları olmasından şübhələnib ərazidən qaçmışdır. Seymurla Vüsal isə orada qalmışlar. Qaçarkən o, üzərindəki “Naqan” tipli tapançanı patronlarla birlikdə üzərindən atmış, ertəsi gün isə könüllü şəkildə polis idarəsinə gedib törətdiyi əməli etiraf etmişdir. Ruhini, Turalı və Elcanı təxminən 1 ildir ki, tanımış və onlarla yaxın münasibətləri olmuşdur. 22 aprel 2020-ci il tarixdə axşam saat 18- 19 radələrində o, Ruhinlə zəngləşib sonuncunun yaşadığı evdə görüşmüşdür. Belə ki, onların görüşməkdə məqsədi evdə oturub söhbət edib çay içmək olmuşdur. Çünki ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar bütün ictimai iaşə obyektləri bağlı olduğundan evdə görüşmüşlər. O, Ruhinin yaşadığı Ələkbər Ziyatay küçəsi 27 ünvanına getmişdir. Həmin ünvana çatarkən Tural ona zəng edərək, Elcanın və sonuncunun dostları tərəfindən incidildiyini demişdir. Turalla Elcan arasındakı mübahisə ona məlum olmayan qız mövzusu ilə bağlı olmuşdur. Telefonunun konturu olmadığına görə Tural hər üçünü xəttə qoşmuş, danışıq zamanı o, Elcana Turalı rahat buraxmalarını tapşırmış, yəni Elcanı sakitləşdirərək, aralarında olan mübahisəni həll etmiş və məsələnin təfərrüatlarını danışmaq üçün Turalı Ruhingilin yaşadığı ünvana dəvət etmişdir. Tural Elcanla birlikdə olduğunu, sonuncu ilə gələ bilib-bilməyəcəyini soruşmuş, o isə öz istədiyi kimi, yəni tək və ya Elcanla gələ biləcəyini bildirmişdir. Tural Elcanla birgə gələcəyini demiş və onlar axşam saat 21-22 radələrində Ruhinin yaşadığı ünvana gəlmişlər. Ruhin Elcan və Turalın heç birini tanımamış, Elcan Turalla birlikdə gəlib onlarla hal-əhval tutduqdan sonra çox ləngimədən çıxıb getmiş, evdə Ruhin, Tural və o özü qalmışdır. Bundan sonra o, Turaldan ondan aldığı borcu nə vaxt qaytaracağını soruşmuşdur. Belə ki, Tural cari ilin fevral-mart aylarında ona paltar almaq istədiyini bildirmiş və nisyə paltar sata biləcək tanışının olub-olmadığını maraqlanmışdır. O, belə bir tanışının olmadığını bildirdikdə, Tural paltar almaq üçün ondan 100-150 manat civarında borc pul istəmiş və o, üzərində olan 300 manata yaxın puldan 190 manat pulu Turala vermiş, sonuncu isə bir neçə gün ərzində pulu qaytaracağını bildirmiş, lakin üzərindən 2 aya yaxın vaxt keçməsinə baxmayaraq, borcu üzrə heç bir ödəniş etməmişdir. Ona görə də, həmin gün Turaldan borcu nə vaxt qaytaracağını soruşduqda, sonuncu koronavirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ödənilən birdəfəlik 190 manat yardım alacağını, həmin pulu alan kimi ona olan borcunu qaytaracağını bildirmişdir. Bu zaman o, Turala inanmamış, yardım alacağına onu inandırmasını istəmiş, Tural isə “LG” markalı telefonunu götürüb birdəfəlik ödəmə almaq üçün elektron qaydada müraciət etməsini təsdiqləyən ekran şəklini (screen shotu) ona göstərmiş və ödəmənin təyin olunması haqqında SMS bildiriş gəldikdən sonra poçt şöbələrindən pulu alacağını söyləmişdir. Həmin ekran şəklinə baxarkən Turalın telefonundakı mesajlara gözü sataşmışdır. Tural sevgili münasibətində olduğu qıza təhqiramiz xarakterli mesajlar yazmış, ona görə də, o, Turala irad tutub sifət nahiyəsinə bir sillə zərbəsi vurmuş və bundan sonra borcunu qaytaracağına dair ona söz verməsini Turala məxsus telefonla video lentə almışdır. Bundan sonra Turala birdəfəlik yardımı almaq üçün poçt şöbəsinə gedərkən ona da məlumat verməsini, poçta birlikdə getmələrini bildirmiş, Tural bununla razılaşmış, üstəlik, pulu qaytarana qədər telefonunun onda qala biləcəyini demişdir. Ona görə də, o, Turalın razılığı ilə “LG” markalı telefonu götürüb gecə saat 01 radələrində evdən çıxaraq yaşadığı ünvana getmişdir. Getməmiş Tural ondan gecə olduğuna görə Ruhinin evində qala bilib-bilməyəcəyini soruşmuş, o isə, əgər istəyirsə, orada qalmasında heç bir problem olmadığını, gecəni Ruhinin evində keçirə biləcəyini, yox, əgər qalmaq istəməsə, öz evlərinə gedə biləcəyini demişdir. Evdən çıxarkən o, Ruhinə Turaldan muğayat olmasını tapşırmışdır. Gecə saat 03 radələrində Ruhin ona zəng edib Turalın ayaqyoluna gedərkən hasardan qonşunun həyətinə keçib qaçdığını bildirmiş, lakin niyə qaçdığını deməmişdir. 22.04.2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 evində olarkən Zərərçəkmiş şəxs sillə, yumruq və təpiklə vurmamış, bıçaqla qorxutmamış, habelə ona irad bildirməyini, sillə ilə vurmağını video lentə almamış və həmin videonu paylaşaraq onu rüsvay edəcəyini bildirməmişdir. Sadəcə olaraq, birdəfəlik ödəməni alan kimi Turalın ona olan borcunu qaytaracağını zəmanət altına almaqdan ötrü bununla bağlı söz verməsini, pulu qaytarmayacağı təqdirdə öz ünvanına söyüş söyməsini Turala məxsus “LG” markalı telefonla video lentə almış, həmçinin azyaşlı qızla söyüşlə yazışdığına görə onun ünvanına nalayiq ifadələr işlətmiş və bu məqamı da videoya çəkmişdir, lakin pulu qaytarmayacağı təqdirdə çəkdiyi videonu yayaraq Turalı rüsvay edəcəyini bildirməmiş, həmin videonu, sadəcə olaraq, Turalı utandırmaqla pulu verməsinə nail olmaqdan ötrü çəkib telefonda saxlamışdır. Həmin gün Turala məxsus “LG” markalı telefonu sonuncunun öz razılığı əsasında götürmüşdür. Belə ki, Tural borcunu qaytaranadək telefonun onda qalmasını təklif etmiş, o isə bu təkliflə razılaşaraq, telefonu götürüb evdən çıxmışdır. Bu zaman Tural ondan telefonu geri qaytarmağını istəməmişdir. Həmçinin o, evdən çıxıb gedərkən gec olduğu üçün Tural Ruhingildə qalmaq istədiyini bildirmiş, o isə rahatlıqla orada qala biləcəyini demiş və Ruhinə Turaldan muğayat olmasını, əgər getmək istəsə yola salmasını tapşırmışdır. Bundan əlavə, o, Zərərçəkmiş şəxs məxsus “LG” markalı mobil telefon vasitəsilə qeydə aldığı videoda Turaldan ona olan borcunu geri qaytaracağını soruşmuş, həmçinin həmin hadisədən əvvəl tanışları vasitəsilə Turalın öz həmcinsləri ilə intim əlaqədə olduğunu eşitdiyindən, sonuncunu bu yoldan çəkindirmək üçün ona bir daha kişilərlə cinsi əlaqəyə girib-girməyəyəcəyi məzmununda sual vermiş, Tural isə cavabında bir daha homoseksuallıq etməyəcəyini bildirmişdir. O, həmin videonu, Turalın borcunu qaytarmayacağı təqdirdə sonuncunun özünə göstərərək utandırmaq üçün çəkmişdir. Sözügedən video görüntünü internetdə və sosial şəbəkələrdə paylaşmaq, bununla da Turalı cəmiyyət arasında rüsvay etmək niyyəti olmamışdır. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 aprel 2020-ci il tarixdə təxminən saat 18-19 radələrində dostu Təqsirləndirilən şəxs1 ona zəng edərək nə etdiyini soruşmuş, o isə evdə tək olduğunu, ağrıdığını, heç bir işlə məşğul olmadığını bildirmişdir. Əli karantin rejimi ilə əlaqədar bütün kafelərin bağlı olduğunu, ona görə də, onun yaşadığı evə gəlib çay içib söhbət etmək istədiyini bildirmiş, o da Əliyə etiraz etməmişdir. Bir az sonra Əli onun yaşadığı ünvana gəlmiş, gəldikdən sonra onlar oturub bir qədər ordan-burdan söhbət etmiş, siqaret çəkmişlər. Əli evdə bir qədər oturduqdan sonra bir nəfər dostunun ona pul verməli olduğunu demiş, həmin dostunu yaşadığı evə çağırmasında hər hansı sıxıntı olub-olmadığını soruşmuş, o isə heç bir narahatlıq olmadığını, dostu ilə evində görüşə biləcəyini bildirmişdir. Sonra Əli qeyd etdiyi şəxsə zəng edib həmin ünvana çağırmışdır. Axşam saatlarında Əlinin çağırışı üzrə evə 2 nəfər şəxs gəlmiş, onlardan heç birini o, tanımamış, həmin şəxslərdən birinin təqribən 15-16 yaşı (Əli onu “Saşa”- deyə çağırırmış), digərinin isə 20 yaşı olmuşdur. O, hər iki şəxsi ilk dəfə görmüşdür. Həmin vaxt “Saşa” ləqəbli şəxsin adının Elcan, digərinin isə Tural olduğunu öyrənmişdir. Elcan evdə çox qalmamış, Əligillə bir az söhbət etdikdən sonra çıxıb getmiş, evdə o, Tural və Əli qalmışdır. Həmin vaxt Əli Turalla pul söhbəti edərək, ona verməli olduğu ya 60, ya da 80 manatı nə vaxt qaytaracağını soruşmuş, Tural isə koronavirus pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik yardım alacağını, həmin vəsaiti aldıqdan sonra ona qaytarmalı olduğu pulu verəcəyini bildirmişdir. Gecə saat 01 radələrində o, yaşadığı evdən çıxıb naməlum mənbədən narkotik vasitə alaraq geri qayıtmışdır. Evə qayıdarkən Turalla Əli evdə olmuş, bu zaman Turalın gözlərinin yaşardığını, Əlinin isə sonuncuya məxsus qara rəngli “LG” markalı telefonda mesajlara baxdığını görmüşdür. O, nə baş verdiyini soruşduqda Əli Turalın sevgili münasibətində olduğu qızla təhqiramiz məzmunda mesajlaşdığını, ona görə də, Turalın üzünə sillə ilə bir dəfə zərbə vurduğunu, bu səbəbdən, Turalın ağladığını bildirmişdir. O da Turala azyaşlı qızla münasibətdə olduğuna görə irad tutmuş, lakin onu söyüb-döyməmişdir. Sonra o, mətbəxə keçib heroini bişirib şprisə çəkmiş, 0.2 qram həcmdə venaya vurmuş, təqribən 0.3 qram həcmdə olan hissəsini isə başqa şprisə çəkmiş, həm istifadə etdiyi boş şprisi, həm də dolu şprisi evin yataq otağındakı çarpayının üzərindəki döşəyin altına qoymuşdur ki, qalan narkotik vasitəni ertəsi gün istifadə etsin. Bundan sonra təxminən saat 02 radələrində Əligilin yanına qayıdıb gec olduğunu, evlərinə getmələrini bildirmiş, Əli isə evdən ona zəng edildiyini, vacib bir işi olduğunu, həmin işi həll edib qayıtdıqdan sonra Turalla birlikdə evdən çıxacağını, Turalı özü evə yola salacağını söyləmişdir. Əli 2244 xidmətindən taksi sifariş etmiş, taksi gəldikdən sonra evi tərk etmiş, gedərkən Turalın qara rəngli “LG” markalı telefonunu özü ilə götürərək geri qayıdarkən Turala qaytaracağını demiş, Tural isə buna etiraz etməmişdir. Əli onun yaşadığı ünvanı tərk etmişdir. Təxminən saat 03 radələrində Tural ona tualetə getmək istədiyini demiş, o isə tualetin həyətdə olduğunu bildirdikdən sonra, Tural tualetin yerini göstərməyini xahiş etmişdir. O razılaşıb Turalla birgə həyətə çıxmış, sonuncuya tualetin yerini göstərmiş və Tural tualetə getmişdir. Həmin vaxt həyətin darvazası döyülmüş, o, yaxınlaşdıqda darvazanın açıq vəziyyətdə olduğunu görmüşdür. Darvazanı döyən onunla qonşuluqda yaşayan Orxan adlı şəxs olmuşdur. Orxan maşınla küçədən keçərkən darvazanın açıq olduğunu görüb gecə vaxtı xoşagəlməz halların baş verəcəyindən ehtiyatlanaraq, onu səsləyib darvazanın açıq olma səbəbini maraqlanmaq istədiyini bildirmişdir. O, qonşusuna minnətdarlıq edib darvazanı bağlamışdır. Orxan adlı qonşusu ilə danışarkən Tural tualetdən çıxıb hasardan keçərək İlqar adlı qonşunun həyətinə düşmüşdür. Belə ki, o, Orxanı yola saldıqdan sonra İlqarın həyətindən səs-küy gəldiyini eşitmiş, Turalın da tualetdə olmadığını görüb İlqargilə gedərək nə baş verdiyini soruşmuşdur. İlqar Turalı tanımamış və sonuncunun oğurluq etmək üçün həyətinə keçdiyini demişdir, o isə Turalın oğurluq məqsədilə həmin həyətə keçməsinin qeyri-mümkün olduğunu, dostu Əli ilə aralarında mübahisə və anlaşılmazlıq olduğuna görə Əlidən qorxub onun həyətinə qaçdığını bildirmişdir. İlqar 102 xidmətinə zəng edib Turalın onun həyətinə keçməsi barədə məlumat verdiyini demiş, o isə öz evinə keçərək, Əliyə zəng edib Turalın hasardan keçib qaçdığını, lakin bu hərəkətinin səbəbinin ona məlum olmadığını demişdir. Əli isə heç nə deməmiş və o, sağollaşaraq yatmışdır. 23.04.2020-ci il tarixdə Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərinə və yaşadığı mənzilə baxış keçirilərkən aşkar olunmuş ümumilikdə 6.984 qram narkotik vasitə olan heroinin yalnız bir dəfəlik şprisdəki 0.010 qramlıq hissəsi onun özünə məxsus olmuş, o, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamışdır. Aşkar olunmuş qalan miqdarda narkotik vasitə olan heroin ona məxsus olmamış, polis əməkdaşları tərəfindən əynindəki şalvarın cibinə və yaşadığı mənzilə qoyulmuşdur. Bundan əlavə, evdəki bir ədəd elektron tərəzi uzun müddətdən bəri həmin evdə olmasına baxmayaraq, sözügedən tərəzinin kim tərəfindən, nə vaxt və hansı mənbədən əldə edildiyini bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əsində göstərdi ki, 22.04.2020-ci il tarixdə təxminən saat 15-16 radələrində Təqsirləndirilən şəxs1 onunla telefonla danışıb tanışı Şahid5 ilə birlikdə şəhərin “qaraçılar” məhəlləsi kimi tanınan Ələkbər Ziyatay küçəsi, ev 27 ünvanına getmələrini tapşırmış, onlarla şəxsi işinin olduğunu bildirmişdir. Ona görə də, o, Elcanla birlikdə deyilən ünvana getmişdir. Ünvana çatıb, keçib evdə oturduqdan sonra Əli ona “bilirsən də, mənə sən öl vurmusan ki, 190 manatı alanda mənə 50 manat verəcəksən, bundan əlavə, mən Elcandan 30 manat pul almışam, elə bil ki, sən almısan, həmin pulu da Elcana sən verməlisən”- demiş, o isə Əlidən qorxduğu üçün heç bir problem olmadığını, pulu alanda istədiyi məbləği Əliyə və Elcana verəcəyini bildirmişdir. Həmin vaxt Ruhin Əli ilə onun arasındakı söhbətə müdaxilə edərək, “Əli bizim qardaşımızdır, sən ona sən öl vurmusansa, boynuna götürdüyün pulu verməlisən, verməsən, Əlini tapdalamış olarsan, Əlini tapdalayanı isə biz tapdalayarıq”demişdir. O isə Ruhinin sözlərinə heç bir reaksiya verməmişdir. Təxminən 1-2 saat sonra Elcan gedərkən o da ayağa qalxıb Elcanla birlikdə getmək istədiyini demiş, bu məqsədlə də ayaqqabısını geyinmişdir, lakin Əli onun çiynindən tutaraq “sən qal, Elcan getsin. Səninlə işim var”- demişdir. Həmin vaxt Elcan Əliyə onun da getməyinə icazə verməsini bildirsə də, Əli qəti şəkildə buna etiraz etmişdir. Sonra Elcan çıxıb getmiş, o isə orada qalmışdır. Bu zaman Əli ona “səni bura çağırmışam ki, bu gecə burada qal, səhər mənimlə birlikdə poçta gedib 190 manatın nə vaxt veriləcəyini maraqlanaq, əgər verilsə, birlikdə alarıq, həmin puldan mənə söz verdiyin 80 manatı verib evinizə gedərsən” - demiş, o isə Əlinin təklifi ilə razılaşmışdır. Çünki həmin vaxt evdə tək olması yarana biləcək neqativ durumda onu müdafiə edən şəxsin olmaması, Əli və Ruhinin cinayətkar təbiyətli şəxslər olması, Əlinin üzərində bıçaq gəzdirməsi, Əli və Ruhinin hər ikisinin narkotik vasitə aludəcisi olmaları səbəbindən onlardan qorxmuş, 190 manatı alanadək öz evinə çıxıb getməyinə icazə verməyəcəklərinə əmin olmuş, ona görə də, Əli və Ruhin tərəfindən azadlığının məhdudlaşdırıldığını dərk etsə də, onların gecəni həmin evdə keçirmək təkliflərinə etirazını bildirməmişdir. Bir qədər sonra Əli ondan qara rəngli “LG” markalı telefonunu istəmiş, o, telefonun nə üçün lazım olduğunu soruşduqda isə Əli “işim var”demiş və o, telefonu cibindən çıxarıb vermişdir. Əli telefonu aldıqdan sonra 190 manat yardım alacağına onu inandırmasını istəmiş, o isə maddi yardım almaqdan ötrü elektron müraciət etdiyini təsdiqləyən ekran şəklini (screen şotu) Əliyə göstərmişdir. Təxminən saat 00:30 radələrində Ruhin evdən çıxıb getmiş, lakin hara getdiyini deməmişdir. Ruhin çıxan kimi Əli ayağa qalxıb qapını içəridən açarla bağlamış, şalvarının bel kəmərindəki qara rəngli cib bıçağını çıxarıb onu hədələmiş, o isə qorxub ağlamağa başlamış, ayaqlarına düşüb Əliyə onu vurmaması üçün yalvarmış və “mənə heç nə etmə, 190 manatı alan kimi hamısını sənə verəcəm”- demişdir. Bu vaxt Əli “doğrudan pulun hamısını verəcəksən?”- deyə soruşmuş, o isə təsdiq cavabı vermişdir. Bundan sonra Əli cib bıçağını bel kəmərinə taxmış və evin içərsindəki yardımçı otağa keçib oradan taxta parçası götürərək onun yanına qayıtmışdır. Əli ona məxsus “LG” markalı telefonun video kamerasını qoşub telefonu sol əlində tutaraq, sağ əlinə isə onu qorxutmaq üçün taxta parçasını alıb verməli olduğu borcu qaytarıb-qaytarmayacağını soruşmuş, o isə qaytaracağını demiş və verməyəcəyi halda öz ünvanına söyüş söymüş, mərhum anasının məzarına and içmişdir. Bundan əlavə, Əli ona bir daha homoseksuallıq edəcəyi ilə bağlı sual vermiş, o isə bir daha belə bir halın təkrarlanmayacağını bildirmişdir. Bundan sonra Əli kameranı söndürüb 190 manatı alan kimi hamısını ona verməsə, həmin videonu “Youtube” internet portalında paylaşaraq, onu rüsvay edəcəyini bildirmişdir. O, narahatlığa heç bir əsas olmadığını, birdəfəlik ödəməni alan kimi hamısını Əliyə verəcəyini demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Ruhin gəlib qapını döymüş, Əli qapını açmış və Ruhin evə daxil olmuşdur. Ruhin evə girən kimi Əliyə onu işarə edib “elə bildim bunu artıq geyə çevirmisən”- demiş, Əli isə “Yox e, mən istəyirəm ki, bu, adam kimi yaşasın, anormal adamlara qoşulmasın”- deyə cavab vermişdir. Bundan sonra Ruhinlə Əli narkotik vasitə qəbul etmişlər. Bundan sonra Ruhin evdəki taxta parçasını əlinə götürmüş, Əli isə qara rəngli cib bıçağını yenidən çıxarıb onun sinəsinə dirəyərək zor tədbiq etməklə hədələmiş, o, ağlamağa başlamışdır. Əli isə onun üzünə bir sillə vurub “divanda otur, ə”- demiş, sillənin təsirindən o, büdrəyib arxaya tərəf getmiş, həmin vaxt Ruhin yumruqla onun başının sağ tərəfindən bir zərbə vurmuş, Əli Ruhinin qabağına keçib növbəti zərbələr vurmasına mane olmuş və o, divanda oturmuşdur. Əli yenidən bıçağı onun üstünə çəkmiş, Ruhin isə taxta ilə başının sol tərəfindən təpə nahiyəsinə bir zərbə vurub ona sol təpəənsə nahiyəsinin sıyrığı xəsarəti yetirmişdir. Bu vaxt Əlinin telefonuna zəng gəlmiş, telefonla danışıb qurtardıqdan sonra dayısının çağırdığını, getməli olduğunu demişdir. Əli evin qapısından çıxıb gedərkən ona məxsus “LG” markalı telefonu da özü ilə aparmışdır. O, Əlidən telefonunu qaytarmasını istəsə də, sonuncu onu təhqir edərək, qapının ağzından uzaqdan təpik atıb “vermirəm, sən 190 manatı mənə verəndə mən də telefonunu qaytararam”- demiş və saat 02-03 radələrində çıxıb getmişdir. Əli getməmiş o, telefonunu vermirsə, heç olmazsa, yaşadığı evə qayıtmağına icazə verməsi üçün yalvarmış, lakin Əli etiraz edərək, “190 manatı verəndən sonra həm telefonunu qaytaracam, həm də evinə getməyinə icazə verəcəm”- deyərək üzünü Ruhinə tutub onun qaçıb getməməyi üçün nəzarət etməsini tapşırmış, Ruhin isə “narahat olma, hara qaçasıdır ki”- demişdir. Əli evdən çıxan kimi o, Ruhinə onu buraxması üçün yalvarmış, bunun müqabilində Ruhinə sonra 40 manat verəcəyini təklif etmiş, sonuncu isə razılaşmamış, onu söyüb “yerində otur, ə,”- demişdir. Ruhinin əlində taxta parçası olmuşdur. Bundan sonra Ruhin darvazanı bağlamaq üçün əlindəki taxta ilə çölə çıxmış və qayıdanadək o, boz rəngli paltosunu götürüb əyninə geyinərək kresloda oturmuşdur. Məqsədi oradan qaçmaq olmuş və bunun üçün variant fikirləşmişdir. Təxminən 2-3 dəqiqə sonra Ruhin geri qayıtmış, o, Ruhinə tualetə getmək istədiyini demiş, sonuncu isə sağ əlində taxta parçasını saxlayaraq, onun qaçmamağı üçün sol əli ilə əynindəki paltonun boynundan tutaraq, “gedək”- deyib onu həyətə çıxartmışdır. Onlar həyətin baş tərəfindəki tualetə tərəf getmişlər, tualetə çatanadək Ruhin əlini paltonun boynundan buraxmamışdır. Sonra o, tualetə girmiş, Ruhin isə tualetin qarşısında durub gözləmişdir. Birdən həyətin darvazası döyülmüş, cavan oğlan səsi ilə kimsə Ruhini səsləmiş və sonuncu, darvazaya tərəf getmişdir. O, Ruhinin uzaqlaşmasından istifadə edərək, cəld şəkildə tualetdən çıxıb daş hasardan keçməklə qonşunun həyətinə düşmüşdür. O, tualetə getmək üçün evdən çıxarkən corabsız çəkələk geyinmişdir. Ona görə də, hasardan aşarkən sürüşməmək üçün çəkələyi soyunub Ruhinin həyətinə atmış və hasardan qonşu həyətə ayaqyalın keçmişdir. Əvvəlcə o, oranın qonşu həyəti olduğunu bilməmiş, küçə olduğunu fikirləşmiş, qonşu həyətdə qaçarkən qaranlıq olduğuna görə darvazaya dəyib yıxılmış və səs-küyə ev sahibləri həyətə çıxmışlar. Tanımadığı həmin şəxslər onun oğru olduğunu fikirləşmişlər, lakin o, Ruhingilin onu 190 manata görə girov saxladığını bildirmişdir. Elə həmin ərəfədə Ruhin qonşugilə gəlmiş və onu geri vermələrini istəmişdir, qonşu isə Ruhinə etiraz edib heç nə demədən sonuncunu oradan qovmuş və onun tələbi ilə 102 xidmətinə məlumat vermişdir. Polislər gəlməmiş Əli həmin evin sahibinin oğluna zəng edərək, “Turala deyin ki, qızın atası gələsi olmadı, qorxmasın, Ruhingilə qayıtsın”- demiş, o isə ev sahibindən onu ancaq polislərə təhvil vermələrini istəmişdir. Az müddət sonra gələn polis əməkdaşları izahat almaq üçün onu polis idarəsinə aparmışlar. O, koronavirus pandemiyası ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəməni almaq üçün aprel ayının 15-dək elektron müraciət etmiş, lakin müvafiq hadisədən iki gün sonra istifadə etdiyi telefon nömrəsinə birdəfəlik ödəmənin təyin olunmasından imtina edilməsi haqqında sms bildiriş göndərilmiş, ona görə də, o, qeyd olunan ödəməni ala bilməmişdir. Həmçinin hadisə baş verdiyi gün, yəni 22 aprel 2020-ci il tarixdə telefonunda həmin ödəmənin təyin olunması barədə sms bildiriş olmamışdır. Belə ki, 190 manat məbləğində birdəfəlik ödəməni almaq üçün aprel ayının 15-dək elektron müraciət etmiş, lakin həmin hadisə baş verdikdən iki gün sonra, yəni aprelin 24-də ona birdəfəlik ödəmənin təyin olunmasından imtina edilməsi haqqında sms bildiriş göndərilmişdir. Təqsirləndirilən şəxs1 həmin gün ona məxsus “LG” markalı telefonu sms bildirişə deyil, əvvəlcə telefonundakı şəxsi fayllara baxmaq üçün götürmüş, sonradan isə 190 manatı verənədək girov qismində saxlamaq məqsədilə özü ilə aparmışdır. Onun heç vaxt Təqsirləndirilən şəxs1 borcu olmamış, Əli cari ilin fevral-mart aylarında ona paltar almaq üçün və ya başqa məqsədlə 190 manat məbləğində borc pul verməmişdir. Özünə məxsus “LG” markalı telefonla çəkilmiş, izlədiyi video görüntü 23.04.2020-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 məxsus ünvan 8 ünvanında çəkilmiş və həmin vaxt evdə ikisindən başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs1 həmin gecə Ruhinin yaşadığı ünvandan gedərkən işini həll edib geri qayıtdıqdan sonra onu özü aparıb evə yola salacağını bildirməmişdir. Onun cinsi oriyentasiyası normaldır, yəni homoseksual deyil. Videoda Təqsirləndirilən şəxs1 onun homoseksuallıq etməyindən, oğlanlarla cinsi əlaqədə olmağından bəhs etsə də, o, heç vaxt heç bir oğlanla cinsi əlaqəyə girməmiş və homoseksuallıq etməmişdir. Sadəcə olaraq, Təqsirləndirilən şəxs1 həmin gün telefonunda “İnstagram”da tanış olduğu oğlanla olan mesajlarını oxuduqdan sonra ondan həmin oğlanla cinsi əlaqədə olub-olmadığını soruşmuş, o isə belə bir halın baş vermədiyini, homoseksual olmadığını, həmin oğlanın özünün ona yazdığını, xətrinə dəyməmək üçün ona ağır söz demədiyini bildirmiş, ancaq belə başa düşmüşdür ki, Əli ona inanmamış, gey olduğunu düşünmüş, ona görə də, çəkdiyi videoda dönə-dönə homoseksuallıq etməyi, oğlanlarla cinsi əlaqədə olmağı mövzusuna toxunmuşdur. O isə evdə tək olduğu, Əlidən qorxduğu üçün videoda bir daha homoseksuallıq etməyəcəyinə dair söz vermişdir. O, realda normal cinsi oriyentasiyaya sahib olsa da, yəni həmin videoda Əlinin ona qarşı irəli sürdüyü homoseksuallıq iddiaları əsassız olmasına, həmin məlumatların həqiqətə uyğun olmamasına baxmayaraq, o, həmin videonun internetdə, başqa şəxslər arasında yayılmasını istəməmişdir, çünki başqa şəxslərin həmin videonu gördükdən sonra əsassız yerə onun gey olduğunu düşünəcəklərini, cəmiyyətdə barəsində mənfi rəy yaranacağını, bununla da, şərəf və ləyaqətinin ləkələnəcəyini düşünmüşdür. Digər tərəfdən isə, o, videoda pulu qaytarmayacağı təqdirdə öz ünvanına söyüş söydüyünə görə də, həmin videonun yayılmasını istəməmişdir, çünki insanların videoya baxıb Əlinin tələbi ilə öz ünvanına söyüş söydüyünə görə onu qınayacaqlarını, cəmiyyət arasında hörmətdən düşəcəyini fikirləşmişdir. O, Əlinin tələblərini yerinə yetirməyəcəyi halda, həmin videonu yaya biləcəyinə inandığı üçün 190 manatı alan kimi hamısını ona verəcəyinə söz vermişdir.Bundan əlavə, həmin gün Təqsirləndirilən şəxs2 “Əli bizim qardaşımızdır, sən ona sən öl vurmusansa, boynuna götürdüyün pulu verməlisən, verməsən, Əlini tapdalamış olarsan, Əlini tapdalayanı isə biz tapdalayarıq”- deyərkən o qorxmuş və Əlinin istədiyi pulu ona verməyəcəyi, sonuncunun tələblərini qəbul etməyəcəyi halda, Ruhinin də Əliyə dəstək olub onu döyəcəyini, ona qarşı zor tətbiq edəcəyini düşünmüşdür. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. ünvan 9 ünvanının 2-ci mərtəbəsində düzəldilmiş dəmir seyfin içərisində “Naqan” tipli odlu silahın, həmin silahdan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatlarının saxlanması barədə 2019-cu ilin sentyabr ayınadək onun heç bir məlumatı olmamışdır. Mənzildə birgə yaşadığı həyat yoldaşı Şahid1 da seyfdə saxlanılan silah və döyüş sursatlarından məlumatsız olmuşdur. Yaşadıqları mənzil 1960-cı illərdə mərhum atası Əli İsgəndərov tərəfindən tikilmiş, 2-ci mərtəbəsi isə 1994-1995-ci illərdə inşa edilmişdir. Lakin bu günədək 2-ci mərtəbədən yaşayış məqsədləri üçün istifadə olunmamışdır. 2-ci mərtəbə inşa edilən vaxtdan etibarən divarda dəmir seyf yerləşdirilmiş və 2019-cu ilədək seyfin qapısı bağlı saxlanılmışdır. Onun orada seyfin olmasından ilk vaxtlardan məlumatı olmasına baxmayaraq, mərhum ata-anasından həmin seyfin nə məqsədlə divara yerləşdirilməsi və içərisində nə saxlanması barədə heç nə soruşmamışdır. Ötən ilin sentyabr ayında Əlinin üzərindən silah aşkar edilməsi ilə bağlı polis idarəsinə çağırılarkən polis əməkdaşları tərəfindən həmin silahı Təqsirləndirilən şəxs1 divardakı seyfin içərisindən götürməsi barədə ona məlumat verilmişdir. 24 sentyabr 2019-cu il tarixdə qeyd edilən ünvana onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı o, seyfin qapısının zəncirbəndinin qırıldığını, qapının isə açıq vəziyyətdə olduğunu görmüşdür. Baxışda iştirak edən oğlu Əli bildirmişdir ki, zəncirbəndi daş parçası ilə qıraraq içərisindəki “Naqan” tipli revolveri barabanındakı patronlarla birlikdə götürmüşdür. Əli demişdir ki, silahı götürərkən ehtiyatsız davrandığına görə silahdan atəş açılmış, güllə fərdi yaşayış evinin 2-ci mərtəbəsinin tavanına dəymişdir. Bu barədə məlumat aldıqdan sonra o, həmin silahın mərhum atası Əli İsgəndərova məxsus olduğunu güman etmişdir. Çünki atası 2-ci dünya müharibəsində iştirak edib, 2-ci qrup əlil olduğuna görə o, atasının həmin silahı müharibə dövründən özündə saxladığını fikirləşmiş, qohumlardan bu barədə soruşduqda onlar da həmin ehtimalların düzgün olduğunu, atasının müharibə başa çatdıqdan sonra özü ilə gətirdiyi silahı saxladığını demişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, şəhərdə “Çeçen” ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs1 3 ildən artıqdır ki, tanıyır. 23.09.2019-cu il tarixdə saat 17 radələrində o, şəhərin Mahrasa bağı adlanan ərazidə yerləşən 22 saylı orta məktəbin yaxınlığında Əli ilə görüşmüşdür. Həmin vaxt ortaq dostları Şahid4 də onun yanında olmuşdur. Bu zaman Əli yemək, kontur və s. əşyalar almaq üçün pulunun olmadığını deyərək ondan 20 manat borc pul istəmiş, o isə Əlinin maddi cəhətdən ağır vəziyyətdə olduğunu başa düşərək istədiyi pulu vermişdir. Sonra onlar Əliyə nahar etmək üçün dönərxanaya getməyi təklif etmiş, lakin sonuncu razılaşmamışdır. Bu səbəbdən də, onlar Vüsalın yaşadığı evə getmişlər. Həmin vaxt Vüsalın valideynləri evdə olmamışdır. Evdə olarkən Əli üzərindən silaha oxşar bir əşya çıxararaq stolun üstünə qoymuş, Vüsal həmin əşyaya toxunmaq istəyərkən Əli bunun əsl silah olduğunu bildirmiş və onu Vüsalın əlindən almışdır. Bu zaman o, Vüsala zarafatyana həmin əşyanın üzərində əl-barmaq izlərinin qalmaması üçün ona əl vurmamasını demişdir. X17 həmin əşyanı nə üçün üzərində gəzdirdiyini və haradan əldə etdiyini soruşduqda, sonuncu heç nə deməyərək, sadəcə, gülümsəmişdir. Bir qədər sonra onlar getmək üçün aşağı düşmüş, hamıdan əvvəl maşına o əyləşmiş, sonra isə Vüsal Əli ilə birlikdə maşına yaxınlaşmışlar. Həmin vaxt Əli Vüsalın arxasında olmuşdur. Bu zaman yaxınlıqlarında dayanan avtomobildən 2 nəfər tanımadığı şəxs düşərək onlara tərəf gəlmişlər. Həmin şəxslər onlara yaxınlaşarkən maşınlarında olan digər şəxs “Qaçdı!”-deyə qışqırmış və o, geriyə dönəndə artıq Əlinin qaçdığını görmüşdür. Daha sonra o, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmişdir. Onlara yaxınlaşan polis əməkdaşı ondan və Vüsaldan şəxsiyyətlərini müəyyən etmək üçün sənədlərini tələb etmiş, onlar isə şəxsiyyətləri barədə polis əməkdaşına məlumat vermişlər. Əlini təqib etmiş mülki geyimdəki digər polis əməkdaşı onlara yaxınlaşaraq, Əlini tuta bilmədiyini və sonuncunun üzərində gəzdirdiyi gümüşü rəngli, evdə olan zaman onun gördüyü silaha bənzər əşyanı yerə atdığını bildirmişdir. Polis əməkdaşı həmin əşyanın silah olduğunu təsdiqləmişdir. Həmin vaxt hadisə yerində şəkillər çəkilərək protokol tərtib olunmuş, sonra onlar Nizami rayon Polis Bölməsinə dəvət edilmişlər. Orada olarkən polis əməkdaşlarından biri onlara yaxınlaşaraq, hadisə yerindən götürülmüş silahın xəzinəsində olan patronlardan birinin atıldığını bildirmiş və xəzinədə qalmış boş gilizi göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Gəncə şəhər Nizami RPB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi dövrdə bölməyə ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq üzərində narkotik vasitə və qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı Təqsirləndirilən şəxs1 müəyyən olunaraq üstünə baxış keçirilməsi üçün 23.09.2019-cu il tarixli qərara müvafiq olaraq, Nizami RPB-in digər əməliyyat müvəkkili Şahid9la birlikdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlamışdır. Keçirilmiş tədbirlərlə 23.09.2020-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 ünvan 11 ünvana getmiş və Əlinin binanın qarşısına düşüb-düşməyəcəyini bilmək üçün orada gözləmişlər. Saat 22 radələrində Əli dostları ilə birlikdə binadan çıxaraq orada dayanmış “VAZ 2107” markalı avtomobilə tərəf gedərkən onlar Əliyə yaxınlaşmışlar, lakin sonuncu onların polis əməkdaşları olduğunu başa düşüb hadisə yerindən qaçmışdır. Əli qaçarkən üzərində gəzdirdiyi “Naqan” tipli tapançanı, 4 ədəd kapsula formasında “Preqabalin” adlı dərman həblərini və 2 ədəd bükümdə narkotik vasitəni yerə atmışdır. Daha sonra hadisə yerinə baxış keçirilərkən oradan 1 ədəd içərisində (barabanında) 7 ədəd patronu olan “Naqan” markalı tapança, 4 ədəd kapsula formasında “Preqabalin” adlı güclü təsir edən maddə və gümüşü kağıza bükülmüş iki ədəd bükümdə narkotik vasitəyə oxşar kristal formada maddə götürülmüşdür. Hadisə yerinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Sonra Təqsirləndirilən şəxs1 izahatı alınan zaman sonuncu, hadisə yerində polis əməkdaşlarını görüb həbs olunmaqdan qorxduğu üçün qaçdığını, üstündə gəzdirdiyi odlu silahı, 4 ədəd kapsula formasında “Preqabalin” adlı güclü təsir edən maddələri, gümüşü kağıza bükülmüş iki ədəd bükümdə olan narkotik vasitəni yerə atdığını və həmin əşyaların özünə məxsus olduğunu demişdir. Bundan əlavə, o bildirmişdir ki, Təqsirləndirilən şəxs1 həmin gün, yəni 23.09.2019-cu il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 40 saylı binanın qarşısına atdığı “Naqan” tipli revolverin xəzinəsində 6 ədəd atəşə yararlı vəziyyətdə olan patron, 1 ədəd isə giliz aşkar olunmuşdur. 6 ədəd patrondan əlavə 1 ədəd gilizin aşkar olunduğunu nəzərə alaraq, onlar silahdan bir dəfə atəş açıldığını, nəticədə atılmış güllənin gilizinin xəzinədə qaldığını güman etmişlər, sonradan isə bu fakt Təqsirləndirilən şəxs1 özü tərəfindən təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ziyatay küçəsi, ev 25-də yaşayır. Təqsirləndirilən şəxs2 onunla qonşuluqda Ə.Ziyatay küçəsi, ev 27-də yaşamış, qonşu olmasına baxmayaraq, Ruhinlə münasibəti olmamışdır. 23 aprel 2020-ci il tarixdə gecə saatlarında yaşadığı mənzildə yatarkən həyətdən səs-küy eşidib yuxudan oyanmış, saata baxıb 03:45 olduğunu görmüşdür. Həyətə çıxarkən orada tanımadığı gənc bir oğlan olmuşdur. O, həmin şəxsin oğurluq etmək üçün həyətinə daxil olduğunu fikirləşmiş, lakin bu barədə soruşduqda şəxs oğurluq məqsədilə gəlmədiyini, günortadan bəri qonşusu Ruhingildə olduğunu demişdir. Belə ki, həmin vaxt adının Tural olduğunu öyrəndiyi şəxs bildirmişdir ki, günortadan bəri Ruhingilə gəlmiş, lakin sonradan evə qayıtmaq istəsə də, Ruhingil onu buraxmamış, bu səbəbdən də, onların əlindən qaçıb həyətə düşmüşdür. Tural həyətə keçməsini isə həmin ərazinin küçə olduğunu, yəni fərdi yaşayış evi olmadığını hesab etməsi ilə izah etmişdir. O, Turaldan Ruhingil tərəfindən evdə saxlanılmasının səbəbini, həmçinin Ruhinin ona qarşı kiminlə birgə olduğunu soruşmamış, Tural da bu barədə ona heç nə deməmişdir. O, məsələnin əslinin aydınlaşdırılması üçün DİN-in 102 xidmətinə zəng edib həyətinə tanımadığı şəxsin daxil olması barədə məlumat vermişdir. Bundan sonra Ruhin hasardan ona səslənib Turalın onun evinə oğurluq məqsədilə keçmədiyini demiş, onu buraxmağını xahiş etmişdir. Lakin Tural ondan Ruhingilə qaytarılmamağını istəmiş, digər tərəfdən, o özü də məsələnin polis tərəfindən araşdırılmasının tərəfdarı olmuş, ona görə də, Ruhinə etiraz etmiş və Turalı polis gələnədək öz həyətində saxlamışdır. Lakin o, Ruhindən də Turalı kiminlə birlikdə və nə məqsədlə evində saxlaması barədə heç nə soruşmamışdır. Bir qədər sonra polislər onun yaşadığı ünvana gəlmiş, onlar polis idarəsinə dəvət olunub orada izahat vermişlər.Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətinə keçərkən əynində tam olaraq hansı geyim əşyalarının olduğunu xatırlamamış, lakin dəqiq olaraq Turalın ayağında ayaqqabısının olmadığını bildirmişdir. O, Turaldan bunun səbəbini soruşduqda, sonuncu qaçarkən ayaqqabılarının Ruhingilin həyətində qaldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onlarla qonşuluqda Ə.Ziyatay küçəsi, ev 27-də yaşamış, qonşusu olmasına baxmayaraq, Ruhinlə yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs isə hadisə baş verdiyi günədək tanımamış, Turalı ilk dəfə həmin gün öz həyətlərində görmüş, Əli ilə ilk dəfə həmin gün telefonla danışmışdır. Belə ki, o, 23 aprel 2020-ci il tarixdə gecə saat 04 radələrinda yaşadığı mənzildə yatarkən həyətdən səs-küy eşidib yuxudan oyanmış, nə baş verdiyini öyrənmək üçün əvvəlcə tələsik alt paltarında həyətə qaçmaq istəsə də, sonradan ayıb olduğunu fikirləşib geri qayıdaraq paltarlarını geyinmiş və həyətə çıxmışdır. Bu zaman hava yağışlı olmuşdur. O, həyətə çıxarkən əmisi İlqarın onun tanımadığı bir gənc oğlanı qolundan tutub saxladığını görüb ona yaxınlaşmış, həmin şəxsin oğurluq məqsədilə həyətə düşdüyünü ehtimal edib onu vurmaq istəmiş, lakin əmisi buna mane olaraq polis çağıracağını demişdir. O, sonradan adının Tural olduğunu bildiyi şəxsin qolundan tutub həyətlərinə nə üçün gəldiyini soruşmuşdur. Tural həmin vaxt həyəcanlı olmuş, qorxudan titrəmiş və nizamsız cümlələr qurmuşdur. Bu zaman Tural ayaqyalın və əynində gödəkçə ilə olmuşdur. Tural verilən sualların cavabında qonşuluqda yaşayan Ruhingil tərəfindən tutulub sonuncunun evində saxlanıldığını, onların əlindən qaçıb həyətə düşdüyünü, qaçarkən ayaqqabılarının da Ruhinin həyətində qaldığını demişdir. Lakin Ruhinin onu kiminlə birgə və nə məqsədlə azadlıqdan məhrum etdiyini bildirməmişdir. Sonradan onun digər ailə üzvləri də həyətə çıxmışdır. Bir az sonra onun istifadəsində olan (070) *** ** ** nömrəli telefona xatırlamadığı nömrədən zəng gəlmiş, zəng edən isə Əli olmuşdur. Lakin o, Əlini tanımamışdır, ola bilsin ki, Əli onun telefon nömrəsini Ruhindən almışdır. Buna baxmayaraq, Əli onunla çox mehriban danışıb haləhval tutmuş, özünü sanki onu uzun müddətdir tanıyırmış kimi aparmışdır. Əli hal-əhval tutduqdan sonra ona Turalla danışmaq istədiyini deyib telefonu sonuncuya verməyini xahiş etmiş, lakin Tural onunla danışmaqdan imtina etmişdir. Bundan sonra Əli ondan Turalı buraxmağını istəmiş, o isə Əliyə “sən kimsən ki, məndən həyətimizə düşən adamı buraxmağımı tələb edirsən?!”- deyib telefonu söndürmüşdür. Bu zaman Tural dayanmadan yalvarıb onu Ruhingilə qaytarmamalarını, yalnız polisə təhvil vermələrini xahiş etmişdir. Əmisi DİN-in 102 xidmətinə hadisə barədə məlumat verdiyinə görə bir qədər sonra polis əməkdaşları ünvana gəlmiş, həyətə düşən şəxsin Tural olduğunu öyrəndikdən sonra sonuncunu özləri ilə birgə polis idarəsinə aparmışlar. Tural ayaqyalın olduğuna görə polis idarəsinə gedərkən ayağına geyinməsi üçün onun əmisiqızına məxsus tərlik vermişlər və Tural həmin tərliyi geyinib evdən çıxmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Gəncə şəhər Kəpəz RPİ-ni əməliyyat müvvəkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində narkotik vasitə gəzdirməsi və satması barədə Kəpəz RPİ-ə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 23.04.2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsində evinin qarşısında saxlanılaraq Kəpəz RPİ-ə gətirildi və üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirildir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqan, şalvarının sol yan cibindən 10 manatlıq pul əskinası və sellafona bükülmüş narkotik maddə - heroinə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar edilərək götürüldü. Götürülmüş heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, zərfdə qablaşdırılaraq möhürlənib imzalanmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 şahid X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 23.09.2019-cu il tarixli qərardan görünür ki, Gəncə şəhər Şota Rustavelli küçəsi 5-ci dalan ev də yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq üzərində narkotik vasitə və qanunsuz olaraq odlu silah gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 5(044)- 133/2019 saylı qərarından görünür ki, Gəncə şəhər Şota Rustavelli küçəsi 5-ci dalan ev də yaşayan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat müvvəkkili, polis leytenantı Şahid9 Səyyədin oğlunun 23.09.2019-cu il tarixli qərarı və protokol, həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 23.04.2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər İnstitut qəsəbəsində qeydiyyatda olan və ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə yaşadığı evdə saxlamaqda və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı evə baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 5(043)-48/2020 saylı qərarından görünür ki, Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməliyyat müvvəkkili, polis leytenantı Rəşad Cəfərlinin “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 23.04.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Gəncə şəhər Şöta Rustavelli küçəsi 5-ci dalan ev də yaşayan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi barədə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat müvvəkkili, polis leytenantı Şahid9 Səyyədin oğlunun 23.09.2019-cu il tarixli qərarı və protokol, həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23.09.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsində yerləşən 40 saylı binanın yaxınlığıdır. Baxış zamanı hadisə yerindən vətəndaş Təqsirləndirilən şəxs1 polis əməkdaşlarından qaçarkən yerə atdığı bir ədəd qara rəngli, sandıqçasında 7 ədəd patronları ilə birlikdə “Naqan” tipli odlu silah, 4 ədəd üzərində “Preqabalin” sözləri yazılmış dərman həbləri və 2 ədəd siqaretin falqa kağızına bükülmüş büküm aşkar olunaraq götürüldü və qablaşdırıldı. “Evə baxış keçirilməsi haqqında” 24.09.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri - ünvan 13 ünvanıdır. 2-ci mərtəbədə sağdakı otaqda Təqsirləndirilən şəxs1 atası İsmayıl İsgəndərli və polis əməkdaşı T.Yusiflinin iştirakı ilə divarda quraşdırılmış dəmir seyfi baxış üçün təqdim etdi. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin seyfdə “Naqan” tipli yivli odlu silah saxlandığını, qeyd edilən silahın babasına aid olduğunu bildirdi və həmin silahdan atəş açdığı yeri göstərdi. “Baxış və götürmə haqqında” 23.04.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,23.04.2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Yaşar/Həsrət Əliyev qardaşları küçəsi, ev 10, mənzil 14-də yaşayan Zərərçəkmiş şəxs Kəpəz RPİ-ə “Çeçen” ləqəbli Əli adlı şəxs tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ziyatay küçəsi, ev 27-də döyülüb, bıçaqla hədələnib pulunun tələb edilməsi və 50 manat dəyərində “LG” markalı telefonunun əlindən zorla alınması barədə daxil olmuş ərizəsi ilə bağlı Təqsirləndirilən şəxs1 Kəpəz RPİ-ə dəvət edildi. Zərərçəkmiş şəxs telefonunun əlindən zorla alınması soruşulduqda, Təqsirləndirilən şəxs1 bildirdi ki, Turalın telefonunu 23.04.2020-ci il tarixdə Ruhinin yaşadığı evdə əlindən almış və həmin vaxt üzərində cib bıçağı olmuşdur. Təqsirləndirilən şəxs1 01 ədəd tiyəsinin uzunluğu 8 sm, dəstəyinin uzunluğu 10 sm olan qatlanan cib bıçağını və Zərərçəkmiş şəxs məxsus “LG” markalı mobil telefonu təqdim etdi. Baxış zamanı 01 ədəd “LG” markalı mobil telefon və 01 ədəd qatlanan bıçaq götürülüb müvafiq qaydada qablaşdırılmaqla protokola əlavə edildi. “Baxış və götürmə haqqında” 23.04.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində narkotik vasitə gəzdirməsi və satması barədə Kəpəz RPİ-ə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.04.2020-ci il tarixdə saat 11 radələrində o, yaşadığı Gəncə şəhəri, Ələkbər Ziyatay küçəsində evinin qarşısında saxlanılaraq Kəpəz RPİ-ə gətirildi və üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış zamanı vətəndaş Təqsirləndirilən şəxs2 əynində olan idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd alışqan, şalvarının sol yan cibindən 10 manatlıq pul əskinası və sellafona bükülmüş narkotik maddə - heroinə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar edilərək götürüldü. Götürülmüş heroinə bənzər kütlə elektron tərəzi vasitəsilə çəkildi, həmin kütlənin çəkisi 1.3 qram (bir tam onda üç qram) olmaqla zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, əynindəki şalvarın cibindən aşkar olunmuş narkotik vasitə 23.04.2020-ci il tarixdə Kəpəz RPİ-in əməkdaşları tərəfindən saxlanılarkən üzərində olmuşdur. “Baxış və götürmə haqqında” 23.04.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə saxlaması ehtimalı olduğundan 23.04.2020-ci il tarixdə onun yaşadığı ünvan 8 ünvanına baxış keçirildi. Təqsirləndirilən şəxs2 evinə baxış keçirilməsinə etirazı olmadığı barədə əvvəlcədən ərizə təqdim etmişdir. Müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs2 özü evdə narkotik maddə saxladığını və axtarış aparılmasına ehtiyac olmadığını, həmin maddələri özü könüllü təqdim etmək istədiyini bildirərək, evdə olan çarpayının üzərindəki döşəyin altından sellafona bükülmüş narkotik maddə olan heroinə bənzər tünd qəhvəyi rəngli kütləni və 2 ədəd içərisində narkotik maddə olan heroinə bənzər tünd qəhvəyi rəngli maye olan şprisləri təqdim etdi. Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi sellafona bükülmüş narkotik maddə olan heroinə bənzər tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkildi, həmin kütlənin çəkisinin 6.1 (altı tam onda bir) qram olduğu aşkar olunmaqla zərfdə qablaşdırıldı. Bundan başqa, evə baxış keçirilən zaman evdə olan pul qabının içərisindən siqaret falqasına bükülmüş narkotik maddə olan heroinə bənzər tünd qəhvəyi rəngli kütlə və evdən 1 ədəd aptek tərəzisi aşkar edildi. Götürülmüş heroinə bənzər tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkildi, həmin kütlənin çəkisinin 0.1 (sıfır tam onda bir) qram olduğu aşkar olunmaqla Təqsirləndirilən şəxs2 könüllü təqdim etdiyi 2 ədəd içərisində narkotik maddə olan heroinə bənzər tünd qəhvəyi rəngli maye olan şprislərlə birlikdə zərfdə qablaşdırıldı və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə evində saxladığını və evdən aşkar olunan aptek tərəzisindən evində saxladığı narkotik maddələrin satışı zamanı istifadə etdiyini bildirdi. “Video görüntü olan diskə baxış keçirilməsi haqqında” 06.07.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs tərəfindən 1 ədəd disk daşıyıcıda istintaqa təqdim edilmiş və cinayət işinin materiallarına əlavə olunmuş “WhatsApp Video 2020-04-29 at 12.19.07” adlı video görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ünvanı qeyd olunmayan yaşayış evinin otağında üzü görünməyən şəxs və Zərərçəkmiş şəxs vardır. Üzü görünməyən şəxs Zərərçəkmiş şəxs bir daha homoseksuallıq hərəkətləri edib-etməyəcəyinə, oğlanlarla cinsi əlaqədə olubolmayacağına dair sual verir, sonuncu isə cavabında bir daha belə bir hərəkətə yol verməyəcəyini təsdiqləyir. Daha sonra üzü görünməyən şəxs, Tural Hüseyinovdan ona 190 manat məbləğində olan borcunu nə vaxt qaytaracağını soruşur. Cavabında Zərərçəkmiş şəxs 190 manat məbləğində maddi yardımın təyin edilməsi haqqında sms bildiriş gəldikdən sonra həmin pulu verəcəyini deyir, verməyəcəyi təqdirdə isə öz ünvanına söyüş söyür və and içir. Bundan sonra üzü görünməyən şəxs Zərərçəkmiş şəxs bir daha homoseksualliq edib-etməyəcəyini, oğlanlarla cinsi əlaqədə olub-olmayacağını soruşur və sonuncu belə hərəkətləri etməyəcəyinə dair söz verir. Materialların məhkəmə ekspertizasının 25.09.2019-cu il tarixli 24209 saylı rəyindən görünür ki, təhqiqaya təqdim edilmiş üzərində “Qablaşdırıldı təhqiqatçı imza İ.Hüseynob sözləri olan bir də zərfdəki bir ədəd büküçdə təmiz çəkisi 0,073 qram olan qəhvəyi rəngli maddə olan narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,146 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir.Üzərlərində”Pregabalin 300 mg” göstəriciləri olan konvolyut kəsiklərində 4 ədəd dərman kapsulların əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqadarı 1,2 qram təşkil edir.Preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarda siyahısına (1 nömrəli əlavə) daxildir. Materialların məhkəmə ekspertizasının 23.04.2020-ci il tarixli 16/287 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə.” sözləri və imzalar olan kağız paketdə, 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi -1,143 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi -5,768 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş içərisində narkotik maddə olan 2 ədəd şprisdə və 1 ədəd büküm. ” kütlə.” sözləri və imzalar olan kağız paketdəki:- 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi -0,063 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.- 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,3 ml həcmində olan məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi-0,010 qramdır. - 1 (bir) ədəd 1 ml-lik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Məhkəmə-ballistik ekspertizasının 13.11.2019-cu il tarixli, 19/440R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 31727 №-li silah, 7,62 mm kalibrli olmaqla Russiya dövlətində 1904-cü ildə silah zavodunda istehsal olunmuş “Naqan” sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, 07 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq ücün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Məhkəmə tibbi ekspertizasının 29.04.2020-ci il tarixli 604 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol təpə-ənsə nahiyəsinin sıyrığı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 23.04.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-ballistik ekspertizasının 09.06.2020-ci il tarixli, 16/381 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir.Üzərində təyinatını dəyişdirən hər hans əlavə və dəyişikliklər edilməmişdir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21.07.2020-ci il tarixli 378/161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin isterik tipli cizgiləri, özünə xəsarət yetirmələrlə) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək imkanına malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bunun yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər.Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 21.07.2020-ci il tarixli 379/162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcbui müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur.Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Ambulator məhkəmə-narkoloji ekspertizasının 22.07.2020-ci il tarixli 597 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan lirikadan epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-narkoloji ekspertizasının 22.07.2020-ci il tarixli 600 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin 01.09.2020ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-nin mərkəzləşdirilmiş axtarış uçotlarında və mülki silah sahiblərinin vahid mərkəzləşədirilmiş elektron reyestrində 7,62 mm kalibirli “Naqan” markalı,31727 nömrəli yivli silah barədə məlumat yoxdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 04.09.2020-ci il tarixli məktubundan görünür ki, 1904-cü ildə Rusiyada istehsal olunmuş 7,62 mm kalibirli “Naqan” markalı,31727 nömrəli yivli silah Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istintaq olunmuş cinayət işləri üzrə itirilmiş silahların siyahısında qeydiyyatdan keçmir və hər hansı cinayətin törədilməsində alət və vasitə qismində istifadə edilməmişdir. X2 25.09.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.04.2020-ci i tarixli 127 nömrəli qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydasına” uyğun olaraq “Pensiya” altsistemindən alınmış məlumatlar əsasında pensiya aldığı üçün Zərərçəkmiş şəxs həmin ödəmənin verilməsindən imtina olunmuşdur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 28.03.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 28.03.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 25.07.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 04.08.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Şota Rustaveli küçəsi, 5-ci dalan, mənzil 4-də atası Şahid2 və anası Şahid1 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Samux rayon İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.09.2020-ci il tarixli arayışdan görünür ki, Məmmədov X8 qəsəbəsindı qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda ünvan 14 ünvanında yaşayır.Ərazidə yaşadığı müddətdə nümayəndəliyə barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 25.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 27.04.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 aprel 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 23.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 25.04.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 aprel 2020-ci il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma haqqında” 10.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 31727 №-li, 7,62 mm kalibrli olmaqla 1904-cü ildə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, yivli odlu silah hesab edilən 01 (bir) ədəd “Naqan” sistemli revolver və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı vəziyyətdə olan və döyüş sursatı hesab edilən 05 (beş) ədəd patronlar, bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və “Preqabalin 300 mg“ göstəriciləri olan konvolyut kəsiklərində 3 ədəd dərman kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,9 qram olan təsiredici maddə hesab edilən preqabalin, bir ədəd qatlanan konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı, Təqsirləndirilən şəxs2 məxsus kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 1,123 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 5,748 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,2 ml həcmində heroin məhlulunun tərkibində narkotik vasitə olan heroinin quru maddəsi, 1 (bir) ədəd elektron tərəzi Gəncə şəhər prokurorluğunun inzibati binasında maddi sübutlar otağında saxlanılır. Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin video çəkilişinin qeydə alındığı bir ədəd disk daşıyıcı və Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 arasında sonuncunun pul tələbi ilə bağlı video görüntüləri əks etdirən bir ədəd disk daşıyıcı cinayət işinin materiallarına əlavə olunmuşdur. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd “LG” markalı, K-10 modelli, qara rəngli mobil telefon isə mülkiyyətçisi Zərərçəkmiş şəxs qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 18.06. 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına və 400 manat cərimə cəzasına məhkum edilmişdir.10.10.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhər Probasiya Şöbəsinin 15.04.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli hökmünə əsasən təyin edilmiş 400 (dörd yüz) manat məbləğində cərimənin ödəməsi barədə heç bir sənəd təqdim etməmişdir. 30.04.2020-ci il tarixli qəbzdən görünür ki, LG markalı mobil telefon salamat vəziyyətdə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiqlənmiş 23.06.2021-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə də ittiham verilmişdir. Məhkəmə çıxışları zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 CM-nin 180.1-ci maddəsi ilə verilən ittihamdan imtina etmişdir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 CM-nin 180.1-ci maddəsi ilə verilən ittihamdan imtina etməsi əsaslı olduğundan qəbul edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs ona 190 manat məbləğində borcu olduğunu, 22.04.2020-ci il tarixdə də sonuncudan məhz ona olan borcunu qaytarmasını tələb etdiyini, yəni Zərərçəkmiş şəxs alacağı maddi yardım vəsaitini hədə-qorxu ilə tələb etmədiyini, zərərçəkmiş şəxsi iradəsi ziddinə Təqsirləndirilən şəxs2 yaşadığı evdə saxlamadığını, Tural Hüseyona qarşı sadalanan əməllərdən hər hansı birini törətmək üçün Təqsirləndirilən şəxs2la cinayətkar əlaqəyə girmədiyini, Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1 və 182.2.3-cü maddələri ilə özünü təqsirli bilməyərək, satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmədiyini və saxlamadığını, yalnız öz şəxsi istifadəsi üçün vaxtaşırı müxtəlif mənbələrdən şəxsi istehlak miqdarında heroin aldığını, buna baxmayaraq 23.04.2020-ci il tarixdə Kəpəz RPİ-nin əməkdaşları tərəfindən əvvəlcədən əynindəki şalvarın cibinə və yaşadığı mənzilə yerləşdirilmiş külli miqdarda heroini satış məqsədi ilə əldə edib saxladığını, habelə Zərərçəkmiş şəxs qarşı hər hansı cinayətin törədilməsi üçün Təqsirləndirilən şəxs1 ilə razılığa gəlmədiyini və ya həmin cinayətləri təkbaşına törətmədiyini bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CMnin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 228.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 228.1-ci maddələri və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CMnin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının“ 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın“ narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Təqsirkarın“ narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.“ «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“yuxarı “həddi 2 qram, metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla“yuxarı “həddi 2 qram,nəzərdə tutulmuşdur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərədə tutulan cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və həmin əmələ görə səmimi peşman olmasını, zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərəçəkmiş şəxslə barışmasını, zərərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 18.06.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına və 400 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs2 400 manat cəriməni ödəməmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 400 manat cərimə cəzasını hazırkı hökmlə təyin olunacaq cəza ilə tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, o müstəqil icra olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən, Gəncə şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 31727 №-li, 7,62 mm kalibrli olmaqla 1904-cü ildə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, yivli odlu silah hesab edilən 01 (bir) ədəd “Naqan” sistemli revolver və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı vəziyyətdə olan və döyüş sursatı hesab edilən 05 (beş) ədəd patron Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut hesab edilən, Gəncə şəhər prokurorluğunda saxlanılan bir ədəd qatlanan konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən, Gəncə şəhər prokurorluğunda saxlanılan bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və “Preqabalin 300 mg“ göstəriciləri olan konvolyut kəsiklərində 3 ədəd dərman kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,9 qram olan təsiredici maddə hesab edilən preqabalin, Təqsirləndirilən şəxs2 məxsus kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 1,123 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 5,748 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,2 ml həcmində heroin məhlulunun tərkibində narkotik vasitə olan heroinin quru maddəsi, 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə digər maddi sübutlar 1 (bir) ədəd “LG” markalı, K-10 modelli, qara rəngli mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 ( yüz qırx beş) manat 72 (yetmiş iki ) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 145.2.4 və 145.2.6-cı maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 25 aprel 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 145.2.4, 145.2.6, 182.2.1, 182.2.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 145.2.4 və 145.2.6-cı maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin 13 yanvar 2014cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş 400 manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 400 manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 23 aprel 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilən, Gəncə şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 31727 №-li, 7,62 mm kalibrli olmaqla 1904-cü ildə Rusiya dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan, yivli odlu silah hesab edilən 01 (bir) ədəd “Naqan” sistemli revolver və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 7,62x38R mm kalibrli olmaqla həmin kalibrli “Naqan” sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı vəziyyətdə olan və döyüş sursatı hesab edilən 05 (beş) ədəd patron Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut hesab edilən, Gəncə şəhər prokurorluğunda saxlanılan bir ədəd qatlanan konstruksiyalı, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən, Gəncə şəhər prokurorluğunda saxlanılan bir ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə - heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,126 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və “Preqabalin 300 mg“ göstəriciləri olan konvolyut kəsiklərində 3 ədəd dərman kapsulların tərkiblərində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,9 qram olan təsiredici maddə hesab edilən preqabalin, Təqsirləndirilən şəxs2 məxsus kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 1,123 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, kağız paketdə 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş, təmiz çəkisi 5,748 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 (bir) ədəd 1 ml-lik birdəfəlik şprisdə 0,2 ml həcmində heroin məhlulunun tərkibində narkotik vasitə olan heroinin quru maddəsi, 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X10 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə digər maddi sübutlar 1 (bir) ədəd “LG” markalı, K-10 modelli, qara rəngli mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması, 02 ədəd disk cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 145 ( yüz qırx beş) manat 72 (yetmiş iki ) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar