Məhkəmə qərarları › İş №1(100)-14/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-14/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-14/2024 17.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X8 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndiriliməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndiriliməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan “Sabir” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd ağ rəngli kağız parçası bükümündə olan təmiz çəkisi 0,264 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan, qanunsuz olaraq üzərində daşıyıb öz şəxsi istifadəsi məqsədi ilə 09 mart 2022-ci il tarixdə Balakən şəhəri ərazisinə gətirərək üzərində saxlamış, bundan başqa o, İran İslam Respublikasının vətəndaşı olan “Sabir” adlı şəxslə, eləcə də istintaqa adları məlum olmayan qeyriləri ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşərək külli miqdarda psixotrop maddə və narkotik vasitələri Azərbaycan Respublikası ərazisində bir nöqtədən digər nöqtəyə daşıyacağı barədə qabaqcadan gəlmiş olduğu razılığa əsasən “Sabir” adlı şəxsin vəd etdiyi köməyə əsaslanaraq istintaqa dəqiq məlum olmayan tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qeyrilərinin vasitəsi gətirilən sözügedən narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə, qanunsuz olaraq Balakən rayonunun Qullar kəndi ərazisindən keçən “Quruçay” çayının üzərində yerləşən körpünün alt hissəsində gizlədilmiş yerdən 01 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1505 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 312,275 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 7400 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 09 mart 2022-ci il tarixdə axşam saatlarında satış məqsədi ilə, qanunsuz olaraq həmin psixotrop maddəni və narkotik vasitələri əldə edib daşıyaraq Bakı şəhərinə aparmaq üçün sərnişini olduğu, yəni Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 09 mart 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 RPŞyə dəvət edilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 22:45 dəqiqədən saat 23:15 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd ağ rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,264 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qış gödəkçəsinin sol cibindəki Marlboro markalı siqaret qutusunun içərisindən, həmçinin, onun cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşdiyi İran İslam Respublikasının vətəndaşı olan “Sabir” adlı şəxs, eləcə də istintaqa adları məlum olmayan qeyriləri ilə əldə etdiyi razılığa əsasən satış məqsədi ilə, qanunsuz olaraq əldə edib sərnişini olduğu avtomobildə daşıyaraq saxladığı 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1505 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 312,275 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 7400 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun sərnişini olduğu, Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10 mart 2022-ci il tarixdə saat 01:15 dəqiqədən saat 02:10 dəqiqəyədək olan müddət ərzində baxış keçirilən zaman avtomobilin salonundan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 mart 2022-ci il tarixdə instagram sosial şəbəkəsi vasitəsilə tanış olduğu, öz istifadəsi üçün onlayn qaydada narkotik vasitə aldığı İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxs ona “whatsapp” proqramı vasitəsi ilə mesaj yazaraq Gürcüstana gedən TİR sürcüsü ilə Azərbaycana narkotik vasitə və psixotrop maddə göndərdiyini, lakin sürücünün narkotik vasitəni və psixotrop maddəni Balakən rayonu ərazisində gizlətdiyini deyib, Balakən rayonuna gedib TİR sürücüsünün gizlətdiyi malları götürməsini və Bakı şəhərinə aparıb, deyiləcək şəxsə təhvil verməsini, bu işin qarşılığında ona 5000 manat pul verəcəyini, həmçinin malları təhvil verəcəyi şəxsin ona pay qismində narkotik vasitə və psixotrop maddə verəcəyini bildirmişdir. Həmin vaxt barəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparıldığı üçün zərərçəkmişin onunla barışması üçün ondan tələb etdiyi 8.000 (səkkiz min) manatı ödəmək üçün Sabirin sözügedən təklifi ilə razılaşmışdır. “Sabir” adlı şəxsdən malların çəkiləri barədə soruşanda, sonuncu ona daşınacaq “malın” 5 kiloqram narkotik vasitə marixuana, 1,5 kiloqram narkotik vasitə heroin və 300 qram psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Lakin “Sabir” adlı şəxs malların konkret olaraq harada gizlədildiyini və malları Bakı şəhərinə aparıb kimə təhvil verəcəyini ona əvvəlcədən deməmiş sadəcə olaraq özünün verdiyi koordinatlar əsasında hərəkət etməsini tapşırmışdır. Həmin dövrdə Nərimanov rayon məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə Nərimanov RPİ-də istintaqı aparılmış cinayət işinə baxılmış, mərhum zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə prosesində ondan 8000 manat “qan pulu” istəmişdir. O “Sabir” adlı şəxsdən alacağı 5000 manat pulu mərhum zərərçəkmiş şəxsin hüquqi varisinə verməyi düşünmüş və “Sabir” adlı şəxsin təklifi ilə də məhz bu səbəbə görə razılaşmışdır. 09 mart 2022-ci il tarixdə səhər saatlarında dostu Ağadadaş yaşadığı evə gəlmiş, narkotik aclığına görə ağrılardan əziyyət çəkdiyini, ona az da olsa narkotik vasitə təşkil etməsini xahiş etmişdir. O, pulu olmadığını, lakin əmisindən pul almaq məqsədi ilə birlikdə Zaqatala rayonuna getməyi təklif etmiş, Ağadadaş ortaq tanışları olan Elçin adlı şəxslə əlaqə saxlayaraq onlarla birlikdə Balakən rayonuna getməsi üçün yaşadığı ünvana dəvət etmişdir. O, Elçinin onlarla birlikdə getməsinə Ağadadaşın xahişini nəzərə alaraq razı olmuşdur. Daha sonra taksi fəaliyyəti ilə məşğul olan Zaur adlı tanışına zəng edərək Zaqatala rayonunda bir nəfərlə görüşməli olduğunu demiş, buna görə Zaqatala rayonuna gəlib daha sonra Bakı şəhərinə geri qayıtmaq lazım olduğunu bildirmişdir. Zaur adlı taksi sürücüsü də 200 manat qarşılığında Zaqatala rayonuna aparıb geri qaytaracağını bildirmiş onlar razı olduqdan sonra Zaur adlı taksi sürücüsü idarə etdiyi Toyota Prius markalı **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvana gəlmiş, onlar Zaqatala rayonuna doğru yola düşmüşlər. Avtomobildə Elçinlə birlikdə arxa sərnişin oturacağında, Ağadadaş isə ön sərnişin oturacağında əyləşmişdir. Beləliklə, 09 mart 2022-ci il tarixdə təxminən saat 18-19 iradələrində Zaqatala rayonuna çatanda görüşməli olduğu şəxsin artıq Balakən rayonuna getdiyini Zaura bildirmiş və avtomobili Balakən rayonuna sürməsini xahiş etmişdir. Balakən rayonuna çatanda avtomobildən düşüb “Sabir” adlı şəxslə əlaqə saxlayaraq Balakən rayonuna çatdığını bildirmiş, “Sabir” adlı şəxs də ona istiqamət verərək malların Balakən rayonunun Qullar kəndi ərazisindən keçən çayın üzərindəki körpünün alt hissəsində olduğunu bildirmişdir. Balakən rayonunun Qullar kəndi ərazisindən keçən çayın üzərində yerləşən körpüyə çatanda təbii ehtiyacını ödəmək istədiyini deyərək avtomobili saxladıb körpünün alt hissəsinə gedəndə orada qara rəngli sellofana bükülmüş iri bir bağlama olduğunu görmüş, həmin bağlamanı götürüb geri qayıdaraq avtomobilin yük yerini açıb bağlamanı avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra yenidən avtomobilə əyləşib Zaurdan avtomobili oradan sürməsini xahiş etmişdir. Bu zaman Zaur, Elçin və Ağadadaş onun hərəkətindən şübhələnməyə başlamışlar. Bir qədər irəli getdikdən sonra Zaurdan avtomobili saxlamasını xahiş etmiş və mallara baxmaq üçün avtomobildən yerə düşmüşdür. Bu zaman Zaur, Elçin və Ağadadaş da yerə düşmüşlər. O, avtomobilin yük yerində olan bağlamanı açan zaman içərisində biri böyük, biri nisbətən kiçik, biri isə kiçik olmaqla ayrı-ayrılıqda 03 ədəd bağlama olduğunu görmüşdür. Bu zaman Elçin, Zaur və Ağadadaş da buna şahid olmuş və bağlamalarıın zahiri görünüşlərindən hər şeyi başa düşmülər. Bu səbəbə görə Zaur onları Bakı şəhərinə geri qaytarmaqdan imtina etmişdir. Ağadadaş isə onun kuryerlik etdiyini başa düşüb bu tip malın içərisində GPS qurğusu olduğunu, qısa vaxt içində polislərin oraya gələcəyini deyib hadisə yerindən uzaqlaşıb, qaçıb getmişdir. Zaur onu orada qoyub özü Elçinlə birlikdə Bakı şəhərinə geri qayıtmışdır. Çox keçməmiş polis əməkdaşları onlar olan əraziyə gəlib, avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqlarını deyərək onu, Zauru və Elçini Polis şöbəsinə aparmışlar. Ağadadaş isə bir qədər əvvəl hadisə yerindən uzaqlaşdığı üçün polislər polislər yalnız onların üçünü tutmuşlar. O, Elçin və Zaur polis əməkdaşları ilə Balakən rayon polis şöbəsinə getmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, onun Balakəndən Sabirin göstərişi əsasında narkotik vasitə və psixotrop maddə aparacağından nə Ağadadaşın, nə Elçinin, nə də Zaurun xəbəri olmamış, o bu əməli həmin dövrdə Nərimanov rayon məhkəməsində barəsində Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə olan cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə prosesində ondan 8000 manat “qan pulu” istədiyinə görə törətmişdir. Narkotik vasitələrin aludəçisi olduğu üçün İran İslam Respublikasının vətəndaşı olan “Sabir” adlı şəxslə münasibət yaratmış, özünə narkotik vasitə və ya psixotrop maddə lazım olduqca “Sabir” adlı şəxsdən istəmiş, sonuncu ona məlum olmayan şəxslər vasitəsi ilə Bakı şəhərinin müxtəlif ünvanlarında narkotik vasitə və ya psixotrop maddəni gizlətdirmiş, o da öz növbəsində istifadə edəcəyi narkotikin pulunu ödəmə terminalı vasitəsi ilə “Sabir” adlı şəxsin hesabına göndərdikdən sonra həmin ünvana gedib narkotik vasitə və ya psixotrop maddəni götürmüşdür. Sabir hər dəfə danışıqları zamanı ona narkokuryer kimi işləməyi təklif etmiş, lakin o heç vaxt Sabirin bu təklifi ilə razılaşmamışdır. Nərimanov rayon məhkəməsində barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə olan cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə prosesində ondan 8000 manat “qan pulu” istədiyinə görə əlacsız qalıb hazırki cinayət əməlini törətmiş, Sabir İrandan gələn bağlamanın Balakəndə yağışın altında qaldığını, həmin bağlamanı Bakıya aparmağın müqabilində birinci 3000 manat təklif etmiş, lakin o, 3000 (üç min) manata razı olmadığı üçün sonuncu ilə bağlamanı 5000 ( beş min) manat müqabilində Bakıya aparmağa razılaşmışdır. O, Ağadadaşı Zaqatalaya əmisinin yanına gedib pul istəmək adı ilə aparmış, tək şübhə çəkəcəyini düşündüyü üçün Ağadadaşla birgə getməyi təklif etmişdir. Yolda hər üçü yəni o, Elçin və Ağadadaş heroindən istifadə etmiş, bundan sonra Ağadadaşı yuxu tutduğu üçün o avtomobildə yatmış və Balakəndə ayılmışdır. Ağadadaş Balakəndə olduqları zaman həmin bağlamanı atıb birlikdə Bakıya qayıtmalarını bildirmiş, lakin o həmin bağlamanı Bakıya aparıb 5000 min pulu götürməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 nə də ki, digərlərinin onun Balakənə 5000 min manat pul və ya nə üçün getdiyindən xəbəri olmamış, onun götürdüyü bağlamada narkotik olduğunu və həmin narkotiki Bakıya aparacağını nə Ağadadaş, nə Zaur, nə də ki, Elçin bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisidir 08 mart 2022-ci il tarixdə axşam saatlarınadək istifadəsi üçün narkotik vasitə axtarmış, lakin tapa bilmədiyi üçün tanışı Nurlandan kömək istəmişdir. Nurlan da narkotik aludəçisi olduğu üçün onlar narkomaniya ağrıları zamanı biri-birlərinə kömək etmişlər. Qeyd olunan məqsədə görə Nurlanla görüşən zaman sonuncu Zaqatala rayonunda yaşayan əmisi ilə görüşmək üçün Zaqatalaya getməli oldğunu, üzərində çox az miqdarda heroin olduğunu, ona da onunla birlikdə getməyi təklif etmiş, yol gedə-gedə üzərində olan narkotikdən birlikdə istifadə edə biləcəklərini ona bildirmişdir. 08-mart 2022-ci il tarixindən 09 mart 2022-ci il tarixinə keçən gecə səhərə yaxın Nurlanın yaşadığı evə getmiş, həmin vaxt digər dostu Elçin onunla əlaqə saxlayaraq harada olduğunu soruşaraq onunla görüşmək istədiyini bildirmiş, o, Elçinə Nurlanın evində olduğunu deyib Elçini də Nurlanın yaşadığı evə dəvət etmiş, Elçin də Nurlanın yaşadığı evə gəlmişdir. X24 rayonuna getməli olduqlarını, Nurlanın əmisi ilə görüşməli olduğunu və birlikdə gedib-gəlməyi təklif etmiş Elçin də onlarla birlikdə getməyə razı olmuşdur. Bundan sonra Nurlan taksi sürücüsü Şahid2 zəng edərək Zaqatala rayonuna getməli olduqlarını deyib Zauru yaşadığı ünvana çağırmış bir qədər sonra Zaur adlı taksi sürücüsü idarə etdiyi Toyota Prius markalı **-DP- *** dövlət qeydiyyat nişanlı avtomobillə Nurlanın yaşadığı ünvana gəlmiş, orada Nurlan, Elçin və Ağadadaş avtomobilə əyləşərək Zaqatala rayonuna doğru yola düşmüşlər. X10 arxa sərnişin oturacağında, o isə ön sərnişin oturacağında əyləşmişdir. Onlar 09 mart 2022-ci il tarixdə təxminən Zaqatala rayonuna çatanda Nurlan görüşməli olduğu şəxsin artıq Balakən rayonuna getdiyini bildirmiş və Zaurdan avtomobili birbaşa Balakən rayonuna sürməsini xahiş etmişdir. Zaur Balakən rayonuna çatanda Nurlan maşını Balakən rayonunun Qullar kəndi ərazisinə sürdürmüş, Balakən rayonunun Qullar kəndi ərazisindən keçən çayın üzərində yerləşən körpüyə çatanda Nurlan təbii ehtiyacını ödəmək üçün avtomobili saxladaraq yerə düşüb körpünün alt hissəsinə doğru getmişdir. Təxminən 1-2 dəqiqədən sonra Nurlan geri qayıdan zaman əlində olan bağlamanı avtomobilin yük yerinə qoyub özü də avtomobilə əyləşmişdir. O, Nurlanın bu hərəkətindən şübhələnmiş, Nurlandan bağlamanı açmasını tələb etmişdir. Nurlan bağlamanı açanda içərisində 2-3 ədəd bağlama olduğunu görmüş, həmin vaxt O, Zaur və Elçin bağlamaların zahiri görünüşlərindən içərisində narkotik vasitə olduğunu anlamışlar. O, Zaur və Elçin Nurlanla geri qayıtmaqdan imtina etmiş, Zaur bağlamaları avtomobilin yük yerindən götürüb yerə qoymuşdur. O bu kimi bağlamaların içində adətən GPS qurğusunun olduğunu deyib, qısa müddət sonra olduqları yerə polis gələcəyini deyib hadisə yerindən uzaqlaşmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ona qarşı irəli sürülmüş ittiham tamamilə absurddur. Nurlanın Balakəndən Bakıya narkokuryerlik etməsi barədə İran vətəndaşı ilə razılığı barədə nə onda, nə də ki Elçində hər hansı məlumat olmamış, həm o, həm də Elçin narkotik istifadə etmək məqsədilə Nurlanla yola çıxmışlar. Nurlan onlara yolda meyvə arağı götürüb yeyib içəcəklərini, narkotik vasitə istifadə edəcəklərini bildirmiş, onlar da yəni həm o, həm də Şahid1 sözügedən məqsəd naminə Nurlanla Bakıdan Balakənə getmişlər. Odur ki, ona bəraət verilməsini Məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Qazax rayonu Ağköynək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyli müddətdir tanıyır, sonuncularla dostluq münasibəti var. 09 mart 2022-ci il tarixdə səhərə yaxın Ağadadaşla əlaqə saxlayaraq harada olduğunu soruşmuş, Ağadadaş da Nurlanın yaşadığı ünvanda olduğunu bildirmiş və onu da oraya dəvət etmişdir. O da razılaşaraq bir qədər sonra Nurlanın Bakı şəhəri Yasamal rayonu ərazisində yaşadığı ünvana getmişdir. Həmin vaxt Ağadadaş Nurlanla birlikdə Zaqatala rayonuna getməli olduqlarını, Nurlanın onlara qonaqlıq verəcəyini, yaxşı istirahət edəcəklərini demiş, bu məqsədlə birlikdə gedibqayıtmağı ona təklif etmişdir. O da Nurlanın təklifi ilə razılaşmış, bundan sonra Nurlan taksi fəaliyyəti ilə məşğul olan Zaur adlı tanışına zəng edərək Zaqatala rayonuna gedibqayıtmaq üçün 200 manata razılaşmış və gəlib onları yaşadığı ünvandan götürməsini Zaurdan xahiş etmişdir. Bir qədər sonra Zaur adlı taksi sürücüsü idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nurlanın yaşadığı ünvana getmiş, orada Ağadadaş, Nurlan və o, avtomobilə əyləşmişib Zaqatala rayonuna doğru yola düşmüşlər. Avtomobildə o və Nurlan arxa sərnişin oturacağında, Ağadadaş isə ön sərnişin oturacağında əyləşmişdir. Onlar həmin tarixdə təxminən saat 18:00 radələrində Zaqatala rayonuna çatanda Nurlan bir nəfərlə görüşməli olduğunu, həmin şəxsin artıq Balakən rayonuna getdiyini demiş və Zaurdan avtomobili Balakən rayonuna sürməsini xahiş etmişdir. Zaur da etiraz etmədən avtomobili Balakən rayonuna sürmüşdür. Yolda gələrkən Nurlan bir neçə dəfə avtomobildən yerə düşüb kimləsə telefonla danışmış, lakin onlar Nurlanın kimlə danışdığını bilməmişdir. Onlar Balakən rayonu Qullar kəndində çatanda Təqsirləndirilən şəxs1 təbii ehtiyacını ödəmək adı ilə Qullar kəndi ərazisindən keçən çayın üzərində yerləşən körpünün yanında avtomobili saxlatmış və yerə düşmüşdür. Bir qədər keçmiş Nurlan əlində bir bağlama gətirib avtomobilin yük yerinə qoymuş, özü də avtomobilə əyləşib Zaura avtomobili tez sürməsini bildirmişdir. Bu zaman Ağadadaş Nurlanın hərəkətlərindən şübhələnib torbaları açmasını Nurlandan tələb etmiş, bir qədər irəli getdikdən sonra Nurlan yenidən avtomobili saxladıb yerə düşmüş, həmin vaxt Zaur, Ağadadaş və o, yerə düşmüşlər. Nurlan avtomobilin yük yerinə qoyduğu bağlamanı açan zaman içərisində biri böyük, biri nisbətən kiçik, biri isə kiçik olmaqla ayrı-ayrılıqda 03 ədəd bağlama olduğunu görmüşlər. Bu zaman onlar bağlamaların zahiri görünüşlərindən hər şeyi başa düşmüşlər. Bundan sonra Nurlan bağlamalarda narkotik vasitə və psixotrop maddə olduğunu açıq-aşkar onlara demişdir. Buna görə hər üçü Nurlanla birlikdə Bakı şəhərinə qayıtmaq istəmədiyini bildirmişdir. Nurlan bağlamaları avtomobilin yük yerindən götürüb yerə qoymuş, Ağadadaş sözügedən torbaların içərisində GPS qurğusu ola biləcəyini, bir qədər sonra polis əməkdaşlarının onların yanına gəlib polisə apara biləcəyinin mümükünlüyünü demiş və hadisə yerindən uzaqlaşıb çıxıb getmişdir. Bir qədər keçmiş polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, üzərlərində və avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqlarını deyərək onları Polis Şöbəsinə dəvət etmişlər. Onlar üçü, yəni Nurlan, Zaur və o, polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, bəzi vaxtlarda narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə edir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. O, Balakən rayonuna hansı məqsədlə gəldiklərini əvvəlcədən bilməmiş, yeyib içmək üçün getdiklərini bilmiş lakin onlar Balakən rayonunun Qullar kəndində olanda o, artıq Balakən rayonuna narkotik vasitə və psixotrop maddə dalınca gəldiklərini başa düşmüşdür. O, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyi düşünmüş, lakin onlar mağazanın qarşısına çatanda polis əməkdaşları onları saxladıqlarına görə artıq buna ehtiyac qalmamışdır. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə heroin olması barədə onun əvvəlcədən məlumatı olmamışdır. Yolda gələrkən Nurlan çəkmələri üçün narkotik vasitə heroin hazırladığına görə, sonuncunun üzərində narkotik vasitə heroin olmasından həmin vaxt onun məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə səhərə yaxın tanışı Nurlan onun istifadə etdiyi mobil telefona zəng edərək Zaqatala rayonuna gedib bir nəfərlə görüşməli olduğunu demiş və neçə manata aparıb-gətirə biləcəyini soruşmuşdur. O da Zaqatala rayonuna gedib-qayıtmaq üçün Nurlandan 200 manat pul alacağını bildirmişdir. Nurlan da razılaşaraq yaşadığı ünvanı demiş və həmin ünvana gedib onu götürməsini xahiş etmişdir. O da razılaşaraq idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nurlanın yaşadığı ünvana getmişdir. Həmin vaxt Nurlanın yanında sonradan adlarının Ağadadaş və Elçin olduğunu bildiyi şəxslər də olmuşdur. Nurlan ona Ağadadaş və Elçinin də onlarla birlikdə Zaqatala rayonuna gedib-gələcəklərini bildirmiş, o da buna etiraz etməmişdir. Bundan sonra Nurlangil üçü də avtomobilə əyləşmişlər və Zaqatala rayonuna doğru yola düşmüşlər. X10 arxa sərnişin oturacağında, Ağadadaş isə ön sərnişin oturacağında əyləşmişdir. Beləliklə, onlar 09 mart 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində Zaqatala rayonuna çatmışlar. Zaqatala rayonuna çatanda Nurlan avtomobili Balakən rayonuna sürməsini xahiş etmişdir. O, Zaqatala rayonuna gəlib-qayıtmaq barədə danışdıqlarını deyəndə, Nurlan görüşməli olduğu şəxsin artıq Balakən rayonuna getdiyini, buna görə onların da Balakən rayonuna getməli olduqlarını bildirmiş, buna görə o, etiraz etmədən avtomobili Balakən rayonuna sürmüşdür. Balakən rayonuna çatanda Nurlan avtomobili saxladıb Ağadadaşla birlikdə yerə düşmüş və həmin vaxt mobil telefonla kimləsə danışmışlar. Lakin o, Nurlangilin kimlə və hansı məqsədlə danışdıqlarını bilməmişdir. Daha sonra Nurlangil avtomobilə əyləşmişlər və davam etməsini bildirmişlər. O da avtomobili sürüb yoluna davam etmişdir. Onlar Balakən rayonunun Qullar kəndi ərazisindən keçən çayın yanına çatanda Nurlan təbii ehtiyaclarını ödəmək istədiyini deyərək avtomobili saxlatmış və həmin vaxt avtomobildən yerə düşmüşdür. Təxminən 2-3 dəqiqədən sonra Nurlan əlində bir bağlama gətirib avtomobilin yük yerini açmış, bağlamanı avtomobilin yük yerinə qoymuş və daha sonra avtomobilə əyləşib ona avtomobili tez sürməsini bildirmişdir. Bu zaman o, Ağadadaş və Elçin Nurlanın hərəkətlərindən şübhələnməyə başlamışlar. Ağadadaş Nurlandan torbada nə olduğunu soruşmuş, torbaları açıb içindəkiləri onlara göstərməyi Nurlandan tələb etmişdir. Bir qədər irəli getdikdən sonra Nurlan ondan avtomobili saxlamasını xahiş etmiş və hamısı avtomobildən yerə düşmüşdür. Həmin vaxt o, Elçin və Ağadadaş da yerə düşmüşdür. Nurlan avtomobilin yük yerinə qoyduğu bağlamanı açan zaman içərisində biri böyük, biri nisbətən kiçik, biri isə kiçik olmaqla ayrı-ayrılıqda 03 ədəd bağlama olduğunu görmüşdür. Bu zaman o, bağlamaların zahiri görünüşlərindən hər şeyi başa düşmüşdür. Bundan sonra Nurlan hər şeyi açıb danışaraq bağlamalarda narkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərinə aparmaq məqsədi ilə Balakən rayonuna gəldiklərini bildirmişdir. Ağadadş bu sözü eşidən kimi bağlamanın içində GPS qurğusu olduğunu, bir qədər sonra polislərin gələcəyini deyib qaçıb getmişdir. Qorxduğu üçün o, Nurlanı Bakı şəhərinə geri qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən Nurlan bağlamaları avtomobilin yük yerindən götürüb yerə qoymuşdur. Bir qədər keçmiş polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Balakən rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, üzərlərində və avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqlarını deyərək onları Polis Şöbəsinə dəvət etmişlər. Onlar üçü, yəni Nurlan, Elçin və o, polis əməkdaşları ilə razılaşaraq Polis Şöbəsinə getmişlər. Əlavə olaraq bildirmişdir ki, heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, Təqsirləndirilən şəxs1 Balakən rayonuna hansı məqsədlə getdiklərini əvvəlcədən bilməmiş, Nurlan ona Zaqatala rayonunda bir tanışı ilə görüşməli olduğunu demiş və onu aldatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 09 mart 2022-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxsin Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonundan külli miqdarda narkotik vasitələri Bakı şəhərin aparmaları barədə RPŞ-nin Cinayət Axtarış Bölməsinə əməliyyat məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 iyun 1983-cü il təvəllüdlü Şahid2 etibarnamə əsasında idarə etdiyi məlum olmuş, bundan sonra daxil olmuş məlumat RPŞnin rəisinə məruzə olunmuş və daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə RPŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sürücü və üç sərnişinlə Qullar kəndindən Balakən şəhəri H.Əliyev prospekti istiqamətində hərəkətdə olması müəyyən edilərək əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin avtomobil Qullar kəndi ərazisində yol kənarında yerləşən bir mağazanın qarşısında dayanmış və sərnişinlərdən biri avtomobildən düşüb hadisə yerindən uzaqlaşmışdır. Onlar, yəni əməliyyat qrupunun üzvləri həmin avtomobilə yaxınlaşıb özlərini sürücüyə və iki sərnişinə təqdim edərək Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və daxil olmuş məlumatla əlaqədar olaraq sürücünü və sərnişinləri RPŞ-nə dəvət etmişlər. Bu zaman avtomobildən düşən üçüncü şəxs Qullar kəndinin çöl sahəsi istiqamətinə qaçaraq oradan uzaqlaşmışdır. Digər şəxslər, yəni Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və iki sərnişini isə etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə getmişlər. Həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərkən avtomobili idarə edən şəxsin 24 iyun 1983-cü il tarixdə Xızı rayonu Yaşma qəsəbəsində anadan olmuş Şahid2, sərnişinlərdən birinin 12 iyun 1970-ci il tarixdə Qazax rayonunda anadan olmuş Şahid1, digərinin xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1, sonuncularla birlikdə Bakı şəhərindən Balakən rayonuna gələn və Qullar kəndi ərazisində avtomobildən düşüb qaçan şəxsin isə xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 olduğu məlum olmuşdur. Bundan sonra RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs1 Balakən rayon Vəkil Bürosunun vəkillər siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 siyahıdan seçdiyi müdafiəçi Məlahət Emçiyeva RPŞ-nə dəvət olunmuş və Təqsirləndirilən şəxs1 baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qış gödəkçəsinin sol yan cibindən Marlboro siqaret qutusunun içərisində olan 01 ədəd kağız büküm aşkar edilmişdir. Həmin büküm baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra həmin büküm baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,430 qram təşkil etmişdir. Daha sonra həmin büküm baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 Balakən rayonuna gəldiyi, yəni Şahid2 idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22, Şahid5 və Şahid6 eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı Şahid3 göstərdyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 mart 2022-ci il il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 09 mart 2022-ci il tarixdə Balakən RPŞ-nin NMQ-nun və CAB-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan xx xxxx 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, ünvan 13 ünvanında qeydiyyatda olan və hazırda ünvan 14 ünvanında yaşayan 24 iyun 1983-cü il təvəllüdlü Şahid2 və ünvan 15 ünvanında qeydiyyatda olan və hazırda Qazax rayonu Ağköynək kəndində yaşayan 12 iyun 1970-ci il təvəllüdlü Şahid1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq üzərlərində və Şahid2 idarə etdiyi Toyota Prius markalı 50-DP-25 dövlət qeydiyyat nişanlı avtomobildə külli miqdarda narkotik vasitə və psixotrop maddə saxlamaqda və daşımaqda şübhəli olduqlarına görə Balakən RPŞ-nə dəvət edilmələri, onların üzərlərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki qış gödəkçəsinin sol cibindən Marlboro markalı siqaret qutusunun içərindəki 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,264 qram narkotik vasitə heroinin, Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1 kiloqram 505 qram olan narkotik vasitə heroinin, 01 ədəd qara rəngli torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 312,275 qram olan psixotrop maddə metamfetaminin və 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 07 kiloqram 400 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktları, əsas isə həmin faktlar əsasında toplanmış ilkin təhqiqat materialları olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 09 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Balakən rayon Məhkəməsinin 4(019)-17/2022 saylı,11 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Balakən rayon Məhkəməsinin 4(019)-18/2022 saylı,16 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 mart 2022-ci il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 22:45 dəqiqədən saat 23:15 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 qış gödəkçəsinin sol cibindən Marlboro siqaret qutusunun içərisindən bir ədəd kağız büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 0,430 qram gəlmişdir. Həmin kütlə kağız zərfə qoyulub möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilmiş əşya, digər narkotik vasitə, psixotrop maddə aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 gəldiyi Zaurun avtomobilində narkotik vasitə, psixotrop maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə olan bağlamanı Zaurun avtomobilinə qoyduqdan sonra bu barədə bildirməsini, həmin narkotik və psixotrop maddə olan bağlamanı Bakı şəhərinə aparacağını, ona votsapp vasitəsi ilə göndəriləcək şəkildə qeyd olunan əraziyə qoyduqdan sonra kart vasitəsilə 5000 manat pul alacağını bildirmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş, çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət, təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 mart 2022-ci il tarixli “baxış və götürülmə keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 01:15 dəqiqədən saat 02:10 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxs Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin salonunda arxa oturacaq ilə qabaq oturacağın arasında qara rəngli polietilenə bükülmüş bağlama aşkar olunmuşdur. Həmin bağlamanı açdıqda içərisindən daha iki qara rəngli polietilen bağlamalar aşkar olunmuşdur. Həmin bağlamanın biri açıldıqda içərisində qəhvəyi rəngli, toz halında narkotik tərkibli heroinə oxşar kütlə aşkar olunmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 01 kq 575 qram gəlmişdir. Digər bağlamanı açdıqda içərisində şəffaf rəngli kristal formada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Həmin bağlama elektron tərəzidə çəkilmiş və çəkisi 350 qram gəlmişdir. Sonuncu bağlamanı açdıqda içərisində tünd yaşıl rəngli, spesifik iyi olan, narkotik tərkibli marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin bağlama elektron tərəzidə çəkilmiş və çəkisi 07 kq 745 qram gəlmişdir. Avtomobilin arxa oturacağının üzərində 02 ədəd borucuqlar aşkar olunmuşdur. Bundan başqa avtomobildə qanunla qadağan edilmiş əşya, narkotik, psixotrop maddə aşkar olunmamışdır. Aşkar olunmuş üç bağlama və borucuqlar qablaşdırılaraq maddi sübut əhəmiyyətinə malik olduğundan götürülmüşdür. Şahid2 etibarnamə ilə idarə etdiyi avtomobildən aşkar narkotik və psixotrop maddə olan bağlamanı Təqsirləndirilən şəxs1 Balakən rayonu Qullar kəndi ərazisində gətirib avtomobilinə qoyduğunu və Bakı şəhərində aparmaq istədiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət, təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 mart 2022-ci il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, qarşısında əyləşən şəxsi tanıyır, həmin şəxs onun dostu Təqsirləndirilən şəxs2dur, əvvəllər sonuncu ilə hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bildirmişdir ki, onlar 09 mart 2022-ci il tarixdə Bakı şəhərindən Balakən rayonuna gələn zaman Ağadadaş onların Balakən rayonuna narkotik vasitə və psixotrop maddə aparmaq məqsədi ilə gəldiklərini bilmişdir. O, bu barədə Ağadadaşa əvvəlcədən məlumat vermişdir. O, Təqsirləndirilən şəxs2 Balakən rayonuna gəlib narkotik vasitə və psixotrop maddə aparmaq müqabilində konkret olaraq 1000 manat pul verəcəyinə dair əvvəlcədən vəd verməmişdir. O, Ağadadaşa demişdir ki, “gedib narkotik vasitə və psixotrop maddəni gətirək, hamımız üçün yaxşı olacaqdır”. Ağadadaş da buna görə onunla birlikdə Balakən rayonuna gəlməyə razılaşmışdır. O, özlüyündə Ağadadaşa 1000 manat pul verməyi düşünmüşdür. O, istintaq zamanı ifadə verəndə Təqsirləndirilən şəxs2 Balakən rayonuna gəlib narkotik vasitə və psixotrop maddə aparmaq müqabilində konkret olaraq 1000 manat pul verəcəyinə dair əvvəlcədən vəd verdiyini bildirmişdir. Ola bilər ifadə verən zaman yanlışlığa yol vermişdir. Ağadadaş psixotrop maddə metamfetamin istifadə etdiyinə görə o, Bakı şəhərinə qayıdanda Ağadadaşa 1000 manat pul və ya psixotrop maddə metamfetamin verməyi düşünmüşdür. O, üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 500 manat, Şahid1 500 manat pul verəcəyini bildirmişdir. Lakin o, Şahid1 və Təqsirləndirilən şəxs2 pul verəcəyinə dair əvvəlcədən vəd verməmişdir. Sadəcə olaraq işləri bitəndən sonra sonuncuların hərəsinə 500 manat pul verməyi nəzərində tutmuşdur. Ağadadaşa demişdir ki, “gedib narkotik vasitə və psixotrop maddəni gətirək, hamımız üçün yaxşı olacaqdır”. Ağadadaş da buna görə onunla birlikdə Balakən rayonuna gəlib narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə aparmağa razı olmuşdur. O, Balakən rayonu Qullar kəndi ərazisindən psixotrop maddəni və narkotik vasitəni götürdükdən sonra Təqsirləndirilən şəxs2 onunla birlikdə Bakı şəhərinə qayıtmağa razı olmuşdur. O, psixotrop maddəni və narkotik vasitəni Bakı şəhərinə aparıb kimə təhvil verməli olduğunu əvvəlcədən bilməmiş və Təqsirləndirilən şəxs2la bu barədə əvvəlcədən söhbət etməmişdir. Onlar psixotrop maddəni və narkotik vasitəni Bakı şəhərinə apardıqdan sonra İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsin göstərişi ilə hərəkət etməli imişlər. Onun “Sabir” adlı İran İslam Respublikasının vətəndaşı ilə münasibətinin və əlaqəsinin olduğunu Ağadadaş bilmişdir. O, Balakən rayonunda olan narkotik vasitəni və psixotrop maddəni “Sabir” adlı İran İslam Respublikasının vətəndaşının qoyduğunu da Ağadadaşa əvvəlcədən demişdir. O, hələ Bakı şəhərində olarkən Ağadadaşa Balakən rayonuna narkotik vasitə və psixotrop maddə gətirməyə gedəcəklərini demişdir. Yəni, Ağadadaşın bu barədə tam məlumatı olmuşdur. Sadəcə olaraq o, Ağadadaşa narkotik vasitənin və psixotrop maddənin çəkiləri barədə məlumat verməmişdir. Həmçinin, Ağadadaş Bakı şəhərinə onunla birlikdə qayıtmalı imiş, sonuncu özü onunla bu barədə razılığa gəlmişdir. Çünki, onlar həmin narkotik vasitəni və psixotrop maddəni birlikdə Bakı şəhərinə aparmalı və daha sonra İran İslam Respublikasının vətəndaşı “Sabir” adlı şəxsin göstərişi ilə hərəkə etməli imişlər. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, qarşısında əyləşən şəxsi tanıyır, həmin şəxs onun dostu Təqsirləndirilən şəxs1dur, əvvəllər Nurlanla onun hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs1 üzünə qarşı dediklərini eşitmiş və bununla əlaqədar bildirmişdir ki, Nurlan ona Balakən rayonunda olan narkotik vasitənin, psixotrop maddənin çəkisi, miqdarı və növü barədə heçnə deməmişdir. Sadəcə olaraq İran İslam Respublikasının vətəndaşı Sabir adlı şəxsin özünə maddi köməklik edəcəyini demişdir. Nurlan Balakən rayonuna gəlib narkotik vasitə və psixotrop maddə aparmaq müqabilində ona heçnə vəd verməmiş, sadəcə olaraq demişdir ki, “gedək, gələk, bütün işlər qaydasına düşəcəkdir”. O da Nurlanın pul əldə edib Məhkəmədə işlərini yoluna qoyması üçün sonuncu ilə Balakən rayonuna gəlmişdir. Onun hər hansı marağı olmamışdır. Həmçinin, Nurlan narkotik vasitəni və psixotrop maddəni Balakən rayonu Qullar kəndi ərazisindən götürdükdən sonra onlar birlikdə avtomobildə təxminən 02 kilometr yol qət etmişlər. Həmin vaxt Nurlan onunla birlikdə Bakı şəhərinə qayıtmaq istəyirmiş. Lakin o, narkotik vasitənin və psixotrop maddənin çox olduğuna görə Nurlanla birlikdə Bakı şəhərinə qayıtmaq istəməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 aprel 2022-ci il tarixdə “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:06 dəqiqədədən saat 12:47 dəqiqəyədək olan müddət ərzində "xxxx" MMC-dən daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə 01 fevral 2022ci il tarixdən 10 mart 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatları özündə əks etdirən 01 ədəd CD diskə xidməti otağımda “HP” markalı kompyuterdə nümayiş etdirməklə baxış keçirilmişdir. CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri ünvan 17 ünvanında qeydiyyatda olan 10 noyabr 1979-cu il təvəllüdlü X4 04 fevral 2022-ci il tarixdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefona “Salam qardaş, necəsən? Pati var, istəyən yoxdu?” məzmunlu mesaj yazmışdır. Həmçinin diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 09 mart 2022-ci il tarixdə saat 12:04 dəqiqədə Şahid2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefondan ***-***-**-** nömrəli mobil telefonun sahibinə “”Salam brat, mənəm Nurlan. Çatıram Baskala, çıx mənim qabağıma. Gəl dedim Baskala. Tez gəl işim var, yol üstündəyəm. Səni görüm gedim” məzmunlu mesaj yazmışdır. Baxış zamanı 01 ədəd CD diskdə iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı daxil olan və çıxan zəng, daxil olan və çıxan SMS mətni aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 aprel 2022-ci il tarixdə tərəfimdən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 10:40 dəqiqədədən saat 11:24 dəqiqəyədək olan müddət ərzində "xxxx" MMC-dən daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid1 istifadəsində olan ***-***-**-** saylı, Şahid2 istifadəsində olan saylı mobil telefon nömrələrinə 01 fevral 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatları özündə əks etdirən 01 ədəd CD diskə xidməti otağımda “HP” markalı kompyuterdə nümayiş etdirməklə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd CD diskdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı daxil olan və çıxan zəng, daxil olan və çıxan SMS mətni aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 29 aprel 2022-ci il tarixdə “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:16 dəqiqədədən saat 13:04 dəqiqəyədək olan müddət ərzində "xxxx" MMC-dən daxil olmuş və iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 fevral 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) haqqında məlumatları özündə əks etdirən 01 ədəd CD diskə xidməti otağımda “HP” markalı kompyuterdə nümayiş etdirməklə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd CD diskdə iş üçün əhəmiyyət kəsb edəcək digər hər hansı daxil olan və çıxan zəng, daxil olan və çıxan SMS mətni aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin 10 mart 2022-ci il tarixli 16/291 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddi sübut.." sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız parçası bükümündə təmiz çəkisi 0,264 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Şahid2 avtomobilindən aşkar olunmuş maddə.." sözləri və imzalar olan kağız bağlamadakı, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1505 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Şahid2 avtomobilindən aşkar olunmuş maddi sübut.." sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 312,275 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində "Vət. Şahid2 idarə etdiyi Toyota markalı, **-DP- *** d.n.n avtomobilindən aşkar edilmiş maddi sübut.." sözləri və imzalar olan sintetik kisədəki 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 7400 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahl İ) daxildir. Metamfetamin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X19 Bölməsinin 09 may 2022-ci il tarixli 17/395 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddi sübut....." sözləri yazılmış zərfin içərisindəki, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,214 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Vət. Şahid2 idarə etdiyi Toyota markalı, **-DP- *** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş şüşə borucuqlar." sözləri yazılmış zərfin içərisindəki, 02 (iki) ədəd şüşə kolbadan aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri – heroin hissəcikləridir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd şüşə kolbadan aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğu üçün heroin hissəcikləri ilə 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 12 aprel 2022-ci il tarixli 477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 may 2022-ci il tarixli 680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Rizayev X9 rayon Məhkəməsinin 20 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 iyul 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri, Yasamal rayon İcra Hakimiyyəti 24 saylı MKİS tərəfindən verilmiş, 11 aprel 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1-ci Alatava, 128 saylı evdə qeydiyyatdadır və anası-1959-cu il təvəllüdlü X14, qızı-2008-ci təvəllüdlü X15, oğlu-2010-cu il təvəllüdlü X23 və oğlu-2013-cü il təvəlllüdlü X7 ibarət ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti MKTB tərəfindən verilmiş, 13 may 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 18 ünvanda arvadı-1991-ci il təvəllüdlü X16, qızı-2018-ci təvəllüdlü X5, oğlu-2017-cu il təvəllüdlü X6 və oğlu-2021-cü il təvəlllüdlü X1 ibarət ailə tərkibində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Balakən RPŞ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd ağ rəngli kağız parçası bükümündəki təmiz çəkisi 0,264 qram olan narkotik vasitə heroinin tədqiqata ümumilikdə sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,164 qram olan narkotik vasitə heroin, baxış zamanı Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş və tədqiqata təqdim edilmiş 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 1505 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 1504,8 qram olan narkotik vasitə heroin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 312,275 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 312,175 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 7400 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdarda heroin hissəcikləri aşkar edilmiş 02 ədəd şüşə kolbalar, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diski, eyni zamanda "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd CD disklər hazırkı cinayət işi üzrə maddi sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınaraq sübut növü kimi tanınmışdır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o qaçaqmalçılıq, yəni külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı olan “Sabir” adlı şəxslə, eləcə də istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və həmin psixotrop maddəni və narkotik vasitəni Azərbaycan Respublikası ərazisində realizə edərək pulunu ödəyəcəkləri barədə qabaqcadan gəlmiş olduğu razılığa əsasən “Sabir” adlı şəxsin onun vəd etdiyi köməyə əsaslanaraq istintaqa dəqiq məlum olmayan tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qeyrilərinin vasitəsi ilə qaçaqmalçılıq yolu ilə keçirib qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq Balakən rayonu Qullar kəndi ərazisindən keçən “Quruçay” çayının üzərində yerləşən körpünün alt hissəsində gizlətdiyi 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1505 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 312,275 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 7400 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 09 mart 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq həmin psixotrop maddəni və narkotik vasitələri əldə edib birlikdə daşıyaraq Bakı şəhərinə aparmaq üçün sərnişini olduğu, yəni Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyub qəsdən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq saxlamışdır.09 mart 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib sərnişini olduğu avtomobildə daşıyaraq saxladığı 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 1505 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı digər şəffaf polietilen torbada təmiz çəkisi 312,275 qram olan, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbada təmiz çəkisi 7400 qram olan, yəni külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun sərnişini olduğu, yəni Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10 mart 2022-ci il tarixdə saat 01:15 dəqiqədən saat 02:10 dəqiqəyədək olan müddət ərzində baxış keçirilən zaman avtomobilin salonundan aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı hər iki təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin və marixuana(kannabis) narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı, qurudulmuş marixuananın(kannabis) istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram və ondan yuxarı hesab olunur. Bununla belə, Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı onun Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən kifayət qədər sübut toplanmamış və məhkəməyə təqdim edilməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyindən ona qarşı elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs2 bəraət verilməlidir. Bununla bağlı məhkəmə aşağıdakıları vurğulamağı zəruri hesab edir. İlk öncə vurğulanmalıdır ki, cinayətdə iştirakçılığın obyektiv əlamətlərindən ən əsası cinayətdə iştirak edənlərin “birgə” iştirakı ilə bağlıdır. Cinayətin birgə edilməsi anlayışı aşağıdakı tərkib ünsürlərini nəzərdə tutur: a) cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməlidir; b) bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməlidir; v) iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Birgə kriminal fəaliyyətdə cinayətin iştirakçılarının səyi birləşir. hər bir iiştirakçı öz “payına” düşən rolu icra etməklə başqa iştirakçıların həyata keçirəcəkləri fəaliyyətə az-çox kömək etmiş olur. Cinayətdə iştirakçılığın subyektiv əlamətinə gəldikdə isə burda iştirakçıların hərəkəti cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Cinayət qanunun mətnində qəsd sözü həm «cinayət» həm də «birgə» əlaməti qarşısında təsbit edilmişdir. Cinayətdə iştirakçılığın anlayışında göstərilən digər «qəsdən birgə iştirak etmə» əlaməti iştirakçılığın obyektiv cəhətidir. Göstərilən əlamət iştirakçılıqda ikitərəfli təqsirli əlaqənin olmasını, ümumi ictimai təhlükəli nəticəyə nail olunması prosesində ən azı iki nəfərin qarşılıqlı fəaliyyətdə olduğunu və qarşılıqlı dərketməni nəzərdə tutur. Cinayətdə iştirakçılığın subyektiv cəhətinin əqli və iradəvi cəhətləri aşağıda qeyd edilən predmet məzmununa malikdir: - hər bir iştirakçı yol verdiyi hərəkətin ictimai təhlükəliliyini dərk edir; - belə fəaliyyətdə iştirakedən ən azı ikinci şəxsin də əməlinin kriminal xarakteri dərk edilir; - baş verəcək ictimai təhlükəli nəticəni, onun faktiki hallarını bütün iştirakçılar dərk edir; - hər bir iştirakçı birgə fəaliyyətdə törədiləcəyi əməli arzu edir; -hər bir iştirakçı baş verəcək nəticəni arzu edir. İştirakçılıqla törədilən cinayətlərdə iştirakçılar müxtəlif motivlərlə hərəkət edə bilərlər. Lakin motivlər müxtəlif olsa da bütün iştirakçıların fəaliyyəti vahid məlum nəticənin törədilməsinə istiqamətlənməlidir. Cinayətdə birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün iştirakçıların hərəkətlərinin qarşılıqlı olaraq şərtləşdirilməsində özünü göstərir. Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm de iştirakçılığın subyektiv əlamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtləşir. İbtidai istintaq orqanı belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etmək, daşımaq barədə razılığa gəlmişlər. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Sözügedən normada «qəsd» əlaməti iki dəfə-həm «cinayət», həm də «birgə» əlamətinin önündə işlədilməklə təkrar edilir. Qanunverici orqanın Cinayət Məcəlləsinin 31-ci maddəsində qeyd olunan bu mövqeyi əks etdirməsi əbəs yerə deyildir. Belə ki, iştirakçılıq-cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə iştirakıdır. Cinayətdə birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün iştirakçıların hərəkətlərinin qarşılıqlı olaraq şərtləşdirilməsində özünü göstərir. Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm də iştirakçılığın subyektiv əlamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə şərtlənir. Buna görə də subyektiv cəhətdən iştirakçılıq təkcə iştirakçılar arasında subyektiv əlaqənin olması ilə deyil, həm də şəxsin törətdiyi əmələ və onun nəticələrinə psixoloji münasibəti ilə müəyyən olunur. Cinayətdə birgə iştirakçılıq hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olmasını və bir-birini tamamlamasını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. Cinayətdə iştirakçılıq üçün şəxslərin hərəkətləri arasında obyektiv asılılıq o halda müəyyən edilmiş sayılır ki, iştirakçının hərəkətinin başqa iştirakçının hərəkətinə şərait yaratdığı sübut edilmiş olsun. Beləliklə, iştirakçılıq üçün birgə hərəkət edən şəxslərin funksiyası arasında asılılığı şərtləndirən xüsusiyyət xarakterikdir. Burada qarşılıqlı asılılıq dedikdə, elə obyektiv asılılıq başa düşülür ki, iştirakçılardan birinin hərəkəti başqa iştirakçının əməlinin edilməsinə imkan yaradan şərait rolunu oynayır. Cinayətin edilməsində birgə iştirakçılıq əlaməti ictimai təhlükəli nəticənin cinayətin iştirakçılarının hamısı üçün ümumi olmasını nəzərdə tutur. Birgə fəaliyyət adətən, iştirakçılıqda vahid obyekti ehtiva edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinin ifadə etdiyi mənaya görə birgə kriminal fəaliyyət və ictimai təhlükəli nəticənin hamı üçün ümumi olması, eyni zamanda iştirakçıların hərəkətlərini faktiki bir hadisəyə bağlayır. Obyektlər eyni olmadıqda iştirakçıların hərəkətlərinə hüquqi cəhətdən verilən qiymət də müxtəlif ola bilər. Cinayətin birgə edilməsi üçün xarakterik olan göstəricilərdən biri də hər bir iştirakçının hərəkəti ilə iştirakçıların hamısı üçün ümumi olan nəticə arasında səbəbli əlaqənin olmasıdır. Konkret ictimai təhlükəli əməldə birləşmiş iki və daha artıq şəxsin fəaliyyətinə düzgün hüquqi qiymət vermək üçün iştirakçılığın sərhədi aydınlaşdırılmalıdır. Səbəbiyyət iştirakçılığın zahiri, obyektiv cəhətdən sərhədini müəyyən edən amil rolunu oynayır. Bu da törədilən ictimai təhlükəli nəticə hüdudunda iştirakçıların məsuliyyətini konkretləşdirməyə imkan verir. İştirakçılıqla törədilən cinayətlərdə ictimai təhlükəli nəticə bütün birgə hərəkət edən şəxslərin səylərinin birliyi ilə əlaqədar olur. İştirakçıların hər birinin ayrılıqda götürülən hərəkəti ümumi kriminal niyyətlə bağlı olan nəticəni doğurmaq imkanına malik deyildir. Birgə fəaliyyətdən doğan belə nəticə ümumidir və bölünməzdir. Ayrı-ayrı iştirakçıların hərəkəti arasında yaranan rabitə zəruri səbəbiyyəti şərtləndirir. Qəsdən edilən cinayətlərdə şəxs əməlinin və ya onun nəticələrinin ictimai təhlükəli olmasını dərk edir, iradəvi cəhətdən ya bunları arzu edir, ya da bunlara şüurlu surətdə yol verir. Birgə kriminal fəaliyyət zamanı bir tərəfdən, hər bir iştirakçının yol verdiyi davranışın fərdi əlamətləri, əməlin faktiki tərəfləri iştirakçıların şüuru ilə əhatə olunur, digər tərəfdən isə birlikdə törədilən əməlin ümumi obyektiv əlamətləri – birgə səylə törədilən ictimai təhlükəli nəticə dərk edilir. İştirakçılıqla törədilən cinayətdə qəsdin intellektual cəhəti aşağıdakı ünsürləri nəzərdə tutur: a) hər bir iştirakçı özünün yol verdiyi və digər iştirakçının fəaliyyətinə kömək edən əməlinin ictimai təhlükəli olduğunu dərk edir b) digər iştirakçıların da (heç olmazsa birinin) fəaliyyətinin kriminal xarakterdə olduğunu dərk edir; c) özünün və başqalarının birgə fəaliyyəti ilə baş verəcək, hamı üçün ümumi olan nəticənin ictimai təhlükəli olduğunu dərk edir. Belə qəsdin iradəvi cəhəti isə aşağıdakı ünsürlərdən ibarətdir: – şəxs özünün ictimai təhlükəli olan əməlini həyata keçirməyi arzu edir; – ictimai təhlükəli fəaliyyətilə digərinin əməlinin baş verməsinə kömək edən şərait yaratmaqla, belə əməlin törədilməsini arzu edir; – birgə səylə baş verən ictimai təhlükəli nəticə əvvəlcədən arzu edilir, yaxud da birgə səylə belə nəticəyə şüurlu yol verilir. Göründüyü kimi, iştirakçılıqla törədilən cinayətin subyektiv cəhəti, bir nəfər tərəfindən qəsdən törədilən cinayətin subyektiv cəhətindən öz məzmununa görə xeyli fərqlənir. Cinayətdə birgə iştirak etmə yalnız kriminal əməlin törədilməsinə yönələn fəaliyyət birliyini deyil, həm də birgə təqsirliliyi nəzərdə tutur. Buna görə də cinayətin iştirakçıları arasında ikitərəfli təqsirli əlaqənin müəyyən edilməsi tələbi qoyulur. Burada cinayətin digər iştirakçılarının fəaliyyəti ilə icraçının əməli arasında müəyyən rabitənin olduğunu iştirakçılar bilməlidirlər. Bundan başqa işin hallarına nəzər saldıqda açıq aydın görünür ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu hazırki cinayət əməlini həmin dövrdə onun iştirakı ilə törədilmiş yolnəqliyyat hadisəsi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etmək üçün tələb olunan 8.000 (səkkiz min) manat pulu ödəmək üçün törətmiş, bu məqsədlə İran İİR-in vətəndaşı Sabir adlı şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşərək, 5.000 (beş min) manat müqabilində narkokuryerlik etməyə razı olmuşdur. Cinayət işinin materiallarına nəzər salanda isə Təqsirləndirilən şəxs1 onunla Balakənə gedib-gəlmək müqabilində guya Şahid1 500 (beş yüz), Təqsirləndirilən şəxs2 500 (beş yüz) manat verəcəyinə dair fikirləri görmək mümkündür. Bunun özü isə məntiqsiz olmaqla yanaşı, hər hansı digər mötəbər sübuta və ya dəlilə söykənməməklə tamamilə təkzib olunmuşdur. Təkcə onu demək kifayətdir ki, əgər bu hal mövcud idisə ibtidai istintaq orqanı Şahid1 nə üçün məsuliyyətdən kənarda saxlayırdı?! Həmçinin vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrin satış məqsədilə əldə olunmasına, daşınmasına görə məhkum olunmamış, sözügedən cinayət əməlini də məhz barəsində olan CM-in 263.2-ci maddəsilə aparılan iş üzrə zərərçəkmişin hüquqi varisi ilə razılıq əldə etmək üçün törətmişdir. Hansı ki, bu məbləğ 8.000 manat təşkil etmişdir. Sabir adlı şəxsdən 5.000 manat alsa idi, hələ də Nurlan üçün çatışmayan məbləğ mövcud olası idi. Belə olan halda cinayətin törədilməsində hər hansı rolu olmayan şəxslərə Nurlan hansı məntiqlə pul “hədiyyə” etməli idi?! Odur ki, qeyd olunmalıdır ki, İbtidai istintaq orqanı külli miqdarda narkotik vasitənin və psixotrop maddənin satış məqsədilə əldə edilməsindən və daşınmasından ibarət nəticənin əldə olunmasında Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 arasında kriminal əməlin törədilməsinə yönələn fəaliyyət birliyinin nədə təzahür etdiyini, sonuncuların vahid psixoloji birliyə malik olan iştirakçılar qismində birləşdiyini, hər ikisinin mənafelərinin üst-üstə düşdüyünü, hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olduğunu və bir-birini tamamladığını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin mövcud olmasını sübuta yetirə bilməmişdir. Qeyd olunanlardan savayı məhkəmə aşağıda qeyd olunanları da diqqətə çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə həmçinin qeyd edir ki, CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar ona irəli sürülmüş ittihamın təsdiqi üçün kifayət etmir, bu səbəbdən onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələr ilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs2 verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdən tutulan əməlin cinayətlərin tərkibi vardır. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələrdə nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal kimi cinayəti bir qrup şəxs tərəfindən törədilməsini göstərmişdir. Həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı olan “Sabir” adlı şəxslə, eləcə də istintaqa məlum olmayan qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək külli miqdarda psixotrop maddə olan metamfetamini və külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində və avtomobildə daşıyaraq saxlamışdır. Bu səbəbdən də ona CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir və həmin maddədə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində və avtomobildə daşıyaraq saxlaması qeyd olunan cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Odur ki, CM-nin 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal kimi cinayəti bir qrup şəxs tərəfindən törədilməsi təkrar nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olmasını və müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzalarını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib ona 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Rizayev X9 rayon Məhkəməsinin 20 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19 iyul 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırda digər hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza mövcuddur. Odur ki ona, hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökm üzrə təyin ediləcək cəza ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 03 ay azadlıqdan məhrum etmə növündə cəzanı qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 12 aprel 2022-ci il tarixli 477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 18 may 2022-ci il tarixli 680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən 01 ədəd ağ rəngli kağız parçası bükümündəki təmiz çəkisi 0,264 qram olan narkotik vasitə heroinin tədqiqata ümumilikdə sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,164 qram olan narkotik vasitə heroin, baxış zamanı Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş və tədqiqata təqdim edilmiş 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 1505 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 1504,8 qram olan narkotik vasitə heroin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 312,275 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 312,175 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 7400 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdarda heroin hissəcikləri aşkar edilmiş 02 ədəd şüşə kolbalar Balakən RPŞ-nin saxlanc anbarında saxlanılır, eləcə də şəxsi axtarış və avtomobilə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diski, eyni zamanda "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd CD disklər cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd ağ rəngli kağız parçası bükümündəki təmiz çəkisi 0,264 qram olan narkotik vasitə heroinin tədqiqata ümumilikdə sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,164 qram olan narkotik vasitə heroin, baxış zamanı Şahid2 idarə etdiyi Toyota Prius markalı **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş və tədqiqata təqdim edilmiş 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 1505 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 1504,8 qram olan narkotik vasitə heroin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 312,275 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 312,175 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 7400 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdarda heroin hissəcikləri aşkar edilmiş 02 ədəd şüşə kolbalar məhv edilməli, eləcə də şəxsi axtarış və avtomobilə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diski, eyni zamanda "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd CD disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 95 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 570 manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş 65 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 390 manat məbləğində pul köçürülməldir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 166 manat 92 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. İş üzrə məhkəmə məsrəfi olan 166 manat 92 qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs2 ona bəraət verilməsi əsası ilə azad edilməlidir. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxlərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi Təqsirləndirilən şəxs1 üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 344-347, 349, 350, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə isə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökm üzrə təyin edilmiş cəza, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-63/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq Təqsirləndirilən şəxs1 02 (iki) 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 9 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 09 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Baləakən RPŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd ağ rəngli kağız parçası bükümündəki təmiz çəkisi 0,264 qram olan narkotik vasitə heroinin tədqiqata ümumilikdə sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,164 qram olan narkotik vasitə heroin, baxış zamanı Şahid2 idarə etdiyi Toyota Prius markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş və tədqiqata təqdim edilmiş 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 1505 qram olan narkotik vasitə heroinin tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 1504,8 qram olan narkotik vasitə heroin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 312,275 qram olan psixotrop maddə metamfetaminin tədqiqata sərf edilən 0,100 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 312,175 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli polietilen torbadakı təmiz çəkisi 7400 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,200 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 7399,8 qram olan narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdarda heroin hissəcikləri aşkar edilmiş 02 ədəd şüşə kolbalar məhv edilsin, eləcə də şəxsi axtarış və avtomobilə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diski, eyni zamanda "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd CD disklərin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 95 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 570 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş 65 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 390 manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 166 manat 92 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar