Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-14/2025 15.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Filizman oğlundan ibarət tərkibdə, X1 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1969-ci il tarixdə Kəlbəcər rayonu, Comərd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Comərd kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Hacallı kəndində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib daşıyaraq saxlamışdır Belə ki, o, satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 0,944 qram, 1,516 qram, 2,823 qram, 0,893 qram olmaqla ümumi təmiz çəkisi 6,176 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək üzərində saxlamış, 13 sentyabr 2022-ci il tarixdə, saat 16:45 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılıb, Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 16:55 dəqiqədə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən, yəni əynində olan açıq şabalıdı rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə olan 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,944 qram, 1,516 qram, 2,823 qram, 0,893 qram olmaqla ümumi təmiz çəkisi 6,176 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşaları saat 12 radələrində gəlmişlər o qəfildən işlədiyi yerdən Polis şöbəsinə aparılmış və orada ona təzyiq edilərək narkotik vasitənin götürməsini və onun olması ilə bağlı etiraf etməsi bildirilmişdir. O, isə həmin narkotik vasitədən imtina etmiş və həmin vaxt o döyülsə belə sənədlərə imza etməkdən imtina etmişdir. Çəkiliş aparılmamış, fotoşəkillər çəkilmişdir. Narkotik vasitə onun üzərinə qoyulmuşdur. O əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmiş və onun narkotik vasitə ilə əlaqəsi olmamışdır. O hətta siqaret belə çəkməmişdir. O, Bərdə rayonunda yerləşən Həmalar İttifaqının binasında icarə əsasında yer götürərək orada ona müracət edən vətəndaşlara müxtəlif orqanlardan ərizələr yazmışdır. 13 sentyabr 2022-ci il tarixdə o Həmkərlar binasına daxil olan zaman 3-4 nəfər polis əməkdaşları gəlmiş və ona “Qazi”-yə ərizə yazmasını bildirmişlər. Ərizənin mahiyyəti avtomobilin tutulması ilə bağlı olmuşdur. Adı keçən qazi isə polislərin öz adamları olmuşdur. O ərizənin surətini çap etmiş və onlar həmin “qazi” ilə polis şöbəsinə getmişlər. O polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmin vaxt onun yanında işləyən Nərgiz adlı qadın da polis şöbəsinə gətirilmişdir. Ona polis şöbəsində “bu narkotiki götür sənə 234.1 qoyuruq”deyilmişdir. Polisdə rəis müavini Şaiq adlı şəxs ondan 1500 manat pul istəmiş o isə imtina etmişdir. Ona narkotiki Şaiq adlı şəxs vermiş, o da etiraz etməmişdir. Narkotik vasitə masa üzərinə qoyularaq şəkli çəkilmişdir. Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə başlanılmış cinayət işi 02 (iki) ay sonra həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. O nə terrorçu, nə də ki, vətən xaini deyil. O sadəcə olaraq aidiyyəti orqanlara şikayət ərizəsi yazmışdır. Şəfəq adlı şəxs onun otağına gəlmiş və o bu barədə polisə şikayət etmişdir. Həmin vaxt o polisə müraciət etməsinə baxmayaraq, polis əməkdaşları gəlməmişlər. O Bərdə rayonunda kompyuter xidmətləri ilə məşğul olmuşdur. Vətəndaşların ərizələrinin yazmışdır. 05 nömrəli marşrut sürücüsü adından 6 yerə şikayət ərizəsi yazılmışdır. Ərizənin mahiyyəti avtomobilin tutulması ilə bağlı olmuşdur. O həmin ərizədə nalayiq ifadələr yazmamışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində nakrotik vasitə heroin aşkar olunmuşdur. Üzərində aşkar olunmuş heroinin çəkisi 5-6 qram olmuşdur. Üzərinə fotoçəkilişlə şəkillərlə baxış keçirilmişdir. Telefonun yaddaşı yararsız olduğundan videoçəkliş qeydə alınmadığından, daha sonra baxış zamanı fotoşəkillər çəkilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, məhkəmədə əvvəllər verdiyi ifadəsini təsdiq edir. 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və sonuncu Bərdə şəhər, Heydər Əliyev prospektində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində olan məlumat narkotik vasitənin üzərində saxlaması olmuş, satması barədə məlumat olmamışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanınmamış və onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxs üzərində 5-6 qrama yaxın narkotik vasitə aşkar olunmuşdur. Sonuncunun üzərinə baxış keçirilərkən sol yan cibindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Saxlanılan zaman piyada olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman ona heç bir təzyiq-təsir olmamış və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş,sona qədər axtarışda iştirak etmişdir. Narktik vasitəni təqsirləndirilən şəxs özü təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o polis şöbəsinin qarşısından keçəndə polis əməkdaşları ona yaxınlaşımış,özlərini təqdim etmiş və vətəndaşın üzərinə baxış keçiriləcəyini bildirib şahid qismində iştirak etməsini xahiş etmişlər, o da etiraz etməmişdir.Sonradan ona adı məlum olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərinə onun iştirakı ilə baxış keçirilmiş və sonuncunun üzərindən 4 və ya 5 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümləri özü təqdim edərək masanın üzərinə qoymuşdur. Bükümdə nə olmasından onun məlumatı olmamışdır. Həmin şəxsin üzərinə bir dəfə baxış keçirilmişdir. O otağa daxil olandan sonra baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü şəxsən bükülünü cibindən çıxarıb təqdim etmişdir. O əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq 13 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan olan şabalıdı rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli politelin kəsiyinin içərisində 4 ədəd siqaretin gümüşü rəngli kağız bükümdə narkotik vasitə hesab edilən heroini təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli 4(021)-123/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 13 sentyabr 2022-ci il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 dekabr 2022-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ayrı-ayrılıqda çəkiləri 0,944 qram, 1,516 qram, 2,823 qram, 0,893 qram ümumi çəkisi 6,176 qram olan müvafiq olaraq tədqiqata 0,2 qram (hər birindən 0,05 qram) tədqiqata sərf olunduğu qeyd edilmiş, buna görə də tədqiqat obyekti qismində təqdim edilmiş narkotik vasitənin qalığı - ümumi təmiz çəkisi 5,976 qram olan heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlama anbarına saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “baxış keçirilməsi” haqqında 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 16 radələrində Polis Şöbəsinin inzibatı binasına gətirilmiş və Təqsirləndirilən şəxs özünün razılığı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasiyasına uyğun olaraq hüquqları Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən izah edildikdən sonra üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə cavab verməmişdir . Daha sonra Təqsirləndirilən şəxs müdafiəçi qismində dəvət olunmuş Bərdə rayon Vəkil bürosunun vəkili X6 təqdim olunmuş və vəkilə hər hansı bir etirazının olub olmaması soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya predmetləri varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə üzərində hər hansı bir qanunsuz əşyanın olmadığını bildirmişdir.Bundan sonra Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən üzərində şəxsi axtarış aparılmasına təhqiqatçının göstərişi əsasında başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan olan şabalıdı rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli politelin kəsiyinin içərisində 4 ədəd siqaretin gümüşü rəngli kağız bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitəyə baxış keçirilmiş, aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkiləri 6,78 qram olmuşdur. Həmin narkotik vasitələr qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. İstintaq hərəkəti zamanı sony markalı foto aparatla şəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin məhkəmə-kimyəvikimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 16/1109 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. X7 üzərindən aşkar edilərək götürülmüş 04 (dörd bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir)ədəd sellofan bükümdə olan 04 (dörd) ədəd gümüşü rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,944qram, 1,516qram, 2,823qram, 0,893qram, ümumi təmiz çəkisi 6,176qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2022-ci il tarixli 1960 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Bərdə rayon polis şöbəsinin 24 noyabr 2022-ci il tarixli cavabından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən əldə etməsi müəyyən olunmamış, lakin qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən olunsada narkotik vasitələri satdığı şəxslərin şəxsiyyəti müəyyən olunaraq dindirilmələri üçün təmin edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon Mehdixanlı kənd İƏD üzrə İcra Nümayəndəliyindən daxil olmuş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Hacalı kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə mənfi xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 dekabr 2022-ci il tarixli arayışından və Bərdə rayon məhkəməsinin 17 iyun 2016cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasışərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(100)-46/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” Publik Hüquqi şəxs X5 Şöbəsinin 16 may 2024-cü il tarixli 335 saylı ekspertiza rəyindən görünür ki, Ekspert komissiyası cinayət işi maferiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixlatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 28 sentyabr 2024-cü il tarixli 3-16-17/41/2-5723/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-cü il tarixində 2 saylı istintaq təcridxanasına qəbul olunmuşdur. İlkin tibbi baxışdan keçirilmiş bədən səthi izərində yeni xəsarət izləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon polis şöbəsinin 27 noyabr 2024-cü il tarixli 65/2-48751/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon X4 Saxlama Yerinə təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayə işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılarkən Bərdə RPŞnin əməkdaşları tərəfindən döymə, işgəncə, fiziki zor və sair təzyiqlərə məruz qalmasını, eləcə də üzərində aşkar olan narkotik vasitələrin ona məxsus olmaması və özünə məxsus olmasını etiraf etməsinə polis əməkdaşları tərəfindən məcbur edildiyini bildirməsi ilə bağlı məhkəmədən Baş Prokurorluğa daxil olmuş məlumatı əsasında Xidməti araşdırmalar ilarəsində araşdırma aparılmış və araşdırma nəticəsində Bərdə RPŞ-nin əməkdaşlarının əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293-cü maddəsinin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün xx.xx.2024-cü il tarixdə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və bu barədə hüquqları izah olunmaqla Təqsirləndirilən şəxs müvafiq məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik iekspertiza mərkəzi” Publik Hüquqi şəxsi xx.xx.2024-cü il tarixli 140 saylı ekspertiza rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yuxarıda göslərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, tibbi sənədlər, anamnestik məlumatlar (kəllə-beyin travması alması barəsində məlumat verməsi, bunlan sonra psixi vəziyyətində dəyişiklk yarandığını söyləməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının arxivində 23 iyun 2018-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək, 11 mart 2019-cu il tarixdən 12 mart 2019-cu il tarixədək “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında 16 iyul 2021ci il tarixdə müayinə zamanı ona (Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəlləbeyin travmasından sonrakı ensefalopatiya. Hipertenzion sindrom. Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, tez-tez təkrarlanan vegetativ damar kristalları üzvi mənşəli şəxsiyyət pozuntusu və digər diaqnozlarla 16 iyul 2026-cı il tarixədək üçüncü dərəcəli əlillik təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü narahat apaması, şöbədaxili rejmə nisbətən çətin tabe olması, ehliyacı olduqda tibb personalını çağırdığı zaman isə səs-küy salması, onları şikayət edəcəyini bildirməsi, nalayiq ifadələr söyləməsi, səbəbsiz yerə qəflətən qışqırması, ekspert komissiyasının sığıncağında aparılan müayinə gedişində bir qədər gərgin olması, təfəkkürünün ləng tempdə və torpid xarakterli olması, özünə maraqlı mövzular üzərində ilişib qalması, mülahizə və mühakimələri bir qədər səthi xarakterli olması, sorğu-sual gedişatında emosional labilliyinin, bir qədər əsəbiliyinin müəyyən edilməsi, söhbət edərkən tez yorulması, bir qədər səbirsiz olması və s.) sübut edir. Bununla yanaşı hal-hazırkı ekspertiza zamanı yoxlanılan şəxs Təqsirləndirilən şəxs müayinə zamanı verilən sualları mahiyyətindən kənarlaşaraq özünü maraqlandıran mövzulardan danışmağa meyilli olması, təkrari verilən sualları cavablandırarkən təhrif olunmuş məlumatlar verməsi, bir-birinə zidd fikirlər söyləməsi, somatik vəziyyətini özünəməxsus şəkildə abardaraq ağır psixi xəstə olması təəssüratı yaratmağa çalışması, davranışında psixi xəstəlik görüntüsünün yaradılmasına xidmət edən əlamətlər, nümayişkarlıq bəzi əlamətlərin həqiqətdə olduğuna nisbətən xeyli şişirtməsi onun aqravasiya etdiyini göstərir. Qeyd olunmalıdır ki, aqravasiya — simulyasiyanın bir növü olub mövcud xəstəliyin, yaxud onun ayrı-ayrı əlamətlərinin şişirdilmiş formada təqdim olunmasıdır. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs aşkar edilən travma mənşəli üzvi şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edəcək səviyyədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd olununan şəxsiyyət pozuntusunun hansı müddətdə əmələ gəldiyini müəyyən etmək mümkün deyil. Bunun üçün təqdim olunmuş tibbi sənədlər kifayət etmir. Eyni zamanda qeyd etmək olar ki, elmi ədəbiyyatdakı məlumata əsasən nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan travma mənşəli üzvi şəxsiyyət pozuntusu kəllə-beyin travmalarının uzaq nəticələrindən biri hesab olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs uydurmağa meyli yaradan psixi xəstəlik müəyyən olunmayıb. Bununla yanaşı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə yalan danışa bilməsi istisna edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Buna görə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti ilə əlaqədar onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması barədə ifadəsinə təniqidi yanaşaraq, işin faktiki hallarına uyğyn olmadığından və cinayət işinin materiallarında olan sübutlar, şahid ifadələri,ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroni əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəltncə isə məhəkəmə kollegiyası hesab edir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs narkotik maddə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də İbtidai istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 5,976 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 5,976 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik maddə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik maddə heroini satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik maddə heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddə heroini qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik maddə heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmədə araşdırılmış işin digər materiallar ilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq üzərindən aşkar edilərək götürülmüş ayrı-ayrılıqda çəkiləri 0,944 qram, 1,516 qram, 2,823 qram, 0,893 qram ümumi çəkisi 6,176 qram olan müvafiq olaraq tədqiqata 0,2 qram (hər birindən 0,05 qram) tədqiqata sərf olunduğu qeyd edilmiş, buna görə də tədqiqat obyekti qismində təqdim edilmiş narkotik vasitənin qalığı - ümumi təmiz çəkisi 5,976 qram olan heroini əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Çernobl iştirakısı olması və İİİ dərəcəlli əlil olması cəzasını yüngülləşdirici hallar vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur.Məhəkəmə təqsirləndirlən şəxsin yaşayış yerindən mənfi xarakterizə olunmasını qeyd edir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 dekabr 2022-ci il tarixli arayışından və Bərdə rayon məhkəməsinin 17 iyun 2016cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 04 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmişdir. Həmin müddət başa çatdığından məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əvvələr məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan ayrı-ayrılıqda çəkiləri 0,944 qram, 1,516 qram, 2,823 qram, 0,893 qram ümumi çəkisi 6,176 qram olan müvafiq olaraq tədqiqata 0,2 qram (hər birindən 0,05 qram) tədqiqata sərf olunduğu qeyd edilmiş, buna görə də tədqiqat obyekti qismində təqdim edilmiş narkotik vasitənin qalığı - ümumi təmiz çəkisi 5,976 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdiyi hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs vəkil Müdafiəçi tərəfindən 40 iş saatı həcmində hüquqi yardım göstərilmişdir. Odur ki, təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkli Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Bərdə Rayon Polis Şöbəsində saxlanılan ayrı-ayrılıqda çəkiləri 0,944 qram, 1,516 qram, 2,823 qram, 0,893 qram ümumi çəkisi 6,176 qram olan müvafiq olaraq tədqiqata 0,2 qram (hər birindən 0,05 qram) tədqiqata sərf olunduğu qeyd edilmiş, buna görə də tədqiqat obyekti qismində təqdim edilmiş narkotik vasitənin qalığı ümumi təmiz çəkisi 5,976 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə Rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-14/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-14/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver