Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-140/2025 08.09.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X13, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Sususzluq kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyənetdi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan orta dərəcəli alkoqol (1,5 promil) sərxoşluğu halında qardaşı X2 məxsus “VAZ 21065” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı minik avtomobilini hər hansı bir etibarnamə olmadan idarə edib Bərdə rayonu, Yeni Əyricə kəndi istiqamətindən Bərdə şəhər istiqamətində hərəkətdə olarkən Bərdə rayonu, Yeni Əyricə kəndində yerləşən “Samux” marketin yaxınlığında, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozmaqla müvafiq olaraq diqqətini daima dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq qarşı hərəkət zolağına çıxmamalı və avtomobili öz zolağı ilə idarə etməklə hərəkət üçün təhlükəli şəraiti yaratmamalı, sərxoş vəziyyətdə avtomobil idarə etməməli, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməməli və avtomobili hərəkət sürəti 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saatla idarə etməməli olduğu halda, cinayətkarcasına etinasızlıq göstərərək bunlara əməl etməyərək əks istiqamətdə hərəkətdə olan Şahid1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi, tanışı X4 məxsus “X11” markalı, “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq həmin avtmobillə toqquşmuş, nəticədə onun avtomoblində ön sağ oturacaqda sərnişin qismində əyləşmiş X14 onurğa beyin qişalarına və toxumasına qansızmalar, İ-İİ və İİİ boyun fəqərələrarası bağların cırılması, boyun fəqərələrinin sınıqları, alın, burun, üst dodaq, alt çənə, sağ bud, sol çiyin nahiyələrinin əzilmiş yaraları, sağ bud, burun, alt çənə sümüklərinin açıq sınıqları, sağ və sol gözətrafı, sağ çiyin nahiyələrinin qançırları, sağ diz qapağı sümüyünün sınığı, alın, sağ gözyuvasıətrafı, sağ dirsək nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmadan ibarət xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 almış olduğu İ-İİ və İİİ boyun fəqərəarası bağın cırılması, İ-İİ-İİİ boyun fəqərələrinin sınığı, onurğa beyin qışasına və toxumasına qansızma ilə müşayiət olunan boynun küt travması xəsarətləri nəticəsində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263- 1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə vaxtı mərhum Qadil Alxasov ilə birlikdə Bərdə rayonu, Ərəblər kəndində işləmişdir. Qadil Alxasovun arvadı Ucar rayonunda olduğuna görə işdən çıxdıqdan sonra, qardaşı X5 və Qadil Alxasovla birlikdə Ucar rayonuna gedib sonuncunun arvadını gətirməli idilər. 23 avqust 2023-cü il tarixdə Qadil ilə birlikdə işdən çıxdıqdan sonra kafeyə gedərək, hər birinə ayrı-ayrılıqda 1 “bokal” spirtli içki olan pivə qəbul etmişlər. Pivə içdikdən sonra Qadil ondan maşınını götürüb paltarlarını dəyişmək üçün evə getmişdir. Qadil Alxasov paltarlarını dəyişib qayıtdıqdan sonra sükan arxasına o, keçmiş, bundan sonra Qadilnın birlikdə Bərdə rayonu, Əyricə kəndində yerləşən ona məxsus evə doğru hərəkət etmişlər. Bərdə rayonu, Əyricə kəndində yerləşən “Samux” marketin qarşısına çatan zaman, qarşıdan sərnişin daşıyan avtobus onlara doğru hərəkətdə olmuşdur. O, sağ hərəkət zolağı ilə, qarşıdan gələn avtomobil isə sol hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Qarşıdan gələn avtomobil anidən əks istiqamət zolağında hərəkət etməyə başlayan vaxt, o, həmin maşınla toqquşacağını ehtimal edib, qəzadan yayınmaq üçün qarşıdan gələn avtomobilin yoluna çıxmışdır. Həmin sərnişin daşıyan avtobus isə yenidən öz hərəkət etdiyi zolağa qayıtdıqda, onun idarə etdiyi avtomobil sürüşərək, sözügedən sərnişin daşıyan avtobusun sol hissəsinə çırpılmışdır. Daha sonra hadisə yerinə gələn X28 Xidmətinin əməkdaşları onları xəstəxanaya aparmış və üzünə tikiş qoyulduqdan sonra polis əməkdaşları xəstəxanaya gələrək onu polis şöbəsinə aparmışlar. O şöbədə olan zaman Qadil Alxasovun vəfat etdiyini öyrənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, idarə etdiyi avtomobil qardaşı Fədail Abdullayevə məxsus olmuşdur. Avtomobil idarə edərkən sürücülük vəsiqəsi olmamış və həmin vaxt içkili olmuş, lakin əlində mobil telefona baxmamışdır. Ümumiyyətlə içki içən olmamış, mərhum ona pivə içməyi təklif etmişdir. Həmin ərazidə sürət həddi 60 km/saat olmuş, o isə avtomobili təxminən 70-80 km/saat sürətlə hərəkət etdirmişdir. “Samux” market adlanan yerə çatmamış sürət həddini azaldaraq maneəni keçdikdən sonra, ət dükanının qarşısında, həmin sərnişin daşıyan avtobus sürücüsünün avtomobilin pəncərə hissəsindən başını çıxararaq kənarda dayanan tanımadağı şəxslə söhbət etmişdir. Daha sonra anidən hərəkət etmiş, o da əks yola çıxıb keçib getmək isdəyərkən, həmin sərnişin daşıyan avtobus təkrar öz zolağına qayıtmış və sözügedən hadisə baş vermişdir. Hadisə vaxtı o tormozlama etsə də, avtomobil dayanmamışdır. Mərhumun yaxınları ilə barışıq əldə etmiş və onlara köməklik göstərmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə oğlu Qadil Alxasov gəlinini anasıgildən gətirmək üçün Ucar rayonuna gedəcəyini bildirmişdir. O da Qadilə axşam zəng edərək, uşaqları özünün gətirəcəyini, onun gəlməməsini desə də, Qadil gələcəyini bildirmişdir. Bir neçə saatdan sonra oğluna zəng etmiş, lakin telefonuna zəng çatmamışdır. Davamlı olaraq zəng etdikdə, oğlunun mobil telefonuna tanımadığı bir şəxsin cavab verdiyini, ona oğlunun avtomobil qəzasına düşdüyünü və xəstəxanaya aparıldığını bildirmişdir. Xəbəri bildikdən dərhal sonra Bərdə rayon xəstəxanasına gedərək, orada oğlunun vəfat etdiyini öyrənmişdir. Əlavə olaraq növbəti məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, yekun qərar qəbul edilməyini və eyni zamanda təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X17 verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışıb, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, xidmətdə olan zaman, yol-nəqliyyat hadisəsi barədə növbətçi hissədən məlumat verildikdən sonra o, hadisə yerinə getmişdir. Göstərilən ünvana başqa avtoqəza ilə bağlı hadisə yerindən getdiyi üçün, ora çatan zaman hadisə yerinin fotoşəkillərinin çəkildiyini, həmçinin avtomobillərin artıq evakuator vasitəsi ilə duracağa, sürücülərin isə X28 vasitəsilə xəstəxanaya aparıldığı ona məlum olmuşdur. Hadisədən artıq 1-2 il keçdiyindən, xatırladığına görə avtomobillərdən biri mikroavtobus, digəri isə “Vaz 2106” markalı avtomobil olmuşdur. Əlavə olaraq şahid X8 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Bərdə rayonu, Əyricə kəndi ərazisində, yanacaqdoldurma məntəqəsinə yaxın iki tərəfli asfalt yolda baş vermişdir. Hadisə baş verən ərazidə sürət həddi yaşayış yeri olduğundan 60 km/saat olmuşdur. Hadisə yerinə yaxınlaşan zaman polis əməkdaşları artıq orada olmuş, onlar yalnız hadisə yerinin mühafizəsi və digər təhlükəsizlik tədbirlərini həyata keçirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əməliyyat-istintaq qrupunda xidmətdə olarkən, Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisində yerləşən “Samux” marketin qarşısında yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə o, Kənan adlı müstəntiq, adını xatırlamadığı sahə müvəkkili və Nihad adlı inspektorla birlikdə yaxınlaşmışlar. Müstəntiq tərəfindən hadisə yerinə baxış və müvafiq istintaq hərəkətləri həyata keçirilmişdir. Onlar hadisə yerinə gəldikləri zaman avtomobillərin hadisə yerində olduğunu, lakin xəsarət alanların xəstəxanaya aparıldığı məlum olmuşdur. Əlavə olaraq Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, onlar hadisə yerinə gəldikləri zaman avtomobillərin orada olduğunu, lakin xəsarət alanların xəstəxanaya aparıldığı məlum olmuşdur. Hadisə yerində olan şəxslərin verdiyi məlumatdan, qəzaya düşən mikroavtobusun şəhər tərəfdən gəldiyi, digər, yəni “Vaz 2106” markalı avtomobilin isə kəndin içəri tərəfindən çıxdığı məlum olmuşdur. Avtomobilləri idarə edən sürücülərin şəxsiyyəti ona məlum olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə yerinə çatan vaxt artıq hadisə bitmişdir. O, hadisə yerinə kömək məqsədilə yaxınlaşmışsdır. Hadisə baş verən əraziyə yaxınlaşan zaman maşından səslər gəldiyini görmüş və mərhumu maşından çıxarmağa çalışmışdır. Asimi orada görməmişdir. Əlavə olaraq Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobillərin qəza edən yeri görmüş, lakin həmin avtomobillər kənarda olmuşdur. O, görən vaxt “Qazel” və “Vaz 2106” markalı avtomobillərin kənarda olduğunu görmüşdür. Hadisə baş verən yol iki tərəfli olmuş və “Qazel” markalı avtomobil öz yolunda olmuşdur. “Vaz 2106” markalı avtomobil Əyricə kəndi tərəfdən gəlmiş və eyni zamanda, “Vaz 2106” markalı avtomobil qarşıdan gələn avtomobilin yoluna çıxmışdır. Daha sonra X28 gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman yük avtomobili idarə etmiş və həmin gün Bərdə şəhərindən yaşadığı evə qayıdırmış, marketə düşmək üçün idarə etdiyi avtomobili saxlamaq istəyərkən, həmin an avtomobilin qəza etdiyini görmüşdür. Əlavə olaraq Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, market sol tərəfdə olmuş, o, isə yolun sağ tərəfində avtomobilini saxlamışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs “Vaz 2106” markalı avtomobili idarə etdiyini görmüşdür. Əvvəllər sözügedən avtomobili görməmişdir. Qarşıda olan maneəni keçib idarə etdiyi avtomobili söndürüb düşmək istəyərkən, hadisə anidən baş vermiş və onunla sağ tərəfdən qəza baş vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə eyni məzmunlu ifadə verərək, iş üzrə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 dekabr 2023-cü il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 dekabr 2025-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 avqust 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisidir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düzdür. Belə ki hadisənin baş verdiyi yer həmin kənddə yerləşən “Samux” marketin qarşısıdır. Hadisə yerində ancaq marketin işıqlandırması vardır, sürət məhdudiyyəti 50 km/saatdır. Hadisə yerində yol iki tərəflidir, qarşı-qarşıya nəqliyyat axınlarını hərəkəti nəzərdə tutulsa da, nişanlanma xətti olmamışdır. Yolun ümumi eni 6,2 metr, zolaqların eni isə 3,1 metrdir. Yola hər iki tərəfdən yol çiyni birləşir. Hadisə yerinə baxış Əyricə kəndi istiqamətindən üzü Yeni Əyricə kəndi istiqamətindədir. Yolda əlavə yol nişanları quraşdırılmamışdır. Baxış zamanı hadisə yeri hadisənin baş vermə ehtimallarına əsasən aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Əyricə kəndi istiqamətindən üzü Yeni Əyricə kəndi istiqamətində hərəkətdə olması, sonra yolun əks istiqamətinə çıxması və daha sonra əks zolaqda hərəkətdə olan Şahid1 idarə etdiyi Mercedes mikroavtobus маркалы ** NK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşması müəyyən edilmişdir. Bu hal hadisə ilə bağlı daha sonra alınmış ifadələrlə öz təsdiqini tapmışdır. Baxış istiqamətində yolun solundan toqquşma yerinə qədər olan məsafə 2,6 metr, sağından soluna doğru 3,6 metrdir. Hadisə yerində tormoz izləri aşkar olunmamışdur. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edə biləcək digər iz və ya hallar aşkar edilərək götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 37 nömrəli rəyindən görünür ki, mərhum X7 meyitində aşkar edilmiş xəsarətlər- onurğa beyin qişalarına və toxumasına qansızmalar, İ-İİ və İİİ boyun fəqərələrarası bağların cırılması, boyun fəqərələrinin sınıqları, alın, burun, üst dodaq, alt çənə, sağ bud, sol çiyin nahiyələrinin əzilmiş yaraları, sağ bud, burun, alt çənə sümüklərinin açıq sınıqları, sağ və sol gözətrafı, sağ çiyin nahiyələrinin qançırları, sağ diz qapağı sümüyünün sınığı, alın, sağ göztərafı, sağ dirsək sıyrıqları həyatidirlər, ölümdən az əvvəl törənmişdir, qərarda göstərilən tarixə-yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həmin xəsarətləri avtomobilin salonunda olduğu vəziyyətdə sərnişin kimi törənə bilərlər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb İ-İİ və İİİ boyun fəqərəarası bağların cırılması, İ-İİ və İİİ boyun fəqərələrinin sınığı, onurğa beyin qışasına və toxumasına qansızma ilə müşayiət olunan boyunun küt travması olmuşdur. Onun ölümü məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023cü il tarixli 1067 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs orta dərəcəli (1,5 promil) alkoqol sərxoşluğu olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3329 nömrəli rəyindən görünür ki,
1. VAZ-2106 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur.
2. Tədqiq olunan şəraitdə Mercedes Benz markalı ** NK *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədiqiqi xüsusi texniki bilik tələb etmir. Sürücü Şahid1 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanası “X30”dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 18-1-28/2- 1772/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ərizəsindən görünür ki, X3 Abdullayevlə barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 sentyabr 2023-cü il tarixli, AZ-İV № 887845 “X12”nin kserosurətindən görünür ki, 16 avqust 2023-cü il təvəllüdlü X15, Təqsirləndirilən şəxs oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 noyabr 2020-ci il tarixli, AZ-İV № 528908 “X12”nin kserosurətindən görünür ki, 03 noyabr 2020-ci il təvəllüdlü X10, Təqsirləndirilən şəxs qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X2 məxsus “VAZ 21065 Minik” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil və X4 məxsus “X11” markalı, “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin, əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, eyni zamanda himayəsində 2 azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Eyni zamanda Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan ilə əvəz edilməli və “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2025-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən eһtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət olduğundan və o, 5 ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-nin 56.1, 56.1.2-ci maddələrinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzaları çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut hesab edilən və X2 məxsus “VAZ 21065 Minik” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil və X4 məxsus “X11” markalı, “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanması üçün qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 08 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış X2 məxsus “VAZ 21065 Minik” markalı, “**-BE-***” dövlət qeydiyyat nişanlı avtomobil və X4 məxsus “X11” markalı, “**-NK-***” dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.