Məhkəmə qərarları › İş №1(100)-141/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-141/2021

29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-141/2021 29.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1968-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 25 iyun 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan təmiz çəkisi 17,883 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 2,107 qramını 1 ədəd polietilen kəsiyi bükümündə Ağstafa şəhəri C.Cabbarlı küçəsində yerləşən yaşadığı 38 nömrəli evin yataq otağındakı paltar şkafında asdığı kostyumunun sağ yan cibində, 15,776 qramını 1 ədəd polietilen kəsiyi bükümündə nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən istifadəsində olan VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının altında satış məqsədi ilə qanunsuz olaraq saxlamış, 25.06.2020-ci il tarixdə saat 19 radələrində Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun Ağstafa şəhəri C.Cabbarlı küçəsində yerləşən yaşadığı 38 nömrəli evə baxış zamanı yataq otağındakı paltar şkafında asdığı kostyumun sağ yan cibində satış məqsədi ilə qanunsuz olaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,107 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin, 27.06.2020ci il tarixdə saat 18 radələrində Ağstafa rayon Polis Şöbəsinin həyətində istifadəsində olan VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin sürücü oturacağının altında satış məqsədi ilə qanunsuz olaraq saxladığı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,776 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 38-də yaşayır. 25.06.2020-ci il tarixdə saat 15 radələrində evinin yanından keçərkən yerdə sellofana bükülmüş tünd qəhvəyi rəngli kütlə görüb götürmüş və görmüşdür ki, narkotik vasitə olan heroindir. O narkotik vasitə olan heroindən istifadə etdiyi üçün yerdən götürmüş, sonra tapdığı narkotik vasitəni evimə aparıb yataq otağındakı paltar dolabından asdığı ona məxsus olan açıq mavi rəngli kostyumun sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 19 radələrində polis əməkdaşları onun evinə gəlib ona evində və avtomobilində narkotik vasitə saxlamaqda şübhəli olmağı barədə əməliyyat məlumatı aldıqlarını deyib evinə baxış keçirəcəklərini bildirmişlər. Baxış zamanı ona təklif edilmişdir ki, üzərində, evində hər hansı bir narkotik vasitə, qanunla qadağan olunmuş əşya varsa təqdim etsin. O da könüllü olaraq evinin yataq otağındakı paltar şkafından asdığı açıq mavi rəngli kostyumunun sağ yan cibindən sellofana bükülmüş heroini çıxarıb polislərə təqdim etmiş və bildirmişdir ki, evinin qarşısından tapıb. Həmin kütlə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə 3,70 qram təşkil etmişdir. Çəkildikdən sonra polis əməkdaşları həmin kütləni ağ rəngli kağız zərfə qoyub qablaşdırmış, o və digər iştirakçılar imzalarla təsdiq etmişlər. Sonra polis əməkdaşları evinə baxış keçirmiş və hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu Ağstafa rayon polis şöbəsinə aparmş, orada ona müdafiəçi təyin edilmiş və o şübhəli şəxs kimi tutulmuşdur. Həmin tarixdə saat 21 radələrində Ağstafa RPŞ-də müdafiəçisi Mehti Hüseynovun iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış və üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və imzası ilə doğruluğunu təsdiq etmişdir. Həmin tarixdə saat 22 radələrində müdafiəçisi Mehti Hüseynovun iştirakı ilə onun istifadəsində olan, qardaşına məxsus VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün Ağstafa şəhəri C.Cabbarlı küçəsinə, avtomobilin olduğu yerə getmişlər. Orada o avtomobil ona məxsus olmadığı üçün baxış keçirilməsinə etirazını bildirmişdir. Ona görə də avtomobilə baxış keçirilməmiş və avtomobilin qapıları, yük yeri və motorxanasının qapağı möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, o da doğruluğunu imzası ilə təsdiq etmişdir. Sonra avtomobil evakuator vasitəsilə Ağstafa rayon polis şöbəsinin həyətinə aparılmışdır. 26.06.2020-ci il tarixdə saat 18 radələrində istifadəsində olan avtomobilin sahibi olan qardaşı Şahid9, onun, müdafiəçi Mehti Hüseynovun və polis əməkdaşlarının iştirakı ilə Ağstafa rayon polis şöbəsinin həyətində avtomobilin möhürləri sökülmüş, avtomobilə iştirakları ilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomobilin qabaq sürücü oturacağının alt hissədindən bir ədəd sellofana bükülü halda tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Sonra baxış keçirilən zaman avtomilin qabaq sürücü oturacağının yan tərəfindən 01 ədəd üzlüyü ilə birlikdə bıçaq aşkar olunmuş, aşkar olunan predmetlər götürülərək kağız zərflərdə qablaşdırılmış, üzərləri möhürlənmiş və imzaları ilə təsdiq etmişdirlər. Avtomobilin qabaq sürücü oturacağı tərəfdən aşkar edilmiş sellofana bükülü halda tünd qəhvəyi rəngli kütlə, yəni narkotik vasitə olan heroin ona məxsus deyil, həmin narkotik vasitəni oraya kimin qoyduğunu bilməmişdir. Lakin aşkar edilmiş 1 ədəd bıçaq ona məxsusdur, həmin bıçağı suvenir kimi avtomobilə qoymuşdur. O sonuncu dəfə 25.06.2020-ci il tarixdə səhər saatlarında VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağstafa rayon mərkəzi bazarına getmiş, sonra evə qayıdıb avtomobili küçədə saxlamış, həmin vaxt avtomobilin qapılarını bağlamışdır. O heç kimə narkotik vasitə satmamışdır. 01.04.2020-ci il saat 20:09:29-da Məzahir Vəliyevin adına olan **********45 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “ Emi qadan alaram nece gundu hec ne cekmirem azca bir wey vererdin cekerdim imkan varsa”, 02.04.2020-ci il saat 14:01:36-da və 14:03:37 Məzahir Vəliyevin adına olan **********45 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Emi qiz pul verdi yari bolerdiy 20 liyim var. Mənim əlim catmir hec nə eləmirəm başa duş”, 04.04.2020ci il saat 17:14:44-də Şahid6 adına olan **********82 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Qaqa men sa hecne satmamisam yaxsi poxi cixib”, 04.04.2020-ci il saat 20:20:46-da Şahid6 adına olan **********82 saylı mobil nömrədən istifadəsində olan **********37saylı nömrəyə “Emi goturub qoydufun yerden mada duz qos nolar xec kime demiyexem”, 05.04.2020-ci il saat 08:29:19-da istifadəsində olan **********37 saylı nömrədən Şahid7 adına olan **********33 saylı mobil nömrəyə “Qaqa məni yaddan cixartma al bölək”, 05.04.2020-ci il saat 11:44:45-də Şahid6 adına olan **********82 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Agali belke yasdan cixartdi eleyesen hemid baba oldu”, 08.04.2020-ci il saat 17:31:07-də X2 adına olan **********49 saylı mobil nömrədən sizin istifadəsində olan **********37 saylı nömrəyə “Emi evdeyem hec hara cixmiram 10 varimdi duzeler teze almiwam bu nomreni”, 10.04.2020-ci il saat 21:46:47-də X2 adına olan **********49 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Emi axwamin xeyir evdeyem nenemin pensiyasi kocene kimi 10 manat siqaret pulu vererdin imkan varsa kocen kimi allaha and olsun verecem”, 12.04.2020-ci il saat 18:17:57-də istifadəsində olan **********37 saylı nömrədən Rəhman Məmmədovun adına olan **********50 saylı mobil nömrəyə “Qaqa başa duş agriyiram nə olar”, 25.05.2020-ci il saat 23:20:10-da Şahid8 adına olan **********42 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Emi imkan var yarim sat qirx deqe ele pulu gotrumu emi?”, 28.05.2020-ci il saat 20:56:53-də, 20:58:40-da və 20:51:27-də Şahid8 adına olan **********42 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Emi bir soz de bilim. Emi sen gozdet dedin pulu gotmuwem bir vaxt de bilim. Emi wemkirdeyem yoldayam 1 dene butun goturejem catim yiqajam”, 09.06.2020-ci il saat 1:11:36-də X2 adına olan **********49 saylı mobil nömrədən istifadəsində olan **********37 saylı nömrəyə “Emi balaca dawin ola ayin agzina atasan bir iki tusdu vuram yatam” mesajlarının nə ilə bağlı yazıldığını dəqiq xatırlamamışdır. O Şahid5 tanıyır, onun qonşusudur. Onun da narkotik vasitə istifadə etdiyini bilir, dəqiq xatırlamadığı vaxtlarda Vüsalla birlikdə narkotik vasitə olan “kakos” istifadə etmiş, həmin vaxt o Vüsaldan pul almamışdır. Lakin o Şahid5 və başqa şəxsə narkotik vasitə satmamış, satmaq məqsədi də olmamışdır. Şahid8 tanıyır, o dostunun oğludur. Qorxmaz onun ailə üzvü kimi evinə gedib-gəlib, lakin o yaşadığı evin qarşısında Qorxmazdan 10 manat pul alarlaq ona narkotik vasitə satmamışıdr. Ola bilər ki, evinə lazım olan ərzaq mallarının alınması üçün Qorxmaz ondan pul götürüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 1989-cu ildən narkotik vasitə qəbul edir, hal-hazırda narkotik vasitə aludəçisidir. Əvvəllər qanunsuz olaraq narkotik vasitə saxlamağa görə CM-nin 234-cü maddəsinin müxtəlif bəndləri ilə məhkum olunmuşdur. Sonuncu dəfə 2016-cı ilin mart ayının 15-də məhkumluq həyatını başa vurub azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs çoxdan tanıyır. Onun narkotik vasitənin satışı ilə məşğul olmasını bilir. Müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin yarım qramını 30 manata almışdır. Sonuncu dəfə təxminən 4-5 gün bundan qabaq istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və Ağstafa şəhərində onunla görüşüb ondan 25 manat müqabilində bir bükümdə narkotik vasitə olan heroini almışdır. O həmin vaxt idarə etdiyi “VAZ2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Babək avtomobillə onun yanında dayanmış, Babək ayrıca bükümdə ona narkotik vasitə olan heroini vermiş, o da 25 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O narkotik vasitə satışı ilə məşğul olmamış, həmin narkotik vasitəni isə öz şəxsi istifadəsi üçün almışdır. Onun aldığı bir büküm ona bir müddət kifayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin CAB-nin rəisi vəsifəsində, polis kapitanı vəzifəsində xidmət edir. 25.06.2020-ci il tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı evdə narkotik vasitə olan heroin saxlanması barədə Ağstafa RPŞ-nin X4 baş əməliyyat müvəkkili polis mayoru Vüsal Murtuzayevə əməliyyat məlumatı daxil olmuşdur, həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə Vüsal Murtuzayev raportla Ağstafa RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. RPŞ-nin rəhbərliyi Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq vermiş, bundan sonra Vüsal Murtuzayev əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, CAB-nin digər əməliyyat müvəkkilləri daxil edilmişdir. Bundan sonra saat 19 radələrində onlar Vüsal Murtuzayevin rəhbərliyi ilə Təqsirləndirilən şəxs Ağstafa şəhərində yerləşən yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs həmin vaxt evdə olmuşdur. Əməliyyat qrupunun rəhbəri X22 Hacıyevə izah etmişdir ki, onun üzərində, idarə etdiyi VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı evdə narkotik vasitə olan heroin saxlanması barədə məlumat daxil olub, həmin məlumatı yoxlamaq üçün əməliyyat tədbiri keçirilir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə evin həyətinə daxil olmuşlar, orada Ağstafa RPŞ-nin TB-nin tədqiqatçısı baxış keçirməyə başlamışdır. Baxış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə etməklə videoçəkiliş aparılmışdır. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində, evində narkotik vasitə varsa təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs isə evində narkotik vasitə olduğunu bildirmişdir və onlarla birlikdə evinin yataq otağına daxil olaraq pöaltar şkafından asılmış göy rəngli kostyumun sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heoroinə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə oxşar kütləni tapdığını, özü narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 1 ədəd sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heoroinə oxşar kütlə yataq otağındakı stolun üstündə elektron tərəziyə qoyularaq çəkildi, çəkisinin 3,70 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə 1ədəd kağız zərfə qoyulmuşdur, zərfin ağzı bağlanmışdır, möhürlənmişdir, Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı evə baxış keçirilmişdir, lakin baxış zamanı heç bir narkotik vasitə, qanunsuz saxlanılan hər hansı əşya aşkar olunmamışdır. Sonra baxış keçirilməsi başa çatdırılmış, bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, o və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs Ağıstafa rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur, müdafiəçi ilə təmin edilmişdir. Sonra Ağstafa rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmışdır, lakin onun üzərindən narkotik vasitə, qanunsuz saxladığı hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə etməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, onun müdafiəçisi, o, və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışlar. Bundan sonra həmin gün saat 22 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxslə istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı,VAZ21074 markalı avtomobilə baxış keçirilməsi üçün onunla birlikdə yaşadığı evin qarşısına getmişlər. Həmin vaxt **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobil Təqsirləndirilən şəxs evinin qarşısındakı küçədə dayanıqlı vəziyyətdə olmuşdur, Orada təhqiqatçı Bəxtiyər Ələkbərov avtomobilə baxış keçirtməyə başlamışdır, Baxış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır, Baxış zamanı təhqiqatçı X15 Hacıyevə **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobildə narkotik vasitə varsa təqdim etməyi təklif etmişdir, Təqsirləndirilən şəxs isə avtomobilin ona məxsus olmadığını, baxış keçirilməsinə etiraz etdiyini bildirmişdir. Avtomobilin qapıları bağlı olduğu üçün onlar baxış keçirə bilməmiş, buna görə də təhqiqatçı Bəxtiyar Ələkbərov tərəfindən avtomobilin qapıları, yük yeri və kapotu möhürlənmişdir, bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, onun müdafiəçisi, o, və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışlar. **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobil evakuator vasitəsi ilə Ağstafa rayon Polis şöbəsinin həyətinə aparılmışdır. 26.06.2020-ci if tarixdə **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs qardaşı Hacıyev X25 rayon Polis Şöbəsinə dəvət edilmişdir, ona **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilə baxış keçilməli olduğu izah edilmişdir. Şahid9 isə həmin avtomobilin ehtiyat açarının onda olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Şahid9 evinə gedərək avtomobilin açarını gətirdikdən sonra həmin gün saaf 18 radələrində Ağstafa rayon Polis Şöbəsinin həyətində müstəntiq Təhmasib Yusifov tərəfindən Şahid9, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şahid9 avtomobilin ehtiyat açarını təqdim etmiş, avtomobilin qapılarının, yük yerinin və kapotunun möhürləri sökülmüş, açarla qapılar açıldıqdan sonra avtomobilin salonuna baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürücü oturacağının alt hissəsindən 1 ədəd sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi davam etdirilmiş, avtomobilin sürücü oturacağının yan tərəfindən 1 ədəd bıçaq aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə və 1 ədəd bıçaq ayrı-ayrı kağız zərflərə qoyulmuş, Zərflərin ağzı bağlanmış, möhürlənmişdir, Təqsirləndirilən şəxs, müdafiəçisi, Şahid9 və onlar tərəfindən imzalanmışdır. Sonra baxış keçirilməsi başa çatdırılmışdır, bu barədə müstəntiq Təhmasib Yusifov tərəfindən tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi vaxtda, 25.06.2020-ci il tarixdə Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs üzərində, idarə etdiyi avtomobildə və yaşadığı evdə narkotik vasitə olan heroin saxlaması barədə Ağstafa RPŞnin X4 baş əməliyyat müvəkkili polis mayoru Vüsal Murtuzayevə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması üçün Vüsal Murtuzayev raportla Ağstafa RPŞ-nin rəhbərliyinə məruzə etmişdir, RPŞ-nin rəhbərliyinin Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq vermiş, bundan sonra Vüsal Murtuzayev əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 19 radələrində onlar Vüsal Murtuzayevin rəhbərliyi ilə Təqsirləndirilən şəxs Ağstafa şəhərində yerləşən yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs özü həmin vaxt evdə olmuşdur. Əməliyyat rupunun rəhbəri X22 Hacıyevə izah etmişdir ki, onun üzərində, idarə etdiyi VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə və yaşadığı evdə narkotik vasitə olan heroin saxlaması barədə məlumat daxil olmuşdur, həmin məlumatı yoxlamaq üçün əməliyyat tədbiri keçirilir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə evin həyətinə daxil olmuşlar, orada Ağstafa RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Bəxtiyar Ələkbərov baxış keçirməyə başlamışdır. Baxış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Baxış zamanı X15 Hacıyevə üzərində, evində narkotik vasitə varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə evində narkotik vasitə olduğunu bildirmişdir və onlarla birlikdə evinin yataq otağına daxil olaraq paltar şkafindan asılmış göy rəngli kostyumun sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə oxşar kütləni tapdığını, özü narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə yataq otağındakı stolun üstündə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 3,70 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə 1 ədəd kağız zərfə qoyulmuş, zərfin ağzı bağlanmış, möhürlənmişdir, Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır, təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs özünün iştirakı ilə onun yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı heç bir narkotik vasitə aşkar olunmamışdır. Sonra baxış keçirilməsi başa çatdırılmışdır, bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, o və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs Ağstafa rayon Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra Ağstafa rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, lakin onun üzərində narkotik vasitə, qanunsuz saxladığı hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla Təqsirləndirilən şəxs, onun müdafiəçisi, o və digər polis əməkdaşları tanış olduqdan sonra imzalamışlar. Bundan sonra həmin gün saat 22 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxslə istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilə baxış keçirilməsi üçün onunla birlikdə yaşadığı evin qarşısına getmişlər. Həmin vaxt **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobil Təqsirləndirilən şəxs evinin qarşısındakı küçədə dayanıqlı vəziyyətdə olmuşdur. Orada təhqiqatçı Bəxtiyar Ələkbərov avtomobilə baxış keçirməyə başlamışdır. Baxış zamanı Ağstafa RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Baxış zamanı. təhqiqatçı Təqsirləndirilən şəxs **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobildə narkotik vasitə varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs avtomobilin ona məxsus olmadığını bildirərək baxış keçirilməsinə etiraz etmişdir. Avtomobilin qapıları bağlı olduğu üçün baxış keçirilməsi mümkün olmamışdır, buna görə də təhqiqatçı tərəfindən avtomobilin qapıları, yük yeri və kapotu möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protocol tərtib edilmişdir, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, o və digər polis əməkdaşları protokolla tanış olduqdan sonra imzalamışlar. Daha sonra **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobil evakuator vasitəsi ilə Ağstafa rayon Polis şöbəsinin həyətinə aparılmışdır. 26.06.2020-ci il tarixdə **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilin sahibi Təqsirləndirilən şəxs qardaşı Hacıyev X25 rayon Polis Şöbəsinə dəvət edilmiş, ona **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilə baxış keçilməli olduğu izah edilmişdir. Şahid9 isə həmin avtomobilin ehtiyat açarının onda olduğunu, avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Şahid9 evinə gedərək avtomobilin açarını gətirdikdən sonra həmin gün saat 18 radələrində Ağstafa rayon Polis Şöbəsinin həyətində müstəntiq Təhmasib Yusifov tərəfindən Şahid9, Təqsirləndirilən şəxs və onun müdafiəçisinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Ağstafa RPŞnin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis kapitanı X18 tərəfindən videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Şahid9 avtomobilin ehtiyat açarını təqdim etmişdir, avtomobilin qapılarının, yük yerinin və kapotunun möhürləri sökülmüşdür, açarla qapılar açıldıqdan sonra avtomobilin salonuna baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürücü oturacağının alt hissəsindən 1 ədəd sellofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinə oxşar kütlənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi davam etdirilmiş, avtomobilin sürücü oturacağının yan tərəfindən 1 ədəd bıçaq aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə və 1 ədəd bıçaq ayrı-ayrı kağız zərflərə qoyulmuşdur, zərflərin ağzı bağlanmış, möhürlənmişdir, Təqsirləndirilən şəxs, müdafiəçisi, Şahid9 və tərəfimizdən imzalanmışdır. Sonra baxış keçirilməsi başa çatdırılmış, bu barədə müstəntiq Təhmasib Yusifov tərəfindən tərtib edilmiş protokolla tanış olduqdan sonra imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusudur. Onunla münasibəti yaxşı olub, aralarında düşmənçilik, ədavət olmamışdır. Əvəllər o narkotik vasitə olan heroini siqaretə qatıb çəkmişdir. Lakin hal-hazırda istifadə etmir. **********56 saylı nömrə ona məxsusdur və istifadəsindədir. **********49 saylı nömrə anası X3 adına olsa da, həmin nömrəni o istifadə etmişdir. 01.04.2020-ci il və 03.04.2020-ci il tarixlərdə **********56 saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrəyə nə üçün zəng vurduğunu bilməmişdir. 08.04.2020-ci ildə saat 17:31:07-də istifadəsində olan **********49 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrəyə “Emi evdeyem hec hara cixmiram 10 varimdi duzeler teze almiwam bu nomreni”, 10.04.2020-ci il saat 21:46:47-də “Emi axwamin xeyir evdeyem nenemin pensiyasi kocene kimi 10 manat siqaret pulu vererdin imkan varsa kocen kimi allaha and olsun verecem”, 09.06.2020-ci il saat 1:11:36da “Emi balaca dawin ola ayin agzina atasan bir iki tusdu vuram yatam” mesajlarını o yazmışdır. “Emi evdeyem hec hara cixmiram 10 varimdi duzeler teze almiwam bu nomreni” mesajını yazmaqda məqsədi Babəkdən 10 manata narkotik vasitə olan “kakos” almaq olmuşdur. Lakin Babək ona cavab verməmiş, həmin vaxt ondan narkotik vasitə ala bilməmişdir. “Emi axwamin xeyir evdeyem nenemin pensiyasi kocene kimi 10 manat siqaret pulu vererdin imkan varsa kocen kimi allaha and olsun verecem” yazmaqda məqsədi Babəkdən borc olaraq 10 manat pul almaq olmuş, lakin həmin vaxt Babək ona borc pul verməmişdir. “Emi balaca dawin ola ayin agzina atasan bir iki tusdu vuram yatam” mesajını yazmaqda məqsədi Babəkdən pulsuz narkotik vasitə olan kakos almaq olmuşdur. Belə ki, o üstüörtülü Babəkə yazmışdır ki, “əmi balaca daşın ola bəlkə aynanın ağzına atasan bir-iki tüstü vuram yatam”. Lakin Babək həmin vaxt da ona cavab verməmiş və ona narkotik vasitə olan kakos verməmişdir. O 2019-ci ilin dəqiq xatırlamadığı vaxtlarında 3-4 dəfə Təqsirləndirilən şəxs pulsuz miqdarını dəqiq bilmədiyi narkotik vasitə olan heroin almışdır. O, Təqsirləndirilən şəxs pul ödəyərək ondan narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, **********82 saylı nömrə onun adınadır və istifadəsindədir. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Bundan başqa o Babəklə qonşudur. 04.04.2020-ci ildə saat 17:14:44-də “Qaqa men sa hecne satmamisam yaxsi poxi cixib” mesajını yazan ərəfələrdə o Babəkə öz qızıl üzüyünü satmış, onun üzük satdığını ailə üzvləri bilməmiş, üzüyü itirdiyini demişdir, Babəkə mesaj yazmışdır ki, ailə üzvləri ondan soruşsa üzüyü ona satdığını deməsin. O Təqsirləndirilən şəxs **********82 saylı nömrəsi ilə istifadəsində olan **********82 saylı nömrə vasitə ilə hərdən əlaqə saxlamış, 04.04.2020-ci ildə saat 17:37:30-da və 17:38:15-də ondan nə məqsədlə ondan zəng etməsini xahiş etdiyini bilməmişdir. 04.04.2020-ci ildə saat 20:20:46-da “Emi goturub qoydufun yerden mada duz qos nolar xec kime demiyexem” mesajını Babəkə yazmaqda məqsədi ondan borc pul almaq olmuşdur. Belə ki, onun borc pul aldığı adam olmuş, o Babəkə mesaj yazmışdır ki, ona da pul alıb versin. 05.04.2020-ci ildə saat 11:44:45-də “Agali belke yasdan cixartdi eleyesen hemid baba oldu” mesajını yazmamışdan 40 gün əvvəl babası Həmid Əliyev vəfat etmişdir. O Babəkə mesaj yazmışdır ki, ona qonaqlıq versin, gedib oturub yeyibiçsinlər. O hal-hazırda heç bir narkotik vasitədən istifadə etmir, o Təqsirləndirilən şəxs və başqa şəxsdən narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Ağstafa şəhəri 20 Yanvar küçəsi ev 50-də ailəsi ilə birlikdə yaşayır. ***-***-**-** saylı nömrə onun adınadır və istifadəsindədir. 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun-iyul aylarına qədər Təqsirləndirilən şəxs Ağstafa şəhərində yerləşən işlətdiyi elektrik malları mağazasında satıcı işləmişdir. İstifadənizdə olan **********33 saylı nömrə ilə 05.04.2020-ci ildə saat 8:29:19-da “Qaqa məni yaddan cixartma al bölək” mesajını Babəkə nə üçün yazdığımı xatırlamamışdır. O heç bir narkotik vasitədən istifadə etmir. O Təqsirləndirilən şəxs və başqa şəxsdən narkotik vasitə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Ağstafa şəhəri S.Vurğun küçəsi ev 53-də ailəsi ilə birlikdə yaşayır və Qazax şəhərində yerləşən “Brend Şop” adlanan mağazada satıcı işləyir. O əvvəllər narkotik vasitə olan heroindən istifadə etmişdir, təxminən 3-4 aydır ki, narkotik vasitələrdən istifadə etmir. O narkotik vasitələrdən istifadə etdiyi dövrdə narkotik vasitələri Ağstafa şəhər sakini, uzun müddətdir ki, tanıdığı Təqsirləndirilən şəxs almışdır. Belə ki, Babəkdən ümumilikdə iki dəfə narkotik vasitə olan “kakos” almışdır. İlk dəfə Babəkdən narkotik vasitə “kakosu” 2020-ci ilin may ayında və ondan 10 gün sonra almışdır. Hər dəfə Babəkə 10 manat pul vermişdir. Bundan sonra o Babəkdən narkotik vasitə almamışdır. Əvvəl ***-***-**-** saylı nömrə ona məxsus olub, o təxminən 3 aydır ki, telefon işlətmir. ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə “Emi imkan var yarim sat qirx deqe ele pulu gotrumu emi?” mesajını yazaraq pulu olduğunu bildirib ona narkotik vasitə verməsini istəmiş, sonrada Babəkin yaşadığı evin qarşısına gedərək onunla görüşmüş, narkotik vasitəni ondan alıb Babəkə 10 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı avtomobil nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə ilə ona məxusdur. Həmin nəqliyyat vasitəsini təxminən 5-6 il əvvəl qonşusu X5 almışdır. Bundan başqa qardaşı Təqsirləndirilən şəxs da **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadə etmiş, buna görə də X14 da ona nəqliyyat vasitəsindən istifadə etmək haqqında etibarnamə vermişdir. Təxminən 1 il olar ki, **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ21074 markalı avtomobil qardaşı Babəkin istifadəsində olmuşdur. 25.06.2020-ci il tarixdə eşitmişdir ki, qardaşı Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə aşkar olunub və o, istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ21074 markalı avtomobil polis şöbəsində aparılıb. 26.06.2020-ci il tarixdə saat 17 radələrində Ağstafa rayon polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etmişdirlər. Polis əməkdaşları ona **-BD- *** dövlət qeydiyyat nişanlı, VAZ21074 markalı avtomobilə baxış keçirilməli olduğunu, avtomobilin açarının olmadığını bildirmişlər. O isə avtomobilin ehtiyat açarlarının onda olduğunu demiş və evindən ehtiyat açarları götürüb polis əməkdaşlarına təqdim etmiş, **- BD-*** dövlət qeydiyyat nişanlı, VAZ21074 markalı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə vermişdir. Bundan sonra həmin gün saat 18 radələrində onun, qardaşı Babəkin, müdafiəçisi Mehti Hüseynovun və polis əməkdaşlarının iştirakı ilə Ağstafa rayon polis şöbəsinin həyətində **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ21074 markalı avtomobilə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomobilin qapılarının, yük yerinin, kapotunun möhürləri sökülmüşdür. Baxış zamanı avtomobilin qabaq sürücü oturacağının alt hissəsindən bir ədəd sellofana bükülü halda tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Sonra baxış keçirilən zaman avtomilin qabaq sürücü oturacağının yan tərəfindən 01 ədəd üzlüyü ilə birlikdə bıçaq aşkar olunmuş, aşkar olunan predmetlər götürülərək kağız zərflərdə qablaşdırılmış, üzərləri möhürlənmiş və imzalarla təsdiq etmişdirlər. Bu barədə protokol tərtib edilmiş, o da digər şəxslərlə birlikdə protokolla tanış olub imzalamışdır. Avtomobilin qabaq sürücü oturacağının alt hissədindən aşkar olunmuş kütlənin nə olması, kimə məxsus olması barədə onun heç bir məlumat olmamışdır. Lakin bıçağın qardaşı Babəkin olduğunu bilmişdir. O təxminən 1 ildir ki, **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ21074 markalı avtomobildən istifadə etməmişdir. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 25.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə, idarə etdiyi VAZ21074 markalı avtomobilə və Ağstafa şəhər C.Cabbarlı küçəsində yaşadığı evə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. “Baxış keçirilməsi haqqında” 25.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 38 ünvanında olarkən Babək Əliyevə üzərində və yaşadığı evdə narkotik vasitə, psoxotrop maddə, onun prekursorları və dövriyyəsi qadağan olunmuş digər əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağındakı paltar şkfaından asdığı açıq mavi rəngli kostyumun sağ yan cibindən sellofana bükülmüş tünd qəhvəyi rəngli, kəskin iyli kütləni təqdim edərək həmin narkotik vasitəni evinin qarşısında yerdə tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş, sellofanla birlikdə çəkisinin çəkisinin 3,70 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd qəhvəyi rəngli, kəskin iyli kütlə, narkotik vasitə olan heroinə oxşar kütlə 1 ədəd ağ rəngli kağız zərfə qoylub qablaşdırılmış, DİN-in “zərflər üçün №88” mətninə malik möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs evində başqa narkotik vasitə və dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Baxış zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. «Şəxsi axtarış aparılması və götürmə haqqında» 25.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı paltarında və bədənində narkotik vasitələrə oxşar kütlə və dövriyyəsi qadağan edilmiş digər əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokol şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış keçirilməsi haqqında” 25.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi, Ağstafa şəhəri C.Cabbarlı küçəsində, yaşadığı evin yaxınlığında dayanıqlı vəziyyətdə olan **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə və qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobili baxış keçirilməsi üçün təqdim etməsi təklif edilmiş, sonuncu avtomobilin ona məxsus olmadığını bildirərək baxış keçirilməsinə etiraz etmişdir. Bundan sonra avtomobilin qapıları, yük yeri, kapotu Azərbaycan Respublikası DİN-in 4121 nömrəli möhürü ilə möhürlənərək evakuator vasitə ilə olduğu yerdən götürülüb Ağstafa rayon Polis Şöbəsinin dayanacağına yerləşdirilmişdir. Baxış zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. 26.06.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq idarə etdiyi “VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. 26.06.2020-ci il tarixli ərizədən görünür ki, Şahid9 ərizə yazaraq baş etibarnamə ilə ona məxsus olan “VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” 26.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı avtomobilə baxış zamanı avtomobilin sürücü oturacağının altından 01 ədəd açıq rəngli polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Bundan sonra **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2106” markalı avtomobilin sürücü oturacağının yan tərəfindən 01 ədəd üzlüyü olan bıçaq aşkar olunmuşdur. Baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək narkotik vasitələrə oxşar kütlələr, digər əşya və sənədlər aşkar olunmamışdır. Baxış zamanı **-BD- *** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı avtomobilin sürücü oturacağının altından aşkar olunmuş 01 ədəd açıq rəngli polietilen sellofana bükülmüş tünd qəhvəyi rəngli kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 19,86 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin narkotik vasitəyə bənzədiyini, orada olduğunu bilmədiyini bildirmişdir. Baxış zamanı **-BD-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 2107” markalı avtomobilin sol qabaq sürücü oturacağının alt hissəsindən aşkar olunmuş 1 ədəd açıq rəngli sellofana bükülmüş tünd qəhvəyi rəngli kütlə və sürücü oturacağının yan tərəfindən aşkar olunmuş 01 ədəd üzlüyü olan bıçaq iş üçün sübut əhəmiyyətinə malik olduğundan götürülüb ayrı-ayrılıqda ağ rəngli kağız zərfin içərisinə qoyulub qablaşdırılaraq DİN-in “zərflər üçün №88” mətninə malik möhürü ilə möhürlənmiş, həmin zərflərin üzərində qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı “Samsung” markalı videokameradan istifadə edilməklə çəkilmiş videogörüntü 1 ədəd DVD diskə yazılaraq protokola əlavə edilmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. “Dsikə baxış keçirilməsi haqqında” 23.10.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə məhkəmə qərarı əsasında keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd DVD diskə baxış keçirilmiş, diskin içərisində “51253_Zəng Statistika (Qarşı Abunə)-**********37.xlsx”, “51254_SMS Məzmun (Qarşı Abunə)- **********37.xlsx”, “51255_B-S Yer Dəyişdirmə (Hamısı)-**********37.xlsx” adlı faylların olduğu müəyyən edilmişdir. “51253_Zəng Statistika (Qarşı Abunə)-**********37.xlsx” adlı fayla baxış zamanı 01.04.2020-ci il saat 00:00:00-dan 27.06.2020-ci il saat 00:00:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərin siyahısının, zənglərin vaxtının, müddətinin, anten və anket məlumatlarının qeyd olunduğu məlum olmuşdur. Həmin cədvəldə baxış zamanı müəyyən edilmişdir ki, 08.04.2020-ci ildə saat 20:50:38-də X2 adına olan **********49 saylı nömrədən (anten-qeyd olunmayıb) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zəng edilmiş, 30 saniyə danışıq olmuşdur. 10.04.2020-ci ildə saat 21:44:38-də və 22:21:12-də X2 adına olan **********49 saylı nömrədən (anten-qeyd olunmayıb) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, danışıq olmamışdır. 25.05.2020-ci ildə saat 23:11:35-də, 23:12:01-da Şahid8 adına olan **********42 saylı nömrədən (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər edilmiş, müvafiq olaraq 64, 62 saniyə danışıqlar olmuşdur. 28.05.2020-ci ildə saat 19:12:02-də, 20:35:22-də, 21:01:33-də, 21:02:16-da, 21:31:50-də, 21:42:41-də, 21:44:37-də Şahid8 adına olan **********42 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 34, 16, 1, 10, 20, 8, 13 saniyə danışıqlar olmuşdur. 29.05.2020-ci ildə saat 21:48:27-də, 21:56:17-də, 22:07:25-də, Şahid8 adına olan **********42 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 49, 28, 27 saniyə danışıqlar olmuşdur. 21.06.2020-ci ildə saat 12:44:54-də, 13:04:05-də, 13:16:26-da, 20:10:36-da, 20:14:13-də, 20:39:52-də Fəxrəddin Əsədovun adına olan **********64 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 61, 54, 13, 12, 21, 35 saniyə danışıqlar olmuşdur. 22.06.2020-ci ildə saat 9:17:34-də, 10:58:57-də, 11:20:11-də Fəxrəddin Əsədovun adına olan **********64 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 13, 53, 27 saniyə danışıqlar olmuşdur. 23.06.2020-ci ildə saat 21:13:24-də, 22:27:29-da, 22:29:11-də Fəxrəddin Əsədovun adına olan **********64 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 0, 66, 65 saniyə danışıqlar olmuşdur. 24.06.2020-ci ildə saat 13:25:45-də, 13:33:55-də, 13:34:09da, 13:38:24-də, 13:38:41-də, 13:55:24-də Fəxrəddin Əsədovun adına olan **********64 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 64, 51, 0, 27, 31, 27 saniyə danışıqlar olmuşdur. 25.06.2020-ci ildə saat 14:45:10-da, 14:50:40-da Fəxrəddin Əsədovun adına olan **********64 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 0, 66, 65 saniyə danışıqlar olmuşdur. 25.06.2020-ci ildə saat 14:45:10-da, 14:50:40-da Fəxrəddin Əsədovun adına olan **********64 saylı nömrə ilə (anten- Aghstafa rayonu, 20 Yanvar dongasi, 7-ci mahalla) Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrə arasında (anten- Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel) zənglər olmuş, müvafiq olaraq 0, 66, 65 saniyə danışıqlar olmuşdur. Digər zənglər barədə məlumatların protokola qeyd edilməsi və ya çap edilərək protokola əlavə olunması cinayət işinin həcminin lüzumsuz olaraq böyüməsinə səbəb olacağından, protokolda qeyd edilməmiş və çap edilərək protokola əlavə olunmamışdır.51254_SMS Məzmun (Qarşı Abunə)-**********37.xlsx” adlı fayla baxış zamanı 01.04.2020-ci il saat 00:00:00-dan 27.06.2020-ci il saat 00:00:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə daxil olan və həmin nömrədən göndərilən SMS-lərin siyahısının, vaxtının, məzmununun, anten və anket məlumatlarının qeyd olunduğu müəyyən edilmişdir. Həmin fayllara baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik olan SMS-lər aşkar edilmişdir. Belə ki, 01.04.2020-ci il saat 20:09:29da Məzahir Vəliyevin adına olan **********45 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS- Emi qadan alaram nece gundu hecne cekmirem azca bir wey vererdin cekerdim imkan varsa. 02.04.2020-ci il saat 14:01:36-da və 14:03:37 Məzahir Vəliyevin adına olan **********45 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS- Emi qiz pul verdi yari bolerdiy 20liyim var. Mənim əlim catmir hecnə eləmirəm başa duş. 04.04.2020-ci il saat 17:14:44-də Şahid6 adına olan **********82 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS- Qaqa men sa hecne satmamisam yaxsi poxi cixib. 04.04.2020-ci il saat 20:20:46-da Şahid6 adına olan **********82 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37saylı nömrəyə göndərilən SMS- Emi goturub qoydufun yeerden mada duz qos nolar xec kime demiyexem. 05.04.2020-ci il saat 08:29:19-da Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrədən Şahid7 adına olan **********33 saylı mobil nömrəyə göndərilən SMS- Qaqa məni yaddan cixartma al bölək. 05.04.2020-ci il saat 11:44:45-də Şahid6 adına olan **********82 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS- Agali belke yasdan cixartdi eleyesen hemid baba oldu. 08.04.2020-ci il saat 17:31:07-də X2 adına olan **********49 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37saylı nömrəyə göndərilən SMS- Emi evdeyem hec hara cixmiram 10 varimdi duzeler teze almiwam bu nomreni. 10.04.2020-ci il saat 21:46:47-də X2 adına olan **********49 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37saylı nömrəyə göndərilən SMS- Emi axwamin xeyir evdeyem nenemin pensiyasi kocene kimi 10 manat siqaret pulu vererdin imkan varsa kocen kimi allaha and olsun verecem. 12.04.2020-ci il saat 18:17:57də Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrədən Rəhman Məmmədovun adına olan **********50 saylı mobil nömrəyə göndərilən SMS- Qaqa başa duş agriyiram nə olar. 28.05.2020-ci il saat 20:56:53-də, 20:58:40-da və 20:51:27-də Şahid8 adına olan **********42 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS- Emi bir soz de bilim. Emi sen gozdet dedin pulu gotmuwem bir vaxt de bilim. Emi wemkirdeyem yoldayam 1 dene butun goturejem catim yiqajam. 09.06.2020-ci il saat 1:11:36-də X2 adına olan **********49 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrəyə göndərilən SMS- Emi balaca dawin ola ayin agzina atasan bir iki tusdu vuram yatam. “51255_B-S Yer Dəyişdirmə (Hamısı)-**********37.xlsx” adlı fayla baxış zamanı 01.04.2020-ci il saat 00:00:00-dan 27.06.2020-ci il saat 00:00:00-dək olan müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrənin anten məlumatlarının qeyd olunduğu, Təqsirləndirilən şəxs istifadəsində olan **********37 saylı nömrənin 25.06.2020-ci il tarixdə saat 1:54:19-dan saat 18:09:34-dək “Agstafa ray. Agstafa sheh. 20 Yanvar kuch. QeRB Hotel” anten dairəsində olduğu müəyyən edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 29.06.2020-ci il tarixli 5(015)-21/2020 saylı qərarından görünür ki, Ağstafa şəhər C.Cabbarlı küçəsi ev 38-də yaşayan Təqsirləndirilən şəxs istifadəsində olan “VAZ-2107” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə və yaşadığı evə baxış keçirilməsi barədə Ağstafa RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru X7 25.06.2020-ci il tarixli qərarı əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. Ağstafa Rayon Polis Şöbəsinin 10.09.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Ağstafa şəhəri C.Cabbarlı küçəsi ev 38-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi, eyni zamanda narkotik vasitə olan heroin və digər narkotik vasitələrin satması barədə məlumat əldə olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdən və istifadəsində olan avtomobildən aşkar edilmiş narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsini, müəyyən etmək mümkün olmamış, həmin narkotik vasitələrin hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs satılması, verilməsi barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərdən biri olan Ağstafa şəhər sakini X10 dindirilməsi üçün istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satdığı digər şəxsləri əməliyyat-axtarış tədbirlərinin vasitəsi ilə müəyyən etmək mümkün olmamışdır. “Üzləşdirmə haqqında” 27.06.2020-ci il tarixli protokoldan görünür ki, şahid X10 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Fəxrəddin Əsədov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə Fəxrəddin Əsədova heç vaxt narkotik vasitə satmadığını bildirmişdir. “Üzləşdirmə haqqında” 03.12.2020-ci il tarixli protokoldan görünür ki, şahid X10 ilə Təqsirləndirilən şəxs arasında əlavə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Fəxrəddin Əsədov Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, Təqsirləndirilən şəxs ona narkotik vasitəni pulsuz verdiyini bildirmiş, Təqsirləndirilən şəxs isə Fəxrəddin Əsədova heç vaxt narkotik vasitə satmadığını və vermədiyini bildirmişdir. “Üzləşdirmə haqqında” 05.01.2021-ci il tarixli protokoldan görünür ki, Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid8 göstərmişdir ki, istintaqa ifadə verməmişdən əvvəl Əli adlı polis əməkdaşının ona Təqsirləndirilən şəxs narkotik vasitə almağını deməyi tapşırmışdır. Onun dediyinə uyğun da ifadəni özü düzüb-qoşub vermişdir. O heç vaxt Təqsirləndirilən şəxs pul ödəyərək və pulsuz ondan narkotik vasitə almamışdır. O istintaqa ifadə verən zaman heç kim ona təzyiq göstərməmiş, ona belə ifadə verməyi deməmiş, o ifadəni düzüb-qoşub vermiş, lakin o Təqsirləndirilən şəxs pul ödəyərək və pulsuz ondan narkotik vasitə almamışdır. Onun adına olan **********42 saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrəyə 25.05.2020-ci ildə saat 23:20:10-da “Emi imkan var yarim sat qirx deqe ele pulu gotrumu emi?”, 28.05.2020-ci ildə saat 20:56:53-də “Emi bir soz de bilim”, 28.05.2020-ci ildə saat 20:58:40-da “Emi sen gozdet dedin pulu gotmuwem bir vaxt de bilim”, 29.05.2020-ci ildə saat 20:51:27-də “Emi wemkirdeyem yoldayam 1 dene butun goturejem catim yiqajam” mesajlarını niyə yazdığını xatırlamamış, O Təqsirləndirilən şəxs ilə daimi olaraq telefonla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs isə Şahid8 ona ailə üzvü kimi yaxın olduğunu, Şahid8 onun evinə həmişə gediş gəlişi olduğunu, o Şahid8 və başqa şəxsə narkotik vasitə satmadığını, vermədiyini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 26.06.2020-ci il tarixli 16/440 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitəyə oxşar maddə...” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd polietilen kəsiyi bükümdə, təmiz çəkisi 2,107 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Materialların məhkəmə ekspertizasının 27.06.2020-ci il tarixli 16/443 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “VAZ-2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sürücü oturacağınınnalt hissəsindən aşkar edilmiş 19,86 qram kütlə...” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi 15,776 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə balistik ekspertizasının 14.07.2020-ci il tarixli 16/444 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi ov bıçağıdır və soyuq silah hesab edilmir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.06.2020-ci il tarixli 343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 03.08.2020-ci il tarixli 650 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29.06.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Hacıyev X20 şəhəri C.Cabbarlı küçəsi ev 38-də qeydiyyatdadır və anası X11 ilə birlikdə yaşayır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Ağstafa rayon Mərkəzi Xəstəxansının 27.06.2020-ci il tarixli arayışından görünür ki, Hacıyev X20 rayon Mərkəzi Xəstəxansında qeydiyyatda yoxdur. Qazax rayon Psixiatriya Xəstəxansının 30.06.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya Xəstəxansında psixoloji qeydiyyatda yoxdur. № 024356 saylı, vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. “Şübhəli şəxsin tutulması haqqında” 25.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağstafa Rayon Məhkəməsinin 27.06.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 iyun 2020-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 05 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmsı rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı paltar şkafında asdığı kostyumun sağ yan cibindən aşkar olunmuş 2,107 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroinin və istifadəsində olmuş **-BD-*** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobilin sürücü oturacağının alt hissəsindən aşkar olunmuiş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,776 qram təşkil edən külli miqdarda narkotik vaistə olan heroinin hər hansı şəxs tərəfindən Təqsirləndirilən şəxs satılması, verilməsi faktı cinayət işinin materialları ilə öz təsdiqini tapmadığından həmin hissədə toplanmış cinayət işinin materialları üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmsı rədd edilmişdir.Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı sonuncunun 1 ədəd polietilen kəsiyi bükümündə 2,107 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini könüllü olaraq təqdim etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxsi cinayət məsuliyyətindən azad edən hal kimi qiymətləndirilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmsı rədd edilmişdir.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilib saxlanılmışdır. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 X16 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,957 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 X16 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,676 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı, təqsirləndirilən şəxs X19 məxsus olan 1 ədəd bıçaq maddi sübut kimi tanınmış saxlanılması üçün Ağstafa RPŞ-də məsul saxlanışa təhvil verilmişdir.VAZ21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid9 məsul saxlanışa verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, istifadəsində olmuş VAZ21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağı hissəsindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitəni istifadəsində olmuş VAZ 21074 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağı hissəsinə kimin qoyduğunu bilmədiyini, heç kimə narkotik vasitə satmadığını, narkotik vasitə istifadəçisi olduğu üçün öz istifadəsi üçün istifadə miqdarından artıq narkotik vasitəni üzərində saxlayaraq istifadə etdiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X8 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs müharibə veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağstafa Rayon Polis Şöbəsində saxlanılan, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 X16 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,957 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 X16 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,676 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı, 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X8 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilməlidir. VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid9 məsul saxlanışa verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 117 (yüz on yeddi) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsu ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 25 iyun 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağstafa Rayon Polis Şöbəsində saxlanılan, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 X16 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,957 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X24 X16 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə 1 ədəd kağız paketdə qablaşdırılmış 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,676 qram təşkil edən narkotik vasitə olan heroinin qalığı, 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X8 üzrə Dövlət Komissiyasının Daimi X17 Qrupu tərəfindən həyata keçirilsin. VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid9 məsul saxlanışa verilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsindən əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 117 (yüz on yeddi) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar