Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-141/2022 20.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X10 və X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1994-cü il tarixdə Şəmkir rayonu Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, R.Məmmədov küçəsi ev 13-də qeydiyatda olmaqla daimi yaşayış yeri olmayan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilnərək, 4 (dörd) il 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum olunmuş barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, yəni təmiz çəkisi 3330,14 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 3320 qramını ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında X2 və Kordinasiya Mərkəzinin balansında olan “Xırdavat və Topdansatış Mərkəzinin inzibati ərazisində yerləşən yarımtikilidə, 10,14 qramını isə üzərində saxlamaqla daşımış, 26 avqust 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Dost qapısı kafesinin qarşısında saxlanılıb Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd şəffaf polietilen torbada təmiz çəkisi 10,14 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin 26 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında X2 və Kordinasiya Mərkəzinin balansında olan “Xırdavat və Topdansatış Mərkəzinin inzibati ərazisində yerləşən yarımtikiliyə baxış keçirilərkən oradan bir ədəd bazar çantasında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda yəni, təmiz çəkisi 3320 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə vaxtdır ki, daimi qalmağa yeri olmamış, çayçıda, parkda skamyanın üstündə yatmış, ən çox da Depo qəsəbəsində qalmışdır. Bəzi vaxtlar fəhləlik işi olanda işləyib çörək pulu qazanmışdır. O, özü narkotik vasitə istifadə etmişdir. 26.08.2021-ci il tarixdə saat 19 radələrində o, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Dost qapısı” adlanan yerin qarşısında olarkən 3 nəfər mülki geyimdə şəxslər ona yaxınlaşmış, onu Kəpəz rayon Pİ-nə gətirib, orada onu şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. Polis şöbəsində polis əməkdaşları ona təzyiq edərək sonuncuya 01 ədəd sellofan bükülüdə marixuana verib həmin marixuananın ona məxsus olmasını tələb etmişlər. O da polis əməkdaşları tərəfindən ona qarşı edilən təzyiqlərə tab gətirə bilmədiyindən onların tələbini qəbul etmişdir. O, əvvəllər başqa bir şəxsdən narkotik vasitə almamış, kiməsə də narkotik vasitə satmamış və pay kimi də verməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları ona fiziki güc tətbiq etdiyindən həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Məhkəmədən onun barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Ağdam şəhəri, R.Məmmədov küçəsi ev 13-də qeydiyyatda olmaqla, Gəncə şəhəri Depo qəsəbəsində faktiki yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə istifadə etməsi, əldə edib üzərində gəzdirməklə saxlaması və alqı satqısı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında o, polis əməkdaşları Şahid3 və Şahid1 ilə keçirilən əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində “Dost Qapısı” kafesinin yaxınlığında yol kənarında saxlanılaraq Kəpəz RPİ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuş, video kamera vasitəsi ilə, müdafiəçi X4 iştirakı ilə ona hüquqları izah edildikdən sonra sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən 1 ədəd sellofana bükülü halda göy rəngli, kəskin spesifik iyli bitkilər olan ilk baxışdan narkotik maddə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüş, həmin içərisində narkotik maddə olan marixuanaya bənzər kütlə aptek tərəzisində çəkilmişdir. Götürülmüş kütlənin çəkisi aşkar olunduğu sellofan ilə birlikdə 10.93 (on tam yüzdə doxsan üç) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar olan kütlə 1 ədəd zərfdə qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X7 Bölməsinə göndərildi. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axatarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik maddə olan marixuanadan başqa digər marixuanalar da olduğunu, həmin marixuanaları yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsində yerləşən yerin yaxınlığında yarımtikilidə gizlətdiyini, həmin narkotik maddəni və gizlətdiyi yeri göstərə biləcəyini bildirmişdir. Buna görə onlar 26.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qeyd etdiyi Gəncə şəhəri, Depo qəsəbəsində olan yarımtikiliyə getmiş, Təqsirləndirilən şəxs göstərdiyi yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd ağ rəngli qara və qırmızı zolaqları olan çanta aşkar edilmişdir. Həmin kütləni bir ay bundan əvvəl Şəmkir rayonunda kanalın kənarında yığaraq qurutduğunu, həmçinin özünün narkotik vasitələrin aludəçisi olduğundan şəxsi istifadəsi üçün orada gizlətdiyini, üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuananı da həmin gün oradan götürdüyünü, satmaq niyyəti olmadığını və narkotik vasitələrin alqı satqısı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Haclbəyov küçəsində yerləşən Dost qapısı adlanan yerin qarşısında müəyyən edib onu saxlayan zaman yanında heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli 4(043)-168/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 16/887 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddə olan marixuanaya bənzər kütlə...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 10,14 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə olan marixuanaya bənzər kütlə...” yazı və imzalar olan bazar çantasında təmiz çəkisi 3320 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd bazar çantasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 1424 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkr. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 avqust 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində gəzdirməklə saxlamasında və alqı-satqısında şübhəli olduğu üçün 26.08.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Dost qapısı kafesinin qarşısında saxlanılaraq Gəncə şəhər, Kəpəz RPİ-nə gətirilmiş, müdafiəçi X8 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ qabaq cibindən 1 ədəd sellofana bükülü halda göy rəngli, kəskin spesifik iyli bitkilər olan ilk baxışdan narkotik maddə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürümüşdür. Bundan başqa Təqsirləndirilən şəxs cibindən 2 qıltu prima markalı siqaret və 1 ədəd alışqan aşkar olunmuş, aşkar olunmuş 2 qutu siqaret və 1 ədəd alışqan şəxsi axtarış qurtardıqdan sonra maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Götürülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aptek tərəzisində çəkilmiş, götürülmüş kütlənin çəkisi aşkar olunduğu sellofan ilə birlikdə 10.93 (on tam yüzdə doxsan üç) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar olan kütlə 1 ədəd zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin kütləni hradan əldə etdiyi soruşulmuş, Təqsirləndirilən şəxs həmin kütləni bir ay bundan əvvəl Şəmkir rayonunda kanalın kənarında yığaraq qurutduğunu, həmçinin özü narkotik vasitələrin aludəçisi olduğundan şəxsi İstifadəsi üçün gizlətdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axatarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik maddə olan marixuanadan başqa digər marixuanalar da olduğunu, həmin marixuanaları yaşadığı Gəncə şəhəri Depo qəsəbəsində yerləşən yerin yaxınlığında yarımtikilidə gizlətdiyini, həmin narkotik maddəni və gizlətdiyi yeri göstərə biləcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15.09.2021ci il tarixli “video diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 26.08.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin bir qismini Gəncə şəhəri, Kəpəz rayonu Depo qəsəbəsində saxlamışdır. Həmin ünvana baxış keçirilməzdən əvvəl Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı X5 bildirir ki, Gəncə şəhər, Kəpəz RPİ-nin CAŞ-nə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində gəzdirməklə saxlamasında və alqı-satqısında şübhəli olduğu üçün 26.08.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Dost qapısı kafesinin qarşısında saxlanılaraq Gəncə şəhər, Kəpəz RPİ-nə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilk baxışdan narkotik maddə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axatarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik maddə olan marixuanadan başqa digər marixuanalar da olduğunu, həmin marixuanaları yaşadığı Gəncə şəhəri Depo qəsəbəsində yerləşən yerin yaxınlığında yarımtikilidə gizlətdiyini, həmin narkotik maddəni və gizlətdiyi yeri göstərə biləcəyini bildirmiş, bununla da həmin ünvana gəlib baxış keçirilir. Təqsirləndirilən şəxs göstərdiyi yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd ağ rəngli qara və qırmızı zolaqları olan çanta aşkar edilir. Həmin çantanın içərisinə baxış keçirilən zaman göy rəngli, kəskin spesilik iyli bitkilər olan ilk baxışdan narkotik maddə marixuanaya oxşar kütlə aşkar olunaraq götürülür. Götürülmüş içərisində narkotik maddə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir, kütlənin çəkisi aşkar olunduğu çanta ilə birlikdə 3630 (üç min altı yüz otuz) qram (üç kilo altı yüz otuz qram) olur. Təqsirləndirilən şəxs göstərdiyi yarımtikilidən aşkar olunaraq götürülmüş narkotik vasitəyə oxşar kütlə aşkar olunduğu çanta ilə birlikdə qablaşdırılır və ağzı Azərbaycan Respublikası DİN-nin 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs sorğu zamanı bildirdi ki, onun göstərdiyi yarımtikilidə olan çantaya yığmış olduğu göy rəngli kəskin spesifık iyli kütlə narkotik maddə olan marixuanadır, o, həmin kütləni bir ay bundan əvvəl Şəmkir rayonunda kanalın kənarında yığaraq qurutmuş, həmçinin də özü narkotik vasitələrin aludəçisi olduğundan şəxsi istifadəsi üçün orada gizlətmişdir. Üzərində aşkar olunaraq götürülmüş narkotik maddə olan marixuananı da həmin gün oradan götürmüş, satmaq niyyəti olmamış, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 26.08.2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” qərarının məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Baş polis İdarəsinin 02.09.2021-ci il tarixli əməliyyat tapşırığından görünür ki,istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs üzərindən və Gəncə şəhəri, Kəpəz rayonu, Depo qəsəbəsində yaşadığı evin yaxınlığında yarımçıq tikilidən aşkar edilmiş narkotik vasitəni haradan, kimdən və nə vaxt əldə etməsinin, narkotik vasitəni əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının, üzərindən aşkar edilmiş narkotik vasitəni hansı məqsədlə saxlamasının, hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satıb-satmamasının, əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlayıb-saxlamamasının, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmiş, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı həqiqətən hansı mənbədən əldə etməsi müyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış və Təqsirləndirilən şəxs istifadəsində hər hansı mobil nömrə olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş arayışdan və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.10.2021-ci il tarixli 1(100)-247/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 17 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilən ümumi cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanserindən alınmış 26.11.2021-ci il tarixli, 5605 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 10,09 qram və 3319,95 qram narkotik vasitə marixuana, 26.08.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və ünvan 1 ünvanında yerləşən İqtisadiyyat Nazirliyi yanında X2 və Kordinasiya Mərkəzinin balansında olan “Xırdavat və Topdansatış Mərkəzinin inzibati ərazisində yerləşən yarımtikiliyə baxış keçirilərkən aşkar edilib götürülərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış və götürmə, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı polis şöbəsində polis əməkdaşlarının ona təzyiq edərək sonuncuya 01 ədəd sellofan bükülüdə marixuana verib həmin marixuananın ona məxsus olmasını tələb etmələri, onun da polis əməkdaşları tərəfindən ona qarşı edilən təzyiqlərə tab gətirə bilmədiyindən onların tələbini qəbul etməsi, onun əvvəllər başqa bir şəxsdən narkotik vasitə almaması, kiməsə də narkotik vasitə satmaması və pay kimi də verməməsi ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 10,09 qram və 3319,95 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının külli miqdardan dəfələrlə artıq olması qanunsuz olaraq əldə edib, daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəasində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar, yəni CM-nin 66.3-cü maddəsi üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.10.2021-ci il tarixli 1(100)-247/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.10.2021-ci il tarixli 1(100)-247/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməsi nəzərə alınmaldır. İş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təmiz çəkisi 10,09 qram və 3319,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.10.2021-ci il tarixli 1(100)-247/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.10.2021-ci il tarixli 1(100)-247/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təmiz çəkisi 10,09 qram və 3319,95 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 manat (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-141/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-141/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver