Məhkəmə qərarları › İş №1(100)-141/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-141/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-141/2023 12.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1993-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1989-cu ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,120.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 sifarişlə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdə Ukrayna Respublikasının Zaporojye vilayətində «avtoritet», yəni kriminal aləmdə nüfuz sahibi olan, şəxsiyyəti istintaqa tam məlum olmayan Ruslan adlı şəxsdən, əvvəllər Ukrayna Respublikasının Xerson vilayətində yaşamış, sonradan Azərbaycan Respublikasına köçüb gəlmiş X10 öldürmək barədə sifariş aldıqdan sonra sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə o, Aytəkin Hüseynovla bir kənddə yaşayan və kəndin ərazisini yaxşı tanıyan qohumu- Təqsirləndirilən şəxs2 ilə həmin cinayətin törədilməsinə məsləhətləri ilə, əlverişli şəraiti və yeri seçmək, habelə cinayəti törətdikdən sonra izi itirmək məqsədilə onu kənar yollarla cinayəti törətdiyi ərazidən uzaqlaşdırmaqla məsuliyyətdən yayınmasına yardım etməsi barədə əvvəlcədən razılığa gəldikdən sonra dostu, şəxsiyyəti istintaqa tam məlum olmayan Ukrayna Respublikasının vətəndaşı Samik Babayev adlı şəxslə birlikdə özünə məxsus idarə etdiyi “Mercedes-Benz” markalı, **-KH- *** dövlət qeydiyyat nişanlı avtomobillə 11 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhərinə gəlmiş, şəhərin girəcəyində əvvəlcədən razılaşdıqları kimi onu və yanında olan dostu X30 Yusifov qarşılamış, Gəncə şəhərinə gəldiyi şəxsi avtomobilinin getdikləri ərazidə olan görüntü kameralarına düşməməsi, həmçinin törədəcəyi cinayətin üstü açılmaması məqsədilə həmin avtomobili şəhərin kənarında olan yanacaq doldurma məntəqəsinin ərazisində saxlayıb, birikdə Gəncə şəhərinin mərkəzində olan «Rentacar»a gəlmiş, orada hər üçü avtomobildən düşərək «Rentacar»a daxil olmuş, müəssisənin əməkdaşı ilə razılaşaraq bir günü üçün 50 manat pul ödəməklə ag rəngli “Vaz-2107” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına kirayə etmiş, əvvəlcə avtomobili özü, sonradan isə ərazini yaxşı tanımadığı üçün Təqsirləndirilən şəxs2 idarə edərək Samux rayonu, Sərkar kəndinə gəlmişlər. Onlar bir müddət Sərkar kəndinin ərazisində gəzib hərlənmiş, Təqsirləndirilən şəxs2 məsləhəti ilə cinayətin törədilməsi üçün münasib yer seçdikdən sonra o, X17 Respublikasının Zaporojye vilayətində yaşayan Ruslan adlı şəxsin vasitəsilə kəndin mərkəzində yerləşən çayxananın yanına çağırtdırmış, bundan az sonra Ruslan ona zəng edərək Aytəkinin qısa müddətdə çayxananın yanına gələcəyini bildirmişdir. Aradan bir qədər keçdikdən sonra Aytəkin Hüseynov taksi avtomobili ilə Sərkar kəndinin ərazisində «Beşyol» adlanan yerin yaxınlığında yerləşən çayxananın qarşısına gəlmiş, avtomobildən düşərək ətrafa boylanmış, həmin vaxt Təqsirləndirilən şəxs1 ətrafda çoxsaylı insanların olmasına görə nəzərdə tutduğu cinayət əməlini törədə bilməyəcəyinə əmin olduğundan avtomobildən düşməmiş, Aytəkin Hüseynov isə ətrafda kiminsə onun gözləmədiyini görüb gəldiyi avtomobillə yaşadığı evin yanına getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bir daha Ruslana zəng edərək Aytəkin Hüseynovu yenidən kənddə «Beşyol» adlanan yerə çağırtdırmış, aradan bir qədər keçmiş, həmin gün saat təxminən 21 radələrində Aytəkin taksi avtomobili ilə «Beşyol» deyilən əraziyə gəlib avtomobildən düşərək ətrafa baxmış və «Beşyol»da dayanan başqa bir avtomobilin onu gözləməsini zənn edərək həmin avtomobilə doğru gedərkən Təqsirləndirilən şəxs1 gəldikləri avtomobilin sükanı arxasında olan Təqsirləndirilən şəxs2 avtomobili Aytək Hüseynovun gəldiyi istiqamətə, yəni «Beşyol»un mərkəzinə doğru hərəkət etdirməsini tapşırmış, Təqsirləndirilən şəxs2 da onun dediyi kimi avtomobili Aytəkin Hüseynovun gəldiyi istiqamətə doğru hərəkət etdirərək yol ayrıcında dayandırmış və mühərriki işlək vəziyyətdə saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 sürücünün yanındakı oturacaqdan qəflətən düşərək Aytəkin Hüseynovun üzərinə doğru getmiş və onu özü ilə gətirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə sağ döş nahiyəsindən qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthində, ön qoltuqaltı xəttlə X-Xİ qabırğalar səviyyəsində 3,5 X 2.0 sm. ölçüdə kənarları hamar, bir ucu iti, bir ücü qövs formalı yaradan, yaranın aşağı ucunda 0,5 sm. uzunluqda əlavə kəsikdən ibarət, qarın boşluğuna keçərək sağ Xİ qabırğanı, qara ciyəri, köndələnçənbər bağırsağın seroz qişasını və sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Gürcüstan vətəndaşı, şəxsiyyəti istintaqa tam məlum olmayan Ruslan adlı şəxsin sifarişinə əsasən X10 öldürdükdən, yəni digər şəxsi qəsdən həyatdan məhrum etdikdən sonra dərhal gəldiyi avtomobilə oturmuş, Ruslan adlı şəxsin sifarişi ilə yerinə yetirdiyi cinayət əməlinin icra vəziyyəti barədə sonuncunun mobil telefonuna zəng edərək məlumat vermiş, avtomobili idarə edən Təqsirləndirilən şəxs2 isə bu dəfə avtomobili gəldikləri istiqamətə yox, kəndarası yollarla Şəmkir rayonu istiqamətinə hərəkət etdirərək rayonun Qaracəmilli kəndi ərazisində saxlayaraq yenə də cinayətin izlərini itirmək məqsədilə «evakuator» xidmətindən istifadə etməklə hadisə yerinə gəldikləri “Vaz-2107” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinə gətirib kirayə etdiyi müəssisəyə təhvil verib, məsuliyyətdən yayınmaq məqsədi ilə Gəncə şəhərinə gəldiyi özünə məxsus, “Mercedes- Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Samik Babayevlə birgə əvvəl Bakı şəhərinə, sonra isə Ukrayna Respublikasına getmişdir. Təqsirləndirilən şəxs2 sifarişlə qəsdən adam öldürməkdə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməkdə qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Belə ki, o, əvvəllər Ukrayna Respublikasının Xerson vilayətində yaşamış qohumu Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdə Ukrayna Respublikasının Zaporojye vilayətində «avtoritet», yəni kriminal aləmdə nüfuz sahibi olan, şəxsiyyəti istintaqa tam məlum olmayan «Ruslan» adlı şəxsdən, əvvəllər Ukrayna Respublikasının Xerson vilayətində yaşamış, sonradan Azərbaycan Respublikasının Samux rayonu, Sərkar kəndinə köçüb gəlmiş X10 öldürmək barədə sifariş aldıqdan sonra sonuncunu öldürmək qərarına gəlməsini bilib və həmin cinayətin törədilməsinə məsləhətləri ilə, əlverişli şəraiti və yeri seçmək, habelə cinayəti törətdikdən sonra izi itirmək məqsədilə onu kənar yollarla cinayəti törətdiyi ərazidən uzaqlaşdırmaqla məsuliyyətdən yayınmasına qəsdən yardım etməsi barədə Təqsirləndirilən şəxs1lə əvvəlcədən razılığa gəldikdən sonra, Təqsirləndirilən şəxs1 öz dostu, şəxsiyyəti istintaqa tam məlum olmayan Ukrayna Respublikasının vətəndaşı Samik Babayevlə birlikdə özünə məxsus, idarə etdiyi “Mercedes-Benz” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 11 noyabr 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhərinə gələrkən onları əvvəlcədən razılaşdıqları kimi şəhərin girəcəyində qarşılamış, sonra Təqsirləndirilən şəxs1 Gəncə şəhərinə gəldiyi şəxsi avtomobilinin getdikləri ərazilərdə olan görüntü kameralarına düşməməsi, eləcə də törədəcəyi cinayətin üstü açılmaması məqsədilə həmin avtomobili şəhərin kənarında olan yanacaq doldurma məntəqəsinin ərazisində saxlayıb, birikdə Gəncə şəhərinin mərkəzində olan «Rentacar»a gəlmiş, orada hər üçü avtomobildən düşərək «Rentacar»a daxil olmuş, Elvin müəssisənin əməkdaşı ilə razılaşaraq bir günü üçün 50 manat pul ödəməklə ag rəngli “Vaz-2107” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına kirayə etmiş, həmin avtomobili əvvəlcə Təqsirləndirilən şəxs1, sonradan isə ərazini yaxşı tanıdığı üçün o, idarə edərək Samux rayonu, Sərkar kəndinə gəlmişlər. Onlar bir müddət Sərkar kəndinin ərazisində gəzib hərlənmiş, onun məsləhəti ilə cinayətin törədilməsi üçün münasib yer seçdikdən sonra Təqsirləndirilən şəxs1 Ukrayna Respublikasının Zaporojye vilayətində yaşayan Ruslan adlı şəxsin vasitəsilə Aytəkin Hüseynovu kəndin mərkəzində yerləşən çayxananın yanına çağırtdırmış, bundan az sonra Ruslan Təqsirləndirilən şəxs1 zəng edərək Aytəkin Hüseynovun qısa müddətdə çayxananın yanına gələcəyini bildirmişdir. Aradan bir qədər keçdikdən sonra Aytəkin Hüseynov taksi avtomobili ilə Sərkar kəndinin ərazisində «Beşyol» adlanan yerin yaxınlığında yerləşən çayxananın qarşısına gəlmiş, avtomobildən düşərək ətrafa boylanmış, həmin vaxt Təqsirləndirilən şəxs1 ətrafda çoxsaylı insanların olmasına görə nəzərdə tutduğu cinayət əməlini törədə biləməyəcəyinə əmin olduğundan avtomobildən düşməmiş, Aytəkin Hüseynov isə ətrafda kiminsə onun gözləmədiyini görüb gəldiyi avtomobillə yaşadığı evin yanına getmiş, bundan sonra Təqsirləndirilən şəxs1 bir daha Ruslana zəng edərək Aytəkin Hüseynovu yenidən kənddə «Beşyol»a çağırtdırmış, aradan bir qədər keçmiş, saat təxminən 21 radələrində Aytəkin Hüseynov taksi avtomobili ilə «Beşyol» deyilən əraziyə gəlib avtomobildən düşərək ətrafa baxmış və «Beşyol»da dayanan başqa bir avtomobilin onu gözləməsini zənn edərək həmin avtomobilə doğru gedərkən o, Təqsirləndirilən şəxs1 göstərişi ilə gəldikləri avtomobili Aytəkin Hüseynovun gəldiyi istiqamətə doğru hərəkət etdirərək «Beşyol»un mərkəzindəki yol ayrıcında dayandırıb, mühərriki işlək vəziyyətdə saxlamış, Təqsirləndirilən şəxs1 isə sürücünün yanındakı oturacaqdan qəflətən düşərək Aytəkin Hüseynovun üzərinə doğru getmiş və onu özü ilə gətirdiyi, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turist bıçağı ilə sağ döş nahiyəsindən qəsdən bir dəfə vuraraq Aytəkin Hüseynova döş qəfəsinin sağ yarısının ön səthində, ön qoltuqaltı xəttlə X- Xİ qabırğalar səviyyəsində 3,5 X 2.0 sm. ölçüdə kənarları hamar, bir ucu iti, bir ücü qövs formalı yaradan, yaranın aşağı ucunda 0,5 sm. uzunluqda əlavə kəsikdən ibarət, qarın boşluğuna keçərək sağ Xİ qabırğanı, qara ciyəri, köndələnçənbər bağırsağın seroz qişasını və sağ böyrəyin zədələnməsi ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə Gürcüstan vətəndaşı, şəxsiyyəti istintaqa tam məlum olmayan Ruslan adlı şəxsin sifarişinə əsasən X10 öldürməsinə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsinə, habelə Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməlini törətdikdən sonra dərhal gəlib onun mühərriki işlək vəziyyətdə saxladığı avtomobilə oturduqdan sonra idarə etdiyi avtomobili gəldikləri istiqamətə yox, əvvəldən planlaşdırdığı kimi kəndarası yollarla Şəmkir rayonu istiqamətinə hərəkət etdirərək, rayonun Qaracəmilli kəndi ərazisində saxlayıb cinayətin izlərini itirmək məqsədilə «evakuator» xidmətindən istifadə etməklə hadisə yerinə gəldikləri “Vaz-2107” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhərinə gətirib kirayə etdikləri müəssisəyə təhvil verməklə, Təqsirləndirilən şəxs1 sifarişlə X10 öldürməsində, yəni Təqsirləndirilən şəxs1 digər şəxsi qəsdən həyatdan məhrum etməsi cinayətinin törədilməsinə öz məsləhətləri, göstərişləri və məlumatları ilə yardım edib, cinayətin izlərini və cinayəti törətmiş Elvin Mehtiyevi hadisə yerindən uzaqlaşdırmaqla onun gizlənməsini təmin edib həmin cinayətin törədilməsində qəsdən köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,120.2.5-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X17 Respublikasında olduğu vaxtdan tanımışdır. O, 2020-ci ildə Ukrayna Respublikasında olarkən Elçin adlı şəxslə aralarında dava-dalaş olmuş, həmin vaxt o, Elçini yumruqla vurmuşdur. Buna qəzəblənən Aytəkin Hüseynov ona zəng edərək söyüşlə onu təhqir etmişdir. O, Aytəkinə “yekə kişisən, ağsaqqalsan, danışığına fikir ver” deyərək, Aytəkinə görüşmələrini və Elçini nəyə görə vurduğunu başa salacağını demişdir. Həmin hadisədən təxminən bir-iki ay keçdikdən sonra, o, Ukraynada yol ilə gələn zaman Aytəkin qəfildən avtomobillə ona silahdan atəş açmışdır. Həmin vaxt polis əməkdaşları ondan izahat almış və ona bildirmişlər ki, “sənə atəş açan şəxsin kimliyi bəllidir, həmin şəxsdən şikayət et, məsuliyyətə cəlb edilsin”. O, şikayətçi olmamışdır. Bu hadisədən sonra Aytəkin Hüseynov qaçıb Azərbaycan Respublikasına gəlmişdir. O da müalicə olunduqdan sonra Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gələndən sonra Təqsirləndirilən şəxs2la danışmış və onunla görüşmək istəmişdir. O, Azərbaycan Respublikasında özünə iş tapa bilməmişdir. Sonradan tanışı Samiqlə danışmışdır ki, Ukrayna Respublikasına qayıtsınlar və 15 noyabr 2021-ci il tarixinə təyyarə bileti almışlar. Təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, “bəs eşitdim Ukraynaya qayıdırsan”, o da demişdir ki, “hə, iş yoxdu, qayıdıram”. Həmin vaxt Tural onun yanına gəlməsini istəmişdir. O, gecə Samiqə zəng etmiş və Tural gilə getməsini demiş, əgər getmək istəyirsə bir yerdə getmələrini bildirmiş, həm də demişdir ki, “Tural iş təklif edir”. O, Samiqə Sabirabada gəlməyini demişdir. Sonra o, Turalla danışdıqdan sonra Samiqlə birlikdə Sabirabaddan çıxıb Gəncə şəhərinə gəlmişlər. O, Təqsirləndirilən şəxs2 Gəncə şəhərini tanımadığına görə onu qarşılamasını demişdir. Tural onu qarşılaşmış və onlar görüşmüşlər. Tural ondan avtomobilinin kimə məxsus olmasını soruşmuş, o isə dostunun avtomobili olmasını bildirmişdir. Həmin vaxt o, idarə etdiyi avtomobillə kənd yolu ilə getməməsi üçün “rent a car”-dan avtomobil götürülməsini təklif etmiş və onlar “rent a car”-dan avtomobil götürmüşlər. O, həmin kirayə götürdüyü maşın üçün 50 manat pul ödəmiş, həmçinin həmin maşına görə 300 manat girov pul qoymuşdur. Bundan sonra onlar Samux rayonu, Sərkar kəndinə getmişlər. Samux rayonu, Sərkar kəndində onlar Təqsirləndirilən şəxs2 dostunu axtarmışlar ki, həmin şəxs onlara iş təklif edəcək. Lakin onlar Turalın həmin dostunu tapa bilməmişlər. Daha sonra o, öz dostuna zəng edərək Samux rayonu, Sərkar kəndində olmasını bildirərək üstündə pulunun olmamasını demiş və ona 300-500 manat pul göndərilməsini xahiş etmişdir. Onun dostu Ukrayna Respublikasında yaşayır. Dostu ona bildirmişdir ki, həmin ərazidə ona pul verməsi üçün elə bir adam tanımır. Bundan sonra o, Ukrayna Respublikasından tanıdığı tanışı Ruslan adlı şəxsə zəng etmişdir. O, Ruslana Samux rayonu, Sərkar kəndində olmasını, pulunun olmadığını və ona pul lazım olduğunu bildirmişdir. O, Ruslana Samux rayonu, Sərkar kəndində ağ rəngli “VAZ 2107” markalı avtomobildə oturduğunu bildirmişdir. Ruslan ona 10-15 dəqiqə ərzində zəng edəcəyini bildirmişdir. Ruslan 2-3 dəqiqə sonra ona zəng edib Samux rayonu, Sərkar kəndində tanıdığı bir nəfər şəxsin indi gəlib onlarla görüşəcəyini, həmin şəxsin onlarla yemək yeyəcəyini və ona pul verəcəyini demişdir. Ruslan həmin şəxsin Sərkar kəndində çayxananın yanına gələcəyini bildirmişdir. O, həmin şəxslə görüşmək üçün Turala maşını çayxananın yanına sürməsini demişdir. Onlar çayxananın yanına gedənə kimi Ruslan yenidən zəng edərək həmin şəxsin çayxananın yanına gəldiyini, lakin onları görə bilmədiyini və həmin şəxsin çıxıb getdiyini bildirmişdir. Həmin vaxt o da Turala artıq həmin şəxsin getdiyini bildirmişdir. Tural isə cavab olaraq qabaqda “beş yol” adlanan yerin olduğunu, Ruslanın göndərdiyi şəxsin “beş yol”da gözləməsini, onların “beş yol”a çatmaq üzrə olduqlarını demişdir. Həmin vaxt yolun sağ tərəfində təsadüfən Aytəkin Hüseynovu görmüş və Turala avtomobili saxlamasını, təsadüfən Aytəkini gördüyünü, onunla gedib söhbət edəcəyini demişdir. Tural isə Aytəkinlə görüşməməyi məsləhət görmüş, çünki onun Aytəkinlə ədavətinin və problemlərinin olduğunu bilmişdir. O isə Turala narahat olmamasını, heç bir problem yaratmayacağını demiş və bildirmişdir ki, sadəcə Aytəkindən nəyə görə Ukraynada ona söyüş söydüyünü və ona nəyə görə güllə atdığını soruşacağını bildirmişdir. Tural avtomobili saxlamış, o isə avtomobildən düşmüşdür. Həmin vaxt Aytəkinin arxası onun tərəfə olmuşdur. O, Aytəkinə salam vermiş, Aytəkin onu görən zaman əlini belinə tərəf aparmış, o isə Aytəkinin əvvəllər ona güllə atdığı üçün düşünmüşdür ki, yenə də əlini cibinə tərəf aparıb silah çıxarıb onu vuracaq. Ona görə də o, bıçaqla Aytəkinin qolundan vurmuşdur. Sonra o, avtomobilə oturmuş və həmin ərazidən uzaqlaşmışlar. Həmin ərazidən uzaqlaşdıqdan sonra Ruslan ona zəng edərək bildirmişdir ki, “bəs sənlə görüşməli olan adamı kimsə bıçaqlamışdır”. O, Ruslandan həmin şəxsin adının nə olmasını soruşmuş, Ruslan isə həmin şəxsin adının Aytəkin olmasını bildirmiş, o isə cavabında Aytəkini bıçaqla vuran şəxsin özünün olduğunu bildirmişdir. Ruslan Aytəkinin onun yaxını olduğunu demiş və əsəbləşmişdir. Ruslan ona nəyə görə Aytəkinin ona güllə atmasını demədiyini soruşmuş, sonra əsəbləşərək telefonu söndürmüşdür. Bundan sonra onlar Şəmkir yolu istiqamətində hərəkətdə olan zaman onların avtomobili xarab olmuşdur. Həmin vaxt onlar evakuator çağırıb, avtomobili evakuator vasitəsilə aparıb götürdükləri “rent a car”a təhvil vermişlər. O, Təqsirləndirilən şəxs2 bıçaqla Aytəkini qolundan vurduğunu, bu söhbətin Turala aid olmadığını və evinə getməsini demişdir. Həmin vaxt o, evinə getməyini planlaşdırmış, yolda isə fikrini dəyişmiş, avtomobili dostuna vermiş, özü isə taksiyə minib Bakı şəhərinə getmişdir. Bakı şəhərindən bilet alaraq Ukrayna Respublikasına getmişdir. Ukrayna Respublikasına çatandan sonra eşitmişdir ki, Aytəkinə bıçaqla vurduğu zərbə qolundan deyil, döş qəfəsinə dəymiş və Aytəkin ölmüşdür. Qeyd edir ki, X1 öldürməmiş, Aytəkin Hüseynovu bıçaqla ümumiyyətlə öldürmək məqsədilə vurmamış, X17 Respublikasında aralarında yaranmış ədavətlə bağlı qisas almaq üçün vurmuşdur. Lakin Aytəkini öldürmək istəməmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı fiziki və ya digər təsir, təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 2000-ci ildə valideynləri ilə birlikdə Ukrayna Respublikasının Donetsk vilayətinin Mariopol şəhərinə getmiş, orada yaşayıb işləmişdir. X10 isə həmin şəhərdə meyvə-tərəvəz alveri ilə məşğul olduğu vaxtdan tanımışdır. 2020-ci ildə əslən azərbaycanlı olan Elçin adlı oğlanla aralarında olan mübahisə zamanı onu yumruqla çənəsindən vurmasına görə Aytəkin 2020-ci ilin sentyabr ayında odlu silahdan açdığı atəşlə onun baş və sol qol nahiyələrindən yaralamış, sonra isə Ukraynadan köçərək Azərbaycan Respublikasına gəlmişdir. Ukraynanın Donetsk vilayətində ümumi vəziyyətin pisləşməsinə və bu səbəbdən Ukraynada yaşamağın əhəmiyyətsiz olmasına görə 2021-ci ilin sentyabr ayının 13-də öz ailəsi ilə birlikdə köçərək Azərbaycan Respublikasına gəlmiş və Sabirabad rayonunda yaşamağa davam etməklə heç bir işlə məşğul olmamışdır. O, qeyd etmişdir ki, əslən Bakı şəhərindən olan Samik Babayev adlı dostu ilə yenidən Ukrayna Respublikasına getmək və Kiyev şəhərində taksi fəaliyyəti ilə məşğul olmaq fikrində olduqları üçün xx.xx.2021-ci il tarixdə Bakı-İstanbul, İstanbul-Kiyev təyyarə reysinə bilet almışlar. Kiyevə getməzdən əvvəl o, Samux rayonu, Sərkar kəndində yaşayan əmisi qızı Aygül ilə görüşmək, həmçinin həmin kənddə yaşayan Aytəkin Hüseynovun ona qarşı nə səbəbə odlu silahdan atəş açmasının səbəbini aydınlaşdırmaq üçün Samuxa gəlmək istəmişdir. Beləliklə, aralarında olan razılığa əsasən Samik xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sabirabada onun yanına gəlmiş və onlar birlikdə Gəncə şəhərinə gəlmiş, saat 13 radələrində şəhərə çatmışlar. O, həmçinin ehtiyat üçün bazardan aldığı qara rəngli bıçağı özü ilə götürmüşdür. Onlar Gəncə şəhərinə çatarkən əmisi qızı Aygülün həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən danışıb razılaşdıqları kimi onları şəhərin girəcəyində qarşılamışdır. Onlar görüşdükdən sonra Aytəkinin onu tanımaması üçün o, idarə etdiyi özünə məxsus olan “Mercedes-Benz” markalı avtomaşınını Gəncə şəhərində yerləşən yanacaq doldurma məntəqəsinə qoymuş, hər üçü birlikdə Gəncə şəhərinin mərkəzində yerləşən «rent-a-car»a gələrək orada bir günü üçün 50 manat pul ödəməklə “Vaz-2107” markalı, 20EE573 dövlət qeydiyyat nişanlı avtomaşını kirayə etmiş və Samux rayonu, Sərkar kəndinə gəlmişlər. Onlar «Vaz 2107» markalı avtomobili kirayə etdikdən sonra əvvəl özü, sonra isə o, ərazini yaxşı tanımadığı üçün avtomobili Tural idarə etmişdir. Onlar birlikdə Samux rayonu, Sərkar kəndinə gəldikdən sonra bir qədər kəndin ərazisində gəzib dolaşmış, ancaq Aytəkini tapa bilməmişlər. Hava qaralıb şər qarışan zaman o, Ukraynada yaşayan Ruslan adlı şəxsə zəng edərək Aytəkinin yaşadığı kənddə olduğunu, lakin onu tapa bilmədiyini demişdir. Ruslan həmin vaxt onun harada olmasını soruşmuş, o isə Ruslana Sərkar kənd məktəbinin yaxınlığındakı çayxanada olmasını demişdir. Ruslan isə Aytəkinə onlarla görüşməsi üçün zəng edəcəyini bildirmiş, aradan təxminən 15 dəqiqə keçdikdən sonra Aytəkin tünd rəngli “Vaz-2106” markalı avtomobillə kəndin mərkəzində olan çayxananın yanına gəlmişdir. O, həmin vaxt Aytəkinin yanında daha iki nəfər şəxsin olmasından ehtiyat edərək ona yaxınlaşmamışdır. Aytəkin isə ətrafda heç kimi görə bilmədiyinə görə gəldiyi avtomobilə minib getmişdir. Aradan 2-3 dəqiqə keçmiş Ruslan ona zəng edərək harada olmasını, Aytəkinin çayxananın yanına gələrək onları tapa bilmədiyini demişdir. O isə Ruslana «Beşyol»da olduqlarını demiş və Aytəkinin də ora gəlməsini təşkil etməsini xahiş etmişdir. Sonra Ruslan ona Aytəkin Hüseynovun kənddə “Beşyol”a gələcəyini demişdir. Aradan təxminən 3-5 dəqiqə keçmiş Aytəkin həmin avtomobillə “Beşyol”a gəlmiş, onlar isə Aytəkini görüb yavaş-yavaş ona doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt hava artıq qaranlıq olduğu üçün Aytəkin onları görməsə də, onlar gəldikləri avtomobilin işığında onu görüb tanımış, Aytəkin “Beşyol”da dayanan digər xarici istehsallı avtomobilin yanına getmək istəyərkən Tural tez avtomobili onun yanına sürüb saxlamış, o isə avtomobildən düşərək Aytəkinin üstünə doğru getmiş, həmin anda Aytəkin onu görüb tanımış və əlini arxa tərəfə aparıb nə isə çıxarmaq istəyərkən o, cəld özü ilə gətirdiyi bıçaqla Aytəkinin qarın nahiyəsindən vuraraq avtomobilə oturmuş və onlar hadisə yerindən qaçmışlar. Tələsik olduğu üçün Aytəkini vurduğu bıçaq saplanıb Aytəkinin bədənində qalmışdır. Bundan sonra onlar tanımadıqları kənd yolları ilə Şəmkir rayonuna getmiş, orada evakuator xidməti çağıraraq avtomobili Gəncəyə yola salmış, özləri isə taksi ilə Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərində avtomobili təhvil verdikdən sonra o, Samiklə birlikdə özünə məxsus olan “Mercedes” markalı avtomobillə Sabirabad rayonuna, oradan da Bakı şəhərinə getmişdir. Həmin gün L.Şıxlınskaya adına klinikaya gedib “Covid” testi vermişlər, 2-3 saatdan sonra testin nəticəsini götürüb Bakı şəhərində 28 may metrosunun yaxınlığında olan kassadan İstanbula, oradan isə Kiyevə getmək üçün bilet almışlar. Elə həmin gün, yəni xx.xx.2021 -ci il tarixdə saat 12:05-də İstanbula, oradan da həmin gün Kiyevə uçmuşlar. Ayın 14-də Tural ona zəng edib Bakı şəhərində bölmədə olduğunu bildirmiş, o da Turalın zəng etdiyi telefonla bir nəfər polis işçisi ilə danışaraq cinayəti onun törətdiyini bildirmiş və tez bir zamanda bilet alıb Azərbaycana qayıdacağını demişdir. Həmin şəxs ona mobil nömrəsini vermiş və o, bilet alan kimi zəng edib gələcəyi reysin nömrəsini bildirmişdir. Bakı şəhərinə gələrkən hava limanında düşəndə onu DİN-nin əməkdaşları qarşılamış və yaxınlıqdakı bölməyə aparmış, sonra isə Samux RPŞ-dən gələn polis əməkdaşlarına təhvil vermişlər. Hava limanına gələnə kimi Samik Babayev də Azərbaycana gəlmək üçün onunla birlikdə olmuş, lakin gəlməyərək Kiyevdə qalmışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, o, Sərkara gəlməkdə Aytəkini öldürmək fikri olmamışdır. Tural və Samik isə ümumiyyətlə bu hadisədən məlumatsız olmuşlar. Ruslan isə yalnız Aytəkini tapa bilmədiyi üçün sonuncunu evdən çıxarmaqda ona yardım etmiş və həmin cinayətlə hər hansı bir əlaqəsi olmamış, Aytəkini öldürmək üçün heç bir sifariş verməmişdir (iş vərəqə: cild 1, səh. 102-106, 156-159). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Samux rayonu, Sərkar kəndində evində olarkən Təqsirləndirilən şəxs1 ona zəng etmiş və onlar söhbət etmişlər. Elvin burada iş tapa bilmədiyi üçün Ukraynaya gedəcəyini demişdir. O, Elvinə bildirmişdir ki, onun iş təklif edən tanışı var. O, Elvinə görüşməyi və onun iş təklif edən edən tanışı ilə görüşüb danışmasını təklif etmişdir. O, düşünmüşdür ki, əgər təklif ediləcək iş Elvinin xoşuna gələrsə, Elvində də Şəmkirdə qalar və onlar bir yerdə işləyərlər. Elvinlə birlikdə Gəncədə “rent a car”dan avtomobil kirayə götürərək, Şəmkir rayonu, Sərkar kəndinə gəlmişlər. Sərkar kəndinin ərazisində onun iş təklifi edən Kənan adlı dostunu axtarmağa başlamışlar. Həmin vaxt Kənanın mobil telefonuna zəng çatmamışdır. Onlar Kənanı tapa bilməmişlər. Qayıdıb avtomobilə oturduqda Sərkar kəndində çayçının yanından düz keçib “beş yol”a tərəf gedəndə Elvin “avtomobili saxla” demişdir. O, X18 gördüyünü və onunla söhbətə getdiyini başa düşmüşdür. O, Elvinə “adam çoxdu, Aytəkinin qardaşı, qohumları, bütün küçə camaatı burdadı, dayanmayaq” demiş, Elvin isə “saxla, düşüm görüşüm, çıxıb gedək” demişdir. O, avtomobili saxlayan zaman Aytəkin əlini belinə tərəf aparmışdır. Həmin vaxt Elvin avtomobilə əyləşmiş və onlar həmin ərazidən uzaqlaşmışlar. Həmin vaxt o, avtomobili “rent a car”-a göndərmiş, sonra isə kəndə evə qayıtmışdır. Səhəri gün isə Aytəkin Hüseynovun ölməsini bilmişdir. X26 rayonu, Sərkar kəndində çox nüfuzlu adam olmuşdur. Ona görə də həmin gün o, qorxduğu üçün Bakı şəhərinə getmişdir. O, adam öldürmə cinayətini törətməkdə köməkçi qismində iştirak etməmiş, Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törətməkdə heç bir köməklik etməmiş, Təqsirləndirilən şəxs1 Aytəkin Hüseynovu öldürəcəyi barədə ümumiyyətlə məlumatı olmamışdır. Bundan başqa göstərir ki, ibtidai istintaq zamanı polis əməkdaşları ona qarşı fiziki təzyiq göstərmişlər və polis əməkdaşlarının ona fiziki təzyiq göstərmələrinin səbəbini bilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, qaynatasının qardaşı oğlu Təqsirləndirilən şəxs1 tanışı Aytəkinlə arasında Ukraynada yaşayarkən narazılıq olmuş, bu narazılıq səbəbindən Aytəkin elə Ukraynada Elvini güllə ilə başından vurmaq istəmiş, ancaq güllə Elvinin sol qolunun dirsək nahiyəsindən dəyib yaralamışdır. Elə buna görə, həm də başqa insanlarla problemi olmasına görə Aytəkin yaşadığı Xerson vilayətinin Novokaxovka şəhərindən qaçaraq Azərbaycana, Samux rayonuna gəlmişdir. Aytəkin Ukraynadan qaçıb Azərbaycana gəlməsinə görə Elvin ondan qisasını alacağını bildirmişdir. Elvin 2021-ci ilin təxminən sentyabr ayında Azərbaycana gəlib Saatlı rayonuna ata evinə getmişdir. Elvin Azərbaycana gələndən sonra sonuncu ilə telefonla danışmağına baxmayaraq görüşməmişdir. Aytəkinin öldürülməsi hadisəsindən təxminən bir neçə gün qabaq Elvin istifadə etdiyi ********** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng edərək Aytəkindən qisas almaq üçün Gəncə şəhərinə gələcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Elvin ona zəng edib Gəncə şəhərinə “Əlillərin dairəsi”nə gəlməyini tapşırmış, o da taksiyə oturub Gəncə şəhərinə “Əlillərin dairəsi”nə getmişdir. Elvin Gəncə şəhərinə özünə məxsus olan “Mersedes-Benz” markalı avtomaşınla gəlmiş, yanında isə Samik adlı dostu olmuşdur. Samik də Ukraynada olub və yəqin ki, oradan Elvinlə dostluqları yaranıbdır. O, Elvinin Gəncə şəhərinə gəlməsinin səbəbini bilmiş, belə ki, Elvinin məqsədi Aytəkinlə görüşüb ondan qisas almaq məqsədilə onu öldürməsə də, ona ən ağır bıçaq yarası xəsarəti yetirmək idi ki, dərs olsun. Odur ki, o, Elvinlə görüşüb maşınına oturmuş və birlikdə 2705 nömrəli avtokalonun yanında olan yanacaq doldurma məntəqəsinə gəlmişlər. Elvin maşını yanacaq doldurma məntəqəsinin həyətində qoymuş və onlar Gəncə şəhərinin mərkəzində Univermağın yanında olan “rent a car”a gedib oradan Elvinin adına bir günlük “Vaz-2107” markalı, 20EE573 dövlət qeydiyyat nişanlı avtomaşını kirayə götürərək 50 manat pul ödəmişlər. Maşını kirayə etməkdə məqsəd o idi ki, onlar Sərkar kəndinə Elvinin maşını ilə getməsin və sonuncunun maşını kameralara düşməsin. Bundan sonra Elvin sükan arxasına oturmuş, lakin şəhərin yollarını tanımadığı üçün sonradan avtomobili o, idarə etmişdir. Saat təxminən 17 radələrində Samux rayonu, Sərkar kəndinə gəlmişlər. O, həmkəndli kimi Aytəkini sifətdən və evinin yerini tanısa da, kimsə şübhələnməsin deyə sonuncunun evinə tərəf getməmişlər. Hava qaranlıqlaşan zaman Elvin Ukraynada yaşayan Ruslana zəng edib bildirmişdir ki, Sərkar kəndindədir, ancaq Aytəkin üzdə olmadığına görə sonuncunu tapa bilmir. Ruslan isə Aytəkinlə danışacağını demişdir. Aradan 10 dəqiqə keçmiş Aytəkin tünd rəngli “Vaz-2106” markalı avtomaşınla çayxananın yanına gəlmiş, maşinda 3-4 nəfər adam olmuş, Aytəkin maşından düşüb ətrafa baxmış, lakin həmin anda çayxananın yanında adamların çox olmasına görə onlar Aytəkinə yaxınlaşmamışlar. Aytəkin ətrafa baxıb bir şey görə bilmədiyi üçün maşına oturub getmişdir. Ruslan təkrarən Elvini yığıb harada olduğunu soruşmuş, Elvin isə Ruslana bildirmişdir ki, çayçının yanında adam çox idi, ona görə orada Aytəkinlə görüşmək məsləhət deyildir. Bu zaman o, Sərkarlı olduğuna görə Elvinə Aytəkinin “beş yol” deyilən yerə çağırılmasını təklif etmişdir. Onun təklifindən sonra Elvin Ruslana bildirmişdir ki, Aytəkinə desin Sərkarın içərisində olan “beşyol”a gəlsin. Aradan təxminən 5 dəqiqə keçdikdən sonra Aytəkin taksi ilə “beşyol”a gəlmişdir. O, avtomobillə bir qədər irəli gedib yolun sol tərəfində olan «Fatimə» adlı dükanın qabağında saxlamış və oradan dönüb geriyə “beş yol”a tərəf qayıtdıqda Aytəkinin piyada yolun ortası ilə orada olan «Zəfər» lövhəsinin yanında dayanan avtomobilə dogru getdiyini görüb maşını tez o istiqamətə sürmüşdür. “Beş yol”un sağ tərəfindən olan Zəfər plakatının yanında saxlamış, ancaq maşının mühərrikini söndürməmişdir. Çünki bilmişdir ki, Elvinin Aytəkinlə işi bir-iki saniyəlik olacaq. Yəni, həmin müddətdə sonuncunu bıçaqla vuracaqdır. Elə də olmuşdur, o, maşını saxlayan kimi maşında qabaq oturacaqda oturan Elvin maşından tez düşüb bir addım ataraq Aytəkini plakatın yanında yolun kənarında özündə olan bıçaqla vurmuş, sonra isə tez maşına oturmuş və o, maşını sürüb kəndin arası ilə Sərkar-Gəncə avtomobil yoluna çıxmışdır. Gəncə şəhər istiqamətinə getmək təhlükəli olduğuna görə başqa yolla Şəmkir rayonu, Qaracəmilli kəndinə getmiş, orada yenə maşının kameralara düşməməsi üçün Çinarın yanındakı üç yola çıxıb maşını Gəncə şəhərinə aparmaq üçün evakuator çağırmışlar. 15-20 dəqiqə keçmiş evakuator maşını gəlmiş, onlar maşını evakuatora yüklədikdən sonra özləri taksi ilə Gəncə şəhərinə getmiş və “rent a car”dan götürdükləri maşını sahibinə təhvil vermişlər. Bundan sonra Elvin Samiklə birlikdə öz maşını ilə Bakı şəhərinə getmiş, o isə Sərkara qayıtmışdır. Səhəri gün Aytəkinin ölməsi xəbərini eşidib taksi ilə Bakı şəhərinə getmiş və iki-üç gündən sonra Bakı şəhərində xarici pasport almaq istəyəndə onu polis əməkdaşları tutmuşlar. Elvinin Aytəkindən qisas alması üçün əvvəlcədən plan qurmuşlar və plana əsasən də tanınmamaq üçün Sərkara Elvinin maşını ilə deyil, icarəyə götürülmüş maşınla getmişlər. Həmçinin izləri bilinməsin deyə Aytəkini tapmaq, görüşmək üçün sonuncunun mobil nömrəsinə özləri zəng vurmamış və Aytəkini Ukraynada yaşayan Ruslanın vasitəsilə “beş yol”a çağırtdırmışlar. Aytəkinin “beş yol”a gəlməsi təklifini də kəndi yaxşı tanıdığı üçün o, vermişdir. X27 qisasını aldıqdan sonra oradan hər tərəfə qaçıb izi itirmək mümkün idi. Ona görə də o, Elvinlə hadisəni necə törədəcəklərini əvvəlcədən öz aralarında danışıb düzüb qoşmuş, Samik də Elvinin nə məqsədlə onun yanına gəlməsini yəqin ki, bilməmiş olmazdı. Ancaq hadisə yerində nə o, nə də ki, Samik maşından düşməmişdir. Bundan başqa Aytəkinin Elvin tərəfindən bıçaqlanacağını Aytəkini görüşə çağırtdıran Ruslan bilirdi. Hadisənin ertəsi günü o, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonuna «missiya vipolnena normalno» yəni, tərcüməsində «verilən tapşırıq normal yerinə yetirilmişdir» kimi sözləri Elvinə göndərməklə Aytəkindən qisasını almasını bildirmişdir. Elvin bu cinayəti onun köməyi olmadan törədə bilməzdi, çünki Elvin Sərkar kəndinin ərazisini tanımırdı. Odur ki, o, bu əməlinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi təqsirləndirilən şəxslərə təklif edilərkən onlar ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X16 onun əri olmuşdur. X31 bir müddət işləmək üçün Ukrayna Respublikası, Xerson vilayətinin Starıy Koxovka şəhərində, sonra isə Donetsk vilayətinin Mariopul şəhərində yaşamışdır. O da əri Aytəkinlə birlikdə yaşamışdır. 2020-ci ilin dekabr ayında Azərbaycan Respublikasına qayıtmış və Samux rayonu, Sərkar kəndində yaşamağa davam etmişlər. Onlar Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayarkən əri Aytəkinin işi əsasən kənd təsərrüfatı məhsullarının alqı-satqısı olmuşdur. 11 noyabr 2021-ci il tarixdə əri Aytəkin ona «whatsapp»-dan zəng gələcəyini bildirmişdir. Lakin zəngin kimdən və hardan gələcəyi barədə ona heç nə deməmişdir. Bir qədər keçdikdən sonra Aytəkin evdən çıxaraq Maarif adlı şəxsin avtomobili ilə harasa getmiş və təxminən 10-15 dəqiqədən sonra evə qayıdıb gəlmişdir. Aytəkin evə gəldikdən sonra darvazanın qarşısında dayanıb «whatsapp»-la kiməsə «qardaş» deyə müraciət edərək «uşaqlar yoxdu axı orada» deyərək müraciət etmişdir. Həmin şəxs Aytəkinə «get, səni orada gözəyirlər» dedikdən sonra əri telefonu ona verib yenidən Maarifin avtomobili ilə harasa getmiş, aradan təxminən 15-20 dəqiqə keçdikdə ərinin bacısı Xatirə ona zəng edərək Aytəkinin vurulmasını və xəstəxanaya aparılmasını bildirmişdir. O, tez evdən çıxıb Gəncə şəhərində yerləşən “Beynəlxalq xəstəxana”ya getmiş, evdən çıxaraq internet xəttinə qoşulu olan və Aytəkinə «whatsapp»-la zənglər gələn telefonu özü ilə götürmüşdür. Telefonu özü ilə götürməkdə məqsədi Aytəkin evdən çıxdıqdan sonra ona «whatsapp» vasitəsilə gəlmiş iki ədəd səsli mesajın və bir ədəd cavabsız zəngləri göstərmək olmuşdur, ancaq Aytəkinin yanında olarkən onun əllərinin qanlı olmasına görə həmin mesajları ona oxuda bilməmişdir. Daha sonra isə başı Aytəkinin səhhətinə qarışdığı üçün özü də həmin mesajların mətninə qulaq asa bilməmiş, bir qədər sonra telefona baxarkən həmin mesajların onları göndərən şəxs tərəfindən silinməsini görmüşdür. Aytəkin xəstəxanada olarkən həkimlərə onun kim tərəfindən vurulması barədə heç nə deməmiş, yalnız sağaldıqdan sonra bu barədə deyəcəyini bildirmişdir. Daha sonra Aytəkin aldığı bıçaq yarasından vəfat etmişdir. Aytəkin istər Ukrayna, istərsə də Azərbaycan Respublikasında yaşayan zaman heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. Hadisə baş verən gün Aytəkin Sərkar kəndində yaşayan qardaşı Şahid1 zəng edərək onun harada olmasını soruşmuş, Bilal isə evdə yemək yediyini bildirmişdir. Aytəkin isə Bilala qonaqları olacağını bildirərək yanına gəlməsini və onlarla birlikdə gedib bir yerdə oturacaqlarını demişdir. Aytəkin əgər telefonla danışdığı şəxsə «qardaş» deyə müraciət edirdisə, deməli həmin şəxsin adından gələn adamlar yeməyə aparmalı idi. Ancaq nə oldusa həmin qonaqlar gələndən sonra baş verdi. Ərini bıçaqlayaraq ölümünə səbəb olmuş Təqsirləndirilən şəxs1, həmçinin Təqsirləndirilən şəxs2 Ukraynada yaşayan zaman lap uşaqlıqdan tanımış, onlar da ailəcə tərəvəz məhsullarının satışı ilə məşğul olumuşlar. Aytəkinin onlarla hər hansı bir düşmənçiliyi və ədavəti olmamışdır. Elvinin Elçin adlı şəxslə davadalaşının olmasını və ya Elçin tərəfindən vurulmasını eşitməmiş və bununla bağlı Aytəkin onun yanında heç nə deməmişdir. 2020-ci ilin oktyabr ayında Ukraynadan köçmələrinə səbəb Aytəkinin səhhəti ilə bağlı olmuşdur. O, Aytəkinin bıçaqla vurulmasının səbəbini bilmir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir, onlara ən ağır cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə Samux rayonu, Sərkar kəndindəki evində olarkən qardaşı Aytəkin Hüseynov onun mobil telefonuna zəng edərək qonaqları olacağını və onun yanına gəlməsini bildirmişdir. Ona görə də Aytəkin kənddə taksi fəaliyyəti ilə məşğul olan Maarif adlı şəxsi onu gətirmək üçün evinə göndərmişdir. O, qardaşı Aytəkinin evinə gələrkən qardaşı ona Ukraynada yaşayan Ruslan adlı şəxs tərəfindən göndərilmiş şəxslərin qonağı olacağını bildirmiş, lakin kimlərin gəlməsini isə deməmişdir. Qardaşı Aytəkin ona yalnız Ruslanın Aytəkinə «qonaqların gəlir, çıx qarşıla» kimi sözlər deməsini bildirmişdir. Gələn şəxslərin isə qonaq olmasını nəzərə alaraq Aytəkin kəndin ərazisində yerləşən yeməkxananın sahibi Seyfi adlı şəxsə zəng edərək oturmaq üçün normal otaq lazım olmasını bildirmişdir. Bundan sonra o, qardaşı Aytəkin və bir kənddə yaşayan bir neçə nəfər dostları ilə gələn qonaqları qarşılamaq üçün kəndin mərkəzində olan çayxananın yanına getmişlər. Ancaq həmin yerə Ruslanın dediyi şəxslərin gəlmədiyinə görə onlar yenidən Aytəkinin evinə qayıdıb gəlmişlər. Aytəkin evinə qayıtdıqdan sonra Ruslan yenidən onun mobil telefonuna zəng edib, harda olmasını soruşmuş və gələn qonaqların onu Sərkar kəndinin mərkəzindəki «Beşyol» adlandırılan yerdə gözlədiklərini bildirmişdir. Onlar yenidən avtomaşına oturaraq Aytəkinin evinin yaxınlığında olan “Beşyol” deyilən yerə gəlmişlər. Onlar həmin yerə çatarkən artıq hava qaranlıq olmuş, ətrafda olanları yalnız ərazidə hərəkət edən avtomaşınların işıqlarının yanması nəticəsində görmək mümkün olmuşdur. Onlar “Beşyola” gələrkən orada yalnız bir ədəd xarici istehsallı avtomaşının dayanmasını görmüşlər. Aytəkin gələn qonaqların həmin avtomaşında olmasını zənn edərək həmin avtomaşına doğru qaranlıqda hərəkət edərkən qəflətən «Ay Bilal, məni vurdular» deməsini eşitmişdir. Həmin hadisə ani bir vaxtda, heç kimin görə bilmədiyi bir şəraitdə baş verməsinə görə o, Aytəkini vuranların həmin hadisə yerində dayanmış olan xarici istehsallı avtomaşında olan şəxs və ya şəxslərin olmasını zənn edərək yerdən daş götürərək həmin avtomaşına doğru atmışdır. Sonra həmin avtomaşının kənd sakini Şakir adlı şəxsin olmasını bilmişdir ki, həmin şəxsin baş vermiş cinayətlə hər hansı bir əlaqəsi olmamışdır. O, qardaşı Aytəkinin onu səsləməsindən sonra onun yanına gəlmiş və onun yaralı olmasını görüb Maarifin avtomaşını ilə onu Gəncə şəhərində yerləşən “Beynəlxalq xəstəxana”ya aparmışdır. Onlar xəstəxanada olarkən Maarif avtomaşının arxa oturacağının qarşısında olan ayaqaltından bir ədəd qara rəngli üzərində qanabənzər ləkələr olan bıçaq taparaq ona vermişdir. Sonra həmin bıçaq onlar tərəfindən polis əməkdaşlarına təqdim edilmişdir. Qardaşı Aytəkinin aldığı bıçaq yarası ciddi olduğu üçün onun ölümünə səbəb olmuşdur. Aytəkin ölümündən qabaq xəstəxanaya aparılan zaman onu vuran şəxsin kim olduğunu deməsə də, onu vurduran şəxsin Ruslan olduğunu bildirmişdir. Qardaşı Aytəkinin heç kimlə, eləcə də onu bıçaqlayaraq ölümünə səbəb olmuş Təqsirləndirilən şəxs1lə, həmçinin Təqsirləndirilən şəxs2la hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, həmkəndlisi Aytəkin Hüseynov 11 noyabr 2021-ci il tarixdə saat 20 radələrində onun mobil telefonuna zəng edərək yaşadığı evə gəlməsini bildirmişdir. O isə gələcəyini bildirmiş, aradan təxminən 2 dəqiqə keçdikdən sonra Aytəkin yenə ona zəng edərək qardaşı Bilalı da yaşadığı evdən götürərək özü ilə onun yanına gətirməsini bildirmişdir. Bundan sonra o, Bilalın yaşadığı evə getmiş və onu da özü ilə götürərək Aytəkinin evinə gətirmişdir. O, Aytəkinin evinin yanına gələrkən orada Aytəkindən başqa, həmkəndliləri Asif və İntizam adlı şəxslərin olmasını görmüşdür. O, avtomaşını Aytəkinin evinin yanında saxlayıb yerə düşən zaman Aytəkinin kiminləsə telefonla danışmasını və danışdığı şəxsə «Beşyola» gəlməsini bildirdiyini eşitmişdir. Aytəkin telefonla danışıb qurtardıqdan iki dəqiqə sonra qardaşı Bilal ilə birlikdə onun idarə avtomaşına minib evindən təxminən 200-300 metr aralıda olan “Beşyola” sürməsini bildirmiş, Asif isə İntizamla birlikdə başqa avtomaşınla onların dalınca gəlmişdir. O, “Beşyola” gəlib avtomaşını saxladıqdan sonra Aytəkin ilə Bilal avtomaşından düşüb yolda hərəkət etməyə başlamış, həmin vaxt Aytəkin ondan bir qədər irəlidə hərəkət etmiş, Bilal isə ondan arxada qalmışdır. O, həmin vaxt Aytəkinin hərəkətdə olduğu istiqamətdə bir ədəd ağ rəngli “Vaz- 2107” markalı avtomaşının dayanmasını görmüş, lakin qaranlıq olmasına görə həmin avtomaşının nömrəsini və içərisində neçə nəfər olmasını görməmişdir. Aytəkin həmin avtomaşına doğru hərəkət etdikdən bir qədər keçdikdən sonra qardaşı Bilala «ayə vurdular» deməsini eşitmiş, ancaq kimin vurmasını deməmişdir. Həmin vaxt onun Aytəkinlə arasında olan məsafə təxminən 20-30 metr olmuş, hava qaranlıq olmasına görə hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Bundan sonra Bilal Aytəkini onun idarə etdiyi avtomaşınla Gəncə şəhərinə xəstəxanaya aparmış, Aytəkin xəstəxanaya çatdırıldıqdan sonra onun oturduğu arxa oturacaqdan bir ədəd mobil telefon və ayaq altından isə bir ədəd üzərində qan ləkələri olan bıçaq tapmışdır. Mobil telefonu avtomaşından götürüb qardaşı Bilala vermiş, bıçağın isə tiyəsini qan ləkəsindən təmizləyib cibinə qoymuş, sonradan isə polis əməkdaşlarına təhvil vermişdir. Aradan bir qədər keçdikdən sonra Aytəkin Hüseynov aldığı bıçaq yarasına görə vəfat etmişdir. Aytəkini yaralı vəziyyətdə xəstəxanaya apararkən kimin tərəfindən vurulmasına dair heç nə deməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 noyabr 2021-ci il tarixdə saat təxminən 20 radələrində həmkəndlisi Şahid4 idarə etdiyi “Vaz-2106” markalı avtomaşınla evlərinə doğru gedərkən evinin qarşısında dayanmış Aytəkin Hüseynov onları saxlatmış və “qonağım gəlir” deyərək onu parkın qabağına aparmalarını xahiş etmişdir. Onlar Aytəkini «Beşyol» adlanan yerin yaxınlığındakı parkın yanına aparmış, Aytəkin avtomaşından yerə enib ətrafa baxmış və qonlaqların gəlmədiyini görüb yenidən onu evinə aparmalarını xahiş etmişdir. Onlar Aytəkini evinə gətirdikdən sonra o, kiminləsə telefonla danışmağa başlamış, elə bu zaman Aytəkinin qardaşı Bilal kənd sakini Maarif adlı şəxsin idarə etdiyi “Vaz-2106” markalı avtomaşınla onların yanına gəlmişdir. Bundan sonra Aytəkin Bilala “qonaqlarım gəlib, “Beşyola” gedib onları qarşılamaq lazımdır” demişdir. Aytəkin bunu deyib qardaşı Bilal ilə birlikdə Maarifin idarə etdiyi avtomoşına oturub “Beşyola” doğru getmiş, o isə İntizamın avtomaşını ilə onların dalınca həmin yerə gəlmişdir. Onlar “Beşyola” gəldikdən sonra Aytəkin avtomaşından yerə düşüb “Beşyol”un digər tərəfinə doğru getmiş, Bilal isə Maarifin avtomaşınının yanında qalmışdır. Aradan 2-3 dəqiqə keçmiş Aytəkin sağ böyrünü əli ilə tutaraq onların yanına gəlmiş və «Bilok, məni vurdular» deməsini eşitmişdir. Elə bu zaman “Beşyol”un digər istiqamətində olan ağ rəngli “Vaz-2107” markalı avtomaşın sürətlə hərəkət edərək hadisə yerindən tərpənmiş və Sərkar kəndi istiqamətinə doğru getmişdir. Bundan sonra Bilal qardaşı Aytəkini Maarifin idarə etdiyi avtomaşınla Gəncə şəhərində yerləşən “Beynəlxalq xəstəxana”ya aparmış, orada Aytəkinin əməliyyat edilməsi baş tutmadığı üçün Gəncə şəhər TTYX-na aparılmış və orada reanimasiya otağında vəfat etmişdir. Şahid3 həmçinin bildirmişdir ki, Aytəkin Hüseynov uzun müddət Ukraynada yaşamış, son vaxtlar yaşadığı kəndə qayıdıb gəlmiş, onun yaşadığı kənddə kiminləsə düşmənçiliyinin və ədavətinin olmasını bilməmişdir. Aytəkini yaralı vəziyyətdə xəstəxanaya apararkən kimin tərəfindən vurulmasına dair heç nə eşitməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, yaşadığı Samux rayonu, Sərkar kəndinin içərisində özünə məxsus olan yeməkxana işlədir və kənd sakinləri ona «Seyfi» deyərək müraciət edirlər. O, qeyd etmişdir X4nu həmkəndlisi kimi tanımış, bir kənd sakini kimi münasibətləri yaxşı olmuşdur. Aytəkin Hüseynov hərdən onun işlədiyi yeməkxanaya gəlib onunla söhbətlər etmiş və yeməkxanaya gəlməzdən əvvəl ona zəng edərək gələcəyini bildirərmiş. Aytəkin 11 noyabr 2021-ci il tarixdə axşam saatlarında, şər qarışan zaman onun mobil telefonuna zəng edərək 20 dəqiqədən sonra qonaqlarının olacağını, onun yanına gələcəyini və boş otağın olub-olmasını soruşmuşdur. O isə Aytəkinə hələlik boş otağı olmadığını və qonaqları gələndə əlavə zəngləşməli olduqlarını bildirmişdir. Aradan təxminən bir saat keçdikdən sonra rayonun polis əməkdaşları onun mobil telefonuna zəng edərək yeməkxanada davadalaş olub-olmadığını soruşmuşlar. O isə yeməkxanada heç nə olmadığını, sorgu-sualın səbəbini soruşduqda isə polis əməkdaşları ona Aytəkinin bıçaqlandığını bildirmişlər. O, bu xəbəri eşidən kimi Gəncə şəhərinə xəstəxanaya gəlmiş və aradan bir qədər keçdikdən sonra Aytəkinin ölməsi barədə məlumat verilmişdir. O, həmçinin qeyd etmişdir ki, Aytəkin Hüseynov uzun müddət Ukraynada yaşamış, son vaxtlar yaşadığı kəndə qayıdıb gəlmiş, onun yaşadığı kənddə kiminləsə düşmənçiliyi və ədavəti olmamış, eləcə də kim tərəfindən bıçaqlanmasına dair heç bir məlumatı yoxdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 noyabr 2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Samux rayonunun Sərkar kəndinin ərazisində H.Z.Tağıyev küçəsi ilə Zəfər küçəsinin kəsişdiyi «beş yol» adlandırılan yol kəsişməsində baş vermişdir. Hadisə yerinə baxış zamanı «beş yol»-un Ziyadlı kəndinə dönən hissəsində, yəni Zəfər küçəsinin başlanğıcında yolun sol tərəfindən torpaqlıq hissədə qanabənzər ləkələr aşkar olunmuşdur. Həmin qanabənzər ləkələrdən üzü H.Z.Tağıyev küçəsinə doğru, yəni geriyə doğru 6,57 sm məsafədə bir ədəd qanabənzər ləkə, ondan 7,64 sm məsafədə yenə geriyə doğru bir ədəd qanabənzər ləkə, ondan 2,82 sm məsafədə yenə geriyə doğru, yəni yol kəsişməsinə doğru bir neçə ədəd qanabənzər ləkələr, ondan 5,30 sm məsafədə H.Z.Tağıyev küçəsinin tən ortasında çoxsaylı qurumuş qan ləkələri aşkar edilmişdir. Həmin qana bənzər ləkələrdən Zəfər küçəsinin başlandığı barının tininə qədər olan məsafə 14,10 sm-dir. Həmin barının tinindən Zəfər küçəsində aşkar olunmuş 1-ci qanabənzər ləkələr aşkar olunan yerə kimi olan məsafə 9,02 sm, 2-ci qanabənzər ləkəyə kimi 6,57 sm, 3-cü qanabənzər ləkələr aşkar olunan yerə kimi olan məsafə 4,54 sm, 4-cü qanabənzər ləkələrə olan məsafə 6 metrdir. H.Z.Tağıyev küçəsinin sol tərəfindən olan işləməyən dükanın sol tərəf küncündən Zəfər küçəsinin başlanğıcından olan «Zəfər» lövhəsinə kimi olan məsafə 31,20 sm, 1-ci aşkar olunmuş qanabənzər ləkəyə qədər olan məsafə isə 38 metrdir. Hadisə yerinə baxış zamanı bundan əlavə iş üçün əhəmiyyətli olan digər əşya və predmet aşkar olunmamışdır. Hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrin hər biri ayrıayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (iş vərəqə: cild 1, səh. 17-30). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 noyabr 2021-ci il tarixli “maddi sübut kəsb edən əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, X11 xəsarət yetirilmiş bıçağı Samux rayonu, Sərkar kənd sakini Şahid2 könüllü olaraq təqdim etmişdir (iş vərəqə: cild 1, səh. 32). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 17 noyabr 2021-ci il tarixli “maddi sübuta baxış keçirilməsi haqqında” protokoldan görünür ki, bıçağın tiyəsi qara rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici ucu deşici xassəyə malikdir. Kəsici tərəf hər iki tərəfdən itilənmiş, tiyənin üzərində 7x26 mm 01 ədəd uzunsov dəlik vardır. Tiyənin uzunluğu 91 mm, orta hissəsindən 25 mm, maksimal qalınlığı 2,2 mm-dir. Dəstəyin əsası qara rəngdədir və tiyənin davamı deyildir. Dəstəyin bir tərəfindən qara rəngli metal üzlük, digər bir tərəfinə isə kəmər taxacağı metal bərkidicilər vasitəsi ilə bərkidilmişdir. Dəstəyin ön sol hissəsində düyməcik rolunu oynayan detal yerləşir, düyməcik daxilə doğru sıxılma imkanına malikdir və bıcağın açıq vəziyyətində tiyənin qatlanmasına maneə funksiyasını yerinə yetirir. Düyməcikdən aşağı istiqamətdə aşağıyuxarı hərəkət edə bilən digər düyməcik vardır. Dəstəyin uzunluğu 116 mm, orta hissəsindən eni 26 mm, orta hissəsindən qalınlığı 10 mm-dir (iş vərəqə: cild 1, səh. 111- 113). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 23 may 2022-ci il tarixli “maddi sübutu tanınmaya təqdim etmə” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim olunan bıçağı nəzərdən keçirib bildirmişdir ki, bıçaq hadisə baş verən günə kimi ona məxsus olmuş, hadisəni məhz həmin bıçaqla törətmiş, X23 rayonu, Sərkar kəndində bıçaqla bir dəfə vurduqdan sonra bıçağı Aytəkin Hüseynovun bədənindən çıxara bilmədiyi üçün hadisə yerində qoyub getmişdir (iş vərəqə: cild 2, səh. 242). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik, məhkəmətrasoloji ekspertizasının 13 dekabr 2021-ci il tarixli, 16/1255/1256 saylı rəyindən görünür ki: - tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. - tədqiqata təqdim olunan köynəyin, poluverin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən tədim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş köynək, poluverin və maykanın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən idman şalvarının üzərində mexaniki zədə aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 230-233). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 76 saylı rəyindən görünür ki, X3 meyitində bir ədəd kəsilmişdeşilmiş yara müəyyən edilmişdir. Xəsarət- döş qəfəsinin sağ yarısının ön səthində ön qoltuqaltı xəttlə X-Xİ qabırğalar səviyyəsində yerləşir, qarın boşluğuna keçərək sağ Xİ qabırğanı, qaraciyəri, köndələnçənbər bağırsağın seroz qişasını və sağ böyrəyi zədələmişdir. Xəsarətlər həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan kəsici-deşici alətlə yetirilmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya adi edilir. Xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti sağdan sola, öndən arxaya doğrudur. X3 meyitində müəyyən edilən kəsilmiş-deşilmiş yara yerləşmə nahiyəsinə görə, onun əynində olan paltarlardakı zədələrlə uyğunluq təşkil edir. X4 ona yetirilən kəsilmiş-deşilmiş yaradan sonra məqsədyönlü hərəkətlər etmək (qışqırmaq, hərəkət etmək, qaçmaq və s.) iqtidarında olmuşdur. X3 bədənində müəyyən edilən kəsilmiş-deşilmiş yaradan başqa döş qəfəsinin ön səthində solda V-Vİİ qabırğalar səviyyəsində üç ədəd xətti formalı sıyrıq kimi xəsarətlər müəyyən edilmişdir. Həmin xəsarətlər də həyatidir, iti uclu əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir, dərəcələri təyin edilmir. X3 ölümünə səbəb döş qəfəsinin sağ yarısının ön səthinin qarın boşluğuna keçən qaraciyərin, köndələnçənbər bağırsağın seroz qişasının və sağ böyrəyin zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq hesab edilir ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 10-12 saatdır (meyit xx.xx.2021-ci il tarixdə saat 10:00-da müayinə olunmuşdur). X3 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh. 19-23). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X14 X28 məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2021-ci il tarixli, 124 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində sol bazu-dirsək nahiyəsinin ön səthində bir ədəd yaranın sağalmasından sonra qalan çapıq izi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 bədənində müəyyən edilən yuxarıda göstərilən xəsarətlə əlaqədar göstərilən tibbi yardım haqqında tibbi sənədlər təqdim edilmədən həmin xəsarətin əmələ gəlmə mexanizmini və müddətini müəyyən etmək mümük deyil (iş vərəqə: cild 2, səh.25-26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 14 fevral 2022-ci il tarixli, 02 saylı rəyindən görünür ki, təqdim olunmuş bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan X11 məxsus ola bilər. X11 məxsus paltarlar (bir ədəd mayka, bir ədəd uzun qol kofta, bir ədəd qısaqol köynək) üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. X11 məxsus bir ədəd qara rəngli idman şalvarının üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilməmişdir (iş vərəqə: cild 2, səh. 178-182). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə ambulator psixiatrik-psixoloji ekspertizasının 23 dekabr 2021-ci il tarixli, 794/254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh. 184-185). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə ambulator psixiatrik-psixoloji ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 795/255 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq psixi xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh. 187-188). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 26 yanvar 2022-ci il tarixli, 118 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh.14). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 26 yanvar 2022-ci il tarixli, 117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh.16). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhərində yerləşən “rent a car”dan əldə edilərək istintaqa təqdim edilmiş bir ədəd diskdə olan 11 yanvar 2021-ci il tarixdə, saat 15:29-dan 15:31-dək qeydə alınmış görüntüyə baxış keçirilmiş (iş vərəqə: cild 1, səh. 115). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X7 ölümündən sonra istintaqa təqdim edilmiş bir ədəd “Nokia” markalı mobil telefona baxış keçirilərkən xx.xx.2021-ci il tarixdə saat 11:08-də 055 544-19-63, saat 18:16-da 051 309-48-00, 18:47də “Canavar” adlandırılan şəxslə 20:05-də 050 253-39-98, 20:10-da Maarif adlı şəxslə, 20:11-də 070 959-93-95, 20:39-da isə 050 ***-**-** mobil nömrələri ilə danışıq aparılması müəyyən edilmişdir. (iş vərəqə: cild 1, səh. 116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 055 ***-**-** saylı və Təqsirləndirilən şəxs2 055 ***-**-** saylı mobil nömrələrinin xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə hansı anten dairələrində olması, həmin nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, mesaj mətnləri və həmin nömrələrin sahibləri barədə məlumatları əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 08:05 dəqiqədə ***-******* saylı mobil nömrədən (Təqsirləndirilən şəxs2 məxsus olan nömrə) ********** saylı mobil nömrəsinə (Təqsirləndirilən şəxs1 istifadəsinə olan nömrəyə) “Zdarova postaraytes po bstrey syebaca musora v kurse uje. Vsyu noc kameri v sele qde est iskali misya vipolneno normalno posledniy ureven vi doljni uyexat. A emu ti normalno vsadil 4 casa apirirovali no jivoy” məzmunlu «SMS» mesaj göndərilmişdir. Həmin mesaj mətnləri tərcümə edildikdə “Salam çalışın tələsin, zibillərin artıq məlumatları vardır. Bütün gecəni kəndin ərazisində olan bütün kameralarda axtarıblar missiya normal yerinə yetirildi sonuncu mərhələ siz getməlisiz. Amma sən ona normal yerləşdirdin 4 saat əməliyyat etmişlər lakin diridir” mənasını ifadə edir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 08:12 dəqiqədə ***-******* saylı mobil nömrəsindən ********** saylı mobil nömrəyə “Kuda uqodno vieyejay za qranicu a esli uje uznayut vse cto eto bili mi toqda samoe qlavnoe tebya ctob ne slovi tak s mntami zakrit temu lexqo ya na svyazi” məzmunlu «SMS» mesaj göndərilmişdir. Tərcümə edildikdə bu mesaj “Hara olursa olsun ölkədən xaricə çıx, əgər bilsələr ki, bunları biz etmişik onda əsas məsələ səni tutmasınlar mntami ilə mövzunu rahat olacaq bağlamaq mən əlaqədəyəm” mənasını ifadə edir. Həmçinin diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:46 dəqiqədə ***-******* saylı mobil nömrəsindən ********** saylı mobil nömrəyə «indi mene yaxşı qulaq as menim sabax qonaqim var bele deyimdə fikri eqidesi yasayısı duz olan Qaqamızdı ukraynadan gelib hallagendi. İndi sen sabax günorta men qaqana komek elemelisenki men qaqanda gelen qonaqla rahat gorusum sabah yiqajam gejen xeyre» məzmunlu «SMS» mesaj göndərilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixdə saat 11:49 dəqiqədə ***-******* saylı mobil nömrəsindən ********** saylı mobil nömrəyə “Avaz evden cix bazara tere asagi kentde bir temnu yere kucenizdeye asaqda” məzmunlu «SMS» mesaj göndərilmişdir (iş vərəqə: cild 2, səh. 87-90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarına dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X7 050 ***-**-** saylı mobil nömrəsinin və xx.xx.2021-ci il tarixdə həmin nömrəyə zəng edən nömrələrin anten dairələri Samux rayonunun ərazisini əhatə etmişdir. (iş vərəqə: cild 2, səh. 100-101). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Polis şöbəsinin 30 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Samik Babayev və Ruslan adlı şəxslərin şəxsiyyətlərini tam müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild 1, səh. 205). Cinayət işinin materiallarına əlavə edilmiş 26 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində sol bazu-dirsək nahiyyəsinin ön səthində aşkar edilmiş bir ədəd yaranın sağalmasından sonra qalan çapıq izinin hazırki cinayət işi ilə hər hansı bir əlaqəsi olmadığından həmin xüsusat üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilmişdir, bundan başqa həmin qərardan görünür ki, cinayətin törədildiyi bir ədəd bıçaq, X7 hadisə baş verən gün əynində olmuş paltarlar və bir ədəd qara rəngli “Nokia” markalı mobil telefon, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 saxlanılarkən ondan götürülmüş bir ədəd “Nokia”, bir ədəd “Redmi” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd hərbi bilet və əmək kitabçası, bir ədəd bank kartı, iki ədəd mobil telefon avadanlığı, Təqsirləndirilən şəxs1 məxsus iki ədəd sürücülük vəsiqəsi, bir ədəd texniki pasport, bir ədəd Ukrayna Respublikasının yaşama hüququ verən pasportu maddi sübut kimi tanınmış və Samux rayon Prokurorluğunda saxlanca təhvil verilmişdir (iş vərəqə: cild 3, səh. 67-83). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 və 14 dekabr 2021-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər (iş vərəqə: cild 1, səh. 236-239). Cinayət işinin materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 74-76). Cinayət işinin materiallarına əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli “könüllü gəlmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2021-ci il tarixdə Ukrayna Respublikasından təyyarə vasitəsi ilə Bakı şəhəri, H.Əliyev adına X21 gələrək özünü könüllü olaraq aidiyyəti üzrə verilməsi üçün polis əməkdaşlarına təqdim etmişdir (iş vərəqə: cild 1, səh. 88). Cinayət işinin materiallarına əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 99-101). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində əvvəli 16 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 145). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 169). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərkar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı var (iş vərəqə: cild 1, səh. 198). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Sərkar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 1, səh. 199). Cinayət işinin materiallarına əlavə edilmiş Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Saatlı rayonu, Məmmədabad kənd İnzibati ərazi dairəsində qeydiyyatdadır (iş vərəqə: cild 2, səh. 70). Cinayət işinin materiallarına əlavə edilmiş Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Məmmədabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 2, səh. 71). Cinayət işinin materiallarına əlavə edilmiş Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Genişkənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər az yaşlı uşaqları var (iş vərəqə: cild 2, səh. 72-76). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 sifarişlə qəsdən adam öldürməsi, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsi, Təqsirləndirilən şəxs2 isə sifarişlə qəsdən adam öldürməkdə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməkdə qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları, həmçinin təqsirləndirilən şəxslərin həmin cinayət əməlinin onlar tərəfindən törədilməsinə dəlalət edən halları təsdiqləyən qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, telefon danışıqlarına və mesaj mətinlərinə dair məlumatların olduğu disklər və həmin məlumatlara baxış protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə Cinayət Məcəlləsinin 32.5,120.2.5-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli məhkəmə tərəfindən müvafiq olaraq həmin maddələrlə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirli bilinməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı özlərini təqsirli bilmədiklərini, Təqsirləndirilən şəxs1 X1 öldürmədiyini, Aytəkin Hüseynovu bıçaqla ümumiyyətlə öldürmək məqsədilə vurmadığını, X17 Respublikasında aralarında yaranmış ədavətlə bağlı qisas almaq üçün vurduğunu, bundan başqa digər Təqsirləndirilən şəxs2 isə adam öldürmə cinayətini törətməkdə köməkçi qismində iştirak etmədiyini, Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törətməkdə heç bir köməklik etmədiyini, Təqsirləndirilən şəxs1 Aytəkin Hüseynovu öldürəcəyi barədə ümumiyyətlə məlumatının olmamasını bildirsələr də, onların həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı ifadələrində göstərdikləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ilkin araşdırma başlandığı vaxt Təqsirləndirilən şəxs1 həm şübhəli şəxs qismində dindirilərkən, həm də sonradan təqsirləndirilən şəxs qismində ifadə verərkən Samux rayonu, Sərkar kəndinə gəlməmişdən əvvəl Aytəkin Hüseynovla görüşməyi planlaşdırdığını, buna görə də qara rəngli bıçağı özü ilə götürdüyünü, Samux rayonu, Sərkar kəndinə gəlməmişdən əvvəl Təqsirləndirilən şəxs2la Gəncə şəhərində görüşdüyünü, Aytəkin Hüseynovun onun maşınını tanımaması üçün Gəncə şəhərində başqa maşın kirayə götürdüklərini və həmin başqa maşınla Samux rayonu, Sərkar kəndinə getdiklərini, orada Aytəkin Hüseynovu axtardıqlarını, Ukrayna Respublikasında olan tanışı Ruslana zəng edərək bu barədə sonuncuya məlumat verdiyini, Aytəkin Hüseynovun onların dediyi yerə gəlməsini Ruslana bildirməsini göstərmiş (iş vərəqə: cild 1, səh. 102-106, 156-159), digər Təqsirləndirilən şəxs2 da həm şübhəli şəxs qismində dindirilərkən, həm də sonradan təqsirləndirilən şəxs qismində ifadə verərkən Təqsirləndirilən şəxs1 Gəncə şəhərinə gəlməsinin səbəbini bildiyini, Təqsirləndirilən şəxs1 maşınının tanınmaması və kameralara düşməməsi üçün həmin maşını Gəncə şəhərində saxlayaraq kirayə başqa maşın götürdüklərini, Samux rayonu, Sərkar kəndinin yollarını məhz Təqsirləndirilən şəxs2 daha yaxşı tanıdığına görə maşını özü idarə etdiyini və hansı yollarla gedəcəyini özünün göstərməsini, cinayəti törədərkən Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Ruslanla telefonla əlaqə saxladığını, Təqsirləndirilən şəxs1 Ruslan adlı şəxsə Sərkar kəndində çayçının yanında adamların çox olduğuna görə Aytəkin Hüseynova yaxınlaşmadığını bildirdiyini, Təqsirləndirilən şəxs2 özünün təklifi ilə X15 kəndin ərazisində “Beşyol” adlanan yerə gəlməsini dediyini, Təqsirləndirilən şəxs1 Aytəkin Hüseynovu bıçaqla vurduqdan sonra Təqsirləndirilən şəxs2 yolları daha yaxşı tanıdığına görə polisə yaxalanmamaları üçün daha əlverişli yollarla getdiyini bildirmiş (iş vərəqə: cild 1, səh. 82-86, 128-132) və təqsirləndirilən şəxslərin həmin ifadələri Təqsirləndirilən şəxs1 Aytəkin Hüseynovu əvvəlcədən öldürmək məqsədinin olduğunu, Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törədəcəyini Təqsirləndirilən şəxs2 bildiyini, həmin cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları ilə yardım etməyi, cinayətin izlərini gizlətməyi qabaqcadan vəd etməsini birmənalı şəkildə sübut edir. Bundan başqa, təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı ifadələrində göstərdikləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edilərkən həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs2 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 mobil nömrəsinə “missiya normal yerinə yetirildi” məzmununda mesaj yazmış və həmin mesajın mətni ilə də törədilmiş cinayətin tapşırıq (missiya) olmasının təsdiq edilməsi Təqsirləndirilən şəxs1 qəsdən X10 öldürməsinin məhz sifarişlə icra edildiyini bir daha təsdiq edir. Cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə işin obyektiv halları qarşılıqlı şəkildə təhlil edilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən planlaşdırdığı cinayəti törətmək üçün X7 yaşadığı Samux rayonu, Sərkar kəndinə gedərək törədəcəyi cinayəti icra etməmişdən əvvəl bütün hərəkətləri barədə məlumat vermək üçün Ruslan adlı şəxslə telefon vasitəsilə əlaqə saxlamış, Sərkar kəndinə gələrkən Aytəkin Hüseynovu əvvəlcə tapa bilməməsi barədə Ruslan adlı şəxsə bildirmiş, həmçinin Ruslan həmin anda Təqsirləndirilən şəxs1 harada olmalarını soruşmuş və Təqsirləndirilən şəxs1 Aytəkin Hüseynovun kənddə “Beşyol”a gələcəyini demişdir. Qeyd edilən hallar təqsirləndirilən şəxslərin həm ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, həm də Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində Ruslan adlı şəxslə əvvəlcədən telefon vasitəsilə əlaqə saxlamaqda məqsədinin onun Samux rayonu, Sərkar kəndində olmasını, pulunun olmadığını, ona pul lazım olduğunu bildirməsi ilə əlaqədar olduğunu göstərsə də, Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində idarə etməsi üçün avtomobili olmasına baxmayaraq, 50 manat pul verib kirayə maşın götürdüyünü və həmin maşın üçün 300 manat girov qoyduğunu bildirmişdir. Qeyd edilənlər də Təqsirləndirilən şəxs1 borc pula ehtiyacının olmadığını və cinayəti törədərkən onun mütəmadi olaraq Ukrayna Respublikasında olan Ruslan adlı şəxslə telefonla əlaqə saxlamasının səbəbinin onun borc pul götürməsi ilə əlaqədar olmadığını təsdiq edir. Göstərilənlərlə yanaşı, eyni zamanda qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan telefon danışıqlarının və mesaj mətinlərinin olduğu diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 cinayəti törətdikdən sonra, Təqsirləndirilən şəxs2 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsinə olan nömrəyə Rus dilindən tərcümədə “Salam çalışın tələsin, zibillərin artıq məlumatları vardır. Bütün gecəni kəndin ərazisində olan bütün kameralarda axtarıblar, missiya normal yerinə yetirildi, sonuncu mərhələ siz getməlisiz. Amma sən ona normal yerləşdirdin, 4 saat əməliyyat etmişlər, lakin diridir” məzmununda mesaj mətinlərini yazması, bundan başqa “Hara olursa olsun ölkədən xaricə çıx, əgər bilsələr ki, bunları biz etmişik onda əsas məsələ səni tutmasınlar mntami ilə mövzunu rahat olacaq bağlamaq, mən əlaqədəyəm” məzmununda mesaj mətinlərini də yazması həmin cinayət əməlinin hər iki təqsirləndirilən şəxs tərəfindən birlikdə əvvəlcədən planlaşdırılmış şəkildə törədilməsini (mesaj mətnində də Təqsirləndirilən şəxs2 “bunları biz etmişik” yazması ilə törətdiyi cinayəti etiraf etməsi), həmçinin Təqsirləndirilən şəxs1 cinayəti törətdikdən sonra da Təqsirləndirilən şəxs2 cinayəti törətmiş şəxsi, cinayətin izlərini gizlətməyi (mesaj mətnində də Təqsirləndirilən şəxs2 “mövzunu rahat olacaq bağlamaq, mən əlaqədəyəm” yazması) vəd etdiyini bir daha təsdiq edir. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, telefon danışıqları və mesaj mətinlərinin olduğu diskə baxış protokolundan göründüyü kimi, hələ cinayət əməli törədilməmişdən əvvəl xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 özünün mobil nömrəsindən başqa bir nəfər şəxsin nömrəsinə “indi mənə yaxşı qulaq as, mənim sabah qonağım var, bele deyim də fikri, əqidəsi, yaşayışı düz olan qaqamızdı, Ukraynadan gelib hallagendi. İndi sen sabah günorta men qaqana komek elemelisen ki, men qaqan da gələn qonaqla rahat görüşüm, sabah yığacam, gecən xeyrə” məzmunlu mesaj yazması da cinayət əməli törədilməmişdən əvvəl artıq Təqsirləndirilən şəxs2 planlı şəkildə Təqsirləndirilən şəxs1lə görüşəcəyinə hazırlaşdığını təsdiq edir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı ifadəsində X10 öldürməsinin səbəbinin onun X9 aralarında ədavətinin yaranması, Aytəkin Hüseynovun ona silahdan atəş açması ilə əlaqədar olduğunu göstərsə də, məhkəmənin sorğusu əsasında Samux Rayon Prokurorluğundan əldə edilmiş materialdan görünür ki, beynəlxalq hüquqi yardımın göstərilməsi barədə sorğuya əsasən Ukrayna Prokurorluğundan göndərilmiş materiallarda göstərilmişdir ki, X32 Nazirliyinin məlumat bazalarının yoxlanılmasına əsasən Təqsirləndirilən şəxs1 həyatına sui-qəsd faktı aşkar edilməyib. Həmin materialdan həmçinin görünür ki, sorğuda göstərilən şəxslərin şəxsiyyətləri müəyyən edilmiş, həmin şəxslərdən biri xx.xx.1981-ci il təvəllüdlü X19r, o, Gürcüstan vətəndaşıdır, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Kiyev Beynəlxalq aeroportundan Kiyev-Tbilisi aviareysi ilə Ukrayna ərazisini tərk etmişdir, şəxsiyyəti müəyyən olunmuş digər şəxs xx.xx.1993-cü il təvəllüdlü X20r, o, Ukrayna vətəndaşıdır, xx.xx.2021-ci il tarixdə Ukrayna ərazisini tərk etmişdir (cinayət işinin materialları). Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ifadəsində ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərildiyini bildirdiyi hallarla əlaqədar məhkəmənin sorğusu əsasında Samux Rayon Polis Şöbəsindən göndərilmiş “tutulmuş şəxslərin tibbi kitabçası”ndan görünür ki, Təqsirləndirilən şəxs2, həmçinin Təqsirləndirilən şəxs1 tutulub X22 daxil olunarkən onlarda hər hansı xəsarətlərin olması müəyyən edilməmişdir, həmçinin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır (cinayət işinin materialları). Beləliklə də, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri inkaredici hallar cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu və cinayət işinin yuxarıda şərh edilən faktiki halları ilə tamamilə təkzib edildiyindən, onların göstərdikləri həmin inkaredici hallardan ibarət və məsuliyyətlərinin yüngülləşdirilməsinə yönəlmiş özünü müdafiə xarakterli ifadələri təqsirləndirilən şəxslərin seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılmış mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onların təqsirliliyini təsdiq etdiyindən, cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş qeyd edilən mötəbər və təkzibedilməz sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 sifarişlə qəsdən adam öldürməsini, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsini, Təqsirləndirilən şəxs2 isə sifarişlə qəsdən adam öldürməkdə köməkçi qismində iştirak etməsini təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 32.5,120.2.5-ci maddələri ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir”. Cinayət işinin materiallarına əlavə edilmiş 17 noyabr 2021-ci il tarixli “könüllü gəlmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2021-ci il tarixdə Ukrayna Respublikasından təyyarə vasitəsi ilə Bakı şəhəri, H.Əliyev adına X21 gələrək özünü könüllü olaraq aidiyyəti üzrə verilməsi üçün polis əməkdaşlarına təqdim etmişdir (iş vərəqə: cild 1, səh. 88). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 könüllü gəlib təqsirini boynuna almasını, bundan başqa onun himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, həmçinin Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin sanksiyası daxilində, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 32.5,120.2.5-ci maddəsinin sanksiyası daxilində, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətlərinə uyğun, həmçinin törədilmiş cinayətdə onların iştirak dərəcəsi nəzərə alınmaqla onlara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 cinayəti bilavasitə törədib sifarişlə qəsdən adam öldürmə cinayətini birbaşa icra etməsini, Təqsirləndirilən şəxs2 isə sifarişlə qəsdən adam öldürməkdə köməkçi qismində iştirak etməsi kimi işin faktiki hallarını və iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında iştiraklarının əhəmiyyətini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlinin Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, onların cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduqları vaxtdan, yəni Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 17 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli isə 16 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 17 noyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 isə cəza çəkməsinin əvvəli isə 16 noyabr 2021-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldıqları bütün müddət isə məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Samux rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - bir ədəd bıçaq məhv edilməli, X11 məxsus olmuş paltarlar və bir ədəd qara rəngli «Nokia» markalı mobil telefon aparatı onun hüquqi varisi X8 qaytarılmalı, eləcə də Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Nokia», bir ədəd «REDMİ» markalı mobil telefon aparatları, bir ədəd hərbi bilet və əmək kitabçası, bir ədəd bank kartı, iki ədəd mobil telefon avadanlığı onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs1 məxsus iki ədəd sürücülük vəsiqəsi, bir ədəd texniki pasport, bir ədəd Ukrayna Respublikasının yaşama hüququ verən pasportu onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 63 (altmış üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 120.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu 16 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Samux rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar - bir ədəd bıçaq məhv edilsin, X11 məxsus olmuş paltarlar və bir ədəd qara rəngli «Nokia» markalı mobil telefon aparatı onun hüquqi varisi X8 qaytarılsın, eləcə də Təqsirləndirilən şəxs2 məxsus bir ədəd «Nokia», bir ədəd «REDMİ» markalı mobil telefon aparatları, bir ədəd hərbi bilet və əmək kitabçası, bir ədəd bank kartı, iki ədəd mobil telefon avadanlığı onun yaxın qohumlarına, Təqsirləndirilən şəxs1 məxsus iki ədəd sürücülük vəsiqəsi, bir ədəd texniki pasport, bir ədəd Ukrayna Respublikasının yaşama hüququ verən pasportu onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 63 (altmış üç) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar