Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-141/2025 18.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Şamil oğlu və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1983-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri A.İmamquliyev küçəsi bina 15, mənzil 145-də qeydiyyatda olan və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 4(dörd) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrıayrılıqda qablaşdırılmış 0.325 qram, 0.287 qram, 0.203 qram, 0.314 qram, ümumi təmiz çəkisi 1.129 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə və 1 ədəd pul əskinazına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.360 qram, 3.150 qram, ümumi külli miqdarda 3.510 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etməsi, saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 07 iyun 2023-cü il tarixdə, saat 18:00 radələrində həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, R.Qasımov küçəsi beş yol deyilən ərazidə saxlanılaraq, Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda 4(dörd) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda şəxsi istehlak miqdarından artıq, 0.325 qram, 0.287 qram, 0.203 qram, 0.314 qram, ümumi təmiz çəkisi 1.129 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə və 1 ədəd pul əskinazına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.360 qram, 3.150 qram, külli miqdarda 3.510 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, metamfetamin ona məxsus olmamışdır. O Polis şöbəsində olarkən onun üzərinə qoyulmuşdur. Aşkar olunmuş digər narkotik vasitələr onun olmuşdur. O saxlanılmış və polis şöbəsinə aparılmışdır. Polis şöbəsində onun üzərindən 1 qram heroin aşkar olunmuşdur. Onun üzərinə əlavə narkotik vasitənə qoyulmuş və ona CM-nin 234.1-1-ci maddəsi ilə ittiham verildiyini bildirimişdir. Onun cinayət işi CM-nin 234.1-1-ci maddəsi ilə davam etdirilmiş, lakin sonradan onun əməli CMnin 234.4.3-cü maddəsinə tövsif edilərək məhkəməyə göndərilmişdir. O özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, “O, yuxarıda göstərilən ünvanda yaşayır. Bəzi vaxtlarda narkotik vasitə və psixotrop maddə qəbul edir. Onun psixotrop maddə olan el arasında “patı” adlandırılan metamfetaminə marağı olmuşdur və bəzi vaxtlarda az miqdarda metamfetamindən istifadə edirmiş. xx.xx.2023-cü il tarixində Gəncə şəhəri R.Qasımov küçəsində beş yol deyilən yerin yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və narkotik vasitə və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinə gətirmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-yə gətirilən zaman ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirildi və üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən “patı” adlandırdığı metamfetamin və kakos adlandırlan heroin aşkar olunaraq götürüldü. Həmin kütlələr tərəzi vasitəsi ilə çəkildi ümumi çəkisi 1,42 qram gəldi, həmin bükülər zərfdə qablaşdırıldi. Bundan başqa həmin cibindən çığmış bir ədəd sarı rəngli selefon bükümdə, bir ədəd 1 manatlq pul əskinazına bükülmüş narkotik vasitə heroinə oxşar kütlə aşkar olundu, həmin bükümlərində ümumu çəkisi 4,54 qram gəldi həmin kütlə zərfdə qablaşdırıldı və şəxsi axtarış iştirakçıları tərəfindən imzalandı. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütləni xx.xx.2023-cü il yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Həmin kütlədən istifadə etməmişdir. Lakin həmin kütlədən istifadə etmək məqsədilə üzərində saxlamışdır. Bundan başqa üzərində olan qara rəngli cinis şalvarımın sağ yan cibindən 1 ədəd özünə məxsus alışqan və 1-qutu siqaret aşkar olundu və həmin alışqan və siqaret daha sonra onun özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini bükümlərə ayırmaqda məqsədi onlardan həm rahat həm də tez istifadə etmək, həmin narkotik vasitə və psixotrop maddəni satmaq niyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat üzərində narkotik vasitələrin gəzdirməsi olmuşdur. İdarəyə dəvət olunmuş və üzərinə baxış keçirilmişdir. Üzərindən 4 bükümdə «kakos» və pul əskinazları aşkar edilmişdir. Şahid1 əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan, onun istintaqda verdiyi ifadəsi elan olunmuş, ifadəsi “rəsmi olaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Gəncə şəhəri, A.İmamquliyeva küçəsi bina 15, mənzil 145-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 07 iyun 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Ehtiram adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur. Odur ki, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmışdır. O, və Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə adı sonradan bizə məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri R.Qasımov küçəsi 5 yol deyilən yerdə saxlayaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin inzibati binasına gətirmiş, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Aqil Əliyev ona şübhəli şəxs qismində hüquq və vəzifələri elan etdikdən sonra ona dövlət hesabına vəkil X4 müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 6 ədəd büküm, həmin bükümlərin 5-i sarı rəngli sellofana, 1 ədədi isə 1 manatlıq pul əskinasına bükülü olan bükümləri təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümləri təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir paçka magna markalı siqaret və bir ədəd alışqan aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 04 ədəd sarı rəngli sellofana bükülmüş bükümlərin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, bir ədəd sarı rəngli sellofana və bir ədəd bir manatlıq əskinaza bükülmüş bükümlərin içərsində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin bükümləri saxlandığı gün səhər saatlarında yaşadığı ünvan 5 ünvanının yanından tapdığını, həmin narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 04 ədəd sarı rəngli sellofana bükülmüş bükümlər açıldıqda içindən narkotik heroinə bənzər kütlə olması müəyyən olunmuş, həmin bükümlər sellofanla birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 4.54 (dörd tam yüzdə əlli dörd) qram, 01 ədəd sarı rəngli sellofana və 01 ədəd bir manatlıq əskinaza bükülmüş bükümlər açıldıqda içərsində psixotrop maddə metamfetaminə bənzər kristal kütlə olması müəyyən olunmuş və həmin bükümlər sellofan və bir manatlıq əskinasla birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 1.42 ( bir tam qırx iki ) qram gəlmişdir. Bundan sonra həmin bükümlər müvafiq olaraq zərfdə qablaşdırılmış və üzəri Azərbaycan Respublikasının DİN-in 110 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və həmin bükümlərin dəqiq çəkisini və tərkibini müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir paçka magna markalı siqaret və bir ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol dorğu tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs şəhər ərazisində narkotik vasitə və psixotrop maddə satması barədə onlarda əməliyyat məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri müəyyən edib istintaqa təqdim etmək mümkün olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dövlət yol polis şöbəsinin yanında onlara əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmış və 1-ci Polis şöbəsinə gətirilmişdir. Təhqiqat bölməsində onun üzərinə baxış keçirilmişdir. Heroin və metamfetamin aşkar edilmişdir. 07 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və onun həbs etmənin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmaldır. Məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli 16/599 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 1.42 qram narkotik vasitə heroin...” sözləri və imzalar olan kağız paketdəki, 4(dörd) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0.325 qram, 0.287 qram, 0.203 qram, 0.314 qram, ümumi təmiz çəkisi 1.129 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi çəkisi 4.54 qram metamfetamin “sözləri və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümündə və 1(bir) ədəd bir manat pul əskinazına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0.360 qram, 3.150 qram, ümumi təmiz çəkisi 3.510 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 1.42 qram narkotik vasitə heroin.. “ sözləri və imzalar olan kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 4.54 qram metamfetamin. “sözləri və imzalar olan kağız paketdə olan metafetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 10 avqust 2023-cü il tarixli 1337 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və psixotrop maddələrdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 02 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirməsi haqqında qərardan” görünür ki, ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1.049 qram çəkidə narkotik vasitə heroin və 3.410 qram psixotrop maddə metamfetamin, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” markalı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi subut kimi tanınmalı, bir ədəd CD markalı disklər isə subut növü kimi tanınmalı və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 ədəd DVD markalı və bir ədəd CD markalı disklər cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitə heroin və psixotrop maddə metamfetamin isə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilməlidir. xx.xx.2023-cüil tarixli «video diskə baxış keçirilməsi haqqənda» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra şəxsi axtarış keçirilməmişdən əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçı polis mayoru X11 bildirir ki, 07 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, R.Qasımov küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər Heydər Əliyev pr 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir, təklifdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş Ehturam Qurbanov əynində olan qara rəngli şalvarın sağ yan cibindən “patı” adlandırdığı metamfetamin və kakos adlandırlan heroin aşkar olunaraq götürüldü. Həmin kütlələr tərəzi vasitəsi ilə çəkildi ümumi çəkisi 1,42 qram gəldi, həmin bükülər zərfdə qablaşdırıldi. Bundan başqa həmin cibindən çığmış bir ədəd sarı rəngli selefon bükümdə, bir ədəd 1 manatlq pul əskinazına bükülmüş narkotik vasitə heroinə oxşar kütlə aşkar olundu, həmin bükümlərində ümumu çəkisi 4,54 qram gəldi həmin kütlə zərfdə qablaşdırıldı və şəxsi axtarış iştirakçıları tərəfindən imzalandı. Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2023-cü il yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Həmin kütlədən istifadə etmədiyini, lakin həmin kütlədən istifadə etmək məqsədilə üzərimdə saxladğını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan qara qara rəngli cinis şalvarımın sağ yan cibindən 1 ədəd ona məxsus alışqan və 1qutu siqaret aşkar olundu və həmin alışqan və siqaret daha sonra onun özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr qablaşdırılaraq üzəri isə 110 saylı möhürlə möhürlənir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilir, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimdən və harada əldə etməsi, həmin narkotik vasitəni hansı məqsədlə üzərində daşıması, həmin narkotik vasitə və psixotrop maddə metafetamindən kənar şəxslərə verib-verməməsini müəyyən etmək üçün Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəəsinə əməliyyat tapşırığına verilmiş cavaba əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3414 nömrəli arayışdan görünür ki, X2 şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3943 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhəkəmə Təqsirləndirilən şəxs özünü cinayət işi üzrə qismən təqsirli bilməyərək, heronin ona məxsus olmaqla şəxsi istifadəsi üçün saxlamasını, lakin metamfetaminin ona məxsus olmaması polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsi mötəbər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, o cümlədən təqsirləndirlən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməməsini və narkomaniyadan məcburi müalicəyə ethiyacı olmaması barədə ekspertiza rəyini, şəxsi axtarış keçirilməsi barədə protokol, baxış və götürmə keçirilməsi barədə protokol, həmin protokollara əlavə olunmuş videogörüntülər, maddi sübutlar, iş üzrə keçirilmiş əməliyyat tapşırıqları və digər sübutlarala təkzib edildiyindən həmin ifadəni özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimt qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1.049 qram narkotik vasitə heroin və 3.410 qram psixotrop maddə metamfetamin satış məqsədi ilə əldə etməsi, 4(dörd) ədəd sarı rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 1.049 qram narkotik vasitə heroin və 3.410 qram psixotrop maddə metamfetamin satış məqsədi ilə əldə etməsi və saxlaması kimti qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasının yüngüləşdirlən halladır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin saxlancına verilmiş 1.049 qram narkotik vasitə heroin və 3.410 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64.80 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu vaxtdan, 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər BPİ-nin saxlancına verilmiş 1.049 qram narkotik vasitə heroin və 3.410 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64.80 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-141/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-141/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver