Məhkəmə qərarları › İş №1(100)-142/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-142/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-142/2021 31.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, – xx xxxxx 1992-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Bərdə rayonu, Lənbəran kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində Bərdə rayonu Lənbəran kəndində yaşayan X5 məxsus evin qarşısında Zərərçəkmiş şəxs onu 15 dəqiqə əvvəl sillə ilə bir dəfə vurmasına görə qisas almaq niyəti ilə sərxoş vəziyyətdə aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab olunmayan məişət təyinatlı cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, nazik və yoğun bağırsağın zədələnməsi ilə qarının ön-yan nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə nəticələnməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirərək zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində mal bazarına getmək üçün yaşadığı evdən çıxmışdır. O, bazara Damətlə birlikdə Damətə məxsus olan “Qazel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə getmişdir. Bazara gedən zaman Araz və Azərin atası Bəyləri də özləri ilə götürmüşlər. O, bazara çatdıqda Araz və Azər qardaşlarının da orada olduqlarını görmüş, belə ki, Araz və Azər qardaşları da mal-qara alveri ilə məşğul olduqları üçün tez-tez bazara gəmişlər. Saat təxminən 11 radələrində Damət, o və Araz bazardan çıxmağa qərar vermişlər və birlikdə kəndin girişində yerləşən “Xaçın” kafesinə gedib orada yeyib-içmək barəsində razılaşmışlar. Onlar “Xaçın” kafesinə getmiş, masaların birində əyləşib yemək yeməyə başlamış, yemək yeyən zaman o, əvvəlcə tək özü 1 bakal pivə içmiş, daha sonra üçü birlikdə 500 ml araq içmişlər. Arağın təsirindən o və Araz tam sərxoş vəziyyətə düşmüşlər. Bir qədər sonra Azər və Arzuman da onların masasına gəlmişlər və hamısı birlikdə əyləşib yemək yeməyə başlamışlar. Onlar yeməklərini bitirdikdən sonra birlikdə Damətə məxsus “Qazel”in kabinasına əyləşmiş, Arzuman isə öz yük avtomobili ilə çıxıb getmişdir. Kəndin girişindəki körpünü keçib irəliyə getdikdən sonra yolun sağında yerləşən kənddə hamının “Pavilion” adı ilə tanıdığı tikilinin yanına çatmışlar. Həmin yerdə Araz ona Azər və Arazın bacısının yoldaşı Xalidə məxsus torpaq sahəsinin olduğunu və Xalidin həmin torpaq sahəsini satdığını bildirib, onun həmin ərazini almasını təklif etmiş, o isə cavabında Araza “Torpağın içini belə belə edim, mən neynirəm torpağı?” demişdir. Bu zaman Araz ona “sənin yeznənin torpağını da, sənin varyoxunu da ...” deyib, qəfildən onun sağ qolunun dirsəkdən yuxarı hissəsindən tutub sıxmağa başlamışdır. Bu zaman Damət idarə etdiyi avtomobili kəndin içərisində “Pambıq” məntəqəsinin yaxınlığında saxlamış, onlar hamısı avtomobildən yerə düşmüş, bu zaman Arazla onun arasında mübahisə daha da böyümüş, lakin, Azərin və Damətin araya qarışmasından sonra onlar sakitləşmişlər. Biraz sonra Arzuman da gəlib həmin yerə çatmış, o, Damət və Azər yenidən Damətin avtomobilinə əyləşib, Araz isə Arzumanın yük avtomobili ilə dalqabaq kəndə gəlməyə başlamışlar. Damət avtomobili idarə edərək Azərin evinə sürmüş və Azər avtomobildən düşən kimi Araz da çatmışdır. Arazla onun arasında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Araz bir dəfə şillə ilə onun üz nahiyəsindən vurmuş, həmin dava zamanı Araz sonuncunun ünvanına ağır söyüş söymüşdür. Təxminən 3-4 dəqiqə ərzində dalaşdıqdan sonra Damətin və Arzumanın araya girməsindən sonra onlar sakitləşdirilmişlər. Damət onu özünə məxsus avtomobilə əyləşdirib yaşadığı evə gətirmiş, lakin, o evdə saxladığı düyməli bıçağı götürüb, qaçaraq Arazın atası evində olduğunu bildiyindən həmin evə doğru getmişdir. O, həmin evə çatan zaman Araz evlərinin həyət darvazasının yanında dayanmış, Araz onu görən kimi sonuncunun üzərinə doğru hücum etmiş, o da cibindən bıçağı çıxararaq düyməsini açıb sağ əlində tutaraq bir dəfə Araza doğru bıçaq atmışdır. O, bıçağın Araza dəydiyini bilsə də, lakin, bıçağın dəqiq Arazın hansı nahiyəsinə dəydiyini bilməmişdir. Bundan sonra səsə yığışan ətrafdakı şəxslər araya girmişlər və o, bıçağı yenidən cibinə qoyub anası ilə birlikdə yaşadığı evə qayıtmışdır. Bundan sonra Arazın bel nahiyəsindən xəsarət aldığını və xəstəxanaya aparıldığını eşitmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Zərərçəkmiş şəxs onun dayısı oğludur, onunla barışıb, vurduğu zərəri ödəmişdir. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 02:30 radələrində o, adəti üzrə yaşadığı evdən çıxıb kənddən mal bazarına gedən hazırda xatırlamadığı kənd adamlarının biri ilə “Mal Bazarına” getmiş, o, bazarda olan zaman qardaşı Azər də bazara gəlib çıxmış, daha sonra isə atası Bəylər ilə Pərvin və Damət bazara gəlmiş, həmin gün o, bazarda adəti üzrə alqı-satqı ilə məşğul olub işləri qurtardıqdan sonra həmin gün saat təxminən 11 radələrində bazardan çıxmağa qərar vermiş, o, yenə təklikdə bazarın çıxışına tərəf gedib kəndə gedən avtomobil olmasını gözləmiş, bu zaman Damətin özünə məxsus olan Qazel markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə gəldiyini görmüş, o, Damətə əliylə işarə edib saxlamasını xahiş etmiş, Damət yük avtomobilini saxlamış, bu zaman avtomobildə Pərvinin də əyləşdiyini görmüş, o, Damətin yük avtomobilinə əyləşmiş və birlikdə bazardan çıxaraq kəndə doğru yola çıxmış, yolda olan zaman kəndin girişində yerləşən “Xaçın” kafesinə gedib orada yemək barəsində razılaşmış, o, Pərvin və Damət kafeyə gəlmiş və masaların birində əyləşmiş, Pərvin əvvəlcə təkcə özü 1 bakal pivə içmiş, o və Damət isə 500 ml araq sifariş etmiş, yemək yeyə-yeyə həmin arağı qəbul etməyə başlamışdır. Pərvin pivəsini qurtardıqdan sonra araq içmək istədiyini demiş və birlikdə araq içməyə başlamış, daha sonra onlar 1 ədəd də 500 ml araq sifariş etmiş, orada olan zaman kafeyə qardaşı Azər və qardaşının həmişə birlikdə alver etdiyi həmkəndliləri Arzuman da gəlmiş, Azər və Arzuman ayrı masada ikisi əyləşmiş, yeməyi qurtarmağa az qalmış Azər və Arzuman da onların masasına keçmiş və hamısı bir əyləşmiş, içkini və yeməyi bitirdikdən sonra onlar kafedən çıxmağa qərar vermişlər. Pərvin və o, içkinin təsirindən sərxoş vəziyyətə düşmüş, onların Pərvinlə münasibətləri yaxın olduğuna görə qardaşı da, o da Pərvinlə söyüşlə zarafatlar etmiş, həmin vaxt da sərxoşluğun təsiri ilə yenə də zarafat etməyə başlamış, kafedən çıxdıqdan sonra Arzuman özünə məxsus olan Qazel markalı dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobilinə yanacaq doldurmaq üçün təklikdə getmiş, onlar dördü, yəni, o, Pərvin, Damət və qardaşı Azər isə Damətə məxsus olan yük avtomobilinin kuzasında əyləşmiş, avtomobili Damət idarə etmiş, o isə növbə ilə oturmuş, yol boyu onlar yenə zarafat etməyə davam etmiş, kəndin girişindəki körpünü keçib irəliyə getdikdən sonra yolun sağında yerləşən kənddə hamının “Pavilion” adı ilə tanıdığı tikilinin yanına çatmış, həmin yerdən keçən zaman o, Pərvinə Xalidin həmin torpaq sahəsini satdığını bildirib, almağı təklif etmiş, Pərvin isə ona cavabında “Torpağın içini belə belə edim, mən neynirəm torpağı?”demiş, bu cavaba o, əsəbləşib düzgün danışmağını demiş və Pərvinin qolundan tutub xəbərdarlıq etmiş, onlar həmin vaxt kəndin içərisində “Pambıq” məntəqəsinin qarşısında olmuş, Damət avtomobili saxladıqdan sonra onlar hamısı avtomobildən yerə enmişlər. Bu zaman Pərvinlə onun arasında mübahisə davam etmiş, daha sonra Damət və qardaşı Azərin araya qarışmasından sonra onlar sakitləşmiş, bu zaman Arzuman öz yük avtomobili ilə gəlib çatmış, o, Arzumanın avtomobilinə əyləşmiş, qardaşı Azər, Damət və Pərvin isə Damətin avtomobilinə əyləşmiş, onlar birlikdə hərəkət edərək atası Bəylər və qardaşı Azərin yaşadığı evin qarşısında düşmüş, bu yerdə də, Pərvinlə aralarında mübahisə davam etmiş, o, Pərvinin onun ünvanına söyüş söydüyünü görüb Pərvini bir dəfə şillə ilə üz nahiyəsindən vurub evə getməsini demiş, bundan sonra Damət Pərvini götürüb evlərinə aparmış, o və qardaşı Azər isə evin qarşısında dayanıb hadisə barədə söhbət etməyə davam etmiş, təxminən, 10 dəqiqə sonra Pərvinin evləri tərəfdən qaçaqaça onlara tərəf gəldiyini görmüş, o, Pərvinin yenidən mübahisə yaradacağını bildiyindən Pərvinin üzərinə doğru gedib saxlamaq istəmiş, bu zaman Pərvin şalvarından çıxardığı bıçaqla bir dəfə onun sol qarın nahiyəsindən vurmuş, bundan sonra ətrafda olan şəxslər araya girib onları aralaşdırmış və Pərvin çıxıb getmiş, daha sonra onu Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs onun bibisi oğludur, qohum olduqlarından və ona vurulmuş zərər ödənildiyindən Pərvinlə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. xx.xx.2020-ci il tarixdə də mal bazarı günü olduğuna görə o, Arzuman ilə birlikdə gecə saatlarında bazara getmişlər. O, bazara da özünə məxsus Qazel markalı yük avtomobili ilə getmiş, orada qardaşı Arazın da, atası Bəylərin də bazarda olduğunu görmüşdür. Həmin gün saat təxminən 11 radələrində bazar yekunlaşana yaxın o, Arzumanla birlikdə bazardan çıxıb kəndə doğru gələrkən, kəndə dönən yolun girişində yerləşən “Xaçın” kafesinə çatan zaman orada düşüb dostu Arzumanla birlikdə yemək yemək qərarına gəlmişlər. Onlar kafeyə daxil olan zaman qardaşı Arazın həmkəndliləri Pərvin və Damətlə birlikdə oturub yemək yediklərini, həmçinin, masalarında spirtli içki olduğunu görmüşdür. Kafedə olarkən qardaşı Arazla Pərvinin sərxoş olduqlarını görmüşdür. Onlar yeməklərini bitirikdən sonra kafedən çölə çıxmış, Arzuman özünə məxsus yük avtomobilinə benzin yükləmək üçün təklikdə çıxıb getmiş, onlar isə Damətin idarə etdiyi Qazel markalı yük avtomobilinə əyləşib kəndə doğru yola çıxmışlar. Yol boyu Arazla Pərvin zarafatlaşmış, kəndin girişində yerləşən hamının “Pavilion” adı ilə tanıdığı köhnə tikiliyə çatan zaman qardaşı Araz bacısının yoldaşı Xalidə məxsus olan torpaq sahəsini göstərərək Pərvinə həmin torpaq sahəsinin satıldığını demiş, bu zaman Pərvin söyüşlə cavab verərək “mən neynirəm ə torpağı, onun içini belə-belə edim” demişdir. Araz bu cavaba əsəbləşərək Pərvinin qolundan sirkələyib biraz danışdıqlarına fikir verməsini bildirmişdir. Onlar həmin vaxt artıq kənd arası yolda “Pambıq məntəqəsi” deyilən yerin yaxınlığına çatmış, Damət mübahisə yarandığını gördüyündən avtomobili saxlamış və onlar avtomobildən yerə enmişlər. Bu zaman Arazla Pərvin mübahisə etməyə, bir-birililərinə nalayiq ifadələr işlətməyə başlamış, o və Damət isə onlarin arasına girib sakitləşdirməyə çalışmlşlar. Bir neçə dəqiqə sonra Arzuman da özünə məxsus yük avtomobili ilə həmin yerə gəlib çatmış, mübahisə uzanmasın deyə qardaşı Araza Arzumanla birlikdə getməsini deyib Arazı Arzumanın yük avtomobilinə əyləşdirmiş, Damət, Pərvin və o isə Damətin yük avtomobilinə əyləşib evə doğru yola çıxmışlar. Evin qarşısına çatdıqdan sonra hamı avtomobildən yerə enmiş, Arzumanla qardaşı Araz da gəlib onlara çatmışdır. Bu zaman yenidən Arazla Pərvin arasında mübahisə yaranmış, həmin mübahisə zamanı qardaşı Araz bir dəfə şillə ilə Pərvinin üz nahiyəsindən vurmuş, Damət Pərvinin qolundan dartıb öz avtomobiinə əyləşdirib getmişlər. O, qapının arxasında qardaşı Araz və atası Bəylər ilə danışdığı vaxt Pərvin qaça-qaça onların evinə gəlmiş, Arazın səsinə çölə çıxarkən görmüşlər ki, Pərvin bıçaq ilə Arazın qarın nahiyyəsindən bir dəfə zərbə endirmiş və çıxıb getmişdir. Bundan sonra onlar təcili tibbi yardım avtomobili çağıraraq Arazı Bərdə rayon Mərkəzi Xəstəxanasına yola salmış, daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qohumudur. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saatlarında Pərvin mal bazarına getmiş, bundan sonra Pərvindən məlumatı olmamışdır. Həmin gün saat təxminən 14 radələrində yoldaşı Tuğayla birlikdə yaşadığı evdə olmuş, bu zaman oğlu Pərvin sürətlə evin həyətinə daxil olmuş, o, yoldaşı Tuğayla Pərvini qarşılayıb nə baş verdiyini soruşsalar da, Pərvin heç nə demədən öz otağına keçmişdir. Onlar Pərvinin yorğun olduğunu fikirləşib əhəmiyyət verməmişlər, lakin Pərvin otağa daxil olduqdan 1-2 dəqiqə sonra dərhal otaqdan çıxıb yenidən tələsik evdən çölə çıxmışdır. Onlar, Pərvinin bu hərəkətlərindən şübhələnib yoldaşı Tuğayla Pərvinin arxasınca darvazadan çölə çıxmışlar, bu zaman Pərvinin qaçaraq getdiyini görmüşlər. Onlar Pərvinin arxasınca getsələr də Pərvin sürətlə getdiyindən sonuncuya çata bilməmişlər. O, Pərvinin Bəylərin yaşadığı evə doğru getdiyini görmüş, onlar ora çatdıqları zaman Pərvin Arazı bıçaqla vurmuşdur. O da orada yerdə olan ağac parçası ilə Pərvini biriki dəfə vuraraq oradan uzaqlaşdırıb evə tərəf gətirmişdir. Bir müddət sonra polis əməkdaşları gəlib Pərvini Bərdə RPŞ-yə dəvət etmişlər, sonradan ona Pərvinlə Araz arasında mübahisə yarandığını, mübahisə zamanı əvvəlcə Arazın şillə ilə Pərvini vurduğunu, ona görə də, Pərvinin evə gəlib öz otağından bıçağı götürərək geri qayıdıb Araza bıçaqla zərbə endirdiyi məlum olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində o, Pərvinlə birlikdə mənə məxsus QAZ-33021 (Qazel) markalı ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə mal bazarına getmişdir. Həmin gün bazara çatdıqda Araz və Azər qardaşlarının da orada olduğunu görmüşdür. Bazarda işi qurtardıqdan sonra saat təxminən 11 radələrində onlarla birlikdə bazardan çıxmağa qərar verdmiş, həmin vaxt o və Pərvin ona məxsus yük avtomobilinə əyləşib bazardan çıxmışlar. Bazarın çıxışında Arazın dayandığını görüb onu da götürüb birlikdə kəndə doğru yola çıxmışlar. Yolda olan zaman kəndin girişində yerləşən “Xaçın” kafesinə gedib orada yemək yemək barəsində razılaşmışlar. O, Pərvin və Araz kafeyə gəlmiş və masaların birində əyləşmişlər. Pərvin əvvəlcə təkcə özü 1 bakal pivə içmiş, o və Araz isə 500 ml araq sifariş etmiş, yemək yeyə-yeyə həmin arağı birlikdə içməyə başlamışlar. Onlar orada olan zaman kafeyə Azər və Azərin həmişə birlikdə alver etdiyi həmkəndlisi Arzuman da gəlmiş, Azər və Arzuman ayrı masada əyləşmişlər. Onlar yeməklərini qurtarmağa az qalmış Azər və Arzuman onların masasına keçmiş və hamısı birlikdə yeyib-içməyə başlamışlar. Onlar yeməklərini bitirdikdən sonra kafedən çıxmış, həmin vaxt Pərvin və Araz içkinin təsirindən sərxoş vəziyyətdə olmuşlar və bir-biriləri ilə söyüşlə zarafat etmişlər. Kafedən çıxdıqdan sonra o, Pərvin, Araz və Azər ona məxsus olan yük avtomobilinə əyləşib kəndə doğru yola çıxmışlar. Yol boyu Araz və Pərvin yenidən bir-biriləri ilə həm əl-qolla, həm də söyüşlərlə zararat etməyə davam etmişlər. Kəndin girişindəki körpünü keçib irəliyə getdikdən sonra yolun sağında yerləşən kənddə hamının “Pavilion” adı ilə tanıdığı tikilinin yanına çatan zaman, Araz Pərvinə bacısının yoldaşı Xalidin torpaq sahəsini satdığını bildirmiş, bu zaman Pərvin söyüşlə zarafatyana ona cavab vermişdir. Bundan sonra onların zarafatları artıq mübahisəyə çevrilməyə başlamışdır. Kəndin mərkəzində yerləşən Pambıq məntəqəsinin yanına çatan zaman o, mübahisənin daha da ciddiləşdiyini görüb avtomobili saxlamış, Araz avtomobildən yerə enmiş, bu zaman Arzuman öz yük avtomobili ilə gəlib ora çatmışdır. O, mübahisə böyüməsin deyə Araza Arzumanın avtomobilinə əyləşməsini demiş və Araz gedib Arzumanın avtomobilinə əyləşmişdir. Bundan sonra o, Pərvin və Azər onun avtomobilinə, Arzuman və Araz isə arxada Arzumanın yük avtomobilində ard-arda hərəkət edərək Arazın atası Bəylərin evinin qarşısına gəlmişlər. Burada Araz və Azər avtomobildən enmiş, həmin yerdə Pərvin, Araz və Azər arasındakı zarafat mübahisəyə çevrilmişdir. O, dava zamanı Arazın Pərvinə bir dəfə şillə ilə vurmasını görmüşdür. O, Arzuman və Azərin araya qarışmasından sonra ArazLA Pərvini aralamışlar. Araz və Azər öz evlərinin yanında qalmış, o isə Pərvini öz avtomobilinə əyləşdirib evlərinə aparmışdır. Bundan sonra o, mübahisənin başa çatdığına əmin olub öz evinə getmiş və evdə uzanıb istirahət etməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Arazın əmisi oğlu Elbəyi onun mobil nömrəsinə zəng edərək Pərvinin Arazı bıçaqla vurduğunu demişdir. O, dərhal öz evindən çıxıb piyada Pərvinin yaşadığı evə getmişdir. Orada Pərvinin atası Tuğay kişini görmüş və ondan nə baş verdiyini soruşmuşdur. Tuğay kişi ona Pərvinin evdən bıçaq götürüb Arazın üzərinə getdiyini, nə qədər çalışsalar da, Pərvini sakitləşdirə bilmədiklərini, Pərvinin həmin bıçaqla bir dəfə Arazı vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid X3 ifadəsinə uyğun məzmunli ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd olunan cinayət hadisəsi Bərdə rayonu Lənbəran kəndi ərazisində X5 məxsus evin həyət darvazasının qarşısında baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2020-ci il tarixli 1028 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – nazik və yoğun bağırsağın zədələnməsi ilə qarının ön-yan nahiyəsinin daxilə keçən kəsilmişdeşilmiş yarası – deşici-kəsici əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında qərar və ona əlavə edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(021)-77/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxxxx 2021-ci il tarixli 4(104)-82/2020 saylı qərarından görünür ki, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2020-ci il tarixli 831 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Publiq huqiqi şəxsinin xx xxxxxx 2020-ci il tarixli 605-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası psixonevroloji dispanserinin xx.xx.2020-ci il tarixli 647 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək, bilavasitə yoxlamaq məqsədilə sonuncunun ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsinin baş vermə mexanizmini, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri, aralarında birinci mübahisənin yarandığı yeri və s halları əyani olaraq göstərmiş, istintaqa verdiyi ifadə ilə arasında ziddiyət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək, bilavasitə yoxlamaq məqsədilə sonuncunun ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi yeri, aralarında birinci mübahisənin baş verdiyi yeri və s halları əyani olaraq göstərmiş, istintaqa verdiyi ifadə ilə arasında ziddiyət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs nə özünün, nə də qardaşı X13 Kərimovu döymədiklərini, yalnız, özünün bir dəfə şillə ilə Təqsirləndirilən şəxs vurduğunu Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş üzrə ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid X10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Azər Hacıyev onun Təqsirləndirilən şəxs heç bir xəsarət yetirmədiyini, sadəcə qardaşı Zərərçəkmiş şəxs bir dəfə şillə ilə Təqsirləndirilən şəxs vurduğunu Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs Azər Hacıyevin dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir və onun əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayonu X12 Ərazi Dairəsi üzrə İcra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Kərimov X1 yaşayır və müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə şəhər Poliklinikasının arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 10914 nömrəli “Sərxoşluq vəziyyətinin müayinəsi aktı”ndan görünür ki, xx.xx.2020ci il tarixdə Təqsirləndirilən şəxs sərxoş olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində olan publik hüquqi şəxsin 5 saylı regional ərazi filialının arayışlarından görünür ki, Şahid4 İ qrup əlildir və Təqsirləndirilən şəxs himayəsindədir. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, himayəsində əlil olan şəxsin olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması, həmçinin zərərçəkmiş şəxslə qohum olmalarını həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, qohum olmalarını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində əlil atasının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə Bərdə RPŞ-də saxlanılan maddi sübut Təqsirləndirilən şəxs hadisədə istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020–ci il həbsdə saxlandığı 3 (üç) ay 10 gün saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Bərdə RPŞ-nin saxlancında saxlanılan maddi sübut Təqsirləndirilən şəxs oölunun hadisədə istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 90 (doxsan) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar