Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-142/2024 27.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Məmmədov Abdulla Elşad oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X8, X9 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X16, Zərərçəkmiş şəxs və onun nümayəndəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.5 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla və tamah məqsədi ilə qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd və qanunsuz olaraq döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs olan 360.000 ABŞ dolları (612.000 manat) məbləğində borcunu qaytardıqdan sonra özü üçün maddi mənfəət əldə etmək niyyəti ilə 112.000 ABŞ dolları (194.000 manat) məbləğində pulu guya, səhvən 2 dəfə sonuncuya verməsini bildirəcəyini özündən uydurmaqla planlaşdırıb tamah məqsədilə ondan qanunsuz və əvəzsiz olaraq həmin məbləğdə pulu almaq qərarına gəlmiş, bu məqsədlə 05 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə özünün istifadəsində olan «Nar Mobile» mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edib Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi Bazar”ın avtomobil dayanacağında həmin gün saat 17 radələrində görüşmüş və özünə məxsus “VAZ 2105” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə özü sürücü oturacağında, Zərərçəkmiş şəxs isə arxa oturacağın sağ tərəfində əyləşib söhbət etməyə başlamış və sonuncuya 112.000 ABŞ dolları (194.000 manat) məbləğində pulu səhvən 2 dəfə verməsi ilə bağlı pulun ona qaytarılmasını bildirmiş, lakin, həmin vaxt Zərərçəkmiş şəxs etiraz edərək ona hər hansı məbləğdə pulu artıq verməməsini bildirib onunla razılaşmayaraq avtomobildən düşmək istəməsindən hiddətlənib avtomobilin ətrafından keçən başqa şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə yarandığını dərk edərək və bunu arzulayaraq ümumi təhlükəli üsulla qəsdən sonuncunu öldürmək məqsədilə əvvəlcədən özü ilə gətirdiyi, istintaqa məlum olmayan tarixdə yaşadığı Şəmkir şəhəri, Şəmkir küçəsindəki məişət tullantıları tökülən yerdən tapdığı və qanunsuz olaraq əldə edib saxladığı üzərində gəzdirməklə avtomobilində daşıdığı, zavod üsulu ilə istehsal edilmiş, düşmənin canlı qüvvəsinə zərər vurmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən “F-1” tipli müdafiə təyinatlı əl qumbarasını əynindəki gödəkcənin cibindən çıxarıb halqasını çəkərək Zərərçəkmiş şəxs ayaqlarının altına atıb özü isə dərhal avtomobilin qapısını açaraq düşmüş, qumbaranın partlaması nəticəsində Zərərçəkmiş şəxs ağır dərəcəli travmatik və hemoragik şokla müşayiət olunan sol əl pəncəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin, hər iki baldır nahiyyəsinin və ayaq pəncələrinin əzilmiş-cırılmış qəlpə yaraları, sol əlin daraq sümüklərinin, hər iki qamış və incik sümüklərinin, hər iki ayaq pəncəsi sümüklərinin açıq qəlpəli sınıqları xəsarətləri ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, hadisə yerinə gəlmiş şəxslərin köməyi ilə zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən o, qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, ümumi təhlükəli üsulla və tamah məqsədi ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 29,120.2.4, 29,120.2.5 və 228.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən yalnız əl qumbarasına münasibətdə verilmiş ittiham üzrə təqsirli bilərək,mülki iddianı qismən qəbul edərək ifadəsində göstərmişdir ki, Bİnnət gəlib onun qiymətlərinin ona xoş gəldiyini bildirimiş və onunla uzun müddət işləyəcəyini demişdir. Bundan sonra Binnətin pulları gəlmiş və Binnət gəlib yavaş-yavaş pullarından götürmüş və ona bu barədə heç kəsin bilməməsini xahiş etmişdir. Binnət ona pulunun çox olmasını bildrib bir hissəsini istəmiş, o da gəlib evdən götürməsini demişdir. Həmin vaxt o, toyda olacağını demiş və sabah tezdən gəlib götürəcəyini bildirmişdir. Binnət gəlmiş və o, 112 min ABŞ dolları Bmnnətə vermiş və Binnət sayıb götürmüşdür. 5ci gün axşam və 6-cı gün onlar bazara çıxmamışlar. O, altı-bazar günləri işləmədiyindən qeydiyyat kitabları işdə qaldığı üçün evdə Binnətə 112 min ABŞ dolları verməsini balaca kağız parçasna yazmışdır. Binnət 112 min ABŞ dolları götürüb gedəndən bir- iki gün sonra özündə yoxlama aparan zaman pulların əskik gəlməsini aşkar etmişdir.Həmin vaxt o pullarının harada və kimdə ola biləcəyi haqqında düşünmüş,lakin Binnət heç yadına düşməmişdir. Uzun müddətdən sonra o, Binnətin və Binnətin pullarının gəlməməsini aşkar etmişdir. O,Binnətlə əlaqə saxlamış və « ay Binnət bəs hardasan bəs biz işləyəcəydik, ardıcıl işləyəcəydik» deyə soruşmuşdur. Binnət ona qiymət neçədi demiş, o da həmişəki kimi 1,70 olmasını demiş, Binnət isə yox bahadır demişdir. O, Binnəti yaxşı müştəri kimi özünə qaytarmaq üçün öz xeyrindən də imtina etmiş və Binnətə dolları 1,68 satacağını demiş, lakin Binnət yenə də bahadır deyib razılaşmamışdır. Bir gün Binnəti yoxlamaq məqsədi ilə və kiminlə işləməsini öyrənmək üçün Binnətlə danışmış və Binnətə vəziyyət nətərdir sən yenə gəlmirsən deyib qəsdən Binnətə özündən 1,68 manata dolları verəcəyini demiş ,Binnət yenə ona, ə yox baha deyirsən demiş və dolları 1,50 manata aldığını bildirmişdir. Artıq bu söhbətdən sonra o, Binnətin ondan yayındığından şübhələnmişdir. Bundan sonra evdə sənədləri axtaran zaman Binnətə 112 min ABŞ dolları verlməsi barədə qeydiyyyat apardığı kağız parçasını tapmış və həmin pulu iki dəfə səhvən Binnətə verdiyini başa düşmüşdür.O,Binnətə zəng vurmuş və « imkanlı varlı adamlar vardır, çoxdur, etiraf etmək çətindir, mən mexaniki səhv etmişəm ,bunların hamısını mən görmüşəm»deyib ,Binnət bizim aramızda bir qaranlıq yer vardır, bir bax gör hardasa səhv eləmişəm demiş, Binnət isə sanki cavaba hazırmış kimi ona mənim hər şeyim düzdür, özündə axtar demişdir. O,kəndin çoxunu tanımış,o cümlədən Binnətin valideyinlərini tanımışdır. Özü-özlüyündə neynəyəcəyini düşünmüş ,Binnətlə telefonla danışmış və bir vaxt elə görüşək söhbət edək demişdir. Bundan sonra Binnət müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. İrmaşlıda toyda olan zaman Binnət ona zəng vurmuş və görüşə biləcəyin dediyindən köhnə bazarın yanında görüşəməyə razılaşdırmışlar. Binnət onunla tikanlı danışdığından o görüş yerinə gələndə evə dönmüş və Binnət razılaşmasa sonuncunu qorxutmaq üçün «zəhrimarı» (əl qumbarasını) götürmüşdür. Onlar hər ikisi ərazisi böyük olan bazarın yanına gəlmişlər.Həmin ərazi sakinlərin avtomobillərini saxladığı və az sayda insanların gəliş-gediş yeri olmuşdur. O, həmin vaxtı idarə etdiyi «VAZ-2105»markalı avtomobilində sürücü sükanı arxasında əyləşmiş. Binnət isə gəlmiş və arxa oturacaqda əyləşmişdir. O,söhbətə başlamış və Binnətə olan məsələni sakit tərzdə danışmış və 112 min ABŞ dolları ona iki dəfə verdiyini deyib qaytarmasını xahiş etmişdir. Binnət onunla tikanlı danışmış və ona qarşı saymazlıq etmişdir. O, Binnətə «bu belə olmaz, mənim də vercəyim var sənin kimi oğlanlara, məni diriyiblər mən verməliyəm pulları, mən səhv eləmişəm sən Binnət kişilik elə mənim pulumu qaytar» demişdir. Həmin vaxt Binnət düşüb getmək istəmişdir. O, Binnətə «belə olmaz məni oldurəcəklər, başa salıram» demiş, Binnət isə vecinə almamışdır. O,avtomobildə olan Quran kitabını Binnətə verib «bu Qurana and iç ki, o pulu mən götürməmişəm» demiş, Binnət Quranın ucundan tutmuş və o pul məndə deyil vermişəm gedibdir demişdir.Həmin vaxt o, Binnətə sənin və sənə dəstək verən şəxslərin aqibəti çox pis olacaqdır demişdir.Binnət çıxıb getmək istəmiş o, Binnəti qorxutmaq üçün əl qumbarasını çıxarmış ,Binnət qumbaranı görəndən sonra qəribə səslər çıxarmış , əlindən dartmış və əlində olan qumbara açılaraq fısıldamış və avtomobilin arxa oturacağına düşərək partlamışdır. Ondan sonra huşu itdiyindən nə baş verdiyini xatırlamır.Təqsirləndirilən şəxs daha sonra tərəflərin suallarına cavab olaraq ifadəsində gösətərmişdir ki, əl qumbarasını Binnəti qorxutmaq məqsədi ilə götürmüş,partlayışdan əvvəl aralarında dartışma olmuş,hər ikisi onun avtomobilində olmuş, hər yüz min dollardan yüz dollar qazancı olmuş, hadisənin neçə vaxt davam etməsi yadında qalmamış, pulun Binnətdə olub olmamasını dəqiq bilməmiş, hadisənin baş vermə səbəbi Binnətin ondan qaçmağı ora tikanli sözlər deməsi, saymazyana danışması olmuşdur. Məhəkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddiasını müdafiə edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşayan və pul köçürmələri ilə məşğul olan Natiq adlı şəxsin vasitəsilə tanımış və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla tanışlığı hadisə baş verməmişdən 3-4 ay əvvəl olmuşdur. Ona məxsus olan Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Binnət Fruit” şirkətində o, meyvə-tərəvəz biznesi ilə məşğul olmuşdur. O, Sankt-Peterburq şəhərindən Azərbaycan Respublikasına pul köçürmələri etmiş, həmin köçürmələri o, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs vasitəsilə götürmüşdür. Təqsirləndirilən şəxs 3-4 ay ərzində 700.000 min ABŞ dolları pul göndərmişdir. Həmin 700.000 ABŞ dollarını o, 2022-ci ilin müxtəlif aylarında geri almışdır. Təqsirləndirilən şəxs götürdüyü 700.000 min ABŞ dollarının müəyyən hissəsini öz fərdi yaşayış evində və müəyyən hissəsini isə öz iş yerində geri almışdır. 05 yanvar 2023-cü ildə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, görüşmələrini və illik hesabat aparan zaman ona artıq 112.000 min ABŞ dollarını səhvən verdiyini demişdir. O,işləri çox olduğundan əvvəl Nəsiblə görüşə bilməmiş, Nəsiblə görüşməyə razılıq verdikdən sonra isə Nəsib dostunun toyuna getdiyini, toydan çıxıb görüşməyi təklif etmişdir. O, Nəsiblə razılaşmış özünə məxsus “Land Cruiser” markalı avtomobillə Şəmkir şəhəri mərkəzi bazarına gəlmişdir. O, Nəsibə zəng etmiş, sonuncu ona idarə etdiyi qırmızı rəngli “VAZ 2105” markalı avtomobilin yanına gəlməsini demişdir. O, avtomobilini dayanacaqda saxlamış, Nəsibə məxsus avtomobilin yanına getmişdir. O, Nəsibin avtomobilinin yanına getmiş, Nəsib avtomobildən düşmüş onu arxa oturacaqda əyləşdirmişdir. O, arxa oturacaqda əyləşmiş, Nəsib isə sükan arxasında əyləşmişdir. Avtomobildə Nəsib ona pulu iki dəfə verdiyini demiş, o da Nəsibin ona əlavə 112.000 min ABŞ dolları vermədiyini bildirmişdir. Bu zaman Nəsib “Qurani Kərim” kitabını çıxarıb ona and içməsini demiş, o da əlini kitabın üzərinə qoyaraq and içmişdir. Daha sonra Nəsibə kitabı qaytarmış, sonuncu bir neçə saniyəlik donmuş vəziyyətdə qalmış və kitabı ön sərnişin oturacağına ataraq “Kəlimeyişəhadət”ini gətirib əynindəki gödəkcənin sağ yan cibindən qumbaranı çıxararaq onun halqasını çəkib ayağının altına atmış, özü isə dərhal avtomobilin qapısını açaraq yerə tullanmışdır. O isə həyəcandan nə edəcəyini bilməyib oturduğu yerin sağ tərəfdəki qapısını açmaq istəmiş, lakin qapının açılmadığını görüb sol tərəfdəki qapını açmağa cəhd etmişdir. Həmin qapı da açılmadığı üçün Nəsibin o, çıxa bilməsin deyə qapıların dəstəyini qəsdən qırdığını başa düşmüşdür. Yeganə çıxış yolunun arxa oturacağa uzanmaq olduğunu fikirləşərək sağ yanı üstə oturacağa uzanmış, lakin həyəcandan ayaqlarını ayaqaltı hissədən çəkməyi yaddan çıxarmışdır. Qeyd etdiyi hərəkətlər təxminən 3-4 saniyə çəkmişdir. Elə oturacağa uzandığı anda partlayış baş vermişdir. Partlayışın təsirindən artıq o, ayaqlarında və bədəninin müxtəlif nahiyyələrində güclü ağrılar hiss etmişdir.Onun partlayışın təsirindən aldığı xəsarətlərdən vəziyyəti çox ağır olmuş, bu səbəbdən yerdə uzanaraq heç nə edə bilməmişdir. Az sonra ora gəlmiş şəxslərin köməkliyi ilə təcili tibbi yardım avtomobili ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, oradan isə X19 Xəstəxanasına aparılmışdır. O, hadisədən sonra 15 dəfə əməliyyat olunmuş, sol ayağı diz nahiyyəsindən aşağı hissəsi amputasiya olunmuşdur. Digər ayağı isə hələ də ağır vəziyyətdədir. Həmçinin ayağının və bədəninin demək olar ki, bütün nahiyyələrində qumbaranın qəlpələri qalmışdır.Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini və mülki iddiasının tam təmin olunmasını məhəkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanımış həmin şəxs onun yaxın dostudur, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə hadisədən sonra tanımışdır. Valyuta dəyişmə məntəqəsinin yerləşdiyi yeri 1998-ci ildə Nəsiblə birlikdə şərikli alsalar da, ora hazırda Nəsibin adınadır. Nəsiblə yaxın dost olsalar da, sonuncu hadisə baş verməmişdən əvvəl Zərərçəkmiş şəxs ona 112.000(yüz on iki min) ABŞ dolları verməli olduğunu deməmişdir. O, bu hadisənin səbəbini yalnız Nəsib cinayəti törətdikdən sonra bilmişdir. 05 yanvar 2023-cü il tarixdə saat 12 radələrində dostu Nəsiblə valyuta dəyişmə məntəqəsində olarkən sonuncuya şəhərdə yerləşən “Şəmkir” şadlıq sarayına Zülfüqar adlı şəxsin oğlunun toy mərasiminə gedəcəyini demişdir.Nəsib qız evindən onu da toya çağırdıqlarını deyərək bir neçə dəqiqədən sonra gedəcəyini demişdir. Həmin vaxt valyuta dəyişmə məntəqəsində Nəsibin bacısı oğlu Fikrət və onun oğlu Müşviq olmuşdur. O, tək valyuta dəyişmə məntəqəsindən çıxıb dostu Zabitlə birlikdə idarə etdiyi “Mercedes” markalı avtomobillə toya getmişdir. Saat 17 radələrində şadlıq sarayından çıxıb təkrar valyuta dəyişmə məntəqəsinə qayıtmışdır. Həmin vaxt orada oğlu Müşviqlə Nəsibin bacısı oğlu Fikrət olmuşdur. Məntəqəni bağlayıb getmək istəyərkən, məntəqənin yaxınlığında balıq satan Dağıstan adlı şəxs onun istifadəsində olan mobil telefona zəng vurmuş və dostu Nəsibin mərkəzi bazarın avtomobil dayanacağında yandığını demişdir. Az sonra bir nəfər də əvvəllər tanımadığı şəxs gələrək Nəsibin avtomobilinin partladığını demişdir. O, həyəcanlı vəziyyətdə Dağıstanın dediyi yerə qaçmış, arxasınca isə oğlu Müşviqlə Nəsibin bacısı oğlu Fikrət gəlmişdir. Avtomobilə çatarkən Nəsibin idarə etdiyi “VAZ 2105” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfdəki qapısının yaxınlığında yerə uzanıqlı vəziyyətdə, Dağıstanın qucağında huşunu itirmiş vəziyyətdə görmüşdür. Nəsibdən nə baş verdiyini soruşmuş, sonuncu halsız vəziyyətdə ona baxaraq heç nə deməmişdir. O, Nəsibi ağ rəngli, “VAZ 2106” markalı taksiyə əyləşdirib bacısı oğlu Fikrətlə birlikdə xəstəxanaya yola salmışdır. Daha sonra Nəsibin avtomobilinin yanına qayıtdıqda yerdə ağ rəngli parçaya bükülmüş nəsə olduğunu görmüşdür. Onu yerdən qaldıraraq içərisinə baxarkən müqəddəs “Qurani Kərim” kitabı olduğunu müəyyən edib onu avtomobilin üzərinə qoymuşdur. Elə bu zaman bir nəfər şəxsin Nəsibin avtomobilinin arxa oturacağında uzanmış və hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. O, Dağıstanla birlikdə həmin şəxsi avtomobildən yerə düşürüb oradakı şəxslərin verdikləri bel kəmərləri ilə həmin şəxsin xəsarət almış ayaqlarına bərk-bərk sıxmışlar. Bu zaman həmin Binnət adlı şəxs yarı huşunu itirmiş vəziyyətdə “mən atmamışam, mən atmamışam” demişdir. O, Binnəti düşürərkən sonuncunun altında, arxa oturacağın üzərində bir ədəd qumbara halqası və bir ədəd qumbaranın tutacaq hissəsini görmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və onlar köməkləşib Binnət adlı şəxsi TTY avtomobili ilə yola salmışlar. Arxasınca isə o, polis əməkdaşlarına zəng edib hadisə barədə məlumat vermişdir. Sonradan bilmişdir ki, Nəsib Binnətlə birlikdə avtomobildə olarkən sonuncunun oturduğu arxa oturacağa tərəf qumbara atıb yerə düşmüş, qumbaranın partlaması nəticəsində Binnət ağır xəsarət almışdır. Nəsibin Binnətin üzərinə qumbara atmasına səbəb Nəsibin deməsinə görə, səhvən 112.000 min ABŞ dollarını Binnətə artıq verdikdən sonra həmin pulu ona qaytarmaması olmuşdur. Nəsibin üzərində əvvəllər qumbara, o cümlədən digər silah-sursat görməmişdir. Nəsibin dindar, heç kimlə işi olmayan bir şəxs olduğunu, onun qumbaranı haradan əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Hadisə baş verən zaman avtomobilin ön sərnişin oturacağında heç nə görməmişdir. Nəsib hadisə baş verməmişdən əvvəl Binnətlə aralarında yaranmış pul problemi ilə bağlı ona heç nə danışmamışdır. Bu səbəbdən onun həmin məsələ ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə saat 08 radələrində dayısı Nəsibgilə getmiş və Nəsib ona həmin gün pulların köçürmələrini təmin etmək üçün 40.000 min manat pul vermişdir. O, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən dayısı Təqsirləndirilən şəxs şərik işlətdiyi pul dəyişmə məntəqəsinə getmişdir. O, dayısı Nəsibin yanında işlədiyindən, Nəsibin şəriki Şahid1 oğlu Müşviqi görmüşdür. Həmin gün saat 14 radələrində Nəsib iş yerinə gəlib ondan pul istəmiş və o, Nəsibə 1 ədəd 50 ABŞ dolları və bir ədəd10-luq, bir ədəd 5-lik əskinaslardan ibarət ümumilikdə 100 manat pul vermişdir. Nəsib pulu götürüb toya gedəcəyini bildirmişdir. Nəsib toya gedəndən sonra Şahid1 işə gəlmişdir. Həmin gün saat 17 radələrinədək hər üçü işdə olmuşlar. Nəsib üzərində külli miqdarda pul gəzdirməmiş və avtomobilinə pul qoymamışdır. Həmişə pul lazım olanda o, Nəsibə zəng vurmuş və Nəsib deyilən məbləğdə pulları gətirmişdir. Həmin gün pul dəyişmə məntəqəsində o, Müşviq və Yalçınla birlikdə olan zaman Mərkəzi bazarda işləyən, zahirən tanıdığı, adını bilmədiyi cavan oğlan onun yanına gələrək dayısı Nəsibin avtomobilinin bazarda partladığını bildirmişdir. Həmin vaxt Yalçın ondan əvvəl dayısının olduğu yerə qaçmış və o da obyektin qapısını bağlayıb piyada dayısının olduğu yerə qaçmışdır. Dayısına məxsus avtomobili kənardan görəndə avtomobilin ön və yan şüşələrinin sındığını və Nəsibin avtomobilin yaxınlığında yerə uzanaqlı vəziyyətdə olduğunu gormüşdür. Həmin vaxt Müşviq, Yalçın, qonşuları Anar və tanımadığı şəxslər orada olmuşdur. O, Nəsibə yaxınlaşmış və tanımadığı cavan oğlan həmi vaxt ucadan qışqırıb Nəsibin onun avtomobilinə əyləşdirib xəstəxanaya aparmasını bildirmişdir. Həmin avtomobilin tanımadığı sürücüsü ona köməklik edərək dayısını ona məxsus “VAZ 2106” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin arxa oturacağına uzadıb həmin avtomobili isə özü idarə edib, Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər tərəfindən Nəsibə ilkin tibbi yardım göstərilmiş,daha sonra isə Şəmkir rayon X3 təcili tibbi yardım avtomobili ilə X6 Mərkəzinə aparmışlar. O, saat 06 radələrində xəstəxanadan çıxıb evə gəlmişdir.Nəsibdə qumbara olduğunu görməmiş və qumbaranın olması barədə heç nə eşitməmişdir. O, Binnəti yaxından tanımasa da, sonuncunu bir neçə dəfə gəlib Nəsibdən pul götürən zaman görmüşdür. Onların arasında münasibətlər normal olmuşdur. Nəsib pul dəyişmə işi ilə məşğul olmuş və həmin işdə Şahid1 onun şəriki olmuşdur.Həmin gün Nəsib işə külli miqdarda pul gətirməmişdir. Nəsibə məxsus «VAZ 2105» markalı avtomobil köhnə olduğundan avtomobilin qapıları arada bağlanmamışdır. Ona görə də Nəsib heç vaxt avtomobilində külli miqdarda və ya az miqdarda pul saxlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə saat 17 radələrində o, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Füzuliyə məxsus çayxanada olan zaman partlayış səsi eşitmişdir. Bu zaman o, “Eşşək” ləqəbi ilə tanıdığı Elşən və Anar çayxanadan səs gələn yerə baxmaq üçün çıxmışlar. Elşən və Anar yola tərəf baxıb geriyə, yəni bazarın avtomobil dayanacağına tərəf qaçmışlar. O, da onların arxası ilə qaçmışdır. O, partlayış baş verən yerə çatanda Nəsibə məxsus“VAZ 2105” markalı avtomobilin yan və ön şüşələrinin yerindən çıxdığını və Nəsibin avtomobilin sol yan qapısının yaxınlığında yerdə olduğunu görmüşdür. Həmin vaxt Nəsib dizlərini yerə qoyub “kəlmeyi şəhadət”ini demişdir. Bu vaxt avtomobilin sağ arxa oturacağında bir nəfər yaralı şəxsin olduğunu görmüşdür. Həmin vaxt Nəsibin bacısı oğlu Fikrət tanışı Əliyə məxsus “VAZ 2106” markalı avtomobilə dayısı Nəsibi yerləşdirib Əli ilə birlikdə xəstəxanaya aparmışlar. Nəsibi xəstəxanaya apardıqdan sonra Şəmkir rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili ilə adını bildiyi Binnəti xəstəxanaya aparmışlar. Bundan sonra oraya polis əməkdaşları gəlmişlər. Həmin vaxt onun olduğu çayxana ilə hadisə yeri arasındakı məsafə təxminən 150 metr olmuşdur.O, camaatın həmin istiqamətdə qaçdığını görüb,o istiqamətdə qaçmışdır. Maşının arxasında olan şəxsi həmin vaxt o görmüşdür.O maşından çıxaranların kimlər olduğunu bilməmişdir. O,kimsənin maşından çıxarılmasına kömək etməmişdir. O, hadisənin tam necə olmasından məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xuduyev X4 Rahid Oruc oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 05 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Füzuliyə məxsus çayxanada olan zaman partlayış səsi eşitmişdir. O, Rahidlə səs gələn yerə baxmaq üçün çayxanadan çıxmışlar. Elşən və Anar bazarın avtomobil dayanacağına tərəf qaçmışlır. O da onların arxası ilə qaçmış, partlayış baş verən yerə çatanda Nəsibə məxsus “VAZ 2105” markalı avtomobilin yan və ön şüşələrinin yerindən çıxdığını və Nəsibin avtomobilin sol yan qapısının yaxınında yerdə olduğunu, dizlərini yerə qoyub “kəlmeyi şəhadət”ini dediyini görmüşdür. Bu vaxt avtomobilin sağ arxa oturacağında bir nəfər yaralı şəxsin olduğunu görmüşdür. Həmin vaxt Nəsibin bacısı oğlu Fikrət tanışı Əliyə məxsus “VAZ 2106” markalı avtomobillə Nəsibi xəstəxanaya aparmışlar. Sonra isə sonradan adını bildiyi Binnət adlı şəxsi xəstəxanaya aparmışlar. Bundan sonra oraya polis əməkdaşları da gəlmişlər.Onlar hadisə yerinə gələndə partlayışdan təxminən 2-3 dəqiqə keçmişdir. Həmin vaxt hadisə yerində çox az sayda maşın olmuşdur.Səsin konkret hansı maşından gəldiyini bilməmiş, hadisə yerinə getdikdən sonra partlayışın hansı maşında olmasını bilmişdir.Maşının ön şüşəsi sınmışdır.Orada konkret nə olduğunu heç kim bilməmişdir.O,Binnətin ayaqlarının yaralandığını görmüşdür.Həmin vaxt Nəsib pis vəziyyətdə olmuş, özündə olmamışdır. Həmin vaxt hadisə yerində olan maşınlara zərər vurulmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə vaxtı evdə olmuşdur, maşına qumbara atıldığı ona deyiləndən sonra o hadisə yerinə getmişdir. O, Fikrətin atasıdır. Ora gələndən sonra ona qumbaranı bu tullayıb dedikllərindən o içkili olduğundan oğlunun maşınına qumbara atdığı üçün Binnətə bir təpik vurmuşdur.Həmin maşını onun oğlu sürmüşdür. Hər İkisi qan içində maşının çölündə uzanaqlı vəziyyətdə olmuşdur. Hadisə yeri ilə onun evinin arası 70-80 metr olmuşdur. O, maşının qapısını açmamışdır. O, ora gələndə artıq qumbara atılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən mərkəzi bazardakı duracaqda avtomobillərə nəzarət edərək aldığı günəmuzd pul müqabilində ailəsini dolandırmışdır. Nəsibi və Nizamini tanımış, normal münasibəti olmuşdur.Zərərçəkmiş şəxs isə hadisə baş verdikdən sonra tanımışdır. Nəsibin mərkəzi bazarda yerləşən şəriki Yalçın adlı şəxslə birlikdə işlətdiyi valyuta dəyişmə məntəqəsi olmuşdur. Şahid7 isə yaşadığı evin yaxınlığında mövsüm zamanı qarpız alveri ilə məşğul olmuşdur. Nəsib hər səhər işə gələrkən özünə məxsus olan qırmızı rəngli “VAZ 2105” markalı avtomobilini bazarın duracağında saxlamış, çıxanda isə hərdən ona müəyyən miqdarda pul vermişdir. 05 yanvar 2023-cü il tarixdə həmişə olduğu kimi, Nəsibin idarə etdiyi avtomobillə duracağa gəldiyini görmüşdür.Həmin vaxt Nəsibin yanında heç kim olmamışdır. Nəsiblə söhbətləşmiş sonuncu ona toya gedəcəyini bildirmiş və avtomobilinə minib getmişdir. Təxminən 1 saat sonra, saat 16 radələrində Nəsib yenidən duracağa gəlmiş, avtomobili əvvəlki yerdə saxlamış, işlətdiyi valyuta dəyişmə məntəqəsinə gedib 10 dəqiqə sonra geriyə qayıdaraq avtomobilinə əyləşmişdir. Həmin vaxt Nəsibin yanında heç kim olmamışdır. Nəsib avtomobilini sürüb təxminən 80 metr aralıda duracağın kənarında yerləşən çinar ağaclarının yanında saxlamışdır. O isə duracağın o biri başında yerləşən yolka ağaclarının yanında oturub duracaqda olan avtomobillərə nəzarət etmişdir. O, həmin vaxt Nəsibin avtomobilini də aydın görə bilməmişdir. Nəsib həmin avtomobili ağacların yanında saxladıqdan təxminən 20 dəqiqə sonra onun avtomobili tərəfindən güclü partlayış səsinin gəldiyini eşitmişdir. O baxdıqda Nəsibin avtomobilinin ön və arxa alın şüşələrinin yerindən qopduğunu görmüş, partlayışın Nəsibin avtomobilində baş verdiyi bilmişdir. Həmin vaxt duracaqda ondan başqa heç kim olmamışdır. Onun səhhətində problemlər olduğu üçün cəld yeriməkdə çətinlik çəkmişdir. Bu səbəbdən Nəsibin şəriki Yalçın və həmin vaxt sonuncunun yanında olan, bazarda işləyən 2-3 nəfər şəxs ondan qabaq Nəsibin avtomobilinə çatmışdır. O isə Yalçıngilin ardınca avtomobilə çata bilmişdir. Nəsibin avtomobilinə çatdıqda Nəsibin sürücü tərəfdəki qapının yanında yerdə uzanmış vəziyyətdə, huşunu itirliyini görmüşdür . Nəsibin bacısı oğlu Fikrət dayısını həmin vaxt oraya gəlmiş markası və dövlət qeydiyyat nişanı yadında qalmayan qara rəngli avtomobilə yerləşdirərək xəstəxanaya aparmışdır. Elə bu vaxt kimsə qışqıraraq avtomobilin arxa tərəfində başqa bir şəxsin də olduğunu demişdir. Onlar yaxınlaşdıqda həmin şəxsin avtomobilin arxa oturacağına uzanıqlı vəziyyətdə, ayaqları isə sağ tərəfin ayaqaltı hissəsində olduğunu görmüşlər. Həmin şəxsin ayaqlarının çox ağır yaralı olduğunu və çoxlu qan itirdiyini görmüşdür. Oradakı tanımadığı bir neçə şəxs Binnət adlı həmin adamı avtomobilin oturacağının üzərindən götürüb arxası üstə yerə uzatmışlar. Elə həmin vaxt Nəsibin bacısının əri Şahid7 qışqıraraq uzaqdan iti addımlarla onlara tərəf gəlmiş və yerdə yarı huşunu itirmiş vəziyyətdə uzanmış Binnətə çatan kimi sonuncunun ünvanına nalayiq ifadələr işlədib bir dəfə təpiklə Binnətin sağ çənə nahiyyəsindən vurmuşdur. Həmin vaxt Nəsibin şəriki Yalçın Nizaminin arxasından tutub Binnəti vurmaması üçün onu geriyə çəkib sakitləşdirməyə çalışmışdır.Az sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və oradakı şəxslər köməkləşib Binnət adlı şəxsi hadisə yerinə gəlmiş şəxslər TTY avtomobili ilə xəstəxanaya yola salmışlar. X7 birlikdə avtomobildə olarkən sonuncunun oturduğu arxa oturacağa tərəf qumbara atıb yerə düşdyünü, qumbaranın partlaması nəticəsində Binnətin ağır xəsarət almasını bilmişdir. Nəsibin Binnətin üzərinə qumbara atmasına səbəb kimi Nəsibin səhvən 112.000 min ABŞ dollarını Binnətə artıq verdikdən sonra həmin pulu Binnətin ona qaytarmaması olmasını eşitmişdir. O, hadisə baş verməzdən əvvəl Nəsibin avtomobilinin yaxınlığından bir neçə şəxsin hərəkət etdiyini görmüşdür. Həmin şəxslərdən bəziləri Nəsibin avtomobilinin yanında saxlamış avtomobillərin sürücüləri və sərnişinləri, həmçinin oradan keçən digər şəxslər olmuşdur. O, həmin yerdən uzaq məsafədə dayandığı üçün onların sifətini dəqiq görə bilməmişdir. Lakin Nəsibin avtomobilinin yanından keçən həmin şəxslərin içərisində qadınlar və uşaqların da olmasını, onların partlayış baş verərkən qorxaraq oradan qaçıb uzaqlaşmasını dəqiq bilmişdir. Onların sifətini dəqiq görə bilmədiyi üçün kim olduqlarını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o hadisə vaxtı kafedə oturmuş, partlayış səsi eşitmiş, hadisə yerinə çatanda Nəsibi maşına qoyub apardıqlarını görmüşdür. Onun olduğu yerlə hadisə olan yerin arasındakı məsafəsi 100 metr olmuşdur. Partlayışı «zırpaket» kimi eşitmiş, görməmişdir. O ora gələndə 5-6 nəfər adam olmuşdur. Hadisə yeri bazarın dayanacağı olmuş, ərazi boş olmuşdur. Orada giriş olmuşdur. Onların kafesi 20 yanvarda, hadisə yerinin arxasında olmuşdur. Hadisə yerinə Nizami gəlmiş o, Nizamini tutub saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuş, təqsirləndirilən şəxsi tanımış,zərərçəkmiş şəxsi tanımamışdır. Hadisə günü o, 100 metr məsafədə dayanacağın girəcəyində olmuşdur. Səs gəlmiş, partlayış səsinə birinci o qaçmış, o avtomobilç tərəf qaçanda orada olan şəxslərdən biri yanı üstə uzanaqlı vəziyyətdə olmuş, digəri isə başı aşağı qalmışdır. O qapını açıb avtomobildə olan şəxsi çıxarmış, sonra Fikrət gəlmiş, onun avtomobilinə qoyub xəstəxanaya aparmışlar. O olduğu yerdə adamlar hərəkət etmişdir. O tərəfdə çinarın dibində köhnə bazar olan yerdə hərəkət olmamış, yalnız maşınlar hərəkət etmişdir. Nəsibi avtomobildən o düşürmüş, Nəsib özündə olmamışdır. Orada başqa avtomobillər də olmuş, amma gediş-gəliş yeri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımamışdır.Nəsibi 4-5 dəfə götürmüş, 2023cü ilin mart ayının 10-da Nəsbdən 30.000 min dollar pul götürmüş, 32500 pul qaytarmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 19:20 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 28 fevral 2023-cü il tarixli, 183 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – ağır dərəcəli travmatik və hemoragik şokla müşayiət olunan sağ çənə bucağı nahiyəsinin əzilmiş yarası, alt çənədə sağdan 5-6-7-8-ci dişlərin travmatik düşməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sol əl pəncəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin, hər iki baldır nahiyəsinin və ayaq pəncələrinin əzilmiş-cırılmış qəlpə yaraları, sol əlin daraq sümüklərinin, hər iki qamış və incik sümüklərinin, hər iki ayaq pəncəsi sümüklərinin açıq qəlpəli sınıqları partlayıcı xüsusiyyətə malik hərbi sursatın partlaması nəticəsində partlayış dalğasının və qəlpələrin təsirindən törənmişlər, törənmə müddətləri 05 yanvar 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ çənə bucağı nahiyəsinin əzilmiş yarası və alt çənədə sağdan 5-6-7-8-ci dişlərin travmatik düşməsi ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10%) daimi itirilməsinə səbəb olduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir, ağır dərəcəli travmatik və hemoragik şokla müşayət olunan sol əl pəncəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin, hər iki baldır nahiyəsinin və ayaq pəncələrinin əzilmiş-cırılmış qəlpə yaraları, sol əlin daraq sümüklərinin, hər iki qamış və incik sümüklərinin, hər iki ayaq pəncəsi sümüklərinin açıq qəlpəli sınıqları isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməballistik və atəş izləri ekspertizasının 17 aprel 2023-cü il tarixli, 3/408; 3/409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş predmetlər “F-1”, “RQ-42”, “RQD-5” tipli qəlpəli əl qumbarasının gövdəsinin partladılmasında komplekt hissə kimi istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “UZRQM” tipli alışdırıcının (partladıcının) hissələridir, bir ədədi partladıcısının halqası ilə birlikdə - qoruyucu milidir, digər bir ədəd isə buraxıcı-dəstəkdir. xx.xx.2023-cü il tarixdə VAZ 2105 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin daxilində aşkar edilmiş 10 ədəd metal predmet parçalanma vəziyyətinə, konstruktiv əlamətlərinə və vizual görünüşünə əsasən onlar zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatının hissəsi hesab edilən “F-1” tipli qəlpəli əl qumbarasının partlayışı nəticəsində parçalanmış qəlpələridir. F- 1 tipli əl qumbarası məsafəli iş prinsipli qumbara olaraq, düşmənin canlı qüvvəsinə zərər vurmaq üçün nəzərdə tutulub. Qumbaranın taktiki-texniki göstəriciləri, çəkisi 600 qr, partlayışı zamanı çəkisi 0,1-1 qram olan müxtəlif formalı 1000-ə yaxın qəlpələr əmələ gəlir, yayılma radiusu 200 metr, təsir dairəsi 50-60 metrdir. Gövdəyə “UZRQM” alışdırıcı bağlandıqda, onlar döyüş sursatı hesab edilən “F-1” tipli, müdafiə təyinatlı qəlpəli əl qumbarasını təşkil edirlər və hadisədən əvvəl istifadəyə yararlı olmuşlar, partladıcının halqasının çəkilməsi səbəbindən iynə detonatora zərbə endirmiş və 3.2-4.2 saniyə ərzində əl qumbarası partlamışdır. Tədqiqata təqdim edilmiş VAZ 2105 markalı **-BF-*** dövlət qeydiyat nişanlı avtomobilin daxilində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafından partlayıcı maddənin izlərinin (trotilin) və atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə, zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən qeyd edilən zədələr partlayıcı qurğunun partlaması nəticəsində, partlayış mərkəzi avtomobilin arxa oturacağının sağ ayaqaltı hissəsi olmaqla, avtomobilin daxilindən-xaricinə doğru istiqamətdə qəlpələrin təsirindən yaranmağa xarakterikdir, həmin zədələr qumbaranın partlaması nəticəsində qəlpələrin təsirindən yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd boğazlı sviter, bir ədəd qolsuz mayka, bir ədəd cins şalvar, bir ədəd alt şalvarı və bir cüt idman ayaqqabısının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən zədələr vardır. Geyim əşyaları üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, onların səthindən partlayıcı maddənin (trotilin) və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, qeyd edilən zədələr partlayış nəticəsində qəlpələrin təsirindən, partlayış mərkəzində, aşağıdan yuxarıya doğru istiqamətdə yaranmağa xarakterikdir. Bu zədələr qumbaranın partlaması nəticəsində qəlpələrin təsirindən yarana bilər, lakin geyim əşyalarının səthində qumbaranın qəlpələri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd bel kəmərinin üzərində partlayış nəticəsində qəlpələrin təsirindən yaranmağa xarakterik zədələr və qumbaranın qəlpələri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd bel kəmərinin üzərində partlayıcı maddə (trotil) və tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində rəyin tədqiqi hissəsində qeyd edilən zədələr vardır. Geyim əşyaları üzərindəki zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, onların səthindən partlayıcı maddənin (trotilin) və tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, qeyd edilən zədələr partlayış nəticəsində qəlpələrin təsirindən, partlayış mərkəzinə yaxın məsafədən, öndən arxaya doğru istiqamətdə yaranmağa xarakterikdir. Bu zədələr qumbaranın partlaması nəticəsində qəlpələrin təsirindən yarana bilər, lakin geyim əşyalarının səthində qumbaranın qəlpələri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizasının 20 aprel 2023-cü il tarixli, 133/2023-MTBŞ nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. 2. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. (təqdim olunan sənədlərin kserosurətinə əsasən) 3. Ekspertizaya təqdim edilmiş 03 ədəd çubuqlu pambıq topası, Zərərçəkmiş şəxs məxsus şalvar, uzunqol jaket, qolsuz mayka, köynək, kəmər, bir cüt ayaqqabı və Təqsirləndirilən şəxs məxsus uzunqol jaket, qolsuz mayka üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə(şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onların qanında müşayətçi H antiqeni və sonuncuda qanaxma müşayət olunan xəsarətlər vardırsa). 4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və tuman üzərində qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 02 mart 2023-cü il tarixli, 144 nömrəli rəyindən görünür ki, hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs ANLAQLİ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyinin əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd qumbara halqası, 1 (bir) ədəd qumbaranın tutacaq hissəsi, dəri qalıqları, 2 (iki) ədəd idman ayaqqabısı, 1 (bir) ədəd eynək, 1 (bir) ədəd “Qurani-Kərim” kitabı, 1 (bir) ədəd ağ rəngli təsbeh, 3 (üç) ədəd pambıq çöp, xx.xx.2023-cü il tarixli paltarların götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli idman şalvarı, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, 1 (bir) cüt qara rəngli corab, xx.xx.2023-cü il tarixli paltarların götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol köynək, 1 (bir) ədəd qaramtıl-bozumtul rəngli köynək, 1 (bir) ədəd ağ rəngli köynək və 1 (bir) ədəd qara rəngli bel kəməri öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilib Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Şahid X2 təqdim etdiyi içərisində səsyazmalar olan 1 ədəd CD disk, Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəyə əlavə edilmiş 1 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 05 yanvar 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir şəhər mərkəzindən 2 km məsafədə, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir Mərkəzi Bazarının dayanacağıdır. Həmin əraziyə Şəmkir Mərkəzi Bazarının mərkəzindən keçən asfalt örtüklü yolla gedilir. Dayanacağın giriş qapısından daxil olduqda dayanacağın çınqıllı daşla qarışıq torpaq örtüklü olduğu müəyyən edilir. Dayanacaq geniş bir ərazini əhatə etməklə içərisində xeyli minik və yük avtomobilləri və şam ağacları vardır. Bundan başqa dayanacağa daxil olduqda sol tərəfdə böyük çardaq və çardağın altında 1 (bir) ədəd ağ rəngli minik avtomobili vardır. Çardağın üstü dəmir materialdan olan şiferlə yığılsa da, bir çox şiferlər yerində deyil. Dayanacağın giriş qapısı ilə üzbəüz istiqamətdə dayanacağın baş tərəfində və sözügedən çardaqdan 50 metr məsafədə qırmızı rəngli “VAZ 2105” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Avtomobil 4 (dörd) yerlik minik avtomobili olmaqla qırmızı rəngli, 4 (dörd) qapılıdır (iki qapı avtomobilin ön sağ və sol, iki qapı arxa sağ və sol tərəfində). Avtomobilin ön və arxa şüşə patpresi yerindən çıxmış və arxa qapılarının şüşələri sınmışdır. Avtomobilin arxa oturacağının üzərində şüşə qırıntıları və qanabənzər şübhəli ləkələr vardır. Bundan başqa avtomobilin sağ arxa hissəsinin döşəməsində dəlik əmələ gəlmişdir. Həmçinin avtomobilin qabaq oturacaqlarının arxasında, hər iki arxa qapılarının iç tərəfində və döşəmədə qəlpə izləri vardır. Avtomobilin sol çöl tərəfində yerdə qanabənzər şübhəli ləkələr vardır. Hadisə yerinə baxış zamanı 1 (bir) ədəd qumbara halqası, 1 (bir) ədəd qumbaranın tutacaq hissəsi, dəri qalıqları, 2 (iki) ədəd idman ayaqqabısı, üzərində qanabənzər şübhəli ləkələr olan 1 (bir) ədəd eynək, üzərində qanabənzər şübhəli ləkələr olan 1 (bir) ədəd “Qurani-Kərim” kitabı, 1 (bir) ədəd ağ rəngli təsbeh, 1 (bir) ədəd qəssab bıçağı və qanabənzər şübhəli ləkələrdən 3 (üç) ədəd pambıq çöplə nümunə götürülərək müvafiq qaydada qablaşdırılıb möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş paltarlara baxış keçirilməsi barədə 23 fevral 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvar göy rəngli, kənarlarında üç ədəd ağ rəngli xətlidir, qarışıq materialdandır (idman tiplidir). Ön sol və bel hissədə daxildən “adidas” yazısı vardır. Şalvarın iki ədəd zəncirbəndlə bağlanan yan cibləri vardır. Bel hissəsi rezin tiplidir, eni dartılmadan 40 sm, uzunluğu isə 100 sm-dir. Üzərində qanabənzər şübhəli ləkə aşkar olunmadı. Köynək qara rəngli, yuna bənzər materialdandır, tamlığı pozulmuşdur. Köynəyin uzunluğu 80 sm, çiyin tikişləri arasında eni 45 sm və qolların uzunluğu isə 64 sm-dir. Boyun səthində daxildən “KİĞİLİ XL” yazısı olan etiket tikilmişdir. Öndə, yuxarı səthində, qeyri-müəyyən formalı olan, qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır.Qolsuz mayka qara rəngli, pambığa bənzər metarialdandır, tamlığı pozulmuşdur. Uzunluğu 73 sm, qoltuq altı nahiyyədə eni 50 sm-dir. Maykanın tamlığı pozulmuşdur. Maykanın uzunluğu 83 sm-dir. Üzərində, bütün bədən səthi boyu, qeyrimüəyyən formalı olan, qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Tuman qara rəngli, qarışıq materialdandır. Bel hissəsi rezin tipli kant şəklindədir və üzərində “Tommy Hilfiger” yazısı vardır. Tumanın yan tikiş boyu uzunluğu 29 sm, bel əhatəsi dartılmadan 78 sm-dir. Üzərində qanabənzər şübhəli ləkə aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş paltarlara baxış keçirilməsi haqqında 23 fevral 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş şalvar tünd göy rəngli, cins tipli qarışıq materialdandır, şalvarın ön orta hissəsində tamlığı pozulmuşdur və ziqzaq şəklində toxumanın kənarlarında bölünmə xətləri vardır. Belin arxa səthinə üzərində “HARMONT, BLAİNE” yazısı olan etiket tikilmişdir. 2 ədəd yan, 2 ədəd arxa və 1 ədəd sağ kiçik cibləri vardır. Üzərində, bütün səthi boyu, qeyri-müəyyən formalı olan, qonur-qəhvəyi rəngli ləkələr vardır. Uzunqol köynək qara rəngli, yuna bənzər materialdandır, Boğaz hissəsi uzundur, zəncirbəndlə bağlanır, köynəyin tamlığı pozulmuşdur. Köynəyin uzunluğu 63 sm, çiyin tikişləri arasında eni 55 sm və qolların uzunluğu isə 66 sm-dir. Aşağı hissədə, yan tikiş üzərində “ARSLANLİ” yazısı olan etiket tikilmişdir. Üzərində, əsasən aşağı hissədə qeyri-müəyyən formalı olan, qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Köynək tünd boz rəngli, qarışıq materialdandır. Köynəyin tamlığı pozulmuşdur. Üzərində, bütün səthi boyu qeyri-müəyyən formalı olan qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Qolsuz mayka ağ rəngli, pambıq materialdandır. Uzunluğu 73 sm, qoltuq altı nahiyyədə en 50 smdir. Maykanın tamlığı pozulmuşdur. Belin yuxarı səthində daxildən “TEZENİS” yazısı vardır. Öndə, əsasən orta hissədə, qeyri-müəyyən formalı qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Qolsuz mayka ağ rəngli, pambıq materialdandır. Uzunluğu 73 sm, qoltuq altı nahiyyədə en 50 sm-dir. Maykanın tamlığı pozulmuşdur. Belin yuxarı səthində daxildən “TEZENİS” yazısı vardır. Öndə, əsasən orta hissədə, qeyri-müəyyən formalı qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Kəmər qara rəngli, dəri materialdandır. Uzunluğu 95 sm, eni 3,8 sm-dir. Toqqası boz rəngli materialdandır. Üzərində bütün səthi boyu, qeyri-müəyyən formalı olan qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Bir cüt ayaqqabı qara rəngli, dəri materialdandır, alt hissəsi qara rəngli rezin tiplidir, tamlığı pozulmuşdur. Üst hissəsi iplə bağlanır. Daxilində “ECCO DANİM DESİGN” və alt hissədə “43 ECCO” yazısı vardır. Alt səthində uzunluğu 31 sm, ən böyük eni 11 smdir. Toqqası boz rəngli metaldandır. Üzərində, bütün səthi boyu, qeyri-müəyyən formalı qonur-qəhvəyi rəngli qanabənzər ləkələr vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 13 yanvar 2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması təklif edildi və təqsirləndirilən şəxs əvvəllər haqqında ifadə verdiyi hadisə ilə əlaqədar şəraiti və əşyaları göstərməyə, eləcə də verilən suallara cavab verməyə hazır olduğunu bildirmişdir. Şəmkir rayon polis şöbəsinin xidməti avtomobili ilə konvoyların iştirakı ilə Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən “Mərkəzi bazar”ın arxa hissəsində olan avtomobil duracağına aparılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə istintaqa verdiyi ifadəsini bir daha təsdiq edərək, hadisənin xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən “Mərkəzi bazar”ın avtomobil dayanacağında baş verdiyi yeri əli ilə göstərmiş və bildirmişditr ki, zərərçəkmiş Zərərçəkmiş şəxslə aralarında olan pul məsələsi səbəbindən əvvəlcədən özü ilə gətirdiyi 01 ədəd qumbaranı hər ikisinin əyləşdiyi özünə məxsus qırmızı rəngli “VAZ 2105” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilində əynində olan gödəkcənin cibindən çıxarıb halqasını çəkməklə Zərərçəkmiş şəxs arxa oturacaqda əyləşdiyi yerin ayaqaltı hissəsinə ataraq partlatdığını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 13 yanvar 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı sonuncu istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edib 112.000 ABŞ dollarını səhvən artıq verdiyini və məsələni aydınlaşdırmaq üçün görüşməyi təklif etdiyini bildirmiş, həmin gün saat 17 radələrində Şəmkir şəhər mərkəzi bazarın avtomobil dayanacağında Təqsirləndirilən şəxsla görüşdükdən sonra sonuncunun onu avtomobilin arxa oturacağında əyləşdirib, özünün qabaq sərnişin oturacağında oturduğunu və səhvən artıq verdiyi 112.000 ABŞ dollarını geriyə qaytarmasını istəmiş, o, Təqsirləndirilən şəxs onda heç bir pulu qalmadığını bildirdikdə, Təqsirləndirilən şəxs onu öldürmək məqsədilə gödəkcəsinin cibindən çıxardığı qumbaranın halqasını çəkərək sonuncunun ayaqlarının atıb özünün avtomobildən düşdüyünü, həmin vaxt onun avtomobilin qapılarını açmağa çalışsa da, Təqsirləndirilən şəxs qapıların dəstəyini qırdığından aça bilməyib qumbaranın partlaması nəticəsində ağır xəsarət aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon mərkəzi xəstəxanası X12 Konsultativ poliklinika şöbəsinin 18 fevral 2023-cü il tarixli, 70 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 mart 2023cü il tarixli, 8 nömrəli tələbnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək məqsədinin olmaması, həmçinin əl qumbarasının partalmasına səbəb Binnətin qunbaranın onun əlindən dartması olması, həmçinin özün maşın içərisində qalması, ilə bağlı ifadəsini işin faktiki hallarına uyğun olmadığından və eləcə də onun özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə və digər sənədələrlə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkəti protokollarını və digər sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 29,120.2.4, 29,120.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edib onun ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etməsi və iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2 və 3-cü bəndlərində göstərilir ki, qəsdən adam öldürməyə cəhddə təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, ... ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alınmalıdır. Həmçinin həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədi ilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkarın əməli o halda ümumi təhlükəli üsulla adam öldürmə (CM-nin 120.2.4-cü maddəsi) kimi tövsif olunur ki, tətbiq edilən üsul nəinki zərərçəkmiş şəxsin, həm də başqa şəxsin (şəxslərin) də həyatı və sağlamlığı üçün təhlükə törədir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs tanışı Zərərçəkmiş şəxs olan 360.000 ABŞ dolları (612.000 manat) məbləğində borcunu qaytardıqdan sonra özü üçün maddi mənfəət əldə etmək niyyəti ilə 112.000 ABŞ dolları (194.000 manat) məbləğində pulu guya, səhvən 2 dəfə sonuncuya verməsini bildirəcəyini özündən uydurmaqla planlaşdırıb tamah məqsədilə ondan qanunsuz və əvəzsiz olaraq həmin məbləğdə pulu almaq qərarına gəlmiş, bu məqsədlə 05 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə özünün istifadəsində olan «Nar Mobile» mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edib Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mərkəzi Bazar”ın avtomobil dayanacağında həmin gün saat 17 radələrində görüşmüş və özünə məxsus “VAZ 2105” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobildə özü sürücü oturacağında, Zərərçəkmiş şəxs isə arxa oturacağın sağ tərəfində əyləşib söhbət etməyə başlamış və sonuncuya 112.000 ABŞ dolları (194.000 manat) məbləğində pulu səhvən 2 dəfə verməsi ilə bağlı pulun ona qaytarılmasını bildirmiş, lakin, həmin vaxt Zərərçəkmiş şəxs etiraz edərək ona hər hansı məbləğdə pulu artıq verməməsini bildirib onunla razılaşmayaraq avtomobildən düşmək istəməsindən hiddətlənib avtomobilin ətrafından keçən başqa şəxslərin həyatı və sağlamlığı üçün real təhlükə yarandığını dərk edərək və bunu arzulayaraq ümumi təhlükəli üsulla qəsdən sonuncunu öldürmək məqsədilə əvvəlcədən özü ilə gətirdiyi, istintaqa məlum olmayan tarixdə yaşadığı Şəmkir şəhəri, Şəmkir küçəsindəki məişət tullantıları tökülən yerdən tapdığı və qanunsuz olaraq əldə edib saxladığı üzərində gəzdirməklə avtomobilində daşıdığı, zavod üsulu ilə istehsal edilmiş, düşmənin canlı qüvvəsinə zərər vurmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən “F-1” tipli müdafiə təyinatlı əl qumbarasını əynindəki gödəkcənin cibindən çıxarıb halqasını çəkərək Zərərçəkmiş şəxs ayaqlarının altına atıb özü isə dərhal avtomobilin qapısını açaraq düşmüş, qumbaranın partlaması nəticəsində Zərərçəkmiş şəxs ağır dərəcəli travmatik və hemoragik şokla müşayiət olunan sol əl pəncəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin, hər iki baldır nahiyyəsinin və ayaq pəncələrinin əzilmiş-cırılmış qəlpə yaraları, sol əlin daraq sümüklərinin, hər iki qamış və incik sümüklərinin, hər iki ayaq pəncəsi sümüklərinin açıq qəlpəli sınıqları xəsarətləri ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməsi, hadisə yerinə gəlmiş şəxslərin köməyi ilə zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərildiyindən o, qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, ümumi təhlükəli üsulla və tamah məqsədi ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməklə həyatı və sağlamlığı üçün real təhlükə törətməsi məhəkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən qərarında göstərilən ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, habelə qəsdən adam öldürməyə cəhdə dair zəruri olan halların olması ilə bağlı tövsiyələrini nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah tüfənglə ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmiş, yəni iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin əməlinin tövsifi zamanı qeyd olunan Plenum qərarının 9-cu bəndinin izahını da nəzərə alır.Belə ki həmin qrərın izahnda göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədi ilə qəsdən adam öldürmə kimi (120.2.5ci maddə) o vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyəti ilə edilmiş olsun. Tamah motivi ilə qəsdən adam öldürən şəxs nəinki özünün şəxsi mənfəəti, həm də taleyi ilə maraqlı olduğu başqa şəxslərin mənfəəti, habelə özünün və ya həmin şəxslərin hər cür maddi xərclərdən yaxa qurtarmalarına nail olmaq niyyəti ilə cinayət törədir. Əməlin tamah motivi ilə qəsdən adam öldürmə kimi tövsif edilməsi üçün təqsirkarda tamah niyyəti cinayəti törətməzdən əvvəl, yaxud törədən anda yaranmalıdır. Məhkəmədə araşdrılımış sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs özü üçün maddi mənfəət əldə etmək məqsədilə zərərçəkmiş Zərərçəkmiş şəxs 112.000 ABŞ dolları (194.000 manat) məbləğində pulu istəmiş, lakin sonuncunun onun dediklərinə əməl etməməyindən hiddətlənib gödəkcəsinin cibindən qumbaranı çıxararaq onun ayaqları altına atıb partlatmaqla öldürmək niyyətində oluğu halda Zərərçəkmiş şəxs ağır xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs dəfələrlə məhəkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs istədiyi 112.000 ABŞ dollarının özünə məxsus deyil, başqa adamların əlində dövriyyə etmək üçün ona verdikləri pul olduğunu qeyd etmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməkdə yönəlmiş niyyətinin tamah məqsədi ilə edilməsini, yəni taleyi ilə maraqlı olduğu başqa şəxslərin mənfəəti, həmçinin özünün qənaətinə görə yarana biləcək külli miqdarda maddi xərclərdən yaxa qurtarmağa nail olmaq niyyəti ilə onun tərəfindən məqsədyönlü şəkildə və qabaqcadan düşünülmüş bir hərəkət olması muəyyən edilmişdir. Həmçinin işin həm ibtidai həmçinin məhkəmə istintaqı zamanı tamah motivindən başqa hər hansı bir motiv müəyyən olunmadığından. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.5-ci maddələrinin tərkib əlamətləri olduğundan onun əməli həmçinin Cinayət Məcəlləsinin 29, 120.2.5-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 29,120.2.4, 29, 120.2.5 və 228.1-ci maddələri ilə tövsif edilmədir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29, 120.2.5 və 228.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 29,120.2.4, 29,120.2.5 və 228.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs cəzanının yüngülləşdirilən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin odlu silahdan istifadə etməklə törədilməsi Azərbaycan Respublikasının CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qəsdən adam öldürməyə cəhdə münasibətdə əməlin tövsüfi ilə bağlı bildirir ki, cinayətin törədilmə üsulu, cinayətin vsatətəsi nəzarə alınmaqla içtimai təhlükəliyinin artıq olması, bir başa şəxsin öldürmək niyyətini ifadə edir. Həmçinin nəzərə almaq lazımdır ki, burda ümumi təhlükəli üsul “F-1” tipli əl qumbarasının istifadəsinə görə yaradılıb, çünkü ətrafda digər şəxslər avtomobillər gediş-gəlişli ərazi olduğuna görə, digər şəxslərin həyat təhlükəsi var. Odlu silahın istifadəsi ağırlaşdırıcı hal kimi nəzərə alınmaldır, çünkü oda Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən əlavə olaraq cinayətin vasiətsinə münasibətdə götürülməldir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar-Şəmkir rayon prokurorluğunda saxlanılan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd qumbara halqası, 1 (bir) ədəd qumbaranın tutacaq hissəsi, dəri qalıqları, 3 (üç) ədəd pambıq çöp məhv edilməli, 2 (iki) ədəd idman ayaqqabısı, 1 (bir) ədəd eynək, 1 (bir) ədəd ağ rəngli təsbeh sahibinə və ya yaxın qohumlarna qaytarılmalı,imtina edildikdə məhv edilməli, 1 (bir) ədəd “Qurani-Kərim” kitabı sahibinə qaytarılmalı,imtina edildikdə Dini İşlər üzrə Dövlət Qurumuna təhvil verilməlidir. xx.xx.2023-cü il tarixli paltarların götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli idman şalvarı, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, 1 (bir) cüt qara rəngli corab sahibinə və ya yaxın qohuğlarına qaytarılmalı,imtina edildikdə məhm edilməli, xx.xx.2023-cü il tarixli paltarların götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol köynək, 1 (bir) ədəd qaramtıl-bozumtul rəngli köynək, 1 (bir) ədəd ağ rəngli köynək və 1 (bir) ədəd qara rəngli bel kəməri qanuni sahibinə və ya yaxın qohuğlarına qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. X2 təqdim etdiyi içərisində səsyazmalar olan 1 ədəd CD disk, Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəyə əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinini materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinin tələbinə görə Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir və həll olunur. Həmin Məcəllənin 183.1-ci maddəsinə səasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. (CPM-in 183.2 maddəsi) Azərbaycan Respublikasının CPM-in 183.3-cü maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin CPM-in 183.4-cü maddəsinin tələbləri qaydasında cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Yuxardakılara əsasən məhkəmə hesab edir ki, mülki iddaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 82.307 (səksən iki min üçyüz yeddi) manat məbləğində maddi ziyan tam həcmdə, mənəvi ziyana görə 20.000 (iyimi min) manat məbləğində mülki iddiası qismən 10.000 manqat həcmində təmin edilməli və ümumilikdə 92.307 manat həcmində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4, 29,120.2.5 və 228.1-ci maddələri ilə təqsirli bilinsin, ona CM-nin 29, 120.2.4 və 29,120.2.5ci maddəsi ilə 15 (on beş) il müddətə, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu gündən, yəni 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar-Şəmkir rayon prokurorluğunda saxlanılan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış zamanı götürülmüş 1 (bir) ədəd qumbara halqası, 1 (bir) ədəd qumbaranın tutacaq hissəsi, dəri qalıqları, 3 (üç) ədəd pambıq çöp məhv edilsin, 2 (iki) ədəd idman ayaqqabısı, 1 (bir) ədəd eynək, 1 (bir) ədəd ağ rəngli təsbeh sahibinə və ya yaxın qohumlarna qaytarılsın,imtina edildikdə məhv edilsin, 1 (bir) ədəd “Qurani-Kərim” kitabı sahibinə qaytarılsın,imtina edildikdə Dini İşlər üzrə Dövlət Qurumuna təhvil verilsin. xx.xx.2023-cü il tarixli paltarların götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli idman şalvarı, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd qara rəngli tuman, 1 (bir) cüt qara rəngli corab sahibinə və ya yaxın qohuğlarına qaytarılsın, imtina edildikdə məhm edilsin, xx.xx.2023-cü il tarixli paltarların götürülməsi haqqında protokolla götürülmüş Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol köynək, 1 (bir) ədəd qaramtıl-bozumtul rəngli köynək, 1 (bir) ədəd ağ rəngli köynək və 1 (bir) ədəd qara rəngli bel kəməri qanuni sahibinə və ya yaxın qohuğlarına qaytarılsın,imtina edildikdə məhm edilsin. X2 təqdim etdiyi içərisində səsyazmalar olan 1 ədəd CD disk, Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs şahid qismində verdiyi ifadəyə əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinini materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 82.307 (səksən iki min üçyüz yeddi) manat məbləğində maddi ziyan tam həcmdə, mənəvi ziyana görə 20.000 (iyimi min) manat məbləğində mülki iddiası qismən, 10.000 manat həcmində təmin edilsin və ümumilikdə 92.307 (doxsan iki min üç yüz yeddi manat) manat həcmində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq, mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-142/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-142/2024
27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver