Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-143/2021 12.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə X5 və X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1970-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, Qazax rayonu, S.Çobanov küçəsi ev 13-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1982-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş və əməlində cinayətin residivi olan, işləməyən, Qazax rayonunun Ağköynək kəndində qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 xx.xx.1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Qazax şəhəri, Ə.Seyidov küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metafetamini əldə edib daşıyaraq saxlamışlar. Belə ki,Təqsirləndirilən şəxs2 840 manat, Təqsirləndirilən şəxs3 isə 510 manat pulu Təqsirləndirilən şəxs1 Kapital Bank ASC-yə məxsus olan Bir kart hesabına 23.03.2020-ci il tarixdə köçürərək, Təqsirləndirilən şəxs1 isə özünə məxsus 1500 manat pul qoymaqla Bakı şəhərindən məlum olmayan vaxtda və mənbədən Təqsirləndirilən şəxs1 özü üçün satış məqsədilə külli miqdar hesab edilən 61,117 qram çəkidə narkotik vasitə heroini və təmiz çəkisi külli miqdar hesab edilən 9,882 qram çəkidə psixotrop maddə metafetamini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə təmiz çəkisi külli miqdar hesab edilən 26,393 qram çəkidə narkotik vasitə heroini, təmiz çəkisi külli miqdar hesab edilən 4,132 qram çəkidə psixotrop maddə metamfetamini və dövriyyəsi məhdudlaşdırılan hər həbdə 0,04 qram olmaqla 25 ədəd həbdə ümumi miqdarı 1,0 qram çəkidə narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi atası X3 məxsus olan VAZ-2107 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilində Bakı şəhərindən Kürdəmir rayonunadək daşıyaraq saxlamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 çatası külli miqdar hesab edilən 26,393 qram çəkidə narkotik vasitə heroini və təmiz çəkisi külli miqdar hesab edilən 4,132 qram çəkidə psixotrop maddə metafetamini Kürdəmir rayonunda sonunculara verərək həmin avtomobildə bərabər Qazax rayonuna gedərkən 27.03.2020-ci il tarixdə saat 21 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində DYP postu yaxınlığında saxlanılaraq DİN-nin BNMİ-nin QBRŞ-nin yerləşdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 41 ünvanına gətirilib üzərlərinə baxış keçirilən zaman Vqif İsmayılovun əynindəki qara rəngli gödəkcəsinin sol döş cibindən bir ədəd sellofan bağlamada ümumilikdə 1350 manat pulun müqabilində qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları ümumi təmiz çəkisi külli miqdar hesab edilən 26,393 qram çəkidə narkotik vasitə heroin və bir ədəd eyni yerdə digər sellofan bağlamada olan ümumi təmiz çəkisi külli miqdar hesab edilən 4,132 qram çəkidə psixotrop maddə metafetamin, avtomobilə baxış keçirilən zaman isə avtomobilin salonunun arxa oturacağının altında qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları əl çantasının içərisindəki iki ədəd bağlamada ümumi təmiz çəkisi külli miqdar hesab edilən 61,117 qram çəkidə narkotik vasitə heroin, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 9,882 qram çəkidə psixotrop maddə metafetamin, dövriyyəsi məhdudlaşdırılan hər həbdə 0,04 qram olmaqla 25 ədəd həbdə ümumi miqdarı 1,0 qram çəkidə narkotik vasitə olan metadon, ümumilikdə hər üçünə məxsus təmiz çəkisi külli miqdar hesab edilən 87,51 qram çəkidə narkotik vasitə heroin, təmiz çəkisi külli miqdar hesab edilən 14,014 qram çəkidə metafetamin və dövriyyəsi məhdudlaşdırılan hər həbdə 0,04 qram olmaqla 25 ədəd həbdə ümumi miqdarı 1,0 qram çəkidə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli özlərinin qismən etiraf edici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri,istintaq hərəkət protokolları, ekspert rəyləri habelə digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik istifadəçisidir, təxmini 3-4 il olar ki, İneksiya yolu ilə narkotik vasitə heroindən istifadə edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Vaqif onun Bakıda olduğunu, Qazağa getməli olduğunu bildiyindən ona zəng edərək kartına 1350 manat pul göndərəcəyini, onun verəcəyi nömrə ilə əlaqə saxlayaraq göndərdiyi 1350 manat pulu həmin şəxsə verib əvəzində heroin, şüşə və qalan pula metadon həbləri alıb Qazağa gətirməsini xahiş etmişdir. O, isə etiraz etməmiş, lakin Vaqifin dediyi şəxslə görüşüb narkotik vasitə ala bilmədiyindən, özünün tanıdığı şəxsdən 1350 manat pul müqabilində həm özü, həm də Vaqif üçün narkotik vasitəni alıb Qazağa getmək üçün yola çıxmışdır. Lakin Kürdəmir rayonunda avtomobillə qəza törətmiş, səhər saat 05 radlərində Vaqifə zəng edib ona kömək etməsini demişdir. Bir neçə saatdan sonra Vaqif və Elvin onun yanıma gəlmiş, o Vaqif üçün aldığı heroin, şüşə və metadon bükülülərini Vaqifə vermişdir. Avtomobili təmir etdirdikdən sonra axşam saatlarında hər üçü Qazağa gedərkən Ağstafa postunda regional şöbənin əməkdaşları onları postda saxladıb avtomobillə birlikdə Gəncə şəhərinə gətirmişlər. Gəncə şəhərində üzərlərinə və avtomobiliə baxış keçirilmişdir. Baxış zamanı Vaqifin istifadə etdiyi narkotik vasitə heroin, metafetamin həbləri, onun avtomobilindən isə cəmi 1 qram heroin aşkar edildiyini, Elvinin ona narkotik vasitə almaq üçün pul vermədiyini, Vaqifin isə narkotik vasitələrin öz istifadəsi üçün istədiyini, eyni zamanda ibtidai istintaq zamanı ona işgəncə verildiyini bildirmişdir, lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Vaqif ona zəng edərək Elvinlə birlikdə 1350 manat pul düzəltdiklərini və həmin pulu ona göndərəcəklərini, Vaqifin dediyi şəxlə görüşərək onlar üçün 30-35 qram heroin, 5-6 qram şüşə və qalan pula 25 ədəd metadon həbləri alıb Qazaxa gətirməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən narkotik vasitə istifadəçisdir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 1350 manat pul düzəldib İslamla danışıb öz istifadəsi üçün narkotik vasitə olan heroin, metanfetamin və müalicə üçün metadon həblərini almasını xahiş etmişdir. 26.03.2020-cil il tarxidə səhərə yaxın İslam ona zəng edərək, Kürdəmirdə avtomobilinin xarab olduğunu və ona kömək etməyini xahiş etmişdir. O da Elvinlə birlikdə Kürdəmirə İslamın yanına getmişdir. İslamla görüşəndə İslam ona məxsus olan narkotiki vermişdir. İslamın avtomobilini təmir etdirdikdən sonra axşam saatlarında hər üçü Qazağa gedərkən Ağstafa postunda regional şöbənin əməkdaşları onları postda saxladıb avtomobillə birlikdə Gəncə şəhərinə gətirmişlər. Gəncə şəhərində üzərlərinə və avtomobiliə baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərindən özü üçün aldığı heroin, şüşə və 25 ədəd metadon həbləri, İslamın avtomobilidən isə heroin və süşə aşkar edilmişdir. Bundan başqa o, həbs edilməmişdən təxminən 7-8 ay əvvəl Elvin ona olan borcundan 510 manatını qaytardığını və o, həmin pulun üstünü düzədib 1350 manat pulu İslama göndərdiyini bildirmişdir. O, aldığı narkotik vasitəni özü istifadə edəcəyini, orada Elvinin payı olmadığını, lakin Elvinin onunla birlikdə onun aldığı narkotik vasitədən qəbul etdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 840 manat, Elvin Qocyev isə 510 manat pulu Təqsirləndirilən şəxs1 Kapital Bank ASC-yə məxsus olan Bir kart hesabına 23.03.2020-ci il tarixdə köçürərək, narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadonu almasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 18-19 ildir ki, ineksiya yolu ilə heroin istifadə etmiş və heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən həbs olunmamışdan 4-5 gün əvvəl parkda milliön aparatının yanında Vaqiflə görüşüb Vaqifə olan 700 manat borcundan 510 manatını vermiş, 190 manat borcu isə qalmışdır. O pulu verendə həmin vaxt Vaqif aparatla kiməsə pul göndərmişdir. 3-4 gündən sonra səhər saat 05-06 radələrində Vaqif ona zəng edərək “tanıdığın taksi varmi”? dedikdə o da Vaqifə “ağrıyıram, narkotikin təsiri altındayam, ağrım olmasa taksı taparam” demişdir. Vaqif isə ona taksi tap gəl yaxşı olacaq demişdir. O da taksi tapıb Vaqiflə görüşüb birlikdə Kürdəmirə avtomobillə qəza törətmiş İslamın yanına getmişlər. Onlar İslamın avtomobilini düzəltdirən vaxt Vaqif ona hazır vəziyyətdə olan narkotik vasitə verdi və həmin narkotiki istifadə etmişdir. İslamın avtomobilini təmir etdirdikdən sonra axşam saatlarında hər üçü Qazağa gedərkən Ağstafa postunda regional şöbənin əməkdaşları onları postda saxladıb onları Gəncə şəhərinə gətirmişlər. Gəncə şəhərində üzərlərinə və İslamın avtomobilə baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilən zaman üzərindən bir şpiris, bir şüşə, bir də limon duzu aşkar edilmişdir. O şöbədə Vaqifə borcu olduğunu və həmin borcu qaytarfdığını, sonra da Vaqifin xahişi ilə onunla birlikdə Kürdəmirə getdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 əlavə olaraq bildirmişdir ki, o, ifadə verərkən video çəkilişlə aparılsa da, o orada nakotikin ona məxsus olduğunu deməmişdir. İfadə verərkən ona işgəncə verildiyi və ona qarşı təhqiramiz hərəkətlər olunduğundan narkotik vasitənin ona məxsus olduğunu yazmışdır. Vaqifin üzərindən narkotik aşkar ediləndə Vaqif həmin narkotiki almaq üçün İslama pul göndərdiyini və İslamın da həmin narkotik vasitəni gətirdiyini, İslam isə narkotiki öz istifadəsi üçün aldığını demişdir. Lakin Vaqifin hansı səbəbə onun 510 manatı ona borcunu qaytarmaq kimi yox, narkotik vasitə almaq üçün verdiyini deməsini bilməmişdir. Lakin Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, o, 510 manat, Təqsirləndirilən şəxs2 isə 840 manat pulu 23.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Kapital Bank ASC-yə məxsus olan Bir kart hesabına köçürərək, narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə olan metadonu almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİNnin BNMİ-nin Qərb bölgəsindən regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və Ağstafa RPŞ-nin əməkdaşlarının da köməyi ilə Ağstafa şəhəri yaxınlığında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlayıb üzərlərinə baxış keçirilməsi üçün QBRŞ-yə dəvət etmişlər. Bundan sonra hər üç şəxsin üzərinə və avtomobilə videoçəkilişlə baxış keçirmişdir. Baxış zamanı saxlanılan şəxslərin üzərindən narkotik vasitə heroin və metadon həbləri aşkar olunmuşdur. Bundan başqa Şahid1 əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslər arasında əlbirlik olduğunu, təqsirləndirilən şəxslərə qarşı heç bir zor tətbiq olmadığını, çəkiliş zamanı, eyni zamanda təqsirləndirilən şəxslər ifadə verən zaman borc barədə heç bir söz demediklərini Vaqif və Elvin pulu birlikdə qoyub narkotik vasitə aldıqlarını özlərinin etiraf etdiklərini, Vaqif və Elvin narkotik vasitəni Kürdəmirdə İslamdan götürdüklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 oğlu, Şahid3, Şahid2 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Qardaşı İslam həbs olunduqdan sonra onların narkotik vasitə ilə tutulduqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tanıyır, Təqsirləndirilən şəxs1 isə əvvəllər tanımamışdır. Əri Vaqif tutulduqdan sonra İslamın, Elvinin və Vaqifin narkotik vasitələrin alveri ilə məşğul olduqlarını bimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, əvvəllər nə Təqsirləndirilən şəxs2 nə də Təqsirləndirilən şəxs1 tanımamışdır. Əri Təqsirləndirilən şəxs3 tutulduqdan sonra onların narkotik vasitə ilə tutulduqlarını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qonşu kimi tanıdığını, lakin Təqsirləndirilən şəxs3 əri İslam tutulduqdan sonra onların narkotik vasitə ilə tutulduqlarını, İslamın narkotik vasitədən əvvəllər istifadə etdiyini bilməmişdir. Məhkəmədə tədqiq edilən DİN BNMİ-nin QBRŞ-nın 28.03.2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 və onun idarə etdiyi avtomobildə sərnişin olan İsmaylıov Vaqif adlı şəxsin narkotik vasitələrin alqı- satqısında şübhəli olduqları və onların külli miqdarda narkotik vasitənin alqı-satqısı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən 28.03.2020-ci il tarixli sübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28.03.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə tədqiq edilən 28 mart 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, saxlanılan şəxslərin üzərinə və İslam Əsəgərova məxsus VAZ 21207 markalı **-BH-*** dövlət qeydiyaat nişanlı avtomobiliə video çəklişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin sol döş cibindən iki ədəd sellofan bağlamaların içərisindəkinin narkotik vasitə heroin və metadon həbləri, psixotrop maddə metafetamin olduğunu, bundan başqa Təqsirləndirilən şəxs2 üzərinə baxış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şüşə flakon, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs3, əynindəki qara rəngli gödəkcənin sol döş cibindən bir ədəd şüşə flakon, bir ədəd şpris və bir ədəd içərisində limon duzu olan paket, Təqsirləndirilən şəxs1 üzərinə və idarə etdiyi VAZ-2107 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 avtomobilin salonunda arxa oturacağın altında saxladığı ağ rəngli əl çantasında olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, iki ədəd şpris, bir ədəd şüşə flakon, bir ədəd üzərində limon duzu yazılmış paket və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərk götürülmüşdür Məhkəmədə tədqiq edilən Məhkəmə-Ekspertiza Mərkəzinin 28 mart 2020-ci il tarixli 16/242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı minik avtomobilinin salonunda arxa oturacağın altında saxladığı ağ rəngli əl çantasının içərisində sellofan bağlamada -1(bir) ədəd şəffaf rəngli polietilien torbada təmiz çəkisi 61,117 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1(bir) ədəd açıqyaşıl rəngli polietilen kəsiyinə bükülmüş olan digər şəffaf rəngli polietilien kəsiyində təmiz çəkisi 9,882 qram, olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. 2 (iki) ədəd 1 ml-lik şprislərin və 1 (bir) ədəd üzərində “Valerianı Gkstrakt” yazılan şüşə flakounun içərisində heroin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. 1(bir) ədəd üzərində “X26” əmtəə yazısı olan paketdə təmiz çəksi – 12,290 qram ağ rəngli kristalik maddə qida məhsulu olan limon duzudur və içərisində narkotik vasitələrə məxsus izlər yoxdur. Limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tarnzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına daxil deyildir. -1(bir) ədəd boz rəngli elektron tərəzi üzərində izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Həmin Ekspertizanın 16/243 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin” söziəri olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 4,132 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 26,393 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə 25(iyirmi beş) ədəd həbin MEMnin X12 lazımı texniki avadanlıq olmadığından tədqiqatı aparılmadı. Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən”yazı və imzalar olan kağız paketdəki bir ədəd şüşə flakondakı maddə izləri narkotik vasitə olan heroinin izləridir, heroin iz şəklində olduğundan heroinin quru maddəsinin çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkcənin” sözləri olan kağız paketdəki, bir ədəd bükümdəki metamfetamin və bir ədəd bükümdəki heroin uyğun olaraq, tədqiqata təqdim edilmiş üzərində “28.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2107 markalı **-BH-*** dövlət nömrə nişanlı minik avtomobilinin salonunda arxa oturacağının altında saxladığı ağ rəngli əl çantasının içərisində olan bir ədəd sellofon bağlamada bir ədəd polietilen bükümdəki metamfetaminlə və bir ədəd polietilen torbadakı heroinlə xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Həmin Ekspertizanın 16/243 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 əynindəki gödəkcənin sol döş cibində olan 1bir) ədəd 1 ml-lik şprisin və 1 (bir) ədəd üzərində “Valerianı Gkstrakt” sözləri yazılan şüşə flakonun içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. 1(bir) ədəd üzərində “лимонная кислота” əmtəə yazısı olan paketdəki təmiz çəkisi- 6,972 qram ağ rəngli kristallik maddə qida məhsulu olan limon duzudur və içərisində narkotik vasitələr izlər yoxdur. Llimon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına daxil deyildir. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 29 mart 2020-cil tarixli 4(043)24-2020, 4(043)25-2020 və 4(043)26-2020 saylı qərarlarından görünür ki, X6, Təqsirləndirilən şəxs1 Firdovsi oğlunun və Təqsirləndirilən şəxs3 barələrində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 mart 2020-cil tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 11.08.2020-ci il tarixli, 2639, 2640 və 2641 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyata durmurlar. Məhkəmədə tədqiq edilən Gəncə rayonlararası Narkoloji Dispanserin 30.07.2020-ci il tarixli 637 və 638 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmirlər, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacları yoxdur, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmaları məsləhət görülür. Həmin Dispanserin 636 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkir, lakin 2-ci qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, təqsirləndirilən şəxslərin narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserininin 17.07.2020 tarixli, 2427, 2428 və 2429 saylı arayışlarından görünür ki, X14, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmurlar. Məhkəmədə tədqiq edilən Qazax rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11-21/1320 nömrəli 10.07.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, İsmayılov Vaqif Camal oğlunun himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmin nümayəndəliyin 11-21/820 nömrəli 10.07.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşaqları var və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Həmin nümayəndəliyin 11-21/184 nömrəli 29.06.2020-ci il tarixli arayış, xasiyyətnaməsindən və AZE 11097410 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağı var vəyaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- sosial Ekspert Komissiyasının çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 ikinci dərəcəli əlildir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Səhiyyə Qazax rayon Xəstəxanasının 10.07.2020 tarixli, 64 və 65 saylı tibbi arayışlarıdan və Bakı şəhəri Səhiyyə İdarəsi Kliniki Tibbi Mərkəzinin 7488 saylı epikrizindən görünür ki, Təqsirləndirilən şəxs3 hepotit “B” və “C” virusunbdan əziyyət çəkir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Qazax rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Qazax rayon məhkəməsinin 31.08.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Qazax rayon məhkəməsinin 14.07.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Qazax rayon məhkəməsinin 04.11.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Qazax rayon məhkəməsinin 19.03.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Qazax rayon məhkəməsinin 14.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Ali Məhkəmənin 01.08.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70,70-2, 220-1 və 220-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmçinin Qazax rayon məhkəməsinin 09.10.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə islah işləri cəzasına, bundan əlavə Goranboy rayon məhkəməsinin 17.10. 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, bundan əlavə Qazax rayon məhkəməsinin 12.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.04.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Kapital Bank ASC-nin 30 sentyabr 157000/2-3974 saylı 2020-ci il tarixli məktubundan və Əsgərovun istifadəsində olan **********72141 saylı plastik kartla aparılan məlumatların çıxarışından görünür ki, 24.03.2020-cil tarixdə Təqsirləndirilən şəxs1 kart hesabına 1350 manat pul köçürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası mərkəzinin 04 sentyabr 2020-ci il tarixli 6/1513 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi Gəncə Regioqnal bölməsi №2» ştampı əksi olan paketdəki 25 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 25 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 1 qram təşkil edir (bir həbdə 0,04 qram metadon olmaqla) Metadon adlı dərman prepataratı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ-ci siyahısına daxildir. Məhkəmədə tədqiq edilən 22 dekabr diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 06.03.2020 tarixdə “salam qaqa mənə mətinin kristalından lazımdır” kimi mesajın yazılması,10.03.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil “nömrəsinə “һəq vaxtın xeyir, səni kora nara calayım, pulun da qalanını göndərim İstəyirsən öz adınan özünə də al, o sənə yaxşı meti versin, mənim adımdan get al göndər” kimi mesajların yazılması, bundan sonra ***-***- **-** mobil nömrəsindən 03.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsinə “salam İlham mənəm Vaqif indi başına dönüm mənə bir dənə şey ver” kimi, “İlham, hər adamla alış-veriş etmirəm canımız ağıryır, mənə 3 dənə bütöv lazımdır” kimi mesajların yazılması məlum olmuşdur. Bundan sonra ***-***-**-** mobil nömrəsindən 17.03.2020-ci 1 tarixdə 55309-74-93 mobil nömrəsinə “60 manatım var, sən öl, bir dənə ver” kimi mesajın yazılması, sonra 19.03.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən 055- 20933 mobil nömrəsinə “mən sənə ümid olub gündə 100-150 manat poxa pul verirəm”, 23.03.2020-ci il tarixdə isə “isi m. 40 manat qiymətini mənə yaz” kimi mesajların olması məlum olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 istifadəsində olumuş ***-***-**-** mobil nömrəsinə 01.03.2020-ci il taixdən 28.03.2020-ci il tarixdən olan müddət ərzində giriş-çıxış mesajların məntinin və mobil nömrələrin olması, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 16.03.2020 və 17.03.2020-ci 11 tarixlərdə “qaqa dərdin alım burdayam bu vaxtacan gözləyirəm, səni gözləyirəm, məni ağrıda qoyma” kimi mesajların yazılması, 27.03.2020-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs3 istfadəsində olmuş ***-***-**-** mobil nömrəsinə “cobi ağrıyıram cavab ver” kimi mesajların yazılması, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsinə 01.03. 2020-ci il tarixdən 28.03.2020-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zəglərin siyahısından Elvivn Qocayevin istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə mütəmadi zənglərin olması, uzun müddətli danışıqların aparılması, həmçinin Vaqif X1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və X8 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 23.03.2020-ci il tarixdən 25.03.2020-ci il tarixədən olan müddətdə bir neçə dəfə zənglərin olması məlum olmuşdur. Təqsırləndirlən şəxs X9 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 01.03.2020-ci il tarixdən 28.03.2020-ci il tarixədək olan müddət ərzində giriş-çıxış zənglərə nəzər yetirdikdə Təqsirləndirilən şəxs3lə digər təqsirləndirilən şəxs Vaqfi İsmayılovun istifadəsində olmuş ***-***-**-** mobil nömnrəsinə mütəmadi zənglərin olması, uzun müddətli danışıqların olması, həmçinin 23.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən X10 istifadəsində olmuş 0557-86-08-08 mobil nömrəsinə 2 dəfə zəng edilib danışıqların aparılması məlum olmuşdur. Məhkəmədə tədqiq edilən 02.06.2020-cil tarixli cimayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və İsalam Əsəgərovun saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, onlara qarşı zor tətbiq edilməsi ilə bağlı Gəncə şəhər prolkurorluğu tərəfindən araşdırma aparılmış və cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 120-19148-1221 saylı məktubundan görünür ki, Gəncə şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə təqsirləndiilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsində saxlanılan zaman üzərlərinə keçirilmiş şəxsi axtarış və avtomobilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd SAMSUNG və 01 ədəd KGTel markalı mobil telefonlar, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 01 ədəd SAMSUNG və 01 ədəd Lenovo markalı mobil telefonlar, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd Nokio markalı mobil telefon və Kapital bank ASC-yə mənsub olan 01 ədəd Bir kart təqsirləndirilən şəxslərin yaxın qohumlarına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında 29 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 26,193 qram çəkidə narkotik vasitə olan heroin, qalıq çəkisi 3,932 qram çəkidə psixotrop maddə olan metamfetamin, qalıq sayı 23 ədəd həbdə narkotik vasitə olan metadon, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilərək götürülmüş qalıq çəkisi 60,817 qram çəidə narkotik vasitə olan heroin, qalıq çəkisi 9,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü rəngdə aptek tərəzisi, 02 ədəd 1 ml-lik şpris, 01 ədəd şüşə flakon, eyni zamanda Təqsirləndirilən şəxs3 üzərində aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakon, 01 ədəd 1,0 ml-lik şpris və limon duzu, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində üzərlərində şəxsi axtarış keçirilərkən və sonuncuya məxsus VAZ-2107 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilərkən həmin baxış və şəxsi axtarış keçirmə kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 01 ədəd DVD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin diskə keçirilən baxış zamanı da sözügedən narkotik vasitələrin və psixotrop maddələrin Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilməsi tam şəkildə aydın olduğundan 01 ədəd həmin video disk, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlunun istifadələrində olmuş mobil nömrələrin telefon məlumatlarını əks etdirən 02 ədəd CD disk və Təqsirləndirilən şəxs1 Firdjovsi oğluna adına olan Kapitalbank ASC-yə mənsub olan 01 ədəd Bir kart sübut kimi tanınmışdır. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu özlərini qismən təqsirli bilərək, aşkar olunan narkotik vasitələrin və psixotrop maddələrin onlara məxsus olduğunu etiraf etsələr də, həmin narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə etmədiklərini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşqul olmadıqlarını, onları öz istifadələri üçün əldə etdiklərini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs3 isə narkotik vasitələrdən istifadə etdiyini, lakin aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını və narkotik və psixotrop maddələrin satışı ilə məşqul olmadığını və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitələrdə onun payı olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin qeyd olunan ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələrin onların öz hüquqlarından istifadə edərək özlərini müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, onların ittiham verilmiş cinayət əməllərini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların (məhkəmədə tədqiq edilmiş ekspert rəyləri, baxış və götürmə protokollarla, istintaq hərəkətləri zamanı aparılmış video çəkilişlərlə, təqsirləndirilən şəxslərin ibtidai istintaqa verdikləri etirafedici ifadələri, təqsirləndirilən şəxslərin telefon danışıqlarını özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokolu,cinayət işinin rədd edilməsi haqqında qərarı, maddi sübutlar və s.) obyektiv cəmi ilə də birmənalı təsdiq olunur. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib daşıdığına və saxladığına görə onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində iki uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59.1.4-cü maddəsinə əsasən, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ikinci dərəcəli əlill olmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların isə olmamasını qeyd edir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində bir uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59.1.4-cü maddəsinə əsasən, yaşayış yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmamasını qeyd edir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nın 59.1.4-cü maddəsinə əsasən yaşayış yer üzrə müsbət xarakterizə olunmasını və hepotit “B” və“C” virusundan əziyyət çəkməsini Azərbaycan Respublikasının CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, əməlində cinayətlərin residivinin olmasını isə həmin Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs3 Qazax rayon məhkəməsinin 14.11.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12.11.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaradır. Həmin məcəllənin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs3 ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materillarından görünür ki, 28.03.2020-ci il tarixli sübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 28.03.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 29 mart 2020-cil tarixli 4(043)-24-2020, 4(043)-25-2020 və 4(043)-26-2020 saylı qərarlarından görünür ki, X4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28 mart 2020-cil tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həbsdə saxlandıqları müddət, eləcə də hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət də onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmənin əvvəli 28.03.2020-ci il tarixdən hesablanmalıdır. Gəncə rayonlararası Narkoloji Dispanserin 30.07.2020-ci il tarixli 636, 637 və 638 nömrəli rəylərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 26,193 qram çəkidə narkotik vasitə olan heroin, qalıq çəkisi 3,932 qram çəkidə psixotrop maddə olan metamfetamin, qalıq sayı 23 ədəd həbdə narkotik vasitə olan metadon, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilərək götürülmüş qalıq çəkisi 60,817 qram çəkidə narkotik vasitə olan heroin, qalıq çəkisi 9,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü rəngdə aptek tərəzisi, 02 ədəd 1 ml-lik şpris, 01 ədəd şüşə flakon, eyni zamanda Təqsirləndirilən şəxs3 üzərində aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakon, 01 ədəd 1,0 ml-lik şpris və limon duzu məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Eləcə də iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində üzərlərində şəxsi axtarış keçirilərkən və sonuncuya məxsus VAZ-2107 markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış keçirilərkən həmin baxış və şəxsi axtarış keçirmə kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 01 ədəd DVD, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlunun istifadələrində olmuş mobil nömrələrin telefon məlumatlarını əks etdirən 02 ədəd CD disk və Təqsirləndirilən şəxs1 adına olan Kapitalbank ASC-yə mənsub olan 01 ədəd Bir kart cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 209 manat 20 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur və təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 həyata keçirmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müdafiəsi isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin təqdim etdikləri hesabatlardan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxslərə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 60 iş saatı həcmində, ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçi Rihat Məmmədov tərəfindən 70 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş cəmi 70 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən X11 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 420 manat məbləğində, məhkəmə istintaqı zamanı göstərilmiş cəmi 60 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıqda 360 manat, məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 mart 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 26,193 qram çəkidə narkotik vasitə olan heroin, qalıq çəkisi 3,932 qram çəkidə psixotrop maddə olan metamfetamin, qalıq sayı 23 ədəd həbdə narkotik vasitə olan metadon, həmçinin Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilərək götürülmüş qalıq çəkisi 60,817 qram çəkidə narkotik vasitə olan heroin, qalıq çəkisi 9,582 qram çəkidə psixotrop maddə olan metamfetamin, 01 ədəd gümüşü rəngdə aptek tərəzisi, 02 ədəd 1 ml-lik şpris, 01 ədəd şüşə flakon, eyni zamanda Təqsirləndirilən şəxs3 üzərində aşkar edilərək götürülmüş 01 ədəd şüşə flakon, 01 ədəd 1,0 ml-lik şpris və limon duzu məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 209 manat 20 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 69 manat 73 qəpik alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə istintaqı zamanı dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ayrı-ayrılıqda 360 manat və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsindən X11 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 420 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-143/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-143/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver